Məhkəmə qərarları › İş №1(101)-516/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-516/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-516/2024 23.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X2 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, X1 və Salmanzadə Zülfiyyə Asif qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X6, X3 və Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Lerik şəhəri, Lerik qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lerik şəhəri, Ərdəbil küçəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, ev 762 ünvanında yaşamış və hal-hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqirləndirilir ondan ötrü ki, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımış, o cümlədən qanunsuz olaraq odlu silah əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan 0,538 qram çəkidə narkotik vasitə heroini və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan 0,695 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı-Sumqayıt yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsinə daşımış, Abşeron Rayon Polis İdarəsinin X9 Alayının 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə saat 04:50-də Bakı-Sumqayıt yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş və orada həmin tarixdə saat 05:40-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki idman şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə 0,538 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd bükümdə 0,695 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan 3,127 qram çəkidə narkotik vasitə heroini əldə edib üç bükümdə qablaşdırıb üzərində saxlamaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 760 ünvanının qarşısına daşımış, o cümlədən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı olan, zavod üsulu ilə Tula silah zavodunda 1916-cı ildə istehsal olunmuş, 85697 nömrəli, 7,62 mm kalibrli Naqan sistemli revolver olan 01 ədəd yivli odlu silahı qanunsuz olaraq əldə edib yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanda saxlamış, Təqsirləndirilən şəxs bu əməlləri barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdə saat 15:40-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 760 ünvanının qarşısında saxlanılaraq ünvan 3 yerləşən BMCMİ-yə gətirilmiş və orada həmin tarixdə saat 18:12-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki idman şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı ayrı-ayrılıqda çəkiləri 0,754 qram, 0,881 qram və 1,492 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 3,127 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 25 yanvar 2023-cü il tarixdə saat 20:34-dən Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, ev 762 ünvanına baxış keçirilən zaman evin həyətyanı sahəsində olan yardımçı tikilinin dam hissəsindən qanunsuz olaraq əldə edib saxladığı texniki cəhətdən saz və atəş üçün yararlı olan, zavod üsulu ilə Tula silah zavodunda 1916-cı ildə istehsal olunmuş olunmuş, 85697 nömrəli, 7,62 mm kalibrli Naqan sistemli revolver olan 01 ədəd yivli odlu silah aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 06 (altı) ay narkotik vasitə istifadəçisi olmuşdur. Atası rəhmətə getdikdən sonra həmin maddələri istifadə etməyə başlayıb. Hər gün təxminən 01 (bir) qram narkotik vasitə istifadə edirmiş. Narkotik vasitəni tanışlarına əvəzsiz verirdi. Daimi iş yeri yoxdur. Əmisi ustadır və o əmisinin yanında işləyərək pul qazanırdı. Abşeronda üzərində narkotik vasitənin aşkar edilməsi ilə bağlı özünü tam təqsirli bildiyi üçün həmin epizod üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, 25 yanvar 2023-cü il tarixdə evdə olmuşdur. Şahid1 onun dostudur. Şahid1lə bir gün əvvəl, yəni, 24 yanvar 2023-cü il tarixdə əlaqə saxlamışdır. Çünki Şahid1 25 yanvar 2023-cü il tarixdə yanına gəlməli və onlar Seymurun vəsiqəsi ilə birlikdə notariusa getməli imişlər. Həmin gün Seymurla nahar etdikləri zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları evə gəlmişlər. Polis əməkdaşları onda silah olduğunu bildirmiş, o isə öz növbəsində özündə olan silahı polisə təhvil verdiyini demişdir. Bundan sonra polis əməkdaşları evi axtarmışlar, lakin evdən silah çıxmamışdır. Daha sonra onlar birlikdə avtomobilə minərək Baş idarəyə getmişlər. Orada ondan silahın harada olduğu soruşulduqda o, silahı polisə təhvil verdiyini bildirmişdir. Polis İdarəsində ona silahı gətirəcəkləri təqdirdə onu sərbəst buraxacaqlarını bildirmişlər. Söhbət əsnasında polislər onun Abşeron rayonunda narkotik vasitə ilə tutulduğunu bilmişlər. Təxminən saat 18 radələrində silahı idarəyə gətirərək ona vermişlər. Bundan sonra ona təzyiq göstərilmiş, Şahid1lə onu döymüşlər. Narkotik vasitə onun üzərində olmayıb. Polis əməkdaşları ona videoçəkiliş olacağını, cibinə narkotik vasitə qoyacaqlarını və onun həmin narkotik vasitəni çıxarıb təqdim edəcəyini bildirmişlər. O, polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqlərə məruz qaldığı üçün ona məxsus olmayan narkotik maddələri boynuna götürmək məcburiyyətində qalıb. O, Bakı İstintaq Tədridxanasında olarkən müstəntiq ailə üzvlərinə işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdiriləcəyini və Abşerondakı işə birləşdiriləcəyini bildirmişlər. O, sözügedən silahı məlum hadisədən 5 gün qabaq köhnə tanışı olan “Əkrəm” adlı şəxsdən almışdır. Həmin şəxs silahı 700 manata satdığını ona bildirsə də, silahın pulunu tam ödəməmişdir. O, 2-3 gündən sonra həmin şəxsə zəng edərək silahı istəmədiyini və onu götürməsini bildirsə də, silahı verən şəxs gəlməmişdir. O, Xəzər RPİnin 1-ci Polis Şöbəsi ilə əlaqə saxlamış və sahə inspektoru həmin silahı götürmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiçinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, ruhi-əsəb xəstəliyi yoxdur, amma bəzi başqa xəstəlikləri olduğundan hərbi xidmətdə olmamışdır. Əvvəllər Mərdəkan qəsəbəsində telefon mağazasında işləmişdir. Təxminən 1 il olar ki, atası rəhmətə gedib. Həmin vaxtdan sonra işdən çıxmış və kakos kimi tanıdığı narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Məlumat üçün bildirmişdir ki, Şahid1 uzun müddətdir ki, tanıyır. Belə ki, o, mərhum atasının yanında fəhlə kimi işləmişdir. O vaxtdan Seymur ilə arasında yaxşı münasibət yaranıb və onlar çox vaxt birlikdə olurmuşlar. Seymur da onun kimi narkotik vasitə istifadə edirmiş. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 8-10 gün əvvəl axşam vaxtı yaşadığı ünvan 4 ünvanın yaxınlığında təsadüfən yerdə silaha bənzər dəmir görmüşdür. Həmin dəmirə nəzər salan zaman onun barabanlı silah olduğunu görmüşdür. Üzərindəki tarixdən başa düşmüşdür ki, silah qədimidir. Buna görə də, maraq üçün silahı evə gətirmiş və həyətdəki tikilinin damında gizlətmişdir. Bundan başqa 25 yanvar 2023-cü il tarixdə günorta vaxtı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “MC Donalds”-ın yaxınlığında adını və digər anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 40 manat pul müqabilində öz şəxsi istifadəsi üçün narkotik vasitə almış və onu cibinə qoymuşdur ki, istifadə etsin. Hadisə ilə bağlı onu bildirmişdir ki, o, 25 yanvar 2023-cü il tarixdə saat 15:40 radələrində ünvan 5 ünvanın qarşısında tanışı Şahid1 ilə birlikdə olduğu zaman onlara 5 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Şahid1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, onun isə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, eyni zamanda odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirib, barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “kakos" adı ilə tanıdığı narkotik vasitə vardır. Şahid1 də üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Baş idarəyə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin polis idarəsinə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun və Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarın sol yan cibində olan 01 ədəd “F+” markalı mobil telefonu, özünə məxsus olan şəxsiyyət vəsiqəsini, 01 ədəd plastik bank kartını və 5 manat pulu, əynində olan boz rəngli cins şalvarın sağ yan cibində olan 03 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid1 təqdim etdiyi 03 ədəd sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Şahid1 təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Daha sonra Şahid1 üzərindən aşkar olunmuş plastik bank kartına baxış keçirilmişdir. Şəxsi axtarış davam etdirilərkən Şahid1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroini 25 yanvar 2023-cü il tarixdə saat 10-11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “İdris” adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Şahid1 üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 5 manat pul Şahid1 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd “F+” markalı mobil telefon, Şahid1 məxsus olan şəxsiyyət vəsiqəsi və 01 ədəd plastik bank kartı polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan idman gödəkçəsinin sağ yan cibində olan 02 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan idman gödəkçəsinin sol yan cibində olan 3 manat pulu, 02 ədəd mənzil açarını, 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı, əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 03 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 03 ədəd sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini 25 yanvar 2023-cü il tarixdə günorta vaxtı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində adını və digər anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 40 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri şəxsi istifadə üçün üzərində saxlayıb daşıdığını, təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitə heroin qəbul etdiyini bildirmişdir. Bundan sonra ondan yaşadığı ünvanda və ya digər yerlərdə narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlamağı barədə soruşulmuşdur. O, verilən suala cavab olaraq hazırda yaşadığı ünvan 4 ünvanın həyətyanı sahəsində 01 ədəd tapança tipli odlu silah gizlədib saxladığını, yaşadığı ünvana gedildiyi halda həmin predmeti təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 3 manat pul, 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 02 ədəd mənzil açarı özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 02 ədəd “Samsung" markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra üzərilərinə şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən həmin günü saat 20:40 radələrində yaşadığı ünvan 4 ünvana baxış keçirilmişdir. Baxış zamanı o, yaşadığı evin həyətyanı sahəsində giriş qapısından sağ tərəfdən yerləşən yardımçı tikilinin yanına gəlib həmin tikilinin dam hissəsinin üstündə olan mişar daşının altında gizlətdiyi tapança tipli silahı sellofan torbada götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin silaha baxış keçirilmiş və sonra isə 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o, təqdim etdiyi silahı təxminən 8-10 gün əvvəl axşam vaxtı yaşadığı ünvan 4 ünvanın yaxınlığında təsadüfən tapdığını və silahlara marağı olduğu üçün gətirib yaşadığı evin həyətyanı sahəsində gizlədib saxladığını bildirmişdir. Bundan sonra onlar polis idarəsinə gəlmişlər, yaşadığı ünvana baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün almışdır. Evindən aşkar edilmiş silahı maraq üçün saxlayırmış. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Əldə etdiyi maddənin üzərindən götürməmiş, necə əldə etmişsə, o cür də təqdim etmişdir. Seymurun üzərində narkotik vasitə olmasından xəbəri yox imiş. Əvvəllər istifadə etdiyi maddələri Şüvəlanda tanımadığı şəxsdən alırmış. Seymurun narkotik vasitə istifadə etdiyini bilsə də, birlikdə istifadə etməmişlər. Narkotik vasitəni aldığı şəxsin anket məlumatlarını, telefon nömrəsini bilmir. Üzərində narkotik vasitə və evində silah olmasından heç kimin xəbəri yox imiş. Evində saxladığı silahdan hansısa cinayətin törədilməsində istifadə etməmiş, sadəcə onu gizlətdikdən sonra iki dəfə açıb baxmışdır. Evində və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır, yalnız üzərində imiş. "xxxx" MMC-yə məxsus ***-***-**-** və "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də evinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. (Cild 1, iş vərəqi 131-135) Bundan başqa Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yaşayır. Keçirilmiş tədbirlə əlaqədar onu bildirmişdir ki, o, 1 ilə yaxındır ki, müxtəlif narkotik vasitələrdən istifadə edir. 14 dekabr 2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində dayanacaqda 35-40 yaşında olan şəxsin hərəkətlərindən və davranışından hiss etmişdir ki, həmin şəxs narkotik vasitə istifadəçisidir. O, həmin şəxsə yaxınlaşaraq onunla söhbət etməyə başlamışdır. Onunla söhbət edərkən müxtəlif narkotik vasitələrdən istifadə etdiyini demişdir. Həmin şəxs ona demişdir ki, bir bükümü 20 manata narkotik vasitə təşkil edə bilər. O, həmin tanımadığı şəxsə 20 manat pul verib öz şəxsi istifadəsi üçün bir büküm “kokos” adlanan narkotik vasitə heroin və bir büküm “patı” adlanan psixotrop maddə olan metamfetamin almışdır. O, həmin bükümləri əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyub oradan Abşeron rayonu, Masazır qəsəbəsində yolun kənarı ilə gəzməyə başlamışdır. Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt yolunun kənarı ilə piyada gəzərkən orada xidmət aparan Çevik-polis əməkdaşlarını görüb gizlənmək istəmiş və onlardan uzaqlaşmağa başlamışdır. Bu zaman polis əməkdaşları onun gizlənmək istədiyini görüb maşını saxlamışlar və ona yaxınlaşmışlar. Polis əməkdaşları ona yaxınlaşıb gecə vaxtı həmin ərazidə nə etdiyini soruşmuşlar. O isə bir söz tapa bilməyib tanışını gözlədiyini demişdir. Polis əməkdaşları ona üzərində şəxsiyyətini təsdiq edən sənəd olub-olmadığını soruşmuşlar, o, isə üzərində sənəd olmadığını demişdir. Polis əməkdaşları nəyə görə onlardan uzaqlaşdığını soruşduqda, o, üzərində qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu demişdir. Polis əməkdaşları ona polis idarəsinə getməli olduqlarını demişlər. O da bundan imtina etmədən könüllü olaraq həmin polis işçilər ilə birlikdə Abşeron RPİ-nə gəlmişdir. Abşeron RPİ-nə gətirildikdən sonra onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra polis İdarəsinin inzibati binasının xidməti otaqlarından birində videoçəkilişlə müdafiəçinin,polis əməkdaşlarının və təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd ağ kağıza bükülmüş içərisində bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamin və 1 ədəd ağ kağıza bükümüş narkotik vasitə heroin olan bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümlərin içərisində metamfetamin və heroin olduğunu bildirmişdir. Təqdim etdiyi sellofan bükülüyə və ağ kağıza orada olan polis əməkdaşlarının, müdafiəçinin və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. O, həmin bükülülərdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Həmin bükülüləri haradan və nə vaxt aldığı ondan soruşulmuşdur. O isə həmin narkotik vasitələri Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd ağ kağıza bükülmüş içərisində 1 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin və 1 ədəd ağ kağıza bükülmüş narkotik vasitə heroin götürülərək zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçisi tərəfindən, habelə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, həmin protokol onlara ucadan oxunmuş və imzalarla təsdiq etmişlər. Bütün izahatında qeyd etdiyi proses videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, 14 dekabr 2022-ci il tarixdə üzərindən aşkar olunub götürülmüş narkotik vasitələri 14 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və RPİ-yə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. (Cild 2, iş vərəqi 65-67) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, onunla və digər proses iştirakçıları ilə qohumluq münasibətləri, eyni zamanda, düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs onun dostudur. Onlar eyni məhlədə yaşayıblar. O, narkotik vasitə istifadəçisidir. Umudun narkotik vasitələrdən istifadə edib-etmədiyini bilmir. Belə ki, onlar heç vaxt birgə narkotik vasitə istifadə etməmişlər. 24 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək birgə notariusa getməli olduqlarını bildirmişdir. Ertəsi gün Umud onu evinə dəvət etmişdir. 25 yanvar 2023-cü il tarixdə evdə yemək yeməyə hazırlaşan zaman polis əməkdaşları evə girmişlər və onları avtomobillə idarəyə aparmışlar. Baş idarədə ona və Umuda polis əməkdaşları tərəfindən təzyiqlər olmuşdur. Onun tutulan vaxt üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onun və Umudun üzərinə eyni vaxtda və eyni otaqda narkotik vasitə qoyublar. Həmin zaman üstündə bank kartı, şəxsiyyət vəsiqəsi, 05 (beş) manat məbləğində pul və 01 (bir) ədəd yandıran olubdur. Təqsirləndirilən şəxs evindən narkotik vasitə və silah aşkar edilməyib. Onu tutan polis əməkdaşlarını tanımır. Onlarla hər hansı ədavət və düşmənçiliyi yoxdur. Umudun isə polislərlə ədavət və düşmənçiliyinin olub-olmamadığını bilmir. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, psixi xəstəliyi olduğundan hərbi xidmətdə olmamışdır. Bakı şəhərində yerləşən 2 saylı Psixatriya Müəssisəsində stasionar müalicə almışdır. Hazırda işləməsə də, əvvəllər fəhləliklə məşğul olmuşdur. 7-8 ay olar ki, kakos kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir. Məlumat üçün bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, onun mərhum atasının yanında fəhlə kimi işləmişdir. O vaxtdan Umud ilə arasında yaxşı münasibət yaranıb və onlar çox vaxt birlikdə olurmuşlar. Umud da onun kimi narkotik vasitə istifadə edir. 25 yanvar 2023-cü il tarixdə səhər saat 10-11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “İdris” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manata kakos almışdır ki, gün ərzində istifadə etsin. Aldığı maddələri şalvarının cibinə qoymuşdur. Hadisə ilə bağlı onu bildirmişdir ki, 25 yanvar 2023-cü il tarixdə saat 15:40 radələrində ünvan 5 ünvanın qarşısında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə olduğu zaman onlara 5 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, yanında olan tanışı Təqsirləndirilən şəxs isə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, eyni zamanda odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirib, barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə vardır. Təqsirləndirilən şəxs də üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Baş idarəyə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin polis idarəsinə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində "kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd “F+” markalı mobil telefonu, özünə məxsus olan şəxsiyyət vəsiqəsini, 01 ədəd plastik bank kartını və 5 manat pulu, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan 03 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 03 ədəd sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Daha sonra üzərindən aşkar olunmuş plastik bank kartlarına baxış keçirilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 25 yanvar 2023-cü il tarixdə saat 10:00-11:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “İdris” adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 5 manat pul onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “F+” markalı mobil telefon, özünə məxsus olan şəxsiyyət vəsiqəsi və 01 ədəd plastik bank kartı polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan idman gödəkçəsinin sağ yan cibində olan 02 ədəd “Samsung" markalı mobil telefonları, əynində olan idman gödəkçəsinin sol yan cibində olan 3 manat pulu, 02 ədəd mənzil açarını, 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı, əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 03 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini 25 yanvar 2023-cü il tarixdə günorta vaxtı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində adını və digər anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 40 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını, təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitə heroin qəbul etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda və ya digər yerlərdə narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs verilən suala cavab olaraq hazırda yaşadığı ünvan 4 ünvanın həyətyanı sahəsində 01 ədəd tapança tipli odlu silah gizlədib saxladığını, yaşadığı ünvana gedildiyi halda həmin predmeti təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 3 manat pul, 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 02 ədəd mənzil açarı onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd “Samsung" markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra üzərilərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Əldə etdiyi maddənin üzərindən götürməmiş, necə əldə etmişdirsə, o cür də təqdim etmişdir. Umudun üzərində narkotik vasitə olmasından, həmçinin yaşadığı evdə odlu silah olmasından xəbəri yox imiş. Əvvəllər istifadə etdiyi maddələri Şüvəlanda tanımadığı şəxsdən alırmış. Umudun narkotik vasitə istifadə etdiyini bilsə də, birlikdə istifadə etməmişlər. Narkotik vasitə aldığı İdris adlı şəxsin yalnız adının İdris olduğunu bilir, başqa anket məlumatlarını və telefon nömrəsini bilmir. Üzərində narkotik vasitə olmasından heç kimin xəbəri yox imiş. Evində və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır, yalnız üzərində imiş. "xxxx" MMC-yə məxsus 051- ***-**-** mobil nömrəsindən istifadə etmişdir. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. (Cild 1, iş vərəqi 102- 105, 150-153) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi xidməti zərurətlə əlaqədar tanıyır, onunla və digər proses iştirakçıları ilə qohumluq münasibətləri, eyni zamanda, düşmənçiliyi və ədavəti yoxdur. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis polkovnik-leytenantı rütbəsini daşıyır. 25 yanvar 2023-cü il tarixdə Şahid1 və Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra onun rəhbərliyi altında qrup təşkil edildi. Bundan sonra Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində küçədə həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər, onlar da öz növbəsində həmin şəxslərin Seymur və Umud olduqlarını təsdiq etmişlər. Onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Orada üzərilərinə baxış və şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərindən 03 (üç) ədəd büküm narkotik vasitə heroin aşkar edildi. O, çəkiliş zamanı bildirdi ki, yaşadığı evin həyətində olan yarımtikilidə “naqan” tipli tapança var. Çəkilişdən sonra onun evinə getmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs və Şahid1 evdə saxlamayıblar. Umuddan aşkar edilmiş tapança polisə təhvil verilməmişdir. Təqsirləndirilən şəxs silahı “Əkrəm” adlı şəxsdən almamışdır. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik-leytenantı xüsusi rütbəsini daşıyır. 25 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayon sakinləri Şahid1 və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları, eləcə də Təqsirləndirilən şəxs odlu silah əldə edərək yaşadığı evdə və üzərində saxlaması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Şahid1 və Təqsirləndirilən şəxs barələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi İdarənin əməliyyat müvəkkilləri Şahid3, Şahid4, Şahid5 və Şahid6 daxil edilmişdir. 25 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Şahid1 və Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində olmaları müəyyən edilmiş və bunun üçün həmin yerə getmişlər. Saat 15:40-da Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində Şahid1 və Təqsirləndirilən şəxs oxşar iki nəfər şəxsin piyada hərəkət etdiklərini müəyyən etmişlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və onların da özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Şahid1 və Təqsirləndirilən şəxs olduqlarını bildirmişlər. Bundan sonra onlara satış məqsədi ilə külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində, həmçinin Təqsirləndirilən şəxs odlu silah əldə edərək saxlamasında şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş qərarla tanış etmişlər və onları DİN-in BMCMİ-nə dəvət etmişlər. Onlar da etiraz etmədən BMCMİnə gəlmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçilərin iştirakı ilə onlara hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Mirata Seyidov tərəfindən həmin şəxslərin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və ilk olaraq Şahid1 üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan şalvarının ciblərindən 01 ədəd “F+” markalı mobil telefonu, özünə məxsus olan şəxsiyyət vəsiqəsini, 01 ədəd plastik bank kartını, 5 manat pulu, 03 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Şahid1 təqdim etdiyi 03 ədəd sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Şahid1 təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Şahid1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroini 25 yanvar 2023-cü il tarixdə saat 10:00-11:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “İdris” adlı şəxsdən 100 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Şahid1 üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 5 manat pul Şahid1 özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd “F+” markalı mobil telefon, onun özünə məxsus olan şəxsiyyət vəsiqəsi və 01 ədəd plastik bank kartı götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, odlu silah, döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan gödəkçənin ciblərindən 02 ədəd “Samsung” markalı mobil telefonu, 3 manat pulu, 02 ədəd mənzil açarını, 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı, əynində olan idman şalvarın cibindən 03 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddələri 25 yanvar 2023-cü il tarixdə günorta vaxtı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində adını və digər anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 40 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını, təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitə heroin qəbul etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda və ya digər yerlərdə narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlaması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs verilən suala cavab olaraq hazırda yaşadığı ünvan 4 ünvanın həyətyanı sahəsində 01 ədəd tapança tipli odlu silah gizlədib saxladığını, yaşadığı ünvana gedildiyi halda həmin predmeti təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 3 manat pul, 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 02 ədəd mənzil açarı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunmuş və protokol düzgün tərtib edildiyindən tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi ilə bağlı etirazının olmadığını bildirmiş və bu barədə ərizəni imzalamışdır. Bundan sonra tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanın qarşısına gəlmişlər. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşadığı evdə narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş əşyalar gizlədib saxlayırsa təqdim etsin. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr gizlədib saxlamadığını, lakin özündə olan 01 ədəd tapança tipli odlu silahı yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilinin dam hissəsində gizlətdiyini bildirib evinin həyətyanı sahəsinin giriş qapısını özündə olan açarla açıb bizi evin həyətyanı sahəsinə dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində giriş qapısından sağ tərəfdən yerləşən yardımçı tikilinin yanına gəlib həmin tikilinin dam hissəsinin üstünə qoyulmuş mişar daşının altında gizlətdiyi 01 ədəd narıncı rəngli sellofan torbanı götürüb təqdim edərək özündə olan tapança tipli odlu silahın həmin sellofan torbanın içində olduğunu bildirmişdir Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba iştirakçıların şahidliyi ilə açıldıqda torbanın içərisindən 01 ədəd “Naqan” tipli odlu silaha oxşar predmet aşkar olunmuşdur. Həmin silaha oxşar predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Naqan” tipli odlu silaha oxşar predmeti təxminən 8-10 gün əvvəl axşam vaxtı yaşadığı ünvan 4 ünvanın yaxınlığında təsadüfən tapdığını və silahlara marağı olduğu üçün aparıb yaşadığı evin həyətyanı sahəsində gizlədib saxladığını bildirmişdir. Baxış davam etdirilərkən həmin ünvandan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra protokolun tərtib edilməsi üçün iştirakçılar İlə birlikdə BMCMİ-nə gəlmişlər və burada protokol tərtib edilmişdir. Protokol düzgün tərtib edildiyindən tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxslər Şahid1 və Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Şahid1 və Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmişlər və onlara heç bir xəsarət yetirməmişlər. (Cild 1, iş vərəqi 221-223) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid3, Şahid5 və Şahid6 ifadələrində məhkəməyədək icraat və məhkəmə baxışı zamanı Şahid2 verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onunla eyni əməliyyat qrupunda olduqlarını bildirmiş və Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi xidməti zərurətlə əlaqədar tanıyır, onunla və digər proses iştirakçıları ilə qohumluq münasibətləri, eyni zamanda, düşmənçiliyi və ədavəti yoxdur. O, Daxili İşlər Nazirliyinin X9 Alayının polis nəfəri vəzifəsində çalışır, polis serjantı rütbəsini daşıyır. 14 dekabr 2022-ci il tarixdə saat 04-05 radələrində Masazır ərazisində avtomobil servisinin qarşısında Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq özlərini təqdim ediblər. Belə ki, o, əvvəlcə polis əməkdaşlarından yayınmaq istəyirdi. Ondan özünü təqdim etməyini, harada yaşadığını və hal-hazırda orada nə etdiyi soruşulduqda, Təqsirləndirilən şəxs Mərdəkanda yaşadığını, dostları ilə görüşmək üçün həmin əraziyə gəldiyini bildirmişdir. Üzərində sənədləri olmadığı üçün onu Abşeron RPİ-nə dəvət etdilər. Təqsirləndirilən şəxs orada üzərində narkotik vasitə olduğunu etiraf etdi. Vəkilin də iştirakı ilə üzərinə şəxsi axtarış və baxış keçirildi. Təqsirləndirilən şəxs hər hansı polis əməkdaşı tərəfindən fiziki və psixi təsir və təzyiq olmayıb. Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 14 dekabr 2022-ci il tarixdə gecə saat 04:50 radələrində 9686 çağırış patrul avtomaşını ilə iş yoldaşları Şahid8, Şahid9 ilə birlikdə Xırdalan şəhərində xidmət apararkən Bakı-Sumqayıt yolunun kənarında bir nəfər şəxsin özünü şübhəli apardığını və onlardan uzaqlaşdığını görüb sonuncuya tərəf yaxınlaşmışlar. Həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən hər hansısa sənədin olub-olmadığını soruşmuşlar. Həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirmişdir. Bundan sonra onlar onun razılığını alıb 9686 nömrəli çağırışlı avtopatrulla həmin şəxsi Abşeron RPİ-nin inzibati binasına gətirmişlər. Abşeron RPİ-də müəyyən olunmuşdur ki, həmin şəxsin adı Təqsirləndirilən şəxsdur. Onlar həmin şəxsdən niyə onlardan uzaqlaşdığını soruşduqda sonuncu üzərində qanunsuz olaraq narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra Abşeron RPİ-nin inzibati binasında təhqiqatçı Cəlal Hacıyevin otağında Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən ümumilikdə 2 ədəd bükümdə 01 ədəd ağ kağıza bükülmüş içərisində 01 ədəd şəffaf sellofana bükülmüş spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 01 ədəd ağ kağıza bükülmüş qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütləni çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi 01 ədəd ağ kağıza bükülmüş içərisində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli, kristallik formalı, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 01 ədəd ağ kağıza bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 02 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki ağ rəngli kristallik maddə psixotrop maddə olan metamfetamindir. Bundan başqa digər bükümdə 01 ədəd ağ kağıza bükülmüş qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroindir. Həmin narkotik vasitələri 14 dekabr 2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və üzərində saxladığını bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən şəxslər də təsdiq edə bilərlər.(Cild 2, iş vərəqi 86-89) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 və Şahid9 ifadələrində məhkəməyədək icraat və məhkəmə baxışı zamanı Şahid7 verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onunla eyni əməliyyat qrupunda olduqlarını bildirmiş və Şahid7 oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 3-13-6/2-885/2023 saylı raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun yaradılması barədə” 3-13-6/Ə46/2023 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-8) xx.xx.2023-cü il tarixli 3-13-6/2-886/2023 saylı raportdan görünür ki, həmin gün saat 15:40 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 760 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə saat 15:40-dan hesablanmışdır. (Cild 1, iş vərəqə 35-36) 25 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs və Şahid1 25 yanvar 2023-cü il tarixdə saat 15:40-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 760 ünvanının qarşısında saxlanılaraq BMCMİ-nə gətirilmişlər və orada üzərilərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibində olan 02 ədəd “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibində olan 03 (üç) manat pul, 02 (iki) ədəd mənzil açarı, 01 (bir) ədəd siqaret qutusu və 01 (bir) ədəd alışqanı, əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 03 (üç) ədəd sellofan büküm aşkar edilmişdir. Aşkar edilmiş 03 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə oxşar maddələr olması müəyyən edilmişdir. Aşkar edilmiş 03 (üç) manat pul, 01 (bir) ədəd siqaret qutusu, 01 (bir) ədəd alışqan ə 02 (iki) ədəd mənzil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Umun Tağıyevin özünə qaytarılmış, 03 (üç) ədəd sellofan büküm və 02 ədəd “Samsung” markalı mobil telefon isə üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (Cild 1, iş vərəqə 43-47) 25 yanvar 2023-cü il tarixli “Baxış və götürmə aparılması haqqında” qərar və “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, BMCMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına baxış keçirilmişdir. Bu zaman evin həyətyanı sahəsində giriş qapısından sağ tərəfdə yerləşən yardımçı tikilinin dam hissəsinin üstünə qoyulmuş mişar daşın altında gizlətiyi 01 ədəd narıncı rəngli sellofan torbanı içində tapança tipli odlu silah aşkar edilmişdir. (Cild 1, iş vərəqə 50-53) Məhkəmə kimyəvi ekspertizasının 26 yanvar 2023-cü il tarixli 6/473 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan paketdəki 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,754qram; 0,881qram; 1,492qram; ümumi təmiz çəkiləri 3,127qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitəheroindir; üzərində “Şübhəli şəxs Şahid1 üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,693qram; 1,819qram; 0,738qram; ümumi təmiz çəkiləri 3,250 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 bükümdəki heroin kütlələri ilə Şahid1 üzərindən aşkar edilmiş 03 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1 N-li paketdəki Heroinin üm. təmiz çəkisi -3,127qram, tədqiqata sərf edildi- 0,18qr., qalıq-2,947qr. 2N-li paketdəki Heroinin üm. təmiz çəkisi -3,250qram, tədqiqata sərf edildi-0,18qr., qahq-3,070qr. (Cild 1, iş vərəqə 77-80) Məhkəmə ballistik ekspertizasının 26 yanvar 2023-cü il tarixli 23/53 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 85697 №-li silah zavod üsulu ilə keçmiş "SSRİ" dövlətində Tula silah zavodunda 1916-cı ildə istehsal olunmuşdur 7,62mm kalibrli Naqan tipli sistemli revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə mexanizmləri üzərində sonradan silahın təyinatını dəyişdirən kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmişdir. (Cild 1, iş vərəqə 83-87) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-12/2-23795/2023 №-li məktubuna əsasən, “Naqan” modelli, 1916-cı il istehsallı, 7,62 kalibrli, 85697 №-li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat olmamışdır. (Cild 1, iş vərəqə 242) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2023-cü il tarixli 3- 39-27/2-609/2023 №-li məktubuna əsasən, 1916-cı ildə Tula silah zavodunda istehsal olunmuş, 85697 nömrəli, 7,62mm “Naqan” sistemli revolver Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatından keçməmişdir. (Cild 1, iş vərəqə 253) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 3-25/2-2/822/2023 №-li məktubuna əsasən, 85697 zavod nömrəli 1916-cı ildə istehsal edilən 7,62mm-lik “Naqan” revolver tapançası Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin Raket-Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçməmişdir. (Cild 1, iş vərəqə 258) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 121-122) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-124/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 179-183) “Cinayət işinin icraata qəbul edilməsi və bir icraata birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (Cild 2, iş vərəqə 1-2) xx.xx.2022-ci il tarixli 1-10649 saylı raportdan görünür ki, həmin gün saat 04:50 radələrində Təqsirləndirilən şəxs Bakı-Sumqayıt yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. (Cild 2, iş vərəqə 10) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 2, iş vərəqə 24-26) 14 dekabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki,Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə saat 04:50-də Bakı-Sumqayıt yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 01 (bir) ədəd ağ kağıza bükülmüş içərisində 02 (iki) ədəd sellofan büküm aşkar edilmişdir. Aşkar edilmiş bükümlərin içərisindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş pisxotrop maddə metamfetamin və 01 (bir) ədəd ağ kağıza bükülmüş narkotik vasitə heroinə oxşar maddələr olması müəyyən edilmişdir. 03 (üç) ədəd sellofan büküm isə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (Cild 2, iş vərəqə 30-32) Məhkəmə kimyəvi ekspertizasının 14 dekabr 2022-ci il tarixli 6/7030 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan paketdəki 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,695qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 0,538qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin üm. təmiz çəkisi -0,695qram, tədqiqata sərf edildi- 0,05qr., qalıq-0,645qr. Heroinin üm. təmiz çəkisi -0,538qram, tədqiqata sərf edildi-0,05qr., qalıq-0,488qr. (Cild 2, iş vərəqə 34-37) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 2, iş vərəqə 56-57) “Təqsirləndirilən barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin MSY-dən dərhal azad edilmişdir. (Cild 2, iş vərəqə 75-76) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.2 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yenidən ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqə 228-229) Məhkəmə narkoloji ekspertizasının 15 aprel 2022-ci il tarixli 2224 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqə 179-180) xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” və “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokollar və onlaraa əlavə edilmiş CD disklər, ekspert rəyləri, maddi sübut və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqə 188-216) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 1, iş vərəqə 259-260) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbini polis əməkdaşları tərəfindən döyülməsi, həmçinin ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-6227/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-6/2-11562/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə gətirilən zaman bədən səthində xəsarətlərin olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 586-C/23 saylı cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğuna araşdırma aparılmış və Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman, istərsə də polis bölməsində hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilməməsi müəyyən edilmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanılmamışdan 5 gün qabaq özündə olan “Naqan” tipli tapançanı könüllü olaraq Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin sahə inspektoruna təhvil verdiyini, həmin silahın sonradan Baş idarəyə gətirilərək evinə yerləşdirildiyini söyləmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, Daxili İşlər Nazirliyinin Xəzər Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 45/2-24372/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tula silah zavodunda 1916-cı ildə istehsal olunmuş, 85697 nömrəli, 7,62mm kalibrli Naqan sistemli revolver olan 01 ədəd yivli od silahının və ya gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı başqa əşyanın Xəzər RPİ-nə təhvil verilməsi haqqında məlumat aşkar edilməmişdir. Daxili İşlər Nazirliyinin Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-45-1/2-14423/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1-ci Polis Şöbəsinə könüllü olaraq silah-sursat verməsi barədə hər hansı bir müraciəti daxil olmamışdır. Eyni zamanda iş materiallarından göründüyü kimi, məhkəmə ballistik ekspertizasının 26 yanvar 2023-cü il tarixli 23/53 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 85697 №-li silah zavod üsulu ilə keçmiş "SSRİ" dövlətində Tula silah zavodunda 1916-cı ildə istehsal olunmuşdur 7,62mm kalibrli Naqan tipli sistemli revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə mexanizmləri üzərində sonradan silahın təyinatını dəyişdirən kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmişdir. Məhkəmə qeyd olunan silahın istehsal yeri ilə bağlı yaranmış ziddiyyətin aydınlaşdırılması üçün məhkəmə iclasına əlavə şahid qismində dəvət olunmuş və dindirilmiş ekspert X4 bildirmişdir ki, ekspert rəyində sözügedən silahın texniki səhv olaraq “SSRİ” dövlətinə məxsus olması kimi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona məxsus evdə Şahid1lə birgə saxlanıldıqlarını, saxlanılan zaman həmin vaxt üzərində narkotik vasitə olmadığını, ona fiziki və psixi təsir göstərərək külli miqdarda narkotik vasitəni gətirərək ona məxsus olduğunu etiraf etməsini tələb etmələrini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, o isə buna razılıq verərək həmin narkotik vasitəni boynuna götürdüyünü, bundan başqa Naqan tipli tapançanı tutulmamışdan 5 gün öncə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin sahə inspektoruna təhvil verdiyini, həmin silahın sonradan Baş idarəyə gətirilərək evinə yerləşdirildiyini söyləmişdir. Şahidlər Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid2 isə ifadələrində Təqsirləndirilən şəxs özləri tərəfindən məhz Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 760 ünvanının qarşısında saxlanıldığını, onun üzərinə polis bölməsinin inzibati binasında şəxsi axtarış keçirilərkən 03 ədəd bükümdə narkotik vasitə aşkarlandığını, həmin vaxt o, yaşadığı evdə odlu silah saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs videoçəkilişdə nümayiş etdirməsi üçün hər hansı miqdarda narkotik vasitə verərək özünə aid olduğunu etiraf etməsini tələb və təklif etmədiklərini, Təqsirləndirilən şəxs polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra hər hansı psixi və fiziki zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə istintaqı zamanı baxış keçirilməsi və əşyaların götürülməsinin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 228.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, yəni o təkrarən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıması, o cümlədən qanunsuz olaraq odlu silah əldə edib saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 13-cü bəndinə əsasən, Azərbaycan Respblikası Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülür. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli 2 saylı Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində qeyd olunan predmetləri qanunsuz daşıma dedikdə, onların yerinin dəyişdirilməsi məqsədi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülür. Müvafiq izah və tövsiyyələrə əsasən göstərilən predmetlərin müvafiq xüsusi icazə olmadan təqsirkarın idarə etdiyi nəqliyyat vasitəsində olması işin konkret hallarından asılı olaraq onları qanunsuz saxlama, daşıma və ya gəzdirmə kimi tövsif olunmalıdır. Bu cinayətin predmetlərini qanunsuz saxlama dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Məhkəmə aşkar olunmuş narkotik vasitəylə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdə saxlanılan zaman onun üzərində olan heroinin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan dəfələrlə çoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona məxsus evdə Şahid1lə birgə saxlanıldıqlarını, saxlanılan zaman həmin vaxt üzərində narkotik vasitə olmadığını, ona fiziki və psixi təsir göstərərək külli miqdarda narkotik vasitəni gətirərək ona məxsus olduğunu etiraf etməsini tələb etmələrini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, o isə buna razılıq verərək həmin narkotik vasitəni boynuna götürdüyünü, bundan başqa Naqan tipli tapançanı tutulmamışdan 5 gün öncə Xəzər RPİnin 1-ci Polis Şöbəsinin sahə inspektoruna təhvil verdiyini, həmin silahın sonradan Baş idarəyə gətirilərək evinə yerləşdirildiyi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu, işin faktiki halları, o cümlədən, özünün narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını özündə əks etdirən çoxsaylı sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərinin törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, həm də istintaq dövründə eyniməzmunlu ifadə verməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 03 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi külli miqdarda 3,127 qram olan narkotik vasitə heroin, 01 (bir) ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,538 qram olan narkotik vasitə heroin, 01 (bir) ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 0,695 qram olan psixortop maddə metamfetaminin aşkar edilməsi, eyni zamanda, yaşadığı evdən Tula silah zavodunda 1916-cı ildə istehsal olunmuş, 85697 nömrəli, 7,62mm kalibrli Naqan sistemli revolver olan 01 ədəd yivli odlu silahın aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən diskdən göründüyü kimi üzərindən aşkar edilən narkotik vasitə heroini tanımadığı şəxsdən alması, həmin narkotik vasitənin özü tərəfindən pul verilərək alınması imkanlarının olmaması hallarını birgə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Habelə, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" və "xxxx" MMC-dən daxil olmuş “CD” diskdə olan məlumatlara baxış keçirilən zaman ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin Təqsirləndirilən şəxs məxsus olması, həmin nömrələrlə müxtəlif nömrələr arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aşağıdakı məzmunda çoxsaylı yazışmalar aparılması müəyyən edilmişdir: xx-xx-2022 19:19:561.1.**********90 1.1.**********39 Qaqaw obanin yanindayam gec olarsa men gedim texminen haçana duzeler bir soz de bilim xx-xx-2022 21:42:25 1.1.**********95 1.1.**********39 Umud VALLAH qagaw uje hormetsizliy eliyirsen qardawim ozude berk VALLAH. Bü qederde telefon ewitmemey olmazda qagaw. Telefonuda harasa qoymusansa ya zaryatkaya ya yadunan cixib hardasa qalibsa qagaw en azinan men yadunda olmalı idim ki lomkada qalib meni gozliyir bu qagaw veziyet ged gede xereblewir umud bele baxram sen gelen deyilsen neyse gedirem men yatim gecen xeyre qalsin xx-xx-2023 19:25:06 1.1.**********28 1.1.**********39 Umid niye bawunnan eliyirsen ki meni Ekrem qapida seni gozduyur xx-xx-2023 03:05:481.1.**********00 1.1.**********39 Gor nedeyirem bidene de cet olsa kola lazim di duz qos eliye biler sen qardasiva goturum sennen xx-xx-2023 17:56:23 1.1.**********02 1.1.**********39 Qardawim senin qadan alaram menimcun bidene 10luq torpaq duz qow elemek olar?? xx-xx-2023 21:08:42 1.1.**********00 1.1.**********39 Umud men seni gozduyurem a qaqas meni padvadit elemeya peşman ciliq yasa miyaq sora zeng de eliyirem caab da ver mir sen nomrelere xx-xx-2023 18:50:54 1.1.**********48 1.1.**********39 salam axwamin xeyr brat necesen ne var ne yo qaqaw bilisen niye narahat elirem seniqaqaw derman lazimdi 1-2 dene olsa duwse xeber ele qardawim. qaqaw qalibsa derman bater disen eliyekde xx-xx-2023 18:25:20 1.1.**********48 1.1.**********39 menem qaqaw 10m var olurem evde nese alindira bilersen gelim cvb di gozdirem. xx-xx-2022 22:58:36 1.1.**********39 1.1.**********83 Qaqa maraqlii tema vare bow olan kimi yiq mene xx-xx-2022 17:00:35 1.1.**********39 1.1.**********56 Yalan daniwmada memmed mene qalmiwdi butun prablemlerin ? Dur ya pulu ya mali getir hamamin yaninda gozduyuruk xx-xx-2022 13:07:42 1.1.**********39 1.1.**********28 Yetim temani goturmeye getmiwdim ona gore gecikdim bunnan ayrlsaydm. Yetim temani goturmeye getmiwdim ona gore gecikdim bunnan ayrlsaydm sora frradib vermiyecekdi billem karoci aldm mended!)))) xx-xx-2022 20:48:02 1.1.**********39 1.1.**********00 Qardawim tema gotuem adam çoxdu yanimda ona gore aca bilmirem xx-xx-2022 10:24:41 1.1.**********39 1.1.**********95 Qaqawim evdekiler yanmdadu daniwa bilmirem hemde quraqliqdi 2 saata acilacaq kanal xx-xx-2023 04:40:44 1.1.**********39 1.1.**********00 Qaqa uwaq yanimdadi usdunde temiz 2 qram tema var temiz 2 qramdya oyan buyani ola bilmez.deyir normal telefon olsa watsap geden .temaynan deyiserem . Brat tapmaq olar ele telefon? xx-xx-2022 13:24:45 1.1.**********95 1.1.**********56 İnwallah qardawuncun bir wey yaratginen bawva donerem, birdene el tutginen qardawuncun. Gozliyirem senen cvb menim qardawim xx-xx-2022 21:28:15 1.1.**********63 1.1.**********56 ÜMÇ'D ALİNMİRSA, DE BİLİM İŞİMİ? xx-xx-2022 23:26:34 1.1.**********82 1.1.**********56 Qaqawim salam 20 manatliq pati 10 manatliq kako alindirmaq olar xx-xx-2022 08:19:16 1.1.**********82 1.1.**********56 Umud qaqawim 20 manatdaa pul tapiwam neyse etmek olar xx-xx-2022 05:05:57 1.1.**********23 1.1.**********56 Brat yaziram vapda sene bir xet gosterir.hecne qaqaw evdeyem meliyirem.sen neynirsen? xx-xx-2022 18:29:35 1.1.**********90 1.1.**********56 Umud deqiq bir vaxt dide qaqawim bu elebilir firladiram onu gelir pulunu aparmaqa vaxti de deqiq he he yox yox xx-xx-2022 21:38:47 1.1.**********22 1.1.**********56 X12 Tema Lazim idi 05 X13 Bilim Atam xx-xx-2022 22:33:48 1.1.**********90 1.1.**********56 Umud gelim 10 manat verim onu oturde mene xx-xx-2022 03:38:54 1.1.**********23 1.1.**********56 Qaqas qapiya cixda bidene.yeke oğlansan cox gozduyucem burda PM 1 1 çı**********3 1.1.**********56 Cix bidene 10 luqu oturde verim masina burdadi axi.lazim deyi! xeber zad kimnense xx-xx-2022 22:43:06 1.1.**********90 1.1.**********56 Tez acda qorxma senden nese hecne istemiremmmm sadece Kamrandan gotururem deye biimek istedim temiz ya yox tutumu cekisi flan tez meni yiqda tezz xx-xx-2022 11:16:13 1.1.**********43 1.1.**********56 Umud biler qaqa yeri deyil qaqa dunen gece yarim goturdum seherden tapa bilmirem itirmiwem evden cixanda elediyimdi anam cani oluremde nolar biden yari gotur evezne telfon verim bidene qaqa nolar biden hel elede cox pisem Qaqa ozuvu yetirde bawiva donum ya kimse varsa onla gondere bilsense gonder xx-xx-2022 16:14:52 1.1.**********96 1.1.**********56 Umud sabaha 200 faiz 15 manat menlikdi men verecem gor ne edirsen qurban olaram sene yari duz qos elesen sevindirersen meni doyuncan cekerdik xx-xx-2022 14:13:36 1.1.**********58 1.1.**********56 Qaqaş tehrandı neçe adama vereceyim var özmnde halım yoxdu pisem mene el yetir qarşlqsız qoymaram xx-xx-2022 17:43:13 1.1.**********00 1.1.**********56 Hardasan qaqas bir jesd eleda gelim siz terefe? xx-xx-2022 18:15:57 1.1.**********96 1.1.**********56 Umud cox piseme and olsun cixa bilseydim veziyyetden metallomu satardime capalayiram gor ne edirsen 10 luqa xx-xx-2022 17:03:28 1.1.**********95 1.1.**********56 Qagaw qardawun qurban olar sene bawva donerem gor neynirsen iki dene 10luq kola birdenede daw olsa olumune olar qarqawim xx-xx-2022 12:36:12 1.1.**********95 1.1.**********56 Qaqaw qardawimsan gor imkan varsa tez alinirsa xaiw eliyirem tez bazar alindiraq canivi yiyerem. 10man putoydu xeber di mene gelim qardawim? senen cvb gozlyirem 22- 01-2023 01:45:46 1.1.**********48 1.1.**********56 brat gozdiyen adam diyirki men yatiram uje didim baxda deyi ne diyim ona qaqaw bu yatsa mende qalicam temasiz yene baxmada alsa birazda mene vericeydi xx-xx-2023 19:08:53 1.1.**********82 1.1.**********56 Noldu qagaw? Bir cvb dimedune mene? Yadunan cixdim qagaw? Bawun yene berk qariwiqdi qerdew yadunan cixdi diyesen, birde gor ne diyireme qardawim? Tebi ot var? 3-4dene lazimdi xalam oglu istiyir? Amma yaxci otdusa? Birde qardawimsan menim iwim noldu mama oglu? xx-xx-2022 20:45:22 1.1.**********56 1.1.**********83 Salam qaqa 2 dene yaxwi mesele var sora elimizdən cxacaq . Sora demeki umud niye hecne elemirik bax men tapiram ama sen yoxsan xx-xx-2022 22:09:52 1.1.**********56 1.1.**********74 Salam menem umud azadin qardawi oqlu deymey isdiyirdim size 10 manatliq kola gelim? 23- 04-2022 21:19:46 1.1.**********56 1.1.**********83 Axwamin xeyir qaqa . Acda telefonu lezetdi mesele var faktla sora gec olacaq sene demiwdime merdekandaki oqlan. usdu doludu birazdan gedecey xx-xx-2022 22:15:02 1.1.**********56 1.1.**********00 Terlana de Ümid deyirki hemiweki yere atmiwam gotursun zeng vurmuyun bawqa yerdeyem men Göründüyü kimi, Təqsirləndirilən şəxs mobil nömrələrinə daxil olan və həmin mobil nömrələrdən müxtəlif şəxslərin mobil nömrələrinə göndərilmiş sms-lərin (mesajların) məzmunundan açıq-aşkar görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə mesaj göndərərək sonuncudan jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələri almaq istədiklərini bildirmişlər. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və Şahid1 aşkar edilmiş külli miqdarda narkotik vasitələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 aşkar olunmuş külli miqdarda narkotik vasitə heroinin, mənbəyinin müəyyən edilməsi, onların narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanılması, habelə həmin şəxslərin digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi, eləcə də qeyd olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi külli miqdarda narkotik vasitə heroini əldə etdiyi şəxsin şəxsiyyətinin, olduğu yerin müəyyən edilməsi və tapşırıqda göstərilən digər istiqamətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Şahid1 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmələri ilə bağlı əməliyyat məlumatı əldə edilməsə də, onların hər ikisinin ayrı-ayrılıqda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları, eləcə də, aşkar edilmiş maddələri satış məqsədi ilə üzərilərində saxlamaları ilə bağlı əlavə məlumatlar əldə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, üzərindən aşkar olunmuş mobil telefona baxış keçirilərkən narkotik vasitələrin alış-verişini əks etdirən yazışmaların olmasına, onun narkotik vasitələrinin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına, qanunsuz olaraq odlu silahı əldə edib saxlamasına, eyni zamanda, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib saxlaması və daşımasına əsasən, cinayət işində olmaqla, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 228.1, 234.4.2 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməllərini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən onun əməlində Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, qanunsuz olaraq odlu silahı əldə edib saxlamasını, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarn müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 228.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır və şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 2, iş vərəqə 24-26) “Təqsirləndirilən barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin MSY-dən dərhal azad edilmişdir. (Cild 2, iş vərəqə 75-76) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 dekabr mart 2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixə kimi tutulduğu 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 25 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, məhkəmə kimyəvi ekspertizasının 26 yanvar 2023-cü il tarixli 6/473 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 hər ikisinin üzərindən aşkar edilən narkotik vasitələr və psixotrop maddələr birlikdə ekspertiza tədqiqatına göndərilmiş və ekspert rəyi hər ikisinə münasibətdə tərtib edilmiş, nəticədə ekspertiza xərci 110 (bir yüz on) manat olaraq müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona münasibətdə ekspertiza xərci ayrıca hesablanmalı və 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,947 qram və 0,488 qram olan narkotik vasitə-heroin, 0,645 qram psixotrop maddə-metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin əks edildiyi 01 (bir) ədəd, şəxsi axtarış və baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 03 (üç) ədəd disk, "xxxx" və “Bakcell’’ Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd odlu silah hesab edilən Naqan sistemli revolver xüsusi müsadirə tətbiq edilməklə dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmçinin CPM-in 26.3-cü maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkiləri 2,947 qram və 0,488 qram olan narkotik vasitə heroin, 0,645 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə, eləcə də baxış keçirmə və götürmə görüntülərini özündə əks etdirən 03 (üç) ədəd disk, "xxxx" və “Bakcell’’ Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd odlu silah hesab edilən Naqan sistemli revolver xüsusi müsadirə tətbiq edilməklə dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 219 (iki yüz on doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar