Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-516/2025 26.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X10 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuru Dövlət ittihamçısı, Müdafiəçil Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-1526/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Tərtər rayonu, Qaynaqlı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 294,155 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq hissələrə bölüb həmin narkotik vasitə heroinin ümumi təmiz çəkisi 292,182 qram olan hissəsini hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 118,595 qram, 113,659 qram, 58,930 qram, 0,500 qram, 0,498 qram, 1,066 qram və 0,907 qram olmaqla 07 ədəd şəffaf rəngli sellofan bükümdə qablaşdırmaqla, yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yaşayış massivində yerləşən nömrəsiz fərdi evində özünün yataq otağındakı çarpayının üzərində və həmin otaqdakı dolabın aşağı siyirtməsində gizlədərək satış məəqsədi ilə saxlamış, əldə edilmiş məlumat əsasında əməliyyat tədbiri olaraq 25 aprel 2024-cü il tarixdə saat 16:00-da təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması zərurəti ilə əlaqədar Xəzər rayon Pİ-nin CAŞ-nin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yaşayış massivində yerləşən nömrəsiz fərdi evində onun və hal şahidlərinin iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs özünün yataq otağındakı dolabın aşağı siyirtməsində ayn-aynlıqda təmiz çəkiləri 118,595 qram, 58,930 qram, 0,500 qram və 0,498 qram olmaqla 04 ədəd şəffaf rəngli sellofan bükümdə, özünün yatdığı otaqdakı çarpayının üzərində ayrı-ayrılıqda təmiz çəkiləri 113,659 qram, 1,066 qram və 0,907 qram olmaqla 03 ədəd şəffaf rəngli sellofan bükümdə gizlədərək satış məqsədi ilə saxladığı xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkisi 118,595 qram, 113,659 qram və 58,930 qram olan bozumtul qəhvəyi rəngli narkotik vasitə heroin 03 ədəd bükümdə, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkisi 0,500 qram və 0,498 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə heroin 02 ədəd bükümdə, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkisi 1,066 qram və 0,907 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə heroin 02 ədəd bükümdə olmaqla, lakin həmin bozumtul qəhvəyi, açıq qəhvəyi və tünd qəhvəyi rəngli narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə birbirindən fərqlənməklə ümumi təmiz çəkisi 294,155 qram olan kustar üsulla hazırlanmış həmin külli miqdarda narkotik vasitə heroin cəmi 07 ədəd bükümdə aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Bununla da, o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Baxış keçirilən vaxt evində qanunsuz heç nə olmayıb və həmin maddələr evinə qoyulub. O, müharibədə iştirak etmişdir, xəstə insandır və yalnız narkotikdən istifadə edir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, bir müddətdir ki, narkotik vasitənin marixuana növündən istifadə edib. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşadığı evdə olarkən 10 nəfərdən çox polis əməkdaşı yaşadığı evə gəlmişdir. Həmin polis əməkdaşları onun silah və narkotik vasitə saxlamağı barədə məlumat olduğunu bildirib evinə və həyətyanı sahəyə baxış keçirilməsi zərurəti olduğunu bildirmişdirlər. O da polis əməkdaşlarına etiraz etməmişdir. Bundan sonra bir neçə polis əməkdaşı ilə həyətyanı sahədə olan tikiliyə baxış keçirmişdir. Həmin vaxt digər polislərin isə harada olmasını görməmişdir. Digər polis əməkdaşları həmin vaxt evə girib daha sonra baxış vaxtı evdən aşkar olunan narkotik vasitələri evinə yerləşdirmişdirlər. Həmin narkotik vasitələr ona məxsus deyil həmçinin əlavə etmişdir ki, aşkar olunan narkotik vasitələr polis əməkdaşları tərəfindən evinə yerləşdirilib. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs yaşadığı evdə silah və narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Əməliyyat qrupu yaradılaraq şəxsin yaşadığı Xəzər rayonu, Qala qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı yataq otağında çarpayının altından və çarpayının yanında olan kiçik dolabın aşağı siyirtməsindən bükümlər aşkar edilmişdir. Həmin bükümlər mühafizə edilərək müstəntiqin iştirakı ilə gğtürülərək ekspertizaya göndərilmişdir. Əməliyyatda polis əməkdaşları və 2 nəfər də şahid iştirak etmişdir. Müstəntiq daha sonra gəlmişdir. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində bildirmişdir ki, 2024-cü ilin aprel ayında əməliyyat məlumatı əldə etmişdir. Həmin məlumatda Tərtər rayonu,Qaynaqlı kəndində qeydiyyatda olmaqla Xəzər rayonu,Qala qəsəbəsi,Stansiya Qala adlanan yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evdə silah və narkotik vasitə olması bildirilmişdi.Bu səbəbdən də bu barədə RPİ-nin rəhbərliyinə xx.xx.2024-cü il tarixdə raportla müraciət etmiş və əməliyyat qrupunun yaradılmasına göstəriş verilməsini xahiş etmişdir.Daha sonra daxil olmuş əməliyyat məlumatının yoxlanılması və zəruri əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Xəzər RPİ-nin CAŞ-nin,kiçik əməliyyat müvəkkili,polis baş serjantı Şahid5 və Xəzər RPİ-nin KCMQ-nun əməliyyat müvəkkili,polis baş leytenantı Cavidan Abdullayevdən ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır.Bundan sonra birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xəzər rayonu,Qala qəsəbəsində yerləşən fərdi yaşayış evinin yaxınlığına getmişlər və evə baxış keçirilməsi üçün iki nəfər hal şahidi axtarmışlar.Bu vaxt yaxınlıqda olan iki nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və hadisə barədə məlumat vermişdirlər.Bundan sonra həmin şəxslərə onlarla birlikdə Təqsirləndirilən şəxs evinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmələrini təklif etmişdirlər..Həmin şəxslər də razılaşıb onlarla birlikdə Təqsirləndirilən şəxs evinin darvazasına yaxınlaşmışdırlar. Daha sonra Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olub ona onunla birlikdə evinə baxış keçirilməsi zərurəti olmasını izah etmişdirlər. Təqsirləndirilən şəxs özünü şübhəli aparsa da ona qanunu,hüquq və vəzifələrini izah edib müqavimət göstərməməsini ondan tələb etmişlər. Bundan sonra hal şahidləri və Təqsirləndirilən şəxs ilə birlikdə evə və evin həyətyanı sahəsində yerləşən tikiliyə baxış keçirməyə başlamışdırlar.Həmin evə daxil olarkən sol tərəfdə mətbəx otağı yerləşirdi və ilk öncə mətbəx otağına daxil olmuşdurlar.Orada yerləşən dolablara və digər saxlanc yerlərinə həmçinin hər hansı əşya və ya predmet gizlətmək mümkün olan yerlərə baxış keçirilmişdir.Bu zaman mətbəxdə olan mebelin yuxarında olan dolablardan sağdan ikincisində bir ədəd şəffav rəngli selofanda içərisində quru ot kütləsi, mətbəxdə olan mebelin yuxarında olan dolablardan soldan birincisində bir ədəd şəffav rəngli selofanda içərisində quru ot kütləsi, mətbəxdə olan mebelin yuxarında olan ortadakı dolabdan çəhrayı rəngli selofanda olan ağ rəngli toz kütləsi aşkar etmişdirlər.Daha sonra evin digər otağlarına baxış keçirilmiş.Lakin otaqlardan yalnız birində hansı ki, Təqsirləndirilən şəxs özünün yatdığı otaq oldğunu bildirdiyi otaqda çarpayının üzərində 03 ədəd şəffav selofana bükülmüş qəhvəyi rəngli kütlə,həmçinin otaqda həmin çarpayının yanında olan kiçik dolabın aşağı siyirtməsində isə 04 ədəd şəffav selofana bükülmüş içərisində tünd qəhvəyi rəngli kütlə olan bükümlər aşkar edilmişdir.Bundan sonra evdə və evin həyətyanı sahəsində olan tikilidə axtarış davam etdirilsə də oradan silah və ya digər qanunla saxlanılması,dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir.Bundan sonra bu barədə tərəfindən protokol tərtib edilmiş və idarə rəhbərliyinə raportla müraciət edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində bildirmişdir ki, 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs yaşadığı evdə silah və narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən də əməliyyat qrupu yaradılaraq şəxsin şəxsin yaşadığı Xəzər rayonu, Qala qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs yataq otağından çarpayının altından və çarpayının yanında olan kiçik dolabın aşağı siyirtməsində bükümlər aşkar edilmişdir. Həmin bükümlər müstəntiqin iştirakı ilə ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq isə bildirmişdir ki, tədbirdə 3 nəfər iştirak etmişlər. Əvvəlcə Şahid3, Abdullayev Cavidan və o, getmişdir. Baxış zamanı iki nəfər hal şahidi iştirak etmişdir. Əlvanı onun yaşalığı evin yaxınlığında saxlamışlar. Evə baxış zamanı vəkilin iştirak etməsi yadında qalmayıb. Əvvəlcə hal şahidlərinin iştirakı ilə evə baxış keçirilmiş, evdən aşkar olunmuş əşyalara əl vurulmamış, mühafizə edərək bu barədə idarəyə məlumat vermişlər və aşkar olunmuş əşyalar müstətiq gəldikdən sonra müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şahid5 ibtidai araşdırma zamanı Şahid3 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, aprel 2024-cü il tarixdə Qala qəsəbəsində Stansiya Qala adlanan yeni yaşayış sahəsində piyada hərəkətdə olarkən 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq yaxınlıqda olan yaşayış evlərinin birində axtarış keçirilməli olduqlarını və bu səbəbdən də hal şahidi kimi bu işlə heç bir əlaqəsi olmayan neyteral adam kimi onun da iştirak etməyini bildirmişlər, o, isə razılaşaraq polis əməkdaşları ilə tanımadığı, lakin sonradan adının Əlvan olduğunu bildiyi şəxslə birgə evə daxil olmuşlar. Evə daxil olduqda ilk öncə sol tərəfdə olan mətbəx otağına daxil olmuşlar, orada dolablara və digər saxlanc yerlərinə o, və digər hal şahidinin iştirakı ilə baxış keçirilmişdir. Həmin vaxt dolablardan 02 ədəd şəffav rəngli selofanda olan qurudulmuş ot və 01 ədəd çəhrayı rəngli selofanda olan ağ rəngli toz formalı maddələr aşkar edilmişdir. Daha sonra digər otaqlara baxış keçirilmişdir. Bu vaxt yataq otaqlarından birinə baxış keçirilərkən orada olan çarpayının üzərindən 03 ədəd şəffav rəngli selofanda olan kütlələr və həmin çarpayının yanında olan tumbanın ikinci siyirtməsindən 04 ədəd şəffav rəgnli selofanda olan kütlələlər aşkar edilmişdir. Əlavə olaraq bildirmişdir ki, evə baxış keçirilən zaman evdə olan dolablar təqsirləndirilən şəxs tərəfindən açılımış və orada olan əşyalar təqsirləndirilən şəxsin özü tərəfindən götürülərək polislərə təqdim olunmuşdur. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 26 aprel 2024 -cü il tarixdə tam dəqiq xatırlamadığı lakin günorta saatları kimi yaddaşında qalan saatlarda Qala qəsəbəsində Stansiya Qala adlanan yeni yaşayış sahəsində piyada hərəkətdə olarkən 2 nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış.Onlar özlərini və xidməti vəsiqələrini təqdim edib bildirmişdirlər ki,yaxınlıqda olan fərdi yaşayış evlərinin birində axtarış keçirilməlidi və bu səbəbdən də hal şahidi kimi bu işlə heç bir əlaqəsi olmayan neyteral adam gərəklidir. O da onlara kömək edə biləcəyini bildirmişdir.Daha sonra həmin vaxt o ərazidə olan bir nəfər tanımadığı şəxsə də yaxınlaşdılar və ondan da razılıq aldıqdan sonra birlikdə axtarış aparılacaq evə gəlmişdirlər.Bundan sonra o polis əməkdaşları,digər hal şahidi və həmin evdə yaşayan əvvəllər tanımadığı sonradan adının Əlvan olduğunu bildiyi şəxs ilə evə daxil olduq.Evə daxil olduqda ilk öncə sol tərəfdə olan mətbəx otağına daxil olduq orada dolablara və digər saxlanc yerlərinə mən və digər hal şahidinin iştirakı ilə baxış keçirildi.Həmin vaxt dolablardan 02 ədəd şəffav rəngli selofanda olan qurudulmuş ot və 01 ədəd çəhrayı rəngli selofanda olan ağ rəngli toz formalı maddələr aşkar edildi.Lakin bunlardan əlavə mətnəx otağından heç nə aşkar edilmədi.Daha sonra biz digər otaqlara baxış keçirdik.Bu vaxt yataq otaqlarından birinə baxış keçirilərkən orada olan çarpayının üzərindən 03 ədəd şəffav rəngli selofanda olan kütlələr və həmin çarpayının yanında olan tumbanın ikinci siyirtməsindən 04 ədəd şəffav rəgnli selofanda olan kütlələlər aşkar edildi.Evin digər otaqlarına baxış keçirildikdə isə hər hansı başqa şübhəli əşya predmet aşkar edilmədi.Daha sonra bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalandı. Məhkəmə istintaqı zamanı şahid X6 ifadəsində bildirmişdir ki, usta işləyir. İşdən çıxıb evə gedərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və bir məsələ ilə bağlı şahidlik etməyini istəmişlər, o da razılamşmışdır. Sonraq isə polislərlə birlikdə həmin evə getmişlər, orada evə baxış keçirilmiş və evdən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq isə bildirmişdir ki, Təqsirləndirilən şəxsı əvvəllər tanımamışdır. Əlavə olaraq bildirmişdir ki, evə baxış keçirilən zaman evdə olan dolabları təqsirləndirilən şəxs özü açmış və oradakı əşyalar təqsirləndirilən şəxsin özü tərəfindən polislərə təqdim olunmuşdur. Şahid X6 ibtidai araşdırma zamanı Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid X8 ifadəsində bildirmişdir ki, hadisə yerinə gedən zaman əməliyyat qrupu artıq orada olmuşdur. Narkotik vasitələr ona təhvil edilmişdir. Narkotik vasitələrin əməliyyat qrupu tərəfindən aşkar edilməsi məlumatı daxil olmuşdur. Evə daxil olan zaman narkotik vasitə aşkar edildiyi yerdə olmuşdur. Narkotik vasitələrə o gələnə qədər heç kəs toxunmamışdır. Gəlib sənədləşdirib zərfə qoymuşdur. Həmin zaman təqsirləndirilən şəxs evdə olmuşdur. Hadisə zamanı Əlvan ilə əməliyyatçılar içəridə gözləmişlər. Ora gedən zaman evin qapısının kim tərəfindən açıldığını xatırlamamışdır. Videoçəkiliş vasitəsi ilə götürülmə aparılıb. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-ci il tarixli “raportdan” görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah və külli miqdarda narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-ci il tarixli “əmrdən” görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatın yoxlanması məqsədilə Şahid3, Şahid5 və Şahid4 ibarət ətrkibdə əməliyyyat qrupu yaradılmışdır. xx.xx.2024-ci il tarixli “qərardan” görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq odlu silah saxlaması, əldə etdiyi mənbəni və digər cinayət əlqələrini müəyyənləşdirmək məqsədilə Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 10-cu maddəsinin 4-cü hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, həmçinin şəraitdən asılı olaraq Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən odlu silah saxlandığı ehtimal olunan yerin müəyyən edilməsi üçün yaşayış yerinə daxil olub baxış keçirmək məqsədilə əməliyyat axtarış tədbirlərinin tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2024-ci il tarixli “raportdan” görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi evə daxil olunaraq evə baxış keçirildiyi, evdən bir neçə bağlamada (bükümdə) kütlələrin aşkar olunduğu və həmin xüsusatların araşdırılmasının göstəriş verilməsi xahiş olunmuşdur. xx.xx.2024-ci il tarixli “qərardan” görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən baxış zamanı müəyyən olunmuş maddələrin götürülməsi barədə qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs şalvarın yan cibindən 01 ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd mobil telefon götürülmüşdür. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2024-ci il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2024-ci il tarixli “qərardan” görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbiri kimi yaşayış yerinə daxil olma və baxış keçirilməsi” haqqında tərtib edilmiş protokolda (protokola əlavə edilmiş fotocədvəl-12 ədəd foto) qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evi dörd otaq, bir mətbəx otağı, bir sanitar qovşaqdan, həyətyanı sahədə yerləşən tikili iki otaq, bir sanitar qovşağı və bir hamam otağından ibarətdir. Qeyd olunan otaqlara baxış keçirilərkən mətbəx otağındakı mebelin yuxarı hissəsində olan soldan birinci dolabda bir ədəd şəffav rəngli selofanda quru halda ot kütləsi, ortadakı dolabdan bir ədəd şəffav rəngli selofanda ağ rəngli toz şəkilli kütlə, sağdakı dolabdan şəffav rəngli selofanda quru halda ot kütləsi aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs deməsinə görə özünə məxsus yataq otağına baxış keçirilərkən çarpayının baş tərəfində üç ədəd şəffav rəngli selofana bükülmüş içərisində qəhvəyi rəngli kütlə olan büküm,həmin çarpayının yanında olan tirmonun alt siyirtməsində dörd ədəd şəffav selofana bükülmüş içərisində qəhvəyi rəngli kütlə olan büküm aşkar edilmişdir. Bundan sonra evin digər otaqlarına və həyətyanı sahədə olan tikilinin otaqlarına baxış keçirilsədə də qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli “təxirəsalınmaz qaydada axtarış və götürmə keçirilməsi” haqqında tərtib edilmiş protokolda (protokola əlavə edilmiş bir ədəd diskdən) qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evi dörd otaq, bir mətbəx otağı, bir sanitar qovşaqdan,həyətyanı sahədə yerləşən tikili iki otaq, bir sanitar qovşağı və bir hamam otağından ibarətdir. Qeyd olunan otaqlara baxış keçirilərkən mətbəx otağındakı mebelin yuxarı hissəsində olan soldan birinci dolabda bir ədəd şəffav rəngli selofanda quru halda ot kütləsi, ortadakı dolabdan bir ədəd şəffav rəngli selofanda ağ rəngli toz şəkilli kütlə, dolabda şəffav rəngli selofanda quru halda ot kütləsi aşkar edilmişir. Bundan sonra Təqsirləndirilən şəxs deməsinə görə özünə məxsus yataq otağına baxış keçirilərkən çarpayının baş tərəfində üç ədəd şəffav rəngli selofana bükülmüş içərisində qəhvəyi rəngli kütlə olan büküm, həmin çarpayının yanında olan tirmonun alt siyirtməsində dörd ədəd şəffav selofana bükülmüş içərisində qəhvəyi rəngli kütlə olan büküm aşkar edilmişdir. Aşkar edilmiş kütlələr müstəntiq tərəfindən qablaşdırılmış və axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-13-16-2- 7/649 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” yazıları və imza olan kağızı paketdəki 02 (iki) ədəd sellofan bükülüdə ayrıayrılıqda təmiz çəkiləri: 8,92 qram, və 18,19 qram olan bitkili mənşəli kütlənin tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur, onlar narkotik vasitələrə aid deyildir. Ümumi çəkisi 27,11 qramdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/2290 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş...’’sözləri yazılmış 1 nömrəli kağız paketdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 118,595 qram, 113,659 qram, 58,93 qram, 0,5 qram, 0,498 qram, ümumi təmiz çəkisi 292,182 qram olan bozumtul qəhvəyi (3 büküm) və açıqqəhvəyi rəngli (2 büküm) maddələr və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,066 qram, 0,907 qram, ümumi təmiz çəkisi 1,973 qram olan tünd-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3 ədəd bükümdəki ayrı-ayrılıqda təmiz çəkiləri 118,595 qram, 113,659 qram, 58,93 qram olan bozumtul qəhvəyi rəngli narkotik vasitə heroinlər bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,5 qram, 0,498 qram olan açıqqəhvəyi rəngli narkotik vasitə heroinlər bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,066 qram, 0,907 qram olan tünd-qəhvəyi rəngli narkotik vasitə heroinlər bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 3 ədəd bükümdəki bozumtul qəhvəyi rəngli narkotik vasitə heroinlər, 2 ədəd bükümdəki açıq-qəhvəyi rəngli narkotik vasitə heroinlər və 2 ədəd bükümdəki tünd qəhvəyi rəngli narkotik vasitə heroinlər bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birindən fərqlidirlər. 2 nömrəli kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 325,218 qram olan yuyucu vasitənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilmədi. Ekspert tədqiqatlarından sonra qalıq çəkiləri 294,015 qram olan narkotik vasitə heroin, 325,118 qram yuyucu kütlə və 27,01 qram bitki mənşəli kütlə Xəzər RPİ-nin saxlancına təhvil verilmişdir. xx.xx.2024-cü il “Diskə baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi,polis kapitanı Rüstəm İsmayılov özünü və götürmə istintaq hərəkətində iştirak edən iştirakçıları təqdim edir. Müstəntiq, iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs ilə birlikdə sonuncuya məxsus fərdi yaşayış evinə daxil olur. Müstəntiq iştirkaçılar və şübhəli şəxs X11 ilə birlikdə evin mətbəx otağına daxil olur. Mətbəx dolablarından birindən çəhrayı rəngli selofanda olan ağ rəngli tozşəkilli maddə, digər iki dolabdan ayrı ayrılıqda 02 ədəd şəffav rəngli selofanda quru halda ot kütlələri aşkar olunur. Müstəntiq şübhəli şəxs Təqsirləndirilən şəxs həmin götürülən predmetlərin nə olduğunu soruşduqda sonuncu çəhrayı selofanda olan tozşəkilli maddənin yuyucu vasitə olduğunu, digər 01 ədəd selofanda olan quru ot kütləsinin nanə bitkisi, digər 01 ədəd selofanda olan quru ot kütləsinin qida üçün istifadə olan bitki olduğunu bildirdi. Müstəntiq həmin götürülən predmetləri ekspertizaya göndərmək üçün qablaşdırır. Müstəntiq yataq otağında çarpayının yanında olan ikigözlü çəkməcənin açıq olan ikinci siyirtməsində 04 ədəd şəffav rəngli selofana bükülmüş içərisində qəhvəyi rəngli kütlə olan bükümləri,çarpayının üzərində olan 03 ədəd şəffav rəngli selofana bükülmüş içərisində qəhvəyi rəngli kütlə olan bükümü götürür. Müstəntiq həmin bükümlərin nə olması barədə Təqsirləndirilən şəxs sual verdikdə, sonuncu həmin bükümlərin ona aid olmadığını evinə gələn polis əməkdaşlarının onun evinə yerləşdirdiyini bildirir. Müstəntiq Təqsirləndirilən şəxs oğlu X7 həmin aşkar olunan bükümlərin kimə məxsus olması barədə sual verir. Bundan sonra X9 həmin bükümlərin polis əməkdaşlarının keçirtdiyi axtarış zamanı evdən aşkar olunduğunu və atası Təqsirləndirilən şəxs məxsus olduğunu bildirir. Müstəntiq tərəfindən götürülən həmin bükümlər ekspertizaya göndərilməsi üçün qablaşdırılır. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rüstəm İsmayılov özünü və şəxsi axtarışda iştirak edən iştirakçıları təqdim edir. Müstəntiq şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsini təklif edir. Müstəntiqin bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki cins şalvarın yan cibindən bir ədəd Samsung markalı mobil telefonu çıxarıb xidməti otaqdakı masanın üzərinə qoyur. Şəxsi axtarışda iştirak edən Şahid5 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilmir. xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs və hal şahidi Şahid2 üzləşdirilməsi barədə tərtib edilmiş protokoldan görünür ki, hal şahidi Şahid2 Təqsirləndirilən şəxs üzünə qarşı həmin narkotik vasitələrin sonuncun yaşadığı evdən aşkar olunmasını, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamasını bildirir. xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs və Şahid4 üzləşdirilməsi barədə tərtib edilmiş protokoldan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs üzünə qarşı həmin narkotik vasitələrin sonuncun yaşadığı evdən aşkar olunmasını, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamasını bildirir. Səhiyyə Nazirliyi RNM-i X19 X4 Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 5420 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona aid olmadığını, evinə qoyulduğunu, həmçinin narkotik vasitəni satmaq fikrinin (məqsədinin) olmadığını bildirsə də, həmin xüsusatların yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən o, müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmişdir. Həmçinin videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxış götürmə) keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, videoçəkilişdən istifadə edilməklə evə - mənzilə götürmə keçirilmişdir. Baxışın və götürmənin nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan başqa, Səhiyyə Nazirliyi RNM-i X19 X4 Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 5420 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Bundan əlavə, xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs və hal şahidi Şahid2 üzləşdirilməsi barədə tərtib edilmiş protokoldan görünür ki, hal şahidi Şahid2 Təqsirləndirilən şəxs üzünə qarşı həmin narkotik vasitələrin sonuncun yaşadığı evdən aşkar olunmasını, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamasını bildirir. Bundan başqa, xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs və Şahid4 üzləşdirilməsi barədə tərtib edilmiş protokoldan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs üzünə qarşı həmin narkotik vasitələrin sonuncun yaşadığı evdən aşkar olunmasını, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamasını bildirir. Bundan əlavə, xx.xx.2024-cü il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarından görünür ki,əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid X6 və Şahid1 ifadələrində bildirmişlər ki, evə baxış keçirilən zaman evdə olan dolabları təqsirləndirilən şəxs özü açmış və oradakı əşyalar təqsirləndirilən şəxsin özü tərəfindən polislərə təqdim olunmuşdur. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin ona aid olmadığı, evinə qoyulduğu, narkotik vasitəni satmaq fikrinin (məqsədinin) olmadığı barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəm işin yuxarıda sadalanan hallarını Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə təhlil edərək bu qənaətə gəlir ki, hazırki cinayət işi üzrə əldə olunmuş məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığından onlar sübut kimi qəbul edilməlidir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, aşkar olunmuş narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar (294,155 qram narkotik vasitə heroin) təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmin narkotik vasitənin bükümlər halında olmasını və digər məlumatları nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X14rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2015-ci tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Bundan sonra, təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-1526/2024 nömrəli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs sonuncu hökmə əsasən, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-1526/2024 nömrəli hökmünə əsasən təqsirli bilindiyi cinayət əməlini xx.xx.2023-cü il tarixdə törətmişdir. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ittiham olunduğu əməli isə 25 aprel 2024-cü il tarixdə törətmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ittiham olunduğu əməli xx.xx.2024-cü il tarixdən əvvəl törətmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində cinayətin residivi yaranmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Bununla yanaşı, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqillliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş və o, 2-ci dərəcəli (2-ci qrup) əlildir. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqillliyi uğrunda gedən döyüşlərdə iştirka etməsini və onun 2-ci dərəcəli (2-ci qrup) əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını - 294,155 qram narkotik vasitə heroin), cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini, cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin (CM-in 66.3 və 66.5-ci maddələri) tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(101)-1526/2024 nömrəli hökmündən görünür ki, təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-1526/2024 nömrəli hökmünə əsasən ittiham olunduğu cinayət işi üzrə 4 gün tutularaq saxlanılmışdır. Hazırkı cinayət işi üzrə isə 2 gün tutularaq saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)- 1526/2024 nömrəli hökmünə əsasən ittiham olunduğu cinayət işi üzrə tutulduğu 4 gün müddət, hazırkı cinayət işi üzrə isə tutulduğu 2 gün müddət (cəmi 6 gün) ona təyin ediləcək cəzadan çıxılmalı və təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserdə (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Xəzər RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkiləri 294,015 qram olan narkotik vasitə heroin, 325,118 qram yuyucu toz, 27,01 qram bitki mənşəli kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxışgötürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), evəmənzilə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD) cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə və ya qohumlarına qaytarılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-1526/2024 nömrəli hökmü ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən ona hazırkı hökmlə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs (Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)- 1526/2024 nömrəli hökmünə əsasən ittiham olunduğu cinayət işi üzrə) tutulduğu 04 gün müddət və hazırkı cinayət işi üzrə (240010291 nömrəli cinayət işi) tutulduğu 02 gün müddət (cəmi 06 gün) ona hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xəzər RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkiləri 294,015 qram olan narkotik vasitə heroin, 325,118 qram yuyucu toz, 27,01 qram bitki mənşəli kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), evə-mənzilə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD) cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə və ya qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərci 159 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə müdafiəçil Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-516/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-516/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver