Məhkəmə qərarları › İş №1(101)-515/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-515/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-515/2025 24.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X10 (sədrlik edən), X9 və X6 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, X4 tərcüməçiliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-320/2022 saylı, 13 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə və 2.000 (iki min) manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-508/2023 saylı, 23 fevral 2023cü il tarixli qərarı ilə üzərində qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, heç bir yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 15 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-153/2024 saylı, 17 aprel 2024cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmiş ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 10,347 qram psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamaqla yaşadığı ünvan 3 ünvanına qədər daşımış, həmin xeyli miqdarda psixotrop maddə metamfetamini hissələrə bölüb hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 3,888 qram, 4,222 qram və 2,387 qram olmaqla xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən 03 ədəd şəffaf sellofan bükümündə satış məqsədilə qablaşdırmaqla ünvan 4 ünvanda yaşadığı evində yataq otağında dəmir seyfin üstündə olan bir ədəd qara mücrünün içərisində satış məqsədi ilə gizlədib saxlamış, əldə edilmiş məlumat əsasında 15 aprel 2024-cü il tarixdə saat 18:20-dən 19:50-dək olan müddət ərzində Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanında saxlanılaraq qeyd olunan ünvanda hal şahidlərinin iştirakı ilə baxış, habelə saat 20:25-dən 21:00-dək olan müddət ərzində götürmə aparılarkən evin yataq otağındakı qapısı açıq vəziyyətdə olan dəmir seyfin üstündə olan bir ədəd qara rəngli mücrünün içərisində 03 ədəd şəffaf sellofana bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,888 qram, 4,222 qram və 2,387 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ümumilikdə təmiz çəkisi 10,347 qram xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən 02 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı istifadəyə yararlı və soyuq silah hesab edilən ov bıçağını əldə edib özündə saxlamaqla ünvan 3 ünvanına qədər daşımaqla evin 1-ci mərtəbəsindəki qonaq otağındakı masanın üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 18:20-dən 19:50-dək olan müddət ərzində Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanında saxlanılaraq qeyd olunan ünvanda hal-şahidlərinin iştirakı ilə baxış, habelə saat 20:25-dən 21:00-dək olan müddət ərzində götürmə aparılarkən evin 1-ci mərtəbəsindəki qonaq otağındakı masanın üzərindən 02 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı istifadəyə yararlı və soyuq silah hesab edilən Təqsirləndirilən şəxs əldə edib daşımaqla saxladığı hər iki ov bıçaqları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-320/2022 saylı, 13 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə və 2.000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-508/2023 saylı, 23 fevral 2023cü il tarixli qərarı ilə üzərində qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 08 aprel 2024-cü il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunmuş, hazırki cinayət işi üzrə tutulmasına qədər anası X2 ilə birlikdə Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən evdə yaşamışdır. Təxminən 12-13 aprel tarixində həyətlərində olan və təkərləri boşalmış avtomobilin təkərlərini hava ilə doldurmuş, sürücülük vəsiqəsi olmamasına baxmayaraq, avtomobili götürərək Bakı şəhəri Əhmədli-Həzi Aslanov qəsəbəsi ərazilərinə qədər gedib çıxmışdır. Belə güman etmişdir ki, əgər polis əməkdaşları onu saxlasa, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə ya inzibati qaydada həbs olunar, yaxud da barəsində cərimə cəzası təyin edilər. Bakı şəhəri Xətai rayonu ərazisində olarkən Post Patrul Xidməti əməkdaşları xidməti avtomobillə onun arxasıyca düşərək “saxla” əmri vermiş, düşdüyü çətin vəziyyətdən çıxa bilmək və özünə yol açmaq üçün Post Patrul Xidməti əməkdaşlarının idarə etdikləri xidməti avtomobili özünün idarə etdiyi avtomobillə vurmuşdur. Bundan sonra idarə etdiyi avtomobildən düşmüş, həmin ərazidə yerləşən binalardan birinin giriş hissəsinə daxil olmuş, orada təxminən 1-2 saat gizlənmişdir. Növbəti gün səhər saatlarında yaşadığı evin şəhər telefonuna zəng daxil olmuş, telefonun dəstəyini anası götürmüş, bundan sonra o, telefonu anasının əlindən almış, onunla danışan şəxs özünün Xətai Rayon Polis İdarəsinin 36 saylı Polis bölməsinin əməkdaşı kimi təqdim edərək, öncəki gecə Post Patrul Xidməti əməkdaşlarının idarə etdikləri xidməti avtomobili idarə etdiyi avtomobillə vurduğunu bildirmişdir. Bundan 5 dəqiqə sonra yaşadığı evin həyətində tanımadığı mülki geyimli şəxslərin gəzdiyini görmüşdür. Sonuncular ondan evdən çıxmasını tələb etmişlər. Bu zaman o, evin içərisində olmuş, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını yenicə çəkib qurtardığı, şərlənməkdən qorxuduğu üçün çölə çıxmamış, qapını bərk bağlamış, həmçinin etiraz əlaməti olaraq özünə bıçaq xəsarəti yetirmişdir. Mülki geyimli şəxslər təxminən 1-2 saat sonra yaşadığı evində həyətindən çıxıb getmişlər. Növbəti gün səhər saat 10:00 radələrində 30-40 nəfər tanımadığı mülki geyimli, Bakı şəhəri Xətai və Xəzər rayonunun polis əməkdaşları olduqlarını ehtimal etdiyi şəxslər yaşadığı evin həyətinə daxil olmuş, bu zaman o, anası ilə birlikdə evdə olmuşdur. O, pəncərəyə yaxınlaşmış və həmin şəxlər ona yaşadığı evdə axtarış həyata keçirilməsi barədə məhkəmə qərarının olduğunu bildirərək, qərarı nümayiş etdirmişlər. Mülki geyimli polis əməkdaşları sözügedən qərarı ona göstərərkən aralarında pəncərə olduğundan qərarın məzmununu oxuması mümkün olmamışdır. Buna baxmayaraq o, şərlənərək həbs olunmaqdan qorxduğu üçün qapını açmamışdır. Həmin şəxslər onun ünvanına nalayiq söyüşlər söymüş, ondan qapını açmasını tələb etmiş, o isə buna etiraz əlaməti olaraq pəncərənin qarşısındaca özünə daha bir bıçaq xəsarəti yetirmişdir. O, az sonra X14 avtomobilin gəldiyini görmüş, həkim olduğunu güman etdiyi şəxslər qapını döymüş və o da qapını açmışdır. Sonuncular içəri daxil olmuş, X14 həkimlərinin geyimində olan və sonrada polis əməkdaşı olduğunu öyrəndiyi şəxs onu tutmuş, o isə ani bir həmlə ilə sonuncunun əlindən çıxaraq özünə daha bir bıçaq xəsarəti yetirmişdir. Bu zaman evinin həyətində olan polis əməkdaşları da evin dəmir barmaqlıqlarını və şüşəsini sındıraraq evə daxil olmuşlar. Bu zaman artıq 1 saata yaxın vaxt idi ki, polis əməkdaşları yaşadığı evin həyətində idi. Sonuncular ona evində axtarış həyata keçirilməsi barədə məhkəmə qərarını göstərsələr də, çoxlu qan itirdiyindən taqəti olmamış və qərarı oxuya bilməmişdir. Polis əməkdaşları ayağına qandal vurmuş, üzərinə çıxaraq onu əzməyə başlamışlar. Daha sonra hal şahidi qismində iştirak etmələri üçün iki nəfəri mobil telefon vasitəsilə zəng edərək çağırmışlar. Halbuki həmin şəxslərdən biri onun əvvəllər məhkum olunduğu cinayət işi üzrə də hal şahidi qismində iştirak etmişdi. Bundan sonra evinə daxil olan 10-15 nəfər polis əməkdaşı evində axtarış həyata keçirmiş, keçirilmiş axtarış nəticəsində evlərindəki divanın saxlanc yerindən mərhum atasına məxsus olan bıçağı tapmışlar. Həmçinin özünə xəsarət yetirdiyi bıçaq da digər bıçaq kimi atasına məxsus olmuşdur. Belə ki, atası əvvəllər prokuror müavini vəzifəsində çalışmış, sonuncunun düşmənləri olmuş, bu səbəbdən də evdə silah saxlamışdır. Evində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamasına baxmayaraq, polis əməkdaşları 03 ədəd bükümdə psixotrop maddə olan metamfetamini evinə yerləşdirmişdir. Halbuki o, 5-6 ildir heç bir narkotik vasitə və ya psixotrop maddə qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, etbarlı mənbədən daxil olmuş məlumata əsasən ünvan 3 ünvanında yaşayan xx.xx.1994cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah və külli miqdarda narkotik vasitə saxlamasına dair əsaslı şübhələr yaranmışdı. Bununla bağlı Təqsirləndirilən şəxs anket məlumatları öyrənilmiş və sonuncunun xx.xx.1994-cü il ildə Bakı şəhərində doğulması, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşaması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evdə əməliyyat-axtarış tədbirlərini həyat keçirmək üçün Xəzər rayon prokurorluğunun qarşısında vəsatət qaldırılmış, vəsatət təmin olunmuş, Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərovun təqdimatı əsasında Xəzər rayon məhkəməsinin hakimi Ramilə Xəzri tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə qərarı əsasında qeyd olunan ünvana gedilmiş, həmin evin həyətinin giriş qapısı döyülmüş, lakin qapıya yaxınlaşan olmamışdır. Açıq qapıdan həyətə daxil olduq, həyətə daxil olduqdan sonra həyətdəki iki mərtəbəli evin birinci mərtəbəsindəki giriş qapısını döydük. Bu zaman birinci mərtəbədəki dəmir barmaqlığı olan pəncərədən bir nəfər şəxs əlində bıçaqla çıxaraq özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Özlərini sonuncuya təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs onların polis əməkdaşları olduqlarını bildikdə evə daxil olacaqları təqdirdə özünə bıçaqla xəsarət yetirəcəyini bildirmiş və elə həmin anda əlindəki bıçaqla özünün qarın nahiyyəsinə xəsarət yetirmişdir. Həmin şəxsin özünə xəsarət yetirdiyini gördükdə tez TTYS-na zəng vurub məlumat vermişlər. Bir neçə dəqiqədən sonra həkim briqadası gəldi. Təqsirləndirilən şəxs qapını açmasını bildirsələr də sonuncu qapını açmayacağını bildirdi. Bundan sonra qüvvədə məhkəmə qərarının olmasına, eləcə də onun icrasına əsaslanaraq fiziki qüvvə hesabına pəncərənin dəmir barmaqlığını yerindən çıxardaraq evə daxil olmağa nail olmuşlar. Təqsirləndirilən şəxs əlində bıçaq olduğuna görə təhlükənin qarşısını almaq məqsədi ilə tərəflərindən dərhal zərərsizləşdirilmiş və bıçaq əlindən alınmışdır. Bundan sonra həkimlər tərəfindən sonuncuya tibbi yardım göstərilmiş və məhkəmə qərarı Elnura təqdim olunmuş, oxuyaraq tanış olmuşdur. Daha sonra isə hal şahidlərinin iştirakı ilə evdə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı evin qonaq otağındakı masanı üzərində iki ədəd bıçağa bənzər predmet aşkar edilmişdir. Həmin bıçaqlardan biri orta hissəsindən qatlanan olması, kəsici hissəsində isə qana bənzər ləkələr aşkar edilmiş, hansı ki, Təqsirləndirilən şəxs həmin bıçaqla özünə xəsarət yetirmişdir. Digər bıçaq isə dəstəyi qara rəngli, bıçağın üzərində «Nerc» yazısı yazılmışdır. Həmçinin evin birinci mərtəbəsindəki yataq otağındakı seyfin üzərində olan mücrünün içərisində üç ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilmişdir ki, onların da içərisinə baxış keçirərkən psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Eyni zamanda, həmin seyfin içərisindəki qutuda bir ədəd tapançaya bənzər və 17 ədəd gülləyə oxşar predmet aşkar edilmişdir. Aşkar edilmiş predmetlərin fotoşəkilləri çəkilmiş, bu barədə protokol tərtib olunmuş və həmin predmetlərin götürülərək araşdırma aparılmasından ötrü dərhal Xəzər RPİ-nin rəhbərliyinə raportla məruzə olunmuşdur. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, hal şahidi qismində cəlb olunmuş şəxslər onun göstərişi ilə digər polis əməkdaşları tərəfindən gətirilib. Təqsirləndirilən şəxsin Xətai rayonunda polis əməkdaşlarına qarşı tabesizlik göstərməsi barədə məlumat olmayıb. Təqsirləndirilən şəxs evinə daxil olmaları təxminən 30 dəqiqə vaxtlarını almışdır. Hal şahidləri olduğundan evə daxil olarkən videoçəkilişin aparılmamasına zərurət olmamışdır. Hal şahidlərindən birinin təqsirləndirilən şəxsin digər işində hal şahidi olmasını bilməmişdir. Onlar evə daxil olarkən evdə təqsirləndirilən şəxsdən başqa heç kim olmamışdır. Sonuncuya qarşı fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin Kiber Cinayətlərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək analoji məzmunda ifadə vermiş, ona verilmiş suala cavab olaraq göstərmişdir ki, təqsirəndirilən şəxsə qarşı fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək analoji məzmunda ifadə vermiş, ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs evinə daxil olmaları təxminən 40 dəqiqə - 1 saat vaxtlarını almışdır. Onlar evə daxil olarkən evdə təqsirləndirilən şəxsdən başqa heç kim olmamışdır. Sonuncuya qarşı fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, qırçılıq peşəsi ilə məşğul olur və dolanışığını bu işdən təmin edir. Özü Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yaşayır, lakin həmin rayonun Şüvəlan qəsəbəsində kirayə ev axtarmaq üçün 15 aprel 2024-cü il tarixdə sözügedən qəsəbəyə gəlmişdir. Şüvəlan qəsəbəsində olarkən ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və Şüvəlan qəsəbəsində yerləşən ünvanlardan birinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməyi təklif etmişlər. O da vaxtı olduğuna görə və vətəndaşlıq borcunu yerinə yetirərək baxış keçirilməsində iştirak etmək üçün könüllü olaraq razılıq vermişdlir. Bundan sonra ondan da başqa bir nəfər hal şahidinin iştirakı ilə polis əməkdaşları ilə birlikdə Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi, dalan 6, ev 9B ünvanına gəlmişlər. Həmin ünvanda polis əməkdaşları tərəfindən qapı döyülmüş, lakin qapını açan olmadığına görə açıq qapıdan içəri daxil olmuşlar və müəyyən olunmuşdur ki, ev iki mərtəbədən ibarətdir. Evin giriş qapısı dəmir seyf qapı, pəncərə dəmir çərçivə ilə bağlanmışdır. Evin giriş qapısı döyüldükdə birinci mərtəbədəki pəncərədən dəmir çərçivənin arxasından bir nəfər şəxs əlində bıçaqla çıxaraq özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları özlərini həmin şəxsə təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs evə daxil olacaqları təqdirdə özünə bıçaqla xəsarət yetirəcəyini bildirmiş və elə həmin anda qarın nahiyəsinə bıçaqla zərbə vurmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs özünə xəsarət yetirdiyini görərək dərhal X14a məlumat verərək hadisə yerinə dəvət etmişlər. Bir qədər sonra təcili yardım hadisə yerinə gəlmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxsla qapını açmaq istiqamətində danışıqlar aparsalar da o, qapını açmayacağını bildirmişdir. Bundan sonra məhkəmə qərarının məcburiliyi və Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah və külli miqdarda narkotik vasitə saxlamasına dair əsaslı şübhələr olduğundan fiziki qüvvə hesabına çərçivə çıxarılmış və onlar evə daxil olmuşlar. Evə daxil olduqdan sonra dərhal Təqsirləndirilən şəxs zərərsizləşdirilmiş və tərksilah edilərək bıçaq əlindən alınmış, tibbi personal ona tibbi yardım göstərmişdir. Məhkəmə qərarı bir daha təqdim edildikdən sonra evə baxış keçirilmişdir. Baxışdan əvvəl ona və digər hal şahidinə qanunla müəyyən edilmiş hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı evin qonaq otağındakı masanın üzərində iki ədəd bıçağa bənzər predmetin olması müəyyən edilmişdir. Həmin bıçaqlardan biri ortadan qatlanan olmuş, kəsici hissəsinin üzərində qana oxşar ləkələr olmuşdur. Təqsirləndirilən şəxs məhz həmin bıçaqla özünə xəsarət yetirmişdir. Digər bıçağın dəstəyi qara rəngli olmuş, üzərində «Nerc» yazısı yazılmışdır. Həmin evin birinci mərtəbəsindəki yataq otağında yerləşən seyfin üzərində olan mücrünün içərisindən üç ədəd şəffaf sellofanda bükümlər aşkar edilmişdir. Həmin bükümlər açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Eləcə də seyfin içərisindən qutuda bir ədəd tapançaya oxşar və 17 ədəd gülləyə oxşar predmetlər aşkar edilmişdir. Baxış zamanı “İphone” markalı mobil telefonla fotoşəkillər çəkilmişdir. Daha sonra, baxış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Təqsirləndirilən şəxs protokola imza etməkdən imtina etmiş, protokol baxışın digər iştirakçıları tərəfindən imzalanmış, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, hazırki ifadəsini verməsi üçün ona hər hansı şəxs tərəfindən təzyiq göstərilməyib. Həmçinin təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təzyiq göstərildiyinin şahidi olmayıb. Əvvəllər yıxılaraq başından zədə aldığı üçün yaddaşı bir o qədər də yaxşı deyil, təqsirləndirilən şəxsin barəsində əvvəllər başqa məhkəmənin icraatında olmuş cinayət işi üzrə məhkəmə istintaqı aparılarkən hal şahidi qismində iştirak edib-etməməsini dəqiq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək analoji məzmundan ifadə vermiş, ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, özü televiziya antenlərinin quraşdırılması işi ilə məşğul olur və dolanışığını həmin işdən əldə etdiyi gəlirlə təmin edir. 15 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisinə məhz iş üçün gəlmişdir. Polis əməkdaşları təqsirləndirilən şəxsin evinə daxil olarkən orada sonuncunun anası evdə olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 14 aprel 2024-cü il tarixdə özünü polis əməkdaşı kimi təqdim edən bir nəfər şəxs evinə zəng edərək oğlu Elşən Məmmədovu soruşmuş, bundan sonra digər oğlu Təqsirləndirilən şəxs telefonun dəstəyini aasının əlində alaraq, polis əməkdaşı ilə danışmağa başlamışdır. Bundan bir gün sonra, yəni 15 aprel 2024 tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində oğlu, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə birlikdə olarkən yaşadığı evin həyətində mülki geyimdə şəxslərin gəzdiyini görmüşdür. Sonuncular ondan qapını açmasını tələb etmiş, o isə qapını açmamışdır. Oğlu Elnur həmin vaxt yatmış olsa da, yuxudan durub həyətdə polis əməkdaşlarının olduqlarını görmüşdür. O, polis əməkdaşlarının nə məqsədlə gəldiklərini bildiyini üçün Elnura da qapını açmamasını tapşırmışdır. Elnur polis əməkdaşlarına etiraz olaraq özünə xəsarət yetirmişdir, bundan sonra sonuncular həmin ünvana X14 xidmətini çağırmış və evin dəmir barmaqlığını evə daxil olmuşlar. Polis əməkdaşlarının evə daxil olmaları təxminən 40 dəqiqə çəkmişdir. Evdə axtarış aparılmış, sonuncuların ondan əvvəl daxil olduqları otaqda mərhum ərinə məxsus tapança və evdə olan divanın saxlanc yerindən bir ədəd bıçaq aşkar olunmuşdur. Bıçaqlar və tapançalar saxlamaq mərhum ərinin hobbisi olmuşdur. buna baxmayaraq yaşadıqları evdə narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis əməkdaşları güya evdə aşkar etdikləri psixotrop maddəni ona da göstərmişlər. Halbuki onun oğlu uzun müddətdir ki, hər hansı narkotik vasitə və ya psixotrop maddədən istifadə etmir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş Şahid1 arasında keçirilmiş üzləşmə zamanı Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəyə uyğun ifadəsini bir daha Şahid1 üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan 15 aprel 2024-cü il tarixli “Yaşayış yerinə daxil olma və baxış keçirilməsi haqqında” protokola əsasən, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxışdan əvvəl ona və digər hal şahidinə qanunla müəyyən edilmiş hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı evin qonaq otağındakı masanın üzərində iki ədəd bıçağa bənzər predmetin olması müəyyən edilmişdir. Həmin bıçaqlardan biri ortadan qatlanan olmuş, kəsici hissəsinin üzərində qana oxşar ləkələr olmuşdur. Təqsirləndirilən şəxs məhz həmin bıçaqla özünə xəsarət yetirmişdir. Digər bıçağın dəstəyi qara rəngli olmuş, üzərində «nerc» yazısı yazılmışdır. Həmin evin birinci mərtəbəsindəki yataq otağında yerləşən seyfin üzərində olan mücrünün içərisindən üç ədəd şəffaf sellofanda bükümlər aşkar edilmişdir. Həmin bükümlər açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Eləcə də seyfin içərisindən qutuda bir ədəd tapançaya oxşar və 17 ədəd gülləyə oxşar predmetlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan 15 aprel 2024-cü il tarixli “Maddi sübutların götürülməsi haqqında” protokola və cinayət işinin materiallarına əlavə edilmiş, məhkəmə iclasında tədqiq edilmiş “DVD” diskdəki videogörüntülərə əsasən, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin qonaq otağındakı masanın üzərində iki ədəd bıçağa bənzər predmetin olması müəyyən edilmişdir. Həmin bıçaqlardan biri ortadan qatlanan olmuş, kəsici hissəsinin üzərində qana oxşar ləkələr olmuşdur. Təqsirləndirilən şəxs məhz həmin bıçaqla özünə xəsarət yetirmişdir. Həmin evin birinci mərtəbəsindəki yataq otağında yerləşən seyfin üzərində olan mücrünün içərisindən üç ədəd şəffaf sellofanda bükümlər aşkar edilmişdir. Həmin bükümlər açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Eləcə də seyfin içərisindən qutuda bir ədəd tapançaya oxşar və 17 ədəd gülləyə oxşar predmetlər aşkar edilmişdir. Videoçəkişin gedişində Təqsirləndirilən şəxs sözügedən bükümlərin ona məxsus olmadığını, onların polis əməkdaşları tərəfindən əvvəlcədən yerləşdirildiyini, sonuncuların ona qarşı fiziki və psixi təzyiq göstərdiklərini bildirmişdir. Cinayət işinin materiallarında olan 15 aprel 2024-cü il tarixli “Şəxsi axtarış, baxış və götürülmə aparılması haqqında” protokola və cinayət işinin materiallarına əlavə edilmiş, məhkəmə iclasında tədqiq edilmiş “DVD” diskdəki videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən heç bir qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Müvafiq istintaq hərəkətində iştirak edən müdafiəçi X12 Məmmədova ünvanladığı suala cavab olaraq, sonuncu polis əməkdaşlarının ona qarşı fiziki və psixi təzyiq göstərdiklərini bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2036 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün №43» dairəvi möhür əksləri olan, 1) Təqsirləndirilən şəxs (imtina etdi)...» sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 3 (üç) ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,888 qram, 4,222 qram, 2,387 qram ümumi təmiz çəkisi - 10,347 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim olunmuş 3 (üç) ədəd sellofan bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/665 nömrəli rəyindən görünür ki, «1» rəqəmi ilə işarələnmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, istifadəyə yararlıdır və soyuq silah hesab edilir. «2» rəqəmi ilə işarələnmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, istifadəyə yararlıdır və soyuq silah hesab edilir. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloci ekspertizasının xx.xx.2024-cü il tarixli, 1696 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyəti pozuntusu (F.60.3.) aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən «emosional davamsız şəxsiyyət pozuntusu» onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Aparılmış eksperimental-psixoloci müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, hirslilik, emosional qeyri-stabillik, emosional reaksiyalara meyllilik, davranışlarında nümayişkəranəlik müəyyən edilir. O, iş üçün əhəmiyyət kəsb edən hallan adekvat olaraq qavramaq, bu barədə düzgün məlumat vermək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə «emosional davamsız şəxsiyyət pozuntusu» qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan psixi potologiya, psixi (ruhi) xəstəlik hesab olunmur və şəxsiyyət pozuntularına aid edilir. Təqsirləndirilən şəxs aşkar edilən «emosional davamsız şəxsiyyət pozuntusu» onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri alma düşmür. Təqsirləndirilən şəxs qeyd olunan «emosional davamsız şəxsiyyət pozuntusu» ona hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrurtı etmir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqh hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onunla istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs baş vermiş hadisələri yadda saxlamaq və yada salmaq qabiliyyətindən məhrum edən psixi pozuntu qeyd olunmur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyllilik, tez özündən çıxmaq, hirslilik, kobuluq, eqosentrizm və s.kimi fərdi-psixoloji xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs əqli- intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs baş vermiş hadisələri yadda saxlamaq və yada salmaq qabiliyyətindədir. Təqsirləndirilən şəxs yalan danışmağa, özündən uydurmağa meyillilik aşkar edilmir. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/668 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd tapança, zavod üsulu ilə istehsal olunmuş, darağı doqquz ədəd piston tutumuna malik, “ИЖ37” modelli, idman-məşq zamanı istifadə olunan start siqnalı vermək üçün nəzərdə tutulmuş tapançadır, texniki cəhətdən saz vəziyyətdədir, odlu silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır; tədqiqata təqdim edilmiş 08 ədəd predmet zavod üsulu ilə hazırlanmış, odlu silahlarının patronlarının barıt atımının alışdırılması üçün atəş komponenti kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronların bir hissəsidirpistondur, döyüş sursatı hesab edilmir, rəyin tədqiqi hissəsində qeyd olunan səbəbdən 02 (iki) ədədi təyinatı; tədqiqata təqdim edilmiş 11 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, səs-işarəverici və ya qaz tapançalarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilməyən 8 mm kalibrli patrondur, döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır; tədqiqata təqdim edilmiş 06 ədəd predmet zavod üsulu ilə hazırlanmış, 8 mm kalibrli qa tapançalarında istifadə edilmək üçün nəzərdə tutulmuş qaz patronudur, döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır; İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 67.1, 68.2, 93.1.2-ci maddələrinə əsasən 02 il azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü ildə Bakı Apellyasiya Məhkəməsinin Qərarı ilə xx.xx.2022-ci il tarixli hökm dəyişdirilmiş, Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.11-ci bəndi tətbiq edilməklə cərimə cəzasından azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq hesab edir ki, sonuncun ittiham olunduğu cinayət əməllərini törətməkdə təqsiri sübuta yetirilməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İbtidai istintaq orqanın sübutların qiymətləndirilməsi barədə 06 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şahid ifadələri, üzləşmə, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-6/2036 nömrəli rəyi, məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-3/665 nömrəli rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1696 nömrəli rəyi, götürmə aparılması haqqında protokol, baxış və axtarış aparılması haqqında protokol, 01 ədəd DVD-R formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir və ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi sübutlar üzrə gəldiyi nəticələri şərh etməyi zəruri hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama münasibətdə aşağıdakıları qeyd edir: Cinayət işinin ibtidai istintaq materiallarını araşdıran məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, cinayət işinin təhqiqat və istintaq mərhələlərində keçirilmiş prosessual hərəkətlərin nəticələrinə dair tərtib edilmiş protokolları, o cümlədən, ibtidai istintaqın gedişində imzalaması və tanış olması üçün ona təqdim olunmuş bütün sənədləri imzalamaqdan imtina edərək barəsində başlanmış cinayət təqibinə öz etirazını bildirmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixli izahatının məzmunundan müəyyən edir ki, sonuncu evində aşkar olunmuş bıçaqların ona atasında yadigar qaldığını və narkotik vasitələrdən çəkmək yolu ilə istifadə etdiyini bildirmiş, lakin həmin izahatı imzalamaqdan imtina etmişdir. Həmçinin cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi haqqında” və 17 aprel 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollara nəzər salan məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixli izahatı olduğu kimi köçürülmüş, əlavə olaraq təqsirləndirilən şəxs evindən aşkar edilmiş üç ədəd bükümdə olan psixotrop maddənin ona məxsus olmadığını bildirmiş, lakin yenə də ifadələri imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında təqsirləndirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmənin ona verdiyi suallara cavab olaraq evində aşkar edilmiş iki ədəd bıçağın mərhum atasında məxsus olduğunu, sonuncunun həmin bıçaqları evdə saxladığını, bu səbəbdən yaşadığı evdə keçirilmiş baxış zamanı polis əməkdaşları tərəfindən sözügedən əşyaların aşkar edildiyini göstərmiş, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası da anoloji məzmunlu ifadə vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixli izahatı, 16 aprel 2024-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi haqqında” və 17 aprel 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollardakı ifadələri mötəbər hesab edilə bilməz, əlavə olaraq sonuncunun 04 oktyabr 2023-cü il tarixli izahatı da sübutların siyahısından çıxarılmalıdır, həmçinin o əsasla ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90-cı və 232-ci maddələrinə əsasən, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs qismində tanınır. Şübhəli şəxsin dindirilməsi onun tutulmasından dərhal sonra aparılır. Şübhəli şəxsin dindirilməsindən əvvəl müstəntiq ona şübhənin mahiyyətini elan etməyə, habelə şübhəli şəxsə ifadə verməkdən imtina və müdafiəçinin köməyindən istifadə etmək də daxil olmaqla, onun hüquqlarını izah etməlidir. Məhkəmə ibtidai istintaq materiallarına baxaraq müəyyən edir ki, Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixli “Sübhəli şəxsin tutulması haqqında” qərarla şübhəli şəxs qismində tanınmasına baxmayaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş müvafiq prosessual qaydalara uyğun olaraq şübhəli şəxs qismində dindirilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət daşıması barədə xəbərdar edilərək izahatı alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, 15 aprel 2024-cü il tarixdə maddi sübutların götürülməsi üzrə müvafiq istintaq hərəkətinə dair videogörüntülərin əks olunduğu DVD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qaldığını, evində narkotik vasitə və ya psixotrop maddə olmadığını, güya evindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən yerləşdirildiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində barəsində qətimkan tədbirinin seçilməsinə dair məsələyə baxılarkən məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrlə anoloji məzmunda ifadə vermişdir. Bundan başqa məhkəmə iclasında iştirak edən şahidlər Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Şahid1, Şahid2 və hal şahidi Şahid5 ifadələrində onlar Təqsirləndirilən şəxs evinə daxil olarkən sonuncunun anasının evdə olmadığını bildirsələr də, məhkəmə hesab edir ki, adıkeçən şahidlərin ifadələri həqiqəti əks etdirmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə iclasında vermiş olduqları ifadələrdə Təqsirləndirilən şəxs və sonuncun anası X5 15 aprel 2024-cü il tarixdə polis əməkdaşları onların yaşadığı evin həyətinə və oradan isə evə daxil olarkən Lydumila Timofeyeva hadisə yerində olmuşdur. Məhkəmə təqsirləndirilən şəxs və anasının bu barədə ifadələrini mötəbər hesab edir və bunu onunla əsaslandırır ki, sonuncuların ifadələri məzmunca bir-birini tamamlamışdır və təsadüfi deyil ki, məhkəmə iclasında əlavə şahid qismində dindirilərkən Lydumila Timofeyeva hadisə günü baş verənləri təfsilatı ilə danışmışdır. Buna baxmayaraq, “Əməliyyat-axtarış tədbiri kimi yaşayış yerinə daxil olma və baxış keçirilməsi haqqında” və “Maddi sübutun götürülməsi haqqında” 15 aprel 2024-cü il tarixli protokollardan görünür ki, X5 polis əməkdaşları tərəfindən onun evində keçirilmiş müvafiq tədbirlərinin gedişində iştirakçı qismində qeyd edilməmişdir. Bundan başqa cinayət işinin məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə evinin həyətinə gələn polis əməkdaşlarının bundan təxminən 1 saat sonra, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası X5 isə təxminən 40 dəqiqə sonra polis əməkdaşlarının evin içərisinə daxil olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Şahid2 həmçinin ona verilmiş suala cavab olaraq göstərmişdir ki, onlar təxminən 40 dəqiqə - 1 saat müddətində təqsirləndirilən şəxsin evinin həyətində olmuş, Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi, Şahid1 isə həmin müddətin təxminən 30 dəqiqə həddində olduğunu, bundan sonra məhkəmənin müvafiq qərarına uyğun olaraq evin pəncərəsinin dəmir barmaqlıqlarını və şüşəsini sındıraraq evin içərisinə daxil ola bildiklərini bildirmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, sonuncu hökm üzrə barəsində təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını yenicə çəkib qurtarmış, hadisədən bir həftə əvvəl evinə qayıtmışdır. Həm hadisə günü, həm də bundan bir gün əvvəl polis əməkdaşları yaşadığı evin həyətinə gəlib ondan evin qapısını açmasını tələb edərkən o, sonuncuların nə məqsədlə gəldiklərini təxmin etmiş, şərlənib həbs olunmaqdan qorxduğu üçün qapını açmaqdan imtina etmişdir. Həmçinin məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası X2 ifadəsində göstərmişdir ki, o, polis əməkdaşlarının nə məqsədlə gəldiklərini təxmin etmiş, bu səbəbdən Elnura qapını açmamasını tapşırmışdır. Beləliklə, adıçəkilən şəxslər təqsirləndirilən şəxsin evinin həyətinə gələn polis əməkdaşlarının təxminən 30 dəqiqə - 1 saat sonra evin içərisinə daxil olduqlarını bildirmişdir. Bundan başqa cinayət işinin mübahisəsiz hallarından görünür ki, polis əməkdaşları təqsirləndirilən şəxsin yaşadığı evi həyətinə daxil olduqdan sonra tərəflər bir müddət mübahisə etmiş, təqsirləndirilən şəxs polis əməkdaşlarına etiraz əlaməti olaraq özünə bədən xəsarəti yetirmiş, bundan sonra X14 xidməti çağırılmış, təqsirləndirilən şəxs polis əməkdaşlarına qapını açmaqdan bir daha imtina etmiş, bundan sonra evin pəncərəsinin dəmir barmaqlığı və şüşəsi sındırılaraq, polis əməkdaşları evə daxil olmuşlar, beləliklə, polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə gəlib, orada isə sonuncunun evinin içərisinə daxil olana qədər kifayət qədər vaxt keçmişdir. Məhkəmə hesab edir ki, həmin müddət 30 dəqiqə olmuş olsa belə, bu müddət Təqsirləndirilən şəxs ittihamda göstərilən 03 ədəd bükümdə olan psixotrop maddə metamfetamini ardında heç bir iz qoymadan məhv edə bilməsi üçün kifayət qədər uzun müddətdir və təqsirləndirilən şəxsin bunun üçün real imkanları olmuşdur. Ələlxüsus da, Təqsirləndirilən şəxs və anası Lydumila Timofeyeva polis əməkdaşlarının nə məqsədlə evin içərisinə daxil olmaq istədiklərini təxmin etdiklərindən, məhkəmə hesab edir ki, sonuncuların həmin müddət ərzində evdə olan metamfetamini məhv etməməsi, polis əməkdaşları isə evə keçirdikləri baxış zamanı oradan həmin psixotrop maddəni aşkar etməsi inandırıcı deyil. Bundan başqa cinayəti işinin materiallarında olan “Əməliyyat-axtarış tədbiri kimi yaşayış yerinə daxil olma və baxış keçirilməsi haqqında” və “Maddi sübutun götürülməsi haqqında” 15 aprel 2024-cü il tarixli protokolların mötəbər sübut qismində qəbul edilə bilmə imkanını şübhə altına alan bir digər xüsusat ondan ibarətdir ki, verilmiş ittihama görə Təqsirləndirilən şəxs soyuq silah hesab edilən ov bıçağını əldə edib özündə saxlamaqla, ünvan 3 ünvanına qədər daşımaqla evin 1-ci mərtəbəsindəki qonaq otağındakı masanın üzərində saxlamışdır. Məhkəmə iclasında dindirilmiş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və sonuncunun anası Lydumila Timofeyeva ifadələrində göstərmişlər ki, stolun üzərində yalnız bir ədəd bıçaq olmuş, hansı ki, təqsirləndirilən şəxs həmin bıçaqla özünə bədən xəsarəti yetirmişdir. Digər bıçağı isə polis əməkdaşları evdə keçirdikləri axtarış zamanı evdə olan divanın alt saxlanc yerində aşkar etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları isə bıçaqlardan birinin Təqsirləndirilən şəxs əlində, digərinin stolun üstündə olması barədə ifadə vermişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin özünə xəsarət yetirdiyi bıçaq sonuncunun əlində olmuş və polis əməkdaşları tərəfindən əlindən alınmış olsa da, digər bıçağın da stolun üstündə olması barədə şahidlərin ifadələri inandırıcı səslənmir, həm sözügedən şahid ifadələri, həm də “Əməliyyat-axtarış tədbiri kimi yaşayış yerinə daxil olma və baxış keçirilməsi haqqında” və “Maddi sübutun götürülməsi haqqında” 15 aprel 2024-cü il tarixli protokolların nəticələri həqiqəti əks etdirməsi baxımından kifayət qədər şübhə doğurur. Həmçinin cinayəti işinin materiallarında olan “Əməliyyat-axtarış tədbiri kimi yaşayış yerinə daxil olma və baxış keçirilməsi haqqında” və “Maddi sübutun götürülməsi haqqında” 15 aprel 2024-cü il tarixli protokollardan görünür ki, Şahid4 və Şahid5 Təqsirləndirilən şəxs yaşadığı evə daxil olurkən və baxış keçirilərkən hal şahidi qismində iştirak etmişlər, baxış zamanı evin qonaq otağındakı masanın üzərində iki ədəd bıçaq və evin birinci mərtəbəsindəki yataq otağında yerləşən seyfin üzərində olan mücrünün içərisindən üç ədəd şəffaf sellofanda bükümlər aşkar edilmiş, bundan sonrakı mərhələdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Elvin Ağayevin də iştirakı ilə sözügedən predmetlər müvafiq ekspertizaların keçirilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəmə “Əməliyyat-axtarış tədbiri kimi yaşayış yerinə daxil olma və baxış keçirilməsi haqqında” və həmin tədbirlərin davamı olaraq keçirilmiş istintaq hərəkətinin nəticələrinin əks olunduğu “Maddi sübutun götürülməsi haqqında” 15 aprel 2024-cü il tarixli protokolları mötəbər sübut qismində qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. Həmin Məcəllənin 245.1-ci maddəsinə əsasən müstəntiq axtarış və ya götürmə haqqında qərara əsasən yaşayış binasına, yaxud digər binaya daxil olmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 245.3-cü maddəsinə əsasən, axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs hal şahidi qismində iştirak cəlb edilmiş Şahid4 onun əvvəllər məhkum olunduğu cinayət işi üzrə də hal şahidi qismində iştirak etdiyini bildirmişdir. Şahid4 isə bu barədə ona verilmiş suala cavab olaraq göstərmişdir ki, uzun müddət əvvəl yıxıldığı üçün başından zədə alıb, yaddaşı pozulub, bəzən hadisələri xatırlamaqda çətinlik çəkir, təqsirləndirilən şəxsin barəsində əvvəllər başqa məhkəmənin icraatında olmuş cinayət işi üzrə məhkəmə istintaqı aparılarkən hal şahidi qismində iştirak edib-etməməsini dəqiq xatırlamır. Cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunduğu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 320/2022 saylı, 13 dekabr 2022-ci il tarixli hökmündən görünür ki, ibtidai istintaq orqanı tərəfindən hazırki cinayət işi üzrə hal şahidi qismində iştirak etmiş Şahid4 Təqsirləndirilən şəxs bundan əvvəl ittiham olunaraq məhkum olunduğu cinayət işi üzrə də hal şahidi qismində dəvət edilmişdi. Qeyd edilən Məcəllənin 115-ci maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda, o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz. Həmin Məcəllənin 115.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd olaraq hər hansı bir şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Cinayət-prosessual qanunvericiliyin tələbinə müvafiq olaraq yaşayış yerinə daxil olub orada baxış keçirilərkən videoçəkilişdən istifadə edilmədiyi halda ən azı 2 (iki) hal şahidi iştirak etməli olmasına baxmayaraq, hazırki cinayət işi üzrə hal şahidindən biri - Şahid4 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə də hal şahidi qismində iştirak etməsi, habelə bu iş üzrə cinayət təqibi orqanının cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla topladığı ittihamedici sübutlarla bağlı məhkəmə qeyd edir ki, cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prinsiplərin və ya şərtlərin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğv edilməsinə və ya toplanmış materialların sübutedici qüvvəsinin olmamasına gəlməyə səbəb olur. Azərbaycan Respublikasının CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94.1-ci maddəsində cinayət prosesində şəxsi marağı olmayan şəxs hal şahidi qismində iştirak edə bilməsi nəzərdə tutulmuş olsa da, hazırki cinayət işi üzrə hal şahidi Şahid4 məhz təqsirləndirilən şəxsin əvvəllər məhkum olunduğu cinayət işi üzrə də hal şahidi qismində iştirak etməsi Şahid4 ifadəsini və onun iştirakı ilə keçirilmiş əməliyyataxtarış tədbirinin nəticələrinə dair “Əməliyyat-axtarış tədbiri kimi yaşayış yerinə daxil olma və baxış keçirilməsi haqqında” protokolun mötəbər sübut qismində qəbul oluna bilmə imkanını istisna edir. Bundan başqa qeyd edilən hal sonuncunun polis əməkdaşları ilə əməkdaşlıq etməsinə və təqsirləndirilən şəxsə qarşı olan qərəzli münasibətə dair məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə polis əməkdarı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə daxil olub orada baxış keçirilərkən videoçəkilişdən istifadə edilməməsi və buna alternativ olaraq keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticələrinin rəsmiləşdirilməsi üçün hal şahidlərinin dəvət edilməsi, yalnızca bundan təxminən 35 dəqiqə sonra maddi sübutların götürülməsi istintaq hərəkəti həyata keçirilərkən videoçəkilin aparılması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi yaşayış binasına yaxud digər binaya baxış, axtarış keçirilərkən, yaxud daxil olarkən hal şahidlərinin iştirak etməsi şərti ilə videoçəkilişdən istifadə edilməməsinin mümkünlüyünü ifadə edir. Lakin keçirilmiş əməliyyat-axtarış tədbirinin gedişatının və əldə olunan nəticələrin ətraflı və dəqiq təsvir olunması baxımından müvafiq tədbirlərin gedişində videoçəkilişdən istifadə edilməsi daha məqsədəmüvafiqdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, № 8 saylı Qərarının 32-ci bəndində qeyd edilir ki, əməliyyat-axtarış tədbirinin gedişatının və nəticələrinin rəsmiləşdirilmə üsulu (raport, protokol və yaxud başqa sənəd şəklində olmasından asılı olmayaraq) əməliyyat-axtarış tədbirinin gedişatının və əldə olunan nəticələrin ətraflı və dəqiq əks etdirilməsini təmin edə bilsin, bu məsələlər üzrə məlumatların həqiqiliyinə şübhə ilə yanaşılmasını, o cümlədən əldə olunan materiallara kənar müdaxilələri, onların məhv edilmə, zədələnmə, dəyişdirilmə, təhrif edilmə imkanlarını istisna etsin, nəticə etibarı ilə tərtib edilən sənəd və əldə edilən materiallar təhqiqatçıya, müstəntiqə CPM-in tələblərinə müvafiq surətdə təqdim edildikdə, müvafiq yoxlamadan sonra cinayət prosesində sübut kimi qəbul edilə bilsin. Əməliyyat-axtarış tədbiri zamanı sübut əhəmiyyəti ola biləcək materialların götürülməsinin fasiləsiz videoçəkiliş ilə aparılması, götürülmüş predmetlərin qablaşdırılması, raportda və yaxud protokolda onların mümkün qədər ətraflı və dəqiq təsvir edilməsi qeyd olunan məqsədin realizə edilməsində mühüm rol oynaya bilər. Odur ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Məhkəmə əməliyyat-axtarış tədbiri kimi yaşayış yerinə daxil olma və baxış keçirilərkən, müvafiq istintaq hərəkəti kimi maddi sübutlar götürülərkən X3 da hadisə zamanı evdə olmasına baxmayaraq polis əməkdaşları tərəfindən sonuncunun müvafiq tədbirlərinin gedişinə dair tərtib olunmuş protokollarda iştirakçı qismində qeyd olunmamasını, yaşayış yerinə daxil olma və baxış keçirilərkən videoçəkilişin keçirilməməsini, yalnızca bundan təxminən 35 dəqiqə sonra maddi sübutlar götürülərkən videoçəkilişdən istifadə olunmasını, Cinayət-Prosessual qanunvericiliyin tələbinə müvafiq olaraq yaşayış yerinə daxil olma və baxış keçirilərkən hal şahidlərinin cəlb olunmasını, prosesə cəlb olunmuş hal şahidlərindən birinin təqsirləndirilən şəxsin əvvəllər təqsirli bilinərək məhkum olunduğu cinayət işi üzrə hal şahidi qismində iştirakını nəzərə alaraq hesab edir ki, faktiki olaraq ibtidai istintaq orqanının təqdim etdiyi bütün sübutlar şübhə altındadır. Məhkəmə hazırki cinayət işi üzrə “Əməliyyat-axtarış tədbiri kimi yaşayış yerinə daxil olma və baxış keçirilməsi” tədbiri həyata keçirilərkən videoçəkilişin aparılmaması ilə bağlı qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs evinə daxil olub orada baxış keçirilərkən videoçəkilişin keçirilməməsini hal şahidlərinin iştirakı ilə əsaslandırmış olsa da, məhkəmə hesab edir ki, hər nə qədər hal şahidləri cəlb olunmuş olsa belə, müvafiq istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı formalaşmış mövcud praktika onu göstərir ki, həmin tədbirlərin gedişində adətən videoçəkilişdən, həmin videoçəkilişin həyata keçirilməsi üçün isə mobil telefonlardan istifadə olunur. Cinayət işinin mübahisəsiz hallarından müəyyən olunduğu kimi Təqsirləndirilən şəxs yaşadığı evə daxil olan polis əməkdaşları sayca 4 nəfər olmuşlar və sonuncuların keçirilən tədbirləri videoyazıya ala bilmələri üçün hər hansı real maneə olmamışdır. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bundan başqa şahidlər, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid1, hal şahidləri Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadələri tədqiq etdikdə məlum olur ki, şahidlərin ifadələri biri digərindən köçürülmüş və bu da həmin ifadələrin inandırıcı olmasına şübhələri daha da artırır. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş halların məcmusunu nəzərə almaqla, məhkəmə iclasında tədqiq edilmiş sübutları bir-biri ilə müqayisə edib qiymətləndirərək, hər üç polis əməkdaşının və hər iki hal şahidinin ifadələrini təqsirləndirilən şəxsə elan edilmiş itiham üzrə cinayət əməlini törətməsini təsdiq edə biləcək mötəbər sübut hesab etmir. Avropa Məhkəməsi “Kobiaşvili Gürcüstana qarşı” işində göstərmişdir ki, polis əməkdaşları ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi. Avropa Məhkəməsi “Hüseyn və digərləri Azərbaycana qarşı” işində göstərmişdir ki, ədalətli və çəkişməli məhkəmə araşdırılması anlayışı, əksini sübut edəcək hallar olmadıqca, prinsipcə, məhkəmənin iclasda verilən şahid ifadəsinə ittiham tərəfindən öncədən qeydə alınmış ibtidai araşdırmadakı ifadədən daha çox önəm verməsini ifadə edir. Bunun səbəbi ibtidai araşdırma sorğu-sualının ittiham tərəfinin işi məhkəmədə dəstəkləmək üçün məlumat topladığı proses olmasıdır. Lakin mühakiməni aparan məhkəmə sübutların birbaşa olaraq məhkəmədə qiymətləndirilməsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyini məhkəmədə təqdim edilən bütün sübutların qiymətləndirilməsinin ardından müəyyənləşdirməlidir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2036 nömrəli rəyi isə özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, psixotrop maddəni növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz. Yekun olaraq məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunvericiyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən məhkəmə hesab edir ki, aşağıda qeyd edilən sənədlər iş üzrə ittihamın sübut edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş qeyd edilən prosessual sənədlər təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi üçün, həmin sənədlər mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Məhkəmə hesab edir ki, şahidlərin Təqsirləndirilən şəxs yaşadığı evdə psixotrop maddə aşkarlanması barədə ifadələri mənbə 15 aprel 2024-cü il tarixli “Yaşayış yerinə daxil olma və baxış keçirilməsi haqqında” protokola və qanunsuz yolla əldə edilmiş maddi sübuta əsaslandığı, həmin baxış, onun keçirilməsini əks etdirildiyi göstərilən protokol və onun əsasında aşkar edilmiş maddi sübut mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, həmin şahid ifadələri də həqiqilik, mötəbərlik baxımından əsaslı şübhə doğurmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, yəni qanunsuz olaraq külli artıq miqdarda psixotrop maddə əldə edib yaşadığı evdə saxlamasını təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan edilmiş ittihama münasibətdə aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan olunmuş itttihama görə, sonuncu qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən 02 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı istifadəyə yararlı və soyuq silah hesab edilən ov bıçağını əldə edib özündə saxlamaqla ünvan 3 ünvanına qədər daşımışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməli obyektiv cəhətdən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmədə ifadə olunur, digər bir mənada şəxs cinayət əməlinin digər zəruri tərkib elementlərinin (cinayətin subyektinin, subyektiv cəhətinin və obyektinin) olması şərti ilə yalnız maddənin dispozisiyasında sadalanan əməlləri törətməsinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, polis əməkdaşlarının yaşadığı evdən aşkar etdiyi bıçaqlar mərhum atasına məxsus olmuş, sözgedən əşyalar məhz atası tərəfindən əldə olunmuşdur. Əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası X2 da sonuncu ilə anoloji məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/665 nömrəli rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında əldə edilmiş iki ədəd bıçaq ümumi təyinatlı ov bıçağıdır, istifadəyə yararlıdır və soyuq silah hesab edilir. Məhkəmə hesab edir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanından götürülmüş 02 ədəd bıçaq müvafiq ekspertiza rəyinə əsasən soyuq silah hesab olunsa da, ittihamda göstərildiyi kimi qeyd edilən predmetlərin Təqsirləndirilən şəxs tərəfindən əldə edilməsi faktı cinayət işinin materiallarında olan heç bir sübutla təsdiq olunmur. Beləliklə məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, yəni qanunsuz olaraq 02 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı istifadəyə yararlı və soyuq silah hesab edilən ov bıçağını əldə etməsini təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün hazırki cinayət işi üzrə iki məhkəməballistik ekspertizasının və bir məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 193 (yüz doxsan üç) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Xəzər Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut qismində tanınmış 10,497 qram narkotik vasitə metamfetaminin ekspertiza təqdiqatından sonrakı 10,347 qram qalığı materiala əlavə edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş soyuq silah hesab edilən 02 (iki) ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Elvin Ağayev, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Anar Abbasov, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi, polis mayoru Şahid1, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Kiber Cinayətlərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 28 (iyirmi səkkiz) iş saatı üçün 168 (yüz altmış səkkiz) manat məbləğində vəsait Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 234.4.3-cü maddələri ilə elan edilən ittihamda təqsirliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məkhəmə iclas zalında dərhal həbsdən azad edilsin. Şübhəli şəxs qismində tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən psixotrop maddə olan 10,497 qram metamfetamin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut qismində tanınaraq psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 10,347 qram hissəsi həmin araşdırma ilə əlaqədar Bakı şəhər Xəzər Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş soyuq silah hesab edilən 02 (iki) ədəd bıçaq məhv edilsin. İş üzrə materiallarında məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 193 (yüz doxsan üç) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 28 (iyirmi səkkiz) iş saatı üçün 168 (yüz altmış səkkiz) manat məbləğində vəsait Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Elvin Ağayev, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Anar Abbasov, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi, polis mayoru Şahid1, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Kiber Cinayətlərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilsin. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elnur Nuriyev Hakimlər: Kamran Muxtarov Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar