Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-511/2021 02.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X29, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi - X23 iştirakları ilə, xx xxxxxxx 1995-ci ildə Şri-Lanka Demokratik Sosialist Respublikasında anadan olmuş, Şri- Lanka Demokratik Sosialist Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcrid xanasında saxlanılan X26 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X36, insan həyatı üçün təhlükəli olan zərər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, Ukrayna Respublikasına viza alması ilə bağlı tanışı və həmyerlisi X16 ödədiyi pulu vizanın alınmasının təmin edilməməsi səbəbindən geri ala bilmədiyi üçün aralarında yaranmış narazılıqla əlaqədar 10 avqust 2020-ci il tarixdə, saat 13 radələrində sonuncu ilə Bakı şəhəri Səbaii rayonu Z.Əliyeva küçəsi-29 ünvanının qarşısında görüşərkən, şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qisas almaq məqsədilə üzərində olan məişət təyinatlı mətbəx bıçağı ilə X4rın nahiyəsindən bir dəfə vuraraq ona qəsdən həyat üçün təhlükəli olan, böyük piyliyin zədəlnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmdə təqsirləndirilən şəxs qismində dindirilmiş X36 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin noyabr ayının 05-də Bakı şəhərinə gəlmiş və Azərbaycan Texniki Universitetinin hazırlıq kursunda təhsil alır, ünvan 3 ünvanında qeydiyyata düşüb orada yaşamışdır. Azərbaycana gəlişinin əsas məqsədi buradan asan yolla alına bilən viza alıb Ukraynaya getmək olmuşdur. Bakı şəhərində həmyerlisi X18 ilə tanış olmuşdur, onu əvvəllər tanımamış, Ukraynaya viza almaq istədiyini X18 demiş və danışıb razılığa gəlmişlər ki, ona 8500 manat pul ödəsin və Abheetha onun üçün viza təşkil etsin, o pulu Azərbaycan manatı məzənnəsində Şrilanka pulu ilə vermiş və X18 söz vermiş ki, 3 ay müddətində ona viza verdirəcək, viza verməsi üçün ona sənədlərini də vermişdir, lakin X18 verdiyi vədə əməl etməmiş və onun verdiyi pulu da qaytarımamış, hər dəfə müxtəlif bəhanələr gətirərək guya pulu kimlərəsə verdiyini, özündə pul olmadığını demiş, gah da pulunu yaxınlarda verəcəyini demiş, o isə pulsuz qalmış və hər dəfə zəng edib ondan pulunu istəmişdir. Həmin 8500 manat məzənnəsində Şri-Lanka pulunu Abiheethaya vermişdir, ilk olaraq 6500 manat, sonra isə bir neçə dəfəyə ümumilikdə 8500 Azərbaycan manatı məzənnəsində Şri-Lanka pulunu Abheethaya vermişdir, Abheetha da Əhməd adlı şəxsə verdiyini deyirmiş və «Covid-19» pandemiyası ilə əlaqədar viza almağın mümkün olmadığını deyəndə o pulunu qaytarmalarını Abiheethadan işləmişdir, Abheetha da onu Əhmədin yanına aparıb və Əhməd də pandemiya qurtarandan sonra işin düzələcəyinə söz verib, lakin bu ona sərf etmədiyinə görə pulunu Abiheethadan istəmişdir, çünki pulu ona vermişdir, o da ona söz verib ki, onun üçün viza təşkil edəcəkdir. Abheethanın həmin pulları Əhmədə verməsini görməmişdir, onun yanında verilməmişdir. 10 avqust 2020-ci il tarixdə o X11 zəng edib görüşmək istədiyini demişdir, bildirmiş ki, Şri- Lankaya getməlidir, lakin pulu yoxdur, bu mövzuda danışarkən əsəbləşib Abheethaya demiş ki, pulunu qaytarmasa onu öldürəcək, Abheetha da ona demiş ki, onu öldürəcək. Abheetha onu Sahil bağına çağırmış, o isə onu Zərifə Əliyeva küçəsi-29 ünvanına, yəni kirayədə qaldığı evin yaxınlığına çağırmışdır. X1 görüşə dostları ilə gələcəyini dediyindən o yaşadığı evdən mətbəx bıçağı götürmüş ki, onlar çox olduqlarından özünü müdafiə etsin, saat 13:00 radələrində Z.Əliyeva küçəsi- 29 ünvanında olarkən Abheetha, yanında Dasun, İshan, Vishva ora gəlmişlər və o pulunu tələb etmişdir, onda Abheetha onun sinəsindən arxaya itələmişdir, o da cibində saxladığı bıçağı çıxarıb onun qarın nahiyəsindən vurmuşdur, yanlarında olan uşaqlar onları aralaşdırandan sonra o əlində olan bıçaqla oradan qaçıb getmişdir, U.Hacıbəyov küçəsində vurduğu bıçağı zibil qutusuna atmış və oradan «Malakan bağı» adlanan əraziyə gedəndə polis əməkdaşı onu saxlayaraq hadisə yerinə gətirmiş və hadisə yerinə çatanda orada olan həmyerliləri hadisəni onun törətdiyini polislərə deyəndən sonra onu Polis bölməsinə aparmışlar, polislər onu hadisə yerinə gətirəndə artıq X12 xəstəxanaya aparmışlar. Öz əməlindən səmimi olaraq peşimançılıq çəkir. X12 bıçaqla vurandan sonra onun qarın nahiyəsində qan görüb qorxaraq qaçıb getmiş, onu öldürmək qəsdi olmamışdır. O pulunu qaytarması ilə əlaqədar X18 ilə sözlə mübahisə etmişdir, onunla əlbəyaxa olanda Abheetha onun sinəsindən itələdiyi üçün o evdən özü ilə gətirdiyi bıçaqla Abheethanın qarından bir dəfə vurmuşdur. Onların mübahisələri təxminən 5 dəqiqə davam etmişdir və mübahisə etdikləri yer dayanacaq olduğundan ətrafdan tanımadığı şəxslər keçib onların mübahisələrini görmüşlər, bununla yanaşı Dasun, İshan, Vishva da yanlarında olmuşlar. Həmin hadisə zamanı Abheetha ona nəlayıq sözlər demiş, bıçaqla vurub xəsarət yetirdiyi Abheethanı ondan ona viza üçün verdiyi 8500 manat pulu vermədiyinə görə vurmuşdur, Ukrayna səfirliyinə verdiyi pulu və hotelində qalmaq üçün əvvəldən ödədiyi pulu istəməmişdir. Abheethanı həmin gün iki dəfə yanına çağırmış, birinci dəfə çağıranda onun yanında adamları görüb getməmişdir, ikinci dəfə isə bıçaq götürüb getmiş ki, onlar hamısı onun üstünə gəlsələr özünü müdafiə edə bilsin. O və onun kimi digər həmyerliləri Ukraynaya viza verilməsi üçün Ukraynanın Azərbaycan Respublikasında olan Səfirliyinə müraciət etmişlər və səfirlikdən onlara rədd cavabı gəlmişdir, bu barədə onun da ümumivətəndaş pasportunda səfirliyin möhürü ilə rədd cavabı vardır. Abheethanın ondan aldığı pulu Əhməd adlı şəxsə verməsini dediyi həmin Əhmədin yanında Abheetha ilə birlikdə olmuşdur, Əhməd onun pulunu Abiheethanın ona verməsini etiraf edib və «Covid-19» pandemiyası ilə əlaqədar vizanın hələlik alınmadığını deyib, pandemiya qurtarandan sonra viza veriləcəyini söyləyib, lakin o pandemiyanın qurtarmasına qədər gözləyə bilməyəcəyini demiş və pulunu istəmişdir, lakin o Əhmədə pul vermədiyindən, Abheethaya verdiyindən pulunu Abheethadan istəmişdir, o da hər dəfə ona bəhanələr gətirib pulunu qaytarmamışdır, onu bıçaqla vurub sağlamlığına ağır zərər yetirməyi də bu səbəbdən olmuşdur. Cinayət işinin materiallarında olan 09 aprel 2021-ci il tarixli, 33/1161 nömrəli məktubdan görünür ki, X18 26 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmışdır. Zərərrçəkmiş şəxs qismində dindirilmiş X18 istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Şri-Lanka Demokratik Sosialist Respublikasının Reradeniya şəhərində yaşamış, Rajapche Tİrichari Chanika adlı xanımla ailə qurmuşdur, dolanışıq məqsədi ilə turist şirkəti qurmaq üçün 2019-cu ilin yanvar ayında Bakı şəhərinə gəlmiş və Bakı şəhərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət yaradıb Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti, ev-28, mənzil-25 ünvanını icarəyə götürüb həmin ünvanı hostel kimi işlətmişlər, həmin MMC arvadı ilə onun şərikli işlətdikləri şirkətdir və şirkət Bakı şəhərinə gəlmiş xarici ölkə vətəndaşlarının yerləşdirilməsi işlərini yerinə yetirir. X17 Bakı şəhərinə gəldiyi vaxtdan tanımışdır, Ravi onun rəhbəri olduğu hosteldə qeydiyyata durmaqla orada yaşayırmış, onun Ravi ilə münasibəti normal olmuşdur. İşi ilə əlaqədar olduğundan eşitmiş ki, Bakı şəhərində qalan Əhməd adlı Pakistan İslam Respublikası vətəndaşı vətəndaşların başqa ölkələrə, o cümlədən Ukraynaya viza almaları işini yerinə yetirir, yəni xarici ölkə vətəndaşlarına viza almaqda əvəzli şəkildə, yəni pulunu ödəməklə kömək edir, həmin işi kimlərin vasitəsilə, neçəyə yerinə yetirməsini bilməmiş və Ravigilə qədər o Əhmədlə viza işi ilə əlaqədar heç bir iş görməmişdir. Ravigil gələndən sonra ona Ukraynaya viza almaqda kömək etməsini xahiş etmişlər. Özü də daxil olmaqla bir neçə Şri- Lanka vətəndaşları ilə viza verilməsi üçün Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinə rəsmi müraciət etmişdir, Ravi və başqaları da müraciət etmişlər və hərəsi 60 ABŞ dolları ödəniş etmişlər, hərə öz ümumivətəndaş pasportunu səfirliyə təqdim etmişdir, lakin bir müddət sonra səbəbini izah etmədən viza verilməsindən imtina barədə üınumivətəndaşlıq pasportlarına möhür vurulmaqla səfirlik pasportlarını özlərinə qaytarmışdır, ondan sonra Ravigilin xahişi ilə o həmin Əhmədə müraciət etmişdir və Əhməd söz vermiş ki, Ravi və başqaları üçün Ukraynaya viza məsələsini həll edər, əvəzində Ravidən 8500 manat pul istəmişdir, o da onun sözünü Raviyə çatdırmışdır, Ravi razı olmuş və ilk olaraq 6500 manat, sonralar isə bir necə dəfəyə xırda-xırda 2000 manatı ona vermiş, o da aparıb Əhmədə vermişdir. Əhmədin ofisi «Meqafun» əyləncə sarayının vanında yerləşmiş, pulu o Əhmədə onun ofisində vermiş, pulun verilmə tarixləri fevral ayı ərzində olmuşdur, o Ravinin hissə-hissə verdiyi 8500 manat pulun hamısını Əhmədə vermişdir, Əhmədin də deməsinə görə o pulun hamısını səfirlikdə bu işi görən şəxsə vermişdir, lakin konkret kimə verməsini ona deməmişdir, o da soruşmamışdır, lakin pulu verəndən sonra Azərbaycanda və dünyanın əksər ölkələrində «Covid-19» pandemiyası ilə əlaqədar elan edilmiş sərt karantin rejiminə görə ölkələrin bir-birlərinə viza ilə və ya sair yollarla keçmələrinə qadağalar qoulmuş və səfirliklərin vizalar vermələri dayandırılmışdır, Əhmədin viza verəcəyi müddət barədə dedikləri müddət ötdüyündən Ravi və digərləri ona deyəndə o da Əhmədə deyirmiş, Əhməddə deyirmiş ki, pandemiya ilə əlaqədar viza verilişi dayandırılmışdır, pandemiya qurtarsın, sonra viza məsələsi həll olunacaqdır, bundan sonra Ravi verdiyi pulu geri istəmiş, o da onu Əhmədlə bir neçə dəfə görüşdürmüşdür, Əhməd ona dediklərini Raviyə də deyib, lakin Ravi razılaşmamış və pulu ona verdiyinə görə ondan da pulunu tələb etməyə başlamışdır, o isə Ravini Əhmədlə görüşməyi, pulunu ondan istəməyi demişdir, Ravi isə ondan pulunu istəmişdir. Hadisəyə qədər onun Ravi və ya başqaları ilə bu barədə heç bir mübahisələri, davaları olmamışdır. 10 avqust 2020-ci il tarixdə, saat 09:30 radələrində o yaşadığı ünvan 6 ünvanında arvadı ilə olmuşdur, bu vaxt Ravi ona «VhatsApp»la zəng edib ondan Şri-Lankaya qayıtmaq üçün bilet pulu istəmişdir, cavab olaraq ona demiş ki, pulu yoxdur, bununla əlaqədar aralarında sözlə mübahisə düşmüşdür. Mübahisə vaxtı Ravi pul verməsə onu öldürəcəyini demiş və onu kirayədə yaşadıqları ünvana, Zərifə Əliyeva küçəsinə çağırmışdır, o da razılaşıb onun çağırdığı ünvana getmişdir, ora getməkdə məqsədi dava elmək olmamışdır və Ravinin onu öldürəcəyi hədəsinə cavab olaraq bildirmiş ki. gəlir öldürərsən, həmin danışıq vaxtı o Ravini Sahil parkına gəlməyi demişdir. Ravi isə Z.Əliyeva küçəsinə gəlməsini deyib, o da ora getmişdir. O həmin yerə tək getmişdir, Ravinin dediyi yerdə təxminən 5-10 dəqiqə gözləmiş, lakin Ravi ora gəlmədiyinə görə evə qayıtmışdır. Onların danışıqlarını arvadı da eşidib. Həmin gün, saat 13:00 radələrində Ravi yenə ona zəng edib yenə çağıraraq öldürəcəyini demiş və o da Ravinin dediyi ünvana getmişdir, həmin ərazidə yaşayan X19, LansakaraJayasundara, Ashook onu görüb hara getməsini soruşmuş, o da Ravi ilə danışmağa getməsini demişdir, onlar da onunla həmin Z.Əliyeva küçəsinə getmişlər, ora çatandan sonra Ravi ora gəlib və onun da yanında başqa Şri-Lankalılar gəlmişlər, ilk olaraq Ravi ona bildirmiş ki, onun Şri- Lankaya getməyə pulu yoxdur və ondan pul istəmişdir, o da ona demişdir ki, sənə verməyə pulum yoxdur, Ravi isə israrla ondan pul istəmiş, Ravi söhbət zamanı onun üstünə gələndə o əlini irəli verməklə onu əli ilə saxlamışdır, sonra Ravi yenidən üstünə gəlmişdir. O hiss etməmişdir ki, Ravi onu bıçaqla vurub, onun üstündən bıçaq çıxarmasını da görməmişdir, ikinci dələ üstünə gələndə qarın nahiyəsinin sol tərəfinə zərbə vurmasını görmüşdür və sonra o əlini çəkəndə baxmış ki, qarın nahiyəsinə zərbə vurduğu əlində qara dəstəklə, kəsən hissəsi parıldayan bıçaq vardır, lakin hələ Ravinin onui nbıçaqla vurmasını hiss etməmiş, sonra Ravi oradan qaçıb uzaqlaşmış və o əynindəki yaşıl rəngli «mayovka» adlanan köynəyində qan görüb köynəyini qaldıranda bıçaqla vurulduğunu görmüşdür, həmin vaxt ora polis əməkdaşı yaxınlaşmış və onun bıçaqla vurulduğunu görüb yaxınlıqda olan poliklinikaya aparmışdır. Sonra isə oradan onu Respublika Kliniki xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 10 avqust 2020-ci il tarixdə 3 saylı postda xidmətdə olmuşdur, saat təxminən 13:50 radələrində xidmət etdiyi Zərifə Əliyeva küçəsində, 19 saylı binanın qarşısında, avtobus dayanacağının yaxınlığında bir qrup şəxslərin toplaşdığını görmüşdür, həmin şəxslər xarici görünüşlərindən xarici ölkə vətəndaşlarına oxşayırmışlar, həmin şəxslərin qrup halında toplaşdıqlarını görüb onlara yaxınlaşmışdır, belə ki, Pandemiya ilə əlaqədar elan edilmiş karantin rejiminə görə vətəndaşların qrup halında toplaşmaları qadağan edilmişdir. Onlara yaxınlaşarkən həmin toplaşanlardan birinin qarnını tutub yerə yıxılmasını, digərinin isə əks istiqamətdə qaçmasını görmüşdür. O qarnını tutub yerə yıxılan şəxsə yaxınlaşıb onun qarın hissəsindən xəsarət almasını və qarın hissəsindən qan gəldiyini görüb istifadəsindəki «3545» nömrəli ratsiya ilə Səbail RPİ-nə və Səbail RPİ-nin 39-cu PB-nin növbətçi hissəsinə bu barədə məlumat vermiş və sonra da xəsarət alan həmin şəxsi yaxınlıqda olan 1 saylı Şəhər poliklinikasına aparmışdır. Həmin şəxsi bıçaqlayıb qaçan şəxsi isə onunla birlikdə həmin ərazidə xidmət aparan Səbail RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 saxlamış və aparıb Səbail RPİ-nin 39-cu PB-nə təhvil vermişdir. Bölmədə məlum olmuş ki, həmin şəxsi bıçaqla vuran şəxs Şri-Lanka vətəndaşıdır, adı Ravidir, vurub xəsarət yetirdiyi şəxs də Şri-Lanka vətəndaşı olmuşdur. O bu barədə Səbail RPİ-nin 39-cu PB-nin rəisinin adına raport yazaraq hadisə barədə məlumat vermişdir. Hadisə yerinə yaxınlaşarkən onların əlbəyaxa olub dava etmələrini görməmişdir. Həmin vaxt hadisə yerində vətəndaşlar var imiş, lakin onları tanımır, onların yanlarında olanların bir neçəsi öz həmyerliləri imişlər, onların həmyerliləri və digər vətəndaşların onlara və ya digərlərinə qarşı hər hansı aktiv hərəkətlərini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 10 avqust 2020ci il tarixdə ərazi üzrə «tras» tədbirində imiş, saat təxminən 13:50 radələrində Zərifə Əliyeva küçəsində, 19 saylı binanın yaxınlığında olarkən efirdə məlumat eşitmiş ki, «3445» çağırışlı ratsiya ilə məlumat verilmiş ki, onun «olduğu yerə yaxınlıqda xəsarət alan vardır, həmin yerə təcili yardım göndərilsin», o da həmin yerə yaxınlaşmış və görmüş ki, bir nəfər xarici ölkə vətəndaşı yerə yıxılmış haldadır və qarın hissəsində qan var imiş, postaçı Elnur orada imiş və o orada olanlardan sorğu etdikdə bir nəfər tanımadığı vətəndaş bildirmiş ki, «həmin yerdən iki nəfər metro istiqamətində qaçdı», xəsarət alanı təcili yardımla aparmışlar və o oradan idarə etdiyi avtomobillə «Malakan bağı» adlanan yerə tərəf getmişdir, bağa çatanda görmüş ki, iki nəfər xarici ölkə vətəndaşı parka girmişlər, onlardan birinin başında papaq var imiş, ona da «həmin qaçanlardan birinin başında papaq olmasını» deyibmişlər, onlar öz xarici dillərində nəsə deyirmişlər və o onların dillərini bilmədiyindən nə demələrini başa düşməmiş və onların ikisini də maşına mindirib hadisə yerinə aparmışdır, orada qalan öz həmyerliləri bildirmişlər ki, digər həmyerlilərini bıçaqla vurub xəsarət yetirən həmin şəxsdir, sonra da həmin şəxsi 39-cu Polis bölməsinə aparıb təhvil vermişdir. Cinayət işinin materiallarında olan 19 iyun 2021-ci il tarixli, 33/2051 nömrəli məktubdan görünür ki, X37 Samanthilage, X3 və X24 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmışlar. Şahid qismində dindirilmiş X41 istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 31 avqust 2019-cu ildən daimi yaşadığı Şri-Lanka Respubliksaından Azərbaycana gəlmişdir, Azərbaycana gəlməsəkdə məqsədi Ukraynaya getmək olmuşdur. Ravinin Abheethanı bıçaqla vurub xəsarət yetirməsi hadisəsinin şahidi olmuşdur. Belə ki, o həmyerlisi X7 digər həmyerlisi kimi tanıdığı X30 Ukraynaya getmək üçün viza düzəltməsindən xəbəri olmuşdur. Bunu Ravinin dediyinə görə bilmişdir. O və başqa Şri-Lanka Respublikasından olan şəxlər Azərbaycanda əksər vaxt zəngləşib görüşürmüşlər. 10 avqust 2020-ci ildə X6 zəng edərək həmyerliləri Ravi ilə arasında olan viza məsələsim həllinə görə Ravinin verdiyi pulun çözülməsi üçün saat 12 radələrində Bakı şəhərində yaşadıqları evin yaxınlığına çağırmasını demişdir. Ona görə də o həmyerliləri Ashoka Samanthilaka, Ravin və Priyantha Pushpakumara ilə birlikdə həmin ünvana getmişlər. Onlar həmin ünvana çatanda X20, Dasun, İshanm orada olduğunu görmüşlər. Onlar ora çatanda həmyerliləri ilə görüşmüşlər və orada olan Ravi Abheethaya ona Ukraniyaya getmək üçün verdiyi pulu geri istəmişdir. Bu zaman aralarında bu barədə mübahisə düşmüş, Abheetha ucadan Raviyə nalayıq sözlər deyib onun sinəsindən kənara itələdikdə Ravin qəfılətən bıçaqla Abheethaya vurub qarnından xəsarət yetirmişdir. Buna görə Abheethanm qarnından qan axmağa başlamış, Ravi oradan qaçaraq uzaqlaşmışdır, Həmin zaman bir nəfər yol polisi onlara yaxınlaşaraq hadisə nəticəsində xəsarət almış şəxsi Sahil metrosunun yanında olan 1 nömrəli poliklinikaya aparmışdır. Bundan başqa onun heç bir məlumatı yoxdur. Abheetha ilə görüşməyə gedən zaman o Ravinin özü ilə bşçaq götürməsini görməmişdir və Ravi bu barədə də onlara heç nə deməmişdir. Ravi ilə Abheetha arasında pulun qaytarılması barədə mübahisə olan zaman Abheetha Raviyə nalayıq sözlər deyib sinəsindən itələdikdə Ravi qəfılətən özündə olan bıçaqla Abheethanm qarından bir dəfə vurub xəsarət yetirmişdir, öldürmək olmamışdır. Şahid qismində dindirilmiş X37 Samanthilage ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 20 noyabr 2019-cu il tarixdən Bakı şəhərindədir, Bakı şəhərinə gəlməkdə məqsədi Ukrayna işləmək üçün getməkdir, belə ki, Azərbaycandan viza alıb Ukraynaya getmək asandır, ona görə Azərbaycanı seçmişdir. Azərbaycana gələndən sonra X34, X13 və başqa Şri-Lanka Respublikası vətəndaşlarını tanımışdır. Azərbaycana gələndən sonra Mədəniyyət və İncəsənət Universitetinin hazırlıq kursuna daxil olmuş və orada əyani təhsil alır. ünvan 7 ünvanında qeydiyyatda olub yaşamışdır, lakin sonralar «Covid-19» virusu ilə əlaqədar yaşayış yerini dəyişib Səbail rayonu, Əliyeva küçəsi-29 ünvanında Ravi və başqaları ilə birlikdə kirayədə qalır. Ravi və başqaları ilə münasibəti yaxşıdır. X8 adını ona Şri-Lankadan deyibmişlər və bilirmiş ki, o Azərbaycandan Ukraynaya viza təşkil edir, ona görə də Bakı şəhərində X13 tapmış və o ona söz vermiş ki, onun üçün Ukraynaya viza təşkil edəcək, bunun üçün Abheetha ondan ümumilikdə 5000 ABŞ dolları pul almışdır, o həmin pulu Azərbaycana gələndən sonra, yəni 22 noyabr 2019-cu ildə qeydiyyata düşdüyü ünvanda, yəni Rəşid Behbudov küçəsi, ev-22, mənzil-14 ünvanında Abheethaya vermişdir və Abheetha ona söz vermiş ki, İki ay müddətində ona viza təşkil edəcək ki, o Ukraynaya getsin. Ondan başqa Ravinin və başqalarının da viza ilə əlaqədar Abheethaya pul vermələrini bilirmiş, lakin aradan uzun müddət keçiməsinə baxmayaraq Abheetha nə viza düzəltməmiş, nə də pullarını qaytarmırmış, bununla əlaqədar istər özü, istər Ravi və başqaları Abheethadan tələb etsələr də Abheetha onları aldadır və hər dələ bəhanələr gətirib pullarını qaytarmaq istəmişdir. Bununla əlaqədar aralarında narazılıqlar var imiş. 10 avqust 2020-ci il tarixdə Ravi Abheethaya zəng edib pulunu istəmiş və onlar telefonla danışarkən mübahisə xarakterli söhbətlər aparmışlar, sonra Ravi Abheetha ilə danışmışlar ki, düşüb aşağıda görüşüb bu barədə söhbət etsinlər. O və X42 ilə aşağı düşmüşlər ki, bir yerdə pullarını Abheethadan istəsinlər, qaldıqları evin qarşısına, avtobus dayanacağına gələndə Abheetha və yanında iki nəfər onları gözləmişlər, görüşəndən sonra Ravi Abheethadan pulunu istəmiş, Abheetha pulu olmadığını və ona görə də pulu qaytarmayacağını demişdir, sözlə təxminən 5 dəqiqə Ravil ilə Abheetha mübahisə edəndən sonra Abheetha Ravinin sinəsindən itələmişdir, Ravidə cibindən çıxardığı bıçaqla Abheethanın qarın nahiyəsinə bir dəfə vurmuş və Abheethanın qarın hissəsində qan görəndən sonra onlar Raviyə demişlər ki, oradan getsin. Ravidə oradan uzaqlaşmışdır, o və orada olan başqa Şri-Lankalılar onları aralaşdırırmışlar, Ravi qaçandan sonra onlar Abheethanın yanında olarkən onlara polis əməkdaşları yaxınlaşmış və Abheethanın xəsarətini görüb təcili yardım çağıraraq onu xəstəxanaya aparmışlar, onları isə polisə gətirmişlər. Polislər həmin vaxt Ravini də saxlamışlar və onlarıi 39-cu Polis bölməsinə aparmışlar. Ravi ilə Abheetha mübahisə edəndə həmin yer dayanacaq olduğundan ətrafdan çoxlu adamlar keçmiş və onların mübahisələrini görürmüşlər, həmin mübahisə və dava təxminən 5 dəqiqə davam etmişdir. Ravi ilə birlikdə aşağı düşsə də Ravinin özü ilə bıçaq götürməsini və aşağı düşərkən üzərində bıçaq olmasını görməmişdir. Ravi onlara bunu deməmişdir. Ravi bıçaqla Abheetham vurandan sonra o həmin bıçağı görmüşdür və tanımış ki, həmin bıçaq onların mətbəxdə istifadə etdikləri bıçaqdır, qatlanmayan qara dəstəkli mətbəx bıçağı olmuşdur. Şahid qismində dindirilmiş X3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 23 mart 2019-cu ildə Azərbaycana-Bakı şəhərinə gəlmiş və Azərbaycana gəlişinin məqsədi burada ali məktəbdə oxumaq olmuşdur, hazırda Mədəniyyət və İncəsənət Universitetinin hazırlıq kursunda əyani təhsil alır. ünvan 9 ünvanında X20 ilə birlikdə qalır, Abheetha ondan əvvəl Bakıya gəlmişdir və hazırda qaldığı hosteli işlədir, onunla münasibətləri normaldır. Həmin hosteldə müvəqqəti qeydiyyatda olan həmyerlisi X31 da tanıyır, Ravi ondan sonra Bakı şəhərinə gəlmişdir, onunla da münasibəti normaldır, Ravi onun qaldığı hosteldə qeydiyyatda olsa da Bakı şəhərində, başqa ünvanda başqa həmyerliləri ilə kirayənişin qalır. X21 pul almasını, nə məqsədlə almasını bilməmiş, 10 avqust 2020-ci il tarixdə Abheetha ilə bir yerdə olarkən Ravi ona zəng edib onun pulunu qaytarması barədə Abeetha ilə danışmış və bir az danışıqdan sonra Ravi Abheetham danışmaq üçün çağırmışdır, onun pulunu qaytarmasa öldürəcəyini deyirmiş, sonra Abheetha tək getmiş və az sonra qayıdaraq bildirmiş ki, Ravi çağırışa gəlməmişdir, evə gələndən sonra Ravi yenidən zəng edib Abheetham yenidən çağırmışdır. Abheetha Ravinin çağırışı ilə onun kirayədə qaldığı ünvana getmişdir, o da iki nəfər həmyerliləri Abheetha ilə birlikdə Səbail rayonu Zərifə Əliyeva küçəsi-29 ünvanına, avtobus dayanacağına getmişlər, orada gözləyərkən Ravi də üç nəfər həmyerliləri ilə ora gəlmişdir, görüşəndən sonra Ravi ilə Abheetha söhbət edirmişlər, Ravi Abheethaya verdiyi pulunu istəyirmiş, Abheetha isə pulu olmadığını, ona pul verməyəcəyini deyirmiş, istər Abheetha tərəfdən o və digərləri, istərsə də Ravi ilə gələn həmyerliləri dava etmək məqsədi ilə deyil, dava olmasına imkan verməmək üçün ora gedibmişlər, ilk vaxt Ravi ilə Abheetha sakit şəkildəge danışırmışlar və sonra Ravi Abheethanın üstünə gəlib kəmərindən bıçaq çıxararaq Abheethamn qarın nahiyəsindən vurmuş və sonra Ravi oradan qaçıb getmişdir, Abheetha əvvəlcə bıçaqla vurulmasını bilmirmiş, sonra əynindəki köynəyini qaldıranda baxmış ki, qarın nahiyəsindən bıçaqla vurulmuşdur, onlar onu tələsik yaxınlıqda olan polikilinikaya aparmışlar, polikilinikada təcili yardım çağırıb Abheethanı xəstəxanaya aparmışlar. Ravinin kim tərəfindən tutulmasını, Abheethaya xəsarət yetirdiyi bıçağı hara atmasını görməmişdir. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 13 mart 2019-cu il tarixdən Bakı şəhərindədir, Bakı şəhərinə gəlməkdə məqsədi oxumaq və buradan sonra Ukraynaya işləmək üçün getmək olmuşdur. Belə ki, Azərbaycanda oxumaq və viza alıb Ukraynaya getmək asandır, ona görə Azərbaycanı seçmişdir. Azərbaycana gələndən sonra X31, X13 və başqa Şri- Lanka Respublikası vətəndaşlarını tanımışdır. Azərbaycana gələndən sonra Mədəniyyət və İncəsənət Universitetinin hazırlıq kursuna daxil olmuş və orada əyani təhsil alır. ünvan 7 ünvanında qeydiyyatda olub yaşayır. Yaşadığı ünvan X7 hostelidir, həmyerlilərindən X7 hostelində və Bakı şəhərində olan müxtəlif ünvanlarda yəni, Səbail rayonu. Zərilə Oliyeva küçəsi-29 ünvanında Ravi və başqaları ilə birlikdə kirayədə qalmışlar. Hadisədən 4-5 gün əvvəl X20 ilə həmyerlisi Ravi arasında olan viza düzəldilməsi ilə bağlı söz-söhbəti eşidib bilmişdir. Belə ki, onun Abheethadan eşidib bildiyinə görə Ravi Azərbaycandan Ukrayna Respublikasına getmək üçün Abheethaya pul verdiyini, lakin həmin işin gecikdiyin bildirmişdir. Abheethanın Ravidən başqa digərlərinə də viza ilə əlaqədar köməklik etdiyini bilmişdir. 10 avqust 2020-ci il tarixdən əvvəl Ravi ilə Abheetha arasında mobil telefon danışıqları zamanı bunu eşidib bilmişdir, lakin konkret olaraq Ravinin nə qədər pulu Abheethaya verməsini bilməmişdir. Abheethanın Hosteli olduğuna görə o, viza ilə bağlı istəyənə köməklik etmişdir. 10 avqust 2020-ci il tarixdə Ravi Abheethaya zəng edib pulunu istəmiş və onlar telefonla danışarkən mübahisə xarakterli söhbətlər aparmışlar, sonra Ravi Abheetha ilə danışmışlar ki, düşüb aşağıda görüşüb bu barədə söhbət etsinlər. Həmin vaxt Abheetha tək olaraq getmişdir, lakin Ravi gəlmədiyi üçün Abheetha qaldıqları hostelə qayıtmışdır. Bundan az sonra yenə Ravi Abheethanın mobil telefonuna zəng edib danışmışlar. Həmin vaxt o, otaq yoldaşları X5 və Ujitha Sandun tanışları Abheetha ilə birlikdə qaldıqları evin qarşısına, avtobus dayanacağına düşmüşlər. Bundan az sonra Ravi yanında özündən başqa əlavə 3 nəfərlə bildikdə ora gəldiklərini görmüşdür. Ravi onların yanma çatandan sonra Abheethadan pulunu istəmişdir, Abheetha pulu olmadığını və ona görə də pulu qaytarmayacağmı demiş, sözlə təxminən 5 dəqiqə Ravi ilə Abheetha mübahisə edəndən sonra Abheetha Ravinin sinəsindən itələmişdir, Ravidə üstündən çıxardığı bıçaqla Abheethanın qarın nahiyəsinə bir dəfə vurmuşdur. Həmin zaman Abheethamn qarın hissəsində qan görmüşdür, bu zaman onlar Raviyə demişlər ki, oradan getsin, Ravidə oradan uzaqlaşıb getmişdir, o və orada olan başqa Şri-Lankalılar bu hadisəin şahidləri olmuşlar. Ravi qaçandan sonra onlar Abheethanın yanında olanda onlara polis əməkdaşları yaxınlaşmış və Abheethanın xəsarətini görüb təcili yardım çağıraraq onu xəstəxanaya aparmışlar. Polislər həmin vaxt Ravini də saxlamışlar və onları 39-cu Polis bölməsinə aparmışlar. Ravi ilə Abheetha mübahisə edəndə həmin yer dayanacaq olduğundan ətrafdan çoxlu adamlar keçirmiş və onların mübahisələrini görürmüşlər, həmin mübahisə və dava təxminən 5 dəqiqə davam etmişdir. Ravi bıçaqla Abheethanı vurandan sonra o həmin bıçağı görmüşdür. Həmin bıçağın dəstəyi qara rəngli imiş, tiyəsi isə parlaq imiş. Həmin bıçaq Ravinin yaşadığı mənzildə mətbəxdə istifadə etdikləri bıçaq imiş, qatlanmayan qara dəstəkli mətbəx bıçağı imiş. Ravi həmin hadisə zamanı bıçaqla Abheethaya bir dəfə zərbə vurmuşdur, əgər istəsəydi iki və daha aıtıq bıçaq zərbəsi vura bilərdi, lakin bir dəfə vurub oradan qaçıb uzaqlaşmışdır. Ravinin bıçaqla Abheethaya vurmaqda səbəb onun pulunun Abheetha tərəfindən qaytarılmaması olmuşdur. Şahid qismində dindirilmiş X24 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 2017-ci ildə həmyerlisi X13 ilə ailə qurmuşlar, 2019-cu ilin yanvar ayında Bakı şəhərinə gəlmişlər, Azərbaycana gələndən sonra ünvan 14 ünvanında müvəqqəti qeydiyyata düşmüşlər. Bakı şəhərində müvəqqəti qeydiyyatda alındıqları ünvanda Hostel icarəyə götürüb işlədirlər. O həmin hostelin direktorudur, əri isə onun müavinidir. Həmin hosteldə yalnız xarici vətəndaşlar qala bilir. Hosteldə olan xidmətə görə bir ay qatan xarici vətəndaş 150 manat pul verir, lakin qısa müddətdə qalanlar 1 günü 7 manat pul ödəyirlər. Əri Abheetha ilə o Azərbaycanda hostel işlətdikləri üçün koronavirius olana qədər Ravi və ondan başqa olan digər həmyerliləri hosteldə qalırmışlar, lakin koranavirusdan sonra 10 nəfərdən artıq adam bir yerdə qalması qadağan olduğundan Ravi və başqa həmyerliləri başqa ünvanda qalmağa başlamışlar. Lakin Azərbaycanda həmyerliləri ayrı ünvanlarda qalsalarda gündəlik görüşürmüşlər. O Ravini hostellərində qalan müştəri kimi tanımışdır, onunla aralarında heç bir yaxın həmyerli kimi münasibəti olmamışdır. O həmişə olduğu kimi 10 avqust 2020-ci ildə səhər vaxtı hosteldə olan zaman Ravi onun ərinə zəng edib onunla danışan zaman Ravi ilə əri Abiheetha arasında söz söhbət olmasını bilmişdir. Belə ki, Ravi ilə Abiheetha aralarında pul söhbəti olmasını ərindən soruşduğu üçün bilmişdir. Həmin zaman əri X35 ilə görüşmək üçün evdən getmişdir. Bundan az sonra Abheetha evə qayıdaraq Ravini tapmadığım bildirmişdir. Bundan sonra onlar yenə də evdə olan zaman elə həmin gün, yəni, 10 avqust 2020-ci ildə, saat təxminən 13 radələrində Ravi Abheethanın mobil nömrəsinə zəng edən zaman o evdə olmuşdur. Həmin zaman Ravi Abheetha ilə mobil telefonda bir-biri ilə əsəbi şəkildə danışırmışlar, Ravi Abiheethanı çölə çağırmışdır. Ona görə də Abiheetha evdən tək olaraq çıxıb Ravi ilə görüşməyə getmişdir. Abiheetha Ravi ilə görüşməyə gedən zaman onun yanında kimlər olmasını bilməmişdir. Həmin gün günorta saat 14:30 radələrində bilmişdir ki, Ravi Abiheetha ilə Bakı şəhəri Z.Əliyeva küçəsində görüşüb söhbət edən zaman Ravi üzərində olan bıçaqla Abiheethanın qarın nahiyyəsinə bir dəfə vurub xəsarət yetiribdir. O həmin hadisə zamanı orada kimlərim olmasını bilmir. Cinayət işinin 199-202-ci vərəqlərində olan protokoldan görünür ki, zərərçəkmiş şəxs X14 ifadəsi hadisə yerində yoxlanmış və o ünvan 16 ünvanını göstərib Əhməd adlı Pakistan islam Respublikası vətəndaşının ofisinin həmin ünvanda yerləşdiyini və təqsirləndirilən şəxs X28 Ukraynaya viza verilməsi üçün aldığı 8500 manat pulu həmin ünvanda Əhmədə verdiyini bildirdi. Zərərçəkmiş X14 dediyi həmin ofis «Meqafun» əyləncə mərkəzi olan binanın 2-ci mərtəbəsində yerləşir və ofisin giriş qapısı bağlı olduğundan orada heç kimi tapmaq mümkün olmadı. Cinayət işinin 181-186-cı vərəqlərində olan üzləşdirmə protokolundan görünür ki, iş üzrə təqsirləndirilən şəxs X39 ilə zərərçəkmiş X20 aralarında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı söyləmişlər. Cinayət işinin 14-19-cu vərəqlərində olan protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs X26 iştirakı ilə hadisə yerinə baxış keçirilərkən hadisənin Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva küçəsi 29 saylı evin yaxınlığında, küçədə, piyadaların hərəkəti üçün olan səkidə baş verməsi müəyyən edilmişdir. İş üzrə təqsirləndirilən şəxs X36 zərərçəkmiş X13 bıçaqla qəsdən vurub xəsarət yetirdiyi yeri göstərmiş və həmin yerdə qana bənzər ləkələr olması aşkar edilmişdir, həmin yerdən ekspert-kriminalist tərəfindən qanabənzər ləkələrdən nümunələr götürülüb 2 ədəd zərfə qablaşdırılmaqla təqdim edilmişdir. Hadisə yeri şəhərdaxili avtobusların dayanacaq yerinin yanında yerləşir. Hadisə yerində fotoşəkillər çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Cinayət işinin 20-24-cü vərəqlərində olan protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs X26 iştirakı ilə hadisə yerinə baxış keçirilərkən o zərərçəkmiş X2rın hissəsində qəsdən vuraraq onun sağlamlığına ağır zərər vuran xəsarət yetirdiyi bıçağı hadisədən sonra atdığı yeri göstərəcəyini bildirmiş və onun göstərdiyi yerdən hal şahidlərinin iştirakları ilə bıçaq götürülmüşdür. Təqsirləndirilən şəxs Gunasekara Ravinin hadisədən sonra bıçağı atdığı zibil qutusu ünvan 17 ünvanında yerləşir. Təqsirləndirilən şəxs Gunasekara Ravi həmin ünvana gəlib yaşıl rəngli, plasmas materialdan olan zibil qutusunun qapağını qaldırıb orada olan zibil tullantılarının arasından bir ədəd bıçağı tapıb təqdim edərək hadisəni həmin bıçaqla törətdiyini bildirmişdir. Onun təqdim etdiyi bıçaq qatlanmayan, qara plasmas materialdan dəstəyi, tiyəsinin bir tərəfi kəsici, ucu şiş, tiyəsi üzərində qana bənzər ləkəsi olan, ümumi uzunluğu 25 sm, tiyəsinin uzunluğu 12,8 sm, dəstəyin uzunluğu 12,2 sm, tiyəsinin eni 2,6 sırı-dir. Həmin bıçaq qablaşdırılaraq ekspertiza tədqiqatı üçün götürülmüşdür. Bu istintaq hərəkətinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Cinayət işinin 86-87-ci vərəqlərində olan protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X8 müalicə aldığı M.A.Qasımov adma Respublika Kliniki xəstəxanasında 13 avqust 2020- ci il tarixli qərarı əsasında tədqiqat üçün qan nümunələri götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin 107-123-cü vərəqlərində olan protokoldan görünür ki, İş üzrə zərərçəkmiş X7 istifadəsində olan 077- ***-**-** mobil nömrəsi ilə işlətdiyi «Huawei» markalı mobil telefonun telefon danışıqları bölümünə. «WhatsApp» bölməsindəki yazışmalara tərcüməçi Hussain Sabirin iştirakı ilə tərəfindən baxış keçirilmiş və yazışmaların sonunda, 04.08.2020-ci ildə, saat 12:47-ciə təqsirləndirilən şəxs Gunasekarı Ravinin zərərçəkmiş Jayasinghe Abheethaya «Abi qardaş nə təzə xəbər var, mənim daha burda qalmaq üçün pulum yoxdur, sənə 200 manat verə bilərsəən, çalış bunu elə, sən istəsən bunu edərsən. Mən səndən cavab gözləyirəm yazmasını, həmin gün, saat 12:48, 12:51, 13:25, 13:26, 13:27, 13:29-da «WhatsApp» zəngləri aşkar olunur, Ravi Abheethaya yazır «mən sənin zənglərini görməmişəm». 07.08.2020-ci il tarixdə, saat 12:39, 12:40, 12:41, 15:00-da «WhatsApp» zəngləri aşkar olunur. 08.08.2020-ci il tarixdə saat 11:38, 11:39, 11:42, ll:48-də «WhatsApp» zəngləri aşkar olunur. 09.08.2020-ci il tarixdə, saat 12:49-da «WhatsApp» zəngləri aşkar olunur. Cinayət işinin 138-140-cı vərəqlərində olan 31.08.2020-ci il tarixli, maddi sübutların ekspertizasının 399-MTKS/2020 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş maddi sübutun məhkəmə-kriminalistik tədqiqatına əsaslanaraq qərarda qarşıya qoyulmuş suala müvafiq aşağıdakı nəticəyə gəlirəm: Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin 142-144-cü vərəqlərində olan bədən xəsarətlərinin təyininə dair 05 oktyabr 2020-ci il tarixli canlı şəxsin ekspertizasının T 253/2020 nömrəli ekspert rəyindən görünür ki, Vət.JayasingheAbheetha Arachchigenin almış olduğu xəsarət böyük piyliyin zədələnməsı ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası-deşici-kəsici alətin, istər ekspertizaya təqdim edilmiş bıçağın, istərsə də eyni konstruksiyalı digər bıçaqların təsirindən 10 avqust 2020-ci ildə kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin 146-149-cu vərəqlərində olan 10 sentyabr 2020-ci il tarixli, 612/2020- MTBŞ ekspert rəyindən görünür ki, X7 ABO sistemi üzrə qan qrupu: B-alfa/İİİ/; Ekspertizaya təqdim edilən bir ədəd bıçağın tiyəsi üzərindəki ləkələrdə və 02 ədəd çubuğun ucundakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qam aşkar olundu. Bu ləkələrdə qanın qrupp mənsubiyyəti tədqiq olunduqda B antiqeni, bıçaq üzərindəki ləkələrdə həmçinin alfa aqlyutinini də alındı. Beləliklə bu qan ləkələri B-alfa/111/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Jayasinghe Abheetha Arachchägenə məxsus ola bilər. Cinayət işinin 174-175-ci vərəqlərində olan ambulator məhkəmə-psixatrik ekspertizasının 20 oktyabr 2020-ci il tarixli, 2100 saylı rəyindən görünür ki, hal-hazırda X36 öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. X32 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. X25 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. X36 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. X36 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-ııin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. X33 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 205-207-ci vərəqlərində olan qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs X26 təqdim etdiyi bir ədəd soyuq silah hesab edilməyən mətbəx bıçağı, zərərçəkmiş X16 aid qan nümunələri, hadisə yerindən götürülmüş və 02 ədəd pambıq tamponlara hopdurulmuş qan nümunələri maddi sübut hesab edilmiş və saxlanması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 127-ci vərəqində olan tələbnamədən görünür ki, X36 əvvəllər məhkum olunmamışdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuş, X36 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 33-34, 79-86-cı vərəqlərində olan protokol və qərardan görünür ki, X36 10 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X26 cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs X26 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə X36 cəza çəkməsinin başlanğıcı 10 avqust 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs X36 Şri- Lanka Demokratik Sosialist Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası CM-nin 42.0.9cu maddəsində “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma“ kimi cəza növü nəzərdə tutulmuşdur və həmin Məcəllənin 43.3-cü maddəsinə görə bu cəza növü yalnız əlavə cəza kimi tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Məhkəmə qanunun yuxarıda qeyd edilən tələbini nəzərə alaraq hesab edir ki, X36 əsas cəzadan başqa Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəza növü təyin edilməli, o, əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd bıçaq, zərərçəkmiş şəxsə məxsus qan nümunələri və hadisə yerindən götürülmüş və 02 ədəd pambıq tamponlara hopdurulmuş qan nümunələri məhv edilməlidir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X22 340 AZN (üç yüz qırx manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxs X30 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 320 AZN (üç yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X36 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 10 avqust 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən X36 əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd bıçaq, zərərçəkmiş şəxsə məxsus qan nümunələri və hadisə yerindən götürülmüş və 02 ədəd pambıq tamponlara hopdurulmuş qan nümunələri məhv edilsin. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X22 340 AZN (üç yüz qırx manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxs X30 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 320 AZN (üç yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti X30 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov