Məhkəmə qərarları › İş №1(101)-516/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-516/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-516/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə « 04 » mart 2021-ci il Bakı şəhərində xx.xx.1976-cı ildə Lənkəran rayonu, Veravul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, Lənkəran rayonu, Veravul kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi 339 saylı fərdi yaşayış evində yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X5 2019-cu ilin təxminən oktyabr-noyabr aylarından yaşadığı, narkotik vasitənin birlikdə aludəçisi olduğu tanışı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi 339 saylı fərdi yaşayış evində xx xxxx 2020-ci il tarixdə saat 05-06 radələrində narkotik vasitə olan «şüşə» qəbul edib narkotik vasitənin təsirində olmaqla sonuncunun evini tərk etməsi tələbini cüzi səbəb kimi bəhanə edərək xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə həmin vaxtı otaqda döşəmə üzərində olan mətbəx təyinatlı bıçaqla Zərərçəkmiş şəxs sol yanaq, boyun, sinə və qol hissələrinə zərbələr vurmuş, Zərərçəkmiş şəxs döşəmə üzərindən götürdüyü çəkiclə onun vurduğu zərbələrin təsirindən özünü müdafiə etmək istədikdə İlkin Hüseynov çəkici onun əlindən almış, Zərərçəkmiş şəxs tualet otağına daxil olub qapını bağladıqda, o, cinayətkar niyyətini həyata keçirtməkdə israrlılıq nümayiş etdirərək güc tətbiq etməklə tualet otağının qapısını açmış, sonuncuya bıçaq və çəkiclə çox saylı zərbələr vurmuş, Zərərçəkmiş şəxs həmin zərbələrdən müvazinətini itirib yerə yıxılaraq aldığı xəsarətlərdən ağrı və iztirab çəkməklə öldürülməməsinə dair yalvarışlarına məhəl qoymadan müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək yenə də bıçaq zərbələri vuraraq başına və bədəninə cəmi 43 ədəd başın və hər iki körpücük nahiyələrinin əzilmiş-cırılmış yaraları, alının və ətrafların hematomalan kimi birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, burun, alt çənə və hər iki körpücük sümüklərinin sınıqları kimi birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, döş qəfəsinin 2 ədəd və qarın nahiyəsinin 3 ədəd boşluqlara nüfuz edərək ölümə səbəb olmaqla ürəyin, hər iki ağ ciyərin və bağırsaqların zədələnməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yaraları kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid çoxsaylı xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X5 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs hadisədən 2 il əvvəl narkotik vasitə istifadə edən şəxs kimi tanımış, münasibətləri yaranmış, aralarında düşmənçilik və ədavət olmamışdır. O, müxtəlif ünvanlarda kirayədə yaşamış, Məmməd isə hadisə baş verən ünvanda tək yaşamışdır, 2019-cu ilin təxminən oktyabr-noyabr aylarından o, Məmmədin evində yaşamağa başlamış, həmin evdə hər ikisi dəfələrlə narkotik vasitə istifadə etmişlər. 2020-ci ilin yanvar ayında Lənkəran rayonunda İranlı adını bilmədiyi şəxsdən 400-500 manatlıq heroini istifadə etmək üçün almışdır. O, narkotik vasitəni Məmmədlə birlikdə həm istifadə etmiş, həm də satmışlar. O, əvvəllər cəza çəkdiyi 12 nömrəli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə orada müayinə edəndə həkimlər ona iki ürəyinin olduğunu demişlər. O, da Məmmədlə söhbət əsnasında bu barədə sonuncuya demişdir. Məmməd son zamanlar ona iki ürəyinin birinin İrana gedib satmağı məsləhət görmüş, əvvəlcə razılaşmış, lakin karantin olduğundan, həm də “xarici pasportu” olmadığından İrana gedə bilməmişlər. Bundan sonra Məmməd ona “gəl burda ürəyini çıxardıb sataq” demiş, cavabında Məmmədə ürəyini satmaq istəmədiyini demişdir. Bu barədə bir müddət aralarında danışıqlar olmuş, lakin buna görə aralarında heç bir dava-dalaş olmamışdır. xx.xx.2020-ci il tarixdə səhərə yaxın, saat 5-6 radələrində hər ikisi “şüşə” adlanan narkotik vasitədən istifadə etmişlər. Sonra evin qonaq otağında hər ikisi televizora baxmışlar. O, otaqda pəncərə tərəfdə yerə yorğan sərib uzanmış, onun sağ tərəfində, otağın giriş qapısı tərəfdə isə Məmməd yerə döşək sərib uzanmış və birlikdə qarpız kəsib yemiş, bundan sonra qarpızın dənələri və suyu olan qabı Məmməd mətbəxə aparmış, bıçaq döşəmədə qalmışdı. Onlar söhbət etmiş, sonra söhbət onun iki ürəyinin birinin İranda satılmasına gəlib çıxmışdır. Məmməd ona əməliyyat edib ürəyini çıxarmağını demiş, o, sonuncuya cavabını vermiş, Məmməd onun ünvanına nalayiq söyüş söymüşdür. O, Məmmədə söyüş söydükdə sonuncu sağ tərəfində olan çəkici götürüb onu vurmaq istəyəndə o, sol əli ilə Məmmədin çəkic tutan qolundan tutmuş və ortada yerdə olan bıçağı götürüb onun sol yanaq hissəsinə və bədənin sinə hissəsinə zərbələr vurmuş, neçə bıçaq zərbəsini vurduğunu xatırlamır. O, zərbələr vursa da Məmmədin əlindən çəkici ala bilməmiş, Məmməd yerindən durub əlində çəkic evdən çıxmaq istəyəndə, o, əlində bıçaqla Məmmədin arxasınca getmiş, Məmmədin boyun və qol hissəsinə bıçaq zərbələri atmış, çəkici Məmmədin əlindən almışdır. Məmməd qapıdan çıxa bilməmiş, onun zərbələrindən yayınmaq üçün mətbəxə qaçmış, mətbəxdən çayniki götürüb ona doğru atmış, çaynik sol əlinin üçüncü barmağını dəydiyindən barmağı cızılmışdır. Həmin vaxtı sol əlini çayniki qabağına verdiyi üçün çəkic əlindən yerə düşmüş, çayniki atdıqdan sonra mətbəxdən çıxıb yerdən çəkici yenidən götürərək, Məmmədin arxasınca getmişdir. Məmməd tualetə girib qapını bağlamış, o, tualetin qapısını itələyərək açmış və içəri girib tualetdə yenidən Məmmədə sağ əlində olan bıçaq və sol əlindəki çəkiclə çoxsaylı zərbələr vurmuşdur. Məmməd unitazın üzərinə yıxılmış, Məmmədə zərbələr vurmağa davam etmiş, Məmməd onun maykasından, tutduğu üçün maykası cırılmışdı. Məmməd üzü üstə yerə yıxılmış, onun öldüyünü bildikdən sonra əynində olan maykanı, bıçaq və çəkici tualetin qapısının yanına atmışdır. Evdən çıxıb Lənkəran rayonu Veravul kəndinə getmiş, xx.xx.2020-ci il tarixdə əmisi Natiqin telefonu ilə polisə zəng edərək hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, qardaşı Məmməd iki dəfə ailə həyatı qurmuş, uzun müddət Rusiya Federasiyasında yaşayıb, orada inşaatda işləmiş, 2000-2001-ci illərdə Bakı şəhərinə gəlmişdir. Məmməd Bakı şəhərinə gəldikdən sonra narkotik vasitə istifadə etdiyini öyrənmiş, bundan sonra bütün ailə üzvləri Məmmədin narkotiki tərgitməsi üçün təhkidlərinə baxmayaraq Məmməd narkotiki tərgitməmişdir. Məmmədlə əlaqələrini kəssələr də kənardan himayə edərək yaşaması üçün ev almışlar, həmçinin ərzağını, kommunal xərclərini və digər xərclərini ödəmişlər. O, sonuncu dəfə Məmmədi 20 ya xx xxxx 2020-ci il tarixdə Qaraçuxur qəsəbəsində yerləşən iş yerində görmüş, Məmməd taksi ilə onun yanına gəlmiş və həkimə getmək istədiyini bildirib ondan pul istəmiş, o, Məmmədə 25 manat pul verib həkimdən çıxanda ona zəng etməsini bildirmişdir. Lakin Məmməd ona zəng etməmişdir. Məmmədlə xx.xx.2020-ci il tarixdə telefonla danışıb haləhval tutmuş, xx.xx.2020-ci il tarixdə polislər qardaşı Rəcəbə zəng edib Məmmədin yaşadığı evdə öldürüldüyünü bildirmişlər. Məhkəmədən X4 ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə polislər ona zəng edib qardaşı Məmmədin yaşadığı evdə öldürüldüyünü bildirmişlər. O, qardaşının Yeni Suraxanı qəsəbəsində yerləşən evinə getdikdə Məmmədin evin tualetin öldürüldüyünü görmüşdür. Qardaşının meyiti tualetdə qalmış, qapı örtülü olduğundan, buna görə qapını yerindən çıxardıb meyiti götürmüşlər. O, qardaşı Məmmədin Təqsirləndirilən şəxs tərəfindən hansı səbəbdən öldürüldüyünü bilmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun böyük qardaşı İlkin subay olmaqla, heç vaxt evlənməmiş, İlkin narkotik vasitə istifadəçisi olmuş, bir neçə dəfə məhkumluq həyatı yaşamış, qardaşı ilə onun münasibətləri yaxşı olmamışdır. Məmmədi İlkinin yanında görüb tanımış, Məmmədlə münasibəti yaranmış, hətta bir dəfə Məmməd onu İlkinlə barışdırmış, lakin elə həmin günü də İlkin yenə onunla səbəbsiz yerə dalaşmağa başlamışdır. İlkin son zamanlar Məmmədin evində onunla birlikdə yaşamış, İlkinin təhqiramiz söyüşlərinə görə onunla telefonla danışmamağa çalışmışdır. Sonuncu dəfə İlkini 2020-ci ilin may ayında görmüşdür. xx.xx.2020-ci il tarixdə səhərə yaxın saat 06 radələrində İlkin ona zəng edərək yaşadığı ünvanı soruşduqda sonuncuya yalandan Müşfiq qəsəbəsində yaşadığını, ünvanı tapa bilməyəcəyini demişdir. İlkin də demişdir ki, “sən ünvanı denən, mən Əzizbəyovdayam, gəlib sənin ünvanını tapacam”. Bundan sonra İlkinə özünün gələcəyini demiş, sonuncu razılaşsa da, o, getməmiş, İlkinlə görüşmək istəməmişdir. Təxminən 40 dəqiqə sonra İlkin yenidən ona zəng edərək gəlməməsinin səbəbini soruşmuş, o, da karantinlə əlaqədar post olduğunu və onu buraxmadıqlarını demişdir. İlkin telefonda ona rayona getmək istədiyini deyərək, 20-30 manat pul istəmiş, o, da İlkinə verəcək pulu olmadığını demişdir. Sonra anasına zəng edərək İlkinin rayona gəldiyini, başqa qohumun evinə getməsini, evdə olmamasını demişdir. Bundan bir neçə gün sonra əmisi Natiq ona zəng edib İlkinin adam öldürüböldürmədiyini soruşmuş, o, da məlumatı olmadığını bildirmişdir. Bundan sonra Natiq ona zəng edib İlkinin Məmmədi öldürməsi barədə İ02-yə zəng etdiyini demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Qara Qarayevdə öz evində olmuş, İlkinin Məmmədi öldürməsi, barədə heç bir məlumatı olmamışdır. O, Məmmədlə son zamanlar nə vaxt İlkin barəsində danışdıqda Məmməd ona hər dəfə İlkini evindən çıxartmaq istədiyini, lakin İlkinin evindən çıxmadığını demiş, Məmməd İlkini evdən çıxartmaq istəməsinin səbəbini ona İlkinin evin təmizliyi üçün, həm də evə lazımı heç bir ərzaq almadığı üçün evində yaşamağını istəməməsi ilə izah etmişdir. Ambulator məhkənıə-narkoloji ekspertizasının xx.xx.2020-ci il taixli, 2222 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı alkoqolizin xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırkı müayinə zamanı Təqsirləndirilən şəxs alkoqolizin xəstəliyindən əzab çəkmir. Alkoqolizin xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Kompleks ambulator məhkəmə-psixiatrik və nıəhkəmə-pisixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1531 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi pozuntu qeyd olunmayıb. İ. Hə sən ov öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəl iliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İ.O,Həsənov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməldən sonra hər hansı psixi pozuntudan əziyyət çəkməmişdir. İ.O. Həsənov hal-hazırda öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixoptik cizgiləri müəyyən edilir. Kobudluq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, eqosentrizm məsuliyyətsizlik, tez özündən çıxmaq, konfliktə və mübahisəyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, qəzblilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən fərdi- psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 93 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı onun bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: cəmi 6 ədəd olmaqla döş qəfəsinin 3 ədəd (onlardan biri-döş qəfəsinin ön səthinin sağ yarısında nisbətən aşağıda olan yara boşluğa nüfuz etmir) və qarın nahiyəsinin (3 ədəd) boşluqlara nüfuz edərək ürəyin, hər İki ağ ciyərin və bağırsaqların zədələnməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yaralar; başın və gövdənin cəmi 43 ədəd olmaqla kəsilmiş yaraları, burun, alt çənə və körpücük sümüklərinin sınıqları, başın və hər iki körpücük nahiyələrinin əzilmiş-cırılmış yaraları, alının və ətrafların hematomaları. Qeyd edilən xəsarətlər həyati olub, həmin xəsarətlərdən deşilmiş- kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin), kəsilmiş yaralar iti kənarlı əşya (alət), ola bilsin ekspertizaya təqdim edilmiş bıçağın təsirindən, digər xəsarətlər isə bərk küt əşya (əşyalar), ola bilsin ekspertizaya təqdim edilmiş çəkic təsirindən törənmişlər, törənmə müddətləri şəxsin ölümündən bir qədər əvvələ uyğun gəlir və dərəcələrinə görə döş qəfəsinin 2 ədəd və qarın nahiyəsinin 3 ədəd boşluqlara nüfuz etmiş deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər, burun, alt çənə və hər iki körpücük sümüklərinin sınıqları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az agır zərər vurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin, hər iki ağ ciyərin, nazik bağırsağın zədələnməsi nəticəsində baş vermiş kəskin daxili və xarici qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən təxminən 3-4 gün əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən müxtəlif duruş vəziyyətlərində ola bilməklə, xəsarət yetirən xəsarət alanın ön, nisbətən sol və bir qədər yuxan tərəfində olmağa uyğundur. Məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2020-ci il tarxiii, 556/2020- MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İ1), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(1İ) (axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs bir ədəd şalvarı, maykası,balış üzü, 05 ədəd bint kəsikləri, bıçaq, çəkic,linolium kəsiyi üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeııi alındı. Belə olan halda bu qan ləkələri Abeta (İİ) qrııplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs( əgər hadisə zamanı sonunçuda qanaxma ilə müşahidə olunan xəsarətləri olmubsa) məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş şortikə baxış zamanı qana şübhəli ləkələr aşlar olunmadı. Ekspertizaya təqdim edilmiş 04 ədəd siqaret kötükləri üzərində ağəz suyu aşkar olundu. Ağız suyunun qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Belə olan halda ağız suyunda A beta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus ola bilər. Kompleks məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 365-MKTŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd qolsuz mayka və hadisə yerindən götürülmüş bir ədəd şortikdə əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş maddi sübutlarda tibbi-bioloji tədqiqat zamanı (556/2020- MTBŞ saylı rəy) aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmi aşağıdakı kimi qiymətləndirmək olar: Təqdim edi ilmiş bir ədəd linoiium parçasının üz səthində aşkar edilmiş bir qrup qan ləkələri əksər hallarda qan mənbəyindən (qanlı səthdən) səthə demək olar ki, şaquli istiqamətdə hündürlükdən (ola bilsin 50-60 sm hündürlükdən) düşən ayrı- ayrı damcıları, bəzi ləkələrin isə, bir-birinin üzərinə düşən damcıları nəticəsində əmələ gəlmişdir. Linoiium parçasının üz nahiyəsində aşkar edilmiş bir neçə kiçik ölçülü qan ləkələri isə qan mənbəyinə və ya qanlı səthə kinetik enerji impulsu verməklə sıçrama nəticəsində əmələ gələ bilərdi. Təqdim edilmiş bıçağın dəstək üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində əmələ gəlmişdir. Bıçağın tiyəsinin hər iki səth üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) əsasən dinamik (hərəkətli) kontaktı nəticəsində əmələ gələ bilərdi və bu fonunda, bıçağın tiyəsinin sol səth üzərində, əsasına yaxın hissədə olan bir qrup qan ləkələri qanı qurumamış öz ağırlığı ilə tiyənin küpü olan kənardan tiyənin iti kənarına doğru axmtısı zamanı əmələ gəlmişdir. Təqdim edilmiş çəkicin işçi və dəstək hissəsinin üzərində aşkar edilmiş bu qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində əmələ gəlmişlər. Təqdim edilmiş balış üzünün bir səthi üzərində aşkar edilmiş qan ləkələri əksər hallarda qan mənbəyindən (qanlı səthdən) səthə, bəziləri şaquli istiqamətdə, bəziləri isə bir qədər bucaq altında hündürlükdən (ola bilsin 50-60 sm hündürlükdən) düşən ayrı-ayrı damcıları, bəzi ləkələri isə, bir-birinin üzərinə düşən damcıları nəticəsində əmələ gələ bilərdi, onlardan bəziləri həmçinin materialına fiziki-kapillyarlıq faktoru üzrə hopmuşdur. Balış üzünün əks səthində aşkar edilmiş bir ədəd qan ləkəsi isə qan mənbəyi ilə (qanlı səthi ilə) statik (hərəkətsiz) kontaktı, sonra isə materialına fiziki-kapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs məxsus maykanın ön səthində, hər iki çiyinlikdə, yuxarı, orta və sol aşağı nahiyəsində, arxa səthinin sağ və sol yuxarı nahiyəsində aşkar edilmiş çoxsaylı qan ləkələri əksər hallarda qan mənbəyindən (qanlı səthdən) səthə, bəziləri nisbətən şaquli istiqamətdə, bəziləri isə bir qədər bucaq altında az hündürlükdən (ola bilsin 50-sm-ə qədər hündürlükdən) düşən ayrı-ayrı damcıları, bəzi ləkələri isə, birbirinin üzərinə düşən damcıları nəticəsində əmələ gəlmişdir, onlardan bəziləri həmçinin materialına fiziki-kapillyarlıq faktoru üzrə hopmuşdur. Qolsuz maykada aşkar edilmiş digər bir qrup qan ləkələri (ön səthinin yuxarı sərbəst kənarında solda və maykanın ön səthində solda) isə qan mənbəyi ilə (qanlı səthi ilə) statik (hərəkətsiz) kontaktı, sonra isə materialına fiziki-kapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs məxsus şalvarın hər iki ayaq hissəsinin ön səthində aşkar edilmiş qan ləkələri qan mənbəyindən (qanlı səthdən) səthə əsasən yuxarıdan aşağıya doğru bucaq altında hündürlükdən (ola bilsin 100 sm-ə yaxın hündürlükdən) düşən ayrı-ayrı damcıları, bəzi ləkələri isə, bir-birinin üzərinə düşən damcıları nəticəsində əmələ gələ bilərdi. Şalvarın sol ayaq hissəsinin aşağı nahiyəsində aşkar edilmiş bir ədəd qan ləkəsi yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontaktı nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunmuş çəkic dəstəyi kustar üsulla, işçi metallik hissəsi zavod üsulu ilə hazırlanmış təsərrüfat təyinatlı çəkicdir və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran rayon Xalq məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2-ci və 207-ci maddələri ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Nərimanov rayon məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 106.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 8 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Lənkəran rayon Xalq məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15,95,105 və 38-ci maddələri ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2020ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisi,şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən cəzasının ilk 3(üç) ilini həbsxanada, qalan hissəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Maddi sübutlar- Bakı şəhəri, Suraxanı rayon prokurorluğunda saxlanılan qanabənzər nümunələr, bir ədəd bıçaq, bir ədəd çəkic, bir ədəd balış üzü, bir ədəd şortik, 3 ədəd “vest” markalı siqaret kötüyü, bir ədəd “maqna” markalı siqaret kötükləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd ağ mayka və bir ədəd ağ rəngli kətan şalvar qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza xərclərinin və mülki iddianın olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 20 (iyirmi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Bakı şəhəri, Suraxanı rayon prokurorluğunda saxlanılan qanabənzər nümunələr, bir ədəd bıçaq, bir ədəd çəkic, bir ədəd balış üzü, bir ədəd şortik, 3 ədəd “vest” markalı siqaret kötüyü, bir ədəd “maqna” markalı siqaret kötükləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd ağ mayka və bir ədəd ağ rəngli kətan şalvar qohumlarına qaytarılsın. Ekspertiza xərclərinin və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar