Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-512/2023 17.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: ”VERDİKTUM” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1977-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2003 və 2004-cü il təvvəlüdlü uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Füzuli şəhəri, B.Sərdarov küçəsi, ev 56-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə ittiham olunur ki, o satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 2,273 qram kustar üsulla hazırlanmış heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi “Bravo” marketin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə gətirilmiş, onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 2,273 qram satış məqsədi olmadan saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o ailəlidir və 18 və 19 yaşlarında iki övladı vardır. 3 ildir “kakos” adlanan narkotik vasitə heroindən 10 manata alaraq istifadə etmişdir. Yaşadığı mənzildən siqaret almaq üçün xx.xx.2022-ci il tarixdə saat 20 radələrində kioska gedən zaman 6-7 nəfər polis əməkdaşları onu Bakıxanov qəsəbəsində olan Bakı Neft Sənaye Texnikumun həyətində tanışları Vüqar Mustafayev və daha bir şəxslə olduğu zaman üçünü də tutub döyərək avtomobilə əyləşdirərək Sabunçu RPİ-nin 13-cü polis bölməsinə gətirmiş orada da ona fiziki zor tətbiq edərək ona bir büküm verərək üzərinə götürməsini tələb etmişlər. Ona təzyiq göstərən polis əməkdaşları Abbasov Bəxtiyar, Kənan və Səyyad olmuşdur. O tutulan zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. İstintaq təcridxanasına gələrkən ona polis əməkdaşları tərəfindən fiziki zor və təziq edilməsi ilə bağlı müraciət etmiş və onun xəsarətləri ilə bağlı qeydlər var. Əvvəllərdə narkotikdən istifadə etdiyinə görə CM-nin 234.1-ci maddəsi ilə 10 ay məhkumluq həyatı yaşamışdır. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olundu, o həqiqətən müstəntiqə ifadə vermiş, lakin ifadəsini oxumamışdır. Bu səbəbdən ibtidai istintaqa verdiyi ifadələrini təsdiq etmir. Məhkəmədə sanksiya veriləndə hakimə deməmişdir ki, cinayət törədib və əməlindən peşmandır. Həbs qərarında hakimin belə yazısı ilə razı deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-də sahə rəisi, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti ərazisi olan Bakıxanov qəsəbəsinin sakini kimi tanımış, onun narkoman olmasını bilirdi. 08 sentyabr 2022-ci il tarixdə saat 20-30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rüstəm Rüstəmov küçəsində yerləşən “Bravo” supermarketin yaxınlığında iş yoldaşı Şahid1lə birlikdə xidmətdə olmuş, bu zaman Təqsirləndirilən şəxs həmin ərazidə görmüş, sonuncu öz növbəsində onları gördükdə oradan uzaqlaşmağa çalışmış, onun bu davranışı onlarda şübhə doğurmuş, bu səbəbdən bölmənin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs yaxınlaşaraq ona bölməyə getməyi təklif etmişdir. Onların şübhəsi əsaslı olmuş, belə ki, bölmədə Təqsirləndirilən şəxs raportla təhqiqatçıya təqdim etdikdən sonra sonuncu bölməyə müdafiəçi dəvət edərək həmin müdafiəçinin, onun və Şahid1 iştirakları ilə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təhqiqatçının üzərində olan əşyaları təqdim etmək təklifinə cavab olaraq özü könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ cibindən bir ədəd büküm təqdim edərək həmin bükümdə heroin olmasını, heroini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən açılaraq içərisində toz şəkilli qəhvəyi rəngdə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Hətta təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 20 manata əldə etmişdir. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs saxlayan zaman yanında başqa bir şəxs olmamış, həmçinin Təqsirləndirilən şəxs narkotik və ya alkoqol sərxoşluğu halında olmamışdır. O və həmkarı Şahid1 Təqsirləndirilən şəxs qarşı fiziki zor və psixoloji təsirlər etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PB-nin sabiq baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sonuncunun barəsində keçirdikləri əməliyyat tədbiri ilə bağlı tanımışdır. Həmin vaxt o, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışmış, halhazırda isə Baş Narkotiklərlə Mübarizə İdarəsində xidmət edir. Əməliyyat tədbirinə qədər o, Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 08 sentyabr 2022-ci il tarixdə saat 20-30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rüstəm Rüstəmov küçəsində yerləşən “Bravo” supermarketin yaxınlığında iş yoldaşı Şahid2 ilə birlikdə xidmətdə olmuş, bu zaman Təqsirləndirilən şəxs həmin ərazidə görmüş, sonuncu öz növbəsində onları gördükdə oradan uzaqlaşmağa çalışmış, onun bu davranışı onlarda şübhə doğurmuş, bu səbəbdən o, Təqsirləndirilən şəxs yaxınlaşaraq ona bölməyə getməyi təklif etmişdir. Onların şübhəsi əsaslı olmuş, belə ki, bölmədə Təqsirləndirilən şəxs raportla təhqiqatçıya təqdim etdikdən sonra sonuncu bölməyə müdafiəçi dəvət edərək həmin müdafiəçinin, onun və Şahid2 iştirakları ilə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təhqiqatçının üzərində olan əşyaları təqdim etmək təklifinə cavab olaraq özü könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ cibindən bir ədəd büküm təqdim edərək həmin bükümdə heroin olmasını, heroini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən açılaraq içərisində toz şəkilli qəhvəyi rəngdə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Hətta təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 20 manata əldə etmişdir. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs saxlayan zaman yanında başqa bir şəxs olmamış, həmçinin Təqsirləndirilən şəxs narkotik və ya alkoqol sərxoşluğu halında olmamışdır. O və həmkarı Şahid1 Təqsirləndirilən şəxs qarşı fiziki zor və psixoloji təsirlər etməmişlər. Təqsirləndirilən şəxs göstərir ki, guya o, onun saxlanılmasında və üzərinə keçirilən baxışda iştirak etməmişdir. Məhkəməyə təklif edir ki, həmin baxışın videogörüntüsü təqdim edilsin, orada hər şey aydın görünür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Elçinlə Elçinin yaşadığı ünvanın yaxınlığındakı sexdə tanış olmuşlar. Həmçinin onun Samir adlı da tanışı vardır. xx.xx.2022-ci il tarixdə o, Elçin və Samir Bakıxanov qəsəbəsində olan bir yataqxananın yanında olan mağazaya siqaret almaq üçün getdikləri zaman yanlarında qara rəngli maşın saxlamış, maşından adlarını sonra bildiyi Səyyad, Sənan və Bəxtiyar adlı polis əməkdaşları çıxaraq onların üçünü də saxlayaraq polisə aparmışlar. Elçini başqa maşınla, onu və Samiri isə digər maşınla aparmışlar. Bölmədə onlar bir-birini görmüş, onu orada polislər dəyənəklə yerə yıxıb döymüşlər. Elçinin isə rəisin otağında döyüldüyünü görmüşdür. Samirin adını və soyadını bilmir, onun harada olmasından məlumatı yoxdur. Onun barəsində CM-nin 234.1-1-ci maddəsi ilə başlanmış cinayət işinə hal-hazırda bu məhkəmədə digər tərkibdə baxılır, barəsində hələ hökm çıxarılmamışdır. Şahid X3 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, onda sağ said nahiyyəsində aşkar olunmuş kəsik yarası polislər onu otaqlarında döydükləri zaman əli oturduğu stulun arxasında olan bolta dəyərək kəsilmişdir. Polislər onu kəsici-deşici alətlərlə vurmamışlar. Onu döyən Bəxtiyar adlı polis əməkdaşı olmuşdur. İttiham tərəfinin təqdim etdiyi sübutlar: Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları Şahid1 və Şahid2 Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin rəisinə ünvanladıqları xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi “Bravo” marketin yaxınlığında xidmətdə olarkən bir nəfər şəxs özünü şübhəli aparmış, şəxsiyyətini təsdiq edən sənəd üzərində olmadığından və verilən suallara qeyrisəmimi cavab verdiyi üçün 13-cü PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsin üzərində axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin inzibati binasında şəxsi axtarış keçirilmiş Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffəf selefona bükülmüş, toz şəkilində, spesfik qoxuya malik olan bükümü təqdim edərək, həmin maddənin «kakos» olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı ryonu Əmircan qəsəbəsi ərazisində üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 20 manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Selofan bükümdən savayı Təqsirləndirilən şəxs üzərindən 3 ədəd qulaq çöpü və 27 manat pul aşkar edilmiş, lakin həmin 3 ədəd çöp və 27 manat pul onun özünə qaytarılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs mobil telefon aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022ci il tarixli protokoldan müyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4975 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində, vət. Təqsirləndirilən şəxs üzərindən….» və s. yazılar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,273 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5643 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kompleks psixiatrik-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2587 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, ekspertizanın tədqiqatından sonra qalıq qalmış 2,173 qram narkotik vasitə heroin heroin saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə video görüntülər əks olunan 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edidlməsi haqqında» qərarından müəyyən olunur ki, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə məhkəmə baxışında göstərdiyi xüsusatlar toplanmış materiallarla təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərar Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən ləğv edilərək əlavə araşdırmaya qaytarılmışdır. Qeyd edilən faktla bağlı əlavə araşdırma aparılmış və bununla bağlı məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşalrı tərəfindən zorakılığa məruz qalması xüsusatı əsasında rayon prokurorluğunda cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və məhkəmə hökmünün surətindən müəyyən olunur ki, o, Sabunçu Rayon Məhkəməsinin 16.11. 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı ilə təyin olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət işinin məhkəmədə müəyyən etdiyi halları: Məhkəmə baxışı zamanı təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs və şahid Vüqar Mustafayevin ifadələrindən müəyyən olunur ki, onlar Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsindən aralı olan, Bakı Neft Sənaye Texnikumunun ərazisində 6-7 nəfər polis əməkdaşı tərəfindən daha bir şəxslə olduqları zaman saxlanıldıqlarını bildirmiş, polis əməkdaşları tərəfindən döyülərək maşınlara mindirilib Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nə aparıldıqlarını göstərmişlər. Polis bölməsində hər ikisi polis əməkdaşlarının fiziki zoruna məruz qalmış, Təqsirləndirilən şəxs üzərinə qoyulmuş narkotik vasitə heroini baxış zamanı təqdim etməyə məcbur edilmişdir. Məhkəmə baxışı zamanı ifadə vermiş polis əməkdaşları Şahid2 və Azər Əmirov göstərmişlər ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində ərazidə xidmətdə olduqları zaman Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində yerləşən «Bravo» supermarketin yaxınlığında özünü şübhəli apardığı və onlardan qaçıb yayınmağa çalışdığı üçün saxlamışlar. Saxladıqları zaman Təqsirləndirilən şəxs tək olmuş, ona qarşı fiziki zor tətbiq etməmişlər. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin xx.xx.2022-ci il tarixli 075-11150 saylı məktubundan müyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik maddəni kimlərlə birgə əldə etməsi, əvvəllər hər hansı cinayət törədib törətməməsi və narkotik maddələri haradan əldə etməsi barəsində əməliyyat - axtarış tədbirləri davam etdirilir. Gələcəkdə hər hansı bir nəticə olarsa İŞ-nə əlavə məlumat veriləcəkdir. Yəni, bu məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs tutulduğu tarixədək onun barəsində istintaqı maraqlandıran heç bir məlumat olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun icraatında olan X3 Azərbaycan Respublikası CM-nin 234-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktından müəyyən olunur ki, o 08 sentyabr 2022-ci il tarixdə saat 21:30 radələrində özüünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində saxlanılaraq PŞ-nə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman 01 bükümdə təmiz çəkisi 2, 958 qr. heroin aşkar edtilmişdir. Göründüyü kimi V.Mustafayev və Təqsirləndirilən şəxs eyni tarixdə, yaxın saatlarda və eyni ünvanda saxlanılmışlar. Bu hal da ona dəlalət edir ki, bu şəxslərin məhkəmədə verdikləri, xx.xx.2022-ci il tarixdə birlikdə tutulmalarına dair ifadələri həqiqətə uyğundur. Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdə ona qarşı fiziki zor tətbiq olunması və fiziki xəsarətlər olmasına dair hallar: Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq Təcridxanasından tibbi kartı tələb olunmuş və məhkəmə iclasında həmin kart tədqiq edilmişdir. Təqsirləndirilən şəxs tibbi kartasından müəyyən olunur ki, o Bakı İstintaq Təcridxanasına xx.xx.2022-ci il tarixdə daxil olmuş, tibbi müayinə zamanı tutulduğu zaman xəsarət aldığını bildirmiş, onun sağ saidinin səthinin kəsilmiş yarası, sol budun arxa səthinin tünd bənövşəyi qançırı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş xəsarətlərlə əlaqədar Bakı İstintaq Təcridxanasının rəisi ədliyyə polkovniki Elnur İsmayılovun xx.xx.2022-ci il tarixdə Bakı şəhər proruuroru İİİ dərəcəli Dövlət Ədliyə müşaviri Elşən Abbasova və Bakı şəhəri Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Lənbəranskiyə məlumat göndərmiş, həmçinin Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu rayon məhkəməsində xx.xx.2022-ci ildə həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs hakim X14 RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən döyülərək, təzyiqlər olduğunu, təzyiq altında ifadəsi alındığını bildirərək, məhkəmədən qeyd etdiyi halların araşdırılmasını xahiş etmiş, bu səbəbdən hakim S.Ağayev Bakı şəhəri Sabunçu rayon prokuroruna xx.xx.2022-ci il tarixli 4(008)-767/2022 saylı məktubla müraciət edərək məhkəmə prosesində cinayət haqqında verilmiş məlumatların 10 gün müddətində yoxlanılaraq nəticəsi barədə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə məlumat verilməsini xahiş etmişdir. 23 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon prokurorluuğunun müstəntiqi X20 material üzrə səthi yoxlama aparmaqla, Bakı İT-nın və hakimS.Ağayevin məlumatlarına əhəmiyyəm verməyərək, polis əməkdaşlarının izahatlarını almadan, təqsirləndiriləqn şəxs barəsində məhkəmə-tibbi ekspertizası keçirmədən material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Təqsirləndirilən şəxs anası X7 yazılı şikayətləri Bakı şəhər prokurorluğundan araşdırılması üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərildikdən sonra Bakı şəhəri, Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranskinin 10 mart 2023-cü il tarixli qərarı ilə rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin xx.xx.2023cü il tarixli araşdırdığı material üzrə Təqsirləndirilən şəxs döyülməsi faktı üzrə qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi qərarı ləğv edilmiş və mterial üzrə eyni müstəntiqə, yəni Fuad Babayevə əlavə araşdırılma aparılması barədə tapşırıq verilmişdir. Əlavə araşdırma zamanı Təqsirləndirilən şəxs, onun anası X8 Bakı şəhəri, Sabunçu RPİ-si 13-cü PB-nin polis əməkdaşları Şahid2, X12, X9, X13 və Şahid1 izahatları alınmış, izahatında E.M.Ağayev xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakı Neft Sənaye Texnikumunun həyətində olarkən Sabunçu RPİ-si 13-cü PB-nin əməkdaşları Səyyad, Bəxtiyar və Sənan adlı şəxslər tərəfindən ona qarşı fiziki zorakılıq tətbiq edib onu gəldikləri avtomobilə əyləşdirib PB-nə aparılmasını, həmin vaxt üzərində hər hansı qanunsuz əşya olmamasını, Vüsal adlı polis əməkdaşının bir büküm narkotik maddəni cibinə yerləşdirdiyini, ona qarşı nalayiq ifadə işlədərək həmin narkotik maddəni götürməyəcəyi halda daha ağır çəkidə narkotik maddə ilə yüklənilməsi ilə hədələnməsini, ona qarşı fiziki və psixi zorakılıq tətbiq edilməsini bildirmişdir. Təqsirləndirilən şəxs anası X8 izahatında Təqsirləndirilən şəxs onun doğma oğlu olduğunu, Elçinin evli olmaqla həmin evlilikdən 2 azyaşlı uşağı olmasını, Elçinin narkotik maddələrdən istifadə etdiyini bildiyini, onunla bu məsələ ilə bağlı dəfələrlə söhbət apardığını, Elçinin narkotikə görə bir dəfə azadlıqdan məhrum edildiyini, xx.xx.2022-ci il tarixdə Elçinin yenə zorakılıqla polisə aparıldığını, tutulduqdan sonra Elçin onunla Bakı İstintaq Təcridxanasından telefonla danışan zaman tutularkən üzərində narkotik vasitə olmadığını, Sabunçu RPİ-si 13-cü PB-nin polis əməkdaşları Bəxtiyar, Səyyad, Kənan və Əli adlı şəxslərin onu döyərək üzərinə narkotik maddə yerləşdirdiklərini bildirməsini göstərmişdir. Öz növbəsində polis əməkdaşları Şahid2 və Şahid1 izahatlarında göstərmişlər ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbsi, Rüstəm Rüstəmov küçəsində xidmətdə olduqları zaman özünü şübhəli aparan Təqsirləndirilən şəxs yaxınlaşıb şəxsiyyətini müəyyən etmək istədikləri vaxt sonucu qaçmağa cəhd etsə də onu saxlayaraq bölməyə gətirib təhvil vermişlər və üzərinə baxışda iştirak etməklə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ cibindən bir ədəd bükümdə narkotik vasitə təqdim etməsini gördüklərini, E.Abayevin saxlanılmasında Səyyad, Bəxtiyar və Sənan adlı polis əməkdaşlarının olmadığını, Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılıq hərəkətlərin törədilmədiyini, üzərinə zorla narkotik maddə qoyulmadığını göstərmişlər. Bakı şəhəri, Sabunçu RPİ-si 13-cü PB-nin digər polis əməkdaşları Sənan Cavadov, Bəxtiyar Abbasov və Səyyad Əliyev izahatlarında xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs əməkdaşlar Şahid2 və Şahid1 tərəfindən gətirildiyini, burada üzərinə baxış zamanı Təqsirləndirilən şəxs narkotik maddə aşkar olunduğunu, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zor tətbiq edilmədiyini, onun üzərinə narkotik maddə qoymadıqlarını bildirmişlər. Araşdırma zamanı təyin olunaraq keçirilmiş məhkəmə-tibbi ekspertizanın 16 mart 2022-ci il tarixli 15 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tibbi kartasında olan məlumatlara əsasən onda sağ saidin kəsilmiş yarası və sol budun qançırı aşkar edilmişdir. Xəsarətlərdən sağ saidin kəsilmiş yarası kəsici kənara malik əşya (alət) təsirindən, sol budun qançırı ilə bərk küt əşyanın təsirindən törənmişdir, onun Bakı İT-sının X15 tibbi müayinəsindən (xx.xx.2022-ci il) 3-5 gün əvvələ uyğun gəlməklə qərarda göstərilən xx.xx.2022-ci il tarixdə törənə bilər. Dərəcəsinə görə sağ saidin kəsilmiş yarası sağlamlığın qısa müddətə yaranmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir, sol budun qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi inkar olunur, müayinə olunan şəxsin özü və kənar şəxs tərəfindən yetirilə bilər. Araşdırmanın nəticəsinə dair Bakı şəhəri, Sabunçu rayon prokurorluğunun müstəntiqi X16 07 aprel 2023-cü il tarixdə «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edərək Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmasını inkar etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə sübutların mötəbərliyinə dair məhkəmənin gəldiyi qənaət: Məhkəmə, məhkəmə araşdırması zamanı aşağıdakı hallara görə təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını mümkün saymır: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30-da tutulduğu zaman və ondan sonra döyülməsi, ona xəsarətlər yetirməsi istintaq təcridxanasında tərtib olunmuş tibbi kartla, Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertiza rəyi ilə, Təqsirləndirilən şəxs istintaq təcridxanasında tibbi müayinə və barəsində Bakı şəhəri Sabunçu rayon məhkəməsində döyülərək xəsarətlər alması barədə məlumatlar verməsi ilə, İT-sı və Sabunçu rayon məhkəməsinin bununla əlaqədar Bakı şəhəri və Sabunçu rayon prokurorluqlarına müvafiq məlumatlar verilməsi ilə, məhkəmədə verdiyi ifadəsi ilə, məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsilə, Təqsirləndirilən şəxs saxlanıldığı zaman bədənində mövcud olan xəsarətlərin olmasına dair aktın olmaması ilə tam sübuta yetirilmişdir. Məhkəmədə verdiyi ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, tutulduğu xx.xx.2022-ci il tarixdə üzərində heç bir qanunsuz əşya olmamış, lakin polis əməkdaşları ona fiziki zor tətbiq etməklə üzərinə qoyduqları bir büküm narkotik vasitənin ona məxsus olmasını bildirməsini üzərinə baxış zamanı məcbur etmişlər. Məhkəmədə elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs anası X5 Sabunçu rayon prokurorluğuna verdiyi izahatında, məhkəməyə və ayrı-ayrı dövlət orqanlarına ünvanladığı şikayət ərizələrində göstərmişdir ki, oğlu tutulduqdan sonra onun saxlanıldığı İstintaq Təcridxanası ilə oğlu ilə telefonla danışan zaman Təqsirləndirilən şəxs tutularkən üzərində narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən zorakılıqla döyülərək üzərinə narkotik vasitə yerəlşdirildiyini bildirmişdir. Bakı İstintaq Təcridxanasının verdiyi məlumat, habelə, təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin səbəblərinə dair ağlabatan izahın olmaması məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, həmin xəsarətlər polis orqanlarının məsuliyyət daşıdığı pis rəftarın formasına aid edilməlidir. Pis rəftarın xarakterini nəzərə alaraq, məhkəmə hesab edir ki, bu, yalnız qəsdən törədilə bilərdi, çünki onun yerinə yetirilməsi üçün gücün tətbiqi tələb olunurdu. Müəyyən olunan mənzərədə o qənatə gəlmək üçün əsaslar yaradır ki, Təqsirləndirilən şəxs aşkar olunan xəsarətlərin onun saxlanmasından sonra üzərində şəxsi axtarış və götürmənin rəsmiləşdirilməsi, izahatının alınması prosesində narkotik vasitənin ona məxsus olmasının etirafı üçün yetirilmişdir. 10 aprel 2004-cü il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Layıcov Azərbaycana qarşı Qərarının 45-ci bəndində göstərilir ki, hər bir halda məhkəmə ərizəçi qaçmağa səy göstərdiyi üçün ona qarşı güc tətbiqinin əsaslı olduğu və həddini aşmadığı ilə bağlı Hökumətin arqumentini qəbul edə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçinin həbsi və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda qaçmağa səy göstərdiyi və ya həbs zamanı polisə müqavimət göstərdiyi ilə bağlı hər hansı qeyd yoxdur. Bundan əlavə, ərizəçinin polisə qarşı zor işlətdiyi və ya həbsi zamanı, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. İbtidai istintaq dövründə iş üzrə dindirilmiş şahidlər Şahid1 və Şahid2 təqsirləndirilən şəxsin onların diqqətindən yayınması, olduğu yerdən uzaqlaşmağa çalışmasını bildirsələr də nə sonuncunun qaçması, nə qaçarkən yıxılması, nə də yıxılarkən xəsarət almasıni bildirməmişlər. Bundan başqa iş üzrə Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı tərtib olunmuş xx.xx.2022-ci il tarixli raportda da Təqsirləndirilən şəxs qaçması, qaçmağa cəhd edərkən yıxılması ilə əlaqədar hallar öz əksini tapmamış, Təqsirləndirilən şəxs bölməyə gətirilməmişdən əvvəl üzərində xəsarətlərin olması barədə hər hansı akt tərtib edilməmiş və imzalanmamışdır. Lakin rayon prokurorluğunun apardığı araşdırma zamanı təyin olunaraq keçirilmiş məhkəmə-tibbi ekspertizanın 16 mart 2022-ci il tarixli 15 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tibbi kartasında olan məlumatlara əsasən onda sağ saidin kəsilmiş yarası və sol budun qançırı aşkar edilmişdir. Xəsarətlərdən sağ saidin kəsilmiş yarası kəsici kənara malik əşya (alət) təsirindən, sol budun qançırı ilə bərk küt əşyanın təsirindən törənmişdir, onun Bakı İT-sının X15 tibbi müayinəsindən (xx.xx.2022-ci il) 3-5 gün əvvələ uyğun gəlməklə qərarda göstərilən xx.xx.2022-ci il tarixdə törənə bilərdi. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayət təqibi gedişində şəxsə işgəncələr verməyi, fiziki və psixi zorakılıqdan, o cümlədən digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etməyi şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almağı qadağan edir. Məhkəmə nəzərə alır k, Azərbaycan Respublikası CPM-nin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda ; CPM-nin 125.2.2ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Şərh olunanlar şəxsi axtarış və götürmə aparılması barədə protokolu və ona əlavə edilmiş videoçəkilişi sübut kimi qəbul edilməsi imkanını Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən birbaşa yolverilməz edir. Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən isə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də məhkəmə faktiki olaraq ibtidai istintaq orqanının həmin şəxsi axtarış və götürmə aparılması barədə protokola istinad edilməklə təqdim etdiyi digər bütün sübutları, o cümlədən əməliyyat qrupunun üzvü olmuş polis əməkdaşlarının ifadələrini həm şəxsin saxlanılması, həm də onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı hissələrini şübhə altına alır. Ona görə də məhkəmə iş üzrə müəyyən edilmiş halların məcmusunu nəzərə almaqla, məhkəmə iclasında tədqiq edilmiş sübutları bir-biri ilə müqayisə edib qiymətləndirərək, iki polis əməkdaşının ifadələrini təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsini təsdiq edə biləcək mötəbər sübut hesab etmir. Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutların məcmusu əsasında yekun qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edərkən sübut kimi istinad etdiyi hallar məhkəmədə tam, hərtərəfli və obyektiv yoxlanıldıqdan sonra cinayət əməlinin sübuta yetirilməsinin israr edilməsi imkanı istisna olunur. Məhkəmə, bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, ibtidai istintaq orqanının təqdim etdiyi sübutları məhkəmədə araşdırıb bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib saxlamaqla daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə əsası ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma ittihamı üzrə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı nəticəyə gələrkən yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci və 42.1.4-cü maddələrinin tələblərinə görə, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,173 qram təşkil edən heroinlə bağlı qərarın müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə qəbul edilməli olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləcəyindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə bağlı 110 (yüz on) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına aid edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi1 üçün isə 540 AZN ( beş yüz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 42.1, 42.1.4, 42.2.4, 346-347, 349-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən, barəsində bəraət hökmü çıxarılmış Təqsirləndirilən şəxs vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,173 qram təşkil edən narkotik vasitə heroinlə bağlı qərarın müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə qəbul edilməli olması nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitə ilə bağlı keçirilmiş ekspertiza ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına aid edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 540 AZN (beş yüz qırx manat) məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-512/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-512/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver