Məhkəmə qərarları › İş №1(101)-511/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-511/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-511/2022 16.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X2 Təqsirləndirilən şəxs müdafiəçisi: “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1947-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, pensiyada olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Mədən-2, korpus 73 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər birlikdə işlədiyi tanışı Zərərçəkmiş şəxs ilə aralarında olan şifahi razılaşmaya əsasən təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərindən sonuncuya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 73 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayarkən Zərərçəkmiş şəxs evdə istifadə olunan komunal xidmətlərdən, yəni təbii qazdan, elektrik enerjisindən düzgün istifadə etməməsi ilə bağlı irad bildirərək evdən çıxardığı üçün Zərərçəkmiş şəxs küsüb getməsinə baxmayaraq bir neçə gündən sonra Zərərçəkmiş şəxs özünün dəvəti ilə yenidən sonuncunun Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 73 ünvanında yerləşən həmin nömrəsiz fərdi yaşayış evinə qayıdıb kirayəşin kimi yaşamaqda davam etmiş, bir müddət sonra Zərərçəkmiş şəxs yenidən kommunal xidmətlərdən, yəni təbii qazdan, elektrik enerjisindən düzgün istifadə etməməsi ilə bağlı ona iradlar bildirməyə başlamış və bu zəmində aralarında bir neçə dəfə mübahisə baş vermiş, növbəti dəfə 01 oktyabr 2021-ci il tarixdə, saat 09 radələrində kirayədə yaşadığı həmin evin dəhlizində eyni səbəbdən baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onu nalayiq sözlərlə təhqir edib dalaşaraq döşəmə ağacı ilə bədəninə vurub dərhal evini tərk etməsini təkidlə tələb etməsindən, ümumiyyətlə mütəmadi olaraq ona qarşı bu cür aşağılayıcı hərəkətlər etməsindən əsəbiləşərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gəlmiş və bu cinayətkar qəsdini həyata keçirmək məqsədi ilə sonuncu ilə əlbəyaxa olarkən üstündə gəzdirdiyi soyuq silah hesab edilməyən, məişət təyinatlı, qatlanan tipli bıçağı çibindən çıxarıb Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthinə və bədəninin digər nahiyələrinə bir neçə dəfə zərbələr endirmiş, Zərərçəkmiş şəxs onun əlindən çıxıb küçəyə qaçmasına baxmayaraq cinayətkar qəsdini davam etdirib onu təqib edərək yaşadıqları evdən 10-15 metr məsafədə tutub yerə yıxmış, sonuncunun arxası üstə çevrilərək qışqırıb müqavimət göstərməsinə əhəmiyyət vermədən ona xüsusi əzab və işgəncə verərək və bunu dərk etməklə arzulayaraq, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək yumruqla baş nahiyəsinə, əlindəki bıçaqla isə Zərərçəkmiş şəxs həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsi və qarın nahiyələrinə ardıcıl zərbələr endirərək, döş qəfəsinin sol yan, qarın nahiyəsinin sol yarısının ön və yan səthlərindən döş və qarın boşluqlarına nüfuz edərək kəskin qanitirmə ilə nəticələnməklə sol ağ ciyərin, diafraqmanın və sol böyrəyin zədələnməsi ilə müşayət olunan və ölümlə səbəbli əlaqəsi olan, dərəcələrinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid üç ədəd deşilmiş kəsilmiş yaraları, döş və qarın boşluğuna nüfuz etməyən və hər biri ayrı- ayrılıqda sağlamlığa yüngül zərərvurmaya aid olub sol bazu oynağı nahiyəsinin arxa səthininin və sol bazu nahiyəsinin iki ədəd deşilmişkəsilmiş, sağ yanaq nahiyəsinin, başın ənsə nahiyəsinin, boyun nahiyəsinin sol yarısının arxa səthinin və boyun nahiyəsinin sol-yan səthinin dörd ədəd kəsilmiş yaraları, eləcə də ayrı -ayrılıqda, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olub dərəcələri təyin edilməyən, sağ əlin İİ, İİİ,İV barmaqlarının sıyrıqları, sol almacıq nahiyəsinin və sol gicgah nahiyəsinin qançırları ilə müşaiət olunan çoxsaylı xəsarətlər yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 1979-cu ildə ailə həyatı qurmuş, həmin nikahdan İntiqam Əbdürəhmanov və Nigar Əbdürəhmanova adlı iki övladı var. 1986-cı ildə ailəsindən ayrılmaqla tək yaşamağa başlamışdır. Hazırda təqaüdçüdür, Mirhəsəni də «X9»-də sürücü işləyəndə tanımışdır. Ailəsindən ayrıldıqdan sonra müxtəlif evlərdə kirayədə yaşamışdı. Hadisənin baş verdiyi vaxtda da Mirhəsənin evində yaşayırdı. Mirhəsən ona yaşadığı evlə eyni həyətdə yerləşən bir otaqlı evi kirayə vermişdi, yaşadığı otaq giriş qapısından sağ tərəfdə ayaq yolunun yanında yerləşirdi. Mirhəsənin öz evinin giriş qapısı ayrı idi, həmin evdə Mirhəsən arvadı Şəkərlə birlikdə yaşayırdı. Bir dəfə Mirhəsən ondan evdən çıxmağını tələb etdi, Mirhəsəndən hansı səbəbə görə evdən çıxmağını tələb etdiyini soruşanda heç bir səbəb göstərmədi, o da bir söz demədən evdən çıxdı və 3 gün Mirhəsənin oğlu İlhamın evində qaldı. Təxminən 3-4 gün sonra Mirhəsən özü onun mobil telefonuna zəng edərək yenidən onun evində kirayədə yaşamağını təklif etdi. O da ev tapa bilmədiyinə görə onunla razılaşdı. Təxminən 20 sentyabr 2021-ci il tarixdə yenidən Mirhəsənin evinə gedərək, əvvəl qaldığı otaqda yaşamağa başladı. Orada qaldığı 3-4 gün ərzində Mirhəsənlə heç bir mübahisə olmadı. Lakin son 5-6 gün idi ki, Mirhəsənlə tez-tez mübahisə etməyə başladılar. Belə ki, Mirhəsən ondan elektrik enerjisindən və qazdan az istifadə etməyini tələb edirdi, onunla mübahisə etmək üçün hər dəfə bir bəhanə axtarırdı, nalayiq sözlər işlədirdi. Həmçinin Mirhəsən ona ikinci dəfə evdə qalmağa dəvət edən zaman 80 manat kirayə pulu istəməsinə baxmayaraq, sonra isə kirayə haqqını 100 manata qaldırandaŞ o yenə də buna razılıq verdi. Hadisə baş verdiyi gün, yəni 01 oktyabr 2021 -ci il tarixdə səhər o oyandıqdan sonra yemək hazırlamağa başlayanda Mirhəsən gəlib qazı söndürdü və sonra onu evindən çıxmağını tələb etdi. O isə əvvəlcə bir stəkan çay içib sonra evdən çıxıb özünə ev axtaracağını deyib onunla razılaşdı. Bundan sonra Mirhəsən yenə ünvanına nalayiq ifadələr işlədtdi. Bu vaxt Mirhəsən otaqda olan döşəməyuyan taxtanı götürüb üzərinə gəldi. Onun həmin sözü və davranışı ona olduqca pis təsir etdi, o həmin anda “aqoniya” vəziyyətində idi, həmin vaxt süfrədə özünə yemək hazırlamaq üçün istifadə etdiyi açılıbqatlanan bıçağı götürərək, Mirhəsənə xəsarət yetirdi, Mirhəsəni vurmaq istəməzdi, lakin o nalayiq sözləri və davranışı ilə ona “hambal” kimi rəftar edirdi. Hər bir insanın mənliyi var. Hadisə baş verəndə Mirhəsənlə tək idik, ətrafda başqa şəxslər yox idi. Əməlindən peşmandır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun atasıdır. Atası iki dəfə ailə qurmuşdu, o onun birinci ailəsindən olan oğludur. X8 ilə atadsı Mirhəsən boşandıqdan sonra atası Şahid1 ilə ər-arvad münasibətində yaşayırdı. Təqsirləndirilən şəxsı uşaq vaxtlarından tanıyır, o bir vaxtlar onlarla qonşuluqda yaşayırdı. Həmçinin atası ilə Yaşar «X9»-də birlikdə işləmişdilər.Yaşar 4-5 gün onun evində qalmışdı. Lakin o gecələr xoruldadığına və öskürdüyünə görə o normal yata bilmədiyi üçün Yaşardan özünə başqa ev tapmasını xahiş etdi. Bundan sonra Yaşar əşyalarını götürüb getdi. Bundan sonra Yaşar atası ilə yaşamağa başladı. Hadisə baş verən vaxt o işdə idi. Yaşarla atasının nəyə görə mübahisə etdiyini bilmir. Atası ilə Yaşar arasında münasibətlər normal idi. Atasının Yaşarı təhqir etməsinə şahid olmamış, lakin bu barədə eşitmişdir. Hadisənin hansı səbəbdən baş verdiyini bilmir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası anasından boşanaraq ayrı yaşayırdı. Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə bir vaxtlar onlarla qonşuluqda yaşayıb, həmçinin atası Mirhəsənlə «X9»-da birlikdə işləmişdir. Atası müxtəlif evlərdə kirayədə yaşayırdı və sonuncu dəfə isə Mirhəsənin evində qalırdı. 01 oktyabr 2021-ci il tarixdə səhər saatlarında işdə idi, saat 08-09 radələrində atası ilə mobil telefonu vasitəsi ilə əlaqə saxlayan zaman atası Mirhəsənin onu evdən qovduğunu bildirdi. O atasına telefonu Mirhəsənə verməsini xahiş edəndə, Mirhəsən qışqıraq «telefonu versən vurub qıracağam çıx get mənim evimdən» deyə bildirdi.O atama səbrli olmasını, indi internətə daxil olaraq ona ev tapacağını dedi. Bundan sonra atası ona zəng edərək zibil atmaq üçün evdən çıxdığını, lakin Mirhəsən qapını bağladığı üçün evə daxil ola bilmədiyini, havanın soyuq olduğunu və əynində nazik köynək olduğundan üşüdüyünü bildirdi. Bunda sonra 4-5 dəfə Mirhəsənə zəng etsə də o telefonuna cavab vermədi. Bundan yarım saat sonra atası mənə zəng edərək, Mirhəsəni vurduğunu dedi. O əvvəlcə inanmadı və Mirhəsənin oğlu İlhama zəng edərək, gedib evə baxmağını və atasınını Mirhəsəni vurduğunu dediyini bildirdi. İlham isə işdə olduğunu və bir azdan evə gedib baxacağını dedi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mirhəsən onun əri idi. O, yaşadıqları evin bir otağını dolanışıqlarını təmin etmək üçün Yaşara kirayə vermişdi. Mirhəsən Yaşarın onunla birgə əvvəllər işlədiyini həmçinin əvvəllər qonşu olduqlarını demişdi. Mirhəsənlə Yaşar arabir mübahisə edirdilər, lakin onlar heç vaxt əlbəyaxa olmamışdılar. Hadisə baş verdiyi gün, yəni 01 oktyabr 2021-ci il tarixdə saat 08:30 radələrində o yaşadığı evdən çıxıb xəstə anası gilə getdi, evdən çıxanda Mirhəsən də yuxudan oyanmışdı, evdə idi, evdə başqa heç kim yox idi. Yaşar da öz evində idi. Anası gilin evi ilə evlərindən 15-20 metr məsafə var. Anası gildə olan zaman bacısıoğlu Əkbər gələrək, Yaşarla Mirhəsənin mübahisə etdikləri dedi, o küçəyə çıxanda qonşusu Tamerlanı gördü, Tamerlan ona Mirhəsənin küçənin ortasında, yerdə uzanıqlı vəziyyətdə olduğunu, bədənindən qan axdığını bildirdi, evin yaxınlığına gəlib çatanda Mirhəsən artıq ölmüşdü. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mərhum Mirhəsən xalasının əri idi. Təhsili ilə əlaqədar nənəsi gildə qalırdı. 01 oktyabr 2021-ci il tarixdə saat 08:30 radələrində yuxudan oyandıqdan sonra çörək almaq üçün marketə getdi, evə qayıdarkən Mirhəsənlə onun evində kirayə qalan, adını sonradan Yaşar olduğunu öyrəndiyi şəxsin mübahisə etdiyini eşitdi. Daha sonra o evinə getdi, xalası Şəkər orada idi. Şəkərə Mirhəsənlə evində kirayəşin olan şəxsin mübahisə etdiyini bildirdi. Xalası da səhər yeməyini yedikdən sonra onların hansı səbəbdən mübahisə etdiklərini aydınlaşdıracağını bildirdi. 15-20 dəqiqə sonra qonşuluqda yaşayan Xudayın arvadı xalasına zəng edərək Mirhəsənlə Yaşarın ciddi mübahisə etdiklərini bildirdi. Bundan sonra xalası ilə birgə hadisə yerinə getdilər, Mirhəsənin hərəkətsiz vəziyyətdə yerə uzanmış vəziyyətdə olduğunu gördülər. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 05.10.2021-ci il tarixli, 1592 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-sağ gicgah nahiyəsinin səthi kəsilmiş yarası, sol əlin arxa səthinin, sol əlin İİİ barmağının kəsilmiş yaraları, kəsici əşyanın (alətin) təsirindən, sağ və sol diz oynağı nahiyələrinin qançırları isə bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişdirlər və qərann təsviri hissəsində göstərilən 01.10.2021-ci ii tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs aşkar olunmuş xəsarətlərdən səthi kəsilmiş və kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin kəsici kənarının təsirindən əmələ gələ bilərdilər. Sağ və sol diz oynağı nahiyələrində olan qançırlar insan bədənin hissələri (təpik və s.) təsirindən və eləcə də həmin nahiyələrinin bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilmələri istisna edilmir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 26.10.2021-ci il tarixli 178 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər vardır:döş qəfəsinin sol-yan səthinin döş boşluğuna nüfuz edərək sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası (l,6x0.5sm ölçüdə). Yara kanalının istiqaməti soldan-sağa, bir qədər arxadan-önə doğrudur. Yara kanalının dərinliyi təqribən 7sm-dir.qarın nahiyəsinin sol yarısının ön səthinin qarın boşluğuna nüfiız edərək diafraqmanı zədələyən deşilmiş-kəsilmiş yarası (2x0,4sm ölçüdə). Yara kanalının istiqaməti soldan- sağa,öndən-arxaya, aşağıdanyuxarıya doğrudur. Yara kanalının dərinliyi təqribən 5sm-dir.qarın nahiyəsinin sol-yan səthinin qarın boşluğuna nüfuz edərək sol böyrəyi zədələyən deşilmiş-kəsilmiş yarası ( 2,6x0,7sm ölçüdə). Yara kanlının istiqaməti soldan- sağa, yuxarıdan-aşağıya, bir qədər öndən-arxaya doğrudur.Yara kanalının dərinliyi təqribən 6sm-dir.sol bazu oynağı nahiyəsinin arxa səthininin deşilmiş-kəsilmiş yarası (2,3x0,5 sm ölçüdə);sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yarası (2,2x0,3sm ölçüdə);sağ yanaq nahiyəsinin kəsilmiş yarası (2x0,4sm ölçüdə);başın ənsə nahiyəsinin kəsilmiş yarası (1,5x0,6sm ölçüdə);boyun nahiyəsinin sol yarısının arxa səthinin kəsilmiş yarası (1,5x0,2sm ölçüdə);boyun nahiyəsinin sol-yan səthinin kəsilmiş yarası (l,5x0,2sm ölçüdə);burun əsasının, sağ əlin İİ, İİİ,İV barmaqlarının sıyrıqları;sol almacıq nahiyəsinin və sol gicgah nahiyəsinin qançırları.Qeyd olunan xəsarətlər həyatidirlər. Qeyd olunan xəsarətlərdən burun əsasının sıyrığı ölümün baş verməsindən 4-6 gün əvvəl, digər xəsarətlər isə Mərh. Zərərçəkmiş şəxs ölümündən az əvvəl əmələ gəlmişdirlər. Mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərdən döş qəfəsinin sol- yan səthinin 1 (bir) ədəd, qarın nahiyəsinin sol yarısının ön səthinin 1(bir) ədəd, qarın nahiyəsinin sol-yan səthinin 1 (bir) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralarının hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın, daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş və kəsilmiş yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdirlər. Burun əsasının, sağ əlin İİ, İİİ,İV barmaqlarının sıyrıqları, sol almacıq nahiyəsinin və sol gicgah nahiyəsinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Mərh. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşicikəsici alətin (alətlərin), kəsilmiş yaralar kəsici əşyanın təsirindən əmələ gəlmişdirlər. Burun əsasının, sağ əlin İİ, İİİ,İV barmaqlarının sıyrıqları, sol almacıq nahiyəsinin və sol gicgah nahiyəsinin qançırları isə bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş dəri yaralarının ölçülərinə və yara kanallarının dərinliyinə əsasən demək olar ki, xəsarət yetirən deşici-kəsici alətin tiyəsinin eni 3,0smdən çox olmamış, uzunluğu isə 7,0sm-dən az olmamışdır. Beləliklə, Zərərçəkmiş şəxs bədənində aşkar olunan deşilmiş-kəsilmiş yaraların və kəsilmiş yaraların ekspertizaya təqdim edilmiş bıçaqla yetirilməsi mümkündür. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edərək sol ağ ciyəri zədələyən deşilmiş-kəsilmiş yarasının, qarın nahiyəsinin sol yarısının ön səthinin qarın boşluğuna nüfuz edərək diafraqmanı zədələyən deşilmiş-kəsilmiş yarasının və qarın nahiyəsinin solyan səthinin qarın boşluğuna nüfuz edərək sol böyrəyi zədələyən deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. Beləliklə mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş qeyd edilən xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. İkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəsi başlanandan (01.10.2021-ci il tarixdə saat 11:45-də meyitin müayinəsi başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici-maddələr aşkar olunmamışdır. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 29.10.2021-ci il tarixli, 754/2021-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(ll)-dır.Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, uzunqol kofta və uzunqol polover, Zərərçəkmiş şəxs məxsus tuman, qısaqol mayka, alt şalvarı, qəhvəyi corabın bir tayı, boz corabın bir tayı, qara corabın bir tayı, şalvar, uzunqol köynək və qolsuz jilet, bir ədəd çubuqlu pambıq tampon və altı ədəd şəffav paketə ayrı-ayrılıq qablıaşdırılmış gigiyenik çubuqlu pambıq tampona hopdurulmuş nümunə, bir ədəd qatlanan bıçaq üzərində insan qan ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri, Zərərçəkmiş şəxs məxsus qısaqol mayka, alt şalvan, uzunqol köynək və qolsuz jilet üzərində həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta/H/(ll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin 0(1) qruplu şəxsin, o cümlədən Təqsirləndirilən şəxs da (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) qarışmış qanının olması mümkündür. Təqdim olunmuş, Zərərçəkmiş şəxs məxsus qəhvəyi corabın digər tayı, boz corabın digər tayı və qara corabın digər tayı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Cinayət işində olan kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 05.11.2021-ci il tarixli, 622/MTKŞ 2021 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus sviterin ön səthinin sol nahiyəsində iki ədəd, sviterin ön səthinin orta nahiyəsində birədəd, sviterin arxa səthinin sol nahiyəsində üç ədəd, sviterin arxa səthinin boyun tikişində bir ədəd; köynəyin ön səthinin sol yaxalığında üç ədəd, köynəyin arxa səthinin yuxarı nahiyəsində iki ədəd, köynəyin boyunun köbə hissəsinin orta nahiyəsində üçədəd, köynəyin arxa səthinin sol nahiyəsində bir ədəd; maykanın ön səthinin sol nahiyəsində üç ədəd, maykanın arxa səthinin sol nahiyəsində iki ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr, deşilmişkəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bııçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus sviterin ön səthinin sol yan tikişi üzərində aşkar edilmiş bir ədəd cırılma zədəsi, sviterin müvafiq nahiyyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus şalvar, alt şalvar, tuman və üç cüt corab üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus sviterin ön səthinin sol nahiyəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yan səthində olan bir ədəd və qarın nahiyəsinin sol yarısındə olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst- üstə düşürlər. Sviterin ön səthinin orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş- kəsilmiş zədə onun bədəninin qarın nahiyəsinin sol yan səthinda olan deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Sviterin arxa səthinin sol nahiyəsində aşkar edilmiş üç ədəd deşilmiş-kəsilmiş zədələrdən yalnız biri sol bazu oynağı nahiyəsinin arxa səthində olan deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşür (digər aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəni üzərində öz əksini tapmamışlar, bu da, yalnız paltarın zədələnməsi ilə izah oluna bilər), köynəyin boyunun köbə hissəsinin orta nahiyəsində aşkar edilmiş üç ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin boyun nahiyəsinin sol yarısının arxa səthində olan iki ədəd kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər (digər bir ədəd yara onun bədəni üzərində öz əksini tapmamışdır, bu da paltarın yerdəyişməsi ilə izah oluna bilər). Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs bədəninin sağ yanaq nahiyəsində bir ədəd və başın ənsə nahiyəsində aşkar edilmiş bir ədəd kəsilmiş yara onun paltarları üzərində öz əksini tapmamışdır. Bu da həmin nahiyələrin paltarların örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs bədəninin sağ gicgah nahiyəsində bir ədəd, sol əlin arxa səthində, sol əlin İİİ barmağında aşkar edilmiş bir ədəd kəsilmiş yaralar onun paltarları üzərində öz əksini tapmamışlar. Bu da, həmin nahiyələrin paltarların örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Bıçaq üzərində heç bir düzəliş edilməmişdir. Cinayət işində olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 15.10.2021-ci il tarixli 2404 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyjni dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində onun hazırkı psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, inadkarlıq, özünə qarşı hörmət tələb etmək, çəlğınlıq, kobudluq kimi fərdi psixi xüsusiyyətlərə malikdir, əqli intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində impulsivlik, hirslilik, qəzəb yaranmışdır. Cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işində olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat birliyi 145 saylı mənzil Kommunal İstismar Sahəsindən daxil olmuş 13.10.2021ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan “şəxsin tutulması haqqında” 01 oktyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin içtimai təhlükəliliyini nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 01 oktyabr 2021-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasının, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıının cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Binəqədi rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, 07 ədəd qanabənzər nümunələr, Təqsirləndirilən şəxs məxsus 01 ədəd iç etiketində “He, you, she” sözləri yazılmış, üzərində qara rəngli cızıqları olan boz rəngli köynək, 01 ədəd iç etiketində “X10 in İtaly” sözləri yazılmış qırımızı rəngli kofta, 01 ədəd iç etiketində “XL" sözləri yazılmış göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs meyitə baxış zamanı götürülmüş 01 ədəd iç etiketi sökülmüş boz rəngli qısaqol sviter, 01 ədəd iç etiketində “NİNA Kota” sözləri yazılmış yerliyi açıqqəhvəyi rəngli, üzərində qara rəngli millər olan uzunqol köynək, 01 ədəd boz rəngli mayka, 01 ədəd göy-boz rəngli alt tuman, 01 ədəd tünd-boz rəngli gecə şalvar, 01 ədəd iç etiketində “ Plaza” sözləri yazılmış tünd göy rəngli şalvar, 01 cüt acıq-qəhvəyi rəngli yun materialdan bir cüt corab; 01 cüt boz rəngli yun materialdan bir cüt corab; 01 cüt qara rəngli yun materialdan bir cüt corab hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 01 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Binəqədi rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, 07 ədəd qanabənzər nümunələr, Təqsirləndirilən şəxs məxsus 01 ədəd iç etiketində “He, you, she” sözləri yazılmış, üzərində qara rəngli cızıqları olan boz rəngli köynək, 01 ədəd iç etiketində “X10 in İtaly” sözləri yazılmış qırımızı rəngli kofta, 01 ədəd iç etiketində “XL" sözləri yazılmış göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs meyitə baxış zamanı götürülmüş 01 ədəd iç etiketi sökülmüş boz rəngli qısaqol sviter, 01 ədəd iç etiketində “NİNA Kota” sözləri yazılmış yerliyi açıq-qəhvəyi rəngli, üzərində qara rəngli millər olan uzunqol köynək, 01 ədəd boz rəngli mayka, 01 ədəd göy-boz rəngli alt tuman, 01 ədəd tünd-boz rəngli gecə şalvar, 01 ədəd iç etiketində “ Plaza” sözləri yazılmış tünd göy rəngli şalvar, 01 cüt acıq-qəhvəyi rəngli yun materialdan bir cüt corab; 01 cüt boz rəngli yun materialdan bir cüt corab; 01 cüt qara rəngli yun materialdan bir cüt corab hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasi protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar