Məhkəmə qərarları › İş №1(101)-518/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-518/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-518/2025 04.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Məzrəli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,320 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 27 noyabr 2023-cü il tarixdə saat 14:40 radələrində ünvan 2 ünvanın qarşısında Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-yə gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı xeyli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,320 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,515 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 23 yanvar 2024cü il tarixdə saat 23:30 radələrində ünvan 4 ünvanın qarşısında Binəqədi RPİ-nin 7-ci PBnin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-yə gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı xeyli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,515 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq üç ədəd ayrı-ayrı bükümlərdə miqdarları 0.301 qram, 0,222 qram, 0,260 qram olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 0,783 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 31 yanvar 2024-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 17 ünvanın qarşısında Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan üç ədəd ayrı-ayrı bükümlərdə miqdarları 0.301 qram, 0,222 qram, 0,260 qram olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 0,783 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq üç ədəd ayrı-ayrı bükümlərdə miqdarları 0.304 qram, 0,275 qram, 0,261 qram olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 0,783 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 5 mart 2024-cü il tarixdə saat 13:15 radələrində ünvan 6 ünvanın qarşısında Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Binəqədi RPİ-nin 5-ci PB-yə gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən üç ədəd ayrı-ayrı bükümlərdə miqdarları 0,304 qram, 0,275 qram, 0,261 qram olmaqla xeyli miqdarda ümumi təmiz çəkisi 0,840 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda iki ədəd ayrıayrı bükümlərdə miqdarları 4,640 qram, 0,541 olmaqla külli miqdarda ümumi təmiz çəkisi 5,181 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və üzərlərində “Methadone 40” göstəriciləri olan təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 1,2 qram təşkil edən 3 ədəd blisterdə 30 ədəd dərman tabletlərini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən küçəsində yerləşən fərdi evin yaxınlığına qədər daşımış, 24 aprel 2024-cü il tarixdə saat 16:30 radələrində qeyd olunan ünvanda şübhəli olduğuna görə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən iki ədəd ayrı-ayrı bükümlərdə miqdarları 4,640 qram, 0,541 olmaqla külli miqdarda ümumi təmiz çəkisi 5,181 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərlərində “Methadone 40” göstəriciləri olan təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 1,2 qram təşkil edən 3 ədəd blisterdə 30 ədəd dərman tabletləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş X5 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı 4 epizod üzrə verdiyi ifadəsini təsdiq edir, baş verənlər ifadəsində göstərilən kimi olmuşdur. Axırıncı dəfə Balaxanı qəsəbəsinə şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almağa getmişdir. Metamfetamini aldıqdan sonra polislər ona yaxınlaşmış və onu Sabunçu RPİnin 12-ci PB-yə aparmışlar. Orada üzərindən 0,5 qram şəxsi istifadəsi üçün aldığı psixotrop maddə metamfetamini təqdim etmişdir. Ondan psixotrop maddəni kimdən aldığını soruşanda, iranlıdan aldığını bildirmişdir. Polis əməkdaşları psixotrop maddəni konkret kimdən aldığını deməsə, evinə külli miqdarda narkotik vasitə qoyacaqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları şəxsi axtarışdan əvvəl onun cibinə narkotik vasitəni qoymuş və əgər onların dediklərini etməsə, daha çox narkotik vasitə ilə onu yükləyəcəklərini bildirmişlər. O, razılaşmış və şəxsi axtarış zamanı polis əməkdaşlarının dedikləri kimi etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, onu günorta saat 2 radələrində tutmuşlar. Şəxsi axtarış o, saxlanıldıqdan 3 saat sonra keçirilmişdir. Şəxsi axtarış keçirilənədək polislərin müşahidəsi altında olmuşdur. Şəxsi axtarış zamanı üzərindən 0,5 qram psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Axırıncı epizod zamanı ona psixi təsir göstərilmişdir. Əvvəlki epizodlarda ona psixi təsir göstərilməməsinin səbəbini bilmir. Narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etmişdir. İbtidai istintaq zamanı adından yazılmış ifadəni qismən təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, bir müddət olar ki, narkotik vasitə qəbul edir. 27 noyabr 2023-cü il tarixdə saat 14:40 radələrində ünvan 9 ünvanın qarşısında yolla piyada gedən zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə etdikləri üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binaqədi RPİ-nin 7-ci PB-yə dəvət etmişlər. Bundan sonra öz razılığı ilə polis əməkdaşları ilə birlikdə bölməyə getmiş və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri ona izah edilərək videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda əynində olan göy rəngli cins şalvarımın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa bir əşyanın olub-olmaması soruşulmuş və o, üzərində qanunsuz olaraq daşıdığı hər hansı bir əşyanın olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən təqdim etdiyi əşyadan başqa bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən onun təqdim etdiyi bükümə baxış keçirilərkən həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin maddəni 27 noyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq üzərində saxlamasını bildirmişdir. Bundan başqa 23 yanvar 2024-cü il tarixdə saat 23:30 radələrində ünvan 10 ünvanın qarşısında yolla piyada gedən zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binaqədi RPİ-nin 7-ci PB-yə dəvət etmişlər. Bundan sonra öz razılığı ilə polis əməkdaşları ilə birlikdə bölməyə getmiş və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri ona izah edilərək video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa bir əşyanın olub-olmaması soruşulmuş və o, üzərində qanunsuz olaraq daşıdığı hər hansı bir əşyanın olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən təqdim etdiyi əşyadan başqa bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən onun təqdim etdiyi bükümə baxış keçirilərkən o, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, həmin maddəni 23 yanvar 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, metronun Nəsimi stansiyasının yaxınlığında adını ona Ağa olaraq təqdim etmiş tanımadığı şəxsdən 15 manat müqabilində öz istifadəsi üçün alaraq üzərində saxlamasını bildirmişdir. Bundan başqa 31 yanvar 2024-cü il tarixdə saat təxminən 17:30 radələrində ünvan 11 ünvanın qarşısında yolla piyada gedən zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişlər. Bundan sonra öz razılığı ilə polis əməkdaşları ilə birlikdə şöbəyə getmiş və orada ona müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah edilərək video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri qanuni əşyanın olub olmadığı soruşulduqda o əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa bir əşyanın olub olmaması soruşulmuş və o üzərində qanunsuz olaraq daşıdığı hər hansı bir əşyanın olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir və üzərindən təqdim etdiyi əşyadan başqa bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən onun təqdim etdiyi bükümə baxış keçirilərkən o, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin maddəni 31 yanvar 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində tanımadığı şəxsdən 35 manat müqabilində öz istifadəsi üçün alaraq üzərində saxlamasını bildirmişdir. Bundan başqa, 5 mart 2024-cü il tarixdə saat 13:15 radələrində ünvan 6 ünvanın qarşısında yolla piyada gedən zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binaqədi RPİ-nin 5-ci PB-yə dəvət etmişlər. Bundan sonra öz razılı ilə polis əməkdaşları ilə birlikdə bölməyə getmiş və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa bir əşyanın olub-olmaması soruşulmuş və o, üzərində qanunsuz olaraq daşıdığı hər hansı bir əşyanın olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən təqdim etdiyi əşyadan başqa bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən onun təqdim etdiyim bükümə baxış keçirilərkən o, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin maddəni 5 mart 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon “Şəfa Store” mağazasının yaxınlığında tanımadığı şəxsdən 80 manat müqabilndə öz istifadəsi üçün alaraq üzərində saxlamasını bildirmişdir. Bundan başqa sonuncu dəfə saxlanılmamışdan təxminən bir ay əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olduğu özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxs ona göndərəcəyi psixotrop maddəni onun deyəcəyi yerdən götürərək deyəcəyi ünvana qoymaqla ona da pay olaraq psixotrop maddə verəcəyini təklif etmiş və o da həmin təkliflə razılaşmışdır. 24 aprel 2024-cü il tarixdə əvvəllər tanımadığı özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxs ona götürəcəyi psixotrop maddə və metadon həblərinin olduğu yerin məkanını ona göndərmiş və o da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə məkanı göndərilmiş ünvanda gedib gizlədilmiş yerdən iki ədəd sellofanda psixotrop maddə və 30 ədəd metadon həblərini götürüb əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Həmin maddələri götürməyini özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxsə bildirdikdə sonuncu onun götürdüyü psixotrop maddəni və 30 ədəd metadon həblərini deyəcəyi ünvana qoymağını və orada gizlətməyini, bunun müqabilində bir ədəd bükümdə olan psixotrop maddəni özünə götürməsini bildirmişdir. Həmin gün saat 16:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən küçəsi ilə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd istəyib hərəkətlərindən şübhələnərək onu Sabunçu RPİnin 12-ci PŞ-yə dəvət etmişlər. Şöbədə olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə izah edilmişdir. Həmin vaxt üzərində psixotrop maddə metamfetamin və metadon həbləri olduğundan üzərinə şəxsi axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir ki, vəkil üzərindən psixotrop maddə metamfetamin və metadon həblərinin aşkar olunmasını görməsin və gələcəkdə onu daha yaxşı müdafiə edə bilsin. Bununla bağlı olaraq vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Şöbənin xidməti otaqların birində polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməsini təklif etdikdə artıq üzərində olan psixotrop maddə metamfetamin və metadon həblərini polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb üzərində psixotrop maddə metamfetaminin və metadon həblərinin olmasını polis əməkdaşlarına bildirmişdir. O, şalvarının sağ yan cibində saxladığı iki ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini və 3 ədəd blisterdə 30 ədəd metadon həblərini təqdim edərək bildirmişdir ki, həmin bükümlərin içərisində olan maddələr psixotrop maddə metamfetamindir, həblərdəki isə metadon həbləridir. Polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin maddələri özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxsin vasitəsi ilə məkanı atılmış yerdən götürdüyünü və götürmüş olduğum psixotrop maddəni və 30 ədəd metadon həblərini onun deyəcəyi ünvana qoymaqla əməyinin müqabilində bir ədəd bükümdə olan psixotrop maddəni özünə çatmalı olduğunu bildirmişdir. Onun üzərindən aşkar olunmuş maddələr ekspertiza tədqiqatına təqdim olunması üçün polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla götürülüb qablaşdırılaraq möhürlənmişdir. Polis şöbəsinin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və ona polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir (cild 3, iş vərəqə 64- 71). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 17 ünvanın qarşısında saxlamışlar. Sonra şəxsi Nəsimi RPİ-nin 19-cu PŞ-nə apamışlar. Şöbənin xidməti otaqlarının birində şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şahid4 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, saxlanılan şəxsə qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Şəxsi axtarış videoçəkiliş vasitəsi ilə keçirilmişdir. O, şəxsi axtarışda iştirak etmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 7-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə xidmətdə olduğu zaman ona Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddənin əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış-tədbirlərinin keçirilməsi məqsədilə bölmənin rəhbərliyinə qərarla müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat əsasında ondan və Binəqədi RPİ-nin 7-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid7 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonuncu ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 23:30-da Təqsirləndirilən şəxs ehtimal olunan ünvan 14 ünvanının yaxınlığına getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, ona psixotrop maddənin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə Binəqədi RPİ-nin 7-ci PB-nə getməsini təklif etmişlər. Həmin şəxs təklifimizdən imtina etməsə də, narahatçılıq hissi keçirib onlarla birlikdə Binəqədi RPİ-nin 7-ci PB-nə getmişdir. Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan maddəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Rəşad İsmayılova həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncu əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanda olan bükümü təqdim edərək, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Nəsimi” metrostansiyasının yaxınlığında “Ağa” adlı şəxsdən 15 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, təhqiqatçı tərəifndən həmin büküm açılmış və içərsində olan maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin bu barədə təhqiqatçı tərəifndən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 6-cı Mədən küçəsi ərazisində saxlamışlar. Daxil olmuş əməliyyat məlumatında şəxsin narkotik vasitələrin istifadəçisi olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra onu Sabunçu Rayon Polis İdarəsinə aparıb, təhqiqat şöbəsinə təhvil vermişlər. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı şəxs könüllü olaraq üzərində olan narkotik vasitə olan metamfetmamini təqdim etmişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Əməliyyat qrupu iki nəfərdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs hadisə günü, günorta saatlarında saxlamışlar. Şəxs saxlanılan zaman müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs İdarəyə əməliyyat qrupu üzvünə məxsus şəxsi avtomobil vasitəsi ilə aparmışlar. İdarədə Təqsirləndirilən şəxs vəkil ilə təmin olunmuşdur. Şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış zamanı şəxsin üzərindən aşkar olunan narkotik vasitənin nəçə bükümdə olduğunu və ya miqdarını hadisədən uzun müddət keçdiyindən tam olaraq xatırlamır. Təqsirləndirilən şəxs narkotik vasitənin alınması və ya satılması barədə heç nə deməmiş, onu narkotik vasitələrin istifadəçisi qismində saxlamışlar. Pərviz Əlyev ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik maddəni tanımadığı bir şəxsdən əldə etdiyini bildirmişdir. Axtarış zamanı şəxsin üzərindən həmçinin dərman həbləri də aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 Müqalib oğlunun ifadəsindən görünür ki, o, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ifadəsindən görünür ki, Sabunçu rayon Polis İdarəsinin 19-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 31 yanvar 2024-cü il tarixdə “Pərviz” adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumat yoxlamaq məqsədi ilə tərəfindən Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəhbərliyinin adına raportla müraciət olunmuşdur. Daha sonra onun və Nəsimi RPİ-nin 19-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. “Pərviz” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra əldə olunmuş məlumat əsasında “Pərviz” adlı şəxsin gedə biləcəyi ünvan müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında 31 yanvar 2024-cü il tarixdə saat 17:00-da ünvan 15 ünvanın qarşısına əməliyyat müvəkkili polis kapitanı Şahid4 ilə birlikdə yollanıb, həmin ünvanda gözləyərkən saat 17:30-da “Pərviz” adlı şəxsin piyada hərəkətdə olduğu zaman ona yaxınlaşıb ona yaxınlaşaraq özlərini təqdim etmişlər.Tərəflərindən saxlanılmış “Pərviz” adlı şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə baxış keçirilməsi məqsədi ilə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə tərəflərindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir.Tərəflərindən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynində olan cins şalvarın cibindən 03 ədəd bükümü və 15 manat pulu təqdim edərək bildirmişdir ki, həmin bükümlərin içərisində olan maddə narkotik vasitə heroindir,həmin maddələri özü üçün qəbul etmək məqsədi ilə Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon ərazisindən adını, anket məlumatlarını, əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi şəxsdən 35 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddə onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuşdur (cild 1, iş vərəqi 189- 190). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ifadəsindən görünür ki, hazırda Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, üzərində gəzdirib saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə bölmənin rəhbərliyinə qararla müraciət olunmuşdur. Daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPl-nin 7-ci PBnin əməliyyat müvəkkili Şahid6 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmkarı Şahid6la birlikdə 27 noyabr 2023-cü il tarixdə saat 14:40-da Təqsirləndirilən şəxs ehtimal olunan ünvan 16 ünvanın yaxınlığına getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatları olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitənin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 7-ci polis bölməsinə gətirmişlər. Polis bölməsinə tərəflərindən narkotik maddələrin saxlanılmasında və qəbulunda şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş halda narkotik vasitə heroinə bənzər maddəni təqdim edərək bildirmişdir ki, həmin sellofana bükülmüş bükümün içərisində olan maddə narkotik vasitə heroindir, həmin maddəni özü üçün qəbul etmək məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlı yerdə olarkən adını, anket məlumatlarını, əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddə onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuşdur.Tərtib olunmuş protokola o və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir (cild 2, iş vərəqi 217-218 ). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7 ifadəsindən görünür ki, hazırda Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə edib, üzərində gəzdirib saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə bölmənin rəhbərliyinə qərarla müraciət olunmuşdur. Daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili Şahid6 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmkarı Şahid6la birlikdə 23 yanvar 2024-cü il tarixdə saat 23:30-da Təqsirləndirilən şəxs ehtimal olunan ünvan 17 ünvanın yaxınlığına getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatları olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitənin, psixotrop maddəni qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 7-ci polis bölməsinə gətirmişlər. Polis bölməsinə tərəflərindən narkotik maddələrin saxlanılmasında və qəbulunda şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş halda psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim edərək bildirmişdir ki, həmin sellofana bükülmüş bükümün içərisində olan psixotrop maddə metamfetamindir, həmin maddəni özü üçün qəbul etmək məqsədi ilə Bakı şəhəri Binəqədi rayonu metrounun “Nəsimi” stansiyasının yaxınlığında olarkən adını ona “Ağa” kimi təqdim etmiş, dəqiq anket məlumatlarını, əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi şəxsdən 15 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər maddə onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir (cild 2, iş vərəqi 137-138). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid8 ifadəsindən görünür ki, Binəqədi RPİ-nin 5-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 5 mart 2024-cü il tarixdə xidmətdə olarkən ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə bölmənin rəhbərliyinə qərarla müraciət edilmişdir. Məlumat əsasında bölmənin Cinayət- Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid9 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Sonuncu ilə birlikdə 5 mart 2024-cü il tarixdə, saat 13:15-də Təqsirləndirilən şəxs ehtimal olunan ünvan 18 ünvanının yaxınlığına getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, sonuncuya narkotik vasitəni qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə 5-ci PB-yə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs təkliflərindən imtina etməsə də, narahatçılıq hissi keçirib onlarla birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə getmişdir. Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan maddəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Elnur Əvəzliyə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncu əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən üç ədəd şəffaf sellofanda olan bükümləri təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu və həmin maddəni 5 mart 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində əvvəllər tanımadığı şəxsdən 80 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilmiş, təhqiqatçı tərəfindən həmin bükümlər açılmış və içərsində olan maddə kütlələri qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır (cild 2, iş vərəqi 248-249). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid9 ifadəsindən görünür ki, o, Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq edib eyni məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqi 250-251). Cinayət işinin materiallarında olan 27 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 27 noyabr 2023-cü il tarixdə saat 14:40 radələrində ünvan 19 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofana bükülmüş halda narkotik vasitə heroin aşkar olunuraq götürülmüşdür (cild 2, iş vərəqi 170-172). Cinayət işinin materiallarında olan 27 noyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın aparılması “Panasonic” markalı videokamerasi vasitəsi ilə videoçəkiliş aparılaq 1 ədəd DVD diskinə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimində bir nəfər şəxs və mülki geyimdə olan şəxslər görüntüyə gəlir. Polis baş-leytenantı xüsusi geyimində olan şəxs özünü 7-ci PB-nin təhqiqatçısı Rəhim Yusubov kimi təqdim edir və Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 27 noyabr 2023-cü il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları Şahid5, X9 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X10 polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş halda narkotik vasitə heroinə bənzər maddəni təqdim edərək bildirir ki, həmin sellofana bükülmüş bükümün içərisində olan maddə narkotik vasitə heroindir,həmin maddəni özü üçün qəbul etmək məqsədi ilə adını, anket məlumatlarını, əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Təhqiqatçı həmin maddəni qablaşdırmaq üçün zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır və büküm zərfə qoyulur. Zərf möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilmir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 233). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/6192 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri yazılmış zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,320 qram olan açıq-qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild 2, iş vərəqi 180-183). Cinayət işinin materiallarında olan 24 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 23 yanvar 2024-cü il tarixdə saat 23:30 radələrində ünvan 20 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofana bükülmüş halda psixotrop maddə metamfetamin aşkar olunuraq götürülmüşdür (cild 2, iş vərəqi 92-94). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, 24 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın aparılması videokamera vasitəsi ilə videoçəkiliş aparılaq 1 ədəd DVD diskinə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimində bir nəfər şəxs və mülki geyimdə olan şəxslər görüntüyə gəlir. Polis mayoru xüsusi geyimində olan şəxs özünü 7-ci PB-nin təhqiqatçısı Rəşad İsmayılov kimi təqdim edir və Binəqədi RPİ 7-ci PBnin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 24 yanvar 2024-cü il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları Şahid7, Şahid6 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X6 polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş halda psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim edərək bildirir ki, həmin sellofana bükülmüş bükümün içərisində olan maddə psixotrop maddə metamfetamindir,həmin maddəni özü üçün qəbul etmək məqsədi ilə adını Ağa kimi bildiyi, dəqiq anket məlumatlarını, əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi şəxsdən 15 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Təhqiqatçı həmin maddəni qablaşdırmaq üçün zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır və büküm zərfə qoyulur. Zərf möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilmir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 234). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/495 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №176” dairəvi möhür əksləri, “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” yazıları, soyad və imzalar olan 1 ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,515 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (cild 2, iş vərəqi 99-102). Cinayət işinin materiallarında olan 31 yanvar 2024-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən tərib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 31 yanvar 2024-cü il tarixdə saat 17:30-da ünvan 15 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövryyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 3 bükümdə narkotik vasitə heroin aşkar olunuraq götürülmüşdür (cild 1, iş vərəqi 142-144). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, 31 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın aparılması “Sony” markalı videokamera vasitəsi ilə videoçəkiliş aparılaq 1 ədəd DVD diskinə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimində bir nəfər şəxs və mülki geyimdə olan şəxslər görüntüyə gəlir. Polis kapitanı xüsusi geyimində olan şəxs özünü Nəsimi RPİ-nin 19-ci PŞ-nin baş təhqiqatçısı Elçin Bədəlzadə kimi təqdim edir və Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 31 yanvar 2024-cü il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları Şahid4, Şahid3 Sadiq oğlu, dəvət edilmiş müdafiəçi X8 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X7 polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 3 bükümə bükülmüş halda narkotik vasitə heroinə bənzər maddəni və arxa sağ cibindən 15 manat pulu təqdim edərək bildirir ki, həmin bükümlərin içərisində olan maddə narkotik vasitə heroindir.həmin maddələri özü üçün qəbul etmək məqsədi ilə adını, anket məlumatlarını, əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi şəxsdən 35 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Təhqiqatçı həmin maddələri qablaşdırmaq üçün zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır və büküm zərfə qoyulur. Zərf möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilmir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 215). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 1 fevral 2024cü il tarixli 3-16-16/2-6/638 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №187” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs(imza)” yazısı və imzalar olan zərfdəki, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,301 qram, 0,222 qram, 0,206 qram, ümumi təmiz çəkisi 0,783 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 152-155). Cinayət işinin materiallarında olan 24 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 24 aprel 2024-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən, fərdi yaşayış evinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2 ədəd sellofana bükülmüş halda psixotrop maddə metamfetamin və 3 ədəd blisterdə 30 ədəd metadon dərman tabletləri aşkar olunuraq götürülmüşdür (cild 1, iş vərəqi 24-25). Cinayət işinin materiallarında olan 24 aprel 2024-cü il tarixli Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın aparılması “Panasonic” markalı videokamera vasitəsi ilə videoçəkiliş aparılaq 1 ədəd DVD diskinə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimində bir nəfər şəxs və mülki geyimdə olan şəxslər görüntüyə gəlir. Polis baş-leytenantı xüsusi geyimində olan şəxs özünü 12-ci PŞ-nin təhqiqatçısı Sənan Qazıyev kimi təqdim edir və Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 24 aprel 2024-cü il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları Şahid1, Şahid2 Müqalib oğlu və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X11 polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən iki ədəd sellofana bükülmüş halda psixotrop maddə metamfetaminə bənzər maddəni və 3 ədəd blisterdə 30 ədəd metadon dərman tabletlərini təqdim edərək həmin sellofana bükülmüş bükümün içərisində olan maddə psixotrop maddə metamfetamin, dərman tabletlərinin isə metadon həbləri olmasını və həmin maddələri xx.xx.2024-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşının bildirdiyi ünvandan götürdüyünü, digər yerlərə qoyulması üçün üzərində daşıdığını və həmin işə görə də ona psixotrop maddə verilməsini bildirir. Təhqiqatçı həmin maddələri qablaşdırmaq üçün zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır və büküm zərfə qoyulur. Zərf möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilmir. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 49). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 25 aprel 2024cü il tarixli, 3-16-16/2-6/2265 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələr və həblər...” yazları və imzalar olan zərfdəki 2 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,640 qram, 0,541 qram ümumi təmiz çəkiləri 5,181 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindirlər; üzərində “Methadone 40..” yazıları olan üç ədəd blisterdə ümumilikdə 30 (otuz) ədəd bozumtul rəngli, dairəvi formalı dərman tabletləri narkotik vasitə metadondur, 30 (otuz) ədəd tabletdə metadon təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir (cild 1, iş vərəqi 32-37). Cinayət işinin materiallarında olan 5 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Binəqədi RPİ-nin 5-ci PB-də şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 3 (üç) ədəd bükümdə şəffaf sellofana bükülmüş qəhvəyi rəngli olan narkotik vasitəyə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddəyə bənzər kütlələr elektron tərəzidə çəkildikdən sonra içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 174 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu və həmin narkotik vasitə hesab edilən maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Binəqədi rayon 7-ci mkr ərazisindən tanımadığı şəxsdən 80 manata alaraq üzərində saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 2, 36-38). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1329 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 174” möhür əksi, “....Təqsirləndirilən şəxs... “və s. ad, soyad, imzalar olan zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,304 qram; 0,275 qram, 0,261 qram, ümumi təmiz çəkiləri 0,840 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 3 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) (cild 2, iş vərəqi 44-47). Cinayət işinin materiallarında olan əlavə məhkəmə-kimyəvi ekspertizasının 24 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/2927 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinə məxsus “Məhkəmə Ekspertiza Mərkəzi Tədqiqat Obyekti № 63” dairəvi möhür əksi, “Ekspert rəyi 6/2265...Sabunçu RPİ 12-ci PŞ...25 aprel 2024-cü il...” və s yazılar olan 1 ədəd kağız paketin içərisində 1 ədəd zəfrdə qablaşdırılmış Təqsirləndirilən şəxs aşkar edildiyi qeyd olunan 2 ədəd bükümdə olan metamfetaminlər və 3 ədəd blisterdə olan metadon tabletləri öz aralarında kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər (cild 3, iş vərəqi 21-25). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 27 may 2024cü il tarixli, 3748 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 3, iş vərəqi 19-20). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs X2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş cinayət işi üzrə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmaqla istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə edilmiş telefon danışıqlarına dair məlumata baxış keçirilərək müəyyən edilmişdir ki, 22 yanvar 2024-cü il tarixdə saat 18:11:21-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 051-737-48- 62 saylı mobil telefon nömrəsinə “Qaqaş 1 saata zada gelsem olar, yarı lazımdır, varsa menis üçün yarı saxla da brat” məzmununda və 10 fevral 2024-cü il tarixdə saat 12:24:46-da ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə “Lele 25 manat var, 20 kola, 5 daş olsa de gelim” məzmununda SMS mətni göndərilmişdir (cild 1, iş vərəqi 224-225). Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma haqqında 7 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə əldə etdiyi 0,320 qram narkotik vasitə heroinin (ekspertiza tədqiqatından sonra qalıq 0,270 qram), 23 yanvar 2024-cü il tarixdə əldə etmiş olduğu 0,515 qram psixotrop maddə metamfetaminin (ekspertiza tədqiqatından sonra qalıq 0,465 qram), 31 yanvar 2024-cü il tarixdə əldə etmiş olduğu 0,783 qram narkotik vasitə heroinin (ekspertiza tədqiqatından sonra qalıq 0,633 qram), 5 mart 2024-cü il tarixdə əldə etmiş olduğu 0,840 qram narkotik vasitə heroinin (ekspertiza tədqiqatından sonra qalıq 0,720 qram), 24 aprel 2024-cü il tarixdə əldə etmiş olduğu 5,181 qram psixotrop maddə metamfetaminin (ekspertiza tədqiqatından sonra qalıq 4,981 qram) və üzərlərində “Methadone 40” göstəriciləri olan təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 1,2 qram təşkil edən 3 ədəd blisterdə 30 ədəd dərman tabletləri (ekspertiza tədqiqatından sonra qalıq 24 tablet) cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir (cild 3, iş vərəqi 48-50). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 90-91). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 2, iş vərəqi 160). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 210-212). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 2, iş vərəqi 79). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 129-131). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 121). Cinayət işinin materiallarında olan qərarlar və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 179-184). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 2, iş vərəqi 26). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir (cild 2, iş vərəqi 241-243). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 12). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 73-79). Cinayət işinin materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, təqsirləndirilən şəxs X2 himayəsində xx.xx.2018-ci il təvəllüdlü Yusif Əliyev adlı 1 azyaşlı uşağı vardır (cild 4). İbtidai istintaq orqanı tərəfindən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan şəxs ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddənin əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarındakı razılaşmaya görə digər şəxslərə çatdırmaq məqsədi ilə istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan şəxsdən satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda satış məqsədilə qanunsuz olaraq iki ədəd ayrı-ayrı bükümlərdə miqdarları 4,640 qram, 0,541 olmaqla külli miqdarda ümumi təmiz çəkisi 5,181 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və üzərlərində “Methadone 40” göstəriciləri olan təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 1,2 qram təşkil edən 3 ədəd blisterdə 30 ədəd dərman tabletlərini qanunsuz əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 6-cı Mədən küçəsində yerləşən fərdi evin yaxınlığına qədər daşımış, 24 aprel 2024-cü il tarixdə saat 16:30 radələrində qeyd olunan ünvanda şübhəli olduğuna görə Sabunçu RPİnin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən iki ədəd ayrı-ayrı bükümlərdə miqdarları 4,640 qram, 0,541 olmaqla külli miqdarda ümumi təmiz çəkisi 5,181 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərlərində “Methadone 40” göstəriciləri olan təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 1,2 qram təşkil edən 3 ədəd blisterdə 30 ədəd dərman tabletləri aşkar edilərək götürülmüşdür. Məhkəmə cinayət iş materialları ilə X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunun öz təsdiqini tapmadığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. O cümlədən xüsusilə vurğulanmalıdır ki, cinayət məsuliyyətinin ümumi şərtlərini müəyyən edən CM-in 19-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir. CM-in 31-ci maddəsinə isə cinayətdə iştirakçılığa anlayış verilmiş və iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakının iştirakçılıq sayılması öz əksini tapmışdır. Yəni, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs kimi qiymətləndirilməsi üçün cinayətin hər bir iştirakçısının anlaqlı, CM ilə müəyyən edilmiş yaş həddinə çatması tələb edilir ki, hazırkı iş materiallarında Təqsirləndirilən şəxs əlbir olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan şəxs ilə CMin 19-cu maddəsinə nəzərdə tutulmuş şərtlərə uyğunluğu, yəni onun anlaqlı olubolmaması, CM ilə müəyyən edilmiş yaş həddinə çatıb-çatmaması qeyri-müəyyəndir. Belə olan halda təqsirləndirilən şəxsə münasibətdə onun qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi ilə bağlı verilmiş ittiham əsaslı sayıla bilməz. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə, psixotrop maddə və tərkibində narkotik vasitə olan dərman preparatlarını satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapsa da, onun üzərindən aşkar olunmuş iki ədəd ayrı-ayrı bükümlərdə miqdarları 4,640 qram, 0,541 olmaqla külli miqdarda ümumi təmiz çəkisi 5,181 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərlərində “Methadone 40” göstəriciləri olan təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 1,2 qram təşkil edən 3 ədəd blisterdə 30 ədəd dərman tabletlərini İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan şəxs ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddənin əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşməklə və aralarındakı razılaşmaya görə digər şəxslərə çatdırmaq məqsədi ilə əldə etməsi barədə, yəni CM-in 234.4.1-ci maddəsi ilə tövsif edilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli 2 saylı Qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun əlbir olduğu iddia edilən şəxslə nə vaxt, hansı şəraitdə və hallarda birgə cinayət törətməyə razılaşması və digər xüsusatları nəinki müəyyən etməmiş, sadəcə olaraq “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan şəxs ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddənin əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarındakı razılaşmaya görə digər şəxslərə çatdırmaq məqsədi ilə” formasında göstərməklə kifayətlənmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 24-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki, X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxslə qabaqcadan əlbir olması barədə qeyd etsə də, həmin xüsusat cinayət işi üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs X2 İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olmasını təsdiq edə biləcək telefon danışıqları və ya sms yazışmaları işə əlavə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan şəxs ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddənin əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşməsi və üzərindən aşkar edilmiş iki ədəd ayrı-ayrı bükümlərdə miqdarları 4,640 qram, 0,541 olmaqla külli miqdarda ümumi təmiz çəkisi 5,181 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərlərində “Methadone 40” göstəriciləri olan təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 1,2 qram təşkil edən 3 ədəd blisterdə 30 ədəd dərman tabletlərini məhz aralarındakı razılaşmaya görə digər şəxslərə çatdırmaq məqsədi ilə əldə etməsi sübuta yetmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs təkrarən, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda iki ədəd ayrı-ayrı bükümlərdə miqdarları 4,640 qram, 0,541 olmaqla külli miqdarda ümumi təmiz çəkisi 5,181 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və üzərlərində “Methadone 40” göstəriciləri olan təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 1,2 qram təşkil edən 3 ədəd blisterdə 30 ədəd dərman tabletlərini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı Mədən küçəsində yerləşən fərdi evin yaxınlığına qədər daşımış, 24 aprel 2024-cü il tarixdə saat 16:30 radələrində qeyd olunan ünvanda şübhəli olduğuna görə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən iki ədəd ayrı-ayrı bükümlərdə miqdarları 4,640 qram, 0,541 olmaqla külli miqdarda ümumi təmiz çəkisi 5,181 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərlərində “Methadone 40” göstəriciləri olan təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 1,2 qram təşkil edən 3 ədəd blisterdə 30 ədəd dərman tabletləri aşkar edilərək götürülmüşdür. Ona görə də, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini nəzərdə tutan Azərbaycan Respublikasının 234.4.1-ci maddəsi Təqsirləndirilən şəxs ittihamından çıxarılmalıdır. Təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq edilərək şahidlərin ifadələri, eləcə də işin bir-birini təsdiq edən digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs X5 həmin maddə ilə təqsirli bilinməli və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X2 himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X3 cəza təyin edilməsi məsələsini müzakirə edib nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün olmaqla cəmi 7 (yeddi) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs X2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 onun üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı sonuncu epizod üzrə tutulduğu 24 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 545 (beş yüz qırx beş) manat təqsirləndirilən şəxs X1 tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə əldə etdiyi 0,320 qram narkotik vasitə heroinin (ekspertiza tədqiqatından sonra qalıq 0,270 qram), 23 yanvar 2024-cü il tarixdə əldə etmiş olduğu 0,515 qram psixotrop maddə metamfetaminin (ekspertiza tədqiqatından sonra qalıq 0,465 qram), 31 yanvar 2024-cü il tarixdə əldə etmiş olduğu 0,783 qram narkotik vasitə heroin (ekspertiza tədqiqatından sonra qalıq 0,633 qram), 5 mart 2024-cü il tarixdə əldə etmiş olduğu 0,840 qram narkotik vasitə heroin (ekspertiza tədqiqatından sonra qalıq 0,720 qram), 24 aprel 2024-cü il tarixdə əldə etmiş olduğu 5,181 qram psixotrop maddə metamfetamin (ekspertiza tədqiqatından sonra qalıq 4,981 qram) və üzərlərində “Methadone 40” göstəriciləri olan təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 1,2 qram təşkil edən 3 ədəd blisterdə 30 ədəd dərman tabletləri (ekspertiza tədqiqatından sonra qalıq 24 tablet) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi görüntülərini əks etdirən 5 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün olmaqla cəmi 7 (yeddi) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini nəzərdə tutan Azərbaycan Respublikasının 234.4.1-ci maddəsi Təqsirləndirilən şəxs ittihamından çıxarılsın. X5 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 24 aprel 2024-cü il tarixdən hesablansın. X2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 545 (beş yüz qırx beş) manat X1 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə əldə etdiyi 0,320 qram narkotik vasitə heroin (ekspertiza tədqiqatından sonra qalıq 0,270 qram), 23 yanvar 2024-cü il tarixdə əldə etmiş olduğu 0,515 qram psixotrop maddə metamfetamin (ekspertiza tədqiqatından sonra qalıq 0,465 qram), 31 yanvar 2024-cü il tarixdə əldə etmiş olduğu 0,783 qram narkotik vasitə heroin (ekspertiza tədqiqatından sonra qalıq 0,633 qram), 5 mart 2024-cü il tarixdə əldə etmiş olduğu 0,840 qram narkotik vasitə heroin (ekspertiza tədqiqatından sonra qalıq 0,720 qram), 24 aprel 2024-cü il tarixdə əldə etmiş olduğu 5,181 qram psixotrop maddə metamfetamin (ekspertiza tədqiqatından sonra qalıq 4,981 qram) və üzərlərində “Methadone 40” göstəriciləri olan təsir maddəsi narkotik vasitə metadonun ümumi miqdarı 1,2 qram təşkil edən 3 ədəd blisterdə 30 ədəd dərman tabletləri (ekspertiza tədqiqatından sonra qalıq 24 tablet) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi görüntülərini əks etdirən 5 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən X2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan X3 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı hökm gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar