Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-518/2022 01.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 27 avqust 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri, Səbail rayon məhkəməsinin 29 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 30 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 02 il, 01 ay, 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, 30 iyul 2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən bir ədəd sellofan bükümündə kustar üsulla hazırlanmış qəhvəyi rəngli təmiz çəkisi 2,991 qram olan narkotik vasitə hesab edilən külli miqdarda heroini 80 manat pul ödəməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımış, həmin gün saat 11:00-da yaşadığı ünvan 2 ünvanının qarşısında olarkən Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin Polis Bölməsinə gətirilib qeyd edilən inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindəki pul qabının içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd sellofan bükümündə kustar üsulla hazırlanmış qəhvəyi rəngli təmiz çəkisi 2,991 qram olan narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə müxtəlif vaxtlarda məhkum olunmuş və hal-hazırda ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. O, heç bir yerdə işləməmiş, müəyyən vaxtlarda fərdi əməklə məşğul olaraq xərclərini qarşılamışdır. Bir neçə vaxtdır ki, o, narkotik vasitədən bədənində ağrılar olduğuna görə istifadə etmişdir. Əldə etdiyi narkotik vasitə və ya psixotrop maddələri isə adətən Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə, tanımadığı şəxslərdən almışdır. 30 iyul 2021-ci il tarixdə anası ilə telefonda danışan zaman, anası ona yaşadıqları məhəllədə polis əməkdaşlarının olduğunu, onu soruşduqlarını söyləmiş, o da saat 11:00 radələrində yaşadığı ünvana getmişdir. Onu ünvan 4nin 27-ci PB-nin əməkdaşları saxlamış və ona narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində və saxlamasında şübhəli bilindiyini onun nəzərinə çatdırılmaqla həmin polis bölməsinə aparmışlar. Polis bölməsinin inzibati otaqlarının birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirəcəklərini bildirmiş və ondan üzərində hər hansı bir saxlanması qadağan olunmuş əşya və ya maddənin olub-olmamasını soruşmuşlar. Onun üzərində heç bir narkotik vasitə olmasa da polis əməkdaşlarının sözü ilə aldadılaraq, onların verdikləri narkotik vasitəni götürmüş və videoçəkiliş zamanı onların dediyi kimi hərəkət edərək, əynində olan şalvarın sağ yan cibindəki pul kisəsinin içərisindən, 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin qəhvəyi rəngli heroinə bənzər maddəyə və sonradan isə onun üzərinə baxış keçirmişlər. Bu zaman onun üzərindən başqa hər-hansı bir qeyri qanuni əşya və maddə aşkar edilməmişdir. Onun üzərindən aşkar olunmuş bir bükümdə içərisində narkotik vasitəyə bənzər maddə polis əməkdaşları tərəfindən boş zərfə qoyularaq hamının iştirakı ilə qablaşdırılıb, möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitələrin heç bir zaman satışı ilə məşğul olmamış, lakin, narkotik vasitələrdən mütəmadi olaraq istifadə etmiş və tanımadığı şəxslərdən ara-sıra almışdır. O, polis əməkdaşları tərəfindən saxlanıldığı gün isə üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. Belə ki, o, anası ilə telefonda danışan zaman, anası ona yaşadıqları məhəllədə polis əməkdaşlarının olduğunu və onu axtardıqlarını söyləmişdir. Bu məlumatdan sonra əgər onun üzərində narkotik vasitə olsaydı, o, həmin narkotik vasitəni mütləq atdıqdan sonra yaşadığı evə gedərdi. Qeyd olunanları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, halhazırda Yasamal RPİ-nin 27-ci PB-də əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı xüsusi rütbəsi ilə xidmət edir. 30 iyul 2021-ci il tarixdə xidmət etdiyi bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və ona Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi, ev-36-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz olaraq istifadəsi və üzərində daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı verilmişdir. Alınmış məlumatı dəqiqləşdirmək və Təqsirləndirilən şəxs törətdiyi əməlləri ifşa etmək məqsədi ilə onun və bölmənin əməliyyat müvəkkili Şahid2 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 30 iyul 2021-cı il tarixdə, saat 11:00 radələrində əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs ünvan 6 ünvanın qarşısında saxlanılmış və ona özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Həmin şəxs onlara özünü 27 avqust 1981-cı il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq istifadəsində və daşımasında şübhəli olduğunu bildirib, onu özləri ilə Yasamal RPİ-nin 27-ci PB-nə aparmışlar. Polis Bölməsində göstərilənlərlə bağlı raport tərtib edilərək araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis baş leytenantı Fuad Cənnətova həvalə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmiş, həmçinin onun hüquqlarının müdafiəsinin təmini üçün ora Bakı şəhəri «Mərkəz» vəkil bürosundan vəkil X5 dəvət edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması üçün rəsmiləşdirilmə aparılmış və ona bildirilmişdir ki, üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılacaqdır. Təqsirləndirilən şəxs bundan imtina etmədikdə, sonuncuya üzərində qanunsuz gəzdirdiyi əşya, narkotik vasitə və ya psixotrop maddə vardırsa masanın üstünə qoyması təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindəki pul kisəsini cıxardaraq içərisində olan bir büküm sellofana bükülmüş maddəni masanın üzərinə qoymuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir və onu Bakı şəhəri, Nəsimi rayonu ərazisində «Kubinka» deyilən yerdən adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 80 manata almışdır. Həmin bükülünün içərisinə nəzər saldıqda orada qəhvəyi rəngli heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirildikdə iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya maddə aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən qeyd edilən içərisində narkotik vasitəyə bənzər maddə olan büküm boş zərfin içərisinə qoyulmuş və hamının iştirakı ilə qablaşdırılaraq zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilmiş, hamı tərəfindən tanış olduqdan sonra imzalarla təsdiq edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının müvafiq rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün №168» dairəvi möhür əksi olan, «Saxlanılan şəxs Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə, bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,991 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin sonuncunun haradan əldə etməsi barədə onun hər-hansı bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq istifadəsi, əldə edib saxlaması və daşıması ilə əlaqədar bir sıra əməliyyat məlumatları əldə edilmiş, lakin narkotik vasitələrin satışı ilə bağlı hər hansı məlumat olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 30 iyul 2021-ci il tarixdə xidmət etdiyi bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və ona Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi, ev-36-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz istifadəsi və üzərində narkotik vasitə daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı verilmişdir. Alınmış məlumatı dəqiqləşdirmək və Təqsirləndirilən şəxs törətdiyi əməli ifşa etmək məqsədi ilə onun və bölmənin əməliyyat müvəkkili Şahid1 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 30 iyul 2021-cı il tarixdə, saat 11:00 radələrində əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs ünvan 6 ünvanın qarşısında saxlanılmış, sonuncuya özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin şəxs onlara özünü 27 avqust 1981-cı il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, sonuncunu özləri ilə Yasamal RPİ-nin 27-ci PB-ya aparmışlar. Polis Bölməsində göstərilənlərlə bağlı raport tərtib edilərək araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis baş leytenantı Fuad Cənnətova həvalə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmiş, həmçinin onun hüquqlarının müdafiəsinin təmini üçün ora Bakı şəhəri «Mərkəz» vəkil bürosundan vəkil X5 dəvət edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması üçün rəsmiləşdirilmə aparılmış və ona bildirilmişdir ki, üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılacaqdır. Təqsirləndirilən şəxs bundan imtina etmədikdə, sonuncuya üzərində qanunsuz gəzdirdiyi əşya, narkotik vasitə və ya psixotrop maddə vardırsa masanın üstünə qoyması təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindəki pul kisəsini cıxararaq içərisində olan bir büküm sellofana bükülmüş maddəni masanın üzərinə qoymuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir və onu Bakı şəhəri, Nəsimi rayonu ərazisində «Kubinka» deyilən yerdən adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən 80 manata öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin bükülünün içərisinə nəzər saldıqda orada qəhvəyi rəngli heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirildikdə iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya maddə aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən qeyd edilən içərisində narkotik vasitəyə bənzər maddə olan büküm boş zərfin içərisinə qoyulmuş və hamının iştirakı ilə qablaşdırılaraq zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək hamı tərəfindən tanış olduqdan sonra imzalarla təsdiq edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının müvafiq rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün №168» dairəvi möhür əksi olan, «Saxlanılan şəxs Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə, bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,991 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin sonuncunun haradan əldə etməsi barədə onun hər-hansı bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi, əldə edib saxlaması ilə əlaqədar bir sıra əməliyyat məlumatları əldə edilmiş, lakin narkotik vasitələrin satışı ilə bağlı hər hansı məlumat olmamış, satışla bağlı hər hansı fakt müəyyən edilməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, o, X3 işləyir. 30 iyul 2021-ci il tarixdə işdən evə gəlmiş, oğlu Heybət isə çörək almaq üçün getmişdir. Həmin vaxt məhəlləyə polis əməkdaşları gələrək Heybət barəsində soruşmuşlar. Bu zaman Heybət zəng edərək, evə alınmalı başqa bir şey lazım olub-olmamasını soruşmuşdur. O, Heybətə heç nə lazım olmadığını, polis əməkdaşlarının onun barəsində soruşmalarını deyərək, tez gəlməsini bildirmişdir. Heybət gəlmiş və polis əməkdaşları onu özləri ilə birgə aparmış və oğlu həbs edilmişdir. Oğlu Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmuş, lakin, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılarkən isə ümumiyyətlə üzərində narkotik vasitə olmamışdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 iyul 2021-ci il tarixli 6/3193 nömrəli rəyi ilə müəyyən edilir ki, üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün №168» dairəvi möhür əksi olan, «Saxlanılan şəxs Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə, bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,991 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə:40-44) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 20 avqust 2021-ci il tarixli, 2985 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə:181-182) Cinayət işi üzrə təyin edilmiş məhkəmə ambulator psixiatrik ekspertizasının 20 avqust 2021-ci il tarixli, 1878 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə:183-185) İş üzrə keçirilmiş 30 iyul 2021-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin gün Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən o, əynindəki şalvarın sağ yan cibindən çıxardığı pul kisəsinin içərisində saxladığı bir ədəd sellofana bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddəni təqdim edərək, həmin maddənin narkotik vasitə heroin (kakos) olduğunu, həmin maddəni tutulduğu gün səhər saatlarında Nəsimi rayonu «Kubinka» adlanan ərazidə, tanımadığı şəxsdən aldığını, qeyd edilən tarixdə, saat 11:00 radələrində isə yaşadığı ünvan 8 ünvanın qarşısında Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdır. (iş vərəqə:33-34) 30 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-də videoçəkiliş aparılmış və həmin videogörüntüləri özündə əks etdirən bir ədəd «imation» adlı, DVD-Rİ16x, 4,7 GB, 2 hr texniki göstəricili diskə cinayət işi üzrə baxış keçirilmişdir. Baxışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ona təklif edildikdən sonra əynindəki şalvarın sağ yan cibindən çıxardığı pul kisəsinin içərisində saxladığı bir ədəd sellofana bükülmüş içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddəni təqdim edərək, həmin maddənin narkotik vasitə heroin (kakos) olduğunu, həmin maddəni tutulduğu gün səhər saatlarında Nəsimi rayonu «Kubinka» adlanan ərazidə, tanımadığı şəxsdən aldığını, qeyd edilən tarixdə, saat 11:00 radələrində isə yaşadığı ünvan 8 ünvanın qarşısında Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. (iş vərəqə:154-155) Cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan telefon danışıqları, sms yazışmaları və anten dairələri barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən götürülmüş bir ədəd CD diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, qeyd edilən nömrəyə digər nömrələrdən daxil olmuş sms mətnlərinin məzmununda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə, həmçinin digər şəkildə qanunsuz dövriyyəsi ilə məşğul olmasına işarə edən sms yazışmaları mətnləri vardır. Həmin sms-lərin mətnlərinin təhlilinə əsasən müxtəlif şəxslər Təqsirləndirilən şəxs psixotrop maddə hesab edilən və “patı” kimi tanınan metamfetamini onlara satmasını və ya digər şəkildə istifadələri üçün təşkil etməsini xahiş etmişlər. (iş vərəqə:116) 03 dekabr 2021-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-dən daxil olmuş 093-95617- 1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə olan heroini onun hansı mənbədən və ya kimdən əldə etməsini, həmçinin onun bu kimi vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmasa da, onun psixotrop maddə və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə kifayət qədər əməliyyat məlumatları müəyyən edilmişdir. (iş vərəqə:186) Məhkəmə iş üzrə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan 30 iyul 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan, həmçinin, həmin tarixli “əməliyyat qrupunun yaradılması barədə” əmr, protokol və qərardan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitəni əldə etməsi və qəbulu ilə bağlı olmuşdur. (iş vərəqə 06-09) İş materiallarında olan 30 iyul 2021-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (iş vərəqə 01) Eyni zamanda 30 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhz AR CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. (iş vərəqə 27) İş materiallarında olan 30 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən, o, narkotik vasitəni tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. (iş vərəqə 33-34) Həmçinin, materialın aidiyyatı üzrə göndərilməsi barədə 30 iyul 2021-ci il tarixli qərarda da Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinməsi qeyd edilmişdir. (iş vərəqə 47) İş materiallarında olan 31 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. (iş vərəqə 56) İş materiallarından görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsindən ötrü Yasamal rayon məhkəməsinə təqdimat verilməsi məsələsinə baxılması üçün Yasamal rayon prokuroruna vəsatət verilmişdir. (iş vərəqə 69-70) İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.07.2021-ci il tarixli qərarına əsasən, AR CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 74-78) İş materiallarında olan ibtidai istintaq zamanı 30 iyul 2021-ci il tarixli şübhəli şəxsi dindirmə protokolundan, eləcə də 31 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, narkotik vasitənin satışı ilə məşğul olmur, ağrıları olduğu üçün narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. İstintaq zamanı "xxxx" MMC-dən götürülmüş bir ədəd CD diskə baxış keçirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs məxsus nömrə ilə arasında yazışmalar aparılmış nömrənin X2 məxsus olması qeyd edilsə də, təqsirləndirilən şəxsə qarşı olan şübhələrin dəqiqləşdirilməsi üçün həmin şəxslə hər hansı istintaq hərəkətləri, dindirilmələr aparılmamış və fakt sübuta yetirilməmiş qalmışdır. (iş vərəqə 121-122) Eləcə də iş materiallarında olan 091-35123-1221 nömrəli, 19 noyabr 2021-ci il tarixli əməliyyat tapşırığından da görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsi ilə arasında yazışmalar aparılmış ***-***-**-** nömrəsinin istifadəçisinin şəxsiyyətinin müəyyən edilməsi, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni hansı mənbədən və ya kimdən, nə kimi məqsədlə əldə etməsi, onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, narkotik vasitələrin satışı ilə məşğul olduğu təqdirdə narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin anket məlumatlarının müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat tədbirlərinin keçirilərək, nəticəsi barədə məlumat verilməsinə dair göstəriş verilmişdir. (iş vərəqə 156-157) İş materiallarında olan 091-35123-1221 nömrəli, 19 noyabr 2021-ci il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni hansı mənbədən və ya kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun narkotik vasitələrin satışı ilə məşğul olması faktı barədə bir sıra əməliyyat məlumatları əldə edilsə də, sonuncunun məhz kimə, nə vaxt narkotik vasitə və ya psixotrop maddəni satması faktını müəyyən etmək mümkün olmamış, əməliyyat tapşırığında qeyd edilən ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisinin kimliyi və Təqsirləndirilən şəxsla aralarında nə kimi münasibət olmasının isə müəyyən edilməkdə olması qeyd edilmişdir. (iş vərəqə 186) Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanının 11 oktyabr 2021-ci il tarixli qərarı ilə kifayət qədər əsaslar olmadan, yalnız narkotik vasitənin miqdarının 2,991 qram olması, yəni külli miqdar təşkil etməsi və doğruluğunun təsdiq edilməsi üçün həmin nömrənin məxsus olduğu şəxslə heç bir dindirilmələr və digər araşdırmalar aparılmamış sms mətnləri əsas kimi götürülərək, Təqsirləndirilən şəxs əməli AR CM-in 234.1-ci maddəsindən əsassız olaraq CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (iş vərəqə 118-119) Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Yuxarıda qeyd olunan Plenum qərarının 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroini onun satış məqsədi ilə əldə etməsi, narkotik vasitənin satışı ilə məşğul olması, eləcə də narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə olunmaması, eləcə də narkotik vasitənin bükümlərə ayrılmaması Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən faktlardır. Lakin, ibtidai istintaq orqanı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsini, eləcə də digər sübutların əldə edilməsinin vacibliyini nəzərə almamışdır. Məhkəmə baxışı zamanı da araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 da ifadələrində qeyd etmişlər ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz istifadəsi və üzərində narkotik vasitə daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı verilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, əldə edib saxlaması ilə əlaqədar bir sıra əməliyyat məlumatları əldə edilmiş, lakin narkotik vasitələrin satışı ilə bağlı hər hansı məlumat olmamış, satışla bağlı hər hansı fakt müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəyə oxşar maddəni çıxarıb təqdim edərkən, onu özü istifadə etmək üçün əldə etdiyini bildirmışdir. Beləliklə ibtidai istintaq ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Göründüyü kimi, İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədilə əldə edib gəzdirməsinin aşkar edilməsi formal olaraq qeyd edilsə də ona dair heç bir sübut əldə edilməmiş, onun narkotik vasitə heroininin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatının həqiqətə uyğun olub-olmamasının yoxlanılması üçün isə - əlavə heç bir əməliyyat –axtarış və ya istintaq hərəkəti aparılmamış və təbii olaraq göstərilən narkotik vasitənin başqa istehlakçısı müəyyən edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qarşı AR CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham sübuta yetirilməmiş, onun narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib daşıması barədə hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Həmçinin, Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən saxlanılarkən ümumiyyətlə üzərində narkotik vasitə olmaması barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyaraq, həqiqəti əks etdirməyərək30 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolu, videoçəkiliş materialı, məhkəməkimyəvi ekspertizasının 30 iyul 2021-ci il tarixli 6/3193 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 20 avqust 2021-ci il tarixli, 2985 nömrəli rəyi, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri və iş materiallarında olan digər mötəbər sübutlarla təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə müxtəlif vaxtlarda məhkum olunmuş və hal-hazırda ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdədir. O, heç bir yerdə işləmir. Bir necə vaxtır ki, o, narkotik vasitədən bədənində ağrılar olduğuna görə istifadə edir. Əldə etdiyi narkotik vasitə və ya psixotrop maddələri isə adətən Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə, tanımadığı şəxslərdən almışdır. 30 iyul 2021-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan yerdən istifadə etmək məqsədi ilə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 80 manat verərək bir bükümdə narkotik vasitə hesab edilən heroin alaraq əynində olan şalvarın sağ yan cibində olan pul kisəsinin icərisinə qoymuş və həmin gün yaşadığı ünvana gəlmişdir. Saat 11:00 radələrində yaşadığı ünvan 4nin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiyi onun nəzərinə çatdırılmaqla həmin polis bölməsinə aparılmışdır. Bölmənin inzibati otaqlarından birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək aydınlaşdırılmış, həmçinin onun hüquqlarının müdafiə edilməsi üçün öz istəyinə uyğun şəkildə, dövlət hesabına ona Bakı şəhəri, “Mərkəz” vəkil bürosunun vəkili Nizami Canıyev dəvət edilmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirəcəklərini bildirmiş və ondan üzərində hər hansı bir saxlanması qadağan olunmuş əşya və ya maddənin olub-olmamasını soruşmuşlar. Bundan sonra o, əynində olan şalvarın sağ yan cibindəki pul kisəsinin icərisindən, 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin qəhvəyi rəngli heroinə bənzər maddəyə və sonradan isə onun üzərinə baxış keçirmişlər. Bu zaman onun üzərindən başqa hər-hansı bir qeyri qanuni əşya və maddə aşkar edilməmişdir. Onun üzərindən aşkar olunmuş bir bükümdə içərisində narkotik vasitəyə bənzər maddə polis əməkdaşları tərəfindən boş zərfə qoyularaq hamının iştirakı ilə qablaşdırılıb, möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş və o, həmin protokolu imzası ilə təsdiq etmişdir. Məhkəmə həmçinin şahid qismində dindirilmiş X4 ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun ifadəsi oğlu Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq məqsədi daşıyaraq həqiqəti əks etdirmir, "xxxx" MMC-dən götürülmüş bir ədəd CD diskə baxış keçirilməsi haqqında protokol, 30 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolu, ekspert rəyləri, şahid ifadələri və iş materiallarında olan digər mötəbər sübutlarla təkzib edilir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. AR DİN-in BƏSİİ-nin 05 avqust 2021-ci il tarixli tələbnaməsindən və Səbail rayon məhkəməsinin hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2019-cu il tarixdə Səbail rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 10 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 30 noyabr 2020-ci il tarixdə isə Səbail rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək cəzaları qismən toplanmaq yolu ilə üzərində qəti olaraq 02 il, 01 ay, 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (iş vərəqə: 89-90, 102-114) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 21-1- 3-1592 saylı, 15.02.2022 tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 1(009)-55/2020 saylı, 30.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən təqsirli bilinərək 02 il, 01 ay, 14 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, 09.03.2021-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Yasamal Rayon Məhkəməsinin 31.07.2021-ci il tarixli, 4(004)-414/2021 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs Firuz oğlu barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.07.2021-ci il tarixli, 4(004)-414/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablanmışdır. AR Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Odur ki, 09.03.2021-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış və barəsində 30 iyul 2021-ci il tarixdən həbs etmənin əvvəli hesablanmış Təqsirləndirilən şəxs 02 il, 01 ay, 14 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın 04 ay 21 gün hissəsini çəkmiş, həmin cəzanın 01 il 08 ay 23 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməlidir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli, 1(009)-55/2020 saylı hökmü ilə təyin edilmiş 02 il, 01 ay, 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, yəni 01 il, 08 ay, 23 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 10 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirilməli və bu yolla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində hazırkı iş üzrə cinayətlərin residivi halı müəyyən edilmir. Məhkəmə AR CM-in 59 və 61-ci maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlaklar müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Yasamal RPİ-də saxlanılan qalıq çəkisi 2,941 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilmiş və özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən videogörüntüləri əks etdirən 01 ədəd «imation» adlı, DVD-Rİ16x, 4,7 GB, 2 hr texniki göstəricili disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılan danışıqlarını özündə əks etdirən 01 ədəd «CD» disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 20 avqust 2021-ci il tarixli, 2985 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. (iş vərəqə:181-182) İş materiallarında olan 30 iyul 2021-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.07.2021-ci il tarixli, 4(004)-414/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 21; 70-72) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara sonrakı dəyişikliklərə və əlavələrə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli, 1(009)-55/2020 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 il, 08 ay, 23 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, həmin məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 10 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Yasamal RPİ-də saxlanılan qalıq çəkisi 2,941 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd «imation» adlı, DVD-Rİ16x, 4,7 GB, 2 hr texniki göstəricili disk və 01 ədəd «CD» disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-518/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-518/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver