Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-512/2025 06.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X14 və X4 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəç Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 az yaşlı uşağı olan, İ qrup əlliliyi olmaqla serebral iflic xəstəliyindən əziyyət çəkən, orta təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi, ev 92b, mənzil 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 13,736 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli şortikin sağ yan cibində saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə saat 15:00-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq Binəqədi RPİ 40-cı PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli şortikin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 13,736 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham aktında xx.xx.2024-cü il tarixdə saat 15:00da Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşlarının keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onu Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində saxladığını qeyd etmişlər. Lakin, həmin tarixdə polis əməkdaşları onu evində saxlamış və onun evindən qeyd edilən R.Allahverdiyev küçəsinə 25 dəqiqəlik məsafə vardır. Həmçinin əynində göy rəngli şortik olduğu göstərilmiş, lakin o heç vaxt şortiklə evdən çölə çıxmamışdır. Şortik və şalvarlarının cibləri isə əli iflic olduğuna görə 2005-ci ildən tikili olmuşdur. Polis əməkdaşları onun üstünə baxış keçirməmişlər, əgər baxış keçirsəydilər ciblərinin tikili olduğunu görərdilər. Həmçinin istintaq sənədlərində onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunduğu qeyd olunmuşdur, lakin əgər vəkil dəvət olunmuş olsaydı, üzərinə şəxsi axtarış keçirilən zamanı o da orada iştirak edərdi. Bundan başqa o, Azərbaycana gəldiyi 8 ay müddətdir ki, evdən çölə çıxmır, belə olduqda isə onun psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması mümkün deyildir. Həmçinin polis əməkdaşları tərəfindən onun evindən 2 kompyuter, bir telefon və bir ədəd də klaviatura götürülmüş və hazırda özlərində saxlamışlar. İttiham aktında qeyd edildiyi kimi küçədə tutulmuş olsaydı, bu qədər əşyanın götürülməsi mümkün olmazdı. Bundan başqa polis əməkdaşları onun yaşadığı evdə çəkiliş aparmış, onu məcbur ikinci mərtəbəyə çıxartmış və psixotrop maddəni guya oradan tapmışlar. Halbuki, o, əlil olduğuna görə yaşadığı evdə ümumiyyətlə ikinci mərtəbəyə qalxma imkanı məhduddur. Həmçinin şahidlərdən bir nəfəri öz evində, digər şahidi isə ilk dəfə polis bölməsində görmüş, şahidlərlə onun arasında üzləşmə istintaq hərəkəti aparılmamışdır. Həmin vaxt evdə videoçəkiliş olsa da, iş materiallarına əlavə edilməmiş, həmçinin istintaq dövründə sənədlərdə onun ifadə verməkdən imtina etməsini qeyd etsələr də, ona heç vaxt belə imkan verilməmişdir. Bundan başqa cinayət işinin materiallarında olan sənədlərdə onun sənədlərə imza atmaqdan imtina edildiyi göstərilsə də, o, İ qrup əlil olduğundan ümumiyətlə imza edə bilmir və onun əvəzinə etibarnamə əsasında imza atmaq hüququ həyat yoldaşı və anasına məxsusdur. Əlil olduğu üçün və əlləri işləmədiyi üçün onun sənədləri imzalaması, həmçinin cibindən nəsə çıxardıb təqdim etməsi qeyri-mümkündür. Ona verilmiş ittiham başdan sona qədər şərdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bununla da, məhkəmə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirməsini və sonuncunun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı polis bölməsinin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi, istifadə etməsi və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə raportla bölmə rəisinə məruzə edilmiş və məlumat əsasında o və Binəqədi RPİ-nin 40-cı polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə tərəflərindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etməkdə, gəzdirməkdə və istifadə etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində saxlanıldıqdan sonra tərəflərindən 40-cı PB-nə gətirilərək təhvil verilmişdir. Bundan sonra xidməti otaqların birind Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə təhqiqatçı Hüseynağa Abdullayev tərəfindən hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmuşdur. Daha sonra şəxsi axtarışda iştirak etmələri üçün 2 nəfər hal şahidi dəvət olunmuş, Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hal şahidlərin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs üzərində heç bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra sonuncunun üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şortikin sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan büküm aşkar edilmişdir. Sonuncu üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olmadığını, özünü təqsirli bilmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı sonuncunun paltarlarında başqa qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmişi və çəkisinin 14,24 qram olduğu müəyyən olunmuş, həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 234 saylı möhürü ilə möhürlənərək üzəri digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə tərtib olunmuş protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə olmamışlar, sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmamış, həmçinin Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı fiziki və psixi təyziq, zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı polis bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında ondan əvvəl şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli şortikin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofona bükülmüş içərisində psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə olan büküm aşkar edilmiş və sonuncu üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olmadığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə olmamışlar, sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üzərindən aşkar edilmiş metamfetaminin satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmamış, həmçinin Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı fiziki və psixi təyziq, zorakı hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 15:00 radələrində Bakı şəhəri, Sulutəpə qəsəbəsində piyada hərəkət edən zaman, polis əməkdaşları ona yaxınlaşaraq 40-cı PBdə bir nəfər şəxsin üzərinə baxış keçiriləcəyini bildirərək onun baxışda hal şahidi qismində iştirak etməyini xahiş etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşıb onlarla birlikdə PB-nə getmişlər. Bölmədə xidməti otaqların birində dəvət edilmiş digər hal şahidi ilə ona hüquq və vəzifələri izah olunmuş və əvvəllər görmədiyi, tanımadığı Təqsirləndirilən şəxs onlara təqdim otmişlər. Bundan sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli şortikin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilmişdir. Həmin bükülü açılarkən içərisində ağ rəngli kristal halında olan kütlə olmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs həmin bükülünün içərisində olan kütlənin nə olduğunu və haradan aldığı soruşmuş, lakin Təqsirləndirilən şəxs polis əməkdaşlarına əsəbi şəkildə üzərində aşkar olunan bükülünün ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü zərfə qoyularaq qablaşdırılmış və ağzı möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ondan əvvəl məhkəmə iclasında ifadə vermiş Şahid3 ifadəsilə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilmiş, sonuncu isə etiraz edərək həmin bükümün ona məxsus olmadığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid4 cavab olaraq bildirmişdir ki, hadisədən uzun müddət keçməsi səbəbindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş bükümün sonuncunun hansı paltarının cibindən aşkar edildiyini xatırlamır. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. xx.xx.2024-cü ildə Şirvan şəhərinə gəzməyə gedəcəkləri üçün evdə uşaqları hazırladıqdan sonra həyat yoldaşı Təqsirləndirilən şəxs hazırlamaq üçün qaldırmışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs hamamda çimizdirərkən balaca qızları gələrək qapıda bəzi adamların onları çağırdıqlarını bildirmişdir. O, qapıya yaxınlaşdıqda həmin şəxslər polis əməkdaşı olduqlarını bildirmiş, o da həyat yoldaşının hamamda olduğunu, Təqsirləndirilən şəxs hazırlayıb gətirənə qədər gözləməklərini xahiş etmişdir. Bundan sonra həyat yoldaşı Təqsirləndirilən şəxs hazırlayıb yaşadıqları evin salonuna gəldikdə həmin polis əməkdaşlarının salona keçdiklərini görmüşdür. Bu vaxt o, yuxarı mərtəbəyə qalxıb Təqsirləndirilən şəxs paltarlarını götürmək istədikdə polislərdən biri onun qarşısını kəsərək yuxarıya qalxmağa icazə verməmişdir. Lakin o, həmin polisi itələyib yuxarı qalxdıqda ordakı otaqda da 6-7 nəfərin olduğunu görmüşdür. Bundan sonra həmin şəxslər Təqsirləndirilən şəxs çölə çıxmağını istədikdə sonuncu müstəqil şəkildə ayaq üstə müqavimətini saxlaya bilmədiyini və köməksiz çölə çıxa bilmədiyini bildirmişdir. Polis əməkdaşlarından 2 nəfəri yaxınlaşıb Təqsirləndirilən şəxs evin həyətinə çıxartmışlar. Həyətdə Təqsirləndirilən şəxs stulda oturduğu zaman video çəkilişə başlanılmış və bu zaman sonuncudan özünü təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etmək istəmədikdə həmin şəxs təkid etmiş və bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ikinci mərtəbəyə qaldırmışlar və yataq otağında çəkməcənin gözündən bir bükülü çıxarılmış, bu zaman Təqsirləndirilən şəxs etiraz etdikdə aralarında mübahisə yaranmışdır. Daha sonra Təqsirləndirilən şəxs aşağı düşürmüşlər və o, mobil telefonu götürüb həyat yoldaşının anasına zəng vurmaq istədikdə polislərdən biri əlindən telefonu alıb heç kimə zəng vurmayacağını ona bildirmişdir. Bundan sonra üç uşaqları ilə birlikdə 40-cı PB-nə getmişlər. Cinayət işinin İ cild 21-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 110-115-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 141-145-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən “həbs” qətimkan tədbirinin seçilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Cinayət işinin İ cild 232-234-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə verilmiş vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 244-246-cı vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, həbsdən azad edilmişdir. Cinayət işinin İ cild 49-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2427 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №234” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 13,736 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi - 13,736 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 13,686 qram. Cinayət işinin İ cild 50-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 163-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X18 Şəxsinin Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3933 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin İ cild 160-162-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 1545 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda nevroloji pozuntu olan “Uşaq serebral iflici” müəyyən edilir. Sonuncuda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaq hesab olunmalıdır. Sonuncunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Sonuncu hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükəsi müəyyən edilmir. Cinayət işinin İ cild 164-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 13,686 qram çəkidə olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nə təhvil verilmişdir. Cinayət işinin İ cild 146-147-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cild 31-32-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürülmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış xx.xx.2024-cü il tarixdə saat 16:30-dan 16:50-dək Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasında aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Binəqədi RPİ-nin 40-cı PBnin baş təhqiqatçısı H.G.Abdullayev özünü, digər iştirakçıları və hal şahilərini təqdim edərək şübhəli şəxsə hüquq və vəzifələrini izah etmişdir. Daha sonra barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək sonuncuya paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra sonuncu üzərində heç bir əşya və predmet olmadığını bildirmişdir. Şübhəli şəxsin üzərinə şəxsi axtarış zamanı əynində olan göy rəngli şortikin sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş içərisində psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə olan büküm aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında başqa qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 14,24 qram olduğu müəyyən olunaraq həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 234 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olmadığını və özünü təqsirli bilmədiyini bildirmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru X12 tərəfindən xx.xx.2024-cü ildə qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilməsinə və qanunsuz hərəkətlərə məruz qalmasına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2025-ci il tarixli, 7/2-2840/25 saylı məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün olmamışdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş Binəqədi Rayon Polis İdarəsinin məktubundan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, cinayət işi üzrə müvafiq əməliyyat tapşırıqları verilmiş, hazırda iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsi ilə dayandırılmışdır. Cinayət işinin İ cild 198-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 4 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs birinci qrup əlildir, əmək qabiliyyətsizdir və kənar şəxslərin köməyinə ehtiyacı vardır. Cinayət işinin İİ cildinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X7 ataları Təqsirləndirilən şəxs, anaları isə K.S.Xəlilovadır. Bununla da, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs metamfetamini satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Belə ki, məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən sonuncunun metamfetamini məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin metamfetamini satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “… aşkar olunmuş metamfetaminin külli miqdarda olması və bir ədəd bükümdə qablaşdırılmış halda olması Təqsirləndirilən şəxs həmin metamfetamini satış məqsədilə əldə edib saxladığına dəlalət edir” kimi əsassız qənaətə gəlmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş həmin maddənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş metamfetaminin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddə metamfetaminin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq metamfetamini əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı dövründə ifadə vermiş şahidlər Təqsirləndirilən şəxs barəsində külli miqdarda psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsada, onlar tərəfindən sonuncunun narkotik vasitələrinin satışı ilə məşğul olması faktı müəyyən olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş metamfetaminin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Buna baxmayaraq hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddə metamfetaminin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə metamfetaminin qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 13,736 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetamini qanunsuz olaraq əldə edib saxlaması şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının və hal şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Sonuncunun metamfetaminin aidiyyəti barədə məlumatı əldə etmiş və həmin maddənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları da ifadələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üzərindən aşkar edilmiş metamfetamini satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmadığını göstərmişlər. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı psixotrop maddə metamfetaminin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin yalnız bir bükümdə və külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin, Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X16rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin ona heç bir aidiyyatının olmamasına, həmin maddənin polis əməkdaşları tərəfindən ona məxsus kimi rəsmiləşdirilməsinə dair ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetaminin əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Bununla da məhkəmə qeyd olunan xüsusatları nəzərə almaqla belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materiallarını tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində üç az yaşlı uşağının və İ qrup əlil olmaqla serebral iflic xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, İ qrup əlil olmaqla serebral iflic xəstəliyindən əziyyət çəkdiyini, daimi qulluğa ehtiyacı olan şəxs olduğunu, himayəsində 3 az yaşlı uşağının və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də məhkəmə sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onların üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3933 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild i/v 163). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış 13,686 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və sonuncunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 13,686 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti və ya şikayəti şikayəti verilə bilər. Hökm, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-512/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-512/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver