Məhkəmə qərarları › İş №1(101)-515/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-515/2021

02.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-515/2021 02.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ 02 avqust 2021-ci il Bakı şəhəri Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2, X7 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxx 1977-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri, xx xxxxxxxx 1997-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışlar. Belə ki, Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 və İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan «Rəhman» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb istifadəsində olan, istintaqla müəyyən edilməsi mümkün olmayan mobil telefonun «Whatsapp» internet sosial şəbəkəsi vasitəsi ilə yazışaraq, «Rəhman» adlı şəxsin ona Abşeron rayonu, Novxanı kəndi H.Əliyev prospektində “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında küçədə ağ və sarı rəngli polietilen torbanın içində 1020 qram çəkidə və ağ rəngli polietilen torbanın içindən 2020 qram çəkidə kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə olan heroinin gizlədildiyi barədə məlumat verdikdən sonra, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə satış məqsədi ilə həmin külli miqdarda cəmi 3040 qram çəkidə narkotik vasitə olan heroini oradan götürüb əldə etməklə daşıyıb üzərində saxlamış, 08 sentyabr 2020-ci il tarixdə saat 02:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılmış, orada Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı sağ əlində saxladığı ağ rəngli polietilen torbanın içindən çəkisi 2020 qram, Təqsirləndirilən şəxs2 üzərinə isə keçirilən şəxsi axtarış zamanı sağ əlində saxladığı ağ və sarı rəngli polietilen torbanın içində çəkisi 1020 qram olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, Lənkəran şəhərində həm də qonşu olduğu Təqsirləndirilən şəxs2 tutulmazdan təxminən iki il əvvəldən tanımışdır. Özü heroindən istifadə edir. Ayhanla da bir neçə dəfə birlikdə heroin istifadə etmişdir.Tutulmazdan bir ay əvvəl tanış olduğu Rəhman ona telefonla bir bağlamanı götürüb müəyyən yerə çatdırmağı xahiş etmişdir. Vaxtı çatanda Rəhman onunla danışmış və şəhəri yaxşı tanımadığı üçün Ayxandan onunla birlikdə Novxanıya getməyi xahiş etmişdir. Ayxan da ancaq kömək xatirinə ona qoşulmuşdur. 07 sentyabr 2020-ci il tarixdə axşam saatlarında iranlı Rəhman “WhatsApp”la onun ***-***- **-** nömrəsinə zəng etmiş və Novxanı kəndinə gedib bağlamanı götürməsini demişdir. O da Ayhanla zəngləşmiş, Ayhan taksi ilə gəlib Xırdalan şəhəri «Riyad» Ticarət mərkəzinin yaxınlığında yerləşən keçidin yanından onu götürmüşdür. Novxanı qəsəbəsində “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında taksidən düşmüş və taksinin haqqını verib yola salmışdır. Bir qədər gözləyəndən sonra o, Rəhmanla əlaqə saxlamış, Rəhman ona bağlamanı yanacaq doldurma məntəqəsinin yaxınlığında dalanda qırmızı rəngli darvazalı yaşayış evinin qarşısında küçədə torpağa basdırılmış kürəyin yanına yerə qoyduğunu demişdir. O, həmin dalana daxil olub rəngli darvazası olan evin qarşısında küçədə yerə basdırılmış kürəyin yanında ağ və sarı rəngli polietilen torbaları götürmüşdür. Həmin vaxt sonradan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildiyi mülki geyimli şəxslər onu və Ayhanı saxlayıb Abşeron rayon Polis İdarəsinə aparmışlar. Onlara qarşı çox kobud davranılmış, Ayhanı da döymüşlər. Abşeron rayon Polis İdarəsində üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, amma torbanın birini Ayhanın əlində aşkar edilmiş kimi sənədləşdirmişlər. İbtidai istinaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, atası vəfat etmişdir. Anası ünvan 5 ünvanında yaşayır. Subaydır, himayəsində övladı yoxdur. İstifadəsində ***-***-**-** və ***-***-**-** mobil nömrələri olmuşdur. 2020-ci ilin iyul ayından etibarən özü tək Abşeron rayonu, Xırdalan şəhəri, Riyad Ticarət mərkəzinin yaxınlığında ünvanı bilmədiyi evdə kirayə yaşayır. 2 il olar ki, Təqsirləndirilən şəxs2 tanıyır, belə ki, onun Lənkəran rayonunda yerləşən evi ilə, Ayhanın Lənkəran rayonunda yerləşən nənəsinin evi yaxın yerləşir, Lənkəran rayonunda Ayhan qonşusudur. Ayhan özü Abşeron rayonu Kristal Abşeron yaşayış massivində yaşayır. O, bir müddət narkotik vasitə olan heroini siqaretin gümüşü kağızına doldurub yandırıb çəkməklə istifadə edir. Ayhanla da bir neçə dəfə narkotik vasitə heroin istifadə etmişdir. Təxminən 1 ay əvvəl yəni 2020-ci ilin avqust ayının əvvəllərində o “Facebook” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı kimi təqdim etdiyi Rəhman adlı şəxslə tanış olmuşdur. Rəhman ona bildirmişdir ki, o, Azərbaycan Respublikasında yaşayır, Azərbaycan Respublikasında narkotik vasitə heroinin satışı ilə məşğul olur, Azərbaycan Respublikası ərazisində ona təşkil edə bilər, ona Rəhman təklif etmişdir ki, əgər heroin təşkil edəndən sonra ona həmin heroini satışında lazımi yerlərə, lazımi ünvanlara lazımi qədər çatdırmaqda kömək etsə, Rəhman ona hər satılan 1 kq heroinə görə 500 manat pul verəcəkdir. Rəhman bildirmişdir ki, müştərilərlə özü danışacaq və sifarişi özü qəbul edəcəkdir. Ona Rəhman bildirmişdir ki, bu yaxın zamanda ona heroin təşkil edəndə həmin heroinin hardan götürməli olduğunu o, internet vasitəsi ilə mobil telefonuna mesaj yazaraq xəbər edəcəkdir. Bir neçə gün sonra o, Rəhman adlı şəxsin ona heroin satmaq təklifi barədə dostu Ayhana demiş və ondan xahiş etmişdir ki, «mən heroin satmağı tək bacarmaram, lazımi yerlərə heroin çatdırmağa mənə kömək lazımdır», o Ayhana bu işdə əgər ona kömək etsə, istifadə etmək üçün heroin və hətta əldə etdiyi gəlirdən müəyyən qədər pul da verəcəyi barədə bildirmişdir. Ayhana heroin satmağı və heroini lazımi yerlərə çatdırmağı, ona kömək etməsini təklif edəndə onunla razılaşmışdır. 07.09.2020-ci il tarixdə saat 21:30 radələrində İran İslam Respublikası vətəndaşı Rəhman kimi təqdim etdiyi şəxs onun istifadəsində olan ***-***-**-** nömrəsinə “WhatsApp” sosial şəbəkə vasitəsi ilə zəng edərək ona Abşeron rayonu Novxanı kəndinə saat 23 radələrində getməyi və orada ona 3 kiloqram heroin təşkil edəcəyini bildirmişdir. O da razılaşmışdır. 07.09.2020-ci il tarixdə saat 23 radələrində o tanışı Ayhanın istifadəsində olan ***-***-**-** nömrəsinə ***-***-**-** nömrəsindən zəng edərək ona bildirmişdir ki, Rəhman adlı şəxs onunla telefon vasitəsi ilə əlaqə yaradıb, hal hazırda ona müəyyən miqdarda təxminən 3 kiloqram narkotik vasitə heroin təşkil edəcək, o gedib Rəhman adlı şəxsin dediyi yerdən heroini götürməlidir. O həm də Ayhana heroini götürməyə tək getmək istəmədiyini bildirmiş, Ayhandan xahiş etmişdir ki, ona kömək etsə 1 bükülü heroini özündə saxlasa, lazımi yerə çatdırsa, o Ayhana 10 qram narkotik vasitə heroin verəcək, heroini çatdırandan sonra əldə etdiyi puldan da bir qədər verəcəkdir. Bundan əlavə o, Ayhana telefonda söyləmişdir ki, o, taksi sifariş verib onu Abşeron rayonu Xırdalan şəhəri Riyad Ticarət mərkəzinin yaxınlığında yerləşən keçidin yanından götürsün. O, kirayə yaşadığı evdən düşüb həmin keçidin yaxınlığına gəlmiş, bir qədər vaxt sonra Ayhan gəlib onu həmin keçidin yanından götürmüşdür. O, Ayhana taksidə bildirmişdir ki, Abşeron rayonu Novxanı qəsəbəsinə getməlidir. Həmin taksini Novxanı qəsəbəsinə sürdürmüşdür. Abşeron rayonu Novxanı qəsəbəsində “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında taksidən düşmüş və taksinin haqqını verib yola salmışdır. Bir qədər gözləyəndən sonra o, Rəhman adlı şəxslə əlaqə saxlamış, Rəhman ona bildirmişdir ki, narkotik vasitə heroini yanacaq doldurma məntəqəsinin yaxınlığında dalanda qırmızı rəngli darvazalı yaşayış evinin qarşısında küçədə torpağa basdırılmış kürəyin yanına yerə qoymuşdur. O və Ayhan həmin dalana daxil olub həmin rəngli darvazası olan evin qarşısında küçədə yerə basdırılmış kürəyin yanında 3 büküm təxminən çəkisi 3 kiloqram olan Rəhmanın ona dediyinə görə narkotik vasitə heroin tapmışdır. O, həmin bükülülərin ağ və sarı rəngli politelen torbanın içindəki təxmini çəkisi 1 kiloqram olan 1 bükülünü Ayhana saxlamağı söyləmiş, Ayhan da həmin heroini əlinə götürüb saxlamışdır. Orada aşkar etdiyi ağ rəngli torbanın içində olan ümumi təxminən çəkisi 2 kiloqram olan 2 bükülünü isə o, öz əlinə götürmüşdür. O və Ayhan həmin narkotik vasitə olan heroini götürəndən sonra bir qədər hərəkət etdiyi zaman saat təxminən 02 radələrində Abşeron rayonu Novxanı qəsəbəsi “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında sonradan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildiyi mülki geyimli şəxslər onu və Ayhanı saxlayıb Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Abşeron rayon Polis İdarəsində müdafiəçi ilə təmin olunmuşdur. Abşeron rayon Polis İdarəsində üzərinə videoçəkiliş aparılmaqla müdafiəçilərin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, sağ əlində saxladığı ağ rəngli polietelen torbanın içində 2 bükülüdə narkotik vasitə olan heroini, Ayhan isə əlində saxladığı ağ və sarı rəngli polietilen torbanın içində 1 bükülü narkotik vasitə heroini təqdim etmişdir. Onun təqdim etdiyi 2 ədəd bükülünü polis əməkdaşları tərəzidə çəkmişlər onun çəkisi 2 kq 40 qram olmuş, Ayhanın təqdim etdiyi bükülünü polis əməkdaşları tərəzidə çəkmişlər bükülünün çəkisi 1 kiloqram 28 qram olmuşdur. Sonra polis əməkdaşları onun və Ayhanın təqdim etdiyi bükümləri götürmüşlər, qablaşdırmışlar və möhürlə möhürləmişlər. Qablaşdırmanın üzərinə o, Ayhan, müdafiəçi, polis əməkdaşları imza etmişlər. Daha sonra polis əməkdaşları ondan və Ayhandan narkotik vasitə heroin aşkar edilməsinə dair protokol tərtib etmişlər, protokolu, o, Ayhan, müdafiəçilər və polis əməkdaşları imzaladılar. O, İran İslam Respublikası vətəndaşı olan Rəhman adlı şəxsi heç zaman görməmiş, onunla xatırlamadığı İran İslam Respublikası nömrəsi ilə “WhatsApp” mesaj mübadilə sistemi ilə danışmışdır. Rəhman adlı şəxsin anket məlumatlarını o, bilmir. Onu polis əməkdaşları saxlayan zaman, idarəyə gətirilərkən, həmçinin gətirildikdən sonra ona zor tətbiq olunmayıb, hədə qorxu gəlinməyibdir. Narkotik vasitəni çatdıracağı yer barədə Rəhman ona deməmiş, narkotik vasitəni tapandan sonra ona məlumat verəcəkdi, polis onu və Ayhanı saxladığı üçün Rəhmandan narkotik vasitəni hara çatdırmalı olmağı öyrənə bilməmişdir. O, istifadə etdiyi Rəhman adlı İran İslam Respublikası vətəndaşı ilə “Facebook” sosial şəbəkədə yazışdığı profilinin login və parolunu unutmuş, ona görə istintaqa bu barədə məlumat verə bilmir. Rəhman ona “WhatsApp” sosial şəbəkədə istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** nömrəsinə öz istifadəsində olan nömrəsindən yazmış, həmin nömrəni o, xatırlamır. Polis əməkdaşları onu və Ayhanı saxladığı zaman o, Rəhman adlı şəxslə olan yazışmanı telefonundan gizlicə heç kəs görmədən silmişdir (cild 1, iş vərəqə 103-104). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək göstərdi ki, nənəsinin Lənkərandakı evi ilə Təqsirləndirilən şəxs1 anasının yaşadığı ev qonşuluqda yerləşir. Tutulmazdan bir neçə ay əvvəldən Elçin Xırdalan şəhərində kirayədə yaşamışdır. 07 sentyabr 2020-ci il tarixdə saat 23 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron yaşayış kompleksində evində olduğu zaman Elçin ona zəng edərək birlikdə Novxanıya getməyi təklif etmiş, orada hansısa işinin olduğunu bildirmişdir. Danışıqlarına əsasən taksi ilə Elçini «Riyad» Ticarət mərkəzinin yaxınlığında yerləşən keçidin yanından götürmüş, taksini Novxanı qəsəbəsinə sürdürmüşlər. Novxanı qəsəbəsində “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında taksidən düşmüş, Elçin harayasa yaxınlaşıb polietilen torba götürmüş, həmin anda sonradan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu dedikləri çoxsaylı mülki geyimli şəxslər onları tutub kobudluqla, şəxsən ona qarşı zorakılıq göstərilməklə Abşeron rayon Polis İdarəsinə aparmışlar. Heç bir aidiyyəti olmadığı halda əlinə bir sellofan torba verilib belə də rəsmiləşdirilmiş, çəkiliş aparılmışdır. Guya Elçinin sağ əlində ağ rəngli polietilen torba, onun əlində isə ağ və sarı rəngli polietilen torba olmuşdur. Sonradan bildiyinə görə həmin torbaların içərisində də külli miqdarda narkotik vasitələr olmuşdur. Bu narkotik vasitələrə onun heç bir aidiyyəti olmamış, qabaqcadan da Novxanıya bu məqsədlə getmələri barədə heç nə bilməmişdir. Əksər sənədləşmələr zamanı yanında vəkili də olmamış, onları tutan şəxslər başqa polis əməkdaşları olduğu halda sənədləşmələrdə fərqli polis əməkdaşları göstərilmişdir. Onun adından tərtib edilmiş ifadələri oxumadan imzalamışdır. Onların məzmununda olan fikirlərin heç biri ona aid deyil. Polislər onu saxlayan zaman sifətinə və əlinə xəsarət yetirmişlər. Bu xəsarətləri həkim rəyi ilə də təsdiq olunub. Amma onu elə sənədləşdiriblər ki, guya polis əməkdaşları onu 08.09.2020-ci il tarixdə saxlamamışdan 2 gün əvvəl ehtiyatsızlıqdan yerə yıxılaraq torpaq yerə və sol əlinin şüşəyə dəyməsi nəticəsində öz ehtiyatsızlığından xəsarət almışdır. Halbuki, bu uydurma bir məsələ idi və məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etməsi barədə ərizə də ona imzalatdırılmışdır. İfadələrinə də polis əməkdaşları onu saxlayan zaman, idarəyə gətirilərkən, həmçinin gətirildikdən sonra ona zor tətbiq olunmaması, hədə-qorxu gəlinməməsi barədə fikirlər yazılmışdır. Bu cümlələr ona məxsus deyildir. Ona görə də bütün bu qanunsuzluqları nəzərə alıb barəsində yalnız bəraət hökmü çıxarılmasını xahiş edir. İbtidai istinaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, anası və qardaşı Türkiyə Respublikasındadırlar, orada yaşayırlar, o, özü ünvan 7 ünvanında özünə məxsus evdə yaşayır. Subaydır, himayəsində övladı yoxdur. 2 il olar ki, Təqsirləndirilən şəxs1 tanıyır, belə ki, onun Lənkəran rayonunda yerləşən nənəsinin evi ilə Elçinin anasının yaşadığı ev yaxın yerləşir, Lənkəran rayonunda Elçin qonşusudur. Bir neçə aydır ki, Elçin Abşeron rayonu Xırdalan şəhərində kirayə yaşayır. O, bir müddət narkotik vasitə olan heroini siqaretin gümüşü kağazına doldurub yandırıb çəkməklə istifadə edir. Elçinlə də bir neçə dəfə narkotik vasitə heroin istifadə etmişdir. Təxminən 1 ay əvvəl yəni 2020-ci ilin avqust ayının əvvəllərində o, öz məhəlləsində Elçinlə görüşəndə ona bildirmişdir ki, bir müddət əvvəl İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən Rəhman adlı şəxslə “Facebook” sosial şəbəkəsində tanış olmuş, Rəhman ona Azərbaycan Respublikasında yaşadığını, Azərbaycan Respublikasında narkotik vasitə heroinin satışı ilə məşğul olduğunu, Azərbaycan Respublikası ərazisindən ona narkotik vasitə heroin təşkil edəcəyini bildirmiş, Elçinə əgər ona həmin heroinin satışında lazımi yerlərə, lazımi ünvanlara lazımi qədər çatdırmaqda kömək edərsə, ona hər satılan 1 kq heroinə 500 manat pul verəcəyini, müştərilərlə isə Rəhman özü danışacağını və sifariş qəbul edəcəyini bildirmişdir. Elçin ona həmin İran İslam Respublikasının vətəndaşı Rəhman kimi özünü təqdim edən şəxsin ona bu yaxında heroin təşkil edəndə internet vasitəsi ilə mobil telefonuna mesaj yazaraq xəbər edəcəyini bildirmişdir. Həmin vaxtı Elçin ona Rəhmanın heroin təşkil edəndə, heroini lazımi yerlərə çatdırmaq işini tək görə bilməyəcəyini, ona görə ondan xahiş etmişdir ki, «sənə həm müəyyən məbləğdə pul və istifadə etmək üçün narkotik vasitə heroin verəcəm, sən mənə Rəhmanın təşkil etdiyi heroini lazımi yerlərə çatdırmağa kömək etsən». O da Elçinlə razılaşmışdır. 07.09.2020-ci il tarixdə saat 23 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron yaşayış kompleksində evində olmuşdur. Bu zaman Elçin öz istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək Rəhman adlı şəxsin onunla telefon vasitəsi ilə əlaqə yaratdığını, hal hazırda ona müəyyən miqdarda təxminən 3 kiloqram narkotik vasitə heroin təşkil edəcəyini, onun gedib Rəhman adlı şəxsin dediyi yerdən heroini götürməli olduğunu bildirmişdir. Elçin həm də ona heroini götürməyə tək getmək istəmədiyini, ona kömək etməyi xahiş etmiş, əgər ona kömək etsə, 1 bükülü heroini özündə saxlasa, lazımi yerə çatdırsa, Elçin ona 10 qram narkotik vasitə heroin verəcəkdir. Bundan əlavə Elçin ona telefonda söyləmişdir ki, o, taksi sifariş verib onu Abşeron rayonu, Xırdalan şəhəri, Riyad Ticarət mərkəzinin yaxınlığında yerləşən keçidin yanından götürmüşdür. O da yaşadığı mənzildən həyətə düşmüş və oradan taksi sifariş vermişdir. Taksiyə minib Abşeron rayonu, Xırdalan şəhəri, Riyad Ticarət mərkəzinin yaxınlığında Elçini götürmüşdür. Elçin ona Abşeron rayonu Novxanı qəsəbəsinə getməli olduqlarını bildirmişdir. Həmin taksini Novxanı qəsəbəsinə sürdürmüşdür. Abşeron rayonu Novxanı qəsəbəsində “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında taksidən düşmüş və taksini haqqını verib yola salmışdır. Bir qədər gözləyəndən sonra Elçin mobil telefonu ilə Rəhman adlı şəxslə əlaqə saxlamış, Rəhman ona narkotik vasitə heroini yanacaq doldurma məntəqəsinin yaxınlığında dalanda qırmızı rəngli darvazalı yaşayış evinin qarşısında küçədə torpağa basdırılmış kürəyin yanına yerə qoyduğunu bildirmişdir. Heroini çatdıracaqları yeri isə Rəhman Elçinə heroini tapandan sonra ona deyəcəkdi. Həmin vaxtı o və Elçin heroini hara aparmalı və kimə çatdırmalı olduğunu bilməmişdir. O və Elçin həmin dalana daxil olub həmin rəngli darvazası olan evin qarşısında küçədə yerə basdırılmış kürəyin yanında 3 büküm təxminən çəkisi 3 kiloqram olan Elçinə Rəhmanın dediyinə görə narkotik vasitə heroin tapmışdır. Elçin həmin bükülülərin ağ və sarı rəngli politelen torbanın içindəki təxmini çəkisi 1 kiloqram olan 1 bükülünü ona saxlamağı söyləmiş, o da həmin heroini əlinə götürüb saxlamışdır. Orada aşkar etdiyi ağ rəngli torbanın içində olan ümumi təxmini çəkisi 2 kiloqram olan 2 bükülünü isə Elçin öz əlinə götürmüşdür. O və Elçin həmin narkotik vasitə olan heroini götürəndən sonra bir qədər hərəkət etdiyi zaman saat təxminən 02 radələrində Abşeron rayonu Novxanı qəsəbəsi “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında sonradan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildiyi mülki geyimli şəxslər onu və Elçini saxlayıb Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Abşeron rayon Polis İdarəsində müdafiəçi ilə təmin olunmuşdur. Abşeron rayon Polis İdarəsində üzərinə videoçəkiliş aparılmaqla müdafiəçilərin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Elçin sağ əlində saxladığı ağ rəngli polietilen torbanın içində 2 bükülüdə narkotik vasitə olan heroini, o isə əlində saxladığı ağ və sarı rəngli polietilen torbanın içində 1 bükülüdə narkotik vasitə heroini təqdim etmişdir. Elçinin təqdim etdiyi 2 ədəd bükülünü polis əməkdaşları tərəzidə çəkmişlər heroinin çəkisi 2 kq 40 qram olmuş, onun təqdim etdiyi bükülünü polis əməkdaşları tərəzidə çəkmişlər bükülünün çəkisi 1 kiloqram 28 qram olmuşdur. Sonra polis əməkdaşları onun və Elçinin təqdim etdiyi bükümləri götürmüşlər, qablaşdırmışlar və möhürlə möhürləmişlər. Qablaşdırmanın üzərinə o, Elçin, müdafiəçi, polis əməkdaşları imza etmişlər. Daha sonra polis əməkdaşları ondan və Elçindən narkotik vasitə heroin aşkar edilməsinə dair protokol tərtib etmişlər, protokolu, o, Elçin, müdafiəçilər və polis əməkdaşları imzalamışlar. O, İran İslam Respublikası vətəndaşı olan Rəhman adlı şəxsi heç zaman görməmiş, Rəhmanın onda heç bir mobil telefon nömrəsi yoxdur. Rəhman adlı şəxsin anket məlumatlarını o, bilmir. Bundan başqa hal hazırda sifətində və əlində xəsarəti vardır, lakin həmin xəsarətləri o, polis əməkdaşlarının onu 08.09.2020-ci il tarixdə saxlamamışdan 2 gün əvvəl ehtiyatsızlıqdan yerə yıxılaraq torpaq yerə və sol əlinin şüşəyə dəyməsi nəticəsində öz ehtiyatsızlığından xəsarət almışdır. Yıxılmağı ilə bağlı şikayəti yoxdur, məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina edir. Onu polis əməkdaşları saxlayan zaman, idarəyə gətirilərkən, həmçinin gətirildikdən sonra ona zor tətbiq olunmayıb, hədə qorxu gəlinməyibdir. Rəhman “WhatsApp” sosial şəbəkəsində Elçinin istifadəsində olan nömrəsinə yazmışdır, həmin nömrəni o bilməmişdir (cild 1, iş vərəqə 94-95). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs1 cinayət əməlləri ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 07 sentyabr 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. 08 sentyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 02:00-da Abşeron rayonu, Novxanı qəsəbəsi, Heydər Əliyev prospekti, “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında Quliyev X4 Ayhan Rövşən oğlu ilə birlikdə piyada hərəkət edən zaman saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilmişdir. İdarədə həmin şəxslərin şəxsiyyəti müəyyən edildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmiş, onların üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunduqdan sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı ağ rəngli polietilen torbanın içində şəffaf rəngli 2 bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni, şalvarının sol yan cibindən qara rəngli «Redmi» markalı mobil telefonu və 6 manat pulu təqdim etmiş, 2 bükümdə olan kütlənin heroin olduğunu demiş, sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunduqdan sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı ağ və sarı rəngli polietilen torbanın içində şəffaf rəngli, 1 bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni, şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli «Samsung» markalı mobil telefonu, 5 manat pulu təqdim etmiş, 1 bükümdə olan kütlənin heroin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 2 bükümün, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 bükümün içinə baxılmış və içində açıq qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə olan heroinə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 2 büküm elektron tərəzidə çəkilmiş, bükümdəki kütlənin çəkisi 2 kq 40 qram, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 büküm elektron tərəzidə çəkilmiş və həmin kütlənin 1 kq 28 qram olması müəyyən edilmişdir. Həmin maddələr zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, zərfin üzərində müvafiq qeydlər aparılmış və imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən «Redmi» markalı və «Samsung» markalı mobil telefonları maddi sübut kimi götürülmüş, Təqsirləndirilən şəxs1 aşkar edilən 6 manat pul, Təqsirləndirilən şəxs2 aşkar edilən 5 manat pul hər birinə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 həmin heroinin özünə məxsus olduğunu, 2 həftə əvvəl «Facebook» sosial şəbəkəsində tanış olduğu, İran İslam Respublikası vətəndaşı «Rəhman» adlı şəxsin vasitəsi ilə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisindən götürdüyünü, həmin narkotik maddəni «Rəhman» adlı şəxsin deyəcəyi ünvana qoyduqdan sonra 500 AZN pul əldə edəcəyini, Ayhana götürdüyü heroinin 1 bükümünü saxlaması üçün verdiyini, Ayhandan həmin bükümü götürüb deyilən ünvana çatdırdıqdan sonra ona 10 qram heroin verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ondan aşkar edilən heroinin özünə məxsus olduğunu, həmin bükümü Təqsirləndirilən şəxs1 götürdüyünü və özündə saxlamasının əvəzində Elçinin ona 10 qram heroin verəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid3 və Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması barədə 08 sentyabr 2020-ci il tarixli və həmin istintaq hərəkətinə dair videoçəkilişin köçürüldüyü CD-R diskə baxış keçirilməsi haqqında 10 sentyabr 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman o, sağ əlində saxladığı ağ rəngli polietilen torbanın içində şəffaf rəngli 2 bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı ağ və sarı rəngli polietilen torbanın içində şəffaf rəngli, 1 bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin heroinin özünə məxsus olduğunu, 2 həftə əvvəl “Facebook” sosial şəbəkəsində tanış olduğu “Rəhman” adlı şəxsin vasitəsilə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisindən götürdüyünü, həmin narkotik maddəni “Rəhman” adlı şəxsin deyəcəyi ünvana qoyduqdan sonra 500 AZN pul əldə edəcəyini, Təqsirləndirilən şəxs2 götürdüyü heroinin 1 bükümünü saxlaması üçün verdiyini, Ayhandan həmin bükümü götürüb deyilən ünvana çatdırdıqdan sonra Ayhana 10 qram heroin verəcəyini, Təqsirləndirilən şəxs2 isə həmin heroinin özünə məxsus olduğunu və Təqsirləndirilən şəxs1 götürdüyünü, həmin bükümü özündə saxlamasının əvəzində Elçinin ona 10 qram heroin verəcəyini bildirmişdir (cild 1, iş vərəqə 47-50, 161-162, 165-166). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və X5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərilənləri bir daha təsdiq etmişlər (cild 1, iş vərəqə 108-109). Axtarış və götürmə haqqında 09 sentyabr 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evlərində axtarış keçirilmiş və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 140-142, 146-148). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 10 sentyabr 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadələri yerində yoxlanılmış və onlar, ifadələrində göstərdiklərini hadisə yerində bir daha əyani şəkildə göstərmişlər, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 153-158). «Azercell » və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərindən daxil olmuş disklərə baxış keçirilməsi haqqında 16 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 08 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu Novxanı kəndi ərazisində olmuşlar, ***-***- **-** və ***-***-**-** mobil nömrələr Təqsirləndirilən şəxs1, ***-***-**-** mobil nömrə Təqsirləndirilən şəxs2 adınadır (cild 1, iş vərəqə 240). Məhkəmə-kimyəvi ekspertizasının 08 sentyabr 2020-ci il tarixli, 6/1808 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 2 (iki) ədəd bükümdə və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 (bir) ədəd bükümdə» yazısı olan paketdəki 02 (iki) ədəd şəffaf polietilen bükümdə ümumi təmiz çəkisi 2020 qr (2 kq 20 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütlələri və 1 (bir) ədəd sarı və ağ rəngli polietilen bükümdə, təmiz çəkisi 1020 qr (1 kq 20 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi xarici əlamətlərinə və tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2019,8 qram və 1019,85 qram təşkil etmişdir (cild 1, iş vərəqə 63-68). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 sentyabr 2020-ci il tarixli 1945 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır və onda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 ittiham edilən əməl dövründə öz əməlinin faktini xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 11-13). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 oktyabr 2020-ci il tarixli 1993 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərininin faktiki xarakterin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqdidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 18-20). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 oktyabr 2020-ci il tarixli 2966 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 16-17). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 oktyabr 2020-ci il tarixli 2967 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 14-15). Yaşayış yerləri üzrə verilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun müsbət xarakterizə olunduqları göstərilmişdir (cild 1, iş vərəqə 210, 212). Rəhman adlı şəxs barəsində və narkotik vasitənin əldə edildiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 18 noyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 02, iş vərəqə 43-44). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan və müvafiq məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsindəki Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinə xitam verilmişdir. Təqsirləndirilən şəxs1 isə xarici ölkə ərazisində məhkum olunmuşdur və həmin hökmün Azərbaycan Respublikasında tanınması halı mövcud deyildir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs kimi qəbul edilir (cild 1, iş vərəqə 189-192). Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi vəsatətlə məhkəməyə müraciət edərək, müdafiə etdiyi şəxsin saxlanılarkən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa, şiddətə məruz qalaraq xəsarətlər aldığını bildirmiş, qeyd etdiklərini təsdiq edən dəlil kimi həm də təqsirləndirilən şəxsin saxlandığı Bakı İstintaq Təcridxanasının Təqsirləndirilən şəxs2 ilkin tibbi müayinəsi zamanı onun alın nahiyəsində üzəri gərtməkli yara, hər iki gözaltı nahiyədə bənövşəyi qançır, sol əlin iç səthində cırılmış yara müşahidə edilməsinə dair 26.02.2021-ci il tarixli 17/38- 1027 saylı məktubunun surətini təqdim etmişdir. Müdafiəçinin vəsatəti təmin olunmuş və Təqsirləndirilən şəxs2 işgəncəyə məruz qalması ilə bağlı bildirilən bu halların araşdırılaraq nəticəsi barədə məhkəmənin məlumatlandırılması üçün 18 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininə müraciət edilmişdir. Həmin müraciətlə bağlı araşdırma aparılmış və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə göstərdiyi xüsusatlar üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 iyul 2021-ci il tarixli qərar qəbul edilmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fziki zorakılığa, şiddətə məruz qalaraq xəsarətlər alması barədə ifadəsində göstərdiyi hallar təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X13 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X13 11-ci bəndinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş tam etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qeyd olunan maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onları səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə müsbət xasiyyətlənmələrini, hazırda məhkumluqlarının olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 08 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qərarları ilə onların barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 sentyabr 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 20, 38, 118-124) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar – Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 1019,85 qram və 2019,8 qram təşkil edən heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videoçəkilişin köçürüldüyü 01 ədəd CD disk və «Azercell » və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərindən təqdim edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavir Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 64, cild 2, iş vərəqə 68). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Bundan başqa, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X10 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesabına 270 (iki yüz yetmiş) manat, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş 55 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 330 manat, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı X6 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 08 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 08 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 1019,85 qram və 2019,8 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videoçəkilişin köçürüldüyü 01 ədəd CD disk, «Azercell » və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərindən təqdim edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına vəkil X15 üçün 270 (iki yüz yetmiş) manat məbləğində və vəkil X10 üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi2 üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar