Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-512/2020 07.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X1 və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1956-cı ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmayan, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi, ev 55, mənzil 5-də qeydiyyatda olan və Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə barəsində başqa şəxslərlə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib başqa şəxslərdən küllü miqdarda, yəni 5065,0 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 805,0 qram çəkidə narkotik vasitə tiryək, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda,yəni 1145,0 qram çəkidə psixotrop maddə metamfetamini və “Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə daxil olan 15,52 qram çəkidə narkotik vasitə metadon dərman pereparatlarını əldə edib yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 85 nömrəli evə qanunsuz daşamış, həmin narkotik vasitə heroindən 50,0 qramını bölüb bir bükümə qablaşdıraraq üzərində, 4015,0 qramını bölüb 18 ədəd ayrı-ayrı bükümdə, 1000,0 qramını 01 ədəd plastmas qabda qablaşdırılmış, külli miqdarda 805,0 qram çəkidə narkotik vasitə tiryəki bir ədəd şəffaf sellofan torbada, külli miqdarda 1145,0 qram çəkidə psixotrop maddə metamfetamini 42 ədəd şəffaf sellofan torbada, eləcə də narkotik vasitə hesab olunan metadon həblərindən 192 ədədin bir ədəd kağız bağlamanın içərisində, 196 ədədini isə 20 ədəd konvalyutda əldə edib özünə məxsus yaşadığı evdə yataq otağında yerləşən dolabın alt hissəsində gizlətməklə qanunsuz saxlamışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 17:28 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında saxlanılmış və onun əynindəki idman gödəkçəsinin sol yan cibindən bir ədəd ədəd şəffaf sellofan bağlamada külli miqdarda 50,0 qram çəkidə narkotik vasitə heroin aşkar edilmiş, həmin tarixdə saat 17:34 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən 85 nömrəli evə baxış keçirilərkən həmin evin yataq otağında yerləşən dolabın alt hissəsində satış məqsədilə əldə edib gizlətməklə saxladığı 18 ədəd şəffaf sellofan bağlamada külli miqdarda 4015,0 qram və bir ədəd plastmas qabda külli miqdarda 1000,0 qram çəkidə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eyni tərkibli narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bağlamda külli miqdarda 805,0 qram çəkidə tiryək, 42 ədəd şəffaf sellofan bağlamda külli miqdarda 1145,0 qram çəkidə psixotrop maddə metamfetamin, eləcə də külli miqdarda 15,52 qram çəkidə ümumi sayı 388 ədəd olan narkotik vasitə metadon həblərindən 192 ədədi bir ədəd kağız bağlamanın içərisində, 196 ədədi isə 20 ədəd konvalyutda aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin sentyabr ayının əvvəllərində o, İran İslam Respublikasının Ərdəbil şəhərində çayçıda oturan zaman özlərini “Məşədi Abbas” və “Hüseyn” adı ilə təqdim edən İran İslam Respublikası vətəndaşları ilə tanış olmuşdur. Söhbət zamanı Məşədi Abbas və Hüseyn ona onların gördüyü işlərdə onlara köməklik edəcəyi təqdirdə yaxşı pul verəcəklərini dedilər. Həmin işin nə olduğunu soruşduqda onlar Azərbaycana dərman göndərəcəklərini, həmin dərmanları Azərbaycana keçirəcəklərini, onun isə Bakıda olan zaman adamlarının gətirəcəyi dərmanları qəbul edib saxlamasını, 4- 5 gündən sonra gəlib ondan götürəcəklərini dedilər. Həmin dərmanların nə olması ilə maraqlandıqda ona arıqlama dərmanları olduğunu dedilər. Bunun müqabilində də 900 manat pul verəcəkdilər. Onun da pula ehtiyacı olduğundan onların təklifi ilə razılaşmışdır. 2019-cu ilin oktyabr ayında Hüseyn ona malın Bakıya gəldiyini və Maştağa qəsəbəsindən gedib götürməsini dedir. O, Maştağadan malı götürmüş və evinə aparıb saxlamışdır. Mal göy sellofan torbada idi. Onların arıqlama dərmanları olduğunu zənn etmişdir. Dərman zənn etdiyi maddələrin narkotik vasitələr olduğunu sonradan bilmişdir. Qorxduğu üçün polisə məlumat verməmişdir. Polis onu tutanda üzərində bir büküm, 50 (əlli) qram heroin olmuşdur. Onun, ondan götürülmüş narkotik vasitələrin kim tərəfəndən, nə vaxt və haradan Azərbaycana gətiriməsindən xəbəri olmayıb. İstintaq zamanı bu barədə onun adından yazılanları xatırlamır. Onu aldadıb bu işə cəlb ediblər. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Əməlindən çox peşimandır, bu yolun adamı deyil, çox utanır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri ilə istintaq zamanı verdiyi ifadələri arasında ziddiyətlər olduğundan onun istintaq zamanı verdiyi xx xxxxxxx 2019-cu il və xx xxxxxx 2020-ci il tarixli ifadələri elan olunub araşdırıldı. Həmi ifadələrində o, göstərmişdir ki, həyat yoldaşı Solmaz Rzayevanın səhhəti ilə əlaqədar 2019-cu ilin sentyabr ayının əvvəllərində onu İran İslam Respublikasının Ərdəbil şəhərinə müayinə olunması üçün aparmışdır. Ərdəbil şəhərində çayçıda oturan zaman təsadüfən özlərini “Məşədi Abbas” və “Hüseyn” adı ilə təqdim edən İran İslam Respublikası vətəndaşları ilə tanış olmuşdur. Onlar İİR vətəndaşları olsalar da əslən cənubi Azərbaycandan olmuşlar buna görə də Azərbaycan dilində sərbəst danışa bilmişlər. Həmin zaman onlarla söhbət etmiş və onlara həyat yoldaşını həkimə gətirdiyini, maddi vəziyyətinin pis olmasını bildirmişdir. Məşədi Abbas və Hüseyn ona onların gördüyü işlərdə onlara köməklik edəcəyi təqdirdə ona yaxışı pul verəcəklərini bildirmişdir. Onlar ilk əvvəl Azərbaycana dərman göndərəcəklərini bildirsələr də o həmin dərmanın nə demək olduğunu başa düşmədiyindən ona narkotik vasitə və psixotrop maddə göndərmək istədiklərini bildirmişlər. Ona həmin narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirəcəklərini bildirmişdirlər. Onlardan nə etməli olduğunu soruşduqda ona sadəcə Bakıda olan zaman onların adamlarının gətirib narkotik vasitələri və psixotrop maddələri ona verəcəyini bildirərək ona həmin maddələri saxlamasını və müştəri taparaq satmasını tapşırmışlar. Həmçinin ona sonradan onların adamları gəlib ondan pulu götürəcəyini və həmin puldan da ona da pul verəcəklərini bildirmişlər. Onun da maddi imkanı yaxşı olmadığından və pula ehtiyacı olduğunda onların təklifi ilə razılaşmışdır. Həmin zaman onlara istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri vermiş və Məşədi Abbasın +**********60, Hüseyinin +**********90 saylı mobil nömrələrini götürmüşdür. Ona həmin nömrələrdə Whatsapp ani mesajlaşma proqramının olduğunu və həmin proqram vasitəsi danışa biləcəklərini bildirmişlər. Bakıya gəldikdən sonra o həmin nömrələr vasitəsi ilə onlarla Whatsapp proqramı danışmışlar. Təxminən 2019-cu ilin oktyabr ayının ortalarında o “Hüseyn” adlı şəxslə danışan zaman ona malın Bakıya gəldiyini və gedib Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Abşeron Marketin” yanından götürməsini bildirmişdir. Onun nömrəsini malı gətirən adama verdiyini bildirmişdir. Bundan sonra Hüseyn ona həmin şəxsin “Abşeron Marketin” yanında onu gözlədiyini bildirmişdir. Onun dediyi yerə getmiş və həmin şəxsin əvvəlcədən ona dediyi kimi marketin qabağında yük yeri açıq vəziyyətdə olan dövlət nömrə nişanını və markasını xatırlamadığı universal (furqon) tipli maşına yaxınlaşmışdır. Həmin zaman bir nəfər orta boylu normal çəkili qaraşın oğlan ondan adını soruşduqdan sonra ona iki ədəd göy sellofan torbanı vermiş və başqa heç nə deməmişdir. O da oradan uzaqlaşaraq yaşadığı özünə məxsus Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən 85 nömrəli evə gəlmişdir. Həmin zaman evdə heç kim olmamışdır. O da gətirdiyi sellofan torbanı açmış içərisində olan bükümləri və bir ədəd plastik bükümü özünə məxsus yatağ otağında yerləşən paltar dolabının alt hissəsində yerləşdirmişdir. Daha sonra o “Hüseyn” adlı şəxslə əlaqə saxlayaraq ona malı aldığını bildirmişdir. Hüseyn də ona malı saxlamasını və müştəri tapdığca satmasını bildirmişdir. O da xx xxxxxxx 2019-cu il tarixdə həmin maddələrdən heroin olduğunu bildiyi maddənin üzərindən təxminən 50 qram yaxın götürmüş və sellofan torbaya bükərək əynində olan boz-qara rəngli idman gödəkcəsinin sol yan cibinə qoymuşdur. O həmin malı Maştağada narkotik vasitə istifadə edə biləcək şəxslər göstərsin və bəyənsələr onlara satsın. Bu məqsədlə həmin gün saat 17:28 radələrində yaşadığı evdən yenicə çıxmışdır ki, mülki geyimli şəxslər ona yaxınlaşmışdır. Onlar xidməti vəsiqələrini ona təqdim edərək Baş X2 əməkdaşları olduğlarını bildirərək ondan anket məlumatlarını soruşmuşlar. O anket məlumatlarını bildirdikdən sonra onun narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişdirlər. Polis əməkdaşları ondan üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığını soruşmuş və o gizlətməyin mənasız olduğunu başa düşüb onlara əynində olan boz qara rəngli idman gödəkcəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və əynimdə olan açıq sarı rəngli köynəyinin sol döş cibindən 01 ədəd Platinim markalı siqareti 10 manat pul və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O polis əməkdaşlarına bildirmiş ki, təqdim etdiyi bükümdəki maddə narkotik vasitə heroindir. Bundan sonra həmin büküm açılmış və içərisindəki tünd qəhvəyi rəngli maddəyə baxış keçirilmişdir. Daha sonra üzərinə baxış keçirilmiş və üzərindən heç nə aşkar edilməmişdir. Həmin maddə zərfə qoyularaq möhrlənmiş və üzəri onun tərəfindən imzalanmışdır. Bir ədəd siqaret və 10 manat pulu ona geri qaytarılmışdır. O yaşadığı evdə də narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmişdir. Polis əməkdaşlarının yaşadığı evə daxil olub baxış keçirmələrinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə gəlmişdir. O yatağ otağında yerləşən paltar dolabının alt hissəsindən 18 ədəd şəffaf sellofan bükümü, 01 ədəd plastmas qabı polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlərin və plastmas qabın içərisində tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Həmin bükümlər və plastmas qab bir ədəd zərfə qoyulmuşdur. Bundan sonra o həmin yerdən 42 ədəd şəffaf sellofan bükümdə olan maddələri təqdim etmişdir. Həmin bükülər də açıldıqda içərisindən ağ rəngli toz kristal şəkilli maddə aşkar edilmişdir. Həmin bükümlər də zərfə qoyulmuşdur. O bir ədəd də şəffaf selofan bükümü təqdim etmişdir. Həmin bükümdə içərisində tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Həmin büküm də ayrı zərfə qoyulmuşdur. Bundan sonra o içərisində 192 ədəd həb olan bir ədəd kağız bükümü və 20 ədəd konvalyutda 196 ədəd həbi təqdim etmişdir. Onlar da zərfə qoyulmuşdur. O və polis əməkdaşları bütün zərflərin üzərinə imza etmişlər. Daha sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. İdarədə hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edilərək ona təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərinə və yaşadığı evə baxışın keçirilməsi barədə protokol tərtib olunmuşdur. Doğru yazıldığı üçün o da protokola imza etmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Aralarında ədavətləri və yaxınlıqları olmayıb. xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və həmin maddələri yaşadığı evdə saxlaması barədə məlumat daxil oldu. Həmin məlumat əsasında baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradıldı. xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına gələrək orada əməliyyat mövqeyi seçmişlər. Saat 17:28-də həmin ünvanın yaxınlığında xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs saxlanılmış, həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs özünü Maştağa qəsəbəsi, Xanlar küçəsi ev 85 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etdi. Onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olmasını izah etmişlər. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunduqda o, əynində olan boz-qara rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf polietilen bükümü, əynində olan açıq sarı rəngli köynəyinin sol döş cibindən bir ədəd «Platinum» markalı siqaret qutusunu, 10 manat pulu və şəxsiyyət vəsiqəsini çıxarıb onlara təqdim edərək təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu bildirdi. Həmin büküm açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar olundu. Büküm maddə ilə birlikdə bir ədəd zərfə qoyularaq möhürləndi. Həmin zərf Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən möhürləndi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə onun üzərində əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmadı. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə özünə məxsus narkotik vasitələr və psixotrop maddələr olduğunu dedi. Yaşadığı evə və həyətinə baxış keçirildi. Təqsirləndirilən şəxs yataq otağında yerləşən paltar dolabının alt hissəsindən on səkkiz ədəd şəffaf polietilen bükümü və bir ədəd su üçün nəzərdə tutulmuş plastmas qabı tədbir iştirakçılarına təqdim etdi. Həmin bükümlər və su üçün nəzərdə tutulmuş plastmas qab açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olundu. Bükümlər və qab içərisindəki maddələrlə birlikdə zərfə qoyularaq möhürləndi. Sonra Təqsirləndirilən şəxs qırx iki ədəd şəffaf polietilen bükümləri tədbir iştirakçılarına təqdim etdi. Bükümlər açıldıqda içərisində ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar olundu. Həmin bükümlər də içərisindəki maddələrlə birlikdə zərfə qoyularaq möhürləndi. Daha sonra Təqsirləndirilən şəxs bir ədəd şəffaf polietilen bükümü tədbir iştirakçılarına təqdim etdi. Həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan tiryəkə oxşar maddə aşkar olundu. Büküm içərisindəki maddə ilə birlikdə zərfə qoyularaq möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs bir ədəd ağ rəngli kağız bükümü içərisində yüz doxsan iki ədəd həb şəklində və iyirmi ədəd konvalyutda yüz doxsan altı ədəd həb şəklində üzərilərində FM40 sözləri yazılmış maddələri onlara təqdim etdi. Həmin kağız bükümdə olan həblər və konvalyutlar həblər ilə birlikdə zərfə qoyularaq möhürləndi. Bütün zərflərin üzəri Təqsirləndirilən şəxs və bütün iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs həmin maddələri ona İran İslam Respublikasının Ərdəbil şəhərində tanış olduğu Məşədi Abbas və Hüseyn adlı şəxslərin göndərdiyini və onların dediyi şəxslərə çatdırdıqdan sonra 900 manat pul alacağını bildirdi. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxx 2019-cu il tarixdə keçirilən əməliyyat tədbirində iştirak etmişdir. Həmin tarixdə saat 17:28-də Sabunçu rayonu, Maştağa qəsəbəsində Xanlar küçəsi ev 85 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanıldı. Özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirdikdən sonra onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması izah edildi. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunduqda o, əynində olan boz-qara rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf polietilen bükümü, əynində olan açıq sarı rəngli köynəyinin sol döş cibindən bir ədəd «Platinum» markalı siqaret qutusunu, 10 manat pulu və şəxsiyyət vəsiqəsini çıxarıb onlara təqdim edərək təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu bildirdi. Həmin büküm açıldıqda orada tünd qəhvəyi rəngli, heroinə oxşar maddə aşkar olundu. Büküm maddə ilə birlikdə bir ədəd zərfə qoyularaq möhürləndi. Təqsirləndirilən şəxs yaşadığı evdə də özünə məxsus narkotik vasitələr və psixotrop maddələr olduğunu dedi. Onun evinə və həyətinə baxış keçirildi. Təqsirləndirilən şəxs yataq otağında yerləşən paltar dolabının alt hissəsindən on səkkiz ədəd şəffaf polietilen bükümü və bir ədəd plastmas qabı tədbir iştirakçılarına təqdim etdi. Həmin bükümlər və qab açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, heroinə oxşar maddələr aşkar olundu. Bükümlər və qab içərisindəki maddələrlə birlikdə zərfə qoyularaq möhürləndi. Sonra Təqsirləndirilən şəxs qırx iki ədəd şəffaf polietilen bükümləri tədbir iştirakçılarına təqdim etdi. Bükümlər açıldıqda içərisində ağ rəngli, toz-kristal formalı metamfetaminə oxşar maddələr aşkar olundu. Həmin bükümlər də içərisindəki maddələrlə birlikdə zərfə qoyularaq möhürləndi. Daha sonra Təqsirləndirilən şəxs bir ədəd şəffaf polietilen bükümü tədbir iştirakçılarına təqdim etdi. Həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, tiryəkə oxşar maddə aşkar olundu. Büküm içərisindəki maddə ilə birlikdə zərfə qoyularaq möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs bir ədəd ağ rəngli kağız bükümü içərisində yüz doxsan iki ədəd həb şəklində və iyirmi ədəd konvalyutda yüz doxsan altı ədəd həb şəklində üzərilərində FM40 sözləri yazılmış maddələri onlara təqdim etdi. Həmin kağız bükümdə olan həblər və konvalyutlar həblər ilə birlikdə zərfə qoyularaq möhürləndi. Bütün zərflərin üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs həyat yoldaşını İran İslam Respublikasının Ərdəbil şəhərinə müalicəyə aparan zaman orada İran İslam Respublikasının vətəndaşları Məşədi Abbas və Hüseyn adlı şəxslərlə tanış olduğunu, həmin şəxslərin ona bir ədəd çantada yük gələcəyini və həmin yükü Məşədi Abbasın və Hüseyn adlı şəxslərin dediyi şəxslərə çatdırdıqdan sonra 900 manat pul alacağını bildirdi. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Aralarında ədavətləri və yaxınlıqları olmayıb. xx xxxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat tədbirində iştirak etmişdir. Barəsində əməliyyat məlumatı daxil olmuş Təqsirləndirilən şəxs saat 17:28-də Sabunçu rayonu, Maştağa qəsəbəsində Xanlar küçəsi ev 85 ünvanının yaxınlığında saxlanıldı. Onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olmasını izah etmişlər. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunduqda o, əynində olan boz-qara rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf polietilen bükümü, əynində olan açıq sarı rəngli köynəyinin sol döş cibindən bir ədəd «Platinum» markalı siqaret qutusunu, 10 manat pulu və şəxsiyyət vəsiqəsini onlara təqdim edərək təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu bildirdi. Həmin büküm açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, heroinə oxşar maddə aşkar olundu. Büküm maddə ilə birlikdə zərfə qoyularaq möhürləndi. Həmin zərf Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən möhürləndi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə onun üzərində əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmadı. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə özünə məxsus narkotik vasitələr və psixotrop maddələr olduğunu dedi. Yaşadığı evə və həyətinə baxış keçirildi. Təqsirləndirilən şəxs yataq otağında yerləşən paltar dolabının alt hissəsindən on səkkiz ədəd şəffaf polietilen bükümü və bir ədəd su üçün nəzərdə tutulmuş plastmas qabı tədbir iştirakçılarına təqdim etdi. Həmin bükümlər və su üçün nəzərdə tutulmuş plastmas qab açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olundu. Bükümlər və qab içərisindəki maddələrlə birlikdə zərfə qoyularaq möhürləndi. Sonra Təqsirləndirilən şəxs qırx iki ədəd şəffaf polietilen bükümləri tədbir iştirakçılarına təqdim etdi. Bükümlər açıldıqda içərisində ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar olundu. Qırx iki ədəd bükümlər də içərisindəki maddələrlə birlikdə zərfə qoyularaq möhürləndi. Daha sonra Təqsirləndirilən şəxs bir ədəd şəffaf polietilen bükümü tədbir iştirakçılarına təqdim etdi. Həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan tiryəkə oxşar maddə aşkar olundu. Büküm içərisindəki maddə ilə birlikdə zərfə qoyularaq möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs bir ədəd ağ rəngli kağız bükümü içərisində yüz doxsan iki ədəd həb şəklində və iyirmi ədəd konvalyutda yüz doxsan altı ədəd həb şəklində üzərilərində FM40 sözləri yazılmış maddələri onlara təqdim etdi. Həmin kağız bükümdə olan həblər və konvalyutlar həblər ilə birlikdə zərfə qoyularaq möhürləndi. Bütün zərflərin üzəri Təqsirləndirilən şəxs və bütün iştirakçılar tərəfindən imzalandı. Evin digər otaqlarına, sanitar qovşağına, mətbəxə, dəhlizə və həyətyanı sahəyə baxış keçirilsə də əməliyyat marağı kəsb edən əşyalar aşkar edilmədi. Təqsirləndirilən şəxs aşakr olunan maddələri ona İran İslam Respublikasının Ərdəbil şəhərində tanış olduğu Məşədi Abbas və Hüseyn adlı şəxslərin 900 manat pul müqabilində onların dediyi şəxslərə çatdırmaq üçün göndərdiklərini dedi. Şahid2 ifadələrində göstərdi ki, təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Aralarında ədavətləri və yaxınlıqları olmayıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxx 2019-cu il tarixdə keçirilən əməliyyat tədbirində iştirak etmişdir. xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan ünvan 1 ünvanının yaxınlığına gələrək orada əməliyyat mövqeyi seçmişlər. xx xxxxxxx 2019-cu il tarixdə saat 17:28-də həmin ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmış, həmin şəxsə özlərini təqdim edib şəxsiyyəti barədə sorğu etdikdə həmin şəxs özünü 1956-cı il təvəllüdlü ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etdi. Onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını izah etmişlər. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunduqda o, əynində olan boz-qara rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf polietilen bükümü, əynində olan açıq sarı rəngli köynəyinin sol döş cibindən bir ədəd «Platinum» markalı siqaret qutusunu, 10 manat pulu və şəxsiyyət vəsiqəsini çıxarıb onlara təqdim edərək təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu bildirdi. Həmin büküm açıldıqda orada tünd qəhvəyi rəngli, heroinə oxşar maddə aşkar olundu. Büküm maddə ilə birlikdə bir ədəd zərfə qoyularaq möhürləndi. Təqsirləndirilən şəxs yaşadığı evdə də özünə məxsus narkotik vasitələr və psixotrop maddələr olduğunu deyib onları evinə dəvət etdi. Onun evinə və həyətinə baxış keçirildi. Təqsirləndirilən şəxs yataq otağında yerləşən paltar dolabının alt hissəsindən on səkkiz ədəd şəffaf polietilen bükümü və bir ədəd plastmas qabı tədbir iştirakçılarına təqdim etdi. Həmin bükümlər və qab açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, heroinə oxşar maddələr aşkar olundu. Bükümlər və qab içərisindəki maddələrlə birlikdə zərfə qoyularaq möhürləndi. Sonra Təqsirləndirilən şəxs qırx iki ədəd şəffaf polietilen bükümləri tədbir iştirakçılarına təqdim etdi. Bükümlər açıldıqda içərisində ağ rəngli, toz-kristal formalı metamfetaminə oxşar maddələr aşkar olundu. Həmin bükümlər də içərisindəki maddələrlə birlikdə zərfə qoyularaq möhürləndi. Təqsirləndirilən şəxs bir ədəd şəffaf polietilen bükümü tədbir iştirakçılarına təqdim etdi. Həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, tiryəkə oxşar maddə aşkar olundu. Büküm içərisindəki maddə ilə birlikdə zərfə qoyularaq möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs bir ədəd ağ rəngli kağız bükümü içərisində yüz doxsan iki ədəd həb şəklində və iyirmi ədəd konvalyutda yüz doxsan altı ədəd həb şəklində üzərilərində FM40 sözləri yazılmış maddələri onlara təqdim etdi. Həmin kağız bükümdə olan həblər və konvalyutlar həblər ilə birlikdə zərfə qoyularaq möhürləndi, zərflərin üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalandı. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 26408 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözlər və imzalar olan zərfdəki 01 ədəd şəffaf sellofan bağlamada; təmiz çəkisi - 50,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs evindən...” sözlər və imzalar olan zərfdəki ümumi sayı 18 (on səkkiz) ədəd şəffaf sellofan bağlamalarda; ümumi çəkisi - 4015,0 qram və 01 ədəd plastmas qabda təmiz çəkisi -1000,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs evindən...” sözlər və imzalar olan zərfdəki 01 ədəd şəffaf sellofan bağlamada təmiz çəkisi - 805,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs evindən...” sözlər və imzalar olan zərfdəki ümumi sayı 42 ədəd şəffaf sellofan bağlamalarda ümumi çəkisi - 1145,0 qram olan ağ rəngli kristal formada maddələr metamfetamindir. Metamfetamin adlı preperat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respubliksının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Siyahı İ). Tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs evindən...” sözlər və imzalar olan zərfdəki ümumi sayı 388 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon adlı dərman preperatıdır və həblərin təsiredici maddəsinin ümumi miqdarı-15,52 qramdır. (bir həb 0,04qr). Metadon adlı preperat Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siayhısının İ bəndinə (sıra №6) daxildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş ümumi çəkisi - 5065,0 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs evindən götürülmüş ümumi çəkisi -1145,0 qram olan metamfetaminlər xarici görümüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2914 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayiə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxxx 2019-cu il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Baş X2 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 17:28-də yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılmış üzərindən bir ədəd bükümdə külli miqdarda 50,0 qram çəkidə narkotik vasitə heroin, yaşadığı həmin evin yataq otağında yerləşən dolabın alt hissəsində 18 ədəd şəffaf sellofan bağlamada külli miqdarda 4015,0 qram və bir ədəd plastmas qabda 1000,0 qram çəkidə narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bağlamda külli miqdarda 805,0 qram çəkidə tiryək, 42 ədəd şəffaf sellofan bağlamda külli miqdarda 1145,0 qram çəkidə psixotrop maddə metamfetamin, eləcə də 15,52 qram çəkidə ümumi sayı 388 ədəd olan narkotik vasitə metadon həblərindən 192 ədədin bir ədəd kağız bağlamanın içərisində, 196 ədədini isə 20 ədəd konvalyutda aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə Sabunçu rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx xxxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Məhkəmə,bu sübutları Təqsirləndirilən şəxs hərəkətlərini başqa şəxslərlə qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etmə, saxlama, daşıma və satma kimi qiymətləndirir. İstintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satmadan başqa onun həmin narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları “Məşədi Abbas” və “Hüseyn” adlı şəxslərlə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəklində Azərbaycan Respublikasına gətirməsi kimi qiymətləndirmişdir. Məhkəmədə həmin hallar araşdırılarkən Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş narkotik vasitələrin dərman adı ilə ona göndərildiyini bildirdi. İbtdai istintaq zamanı verdiyi ifadələrində isə İran İslam Respublikasında olarkən İran İslam Respublikasının vətəndaşları Məşədi Abbas və Hüseyn adlı şəxslərin ona Azərbaycana narkotik vasitə və psixotrop maddə göndərəcəkələrini bildirib, ona həmin narkotik vasitələri qəbul edib satmağı tapşırdıqlarını göstərmişdir. Məhkəmədə araşdırılan cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasına xx xxxxxx 2019-cu il tarixdə saat 09:35-də keçib, həmin tarixdə saat 17:10-da geri qayıdıb, xx xxxx 2019-cu il tarixdə keçib, xx xxxx 2019-cu il tarixdə geri qayıdıb, xx xxx 2019-cu il tarixdə keçib, xx xxx 2019-cu il tarixdə qayıdıb, xx xxxx 2019-ci il tarixdə keçib, xx xxxx 2019-cu il tarixdə qayıdıb, xx xxxx 2019-cu il tarixdə keçib, xx xxxx 2019-cu il tarixdə qayıdıb, xx xxxxxx 2019-cu il tarixdə keçib, xx xxxxxx 2019-cu il tarixdə qayıdıb, xx xxxxxx 2019-cu il tarixdə keçib, xx xxxxxxxx 2019-cu il tarixdə qayıdıb, sonuncu dəfə xx xxxxxxx 2019-cu il tarixdə keçib, xx xxxxxxx 2019-cu il tarixdə geri qayıtmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir narkotik vasitələrin əldə olunmasında razılığa gəlməməsi, həmin həmin narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsində iştirak etməməsi barədə ifadələrini həqiqətə uyğun ifadələr kimi qiymətləndirir. Çünki işdə araşdırılmış sübutlardan görünür ki, o, özü xx xxxxxxx 2020-ci il tarixdə İran İslam Respublikasında olmuşdur. İstintaq orqanının qənaətinə görə Təqsirləndirilən şəxs «cinayətkar razılaşmaya əsasən şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları “Məşədi Abbas” və “Hüseyn” adlı şəxslərdən sonuncuların naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi həmin narkotik maddələri və vasitələri əldə edib yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 85 nömrəli evə qanunsuz daşıyaraq saxlamışdır» Məhkəmədə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən müddətlərdə İran İslam Respublikasına səfərlər etməsi sübuta yetirilsə də həmin müddətdə onun digər şəxslərlə narkotik vasitələri əldə edib qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi barəsində qabaqcadan razılığa gəlməsini təsdiq edən özünün istintaq zamanı verdiyi ifadələrindən başqa əlavə sübut müəyyən olunmadı. O özü də həmin hallar barəsində istintaq zamanı verdiyi ifadələrini məhkəmədə inkar edib istintaq zamanı verdiyi ifadələrini şübhələndirdi. Məhkəmədə, onun istintaq zamanı verdiyi ifadələri iş üzrə məhkəməyə təqdim olunmuş sübutların məcmusu ilə müqayisəli təhlil edildikdə Təqsirləndirilən şəxs ifadələrini təsdiq edən başqa sübutun olması müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Məhkəmənin mövqeyinə görə, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən iki və daha çox şəxsin qabaqcadan razılaşması dedikdə, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılığa gəlmələri, yəni cinayət əməlinin iştirakçılarının birlikdə və ya fərdi qaydada qarşılıqlı razılaşma əsasında qaçaqmalçılıq əməlinin törədilməsinə yönələn dispozitiv hərəkətləri törətmələri başa düşülür. Bu mənada qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış qrupun üzvü cinayətin törədilməsi məqsədi ilə uğurlu şəraitin yaradılması və ya törədilməsi üçün hər hansı hərəkət etdikdə o, cinayətin iştirakçısı olur. Qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin əlamətlərinin dəqiq dairəsi də Azərbaycan Respublikası CMnin 206-cı maddəsinin dispozisiyasında göstərilmişdir. Həmin dispozisiyada nəzərdə tutulmuş bütün hərəkətlərin eyni şəxs tərəfindən törədilməsi digər şəxslərin həmin cinayətin törədilməsində iştirakını istisna edir. Qaçaqmalçılıq yolu ilə, yəni əşyanın gömrük sərhəddindən keçirilməsindən sonra həmin əmlakı qəbul etmiş şəxsin hərəkətlərində qaçaqmalçılığa görə cinayət məsuliyyəti nəzərdə tutan həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərdən hər hansı birinin olmaması şəxsin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin tərkibinin olmasını istisna edir. Çünki, məhkəmədə araşdırılan cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlinin predmetini təşkil narkotik vasitələrin və psixotrop maddələrin xarici ölkənin ərazisində əldə olunmasında, onun saxlanılmasında, daşınmasında, gömrük nəzarətindən Azərbaycan Respublikasının ərazisinə gizli keçirilməsində iştirak etməsini təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs hazırki cinayət işinin predmetini təşkil edən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsi zamanı Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birini və ya bir qismini, habelə bütün hərəkətləri törətməsi müəyyən olunmadı və bunu təsdiq edən sübut aşkar edilmədi. Məhkəmədə həmçinin Təqsirləndirilən şəxs hazırkı cinayət işinin predmetini təşkil edən narkotik vasitələrin İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi üçün İranda olduqları iddia olunan başqa şəxslə cinayət əlaqəsinə girməsi sübuta yetirilmədi. Çünkü istintaq orqanı bu qənaətə təqsirləndirilən şəxsin ifadələri əsasında gəlsə də, onun ifadələri Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinin tələbləri baxımından başqa sübutlarla təsdiq olunmaması nəzrə alınmamışdır. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qabaqcadan əlbir olan şəxslə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən gizli keçirmələri ilə bağlı hissəsinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Məhkəmə, yuxarıda müzakirə olunan halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında olan başqa şəxsin qaçaqmalçılıq yolu ilə satış məqsədi ilə Azərbaycan Respublikasına tanımadığı şəxs vasitəsiylə göndərdiyi külli miqdarda narkotik vasitələri qəbul etməyə razılıq verib qəbul etmişdir. Məhkəmə, gəldiyi bu nəticələrə görə hesab edir ki, onun əməllərində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin tərkibi istisna olunur. Məhkəmə, iş üzrə gəldiyi bu nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarı baxımından da əsaslı sayır. Çünki həmin qərarda birbaşa göstərilmişdir ki, “mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq, onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir”. Məhkəmə də Azərbaycan Respublikası Ali Məhkəməsinin müəyyən etdiyi bu hüquqi mövqeyi Azərbaycan Respublikası CPM-nin 419.1.4-cü maddəsinin tələblərinə əsasən rəhbər tutur və başqa yanaşma üçün əsas olmadığı qənəaətinə gəlir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin xaric olunmasını əsaslı sayır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs Məşədi Abbas və Hüseyn adlı şəxsin ona göndərdiyi narkotik vasitələrin arıqlama dərmanları olduğunu zənn etməsi, dərman zənn etdiyi maddələrin narkotik vasitələr olduğunu sonradan bilməsi, qorxduğu üçün polisə məlumat verməmisi, onun aldadılıb bu işə cəlb olunması barədə ifadələrini istintaq zamanı verdiyi ifadələri, şahid ifadələri və işin faktiki halları ilə müqayisəli tədqiq edib onun həmin ifadələrini özünün müdafiəsinə və məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirib onun ibtidai istintaq zamanı verdiyi ifadələrinə istinad edilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə başqa şəxslərlə qabaqcadan razılaşıb əldə etməsi müəyyən olundu. Çünki məhkəmədə hazırkı işin predmetini təşkil edən narkotik vasitələrin və psixotrop maddələrin ona Bakı şəhərində satış məqsədi ilə verilməsi və onun tərəfindən də narkotik vasitələrin və psixotrop maddələrin də bu məqsədlə qəbul etməsi müəyyən olundu. Məhkəmədə cinayət işini predmetini təşkil edən narkotik vasitələrin və psixotrop maddələrin külli miqdarda olması müəyyən olundu. Məhkəmə, narkotik vasitələr və psixotorop maddələrin Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən xx xxxxxxx 2019-cu il tarixdə aşkar edildiyini nəzərə alıb həmin tarixi Təqsirləndirilən şəxs tərəfindən əldə olunma tarixi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin xaric olunmasını qənaətinə gəldiyindən ona elan edilmiş ittihamdan « Təqsirləndirilən şəxsn külli miqdarda narkotik vasitə və psixotrop maddələri.. habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları “Məşədi Abbas” və “Hüseyn” adlı şəxslərlə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları “Məşədi Abbas” və “Hüseyn” adlı şəxslər» sözlərinin də xaric olunmasını əsaslı sayır. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə başqa şəxslərlə qannsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib başqa şəxslərdən küllü miqdarda, yəni 5065,0 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 805,0 qram çəkidə narkotik vasitə tiryək, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 1145,0 qram çəkidə psixotrop maddə metamfetamini və “Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə daxil olan 15,52 qram çəkidə narkotik vasitə metadon dərman pereparatlarını əldə edib yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi 85 nömrəli evə qanunsuz daşıyaraq həmin narkotik vasitə heroindən 50,0 qramını bölüb bir bükümə qablaşdıraraq üzərində, 4015,0 qramını bölüb 18 ədəd ayrı-ayrı bükümdə, 1000,0 qramını 01 ədəd plastmas qabda qablaşdırılmış halda, külli miqdarda 805,0 qram çəkidə narkotik vasitə tiryəki, bir ədəd şəffaf sellofan torbada, külli miqdarda 1145,0 qram çəkidə psixotrop maddə metamfetamini 42 ədəd şəffaf sellofan torbada, eləcə də narkotik vasitə hesab olunan metadon həblərindən 192 ədədini bir ədəd kağız bağlamanın içərisində, 196 ədədini isə 20 ədəd konvalyutda əldə edib özünə məxsus yaşadığı evdə yataq otağında yerləşən dolabın alt hissəsində gizlətməklə qanunsuz saxlamsı, həmin tarixdə də xx xxxxxxx 2019-cu il tarixdə saat 17:28-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında saxlanılmış və onun əynindəki idman gödəkçəsinin sol yan cibindən bir ədəd ədəd şəffaf sellofan bağlamada külli miqdarda 50,0 qram çəkidə narkotik vasitə heroini aşkar edilməsi, saat 17:34-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən 85 nömrəli evə baxış keçirilərkən həmin evin yataq otağında yerləşən dolabın alt hissəsində satış məqsədilə əldə edib gizlətməklə saxladığı 18 ədəd şəffaf sellofan bağlamada külli miqdarda 4015,0 qram və bir ədəd plastmas qabda külli miqdarda 1000,0 qram çəkidə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eyni tərkibli narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bağlamda külli miqdarda 805,0 qram çəkidə tiryək, 42 ədəd şəffaf sellofan bağlamda külli miqdarda 1145,0 qram çəkidə psixotrop maddə metamfetamin, eləcə də külli miqdarda 15,52 qram çəkidə ümumi sayı 388 ədəd olan narkotik vasitə metadon həblərindən 192 ədədin bir ədəd kağız bağlamanın içərisində, 196 ədədini isə 20 ədəd konvalyutda aşkar edilərək götürülməsi sübüta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrinin tərkiblərinin əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllərinin həmin maddələrlə tövsif edilməli olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı məhkəmə ekspertizalarının keçirilməsinə 65 manat ekspertiza (altmış beş) manat xərclənmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 tərəfindən göstərilən hüquqi yardıma görə ona ödəniləcək məbləğ 300 (üç yüz) manat təşkil edir. Məhkəmədə Təqsirləndirilən şəxs Müdafiəçi tərəfindən 14 (on dörd) saat hüquqi yardım göstərilmişdir. Buna görə də ona 84 (səksən dörd) manat ödənilməlidir. Məhkəmə, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş- Təqsirləndirilən şəxs götürülmüş, aşkar edilmiş narkotik vasitə heroinin ekspertiza tədqiqatdan sonrakı qalıq 5064,0 qramını, narkotik vasitə tiryəkin ekspertiza tədqiqatdan sonrakı qalıq 804,9 qramının, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 1144,0 qramının və narkotik vasitə metadon həbinin ekspertiza tədqiqatdan sonrakı qalıq 378 ədədinin dövriyyəsi qadağan edildiyi üçün məhv edilmələrini, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi zamanı çəkilmiş videogörüntülər olan bir ədəd diskin iş materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2019-cu il tarixli DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu - xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış Hacıqabul Rayon İcra Hakimiyyətindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini və əvvəllər məhkumluğunun olmamasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 65 (altmış beş) manat vəsait Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 300 (üç yüz) manat vəsait vəkil X5 ödənilməsi üçün “Mərkəz” Vəkil Bürosunun hesabına, 84 (səksən dörd) manat vəsait Müdafiəçi ödənilməsi üçün 2 Saylı Vəkil Bürosunun hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Azərbaycan Respublikası DİNin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş- Təqsirləndirilən şəxs götürülmüş, aşkar edilmiş narkotik vasitə heroinin ekspertiza tədqiqatdan sonrakı qalıq 5064,0 qramın, narkotik vasitə tiryəkin ekspertiza tədqiqatdan sonrakı qalıq 804,9 qramı, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq hissəsi olan 1144,0 qramı və narkotik vasitə metadon həbinin ekspertiza tədqiqatdan sonrakı qalıq 378 ədədi dövriyyəsi qadağan edildiyi üçün məhv edilsin, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi zamanı çəkilmiş videogörüntülər olan bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-512/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-512/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver