Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-517/2021 12.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə, Hakimlər- Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X23 və X7 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1969-cu ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, dul, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, «V» yaşayış massivində yerləşən Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 8 nömrəli X1 inzibati binasında nömrəsiz mənzildə məskunlaşmış məcburi köçkün, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Xəlil Nayıbov satış məqsədi ilə qanunsuz olaraq istintaq zamanı müəyyən edilməmiş mənbədən külli miqdarda olmaqla üç ədəd bükümdə təmiz çəkiləri 2,057 (iki tam mində əlli yeddi) qram, 88,5 (səksən səkkiz tam, onda beş) qram və 119,7 (yüz on doqquz tam, onda yeddi) qram, yəni külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış heroin və bir ədəd bükümdə təmiz çəkisi 90,4 (doxsan tam, onda dörd) qram, yəni külli miqdarda ağ rəngli kristallik, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin əldə edərək, daşımaqla, iki ədəd bükümdə təmiz çəkiləri 88,5 (səksən səkkiz tam, onda beş) qram və 119,7 (yüz on doqquz tam, onda yeddi) qram, yəni külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış heroin və bir ədəd bükümdə təmiz çəkisi 90,4 (doxsan tam, onda dörd) qram, yəni külli miqdarda ağ rəngli kristallik, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşməklə Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 8 nömrəli X2 məskunlaşdığı nömrəsiz mənzildə saxlamış, bir ədəd bükümdə təmiz çəkisi 2,057 (iki tam mində əlli yeddi) qram hissəsini üzərində saxlamaqla daşımışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 8 nömrəli X1 qarşısında saxlanılıb Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət olunaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümdə həmin təmiz çəkisi 2,057 (iki tam mində əlli yeddi) qram, yəni külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Həmin tarixdə saat 17:30 radələrində onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşməklə Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 8 nömrəli X2 məskunlaşdığı nömrəsiz mənzilə baxış keçirilən zaman isə dəhlizin sağ tərəfində divardan asılmış asılqanda kostyum torbasının içərisində olan ağ sellofan torbadan qanunsuz olaraq satış məqsədi ilə əldə edərək saxladığı iki ədəd bükümdə təmiz çəkiləri 88,5 (səksən səkkiz tam, onda beş) qram və 119,7 (yüz on doqquz tam, onda yeddi) qram, yəni külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış heroin və bir ədəd bükümdə təmiz çəkisi 90,4 (doxsan tam, onda dörd) qram, yəni külli miqdarda ağ rəngli kristallik, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, məlum hadisələrlə bağlı ailəvi olaraq Ağdam rayonundan məcburi köçkün düşərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, “V” sahəsində yerləşən Bakı şəhəri Təhsil İdarəsinin 8 nömrəli X1 binasında məskunlaşmışlar. Onun özü həmin iş üzrə həbs olunmazdan təxminən yeddi-səkkiz il ərzində müxtəlif narkotik vasitələrdən istifadə etmişdir. Buna isə səbəb ağır ailə vəziyyəti ilə bağlı mənəvi sarsıntılar keçirməsi olmuşdur. Belə ki, o, X8 ailə həyatı qurmuş və xx xxxxxx 2007-ci ildə İlham adlı bir oğlu doğulmuşdur. Lakin, azyaşlı oğlu İlham 2012-ci ildə vəfat etmişdir. Bundan sonra həyat yoldaşı Sevinc Nayıbova ağır xəstəliyə düçar olaraq 2013-cü ildə vəfat etmişdir. Daha sonrakı dövrdə, yəni 2018-cü ildə qardaşı Faiq Nayıbov və bacısı Arzu Məmmədova, 2019-cu ildə isə atası Xəlil Nayıbov vəfat etmişlər. Bütün bunlar ona çox pis təsir etmiş və buna görə də o, son illər kokos deyilən narkotik maddədən, yəni heroindən və həmçinin şüşə deyilən metafetamindən istifadə etmişdir. Lakin, onun özü hər-hansı bir narkotik maddənin satışı ilə məşğul olmamışdır. Hadisə ilə bağlı bildirmək istəyir ki hadisədən təxminən bir il əvvəl o, internetdə bir nəfər İran vətəndaşı ilə tanış olmuşdur. Hal-hazırda adını xatırlamadığı həmin şəxs ona narkotik vasitə olan kokos və həmçinin şüşə deyilən psixotrop maddə olan metafetamin göndərə biləcəyini və həmin maddələri Bakı şəhərində onun dediyi yerdə götürə biləcəyini ona demişdir. Hadisədən bir neçə gün əvvəl o, həmin İran vətəndaşı ilə əlaqə saxlamış və həmin şəxs ona “kakos”, həmçinin metafetamin göndərdiyini demişdir. Həmin narkotik vasitələrin Zığ-Hövsan yolunun sağ kənarında «Hovsan» yol nişanının altına qoyulduğunu bildirmiş və həmin yerin şəkili telefonda ona göndərilmişdir. O, həmin yerə gedərək orada bir ədəd bağlama aşkar edərək onu yaşadığı ünvana, yəni uşaq bağçasında olan otağına aparmışdır. Həmin bağlamanı açdıqda onun içərisində təxminən yüz qramdan artıq çəkidə kokos, yəni narkotik vasitə olan heroin və təxminən yüz qramdan az çəkidə isə metafetamin olduğunu görmüşdür. Həmin narkotik vasitələrdən heroindən az bir hissəsini özü istifadə etmişdir. Onu da bildirmək istəyir ki, həmin iranlı ona həmin narkotik maddələrin az bir hissəsini özünə pulsuz olaraq saxlamasını, qalan hissələrini isə onun sonra deyəcəyi yerlərə qoymalı olduğunu demişdir. Lakin, hadisə günü, yəni xx xxxxxx 2020-ci il tarixdə günorta vaxtı yaşadığı ünvanın qarşısında küçədə olan zaman əvvəllər tanımadığı bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olmalarını bildirmiş və onun narkotiklə bağlı şübhəli olmasını bildirmişlər. O isə üzərində öz istifadəsi üçün az miqdarda kokos, yəni narkotik vasitə olan heroin olduğunu etiraf etmişdir. Bundan sonra polis işçiləri onu Suraxanı rayonu 33-cü polis bölməsinə aparmışlar. Orada onun üzərinə şəxsi axtarış keçirilərkən zaman o, üzərində saxladığı içrəsində heroin olan kiçik bükümü könüllü olaraq polis işçilərinə təqdim etmişdir. Orada o hər şeyi etiraf edərək yaşadığı evdə də heroin və həmçinin şüşə deyilən metafetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana getmiş və yaşadığı evdə saxladığı iki büküm kokos və bir bükümdə olan heroini yaşadığı evdə giriş qapısının yanındakı asılqandan asdığı kostyum üzlüyündən çıxarıb könüllü olaraq polis işçilərinə təqdim etmişdir. Bu barədə protokol tərtib olunaraq ona oxunmuş və o da həmin protokolu imzalamışdır. Tutduğu əmələ görə peşmandır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları onu 2020-ci ilin avqust ayının 11-də yaşadığı evin həyətində olan zaman saxlamışlar. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq narkotiklə bağlı şübhəli olduğunu bildirmişlər. O isə üstündə bir büküm heroin olduğunu bildirmişdir. Polis bölməsinə getdikdən sonra o, polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. Ona həmin narkotik maddələri göndərmiş İİR vətəndaşının adını və telefon nömrəsini xatırlamır. Lakin, həmin şəxs onun istifadəsində olan mobil telefona zəng etmişdir və telefonda həmin şəxsin telefon nömrəsi olmuşdur. Polis işçiləri tərəfindən saxlanılan zaman öz istifadəsində olan mobil telefonu polis işçilərinə təqdim etmişdir. İİR vətəndaşı ona özünün “WhatsApp” nömrəsindən zəng vurmuşdur və onun özü də həmin adama bir neçə dəfə zəng vurmuş və bir-birlərinə səsli məlumatlar göndərmişlər. Polis əməkdaşları tərəfindən saxlanılıb xx xxxxxx 2020-ci il tarixdə onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman videoçəkiliş aprarılmışdır və həmin videogörüntülər ona nümayiş etdirilmişdir. İş üzrə ibtidai istintaq zamanı polis işçiləri tərəfindən ona qarşı heç bir təsir və ya təzyiq göstərilməmiş və o, hadisənin yuxarıda göstərdiyi kimi baş verdiyini bildirmişdir. Həmin İİR vətəndaşının vasitəsi ilə o, yalnız cəmi bir dəfə, yəni hadisədən bir neçə gün əvvəl narkotik maddə və psixotrop maddəni əldə etmişdir. Yuxarıda göstərdiyi kimi, həmin İİR-nın vətəndaşı ona zəng edərək ona “kakos”, yəni heroin və şüşə deyilən metafetamin göndərdiyini demiş və həmin narkotik maddələrin Zığ-Hövsan yolunun sağ kənarında «Hovsan» yol nişanının altına qoyulduğunu ona demişdir. O isə həmin yerə özü tək gedərək orada aşkar etdiyi kiçik bağlamanı yaşadığı evə aparmışdır. Bağlamanın içərisində kokos və metafetamin olduğunu görmüşdür. Həmin heroinin az bir hissəsini özü istifadə etmiş, az bir hissəsini isə bir bükümdə öz istifadəsi üçün üstündə saxlamışdır. Onun özü metafetamindən ümumiyyətlə istifadə etmir. İİR-nın vətəndaşının ona göndərdiyi metafetaminin hamısı və həmçinin heroinin çox hissəsi yaşadığı evdə qalmış, polis işçiləri yaşadığı evə baxış keçirən zaman həmin narkotik maddələri o, könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Onun özü heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və iranlının göndərdiyi həmin narkotik maddələri kiməsə satmaq fikri olmamışdır. Həmin narkotik maddələrə görə o həmin İİR-nın vətəndaşına pul göndərməmişdir. İranlı ona həmin narkotik maddələrin bir hissəsini özünə saxlamasını, çox hissəsini isə sonradan ona deyəcəyi yerlərə qoymasını və həmin yerin şəklini çəkib ona göndərməsini demişdir. Həmin narkotik maddələrdən hər-hansı bir hissəsini aparıb harasa qoymamışdır. Göstərdiyi kimi, həmin narkotik maddələri iranlının dediyi yerdən götürəndən iki gün sonra polis işçiləri tərəfindən saxlanılmışdır. Yuxarıda göstərdiyi kimi, o, narkotik maddələrdən ağır ailə vəziyyəti ilə bağlı, yəni yaxın ailə üzvlərinin vaxtsız ölümündən sonra keçirdiyi sarsıntılar ilə bağlı istifadə etmişdir. Onun özü 1992-1994-cü illərdə Qarabağ bölgəsində gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir və bu barədə onun hərbi biletində də qeydlər vardır. Onun üzərindən və həmçinin yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetaminin İİR-dan Azərbaycan Respublikasına kim tərəfindən və necə gətirildiyi barədə onun özünün heç bir məlumatı yoxdur. Yuxarıda qeyd etdiyi kimi, hadisədən bir neçə gün əvvəl həmin İİR-nın vətəndaşı onunla telefon əlaqəsi saxlayaraq ona “kakos” və metafetamin göndərdiyini demiş və həmin narkotik maddələrin Zığ-Hövsan yolunun kənarında «Hovsan» nişanının altına qoyulduğunu bildirmişdir. O isə həmin yerə gedərək oradan içərisində həmin narkotik maddələr olan kiçik bir bağlamanı yaşadığı evə aparmışdır. Həmin narkotik maddələrin ora kim tərəfindən qoyulduğu barədə onun özünün məlumatı yoxdur. Hadisədən əvvəlki dövrdə və hadisə günü onun özünün istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur. Öz yaxın tanışları və o cümlədən narkotik maddələrə sifariş etdiyi İİR-nını vətəndaşı ilə o, ***-***-**-** mobil telefon nömrəsindən istifadə etməklə telefon əlaqəsi saxlamışdır. İş üzrə ibtidai istintaq zamanı onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə onun o cümlədən "WhatsApp'' proqramından istifadə etməklə +98-***-***-**-** saylı mobil nömrə ilə, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən mobil operatorlara aid 994-55- 893-53-93, 994-77-209-99-94 və 994-55-754-01-41 mobil telefon nömrələrindən istifadə edən şəxslərlə qarşılıqlı telefon əlaqəsi saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı səsli mesajların, məlumatların göndərildiyi müəyyən olunduğu ona məlumdur. Həmin məlumatlarla o, iş üzrə istintaq zamanı tanış edilmişdir. Həmin +98-***- ***-**-** saylı mobil nömrə ilə onunla özünün iranlı olduğunu bildirən şəxs telefon əlaqəsi saxlamışdır. Digər mobil telefon nömrələri üzrə onunla əlaqə saxlamış şəxslərin kimliyini hal-hazırda xatırlamır. Onun özü uzun müddət ərzində narkotik maddələrdən istifadə etdiyinə görə bəzən öz tanışları ona müraciət edərək öz istifadələri üçün onlara az miqdarda narkotik maddə verməsini xahiş etmişlər. O isə bunun müqabilində heç vaxt onlardan pul almadan onlara köməklik etmişdir. Son olaraq göstərdi ki, törətdiyi əmələ görə peşmandır. Ailə vəziyyətini və himayəsində yaşlı anasının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün baş vermə yeri, vaxtı və mexanizmi ilə bağlı iş materialları ilə uzlaşan mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmin hərəkətləri özündə əyani olaraq əks etdirən videogörüntülər və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-də xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış və sonuncunu ilk dəfə əməliyyat tədbiri keçirilib onu yaxalayan zaman görmüşdür. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində olan 8 saylı uşaq bağçasında yaşayan Tofiq adlı şəxsin qanunsuz yolla narkotik vasitələri əldə etməsi, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanılması və Tofiq adlı şəxsin ifşa olunması üçün onun özü də daxil edilməklə, DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında Tofiq adlı şəxsin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi. "V" yaşayış sahəsində olan 8 saylı uşaq bağçasının yaxınlığında olacağı, üzərində narkotik vasitə saxlaması, həmin şəxsin geyimi və xarici əlamətləri barədə bildirilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində onlar həmin ünvana getmiş və həmin uşaq bağçasının qarşısında öz xarici əlamətlərinə görə qeyd edilən Tofiq adlı şəxsə oxşar şəxsin küçədə dayandığını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxs, yəni hal-hazırda təqsirləndirilən şəxs kürsüsündə oturmuş Təqsirləndirilən şəxs özünü təqdim edərək həmin uşaq bağçasında yaşadığını və üzərində az miqdarda narkotik vasitə kokos, yəni heroin olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmiş və bu barədə rəhbərliyə məruzə olunmuşdur. Həmin faktla bağlı araşdırmanın aparılması Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı Yusif Mənsimova həvalə olunmuşdur. Sonra isə təhqiqatçı tərəfindən dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ondan üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs o zaman əynində olan idman şalvarın cibindən bir ədəd bükülü təqdim edərək, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin maddəni internetdə tanış olduğu adinı bilmədiyi İran İslam Respublikası vətəndaşının vasitəsi ilə bir neçə gün əvvəl əldə etdiyini, həmin şəxsin ona göndərdiyi narkotik maddələrin Zığ-Hövsan yolunun sağ kənarında yol nişanının altına qoyduğunu ona bildirdiyini və özü həmin yerə gedərək oradan narkotik maddələri götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs narkotik maddənin bir hissəsini öz istifadəsi üçün üzərində saxladığını, qalan narkotik maddələrin isə yaşadığı evdə olduğunu bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə olan bir büküm bir ədəd zərfə qablaşdırılıb möhürlənib götürülmüşdür. Bu barədə təhqiqatçı Yusif Mənsimov tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və müdafiəçi heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Bundan sonra onlar Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində olan 8 saylı uşaq bağçasında yerləşən mənzilə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin dəhlizində asılmış kostyum torbasının içərisindən bir ədəd sellofan paket çıxarıb təqdim edərək qalan narkotik maddələri həmin paketdə olduğunu bildirmişdir. Videoçəkiliş aparılmaqla həmin sellofan torbaya baxış keçirilən zaman onun içərisində üç ədəd fərqli sellofan bükümlər olduğu, həmin bükümlərin içərisində narkotik vasitə olan heroin və həmçinin psixotrop maddə olan metafetaminə oxşar maddələrin olduğu aşkar olunmuşdur. Həmin torbanın içərisindən bir ədəd kiçik elektron tərəzi də aşkar olunaraq götürülmüşdür. Həmin sellofan bükümlər qablaşdırılıb möhürlənib götürülmüşdür. Bu barədə təhqiqatçı Yusif Mənsimov tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, onlar və həmçinin Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçi heç bir etiraz bildirmədən həmin protokolu da imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin İstintaq şöbəsinə təhvil verilmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi ilə yanaşı onun satışı ilə də məşğul olması barədə də məlumat olmuşdur. Lakin, onun narkotik vasitələrin satışı ilə bağlı kiminləsə qabaqcadan sövdələşdiyi və ya kiməsə narkotik vasitə satdığı barədə onlarda məlumat olmamışdır. Suraxanı RPİ-nin 33-cü PB-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərindən içərisində narkotik vasitə olan heroinə oxşar maddə olan cəmi bir büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərindən iki ədəd mobil telefon da aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik maddələri əldə etdiyi İİR-nın vətəndaşı ilə istifadəsində olan həmin mobil telefonlardan istifadə etməklə telefon əlaqəsi saxladığını bildirmişdir. Aparılmış sorğu-sual zamanı Təqsirləndirilən şəxs İİR-nın vətəndaşının ona göndərdiyi həmin narkotik vasitə və həmçinin psixotrop maddə olan metafetamini sonradan ona deyəcəyi yerlərə aparıb qoymasını ona bildirdiyini və bir hissəsini isə özü istifadə etməsi üçün ona göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etmiş olduğu həmin narkotik vasitə heroinin və həmçinin psixotrop maddə olan metafetaminin mənbəyinin müəyyən edilməsi, həmin narkotik vasitə və psixotrop maddənin kimlər tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikasına gətirildiyi və həmin şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün onlar tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçirilmişdir. Lakin, bununla bağlı hal-hazırki vaxta qədər müsbət nəticə əldə olunmamışdır. Hadisə vaxtı, yəni onlar Təqsirləndirilən şəxs yaxınlaşıb onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs həqiqətən üzərində bir ədəd kiçik bükümdə narkotik vasitə kokos, yəni heroin olduğunu və onu öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət edib onun üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs İİR-nın vasitəsi ilə əldə etdiyi narkotik vasitələrin qalan hissəsinin yaşadığı evdə saxladığını bildirmişdir. Yuxarıda qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan heroin və həmçinin psixotrop maddə olan metafetamin olan sellofan paketi özü könüllü olaraq onlara təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə bağlı keçirilmiş əməliyyat tədbirində iştirak etdiyini, sonuncunun yuxarıda göstərilən şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi. "V" yaşayış sahəsində olan 8 saylı uşaq bağçasının yaxınlığında onlar tərəfindən saxlanıldığı, sonuncunun öz üzərində az miqdarda narkotik vasitə heroin olduğunu etiraf etdiyi, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət olunduqdan sonra videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirildiyi, Təqsirləndirilən şəxs o zaman əynində olmuş idman şalvarın cibindən bir ədəd bükülünü təqdim edərək, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu etiraf etdiyi, həmin maddəni internetdə tanış olduğu adinı bilmədiyi İİR-nın vətəndaşının vasitəsi ilə əldə etdiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə olan bir bükümün onların iştirakı ilə bir ədəd zərfə qablaşdırılıb möhürlənib götürüldüyünü, bu barədə tərtib olunmuş protokolun bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçinin heç bir etiraz bildirmədən imzalandığını, bundan sonra Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin dəhlizində asılmış kostyum torbasının içərisindən bir ədəd sellofan paket çıxarıb təqdim edərək həmin paketin içərisində narkotik maddələrin olduğunu bildirdiyini, videoçəkiliş aparılmaqla həmin sellofan paketə baxış keçirilən zaman onun içərisində üç ədəd fərqli sellofan bükümlərin içərisində narkotik vasitə olan heroin və həmçinin psixotrop maddə olan metafetaminə oxşar maddələrin aşkar olunaraq qablaşdırılıb möhürlənib götürüldüyünü, bu barədə tərtib olunmuş protokolun bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçinin heç bir etiraz bildirmədən imzalandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İş üzrə Təqsirləndirilən şəxs xidməti ərazi üzrə bir sakin kimi əvvəllər yalnız sifətdən tanımışdır. Lakin, onun şəxsiyyəti barədə onun məlumatı olmamışdır. Həmçinin onunla heç bir münasibəti olmamış və aralarında heç bir ədavət, düşmənçilik yoxdur. Hadisə ilə bağlı bildirmək istəyir ki, xx xxxxxx 2020-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nə Tofiq adlı şəxsin narkotik vasitə saxlanması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı həmin şəxsin ifşa olunması üçün əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək, əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, onun özü və Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili Şahid4 daxil edilmişlər. Əməliyyat tədbiri keçirilən zaman Tofiq adlı şəxsin gündüz radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış sahəsində olan 8 saylı uşaq bağçasının yaxınlığında olacağı, üzərində narkotik vasitə saxlaması və onun zahiri əlamətləri barədə məlumat verilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində onlar həmin ünvana getmiş və qeyd edilən uşaq bağçasının qarşısında narkotik vasitə istifadəsində, saxlanılmasında şübhəli olan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotiklə bağlı şübhəli olmasını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində bir büküm narkotik vasitə kokos deyilən heroin olmasını etiraf etmişdir. Bundan sonra onlar şəxsiyyəti barədə o zaman tam məlumat aldıqları Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 33-cü PB-nə aparmışlar. Bu barədə rəhbərliyə məruzə olunmuş və bununla bağlı ilkin araşdırmanın aparılması Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı Yusif Mənsimova tapşırılmışdır. Həmin təhqiqatçı tərəfindən dəvət edilmiş müdafiəçinin və onların özlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncu o zaman əynində olmuş idman şalvarın cibindən cibindən bir ədəd bükülünü çıxarıb təqdim edərək, həmin bükülüdə “kakos” dediyi narkotik maddə olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin narkotik maddəni internetdə tanış olduğu adım bilmədiyi İran İslam Respublikası vətəndaşının vasitəçiliyi ilə bir neçə gün əvvəl əldə etdiyini, həmin şəxsin ona zəng edərək ona göndərdiyi narkotik maddələrin Zığ-Hövsan yolunun sağ kənarında yol nişanının altına qoyulduğunu ona bildirdiyini və özü həmin yerə gedərək həmin narkotiki götürüb yaşadığı evə apardığını, həmin narkotik maddədən bir büküm kokosu istifadəsi üçün öz üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm açıldıqda onun içərisində spesifik iyli narkotik vasitə olan heroinə oxşar maddənin olduğunu görmüşlər. Həmin vaxt videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə olan həmin büküm bir ədəd zərfə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə təhqiqatçısı Yusif Mənsimov tərəfindən protokol tərtib olunaraq onlara ucadan oxunmuş, onlar özləri, həmçinin Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Bundan sonra onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində olan 8 saylı uşaq bağçasında yerləşən mənzilə getmişlər. Orada videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs evin dəhlizindən asılmış kostyum torbasının içərisindən sellofan torbanı çıxarıb narkotik maddələri orada saxladığım bildirərək onlara təqdim etmişdir. Həmin sellofan torbanın içərisində üç ədəd sellofan bükümlərin içərisində narkotik vasitə olan heroin və həmçinin psixotrop maddə olan metafetaminə oxşar maddələrin olduğu aşkar olunmuşdur. Həmin bükümlər və həmçinin həmin sellofan torbanın içərisindən aşkar edilmiş bir ədəd kiçik elektron tərəzi qablaşdırılıb möhürlənib götürülmüşdür. Bu barədə təhqiqatçısı Yusif Mənsimov tərəfindən protokol tərtib olunaraq onlara ucadan oxunmuş, bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi heç bir etiraz bildirmədən həmin protokolu da imzalamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən dövriyyəsi qadağan edilmiş hər-hansı bir başqa maddə və ya əşya aşkar olunmamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onun üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə olan heroini və həmçinin psixotrop maddə olan metafetamini şəxsiyyəti barədə məlumatı olmadığı, yalnız telefon əlaqəsi saxladığı İİR-nın vətəndaşının onun ona göndərdiyini, həmin şəxsin ona göndərdiyi narkotik vasitələrin bir qismini öz istifadəsi üçün saxlamasını, qalan hissəsini isə sonradan ona deyəcəyi yerlərə aparıb qoymasını və həmin yerin fotoşəkilini ona göndərməli olduğunu ona dediyini bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etmiş olduğu həmin narkotik vasitə heroinin və psixotrop maddə olan metafetaminin mənbəyinin müəyyən edilməsi və həmin cinayət əməlinə aidiyyəti olan digər şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün onlar tərəfindən lazım olan müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu, yəni narkotik maddələr əldə edərək daşıyıb saxladığı və narkoman olmaqla bu kimi maddələrdən istifadə etdiyi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə də məşğul olması barədə onlarda əməliyyat məlumatı olmuş, lakin konkret olaraq kiməsə narkotik maddə satdığı barədə məlumat əldə olunmamışdar. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsindən görünür ki, Şahid3 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək, Təqsirləndirilən şəxs yaxalanması ilə bağlı əməliyyat tədbirinin keçirilməsində iştirak etdiyi, sonuncunun yuxarıda qeyd edilən şəraitdə və vaxta onlar tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 33-cü PB-nə aparıldığı, orada dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun üzərindən bir bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq qablaşdırılıb möhürlənib götürüldüyü, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə videoçəkiliş aparılmaqla keçirilmiş baxış zamanı onun yaşadığı evin dəhlizində asılmış kostyum torbasının içərisindən üç ədəd sellofan bükümlərdə narkotik vasitə olan heroin və həmçinin psixotrop maddə olan metafetaminə oxşar maddələrin, həmçinin bir ədəd elektron tərəzi aşkar olunaraq qablaşdırılıb möhürlənib götürüldüyünü və bu barədə tərtib olunmuş protokolların bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən də imzalandığını göstərmişdir. (iş vər. 121-124). Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işi başlama və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin cinayət işi Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı Y.İ.Mənsimov tərəfindən Təqsirləndirilən şəxs barəsində toplanmış NK-1 № 743 saylı material əsasında onun üzərindən və yaşadığı evdən külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin aşkar olunaraq götürülməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanıb icraata qəbul olunaraq iş üzrə ilkin ibtidai istintaq aparılmışdır. (cild 01, iş vər. 1) Azərbaycan Respublikası DİN Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 həmin PB-nin rəhbərliyinə verilmiş xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, həmin raportla Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi ev 1 ünvanın qarşısında 8 saylı uşaq bağçasında yaşayan Tofiq adlı şəxsin psixotrop maddələrin əldə edilməsi, saxlanılması və istifadəsi barədə əməliyyat yolu ilə daxil olmuş məlumatı yoxlamaq məqsədilə əməliyyat qrupunun təşkil olunmasına və “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tədbirlərin keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. (cild 1, iş vər. 03) Azərbaycan Respublikası DİN Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 həmin PB-nin rəhbərliyinə verilmiş xx xxxxxx 2020-ci il tarixli raportundan görünür ki, həmin raportla Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi ev 1 ünvanın qarşısında 8 saylı uşaq bağçasında yaşayan Tofiq adlı şəxsin psixotrop maddələrin əldə edilməsi, saxlanılması və istifadəsi barədə əməliyyat yolu ilə daxil olmuş məlumatı yoxlamaq məqsədilə təşkil olunmuş əməliyyat qrupunun üzvləri ilə birlikdə xx xxxxxx 2020-ci il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 21 saylı bina yaxınlığında olan 8 saylı uşaq bağçasının qarşısında “Tofiq “ adlı şəxs saxlanılaraq 33-cü PB-nə gətirilmiş və həmin şəxsin şəxsiyyəti müəyyən olunaraq onun xx xxxx 1969-cu ildə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olduğu müəyyən olunduğu və onun barəsində müvafiq tədbir görülməsi üçün aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. (iş vər 4). “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN Suraxanı RPİ-nin 33-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 tərəfindən “Tofiq” adlı şəxsin şəxsiyyətinin, psixotrop maddəni əldə edə biləcəyi və saxlayacağı ehtimal olunan yerləri müəyyənləşdirmək məqsədilə ƏAF Qanununun 10-cu maddəsinin 1-ci hissəsinin 1 və 2-ci bəndində nəzərdə tutulmuş tədbirlər keçirilməsi, “Tofiq” adlı şəxsin olduğu yerin müəyyən edildikdən sonra tədbir zamanı şəraitdən asılı olaraq ƏAF haqqında Qanunun 10-cu maddəsinin 1-ci hissəsini və 9-cu bəndini rəhbər tutaraq müşahidə aparılması, keçiriləcək tədbir zamanı zərurət yarandığı halda ƏAF haqqında qanunda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edərək qanunvericilik çərçivəsində tədbirlərin davam etdirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 06) “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı X9 tərəfindən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 15-10 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutmuşdur. (cild 01, iş vər. 22) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı X9 tərəfindən Azərbaycan Respublikası DİN-in BNMİ-nin baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və həmçinin müdafiəçi X10 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasında videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ cibindən 1 ədəd “Redmi 6A" markalı və 1 ədəd “Huawei” markalı mobil telefon, sol cibindən 1 ədəd alışqan, 01 ədəd şəffaf sellofana bükülmüş büküm çıxarıb təqdim edərək bildirdi ki, 1 ədəd sellofana bükülmüş maddə “kakos” kimi tanıdığı narkotik vasitədir. Həmin maddəni internetdə tanış olduğu adım bilmədiyi İran İslam Respublikası vətəndaşı Zığ-Hövsan yolunun sağ kənarında yol nişanın altına qoyduğunu və oradan götürdüyünü bildirmiş, öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “33-cü PB-nin” möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd alışqan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığından sahibinə qaytarılmış, 1 ədəd “Redmi 6A” markalı və 1 ədəd “Huawei" markalı mobil telefon aparatları isə üzərindəki sim-kartla birlikdə araşdırma üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində xx xxxxxx 2020ci il tarixdə, saat 15:20-dən saat 16:10-dək aparılmış, istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol imzalarla təsdiq edilmişdir. (cild 01, iş vər. 31-32) Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə Suraxanı RPİ-nin 33-cü PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən səlahiyyətli şəxsinə müraciət edərək, yaşadığı evdə saxladığı narkotik vasitələrin evinə baxış keçirilməklə polis əməkdaşları tərəfindən götürülməsinə heç bir etiraz etmədiyini bildirmişdir. (cild 01, iş vər. 83-84) “Baxış keçirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 16:40-17:10 radələrinədək Bakı şəhəri Suraxanı RPİ-nin 33cü PB-nin təhqiqatçısı X9 tərəfindən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi 8 saylı uşaq bağçasındakı mənzilə videoçəkilişdən istifadə edilməklə, Təqsirləndirilən şəxs əvvəlcədən alınmış razılıq ərizəsi əsasında keçirilmişdir. Baxış zamanı həmin ünvanın uşaq bağçasının yeməkxana üçün nəzərdə tutulmuş hissəsi olduğu, Təqsirləndirilən şəxs məcburi köçkün kimi həmin mənzildə məskunlaşmış olması, mənzilin giriş hissəsinin dəmir qapıdan olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dəmir qapını açarla açıb mənzilə daxil olmuş, mənzilin girişində 2 metr uzunluğunda, 1 metr enində koridor (dəhliz) olduğu, koridorun sağ tərəfində divarda yerdən 2 metr hündürlükdə asılqan asıldığı, həmin asılqandan kişi şalvarları, kişi köynəyi, kostyum torbası və taxta mişarın asılmış olduğu aşkarlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs kostyum torbasının içərisindən ağ sellofan torbanı çıxarıb narkotik vasitələri orada saxladığını bildirmiş və ağ sellofan torbanın içərisində üç ədəd fərqli şəffaf sellofan bükümləri təqdim etmişdir. Həmin bükümlərdən ikisinin içərisində qəhvəyi rəngli, spesifik iyisi olan maddə, 3-cü bükümdə isə içərisində ağ rəngli kristal formada maddə olduğu müəyyənləşdirilmiş və bundan başqa həmin kostyum torbasının içərisində boz rəngli üzərində markası oxunmayan elektron tərəzi də olduğu aşkarlanmışdır. Mənzilə keçirilmiş baxışın davamında mənzilin qapı ilə üzbəüz divarında masa qoyulduğu, masanın üzərində iki ədəd stəkan, qəndqabı, 2 ədəd plastmas su qabı, çörək qabı olduğu, masadan sağ tərəfdə çarpayı olduğu, çarpayının üzərində döşək və ədyal olduğu, sağ tərəfdə 5 ədəd sürməsi olan şkaf olduğu müəyyən edilmişdir. Sürmələrə baxış zamanı orada müxtəlif dərman vasitələri, istifadə olunmamış iynələr, şəkil albomu olduğu müəyyənləşdirilmişdir. Mənzilə keçirilən baxışın davamında həmin otağın künc tərəfindən digər otağa keçid olduğu, həmin otaqda yataq dəsti olmaqla, otağın girişində sol tərəfində paltar şkafı olduğu və paltar şkafından qara rəngli kişi gödəkçələrinin asıldığı müəyyən edilmişdir. Mənzilə baxış zamanı mənzilin digər yerlərindən Təqsirləndirilən şəxs narkotik vasitə kimi təqdim etdiyi maddələrdən başqa iş üçün əhəmiyyət kəsb edən digər narkotik vasitə, psixotrop maddə, silah, sursat, sənəd və qiymətli əşya aşkar edilməmişdir. Mənzildən aşkar edilmiş üç ədəd sellofan bükümdə narkotik vasitəyə oxşar maddələr qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «33-cü Polis Bölməsi» möhürü ilə möhürlənərək götürülmüş, baxış yağışsız, quru hava şəraitində, gündüz vaxtı, təbii işıqda aparılmış, baxış zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi qeyd olunmuşdur. (cild 01, iş vər 36-37). Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 6/1519 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı RPİ 33-cü Polis Bölməsi» dairəvi möhür əksi olan üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut" sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə və üzərində adlar və imzalar qeyd edilmiş yapışqan lentlə bağlanmış bir ədəd bağlamada qablaşdırılmış üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 88,5 qram, 119,7 qram, 2,057 qram, ümumilikdə təmiz çəkisi 210,57 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində adlar və imzalar qeyd edilmiş yapışqan lentlə bağlanmış bir ədəd bağlamada bir ədəd bükümdə təmiz çəkisi 90,4 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. (cild 01, iş vər. 45-48). “Cinayət əməlinin tövsif edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (cild 01, iş vər. 62- 63) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-180/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 88-89) “Diskə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X5 həmin protokolu tərtib etmişdir ondan ötrü ki, xx.xx.2020-ci il tarixdə saat 15:20-16:10 aralığında Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı X9 tərəfindən DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid4, iştirakçılar Təqsirləndirilən şəxs və müdafiəçi X10 iştirakı ilə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan "Şəxsi axtarış və götürmə barədə” xx xxxxxx 2020-ci il tarixli qərara əsasən Suraxanı RPİnin 33-cü PB-nin inzibati binasında video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs qara rəngli idman şalvarının sol yan cibindən külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 2,057 qram olan qəhvəyi rəngli Kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmçinin xx.xx.2020-ci il tarixdə saat 16:40-17:10 aralığında Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı X9 tərəfindən DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi 8 saylı uşaq bağçasındakı mənzildə narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan "Baxış keçirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi 8 saylı uşaq bağçasındakı mənzilin dəhlizinin sağ tərəfində divardan asılmış asılqanda kostyum torbasının içərisində olan ağ sellofan torbadan qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda 02 (iki) ədəd bükümdə təmiz çəkisi 88,5 qram və 119,7 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 90,4 qram olan ağ rəngli kristallik, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, həmçinin 01 ədəd boz rəngli elektron tərəzi götürülmüş, təhqiqatçı tərəfindən şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman video çəkiliş aparılmış, həmin görüntü diskə qeyd olunaraq İŞ-nə təqdim olunmuşdur. (cild 01. iş vər 102-103) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 119-120). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 5(010)-160/2020 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan (055)-842-40-87 və (077)-305-88-02 GSM nömrələrə xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci ilədək daxil olan və həmin abonentdən çıxan zənglərdən çıxarışları, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatları, daxil olan və göndərilən “SMS” mətnləri, həmçinin ötürücü antenalar cədvəlin “Bakcell” və “xxxx” MMC-dən götürülməsi qərara alınmışdır. (cild 01, iş vər. 134) Azərbaycan Respublikası Ağdam rayon İcra hakimiyyəti Ağdam şəhər inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam şəhəri, Ü.Hacıbəyov 24 nömrəli ünvanda pasport qeydiyyatındadır, məcburi köçkün kimi Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində yerləşən 8 saylı uşaq bağçasının məskunlaşıb. Təqsirləndirilən şəxs haqqında Ağdam rayon İcra Hakimiyyəti başçısının Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. (cild 01, iş vər 140) “Diskə baxış keçirilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Y.Ə.Məmmədov tərəfindən həmin cinayət işi üzrə müvafiq məhkəmə qərarı əsasında «xxxx» MMC-dən istintaqa təqdim edilməklə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil mobil telefon üzrə daxil olan və çıxan zənglər, həmçinin SMS mətnlərinə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır. (cild 01, iş vər. 149) “Mobil telefona baxış keçirilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin İŞnin müstəntiqi Y.Ə.Məmmədov tərəfindən həmin cinayət işi üzrə Bakı şəhəri Suraxanı RPİnin 33-cü PB-nin təhqiqatçısı Yusif Mənsimovun «Şəxsi axtarış və götürmə aparılması barədə» xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs götürülmüş «Huawei» markalı **********42494 İMEİ kodlu mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, “WhatsApp" sosial şəbəkə bölməsində şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə məxsus +994-55-893-53-93 saylı, +994-77-209-99-94 saylı və +994-55- 754-01-41 saylı mobil nömrələr ilə qeydiyyatda olan hesablar ilə danışıqlarda iş üzrə əhəmiyyət kəsb etməklə, xx xxxx 2020-ci il tarixdə, saat 06:12-də Təqsirləndirilən şəxs məxsus "WhatsApp'' sosial şəbəkəsi hesabına +994-55-893-53-93 saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən mesajda “Qadan alım çet lazımdı mene» məzmunda, xx xxxx 2020-ci il tarixdə saat 08:52-də Təqsirləndirilən şəxs məxsus “WhatsApp” sosial şəbəkəsi hesabından +994 77 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesaba göndərilən səsli mesajda deyilir: “ Onu ele bilki çəkdə videosunu çək göndər belə bilinmirhaa baxımda bir dəqiqə”, xx xxxx 2020-ci il tarixdə saat 08:58-də Təqsirləndirilən şəxs məxsus “WhatsApp" sosial şəbəkəsi hesabına +994 77 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən səsli mesajda deyilir: “Tofiq belə qaqam videonu deyəndi ki mənim qardaşım elə fal falqada görsənir də nətər olduğu da belədiki götürüb gəlirəm də ora belə təmiz nəsə bir şey varsa verək qardaşlara da yox heçnə də bunu götürüb gəlirəm dala ”, xx xxxx 2020-ci il tarixdə saat 08:59-da Təqsirləndirilən şəxs məxsus ‘WhatsApp” sosial şəbəkəsi hesabından +994 77 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesaba göndərilən səsli mesajda deyilir: “Qaqa istəyirsən gətirginən baxaq da görək varsa dəyişərik olsa bir görək neynirik maa gətizdirmişdi azca cüzi şey var köfləmə indi xoşunuza gəlmirsə prablem döyül gətir dəyişərik nətər istiyərsən elə eləyərik”, xx xxxx 2020-ci il tarixdə saat 09:58-də Təqsirləndirilən şəxs məxsus “WhatsApp" sosial şəbəkəsi hesabına +994 55 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən mesajda yazılır: “Qaqana 10 manattix kola denen gatsin 10 manatta borcum var onuda verəcəm”. Təqsirləndirilən şəxs məxsus “WhatsApp” sosial şəbəkə hesabında +994 77 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatda olan hesab ilə danışıqlara nəzər saldıqda iş üzrə əhəmiyyət kəsb edən 04 ədəd şəkil aşkar edilmişdir. Həmin 04 ədəd şəklin ekran görüntüsü Təqsirləndirilən şəxs məxsus “Huawei" markalı **********42494 İMEİ kodlu mobil telefonla çəkilmiş və protokola əlavə edilmişdir. (cild 01, iş vər. 150-155) “Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, «Şəxsi axtarış və götürmə aparılması barədə» xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs götürülmüş «Huawei» markalı **********42494 İMEİ kodlu mobil telefon maddi sübut kimi tanınmışdır. (cild 01, iş vər. 165-157) “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotoşəkildən görünür ki, xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı Yusif Mənsimovun “Şəxsi axtarış və götürmə aparılması barədə" qərarı ilə Təqsirləndirilən şəxs götürülmüş "Redmi 6A" markalı **********23229 İMEİ kodlu mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, “WhatsApp" sosial şəbəkə bölməsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsə məxsus +98 901 *** **** saylı mobil nömrə ilə qeydiyyatda olan hesab ilə iş üzrə sübut əhəmiyyəti kəsb edən xx xxxxxx 2020-ci il tarixdə saat 22:53-də Təqsirləndirilən şəxs məxsus "WhatsApp'' sosial şəbəkəsi hesabına +98 901 *** **** saylı mobil nömrə ilə qeydiyyatda olan hesabdan göndərilən səsli mesajda deyilir: “Qardaş Naxçıvanskidən üzü aeroport istiqamətinə gedəndə yolun sağında Hovsan min metr yazısı olan pılakat var pılakatın dəmirinin altında olacaq üç yüz dənə kola” xx xxxxxx 2020-ci il tarixdə saat 23:37-də Təqsirləndirilən şəxs məxsus "WhatsApp" sosial şəbəkəsi hesabından +98 901 *** **** saylı mobil nömrə ilə qeydiyyatda olan hesaba göndərilən səsli mesajda deyilir: “ Mən deyirəm mesaj mesaj gəlib çatmadı deyəsən gəlib şey çatdım üş yüz dənə o şeydən idi torpağ idi " kimi səsli danışıqlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs məxsus “WhatsApp" sosial şəbəkəsi hesabında +98 901 872 2341 saylı mobil nömrə ilə qeydiyyatda olan hesab ilə danışıqlara nəzər saldıqda iş üzrə əhəmiyyət kəsb edən 01 ədəd şəkil aşkar edilmişdir. Həmin 01 ədəd şəklin ekran görüntüsü Təqsirləndirilən şəxs məxsus "Redmi 6A" markalı **********23229 İMEİ kodlu mobil telefonla çəkilmişdir. (cild 01, iş vər. 159-163) “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı Yusif Mənsimovun “Şəxsi axtarış və götürmə aparılması barədə" qərarı ilə Təqsirləndirilən şəxs götürülmüş "Redmi 6A" markalı **********23229 İMEİ kodlu mobil telefon iş üzrə maddi sübut kimi tanınmışdır. (cild 01, iş vər. 161-162) Məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxxxxx 2020-ci il tarixli 6/1765 nömrəli rəydə qeyd edilmişdir ki. tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65" dairəvi möhür əksləri olan MEM-ə məxsus bir ədəd kağız paketə qablaşdırılmış üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut” sözləri qeyd edilmiş bir ədəd üzərində bir ədəd yapışqan lentlə bağlanmış bağlamada olan üç ədəd bükümdə ümumi təmiz çəkisi 210,45 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Digər üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №45” dairəvi möhür əksi olan və “200100422 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş elektron tərəzi” sözləri qeyd edilmiş bir ədəd zərfdə olan elektron tərəzidə heroinin izləri xardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün olmadı və 6/1519 nömrəli ekspert rəyində göstərilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş heroinlər ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. (cild 01, iş vər. 169-172) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2783 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 175-177) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yeni məzmunda Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilməsi və ona həmin maddə ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilməsinin nəzərə alınması, xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış yə götürmə barədə protokol, xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi barədə protokol, “Tofiq 234.1” yazısı olan “CD” diskə baxış keçirilməsi haqqında protokol, Təqsirləndirilən şəxs götürülmüş “Huawei” markalı **********42494 İMEİ kodlu, “Redmi 6A” markalı **********23229 İMEİ kodlu mobil telefonlara baxış keçirilməsi haqqında protokolların cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, iş üzrə təmiz çəkisi ümumilikdə 210.57 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi ümumilikdə 90.4 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, həmçinin 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınsın və ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 210.36 qram olan narkotik vasitə heroin, 90.35 qram olan psixotrop maddə metafetamin, həmçinin 01 ədəd elektron tərəzi təqsirləndirilən şəxs və onun müdafiəçisi tanış olduqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilməsi, iş üzrə maddi sübut qismində tanınmış “Huawei” markalı **********42494 İMEİ kodlu,, “Redmi 6A” markalı **********23229 İMEİ kodlu mobil telefonların təqsirləndirilən şəxs və onun müdafiəçisi tanış olduqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi təmiz çəkisi ümumilikdə 210,57 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi ümumilikdə 90.4 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi narkotik vasitə heroin və psixotrop maddə metafetamini aldığı naməlum şəxsin ayrılmış cinayət işinin istintaqı zamanı müəyyən edilərək əməlinə hüquqi qiymət verilməsi, xx xxxxxx 2020-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs götürülmüş “Huawei” və "Redmi 6A” markalı mobil telefonlarda qeyd edilən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair yazılı mesajlar, şəkillər və səsli danışıqlar göndərmiş şəxslər ayrılmış cinayət işinin istintaqı zamanı müəyyən edilərək əməllərinə hüquqi qiymət verilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilməsi, qəbul edilmiş qərar və toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. (cild 01, iş vər 217-228) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin Bakı şəhər Suraxanı rayon sektoru tərəfindən verilmiş 343 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X13 həqiqətən Ağdam rayonundan məcburi köçkündür və Suraxanı rayonu, Yeni Günəşli “V” y/s 32 saylı UYİ Mərkəzində müvəqqəti məskunlaşmışdır. X13 qeyd edilən ünvanda tək yaşayır və xx.xx.2020-ci il tarixədək oğlu Təqsirləndirilən şəxs himayəsində yaşamışdır. İş materiallarına əlavə edilmiş NZ № ******* xidmət-uçot kartoçkasının kserosurətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Ağdam Rayon Hərbi Komissarlığının çağırışı əsasında H/H31519 saylı hərbi hissədə xidmət edib. İş materiallarına əlavə edilmiş X14 məxsus AZ97718 nömrəli xx xxxxxx 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X20 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, ölüm səbəbi kimi qocalıq göstərilmişdir. İş materiallarına əlavə edilmiş X6 məxsus AZ657567 nömrəli xx xxxxxx 2014-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs yoldaşı X8 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarına aəlavə edilmiş X16 məxsus AZ93249 nömrəli xx xxxxxx 2018-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X24 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş X17 məxsus AZ938550 nömrəli xx xxxx 2014-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs bacısı X25 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş X15 məxsus Ağdam rayon VVAQ Şöbəsi tərəfindən AZ97444 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X21 vardır. Məhkəmə iclasında kompyuter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokol və “Baxış keçirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokolda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün məhkəmə iclasında verdiyi mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmin hərəkətləri özündə əyani olaraq əks etdirən videogörüntülər, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə həmin tövsiyələri və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun qismən etiraf edici ifadələri, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkarlanıb götürülmüş iki növdə narkotik vasitə və psixotrop maddələr, yaşadığı evdən bir ədəd üzərində narkotik vasitə hissəcikləri olan elektron tərəzi aşkar edildiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına əsaslı şübhələr olduğuna dəlalət edən istifadəsində olan mobil telefon nömrəsi ilə apardığı və cinayət işi materiallarına çıxarış şəklində əlavə edilmiş sms yazışmalarına dair məlumatları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs satış məqsədi ilə heç bir miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmədiyini, saxlamadığı və daşımadığını bildirsə də, verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs 50-dən çox yaşının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini qismən etiraf edib peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxs ilk dəfə qəsdən ağır cinayət əməlini törətdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu qeyd olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar,- Suraxanı RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 210,36 (iki yüz on tam yüzdə otuz altı) qram olan narkotik vasitə heroin, 90,35 (doxsan tam yüzdə otuz beş) qram olan psixotrop maddə metafetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, "Huawei” markalı **********42494 İMEİ kodlu, "Redmi 6A" markalı **********23229 İMEİ kodlu mobil telefonlar təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılmalı, iş materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar,- Suraxanı RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi,- 210,36 (iki yüz on tam yüzdə otuz altı) qram olan narkotik vasitə heroin, 90,35 (doxsan tam yüzdə otuz beş) qram olan psixotrop maddə metafetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, "Huawei” markalı **********42494 İMEİ kodlu, "Redmi 6A" markalı **********23229 İMEİ kodlu mobil telefonlar təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın, iş materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-517/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-517/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver