Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-515/2023 17.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 10 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu «Şamaxinka» adlanan ərazidə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi- 2,598 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış, 10 oktyabr 2022-ci il tarixdə saat 13:30-da Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol qabaq cibindən bir ədəd bükümdə təmiz çəkisi- 2,598 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Yasamal rayonunda məhlədən çıxdığı vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, maşına oturmasını bildirərək evlərinin yaxınlığındakı polis bölməsinə aparmışdırlar. Onun üzərində narkotik vasitə olmamış, narkotik vasitədən yalnız istifadə etmişdir. Narkotikin heroin növündən istifadə etmişdir. Sonuncu polis bölməsində narkotik istifadəçisi kimi rəsmiləşdirilmişdir. O, dostu ilə birlikdə polis bölməsinə çağırılmış, dostu da narkotik istifadəçisi olmuş, lakin o polis əməkdaşı tərəfindən azadlığa buraxılmışdır. Polis əməkdaşı təqsirləndirilən şəxsi polis bölməsində ayrıca otağa apararaq öz cibindən narkotik vasitəni çıxararaq ona məxsus olmasını deməyini bildirmiş, o narkotik vasitənin ona məxsus olmamasını göstərsə də, döyüldüyünə görə məcbur olub narkotik vasitədən istifadə etdiyini demiş və bununla bağlı müvafiq sənədə qol çəkmişdir. Polis əməkdaşı Şahid1 həm onun üzərinə baxış keçirilərkən,həm də döyülməsində iştirak etmişdir. Ona qarşı təzyiq göstərərildiyindən narkotik vasitəni Şamaxinka adlanan ərazidən aldığını bildirmişdir. Digər polis əməkdaşı Şahid2 isə ona qarşı təzyiq göstərməmişdir. Polis orqanlarına döyülməyi ilə bağlı şikayət verməmiş, məlumatı istintaq təcridxanasına bildirmiş və tibbi kitabçasında bununla bağlı məlumat qeyd edilmişdir. Daha öncə belə bir hadisə ilə qarşılaşmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməliyyat axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, daxil olan məlumatlar əsasında narkotik vasitələrinin istifadəsinə şübhələr olduğu üçün əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxsi harada saxladığı işlərin çoxluğu ilə bağlı dəqiq yadında olmasa da onun yaşadığı yerin yaxınlığında saxladıqlarını xatırlayır. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunda nəzərdə tutulan tədbirlərə əsasən ətrafında olan obyektlərə baxış, evə baxış əməliyyat tədbirləri həyata keçirilmişdir. Saxlanılan şəxsin şəxsiyyətini müəyyən etmiş, tanıdıqları üçün saxlayıb şöbəyə dəvət etmişdirlər. Əməliyyat məlumatının məzmununda saxlanılan şəxsin olduğu yer barədə məlumat olmamış, sonuncunun yaşadığı ünvanı və qeydiyyatı məlum olmuşdur. Əməliyyat-axtarış tədbirindən öncə şəxsin həqiqətən narkotik vasitələrdən istifadə edib-etməməsi barədə müşahidə aparılmış, şəxsin harada olduğunu müəyyən etmək üçün şəxsin yaşadığı evi müşahidə etmiş, kənardan izləmişdir. Baxış dərhal keçirilmədiyindən şəxsi şöbəyə apardıqdan sonra nə qədər vaxt müddətində üzərində baxışı keçirməsini xatırlamır. Şəxsin üzərində baxış keçirilərkən şəxsən özü iştirak etmiş, üzərində olan narkotik vasitə təhqiqatçılar tərəfindən aşkarlanaraq götürülmüşdür. Əməliyyat məlumatı narkotik vasitələrin istifadəsi və satışı ilə bağlı olmuşdur. Lakin satış hissəsində məlumat öz təsdiqini tapmamışdır. Narkotik vasitə saxlanılan şəxs tərəfindən şəxsi istifadə üçün istifadə edilmişdir. Saxlanılan şəxsin özünün verdiyi məlumata əsasən narkotiki Şamaxinka ərazisində tanımadığı şəxsdən əldə etmişdir. Şöbədə müəyyənləşdirilmişdir ki, saxlanılan şəxsin üzərində narkotik vasitə var. Saxlanılan şəxsin üzərində baxış keçirilənə qədər o, üzərində narkotik vasitə olmasını etiraf etməmişdir. Saxlanılan şəxs üzərindən nə üçün narkotik vasitə çıxması ilə bağlı heç bir əsas və səbəb göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında, əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Əməliyyat məlumatının məzmunu narkotik vasitəsinin istifadəsi ilə bağlı olmuş, mənbəyi və miqdarı, habelə şəxsin cəmiyyət üçün təhlükəli olması ilə bağlı halları özündə əks etdirməmişdir. Təqsirləndirilən şəxsi saxladıqları zaman ətrafda insanlar olduğundan şəxsin üzərində narkotik vasitə və ya silah olub-olmadığını soruşmasını xatırlamır. Şəxs tutulan zaman üzərində göy “kepkası” və göy uzunqol “kapuşonlu” gödəkcəsi olmuş, saxlanılan zaman polis əməkdaşları xidməti vəsiqə göstərərək özlərini təqdim etmiş, eyni zamanda saxlanılan şəxs də özünü təqdim etmişdir. Harada saxladıqlarını xatırlamır. Təqsirləndirilən şəxsi şöbəyə apardıqları zaman üzərində ola biləcək narkotik vasitəsini məhv etməməsi üçün onun yanında oturmuş, Şahid1 də maşını sürmüşdür. Şəxs şöbəyə dəvət edilmiş, orada təhqiqatçı tərəfindən üzərinə çəkiliş vasitəsilə baxış keçirilmiş, üzərində narkotik vasitə aşkarlanmış və şəxs özü onu könüllü surətdə təqdim etmişdir. Şöbədə təqsirləndirilən şəxsə qarşı zor tətbiq olunmamışdır. Şəxs tutulduğu zaman onun hər hansı bir zədəsi, yarası olmamış, şəxsin üstünə, başına axtarış keçirən, şəxsin qolunu qaldıran təhqiqatçı olmuşdur. Qeyd olunan hallar çəkilişdə də öz əksini tapmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədi ilə Yasamal rayonu ərazisində əməliyyat tədbirləri keçirilərək cinayət başında yaxalanması, narkotik vasitələrin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə “X2 haqqında” Qanununa uyğun olaraq müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (Cild 1, iş vərəqə 7). 11 oktyabr 2022-ci il tarixli Yasamal rayon Məhkəməsinin qərarına əsasən Yasamal rayon Polis İdarəsinin 10 oktyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 48). Şəxsi axtarış və götürmə aparılması haqqında 10 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol qabaq cibindən 1 (bir) ədəd şəffaf sellofanda olan bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olan “kakos” olduğunu və həmin narkotik vasitəyə oxşar kütləni 10 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Şamaxinka» deyilən yerdə üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün 20 manata istifadə etmək üçün aldığını bildirmişdir (cild 1, iş vərəqə 34-35). 11 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5842 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN “Zərflər üçün №169“ möhür əksi, “Şübhəli şəxs... Təqsirləndirilən şəxs...'’ və.s.sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,598 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005- ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş 'Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr’in İ siyahısına daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2,498 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 44-45) . 12 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,598 qram narkotik vasitə hesab olunan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq çəkisi 2,498 qram təşkil edən narkotik vasitə hesab olunan heroinin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi müəyyənləşdirilmişdir(Cild 1, iş vərəqə 76). 13 oktyabr 2022-ci il tarixli X4 tərəfindən verilmiş mənzildə axtarış aparılmasına etiraz etməməsi barəsində ərizəyə müvafiq olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aparılan axtarış haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 5 ünvanda axtarış istintaq hərəkəti həyata keçirilmiş, iş üçün əhəmiyyət kəsb edəcək hər hansı əşya aşkar edilməmişdir (Cild 1, iş vərəqə 106-113). Məhkəmə psixiatrik ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 2884 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda və hazırda hər hansı bir psixi xəstəlik aşkar edilməmişdir. Cinayət əməlini törədən zaman öz əmlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət əməlini törədən anda öz hərəkətlərini ölçüb-biçmək və düzgün qavramaq, təsvir edə bilmək iqtidarında olmuşdur. Hazırda ifadə vermək qabiliyyəti, baş verənləri düzgün qavramaq, təsvir edə bilmək imkanına malikdir. (cild 1, iş vərəqə 132-133). 25 noyabr 2022-ci il tarixli sübutarın qiymətləndirilməsi haqqında qərar ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (Cild 1, iş vərəqə 134-144) . Təqsirləndirilən şəxs məhkəmə iclasında tutularkən polis əməkdaşları tərəfindən döyüldüyündən etirafedici ifadələr verdiyini bildirdiyindən məhkəmənin təşəbbüsü ilə sonuncunun saxlanıldığı Bakı İstintaq Təcridxanasından əldə edilən, məhkəmə iclasında elan edilərək tədqiq edilən tibbi-müayinə sənədlərindən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs sol baldırın arxa-orta 1/3-də , sol bazunun orta 1/3-nin bayır səthində üzəri qartmaxlı yara, sağ bazunun aşağı 1/3-nin arxa səthində bənövşəyi qançır, sol bazunun arxa-aşağı 1/3-də sıyrılmış yara müşahidə olunmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən 12 dekabr 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması faktı ilə bağlı Yasamal rayon prokurorluğunun müstəntiqi X5 tərəfindən araşdırma aparılmış, cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işi başlanılması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərar çıxarılarkən istinad edilən məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş xəsarətlər onun Bakı İstintaq Təcridxanasına üzərinə baxış keçirildiyi 14 oktyabr 2022-ci il tarixdən 3-5 gün əvvələ təsadüf etməsi, xəsarətlərin xarakter və lokalizasiyasına əsasən bədənin əlçatan nahiyələrdə yerləşdiyindən müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi halı inkar olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbayvan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən polis əməkdaşları tərəfindən döyülməsi səbəbindən şəxsi axtarış zamanı üzərindən çıxan narkotik vasitənin ona məxsus olmasını bildirdiyini qeyd etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən 12 dekabr 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması faktı ilə bağlı aparılmış araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işi başlanılması rədd edilməsi barədə qərar qəbul edilərkən istinad edilən məhkəmə tibb ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs vurulmuş xəsarətlərin onun Bakı İstintaq Təcridxanasına üzərinə baxış keçirildiyi 14 oktyabr 2022-ci il tarixdən 3-5 gün əvvələ təsadüf etməsi, xəsarətlərin xarakter və lokalizasiyasına əsasən bədənin əlçatan nahiyələrdə yerləşdiyindən müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunmaması halları əsas götürülmüşdür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması faktı ilə bağlı Yasamal rayon prokurorluğunun 12 dekabr 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məhkəmə iclasında şikayət verib-verməməsi müəyyənləşdirilərkən aydın olmuşdur ki, sonuncu həmin qərardan şikayət etməmişdir. Məhkəmə məhkəmə-tibb ekspertizasının verdiyi rəyə əsasən Təqsirləndirilən şəxs üzərində aşkar edilən xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsi səbəbindən müayinə olunan şəxsin özü tərəfindən yetirilməsinin inkar olunmaması, o cümlədən təqsirləndirilən şəxsin 12 dekabr 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından şikayət verməməsi hallarını birgə qiymətləndirərək hesab edir ki, videoçəkiliş aparılan zaman Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitənin ona məxsus olması barədə verdiyi ifadələrin, habelə 2,598 qram narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olması faktının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinin tələbləri nöqteyi nəzərindən şübhə altına alınması üçün əsaslar yoxdur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmaqla ağır cinayət hesab olunur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (cild 1, iş vərəqə 125). Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirməsini,ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, üstündən aşkar edilərək götürülən narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 30) , Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 83-87). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. 17 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 6098 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 130- 131) Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Yasamal rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,498 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin video görüntülərini özündə əks etdirən bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 43). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı 5 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 24 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 144 ( yüz qırx dörd) manat məbləğində, pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,498 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına vəkil X6 üçün 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-515/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-515/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver