Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-513/2022 25.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X1, X8, müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə 20 avqust 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə külli miqdarda, bir ədəd şəffaf sellofan kəsiyindən olan bükümdə, ümumi təmiz çəkisi 2,832 qram kustar üsulla hazırlanmış narkotik vasitə “heroin’l qanunsuz olaraq əldə edərək 19 iyul 2021-ci il tarixdə saat 12:30 radələrinə kimi üzərində saxlayaraq "xxxx" MMC- yə məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən eyni adlı mağazasının qarşısına qədər daşımış, həmin vaxt Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Sabunçu rayonu 1-ci Zabrat qəsəbəsi Babək küçəsi 48 ünvanında yerləşən 15-ci Polis bölməsinin inzibati binası gətirilmiş, orada üzərində keçirilən şəxsi axtarışı zamanı əynindəki mavi rəngli cins şortın sağ cibindən bir ədəd şəffaf sellofan kəsiyindən olan bükümdə, satış məqsədi ilə, naməlum mənbədən əldə edib saxlayaraq daşıdığı, külli miqdarda, ümumi təmiz çəkisi 2,832 qram kustar üsulla hazırlanmış narkotik vasitə “heroin" aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələri inyeksiya yolu ilə istifadə edir. Narkotik vasitələri müxtəlif adamlardan alır, həmin adamların kimliyi ona məlum deyil, onları yalnız üzdən tanıyır. 19 iyul 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən bir qədər aralı olan Pirşağı qəsəbəsindəki «OBA» marketin yanından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq onu 15-ci polis bölməsinə dəvət etmişlər. Bu zaman o, üzərinə baxış keçirilərkən 2 gün əvvəl Ramana qəsəbəsində Şuşa şəhərciyində üzdən tanıdığı şəxsdən 35 manata şəxsi istifadəsi üçün aldığı 2,5 qram heroini könüllü şəkildə təqdim etmişdir. Polislərə bildirmişdir ki, həmin narkotik vasitəni 17 iyul 2021-ci il tarixdə 2 dəfəlik istifadəsi üçün almış və 19 iyulda onu evdə inyeksiya yolu ilə istifadə etdikdən sonra «OBA» marketə getmişdir ki, orada siqaret və yanındakı aptekdən narkotik vasitəni istifadə etmək üçün şpiris alsın. Bu zaman bir neçə nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşaraq üzərində narkotik vasitə daşımağı ilə bağlı onlarda məlumat olduqlarını bildirmişlər. Bu zaman o, istifadəsində olan telefon nömrəsini polis əməkdaşlarına yoxlamalarını bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində gösərmişdir ki, o, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə inspektrou vəzifəsində xidmət edir. 19 iyul 2021-ci il tarixdə Taleh adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və daşıması barədə məlumat daxil olmuşdur. Məlumat rəhbərliyə raportla məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, sonra Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən «OBA» marketin yaxınlığına getmişlər. Orada zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq ona xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxsin məhz X6 olduğunu müəyyənləşdirmişlər. Daha sonra Talehi Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət etmişlər. Orada üzərinə videoçəkliş vasitəsilə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Bu zaman o, cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin maddə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 19 iyul 2021 -ci il saat 13:45-dən saat 13:51-dək tərtib olunmuş protokoldan görünür ki, həmin tarixdə saat 12:30 radələrində Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən "OBA” marketin yaxınlığında saxlanılaraq 15-ci polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların təqdim edilməsi təklifinə uyğun olaraq sonuncu əynindəki cins şortikinin sağ cibində olan 01 ədəd şəffaf rəngli selofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli maddəni könüllü olaraq təqdim etmişdir. Həmin büküm götürülərək zərfə qablaşıdırılıb möhürlənmişdir. Cinayət işi üzrə "xxxx" MMC-dən AZF/LGL-32020/21 saylı 11.11.2021-ci il tarixli məktubla təqdim edilmiş kompakt diskə baxış keçirilməsi barədə 15.11.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı eləcə də adına rəsmiləşdirilmiş ***-***-**-**, ***-***-**-** saylı nömrələrinin 01.01.2021-ci il tarixdən 20.07.2021-ci il tarixədək olan müddətdə daxil olmuş və çıxan zənglər, daxil olmuş və göndərilmiş SMS mətnləri, həmin müddətdə əhatə dairəsinə dair məlumatlar əks olunmuş kompakt diskə baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı nömrə 30.05.2021-ci il tarixdən 19.07.2021-ci il tarixədək, ***-***-**-** saylı nömrə yalnız 08.07.2021-ci il tarixdə, ***-***-**-** saylı nömrə isə 18,01.2021-ci il tarixdən 18.07.2021-ci il tarixədək olan müddətdə istifadə edilmişdilər. ***-***-**-** saylı nömrədən çıxan SMSlərin məzmunlarına baxış zamanı 04-07-2021-ci il tarixdə saat 23:18:39-da ***-***-**-** saylı nömrəyə «1 gr kola 0.5 pati la» məzmunlu SMS-ın göndərilməsi müəyyən edilmişdir. Bundan başqa ***-***-**-** saylı nömrəyə daxil olmuş SMSlərin məzmunlarına baxış zamanı 03-06-2021-ci ıl tarixdə saat 03:08:55-də ***-***-**-** saylı nömrədən «Salam baxşla axşam gec oldu evden çlxa bilmedim birezden gedirem karaja 4 yarsl evden çlxacam taleh 50 manat pulum var bu sefer yola vere bilersen alah balanl saxlasin alnlmasada yenede balan sax olsun 2 kram torpak lazlmdl 1 başka adama verecem ele yerinde karaja gelecek 1 men yetimin 2 gün özüme tutum mene he yox yaz ylxma danlşa bilmeyecem balacalar yatlb ona göre alnsa yaz evden çlxanda naxadi deyim sene götrüm gedim karaja bu vaxdl narahad elediyim üçün baxşla o gün dedin geceler yata bilmirsen mende indi oyandlm ona göre yazdlm dedim yeykin yatmasan cavab » məzmunlu, 06.06.2021-ci il tarixdə saat 23:41-də həmin nömrədən «Gör neyniyrsen emele gelirse 10 manatm var birdene he denen uzaxl 5 deykeye ordayam kaca kaca gelecem kardaslmsan axrlarm başlaylb imkan varsa alndlr kardaşlmsan ölürem daxa daşa bu veziyetde düşmey isdemirem cavab» məzmunlu, 14.06.2021-ci il tarixdə saat 01:57-də ***-***-**-** saylı nömrədən «Senallah malsiz qoyma olerem sehere kimi» məzmunlu, 04.07.2021-ci il tarixdə saat 23:18:36-da 055-417- 55-71 saylı nömrədən «1gr kola 0.5 pati lazimdi wumaher» məzmunlu, 13.07.2021-ci il tarixdə saat 23:05-də ***-***-**-** saylı nömrədən «Adas 17 manat pulda var ne geder ki elden cicmiyib tez diuerdin bir soz gelib gaydardimda ne meslehet gorutsen» məzmunlu, 15.07.2021-ci il tarixdə saat 05:44-də həmin nömrədən «Adas onu birin putov ele birin ise yari yari» məzmunlu SMSlərin daxil olması müəyyən edilmişdir. ***-***-**-** və 070- ***-**-** saylı nömrələrinə daxil olmuş və çıxan zənglər, daxil olmuş və göndərilmiş SMS mətnləri, əhatə dairəsinə dair məlumatlar aparılmış SMS mübadiləsi, eləcə də 070-669-58- 08 saylı nömrəyə daxil olmuş və çıxan zənglər, əhatə dairəsinə dair məlumatlara baxış zamanı əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. SMS mətnlərə dair məlumatlar 16 ədəd A4 formatlı vərəqədə HP markalı lazer printerdə çap olunaraq protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 iyul 2021-ci il tarixli, 6/2970 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №161» dairəvi möhür əksi olan, «Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut» sözləri, adlar, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,832 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 18 oktyabr 2021-ci il tarixli, 4002 №-li ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ambulator-psixiatrik ekspertizasının 22.11.2021-ci il tarixli 2743 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən görünür ki, o əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Təqsirləndirilən şəxs özünü müdafiə üçün dəlil gətirərək, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, saxlanılan zaman üzərində 2.5 qram narkotik vasitə heroin olmasını, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini və heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmadığını bildirmişdir. Onun gətirdiyi dəlillərin yoxlanılması zamanı onun əməli şahidlərin ifadələri, şəxsi axtarış və diskə baxış protokolları, telefon mesajları, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə təkzib edilmişdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, telefon SMS yazışmaları, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsüf edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayə Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 19 iyul 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,782 qram heroin məhv edilməlidir. 02 kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 65 (altış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4 90 (doxsan) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Bakı şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,782 qram heroin məhv edilməlidir. 02 kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 65 (altış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-513/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-513/2022
25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver