Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-515/2024 09.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), X7, Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibii X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 xx xxxxxxx 1987-ci ildə, Yardımlı rayonu, Gilar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, “Milla” şirkətində sürücü işləyən, məhkumluğu olmayan, Yardımlı rayonu, Şəfəqli ərazi dairəsi, Gilar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni qohumu Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa məlum olmayan “İslam” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək Yardımlı rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3185 qram narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 3080 qram narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda təmiz çəkisi 3170 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2la birlikdə qanunsuz əldə etməklə birlikdə yaşadıqları Təqsirləndirilən şəxs2 məxsus ünvan 3 ünvana daşımaqla orada saxlamış, əldə etmiş olduqları həmin maddələrdən üç ədəd bükümdə 2260 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı ayırıb qablaşdıraraq öz üzərində, bir bükümdə 1090 qram çəkidə narkotik vasitə heroini isə Təqsirləndirilən şəxs2 ayırıb satış üçün qablaşdıraraq qanunsuz olaraq öz üzərində daşıyarkən onun Təqsirləndirilən şəxs2 ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 noyabr 2022ci il tarixdə, saat 14:15-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, Təqsirləndirilən şəxs2la birlikdə ünvan 7 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmişlər, orada xidməti otaqların birində saat 16:15-dən etibarən özünün üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən üç ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 540 qr, 420 qr, 1300 qr, ümumi təmiz çəkisi 2260 qram çəkidə külli miqdarda eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindən bir ədəd bükümdə 1090 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, əməliyyat axtarış tədbirinin davamı olaraq 19 noyabr 2022-ci il tarixdə saat 18:30-dan etibarən birlikdə yaşadıqları Təqsirləndirilən şəxs2 məxsus ünvan 3 ünvana özlərinin icazəsi və razılığı ilə baxış keçirilən zaman evin zirzəmisindən iki ədəd qara rəngli sellofan torbanın içərisindən bir ədəd bükümdə 820 qram çəkidə külli miqdarda Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş qurudulmuş marixuana ilə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1060 qr, 1035 qr, ümumi təmiz çəkisi 2095 qram çəkidə külli miqdarda Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 740 qr, 1230 qr, 1200 qr, ümumi təmiz çəkisi 3170 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni qohumu Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan “İslam” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək Yardımlı rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3185 qram narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 3080 qram narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda təmiz çəkisi 3170 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1la birlikdə qanunsuz əldə etməklə birlikdə yaşadıqları özünə məxsus ünvan 3 ünvana daşımaqla orada saxlamış, əldə etmiş olduqları həmin maddələrdən bir bükümdə 1090 qram çəkidə narkotik vasitə heroini ayırıb qablaşdıraraq öz üzərində, üç ədəd bükümdə 2260 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə Təqsirləndirilən şəxs1 ayırıb satış üçün qablaşdıraraq qanunsuz olaraq öz üzərində daşıyarkən onun Təqsirləndirilən şəxs1 ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 noyabr 2022-ci il tarixdə, saat 14:15-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, Təqsirləndirilən şəxs1la birlikdə ünvan 7 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmişlər, orada xidməti otaqların birində saat 16:15-dən etibarən özünün üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindən bir ədəd bükümdə 1090 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı isə sonuncunun sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən üç ədəd bağlamada hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 540 qr, 420 qr, 1300 qr, ümumi təmiz çəkisi 2260 qram çəkidə külli miqdarda eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, əməliyyat axtarış tədbirinin davamı olaraq 19 noyabr 2022-ci il tarixdə saat 18:30-dan etibarən birlikdə yaşadıqları Təqsirləndirilən şəxs2 məxsus ünvan 3 ünvana özlərinin icazəsi və razılığı ilə baxış keçirilən zaman evin zirzəmisindən iki ədəd qara rəngli sellofan torbanın içərisindən bir ədəd bükümdə 820 qram çəkidə külli miqdarda Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş qurudulmuş marixuana ilə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1060 qr, 1035 qr, ümumi təmiz çəkisi 2095 qram çəkidə külli miqdarda Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 740 qr, 1230 qr, 1200 qr, ümumi təmiz çəkisi 3170 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 noyabr 2022-ci il tarixdə saat 16-17 radələrində evin zirzəmisində Şahinlə işləyən zaman yuxarı çay gətirmək üçün getmişdir. Həmin vaxt yoldaşı yemək bişirirmiş. Yoldaşı ona anasıgildən çay gətirməyini bildirmişdir. Belə ki, onların evi qayınanasıgilin evləri ilə yanbayandır. Onlar ona çayı qızmağa qoyduqlarını bildirdilər və o həmin vaxt həyətdə dayanaraq siqaret çəkirmiş. Şahin maşınını küçədə saxlamışdır. O, siqnal səsi eşitmişdir. Həyətdən çıxanda ağ rəngli “Chevrolet Malibu” markalı avtomobilin sürücüsü şüşəni aşağı endirərək Şahinin avtomobilini işarə edib, kimə məxsus olduğunu soruşmuş və çəkilməsini bildirmişdir. O isə həmin şəxsə “Sizdən qabaq 3 ədəd maşın oradan keçib. Orada sadəcə quyu var, bir az diqqətli keçin” demişdir. O həmin şəxsə kobud cavab vermişdir. Lakin, həmin şəxsin polis əməkdaşı olduğunu bilməmişdir. Bundan sonra arxa oturacaqda əyləşən sərnişin avtomobildən enərək ona yaxınlaşmış və nalayiq söyüşlərlə onu təhqir etmişdir. O, həmin şəxslə əlbəyaxa olduqdan sonra avtomobili idarə edən sürücü də maşından enərək onunla dalaşmağa başlamışdır. Bu zaman Şahin də həmin yerə gəlmişdir. Bundan sonra onu və Şahini evə apararaq onları döymüşlər. Həmin şəxslər onlardan mobil telefonlarını istəmiş və hər ikisinin telefonuna baxmışlar. Bundan sonra həmin şəxslər onlardan narkotik vasitə təqdim etmələrini tələb etmişlər. Həmin vaxt polis əməkdaşları onlara işgəncə verməyə başlamışlar. Özü müharibə iştirakçısı olduğunu və evdə hər hansı narkotik vasitənin olmadığını bildirmiş, lakin polis əməkdaşları ona inanmamışlar. Polislər evdə heç nə tapmamışlar. Polislər hətta Şahinin anasının, eyni zamanda qonşuların da evini axtarmış, lakin qanunsuz heç nə tapmamışlar. Bundan sonra onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Polis idarəsində narkotik vasitə gətirmək üçün onlara vaxt verildiyini, əks təqdirdə yoldaşlarını və bacılarını həbsə göndərəcəyini bildirmişlər. Polislər onun bacısını da idarəyə gətirmişlər. Ona qara rəngli sellofanı götürməsini və videoçəkliş edəcəklərini bildirmişlər. Torbanın içərisinə ot yığdıqlarını görəndə onun narkotik vasitə olduğunu başa düşmüşdür. Polislər ona həmin torbanı götürməyəcəyi təqdirdə, onu bacısına verərək videoçəkiliş edəcəklərini bildirmişlər. Onlar videoçəkiliş aparılan zaman kamera arxasında olan şəxsin dediklərini təkrarlamışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, özü əslən Yardımlı rayonunun Şəfəq kəndindəndir. Həmin kənd rayondan təxminən 4-5 kilometr məsafədə yerləşir. Ailədə 2 bacı, 2 qardaş olmaqla, 4 övlad olmuşlar. Bacıları köçmüş, qardaşı isə ana və atası ilə birgə yaşayır. Qardaşı təsərrüfat işi ilə məşğul olur. O, Müşviq qəsəbəsində yaşayır. Qardaşı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə əlaqədar 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Lakin 2023-cü ilin mart ayında azadlığa buraxılıb. 14 noyabr 2022-ci il tarixdə Yardımlıya anası xəstə olduğu üçün getmişdir. 15 noyabr 2022-ci il tarixdə səhər artıq o işdə olmuşdur. Bunu polis əməkdaşlarına da bildirmişlər. Polislər isə onlara həmin vaxt Yardımlıda meşədən narkotik vasitə götürərkən yıxıldıqlarını və xəsarət aldıqlarını söyləməklərini bildirmişlər. O, “İslam” adlı şəxsi tanımır. Telefonunda iran nömrələri var, ancaq o həmin nömrələrlə danışmır. Onun telefonunda internet pulsuz olduğu üçün Şahin onun telefonundan istifadə edir. Telefonunda olan İran nömrələri ilə güman edir ki, Şahin əlaqə saxlamışdır. 15 noyabr 2022-ci il tarixdə işdə olmasını onun iş yoldaşları da təsdiq edə bilər. O narkotik vasitə istifadə etmir. Belə ki, o “Milla” şirkətində işləyir və hər həftənin cümə günü alkoqol, narkotik vasitə qəbul edib-etməməklə bağlı analiz verirlər. Onun əsgər yoldaşının ona pul borcu olduğundan cəmi bircə dəfə 2000 (iki min) manat məbləğində bank hesabına pul köçürmüşdür. Bundan başqa hər hansı bir məbləğ köçürülməmişdir. Onun işi Azərbaycanın rayonlarına gedib-gəlmək olmuşdur. Belə ki, orada depoya yük boşaltmaq üçün işçiyə 30 (otuz) manat pul verirlər. O da Şahini özü ilə aparmışdır. O, ibtidai istintaq zamanı elan edilən ifadəni verməmişdir. O, müstəntiqə başına gələn hadisəni danışmış, lakin həmin vaxt sənədləşmə olmamışdır. Bundan sonra müstəntiq 10 gün keçəndən sonra Bakı İstintaq Təcridxanasına gələrək ondan ifadə almışdır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, birlikdə tutulduğu Şahin adlı şəxs onun yeznəsidir. Təxminən 10-15 gün əvvəl onun istifadəsində olan mobil telefondakı “Whatsapp” tətbiqinə bir nəfər sonradan əslən İran İslam Respublikasından olduğunu bildiyi və özünü ona “İslam” kimi təqdim edən şəxs yazaraq əlaqə saxlamış, tanışlıq vermiş və təxminən iki gün həmin şəxslə ünsiyyət saxlayaraq ona bildirmişdir ki, narkotik alverçisidir və bu işdə kömək etməklə yaxşı qazanc əldə etmək imkanı olduğunu deyərək özü ilə işləməyi ona təklif etmişdir. Ona demişdir ki, İrandan narkotik atdıracaq və gedib həmin malı götürüb saxlamaq lazımdır ki, lazım olan zamanlarda həmin narkotiklərdən deyilən ünvanlara aparıb qoysun və İranlı buna görə 5000 manat pul verməyə söz vermişdir. O isə faktiki olaraq maddi sıxıntıları olduğu üçün “İslam”-ın təklifini bəyənmişdir, lakin tutulmaqdan qorxduğuna görə bu barədə məsləhət üçün Şahinə demişdir və nəticədə onlar qərara gəlmişlər ki, bu işi ikisi görsün və əldə olunan qazancı da yarı bölsünlər. Beləliklə də, elə həmin ərəfədə Şahinlə birlikdə Yardımlı rayonuna gedərək orada meşədə gizlədilmiş yerdən kisələrdə olan narkotik maddələri götürüb Şahinin təmir olunan evinə gətirib gizlətmişlər və qısa bir zaman ərzində Şahinlə həmin maddələri elə yaşadıqları 28 may qəsəbəsi ərazisində ən çoxu zibillik və yaxınlıqda yerləşən tikilinin hasarının dibinə atıb gizlətməklə tamamlamışlar. Buna görə “İslam” onun kartına 5000 manat pul yükləmiş və onlar Şahinlə həmin pulu bölmüşlər. Bundan sonra isə, ikinci dəfə onlar tutulmamışdan təxminən 4-5 gün əvvəl o, Şahinə müraciət edərək yenidən “İslam” tərəfindən narkotik maddələrin Yardımlı rayonuna qoydurulduğunu və gedib oradan götürmək lazım olduğunu deyib eyni qaydada 5000 manat pul müqabilində həmin maddələri sonradan hissə-hissə yerləşdirmək lazım olduğunu demiş və Şahinlə razılaşaraq birlikdə onun idarə etdiyi Hyundai markalı avtomobillə Yardımlı rayonuna yola düşmüşlər. İranlı şəxs onlara həmin yerin dəqiq koordinatlarını sosial şəbəkə vasitəsilə yollamış və onlar ora çatandan sonra xeyli məsafəni piyada olaraq Yardımlı rayonunun çıxacağında İran İslam Respublikası ilə sərhədə yaxın meşə zolağına tərəf gedərək orada iki ədəd hər biri təxminən 20-25 kq olan iri kisələrdən hərəsi birini götürmüş və geri qayıdaraq maşına yükləyib evə qayıtmışlar və Şahinin yaşadığı və təmirdə olan evin zirzəmisində gizlətmişlər. Qeyd olunanlar barədə ailə üzvlərinin xəbəri yox imiş. Bundan sonra onlar Şahinlə təxminən 4-5 dəfə olmaqla “İslam”-ın sifarişi ilə onlara göndərilmiş maddələrdən bir qismini həmin evdə ayırıb dediyi qaydada 28 may qəsəbəsində müxtəlif yerlərə aparıb atmışlar. O, maşın sürürmüş, Şahin isə bükümləri yerləşdirib həmin yerin şəklini çəkirib koordinatlarını internet vasitəsilə həmin mobil tətbiqində “İslam”-a göndərirmiş. Sonradan isə həmin bükümləri kimsə gəlib götürürmüş, həmin şəxsi onlar görmürlərmiş. Onların işi maddələri yerləşdirmək imiş. Tutulduqları gün isə günorta saatlarında onlar Şahinlə növbəti dəfə maddələri atmağa gedən zaman Şahinin yaşadığı ünvanın yaxınlığında piyada olarkən onlara mülki geyimli şəxslər yaxınlaşaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Həmin vaxt onun və Şahinin əlində sellofan torbalarda hazır qablaşdırılmış narkotik maddələr var imiş. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. O və Şahin özlərini təqdim etdikdən sonra polis əməkdaşları onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirib onları İdarənin inzibati binasına dəvət etmişlər. Onlar deyilən İdarəyə çatanda o və Şahin dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra üzərilərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, onlar da buna etiraz etməmişlər. Beləliklə də onları saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkillərinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərilərinə şəxsi axtarış keçirilmiş və bu vaxt onlara təklif edilmişdir ki, üzərilərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsinlər. Bu vaxt Şahin masaya yaxınlaşaraq sağ əlində saxladığı sellofan torbanın içərisindəki bir bükümdə olan narkotik maddəni təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şalvarının sol yan cibindən bir ədəd açar, bir ədəd mobil telefon və 6 manat nağd pul aşkar edilmişdir. Təqdim etdiyi büküm açılaraq içərisinə baxış keçirilmiş, içərisində açıq qəhvəyi rəngli spesifik iyli maddənin olması məlum olmuşdur. Həmin büküm tərəzidə çəkilərək qablaşdırılmışdır. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt o, sağ əlində saxladığı torbanın içərisindən üç ədəd bükümü təqdim etmişdir. Bükümlər açılaraq hər birini içərisində qurudulmuş yaşıl ot formasında olan, kəskin iyli maddələr aşkar olunmuş, həmin bükümlər tərəzidə çəkilərək qablaşdırılmışdır. Sonra isə onun üzərində şəxsi axtarış keçirilmiş, əlavə heç bir əşya və predmet aşkar edilməmişdir. Həmin maddələr barədə sorğu edilərkən bildirmişlər ki, həmin maddələri “İslam” adlı İranlı şəxsin vasitəsilə Yardımlı rayonunun ərazisindən əldə etmişlər və deyiləcək yerlərə atmaq məqsədi ilə üzərilərində və Şahinin yaşadığı evdə saxlamışlar. “İslam”-ın göndərdiyi malları pul müqabilində sonradan deyiləcək yerlərə atmalı imişlər və buna görə “İslam” onlara ümumilikdə 5000 manat pul verəcəkmiş, onlar da həmin pulu aralarında böləcəkmişlər. Bundan başqa, çəkiliş vaxtı Şahin üz nahiyəsində olan xəsarətlər barədə sorğu edilərkən bildirmişdir ki, Yardımlı rayonunda gizlədilmiş maddələri 4-5 gün əvvəl götürmək üçün gedən zaman həmin yer palçıqlı olduğu üçün yıxılmış və üz nahiyəsindən yerdə olan ağac və kollara, daşlıqlı yerə dəyib sıyrılmışdır. O cümlədən də o, eyni qaydada göz nahiyəsindən xəsarət almışdır. Bundan sonra Şahinin üzərindən aşkar edilmiş mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, içərisində narkotik maddələr aşkar edilmiş bükümlər isə ekspertiza tədqiqatına təqdim olunması üçün iştirakları ilə qablaşdırıldıqdan sonra möhürlənmiş və imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar. Şəxsi axtarış zamanı şifahi sorğu edilərkən onlar əlavə olaraq bildirmişlər ki, Şahinin yaşadığı ünvan 3 ünvanda da həmin maddələrdən vardır və həmin evə baxış keçirilməsinə etiraz etmədiklərini və təqdim edə biləcəklərini bildirdikləri üçün onlar həmin tərkibdə qeyd olunan ünvana yollanmışlar. Ora çatanda Şahin üzərində olan açarla evi açıb içəri daxil olmuşlar və evin zirzəmisində gizlətdikləri Yardımlı rayonundan gedib götürdükləri iki ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Bundan sonra həmin torbalar açılaraq içərilərinə baxış keçirilmiş və torbalardan ümumilikdə bir ədəd bağlamada narkotik vasitə “nəşə”, üç ədəd bağlamada “şüşə” kimi tanınan maddə, iki ədəd bağlamada qəhvəyi rəngli “heroin" adlı maddə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan əlavə, evə baxış keçirilən zaman ona məxsus mobil telefon və plastik bank kartları aşkar edilərək götürülmüşdür. Narkotik maddələr də qablaşdırılaraq götürülmüş və onlar sorğu edilən zaman bir daha qeyd etmişlər ki, həmin maddələri “İslam” adlı iranlının vasitəsilə əldə etmişlər, pul müqabilində həmin maddələri deyilən yerlərə qoymalı imişlər və bir qismini yerləşdirdikdən sonra yerdə qalan hissəsi olduğunu qeyd etmişlər. (cild 1; iş vərəqə 157-160) Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki,18 noyabr 2022-ci il tarixdə qaynı Təqsirləndirilən şəxs1 ilə evin zirzəmisində iş görürlərmiş. Belə ki, Daşqının qayınanasıgilin həyəti onun işlədiyi həyətlə yanbayandır və ortasında qapı var. Daşqın palçıq gətirirmiş və orada onu qarışdırırmışlar. Bir az işlədikdən sonra Daşqın onlara çay gətirməyə getmişdir. 5-10 dəqiqədən sonra çöldən səs-küy gəldiyini eşitmiş və çıxanda Daşqının 3 nəfər mülki geyimli şəxslə əlbəyaxa dalaşdığını görmüşdür. O, söhbətin nədən getdiyini bilməmiş və onlara yaxınlaşmışdır. Həmin şəxslər Daşqını döyürmüşlər. O da həmin şəxslərdən birini qarnından vurub üzərinə çıxmışdır. Bundan sonra onun başından nəsə dəymiş və o huşunu itirərək yerə yıxılmışdır. O, ayılanda görmüşdür ki, qaynı Daşqının evində başqa bir otaqdadır və onu oyatmaq üçün üzünə su vururlar. Daşqını isə o biri otaqda döyürlər. Onun telefonu polislərin əlində olmuşdur. Həmin şəxslərin rəhbəri ona narkotik vasitə və silah olub-olmadığını soruşmuşdur. O isə narkotik vasitə və silahın olmadığını bildirmişdir. O, həmin şəxsin kimliyini soruşduqda, sonuncu ona “biləcəksən” deyə cavab vermişdir. Onların gözlədikləri adam gəlib çıxandan sonra onu dubinka və şillə ilə vurmuşlar. O, həmin şəxslərdən döyülməsinin səbəbini soruşmuşdur. Daha sonra polis əməkdaşları Daşqını otaqdan çıxarıb onları evə aparmışlar. Həmin ev Daşqının evindən təxminən 400-500 metr aralı məsafədə yerləşir. Daşqının ardınca onu da aparmışlar. Belə ki, həyətdə 3 ev var: onun evinin yanında qardaşlarının evi də yerləşir. Polislər əvvəlcə səhvən qardaşının evinə qeyri-qanuni daxil olmuşlar. Qardaşı onlardan özlərini təqdim etmələrini istəmişdir. Polis əməkdaşları onun, qardaşının və anasının evlərini axtarmış, lakin heç nə tapmamışlar. Belə ki, polis əməkdaşları qadınları bir otağa yığmışlar və onları da döyərək sonunculardan evdə silah, narkotik vasitə kimi qanunsuz əşya təqdim etmələrini istəmişlər. Lakin onlar polislərə heç nə olmadığını bildirdikdə, polis əməkdaşları telefonunda iran nömrəsi olduğunu səbəb kimi göstərmişlər. O isə polislərə narkotik vasitə istifadəçisi olduğunu və həmin narkotik vasitəni aldığı şəxsin Azərbaycan vətəndaşı olduğunu bildirmişdir. Bundan sonra onları bölməyə aparmışlar. Onu ayrı otağa salaraq əllərini arxadan qandallayıb var gücləri ilə sıxmışlar və onun qolunun əti kəsilmişdir. Onun ağzınıburnunu yapışkanla bağlamışlar və dizi üstə otuzduraraq döyməyə başlamışlar. Onun burnu sınıq olduğu üçün nəfəs ala bilməmişdir. Polislər onun halının pisləşdiyini görüb, ağzındakı yapışkanı qayçı ilə kəsmişlər və döyməyə davam etmişlər. O, isə polislərə onda heçnə olmadığını bildirmişdir. Daha sonra Daşqını otağa salmışlar, ancaq orada nə danışdıqlarını bilməmişdir. Səhəri gün saat 01 radələrində Daşqınla onu evə aparmışlar. Polis əməkdaşları ona silah və ya narkotik vasitə varsa onun yerini deməsini, əgər deməsə bütün ailəsini və nəslini həbsə göndərəcəklərini bildirmişlər. Polislər onun baldızının körpə uşağı olduğu üçün, digərinin isə ürəyi getdiyi üçün onları buraxmışlar, lakin həyat yoldaşı və qardaşını avtomobillə bölməyə aparmışlar. Polislər ona sənədləri imza edəcəyi təqdirdə onları buraxacaqlarını bildirmiş və o da onlarla razılaşmışdır. Belə ki, həmin mətnin üstünü polislər bağlamış və o ancaq imzalamışdır. Qaynı Daşqın da eyni zamanda sənədlərə qol çəkmişdir. Bundan sonra qara sellofanı Daşqına, ağ sellofanı isə ona vermişlər. Bundan sonra həmin sellofanlarla onu və Daşqını evə gətirmişlər. Həmin vaxt ərzində qardaşı və yoldaşı bölmədə qalmışdır. Bütün hadisələr qonşuların gözləri qarşısında olmuş, onlar hətta “102” qaynar xəttinə də zəng etmişlər. Polis əməkdaşları qonşuları qovaraq evin zirzəmisinə narkotik vasitə qoymuşlar. Onlar onun başına silah tutaraq artıq hərəkət edəcəyi təqdirdə silahla vuracaqları ilə hədələmişlər. Bu səbəbdən o hər şeyi polislərin dedikləri kimi etmişdir. Evdə videoçəkiliş olmuşdur. Bundan sonra o bölməyə gətirilmiş və orada yoldaşı və qardaşını da görmüşdür. Daha sonra Daşqınla onu ayın 19-u saat 11:40 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Lakin o, orada ona işgəncə olunduğunu deyə bilməzdi. O, ona təqdim olunan sənədlərə fərqli şəkildə imzalar çəkmişdir ki, təzyiq altında olduğunu gələcəkdə sübut edə bilsin. Müstəntiq ona “Problem yaranmağını istəmirsə, deyilən hər şeyi etməsini” bildirmişdir. O, məhkəmə qarşısına çıxarılmışdır. Bundan sonra Bakı İstintaq Təcridxanasına getmiş və orada onun bədən xəsarətləri qeyd olunmuşdur. Qeyd olunan xəsarətlərin iş materiallarına əlavə edilib-edilmədiyini bilmir. Videoçəkilişdə də Daşqınla onun üzündə xəsarətləri açıq-aydın görünür. Bölmədə həyat yoldaşının başına, uşaqlarının isə üzünə şillə vururmuşlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, 2013cü ildən narkotik vasitə istifadə edir. O həmin narkotik vasitəni tanımadığı şəxslərdən alırmış. O əvvəllər spirtli içkidən istifadə edirmiş. Daha sonra içkidən zəhərlənmiş və bədəni araq götürmədiyi üçün narkotik vasitəyə qurşanmışdır. Belə ki, o, əsəb xəstəsidir və sakitləşmək üçün narkotik vasitədən istifadə edirmiş. Narkotik vasitədən istifadə edərkən rahatlıq tapırmış. O, İran nömrəsi ilə əlaqə saxlayaraq nəşə əldə edirmiş. O, narkotik vasitənin pulunu ya online şəkildə ödəmiş və ya harasa qoyaraq şəklini çəkib atmışdır. O, maksimum 05 (beş) qram narkotik vasitə almışdır. Narkotik vasitə üçün maksimum 50-100 (yüz) manat məbləğində pul ödəmişdir. İranlı nömrə ilə yazışmaları yoxdur. Narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmamışdır. Onun Daşqınla və ya İran İslam Respublikasının vətəndaşı ilə narkotik vasitənin alışı və satışı ilə bağlı telefon danışığı, mesaj və ya səs yazışması olmamışdır. İstifadəsində olan nömrə ***-***-**-** saylı olmuşdur. “Whatsapp” sosial şəbəkəsi vasitəsilə iranlı nömrə ilə narkotik vasitə ilə bağlı danışığı olmamışdır. 14 noyabr 2022-ci il tarixdə rayona getmələrinə səbəb qaynı Daşqının anası xəstə olduğu üçün onu həkimə gətirmək lazım olduğunu olmuşdur. Lakin o, ağrıları çox olduğu üçün onlarla gələ bilməyəcəyini bildirmişdir. Həmin vaxt yol da palçıq olmuş və Daşqının anası onlara bildirmişdir ki, ağrıyır, yolda halı pis olar. Bu səbəbdən onlara getmələrini və 1-2 gündən sonra gəlib onu həkimə aparacaqlarını bildirmişdir. Polislər ona kamera arxasında nəyi demişlərsə, o da həmin sözləri təkrarlamışdır. Belə ki, o narkotik vasitəni “İslam” adlı İran İslam Respublikasının vətəndaşından aldığını, həmin vaxt yıxıldığını söyləmişdir. Bu cür ifadə verməsinə səbəb isə o biri otaqda yoldaşı və qardaşının olması olmuşdur. Daşqını və onu 18 noyabr 2022-ci il tarixdə 17-19 radələrində evdən aparmışlar. Lakin sənədlərdə tutulduqları vaxt 19 noyabr 2022-ci il tarix kimi qeyd etmişlər. Daşqın “Milla” zavodunda sürücü vəzifəsində çalışır və 15 noyabr 2022-ci il tarixdə işdə olmuşdur. 14 noyabr 2022-ci il tarixdə Daşqın xəsarət almamışdır. Daşqın narkotik vasitələrdən istifadə etmir. Ailəsinə və ona polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq olunmuşdur. Ona fiziki xəsarətlərin çoxu evdə ailəsinin gözü qarşısında yetirilmişdir. Bunun davamı olaraq idarədə də xəsarətlər almışdır. Bundan başqa yoldaşına, qaynına və uşaqlarına da qarşı fiziki zor tətbiq olunmuşdur. Daşqının evinin qarşısında su xətti partlayaraq yol palçıq olmuş və 17 noyabr 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşlarını su xəttini düzəltmək üçün çağırmışlar. Yol torpaq olduğu üçün palçıq olmuşdur. 18 noyabr 2022-ci il tarixdə o da avtomobilini darvazanın qarşısında saxlamışdır. 3 ədəd maşın isə sürətli şəkildə keçmişdir. O, yaxınlaşanda sürəti azaldararaq dayanıb avtomobilin kimə məxsus olduğunu soruşmuşlar və götürülməsini bildirmişlər. Bu zaman Daşqın “digər maşınlar necə keçirsə, siz də oradan o şəkildə keçin” deyə bildirmişdir. Bundan sonra polislər Daşqını söymüşlər və o da onlara cavab qaytarmışdır. Daha sonra polislər Daşqının üstünə gələrək döyməyə başlamışlar. Həmin polis əməkdaşları mülki geyimdə olmuşlar. Buna görə də onların polis olduğunu bilməmişlər. Hesab edir ki, qeyd olunan hadisəyə görə polis əməkdaşları onlara qarşı qərəzli münasibət göstərmişlər. O, qonşulardan 18 noyabr 2022-ci il tarixdə tanımadığı adamların evinə basqın etməsi və ailəsinə işgəncə verilməsi ilə bağlı “102” xidmətinə zəng vurmalarını xahiş etmişdir. 19 noyabr 2022-ci il tarixdə təxminən saat 11 radələrində Daşqın və onu Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə aparmışlar. Görünür ki, 1 saat sonra ailəsini evə buraxmışlar və böyük qardaşının oğlu “102” çağrı mərkəzinə zəng vurmuşdur. Onlara qarşı polis əməkdaşları tərəfindən işgəncə əvvəl Daşqının evində, sonra isə onun yaşadığı evdə olmuşdur. Belə ki, polis əməkdaşları 02 ədəd dubinka və 01 ədəd taxtanı onun kürəyində sındırmışlar. Polis əməkdaşları Daşqını və onu yerə yıxaraq təpikləmiş və küçə söyüşləri ilə söymüşlər. O Daşqının küçədə döyüldüyünü gördüyü üçün yaxınlaşmış və həmin adamlardan birini az qala boğurmuş. Bundan sonra onun başına vurmuşlar və ürəyi getmişdir. Ayılanda Daşqının evində yataq otağında olmuş və bu zaman Daşqının digər otaqda döyüldüyünü görmüşdür. Polislər ondan mobil telefonunun kodunu istəmişlər. Orada iran nömrəsi tapmışlar və bundan sonra sorğu-sual başlamışdır. O isə onlara narkotik vasitə istifadə etdiyini bildirmişdir. O, həmin narkotik vasitəni həmin iran nömrəsi ilə əlaqə saxlayaraq əldə etdiyini bildirmişdir. Belə ki, həmin şəxs Azərbaycan vətəndaşıdır və öz nömrəsini iran nömrəsi ilə gizlədir. Narkotik vasitəni pulu olan vaxtlarda bəzən ayda bir dəfə, bəzən iki ayda bir dəfə, bəzən isə 2-3 gündən alırmış. Həmin şəxs nəşəni 02 qramdan az miqdarda satmırmış. O, həmin şəxsdən ən çoxu 03-04 qram nəşə almışdır. Həmin şəxs narkotik vasitənin yerini özü müəyyən edirmiş. Belə ki, bəzən onunla görüşürmüş, bəzən isə həmin şəxs ona maddəni qoyduğu yeri bildirirmiş və o gedib oradan narkotik vasitəni götürürmüş. Narkotik vasitənin pulunu həmin şəxsin verdiyi hesab nömrəsinə “Million” vasitəsilə ödəyirmiş. O, yalnız narkotik vasitənin marixuana növündən istifadə edirmiş. Daşqın isə narkotik vasitə istifadə etmir. Daşqının iran nömrəsi ilə yazışması və danışığı olmamışdır. Döyülmə faktı ilə bağlı prokurorluğa onun müdafiəçisi müraciət etmişdir. Müstəntiq onun ifadəsini doğru şəkildə yazmamışdır. O, ibtidai istintaq zamanı o formada ifadə verməmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, birlikdə tutulduğu Daşqın adlı şəxs onun qaynıdır. Daşqın ailəsi ilə birlikdə 28 may qəsəbəsində bir qədər onun evindən aralıda yerləşən tikilidə yaşayır və ona təmirlə bağlı kömək edirmiş. Daşqının özünün daimi iş yeri də vardır. Təxminən 10-15 gün əvvəl Daşqın ona demişdir ki, bir nəfər İran İslam Respublikasının vətəndaşı kimi özünü sonuncuya təqdim edən “İslam” adlı şəxs Daşqına “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayıb yazaraq tanışlıq vermiş və narkotik alverçisi olduğunu bildirərək bu işdə kömək etməklə yaxşı qazanc əldə etmək imkanı olduğunu demişdir. Daşqına bildirmişdir ki, İrandan narkotik atdıracaq və gedib həmin malı götürüb saxlamaq lazımdır ki, lazım olan zamanlarda həmin narkotiklərdən deyilən ünvanlara aparıb qoysunlar və İranlı buna görə 5000 manat pul verməyi söz vermişdir. Daşqın ona demişdir ki, öz maddi vəziyyəti pisdir və onun da maddi vəziyyəti və evin təmiri ilə əlaqədar borcları olduğundan onlar qərara gəlmişlər ki, həmin “İslam" adlı şəxslə işləsinlər və pulu yarı bölsünlər. Beləliklə də, elə həmin ərəfədə Daşqınla Yardımlı rayonuna gedərək orada meşədə gizlədilmiş yerdən kisələrdə olan narkotik maddələri götürüb onun təmir olunan evinə gətirib gizlətmişlər və qısa bir zaman ərzində Daşqınla həmin maddələri elə yaşadıqları 28 may qəsəbəsi ərazisində ən çoxu zibillik və yaxınlıqda yerləşən tikilinin hasarının dibinə atıb gizlətməklə tamamlamışlar. Buna görə “İslam” Daşqının kartına 5000 manat pul yükləmiş və onlar həmin pulu bölmüşlər. Bundan sonra isə, ikinci dəfə onlar tutulmamışdan təxminən 4-5 gün əvvəl Daşqın yenidən bildirmişdir ki, həmin "İslam “adlı iranlı narkotik maddələri Yardımlı rayonuna qoydurub və gedib oradan götürmək lazımdı və eyni qaydada 5000 manat pul müqabilində həmin maddələri sonradan hissə-hissə yerləşdirmək lazımdır. Ona görə də onlar Daşqınla sonuncunun idarə etdiyi Hyundai markalı avtomobillə Yardımlı rayonuna yola düşmüşlər. İranlı şəxs onlara həmin yerin dəqiq koordinatlarını sosial şəbəkə vasitəsilə yollamış və onlar ora çatandan sonra xeyli məsafəni piyada olaraq Yardımlı rayonunun çıxacağında İran İslam Respublikası ilə sərhədə yaxın meşə zolağına tərəf gedərək orada iki ədəd hərəsi təxminən 20-25 kq olan iri kisələrdən hərəsi birini götürmüş və geri qayıdaraq maşına yükləyib evə qayıtmış və onun yaşadığı və təmirdə olan evin zirzəmisində gizlətmişlər. Qeyd olunanlar barədə ailə üzvlərinin xəbəri yox imiş. Bundan sonra onlar Daşqınla təxminən 4-5 dəfə olmaqla “İslam”-ın sifarişi ilə onlara göndərilmiş maddələrdən bir qismini həmin evdə ayırıb dediyi qaydada 28 may qəsəbəsində müxtəlif yerlərə aparıb atmışlar. Daşqın maşın sürürmüş, o isə bükümləri yerləşdirib həmin yerin şəklini çəkirmiş və koordinatları internet vasitəsilə həmin mobil tətbiqində “İslam"-a göndərirmiş. Sonradan isə həmin bükümləri kimsə gəlib götürürmüş, həmin şəxsi onlar görmürmüş. Onların işi maddələri yerləşdirmək imiş. Tutulduqları gün isə günorta saatlarında onlar Daşqınla növbəti dəfə maddələri atmağa gedən zaman onun yaşadığı ünvanın yaxınlığında piyada olarkən onlara mülki geyimli şəxslər yaxınlaşaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Həmin vaxt onun və Daşqının əlində sellofan torbalarda hazır qablaşdırılmış narkotik maddələr var imiş. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. O və Daşqın özlərini təqdim etdikdən sonra polis əməkdaşları onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə məlumata malik olduqlarını bildirib onları idarənin inzibati binasına dəvət etmişlər. Onlar deyilən idarəyə çatanda o və Daşqın dövlət hesabına vəkillə təmin olunmuşlar və bundan sonra üzərilərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir, onlar da buna etiraz etməmişlər. Beləliklə də onları saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkillərinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərilərinə şəxsi axtarış keçirilmiş və bu vaxt onlara təklif edilmişdir ki, üzərilərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsinlər. Bu vaxt o, masaya yaxınlaşaraq sağ əlində saxladığı sellofan torbanın içərisindəki bir bükümdə olan narkotik maddəni təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şalvarının sol yan cibindən bir ədəd açar, bir ədəd mobil telefon və 6 manat nağd pul aşkar edilmişdir. Təqdim etdiyi büküm açılaraq içərisinə baxış keçirilmiş, içərisində açıq qəhvəyi rəngli spesifik iyli maddənin olması məlum olmuşdur. Həmin büküm tərəzidə çəkilərək qablaşdırılmışdır. Daha sonra Daşqının üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt Daşqın sağ əlində saxladığı torbanın içərisindən üç ədəd bükümü təqdim etmişdir. Bükümlər açılaraq hər birini içərisində qurudulmuş yaşıl ot formasında olan, kəskin iyli, el arasında “nəşə” kimi tanınan maddələr aşkar olunmuşdur, həmin bükümlər tərəzidə çəkilərək qablaşdırılmışdır. Sonra isə Daşqının üzərində şəxsi axtarış keçirilmiş, əlavə heç bir əşya və predmet aşkar edilməmişdir. Həmin maddələr barədə sorğu edilərkən bildirmişlər ki, həmin maddələri “İslam” adlı İranlı şəxsin vasitəsilə Yardımlı rayonunun ərazisindən əldə etmişlər və deyiləcək yerlərə atmaq məqsədi ilə üzərilərində və onun yaşadığı evdə saxlamışlar. Göndərilən malları pul müqabilində sonradan deyiləcək yerlərə atmalı imişlər və buna görə “İslam” onlara ümumilikdə 5000 manat pul verəcəkmiş, onlar da həmin pulu aralarında böləcəkmişlər. Bundan başqa, çəkiliş vaxtı o, üz nahiyəsində olan xəsarətlər barədə sorğu edilərkən bildirmişdir ki, Yardımlı rayonunda gizlədilmiş maddələri 4-5 gün əvvəl götürmək üçün gedən zaman həmin yer palçıqlı olduğu üçün yıxılmış və üz nahiyəsindən yerdə olan ağac və kollara, daşlıqlı yerə dəyib sıyrılmışdır. O cümlədən də Daşqın da eyni qaydada göz nahiyəsindən xəsarət almışdır. Bundan sonra üzərindən aşkar edilmiş mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, içərisində narkotik maddələr aşkar edilmiş bükümlər isə ekspertiza tədqiqatına təqdim olunması üçün iştirakları ilə qablaşdırıİdıqdan sonra möhürlənmiş və imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar. Şəxsi axtarış zamanı şifahi sorğu edilərkən onlar əlavə olaraq bildirmişlər ki, onun yaşadığı ünvan 3 ünvanda da həmin maddələrdən vardır və həmin evə baxış keçirilməsinə etiraz etmədiklərini və təqdim edə biləcəklərini bildirdikləri üçün onlar həmin tərkibdə qeyd olunan ünvana yollanmışlar. Ora çatanda o, üzərində olan açarla evi açmış və onlar içəri daxil olmuşlar və evin zirzəmisində gizlətdiyi Yardımlı rayonundan gedib götürdükləri iki ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Bundan sonra həmin torbalar açılaraq içərilərinə baxış keçirilmiş və torbalardan ümumilikdə bir ədəd bağlamada narkotik vasitə “nəşə”, üç ədəd bağlamada “şüşə” kimi tanınan maddə, iki ədəd bağlamada qəhvəyi rəngli “heroin” adlı maddə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan əlavə, evə baxış keçirilən zaman Daşqına məxsus mobil telefon və plastik bank kartları aşkar edilərək götürülmüşdür. Narkotik maddələr də qablaşdırılaraq götürülmüş və onlar sorğu edilən zaman bir daha qeyd etmişlər ki, həmin maddələri “İslam” adlı iranlının vasitəsilə əldə etmişlər, pul müqabilində həmin maddələri deyilən yerlərə qoymalı imişlər və bir qismini yerləşdirdikdən sonra yerdə qalan hissəsi olduğunu qeyd etmişlər. (cild 1; iş vərəqə 139-142) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, O, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində külli miqdarda narkotik vasitələrin saxlanması və daşınması ilə bağlı məlumat daxil olmuşdur. 19 noyabr 2022-cü il tarixdə tərəflərindən tədbir keçirilmiş, Şahin və Daşqın 28 may qəsəbəsində saxlanılaraq Baş idarəyə dəvət edilmişlər. Orada üzərilərinə vəkilin də iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman üzərilərindən narkotik vasitə aşkar edilmişdir. Bundan başqa Şahin və Daşqının yaşadığı evə də baxış və axtarış keçirilmişdir. Bu zaman narkotik vasitə aşkar edilmişdir. Həmin maddələri onlar İran İslam Respublikasının vətəndaşı “İslam” adlı şəxsdən 5000 (beş min) manat məbləğində əldə etdiklərini bildirmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Şahin və Daşqına tərəflərindən fiziki və psixi təsir və təzyiq olmamışdır. Şahin və Daşqını yaşadıqları evin qarşısında saxlamışlar və Baş idarəyə aparmışlar. Daha sonra evə gəlmişlər. Şahin və Daşqının ailə üzvləri özləri könüllü şəkildə idarəyə gəlmişlər. Onlar təqsirləndirilən şəxslərin ailə üzvlərini polis idarəsinə aparmamışlar. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat qrupu 4 nəfərdən ibarət olmuşdur. Əməliyyat məlumatı məlum hadisə baş verməmişdən bir gün öncə daxil olmuşdur. Şahin və Daşqın 19 noyabr 2022-ci il tarxidə saat 14:00-da saxlanılmışdır. Şahin və Daşqın saxlanılarkən piyada şəkildə olmuşlar. Şahin və Daşqının əllində sellofan olmuşdur. Şahin və Daşqın narkotik maddəni “İslam” adlı şəxsdən aldıqlarını bildirmişdilər. Narkotik vasitə evin zirzəmisindən aşkar olunmuşdur. Şahin və Daşqının Yardımlıya getmələri barədə özləri onlara məlumat vermişlər. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 19 noyabr 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumatda xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 4şayan Təqsirləndirilən şəxs2 və xx.xx.1987-ci ildə Yardımlı şəhərində anadan olmuş, evli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Şəfəqli ərazi dairəsi, Gilar kəndində qeydiyyatda olmaqla ünvan 4şayan Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilib əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupunun rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri kimi isə Baş idarənin baş əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı Şahid2, polis polkovnik-leytenantı Şahid3 və polis polkovnik-leytenantı Şahid4 təyin edilmişlər. 19 noyabr 2022-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 14:15 radələrində ünvan 7 ünvanının yaxınlığında hər birinin əlində sellofan torba olan və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs2 ilə X4 oxşar şəxsləri görüb onlara yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini həmin şəxslərə təqdim etmişlər. Bundan sonra həmin şəxslərin şəxsiyyəti barədə onları sorğu etmişlər və onlar özlərini onlara təqdim edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə əldə etmələri və Bakı şəhəri Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmalarında şübhəli olduqları bildirilmiş və həmin şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşlar. Saxlanılmış şəxslərin hüquq və vəzifələrinin müdafiə edilməsi məqsədi ilə Baş İdarənin Təhqiqat qrupunun təhqiqatçısı tərəfindən dövlət hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri olan müdafiəçilər dəvət edilərək təqdim edilmişdir. Bundan sonra barələrində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənlərində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 19 noyabr 2022-ci il tarixli qərara əsasən üzərilərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmasından əvvəl həmin qərarla tanış edilmişlər. Həmin şəxslər buna etiraz etməmişlər. Şəxsi axtarış baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid4 tərəfindən “Sony” markalı videokamera vasitəsilə video çəkilişdən istifadə edilməklə aparılırmış. Şəxsi axtarışda yuxarıda qeyd olunan tərkibdə əməliyyat tədbirində iştirak etmiş əməkdaşlar, saxlanılmış şəxslər və sonuncuların vəkilləri iştirak edirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı ağ rəngli sellofan torbanın içərisində olan bir ədəd bükümdə qəhvəyi rəngli spesifik iyli narkotik vasitə heroinə bənzər maddəni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra, həmin şəxsin üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən əlavə olaraq bir ədəd mobil telefon, bir ədəd açar və nağd pul aşkar edilmiş, bundan əlavə hər hansı kənar predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi yuxarıda qeyd olunan bir ədəd bükümdə olan maddə elektron tərəzinin üzərinə qoyulmaqla çəkilmiş və ekspertiza tədqiqatına təqdim olunması üçün bir ədəd zərfin içərisində qablaşdırılaraq üzərində qeydiyyat aparılmaqla götürülmüşdür. Bir ədəd açarla nağd pul iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs2 özünə geri qaytarılmış, mobil telefon isə araşdırma üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra saxlanılmış digər şəxs Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən üç ədəd bükümdə olan yaşıl rəngli qurudulmuş ota bənzər kəskin spesifik iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni çıxarıb təqdim etmişdir. Bundan sonra, həmin şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, lakin əlavə heç bir maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi yuxarıda qeyd olunan üç ədəd bükümdə olan kütlələr elektron tərəzinin üzərinə qoyulmaqla çəkilmiş və ekspertiza tədqiqatına təqdim olunması üçün ayrıca olaraq bir ədəd zərfin içərisində qablaşdırılaraq üzərində qeydiyyat aparılmaqla götürülmüşdür. Şifahi sorğu zamanı saxlanılmış şəxslər bildirmişlər ki, təqdim etmiş olduqları maddələr özlərinə məxsusdur, həmin maddələri saxlanılmamışdan təxminən dörd-beş gün əvvəl İran İslam Respublikasının vətəndaşı olan “İslam” adlı şəxsin vasitəsilə deyiləcək ünvanlara qoymaq məqsədi ilə Yardımlı rayonunun ərazisindən birlikdə gedib götürdüklərini və bu işin müqabilində “İslam” adlı şəxsin həmin şəxslərə 5000 manat pul verəcəyini və həmin pulu aralarında böləcəklərini bildirmişlər. Bundan başqa, həmçinin də yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsində yerləşən evdə də narkotik vasitələr olduğunu və sözügedən evə də baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Qeyd olunanlar barədə protokol tərtib olunaraq imzalanmış və bundan sonra saxlanılan şəxslərin bildirdiyi ünvanda yerləşən evə videoçəkiliş tətbiq edilməklə baxış keçirilməsi üçün gedilmişdir. Videoçəkiliş bu dəfə də Şahid2 tərəfindən aparılırmış. Baxışda da eyni tərkibdə yəni, yaradılmış əməliyyat qrupu, saxlanılmış şəxslər, onların müdafiəçiləri və sənədləşmə aparan təhqiqatçı iştirak edirmiş. Həmin evə daxil olduqdan sonra saxlanılmış şəxslərə bir qədər öncə həmin ünvanda saxlamasını bildirdikləri narkotik vasitələri təqdim etmələri təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 özündə olan açarla həmin evin qapısını açaraq evin zirzəmisindən iki ədəd qara rəngli torbanı çıxarıb təqdim etmişdir. Həmin vaxt qeyd edilən torbalar açılaraq içərilərinə baxış keçirilmiş və torbaların içərisindən ümumilikdə iki ədəd bükümdə qəhvəyi rəngli spesifik iyli narkotik vasitə heroinə oxşar maddə, üç ədəd bükümdə ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddələr kütləsi, bir ədəd bükümdə yaşıl rəngli qurudulmuş ota bənzər kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzinin vasitəsilə çəkilmiş və bu barədə qeydiyyat aparılmışdır. Qeyd edilən maddələr qablaşdırıldıqdan sonra iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Bundan sonra mənzildə saxlanması ehtimal edilən digər maddələri aşkar etmək məqsədi ilə mənzilə baxış keçirilmiş, baxış zamanı sübut əhəmiyyətli heç bir əlavə maddə aşkarlanmamışdır. Aşkar edilərək götürülmüş maddələr barədə sorğu edilərkən saxlanılmış şəxslər bildirmişlər ki, həmin maddələr özlərinə məxsusdur və həmin kütlələri dörd-beş gün əvvəl İran İslam Respublikasının vətəndaşı olan “İslam” adlı şəxsin vasitəsilə Yardımlı rayonuna gedərək orada gizlədilmiş yerdən deyiləcək yerlərə qoymaq məqsədi ilə götürüb əldə etdiklərini, buna görə həmin şəxsin 5000 manat pul verəcəyini, həmin pulu da öz aralarında böləcəklərini, bundan da əlavə həmin şəxsin bundan əvvəl göndərmiş olduğu 50 kiloqrama yaxın çəkidə olan narkotik maddələri deyilən yerlərə qoyduqlarını bildirmişdir. Bundan sonra çəkiliş dayandırılmış və qeyd edilənlər barədə müvafiq qaydada protokol tərtib edildikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. (cild 2; iş vərəqə 43-46) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2, DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 və DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid4 ifadələrində məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə eyni məzmunlu və Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onunla eyni əməliyyat qrupunda olduqlarını bildirmişlər və Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəməyə əlavə şahid qismində dəvət olunmuş X11 ifadəsində göstərmişdir ki, o 17 noyabr 2022-ci il tarixdə işdən çıxmışdır. Həmin ərəfələrdə “Yaşam” mərkəzində sürücülük fəaliyyəti ilə məşğul olurmuş. O eyni zamanda, işdən sonra taksi fəaliyyəti ilə məşğul olur. Həmin gün saat 18 radələrində evə gəlib yemək yedikdən sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün evdən çıxmışdır. Təxminən axşam saat 11-ə işləmiş o evə zəng vuraraq 20 (iyirmi) manat məbləğində qazancı olduğunu bildirmişdir. Həmin pulun 10 (on) manatını maşının yanacağına sərf etdiyini, qalan pula isə nə almalı olduğunu soruşmuşdur. Lakin ona evdə polis olduğunu bildirmişlər və evə gəlməsini demişlər. O yoldaşı ilə telefonla danışan vaxt kiminsə ona “Az, kiminlə danışırsan” sualı verildiyini eşitmişdir. Daha sonra tanımadığı bir şəxs telefonun dəstəyini götürərək onun harada olduğunu və evə nə vaxta gələcəyini soruşmuşdur. O isə həmin şəxsə Dərnəgül yolunda olduğunu və 15-20 (on beş-iyirmi) dəqiqəyə evə çatacağını bildirmişdir. O həmin şəxsdən kimliyini soruşduqda həmin şəxs, ona evə gəlincə görəcəyini bildirərək adboy vermişdir. O evə gələndə məhəllədə çoxlu maşın olduğunu görmüşdür. Avtomobilini kənarda saxlayaraq evə getmişdir. Həmin vaxt o 4 nəfər şəxsin darvazalarının qarşısında dayandığını görmüş və onlara evin sahibi olduğunu bildirmişdir. İçəri keçəndə görmüşdür ki, Təqsirləndirilən şəxs1 halsız vəziyyətdə divanda otuzdurmuşlar, Təqsirləndirilən şəxs2 isə divara söykəyərək vururlar. Həmin an o Şahini döyən şəxslərin üzərinə atlanmışdır. Həmin şəxslər onu da kənara çəkərək divara söykəmişlər. Şahinin başı yarılmış və bədəni gömgöy olmuşdur. O həmin şəxslərdən döymələrinin səbəbini soruşduqda ona qardaşının narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmişlər. O isə həmin şəxslərə qardaşının idmançı və usta olduğunu və narkotik vasitələrlə əlaqəsi olmadığını bildirmişdir. Həmin şəxslər ona biabırçılıq olmaması üçün Şahinin narkotik vasitənin yerini deməsini söyləmişlər. Onlar qardaşı ilə söhbət etməsi üçün onları eyni otağa salmışlar. O Şahinə narkotik vasitə olduğu təqdirdə onu verməsini bildirmişdir. Çünki polislər onları ağır şəkildə təhqir edirmişlər. X15 dubinka ilə vurarkən o, qırılmışdır. Onlar dubinkanın tapdıqları hissələrini özləri ilə götürmüşlər. Ev həmin vaxt darmadağın vəziyyətdə olmuşdur. Onlar Şahini yerə uzadaraq şalvarını çıxarmaq istəyəndə o buna imkan verməmişdir. Onlar daha sonra Şahinin həyat yoldaşını gətirmişlər. “Seymur” adlı şəxs Şahinin yoldaşının sifətinə şillə vurmuş və başının örpəyini çıxartmışdır. Onlar Şahin və Daşqını ədəbsiz sözlərlə təhqir edərək döyürmüşlər. O gəlinlərini divanın arasına gizlədərək qulaqlarını tutmasını və gözlərini bağlamasını bildirmişdir. 18 noyabr 2023-cü il tarixdə gecə saat 01-ə işləmiş Şahin və Daşqını aparmışlar. Evlərinə gələn şəxslərin şahid qismində ifadə vermək üçün məhkəməyə gəldiklərini görmüşdür. Ertəsi gün saat 10:00-10:30 radələrində Şahin və Daşqını evə gətirmişlər. Onlardan yenə də narkotik vasitənin yerini soruşurdular, lakin Şahin və Daşqın narkotik vasitənin olmadığını bildirmişlər. Polislər Şahin və Daşqını döyürmüşlər. Onu və gəlinlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada ad-soyadlarını qeyd etmişlər və ona “Qardaşın kişi olsaydı ailəsi bura gəlməyəcəkdi” deyə bildirmişlər. Otağın qapısı açılanda Şahinin əlləri arxasında dizi üstə oturduğunu, bir nəfərin onun sinəsini təpiklədiyini görmüşdür. Şahin onu görən kimi başını bulamışdır. Gəlinlə onu aşağı otağa aparmışlar. Təxminən saat 01-ə işləmiş Şahin narkotik vasitəni boynuna götürmüş və onu buraxmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X11 bildirdi ki, məlum hadisə 17 noyabr 2023-cü il tarixdə baş vermişdir. Polis əməkdaşlarının sayı çox olmuş, təxminən 13-15 nəfər olarmış, Təqsirləndirilən şəxs1 onun yanında cəmi bircə dəfə döymüşlər. Lakin Təqsirləndirilən şəxs2 döyülməsini çox görmüşdür. Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir. Onlar Şahin və Daşqını dubinka və şillə-təpiklə döymüşlər. Dubinkanın qırıqları da ondadır. Şahin və Daşqının çiyinlərindən və dizlərindən vurmuşlar. Sınan dubinkanın birinin materialı mumdan, digəri isə taxtadan olmuşdur. Polis əməkdaşlarına “Yaşam” mərkəzində sürücü işlədiyini və buna görə də tez-tez analiz verdiyini bildirdikdən sonra ondan əl çəkmişlər. Həmin şəxslərə kiminsə narkotik vasitəni boynuna götürməyi lazım idi. Onda olan məlumata görə, həmin məhəllədə başqa şəxsləri güdürmüşlər. Lakin qarşılarına Şahin və Daşqın çıxmışdır. Evdən hər hansı narkotik vasitə aşkar olunmamışdır. Şahinin narkotik vasitələrdən istifadə etməsindən xəbəri olmamışdır. Qardaşının narkotik vasitələrdən istifadə etdiyini bilsəydi, onu cəzalandırardı. Təqsirləndirilən şəxs1 sakit, zəhmətkeş bir şəxs kimi tanıyır. Daşqının narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasından xəbəri yoxdur. Belə bir halın baş verməsinə inanmır. O, polislərin danışığından belə başa düşüb ki, guya Şahin və Daşqında külli miqdarda narkotik vasitə var və polislər həmin maddələri onlardan tələb edirlər. Ona sonradan məlum olmuşdur ki, polislər əvvəl Daşqının evinə getmişlər. Orada döşəmə yuyan taxtanın üstünə yağ çəkib və Daşqına işgəncə etmək istəmişlər. Daha sonra onun balaca bacısını otağa çağırmışlar. Polislər narkotik vasitəni onların evdə gizlətdiyini bildirmişlər. Şahin iş görmək üçün Daşqının evinə gedib və hay-küy yarandığı üçün çölə çıxmışdır. Şahin Daşqını döydüklərini gördükdə onlara yaxınlaşaraq həmin şəxslərdən birinə kəllə atmışdır. Daha sonra Şahini də döymüşlər. Şahin, oradan qaçmaq istəsə də bunu edə bilməmişdir. Daşqının Şahinin adını verməsinin səbəbi onunla çox yaxın münasibətlərinin olmasıdır. Şahin və Daşqının döyülərək boyunlarına onlara məxsus olmayan narkotik vasitələrin qoyulmalarının səbəbini bilmir. Bir az həyəcanlı olduğu üçün tutulma vaxtını bəlkə də dəqiq xatırlamır. Lakin onu deyə bilər ki, DİN 102 xidməti-zəng mərkəzinə həmin gün o, yoldaşı və oğlu zəng vurmuşdur. DİN 102 xidmətindən ona məktub gəlib və o, həmin sənədi vəkilə təqdim etmişdir. O, Daşqının evində döyülməyini görməmişdir. Daşqının bacısının dedikləri əsasında bildiklərini məhkəməyə söyləmişdir. Şahin onunla yaşamır. Buna görə də hadisələrin onun evində cərəyan etməsinin səbəbini polis əməkdaşlarından soruşmaq lazımdır. O evin dağılmış vəziyyəti ilə bağlı video da çəkmişdir. Baş idarədə ona bir-iki dubinka zərbəsi vurmuşlar. Polislər onun, anasının evini və həyəti axtarmışlar. Polislər uşaqlarının qarnına dubinka ilə vuraraq onlara azyaşlı olduqları üçün kiminsə nə isə etməyəcəyini və narkotik vasitənin yerini söyləmələrini bildirmişlər. Gəlinlə onu idarəyə apararkən Şahinin uşağı anasını haraya apardıqlarını soruşduqda, onlar uşağa şillə vurmuşlar. Evdə anasından başqa bütün qadınlar olmuşdur. Şahini evin zalında döyürmüşlər. O, prokurorluğa yazdığı şikayət ərizəsində hər şeyi qeyd etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 6) xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 7- 8) xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosesual hərəkətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası DİN-nin BNMİnin əməkdaşlarından qrup rəhbəri kimi DİN-nin BNMİ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1, qrup üzvləri DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid2, DİN-nin BNMİ-nin X.M.İ.Ü baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid3 və DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid4 tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 11) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 14:15 dəqiqədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanın yaxınlığında, piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişdir. (Cild 1, iş vərəqə 12) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 14:15-də şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 22-23) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 14:15-də şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 40-41) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 noyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında onlar DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 19 noyabr 2022-ci il tarixdə ünvan 7 ünvanının yaxınlığında birlikdə əllərində olan sellofan torbalarla birlikdə saxlanılaraq DİN-in BNMİ-nin İnzibati binasına gətirilmişlər və üzərilərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı sellofan torbanın içərisindən 1090 qram çəkidə narkotik vasitə heroin və özünə məxsus olan mobil telefon aparatı, Təqsirləndirilən şəxs1 isə sağ əlində saxladığı sellofan torbanın içərisindən üç ədəd bükümlərdə olmaqla ümumilikdə 2260 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqə 49-53) xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 yaşadıqları ünvan 8 ünvanında yerləşən yaşayış sahəsinə keçirilən baxış zamanı onların həmin evin zirzəmisindən çıxarıb təqdim etdikləri iki ədəd qara rəngli sellofan torbanın içərisindən bir ədəd polietilen bağlamada ümumilikdə 820 qr narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə ümumilikdə 2095 qram çəkidə narkotik vasitə heroin, üç ədəd bükümdə ümumilikdə 3170 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqə 59- 60) 20 noyabr 2022-ci il tarixli 6/6669 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş : - üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən ..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmzi çəkisi 1090 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan bağlamanı (təqdim edilmiş qərarda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları evdən aşkar edilmiş maddələr kimi göstərilmiş) açdıqda içərisindəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmzi çəkiləri 1060 qr, 1035 qr, ümumi təmiz çəkisi 2956 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmzi çəkiləri 740 qr, 1230 qr, 1200 qr, ümumi təmiz çəkisi 3170 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Zərfdəki və bağlamadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 3185 qramdır. Zərfdəki heroinin təmiz çəkisi - 1090 qr, tədqiqata sərf edildi - 0,100 qr., qalıq - 1089,9 qr. Bağlamadakı heroinin üm. təmiz çəkisi - 2095 qram, tədqiqata sərf edildi - 0,100 qr., qalıq - 2094,9 qr. Bağlamadakı metamfetaminin üm. təmiz çəkisi - 3170 qr, tədqiqata sərf edilən - 0,100 qram, qalıq - 3169,9 qr. (Cild 1, iş vərəqə 71-74) 20 noyabr 2022-ci il tarixli 7/1330 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi ...” yazısı və imzalar qara rəngli polietilen bağlamadakı 01 (bir) ədəd sellofan torbada və 02 (iki) ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 1300 qram, 420 qram, 540 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edimiş üzərində “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1...təqdim etdikləri...." yazısı və imzalar olan 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı təmi zçəkisi - 820 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 3080 qramdır (3kq80qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi - 3080 qram(1-4№ ob), tədqiqata istifadə olundu - 0,4 qram, (hər obyektdən 0,1 qram) qalıq - 3079,6 qram. (Cild 1, iş vərəqə 78-81) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 119-120) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 143-144) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-1250/2022 saylı (hakim H.E.Kamranov) qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 178-183) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-1248/2022 saylı (hakim X.K.Əlisoy) qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 184-188) Maddi sübut hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərindən və yaşadıqları mənzildən aşkar edilərək götürülmüş ümumilikdə 3185 qram çəkidə narkotik vasitə heroindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 3184,8 qramı, 3080 qram çəkidə qurudulmuş marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 3079,6 qramı, 3170 qram çəkidə psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 3169,9 qramı və bir ədəd elektron tərəzi maddi sübut hesab ediməklə Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 200-202) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 244-246) “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 22 aprel 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli BKC/LGL-5165/23 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələrə aid 21 noyabr 2021-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən yazışmaların olması müəyyən edilməmiş, bununla belə, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrənin ötürücü antenaları istintaqla araşdırılan ərəfədə yəni xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrindən xx.xx.2022-ci il tarixdə saat 05:00 radələrinədək olan müddət ərzində eyni məkanda olmaqla Yardımlı rayonu ərazisində qeydə alınmışdır. İstintaq əhəmiyyəti kəsb edən anten məlumatlarının müvafiq hissəsi çıxarış formasında çap edilərək protokola əlavə edilmişdir. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2, İş vərəqə 109-112) “Mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və X8 müvafiq olaraq götürülmüş 01 ədəd “Samsung” və 01 ədəd “Huavei" markalı mobil telefon aparatlarına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş bir ədəd “Huaveii” markalı mobil telefon aparatının daxilində olan məlumatların içərisində çoxsaylı kontaktların, o cümlədən də adı “.vvv” kimi qeyd olunmuş +**********25 saylı, adı “Ok” kimi qeyd olunmuş +**********06 saylı, adı “Uber Uber 453 3244” kimi qeyd olunmuş +**********44 saylı və adı “Zzz Zzzz” kimi qeyd olunmuş +**********17 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konkret olaraq isə adı kontaktlar siyahısında “TT” qeyd olunan +**********5 saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçiyə Təqsirləndirilən şəxs1 09 noyabr 2022-ci il tarixdə “Salam. Ne xeber var” sözlərini yazması, həmin istifadəçinin də ona cavab olaraq "Salam xəbər yoxdur” yazaraq “Mənə zəng zad eləməyin, nə də yazıb eləməyin..heçnə heç bir şey bilinməsin..Şahinə də denən mənə yazıb eləməsin..nə zəng edin, nə yazın” səsli mesaj yollaması, 10 noyabr 2022-ci il tarixdə həmin istifadəçinin Təqsirləndirilən şəxs1 2000 manat məbləğində pulun onun adına olan hesabına yüklənməsi barədə qəbzin fotogörüntüsünü göndərməsi, əksər yazışmaların birtərəfli qaydada həmin abunəçi tərəfindən silinməsi, həmin tarixdə Təqsirləndirilən şəxs1 sözügedən istifadəçiyə “getmir bu karta..yığıram getmir kod gəlir..qoy çıxarım başqa bankomatdan yığaram...hə hə kapitaldı...bu kartdan getmir..başqa karta, Şahinin kartına gedir, buna getmir” səsli mesaj yollaması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 istifadəsində olmuş bir ədəd “Samsung A12” markalı mobil telefon aparatına keçirilən baxış zamanı həmin cihazın daxilində olan məlumatların içərisində çoxsaylı kontaktların, o cümlədən də adı ttt” kimi qeyd olunmuş +**********25 saylı, adı “Dayi 2 Rus” kimi qeyd olunmuş +**********44 saylı və adı “Dayi3” kimi qeyd olunmuş +**********44 saylı İran İslam Respublikasına məxsus olan :GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər" bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konkret olaraq isə adı kontaktlar siyahısında “Daşqın Nar” kimi qeyd olunmuş ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 06 noyabr 2022-ci il tarixdə “Bura bax obeddə gedərik də ora...gedib dəyərik, ordan da şəhərə gedəsiyik də..alınar gedərik ora alınmasa başqa yer var gedəsiyik ora” səsli mesajına Təqsirləndirilən şəxs2 “yaxşı Daşqın..yaxşı..deyirəm nə qədər çox iş görə bilsək bu gün bir o qədər rahatlayardıq da..dünən də qanın çox qara idi..adam bir oturub sakit başa bir söhbət edərdik görək necə edirik..nə cür edirik” səsli mesaj yazması, 10 noyabr 2022-ci il tarixdə saat 22:07-də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “Daşqın o nə qədər vaxt çəkəcək orada? Nə qədər işiniz var? Əgər 20 dəqiqə işi varsa bizim 10 dəqiqəlik işimiz var onu həll edək gələk də” səsli mesajına Təqsirləndirilən şəxs1 “Teze yere qoyulacaq?” sualını yazması, Təqsirləndirilən şəxs2 da ona cavab olaraq “Yox. Kohne zibilliyə. Ag mesok klok lazimdi bunları qoymağa. Yox masinnan gedek” yazması məlum olmuşdur. 13 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “Sabahin xeyir dasqin. Bu gün ola bilsin getdik kende. Dedim bəhruzun yanina getmelidi dasqin. Dedi getmesin hele her seyi var” sözləri yazması, daha sonra isə “Daşqın, dedi qaldı..gəlməyin..dedim bəs nə vaxta gələrik? Dedi bilmirəm” səsli mesaj göndərməsi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon cihazının yaddaşında +**********06 saylı İran İslam Respublikasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçərək hesabın adını “İş” kimi qeyd etdiyi “Whatsapp Business” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqinin olması məlum olmuşdur. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Belə ki, danışıq pəncərələri olan hissəyə keçirilən baxış zamanı onun “Dayi3” adlı İran İslam Respublikasına məxsus olan nömrə ilə qeydiyyatdan keçmiş istifadəçiyə 18 noyabr 2022-ci il tarixdə “Salam dayi. Bu gune ne var?” yazması, həmin şəxsin də ona cavab yazması əyani olaraq görünsə də, sonradan sonuncu tərəfindən silinməsi müəyyən edilmişdir. Bundan başqa, Şahin Sultanovun adı kontaktlar siyahısında qeyd olunmayan +**********17 saylı İran İslam Respublikasının vətəndaşına 18 noyabr 2022-ci il tarixdə yazı yazması və sonradan silməsi müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 adı kontaktlarda “. ttt” kimi qeyd olunmuş +**********25 saylı İran İslam Respublikasına məxsus olan nömrə ilə qeydiyyatdan keçmiş istifadəçiyə 11 noyabr 2022-ci il tarixdə “Alo” yazması müəyyən edilmişdir. (Cild 2, İş vərəqə 57-58) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-346/2023 saylı (hakim H.E.Kamranov) qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 03 ay, yəni 19 iyun 2023-cü il tarixədək uzadılmışdır. (Cild 2, İş vərəqə 91-95) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-347/2023 saylı (hakim G.A.Əsədova) qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 03 ay, yəni 19 iyun 2023-cü il tarixədək uzadılmışdır. (Cild 2, İş vərəqə 96-100) Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 X9 07.01,2023-cü il tarixli 52 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, İş vərəqə 119-120) Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 X9 xx.xx.2023-cü il tarixli 53 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 deməsinə görə, arabir düşəndə, narkotik vasitə olan marixuanadan çəkməklə istifadə edib. Təqsirləndirilən şəxs2 Kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (Cild 2, İş vərəqə 121-122) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X21 verdiyi xx.xx.2022-ci il tarixli, 541/MEŞ saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş sol gözaltı və sağ çiyin qurşağı nahiyəsinin qançırları, sağ baldır və sol diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri müayinədən 4-5 gün əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni öz boyu hündürlüyündən yıxılması nəticəsində yarana bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. (Cild 2, iş vərəqə 124-125) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X21 verdiyi xx.xx.2022-ci il tarixli, 539/MEŞ saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs2 sol almacıq, sağ yanaq, sağ alın nahiyəsində, sağ biləkdə, hər iki dizin öz səthində sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri müayinədən 6-8 gün əvvələ uyğun gəlir, müayinə olunanın göstərdiyi şəraitdə, yəni yıxılaraq bədənin müvafiq nahiyələrinin küt əşyalara dəyməsi nəticəsində yarana bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. (Cild 2, iş vərəqə 127-129) Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı Şahid3 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir.(Cild 2, iş vərəqə 130-132) Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı Şahid3 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir.(Cild 2, iş vərəqə 133-135) Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı Şahid2 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir.(Cild 2, iş vərəqə 136-138) Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı Şahid2 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir.(Cild 2, iş vərəqə 139-141) Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı Şahid4 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir.(Cild 2, iş vərəqə 142-144) Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşı Şahid4 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir.(Cild 2, iş vərəqə 145-147) BNMİ-yə verilmiş əməliyyat tapşırığına daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitələri və psixotrop madələri satış məqsədi ilə əldə etmələri barədə əlavə məlumat əldə olunsa da, həmin maddələri hansı yolla və kimlərin vasitəsi ilə əldə etməsini, onların narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmalarını görə biləcək şahidlərin dairəsini, digər cinayətlərin törədilməsində iştiraklarının olub-olmaması, o cümlədən adı “İslam” kimi qeyd olunmuş şəxsin şəxsiyyətinin müəyyən edilməsi barədə məlumat əldə etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 243) “Sübutların qiymətləndirilməsi haqqında” 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində əvvəllər satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə təkrar əldə etmə və saxlama cinayətinin əlamətləri olmadığından qeyd olunan xüsusat üzrə onların barəsində Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.4-cü madələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işinin materiallarından şəxsiyəti istintaq məlum olmayan İran İslam Respublikası vətəndaşı “İslam” adlı şəxs və digərləri tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək əldə edilməsi mənbəyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.1 və 234.4.3-cü madələri ilə ayrıca icraata cinayət işi ayrılmış, təsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlandıqdan sonra üzərilərində və müvafiq olaraq Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda saxladıqları külli miqdarda narkotik vasitələr və psixotrop maddələri polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müvafiq olaraq götürülmüş “Samsung” və “Huavei” markalı mobil telefonlar maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİnin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ailə üzvləri onların qanunsuz əməllərinən məlumatsız olduqlarından iş üzrə onların barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki və pisixi zorakılığa məruz qalmaları barədə istintaqa vermiş olduqları ifadələri Bakı şəhəri Səbail Rayon Prokurorluğunda aparılmış araşdırmanın nəticəsində qəbul edilmiş cinyət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla təkzib edildiyindən sübut növü kimi hesab edilməmişdir. (Cild 2, iş vərəqə 152-174) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 yenidən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 176-177) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 yenidən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 192-193) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-897/2023 saylı (hakim X.K.Əlisoy) qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 ay, yəni 19 iyul 2023-cü il tarixədək uzadılmışdır. (Cild 2, İş vərəqə 235-240) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-898/2023 saylı (hakim V.R.Qurbanov) qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 01 ay, yəni 19 iyul 2023-cü il tarixədək uzadılmışdır. (Cild 2, İş vərəqə 241-245) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2019-cu il tarixdə anadan olmuş Məryəm adlı azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2012-ci il təvəlüddlü Cümşüd və xx.xx.2019-cu il təvəlüddlü Rəşid adlı azyaşlı uşaqları vardır. İş materiallarında olan №İ-73675 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi İştirakçısı” medalı ilə təltif edilmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəflərinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmişlər, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçiləri vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxslər məhkəmə iclaslarında dindirilərkən aşkar olunmuş narkotik maddələrin polislər tərəfindən qoyulduğunu, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini və döyüldüyünü, videoçəkiliş zamanı söylədikləri polislər tərəfdən əzbərlədilmiş cümlələr olduğunu söyləmişdirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərdikləri həmin xüsusatların araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-6231/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-7975/2023 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərkən onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı hər iki bazu, hər iki said, hər iki bud, sol topuq nahiyələrində tünd bənövşəyi qançırlar, sağ gicgah, hər iki almacıq nahiyəsində üzəri qərtməkli sıyırılmış yaralar müşahidə edilmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərkən onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı sol göz altı, sağ çiyin nahiyəsində bənövşəyi rəngli qançır, sağ baldır və sol diz oynağı nahiyəsində üzəri qərtməkli yara müşahidə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xəsarətlərlə bağlı məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X20 sorğu edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X22 tərəfindən sorğuya verilmiş xx.xx.2024-cü il tarixli, 07/MEŞ saylı cavabda Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə aparılmış ekspertizanın yekununda ələ edilmiş məlumatlara əsasən xx.xx.2022-ci il tarixdə başa çatdırılmış elmi əsaslandırılmış 541/MEŞ saylı rəyi tərtib edildiyi, rəyin nəticə hissəsi ekspertizanın gedişində, hadisənin ekspert təhlilində alınmış obyektiv əlamətlərə və tibb elminin göstəricilərinə əsaslanaraq tərtib olunduğu, normativ göstəricilərdən istifadə edilməklə xəsarətlərin xarakteri, rəng göstəriciləri xx.xx.2022-ci il tarixdə aparılmış məhkəmə-tibbi müayinə günündən 4-5 gün əvvəl travmanın baş verməsinə uyğun gəlməsi qeyd edilmişdir. (həmin ekspert rəyi cinayət işinin materiallarına əlavə edilmişdir). Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X22 tərəfindən sorğuya verilmiş xx.xx.2024-cü il tarixli, 08/MEŞ saylı cavabda Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə aparılmış eksprtizanın yekununda əldə edilmiş məlumatlara əsasən xx.xx.2022-ci il tarixdə başa çatdırılmış elmi əsaslandırılmış 539/MEŞ saylı rəyi tərtib edildiyi, rəyin nəticə hisəsi ekspertizanın gedişində, hadisənin ekspert təhlilində alınmış obyektiv əlamətlərə və tibb elminin göstəricilərinə əsaslanaraq tərtib olunduğu, normativ göstəricilərdən istifadə edilməklə xəsarətlərin xarakteri, rəng göstəriciləri xx.xx.2022-ci il tarixdə aparılmış məhkəmə-tibbi müayinə günündən 6-8 gün əvvəl travmanın baş verməsinə uyğun gəlməsi qeyd edilmişdir. (həmin ekspert rəyi iş materiallarına əlavə edilmişdir). Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videodan da görünür ki, hər iki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərindən aşkar olunmuş kütlələrin onlara məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikasının vətəndaşı olan “İslam” adlı şəxsin vasitəsi ilə tutulduqları gündən 4-5 gün əvvəl Yardımlı rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən “İslam” adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiklərini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqlarına görə “İslam” adlı şəxsin onlara 5000 manat pul verəcəyini, həmin pulu öz aralarında böləcəklərini, “İslam” adlı şəxsi tutulduqları gündən 1 ay olar ki, tanıdıqlarını, həmçinin Bakı şəhəri, Binəqədi rayonunda yaşadıqları evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiklərini, tutulan zaman polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zorakılığa məruz qalmadıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyə verdiyi ifadələrində özlərini elan olunmuş ittihamla təqsirli bilməyərək polis əməkdaşları tərəfindən saxlanılan zaman fiziki və psixi təzyiqlərə məruz qaldıqlarını, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin onlara məxsus olmadığını, polis əməkdaşları tərəfindən döyülərək üzərilərinə qoyulduğunu, habelə qeyd edilən Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsində yerləşən evə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin onlara məxsus olmadığını, həmin maddələrin də eyni qaydada polis əməkdaşları tərəfindən evə qoyulduğunu bildirmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid1 isə ifadələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində külli miqdarda narkotik vasitələrin saxlanması və daşınması ilə bağlı məlumat daxil olduğunu, 19 noyabr 2022-cü il tarixdə tərəflərindən tədbir keçirildiyini, Şahin və Daşqının 28 may qəsəbəsində saxlanılaraq Baş idarəyə dəvət edildiyini, orada üzərilərinə vəkilin də iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirildiyini, bu zaman üzərilərindən narkotik vasitə aşkar edildiyini, Şahin və Daşqının yaşadığı evə də baxış və axtarış keçirildiyini, bu zaman narkotik vasitə aşkar edildiyini, həmin maddələri onlar İran İslam Respublikasının vətəndaşı “İslam” adlı şəxsdən 5000 (beş min) manat məbləğində əldə etdiklərini bildirdiklərini, Şahin və Daşqına tərəflərindən fiziki və psixi təsir və təzyiq olmadığını bildirmişlər. Bundan başqa təqsirləndirilən şəxslər məhkəmə iclasında polis əməkdaşlarının xx.xx.2022-ci ildə deyil, xx.xx.2022-ci il tarixdə evə daxil olduqlarını bilirmişlər. Həmçinin müdafiə tərəfinin vəsatəti əsasında məhkəməyə əlavə şahid qismində dəvət olunmuş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 qardaşı X11 ifadəsində polis əməkdaşlarının evə 17 və ya 18 noyabr 2023-cü il tarixdə girdiklərini, polis əməkdaşlarının qardaşını döydüyü üçün oğlu X5 həmin tarixdə DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdiyini bildirmişdir. Bununla bağlı məhkəmə tərəfindən X3 18 noyabr 2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edib-etməməsi barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətizənginə sorğu edilmiş, Azərbaycan Respublikası DİN-nin X6 Xidmətinin verdiyi xx.xx.2023-cü il tarixli, 3-13-3/220268/23 saylı sorğuya cavabdan görünür ki, X3 2023-cü ildə müraciəti daxil olmamışdır. Onun əvvəlki illərdə etdiyi müraciətlərin araşdırılması arxiv bazasında baş vermiş avtomatlaşdırılmış texniki yenilənmə səbəbindən mümkün deyildir. X3 “102” xidməti-zəng mərkəzinə ünvanladığı müraciətlə bağlı BNMİ-ə sorğu edilmiş, BNMİ-nin xx.xx.2024-cü il tarixli 3-13-7/2-1690/2024 saylı məktubuna əlavə edilmiş 29 fevral 2024-cü il tarixli arayışdan görünür ki, müraciət əsasında aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixdə baş idarənin əməkdaşları tərəfindən Binəqədi rayonu ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 saxlanılmış, Təqsirləndirilən şəxs2 üzərindən 1 kq 90 qram heroin, Təqsirləndirilən şəxs1 üzərindən 2 kq 260 qram qurudulmuş mariuana, yaşadığı mənzildən isə 3 kq 170 qram psixotrop maddə olan metamfetamin, 2 kq 95 qram çəkidə heroin və 820 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Fakt üzrə 20 noyabr 2022-ci il tarixdə DİN BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə araşdırma zamanı polis əməkdaşları tərəfindən qeyri-qanuni hərkətlərə yol verilməsi təsdiq olunmamış, vət.M.İbrahimovuun qohumlarının müdafiə mövqeyindən çıxış edərək həqiqətə uyğun olmayan məzmunda şikayət etməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, təqirləndirilən şəxslərin və iş üzrə dindirilmiş əlavə şahidin ittihamı təkzib etdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamı mübahisələndirdikləri hissədəki ifadələrini, habelə narkotik vasitələrin və psixotrop maddələrin polis əməkdaşları tərəfindən onların boynuna qoyulması barədə məhkəmə iclaslarında verdikləri bu kimi ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları, cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri, mobil telefona baxış protokolu və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayət əməlini törətmələrinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxslərin əməlinə yekun hüquqi qiymət verərkən onların ibtidai istintaq zamanı ilkin mərhələsində verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxslərin həm üzərlərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda mənzilinə baxış keçirilməsi, istintaq dövründə eyniməzmunlu ifadə vermələrini və təqsirlərini etiraf etmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin üzərlərindən və mənzilindən qeyd olunan narkotik vasitələrin və elektron tərəzinin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitələrin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, onların üzərlərinə şəxsi axtarış, həmçinin evə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən diskdən göründüyü kimi üzərlərindən və evdən aşkar edilən narkotik vasitələri qabaqcadan əlbir olduğu İran İslam Respublikası vətəndaşından əldə etməsi, həmin narkotik vasitələrin özləri tərəfindən pul verilərək alınması imkanlarının olmaması hallarını birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Habelə, cinayət işinin materiallarına əlavə edilmiş “Mobil” telefon aparatlarına baxış keçirilməsi haqqında” 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və X8 müvafiq olaraq götürülmüş 01 ədəd “Samsung” və 01 ədəd “Huavei" markalı mobil telefon aparatlarına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aşağıdakı məzmunda çoxsaylı yazışmalar aparılması müəyyən edilmişdir: Belə ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş bir ədəd “Huaveii” markalı mobil telefon aparatının daxilində olan məlumatların içərisində çoxsaylı kontaktların, o cümlədən də adı “.vvv” kimi qeyd olunmuş +**********25 saylı, adı “Ok” kimi qeyd olunmuş +**********06 saylı, adı “Uber Uber 453 3244” kimi qeyd olunmuş +**********44 saylı və adı “Zzz Zzzz” kimi qeyd olunmuş +**********17 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə adı kontaktlar siyahısında “TT” qeyd olunan +**********5 saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçiyə Təqsirləndirilən şəxs1 09 noyabr 2022-ci il tarixdə “Salam. Ne xeber var” sözlərini yazması, həmin istifadəçinin də ona cavab olaraq "Salam xəbər yoxdur” yazaraq “Mənə zəng zad eləməyin, nə də yazıb eləməyin..heçnə heç bir şey bilinməsin..Şahinə də denən mənə yazıb eləməsin..nə zəng edin, nə yazın” səsli mesaj yollaması, 10 noyabr 2022-ci il tarixdə həmin istifadəçinin Təqsirləndirilən şəxs1 2000 manat məbləğində pulun onun adına olan hesabına yüklənməsi barədə qəbzin fotogörüntüsünü göndərməsi, əksər yazışmaların birtərəfli qaydada həmin abunəçi tərəfindən silinməsi, həmin tarixdə Təqsirləndirilən şəxs1 sözügedən istifadəçiyə “getmir bu karta..yığıram getmir kod gəlir..qoy çıxarım başqa bankomatdan yığaram...hə hə kapitaldı...bu kartdan getmir..başqa karta, Şahinin kartına gedir, buna getmir” səsli mesaj yollaması məlum olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olmuş bir ədəd “Samsung A12” markalı mobil telefon aparatına keçirilən baxış zamanı həmin cihazın daxilində olan məlumatların içərisində çoxsaylı kontaktların, o cümlədən də adı ttt” kimi qeyd olunmuş +**********25 saylı, adı “Dayi 2 Rus” kimi qeyd olunmuş +**********44 saylı və adı “Dayi3” kimi qeyd olunmuş +**********44 saylı İran İslam Respublikasına məxsus olan :GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edilmiş, həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər" bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konkret olaraq isə adı kontaktlar siyahısında “Daşqın Nar” kimi qeyd olunmuş ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 06 noyabr 2022-ci il tarixdə “Bura bax obeddə gedərik də ora...gedib dəyərik, ordan da şəhərə gedəsiyik də..alınar gedərik ora alınmasa başqa yer var gedəsiyik ora” səsli mesajına Təqsirləndirilən şəxs2 “yaxşı Daşqın..yaxşı..deyirəm nə qədər çox iş görə bilsək bu gün bir o qədər rahatlayardıq da..dünən də qanın çox qara idi..adam bir oturub sakit başa bir söhbət edərdik görək necə edirik..nə cür edirik” səsli mesaj yazması, 10 noyabr 2022-ci il tarixdə saat 22:07-də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “Daşqın o nə qədər vaxt çəkəcək orada? Nə qədər işiniz var? Əgər 20 dəqiqə işi varsa bizim 10 dəqiqəlik işimiz var onu həll edək gələk də” səsli mesajına Təqsirləndirilən şəxs1 “Teze yere qoyulacaq?” sualını yazması, Təqsirləndirilən şəxs2 da ona cavab olaraq “Yox. Kohne zibilliyə. Ag mesok klok lazimdi bunları qoymağa. Yox masinnan gedek” yazması məlum olmuşdur. 13 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 “Sabahin xeyir dasqin. Bu gün ola bilsin getdik kende. Dedim bəhruzun yanina getmelidi dasqin. Dedi getmesin hele her seyi var” sözləri yazması, daha sonra isə “Daşqın, dedi qaldı..gəlməyin..dedim bəs nə vaxta gələrik? Dedi bilmirəm” səsli mesaj göndərməsi müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon cihazının yaddaşında +**********06 saylı İran İslam Respublikasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçərək hesabın adını “İş” kimi qeyd etdiyi “Whatsapp Business” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqinin olması məlum olmuşdur. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Belə ki, danışıq pəncərələri olan hissəyə keçirilən baxış zamanı onun “Dayi3” adlı İran İslam Respublikasına məxsus olan nömrə ilə qeydiyyatdan keçmiş istifadəçiyə 18 noyabr 2022-ci il tarixdə “Salam dayi. Bu gune ne var?” yazması, həmin şəxsin də ona cavab yazması əyani olaraq görünsə də, sonradan sonuncu tərəfindən silinməsi müəyyən edilmişdir. Bundan başqa, Şahin Sultanovun adı kontaktlar siyahısında qeyd olunmayan +**********17 saylı İran İslam Respublikasının vətəndaşına 18 noyabr 2022-ci il tarixdə yazı yazması və sonradan silməsi müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 adı kontaktlarda “. ttt” kimi qeyd olunmuş +**********25 saylı İran İslam Respublikasına məxsus olan nömrə ilə qeydiyyatdan keçmiş istifadəçiyə 11 noyabr 2022-ci il tarixdə “Alo” yazması müəyyən edilmişdir. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə ilə yanaşı narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanması, aşkar edilən narkotik vasitə və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, təqsirləndirilən şəxslərin istifadələrində olmuş mobil nömrələr vasitəsilə narkotik vasitələrin alışverişini əks etdirən yazışmaların olmasına, əldə etdikləri narkotik vasitələri üzərlərində gəzdirmələrini, evdən narkotik vasitələrin aşkar edilməsi və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə və psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə və psixotrop maddələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanmasına, narkotik vasitələri satış məqsədi ilə əldə etmələrini, həmçinin narkotik vasitələri qabaqcadan əlbir olduğu İran İslam Respublikası vətəndaşından almasına dair ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə, istifadələrində olmuş mobil nömrələr vasitəsilə narkotik vasitələrin alış-verişini əks etdirən yazışmaların olmasına, əldə etdikləri külli miqdarda narkotik vasitəni üzərlərində gəzdirmələrinə və evdə saxlamalarına dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onların həmin cinayət əməlini törətmələri və əməli törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 himayəsində 01 (bir) azyaşlı uşağının olması və X13 iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı” olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 himayəsində 02 (iki) azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, onlardan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzalarnını yüngülləşdirən halların olmasını və cəzalarını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə azadlıqları faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barələrində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 19 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 159 (yüz əlli doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş materiallarında olan ittiham aktının arayış hissəsindən görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış üç ədəd bağlamalarda və bir ədəd torbada qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 3184,8 qram narkotik vasitə heroin, 3079,6 qram qurudulmuş marixuana, 3169,9 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, bir ədəd “Samsung” və bir ədəd “Huaveii” markalı mobil telefonlar Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmiş, 02 ədəd DVD və 02 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3184,8 qram narkotik vasitə heroin, 3079,6 qram qurudulmuş marixuana, 3169,9 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi məhv edilməli, bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 və ya razılığı ilə yaxın qohumlarına, bir ədəd “Huavei” markalı mobil telefon Təqsirləndirilən şəxs1 və ya razılığı ilə yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə, evə baxış və götürmə aparılması görüntülərini özündə əks etdirən 02 (iki) ədəd DVD disk, həmçinin “Azerfon MMC” və “Bakcell MMC”-dən daxil olmuş 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3079,6 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 3184,8 qram narkotik vasitə heroin, 3169,9 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilsin, bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 və ya razılığı ilə qohumlarına və bir ədəd “Huavei” markalı mobil telefon Təqsirləndirilən şəxs1 və ya razılığı ilə qohumlarına qaytarılsın, şəxsi axtarış və götürmə, evə baxış və götürmə aparılması görüntülərini özündə əks etdirən 02 (iki) ədəd DVD disk, həmçinin “Azerfon MMC” və “Bakcell MMC”-dən daxil olmuş 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 159 (yüz əlli doqquz) manat məbləğində pul vəsaiti müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-515/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-515/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver