Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-517/2025 27.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Namazov Fərid oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7 və X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 yanvar 2025-ci il tarixdə, saat 12:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 5524,24 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə etdikdən sonra, 5500 qram hissəsini yaşadığı ünvan 3 ünvanında, 24,24 qram hissəsini isə üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 aprel 2024-cü il tarixdə saat 01:20-də ünvan 4 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən satış məqsədilə əldə edib saxladığı 24,24 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 04:50-də yaşadığı ünvan 5 ünvanına keçirilmiş baxış zamanı evin həyətindəki zirzəmidən 06 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1035 qram, 1020 qram, 995 qram, 1020 qram, 1100 qram və 330 qram olmaqla ümumi təmiz çəkisi 5500 qram təşkil edən, tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (Cinayət Məcəlləsi və ya CM) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 22 aprel 2024-cü il tarixdə gecə saat 12-ə (saat 00:00) qalmış Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsində yerləşən yaşadığı evdən çıxıb yaxınlıqdakı metrostansiyanın ətrafında mobil telefonla danışarkən polis əməkdaşları onu saxlayıb ağzı üstə yerə yıxaraq qollarını bağladıqdan sonra avtomobilə əyləşdirmiş və orada onun üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərindən pul qabı və açarlar aşkarlanmış, daha sonra 14-15 nəfər polis əməkdaşı ilə birlikdə kirayədə yaşadığı evə aparılmışdır. Həmin vaxt atası da evdə olmuş, polis əməkdaşı atasını evdən çıxardıb evə baxış keçirsələr də, baxış zamanı evdə heç nə aşkarlanmamışdır. Polis əməkdaşlarından biri ona “nəşə” (narkotik vasitə marixuana) alıb-satmasından məlumatlı olduğunu dedikdə, o, həqiqətən də xx.xx.2024-cü il tarixdə marixuana aldığını, lakin heç vaxt narkotik vasitə marixuananın satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıb orada 6 kq narkotik vasitə marixuana ilə “yükləyəcəklərini” dedikdə razı olmadığından, atası ilə hədələndiyinə görə razılaşmışdır. Səhhətində problem mövcuddur, o, 2 dəfə insult keçirmişdir. Buna baxmayaraq ona psixoloji təzyiq edilmiş, daha sonra yenidən yaşadığı evə aparılmış, o, idarəyə aparılarkən isə evdə onu tutan polis əməkdaşlarının bir qismi qalmışdır. Yaşadığı evin həyətinə daxil olduqda, polis əməkdaşları ona narkotik tərkibli marixuna təqdim edib özünə məxsus olmasını tələb etmiş, polis əməkdaşları qonşusunun hasarını qırıb həmin “nəşə”-ni hasarın içərisinə qoymuşlar. Ona məxsus narkotik vasitə marixuananı qonşunun həyətinə qoyması absurddur. Narkotik vasitənin satışı ilə məşğul olursa, alıcı və satıcı da müəyyən edilməlidir. Evdə videoçəkiliş həyata keçirildikdən sonra o, Baş İdarəyə aparılmışdır. O, atası ilə eyni evdə, bacısı onkoloji xəstə olduğundan, anası ilə birgə digər evdə yaşayır. Anası hadisədən xəbər tutan kimi evə gəldikdə, mobil telefonunu əlindən almış, daha sonra Baş İdarəyə aparıb bəzi sənədləri imzalatdırmışlar. İttiham aktında “Teymur” adlı şəxslə razılaşıb avtomobillə getdiyi yazılsa da, həqiqətdə onun avtomobili yoxdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə müstəntiq tərəfindən dindirildiyini, polis əməkdaşları ilə aralarında hər hansı qərəz, ədavət və düşmənçiliyin olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən hər hansı narkotik tərkibli maddə aşkarlamadığını, lakin evində aşkarlanmış 1 bükümdə narkotik vasitə marixuananın ona məxsus olduğunu və bunu polis əməkdaşlarına səmimi şəkildə etiraf etdiyini, həmin bükümü polis əməkdaşlarının onun cibinə qoyduğunu və Baş İdarədə aparılmış videoçəkiliş zamanı cibindən çıxardığını, yaşadığı evə ilk dəfə baxış zamanı polis əməkdaşlarının heç nə aşkarlamadığını, bundan sonra Baş İdarəyə aparıldığını, ümumilikdə evə 2 dəfə baxışın keçirildiyini, hər iki baxış zamanı Şahid4 iştirak etdiyini, ilk axtarış zamanı Şahid3 qapının girəcəyində dayanıb evə daxil olmadığını, başqa şəxslərin evə daxil olub hətta damda belə axtarış apardıqlarını, evindən aşkarlandığı iddia edilən narkotik tərkibli maddələrin qonşunun həyətindən tapıldığını, polis əməkdaşları tərəfindən baxış keçirilmiş evdə atası ilə birgə yaşadığını, həmin evin zirzəmisi və həyətinin olmadığını, evin birgə həyətində yerləşən evlərdən birində yaşayan qonşunun “166” kargo xidməti şirkətində işlədiyini və evə gec gəldiyini, digər qonşuluqda olan evdə isə ana və oğlunun birgə yaşadığını, onların yaşadığı ev ilə üzbəüz yerləşən evdə isə onun anasının bacısı ilə birgə yaşadığını, özünün rəsmi şəkildə hər hansı yerdə işləmədiyini və insult, yəni beyin qan dövranının kəskin pozulması xəstəliyindən əziyyət çəkdiyini və xəstəliyə görə olan dərmanlarının ödənişini bacısının qarşıladığını, öz gəlirini təmir işləri görərək, yəni oboy vuraraq və ya avtomobil idarə edərək qazandığını, lakin daimi gəlir yerinin olmadığını, istifadə etdiyi 2-3 qram narkotik vasitə marixuananı 20-30 manat müqabilində əldə etdiyini, ona polis əməkdaşları tərəfindən psixoloji təzyiq göstərildikdən sonra təqdim edilmiş evində olan marixuananın yerini göstərdiyini, əslində evindən 20-30 qram narkotik vasitə marixuananın aşkarlanması barədə polis əməkdaşlarının ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadələrini eşitdiyini, ifadə verərkən psixoloji təzyiq altında olduğunu, ona verilmiş ittihamda adı qeyd olunmuş “Teymur” adlı şəxsi tanmadığını, istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə “Fərid” adlı şəxslə əlaqə saxlayıb narkotik vasitə marixuana aldığını, ona polis əməkdaşları tərəfindən fiziki xəsarət yetirilmədiyini bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Son illər səhhətində yaranmış problemlərə görə metadon suyundan istifadə edir. “Teymur” adlı şəxsi təxminən bir il olar ki, tanıyır, lakin anket məlumatlarını bilmir. “Teymur”-a təxminən hadisədən bir ay əvvəl maddi sıxıntılarının olduğunu demiş, “Teymur” ona köməklik edəcəyini və pul qazanmaq üçün həll yolu bildiyini deyərək onu “Fərid” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış etmişdir. O, “Fərid” adlı şəxslə “Whatsapp” mobil tətbiqində “+**********64” saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. Daha sonra müxtəlif vaxtlarda “Fərid” adlı şəxsin Bakı şəhərində müxtəlif ünvanlara qoydurduğu narkotik vasitələri götürərək sonuncunun dediyi ünvanlara çatdırmışdır. Həmin köməkliyinə görə Fərid ona pul verirmiş, sonuncu dəfə o, 20 aprel 2024-cü il tarixdə yenə də “Teymur”a məxsus dövlət nömrə nişanını xatırlamadığı avtomobillə “Teymur”-la birlikdə Fəridin tapşırığına əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə getmişdir. Binə qəsəbəsində deyilən yerə çatdıqdan sonra “Teymur” yolun kənarında daşın arxasında gizlədilmiş iki ədəd torbada qoyulmuş narkotik vasitələri götürərək avtomobilin baqajına qoymuşdur. Daha sonra onlar həmin torbalardakı bağlamaların bir hissəsini müxtəlif ünvanlara çatdırmışlar. Qalan narkotik vasitələri isə o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən yaşadığı evə gətirmişdir. 22 aprel 2024-cü il tarixdə, saat 01 radələrində “Fərid” ona zəng edərək həmin narkotik vasitənin bir hissəsini götürməyini və deyiləcək ünvana çatdırmağını tapşırmışdır. O, bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoyaraq evdən çıxmış, həmin vaxt 2 nəfər mülki geyimli şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, ev 111 ünvanının yaxınlığında ona yaxınlaşaraq özlərini təqdim edib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, xidməti vəsiqələrini göstərmiş, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya varsa, təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən həmin bir ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Ondan həmin kütlənin nə olduğu soruşulduqda “nəşə” olduğunu bildirmiş, daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən üç ədəd açar, üç ədəd üzərində “4098 5844 5858 4016”, “4169 7377 0010 4520” və “5213 6751 7813 8093” nömrələri olan plastik bank kartları və bir ədəd ona məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Mobil telefonun üzərində hansı mobil nömrələr olduğu soruşulduqda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin olduğunu bildirmişdir. Daha sonra şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra onun təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişdir. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün ona məxsus bir ədəd “Samsung” markalı mobil telefon, üç ədəd bank kartı və şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüşdür. Açarlar isə onun özünə geri qaytarılmışdır. Daha sonra ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Fərid” adlı şəxsin vasitəsi ilə 02 gün əvvəl, yəni 20 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasına görə “Fərid” adlı şəxs ona 1500 manat pul verdiyini, əlavə olaraq da 300 manat daha verəcəyini bildirərək, həmin pulu təqdim etdiyi “Leobank” kartına göndərdiyini, həmçinin Bakı şəhəri, Nəsimi rayonu ərazisində yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş və daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişdir. ünvan 2 yerləşən yaşadığı evdə ona saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, evin həyətində zirzəmidə gizlədərək saxladığı sellofan paketdə olan narkotik vasitələri təqdim etmişdir. Daha sonra həmin sellofan paketə baxıldıqda içərisində 06 ədəd bağlamada qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və üzəri o, atası Mübariz, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Ardınca yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Fərid” adlı şəxsin vasitəsi ilə 2 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Fərid” adlı şəxsin ona 1500 manat pul verdiyini, əlavə olaraq da 300 manat verəcəyini bildirmişdir. Həmin pulu təqdim etdiyi “Leobank” kartına göndərdiyini, evdə narkotik vasitə olmasından heç kimin məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs sonradan məhkəməyədək icraat zamanı verdiyi ifadəsini dəyişmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ifadəsində isə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini, narkotik vasitələri “Fərid” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, sonuncu dəfə 20 aprel 2024-cü il tarixdə yenə də Fəriddən istifadə etmək məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində bir bükümdə narkotik vasitə qurudulmuş marixuana aldığını, iki gün sonra, yəni 22 aprel 2024-cü il tarixdə, saat 01 radələrində yaşadığı evin yaxınlığında olarkən 10-15 nəfər tanımadığı, sonradan polis əməkdaşları olduqlarını öyrəndiyi şəxslər tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparıldığını, orada üzərindən şəxsi istifadə məqsədi ilə əldə etdiyi həmin bir bükümdə narkotik vasitə marixuananın aşkar edilərək götürüldüyünü, daha sonra ona ifadəsində yaşadığı evdə də narkotik olduğunu deməsini və yaşadığı evə gedən zaman həmin narkotik vasitəni təqdim etməsini tələb etdiklərini, ona psixoloji təzyiq göstərildiyi üçün razılaşdığını, Fərid adlı şəxsdən cəmi bir bükümdə istifadə etmək məqsədi ilə narkotik vasitə aldığını, lakin yaşadığı evdə heç bir narkotik vasitə olmadığını, həmin narkotik vasitələrin sonradan yaşadığı evə qoyulduğunu və ona məxsus olmadığını, atası Mübarizin isə heç nədən xəbərinin olmadığını, “Teymur” adlı şəxsin məsuliyyətdən azad olmaq üçün özünün uydurması olduğunu, əslində Teymur adlı şəxs tanımadığını, törətdiyi əməli səmimi olaraq etiraf etdiyini, ifadəsində göstərdiyi xüsusatlarla bağlı polis əməkdaşları ilə üzləşmək istəmədiyini, məhkəmədə üzləşəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-in 143-cü və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunvericiliyin bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 21 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat qrupu yaradılmaqla keçirilmiş əməliyyat tədbiri nəticəsində növbəti gün, yəni 22 aprel 2024-cü il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş, Baş İdarədə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və baxış keçirilən zaman üzərində 01 bükümdə təxminən 30 qrama yaxın narkotik vasitə aşkarlanmışdır. Təqsirləndirilən şəxs evində də narkotik vasitə marixuana olduğunu dediyindən, evinə də baxış keçirilmiş və baxış zamanı təxminən 5-6 kiloqrama yaxın marixuana aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik tərkibli maddələri İran İslam Respublikasının vətəndaşı olan şəxsdən əldə etdiyini, həmin narkotik tərkibli maddələri satması müqabilində həmin şəxsdən 1000-1500 manat alacağını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsində saxlanıldığını, Təqsirləndirilən şəxs saxlanılarkən tək olduğunu, Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarına hər hansı müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs saxlayıb Baş İdarəyə dəvət etdiklərini, üzərinə baxış zamanı o, əməliyyat qrupunun digər üzvü Şahid3, müdafiəçi və Təqsirləndirilən şəxs iştirak etdiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə evdə narkotik vasitə saxladığını etiraf etdiyini, narkotik vasitənin evin hansı hissəsindən tapıldığını uzun müddət keçdiyindən xatırlamadığını, videoçəkilişdə iştirak etdiyini, narkotik tərkibli maddələrin evin zirzəmisindən aşkar edilib-edilmədiyinin yadında qalmadığını, 14-15 nəfər polis əməkdaşının həmin əməliyyat tədbirinə cəlb edilmədiyini, təqsirləndirilən şəxsin özünü müdafiə etmək məqsədilə məhkəmədə yalan danışdığını, aşkarlanmış narkotik tərkibli maddələrin qablaşdırılıb ekspertizaya göndərildiyini, Təqsirləndirilən şəxs bütün istintaq hərəkətlərində şəxsən iştirak etdiyini və təqdim edilmiş sənədləri imzaladığını, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq edilmədiyini, ibtidai istintaqda verdiyi ifadəni təsdiqlədiyini, həmin ifadədəki imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək Şahid4 məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs anasıdır. O, əvvəllər əri, qızı və oğlu ilə birgə eyni evdə yaşamış, sonradan qızının xərçəng, ərinin isə ürək xəstəsi olması səbəbindən, yəni 2 xəstənin eyni evdə yaşaması qeyri-mümkün olduğundan evləri ayırmalı olmuşlar. Onlar eyni həyətdə olan iki üzbəüz evi kirayə tutmuş, oğlu və əri bir evdə, o və qızı isə digər evdə yaşamağa başlamışlar. 22 aprel 2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs saat 21 radələrində onun yaşadığı evə gəlmiş, bir müddət oturduqdan sonra atası ilə birgə yaşadığı evə getmişdir. Gecə saat 12 radələrində oğlu Saleh ona zəng edib mağazadan bir-iki şey alıb qayıdacağını demiş, o, həmin vaxt telefonda qışqırıq səsləri eşitmişdir. O, bu səslərdən narahat olub dərhal küçəyə çıxmış, oğlunu avtomobilin vurduğunu zənn etmişdir. O, bütün küçəni nəzərdən keçirmiş, lakin heç nə görməmişdir. O, artıq evə qayıdan zaman isə evlərinin qarşısında xidməti polis avtomobilləri və çoxlu sayda polis əməkdaşlarının olduğunu görmüşdür. O, polis əməkdaşlarına yaxınlaşıb nə baş verdiyini soruşduqda, polis əməkdaşlarından biri ona oğlu Salehin narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə saxladıqlarını demişlər. O, evə daxil olarkən xəstə olan ərinin alt geyimində əyləşdirildiyini görmüş, o, müdaxilə etdikdən sonra ərinin üstünü geyinməyə icazə vermişlər. Bundan başqa polis əməkdaşları onun ərini tualetə belə getməyə icazə verməmiş, yalnız onun xahişindən sonra buna şərait yaratmışlar. Polis əməkdaşları evi pis vəziyyətə qoyub dağıtmışlar. Polis əməkdaşları evə baxış keçirdikdən bir müddət sonra oğlu Salehi polis idarəsinə aparmış, bu vaxt polis əməkdaşlarından onu da polis idarəsinə aparmalarını xahiş etsə də, polis əməkdaşları razılaşmamışlar. Oğlu Saleh polis idarəsinə aparıldıqdan 3 saat sonra polis əməkdaşları əllərində sellofan torba ilə geri qayıtmış, videoçəkiliş aparmış və “guya” həyətindən sellofan torbanın içərisində 5- 6 kq narkotik tərkibli maddənin aşkarlandığını demişlər. İş materiallarında yazılanların hamısı yalandır, həmin narkotik tərkibli maddələr onun həyətindən çıxmamışdır. Oğlu Təqsirləndirilən şəxs ağıllı, tərbiyəli, ürəyiyumşaq, təmiz biri olmuş, onların evinə bu zamanadək haram loxma girməmişdir. Onun övladının tutulması ailəsinin məhvinə səbəb olacaqdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 polis əməkdaşlarının ilk dəfə evdə heç nə tapmadıqlarını, ikinci dəfə isə polis əməkdaşları onun evinə əllərində sellofan bağlama ilə gəldiklərini, sonra isə “guya” videoçəkilişdə həmin sellofan bağlamanın evdən aşkar olunduğunu nümayiş etdirdiklərini, ərinin və oğlunun ayrı şəkildə, qaldıqları evlə üzbəüz 1 otaqlı həyət evində yaşadıqlarını, həmin həyətdə hər birinin 1 otaqdan ibarət olan 3 evin olduğunu, baxış keçirilən evin 12 kv.m sahəli balaca otağı, bir balaca mətbəxi və bir balaca hamam-tualetdən ibarət olduğunu, həmin kürsülü evin, eləcə də məhəllədə zirzəminin olmadığını, ev sahibinin həmin evlərdən birində yaşamadığını, bütün evlərin kirayə verildiyini, polis əməkdaşlarının narkotik tərkibli maddəni aşkarladığı yerin qonşunun həyətinə aid olduğunu, təqdim edilmiş fotoşəkildəki evin həmin ev olduğunu və həmin fotoşəkildən də həyətdə zirzəminin olmadığının göründüyünü, ərinin ürək xəstəsi, qızının isə xərçəng xəstəsi olduğunu, evə gələnədək evdə axtarışın aparıldığını, polis əməkdaşlarının hər yeri dağıdıb-tökdüklərini, ayaqqabı ilə evdə gəzdiklərini, Təqsirləndirilən şəxs yatdığı yeri soruşduqlarını, polis əməkdaşlarının əllərində gətirdikləri sellofan torbanın sonradan harada olduğunu görmədiyini, videoçəkiliş zamanı polis əməkdaşlarının onu kənarlaşdırdıqlarını, oğlu Salehin narkotik tərkibli maddə istifadəçisi olduğunu nə gördüyünü, nə də eşitdiyini, oğlunun belə işlərlə məşğul olmadığını bildiyini, polis əməkdaşlarının onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıb məcburi şəkildə adından yazılmış ifadəni imzalatdırdıqlarını bildirdi. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 22 aprel 2024-cü il tarixdə Salehlə birgə yaşadıqları evə polis əməkdaşları gəlmişdir. Ona yaşadıqları evdə narkotik vasitə olması ehtimal edildiyindən baxış keçiriləcəyi deyilmiş, o da baxış keçirilməsinə etiraz etməmiş və bununla bağlı ərizə təqdim etmişdir. Baxış zamanı Saleh evin həyətində yerləşən zirzəmidən bir ədəd sellofan torbada 6 ədəd bağlamada qurudulmuş marixuananı çıxarıb təqdim etdikdən sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılıb möhürlənmiş və üzəri Saleh, o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanıb götürülmüşdür. Evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Saleh verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Fərid” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Fərid” adlı şəxsin ona 1500 manat pul verdiyini, əlavə olaraq da 300 manat verəcəyini, evdə narkotik vasitə olmasından heç kimin məlumatı olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları Salehlə birlikdə çıxıb getmişlər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və 3-13-7/Ə129/2024 nömrəli “Əməliyyat qrupunun yaradılması haqqında” əmrdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz tədbirlər görülməsi məqsədilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid4 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-5; 8) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:20 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, ev 111 ünvanının yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. (Cild 1, iş vərəqə 9) xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 19-20) xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoyduqdan sonra üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan “Samsung” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 03 ədəd açar, 03 ədəd üzərində “4098 5844 5858 4016”, “4169 7377 0010 4520” və “5213 6751 7813 8093” nömrələri olan plastik bank kartları və 01 ədəd ona məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Fərid” adlı şəxsin vasitəsi ilə 2 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Fərid” adlı şəxsin ona 1500 manat pul verdiyini, əlavə olaraq da 300 manat veəcəyini, həmin pulu təqdim etdiyi “Leobank” kartına göndərdiyini, həmçinin Bakı şəhəri, Nəsimi rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçiirlməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (Cild 1, iş vərəqə 28-31) xx.xx.2024-cü il tarixli Şahid1 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 yerləşən mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (Cild 1, vərəqə 34) xx.xx.2024-cü il tarixli “Evə baxış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə ünvan 2 yerləşən mənzilə baxış zamanı Təqsirləndirilən şəxs evin həyətində zirzəmidə gizlədərək saxladığı sellofan paketdə olan narkotik vasitələri təqdim etmişdir. Həmin sellofan paketə baxıldıqda içərisində 06 ədəd bağlamada qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, həmin kütlələr qablaşdırılıb DİN-in 7 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Fərid” adlı şəxsin vasitəsi ilə 2 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Fərid” adlı şəxsin ona 1500 manat pul verdiyini, əlavə olaraq da 300 manat veəcəyini, həmin pulu təqdim etdiyi “Leobank” kartına göndərdiyini, evdə narkotik vasitə olmasından heç kimin məlumatı olmadığını bildirmişdir. (Cild 1, vərəqə 33; 35-37) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/616 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” sözləri yazılmış zərfdə olan bir ədəd kağız bükülüdə təmiz çəkisi 24,24 qram və üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri yazılmış bağlamada 06 (altı) ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 1035,0 qram, 1020,0 qram, 995,0 qram, 1020,0 qram, 1100,0 qram və 330,0 qram bitki mənşəli kütlələr təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 5524,24 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: marixuananın ümumi çəkisi 5524,24 qram olmuş, 0,35 qram (hər obyektdən 0,05 qram) tədqiqata sərf edildikdən sonra 5523,89 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 47-51) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 65-66) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-199/2024 nömrəli qərarından görünür ki, həmin tarixdə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(006)-440/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni 11 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 84-87; iş vərəqə 288-292) xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınması haqqında” qərarından görünür ki, həmin tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumilikdə 5524,24 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq 5523,89 qram çəkidə qurudulmuş marixuana bir ədəd zərfdə və bir ədəd torbada qablaşdırılmış halda saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 141-142) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(06)-283/2024 nömrəli qərarından görünür ki, həmin tarixli qərarla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid4 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 21 aprel 2024-cü il tarixli qərar və yaşayış yerinə baxış keçirilməsinə dair sənədləri geri qaytarılmışdır. (cild 1, iş vərəqə 146) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət xarakterli məlumat yoxdur. (Cild 1, iş vərəqə 153-154) xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" ASC-nin Rəqəmsal Filialında xx.xx.2021-ci il tarixdə açılmış hesab üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər hansı əməliyyat keçirilməmişdir. Kart üzrə qalıq məbləğ 0,00 manat təşkil edir. Bundan başqa, Təqsirləndirilən şəxs adına "xxxx" ASC-də açılmış “Leobank” kart hesabında xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 10392,67 manat kredit, 9935,29 manat isə debet dövriyyəsi olmuşdur. Çıxış qalıq 470,38 manat təşkil etmişdir. (Cild 1, iş vərəqə 186) xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 187-188; 190) xx.xx.2024-cü il tarixli “Əşyanın saxlanca verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 191-192) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və X5” X9 xx.xx.2024-cü il tarixli, 485 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (cild 1, iş vərəqə 204-206) Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 5-1/71316 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən götürülmüş narkotik vasitəni əldə etdiyi mənbəni, narkotik vasitəni ona satmış şəxsi müəyyən etmək, eləcə də onun narkotik vasitələrin satışı ilə məşğul olması faktı öz təsdiqini tapsa da, narkotik vasitələri əldə etdiyi mənbəni, habelə Teymur adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 207) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X2 üzrə xx.xx.2024-cü il tarixli, 3229 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və sintetik opiodlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 208-209) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Komisyon ambulator-məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1435 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd olunan əməlləri törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 21-ci maddəsinin təsiri altına düşmür.(Cild 1, iş vərəq 213-216) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 22 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı, habelə evə baxış keçirilməsi və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 02 ədəd DVD disk, habelə 03 ədəd üzərində “4098 5844 5858 4016”, “4169 7377 0010 4520” və “5213 6751 7813 8093” nömrələri olan plastik bank kartları maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri sübut kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 240-253) xx.xx.2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə, habelə “Fərid” adlı İran İslam Respublikasının vətəndaşı və “Teymur” adlı şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 255-256) Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşlarının ona psixi zorakılıq etdikdən sonra təqdim edilmiş narkotik vasitəni videoçəkilişdə nümayiş etdirməsini ondan tələb etdiklərini desə də, şahidlər Şahid4 və Şahid3 həm məhkəmə baxışı, həm də məhkəməyədək icraat zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 xx.xx.2024-cü il tarixli, 485 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən, ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri cinayət prosesi gedişində tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Göründüyü kimi, müvafiq ekspert rəyinə əsasən də, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarətin olması müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə ifadəsinin alınmasına dair təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxs tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırması müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarından göstərilmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti, eləcə də evinə baxış keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs 14-15 nəfər polis əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə gecə saat 12 radələrində saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmadığını, evində axtarış zamanı 1 bükümdə narkotik vasitə marixuananın olduğunu və həmin marixuananı şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyini, evinə baxış istintaq hərəkəti zamanı təqdim etdiyi təxmini 5 kq-dan çox narkotik vasitə marixuananın isə ona məxsus olmadığını, evinə baxışın 2 dəfə aparıldığını, yaşadığı evə polis əməkdaşlarının müvafiq narkotik vasitə marixuananı qoyduqdan sonra istintaq hərəkətinin baş tutduğunu, həmin narkotik vasitə marixuananın polis əməkdaşlarının özləri ilə gətirdiklərini, narkotik vasitənin aşkarlandığı zirzəminin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin həqiqət olub-olmadığını yoxlamaq üçün verilmiş suallara cavab olaraq məhkəmədə şahidlər Şahid3 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) və Şahid4 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təkzib edib sonuncunun xx.xx.2024-cü il tarixdə saat 01 radələrində saxlanıldıqdan dərhal sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldığını, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təsirin olmadığını, müvafiq istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində və evində aşkarlanmış narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etdiyini, əməliyyat qrupunda iştirak etmiş şəxslərdən başqa şəxslərin Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiklərini söyləmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun yaradılması haqqında” əmrdən görünür ki, həmin əməliyyat qrupunun tərkibində Şahid4 və Şahid3 iştirak etmişdir. Başqa polis əməkdaşlarının Təqsirləndirilən şəxs saxlanılmasında iştirakı cinayət işinin materiallarına əsasən, habelə məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Evə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, məhkəmədə verdiyi ifadəsinin əksinə həmin istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs müvafiq olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, ünvan 4 ünvanında yerləşən evindən isə 06 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Fərid” adlı şəxsin vasitəsi ilə 2 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Fərid” adlı şəxsin ona 1500 manat pul verdiyini, əlavə olaraq da 300 manat verəcəyini, həmin pulu təqdim etdiyi “Leobank” kartına göndərdiyini, həmçinin Bakı şəhəri, Nəsimi rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçiirlməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs dediyi digər xüsusat, yəni polis əməkdaşları tərəfindən onun cibinə və evinə narkotik vasitə olan qurudulmuş marixuananın yerləşdirilməsi cinayət işinin materialları və məhkəmə baxışı zamanı müəyyən edilməmiş, əksinə onun müvafiq istintaq hərəkətlərində büküm və bağlamalarda olan narkotik vasitə marixuananı könüllü şəkildə təqdim etməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokollara əlavə edilmiş disklərə baxışa əsasən şəxsi axtarış və götürmə istintaq hərəkəti Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında və ünvan 4 ünvanında aparılmışdır. Cinayət işinin materiallarından, habelə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üstünün saxlanıldığı yerdə yoxlanılması müəyyən edilməmişdir. Həmin istintaq hərəkəti protokollarına əlavə edilmiş videogörüntülər tədqiq edildikdə müəyyən edilir ki, videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildədir. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokollara qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeydlər də əlavə olunmuşdur. Həmin istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs sərbəst şəkildə müvafiq narkotik tərkibli maddələri əldə etməsi, saxlaması və daşıması barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə və evindən 06 ədəd bağlanmış narkotik vasitə marixuanaya bənzər kütlələr qablaşdırılıb 7 nömrəli möhürlə möhürləndikdən sonra ekspertizaya göndərilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/616 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən ümumilikdə 5524,24 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkarlanması aşkarlanmışdır. Məhkəmə qeyd edir ki, həmin ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkarlanmış narkotik vasitə marixuananın tərkibləri eynilik təşkil etmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, belə ki, onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Məhkəmə kollegiyası, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2024-cü il tarixli ifadəsini əsas götürür. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri bilir ki, Şahid2 məhkəməyədək icraat zamanı ittihamda göstərilənlərə uyğun məzmunda ifadə versə də, məhkəmə iclasında ifadəsini dəyişdirərək, polis əməkdaşlarının onun yaşadığı evə 2 dəfə gəldiklərini, gələrkən özləri ilə sellofan torba gətirdiklərini, oğlu Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etmədiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsinə əsasən, yaxın qohumlar babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ərarvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir. Məhkəmə Şahid2 Təqsirləndirilən şəxs yaxın qohumu, yəni anası olduğundan, məhkəməyədək icraat zamanı məhkəmə iclasında dedikləri barədə hər hansı orqana müraciət etmədiyindən, məhkəmə iclasında verdiyi ifadəsini Təqsirləndirilən şəxs xeyrinə, sonuncunu müdafiə etmək məqsədi ilə verilmiş, işin hallarına uyğun olmayan ifadə kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Şahid1 məhkəmə iclasında iştirakının təmin olunması məqsədilə kifayət qədər səy göstərməsinə baxmayaq həmin şəxslər məhkəmə iclasında iştirak etməmişdir. İttihamın yalnız və həlledici şəkildə məhkəmədə dindirilməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanmamaqla, məhkəmənin yekun qərar verməsi üçün kifayət edən sübutların mövcudluğu nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərin kompensasiya edilməsi üçün tarazlaşdırıcı tədbirlər görmüş və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəmə iclasında sərbəst şəkildə ərizə ilə müraciət edib Şahid1 məhkəmə iclasına gəlməsinə zərurət olmadığını, həmin şəxsin iştirakları olmadan məhkəmə iclasının davam etdirilməsini və gələcəkdə də gəlmələrini zəruri hesab etmədiyini bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququndan istifadə etdiyindən və belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalı olduğundan, Şahid1 məhkəmə iclasında dindirilməsindən imtina məhkəmə tərəfindən qəbul edilmişdir. Odur ki, məhkəmə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmə iclasında elan etmiş və digər sübutlarla birgə tədqiq etmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2024-cü il tarixli ifadəsini, şahidlər Şahid3 və Şahid4 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrini, şahidlər Şahid2 və Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, ölkə ərazisində narkotik vasitələrin qanunsuz satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Fərid” və “Teymur” adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Fərid” adlı şəxsin göstərişinə əsasən “Teymur” adlı şəxslə birlikdə istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 5524,24 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə etdikdən sonra, 5500 qram hissəsini yaşadığı ünvan 3 ünvanında, 24,24 qram hissəsini isə üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 aprel 2024-cü il tarixdə saat 01:20-də ünvan 4 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən satış məqsədilə əldə edib saxladığı 24,24 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana və əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 04:50-də yaşadığı ünvan 5 ünvanına keçirilmiş baxış zamanı evin həyətindəki zirzəmidən 06 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1035 qram, 1020 qram, 995 qram, 1020 qram, 1100 qram və 330 qram olmaqla ümumi təmiz çəkisi 5500 qram təşkil edən, tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Sözügedən qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxs nəinki hər hansı maddi maraq naminə (qazanc, digər mənfəət əldə etmək, özünü və ya yaxınlarını müəyyən maddi öhdəliklərdən azad etmək məqsədilə), həm də qeyri-əmlak xarakterli, məsələn əldə edənin qarşısında hörmət və nüfuz qazanmaq, özünü ona sadiq dostu və ya tanışı kimi təqdim etmək və bu kimi digər məqsədlərlə narkotik vasitələrin və ya psixotrop maddələrin yayılmasına yönəlmiş (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən və ictimai zərərli maraqla şərtləndirilən) hərəkətlər etdiyi halda da həmin şəxsin əməlləri bu vasitə və maddələrin satış məqsədilə törədilmiş əməllər kimi qiymətləndirilməlidir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi həmin Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2-ci və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CMin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan “Fərid” və “Teymur” adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Fərid” adlı şəxsin göstərişinə əsasən “Teymur” adlı şəxslə birlikdə istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixuananı əldə etməsi” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “şəxsiyyəti istintaqa məlum olmayan “Fərid” və “Teymur” adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Fərid” adlı şəxsin göstərişinə əsasən “Teymur” adlı şəxslə birlikdə istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixuananı əldə etməsi”-ni göstərməklə kifayətlənmişdir. Bununla bağlı, məhkəmə bir halı da qeyd edir ki, məhkəmədə elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 5-1/71316 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən götürülmüş narkotik vasitəni əldə etdiyi mənbəni, narkotik vasitəni ona satmış şəxsi müəyyən etmək, eləcə də onun narkotik vasitələrin satışı ilə məşğul olması faktı öz təsdqini tapsa da, narkotik vasitələri əldə etdiyi mənbəni, habelə Teymur adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, həmin qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Təqsirləndirilən şəxs bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “şəxsiyyəti istintaqa məlum olmayan “Fərid” və “Teymur” adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “Fərid” adlı şəxsin göstərişinə əsasən “Teymur” adlı şəxslə birlikdə istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixuananı əldə etməsi” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 109.1-ci bəndinə əsasən narkotik vasitə qurudulmuş marixuana təmiz halda 500 qramdan artıq olduqda külli miqdar, təmiz halda 5 qramdan artıq olduqda xeyli miqdar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edib üzərində saxlayaraq daşıdığı narkotik vasitə qurudulmuş marixuana 5524,24 qram, yəni xeyli miqdarından təxminən 1104,8 dəfədən, külli miqdarından isə 11,04 dəfədən artıq olması, yəni narkotik vasitənin miqdarı, bərabər bükümlərə bölünməsi, ibtidai istintaqda öz əməlini səmimi etiraf etməsi, əməliyyat məlumatının olması və cinayət işinin materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası yekun qərar- ittiham hökmü çıxararkən hökmün təsviri hissəsində sadalanmış qanunvericilik aktlarının, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbinə əsasən əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını, məhkəmə iclasında elan edilməklə təqdiq olunmuş sənədlərə əsasında atasının hipertoniya, bacısının onkoloji xəstə olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-199/2024 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(006)-440/2024 nömrəli qərarına əsasən, onun həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X2 üzrə xx.xx.2024-cü il tarixli, 3229 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla, Nəsimi Rayon Polis İdarəsində maddi sübutların saxlanc yerində saxlanılan qalıq çəkisi 5523,89 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Evə baxış və götürmə aparılması haqqında” protokollara əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 03 ədəd üzərində “4098 5844 5858 4016”, “4169 7377 0010 4520” və “5213 6751 7813 8093” nömrələri olan plastik bank kartları hökm qanuni qüvvəyə minənədək cinayət işinin materiallarında saxlanılmalı, məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində maddi sübutların saxlanc yerində saxlanılan qalıq çəkisi 5523,89 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Evə baxış və götürmə aparılması haqqında” protokollara əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 03 ədəd üzərində “4098 5844 5858 4016”, “4169 7377 0010 4520” və “5213 6751 7813 8093” nömrələri olan plastik bank kartları hökm qanuni qüvvəyə minənədək cinayət işinin materiallarında saxlanılsın, məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-517/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-517/2025
27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver