Məhkəmə qərarları › İş №1(101)-514/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-514/2022

24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-514/2022 24.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Müdafiəçi Tərcüməçi: X2 iştirakları ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı "Əli” adlı şəxs, X5 və Cəfər-zadə Kamran Azər oğlu ilə əvvəlcədən razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Əli” adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda - 9,249 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda - 13,971 qram çəkidə narkotik vasitə heroini əldə edib aralarında bölməklə Kamran Cəfər-zadə külli miqdarda - 2,313 qram çəkidə psixotrop maddə metamfetamini, Təqsirləndirilən şəxs - 1,932 qram çəkidə narkotik vasitə heroini üzərilərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi “LukoıT’ yanacaq doldurma məntəqəsinin yaxınlığına, Dəryanur Nəcəfov isə külli miqdarda- 6,936 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda-12,039 qram çəkidə narkotik vasitə heroini üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 may 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Kamran Cəfər-zadə həmin gün saat 16.30-da, Dəryanur Nəcəfov isə həmin gün saat 18.45-də göstərilən ünvanlarda saxlanılaraq ünvan 3 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Kamran Cəfər-zadənin əlindəki əl çantasından bir ədəd bükümdə külli miqdarda-2,313 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs əl çantasından üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,380 qram, 0,281 qram və 0,271 qram olmaqla ümumilikdə 1,932 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi, Dəryanur Nəcəfovun əynindəki şalvarının sol yan cibindən iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,837 qram və 2,099 qram olmaqla ümumilikdə külli miqdarda 6,936 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, altı ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,680 qram, 0,592 qram, 0,650 qram, 0,051 qram, 7,111 qram və 2,955 qram olmaqla ümumilikdə külli miqdarda 12,039 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o Kamran Cəfər-zadə ilə eyni evdə yaşayırdı. Hər ikisi narkotik vasitədən istifadə edirdi. 27 may 2021-ci il tarixdə narkotik vasitə almaq üçün Dəryanur ilə görüşdülər və Kamran ona pul verdi ki, pulu Dəryanura versin. Həmin gün Dəryanurdan 2 ayrı bükümdə 2 qram narkotik vasitə olan heroin aldı. Dəryanura 30-40 manat pul verdi. Narkotik vasitəni aldıqdan sonra evə getdilər. Evdə narkotik vasitəni Kamranla bölüşdü, 1 qram Kamranda, 1 qram isə onda qaldı. Növbəti gün, yəni 28 may 2021-ci il tarixdə təqribən saat 16-17 radələrində Razin adlanan yerdə əməliyyatçılar tərəfindən saxlanıldılar, onlar Kamranla onu ayrı-ayrı avtomobillərə əyləşdirdilər və avtomobilin içində üzərlərində şəxsi axtarış keçirdilər. O narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Dəryanurdan aldıqları narkotik vasitəni 3- 4 gün istifadə edəcəkdilər. Dəryanurdan bir neçə dəfə narkotik vasitə almışdılar. Onlar saxlanılarkən üzərlərində umumi olaraq 1,03 qram narkotik vasitə var idi. Əməliyyatçılar onlara bildirdilər ki, onlara 5 qram narkotik vasitə verəcəklər və onlar həmin narkotik vasitəni aralarında bölüşərək videoçəkiliş zamanı onların verdikləri narkotik vasitəni şəxsi istifadələri üçün əldə etdiklərini bildirəcəklər. Bundan əlavə, onlar bu dediklərini edəcəkləri təqdirdə 36 saatdan sonra onları buraxacaqlarını və işləri üzrə icraatın onlar azadlıqda olarkən 6 ay ərzində aparılacağını bildirdilər. Videoçəkiliş oldu və bundan sonra onarı kameraya apardılar. Onu buraxdılar, Kamranı isə təcridxanaya göndərdilər. Dəryanurun narkotik vasitəni İran İslam Respublikasından gətirdiyini bilmirdi, ona narkotik vasitə satmaqda köməklik etməmişdir. Narkotik vasitədən istifadə etdiyi üçün peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyir. 28 may 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Cəfər-zadə Kamranın və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr saxlaması göstərilmişdi. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradıldı və mən də həmin əməliyyat qrupunda iştirak edirdi. Şahid4 qrup rəhbəri idi. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 may 2021-ci il tarixdə saat 16 radələrində Cəfər-zadə Kamran və Təqsirləndirilən şəxs tərəflərindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi, «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldı. Orada onların hər ikisinin üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı səhv etmirsə, Kamran Cəfər-zadənin üzərində 1 büküm və Təqsirləndirilən şəxs üzərində isə 3 bükümdə narkotik vasitə olan heroin aşkar edildi. Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid5 verdiyi ifadəsinə uyğun ifadə vermişdirlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə başqaları ilə əvvəlcədən razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitənin satmasına dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəni heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrində narkotik vasitəni satış məqsədi ilə aldığını etiraf etməmişdir. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011ci il tarixli Qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışalara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa, adı çəkilən Qərarın 9-cu bəndindəki izahda sadalanan hallar da mövcud deyildir. Həmin bəndə izah olunur ki, “... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir. Bundan başqa, adı çəkilən Plenumun Qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlara əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas (o cümlədən Plenumun qeyd olunan izahında göstərilən hallar) iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cü maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi qəbul edilə bilənlərə yalnız şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlərin aid edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanın Təqsirləndirilən şəxs verdiyi izahatlara istinad etməklə onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticələri Təqsirləndirilən şəxs narkotik vasitə satması kimi ilə bağlı ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs başqaları ilə əvvəlcədən razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin əldə edib saxlaması kimi qiymətləndirir. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham olunan epizod üzrə əməlində cinayət tərkibi olmadığından həmin ittiham üzrə ona bəraət verilməlidir. Belə ki, qeyd olunan əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq təqsirləndirilən şəxsin narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərməsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Cinayət işində olan sübutların qiymətləndirilməsi haqqında qərardan da görünür ki, “Əli" adlı İran İslam Respublikası vətəndaşının müəyyən edilməsi ilə bağlı cinayət işi ayrılmış və ibtidai istintaqına başlanılmışdır. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsindən görünür ki, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi başa düşülür. Hazırkı iş üzrə isə narkotik vasitənin Azərbaycan Respublikasına ölkə xaricindən gəlməsi və ya gəldiyi təqdirdə onun nə vaxt və hansı şəraitdə keçirilməsi müəyyən edilmir, qeyd edilən malların ölkə xaricindən gəlməsi təqdirində belə, təqsirləndirilən şəxsin gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu keçirilməsinə köməklik göstərməsini dair hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-cİ maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1 -ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunvericilik hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir”. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinə köməkçi qismində təqsiri iş materialları ilə sübut edilmədiyindən, onun narkotik vasitəsinin ölkə xaricindən gəlməsini, şəxsin İran İslam Respublikasının vətəndaşı olması ilə əlaqələndirirək bu cür nəticəyə gəlməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 29 may 2021-ci il tarixli 6/2148 nömrəli rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Cəfər-zadə Kamran Azər oğlunun üzərindən....” sözləri olan 1 N°-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,313 qram olan ağ rəngli kristalik hissəciklərindən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 2 N-li zərfdəki üç ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,380 qram, 0,281 qram və 0,271 qram olmaqla ümumi təmiz çəkisi 1,932 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin üzərində və bir ədəd qızılı rəngli qabın içərisində tərəzidə narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri ilə maddə nümunələri arasında müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Qeyd: 1 N-li zərfdəki metamfetaminin təmiz çəkisi - 2,313 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq - 2,263 qram; 2 N-İİ zərfdəki heroinin ümumi təmiz çəkisi - 1,932 qram, tədqiqata sərf edildİ-0,090 qram, qalıq - 1,842 qram. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 29 may 2021-ci il tarixli 6/2147 nömrəli rəyindən görünür ki, üzərində “Şübhəli şəxs X3....” sözləri olan zərfdəki altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,680 qram, 0,592 qram, 0,650 qram, 0,051 qram, 7,111 qram və 2,955 qram ümumi təmiz çəkisi 12,039 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, İki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 4,837 qram və 2,099 qram, ümumi təmiz çəkisi 6,936 qram olan ağ rəngli kristalik hissəciklərindən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Bir ədəd elektron tərəzinin üzərində və bir ədəd qızılı rəngli qabın içərisində tərəzidə narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri ilə maddə nümunələri arasında müqayisəli tədqiqat aparmaq mümkün deyildir.Qeyd: Heroinin ümumi təmiz çəkisi - 12,039 qram, tədqiqata sərf edildi - 0,120 qram, qalıq - 11,919 qram; metamfetaminin ümumi təmiz çəkisi - 6,936 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 6,836 qram. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2021 -ci il tarixli 6/2276 nömrəli rəyindən görünür ki, üzərində “Şübhəli şəxs X3....” sözləri olan zərfdəki altı ədəd bükümdə ümumi təmiz çəkisi 11,919 qram olan narkotik vasitə heroin və üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...’' sözləri olan zərfdəki üç ədəd bükümdə ümumi təmiz çəkisi 1,842 qram olan narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidilər. Üzərində “Şübhəli şəxs X3....” sözləri olan zərfdəki 2 ədəd bükümdə ümumi təmiz çəkisi 6,836 qram olan psixotrop maddə metamfetaminlərlə üzərində “Şübhəli şəxs Cəfər-zadə Kamran Azər oğlunun üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,263 qram olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidilər. Qeyd:1 N-li paketdəki metamfetaminin qalığı-6,736 qram,heroinin qalığı 11,799 qram; 2 N-li paketdə 1 N°-li zərfdəki metamfetaminin qalığı - 2,213 qram, 2 N°-li zərfdəki heroinin qalığı 1,752 qram. Cinayət işindən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Dəryanur Əliəsgər oğluna məxsus “Samsunq” markalı, Cəfər-zadə Kamran Azər oğluna məxsus "İphone X” markalı, Təqsirləndirilən şəxs məxsus “Samsung A3” və “Samsung A 01” markalı mobil telefon cihazlarına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, X5 ***-***-**-** saylı, Təqsirləndirilən şəxs isə ***-***-**-** mobil telefon nömrəsi istifadə etmişlər. Keçirilən baxış zamanı müxtəlif mobil telefon nömrələrindən Dəryanur Nəcəfovun istifadə etdiyi ***-***-**- ** saylı mobil telefon nömrəsinə “lazim olanda da sen tapilmirsan 2 qram kola lazımdi pul elimde acmirsan teli, “Qaqa getirirem telefonu , pulda birazdan olacaq, qozduyurem.7 kola 3 daw verirsen qetirim“Ne qeder X13 Yazki,bilirsenda X9 X14 X15,birda Diyir Kola 1-2 Dene Artiq AlinaE, “X10 Hec Olmasa 5 Kola 2-3 X11? sözləri yazılmış SMS mesajları daxil olmuşdur. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsindən əhəmiyyət kəsb edən mesajlar müşahidə edilməmişdir. Cinayət işində olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X8 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə 28 may 2021-ci il tarixli protokoldan görünür ki, Cəfər-zadə Kamran Azər oğlu və Təqsirləndirilən şəxs həmin gün saat 16.30-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi “Lukoil" yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Kamran Cəfər-zadənin əlindəki əl çantasından bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, Təqsirləndirilən şəxs isə əl çantasından üç ədəd bükümlərdə narkotik vasitə heroinə bənzər maddə, elektron tərəzi, bir ədəd qızılı rəngli plasmas qab aşkar edilərək götürülmüşdür. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2021-ci il tarixli 1676 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda 28 may 2021-ci il tarixində tulsa da, onun barəsində 29 may 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqda seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməklə, cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulanədək dayandırılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı bir məlumat daxil omadığından, digər təqsirləndirilən şəxslər X5 və Cəfər-zadə Kamran Azər oğlu barəsində cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində ayrıca cinayət işi ayrılmış, ayrılmış cinayət işinə əlavə nömrə verilmiş və ayrılmış cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının rəisinin 29 mart 2022-ci il tarixli 17\38-1820 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdə Sabunçu rayon Polsi İdarəsinin 13-cü PB-nin əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tutulduğundan icraat təzələnmişdir. Cinayət işində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2021-ci il 1(101)- 263/2022 saylı hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri 5 (beş) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, cəza çəkmə müddətinin əvvəli 28 may 2021-ci tarixdən hesablanmışdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Cəfər-zadə Kamran Azər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri ilə 5 (beş) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cəfər-zadə Kamran Azər oğluna cəza çəkmə müddətinin əvvəli 28 may 2021-ci tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 5 ( beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,736 qram psixotrop maddə metamfetaminin, qalıq çəkisi 11,799 qram narkotik vasitə heroinin, qalıq çəkisi 2,213 qram psixotrop maddə metamfetaminin, qalıq çəkisi 1,752 qram narkotik vasitə heroinin, iki ədəd elektron tərəzinin və bir ədəd qızılı rəngli qabın həllinə, barəsində əlavə nömrə verilməklə dayandırılmış ayrıca cinayət işi üzrə Təqsirləndirilən şəxs tapılıb həmin cinayət işinə baxılıb qurtardıqdan sonra hüquqi qiymət verilməsi qərara alınmışdır və hazırki cinayət işində olan 2 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. Cinayət işində olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1009/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(101)263/2022 saylı hökmü Cəfər-zadə Kamran Azər oğluna aid hissədə qismən ləğv olunmuş, Cəfər-zadə Kamran Azər oğluna Azərbaycan Respublikası CM-nin 206.3.2ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş və Cəfər-zadə Kamran Azər oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasını 28 may 2021-ci il tarixdən hesablanmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin istifadə etməsindən peşman olmasını, qadın olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,736 qram psixotrop maddə metamfetaminin, qalıq çəkisi 11,799 qram narkotik vasitə heroinin, qalıq çəkisi 2,213 qram psixotrop maddə metamfetaminin, qalıq çəkisi 1,752 qram narkotik vasitə heroinin, iki ədəd elektron tərəzinin və bir ədəd qızılı rəngli qab hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 2 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə məhkəmə məsrəflərini təşkil edən 245 (iki yüz qırx beş) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci digər təqsirləndirilən şəxslər X5 və Cəfər-zadə Kamran Azər oğludan müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi barədə qərar qəbul edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 may 2021-ci il tarixindən 29 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla, həmin gün təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxdan 15 mart 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,736 qram psixotrop maddə metamfetaminin, qalıq çəkisi 11,799 qram narkotik vasitə heroinin, qalıq çəkisi 2,213 qram psixotrop maddə metamfetaminin, qalıq çəkisi 1,752 qram narkotik vasitə heroin, iki ədəd elektron tərəzi və bir ədəd qızılı rəngli qab hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin, cinayət işində olan 2 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 245 (iki yüz qırx beş) manat 46 (qırx altı) qəpik ekspertiza xərci ayrlmış cinayət işi üzrə digər təqsirləndirilən şəxslər X5 və Cəfərzadə Kamran Azər oğlundan müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi barədə qərar qəbul edilməsi nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar