Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-517/2022 09.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X24 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X2 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxx 1988-ci il tarixdə Laçın rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Laçın şəhəri, N.Nərimanov küçəsi ev 75-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, ev 113-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.4 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan ünvan 1 ünvanında yerləşən mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə mənzilə daxil olmaqla onun mənzil toxunulmazlığı hüququnu pozmuş və Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etməklə və belə zorun tətbiq edilməsi hədəsi ilə köməksiz vəziyyətindən istifadə edərək sağlamlığına ağır zərər vurma hədəsi ilə onu zorlamağa cəhd etmişdir. Belə ki, o, 22 iyun 2021-ci il tarixdə saat 8:55 radələrində Zərərçəkmiş şəxs ilə zor tətbiq etməklə cinsi əlaqədə olmaq məqsədi ilə əvvəlcədən özü ilə çəngəl və dırnaq təmizləyən alət götürərək sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilin giriş qapısının kilidinin açıq olmasından istifadə edib Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan orada yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə mənzilə daxil olub mənzil toxunulmazlığı hüququnu pozaraq giriş qapısının sol tərəfində yerləşən yataq otağında çarpayıda uzanıb yatan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə zorla cinsi əlaqədə olmaq üçün şalvarının zəncirbəndini açıb gərginləşmiş vəziyyətdə olan cinsi orqanını çıxararaq əvvəlcədən özü ilə gətirdiyi çəngəl və dırnaq təmizləyən aləti hər iki əlində tutub çarpayıda uzanıb yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs yaxınlaşarkən, sonuncu onun hərəkətlərindən oyandıqda əllərində tutduğu çəngəl və dırnaq təmizləyən aləti istifadə edib real olaraq və dərhal icra ediləcəyi əsaslarla sağlamlığına ağır zərər vurma hədəsi ilə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq niyyətini bildirdikdə sonuncu qışqırmaq istəyərkən sağ əlində tutduğu aləti sol əlinə keçirməklə sağ əli ilə zor tətbiq etməklə Zərərçəkmiş şəxs ağzını yumaraq köməyə çağırma imkanının qarşısını almış, sonuncu çarpayıdan qalxmaq istəyərkən zorakı hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün sağ əli ilə sonuncunun sol qolundan tutub sıxmaqla sol bazunun arxa-iç səthinin hematoması, sol saidin ön-iç səthinin qançırları, sol əlin İ-İİ barmaqlararası nahiyəsinin sıyrığı ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, lakin Zərərçəkmiş şəxs qışqıraraq digər şəxsləri köməyə çağırıb onun qarın nahiyəsindən təpiklə vurmaqla özündən kənarlaşdırıb aktiv müqavimət göstərməsi ilə əlaqədar Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə və sağlamlığına ağır zərər vurma hədəsi ilə köməksiz vəziyyətindən istifadə edib cinsi əlaqədə olmağa yönəlmiş niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək ifşa olunmaması üçün hadisə yerindən qaçmaqla Zərərçəkmiş şəxs sağlamlığına ağır zərərvurma hədəsi ilə zorlamaga cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.4 və 157.1-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 iyun 2021-ci il tarixdə saat 12 radələrində Bərdə şəhərindən Bakı şəhərinə gəlib qeyri-rəsmi yaşadığı Şahid3 adlı qadının evində təxminən 3 gün qalmışdır. Ət mağazası olduğu üçün 22 iyun 2021-ci il tarixdə Bərdə rayonundan Bakıdakı mağazası üçün ət göndərilməli olmuşdur. Buna görə də saat 5:40 radələrində Hövsan qəsəbəsindən Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığına taksi ilə gəlib həmin yerdə olan zaman piyada Nizami rayonu, R.Rüstəmov küçəsi ev 62 ünvanına gələrək binanın qarşısında besetkada oturub gözləmişdir. Təxminən 10 dəqiqə sonra əyləşdiyi besetkanm yaxınlığına üzərində 2462 nömrəsi yazılmış PPX avtomobili yaxınlaşmışdır. Həmin PPX avtomobilinin dövlət qeydiyyat nişanı 559 və ya 558 olmuşdur. PPX-ya məxsus avtomobildən düşən polis əməkdaşı ona yaxınlaşaraq tibbi maskadan nə üçün istifadə etmədiyini, nəyə görə orada dayandığını və üzərində nə oduğunu soruşmuşdur. O isə polis əməkdaşına işi ilə əlaqədar həmin ünvanda olduğunu və 8-ci km bazarının saat 9-da açılması səbəbi ilə gözlədiyini bildirdikdən sonra polis əməkdaşı üzərini əli ilə yoxlamağa başlamışdır. Həmin polis əməkdaşına 7 manat məbləğdə pul vəsaiti verdikdən sonra çıxıb getmişdir. Bundan təxminən 10 dəqiqə sonra digər polis maşınının onun olduğu istiqamətə gəldiyini gördükdə yenidən polis əməkdaşlarının ondan tibbi maskadan nə üçün istifadə etmədiyini soruşacaqlarından ehtiyat edib ətrafdakı binanın blok hissəsinə daxil olmuşdur. Həmin vaxt məqsədi polis əməkdaşlarından gizlənmək olmuşdur. Həmin gün əlində içərisində əşyaları olan çanta olmuşdur. Bloka daxil olduqdan sonra binanın ikinci mərtəbəsinə qalxaraq blokun pəncərəsindən binanın həyətinə baxmış və həyətdə heç bir şey görmədikdə təxminən bir-iki dəqiqədən sonra yenidən birinci mərtəbəyə düşmüşdür. Birinci mərtəbədə olarkən polis əməkdaşlarının avtomobilinin səsini eşitmiş və avtomobilin getdiyinə əmin olduqdan sonra həyətə çıxaraq əvvəl oturduğu besetkaya tərəf getmişdir. Besetkada olarkən oradakı çörək qırıntılarını göyərçinlərə və pişiyə atdıqdan sonra yaxınlıqda olan mağazaya gedib siqaret və su almış və yenidən həmin besetkaya qayıtmışdır. Üzərində olan köynək ağ olduğuna görə bazarda iş görən zaman çirklənməməsi üçün həmin köynəyi sellafon torbanın içərisindəki digər köynəklə dəyişmiş və üzərindən çıxardığı köynəyi yenidən sellafon torbaya qoymuşdur. Bir neçə dəqiqədən sonra yenidən mağazaya gedib bir ədəd 2 manatlıq nar, bir ədəd 3 manatlıq sim kontur və bir ədəd də su alaraq həmin besetkaya qayıtmışdır. Besetkada oturduqdan sonra həmin blokdan təxminən 1 metr 60 sm hündürlüyündə, təxminən 40 yaşlı, üzərində göy rəngli cins şalvar, tünd qəhvəyi rəngli köynək olan və üzü saqqallı kişinin çıxdığını görmüşdür. Həmin şəxs yaxınlaşaraq ondan siqaret istədikdə ona 3 ədəd siqaret vernişdir. Həmin şəxs ondan uzaqlaşaraq yenidən bloka daxil olmuşdur. Təxminən 5-10 dəqiqə keçdikdən sonra yenidən həmin bloka daxil olub əlində olan sellafon torbanı blokun giriş qapısının sol hissəsindəki iki daşın arasına qoyaraq oradan uzaqlaşmışdır. Bu zaman özünə məxsus mobil telefon vasitəsilə adını “Cuku” kimi qeyd etdiyi şəxsə işi ilə bağlı zəng edərək ət almaq istədiyini bildirdikdə həmin şəxs kəsimin olmadığını demişdir. “Cuku” adlı şəxslə təxminən 30 saniyə danışmışdır. Bundan sonra 8-ci km bazarında işləyən Abdulla adlı şəxsə zəng vuraraq ona ətin olmadığını bildirmək istədikdə həmin şəxsin mobil telefonuna zəng çatmadığını görüb bazara getmişdir. Bazarda təxminən 20-25 dəqiqə bazarlıq edib tanışı Samirə adlı şəxsin yaşadığı Hövsan qəsəbəsində yerləşən mənzilə getmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, yalnız saxlanıldığı gün görmüşdür. Nizami RPİ-nin 24-cü PŞ-də sonuncuya seksual xarakterli hərəkətlər etməyi deyilmişdir. Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməyi və Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmaq istəməyi barədə Zərərçəkmiş şəxs bildirdikləri tam şər və böhtandır və yaxud Zərərçəkmiş şəxs onu kiminləsə səhv salır. Nizami RPİ-nm 24-cü PŞ-nə gətirildikdən sonra orada döyülmüş və ona qarşı fiziki və psixi təsir göstərilmişdir. Həftədə 1-2 dəfə Bərdə rayonuna getsə də, əsasən, Bakıda olmuşdur. Bakıda olduğu zaman qeyri-rəsmi münasibətdə yaşadığı Samirə adlı qadının evində qalmışdır. Tutulmazdan əvvəl istifadəsində ********** və ********** mobil nömrələri olmuşdur. Nizami rayonu, R.Rüstəmov küçəsi ev 62 ünvanının qarşısında ətin gətirilməsini gözləmişdir. Əti ona Elməddin adlı şəxs göndərməli olmuşdur. Elməddin ilə 5-6 il alış-veriş etmişdir. Elməddin pul verilmədiyi üçün əti göndərmədiyini demişdir. O, ətin pulunu Vüqara vermişdir. Vüqar onun telefon zənglərinə cavab verməmişdir. Nizami rayonu, R.Rüstəmov küçəsi ev 62 ünvanının qarşısında “VAZ 2106” markalı avtomobili görmüşdür. Həmin avtomobilin Vüqara məxsus olduğunu düşündüyü üçün binanın ətrafında gözləməyə davam etmişdir. Binanın 3-cü mərtəbəsində polis avtomobilinin binanın qarşısından getməsini gözləmişdir. Üzərimdəki ağ köynəyi bazarda işləyən zaman çirklənməməsi üçün dəyişmişdir. Köynəyi başqa binanın həyətindəki besetkada dəyişmişdir. İkinci dəfə geyindiyi köynək qara rəngli olmuşdur. Həmin gün təxminən saat 11:00-dək binanın ətrafında ətin gətirilməsini gözləmişdir. Gözlədikdən sonra bazarlıq etmək və borcunu ödəmək üçün 8-ci km bazarına getmişdir. Bazardan çıxdıqdan sonra Hövsana, Samirə adlı qadının evinə getmişdir. Vüqarı tapmaq və ətin gəlməsini gözləmək üçün besetkada gözləmişdir. Binada gözləyən zaman heç bir mənzilə daxil olmamışdır. Binadan çıxan zaman tələsməmişd və 8-ci km bazarına getmişdir. 8-ci km bazarından taksi ilə Samirə xanımın evinə getmiş və saat təxminən 18:00-dək Samirənin evində olmuşdur. Samirə xanımın evindən çıxdıqdan sonra Hövsanda qardaşının işlədiyi yerə getmiş və axsam saat 9-dək qardaşının yanında olmuşdur. X17 xanımın kirayədə yaşadığı evinə getmiş və gecəni orada qalmışdır. Şahid2 bir həyətdə iki evi olduğundan evin birini ona kirayə vermişdir. Samirə Xaqani ilə birlikdə yaşamışdır. 23 iyun 2021-ci il tarixində səhər saatlarında 8-ci km bazarına gəlmişdir. Qardaşım saat səhər 10 radələrində zəng edərək polis əməkdaşlarının onu axtardığını bildirmişdir. Qardaşıma 8-ci km bazarında olduğunu dedikdən sonra polis əməkdaşları bazara gəlmişlər. Onu zərərçəkmiş şəxsə təqdim etdikləri zaman tək olmuş, zərərçəkmiş şəxs onu gördükdə özünə qarşı cinayət törədən şəxsin ona oxşadığını demişdir. Bakı şəhərində Hövsanda yaşamışdır. 22 iyun 2021-ci il tarixində gecə saatlarında Hövsanda olmuşdur. Həmin gün səhər saat təxminən 6 radələrində 8-ci km bazarına gəlmişdir. Ət mağazasında tək işləmişdir. 22 iyun tarixində ona ət göndərilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.4 və 157.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməməsinə baxmayaraq onun həmin cinayət əməllərini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xəqani Həsənli ilə ailəlidir, ünvan 2 ünvanında yerləşən 48 nömrəli mənzildə qayınatası X7, qayınanası X10, övladları 2013-cü il təvəllüdlü Fatimə Həsənli, 2014-cü il təvəllüdlü Mehdi Həsənli və 2019-cu il təvəllüdlü Asya Həsənli və həyat yoldaşı Xəqani Həsənli ilə birlikdə yaşayır. 22 iyun 2021-ci il tarixdə səhər saat 8:45 radələrində yaşadığı mənzilin giriş qapısının sol tərəfində olan yataq otağında o, çarpayıda yanında azyaşlı övladı Asya ilə birlikdə, digər övladları Fatimə və Mehdi isə digər yataq otağında yatmışlar. O, qəfil eşitdiyi ayaq səslərinə yuxudan oyanıb gözlərini açdıqda çarpayının yanında gözündə qara rəngli eynəyi, təxminən 160-165 sm boyu olan, əvvəllər tanımadığı, heç vaxt görmədiyi, təqribən 40 yaşlarında olan, orta bədən quruluşlu, 1 əlində çəngəl, digər əlində isə dırnaq sürtən (pilka) olan 1 nəfər kişi cinsli şəxsin ona tərəf dayandığını görmüşdür. Həmin şəxsin şalvarının qabağının zəncirbəndi açıq olmaqla cinsi orqanı çölə çıxarılmış, gərginləşmiş vəziyyətdə olmuş və onun yatmış vəziyyətdə olmağından istifadə edərək çarpayıya tərəf yavaş-yavaş yaxınlaşmışdır. Həmin şəxs onu gördüyünü hiss etdikdə ondan susmağını tələb etmişdir. O həmin vaxt çarpayıda uzanıqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs ona tam yaxınlaşdıqda əlində olan alətləri ona tutaraq “siki-siki” sözlərini tez-tez təkrar etməyə başlayaraq sanki bununla ona cinsi əlaqədə olmağı təklif etmişdir. Həmin an o qışqırmaq və köməyə adam çağırmaq istədikdə Təqsirləndirilən şəxs sağ əlində olan alətlərdən birini sol əlinə keçirərək sağ əli ilə onun ağzını yummuşdur. Bundan sonra o uzandığı çarpayıdan qalxmaq üçün var qüvvəsi ilə təkan verdikdə Təqsirləndirilən şəxs əlini ağzından çəkib onun sol qolundan tutaraq sıxmağa başlamışdır. Bu zaman özünü toparlayıb Təqsirləndirilən şəxs qarın nahiyyəsindən təpiklə vurmuş və Təqsirləndirilən şəxs əlində olan iti uclu dırnaq təmizləyən (pilka) çarpayının üzərinə düşmüşdür. Yanında yatmış vəziyyətdə olan övladı Asya isə səsinə oyanıb ağlamağa başlamışdır. O da uca səslə qışqırmağa davam etmişdir. Bu zaman Təqsirləndirilən şəxs qaçaraq evdən çıxıb getmişdir. Daha sonra baş verənlər barədə polisə məlumat vermişlər. Baş vermiş hadisədən sonra 23 iyun 2021-ci il tarixdə Nizami RPİ-də şüşə arxasından təqdim olunmuş 3-4 nəfər şəxsin arasında ona qarşı təcavüz etmiş şəxsi tanıyıb göstərmişdir. Baş vermiş hadisə zamanı qayınatası Füzuli Hüseynov səhər tezdən işə getdiyinə, qayınanası Asya Hüseynova isə hava almaq məqsədilə küçəyə çıxdığına, həyat yoldaşı Xəqani Həsənli isə işi ilə əlaqədar evdə olmadığına görə mənzildə yalnız azşyaşlı övladları və o qalmışdır. Təqsirləndirilən şəxs hadisə zamanı ona sol qolundan və əlindən xəsarət yetirmişdir. Yuxudan ayaq səslərinə oyanıb Təqsirləndirilən şəxs gördükdə sonuncunun əlində olan alətlərdən, ona doğru yaxınlaşmasından, şalvarının zəncirbəndinin açıq olması və eyni zamanda cinsiyyət orqanının gərginləşməsindən, “siki-siki” sözlərini ifadə edərək ondan sakit olmağını tələb etməsindən, qolundan tutaraq sıxmaqla çarpayıdan qalxmağına maneə yaratmasından başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olmaq istəyir. Təqsirləndirilən şəxs hadisə zamanı görünüşü həddən artıq qorxunc olmuşdur. Lakin onun qışqırmağı, Təqsirləndirilən şəxs təpiklə vuraraq itələməyi, Asyanın da uca səslə qışqıraraq ağlamağa başlaması Təqsirləndirilən şəxs ona təcavüz etməyə imkan verməmişdir. Hadisə zamanı əynində qara rəngli mayka və bənövşəyi rəngli güllü gecə şalvarı olmuşdur. Hadisə günü yaşadıqları evdən hər hansı bir əşya oğurlanmamışdır. Baş vermiş hadisəni törətmiş şəxsi birinci dəfə yalnız 22 iyun 2021-ci il tarixdə səhər saatlarında yaşadığı mənzildə görmüşdür. Ona Təqsirləndirilən şəxs Nizami rayonu, R.Rüstəmov küçəsi 62 ünvanda yerləşən 48 nömrəli mənzilin blokunu və 62 nömrəli binanın həyətini əks etdirən videogörüntülərində həmin şəxsi tanımışdır. Həmin şəxsin 22 iyun 2021ci il tarixdə ona hücum edərkən əynində olan kofta ona təqdim olunmuş videogörüntüdə əynində olan kofta ilə eyni olmamışdır. Təqsirləndirilən şəxs əynində hadisə zamanı qara rəngli qısaqol kofta olmuşdur. Yaşadıqları blokun zirzəmisində hər hansı şəxsin daimi və ya müvəqqəti yaşadığını görməmiş, lakin ola bilsin Təqsirləndirilən şəxs onu nə zamansa binanın həyətində və ya evə giribçıxarkən görmüşdür. O, müqavimət göstərdiyi üçün Təqsirləndirilən şəxs bədəninə toxuna bilməmişdir. Gözünü açdıqda Təqsirləndirilən şəxs ona tam yaxınlaşmışdır. Gözünü açanda Təqsirləndirilən şəxs cinsi orqanı əlində olmuşdur. O, çarpayıda uzanıqlı vəziyyətdə olmuşdur. Hadisə zamanı onun üzərində qara mayka və bənövşəyi şalvar olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs üzünü dəqiq görmüşdür. Ona təqdim olunmuş 3-4 nəfər şəxsin arasından Təqsirləndirilən şəxs duruşu, boyu və saqqalından tanımışdır. Təqsirləndirilən şəxs hadisə günü üzərində olan köynək tanınmaya təqdim edilən zaman da üzərində olmuşdur. Hadisədən dərhal sonra pəncərədən qayınanasını səsləmişdir. Hadisə barədə polisə həyat yoldaşı məlumat vermişdir. Hadisə günü təqsirləndirilən şəxsin üzərindəki qara köynəkdə tünd sarı rəngli xətlər olduğu üçün yaddaşında köynəyin sarı rəngli olduğu qalmışdır. Təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərmişdir ki, 1992ci ildən etibarən ailəsi ilə birlikdə Nizami rayonu, R.Rüstəmov küçəsi 62 nömrəli binada yaşayır. 22 iyun 2021-ci il tarixdə səhər saatlarında yaşadıqları ünvanın pəncərəsindən baxdıqda həyətdə polis əməkdaşlarının və digər qonşuların olduğunu görmüşdür. Daha sonra isə qapının döyüldüyünü eşitmişdir. Qapını döyən polis əməkdaşı olmuşdur. O, qapını açıb polis əməkdaşından nə baş verdiyini soruşduqda polis əməkdaşı evində olan binanın həyətini və bloku əks etdirən görüntülərin olduğu videokameranın lazım olduğunu bildirmişdir. O nə baş verdiyini soruşduqda polis əməkdaşı baş vermiş hadisə barədə məlumat vermiş və daha sonra videogörüntülərin olduğu aparatı könüllü olaraq polis əməkdaşına vermişdir. Polis əməkdaşına görüntülərin real tarixi göstərdiyindən təxminən 10-11 saat sonraya aid olduğunu bildirmişdir. Daha sonra nə baş verdiyini maraqlandıqda yaşadığı binanın 48-ci mənzilinə, yəni yaşadığı blokun 1-ci mərtəbəsində olan mənzilə naməlum şəxsin girdiyini, həmin ünvanda yaşayan qonşusu Zərərçəkmiş şəxs zorlamağa cəhd etdiyini eşitmişdir. Belə ki, naməlum şəxs həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs evdə azyaşlı uşaqları ilə tək yatmış vəziyyətdə olarkən evin qapısının açıq olmasından istifadə edərək evə daxil olmuş və mənzilə daxil olduqda sol tərəfdə yerləşən otaqda gecə paltarında yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs əlində əvvəlcədən gətirdiyi natəmiz formada olan 1 ədəd çəngəl və 1 ədəd dırnaq təmizləyənlə cinsiyyət orqanı açılmış vəziyyətdə yaxınlaşmış və bu zaman Tahirənin yuxudan oyanaraq ona qarşı müqavimət göstərdiyini, onu təpiklə vurduğunu, qışqırdığını, həmin vaxt da həmin naməlum şəxsin əlində olan pilkanın Zərərçəkmiş şəxs çarpayısına düşdüyünü, bundan sonra tutulmamaq üçün qaçaraq getdiyini öyrənmişdir. Bütün bunları qonşuları Asya və digər ailə üzvləri, eyni zamanda polislərdən öyrənmişdir. Qonşusu Asya ona hadisənin səhər saat təqribən 8:55 radələrində baş verdiyini, hadisə zamanı özünün hava almaq məqsədilə binanın həyətində olduğunu bildirmişdir. Ona təqdim olunmuş ünvan 4 nömrəli binanın həyətini və yaşadıqları bloku əks etdirən videogörüntülərdə olan şəxsi, yəni Təqsirləndirilən şəxs əvvəllər də görmüşdür. Belə ki, həmin şəxs baş vermiş hadisədən bir gün əvvəl gecə vaxtı qonşularla birlikdə binanın həyətində olarkən gözlərində videogörüntüdə olan qara rəngli günəş eynəyi ilə gələrək digər bloka daxil olmuşdur. Lakin sanki qonşular onu tanımadıqları üçün diqqətlə baxmalarından, onların onu görmələrindən ehtiyat edərək blokdan dərhal çıxaraq getmişdir. Təqsirləndirilən şəxsin hadisədən 1 gün əvvəl gecə saat 22:00 radələrində 3-cü bloka girdiyini görmüşdür. Təqsirləndirilən şəxs gecə vaxtı qara rəngli günəş eynəyi taxması onu şübhələndirmişdir. Həyətdə olarkən qonşulara adını sonradan bildiyi Təqsirləndirilən şəxs göstərərək ondan ehtiyatlı olmalarını demişdir. Hadisədən 1 gün əvvəl Təqsirləndirilən şəxs hərərkətləri digər qonşulara da qəribə gəlmişdir. Hadisədən 1 gün əvvəl Təqsirləndirilən şəxs üzərində qara köynək, gözündə isə eynək olmuşdur. Evində olan videokamerada binanın həyətini və bloku əks etdirən görüntülər olmuşdur. O, 4-cü blokda, zərərçəkmiş şəxs isə 3-cü blokda yaşayır. Təqsirləndirilən şəxs ona tanınmaya təqdim edilməmişdir. Gecə gördüyü şəxs dəqiq Təqsirləndirilən şəxs olmuşdur. Hadisədən 1 gün əvvəl Təqsirləndirilən şəxs gördüyü üçün videogörüntülərə baxan zaman onu tanımışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş əri Xəqani Həsənovun dostu kimi tanımışdır. Təqsirləndirilən şəxs təxminən 10 ildən çoxdur ki, tanıyır. Belə ki, keçmiş əri X18 Abbasovu yaşadıqları mənzilə gətirib ona dostu kimi tanıdıb, Elyarın qalmağa yeri olmadığını bildirib ona qalmaq üçün yer verməyini ondan istəmişdir. Bildiyi qədərilə, Təqsirləndirilən şəxs atası ikinci dəfə ailə həyatı qurmuş, ögey anası Təqsirləndirilən şəxs ilə birlikdə yaşamaq istəməmişdir. Həmin vaxtdan etibarən onun Təqsirləndirilən şəxs ilə normal münasibəti olmuş və Təqsirləndirilən şəxs ona “əmiqızı” deyə müraciət etmişdir. Təqsirləndirilən şəxs qardaşı Atəş Abbasov da əri Xəqani Həsənov ilə dostluq münasibətində olmuşdur. Təqsirləndirilən şəxs bir müddət qardaşı Atəş Abbasovun evində yaşasa da, sonradan aralarında mübahisə baş verdiyindən onun evindən çıxmışdır. Təqsirləndirilən şəxs onların evlərində yaşadığı müddətdə mütəmadi olaraq keçmiş əri Xəqani Həsənov ilə spirtli içkilər qəbul etmişdir. Xəqani Həsənov ona xəyanət etdiyinə görə 2013-cü ildə ondan ayrılmışdır. Xəqani Həsənovdan ayrılsa da, onunla eyni mənzildə yaşayır. Ayrıldıqdan sonra X9 Abbasovun avtoqəza törətdiyinə görə tutulduğunu öyrənmişdir. Təxminən 5 il əvvəl Xəqani Həsənov narkotik vasitələrin satışına görə tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra da mütəmadi olaraq bədənində qaşıntılar olmasına görə sistem köçürmək üçün evinə gəlmişdir. Təxminən 3 ildir ki, yaşadığı mənzilin bir otağını xəstə oğlu Xəqani Nuriyev ilə birlikdə yaşayan Müşkünaz Nuriyevaya kirayəyə vermişdir. Müşkünaz Nuriyevanın gəlini Şahid3 da mütəmadi olaraq övladlarını göstərmək üçün onun mənzilinə gətirmişdir. Şahid3 mənzilində olduğu zaman Təqsirləndirilən şəxs da sistem köçürtdürmək üçün gəldikdə həmin vaxt onlar bir süfrə arxasında yemək yemiş, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında həmin zaman tanışlıq yaranmışdır. O, Şahid3 Təqsirləndirilən şəxs ilə telefonla danışdığını eşitmiş və bu barədə Samirədən soruşduqda o, Təqsirləndirilən şəxs ona “mən subayam, gəl səni saxlayım, övladlarına baxım, birlikdə yaşayaq” dediyini bildirmişdir. Şahid3 irad tutub Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olmasını, keçmiş əri ilə yaxın olması səbəbindən narkotik vasitələrdən istifadə etməsini ehtimal etdiyini bildirmişdir. Həmçinin Şahid3 azyaşlı qız övladı olduğundan onu Təqsirləndirilən şəxs çəkindirməyə çalışmışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə 2021-ci ilin iyun ayında görmüş, təxminən həmin ərəfələrdə Təqsirləndirilən şəxs Şahid3 pul köçürtmək məqsədilə kart aldığını, daha sonra kartı gec qaytarmasını və Elyarla Şahid3 arasında mübahisə yarandığını öyrənmişdir. Daha sonra Təqsirləndirilən şəxs mənzilində kartı Şahid3 qaytarmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs qardaşı Atəş Abbasov evinə gəldikdə X13 Abbasovun oğurluq etdiyinə görə tutulduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs mənzilinə gəlibgetdiyi müddət ərzində heç vaxt oğurluq etməmişdir. Təqsirləndirilən şəxs dəqiq olaraq hansı səbəb ucbatından tutulmasını bilməmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində harada yaşaması barədə məlumatı olmamışdır. Elyarla həmişə normal münasibətdə olmuşdur. Evində yaşadığı müddətdə Təqsirləndirilən şəxs hər hansı qeyri-etik hərəkət görməmişdir. Təqsirləndirilən şəxs fərdi qaydada ət satışı ilə məşğul olduğunu bilmişdir. Elyarın narkotik vasitə istifadə etdiyini görməmişdir. Keçmiş həyat yoldaşı narkotik vasitə aludəçisi olduğundan Elyarın da onunla birlikdə narkotik vasitə istifadə etdiyini düşünmüşdür. Elyarın hadisə günü və səhərisi onun evində olub-olmadığını bilmir. Övladı ilə digər otaqda olduğu üçün Elyarın evə giriş-çıxışından həmişə xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Pərvanə Məmmədovanın oğludur. Təqsirləndirilən şəxs hərbi xidmətdən qayıtdıqdan sonra atası Nəbi Abbasov ilə birlikdə maldarlıqla məşğul olmuşdur. Təxminən 2011-ci ildən Elyar onunla birlikdə Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarında ərzaq mağazasında işləmişdir. Bir müddət sonra o, səhhəti imkan vermədiyinə görə işləməyi dayandırmış və Elyar həmin mağazanı tək işlətməyə başlamışdır. Elyar 2014-cü ilin yay-payız aylarında idarə etdiyi avtomobillə qəza törətdiyi üçün 2 il müddətə azadlıqdan məhrum edilmişdir. Cəzasını çəkdikdən sonra isə Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarında ət al-veri ilə məşğul olmağa başlamışdır. Bildiyi qədəri ilə, Elyar Bərdə rayonundan gələn mal və qoyun ətini satmışdır. Elyarla tutulmazdan əvvəl yaxın münasibəti və əlaqəsi olmamışdır. Elyarın spirtli içki qəbul etməsindən məlumatı olsa da, narkotik vasitə istifadə edib-etməməsindən xəbəri yoxdur. Təxminən 2021-ci ilin iyun ayında Elyarın atası Bakı şəhərində onunla görüşüb Elyarın tutulduğunu bildirmişdir. O da Elyarın atasına bu məsələilə əlaqədar onu narahat etməməsini, əvvəllər bacardığı qədər Elyara kömək etdiyini demişdir. Təqsirləndirilən şəxs dəqiq olaraq Bakı şəhərində harada və kimlə yaşaması barədə məlumatı yoxdur. Elyarın 2021-ci ilin iyul aylarında hansı işlə məşğul olduğunu bilmir. Elyarla sonuncu dəfə tutulmazdan təxminən 6-7 ay əvvəl əlaqə saxlamışdır. Elyarın qeyri-rəsmi münasibətdə yaşadığı qadının olub-olmadığını bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X10 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, 2001-ci ildən etibarən ünvan 4 ünvanında yerləşən 48 nömrəli mənzildə ailəsi ilə birlikdə yaşayır. Belə ki, baş vermiş hadisəyə qədər hazırda vəfat etmiş əri X7, gəlini Zərərçəkmiş şəxs, oğlu X8 və oğlunun azyaşlı 3 övladı ilə birlikdə həmin ünvanda yaşamışlar. 22 iyun 2021-ci il tarixdə saat 08:55 radələrində oğlu Xəqani Həsənli və əri Füzuli Hüseynov işləri ilə əlaqədar evdə olmamış, o isə təxminən səhər saat 8 radələrində hava almaq məqsədilə yaşadıqları Nizami rayonu, R.Rüstəmov küçəsi ev 62 ünvanının həyətinə düşmüşdür. O, evdən çıxdıqda Zərərçəkmiş şəxs yanında 1 yaşı tamam olmayan körpəsi ilə birlikdə yataq otağında yatılı vəziyyətdə olmuş, bu səbəbdən də onu və uşağı oyatmamaq məqsədilə Zərərçəkmiş şəxs qapını bağlamasını, evdən çıxdığını bildirməmişdir. Evin qapısından çıxaraq qapını örtülü, lakin kilidlənməmiş vəziyyətdə qoyaraq küçəyə çıxmış, həmin vaxt da yaxınlıqda yaşayan qızı azyaşlı uşağını gətirərək ondan uşağa baxmasını xahiş etmiş, o isə uşağı saxlamağa başlamışdır. O həmin vaxt təxminən saat 08:55 radələrində gəlini Zərərçəkmiş şəxsin evlərinin pəncərəsindən qışqıraraq hövlnak vəziyyətdə onu çağırdığını görmüş, nə baş verdiyini başa düşməmiş, ancaq Zərərçəkmiş şəxs səsindən onun bərk qorxduğunu hiss edərək evə doğru qaçmışdır. Zərərçəkmiş şəxs evə daxil olan kimi ağlayaraq ona evə tanımadığı, əlində natəmiz çəngəl və pilka olan, boyu təxminən 160-165 sm olan kişinin girdiyini və həmin şəxsin şalvarının zəncirbəndi açıq olmaqla cinsiyyət orqanı gərginləşmiş vəziyyətdə onu zorlamağa cəhd etdiyini bildirmişdir. Həmin şəxs Zərərçəkmiş şəxs onun əlindən xilas olmaq üçün qışqırmağa çalışdıqda əli ilə onun ağzını bağlamış, daha sonra Tahirənin qolundan tutaraq sıxmaqla ona xəsarət yetirmiş, Tahirə onu təpiklə vurmuş, həmin şəxsin əlində olan pilka çarpayının üzərinə düşmüş, Tahirənin və azyaşlının qışqıraraq ağlamasını görüb qaçıb getmişdir. Baş vermiş hadisə zamanı Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 62 nömrəli binanın həyətində olmasına baxmayaraq bloka, evə daxil olan şəxsi görməmiş, bu səbəbdən də həmin şəxsin mənzillərinə yaşadıqları binanın blokunun zirzəmisindən çıxaraq girməsini ehtimal edir (cild 2, iş vərəqə 146-149). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, keçmiş əri Vüqarın Xəqani adlı qardaşı Hövsan kəndində “Aqil” marketin yanında həyət evində uşaq həkimi kimi fəaliyyət göstərən Samirə adlı qadının evində təxminən 3-4 ildir ki, kirayədə yaşayır. O həm Vüqar ilə birlikdə ər-arvad kimi yaşadığı vaxtlarda, həm də ki, ayrıldıqdan sonra qaynı Xəqaninin, eləcə də Vüqarın uşaqları görməsi üçün həftədə 1-2 dəfə həmin evə gedib-gəlmişdir. Vüqar ilə ayrılsa da, Xəqani ilə münasibəti çox yaxşı olmuş, onların yaşadığı mənzil iki otaqdan ibarət olsa da, bir otaqda ev sahibi Samirə adlı qadın tək yaşayır, digərində isə Xəqani kirayədə yaşayırmış. Bəzən qayınanası Müşkünaz da yaşadığı Kürdəmir rayonundan həmin mənzilə qonaq gəlirmiş. Həmin mənzilə tez-tez getdiyinə görə orada yaşayan ev sahibi Samirə ilə yaxşı münasibətləri yaranmış, Təqsirləndirilən şəxs da həmin mənzildə görmüşdür. Belə ki, Şahid2 Elyarı ona öz qohumu kimi təqdim etmiş, həmin mənzildə olduğu vaxtlarda Təqsirləndirilən şəxs, Samirə və Xəqani ilə birlikdə bir süfrə arxasında əyləşmişlər. Beləliklə, Təqsirləndirilən şəxs ilə aralarında tanışlıq yaranmışdır. Bir neçə dəfə görüşdükdən sonra 2021-ci ilin may ayında həmin mənzildə olarkən Elyar ondan xoşu gəldiyini bildirib daha yaxından tanış olmaq məqsədilə telefon nömrəsini istəmiş, o, əvvəlcə Elyarı normal insan kimi tanıdığı üçün ona telefon nömrəsini vermiş, onunla tez-tez zəngləşib danışmağa başlamışlar. Lakin Elyar ilə onun danışdığını heç kim bilməmiş, 2021-ci ilin təxminən iyun ayının əvvəllərində o, Samirəgildə olarkən Elyar ilə telefonla danışarkən Şahid2 eşitmiş, ondan Elyar ilə nə kimi münasibətinin olmasını soruşmuş, o isə yalnız dostluq münasibətlərinin olduğunu bildirmişdir. Şahid2 ona Təqsirləndirilən şəxs spritli içki aludəçisi olmasını, narkotik vasitələrdən asılılığı olmasını, bir sözlə yaxşı insan olmamasını, onu yaxın bildiyi üçün Təqsirləndirilən şəxs qəti şəkildə uzaq olmasını ondan xahiş etmişdir. Şahid2 əgər, Təqsirləndirilən şəxs pis insandırsa, nə üçün onu evə buraxdığını, hətta çox vaxt Şahid2 evində qalmasına icazə verdiyini soruşmuş, Şahid2 isə Təqsirləndirilən şəxs qohumu olduğunu, qalmağa başqa yeri olmadığını, yalnız Xəqaninin evdə olduğu müddət ərzində evdə qalmasına icazə verdiyini, Xəqani işə getdiyi üçün artıq Təqsirləndirilən şəxs bir daha həmin evə gəlməməsini bildirdiyini, Təqsirləndirilən şəxs ilə əlaqəsini demək olar ki, tam kəsdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla danışarkən qalmağa yerinin olub-olmamasını soruşsa da, Elyar ona konkret bir şey deməmiş, bu səbəbdən də elə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs küçələrdə gecələyir. Təqsirləndirilən şəxs ilə 2021-ci ilin iyun ayından etibarən əlaqəsi olmamış, sonuncu dəfə danışarkən Təqsirləndirilən şəxs bir daha zəng etməməsini bildirmişdir. Həmin vaxtdan etibarən işləri ilə əlaqədar nə Samirə ilə, nə də ki, Xəqani ilə danışmamış, onların evinə getməmişdir. Təqsirləndirilən şəxs tutulması barədə hər hansı məlumatı olmamışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs dəfələrlə harada işləməsi barədə soruşsa da, Təqsirləndirilən şəxs ona konkret bir söz deməmiş, gah evlərdə usta kimi, gah da fəhlə kimi işlədiyini bildirmişdir. Şahid2 isə ona Təqsirləndirilən şəxs narkoman, spritli içki aludəçisi olduğunu bildirmişdir (cild 1, iş vərəqə 232-235). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərini ifşa etmişdir (cild 1, iş vərəqə 136-138). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü blokunun 1-ci mərtəbəsində yerləşən 48 saylı mənzil olmuş, mənzil ümumilikdə 3 otaqdan ibarət olmuş, baxış iştirakçısı Zərərçəkmiş şəxs mənzilin giriş qapısından sol tərəfdə yerləşən yataq otağını təqdim edərək hadisənin həmin otaqda baş verdiyini bildirmişdir. Qeyd olunan otağın qapısı taxta materialdan olmuş, giriş qapısı ilə üzbəüzdə pəncərənin qarşısında iki nəfərlik taxta konstruksiyalı çarpayı vardır. Qeyd olunan çarpayının üzərində iti uclu, dəstəyi sarı və qara rəngli iplə bağlanmış 1 ədəd dırnaq təmizləyən (pilka) aşkar edilmişdir. Baxış iştirakçısı kriminalist Emin Nayibov tərəfindən mənzilin içərisində, qapının dəstəyi, dırnaq təmizləyən aləti üzəri müayinə olunsa da tədqiqat üçün yararlı barmaq izi müəyyən edilməmişdir. 1 ədəd iti uclu, dəstəyi sarı və qara rəngli iplərlə bağlanmış dırnaq təmizləyən (pilka) hadisə yerinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 1, iş vərəqə 7-10). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən mənzildir. Mənzil qapısının uzunluğu 7 metr, eni isə 1 metr 10 sm olan dəhlizə açılır. Hadisənin baş verdiyi mənzilə daxil olduqda sol tərəfdə yerləşən yataq otağıdır. Yataq otağına daxil olduqda sol tərəfdə içərisində paltarların olduğu mebel-şkaf, üzbəüzdə 2 nəfərlik çarpayı, çarpayının ayaq tərəfində qoyulmuş güzgülü şkaf və şkafın üzərində müxtəlif bəzək əşyaları, çarpayının sağ tərəfində həyətə açılan 1 ədəd dəmir bağlı qapı və taxta materialdan olan pəncərə, sağ tərəfdə isə azyaşlı uşaq üçün qoyulmuş yataq aşkar olunmuşdur. Baxış iştirakçısı X7 hadisənin təsvir olunan otaqda baş verdiyini bildirmişdir. Evə daxil olduqda dəhlizdə sol tərəfdə 2-ci yataq otaq da yataq otağıdır, otağa daxil olduqda sağ tərəfdə divar tərəfdən ardıcıl şəkildə qoyulmuş 2 ədəd yataq-çarpayı, sol tərəfdə 1 ədəd yataq-çarpayı və mebel aşkar olunmuşdur. Evin dəhlizində sağ tərəfdə yerləşən qonaq otağına daxil olduqda otaqda 1 ədəd divan, kreslo və digər məişət əşyaları aşkar olunmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs hadisə baş verən zaman əynində olan iş üçün əhəmiyyət kəsb edə biləcəyi ehtimal olunan 1 ədəd qara rəngli mayka və 1 ədəd bənövşəyi rəngli üzərində ləçək olan gecə geyimi olan şalvar götürülmüşdür (cild 1, iş vərəqə 13-18). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer ünvan 4 nömrəli binanın 48-ci mənzilinin zirzəmisidir. Baxış zamanı zirzəminin dəmir barmaqlıqlardan ibarət uzunluğu 1 metr, eni isə 50 sm olan qapısının olması, qapının açıq vəziyyətdə olması, zirzəminin içərisində dağınıq vəziyyətdə olan daşların və özü bitən ağacların olması müəyyən edilmişdir. Zirzəminin içərisinə doğru getdikdə atılmış vəziyyətdə olan əşyaların olması aşkar olunmuş, zirzəminin içərisindən 1 ədəd ağ sellofan torbanın içərisində Təqsirləndirilən şəxs videogörüntüdə əynində olmuş, 1 ədəd yuxarı hissəsi qara rəngli, ağ və boz rəngli nazik zolaqları olan qısaqol kofta, 1 ədəd arxa tərəfi qara rəngli, qabaq tərəfi açıq boz rəngli Təqsirləndirilən şəxs məxsus “Kgtel” B360 markalı mobil telefon, 1 ədəd ağ rəngli, içərisində 1 ədəd qulaqcığı olan qulaqcıq qabı və 1 ədəd “Persol” markalı, qəhvəyi rəngli, dəstəyində “Made in İtaly” sözləri yazılmış günəş eynəyi, qara rəngli adapter başlığı, və ağ rəngli naqil, 1 ədəd qara rəngli üzərində 28 ədəd xırda daşları olan boyunbağı, 1 ədəd “Palmall” markalı içərisində 10 ədəd siqaret olan siqaret qutusu, 1 ədəd yaşıl rəngli “Zavira” markalı alışqan, 1 ədəd ağ rəngli tibbi maska, 1 ədəd qol saatının kəmər hissəsi, 0,5 AZN dəyərində 3 ədəd dəmir pul aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 32-36). Cinayət işinin materiallarında olan “götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 22 iyun 2021-ci il tarixdə əynində olmuş qara rəngli 1 ədəd qısaqol kofta könüllü olaraq təhvil verildiyindən götürülmüş, baxış keçirilərkən koftanın qara rəngli qısaqol kofta olması, yaxalığının dairəvi formalı, yaxasında 2 ədəd düyməsinin olması, üzərində geyilmə izləri olması, yaxalığın astar səthinə “NİKE XXL” sözləri yazılması, koftanın eyni zamanda yuxarı hissəsində və qollarında qırmızı rəngli nazik zolaqlarının olması müəyyən edilmişdir (cild 2, iş vərəqə 113-115). Cinayət işinin materiallarında olan “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, tanınma zamanı tanınmalı olan şəxslər arasında Təqsirləndirilən şəxs soldan ikinci yerdə dayandıqdan sonra Zərərçəkmiş şəxs tanınma keçirilən yerə dəvət olunmuş, tanınma vizual müşahidəni istisna edən şəraitdə keçirilmiş, Zərərçəkmiş şəxs tanınması üçün ona təqdim edilən şəxsləri nəzərdən keçirərək tanınma üçün təqdim edilmiş şəxslərin sırasından 2-ci yerdə dayanmış Təqsirləndirilən şəxs göstərərək 22 iyun 2021-ci il tarixdə saat 8:55 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış binasının 48-ci mənzilinə daxil olduğunu, şalvarının zəncirbəndini açıb cinsi orqanını çıxararaq bir əlində çəngəl, bir əlində isə dırnaq təmizləyən (pilka) alət tutaraq ona yaxınlaşdığını, sonuncunun isə onu vuraraq kənarlaşdırmaqla müqavimət göstərdiyini, daha sonra Təqsirləndirilən şəxs çıxıb getdiyini bildirmişdir (cild 1, iş vərəqə 45-47). Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 1 ədəd CD diskin içərisində 3 ədəd 19, 22 və 37 saniyəlik videolar mövcuddur. Diskin içərisində fayl şəklində mövcud olan 19 saniyəlik videogörüntünün əks olunduğu fayla daxil olduqda 22 iyun 2021ci il tarixdə real vaxt rejimində saat 8 radələrində Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvar, yuxarı hissəsi qara rəngli, ümumilikdə ağ və boz rəngli zolaqlı qısaqol kofta, ayağında isə ağ rəngli zolağı olan idman ayaqqabısı ilə ünvan 6 ünvanının yerləşdiyi blokun pilləkənləri ilə yuxarıya doğru qalxması, pilləkənlərdə səndələməsi, bu zaman sağ əlini binanın divarına söykəyərək müvazinətini saxlayıb pilləkənlə yuxarıya doğru qaxmaqda davam etməsi, mərtəbələr arası sahəyə çatdıqda isə əvvəlcədən sol əlində saxladığı qara rəngli günəş eynəyini hər iki əli ilə gözlərinə taxması, 2-ci mərtəbənin ilk pilləkənində dayanaraq hər iki qolunu yuxarıya doğru qaldırıb sürətlə endirməsi, daha sonra başını cəld formada sağa və sola döndərib hər iki əlini belinə qoymaqla 2-ci mərtəbəyə qalxması müşahidə olunmuşdur. Diskin içərisində fayl şəklində mövcud olan 22 saniyəlik videogörüntünün əks olunduğu fayla daxil olduqda 22 iyun 2021-ci il tarixdə real vaxt rejimində saat 8 radələrində gözlərində qara rəngli eynəyi olan Təqsirləndirilən şəxs hər iki əlini belinə qoymaqla yuxarıya doğru qalxması müşahidə olunmuşdur. Diskin içərisində fayl şəklində mövcud olan 37 saniyəlik videogörüntüyə baxış keçirərkən Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə real vaxt rejimində saat 6:07 radələrində ünvan 7 ünvanının qarşısında həyətdə avtomobillərin arasında gəzməsi müşahidə olunmuşdur. Baxış keçirilərkən Təqsirləndirilən şəxs başqa hər hansı digər şəxsin həmin vaxt ərzində blokda, binanın ətrafında olması müəyyən edilməmişdir (cild 1, iş vərəqə 31). Cinayət işinin materiallarında olan “Videoçəkilişə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi 6 saylı vəkili bürosunun vəkili Müdafiəçi iştirakı ilə diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə saat 8:50 radələrində ünvan 4 saylı binanın 1-ci mərtəbəsində idman hərəkətləri etməsi və blokun pilləkənləri ilə 2-ci mərtəbəyə qalxması müşahidə edilmişdir (cild 1, iş vərəqə 71). Cinayət işinin materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş «X19 Prime» markalı mobil telefonun qızılı rəngli olması, mobil telefonda bir ədəd "xxxx" MMC-yə məxsus SİM kartın olması müəyyən edilmişdir. Mobil telefonun SİM kart hissəsinə baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon "xxxx" MMC-yə məxsus ***-***-**-** nömrə ilə yüklüdür. Mobil telefonun menyusuna baxış zamanı «Mesajlar» bölümünə daxil olan zamanı istintaq üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir. Mobil telefonun menyusuna baxış zamanı «WhatsApp» sosial şəbəkəsinin tətbiqi proqramına daxil olan zaman «Elyar» kimi qeyd edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 20 iyun 2021-ci il tarixdən 23 iyun 2021-ci il tarixədək digər istifadəçilərlə mesajlaşmaların olması, Təqsirləndirilən şəxs «Sona Xannn» kimi qeyd edilən və «Xala Xatın» kimi qeyd edilən istifadəçilərlə arasında olan danışığa baxış zamanı isə danışığın sevgi, məhəbbət məzmunlu olması, Təqsirləndirilən şəxs 20 iyun 2021-ci il tarixdə «Seyde Selim» kimi qeyd edilən istifadəçi ilə arasında olan danışığa baxış zamanı isə Təqsirləndirilən şəxs sonuncuya bədəninin müxtəlif nahiyyələrinə döymə etməsini təklif etməsi, daha sonra isə «Seyde Selim» adlı istifadəçiyə birlikdə narkotik vasitə olan “Patı” deyə adlandırılan metafetamin istifadə etməsini təklif etməsi, lakin qeyd edilən şərti adlı istifadəçinin hər hansı formada Təqsirləndirilən şəxs təklifinə razılıq verməməsi müəyyən edilmişdir. Mobil telefonun menyusuna baxış zamanı «Sweetmeet» sosial şəbəkəsinin tətbiqi proqramına daxil olan zaman «elyar» kimi qeyd edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan hesab ilə 21 iyun 2021-ci il tarixdən 23 iyun 2021-ci il tarixədək mesajlaşmaların olması, Təqsirləndirilən şəxs «ilahe, 30» «Sama ismayova, 28», «Aydan Taxiyeva, 18», «Aysun, 18», «Humay, 35», «Seva, 27», «Aynur, 30», «Ayka, 29», «Əsma, 34», «Aygun 28», «Alya, 18», «Mələk, 48», «Aysuu, 36», «Nigar, 29», «Günel rahimova, 19», «Qamidova, 46», «Aytən, 20», «Elya, 46», «Sevgi, 19», «Baki, 33», «Sevgi, 38», «Zemfira, 47», «Sehla, 40», «Aytən Xanım, 35», «Normal insa yaz, 38», «Nazli, 32», «Yasəmən, 20», «Gülnar, 35», «Şamama, 33», «Nargiz, 41», «Sabina, 35», «Deniz, 46», «QELBİ SİNİQ, 23», «Aytac xanim, 27», «Efsane, 50», «Nargiz, 21», «Qulya, 42», «Leyla, 40», «Aywe, 28», «Günel, 21», «Polina, 25», «Ramida, 48», «Tehmine, 32», «Guness, 30», «Leyla, 48» və digər qadın adlı, ümumilikdə 194 ədəd hesab arasında olan istifadəçilərə cinsi əlaqədə olmaq və ya müxtəlif formada cinsi ehtirası təmin etmək məqsədilə əxlaqsız məzmunlu mesajlar yazması, həmin şəxslərə cinsi əlaqədə olmağı təklif etməsi, lakin şərti adları qeyd edilən istifadəçilər tərəfindən hər hansı qarşılıq verilməməsi və ya Təqsirləndirilən şəxs təkliflərinin rədd edilməsi müəyyən edilmişdir. Mobil telefonun menyusuna baxış zamanı «VKontakte» sosial şəbəkəsinin tətbiqi proqramına daxil olan zaman «Emil Abbasov» kimi qeyd edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan hesaba daxil olan zaman istintaq üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir. Mobil telefonun menyusuna baxış zamanı «İnstagram» sosial şəbəkəsinin tətbiqi proqramına daxil olduqda «elyar_abbasov» kimi qeyd edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan hesabdan 2 iyun 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək «flora 233», «Sədaqət Ağazadə», «Xatire_Memmedova», «nuray», «SEVİNC ƏLİYEVA», «ayli_n6638», «yaniram_._» və digər istifadəçi adı intim əlaqə təklifi məzmunu daşıyan ümumilikdə 32 istifadəçiyə Təqsirləndirilən şəxs tərəfindən intim əlaqə təklifi edilməsi, həmin şəxslərin isə onun təklifini rədd etməsi və ya qarşılıq verməməsi müəyyən edilmişdir. Mobil telefonun menyusuna baxış zamanı «Facebook» sosial şəbəkəsinin tətbiqi proqramına daxil olarkən «Təqsirləndirilən şəxs» kimi qeyd edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan hesaba daxil olan zaman istintaq üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir. Mobil telefonun menyusuna baxış zamanı «Google Chrome» internet brauzerinə daxil olan zaman brauzerin axtarış yerində çoxlu sayda cinsi əlaqə məzmunlu axtarışların aparıldığı müəyyən edilmişdir. Mobil telefonun menyusuna baxış zamanı «Qalereya» bölümünə daxil olan zamanı istintaq üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir. Mobil telefonun menyusunda digər bölmələrə baxış zamanı istintaq üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş gümüş rəngli «Kgtel B360» markalı mobil telefona giriş üçün «PİN KOD» tələb olduğundan «Kgtel B360» markalı mobil telefonuna baxış keçirmək mümkün olmamışdır (cild 2, iş vərəqə 1-78). Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 1 ədəd “CD” diskin içərisində «antena.xlsx», «abunechiler.xls», «**********11_SMS.txt», «**********11.txt», «**********50.txt» adlı fayllarm olması müəyyən edilmiş, həmin fayllar açıldıqda məlum olmuşdur ki, həmin fayllar ***-***-**-** və ***-******* nömrəli mobil nömrə ilə digər abunəçilərin danışıqları, smsləri, anten məlumatlarından ibarətdir. Qeyd edilən fayllara baxış keçirilərkən anten məlumatlarının təhlilinə əsasən müəyyən edilmişdir ki, ***-***-**-** mobil telefon nömrəsi ilə 10 iyun 2021-ci il tarixdən 21 iyun 2021-ci il tarixədək olan müddət ərzində müxtəlif abonentlərə məxsus telefon nömrələri ilə danışıqlar apararkən Təqsirləndirilən şəxs, əsasən, Bakı şəhəri, Nizami rayonu ərazisində olmuş, 10 iyun 2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs ünvan 8 ünvanında olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrin 22 iyun 2021-ci il tarixinə aid anten məlumatlarını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus qeyd edilən mobil nömrə ilə Zərərçəkmiş şəxs məxsus mobil nömrə arasında hər hansı zəng, danışıq və sms qeydə alınmamışdır. Eyni zamanda baxış zamanı ***-***- **-** nömrəli mobil nömrənin Təqsirləndirilən şəxs istifadəsində olmaması müəyyən edilmişdir. Bundan başqa baxış zamanı 22 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid2 və Şahid3 istifadəsində olmuş müvafiq olaraq ***-***-**-** nömrəli və 077-303- 75-24 nömrəli mobil telefonlarla hər hansı zəng, danışıq və sms aparması müəyyən olunmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs Şahid3 Süleyman qızının istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonla sonuncu telefon danışığının 18 iyun 2021-ci il tarixdə qeydə alınması müəyyən olunmuşdur (cild 1, iş vərəqə 221-223). Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 1 ədəd CD diskin içərisində «antenna.xlsx» faylının olması müəyyən edilmiş, həmin fayl açıldıqda qeyd olunan faylda ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefon nömrələrinin anten məlumatları mövcuddur. Baxış zamanı ***-***-**-** mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs istifadəsində olmaması müəyyən edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatlarınını təhlilinə əsasən müəyyən edilmişdir ki, 22 iyun 2021ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs əsasən Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində və Bakı şəhəri, Nizami rayonu, Nizami küçəsi 118 “Tikiş Fabrikası” adlandırılan ərazilərdə olmuşdur. Bundan başqa baxış zamanı qeyd olunan tarix və saatlarda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş mobil nömrə arasında hər hansı zəng, danışıq, sms qeydə alınması müəyyən edilməmişdir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs Şahid2 və Şahid3 istifadəsində olmuş müvafiq olaraq ***-***-**-** nömrəli və ***-***-**-** nömrəli mobil telefonlarla hər hansı zəng, danışıq və sms aparması müəyyən olunmamışdır. "xxxx" MMC-dən daxil olmuş məktubda qeyd aparılaraq anten məlumatlarının yalnız şəbəkədən istifadə edildiyi halda qeydə alındığı göstərilmişdir (cild 2, iş vərəqə 94-95). Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” diskin içərisində 5 ədəd pdf” adlı fayllarının olması müəyyən edilmiş, həmin fayllar açıldıqda məlum olmuşdur ki, qeyd olunan fayllar Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsi ilə digər abunəçilərin danışıqları, smsləri və anten məlumatlarından ibarətdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin 22 iyun 2021-ci il tarixinə aid anten məlumatlarının təhlilinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə gecə radələrində əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus qeyd edilən mobil nömrə ilə Zərərçəkmiş şəxs məxsus mobil nömrələr arasında hər hansı zəng, danışıq və sms qeydə alınmamışdır. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs Şahid2 və Şahid3 istifadəsində olmuş müvafiq olaraq ***-***-**-** nömrəli və ***-***-**-** nömrəli mobil telefonlarla hər hansı zəng, danışıq və sms aparması müəyyən olunmamışdır (cild 2, iş vərəqə 157-158). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9 dekabr 2021-ci il tarixli 6/5422 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur (cild 2, iş vərəqə 127-130). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2021-ci il tarixli 6/3814 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd alt geyim şalvarının üzərində Təqsirləndirilən şəxs məxsus köynəyinin tərkib liflərindən yoxdur (cild 1, iş vərəqə 248-251). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X11 24 iyun 2021-ci il tarixli 528 nömrəli rəyindən görünür ki, X1 bazunun arxa-iç səthinin hematoması, sol saidin ön iç səthinin qançırları, sol əlin İ-İİ barmaqlararası nahiyənin sıyrığı olmuş, qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 22 iyun 2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 1, iş vərəqə 86-88). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 tərəfindən keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və ambulator məhkəmə-psixoloji ekspertizasının 27 avqust 2021-ci il tarixli 1951 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Bunu cinayət işinin materialları, cinayət işindəki anamnestik məlumatlar və aparılmış psixiatrik müayinənin nəticələri və s. sübut etmiş, belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri aşkar edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmiş, emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamış, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman onda hər hansı psixi xəstəlik qeyd olunmamış, Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edildiyindən və ona qarşı hər hansı əməlin törədildiyi təsvir olunmadığından ona qarşı törədilənləri düzgün qavrayıb təsvir etmək imkanının olub-olmamasını cavablandırmaq mümkün olmamış, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamış, Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir, Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda psixi (ruhi) xəstə olmamış, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmamış, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğun olmaqla öz hərəkətlərini ölçüb-biçmək qanbiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmamış, eqosentrizm, inadkarlıq, özünü psixoloji müdafiə etməyə meyillilik, kobudluq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilməmiş, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa, situasiyanı öz xeyrinə yönəldib danışmağa meyillilik əlamətləri aşkar edilməmiş, Təqsirləndirilən şəxs cinayəti törədən zaman fiziloji affekt vəziyyətində olmamış, Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır (cild 1, iş vərəqə 243-246). Cinayət işinin materiallarından görünür ki, hadisə yerindən götürülmüş 1 ədəd dırnaq təmizləyən alət (pilka), ünvan 6 ünvanının yerləşdiyi blokun zirzəmisindən aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs məxsus 1 ədəd qəhvəyi rəngli eynək, 1 ədəd üzərində 28 ədəd qara rəngli daşları olan boyunbağı, 1 ədəd adaptor, 1 ədəd ağ rəngli naqil, 1 ədəd kofta, 1 ədəd qulaqcıq qabı (içərisində qulaqcıq), 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd saat kəməri, 1 ədəd ağ rəngli tibbi maska, ümumilikdə 20, 10 qəpiklərdən ibarət cəmi 50 qəpik nağd pul, 1 ədəd “KgtelB360” markalı mobil telefon, Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş, 22 iyun 2021-ci il tarixdə əynində olmuş 1 ədəd qısaqol kofta, 1 ədəd Zərərçəkmiş şəxs məxsus hadisə zamanı əynində olmuş gecə geyimi olan şalvar və 1 ədəd qara rəngli mayka, 1 ədəd Təqsirləndirilən şəxs məxsus qara rəngli günəş eynəyi və 1 ədəd “Samsung DUOS” markalı mobil telefon maddi sübut kimi tanınaraq Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə səhər saatlarında Nizami rayonu, R.Rüstəmov küçəsi, 62 nömrəli binanın 48 nömrəli mənzilinin yerləşdiyi blokda və binanın qarşısında olmasını əks etdirən 1 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 199-216). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətləri barədə göstərdiyi xüsusatlar üzrə Nizami rayon prokurorluğunda ayrıca icraatda araşdırma aparılıb təsdiqini tapmadığına görə cinayət işinin başlanılmasının rədd edilməsi barədə 2 oktyabr 2021-ci il tarixdə qərar qəbul edilmişdir (cild 2, iş vərəqə 100-102). Cinayət işinin materiallarında olan məhkumluq haqqında arayışdan və hökmün surətindən dən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə 2 (iki) il müddətə nəqiliyyat vasitələri idarəetmə hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarı ilə 15 iyun 2016-cı il tarixdə cəzasının qalan hissəsini çəkməkdən azad edilmişdir (cild 2, iş vərəqə 144-145, 191-193). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinin tələbinə əsasən islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təyin olunacaq islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinin tələbinə əsasən müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli və həmin islah işləri cəzasının 4 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.4 və 157.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.4 və 157.1-ci maddələri ilə tövsif etməklə yanaşı, onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 59). İş materiallarında olan Nizami rayon məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 iyun 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 107-110). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.4-cü maddələrinin tələblərinə əsasən “böyük ictimai təhülkə törətməyən” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 iyun 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 268,16 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -Xətai rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd dırnaq təmizləyən alət (pilka), 1 ədəd siqaret qutusu, 1 ədəd ağ rəngli tibbi maska, Təqsirləndirilən şəxs məxsus 1 ədəd kofta, 1 ədəd qısaqol kofta, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş gecə geyimi olan şalvar və 1 ədəd qara rəngli mayka məhv edilməli; -Təqsirləndirilən şəxs məxsus 1 ədəd qəhvəyi rəngli eynək, 1 ədəd üzərində 28 ədəd qara rəngli daşları olan boyunbağı, 1 ədəd adaptor, 1 ədəd ağ rəngli naqil, 1 ədəd qulaqcıq qabı (içərisində qulaqcıq), 1 ədəd alışqan, 1 ədəd saat kəməri, 20 və 10 qəpiklərdən ibarət cəmi 50 qəpik nağd pul, 1 ədəd “KgtelB360” markalı mobil telefon, 1 ədəd qara rəngli günəş eynəyi və 1 ədəd “Samsung DUOS” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı; -Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə səhər saatlarında Nizami rayonu, R.Rüstəmov küçəsi, 62 nömrəli binanın 48 nömrəli mənzilinin yerləşdiyi blokda və binanın qarşısında olmasını əks etdirən videoçəkiliş yazılmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.4 və 157.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.4- maddəsi ilə 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinin tələbinə əsasən islah işləri cəzasının dörd günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il müddətə islah işləri cəzası 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Xətai rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd dırnaq təmizləyən alət (pilka), 1 ədəd siqaret qutusu, 1 ədəd ağ rəngli tibbi maska, Təqsirləndirilən şəxs məxsus 1 ədəd kofta, 1 ədəd qısaqol kofta, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş gecə geyimi olan şalvar və 1 ədəd qara rəngli mayka məhv edilməli; -Təqsirləndirilən şəxs məxsus 1 ədəd qəhvəyi rəngli eynək, 1 ədəd üzərində 28 ədəd qara rəngli daşları olan boyunbağı, 1 ədəd adaptor, 1 ədəd ağ rəngli naqil, 1 ədəd qulaqcıq qabı (içərisində qulaqcıq), 1 ədəd alışqan, 1 ədəd saat kəməri, 20 və 10 qəpiklərdən ibarət cəmi 50 qəpik nağd pul, 1 ədəd “KgtelB360” markalı mobil telefon, 1 ədəd qara rəngli günəş eynəyi və 1 ədəd “Samsung DUOS” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın; -Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə səhər saatlarında Nizami rayonu, R.Rüstəmov küçəsi, 62 nömrəli binanın 48 nömrəli mənzilinin yerləşdiyi blokda və binanın qarşısında olmasını əks etdirən videoçəkiliş yazılmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 268,16 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-517/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-517/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver