Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-516/2022 15.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X16 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1976-cıil tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 4də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 05.07.2021ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, yəni Keçid Deyilən ünvandan məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,746 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 05.07.2021-ci il tarixdə saat 22:45-də ünvan 4in qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş həmin 01 (bir) ədəd bükümdə 0,746 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 18.08.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbə ünvanında məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 02 (iki) bükümdə tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqa təmiz çəkisi, 5,490 qram və 4,120 qram ümumi təmiz çəkisi 9,610 qram narkotik vasitə heroini 20 manat müqabilində əldə edib, üzərində saxlayaraq daşımış və 19.08.2021-cı il tarixdə həmin narkotik vasitəni özü ilə daşıyaraq ünvan 4 ünvanına gətirmiş və onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 14:00-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4on qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan solğun qara rəngli şalvarın sağ yan cibindən öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan 02 (iki) bükümdə tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqa təmiz çəkisi, 5,490 qram və 4,120 qram ümumi təmiz çəkisi 9,610 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitələrdən istifadə etdiyində görə asılı vəziyyətə düşdüyünə görə tanımadığı və şəxsiyyəti ona məlum olmayan şəxsdən öz şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin alıb istifadə etmişdir. 05 iyul 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Keçid deyilən yerdən keçərkən yerdən 01 ədəd büküm tapmış, həmin bükümü yerdən götürüb açdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Yerdən tapdığı 01 büküm heroini həmin günü istifadə etmişdir. Həmin gün saat 22:45-də yaşadığı ünvan 4ə piyada gedərkən, mülkü geyimdə 2 nəfər şəxs ona yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmişlər və onlarla polis şəbəsinə getməyi təklif etmişlər. O da etiraz etmədən onlarla Suraxanı RPİ-nin 31ci PB-nə getmişdir. Onun üzərinə baxış keçirmişlər, lakin heç bir qanunsuz əşya aşkar olunmadığından onu sərbəst buraxmışlar. O ailəsindən ayrıldığı üçün tək yaşamış, tək yaşadığı üçün dostları onun evinə gəlmiş və bəzən dostları ilə birlikdə narkotik vasitə qəbul etmişlər. Sonra qonşular onların səs-küy etməsinə narazılıq edib, ondan polisə şikayət etmişlər. Bu səbəbə görə də 18 avqust 2021-ci il tarixdə onu mülkü geyimdə 03 nəfər şəxs saxlayaraq Suraxanı RPİ-nin 31-ci PB-nə aparmışlar. Orada ona təzyiqlər göstərilmiş və ona məxsus olmayan 2 bükümdə narkotik vasitənin onun olması barədə ifadələr verməyə məcbur edilmişdir. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, narkotik vasitə istifadə etdiyi üçün qonşuları bu səbəbdən ondan şikayət etmiş və onu tutmuşlar. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində ona verilən ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün və ara-sıra satmaq üçün narkotik vasitə olan heroin almışdır. 05 iyul 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, yəni Keçid Deyilən ünvandan keçərəkən yerdən 1 ədəd bükümdə olan heroin tapmış və heroini özü istifadə etmək məqsədi ilə əynində olan boz rəngli şalvarının sağ yan cibində gizlətmişdir. Sonra həmin gün saat 22:45-də yaşadığı ünvan 4ə piyada hərəkət edən zaman ona mülkü geyimdə 2 nəfər şəxs yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmişlər, o da polis əməkdaşlarına özünü təqdim etmişdir. Polis əməkdaşları onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. O, könüllü olaraq, polis əməkdaşları ilə birlikdə 31-ci PB-nə getmişdir. Bölmədə polis əməkdaşları onun üzərində şəxsi axtarış aparılmasını və qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olarsa maddi sübut formasında götürülməsini bildirmişlər. Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı X9 tərəfindən hüquq vəzifələri izah edilmiş, həmçinin onun istəyi və razılığı ilə Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X2 dəvət edilərək ona təqdim edilmişdir. Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında olan otaqların birində polis əməkdaşları Şahid1, Şahid2 və Suraxanı RPİ-nin kriminalist eksperti Şahid3 iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Həmin vaxt onun üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi bir daha ona təklif edilmişdir. O da otaqda olan masanın üzərinə əynində olan boz rəngli şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş həmin 01 (bir) ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş bükülüdəkinin “heroin” olduğunu bildirmişdir. Ondan həmin bükülünü hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual ediləndə o, həmin narkotik vasitənin 05.07.2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, yəni Keçid Deyilən ünvandan piyada hərəkət edən zaman yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Onun üzərindən götürülən narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib, protokol tərtib edilmişdir. Bununla yanaşı olaraq o, bildirmişdir ki, uzun illərdir ki, narkotikadan istifadə edir. Hazırda isə əməlindən peşmandır. Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya zorakılıq olmamışdır. Daha sonra o, kimyəvi ekspertizanın rəyi ilə tanış olan zaman bəlli olmuşdur ki, üzərindən aşkar edilən 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,746 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 18 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadə üçün və ara-sıra satış məqsədi ilə 02 (iki) bükümdə narkotik vasitə heroini 20 manat müqabilində əldə edib əynində olan solğun qara rəngli şalvarın sağ yan cibində gizlətmişdir. Sonra yaşadığı ünvan 4ə getmişdir. 19 avqust 2021-ci il tarixdə saat 14:00 radələrində yaşadığı evin qarşısında olduğu vaxt ona mülkü geyimdə 03 nəfər şəxs yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirmişlər. O da həmin vaxt polis əməkdaşlarına özünü təqdim etmişdir. Sonra həmin polis əməkdaşları onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişdir. O heç bir etiraz etmədən könüllü olaraq, polis əməkdaşları ilə birlikdə PB-nə getmişdir. Bölmədə polis əməkdaşları onun üzərində şəxsi axtarış aparılmasını və qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olarsa maddi sübut formasında götürülməsini bildirmişdir. Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X9 tərəfindən hüquq vəzifələri izah edilmiş, həmçinin onun ilə Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X10 dəvət edilərək ona təqdim edilmişdir. Sonra Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında olan otaqların birində polis əməkdaşları Şahid1, Şahid4 və Şahid5 iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aprılmışdır. O üzərində olan qara rəngli şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş həmin 02 (iki) ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Onun üzərindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Ondan soruşulduqda həmin bükülüdəkinin “heroin” olduğunu bildirmişdir. Ondan həmin bükülünü hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual ediləndə o, həmin narkotik vasitəyə bənzər maddəni 18 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsində tanımadığı şəxsdən 02 (iki) bükümdə narkotik vasitəni 20 manat müqabilində əldə etdiyini və üzərində satmaq məqsədi ilə saxladığını demişdir. Sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri oxumadan imzaladığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 31-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, narkotik vasitələrdən istifadə etməsi barədə məlumatının yoxlanılması barədə digər polis əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin rəisi, polis polkovniki Ülvi Məmmədovun adına 05.07.2021-ci il tarixdə tərəfindən raport yazılmış, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qərar qəbul edilmişdir. Həmçinin əməliyyat tədbirin keçirilməsi ilə bağlı Suraxanı rayon prokurorluğuna və Suraxanı rayon Məhkəməsinə rəsmi olaraq məktubla məlumat verilmişdir. 05 iyul 2021-ci il tarixdə saat 22:45-də polis əməkdaşı Şahid2 ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi, 18 saylı ünvanda Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs Suraxanı RPİnin 31-ci PB-ə dəvət etmişlər. Sonuncu da etiraz etmədən onlarla birlikdə bölməyə getmişdir. Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında, həmin bölməsnin rəisi, polis polkovniki Ülvi Məmmədovun adına raport tərtib etmiş, bölməyə dəvət edilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq tədbir görülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş verilsin. Raportun araşdırılması Suraxanı RPİ-nin 31-ci PBnin təhqiqatçısı polis baş leytenantı X6 həvalə edilmişdir. Xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış və götürülmə aparılması barədə protokol tərtib edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri Suraxanı rayon 9 saylı vəkil bürosunun vəkili X2 dəvət edilərək təqdim edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs təhqiqatçı Azər Süleymanov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Suraxanı RPİ-nin kriminalist tədqiqat qrupunun inspektor kriminalisti polis baş leytenantı Şahid3 həmin baxışda iştirak etmişdir. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz olan əşya varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş həmin 01 (bir) ədəd gümüşü rəngli bükülünü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf rəngli bükülünü göstərərək narkotik vasitə “heroin” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 (bir) ədəd bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sorğu sual ediləndə, o, 05.07.2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, yəni Keçid Deyilən ünvanda yerdən siqaret kağızına bükülmüş formada narkotik vasitə olan heroini tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli, 01 (bir) ədəd sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Azər Süleymanov tərəfindən 195 nömrəli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş maddənin narkotik vasitə olan heroin olub-olmamasını müəyyən etmək məqsədi ilə təhqiqatçı tərəfindən kimyəvi ekspertiza təyin edilərək rəy alınmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə 0,746 qram olan narkotik vasitə heroindir. Sonralar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək azadlıqda qalmasına baxmayaraq onun barəsində mütəmadi olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid4 və Suraxanı RPİnin 31-ci PB-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirə-salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin rəis vəzifəsini müvəqqəti icra edən polis kapitanı Tural Cəfərovun adına 19.08.2021-ci il tarixdə tərəfindən raport yazmışdır. Sonra əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmişdir. 19.07.2021-ci il tarixdə saat 14:00-də Suraxanı RPİ-nin 31-ci PB-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid4 və Suraxanı RPİ-nin 31-ci PB-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid5 ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi, 18 saylı ünvanda Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə aparlmışdır. Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması barədə protokol tərtib etmişdir. Həmçinin Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri Suraxanı rayon 9 saylı vəkil bürosunun vəkili X10 dəvət edilərək ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı Azər Süleymanov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz olan əşya varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan solğun qara rəngli şalvarın sağ yan cibindən gümüşü kağıza bükülmüş həmin 02 (iki) ədəd gümüşü rəngli bükülünü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymuşdur. sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sual verildikdə sonuncu üzərindən aşkar edilmiş 02 (iki) ədəd şəffaf rəngli bükülünü göstərərək el içində “heroin” deyilən narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 02 (iki) ədəd bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sorğu sual ediləndə, Təqsirləndirilən şəxs 18.08.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsində 02 (iki) bükümdə olan heroini 20 manat müqabilində əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Azər Süleymanov tərəfindən 195 nömrəli zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3, Şahid4 və Şahid5 ifadələrində Şahid1un ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu və uzaq qohumudur. Təqsirləndirilən şəxs narkotik vasitələrdən uzun müddətdir istifadə etməsi, satması ilə bağlı demək olar ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşayan əksər sakinlər bilməsi barədə məlumat olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi, 18 saylı evdə açıq aşkar narkiotik vasitə olan heroindən istifadə etmiş, qəsəbə sakinlərini həmin evə və başına yığmaqla narkotik vasitə olan heroinin satışını həyata keçirmiş, həmçinin uca səslə söyüş söymüşdür. Bu hal onu, ailə üzvülərini, həmçinin qəsəbə sakinlərini narahat etmişdir. O da 19.08.2021-ci il tarixdə saat 08:27-də Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzinə zəng edərək Təqsirləndirilən şəxs barəsində məlumat vermişdir. Həmin tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nə gedərək şikayət ərizəsi ilə də müraciət etmişdir ki, Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq ölçü götürülsün. Suraxanı RPİ-nin 31-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkillərinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı RPİnin 31-ci PB-də üzərinə baxış keçirilməklə ondan küllü miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülməsini eşidib bilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 05.07.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı X1 RPİ-nin 31-ci PB-nin inzibarti binasında həmin gün saat 23:35-dən 23:45-dək Təqsirləndirilən şəxs üzərindən 01 (bir) bükümdə, təmiz çəkisi 0,746 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 07 iyul 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Suraxanı rayon prokuroru vəzifəsi icra edən Vüqar Hüseynovun 07 iyul 2021-ci il tarixdə qəbul etdiyi qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, 07 iyul 2021-ci il tarixdə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilərək sərbəst buraxılmışdır. Cinayət işinin materiallarında olan 19.08.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan məlum olur ki, Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı X9 tərəfindən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında həmin gün saat 17:30-dən 17:55-dək Təqsirləndirilən şəxs üzərindən 02 (iki) bükümdə tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqa təmiz çəkisi, 5,490 qram və 4,120 qram ümumi təmiz çəkisi 9,610 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 19 avqust 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə yenidən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Suraxanı rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 21 avqust 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 19 avqust 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06.07.2021-ci il tarixli 6/2696 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N195 möhür əksi, “...Təqsirləndirilən şəxs ...” və s.yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,746 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 0,746 qram, tədqiqata sərf edildi - 0,05 qram., qalıq-0,696qramdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20.08.2021-ci il tarixli 6/3623 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N195” dairəvi möhür əksi olan üzərində “......A.Süleymanov ......” dairəvi möhür əksi olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 5,490 qr, və 4.120 qr olmaqla ümumi təmiz çəkisi 9,610 qram tünd qəhvəyi rəngli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 avqust tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.Heroinin ümumi təmiz çəkisi - 9,610 qram, tədqiqata sərf edilən miqdar- 0,1 qram (hər bir obyektdən 0,05 qram olmaqla) qalıq - 9,510 qramdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 X12-narkoloji X4 28.07.2021-ci il tarixli 2506 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 X12-narkoloji X4 05.10.2021-ci il tarixli 3783 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin 05.11.2021-ci il tarixli 2603 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulmas, kəmagıllılıq və ya sair psixi xəstəlik müəyyən edilməyib, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilməyib. Təqsirləndirilən şəxs hadisə baş verən zaman öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hadisə bağlı özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,746 qram, təmiz çəkisi, 5,490 qram və 4,120 qram ümumi təmiz çəkisi 9,610 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və axlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə 19.08.2021-ci il və 05.07.2021-ci il tarixlərdə “şəxsi axtarış və götürmə aparılması haqqında” videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd “CD” disklər maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Suraxanı RPİ-də məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,746 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 (iki) bükümdə tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqa təmiz çəkisi, 5,490 qram və 4,120 qram ümumi təmiz çəkisi 9,610 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 19.08.2021-ci il və 05.07.2021-ci il tarixlərdə “şəxsi axtarış və götürmə aparılması haqqında” videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd “CD” disklər cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Suraxanı rayon Polis İdarəsində 05 iyul 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixə dək «şübhəli şəxs» qismində saxlanıldığı 3 (üç) gün müddət ona təyin edilən cəzadan çıxılmaqla ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 19 avqust 2021ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 198,90 (yüz doxsan səkkiz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əmələrini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 6 (altı) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Suraxanı rayon Polis İdarəsində 05 iyul 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixə dək «şübhəli şəxs» qismində saxlanıldığı 3 (üç) gün cəza müddətinə hesablanıb çıxılaraq onun üzərində 5 (beş) il 11(on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Suraxanı RPİ-də məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,746 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 (iki) bükümdə tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqa təmiz çəkisi, 5,490 qram və 4,120 qram ümumi təmiz çəkisi 9,610 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 19.08.2021-ci il və 05.07.2021-ci il tarixlərdə “şəxsi axtarış və götürmə aparılması haqqında” videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd “CD” disklər cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 198,90 (yüz doxsan səkkiz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 21 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-516/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-516/2022
15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver