Məhkəmə qərarları › İş №1(101)-513/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-513/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-513/2025 03.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X10 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 10,628 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 15 aprel 2024-cü il tarixdə, saat 11:15-də Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tətəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4ləşən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 10,628 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl ittiham aktında göstərilən ünvanda olmuşdur. Lakin orada qeyd edildiyi kimi polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etməmişlər. O, tutularaq bölməyə aparılmışdır. Başqa cinayət işi ilə əlaqədar polis nəzarəti altında olduğundan polislər onun evinə gedib-gəlmişlər. İş üzrə şahid qismində dindirilmiş Mətin adlı polis əməkdaşının onunla ədavəti və düşmənçiliyi vardır. Maştağada yerləşən narkoloji dispanserdə müalicə almış, “İnşaatçılar” metrosunun yaxınlığında yerləşən narkolojidən “tramadol”, “alisa” və “hemosipan” adlı dərmanlar almışdır. Tutulduqdan sonra polis əməkdaşları onun üzərinə narkotik vasitə qoymuşlar. Daha sonra bölmə rəisi Samir müəllimin yanına aparılmışdır. Samir müəllim narkotik vasitənin onun üstünə yüklənməsi barədə göstəriş vermişdir. Polislər ifadə verərkən onun haqqında “bardak”, “priton” almasını bildirmişlər. O, polislərə belə bir şey olmadığını demişdir. Bundan başqa onun istifadəsində olan telefon ekspertizadan keçmiş, telefon “təmiz” çıxmışdır. İbtidai istintaq zamanı Mətin və David adlı polis əməkdaşlarının təzyiqi ilə üzləşdiyi üçün narkotik vasitəni boynuna götürmüşdür. Polislər 1 kiloqram narkotik vasitəni onun qabağına qoymuş və boynuna götürməsini istəmişlər. Bu səbəbdən az miqdarda narkotik vasitəni boynuna götürməyə razı olmuşdur. Saxlanılarkən “Araz” marketin mühafizəçisi də görmüşdür. Lakin o, istintaq zamanı dindirilməmişdir. Saxlanılan kimi dərhal üzərinə şəxsi axtarış keçirilmişdir. Çəkiliş zamanı David metamfetamini gətirmiş, təhqiqatçı ona videoçəkilişdə həmin metamfetamini tanımadığı şəxsdən aldığını deməsini bildirmişdir. İbtidai istintaq zamanı vemriş olduğu ifadəsini təsdiq etmir. Təqsirləndirilən Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 15 aprel 2024-cü il tarixdə, saat 11:15-də piyada hərəkətdə olduğu zaman ünvan 3 ünvanın qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demişlər. Ondan özünü təqdim etməyini xahiş etdikdə onlara Təqsirləndirilən şəxs olduğunu demişdir. Ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib və barəsində olan təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərarla onu tanış etmişlər. Ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir predmetin olub-olmadığını soruşmuşlar. Polis əməkdaşlarından yayınmağın mümkün olmayacağını başa düşmüş və səmimi olaraq üzərində psixotrop maddə “patı” olduğunu demişdir. Saxlanıldığı yerdə onun üzərinə şəxsi axtarış keçirilməsinin və müvafiq sənədləşmə işlərinin aparılması mümkün olmadığı üçün onun Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə dəvət etdikdə etirazının olmadığını bildirmişdir. Onu xidməti avtomobilə əyləşdirib Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin inzibati binasına gətirmişlər. Bölmənin inzibati binasında hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Ondan vəkilinin olub-olmadığı və ya öz hesabına vəkil dəvət etmək istəyib-istəmədiyi soruşulmuşdur. O, dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini demişdir. Ona 5 saylı Vəkil Bürosu və 14 saylı Vəkil Bürosunun vəkillərinin adlı siyahıları təqdim edilmiş, müvafiq ərizə yazmış və vəkili X4 gəldikdən sonra onunla konfıdensial görüşü polis əməkdaşları tərəfindən təmin edilmişdir. Sonra videoçəkiliş üçün mütəxəssis dəvət edilmiş, mütəxəssisə etirazının olmadığını bildirmişdir. Sonra vəkili X1 iştirakı iiə videoçəkiiiş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə ona hüquq və vəzifələri izah olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs olduğunu, xx xxxxxxx 1967-ci il tarixdə Bakı şəhərində anadan olduğunu, Bakı şəhəri Yasamal rayonu, islam Səfərli küçəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, S.Əbilov a küçəsi, ev 121, mənzil 5-də yaşadığını, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, vəkili X2, videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməsinə, çəkilişi aparan kriminalistə, Bakı şəhəri Nəsimi rayon prokuroruna və təhqiqatçıya etirzının olmadığını, saxlanılan zaman ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilmədiyini, üzərinə şəxsi axtarış keçirilmədən öncə hər hansı bir müdaxilə edilmədiyini, Azərbaycan dilini mükəmməl bildiyimi, Azərbaycan dilində orta təhsil aldığını, tərcüməçinin köməyindən istifadə etməyə ehtiyacının olmadığını bildirmişdir. Sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. O, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon və 01 ədəd 10 manatlıq pul əskinasını çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra həmin şalvarın sağ yan cibindən şəffaf sellofan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Sonra polis əməkdaşı tərəfindən üzərimə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq üzərindən aşkar edilərək götürülmüş bükümün içərisindəki kütlənin psixotrop maddə “patı, şüşə” olduğunu, həmin kütləni 15 gün əwvəl Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin şəxsən tanımadığım İbrahim adlı şəxsdən 60 manat qarşılığında əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində daşıyaraq saxladığını demişdir. Sonra üzərindən aşkar edilərək götürülmüş büküm açılmış və içərisində ağ rəngli, kristal şəkilli kütlənin olması müşahidə edilmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və zərfi imzalarla təsdiq etmişlər. Üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyətli olduğundan götürülmüşdür. Üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş 01 ədəd 10 manatlıq pul əskinası özünə qaytarılmış və çəkiliş dayandırılmışdır. Üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunduqdan sonra yenidən videoçəkiliş aparılmış, protokolu imzalarla təsdiq etmişlər və videoçəkiliş dayandırılmışdır.15 aprel 2024-cü il tarixdə, saat 11:15-də ünvan 3 ünvanın qarşısında saxlanılan zaman, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə gətirilən zaman və polis bölməsinin inzibati binasında olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməyib və psixi təzyiq göstərilməyib. 15 aprel 2024-cü il tarixdə, saat 11:15-də ünvan 3 ünvanın qarşısında saxlanılan zaman, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə gətirilən zaman və polis bölməsinin inzibati binasında olan zaman vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə hər hansı bir müdaxilə etməyib. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 15 aprel 2024-cü ildə Nazim adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Davidlə birlikdə Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 23 ünvanına getmişlər. Xarici görünüşü məlumatda qeyd olunan əlamətlərə oxşayan şəxsi görmüş və yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxs Təqsirləndirilən şəxs olduğunu demişdir. Sonuncunu bölmyə aparmışlar. Bölmədə təhqiqatçı, kriminalist və vəkilin iştirakı ilə şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Nazimin üzərindən şəffaf rəngli büküm aşkar edilmişdir. Təhqiqatçı həmin bükümün nə olduğunu soruşduqda Nazim metamfetamin olduğunu demişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetamin qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şübhəli şəxs kimi saxlanılaraq bölməyə aparılan şəxslər növbətçi hissəyə təhvil verilmir. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və psixi təzyiq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. 15 aprel 2024-cü ildə Nazim adlı şəxsin üzərində narkotik olması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. İş yoldaşı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 11-12 radələrində Kubinka adlanın ərazidə, Ağadadaş Qurbanov küçəsi 23 ünvanında həmin şəxsə yaxınlaşmış və Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə inzibati otaqların birində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə videoçəkilişlə Nazimin üzərinə axtarış keçirilmiş, şəxsi axtaarış zamanı sonuncunun şağ cibindən şəffaf rəngli bükülmüş kristal maddə aşkar olunmuşdur. Nazim həmin bükümün psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Nazimin metamfetamini kimdən alması barədə dediklərini xatırlamır. Nazim saxlanılmamışdan əvvəl onun kiməsə narkotik vasitə satması barədə məlumatı olmamışdır. Sonradan əməliyyat tədbirləri davam etdirilməmiş və Nazimdən aşkar edilən metamfetaminin mənbəyi müəyyənləşdirilməmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və psixi təzyiq edilməmişdir. 15 aprel 2024-cü il tarixli raportdan görünür ki, Nazim adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, istifadəsi, saxlaması, daşıması, göndərməsi və satması bildirilir. Həmçinin müəyyən edilmişdir ki, Nazim adlı şəxs Təqsirləndirilən şəxsdur (Cild 1 i.v. 3,8) 15 aprel 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 11:30-da (faktiki saxlanılma 11:15-də) Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 26-27) 17 aprel 2024-cü il tarixli Nəsimi rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (İ.v. 100-103) 15 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində ola biləcək əşyaların təqdim edilməsi təklif edilmişdir. Bu təklifən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm və sol yan cibindən 01 ədəd 10 manatlıq əskinas və 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 01 ədəd şəffaf bükümün “patı” olduğunu, 10-15 gün əvvəl “Biləcəri” adlanan ərazidən üzdən tanıdığı, adlının İbrahim olduğunu, lakin digər məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi məqsədilə 60 manata aldığını demişdir. Bundan sonra həmin büküm qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının ekspertizasının 16 aprel 2024-cü tarixli, 3-16- 16/2-6/2020 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyekti üzərində AR DİN “Zərflər üçün №189” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində ağ rəngli kristal şəkilli maddə olan 01 ədəd şəffaf rəngli sellofan büküm...” və s. saoyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 10,628 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1 i.v. 66-68) Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2382 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v. 131-132) Məhkəmə-tibbi ekspertizasının 16 aprel 2024-cü il tarixli 444 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. (Cild 1 i.v. 129-130) 23 dekabr 2024-cü il tarixli komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 209 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “emosional davamsız şəxsiyyət pozuntusundan” əziyyət şəkməsi törətdiyi cinayət əməli dövründə öz hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlar idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs anlaqı hesab edilməlidir, onun əməli CM-nin 21.1 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda “emosional davamsız şəxsiyyət pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlar idarə etmək iqtidarındadır və onun əməli onun əməli CM-nin 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz prosessual hüquq və vəzifələrini şəxsən yerinə yetirmək və digər məhkəmə-istintaq hərəkətlərinə iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbirlə tətbiq edilməsinə ehtiyac yoxdur. 06 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 10,528 qram olan psixotrop maddə metamfetamin Nəsimi RPİnin maddi sübutların saxlanma anbarına təhviil verilmişdir. (Cild 1 i.v. 143-153) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublilasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Baki şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 04 ay 03 gün hissəsini çəkmədən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-219/2024 nömrəli 28 iyun 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (Cild 1 i.v. 134-135) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs əvvəlcə təhqiqatçının sualına saxlanarkən və saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını, üzərinə axtarış aparılmadığını bildirmişdir. Bundan sonra o, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd 10 manatlıq əskinas və 01 ədəd “Samsung” markalı mobil telefonu və sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 01 ədəd şəffaf bükümün “patı” olduğunu, 15 gün əvvəl “Biləcəri” adlanan ərazidən üzdən tanıdığı, adlının İbrahim olduğunu, lakin digər məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi məqsədilə 60 manata aldığını demişdir. Daha sonra həmin büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 118-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olubolmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı, avtomobilinə keçirilmiş baxış zamanı CPM-nin 236-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan metamfetamini könüllü təqdim etmişdir. Müdafiə tərəfi məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirdiyindən məhkəmə təqsirləndirilən şəxsin saxlanılmazdan əvvəl üzərində psixotrop maddə olub-olmadığını, olmadığı halda üzərindən aşkar edilmiş metamfetaminin polis əməkdaşları tərəfindən edilən təzyqilər nəticəsində üzərinə qoyulub-qoyulmadığını araşdırmalıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı tutulduğu yeri və saxlama şəraitini müahisələndirməmiş, lakin tutulmamışdan əvvəl üzərində narkotik vasitə olmadığını, yalnız polis əməkdaşları tərəfindən edilən təzyiqlərdən sonra şəxsi axtarış zamanı üzərindən aşkar edilən metamfetaminin onun olmasını etiraf etdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hissədə razılaşmayaraq qeyd edir ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Polis Bölməsinə aparıldıqdan sonra orada müdafiəçi ilə təmin olunmuş və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üzərində olan bir ədəd bükümdə metamfetamini təqdim etmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. İbtidai istintaqın sonrakı mərhələlərində də, həmçinin barəsində həbs qətimkan tədibiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı heç bi fikir bildirməmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı o da qeyd edilməlidir ki, sonuncu 15 aprel 2024-cü il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış, həmin tarixdə barəsində məhkəmə-tibbi ekspertizası keçirilməsi barədə qərar qəbul edilmiş və 15 aprel 2024-cü il tarixdə ekspertiza keçirilmişdir. Ekspertiza zamanı Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə saat 11 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını, heç bir xəsarət almadığını və tibbi yardım üçün müraciət etmədiyini göstərmişdir. Məhkəmə-tibbi ekspertizasının 16 aprel 2024-cü il tarixli 444 saylı rəyi ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində xəsarətlər olmadığı müəyyən edilmişdir. Ona görə də, polis əməkdaşları tərəfindən onun üzərinə psixotrop maddə metamfetaminin qoyulması və bu yöndə etirafedici ifadəsinin alınması inandırıcı hesab oluna bilməz. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən metamfetamin aşkar edilməsi ilə bağlı məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi deyil, ibtidai istintaq zamanı vermiş olduğu xx.xx.2024-cü il tarixli ifadələri daha mötəbər və inandırıcı hesab edilməlidir. İstintaq zamanı vermiş olduğu ifadəsi digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolları, şahidlərin ifadələri və işdə olan digər sübutlarla də dəstəklənmişdir. Həmçinin hazırki iş üzrə görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni psixotrop maddənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 10,628 qram qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıması və ünvan 3 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında şəhəri 15 aprel 2024-cü il tarixdə, saat 11:15-də Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin bölməyə aparılmış və orada keçirilən şəxsi axtarış zamanı üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 10,628 qram psixotrop maddə metamfetamin aşkar edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs psixotrop maddələri satış məqsədi ilə əldə etməsi ilə bağlı qeyd edir ki, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilən ümumi təmiz çəkisi 10,628 qram çəkidə metemfetamin xeyli miqdardan dəfələrlə çoxdur ki, bu da onun narkotik vasitələri şəxsi istifadəsi məqsədilə əldə etməsinə əsas verməyə imkan vermir. Məhkəmə satış məqsədi ilə bağlı həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-219/2024 nömrəli 28 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ilə məhkum edilmişdir. Göstərilən hökm 28 avqust 2024-cü il tarixdə qanuni qüvvəyə mindiyindən və həmin hökmlə bağlı məhkumluq ödənilmədiyindən və ya götürülmədiyindən onun bu məhkumluğunu təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin məcmusu var. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)- 219/2024 nömrəli 28 iyun 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və həmin hökmlə ona təyin edilmiş qəti cəzadan çıxılmış 2 (gün) müddət hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 iyul 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın yuxarı həddinin yarısından az olmayaraq cəza təyin etməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə saxlanılan iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 10,528 qram qram metamfetamin məhv edilməli, 1 ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 70 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi 3 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 1(006)-219/2024 nömrəli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki cinayət işi üzrə ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. 1(006)-219/2024 nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 15 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 10,528 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 1 ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 03 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar