Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-511/2020 28.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamını Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi X1 və müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivində qeydiyyatda olmaqla həmin ünvanda nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 19 radələrində qonşusu Zərərçəkmiş şəxs onu yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri bağlar yaşayış massivində yerləşən fərdi yaşayış evinə çağırıb, iki gün əvvəl qızı Rəhimə Rüstəmovanın onun yaşadığı evə bacısı Şahid4 ilə görüşməyə gəldikdən bir qədər sonra onun evin qapısını bağlayıb sonuncuları bağlı qapı arxasında saxlaması ilə bağlı iradını bildirib və bacısı Gülərin əxlaqsız olduğunu, buna görə də, sonuncu ilə Rəhimənin görüşməsinə icazə vermədiyini deməsindən hiddətlənib qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib yaşadığı evə qayıdaraq oradan soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb cinayətkar niyyətini həyata keçirmək üçün dərhal sonuncunun yaşadığı evin həyətinə qayıdıb Zərərçəkmiş şəxs səsləyib həyətə çağırmış və həyətə çıxmış sonuncunun üzərinə hücum edib gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyyələrinə ardıcıl zərbələr vurub ona döş qəfəsinin sol yarısının qarın boşluğuna keçən peretonu zədələyən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, döş qəfəsinin ön səthinin döş sümüyü üzərinə uyğun yarası, döş qəfəsinin sol yarısının İV qabırğa arası sahəyə uyğun yarası, sol qoltuqaltı və sol çiyin nahiyəsinin, sol saidin və sol əlin yarası kimi dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, 7 ədəd xəsarət yetirib qarşı tərəfin fəal müqavimətinə baxmayaraq ondan əl çəkməyib bıçaq zərbələrini davam etdirmiş, lakin hadisənin şahidi olmuş Şahid1 onu oradan uzaqlaşdırıb, dərhal X20 həkimi çağırması və Zərərçəkmiş şəxs tibb müəssisəsinə çatdırılıb vaxtında müalicə tədbirləri görüldüyünə görə həyatı xilas olduğundan iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyərək qəsdən Zərərçəkmiş şəxs öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri bağlar yaşayış massivində nömrəsiz fərdi evdə anası X2 və ondan yaşca böyük 2002-ci il təvəllüdlü Gülər adlı bacısı ilə yaşayır, atası Rahim 2015-ci ildə vəfat etmiş, böyük bacısı Çiçək isə ailəlidir ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onlarla qonşudur evlərinin ətrafında hasar olmadığından həyətyanı sahələri kənardan aydın görünür. Zərərçəkmiş şəxs narkotik maddə istifadəçisi olmaqla spirtli içkilərə də meyillidir, narkotik maddə və spirtli içki qəbul etdikdən sonra hərəkətlərini idarə edə bilmir. Əvvəllər də onların ailələri arasında münaqişə olmuş, atasının vəfatından sonra isə Rəşad onun və bacısının azyaşlı, ailə başçısının isə qadın olub ona cavab verə bilməyəcəyindən istifadə edərək onların evlərinə gələn qazı, işığı və su xəttini tez-tez kəsmiş, səbəb olmadan anabacısını və onu nalayiq söyüşlərlə söyüb təhqir etmiş, onların rahat yaşamasına imkan verməmişdir. Zərərçəkmiş şəxs hərəkətlərindən dəfələrlə Sumqayıt ŞPİ-nə və AR DİN-nin 102 xidmətinə şikayət etsələr də Rəşad barəsində tədbir görülməmişdir. Zərərçəkmiş şəxs son zamanlar başına narkomanları toplayıb evin həyətində hündürdən söyüşlə danışıb nalayiq ifadələr işlətmiş, onun hərəkətlərinə irad tutduqda isə “həyət mənimdir nə istəsəm onu da edə bilərəm” deyərək cavab vermişdir. xx xxxxxx 2019-cu il tarixdə anası Bəxtilə xəstə nənəsinə baş çəkməyə getmiş, o bacısı Gülərlə evdə tək qalmışdır. Təxminən saat 18 radələrində Rəşadın dostu və qonşusu olan X12 onu həyətdən səsləmiş, o əvvəllər də onu səsləyib bir neçə dəfə Rəşadın yanına apararaq onu döydürdüyündən bunu da həmin hərəkətlərin davamı kimi qəbul edib qorxaraq həyətə çıxmamışdır. Lakin Elgün onu israrla yenidən çağırmış, o da yenidən döyülüb təhqir edərlərsə özünü müdafiə edəcəyini qət edib bunun üçün mətbəxdə istifadə etdikləri bıçağı götürüb şalvarının sağ yan cibinə qoyaraq həyətə çıxmışdır. O, həyətə çıxdıqdan sonra Elgün ona Rəşadın onu çağırdığını demiş, o Rəşadgilin evinə getmək üçün evin yanından keçən dəmiryol xəttini aşarkən evin həyət qapısının qarşısında dayanıb onu görən Rəşad dərhal onun ünvanına söyüşlər söyməyə başlamışdır. Həmin vaxtı o, Elgünü Rəşadın yanında görmüş, başa düşmüşdür ki, Rəşad onu, onun ünvanına söyüş söymək üçün bilərəkdən çağırmış, bu səbəbdən ona yaxın getməmişdir. Az sonra Rəşad yenə də onun ailəsinin ünvanına nalayiq söyüşlər söyməyə başlamış, o da Rəşadın bu hərəkətlərinə dözə bilməyib onun üzərinə getmiş, o da onun ayağından təpiklə vurub onu kənara itələmiş, o da yerə yıxılıb sağ ayağından zədə almışdır. Bundan sonra yenə də Rəşad söyüşlərini davam etdirib onu təpiklə vurmuşdur. Həmin vaxtı Elgün onları görsə də kənara çəkilərək kiminləsə telefonla danışmış, Rəşadın ona qarşı etdiyi hərəkətləri görmədiyi görüntüsü yaratmışdır. O da Rəşad onu ikinci dəfə yenə də təpiklə vurub onu nalayiq ana-bacı söyüşləri ilə söydüyündən onun söyüşlərinə dözməyib onu cəzalandırmaq üçün üzərində gətirdiyi bıçağı çıxarıb Rəşadı vurmuşdur. Həmin vaxtı Rəşad onu tutub getməyə imkan verməmiş, bundan sonra o, Rəşadın onu buraxması üçün dəqiq xatırlamadığı sayda ona bıçaq zərbələri vurmuşdur. O, sonuncu zərbənin Rəşadın bədəninə batdığını hiss etmiş, bundan sonra başa düşmüşdür ki, ona bədən xəsarətləri yetirmişdir. Bundan sonra o, qorxaraq bıçağı yerə atıb hadisə yerindən qaçıb bacısı Çiçəkgilə gedərək hadisə barəsində ona məlumat verib, Kürdəmir rayonunda yaşayan ana nənəsinin yanına getmişdir. Daha sonra onun barəsində cinayət işinin başlandığını bilib tez Sumqayıt şəhər prokurorluğuna gəlib təslim olmuş, lakin törətdiyi cinayət əməlindən də peşman deyil. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2000-ci ildə Nəcəfova Hökümə Xeyrulla qızı ilə ailə qurmuş, bu nikahdan 2003-cü ildə Əli, 2004-cü ildə Rəhimə adlı uşaqları olmuşdur. O, fərdi evlərlə pilləkən və manqal quraşdırmaqla məşğul olur. Qızı Rəhimə yaxşı oxuyur, idmanın cüdo növü ilə məşğul olur, çoxsaylı nailiyyətləri və medalları vardır. X1 əri rəhmətə getmiş, bir qızı və bir oğlu ilə onunla çəpər qonşuluğunda yaşayır. Sonuncunun digər qızı Çiçək isə ailə qurub Xəzər bağlar massivində yaşayır, kiçik qızı Gülər 2018-ci ildə Sumqayıt şəhər 19 saylı tam orta məktəbin 9-cu sinfini bitirib təhsilə marağı olmadığından onu davam etdirməyib anasının himayəsində yaşayır, oğlu Şəfi də həmin məktəbdə oxumuşdur. Evinin ətrafında hasar olmadığından kənardan həyəti aydın görünür, qonşusu Bəxtilə çətin xarakterlidir, onunla daim söz-söhbət yaradıb adını pis insan kimi hallandırmışdır. Buna baxmayaraq qızı X3 ünsiyyət saxlayıb onun yanına tez-tez gedib gəlmişdir. Son zamanlar bu ona xoş gəlməmiş, düşünmüşdür ki, Rəhimə qız uşağı olmaqla artıq böyüyür, Azərbaycan adətənənəsinə görə qız uşağının qonşuları gəzməsi pis qəbul edilir, digər tərəfdən kənar ünsiyyətlər qızının dərsinə və idman karyerasına təsir edib onu zəiflədə bilər. Hadisədən iki-üç gün əvvəl günorta saatlarında qızı Rəhimə Gülərin yanına gedib evə gec qayıtdığından narahat olub Bəxtiləgilin həyətinə keçib onu səsləmiş, Rəhimə evdən hay verib demişdir ki, Şəfi idmana gedəndə evdə Gülərlə tək olduğu üçün Şəfi onun və Gülərin üzünə qapını açarla bağlayıb gedib, ona görə evə gələ bilmir, Şəfinin qayıtmasını gözləyir, Şəfi gələn kimi evə qayıdacaqdır. Bu sözləri eşidib Şəfinin hərəkətlərinə əsəbiləşərək evə qayıtmış, az sonra Rəhimə evə gəlmişdir. Səhəri Şəfini görüb ondan nə üçün qızının üzünə qapını açarla bağlayıb getdiyini soruşduqda Şəfi ona cavab verməyib özünü onun sözlərini eşitmədiyi kimi göstərib olduğu yerdən uzaqlaşmışdır. Şəfinin hərəkəti ona pis təsir etmiş və həmin gün onu görüb söhbətini bitirə bilməmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində arvadı işə getməyə hazırlaşmış, evdə çörək olmadığı üçün Şəfini çağırıb yaxınlıqda yerləşən Asəfin dükanından nisyə çörək və siqaret almağı xahiş etmiş, düşünmüşdür ki, Şəfi dükandan qayıdanda onunla ətraflı söhbət edər. Şəfi çörək və siqareti alıb gətirmiş, ona təşəkkür edib, sonra baş verənlərə qayıdıb qızı Rəhimənin onun bacısı Gülərlə görüşməsinə, evlərinə gəlməsinə razı olmadığını və icazə vermədiyini, qızı onlara gələrkən dərslərini yaxşı oxuya bilmədiyini, bu isə onun təhsilinə təsir edə biləcəyini söyləmişdir. Həmin vaxtı Şəfi ona demişdir ki, qızı onların evinə gələndə nə olur ki? Bu zəmində aralarında söhbət böyüdükdə əsl həqiqəti deyib bacısının əxlaqı və tərbiyəsi yerində olmadığından ondan xoşu gəlmədiyini bu səbəbdən qızının onunla görüşməsinə narazı olduğunu söyləmişdir. Bu sözdən sonra Şəfi bir söz deməyib getmiş, o isə zəng edib qonşusu Şahid1 çay içməyə dəvət etmişdir. Təxminən 3-5 dəqiqədən sonra həyət qapısında Şəfinin onu səslədiyini eşitmiş, o qapıya çıxarkən Şəfi ona «az əvvəl nə deyirdin, ana-bacımın ünvanı nə artıq-əskik danışırdın?” deyib sual etmişdir. O, yenə həmin söhbətə qayıdıb nə üçün Şəfiyə Rəhiməni evlərinə çağırıb evdən gedərkən qapını açarla bağlayıb onu bacısı ilə evdə saxlamasını, bunu nə məqsədlə etməsini, bu ixtiyarı ona kimin verdiyini, neçə dəfələrlə qızını evlərinə çağırmamalarını dediyini, buna razı olmadığını, bunun səbəbini soruşandan cavab verməyib gedib indi üstünə gəldiyini, az əvvəl dediyi kimi bacının tərbiyəsi və əxlaqı yerində olmadığını demişdir. Bu sözlərdən sonra Şəfi cibindən bıçaq çıxarıb onun döş qəfəsinin sol yarısından zərbə endirmiş, zərbədən o, müvazinətini itirib arxası üstə həyətə doğru gedərək yerə yıxılmışdır. Şəfi arxasınca həyətə keçib üzərinə hücum çəkərək onun yerdən qalxmasına imkan verməyib ona qarşı bıçaq zərbələrini davam etdirmiş, o, bədənini o tərəf bu tərəfə çəkib, təpik və əlqol atmaqla ona müqavimət göstərib bir neçə zərbələrdən yayına bilmiş, ancaq Şəfi əl çəkməyib ona dalbadal ardıcıl bıçaq zərbələri yetirməyə davam etmişdir. Bu vaxt Elgün gəlmiş, Şəfi onu görsə də əl çəkməyib ona yenə bir neçə bıçaq atmış, bu vaxt Elgün qışqırmış, onun səsinə arvadı Hökümə həyətə çıxmış, Şəfi artıq məcbur olub ondan əl çəkərək bıçağı kənara atıb hadisə yerindən qaçıb getmiş, Elgün Şəfinin saxlaya bilməmişdir. O, daha sonra göstərmişdir ki, hadisə qısa zaman ərzində baş verib davam etmiş, həmin vaxt Şəfinin əynində qara cins şalvar, qara gödəkcə, qara rəngli ayaqqabı, onun əynində isə boz rəngli qalın gödəkcə, nimdaş şalvar və göy rəngli rezin çəkələk olmuşdur. Həmin vaxtı o, Şəfiyə müqavimət göstərməsəydi daha çox xəsarət ala bilərdi, Şəfi ondan könüllü əl çəkməmiş, o Elgünü görsə də bıçaq zərbələrini davam etdirmişdir. Elgünün artıq ona çatdığından və ona qışqırdığından və arvadı evdən çölə çıxdığından Şəfi məcbur olub hadisə yerini tərk etməklə ondan əl çəkmişdir. Hazırda o, yenə də müalicə alır, onun aldığı müalicələrə də Şəfinin ailəsi tərəfindən heç bir köməklik göstərilməmişdir. Hazırda o Təqsirləndirilən şəxs şikayətçidir və onu bağışlamır. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Xəzri bağlar yaşayış massivində yaşayır, ev təmiri ilə məşğuldur, yaşadığı evin 200-300 metrliyində Zərərçəkmiş şəxs Yaşar oğlu yaşayır, onun Əli adlı oğlu, Rəhimə adlı qızı var, Rəşad həyət evlərində pilləkən, manqal quraşdırıb ustalıq etdiyindən bəzən birgə sifariş qəbul edib işləyirlər, münasibətləri normaldır. Rəşadgilin evinə bitişik bir həyətdə X2 oğlu Şəfi və qızı Gülərlə yaşayır. Bəxtilənin Rəşadla münasibətləri normal olmasa da sonuncunun qızı X3 həmyaşıd olduğundan tez-tez görüşmüşlər, son vaxtlar Rəşad buna etiraz etmiş və fikrini onunla əsaslandırmışdır ki, Bəxtilə uşaqlarını düzgün tərbiyə edib təhsil vermir. Rəhimə isə idmançı olmaqla çoxsaylı təltifləri və medalları var, qızı kənar şəxslərdən uzaq olub ali təhsil alıb gələcəyini qurmalıdır. Hadisədən bir-iki gün əvvəl axşam saatlarında Rəşadgilə gedərkən onun əsəbi olduğunu görüb nə baş verdiyini soruşmuş sonuncu demişdir ki, Şəfi harasa getmiş, Rəhiməni Gülərlə evdə qoyub qapını açarla bağlayıb bir-iki saatdan sonra qayıdıb qapını açmışdır. xx xxxxxx 2019-cu il tarixdə işdən evə bir qədər gec qayıtmış, saat 18 radələrində Şəfi zəng edib Rəşadın onu çağırdığını demişdir. O, piyada təxminən saat 19 radələrində Rəşadgilə getmiş, sonuncunun evinə çatmağa 50-60 metr qalmış Şəfini Rəşadın həyətinin giriş qapısında onunla üz-üzə dayanıb ona nə isə dediyini görmüşdür. Bu danışığı mübahisə, münasibətlərini aydınlaşdırmaları kimi qəbul etsə də gözünü onlardan çəkməmiş, bu vaxt Şəfinin cibindən bıçaq çıxarıb Rəşadın sinəsindən vurduğunu görmüşdür. Rəşadın kürəyi həyətin giriş qapısına doğru olduğundan o müvazinətini itirib arxası üstə həyətə doğru gedib yerə yıxılmış, Şəfi həyətə keçib onu yerdən qalxmağa imkan verməyib əlindəki bıçaqla ona ardıcıl və surətli zərbələr endirməyə başlamışdır. Rəşad Şəfiyə əl-qol və təpik ataraq bıçaq zərbələrindən yayınmağa çalışmış, özünü onlara çatdırdıqda onu görən Şəfi Rəşaddan əl çəkməyib sonuncuya yenə bir neçə bıçaq zərbəsi atmış, həyəcanlı olduğundan zərbənin onu tutubtutmadığını bilməmişdir. O, Şəfinin üstünə qışqırıb bıçağı yerə atmağını tələb etdikdə səsinə Rəşadın arvadı Hökümə həyətə çıxmış, bundan sonra Şəfi əlindəki bıçağı yerə atıb qaçmışdır. Rəşad ona, bədənində yaranın çox olduğunu deyib tez X20 çağırmağı xahiş etmişdir. Rəşadın əlində, qolunda və bədənində qan izləri olmaqla artıq gödəkcəsində qan görüntüləri artmağa başlamışdır. O dərhal TTYX-na zəng edib X20 çağırıb, sonra Sumqayıt ŞRİ-nin 2-ci PB-nin sahə rəisi, polis leytenantı Niyaz Şirinova zəng edib hadisə barədə məlumat verərək X20 maşını bir qədər tez göndərilməsinə kömək etməsini xahiş etmişdir. Tez bir zamanda gələn X20 briqadası Rəşadı Sumqayıt şəhər TTYX-na çatdırıb onun üzərində əməliyyat aparıldığından həyatı xilas edilmişdir. Şahid1 daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs spirtli içki və narkotik maddə aludəçisi deyil, Rəşad ətrafına kənar şəxslər toplamamış, nalayiq ifadələr işlətməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəcəfova Hökümə Xeyrulla qızı ifadəsində göstərdi ki, 2000-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş, bu nikahdan 2003-cü ildə Əli, 2004-cü ildə Rəhimə adlı uşaqları olmuşdur. Həyat yoldaşı Rəşad usta işləyir, hər iki uşağının dərslərə davamiyyəti yaxşıdır, qızı Rəhimə bundan əlavə idmanın cüdo növü ilə məşğul olub çoxsaylı medalları vardır. X2 onlarla çəpər qonşuluğunda yaşayır, sonuncunun böyük qızı Çiçək ailəlidir, qızı Gülər 2018-ci ildə orta məktəbin 9-cu sinfini bitirib təhsilini davam etdirməyibdir. Gülər və Şəfi anasının himayəsində yaşayır, oğlu Şəfi isə 8-ci sinif şagirdidir, onun da təhsilə marağı yoxdur, amma idmanın sanbo növü ilə məşğul olur. Bəxtilə daim Rəşadla səbəbsiz söz-söhbət yaradıb adını pis insan kimi hallandırsa da qızı X3 bir həyətdə böyüdüyündən Gülərin yanına tez-tez gedib-gəlmiş, əvvəllər atası buna bir söz deməsə də son zamanlar bu ona xoş gəlməmişdir. Rəşad demişdir ki, Rəhimə qız uşağı olmaqla artıq böyümüşdür, qız uşağının qonşuları gəzməsi pis qəbul edilir, ona görə Rəhimənin ümumiyyətlə qonşulara gedib-gəlməsini istəmirdi. Hadisədən bir-iki gün əvvəl günorta saatlarında Rəhimə Gülərin yanına getmiş, bir neçə saat keçsə də onun gəlmədiyini görüb Rəşad Bəxtiləgilin həyətinə keçib onu səsləmiş, Rəhimə evdən səs çıxarıb demişdir ki, Şəfi idmana gedəndə evdə Gülərlə tək olduğu üçün Şəfi qapını açarla bağlayıb gedib, ona görə evə gələ bilmir, Şəfinin qayıtmasına az qalıb, Şəfi gələn kimi evə qayıdacaqdır. Rəşad əsəbi halda evə qayıdıb Şəfinin arxasınca deyinməyə başlamış, az sonra Rəhimə evə gəlmişdir. Rəşad Şəfini həyətdə görüb ondan nə üçün Rəhiməni evə dəvət edib onun üzünə qapını açarla bağlayıb getdiyini, ümumiyyətlə Rəhiməni nə üçün evlərinə buraxdığını sual etdikdə Şəfi ona əhəmiyyət verməyib getmiş, Şəfinin belə saymazyana hərəkəti ona pis təsir etmişdir. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində işə getməyə hazırlaşmış, uşaqlar evdə olmamış, Rəşad Şəfini çağırıb ondan yaxınlıqda yerləşən Asəfin dükanından nisyə çörək və siqaret almağı xahiş etmişdir. Şəfi çörək və siqareti alıb gətirmiş, Rəşad buna görə ona təşəkkür edib bir-iki gün əvvəl baş verənlərə qayıdaraq qızı onun bacısı Gülərlə görüşməsinə, evlərinə gəlməsini istəməyib buna icazə vermədiyini, onlara gələrkən dərslərini oxuya bilmədiyini deyib iradını bildirdikdə aralarında söhbət böyüyüb, səs-küy düşsə də onların söhbətinə müdaxilə etməmişdir. Rəşad söhbətin sonunda Şəfiyə bacısı Gülərin əxlaqından və tərbiyəsindən xoşu gəlmədiyi üçün Rəhimənin onunla görüşməsini istəmədiyini bildirdikdə Şəfi bir söz deməyib getmişdir. Təxminən 3-5 dəqiqədən sonra həyət qapısından Şəfi Rəşadı səsləmiş, Rəşad qapıya çıxanda Şəfi demişdir az əvvəl nə deyirdin, ailəmin ünvana nə üçün artıq əskik danışırdın? Bu danışığı növbəti mübahisə, münasibətlərini aydınlaşdırmaları kimi qəbul edib buna fikir verməyib evə keçərək işləri ilə məşğul olmuşdur. Təxminən 3-5 dəqiqədən sonra, yəni saat 19 radələrində Elgünün səsinə həyətə çıxarkən həyətdə yerdə müxtəlif ölçüdə qan ləkələrini, Rəşadı yerdə, Şəfinin isə əlindəki bıçağı su kranın yanına atıb qaçdığını, Elgünün Rəşadı yerdən qaldırdığını görmüş, nə baş verdiyini başa düşməmiş, Rəşadın əlindən, qolunda qan axmaqla və gödəkcəsində qan ləkələri artmağa başlamışdır. Başa düşmüşdür ki, Şəfi Rəşadın yanından ayrılıb evə gedərək bıçaq gətirib onu bıçaqlamış, Elgünü görüb ondan əl çəkməyə məcbur olmuşdur. Elgün TTYX çağırmış, Rəşad Sumqayıt şəhər TTYX-na çatdırılıb ona ixtisaslı tibbi yardım göstərildiyindən həyatı xilas edilmişdir. Məhkəmədə qanuni nümayəndə və şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 1998-ci ildə X9 ilə ailə qurmuş, bu nikahdan 2000-ci ildə Çiçək, 2002-ci ildə Gülər, 2004-cü ildə Şəfi adlı uşaqları olmuş, əri Rahim 2014-cü ildə vəfat etdiyindən üç uşaqla dul qalmışdır. X19 şəhər 19 saylı tam orta məktəbin 9-cu sinfini bitirib təhsilini davam etdirməmiş, oğlu Şəfi həmin məktəbin 8-ci sinif şagirdidir, dərsə davamiyyəti zəifdir. Hazırda yaşadıqları evin torpaq sahəsini çəpər qonşusu olduğu Zərərçəkmiş şəxs alıb orada bir mərtəbəli iki otaqlı ev tikmişlər. Zərərçəkmiş şəxs narkotik maddə qəbul edib spirtli içkiyə meyilli olduğundan hamı onu narkaman kimi tanıyır. Rəşad hər gün küçəyə çıxıb yerli-yersiz gedib-gələnlərin ünvanına, o cümlədən onun və uşaqlarının ünvanına nalayiq söyüşlər edir. Rəşadın hərəkətlərindən müvafiq orqanlara şikayətlər etsə də onun barəsində tədbir görülməmişdir. Son vaxtlar Rəşad həddini o qədər aşmışdır ki, oğlu Şəfini harada tutdu döymüş, bəhanə ilə onu yanına çağırıb onu təhqir edib ailəsini pozğun adlandırmış, onların evlərinə gələn elektrik xəttini kəsmişdir. Rəşadın Rəhimə adlı qızı onun qızı Gülər ilə münasibət saxlamış, Rəhiməyə dəfələrlə atasının hərəkətlərindən giley etsə də sonuncu ona baş qoşmamağı, atasının çətin xarakterli olduğunu söyləmişdir. xx.xx.2019-cu il tarixdə tezdən o, yataq xəstəsi olan anasına baş çəkmək üçün getmiş, Gülərlə Şəfi evdə qalmışdır. Saat 19 radələrində Rəşadın daim yanına gedib-gələn dostu Elgün ona zəng edib Şəfinin qonşu Rəşadı bıçaqladığını bildirmişdir. Xəbəri eşidib dərhal Sumqayıt şəhərinə gəlmiş, Rəşadın artıq Sumqayıt şəhər TTYX-na aparılıb əməliyyata götürüldüyünü eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Xəzri bağlar massivində atası Asifə məxsus marketi işlədir, gündəlik tələbat mallarının satışı ilə məşğul olur, yaşayış massivində hamı həmin dükanı «Asəfin dükanı» kimi tanıyır. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində dükanda olarkən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ona yaxınlaşaraq qonşu Zərərçəkmiş şəxs nisyə bir qutu siqaret və bir ədəd çörək istədiyini demiş, o da həmin malları Rəşada çatdırmaq üçün Şəfiyə vermişdir. Təxminən bir saat sonra dükanın qarşısından X20 maşınının keçdiyini görmüş, təxminən 3 saatdan sonra qonşulardan eşidib bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlayıb qaçıb, X20 maşını Rəşad üçün gəlib onu xəstəxanaya aparmışdır. Ərazidə yaşadığı və işlədiyi müddət ərzində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında dava-dalaş, söz söhbətin olduğunu görüb eşilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, uzun illərdir Sumqayıt şəhər 19 saylı tam orta məktəbdə texnologiya fənni üzrə müəllimə işləyir, 2017ci ildən Təqsirləndirilən şəxs təhsil aldığı «8 Ç» sinfinin sinif rəhbəridir. Təqsirləndirilən şəxs həmin sinfə 2019-2020-ci ilin tədris ilində gəlmiş, o təbiətcə sakit şagird kimi tanınsa da dərsə davamiyyəti zəif olmuş, müəllimlərin verdikləri tapşırıqları tam icra etməmiş, məktəbdə illik qiymətləri qeyri kafi olduğundan 2017-2018-ci dərs ilində təkrar sinifdə saxlanmışdır. 2018-2019-cu tədris ilində Təqsirləndirilən şəxs ana dili və ədəbiyyat fənlərindən qeyri kafi aldığı üçün payıza saxlanmışdır. Yay tədris tapşırıqlarında kafi qiymət alaraq növbəti sinfə keçirilmişdir. Onunla dəfələrlə profilaktik söhbətlər aparsa da Şəfi dərsə davamiyyətinə münasibətini dəyişməmiş, eyni zamanda oxuduğu müddətdə ailəsindən, qonşularından, şagird yoldaşlarından, müəllimlərindən və ya hər hansı problemindən şikayəti olmamışdır. Hadisənin baş verdiyi xx.xx.2019-cu il tarixi məktəbdə payız tətili olduğu üçün hadisə barədə bir neçə gündən sonra pedaqoji şurada eşidib bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, valideynləri ilə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri bağlar massivində yaşayıb həmin qəsəbənin 19 nömrəli tam orta məktəbinin 8-ci sinfində oxuyur. O, idmanın cüdo növü ilə məşğuldur və idman sahəsində xeyli nailiyyətləri vardır. Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə çəpər qonşuluğunda yaşayır, Şəfidən kiçik bacısı Gülərlə həmyaşıd və əvvəllər məktəb yoldaşı olduğundan onunla münasibət saxlamışdır. Hadisədən iki-üç gün əvvəl günorta saatlarında Gülərin yanına getmiş, az sonra Şəfi harasa gedib bir iki saata qayıdacağını deyib bunun üçün ona evə getməsini təklif etmişdir. Əvvəldən bilmişdir ki, Şəfi bir yana gedərkən Gülər evdə tək qaldığı hallarda o qapını arxadan açarla bağlayır. O Gülərin yanına yenicə gəldiyini, hələ orada olacağını, istəyirsə qapını bağlaya biləcəyini söyləmiş, Şəfi onların razılığı ilə qapını bağlayıb getmişdir. Təxminən bir saat sonra atası Zərərçəkmiş şəxs onun evdə olmadığını görüb Şəfigilin həyətindən onu səsləmiş, o cavab verib demişdir ki, Şəfi harasa gedib, özləri ona demişlər ki, qapını arxadan bağlasın, Şəfi indilərdə qayıdıb gəlməlidir, narahat olmasın, o gələndən qapını açacaq o da evə gələcəkdir. Atası, Şəfinin bu hərəkətinə əsəbləşib getmiş, az sonra Şəfi evə qayıdıb qapını açmış, o da evə getmişdir. Atası onunla söhbət etmiş, atasına Şəfinin qapını onun icazəsi ilə bağladığını, evdə tək olmadığını izah etsə də atası qəzəblənib ona həmin evə getməyə qadağa qoyub səhər Şəfi ilə bu barədə söhbət edəcəyini demişdir. xx.xx.2019-cu il tarixdə axşam saatlarında evdə olmadığından atası ilə Şəfi arasında olan mübahisəni və baş vermiş hadisəni görməmişdir. Saat 19-20 radələrində evə qayıdarkən həyətdə polis əməkdaşlarını görüb nə baş verdiyini soruşanda demişlər ki, Şəfi atası Rəşadı bıçaqlayıb hadisə yerindən qaçmış, atası isə hazırda xəstəxanaya yerləşdirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, qardaşı Təqsirləndirilən şəxs və anası X2 ilə yaşayır, 2018-ci ildə Sumqayıt şəhər 19 saylı tam orta məktəbin 9-cu sinfini bitirib təhsilə marağı olmadığından onu davam etdirməmişdir. Qardaşı Şəfi həmin məktəbin 8-ci sinif şagirdidir. Zərərçəkmiş şəxs onların çəpər qonşuluğunda yaşayır. Zərərçəkmiş şəxs narkotik maddə istifadəçisi olmaqla spirtli içkiyə meyillidir, hamı onu narkoman kimi tanıyır. Rəşad hər gün küçəyə çıxıb yerli-yersiz gedibgələnlərin ünvanına, ya da onların ünvanına nalayiq söyüşlər edib tez-tez evlərinə gələn elektrik qaz və su xəttini kəsmiş, onun hərəkətlərindən dəfələrlə müxtəlif hüquq mühafizə orqanlarına şikayət etsələr də Rəşad barəsində tədbir görülməmişdir. Rəşad son zamanlar Şəfini bir bəhanə ilə tez-tez yanına çağırıb onu söyərək döydüyündən çalışmışlar ki, onun gözünə görünməsinlər. Bütün bunlara baxmayaraq Rəşadın qızı Rəhimə ilə münasibət saxlamış, dəfələrlə sonuncuya atasının hərəkətlərindən giley etsə də ona fikir verməməyi məsləhət bilmişdir. xx.xx.2019-cu il tarixdə anası Bəxtilə ana nənəsinə baş çəkməyə getmiş, evdə qardaşı Şəfi ilə qalmışdır. Saat 18:00 radələrində onlarla bir küçədə yaşayan Rəşadın Elgün adlı qonşusu Şəfini səsləmişdir. Şəfi cavab verib qapıya çıxmasa da Elgün onu israrla çağırdığından Şəfi evdən mətbəx bıçağını götürüb cibinə qoyaraq həyət çıxmış, X16 çağırdığını demişdir. Şəfi Rəşadgilə getmiş, Elgün də onun arxasınca getmişdir. Az sonra Rəşad onların ünvanına hündürdən nalayiq ifadələr işlətmişdir. Bunu Rəşadın növbəti hərəkəti kimi düşünüb ona əhəmiyyət verməmiş və həyətə çıxmamış, az sonra Elgün gəlib Şəfinin Rəşadı bıçaqla vurduğunu demişdir. Elgünün sözlərinə inanmayıb həyətə çıxarkən Şəfinin əlləri qanlı artıq yola doğru qaçdığını, Rəşadın isə qarnını tutub həyətdə dayandığını və üst başının qanlı olduğunu görmüşdür. Həmin vaxt Şəfinin əynində qara cins şalvar, qara ayaqqabı, qara rəngli üzərində insan başının skleti olan gödəkcə (vitrovka) və idman tipli qara köynək olduğu üçün onların üzərində qan izlərinin olub-olmadığını seçə bilməmişdir. Bunları görüb anası Bəxtiləyə zəng edib Şəfinin Rəşadı bıçaqla vurduğunu deyib bacısı Çiçəklə danışmış, sonuncu bildirmişdir ki, Şəfi onlara gəlib Rəşadı bıçaqla vurduğunu deyib, ondan ayağındakı zədəyə sarğı qoymaq üçün dərman pulu alıb getdiyini söyləmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ailəli olmaqla Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Xəzri bağlar masivində yaşayır, anası və bacı-qardaşı ilə mütəmadi əlaqə saxlayır. Bildiyinə görə yaşadıqları ata evinin torpaq sahəsini vaxtilə valideynləri Zərərçəkmiş şəxs alıb orada ev tikmişlər. Zərərçəkmiş şəxs narkotik maddə aludəçisi olmaqla spirtli içkiyə də meyillidir, narkotik maddə və ya spirtli içki qəbul etdikdən sonra hərəkətlərini idarə edə bilməyib yerli-yersiz ailəsi ilə mübahisə və münaqişə yaradıb onların su, qaz və elektrik xəttini kəsmiş, səbəb olmadan anasını, bacı və qardaşını söyüb təhqir etmiş, son zamanlar isə onların rahat yaşamasına imkan verməmişdir. Rəşadın hərəkətlərindən dəfələrlə Sumqayıt şəhər Pİ-nə və AR DİNnin 102 xidmətinə şikayət etsələr də barəsində tədbir görülməmişdir. Hadisədən iki gün əvvəl qardaşı Şəfini görsə də sonuncu Rəşad barədə ona bir söz deməmişdir. xx.xx.2019cu il tarixdə saat 19 radələrində evdə olarkən Şəfi həyəcanlı, hər iki əli qan içində onlara gəlmiş, nə baş verdiyini soruşduqda demişdir ki, az əvvəl evdə olarkən Rəşad onu çağırıb ünvanına söyüş edib onu vurub kənara itələməklə xəsarət yetirib ana-bacısının ünvanına nalayiq söyüşlər işlətdiyindən qorxutmaq məqsədilə üzərində apardığı bıçaqla ona xəsarət yetirib bıçağı hadisə yerində ataraq qaçmışdır. Şəfi ayağının zədələndiyini deyib ayağına sarğı qoymaq üçün dərman almağa pul alıb əlini və ayağını yuyub getmiş, o isə anası Bəxtiləyə zəng edib Şəfinin törətdiyi hadisəni bildirmişdir. Az sonra anası xəbər etmişdir ki, Rəşad Sumqayıt şəhər TTYX-na aparılmaqla üzərində əməliyyat aparıır, Şəfi isə nənəsinin yanına Kürdəmir rayonuna getmişdir. Şəfi onlara gələrkən əynində qara cins şalvar, qara ayaqqadı, qara rəngli üzərində insan başının skleti olan gödəkcə (vitrovka) olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2017-ci ildən Sumqayıt şəhər Pİ-nin 2-ci PB-də sahə rəisi vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xidmət etdiyi sahənin sakinləridir. Rəşad ev ustasıdır, qonşuluğunda Elgün adlı usta var ki, bəzən onunla sifariş götürüb bir yerdə işləyirlər, bu səbəbdən bir qədər yaxın münasibətdədirlər. xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Şahid1 onun mobil telefonuna zəng edib Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs bıçaqlaması barədə məlumat verərək sonuncunun xəsarətlərinin çox olduğunu, tibbi yardım göstərilməsi üçün hadisə yerinə X20 briqadasının tez göndərilməsinə kömək etməsini xahiş etmişdir. O dərhal TTTY stansiyasına zəng edib hadisə barədə məlumat verərək xəstənin vəziyyətin ağır olduğunu deyib həkim briqadasının hadisə yerinə tez yollanmasını xahiş edib hadisənin baş verdiyi ünvana getmişdir. Hadisə yerinə çatarkən orada Rəşadın qızı Rahiməni və Elgünü görmüşdür. Orada məlum olmuşdur ki, Təqsirləndirilən şəxs evdən bıçaq gətirib Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında ona döş qəfəsinə bıçaq zərbəsi endirib yerə yıxdıqdan sonra zərbələrini davam etdirmiş, hadisəni görən Elgün özünü çatdırıb Şəfinin hərəkətlərinə mane olmuş, nəticədə Şəfi bıçağı hadisə yerinə atıb getmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə trasaloji və ballistik ekspertizasının xx.xx.2019-cu il tarixli 30926/27 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmışdır, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, təqdim edilmiş bıçaq üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və düzəliş aparılmamışdır. Tədqiqata təqdim edilmiş geyim əşyalarından X4 məxsus gödəkcənin üzərində rəyin təsviri hissəsində qeyd edilən zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilmişdir. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri o, cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının ( gödəkcənin, şalvarın, ayaqqabının) üzərində hər hansı bir mexaniki zədə aşkar edilməmişdir. (cild 02, iş vərəqə 5-7) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli 30931 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan tünd göy rəngli gödəkcə üzərində tapılmış qara rəngli poltyestr liflər cins əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olan gödəkcənin tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olan paltarlarda qara rəngli gödəkcə üzərində tapılmış tünd boz rəngli akril liflər cins əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan gödəkcənin tərkib liflərinə uyğun gəlir. Təqdim edilmiş bir ədəd bıçaq üzərində lif mikrohissəcikləri yoxdur. (cild 02, iş vərəqə 9-11) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və PA Birliyinin 968/2020 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu AB /İV/-dir. Kimyaçı poliklinikası tərəfindən verilmiş arayışın kserosurətinə əsasən tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcə, Təqsirləndirilən şəxs məxsus cins şalvar və bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrində qrup antigenləri və aqqluyutinləri ABO sistemi üzrə tədqiq olunduqda «A» və «B» antigenləri alındı. Bu qan ləkələri AB / İV/ qruplu şəxsə, o cümlədən X5 məxsus ola bilər. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkcə və 01 cüt ayaqqabı üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. (cild 02, iş vərəqə 27) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli, 1931 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir; döş qəfəsinin sol yarısının qarın boşluğuna keçən peretonu zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin döş sümüyü üzərinə uyğun yarası, döş qəfəsinin sol yarısının İV qabırğaarası sahəyə uyğun yarası, sol qoltuqaltı və sol çiyin nahiyəsinin yarası, sol saidin və sol əlin yarası. Qeyd edilən xəsarətlər deşici kəsici alətlə ola bilsin ki, ekspertizaya təqdim olunan bıçaqla törədilmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən bıçaqla vurulma zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2019-cu il tarixə uyğun gəlir. Döş qəfəsinin sol yarısının qarın boşluğuna keçən peritonu zədələyən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Döş qəfəsinin ön səthinin döş sümüyü üzərində uyğun yarası, döş qəfəsinin sol yarısının İV qabırğaarası sahəyə uyğun yarası, sol qoltuqaltı və sol çiyin nahiyəsinin yarası, sol saidin və sol əlin yarası dərəcəsinə görə birlikdə və ayrı –ayrılıq da sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xəsarətlər yetirilərkən zərərçəkənlə xəsarət yetirən müxtəlif duruş vəziyyətində (üzbə-üz, yan-yana, arxası zərər yetirənə qarşı və.s) ola bilərdi. X6 hadisə zamanı əynində olmuş və ekspertizaya təqdim olunmuş gödəkcənin üzərində olan xəsarətlərlə bədəni üzərində olan xəsarətlər yerləşmə yerlərinə görə birbirinə uyğundurlar. (cild 02, iş vərəqə 41-43) İş materiallarında olan Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 87 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Qərarın təsviri hissəsində göstərilən əməli törətdiyi zaman Təqsirləndirilən şəxs psixi vəziyyəti isitkasiya ilə əlaqəli nevrotik reaksiya kimi qiymətləndirilir. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması müəyyən edilməmişdir. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs intelektual imkanları normaya uyğundur, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmir. Fərdi psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır, özünə qarşı hörmət tələb etmək, emosionallıq, qıcığa qarşı həssaslıq, tez təsirlənmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi emasional sferasında hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması situasiyası ilə şərtləşmişdir. Yoxlanan şəxs Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından, intelektual imkanlarından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, etdiyi hərəkətlərin mənasını və xarakterini anlamaq hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində(fizioloji affekt halında) olmamışdır. (cild 02, iş vərəqə 72-74) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəyini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 224) İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin 21 saylı MKS-nin rəisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ailə tərkibi haqqında arayışdan, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzri yaşayış sahəsindəki həyət evində anası və bacısı ilə birgə yaşayır və müsbət xarakterizə olunur. (cild 02, iş vərəqə 46-48) İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli könüllü gəlmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 12:00 radələrində təqsirini boynuna alaraq, Sumqayıt şəhər Prokurorluğuna könüllü gəlmişdir. (cild 01, iş vərəqə 40) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2012-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir: cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması; cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır); cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi. Göründüyü kimi könüllü gəlib təqsirini boynuna alma hallarının Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mümkün hesab edilən hallarından üçüncüsü hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması hesab edilmişdir ki, Təqsirləndirilən şəxs da hərəkəti elə bundan ibarət olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlini tam etiraf etməsini, könüllü gəlib təqsirini boynuna almasını, hadisəni yetkinlik yaşına çatmadığı dövründə törətməsini, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının yetkinlik yaşına çatmayan şəxslərə on ildən çox olmayan müddətə təyin edilməsi nəzərdə tutulduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1. 10---59.1.13 maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduqda və ağırlaşdırıcı hallar olmadıqda təqsirləndirilən şəxsə təyin edilmiş cəza on il müddətə azadlıqdan məhrumetmə cəzasının dörddə üç hissəsindən artıq olmamalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarın 9-cu bəndinin 2-ci abzasında qeyd edilir ki, cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-in 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Həmin Plenum qərarının 9-cu bəndinin 3-cü abzasına əsasən, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. İş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(060)-275/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2019cu il tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığında saxlama müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır.(cild 01, iş vərəqə 100) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixdə ev dustaqlığı qətimkan tədbiri seçildiyindən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlanıldığı müddətə daxil edildiyindən onun cəzasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və onun barəsində həbs qətimkan tədbiri seçilərək, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar Sumqayıt şəhər prokurorluğunun maddi sübutları saxlama anbarında saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd gödəkcə hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalı, Təqsirləndirilən şəxs Yasər oğluna məxsus 01 ədəd qara şalvar, 01 ədəd qara rəngli gödəkcə, 01 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra onun qanuni nümayəndəsinə təhvil verilməli, hadisə yerində aşkar edilmiş 01 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 308,46 (üç yüz səkkiz manat 46 qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il 07 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçildiyi xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 308,46 (üç yüz səkkiz manat 46 qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Respublika büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar – Sumqayıt şəhər prokurorluğunun maddi sübutları saxlama anbarında saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd gödəkcə hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın, Təqsirləndirilən şəxs Yasər oğluna məxsus 01 ədəd qara şalvar, 01 ədəd qara rəngli gödəkcə, 01 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra onun qanuni nümayəndəsinə təhvil verilsin, hadisə yerində aşkar edilmiş 01 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-511/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-511/2020
28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver