Məhkəmə qərarları › İş №1(101)-513/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-513/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-513/2023 06.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Sirus” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayon prokurorluğunun müstəntiqi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü və 311.3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə hədə-qorxu tətbiq etməklə özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti vahid niyyətlə rüşvət qismində istəmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 28 dekabr 2017-ci il tarixli, 11/625-K nömrəli əmrlə keçirilmə qaydasında Bakı şəhəri Pirallahı rayon prokurorunun böyük köməkçisi vəzifəsinə işə qəbul olunmaqla 18 fevral 2020-ci il tarixli 11/87-K nömrəli əmrlə Bakı şəhəri Qaradağ rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilmiş, həmin vəzifədə işləyərkən öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunlarını, cinayət, cinayət-prosessual, inzibati xətalar, mülki-prosessual və digər qanunvericilik aktlarını, habelə Azərbaycan Respublikası Baş Prokurorluğunun “X15”nı rəhbər tutmalı olmasına baxmayaraq, buna əməl etməyib, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 85-ci maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək, şübhəli şəxs tərəfindən cinayətin törədilməsini təsdiq edən kifayət qədər sübutlar toplandığı halda, onu cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmək və ona ittiham elan etmək, hadisə və onunla əlaqəsi olan şəxslər barəsində məlumatları əks etdirən sənədləri və digər materialları tələb etmək, şübhəli şəxsi tutmaq, onu, zərərçəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza təyin etmək, tanınmaya təqdim etmək, baxış, axtarış, götürmə, müayinə (şəxsi müayinə) aparmaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni X5 tanışı Şahid1 ona hədə-qorxu gəlməsi ilə əlaqədar 19 dekabr 2021-ci il tarixdə yaşadığı mənzildə ülgüclə hər iki qolunun bilək nahiyəsini kəsməklə özünü öldürməyə cəhd etməsi barədə 20 dekabr 2021-ci il tarixdə Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə daxil olmuş müraciəti üzrə toplanmış və 28 dekabr 2021-ci il tarixli, 1182x-21 nömrəli dərkənar ilə icraatına daxil olmuş cinayət xarakterli yoxlama materialı üzrə ilkin araşdırma apararkən Şahid7 qeyd edilən hadisənin baş verməsində Şahid1lə yanaşı Şahid3 və Şahid2 da iştirakının olmasını bildirməsi ilə əlaqədar sonunculara və onların yaxın qohumlarına, hədə-qorxu tətbiq edib hədənin icrası üçün real hərəkətlər edərək material üzrə cinayət işinin başlanmamasına və onların tutulub cinayət məsuliyyətinə cəlb olunmamalarına görə 2022-ci ilin yanvar ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Qaradağ rayon prokurorluğunun inzibati binasındakı xidməti otağında, habelə 2022-ci ilin yanvar ayının əvvəllərində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “WhatsApp” tətbiqetməsi vasitəsi ilə danışıqları zamanı, habelə, eyni niyyətlə, 9 yanvar 2022-ci il tarixdə Şahid3 atası Şahid4 xidməti otağında külli miqdarda maddi nemət olan 30000 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəmiş, bundan sonra, 2022-ci ilin yanvar ayının ortalarında “WhatsApp” tətbiqetməsi vasitəsilə danışıqları zamanı Şahid1 həmin məbləği verməyə maddi imkanının çatmayacağını bildirdikdə cinayətkar niyyətini davam etdirib tələb etdiyi pul vəsaitinin məbləğini 15000 manata endirib külli miqdarda maddi nemət olan həmin pul vəsaitinin eyni niyyətlə təqdim olunmasını sonuncudan, habelə 2022-ci ilin yanvar ayının ortalarında Şahid2 və onun qardaşı Şahid5 özü üçün birbaşa yolla şəxsən hədə-qorxu tətbiq etməklə rüşvət qismində istəmiş, bundan sonra, 2022-ci ilin yanvar ayının sonlarında Şahid1 “WhatsApp” tətbiqetməsi vasitəsilə danışıqları zamanı həmin niyyətlə 15000 manat pul vəsaitini də verməyə maddi imkanının çatmadığını, yalnız mülkiyyətində olan “Mercedes Benz ML350” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili sataraq əldə edəcəyi 8300 manatı həmin niyyətlə ona təqdim edə biləcəyini bildirdikdə, buna etiraz edib eyni xarakterli hədə-qorxu hərəkətlərini davam etdirib həmin niyyətlə külli miqdarda maddi nemət olan 10000 manat məbləğində pul vəsaitinin təqdim edilməli olmasını qeyd edərək, həmin məbləğdə maddi nemət olan pul vəsaitini özü üçün birbaşa yolla şəxsən hədə-qorxu tətbiq etməklə vahid niyyətlə rüşvət qismində istəmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 28 dekabr 2017-ci il tarixdə keçirilmə qaydasında prokurorluq orqanlarında daimi qulluğa qəbul olunaraq Bakı şəhəri Pirallahı rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyinat alaraq fəaliyyətə başlamış, həmçinin, həmin tarixli əmrlə ona İİ dərəcəli hüquqşünas xüsusi rütbəsi verilmişdir. 23 may 2018-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon prokurorunun köməkçisi vəzifəsinə təyinat almış, 29 aprel 2019-cu il tarixdə isə tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə də bir müddət işlədikdən sonra 18 fevral 2020-ci il tarixdə iş yeri dəyişdirilərək Bakı şəhəri Qaradağ rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyinat almışdır. 4 fevral 2022-ci il tarixdə isə prokurorluq orqanlarından xaric edilmişdir. 19 dekabr 2021-ci il tarixdə Şahid7 yaşadığı evdə hər iki qolunu kəsərək intihara cəhd etməsilə bağlı Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən 28 dekabr 2021-ci il tarixdə rayon prokurorluğuna material daxil olmuşdur. Bununla bağlı rayon prokuroru Zəfər Əhmədov materialı 29 dekabr 2021-ci il tarixdə dərkənar qoyaraq ona həvalə etmişdir. Onun tərəfindən bu işlə bağlı Şahid7, Şahid1, Şahid3 və Elvin Əskərovun izahatları alınmışdır. Materialın icra müddəti 30 gün olduğundan bu işlə bağlı yekun qərar qəbul edilməmişdir. Araşdırma zamanı Şahid7 izahatında göstərmişdir ki, Şahid1 ona hədə qorxu gələrək Elvin adlı şəxsə verdiyi pulu ondan tələb etmişdir. Şahid1 izahatında Günelə hədə qorxu gəlmədiyini, Elvin adlı şəxsin onu aldadaraq işə düzəltmək adı ilə 26 min manat pul verdiyini bildirmişdir. Daha sonra o, Şahid1lə, Şahid7 və digərləri ilə telefon danışıqları aparmış, bu danışıqların əsas məqsədi isə yaranan problemi həll etmək olmuşdur. Ona görə ki, 26 min manat pulu verən şəxslər Elçin və Emindən əl çəkməmiş, onlar da buna görə Güneli narahat etmişlər. Şahid1 pul aldığı şəxslərə aldığı pulları Günelə verdiyini dediyi üçün həmin şəxslər Güneli də mütəmadi narahat etmişlər. Günel və anası Sevil xanım onun yanına gələrək köməklik etməyini istəmişlər, hadisəni ona danışdıqda bir müstəntiq kimi Günelin heç bir təqsirinin olmadığını görmüş və bir xanım kimi ona köməklik etməyə çalışmışdır. Şahid3 ilə Şahid2 dekabr ayının ortalarında Günelin anası Sevil xanımın evinə getmişlər, orada Sərxan özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək həmin pulların qaytarılmasını tələb etmişdir. Araşdırma zamanı X2 Xidmətinin əməkdaşı yox taksi fəaliyyəti ilə məşğul oluğunu müəyyən etmişdir. Bu hadisəyə görə də Sərxan barəsində cinayət işi başlanmış və işə Qaradağ rayon məhkəməsində baxılmışdır. O, xidməti otağında Elvin Əskərovun izahatını alanda sonuncu Elçin və Emin adlı şəxslərdən aldığı pulu geri qaytardığını bildirmişdir. Hətta Elvinin anası da məhkəmədə pulun bir hissəsini özünün Eminə verdiyini, digər hissəsini isə oğlu Elvinin qaytardığını bildirmişdir. Elçin pulu aldığı halda izahatında pulu aldığını inkar etmiş, Günelə və anasına dayanmadan hədə qorxu gəlmişdir. Onun məqsədi isə pulu şikayətçilərə yəni Zeynəbə, Ələkbərə və Elnur adlı şəxslərə qaytarılmasında köməklik etmək olmuşdur. Emin və Elçin şikayətçilərdən aldıqları pulu yalandan Şahid7 verdiklərini bildirmişlər və Günelin üzərinə qoymuşlar. Günel isə bu iftaralara dözməyərək hər iki damarını kəsmişdir. Günel və anası Sevil tez-tez prokurorluğa gələrək yaranan problemin həll olunmağını ya da Elçin Nagdəliyev və Şahid3 tutulmaqlarını istəmişlər. O, Elçinlə telefon danışığı zamanı sonuncudan pulu Zeynəbin və digər şəxslərin pullarının geri qaytarılması və Günelə kömək məqsədilə istəmişdir. O, Elçinlə mütəmadi olaraq telefon danışıqları apararkən və onun Günelə “WhatsApp” vasitəsilə göndərdikləri mesajlardan başa düşmüşdür ki, o, heç kimdən çəkinmədən Güneli heç bir günahı olmadan rahat buraxmayacaq. O, bu məqsədlə pul istəmişdir ki, bu məsələ bağlansın və həmin pullar şikayətçilərə qaytarılsın. Daha sonra isə məbləği 10 min manata salmış və hər dəfə pul istədikdə Günel və anası Sevillə əlaqə saxlamış, onların bu yolla həmin məsələnin həll etmək istədiyindən xəbəri olmuşdur. Əslində Elçin özü də başa düşmüşdür ki, ondan hansı məqsədlə pul istəmiş, o səbəbdən də Elçin bütün danışıqları qeydə almışdır. Axırıncı danışıqları zamanı o, Elçindən 10 min manat pulun üzərində dayanmış, ona görə ki, Emin və Sərxan Günelin yaşadığı evə gedərək 12 min manat pul tələb etmişlər. Beləliklə, icraatında olan qeyd olunan material üzrə cinayət işinin başlanmamasına və onların tutulub cinayət məsuliyyətinə cəlb olunmamalarına görə Şahid1, Şahid4, Şahid2 və qeyrilərindən hər hansı məbləğdə pul tələb etməmişdir. Göstərilən halların nəzərə alınaraq məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2014-cü il tarixdən hazırki vaxtadək "xxxx" Açıq Səhmdar Cəmiyyətində texnik vəzifəsində çalışır. 2021-ci ilin oktyabr ayının əvvəllərində Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yerləşən bağ evində olarkən qonşuluqda yaşayan Cahid Şükürov ile söhbətləri zamanı qızı Zeynəb Şükürovanın hərbi xidmətdə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işlədiyini, 2021-ci ilin əvvəllərində ailə vəziyyətinə əsasən öz xahişi ilə ehtiyyata buraxıldığını və hazırda onu müddətdən artiq xidmət edən hərbi qulluqcu kimi yenidən işə bərpa etmək istədiyini, bu sahədə ona kömək edəcək tanışının olub-olmamasını soruşmuşdu. O, elə bir tanışının olmadığını, yaxın münasibətlərdə olduğu həyat yoldaşının xalası oğlu Şahid3 ilə bu barədə maraqlana biləcəyini bildirmiş, zəng edib bu barədə danışaraq bu sahədə tanışının olub-olmamasını soruşmuşdur. Emin sinif yoldaşı olmuş Şahid7 adlı qızın Müdafiə Nazirliyində işlədiyini, onunla bu barədə danışaraq məlumat verəcəyini demişdir. Təxminən 2 gün sonra Emin ona zəng edərək Günellə bu barədə danışdığını, X7 Müdafiə Nazirliyinə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq işə bərpa etdirə biləcəyini, bununla əlaqədar razılıq olduğunu demişdir. Danışıqdan 2 gün sonra Eminlə görüşləri zamanı Günelin ona mobil nömrə göndərdiyini, həmin nömrə ilə əlaqə saxlamalı olduqlarını bildirmişdir. Həmin nömrəyə Emin zəng edərək sonradan X6 olduğunu öyrəndiyikləri özünü Nuran adlı şəxs kimi təqdim edən şəxs ilə danışmışlar. Danışıq zamanı Nuran məsələni özü həll edəcəyini bildirmişdi. Onunla danışığı yekunlaşdırdıqdan sonra Emin Günellə əlaqə saxlamış, Günel X8 Nazirliyinin tabeliyində olan Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarında müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq ișə bərpa etdirmək müqabilində vəzifəli şəxslərə çatdırmaq üçün Nurana 4000 manat verməli olduqlarını demişdir. Bundan sonra o, Şahid3 ilə birlikdə Cahidin yaşadığı evə gedərək ona vəziyyəti izah edib qızı X8 Nazirliyinin tabeliyində olan Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarında müddətdən artiq xidmət edən hərbi qulluqçu olaraq işə bərpa etdirmək müqabilində vəzifəli şəxslərə çatdırmaq adı ilə Nuran adlı şəxsin 4000 manat pul istədiyini demişlər. Cahid heç bir problem olmadığını, ona inanaraq güvəndiyini, bu məsələdə köməklik göstərməyi xahiş etdiyini bildirib 4000 manat pulu gətirib ona təqdim etmişdir. Pulu qəbul etdikdən sonra Emin işi düzəldən Nuran ilə əlaqə saxlayıb Suraxanı rayon İcra Hakimiyyətinin yaxınlığında görüș təyin etmişlər və onun idarə etdiyi "Mercedes ML" markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə getmişlər. Nuranla görüşüb salamlaşdıqdan sonra avtomobilə əyləşmişlər. Avtomobildə söhbət zamanı Nuran bir daha X8 Nazirliyinin tabeliyində olan Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarında müddətdən artiq xidmət edən hərbi qulluqçu olaraq ișə bərpa etdirəcəyini, heç bir problem olmadığını demişdir. Bu danışıqlardan sonra Emin 4000 manat pulu Nurana təqdim etmişdir. Bundan başqa tanışı Ələkbər onunla əlaqə saxlayaraq qohumunun Dövlət Sərhəd Xidmətində rayonda işlədiyini və Bakı şəhərinə gətirmək istədiyini demişdir. O, bu barədə Eminə dedikdə, Emin Nuranın edə biləcəyini bildirmişdir. O, dənizdə işdə olduğu üçün Ələkbərlə Emin görüşüb bu barədə danışmışlar və Emin Ələkbərdən 12000 manat pulu alıb Nurana vermişdir. Daha sonra o, yenə də dənizdə olduğu vaxt tanışı X11 ona zəng edərək Müdafiə Nazirliyinə müddətdən artıq xidmət edən əskər kimi işə düzəlmək istədiyini demişdir. O, Eminlə əlaqə saxlamış və tanışı Elnurla görüşüb danışmağını bildirmişdir. Emin Elnurla görüşmüş və ondan 10000 manat pul alaraq Nurana vermişdir. 20 gün tamam olduqdan sonra Nuran müxtəlif bəhanələrlə işin həll olunmasının uzandığını bildirərək onları aldatmışdır. Bir müddət Nuran telefonlara da cavab verməmişdir. Onun tərəfindən aldadıldıqlarını görüb Günelə bu barədə məlumat vermişlər. Günel onunla bağlı maraqlandığını, Nuran adlı șəxsin əslində X6 olduğunu demişdir. Həmin vaxt qonşu Cahidin yanında pis vəziyyətdə qalmamaq üçün 4000 manat pulu düzəldərək Emin və Günellə birlikdə Cahidin yaşadığı evə getmişlər. Orada Güneli təqdim edərək həmin şəxsin tanışı özünü Nuran kimi təqdim edən Elvin Əsgərzadənin onları aldatması barədə ətraflı danışaraq alınan 4000 pulu özündən düzəldərək qaytarmaq istədiyini deyib pulu masanın üzərinə qoyub təhvil vermişdir. Orada olan zaman Günel Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışdığını deyərək bu məsələdə Nuranın onları aldatdığını, bu işin həllində onlara kömək edə biləcəklərini demişdir. Cahid ehtiyac olmadığını bildirərək heç bir köməklik lazım olmadığını bildirmişdir. Bundan sonra onlar sağollaşıb ayrılmışlar. Yolda olan zaman Cahidin həyat yoldașı Günelə zəng edərək qızının məsələsini həll etməyi, həll olunduqdan sonra isə lazım olan pulu ona verəcəklərini bildirsə də, Günel ona sərt şəkildə elə iş həll olunmadığını, pulun əvvəlcədən vəzifəli şəxslərə çatdırılmalı olduğunu, ən geci 5 iş günü müddətində iși həll edə biləcəyini dedikdən sonra sağollaşmışdır. Bir müddət sonra Günellə Zeynəbin bir-biri ilə əlaqə saxlayaraq eyni işin həll olunması üçün razılaşdıqlarını, 8000 manat pulun Müdafiə Nazirliyində vəzifəli şəxslərə çatdıraraq ișin həll olunmasını öz üzərinə götürdüyünü öyrənmişdir. Bir neçə gün sonra Şahid3 8000 manat pulu götürərək aparıb Günelə çatdırmışdır. Bir müddət vaxt keçdikdən sonra Nurana zəng edəndə mobil telefonuna zəng çatmamış və o, bu barədə Eminə demişdir. Bundan sonra o, Emindən xahiş etmişdir ki, Nuranı onlara tanış edən Şahid7 ilə görüşsün. Eminin dediyinə görə o, Günel ilə görüşmüş və Nurana verdiyimiz 22000 manat pulu Günel Nuranla birlikdə qaytaracağını demişdir. Dekabr ayının 15-dən sonra Günelin sözünə əməl etmədiyini görüb pulu ondan tələb etməyə başlayarkən yenə de müxtəlif bəhanələrlə işin uzandığını deyib pulu qaytarmaqdan da imtina etdi. Emin ilə əlaqə saxlayib Günelin iş yerinə getməyini, Günelin rəisinə olanlar barədə məlumat verməyi xahiş etmişdir. Eminin xahişinin yerinə yetirilməsindən yayındğını görüb dostu Şahid2 onunla birlikdə getməsini xahiş etmişdir. Sonra dostu Sərxandan xahiş etmişdir ki, ona məxsus “Mersedes Benz ML350” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilini turbo.az saytına elan formasında yerləşdirib satsın. Bununla yanaşı maşınımı Nizami rayonunda yerləşən Lombarda girov qoyub pul götürdüm. Bundan sonra dekabr ayının dəqiq tarixini xatırlamadığım günündə Sərxan ilə Emin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon șöbəsinə gedərək orada rəis Vüqar Seyidov il görüşdülər həmin görüșün nəticəsinin olmadığını görüb xahişim ilə Sərxan və Emin Günelin yaşadığı Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsində yerləşən mənzilinə gedib orada anası ilə də görüşərək pulun qaytarılmasını xahiş etmişlər. Bundan sonra Günel 5.000 manat pulu Zeynəbə qaytarmışdır. Səhf etmirəmsə dekabr ayının 26-da Günelin anası Sevil mənə zeng edərək qızı Günelin yaņında olduğunu, ona problemlər yaratdığını bildirib ona zərbə ilə vurduğunu hiss etdim. Telefon ilə danışan zaman Sevil qışqıraraq qızı Günelin hər iki qolunu kəsdiyini deyərək zəngi dayandırdı. 29 dekabr 2021-ci il tarixdə, axşam saatlarında mobil telefonuma zəng gəldi və özünü Qaradağ rayon prokurorluğunun müstəntiqi Təqsirləndirilən şəxs kimi təqdim edərək məni 30 dekabr 2021-ci il tarixdə prokurorluqda olmağımı tələb etdi. Ondan çağırışın səbəbini maraqļandıqda Şahid7 intihara cəhd etməsi faktı üzrə icraatında olan araşdırma materialı ilə əlaqədar izahatımı alacağını dedi. 30 dekabr 2021-ci il tarixdə üzrlü səbəbdən gecikərək saat 13:00-da Qaradağ rayon prokurorluğuna çatdım. Həmin vaxt qohumum Şahid3 də orada olduğunu gördüm. Emin də müstəntiq tərəfindən Şahid7 intihara cəhd etməsi ilə əlaqədar çağrıldığını, izahatının alındığını dedi. Sonra mən prokurorluğun inzibati binasına daxil olaraq binanın 1-ci mərtəbəsində yerləşən müstəntiq Təqsirləndirilən şəxs xidməti otağına getdim, orada məni qəbul edərək izahatımı aldı. Lakin iş vaxtı bitdiyi üçün Təqsirləndirilən şəxs sabah yəni 31 dekabr 2021-ci il tarixdə yenidən rayon prokurorluğuna gəlməli olduğumuzu dedi. Səhəri günü mən Eminlə və dostum Sərxanla birlikdə rayon prokurorluğuna getdik. İlk öncə Emin izahat vermək üçün Təqsirləndirilən şəxs xidməti otağına girdi. Təxminən 2 saat vaxt keçdikdən sonra Təqsirləndirilən şəxs növbətçi olduğunu, türmədə ölüm hadisəsi olduğunu bu səbəbdən gedib gələcəyini dedi. Bizdə etiraz etməyib Təqsirləndirilən şəxs prokurorluğun inzibati binasında gözlədik. Təxminən 2 saatdan sonra Təqsirləndirilən şəxs rayon prokurorluğuna gəldi və mənim izahatımı aldı, sonra isə dostum Sərxanın izahatını aldı. Mən izahat verən zaman Şahid7 bizə tanış etdiyi Elvin Əskərzadəyə işə düzəltmək üçün 26000 manat pul verdiyimizi, lakin Elvinin həmin pulları alıb qaytarmadığını və şikayətçilərin məni narahat etdiyini dedim. Sonra Təqsirləndirilən şəxs bizim getməyimizi bildirdi. Bundan başqa qeyd edim ki, mən 3 dəfə rayon prokurorluğuna getmişəm və hər dəfə Təqsirləndirilən şəxs məni qəbul etdiyi zaman deyirdi ki, şikayətçilərin pullarının qaytarmalısan, lakin mən nə üçün Şahid7 pulu qaytarmadığını dedikdə Təqsirləndirilən şəxs mənim qaytarmalı olduğumu, pulu Elvin Əskərzadəyə mənim verdiyimi deyirdi. Bundan başqa Təqsirləndirilən şəxs pul aldığım şəxslərə pulu Günelə verdiyimi və həmin şəxslərdə Güneli narahat etdiklərini deyirdi. Buna görə də müstəntiq Təqsirləndirilən şəxs həmin pulları mənim qaytarmalı olduğumu deyirdi. Bundan sonra mən iş rejimimə görə dənizə getdim və dostum Sərxandan xahiş etdim ki, o bu məsələdən məlumatlıdır və bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs yanına gedib onunla danışmasını xahiş etdim. Mən dənizdə olduğum üçün Sərxan mənə whats-app vasitəsi ilə zəng edərək zərərçəkmişlərin pullarını mənim qaytarmalı olduğumu dedi. Mən Sərxana nə üçün mən qaytarmalı olduğumu soruşduqda, Sərxan dedi ki, o, Təqsirləndirilən şəxsla görüşüb və Təqsirləndirilən şəxs ona bu formada deyibdir. Mən Sərxana zərərçəkmişlərin pullarını qaytarmaq istəmədiyimi, pulu Elvinin qaytarmalı olduğunu dedim. Bundan sonra mən Təqsirləndirilən şəxs whats-app vasitəsi ilə zəng etdim və danışıq zamanı Təqsirləndirilən şəxs zərərçəkmişlərin pullarını qaytarmalı olduğumu mənə dedi mən isə Təqsirləndirilən şəxs dedikləri ilə razılaşmırdım, istəyirdim ki, pulları Elvin qaytarsın. Emin isə telefonda mənə deyirdi ki, o pulları Günelin vasitəsi ilə şikayətçilərə qaytaracaq və bu məsələ öz həllini tapacaq. Sonra mən Təqsirləndirilən şəxsla danışıq aparan zaman onun səsini yazmağa başladım. Axırda Emin dedi ki, 10 min manat ver ki, məsələ bitsin. 31 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorluğuna ərizə ilə müraciət elədim. Mən ibtidai istintaqda yalan ifadə verməmişəm, mən sadəcə olaraq demişəm ki, Təqsirləndirilən şəxs məndən pul istəyib, amma bunun hansı məqsədlə istənildiyi oradakı ifadələrdə bilinməyib. Şahid1 ibtidai istintaq zamanı əsasən analoji məzmunda ifadə vermiş, hadisənin baş verməsi hallarını Təqsirləndirilən şəxs ilə apardığı və yazıb saxladığı telefon danışıqlarındakı məzmunla tam üst-üstə düşən məqamlarla təsvir edərək, məlum hadisədən sonra pul məsələsi ilə əlaqədar prokurorluğa çağırıldıqdan sonrakı müddətdə baş verənlərlə bağlı o cümlədən göstərmişdir ki, 30 dekabr 2021-ci il tarixdə üzrlü səbəbdən gecikərək saat 13:00-da Qaradağ rayon prokurorluğuna çatmışdır. Həmin vaxt qohumu Şahid3 də orada olduğunu görmüş, Emin də müstəntiq tərəfindən Şahid7 intihara cəhd etməsi ilə əlaqədar çağrıldığını və izahatının alındığını demişdir. Prokurorluğun inzibati binasına daxil olaraq binanın 1-ci mərtəbəsində yerləşən müstəntiq Təqsirləndirilən şəxs xidməti otağına getmiş, orada onu qəbul edərək Şahid7 intihara cəhd etməsi ilə əlaqədar Qaradağ rayon polis idarəsindən prokurorluğa material daxil olduğunu, həmin materialda olan Şahid7 izahatına əsasən intihara cəhd etməsinə səbəb olaraq bir neçə nəfər, o cümlədən onun göstərildiyini demişdir. Günelin qanunsuz hərəkətləri barədə danışaraq izah verdikdən sonra müstəntiq ondan başqa Şahid2 və Şahid3 də bu hadisədə təqsirlərinin olduğunu, onları da məsuliyyətə cəlb edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs şifahi qaydada izahatının alınmasından sonra getməməyi və həyətdə gözləməyi tapşırmışdır. Bir müddət sonra Günel Mehdiyevə və anası Sevil prokurorluğa gəlmişdir. Gün ərzində olan izahlara əsasən müstəntiq Təqsirləndirilən şəxs izahatını tərtib edərək onu izahata imza etdirmişdir. Təxminən saat 18 radələrində Sərxanın da gəldiyini görüb onun da çağırıldığını öyrənmiş, Sərxan prokurorluqda olan zaman onun yanında qardaşı Şahid5 də orada olmuşdur. Günün sonunda müstəntiq Təqsirləndirilən şəxs yenə də onu otağında qəbul edərək Sərxanın bu işdə nə rol oynaması, günahının nədən ibarət olmasını soruşmuş, Sərxanın heç bir günahının olmadığını, onun xahişi ilə Günelin iş yerinə və evinə getdiyini ona demişdir. Müstəntiq Emin ona Sərxanın qardaşı Şahid5 ilə dostluq münasibətlərinin olduğunu, onun xətri və xahişini nəzərə alaraq hər üçünü, yəni onu, Sərxanı və qohumu Emini bu gün həbs etməyəcəyini, lakin sabah, yəni xx.xx.2021-ci il tarixdə, saat 10:00-da prokurorluqda olmalarını tələb edərək araşdırmanı davam etdirəcəyini demişdir. Səhəri gün deyilən vaxt prokurorluqda olmuş, yenə də nahar vaxtına qədər ayrı-ayrılıqda onları otağına dəvət edərək şifahi söhbətlər aparmağa başlamış, nahar vaxtı müstəntiq Emin işinin olduğunu bildirib onlara gözləməyi, yaxınlıqda nahar edərək qayıtmağı tələb edərək özü də gedərək bir neçə saat sonra qayıtmışdır. Həmin gün axşam saat 22 radələrinə qədər növbə ilə hər birini ayrı-ayrılıqda otağına dəvət etmiş və otağında ona “mən sənə dedim, Şahid2 qardaşı Orxan və onun dostu Mirseyid mənim dostumdur, onlara görə sənə güzəşt edirəm, bu gün bayram günüdü, get uşaqlarının yanına, sənə 5 gün vaxt verirəm, çıxa bilirsənsə xahişə çıx prokuror Zəfər Əhmədova, və ya onun atası deputat Vahid Əhmədova, ya da onlara da çıxa bilmirsənsə də Baş Prokurorluqda kiməsə çıx, mənim prokurorum mənə nə desə onu da edəcəm, ondan başqa heç kim mənə tapşırıq verə bilməz, o desə bu aldığım izahatları da sənin gözünün qarşısında cıracam” sözlərini deyərək araşdırma materialını yanında olan siyirməyə qoyub “bu işə məndən başqa heç kim baxa bilməz” sözlərini demişdir. Bu söhbətlərindən sonra sağollaşaraq otağından ayrılmışdır. 05 yanvar 2022-ci il tarixdə əvvəlcədən olan çağırışa əsasən Qaradağ rayon prokurorluğuna getmiş, orada müstəntiq Təqsirləndirilən şəxs onu qəbul edərək nə etdiyini, bu işin xeyrinə həll olunması üçün dediyi şəxslərə çıxıbçıxmadığını soruşmuş, o da heç bir tanış tapa bilmədiyini, bu işdə heç bir günahının olmadığını demişdir. Müstəntiq Emin bir daha onun, Sərxan və qohumu X13 intihara cəhd etməyə səbəb olduqlarını bildirmişdir. İki gün sonra 7 yanvar 2022-ci il tarixdə çağırışa əsasən yenidən Qaradağ rayon prokurorluğuna getmiş, müstəntiq Təqsirləndirilən şəxs onu qəbul edərək nə etdiyini soruşmuş, yenə də heç kimi tapa bilmədiyini demişdir. 10 yanvar 2022-ci il tarixdə iş yerinə getməli olduğunu, 14 gün orada qalacağını, çağırışlara gələ bilməyəcəyini demiş, müstəntiq Təqsirləndirilən şəxs isə işə getməməyi tapşıraraq onu 10 yanvar 2022-ci il tarixə çağırmasına dair çağırış vərəqəsini həmin gün ona vermişdir. Həmin sənəd əsasında iş yerindən ona 3 gün müddətinə icazə vermişlər. 7 yanvar 2022-ci il tarixdə dostu Şahid2 ilə arasında olan telefon danışığı zamanı müstəntiq Eminin 30.000 manat pul istədiyini, həmin pul məbləğini qardaşı Orxana dediyini, həmin pulu cinayət işinin başlanmasının rədd edilməsi müqabilində verilməli olduğunu, əks halda barələrində cinayət işi başlanacağını demişdir. Ona etirazını bildirib həmin pulu verə bilməyəcəyini demişdir. 8 yanvar 2022- ci il tarixdə yenə də müstəntiq Eminin çağırışı ilə Qaradağ rayon prokurorluğuna getmiş, orada xidməti otağında müstəntiq Təqsirləndirilən şəxs yenə də onun Günel Mehdiyevəmn intihara cəhd etməsində günahkar olduğunu, Şahid2 və Şahid3 də problemə saldığını, hər üçünün barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsi üçün istədiyi məbləği Şahid5 dediyini, həmin pul vəsaitini təqdim edəcəyi təqdirdə barələrində hər hansı bir tədbir görülməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən tələb olunan məbləğin 30.000 manat olmasım bildiyi üçün ona bu barədə hər hansı bir sual verməmiş, 10 yanvar 2022-ci il tarixdə səhər saatlarında müstəntiq Təqsirləndirilən şəxs mobil telefonda olan “vatsap” proqramı ilə zəng edərək açıq danışmağa başlamış, danışıq zamanı da müstəntiq Təqsirləndirilən şəxs 30.000 manat pul istəməsini etiraf etmiş və həmin məbləğin saat 15:00-a qədər çatmalı olduğunu demişdir. Həmin məbləğin çox olduğunu, düzəldə bilməyəcəyini ona bildirmişdir. Həmin danışıqları tərəfindən digər telefon vasitəsi ilə yazılaraq qeydiyyata alınmışdır. Bundan sonra 13 yanvar 2022-ci il tarixdə iş yerinə getmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs onun hər hansı məbləğdə pul vermədiyini görüb məbləği əvvəlcə 15.000 manat, daha sonra isə 10.000 manata qədər endirmişdir. Təqsirləndirilən şəxs ilə olan bütün danışıqlarını qeydiyyata almış və danışıqlarda da onunla açıq söhbət edərək niyyətini aşkarcasına nümayiş etdirmişdir. Hətta onunla son danışıqlarında idarə etdiyi avtomobili satışa çıxardığını desə də, o buna etiraz etməmiş, pulu dostu Sərxan və onun qardaşı Orxan vasitəsi ilə dolayı yolla və birbaşa ondan tələb etməyə davam etmişdir. Qaradağ rayon prokurorluğunun müstəntiqi Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərini davam etdirərək Şahid7 intihara cəhd etməsi faktı üzrə icraatında olan araşdırma materialı üzrə rədd qərarının qəbul edilməsi və barələrində cinayət işi başlanaraq həbs olunmaması üçün ondan rüşvət tələb etməsini görərək məcbur qalıb onun qanunsuz hərəkətləri barədə 31 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət etmiş, orada baş vermiş hadisə barədə izahat verərək səs yazılarını araşdırmaya təqdim etmişdir (cild 1, iş vərəqə 69-77). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Şahid1 ilə arasında dostluq münasibətəri olmuşdur. 2020-ci ilin dekabr ayında Elçin ona zəng edərək yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsinə yaxın ərazidə olduğunu, onunla görüşərək bir məsələ ilə əlaqədar söhbət etmək istədiyini bildirmiş, o da etiraz etməyərək Elçinlə görüşmüşdür. Söhbət zamanı Elçin problemə düşdüyünü, iki nəfər şəxs tərəfindən aldadılaraq 32000 manat məbləğində başqa şəxslərə məxsus pulun onun vasitəsilə alındığını və qaytarılmadığını, həmin pulun sahibləri tərəfindən də pulun ondan tələb edildiyini bildirmişdir. Həmin şəxslərdən birinin qohumu Şahid3 vasitəsi ilə tanış olduğu Şahid7, digərinin isə özünü Nuran adı ilə təqdim edən X6 olduğunu demişdir. Həmin pulun 6000 manatının Şahid7, qalan 26000 manat məbləğində pulun isə sonuncunun tanışı Elvin Əsgərzadə tərəfindən ələ keçirildiyini bildirərək pulun qaytarılmasında ona köməklik etməyi xahiş etmişdir. Elçinə əvvəlcə etiraz edərək onu bu məsələlərə qatmamağını, problemi özünün həll etməyini israrla təkid etmiş, amma Elçinin pis vəziyyətdə qaldığını görərək razılaşmış, ona köməklik göstərəcəyini deyərək Şahid7 ilə görüşüb onunla söhbət edərək pulu qaytarmağa nail olmağa çalışacağını bildirmişdir. Elçinlə söhbətindən 2-3 gün sonra Elçinin qohumu Şahid3 ilə birlikdə Şahid7 yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən evlərinin qarşısına getmiş, orada Günelə dələduzluq yolu ilə əldə etdiyi pulu qaytarmasını xahiş etmişlər. Günel 1-2 gün ərzində pulun bir qismini qaytarsa da, qalan hissəsini qaytarmadığından Elçinin xahişi ilə yenidən Şahid3 ilə birlikdə Günelin iş yerinə və yaşadığı mənzilə gedərək qalan pulu da qaytarmasnı xahiş etmişlər. 30 dekabr 2021-ci il tarixdə ona zəng gəlmiş və özünü Qaradağ rayon prokurorluğunun müstəntiqi Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs təcili olaraq rayon prokurorluğuna gəlməyini ondan xahiş etmişdir. Şahid7 onlar barəsində şikayət etdiyini düşünüb dərhal bu barədə böyük qardaşı Orxana məlumat verərək Qaradağ rayon prokurorluğuna gedəcəyini demişdir. Qaradağ rayon prokurorluğunda Təqsirləndirilən şəxs öz xidməti otağında onu qəbul edərək Şahid7 intihara cəhd edərək qol nahiyəsinə xəsarətlər yetirdiyini, həmin hadisəni törətməyə səbəb olan şəxslərdən də birinin onun olduğunu deyərək izahatını almışdır. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs Şahid7 özünə xəsarət yetirməsi ilə əlaqədar cinayət işi başlayacağını və günahkar şəxsləri cinayət məsuliyyətinə cəlb edəcəyini bildirdikdən sonra otağından ayrılmışdır. Həmin vaxt prokurorluqda Elçin və Şahid3 də olmuş, müstəntiq Emin Seydiov onlara da eyni sözləri demişdir. Sonra prokurorluğa qardaşı Orxan və onun dostu Mirseyid adlı şəxs də gəlmişdir. 31 dekabr 2021-ci il tarixdə müstəntiq Təqsirləndirilən şəxs yenə də onları rayon prokurorluğuna çağıraraq onları sorğu-sual etmişdir. 2022-ci ilin əvvəllərində Elçin müstəntiq Təqsirləndirilən şəxsla heç bir qaydada söhbət edə bilmədiyini bildirərək qardaşı Orxanın ona köməklik etməyini xahiş etmişdir. Elçinin xahişindən sonra qardaşı Orxan vasitəsilə müstəntiq Təqsirləndirilən şəxs tərəfindən işin həll olunması və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunması üçün 30000 manat pul istədiyini öyrənərək bu barədə Elçinə zəng edərək dedikdə, o, məbləğin çox olduğunu bildirərək etiraz edib həmin məbləği düzəldə bilməyəcəyini bildirmişdir. Özünün də maddi imkanı pis olduğundan müstəntiq Emin ona çox təzyiq etməmiş, işin həll olunması üçün bütün söhbətlərini sonradan Elçinlə aparmışdır. 2022-ci ilin yanvar ayı ərzində mütəmadi olaraq Elçinlə mobil telefona zəng etməklə və ya “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq işin gedişatı ilə maraqlanmış, ondan da bu məsələni həll etməyini, onu problemə salmamağı Elçindən tələb etmişdir. Elçin də söhbət zamanı Təqsirləndirilən şəxs 20000 manat pul istədiyini, daha sonra isə həmin məbləği endirərək 15000 manata saldığını bildirmişdir. Sonradan 15000 manat pul istənilməsini onun xahişi ilə qardaşı Orxan müstəntiq Eminlə danışaraq ona demiş, o da həmin tələbi Elçinə çatdırmışdır. 2022-ci ilin yanvar ayında Elçin Təqsirləndirilən şəxs tələb etdiyi pulu düzəltmək üçün idarə etdiyi “Mercedes ML350” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini bildirmiş, əvvəlcə avtomobili “Turbo.az” internet saytına daxil edərək satmaq istəsələr də, satış alınmamışdır. 2022-ci ilin fevral ayının ilk günlərində Elçinin müstəntiq Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri ilə əlaqədar şikayət etdiyini öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 29 dekabr 2021-ci il tarixdə axşam saatlarında mobil telefonuna zəng gəlmiş və özünü Qaradağ rayon prokurorluğunun müstəntiqi Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onun 30 dekabr 2021-ci il tarixdə saat 10:00-da prokurorluqda olmağını xahiş etmişdir. Ondan çağırışın səbəbini maraqlandıqda Şahid7 intihara cəhd etməsi faktı üzrə icraatında olan araşdırma materialı ilə əlaqədar izahatını alacağını demişdir. Səhəri gün, yəni 30 dekabr 2021-ci il tarixdə saat 10:00-da Qaradağ rayon prokurorluğunda müstəntiq Təqsirləndirilən şəxs xidməti otağına getmiş, həmin vaxt qəbulunda başqa şəxslər olduğundan ondan dəhlizdə gözləməyini tələb etmişdir. O, orada gözləyəndə Şahid1 də gəlmişdir. Bir qədər sonar Təqsirləndirilən şəxs onu otağına çağırmış və ondan izahat almışdır. Təxminən 2 saat sonra prokurorluğun binasında yüksək səslə Elçinin kiminləsə mübahisə etdiyini eşitmiş və Təqsirləndirilən şəxs xidməti otağından çıxan zaman Şahid7 və anasının Şahid1lə mübahisə etdiyini görmüşdür. O, Elçini sakitləşdirən zaman Günelin anası Sevilin narahat olduğunu, özünü pis hiss etdiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs xidməti otağından çıxaraq Şahid7 ilə anası Sevili prokurorluğun başqa bir otağına aparmışdır. O, orada olanda prokurorluğa Elçinin dostu Sərxan da gəlmişdir. Axşam saatlarında iş vaxtı bitdikdən sonra müstəntiq Emin səhəri gün, yəni 31 dekabr 2021-ci il tarixdə, saat 10:00da prokurorluqda olmaqlarını tələb edərək araşdırmanı davam etdirəcəyini bildirmişdir. Səhəri günü saat 10-da o, Elçinlə əlaqə saxlayıb prokurorluğa getmişlər. Təqsirləndirilən şəxs Elçini otağına çağırmış və təxminən 1 saat vaxt keçdikdən sonra Təqsirləndirilən şəxs növbətçi olduğunu, türmədə məhkum vəfat etdiyi üçün iki saata gedib gələcəyini demişdir. Bir neçə saat keçdikdən sonra Təqsirləndirilən şəxs gəlmiş və Şahid1 xidməti otağına çağırmışdır. Təxminən 40-50 dəqiqə vaxt keçdikdən sonra Elçin Təqsirləndirilən şəxs xidməti otağından çıxmış və dostu Sərxana içəri keçməsini bildirmişdir. Orada bir qədər söhbət etdikdən sonra o, öz yaşadığı evə getmişdir. Evdə olanda atası Nazimə zəng edib çətinliyə düşdüyünü və Qaradağ rayon prokurorluğuna çağırıldığını demişdir. O, atasına bütün məsələni danışmış, atası da rayonda olduğunu və yaxın günlərdə gələcəyini demişdir. 5 yanvar 2022-ci il tarixdə atası ilə birlikdə Qaradağ rayon prokurorluğuna getmişlər və Təqsirləndirilən şəxs onları xidməti otağına qəbul etmişdir. Təqsirləndirilən şəxs Şahid7 şikayət ərizəsi yazdığını bildirmişdir. Bundan sonra o, icazə alıb prokurorluğun həyətinə çıxmışdır. Bir qədər sonra atası da prokurorluqdan çıxmış və birlikdə evə qayıtmışlar. Yolda olanda atası ondan kimlərdən pul aldığını və kimə pul verdiyini soruşmuş, o da atasına məsələni danışmışdır. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs əlavə izahat almaq üçün onu prokurorluğa çağırmış, o da gedib əlavə izahat verdikdən sonra yaşadığı evə qayıtmışdır. Ertəsi günü atası Qaradağ rayon prokurorluğuna getmiş və axşam evə qayıtdıqda atasından nə üçün prokurorluğa getdiyini soruşmuşdur. Atası Təqsirləndirilən şəxs xidməti otağında olan zaman şikayətçilərin pullarının qaytarılmasını bildirdiyini ona demişdir. O, atasına Elçinlə danışmağı, şikayətçilərin pullarının alınmasında Elçinin iştirak etdiyini demişdir. Təqsirləndirilən şəxs ondan pul tələb etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 30 dekabr 2021-ci il tarixdə qardaşı Şahid2 ona zəng edərək onu Qaradağ rayon prokurorluğuna çağırdıqlarını bildirdiyindən o da hazırlaşaraq qardaşı Sərxanın yanına getmişdir. Yolda gedən zaman dostu Mirseyidə zəng edərək Qaradağ rayon prokurorluğunda tanışının olub-olmamasını soruşmuş, Mirseyid hazırda Qaradağ rayon prokurorluğunun müstəntiqi Təqsirləndirilən şəxs onun dostu olduğunu, iş ilə maraqlanaraq ona məlumat verəcəyini bildirmişdir. Qaradağ rayon prokurorluğuna çatanda həmin vaxt qardaşı Sərxanla yanaşı Şahid1 və Şahid3 də orada olduğunu görmüşdür. Mirseyid işlə maraqlanaraq məsələnin ciddi olduğunu, Şahid7 intihara cəhd edərək qol nahiyəsinə xəsarətlər yetirdiyini, həmin hadisəni törətməyə səbəb olan şəxslərdən də birinin qardaşı Sərxanın olduğunu ona demiş, amma bu məsələyə onu qarışdırmamağı xahiş etmişdir. Həmin gün müstəntiq Təqsirləndirilən şəxs qardaşı Sərxanı və digərlərini evə buraxmış, səhəri gün yenə də müstəntiqin çağırışı ilə qardaşı Sərxan Qaradağ rayon prokurorluğuna gedərək axşam saatlarına qədər prokurorluqda qalmışdır. Təqsirləndirilən şəxs ondan pul istəməmişdir, amma bilmişdir ki, Elçinlə Təqsirləndirilən şəxs arasında pul danışıqları olub, 30 min, sonra 15 min manata düşüb və sair. Sonradan eşitdiyinə görə həmin pulları Təqsirləndirilən şəxs zərərçəkmişlərin pullarının qaytarılması üçün istəmişdir. Tam dəqiqliyi ilə deyə bilməsə də bu işdə əsas Emin Orucovun, Şahid1 və Elvin adlı şəxslərin verəcəkləri olmuşdur. Bildiyinə görə pulların qaytarılmasında Sərxan vasitəçi kimi Şahid1 əvəzindən pulun qaytarılmasında köməklik etmək istəmişdir. Çünki, Şahid1 bir ayın 15 gününü dənizdə olurdu və bu səbəbdən o pulların qaytarılmasını və bəzi məsələləri qardaşı Sərxana tapşırmışdır. Lakin pullar qaytarılmadığından həmin iş də məhkəməyə gedib çıxmışdır. 17 fevral 2022-ci il tarixdə Korrupsiya qarşı mübarizə baş idarəsinə çağırılmış və orada müstəntiqə ətraflı obyektiv ifadə vermişdir. Onun məlumatına görə Emin pulun Elçindən alinib şikayətçilərə qaytarılmasını istəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, fərdi qaydada avtomobil alqı-satqısı ilə məşğul olur, elə həmin fəaliyyəti ilə əlaqədar Təqsirləndirilən şəxs Mircəfər oğlu ilə tanış olmuş, aralarında dostluq münasibətləri yaranmış, sonradan onun Qaradağ rayon prokurorluğunda müstəntiq vəzifəsində çalışdığını öyrənmişdir. 30 dekabr 2021-ci il tarixdə qabaqcadan Təqsirləndirilən şəxsla aralarında olan danışığa əsasən Qaradağ rayon prokurorluğuna gedərək onun xidməti otağında olanda həmin vaxt otağa sonradan adını bildiyi Şahid1 də gəlmiş, Təqsirləndirilən şəxs hazırda işinin olduğunu və bir qədər gözləməyini xahiş etmişdir. Otağı tərk edərək prokurorluğun inzibati binasının qarşısına çıxarkən orada dostu Şahid5 qardaşı Sərxanı görmüş, bir qədər hal-əhval tutduqdan sonra söhbətləri zamanı Şahid2 Günel adlı qızın intihara cəhd edərək qol nahiyəsinə xəsarətlər yetirdiyini, onun və tanışlarının barəsində şikayət ərizəsi ilə müraciət etdiyini və hazırda Qaradağ rayon prokurorluğunun müstəntiqi Təqsirləndirilən şəxs icraatında araşdırma materialının olduğunu öyrənmişdir. O, Təqsirləndirilən şəxsla dostluq münasibətlərinin olduğunu bildirsə də, amma ondan bu iş ilə əlaqədar hər hansı bir xahiş edə bilməyəcəyini demişdir. Sonradan Eminin otağında olan şəxs çıxdıqdan sonra onun yanına getmiş, orada Eminlə bir qədər hal-əhval tutduqdan sonra Sərxan barəsində ona danışaraq həmin şəxsin qardaşı Şahid5lə dostluq münasibətlərinin olduğunu, amma buna baxmayaraq onlara aid heç bir xahiş etmədiyini, bu işə qarışmadığını, ona görə də onlara hər hansı bir güzəşt etməməyi xahiş etmiş və otaqdan ayrılmışdır. Prokurorluğun binasını tərk edərkən Şahid5 də görmüş, o da Sərxanın dediklərini deyərək bu işin həll olunmasında köməklik göstərməsini xahiş etsə də, bu işə qarışmadığını və Emindən bu işə görə hər hansı bir xahiş edə bilməyəcəyini bildirmişdir. Bundan sonra oradan ayrılmış və bu işlə bağlı bir daha maraqlanmamışdır. 2022-ci ilin fevral ayının ilk günlərində Şahid1 Təqsirləndirilən şəxs barəsində şikayət etdiyini və Eminin tutduğu vəzifədən azad olunduğunu öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, 2021-ci ilin avqust ayında Elvin Əsgərzadə ilə “Tik-Tok” vasitəsi ilə tanış olmuşlar. Elvin hərbçi olduğunu və X1 xidmətində çalışdıgını demişdir. Təxmini bir aydan sonra rəfiqəsinin sinif yoldaşı Şahid3 onunla əlaqə saxlayaraq hərbi ilə bağlı bəzi suallar vermiş, o da tanış hərbçi olduğunu, ondan soruşsa yaxşı olacağını bildirmiş və Elvin Əsgərzadənin mobil nömrəsini vermişdir. Həmin danşıqdan sonra o, heç biri ilə danışmamışdır. Yalnız noyabr ayının ortalarında Şahid3 ona zəng vuraraq Elvin Əsgərzadənin onlardan tanış adamları işə düzəltmək məqsədilə 26 min manat pul alıb qaytarmadığını və onlardan qaçdığını bildirmişdir. O, Elvinə zəng elemiş, amma sonuncu cavab verməmişdir. O gündən sonra Şahid1, Şahid3 və Şahid2 ona hədə qorxu gəlməyə başlamışlar və ondan polis, prokurorluq, banditizm və Dövlət Təhlükəsizlik Xidmətinə şikayət edəcəklərini demişlər. Şahid3 Şahid2 onların həyətinə gətirmiş və sonuncunu Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim eləmiş, səhəri günü isə onun iş yerinə də getmişlər. Həmin gün o, evə gələndə, anası X10 telefonla danışmış və Elçin anasına hədə-qorxu gələrək pul tələb etmişdir. O, buna dözməyərək hər iki qolunun damarını kəsmiş, amma valideynləri bundan xəbər tutaraq tez müdaxilə eləmişlər. 20 dekabr 2021-ci il tarixdə Qaradağ rayon Polis İdarəsinə müraciət edərək Şahid1, Şahid3dən və Şahid2 şıkayət etmişdir. 29 dekabr 2021ci il tarixdə onları Qaradağ rayon prokurorluğuna dəvət etmişlər və o, anasıyla birlikdə prokurorluğa getmişdir. Prokurorluğun müstəntiqi Təqsirləndirilən şəxs ondan izahat aldıqdan sonra, həmçinin bütün məsələni danışdıqdan sonra Təqsirləndirilən şəxs köməklik göstərməsini xahiş etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs köməklik edəcəyini, narahat olmamağını bildirmiş və onları məhkəmə-tibbi ekspertizaya göndərmişdir. Evdə olan zaman Şahid1 mobil telefonuna zəng etdiyini görmüş və dərhal telefonu anasına vermişdir. Elçin anasına pulu verməsələr onun iş yerinə gedib orda rüsvay edəcəyini demişdir. Anası Elçinlə danışdıqdan sonra Təqsirləndirilən şəxs zəng etmiş və Elçinin onları narahat etdiyini, əl çəkmədiyini, onlardan pul istədiyini demişdir. Təqsirləndirilən şəxs isə 05 yanvar 2022-ci il tarixdə prokurorluğa gəlməklərini xahiş etmişdir. Həmin tarixdə onlar Təqsirləndirilən şəxs xidməti otağında olan zaman bir daha Elçin və Eminin onları narahat etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs narahat olmamağını, köməklik edəcəyini demişdir. Bundan sonra onlar prokurorluqdan çıxıb evə getmişlər. Şahid1 və Şahid3 hədələrindən bezdiyi üçün hətta özünü yolla hərəkət edən avtomobillərin qarşısına da atmaq istəmişdir. Amma anası şəkər xəstəsi olduğu üçün və bundan başqa Təqsirləndirilən şəxs dediklərinə inandığı üçün o, evə getmişdir. O, Lökbatan qəsəbəsində hərbi komissarlıqda işdə olan zaman Şahid3 Şahid1lə birlikdə gəlib ona hədə qorxu gələrək pulu qaytarmağını tələb etmişlər. O, bundan sonra anası ilə əlaqə saxlamış və onlar prokurorluğa getmişlər. Təqsirləndirilən şəxs xidməti otağında olan zaman anası Elçinlə Eminin həbs olunmalarını tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan şikayətçiləri tanıyıb-tanımadığını soruşmuş, o da müstəntiqə tanıdığını hətta ondan da pul tələb etdiklərini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs Elçinlə danışdığını, şikayətçilərin pullarının qaytarılmasında ona köməklik edəcəyini demişdir. Bir neçə gün keçdikdən sonra o, anası ilə birlikdə prokurorluğa getmiş, Təqsirləndirilən şəxs Elçinlə söhbət etdiyini, tezlikdə bütün məsələlərin həll olunacağını və bundan sonra onların nə onu, nədə ki ailəsini narahat etməyəcəklərini, şikayətçilərin pullarının qaytarılmasında köməklik edəcəyini demişdir. Sonra Şahid1 Təqsirləndirilən şəxs barəsində şikayət etdiyini və Eminin işlədiyi işdən azad olunduğunu öyrənmişdir. Bir neçə gündən sonra Korrupsiyaya qarşı mübarizə baş idarəsindən ona zəng olunmuş və ifadə vermək üçün onu idarəyə çağırmışlar. X19 adlı müstəntiq onun ifadəsini almış və Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə yəni icraatında olan materialı rədd etmək üçün Şahid1 30 min manat rüşvət istəməsi barədə suallar vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 göstərmişdir ki, 30 dekabr 2021-ci il tarixdə səhər saatlarında oğlu Emin Orucov ona zəng edərək Qaradağ rayon prokurorluğunun müstəntiqi Təqsirləndirilən şəxs tərəfindən prokurorluğa dəvət edildiyini demiş, ondan çağırışın səbəbini soruşduqda Şahid7 adlı tanışının intihara cəhd etməsi faktı üzrə araşdırma aparıldığını bildirərək baş vermiş hadisə barədə ona məlumat vermiş, oğlu Eminə heç bir problem olmadığını, deyilən vaxt prokurorluğa gedərək izahat verə biləcəyini söyləmişdir. Oğlu Emin ona Qaradağ rayon prokurorluğunun müstəntiqi Təqsirləndirilən şəxs nömrəsini vermiş, o da həmin mobil nömrəyə zəng edərək danışmış, danışıq zamanı müstəntiq Təqsirləndirilən şəxs oğlu Eminə dediyi sözləri ona da təkrarlamışdır. 31 dekabr 2021-ci il tarixdə müstəntiq Təqsirləndirilən şəxs çağırışı ilə oğlu Eminlə birlikdə rayon prokurorluğuna getmişdir. Müstəntiq Təqsirləndirilən şəxs xidməti otağında onu və oğlunu qəbul edərək iş barədə yenə də məlumat verərək oğlu Emin, onun qohumu Şahid1 və dostu Şahid2 hədə-qorxusu nəticəsində Şahid7 qol nahiyələrini kəsərək intihara cəhd etdiyini, baş vermiş hadisədə hər üç şəxsin günahkar olduğunu, hər üç şəxsi həbs edəcəyini demişdir. Oğlu Eminin baş vermiş hadisədə hər hansı bir cinayət məsuliyyəti daşımadığını bildiyi üçün qəsdən müstəntiqin hədəsinə qarşılıq olaraq ona oğlu Eminin günahkar olduğu təqdirdə həbs oluna biləcəyini, bunda heç bir problem olmadığını, qanun qarşısında hər kəsin bərabər məsuliyyət daşıdığını demişdir. Müstəntiq Təqsirləndirilən şəxs da cavabında hazırda “Yeni il” bayramı olduğu üçün bayramdan sonra dərhal cinayət işi başlayaraq oğlunu həbs edəcəyini demişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs bir neçə dəfə yenə də oğlu Emini rayon prokurorluğuna çağırmışdır. 8 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla mobil telefon vasitəsilə əlaqə saxlayaraq işlə maraqlanmaq üçün səhəri gün, yəni 9 yanvar 2022-ci il tarixdə Qaradağ rayon prokurorluğuna qəbuluna gəlmək istədiyini demiş, o da heç bir etiraz etməyərək gələ biləcəyini bildirmişdir. 8 yanvar 2022-ci il tarixdə Şahid1lə mobil telefon vasitəsilə danışıqları zamanı müstəntiq Təqsirləndirilən şəxs hər üç şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi üçün 30000 manat pul tələb etdiyini öyrənmişdir. Elçinə həmin pulun qanunsuz olaraq tələb edildiyini, müstəntiqə hər hansı məbləğdə pul verməməsini tapşırmışdır. 9 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Qaradağ rayon prokurorluğuna getmiş, orada Təqsirləndirilən şəxs onu xidməti otağında qəbul etmiş, otaqda danışıq zamanı baş vermiş hadisə ilə əlaqədar hər üç şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsi üçün tələb etdiyi 30000 manat pula etiraz edərək həmin məbləğin artıq dərəcədə çox olduğunu və düzəldə bilməyəcəklərini dedikdə, Təqsirləndirilən şəxs həmin 30000 manat məbləğində pulun təqdim olunmayacağı təqdirdə cinayət işi başlayacağını və hər üç şəxsi həbs edəcəyini bildirərək hədə qorxu gəlmişdir. Onunla söhbəti uzatmayaraq, etdiyi söhbətin heç bir mənasının olmadığını görüb otağı tərk etmiş, evə gəldikdən sonra da oğlu Eminə narahat olmamağı, müstəntiq Təqsirləndirilən şəxs tələb etdiyi 30000 manat pulun qanunsuz olduğunu, onların barəsində bu işlə əlaqədar heç bir tədbir görülə bilməyəcəyini demişdir. Bundan sonra Elçinlə əlaqə saxlayaraq həmin məlumatları ona da demiş və Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə aidiyyəti üzrə şikayət etməyini xahiş etmişdir. 31 yanvar 2022-ci il tarixdə axşam saatlarında Şahid1 ona mobil telefonla zəng edərək müstəntiq Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət etdiyini demişdir (cild 1, iş vərəqə166- 168) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. “Turbo.az” internet avtomobil satış portalından çıxarışdan görünür ki, Şahid1 mülkiyyətində olan “Mercedes Benz ML350” minik markalı, 90-HR- 650 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə ******* nömrəli elan ilə istifadəsində olan ***-***- **-** saylı mobil nömrə və adı barədə qeydlər aparmaqla satış barədə elan vermişdir (cild 1, iş vərəqə 38-39). Məhkəmə-fonoskopik ekspertizasının 02 fevral 2022-ci il tarixli, 4-180-4/181 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “İphone” markalı mobil telefonda olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların verilmiş yazılı mətnlərdə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur, fonoqramlarda montaj əlamətləri aşkar edilməmişdir, danışıqların məzmunu aşağıdakı yazılı mətnlərdən ibarətdir: WhatsApp Audio 2022-01-27 at 12.04.04 (1).ogg K1 - İndi belə nədi Vahid Əhmədovnan görüşüb K2 - Heç nə brat, problem yoxdu, sabah deyir sabahı da gözdüyək K1 - Amma Emin, indi yenə də deyirəm, həqiqətən də o 30 minin altınnan mən çıxanmaram e. Yəni sağ ol, gözdüyürsən, deyirsən belədi, helədi, belə söhbət eliyirsən. Həqiqətən onun altınnan mən çıxanmaram e. Yenə bu görək bu Nazim dayı neynir, nağayrır, bu gəlir neynir, nağayrır. Yəni bu dedi ki, məni bir dənə gözdə, mən danışmışam Təqsirləndirilən şəxsnan, deyəcəm K2 - Qələt eliyir, mənnən heç nə danışıb eləmiyibdi. Mənim adımnan yalannan istifadə eliyir K1 - Heç zad ta. Yaxşı, onda sabah səhər gələrəm də sənin yanına K2 - Oldu, sabah səhər görüşərik. Oldu K1 - Yaxşı, davay WhatsApp Audio 2022-01-27 at 12.04.04 (2).ogg K2-Alo K1 - Emin, mən bir şey də fikirləşirəm. İndi sən deyirsən e, Nazim oyun oynuyur, nə bilim, boş çıxacaq, eliyəcək. İndi mən sabah səhər gəlirəm də. Belə şey olmasın, deyirsən ki, Sərxannan özünçün bir şey fikirləş, gəl. Prosto mən, yaxşı o belə deyim də, o dediyin 30 hamısı mənim deyil də, yaxşı. Mənim payıma nə düşür denən də onu, mən gəlim. Və yaxud da Sərxana deyim ki, Sərxan, ikimizin payı bu qədərdi, gör nəsə kömək eliyə bilirsən, üstün də sən düzəlt K2 - Sərxana denən məni yığsın, mən Sərxana deyim. İndi mən yığıram Sərxana deyim, Sərxan sənə deyir K1 - Hə, yəni mənim payıma 30 minnən/// K2 - Sənnən Sərxan, sənnən Sərxan K1 - Oy daa, Sərxan, həm də mən, ikisi bir yerdə K2 - Bəli K1 - Oy daa. Emin, nə bilim e, yəni. Yaxşı, Sərxan yox e, Sərxan sənin///Bilirsən, Sərxan sənin dostunun qardaşıdı da K2 - Başa düşdüm də, mən də indi ona ustupka eləmişəm də K1 - Yanı ustupka deyəndə indi o belə şey olmasın onun///Yaxşı, onu işin içinnən çıxarda bilirsən, dostunun qardaşıdı da, onu çıxart, bir dənə mənə pay düşsün, denən ki/// K2 - Eliyə bilmirəm də, səmimi deyirəm sənə, eləsəydim///köməklik eləmişəm, hər şey eliyərdim K1 - Bildim e, Emin, yəni/// K2 - Mən prokurordan xahiş eliyəndə xahiş eliyirəm ki, bunnara vaxt ver, mənim tanıdığım adamdı///Mən qalxım indi belə pis çıxmasın, deyim ki, nədi axı. Mən indi Sərxana deyirəm, Sərxan sənə yığır K1 - Hə, bilirsən nə deyirəm. Emin, bilirsən nə deyirəm də yəni. Belə şey olmasın, Sərxan da çıxmırsa, 30 min durursa orda, yəni 30 minnən Emin çıxırsa tək, 2 nəfər qalır. Belə təxmini mən misalçün da, priblizitelnı fikirləşirəm ki, tutaq ki, bir 20 min mənim üstümdədi. Sərxannan mənim payımı verməliyəm də K2 - Qaqaş, mən səni yığıram, konkret bir kəlmə söz diyəcəm K1 - Yaxşı WhatsApp Audio 2022-01-27 at 12.04.04.ogg K1 - Alo K2 - Alo K1 -Salaməleykim. Alo K2 - Salam Elçin, necəsən? K1 - Sağ ol. Emin, özüm vatsapnan yığdım ki, rahat danışaq da. Hə, sən demişdin də, yəni bu gün yəni görüşmək üçün K2 - 3-ə kimi K1 - Hə, obşi dedin də. Blə şey olmasın, ayrı individual söhbət eləmədin, dedin obşidi, yəni tək sənlik bir şey deyil. Mən yəni şeyi deyirəm. Rahat danışa bilirəm də Emin, yoxsa? Təksən?/// K2 - Danış, problem yoxdu K1 - Dedin ki, bu 30 min tək sənlik deyi! də, obşi katyoldu. Orda Emin də var, nə bilim/// K2-Bəli, bəli K1 - İndi Sərxan sənin dostundu, çıxarda bilirsən Sərxanı da çıxart. Emin, yəni mən sənə dedim də, mən o yükün altından tək çıxa bilmərəm də. Mən Eminin atasıynan danışdım, dedim Nazim dayı, yəni bu belədi də. İndi bu adam da bizi bu qədər gözdüyüb, bu şey eləmiyib də. Nə kömək eliyə bilirsiz, neyniyə bilirsiz, mən onsuz da bunun altından tək çıxa bilməyəcəm də. O da mənə dedi ki, mən bir nəfər dostumnan danışmışam. Dedi o 30 min həqiqətən çoxdu da. İndi düzdü o bir az demaqoq kimi danışır, yanı deyir ki, orda heç bir bizim tərkib yoxdu, nə bilim nə. O Günelin böhtanı/// K2 - Dünən gəlmişdi mənim yanıma K1 - Gəlmişdi? Aha. Yanı mənə deyir ki, sənin nə 125-in var, onu nə sübut etmək olur, nə bilim getsən məhkəmədə bəraət alassan. Nə dələduzluq var ortada şikayət eliyən var, nə nə bilim, bu şeylər var da. Dedim Nazim dayı, indi vəziyyət belədi də. İndi düşmüşük ora, budu. İndi bu adam da bizə yol dedi də. O da dedi ki, Elçin, yanı mən bilmək istiyirsənsə, yəni mən Vahid Əhmədova çıxmışam, bir dostumuznan, özüynən danışmışam. Deyib gəl yanıma, oturaq söhbət eliyək K2 - Mənə dünən dedi, eşidirsən?///Bilirəm ki, onnar əlbəttə ki, boş-boş oyunnardı K1 - Yox, indi bilirsən, yəni həqiqətən bir şey deyim də, tək mənlik bir şey deyil də, yanı mən onun altınnan çıxası. Bu da dedi ki, sən mənə bir dənə səbr elə. Mənə dedi ki, qoy mən gedim kişiynən görüşüm K2 - Eşidirsən? K1 - De K2 - Qardaş, mən onu yenə də deyirəm, indi o özü üçün deyir, özü bilər. Dünən axşam gəlmişdi, gecə saat 12-də gəlmişdi mənim yanıma. Hə. Sən sabah imkan eləsən səhər-səhər gəl yanıma K1 - Sabah səhər K2 - Ya özünə, bir də Sərxana, ikinizə bir yerdə, bir şey fikirləş, mənə denən ki, qardaş/// K1 - Vallah Emin, yenə deyirəm də, indi Sərxan deyirsən çujoy paxmel gedib mənə şey olub. İndi sağ olsun, dostumdu, Emini aparıb ora. Nə bilim, indi Emin oyun qurub neynib, nağayrıb, bilmirəm də. Yəni yenə deyirəm, mənim həqiqətən də, belə yükün altınnan çıxacaq bir gücüm yoxdu. Mən elə bu şeyi gözdüyürəm///Emin də dayısıgilnən zadnan danışıb eliyib. Dünən Sərxan da zəng eliyib onun dayısı oğluna, dayısına. Bilmirəm, Sərxan sənə deyib, yoxsa yox ki, bəs kömək eliyin də. Yəni bu iş belədi. Yəni bu işdə kömək eləmək lazımdı, Elçin təkdi ortada. Hə, indi görək bunnar neynillər. Yani bunnar nəsə eləmək istiyir, amma necə eliyir, bilmirəm. Mən ona inanıram ki, o çıxıb ona, çünki mənə deyirdi ki, bu Ali Məhkəmənin sədrinə zada çıxıb/// K2 - Mən də sənə deyirəm, boş şeylərdi də K1 - Yəni mən yenə deyirəm də, o biri var belə şey olsun/// K2 - Yəni inanmırsan, özün axırın görərsən ki, mən düz deyirəm, ya onnar düz deyir K1 - Yox, bu bir az deyim də, Emini bu nəsə eləmək istiyir WhatsApp Audio 2022-01-27 at 12.04.05 (1).ogg K1 - Alo K3 - Elçin, hardasan? K1 - Mərdəkandayam, yoldaşımı götürməyə gəlmişəm K3 - Danışa bilirsən, yoxsa? K1 - Hə, hələ çıxmıyıb, de, abi K3 - Ə, var-yoxuna lənət, mənim beynim çönür, istiyirəm gedim deyim ki, ə tut vur qandalı, görüm nətər vurassan mənə K1 - Nolub? K3 - Var-yoxuna lənət, bütün əsəblərimi korruyub e K1 - Abi, de görüm, bir az tez de///Yoldaşım çıxır indi. Hə K3 - Sən zəng eləmisən ki, bizə düşən nədi. Orxana yığıb ki, 20. Orxan da deyib ki, ə, qardaş/// K1 - Kim yığıb e? K3 - Emin K1 - Hansı Emin e? Başa düşmürəm e, nə deyirsən? K3 - Seyidov da Seyidov Orxana yığıb ki, ikisinə düşən 20-di, sənnən mənə///Orxan da qayıdıb deyib ki, ay qardaş, o vermir e, Elçin vermir e pulu, Elçin deyir tut apar. Mən deyir verəcəm pulu, sən qardaş, mənə düşən nədi, onu denən. Mən haqqhesabımı bilim də, götür-qoy eliyim, pul tapım da, sabah deyəssən ki, pul gətir K1 - Abi, Orxana deyib, yoxsa Seyidə deyib? O müstəntiq Orxana deyib, yoxsa Seyidə deyib?///Yəni mən inanmıram da. Bax, o Seyid də deyir dostumdu. Mən fikirləşirəm Seyid ortada maklerdi K3 - Yox, yox, Orxana yığdı. Orxan mənə dedi ki, məni yığdı/// K1 - Sən mənə dedin ki, yanı Seyidi tanıyır da nədi o, müstəntiq. Seyidov. Şeyi tanıyır nədi, Seyidi tanıyır da. Yanı Təqsirləndirilən şəxs Seyidi tanıyır. İndi mən fikirləşirəm ki, bu Seyid ortada maklerdi/// K3 - ...maklerlik eliyir. Bayaq Orxana da sözümü dedim. Dedim o mənə heç qandal nədi e, heç nə eliyə bilməz/// K1 - Yox abi, nə danışır e o? Mənə dedi ki, eşidirsən? Seyidov mənə dedi ki, Elçin, sabah ikiniz də yəni şey eliyin, Sərxannan öz yerinə fikirləş, sabah səhər gəl mənim yanıma. Mən dedi yığacam Sərxana deyəcəm ki, yəni sizin ikinizin payına düşən nədi. Mən dedim a həqiqətən bilmək istiyirsənsə, mənim bu dəyqə heç nəyim yoxdu. Nazim da danışıb, deyib ki, gedirəm Vahid Əhmədovnan görüş almışam, görüşürəm onnan. O da deyir mənim yanıma gəlmişdi axşam saat 12-də zad belə helə. Bilmək istiyirsənsə, (söyüş) söhbətdi də K3 - Kim deyir? K1 - Hə də, müstəntiq də, Seyidov. Deyir ki, boş söhbətdi, sən özünçün fikirləş, bir də Sərxan üçün. Dedim abi, bir dənə də, bu sənin dostunun qardaşıdı da. Bunu çıxardıb deyirsən ki, bunu çıxardıram oyunnan. Yox e qardaş, mən onu çıxarda bilmirəm ki, zad. Deyirəm a da noldu, bu nə dostluq, qardaşlıqdı da. Mənim də üstümə, mən də sənə nə bilim həqiqətən heç nəyim yoxdu. Amma uzaqbaşı, yüngülvari bir şey fikirləşərəm də, bir şirinlik fikirləşərəm verərəm. Yox e deyir, mən deyir yığacam Sərxana deyəcəm ki, ikiniz üçün nədi qiymət K3 - İkiniz üçün nədi. Var-yoxuna lənət, Orxan deyir ki, dedim a, başı qaçıb onun? 20 min, başı qaçıb? Dedim a gəlsin vabşe qandal vursun Orxan, denən (söyüş) get gəl mənə, qandal vur WhatsApp Audio 2022-01-27 at 12.04.05.ogg K1 - Alo K2 - Axşamın xeyir, Elçin. Sərxan dedi yığırsan mənə K1 - Hə, mənə Sərxan zəng elədi bayaqları. Daha doğrusu, mən işdəyəm. Gecə növbəsiyəm də, gündüzləri yatıram. Sərxan dedi ki, bəs Emin yığır mənə, Təqsirləndirilən şəxs yığır mənə. Bəs mənə həbs verir, mənim maşınıma arest verir. Deyirəm, bəs niyə ay Sərxan, da? Deyir bəs belə-belə. Deyirəm ay qardaş, bəs mən axı dedim sənə, mənim maşınım lombarddadı, yanı məni gözdə də, mən gəlim, sən danışırsan da. İndi mən Təqsirləndirilən şəxs üçün heç kiməm, amma sən dostunun qardaşısan da. Hə, yox e, deyir mən nətər eliyim? Deyirəm ay qardaş, mən bax burda necə eliyim də. O maşın da mənim adımdadı. Mən onu həll eləməyim üçün, satmağım üçün, gəlib orda olmalıyam. Deyir özün danış, özün nə bilim. Deyirəm a sən danışırsan da, dostunun qardaşısan da. Mən müttəhiməm, heç kiməm, amma sən dostunun qardaşısan. İndi Emin, mən nə deyim? Mən bir gün dedim/// K2 - Sən işdən nə vaxt çıxırsan? K1 - Mənim 8 günüm qalıb da elə bil gəlməyim üçün K2 - Gəl belə eliyək də Elçin, mən səni 8 gün gözdüyə bilmərəm axı. Mən sənə açıq deyirəm K1 - Vallah bax Emin, yenə deyirəm də, indi misalçün, sən o şeyi dedin da. Belə deyim da ki, mən bunu eliyirəm, bunu qoyuram daxıla, mən bunu açmıram. Bu cinayət işini sənə açmıram, bu yoldaşlığı eliyirəm, bu qardaşlığı eliyirəm, yəni mənnən başqa da heç kim bu işə əl dəyə bilməz. Yəni sən onu dedin, o sənin əlində olan işdi də. Amma bu elə bir şeydi ki, yəni mən sənə də dedim ki, mən necə bir yükün altındayam da. Yəni mən o qədər pulu, 20 min pulu mən bu dəyqə tapa biləcək///Şey işi deyil ki, gedim seyfə qoymuşam, açım çıxardım, götürüm. Yəni mən onu nəyisə satmalıyam, nəyisə eləməliyəm. Əlimdə dəyərli olan bir dənə maşınımdı K2 - Sənə nə qədər deyiblər vabşe? K1 -20 min K2 - Kim deyib onu sənə? K1 - Sərxan K2 - Sənə səhv deyibdi K1 - Bax, ona görə deyirəm də, yəni mən. Ay da, Sərxan. Mənə zəng elədi dedi ki, abi, Emin mənə yığdı dedi ki, 20 min. Ona görə dedim ki, day özünnən danışmısan, açıq söhbət eləmisən, day onu denən də mənə K2 - Elçin, bax, səmimi deyirəm. Mən o gün sənə də dedim. Dedim mənnən Sərxana payımıza nə düşür ikimizə, dedim yığıb bir kəlmə söz diyəcəm. Sərxana diyəcəm desin sənə. Mən də Sərxana 15 demişəm. Demişəm ki, konkret 15. Yanı oyan-buyan söhbəti olmasın K1 - Yəni Sərxannan mənə K2 - Bəli. Da uje Sərxan sənə niyə elə deyib, niyə elə demiyib, mən uje orasını bilmirəm. Məndə yalan yoxdu, mən yalan xoşlamıram K1 - Emin bax, mənim maşınımın qiymətini sənə deyim, yəni mənim maşınım da bu dəyqə lombarddadı. Mən o vəziyyətdə ona gələn baxan, nə bilim şey eliyən 12-13 min qiymət deyir də. İndi Sərxan da deyir ki, mən bir nəfər tapmışam gəlsin. O da ki, mənim dostumun yeznəsi uje orda behləşib. 500 manat pul veriblər, bir də mənim onnara borcum var da. Yəni elə bir vəziyyətdi, elə bir durumdu da. İndi onnar məni gözdüyüllər ki, mən gəlim, onu mənnən alsınnar. Belə şey olmasın, belə vəziyyətimdə elə bil ki, o hamı kərkəs kimi başımın üstünü kəsdirib gözdüyür ki, elə bil bu vəziyyətimdən istifadə eləsin də. Yəni mən gəlim belə deyim də, onun o qalan nədi onu üstünü düzəltməyin yolunu axtaracam. Yəni gələnə qədər də. Amma elə mən gözdüyə bilmirəm, dur gəl, davay bunu həll elə, elə olmur da. Həqiqətən vəziyyət/// K2 - Sən neçəsi gəlirsən Bakıya? K1 - Ayın 24-ü ordayam. Amma 24-ü gələnə qədər mən bütün bu şeylərin hamısını düşünüb bir yoluna qoymağı fikirləşib yəni bu neçə gün vaxtım var da/// K2 - Gəl belə eliyək də. Elçin, mən sənə bir kəlmə söz deyəcəm, da indi qalanının sən özün fikirləş. Ayın 24-ü mən səni gözdüyürəm///Da gəlib mənə nağıl zad danışma. Bax, sənə səmimi deyirəm. Konkret. Yanı sən mənə vaxt dedin, mən də sənə kişiyana ikimiz danışırıq da, sən, mən///Qardaş, nə bilim filankəs belə dedi, Bəhman əmiyə yığdım dedi atasıynan görüşəcəm, nağıl-nağıl, sən də məni bağışla, (söyüş) kimlərinsə sözünü mənə demə K1 - Yaxşı, bir dənə mən sənnən söz soruşum da. Bax, indi danışırıq, sora da ki, arada vasitəçi yox, bir şey yox. Bax, indi deyirsən e, mən onu düzəltdim 15 mini gəldim sənnən görüşdüm bunu verdim. Yəni nolacaq? Sora tutaq ki, o, şikayətin gerimi götürəcək Günel, yoxsa ki, nağıl olacaq? Yəni bu məsələ sora bir də uzanacaq. Sən orda mənə bir söz dedin ki, qaqaş, bunu sənin gözünün qabağında bax, bu izahatları, belə sözü dedin də ki/// K2 - Qardaş, yenə deyirəm də, mənim kəlməm kəlmədi Elçin, sən məni yaxşı tanımırsan. Zaman gələr inşallah görərsən/// K1 - Yəni belə şey olmasın, 3 manat deyil, 5 manat deyil, diş-dırnaqnan onu belə deyim də qazanıb yığdığım, aldığım o şeydi də. Gəlim sora da mən bir də təzdən düşüm küçələrə Günel dalıyca, təzdən düşüm K2 - Ay Elçin, eşidirsən məni? Mənim kəlməm kəlmədi, mən sənə bir kəlmə söz demişəm. Demişəm arxasında da diyanmışam. Sən mənə dedin işdəyəm, belə işdərimi yoluna qoyum, 24-ü mən səni gözdüyürəm. Yaxşı? K1 - Yaxşı, Emin K2 - Mən səni 24-nə kimi yığası döyüləm, nə də sənə görə Sərxanı yığası döyüləm K1 - Yaxşı, Emin, yaxşı K2 - Yaxşı, oldu, gecən xeyrə K1 - Gecən xeyrə WhatsApp Audio 2022-01-27 at 13.15.42.ogg K2 - Alo K1 - Salam. Nətərsən, Emin? K2 - Sağ ol Elçin, sən necəsən? K1 - Sağ ol, sağ ol. Mənim telefonum səssiz olur, indi gördüm ki, zəng gəlib. 1 saat olar. Mən Sumqayıtdayam indi, dostumun anası rəhmətə gedib, bura hüzür yerinə gəlmişəm. Emin, mən maşınımı satdığa qoymuşam dünənnən, dünən də bura bir 3 nəfər zəng eliyib. Gəlib baxmaq istəyən də var. Və mən də sənə demişəm də, mən ancaq maşınımı satıb gələ bilərəm, başqa əlimdə heç nəyim yoxdu edə biləcək. Belə deyim də, mənim işə yeznəm də qarışıb. O gün də sənə kiməsə zəng elətdirib. Nə bilim, orda deyib ki, bir köməklik göstər, yəni şey eləməyə, sən də demisən ki K2 - Mən sənə yığdım, dedim da köməkliymi K1 - Bildim, da ona da demisən ki, bunnan artıq nə köməklik eliyim? Bir aydı bu iş məndədi, mən araşdırıram, cinayət işi açmamışam. Özünə də danışmışam özünə də söz demişəm, dostunun qardaşı da gəldi bizim yaxın qardaş çıxdı. Demişəm də, haqq-hesab var, haqq-hesab çatsın, bu iş burda da xitam olsun getsin. Ba mən sənə deyirəm, o indi mənim əmilərimnən danışır, əmimin biri onun qonşusudu. Mənə deyir ki, gəl əmilərimnən danışaq, yəni o pulu əmilərim hərəsi bir az bir az qoysun, əmilərim düzəltsin. Sən da maşını satırsan da. Satıb gətirib əminə verərsən də, camaatın səbrini sınama. Sən mənə birinci günə qədər vaxt ver, əgər mən maşınımı sata bilməsəm, mən gedim onnardan o pulun haqq-hesabın eliyim, yəni götürüm gəlim K2 - Elçin, sənə bir kəlmə söz deyim. Sən ba mənə belə deyim də, 3-4 nəfərin yanında yalançı eliyirsən K1 - Kimin yanında, ay Emin? K2 - Prokurorun yanında. Mən qalxıram başqa söz deyirəm, sən həmən günü eləmirsən, deyirəm təzdən başqa söz, deyir da noldu? Belə olmadı, başa düşürsən? Mənə dəqiq bir söz denən K1 - Emin, dəqiq odu ki, əlimdə maşınımdı. Mən də yeznəynən danışdım. O da kimnənsə sənə zəng elətdirib. Da deyir adam gözdüyür də. Sizə da vaxt verib də. Gedin düzəldin onu gətirin verin. Mən də demişəm maşınımı satıram K2 - Mənə denən bir dənə konkret Emin, birinci gün yanındayam/// K1 - Birinci gün sağlıq olsun, birinci gün yanındayam. Amma Emin mən indi bilmirəm yeznə mənnən gələcək ya yox, çünki yeznə mənə deyirdi ki, mən ona dedim ki, o qızın da Günelin xalası vəkildi, belə helə. Deyir bax sora gedərsən, haqq-hesabı verərsən, işə xitam verilməz, sora şikayət eliyər///O Günel ay Emin, sən gördün də onnar necə həyasız adamdı. Sora gələrlər təzdən şikayət verərlər, ortada sən də qalarsan K2 - Elçin, ay Elçin, mən uşaq döyüləm də. İndi gələndə onnarı söbət eliyəciyik mən sənə izah eliyəcəm hamısını, narahat olma K1 - Yəni deyirsən tam sənnikdi də, heç bir problem olmayacaq da, Allahın köməyiynən K2 - Ona mən sənə cavabdehəm K1 - Yaxşı, yaxşı, Emin. Birinci gün sağlıq olsun, maşın variantı alınsa tez olacaq, olmasa yenə deyim mən yeznəni də götürəcəm, əmilərimnən gedib görüşəcəm, yanı o pulu mənə düzəltməyə kömək eləsinnər K2 - Yaxşı/// K1 - Sora mən satıb onnara verərəm K2 - Birinci gün görüşərik K1 - Oldu, oldu WhatsApp Audio 2022-01-27 at 13.17.06.ogg K1 - Alo K2 - Bəli, Elçin K1 - Emin, üzürrü say, bayaqları maşın sürürdüm///Emin, mən o günnəri yeznəynən danışanda da mən o sənin yanındaydım, sora gəldim, sora Sərxannan zad danışdıq bu söbət oldu da. Mən yeznəyə demişdim, prosto mən bunu sənə niyə deyirəm. Çünki bu indi məni çağırıb yəni məni gedəcək əmilərimnən üzləşdirəcək də. Mən onda mən danışacam ki, yəni başıma nə iş gəlib, necədi, əmilərim detallı bilmir. Ba indi mən ona o günnəri orda deyəndə o sənə zəng elətdirməmişdən də, mən ona demişdim sən 20 min istiyirsən işi bağlamağa Sərxannan mənə görə. İndi Sərxan da yetimdi heç nəyi yoxdu, taksi şoferidi. Sora da məlum oldu ki, Elçin, Sərxan sənə düzgün qiymət demir də, mən ona 15 min demişəm///Sən sağ ol, o gün də elə vəziyyət idi dedin ki, dünən idi, srağagün idi, zəng elədim dedin ki, saat 12-cən gətirin, 10 dənə gətirin bu işi burda qutaraq, xitam verək, qutarın. Yəni həqiqətən tapa bilmədim a, yəni Sərxan da mənim yanımdaydı, gecə saat neçəyə qədər. Mən indi yeznəyə nə deyim, ba biz nədə qaldıq? Mən yeznəyə deyəcəm belə, o da deyəcək, sən məni bağışla/Z/Deyəcək orda mənə belə deyirsən, gəlib burda əmingilin yanında belə deyirsən də K2 - Yox, yox, sən də ona denən ki, kim ki, məni yığdı zəng vurdu ha/// K1 - Hə, hə tapşırdığı adam K2 - Onnar mənnən xahiş elədi, mən də dedim problemi yoxdu. Bu qədər idi, ba belə oldu K1 - Sən onnara məbləğ demisən? Maxı elə bir soz demədi, dedi ki K2 - Yox, yox, məbləğ söhbəti olmayıb. Mən sənə yığdım dedim ki, qaqaş, zəng elətdirmisən filankəsə, onnara görə/// K1 - Mənim həqiqətən Emin, onnan xəbərim yoxuydu. Mən sora yeznəyə zəng elədim ki, sən kiməsə zəng elətdirmisən? O dedi hə, mən xahiş elədim, bizim bir qohum var xahiş elədim ki, bir köməklik göstərsin. O da sənnən danışıb, sən də demisən ki/// K2 - O da həqiqətən səmimi deyirəm hörmət etdiyim, xətrini çox istədiyim bir adamdı K1 - Emin, indi mən yeznəynən danışacam, bu aparacaq məni indi əmimgilnən danışmağa da Mən ona əvvəl demişdim ki, 20 min demisən gətir bağlayaq bu işi. Onu deyəndə vabşe dəli oldu ki, ayə, adam öldürmüsən neynəmisən. Sora sən dedin ki, Sərxana elə qiymət deməmişəm, mən 15 dənə demişəm Sərxana K2 - Ay sağol K1 - İndi bilmirəm Sərxanın nə şeyi var o qalsın mən sora Sərxannan həll eliyərəm. Niyyəti nəydi, bilmirəm. Yəni mən onu demədim Sərxana ki, Sərxan Emin sənə 15 min deyib, ayıb deyil, sən mənə gəlib 20 demisən burda. Mən onun söhbətin indi eləmirəm. Mənə bir dənə lazımdı ki, bu bəladan qutarım/// K2 - Mən hər ikisinə dedim, Orxana da dedim, Sərxana da dedim K1 - Yaxşı, mən indi yeznəynən, indi məni çağıracaq gedəcəm əmilərimnən danışacam. Biz indi yekun nədə qaldıq? Mən deyim ki/// K2 - Sonuncu sənə dediyim K1 - Mən deyim ki, əmi, lap yeznəni də götürüb aparacam, 10 min verəciyik, yəni danışmışıq da bu cür. 10 min verəciyik, bu iş xitam veriləcək, bağlanacaq elə burdaca, cinayət işi açılmadan bağlanıb qutaracaq. O qalanın da sən zəmanət verirsən deyirsən ki, mənnikdi də K2 - Arxayın ol K1 - Yaxşı, onda mən danışacam yeznəyə də deyəcəm vəziyyət belə oldu da. Sənin zənginnən sora Emin yekunda deyib ki, bunu gətirsinlər, yanı 12- də mənə zəng vurdu ki, 12-də, saat 12 üçün gətirin 10 dənə verin, bu işi bağlayaq, elə xitam verək burdaca qutarsın getsin. Vsyo, onda mən yeznəyə bunu deyəcəm, sora da şeylik olmasın da. Yaxşı, oldu K2 - Yo, yo, konkret de K1 - Yaxşı, oldu K2 - Oldu, sağ ol (cild 1, iş vərəqə 41-48). Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsindən daxil olmuş 18 fevral 2022-ci il tarixli 10/04-192 nömrəli məktub və ona əlavə olunmuş əmrlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Baş Prokurorunun 28 dekabr 2017-ci il tarixli, 11/625-K nömrəli əmrilə keçirilmə qaydasında Bakı şəhəri Pirallahı rayon prokurorunun böyük köməkçisi vəzifəsinə işə qəbul olunmuş, 18 fevral 2020-ci il tarixli 11/87-K nömrəli əmrlə Bakı şəhəri Qaradağ rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilmiş, 04 fevral 2022-ci il tarixli 10/76-k nömrəli əmrlə prokurorluq orqanlarından xaric edilmişdir (cild 1, iş vərəqə 98-107). Baxış aparılması haqqında 09 mart 2022-ci il tarixli protokoldan görünür ki, X9 tanıdığı Şahid1 ona hədə-qorxu gəlməsi ilə əlaqədar 19 dekabr 2021-ci il tarixdə yaşadığı mənzildə ülgüclə hər iki qolunun bilək nahiyəsini kəsməklə özünü öldürməyə cəhd etməsi barədə 20 dekabr 2021-ci il tarixdə Qaradağ rayon Polis idarəsinin 10-cu Polis Bölməsinə ərizə ilə müraciət etmiş, Polis Bölməsində toplanmış material 27 dekabr 2021-ci il tarixli məktubla araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Qaradağ rayon prokurorluğuna göndərilmiş, 28 dekabr 2021-ci il tarixli, 1182x-21 nömrəli dərkənar ilə cinayət xarakterli yoxlama materialı üzrə ilkin araşdırmanın aparılması rayon prokuroru Zəfər Əhmədov tərəfindən prokurorluğun müstəntiqi Təqsirləndirilən şəxs tapşırılmış, sonuncu tərəfindən də izahatlar alınmış, məhkəmə-tibb ekspertizası təyin edilməklə ilkin prosessual hərəkətlər icra olunmuşdur (cild 1, iş vərəqə 143-158). Baxış keçirilməsi haqqında 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mircəfər oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə, saat 14:03-də 11 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 12:12-də 10 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 13:49-da 32 saniyə müddətində telefon danışıqları olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs Mircəfər oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə, saat 17:56-da 45 saniyə, həmin günü saat 21:00-da 33 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 11:49-da 11 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 09:54-də 14 saniyə müddətində telefon danışıqları olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs Mircəfər oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə, saat 17:21-də 16 saniyə, həmin günü saat 20:41-də 32 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 09:38-də 56 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 10:40-da 44 saniyə, həmin günü saat 14:57-də 22 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 16:40-da 59 saniyə, həmin gün saat 17:23-də 55 saniyə, həmin günü saat 22:45-də 12 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 09:22-də 15 saniyə, həmin günü saat 15:02-də 88 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 11:27-də 84 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 11:11-də 18 saniyə, həmin günü saat 11:52-də 90 saniyə, həmin günü saat 17:57-də 90 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 12:11-də 60 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 13:42-də 41 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 11:27-də 96 saniyə, həmin günü saat 11:30-da 26 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 19:21-də 27 saniyə müddətində telefon danışıqları olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Mircəfər oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə, saat 15:01-də 61 saniyə, həmin günü saat 16:03-də 31 saniyə, xx.xx.2021 -ci il tarixdə, saat 09:56-da 14 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 18:51-də 19 saniyə, xx.xx.2022-ci il tarixdə, 18:20-də 12 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 18:20-də 55 saniyə, həmin günü saat 15:50-da 61 saniyə, həmin günü saat 20:37-də 35 saniyə, həmin günü saat 20:43-də 54 saniyə, həmin günü saat 21:01-də 18 saniyə, həmin günü saat 22:28-də 15 saniyə,həmin günü saat 23:24-də 73 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 12:55-də 22 saniyə, həmin günü saat 16:55-də 27 saniyə, həmin günü saat 17:16-da 15 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 11:05-də 21 saniyə, həmin günü saat 11:57-də 14 saniyə, həmin günü saat 19:23-də 25 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 20:04-də 36 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 15:19-da 56 saniyə müddətində telefon danışıqları olmuşdur (cild 1, iş vərəqə 183-184). Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə tərtib olunmuş ittiham aktından görünür ki, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.2, 310-cu, Şahid1 və Şahid3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4,312.2-ci, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2-ci mədələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün xx.xx.2022-ci il tarixdə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (cild 1, iş vərəqə 46-98). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 133). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 28 fevral 2022-ci il tarixli, 1530 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 141). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Narkoloji Mərkəzinin 26 fevral 2022-ci il tarixli, 812 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə müalicədə olmamışdır (cild 1, iş vərəqə 160). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü və 311.3.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29 aprel 2018-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 26). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü və 311.3.4-cü maddələri maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs Şahid1 prokurorluğa gəlməsinin təmin edilməsi üçün sonuncunun pul barədə verdiyi vədlərini qəbul etməsi, əslində isə ondan hər hansı məbləğdə pul istəmə və alma niyyətinin olmaması, icraatında olan material üzrə cinayət işinin başlanmamasına və şəxslərin tutulub cinayət məsuliyyətinə cəlb olunmamalarına görə heç kimdən hər hansı məbləğdə pul tələb etməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən Şahid1 tərəfindən qeydə alınmış telefon danışıqlarının məzmunları ilə tam təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin müdafiə mövqeyi ilə bağlı hala qiymət verərkən həm də onu qeyd edir ki, Şahid1 məhkəmədə və xüsusən də ibtidai istintaq zamanı verdiyi detallı ifadəsində təsvir olunan kifayət qədər dəqiq məqamlar onun Təqsirləndirilən şəxs ilə apardığı qeydç alınmış danışıqlarının mətnləri ilə tam uzlaşır. Həm də mətnlərinin və səslərin məxsusluğunun mübahisələndirilmədiyi həmin fonoqram danışıqlarının məzmununda Təqsirləndirilən şəxs israr etdiyi kimi Şahid1 prokurorluğa gəlməsinin təmin edilməsi üçün onun pul barədə verdiyi vədlərini qəbul etməsinə, guya bu məbləğlərin zərərçəkmişlərə ödənilməsi üçün istənilməsinə dəlalət edən, yaxud belə niyyəti ehtimal etməyə belə əsas verə biləcək hər hansı məqam mövcud deyildir. Təqsirləndirilən şəxs Mircəfər oğlunun özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 və Şahid3 ilə apardığı telefon danışıqlarına dair statistik məlumatların açıqlamaları da elan edilmiş ittihamın təsdiqinə yönələn birbaşa sübutlardır. Belə ki, texniki kanallardan əldə edilmiş və hər hansı mübahisə doğurması mümkünsüz olan həmin danışıqların aparıldığı vaxtlar, onların intensivliyi, danışıqların davamiyyət müddəti təqsirləndirilən şəxsə istinad edilən əməlin törədilməsinin təsdiqinə yönəlmiş mühüm dəlillərdir. Bütün bunlar da nəzərə alınmaqla məhkəmə, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü və 311.3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinin tam sübuta yetirildiyi, onun qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması ilə bağlı gəldiyi tərəddüdsüz nəticəni tam əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü və 311.3.4-cü maddələrinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Yuxarıda şərh olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü və 311.3.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əvvəllər məhkum olunmamasını, ona qarşı hər hansı tələb və şikayətin olmamasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 41-45). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Şahid1 aid “İphone” markalı mobil telefondan götürülmüş məlumatların əks olunduğu disk, “Azercell”, “Bakcell” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş telefon danışıqlarının əks olunduğu 3 ədəd CD disk və “Turbo.az” internet avtomobil satış portalından çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 300 (üç yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 37). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü və 311.3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Şahid1 aid “İphone” markalı mobil telefondan götürülmüş məlumatların yazıldığı disk, “Azercell”, “Bakcell” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş telefon danışıqlarının əks olunduğu 3 ədəd CD disk və “Turbo.az” internet avtomobil satış portalından çıxarış cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 300 (üç yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar