Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-518/2023 14.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 05 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı övladı olan, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Salyan rayonu, Kərimbəyli kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 05 avqust 2022-ci il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi “Darvaza” otelinin yaxınlığında 150 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda 6.684 qram, 0.840 qram, 0.835 qram ümumi təmiz çəkisi 8.359 qram narkotik vasitə heroin, 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda 9,171 qram, 4.324 qram, 9.686 qram, 1.010 qram, 0.408 qram ümumi təmiz çəkisi 24.599 qram pisxotrop maddə olan metamfetamin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9.386 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək, saxlamaqla daşımış, Binəqədi RPİ-nin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 avqust 2022-ci il tarixdə saat 07:00-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi “Darvaza” otelin qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən 6-cı Polis bölməsinə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 3 (üç) ədəd bükümdə İayrıayrılıqda 6.684 qram, 0.840 qram, 0.835 qram ümumi təmiz çəkisi 8.359 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 (beş) ədəd bükümdə ayrıayrılıqda 9,171 qram, 4.324 qram, 9.686 qram, 1.010 qram, 0.408 qram ümumi təmiz çəkisi 24.599 qram külli miqdarda ağ rəngli kristallik Hissəciklərdən ibarət maddə küstar üsulla hazırlanmış pisxotrop maddə olan metamfetamin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9.386 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Özü taksi fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, orada olan kafelərdə bütün taksi sürücülərinin əyləşdiyi yerdən o da həmin ərazidə tanıdığı şəxsdən 150 manata 10 qram narkotik vasitə almışdır. İstifadə etməyə macal tapmamış post patrulun əməkdaşları ona yaxınlaşmışlar. Bu zaman istifadə etmək üçün aldığı narkotik vasitə üzərindən aşkar olunmuşdur. Bundan sonra bölməyə aparılmış, belə ki, orada vəkillə təmin edilmişdir. Onunla birgə müvafiq sənədlərə imzalamış, sonra vəkil getmişdir. Daha sonra o, müvəqqəti saxlama yerinə keçirilmiş, orada 2-3 saat qaldıqdan sonra onu müvəqqəti saxlamam yerindən çıxarıb və seyfdən narkotik vasitələr çıxarıb qarşısına qoymuşlar. Bundan sonra videoçəkiliş vasitəsilə axtarış keçirilmişdir. Onun üzərində aşkar olunan narkotik vasitənin çəkisi 10 qram olmuş, qalan narkotik vasitə ona məxsus deyildir. o narkotik vasitənin istifadəçisidir, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektorudur. 05 avqust 2022ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə raportla məruzə edildikdən sonra Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 və ondan ibarət qrup təşkil edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, Xırdalan dairəsində “Darvaza” otellə “Ocaq” kafesinin arasında tərəflərindən saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilmişdir. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən bükümləri çıxararaq könüllü şəkildə təqdim etmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verərək həmkarının ifadəsində verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 avqust 2022-ci il tarixli, 6/4200 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zəriflər üçün №175” dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş zərfin içərisində 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 6,684 qram, 0,840 qram, 0,835 qram, ümumi təmiz çəkisi 8,359 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla lazırlanmış narkotik vasitə heroindir. Digər 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,171 qram, 4,324 qram, 9,686 qram, 1,010 qram, 0,408 qram ümumi təmiz çəkisi 24,599 qram olan ağ rəngli kustallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdi q edilmiş “Azərbaycan Respublikasının Ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 05 avqust 2022-ci il tarixli, 7/871 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs...» yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd ağ rəngli politelin bükülüdə təmiz çəkisi-9,386 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin təmiz çəkisi 8.359 qram, tədqiqatdan sonra qalıq çəkisi 8,209 qram, narkotik vasitə qurudulmuş marixuana təmiz çəkisi 9,386 qram, tədqiqatdan sonra qalıq çəkisi 9,366 qram, psixotrop maddə metamfetaminin təmiz çəkisi 24,599 qram, tədqiqatdan sonra qalıq çəkisi 24,399 qram maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilərək saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizanın 23 may 2022-ci il tarixli 1320 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb- biçmək və onları düzgün qavrayıb, təsvir etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini düzgün qavrayıb təsvir etmək və onlar barəsində İstintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcbüri tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 4952 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asliliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə bu hissədə nəticəyə gələrkən onu əsas tutmuşdur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq üzərində saxlamış daşımışdır. Onun məqsədi əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin çəkisinə və ayırdığı bükümlərə uyğun şəkildə qazanc əldə etmək olmuşdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun ibtidai istintaq orqanına şəxsiyyəti məlum olmayan başqa şəxslə cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girməsini, külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin satışını həyata keçirmək olmasını, ən əsası isə Təqsirləndirilən şəxs həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdi onların cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitə, psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq edir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə narkomaniya xəstəliyindən əziyyət çəkən təqsirləndirilən şəxsin yalnız satış məqsədi ilə narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər sübutlar yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə prosesində onun üzərində tapılmış narkotik vasitə və psixotrop maddənin - maddi sübutların mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, narkotik vasitəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını səmimi etiraf etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vsitələri və psixatrop maddələri əldə edib xırda bükümlərə ayıraraq həmin maddələri satış məqsədi ilə əldə etməsini bir daha sübut etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət kateqoriyasına aiddirlər. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Yusifov X2 Ağır Cinayətlər Məhkəməsinin 22 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3 maddəsinə əsasən 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Nizami rayon məhkəməsinin 06 aprel 2017-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 may 2015-ci il tarixli hökmündən Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi hökmdən çıxarılmışdır və təyin olunmuş 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası 7 il 8 aya endirilmişdir. Bakı şəhər Nizami rayon məhkəməsnin 15 avqust 2018-ci il taixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Lənkəran Ağır Cinayətlər əhkəməsinin 22 may 2015-ci il tarixli hökmü 20 oktyabr 2017-ci il tarixli qanuna əsasən tənzimlənmiş və ona Lənkəran Ağır Cinayətlər əhkəməsinin 22 may 2015-ci il tarixli hökmü və Nizami rayon məhkəməsinin 06 aprel 2017-ci il tarixli qərarında cinayətlərin məcmuusunu müəyyən eməklə tətbiq edilmiş Cinayət Məcəlləsinin 66.3 maddəsinə dair müddəa 66.2-ci maddəsi ilə əvəz edilmişdir və onun törətmiş olduğu cinayətlərin katiqoriyası ağır cinayətlər katiqoriyasından az ağır cinayətlər katiqoriyasına dəyişdirilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti bitmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən –az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və yenidən qəsd``ən cinayət trətdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin yarısından aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yünğülləşdirən haldır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onların şübhəli şəxs qismində saxlanıldığı 05 avqust 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalığı- 8,209 qram heroin, qalıq çəkisi 9,366 qram qurudulmuş marixuana və qalıq çəkisi 24,399 qram psixatrop maddə metamfetamin məhv edilməlidir. - Şəxsi axtarış və maddi sübutların videogörüntülərini özündə əks etdirən 01 ədəd SD disk iş materiallarında saxlanılmalıdır. Ekspertiza xərcləri 137 (bir yüz otuz yeddi) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhər 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 144 (bir yüz qırx dörd) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından “Bakı şəhər 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 144 (bir yüz qırx dörd) məbləğində pul ödənilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalığı- 8,209 qram heroin, qalıq çəkisi 9,366 qram qurudulmuş marixuana və qalıq çəkisi 24,399 qram psixatrop maddə metamfetamin məhv edilsin. - Şəxsi axtarış və maddi sübutların videogörüntülərini özündə əks etdirən 01 ədəd SD disk iş materiallarında saxlanılsın. Ekspertiza xərcləri 137 (bir yüz otuz yeddi) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-518/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-518/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver