Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-514/2021 27.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxxxx 1978-ci ildə İmişli rayonu, Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Sulutəpə qəsəbəsi, yeni yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs oğlu ağır nəticələrə səbəb olan adam oğurluğu etmişdir. Belə ki, o, 21 iyun 2020-ci il tarixdə saat 21:44-də ünvan 1 ünvanında yerləşən «Loğman» aptekə daxil olub həmin aptekdə işləyən tanışı Zərərçəkmiş şəxs qollarından və yaxasından tutub dartmaqla, həmçinin əlləri və ayağı ilə vurub tətbiq etməklə sonuncuya sol göz qapaqlarının qançır-şişkinliyi, sol gözaltı nahiyənin qançırı və həmin gözün ağlı qişasına qansızma, ənsə nahiyəsinin qançır-şişkinliyi, hər iki dodağın selikli qişasına qansızmalar, hər iki bazunun, hər iki dirsək oynağı nahiyəsinin, sağ saidin və sol budun qançırları xəsarətləri ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən və ağır nəticələrə səbəb olan xəsarətlər yetirib onu aptekdən çıxararaq istintaqa məlum olmayan taksi avtomobilinə əyləşdirib həmin avtomonbillə əvvəlcə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Məmmədoğlu» avtomobil təmiri servisinin qarşısına, daha sonra isə başqa taksi avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şosseində yerləşən «Ağ Otel»ə aparıb 22 iyun 2020-ci il axşam saatlarına qədər iradəsinə zidd surətdə orada saxlamaqla Zərərçəkmiş şəxs oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun kəbinli arvadıdır. Hadisə baş verməmişdən əvvəl 3 ilə yaxın bir ailə kimi yaşamışlar. Yoldaşı aptekdə işləyir. Aptekin müdiri isə Məhərrəm idi. Yoldaşı ilə Məhərrəmin telefon vasitəsi ilə yazışmalarını bilərək ondan şübhələnmiş və işdən çıxmasını tələb etmişdir. Yoldaşı işdən çıxmadıqda isə mübahisə baş vermiş və Elnarə valideynlərinin yaşadığı evə çıxıb getmişdir. Buna baxmayaraq Elnarəyə barışmağı, yanına qayıdıb birgə yaşamağı dəfələrlə təklif etmiş, lakin Elnarə təklifini qəbul etmədiyi üçün qərara almışdır ki, Elnarənin iş yerinə gedib onu zorla evinə aparsın. Özü “Məmmədoğlu” avtomobil təmiri sexində işləyir və 21 iyun 2020-ci il tarixdə axşam yanına gələn dostu Faiqə təklif etmişdir ki, birlikdə taksi ilə gedib Elnarəni “Memar Əcəmi” metrostansiyasının yanında yerləşən aptekdən götürüb evə aparsınlar. Faiq onun Elnarə ilə bir ailə olmasını bildiyi üçün buna etiraz etməmişdir. Bundan sonra hər ikisi taksi ilə Elnarənin işlədiyi aptekin qarşısına getmişlər. Orada Faiq taksidə qalmış, o isə aptekə daxil olaraq Elnarədən onunla getməsini tələb etmişdir. Elnarə etiraz etdikdə isə onun yaxasından və əlindən tutaraq aptekdən çıxarıb taksiyə əyləşdirmişdir. Elnarəyə heç bir xəsarət yetirməmiş, belə bir fikri də olmamışdır. Daha sonra o Elnarəni iş yerinə aparmış, oradan isə başqa bir taksi ilə Elnarəni “Ağ Otel”deyilən istirahət mərkəzinə gətirmişdir. Məqsədi onunla barışaraq birgə yaşamağa sövq etmək idi. Elnarə ilə bir gecə oteldə bir otaqda qalsalar da aralarında heç bir intim əlaqələri olmamışdır. Onu orada incitməmiş, ona qarşı zor tətbiq etməmiş, Elnarəyə sərbəst olaraq yaxınları ilə telefon əlaqəsi saxlamağa imkan vermişdir. Öz telefonunu isə o bağlamışdır. Səhəri gün isə telefonunu açdıqda gələn nömrələrə cavab verdikdə ona polis əməkdaşları cavab verərək ondan Elnarə ilə bağlı şikayət olunduğunu bildirmişlər. Daha sonra isə onun qardaşı Ramin də ona zəng vuraraq polis əməkdaşlarının onu axtardığını deyib Elnarəni geri qaytarmasını demişdir. Bundan sonra o, Elnarəni valideynlərinin yaşadığı evə taksi ilə aparıb düşürmüşdür. O, Elnarəni evinə qaytarmaq məqsədilə iş yerindən aparmış, onu oğurlamaq niyyəti olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi olaraq həyat yoldaşı olmuşdur. Hadisədən əvvəl təxminən 2 ilə yaxın olaraq onunla ər-arvad kimi yaşamışlar. O, ünvan 1 ünvanında yerləşən “Loğman” aptekdə əczaçı işləyir. Laçın isə maşın təmiri sexində işləyirdi. Laçın onun işlədiyi aptekə dərman almağa gəlib-gedən zaman tanış olmuşlar. Laçınla ilk əvvəl münasibətləri yaxşı olmuş, lakin onun içki aludəçisi olduğunu, spirtli içkilər qəbul etdikdən sonra onunla kobud rəftar etməsinə görə valideynlərinin evinə qayıtmışdır. Elə birinci ərindən də məhz bu səbəblərə görə ayrılmışdır. Laçın düz demir, onun aptekin müdiri olan Məhərrəm müəllimlə işçi-müdir münasibətləri olmuş, ola bilsin ki, müdir kimi Məhərrəm müəllim onun telefonuna zəng etsin, ancaq o zənglər xidməti məsələlərə aid olmuşdur. Lakin, Laçın ondan əl çəkməmiş, onu hədələyərək yanına qayıtmasını tələb edirdi. Yəni, Laçın ayrılmaları ilə barışa bilməmişdir. Sonuncu dəfə 21 iyun 2020-ci il tarixdə, saat 21:50 radələrində o, işlədiyi “Loğman” aptekində olarkən Laçın aptekə gələrək onun qolundan tutub onunla getməsini tələb etmiş, o, getməyəcəyini dedikdə isə Laçın onun əynində olan ağ xalatdan və paltarından dartmaqla onu aptekdən çölə çıxarmağa başlamış, iş yoldaşı Əliş müdaxilə etmək istəsə də Laçın ona əsəbi şəkildə qarışmamasını bildirmişdir. Qeyd etmək istəyir ki, iş yerində iş yoldaşları Laçını onun əri kimi tanımışlar. O, artıq Laçından canını qutara bilməyəcəyini görüb Laçına müdaxilə etmədən onunla birlikdə aptekdən küçəyə çıxmış, küçədə Laçınla birlikdə bir maşina minmiş, maşında sürücüdən savayı Laçının dostu Faiqi görmüş, lakin onlara Laçının ona qarşı zorakı hərəkətləri barədə heç bir söz deməmişdir. Hələ aptekdə olan zaman o, Laçına müqavimət göstərən zaman Laçın onun sifətinə və bədəninə əli ilə vurmuş, ekspertiza zamanı müəyyən edilən xəsarətlər məhz həmin vaxt yaranmışdır. Oradan onlar Laçının maşın ustası işlədiyi Biləcəri qəsəbəsində yerləşən “Məmmədoğlu” avtomobil servisinə getmişlər. Laçın ona özünün yaşadığı evə getməyi təklif etmiş, lakin o, valideynlərinin evinə getmək istədiyini dediyi üçün Laçın onunla mübahisə etmiş, hətta onu silahla vuracağını demişdir . Onun valideyn evinə getməkdə israrlı olduğunu görərək Laçın dostu Faiqə başqa bir taksi saxlamasını, onu valideynlərinin evinə aparacağını demişdir. Taksi gəldikdən sonra Laçınla yola çıxmışlar, taksidə Laçına zəng gəlmiş, Laçın telefonu ona verərək demişdir ki, aptekdə onunla birlikdə işləyən rəfiqəsi Vüsalədir. O, Vüsaləyə Laçının onu qaçırtdığını və hara aparacağını bilmədiyini demişdir. Laçın bundan sonra telefonu onun əlindən alaraq söndürmüşdür. Bundan sonra Laçın taksini onun yaşadığı ev istiqamətində deyil, Bakı- Sumqayıt şossesi istiqamətində sürdürmüşdür. Bir qədər getdikdən sonra həmin yolda yerləşən “Ağ Otel” adlı otelin qarşısına gəlmişlər. Laçınla birlikdə avtomobildən düşərək otelə daxil olmuşlar. Laçın oteldə gecələmək üçün otaq sifariş etmiş, bir gecə Laçınla orada qalmış, Laçın ona qarşı fiziki zor tətbiq etməmiş, aralarında intim əlaqələr olmamışdır. Səhəri gün, Laçın onu Lənkəran rayonuna aparmaq istədiyini, onunla bir ailə olaraq yaşamaq istədiyini demişdir. Lakin, o, Laçına etiraz etdiyi üçün Laçın bu fikrindən daşınmış, bundan sonra Laçının qardaşı Ramin də Laçına zəng edərək polisin onu axtardığını və onu yaşadığı evə aparmasını deməsindən sonra Laçın bir taksi ilə onu valideynlərinin evinə aparmışdır. Laçından polisə anası şikayət etmişdir. Anasına isə Laçının onu işdən aparmasını rəfiqəsi Vüsalə demişdir. Laçından hal-hazırda istədiyi odur ki, Laçın onu rahat buraxsın, onun şəxsi həyatına müdaxilə etməsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə qızının qeyri-rəsmi həyat yoldaşı olmuşdur. Elnarə Nəsimi rayonu, H.B.Əliyev küçəsi 2 ünvanında yerləşən “Loğman” aptekində işləyir. Təxminən iki ilə yaxındır ki, qızı Elnarə Təqsirləndirilən şəxsla tanış olub bir-birilərini sevmişlər. Laçının valideynləri bir neçə dəfə onun qızı Elnarə üçün onlara elçi gəlsələr də o, buna razı olmamışdır. Qızının Laçınla ailə münasibətləri sonuncunun yalan danışıqlarına və əvvəllər ailəli olduğunu bildiyi üçün ailə həyatları kəsilmiş, qızı onun evinə qayıdıb onlarda yaşamışdır. 21 iyun 2020-ci il tarixdə qızının rəfiqəsi və iş yoldaşı Vüsalə axşam saatlarında ona zəng edərək Laçının Elanərəni qaçırtdığını demiş, bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib qızının oğurlanması barədə məlumat vermişdir. Bundan bir gün sonra axsam tərəfi Elnarə evə gəlmiş və bildirmişdir ki, 21 iyun 2020-ci il tarixdə Laçın onun iş yerinə gəlib onu iş yerindən məcbur çıxarıb maşına otuzdurmuş iş yerinə, oradan isə başqa bir maşınla onu “Ağ Otelə” aparıb bir gecə oteldə bir yerdə olmuşlar. Laçından tələbi odur k, qızından əl çəksin, onların ailələrinə qarışmasın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “Loğman” aptekində işlədiyi əczaçı satıcı Zərərçəkmiş şəxs həyat yoldaşı kimi tanımışdır. Elnarə ilə Laçının ailə münasibətləri haqqında məlumatı olmamışdır. Həmçinin bildirir ki, Elnarəni tərbiyəli və əxlaqlı qadın kimi tanıyır. Elnarənin aptekin müdiri Məhərrəm müəllimlə işgüzar münasibətlərdən savayı başqa bir münasibətlərinin şahidi olmamışdır. 21 iyun 2020-ci il tarixdə işdə olduğu zaman, axşam saat təxminən 21:50 radələrində Laçın aptekə gəlmiş, Elnarəyə yaxınlaşaraq onunla getməsini tələb etmiş, Elnarə getmədikdə isə yaxasından tutub çıxışa tərəf çəkib aparmışdır. Ondan sonra Elnarə özü Laçının arxasınca aptekdən çıxıb getmişlər. Laçın Elnarənin yaxasından tutub çıxışa tərəf çəkəndə müdaxilə etmək istəmiş, lakin Laçın ailə işlərinə müdaxilə etmədiyini tələb etdiyi üçün dayanmışdır. Həmçinin onu da bildirir ki, aptekdə ikinci satıcı kimi Vüsalə adlı bir xanım da işləyir, Elnarə ilə Vüsalə rəfiqə olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Laçın Cəfrovu və Zərərçəkmiş şəxs tanıyır. Elnarə ilə ünvan 1 ünvanında yerləşən “Loğman” aptekində birlikdə işləyir. 21 iyun 2020-ci il tarixdə o, işdə olmamışdır. Lakin həmin gün saat 21 radələrində iş yoldaşı olan Əliş müəllim ona zəng edən zaman aptekdən qışqırıq səsləri eşitmişdir. Həmin səslər Laçınla Elnarənin səsləri olmuşdur. Elnarə Laçına «eləmə, eləmə»deyə qışqırırdı. Bundan sonra o, Elnarənin anasına zəng vurub işdə narahatçılıq olduğunu, Elnarəyə zəng etməsini demişdir. Bundan bir saat sonra Laçının telefonuna zəng etmiş, Laçın cavab verdikdə telefonu Elnarəyə verməsini xahiş etmiş, Laçın bir söz demədən telefonu Elnarəyə vermiş, Elnarə ağlaya-aclaya ona demişdir ki, Laçın onu aptekdən aparmışdır. Laçınla Elnarənin bir ailə kimi yaşamalarını bilməmişdir. Şahid3 verdiyi ifadəsi ilə əlaqədar təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əlavə ifaədə verərək göstərmişdir ki, Şahid3 ifadəsi ilə qismən razıdır. Belə ki, Vüsalə onunla Elnarənin ər-arvad kimi yaşadıqlarını yaxşı bilir, hətta o, əvvəllər aptekə gəldikdə ona deyirdi ki, Elnarənin aptekə borcu var, ödəsin. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, 10 ilə yaxındır ki, o, Cəfərov Laçın Kərim oğlunu tanııyır. Laçınla onun tanışlığı Laçının işlədiyi Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Məmmədoğlu” avtomobil təmiri servisindən yaranmışdır. Belə ki, Laçın həmin avtomobil təmiri servisində usta işlədiyinə görə o, avtomobnili təmir etdirmək məqsədilə Laçının yanına aparmışdır. Bununla da onun Laçınla müansibəti yaranmışdır. Sonuncu dəfə o, 21 iyun 2020-ci il tarixdə avtomobilini təmir etdirmək üçün Laçının işlədiyi təmir servisinə getmişdir. Servisdə Laçınla bir qədər söhbət etdikdən sonra Laçın ona öz arvadını “Memar Əcəmi” metrostansiyasının yanından işdən götürəcəyini ona deyib onunla birlikdə getməyi ondan xahiş etmişdir. Bundan sonra onlar taksi ilə Laçının dediyi yerə getmişlər. Laçın “Memar Əcəmi” metrosunun yaxınlığındakı “Loğman” aptekə çatdıqdan sonra Laçın taksi sürücüsünə avtomoboli aptekin qarşısında saxlamasını demiş, sürücü maşını saxladıqdan sonra Laçın maşından düşüb aptekə gemtişdir. Təxminən 2-3 dəqiqə sonra o, Laçının əynində ax xalat olan qadının qolundan tutub zorla avtomobilə tərəf gətirdiyini görmüşdür. O, həmin qadını ilk dəfə idi ki, görmüş, qadının Laçının arvadı olduğunu düşünüb onların işinə müdaxilə etməmişdir. Laçın qadını avtomobildə qabaq oturcaqda otuzdurmuş, onlar isə arxa oturacaqda oturmuşlar. Həmin qadın qışqıran zaman Laçın qadını vurmaq istədikdə o, Laçının əlindən tutaraq qadını vurmağa qoymamışdır. Laçından nə üçün belə etdiyini soruşduqda Laçın ona həmin qadının özünün arvadı olduğunu demişdir. Daha sonra onlar həmin avtomonillə yenidən “Məmmədoğlu” avtomobil servisinə qayıtmışlar. Laçın taksidən düşdükdən soonra o, nə baş vediyini soruşsa da qadın ona heç nə deməmişdir. Qadının özü də ona və sürücüyə heç nə demədiyindən onlar qadından heç nə soruşmamışlar. Həmin taksi ilə onlar saat 21:50 radələrində Biləcəri qəsəbəsində olan “Məmmədoğlu” servisinə gəlmişlər. Laçın ona taksi çağırmağı dedikdən sonra o, taksi çağırmış və taksi gəldikdən sonra Laçınla qadını yola salmışdır, onun özü isə evə getmişdir. Laçın ona Əhmədli qəsəbəsinə gedəckəklərini demişdir. Bundan sonra onların hara getdiklıərindən onun xəbəri olmayıb. O, Laçının maşına məcbur gətirib otuzduruğu qadını döydüyünü görməyib, ola bilsin ki, Laçın qadını aptekdə vurub. O, həmin qadının Laçının həyat yoldaşı olduğunu düşünüb onların işinə qarışmamışdır. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməllərinində təqsirliliyi qismən olaraq öz ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin məsul növbətçisinin Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisinə ünvanladığı 21.06.22020-ci il tarixli raportdan müəyyən olunur ki, 21.06.2020-ci il tarixdə, saat 23:43 radələrində DİN-nin 102 xidmətinə qadını evlənmək məqsədi ilə qaçırma barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisinə Şahid4 ünvanladığı 21.06.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 21.06.2020-ci il tarixdə, saat 22:30 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zorla metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında yerləşən «Loğman» aptekinin qarşısından evlənmək məqsədilə qaçırmışdır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 19cu PŞ-nin rəisinə ünvanlanan 23.06.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 21.06.2020-ci il tarixdə, saat 21:50 radələrində işlədiyi «Loğman» adlı aptekdə olarkən əvvəllər tanıdığı Laçın onu məcbur qaçıraraq «Ağ Otelə» aparmışdır. Məhkəmədə elan edilib araşdırılmış «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» 21 iyul 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 144.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroru qarşısında vəsasət qaldırılmış, lakin Nəsimi rayon prokuroru tərəfindən vəsatətin müdafiəsindən imtina haqqında qərar qəbul edilmişdir. 23 iyul 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı 21 iyul 2020-ci il tarixdən 23 iyul 2020-ci tarixədək, cəmi 03 gün həbsdə saxlanımışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi ekspertizasının 23.06.2020-ci il tarixli, 499 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol göz qapaqlarının qançır-şişkinliyi, sol gözaltı nahiyənin qançırı və həmin gözün ağlı qişasına qansızma, ənsə nahiyəsinin qançır-şişkinliyi, hər iki dodağın selikli qişasına qansızmalar, hər iki bazunun, hər iki dirsək oynağı nahiyəsinin, sağ saidin və sol budun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 21.06.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl,ayaq və s.) təsirindən əmələ gələ bilərdi və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Məhkəmədə elan edilib araşdırılmış «baxış aparılması haqqında» 10.09.2020-ciil tarixli protokoldan müəyyən olunur ki, “DVD” diskdə 21.06.2020-ci il tarixdə, saat 21:43 radələrində ünvan 1 ünvanda yerləşən “Loğman” aptekində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zor tətbiq edərək sonuncunun iradəsinə zidd olaraq Zərərçəkmiş şəxs aptekdən oğurlaması qeydə alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs oğlunun məhkumluğuna dair tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06.05.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay 27 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Binəqədi rayon Məhkəməsinin 16.08.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 02 ay müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilməklə barəsində 02 il müddətinə şərti sınaq müddəti tətbiq edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.07.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş, 28.03.2018ci il tarixdə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxsin əməli CM-nin 178.3.2-ci maddəsindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək cəzası 04 il 01 aya endirilmiş və cəzasını çəkib qurtardığından azad olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 12.11.2020-ci il tarixli “Sübutların qiymətləndirilmsi haqqında» qərardan müəyyən olunur ki, cinayət işi üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Cinayətlərin təsnifatına görə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulan əməli Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən “xüsusilə ağır cinayət” hesab olunur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət– Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Beləliklə, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib məhkəmə iclasından həbsə alınmalı, cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyul 2020-ci il tarixdən 23 iyul 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddət- 03 gün ona təyin olunan cəza müddətindən çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 (i/v 200), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 üçün 420 (dörd yüz iyirmi) manat, müdafəçi Müdafiəçi oğlu üçün isə 300 AZN (üç yüz manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 iyul 2020-ci il tarixdən 23 iyul 2020-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün müddət ona təyin olunmuş cəzaya daxil edilməklə üzərində qəti olaraq 09 (doqquzi) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəzasının əvvəli “27” may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X5 üçün 420 (dörd yüz iyirmi) manat pul, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 300 AZN (üç yüz manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-514/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-514/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver