Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-519/2021 23.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X2 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X1 Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili İbrahimova Gülxarə Böyükkişi qızının iştirakları ilə, xx xxx 1967-ci il tarixdə Kürdəmir rayonu, Karrar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Kürdəmir rayonu, Karrar kəndində qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 1994-cü ildən rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs, 2020-ci il may ayında ayaqlarında dizdən aşağı hissələrdə, avqust ayının əvvəllərində isə sağ biləyində izlər olmasını gördüyü, habelə avqust ayında yaşadıqları evdə özünə məxsus olmayan alışqan tapdığı üçün, arvadının başqa kişilərlə intim əlaqədə olaraq ona xəyanət etdiyini düşünüb, sonuncunu bu səbəbdən öldürmək qərarına gəlmiş və bunun üçün xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində ünvan 1 mənzil 26 ünvanında yerləşən birgə yaşadıqları evin yataq otağında olduqları vaxt mənzilin dağınıq vəziyyətdə olduğunu görüb, əsəbiləşərək arvadı Zərərçəkmiş şəxs buna görə öz iradım bildirdikdə, sonuncunun narazı şəkildə ona kobud cavab verməsindən qəzəblənib, Zərərçəkmiş şəxs bir müddət əvvəl əl və ayaqlarında olan şübhəli izlərin hansı səbəbdən yarandığını soruşmuş, sonuncu həmin izlərin yaşadıqları mənzilin qapısına dəyməsindən yarandığını bildirdikdə, arvadına yalan danışdığını, həmin izlərin başqa şəxslərlə cinsi əlaqədə olması səbəbindən yarandığını bildirərək, mübahisə etməyə başlamış, həmin vaxt arvadı Zərərçəkmiş şəxs onun əsassız şübhələrindən bezərək ona “yaxşı edirəm” cavabı verdiyi üçün arvadını qısqanclıq zəminində öldürmək fikrini qətiləşdirib, bu məqsədlə sonuncunun xəbəri olmadan asta addımlarla mətbəxə keçib oradan ümumi uzunluğu 260 mm, tiyəsinin uzunluğu 149 mm olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb, sağ əlində saxlayaraq yataq otağına qayıdıb otağın eyvana çıxış qapısının qarşısında dayanmış Zərərçəkmiş şəxs yaxınlaşdıqda, sonuncunun onun əlindəki bıçağı görərək, qışqırıb divara söykəndiyi zaman sağ əlindəki həmin bıçaqla Zərərçəkmiş şəxsnm sinə nahiyəsindən bir dəfə zərbə vurduqdan sonra sonuncu müvazinətini itirib yerə yıxıldıqda o, arvadı Zərərçəkmiş şəxsnm ölmədiyini görüb, onu qəsdən öldürmək niyyətini başa çatdırmaq məqsədilə əyilərək arvadının yalvarışlarına əhəmiyyət verməyib müstəsna qəddarlıq nümayiş etdirib, ona xüsusi ağrı yetirdiyini dərk etməklə, məqsədyönlü şəkildə sonuncunun həyat fəaliyyəti üçün vacib olan orqanlarmm yerləşdiyi nahiyələrindən, yəni sinəsindən bıçaqla daha 3, sol qotuqaltı nahiyəsindən 1, qarın nahiyəsindən 2, kürək nahiyəsindən 5, sağ gicgah nahiyəsindən 1, sol qolundan 1 dəfə olmaqla, çoxsaylı - ümumilikdə 14 zərbə vurmaqla, habelə həmin bıçaqla sol əlin ovuc səthini bir neçə yerdən kəsməklə, sonuncuya döş qəfəsinin sol yarısının, döş qəfəsinin sağ yarısının, döş qəfəsinin sol yan səthinin, sol kürək nahiyəsinin və sağ kürək nahiyəsinin daxilə nüfuz edən ürək kisəsini, ürəyin sol qulaqcığını, ağciyərləri, diafraqmanı və dalağı yaralayaraq kəskin qanitirmədən ölümünə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin iki ədəd, döş qəfəsinin sağ yarısının ön səthinin iki ədəd, döş qəfəsinin sol yan səthinin bir ədəd, sol kürək nahiyəsinin üç ədəd, sağ kürək nahiyəsinin iki ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, eləcə də sol saidin aşağı 1/3-nin bir ədəd dəlib-keçən, sol gicgah nahiyəsinin bir ədəd və qarın nahiyəsinin iki ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sol əlin ovuc səthinin kəsilmiş yaraları kimi sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə, arvadı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun 1992-ci ildən həyat yoldaşı idi, İsmət adlı oğlu və Bağdagül adlı bir qızları var. Həyat yoldaşı Səyyarə evdar qadın idi, ailədaxili münasibətləri normal idi, özü ərzaq dükanı işlədirdi. 2020-ci ilin may ayından arvadının ona xəyanət etməsindən şübhələnirdi. Arvadının ayaqlarında dizdən aşağı hissələrdə əl sıxması nəticəsində yaranmış izləri görmüşdü. Səyyarədən soruşdu ki, ayaqlarındakı izlər nədən olub, o da evdə iş görərkən harasa dəydiyini dedi. Hadisədən təxminən bir həftə əvvəl isə evdə ona aid olmayan bir ədəd alışqan tapmışdı. Yoldaşından alışqanın kimə məxsus olduğunu soruşduqda, Səyyarə alışqanın kimə aid olduğunu bilmədiyini dedi. Oğlu İsmətin də siqaret çəkmədiyini, ona görə də həmin alışqanın başqa şəxsə aid olduğunu düşündü. Alışqanla yanaşı bir dəfə evə daxil olduqda evdən siqaret iyi gəlirdi, həmin vaxt arvadının xəyanət etməsi barədə şübhələrim daha da artmışdı. Hadisədən təxminən 10 gün əvvəl də arvadının sağ biləyində izlər aşkar etmişdi. xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində o marketdən ərzaq alıb evə gəldi, evə çatdıqda evdə təkcə arvadı Səyyarə idi. Uşaqları həmin vaxt işdə idi. Ərzaqları mətbəxə qoyduqdan sonra yuyundu və Səyyarədən evin niyə elə səliqəsiz olduğunu soruşduqda, o mənə “evi yığışdıracam da” cavabını verdi. O onun bu sözündən əsəbləşdi, xəyanət barədə şübhələri də əsəbini artırdı. Arvadından əsəbi halda əl və ayağındakı izlərin səbəbini soruşduqda, o da ona qapıya dəydiyini dedi. O inanmadığı üçün Səyyarəyə bu izlər qapı izləri olmadığını, onun başqaları ilə cinsi əlaqədə olduğunu, ona xəyanət etdiyini bir neçə dəfə əsəbi halda təkrar deyəndə, Səyyarə ona gəzdiyini və yaşxı elədiyini dedi. O “yaxşı eliyirəm” dedikdən sonra o onu öldürmək üçün yavaşca mətbəxə keçdi, mətbəxdən dəstəyi göy-qırmızı-ağ rəngli bıçağı götürdü və otağa qayıtdı, arvadım otaqda eyvanın qapısının qabağında ayaqüstə idi. O ona yaxınlaşanda Səyyarə başa düşdü ki, onu öldürmək istəyir, ona yaxınlaşdıqca qışqırmağa başladı. Səyyarəni ilk öncə bıçaqla sinə nahiyəsinə xəsarət yetirdi, o ona müqavimət göstərdi, sonra isə yerə yıxıldı. Yerdə olan zaman yenə də onun bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirdi. Çox az müddətdən sonra arvadı yerdə hərəkətsiz qaldı. Bundan sonra hamama getdi, əl üzünü və bıçağı yudu. Paltarlarını soyunub hamama qoydu və paltarını dəyişdi. Paltarlarını geyinəgeyinə Səyyarəyə baxırdı və onun hərəkətsiz olduğunu gördükdən sonra öldüyünü başa düşdü. Sonra isə evdən çıxdı, hadisə vaxtı istifadə etdiyi bıçağı da götürdü. Həyətdə taksilərdən birinə yaxınlaşıb Xırdalan şəhərində yerləşən Heydər Əliyev adəna parka sürməsini istədi. Yolda olarkən, təxminən saat 11 radələrində 102 zəng xidmətinə zəng edərək arvadını öldürdüyünü və meyitinin yaşadıqları ünvanda olduğunu dedi. Daha sonra qardaşı Sədirxanın oğlu Elvinə zəng edib hadisəni bildirdi. Elvinə ona görə zəng etdi ki, qızı Bağdagülün evə girməsinə mane olsun. Elvinlə danışdıqdan sonra heç kimlə əlaqə saxlamadı. Arvadına xüsusi əzab vermək niyyəti olmayıb, ona müqavimət göstərirdi, bu səbəblə ona çoxsaylı xəsarətlər yetirdi. Parkda bir qədər gəzdi, əməlindən peşman oldu. Saat 19 radələrində Abşeron rayon Polis İdarəsinə gedərək, könüllü surətdə təslim oldu və hadisə vaxtı istifadə etdiyi bıçağı təqdim etdi. Əməlindən çox peşmandır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs mərhum arvadını xüsusi amansızlıqla öldürmək istəməməsinə dair verdiyi ifadəsi ilə işin faktiki hallarına uyğun olan ifadələri ilə və iş materialları ilə təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş İbrahimova Gülxarə Böyükkişi qız ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs doğma bacısı idi. Səyyarə 1992-ci ildə İlqarla ailə həyatı qurmuşdu. 2013-cü ildən Səyyarə əri və uşaqları ilə birlikdə Kürdəmir rayonundan Bakı şəhərinə köçmüşdü. Bir müddət, yəni 2013-cü ildən 2017-ci ilə qədər onlarla eyni binada yaşayırdı. Həmin müddət ərzində Səyyarə tez-tez İlqardan ona şikayət edirdi. Səyyarə deyirdi ki, İlqar ancaq onu döyür, söyür, pul üstündə dalaşırlar.Səyyarənin dediyinə görə İlqar qızı və oğıunun qazandıqları pulu da istəyirmiş. Səyyarə uşaqların pulu ilə evi dolandırdı. İlqar tez-tez spirtli içki qəbul edirdi. 2017-ci ildə bacısıgil Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyində yerləşən mənzilə köçdülər. Həmin evə köçdükdən sonra da bacısı ilə İlqar arasında dava-dalaş səngimədi. Hətta İlqar bacısını o qədər döyürdü ki, bacısı evdən də qaçmışdı. Uşaqlar davadalaş zamanı həmişə analarının tərəfini saxlayıblar. Hətta İsmət anasının tərəfini saxladığı üçün 2019-cu ilin yay aylarında İlqar onu çənəsindən vurmuşdur. Bir dəfə Səyyarə İlqardan boşanmaq istədi, ancaq İlqar Səyyarəyə boşanacağı təqdirdə onu öldürəcəyini dedi. Hətta bunu bir neçə dəfə onun yanında da deyib. Hadisə baş verən gün, xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində qardaşı Əfrail zəng edib dedi ki, İlqar ölüb. Daha sonra isə digər qardaşı Rəfail zəng edib dedi ki, İlqar ölməyib, Səyyarəyə nəsə edib. Həmin vaxt o işdə idi, tez taksiyə minib onların yaşayan mənzilinə getdi. Binanın qarşısında polis və prokurorluq əməkdaşlarını gördü. Bir qədər sonra İlqarın bacısını öldürdüyünü öyrəndi. Səyyarə İlqara müqavimət göstərəcək gücə malik deyildi, o İlqardan çox qorxurdu və ondan çəkinirdi. Səyyarənin İlqara xəyanət edib-etməməsi barədə heç nə bilmir. Mübahisələri əsasən pul üstündə düşürdü, İlqar istəyirdi ki, uşaqlar öz qazanclarını ona versin. İlqara qanunvericiliklə nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, mərhum Zərərçəkmiş şəxs isə onun həyat yoldaşı idi. Qardaşı ailəsi ilə birlikdə 7-8 il əvvəl Kürdəmir rayonunun Karrar kəndində yaşayırdı. Daha sonra qardaşıgil Bakı şəhərinə köçdülər. İlqar Bakıya köçdükdən sonra müxtəlif işlərdə işləyib. Bir neçə il əvvəl İlqar mağaza açdı, o da ona köməklik etdi. İlqar mağazada işləyərək, ailəsini dolandırırdı. Həmin mağaza Bakı şəhəri, Binəqədi rayonu. Rəsulzadə qəsəbəsində yerləşirdi. 2017-ci ildə İlqargil ünvan 1 mənzil 26 ünvanına köçdülər. Həmin mənzil dostu Yusif Nuriyevin arvadı Xalidə Nuriyevaya məxsus idi, ona görə də Yusif İlqargildən orada qaldıqlarına görə kirayə haqqı almadı. İlqarın öz ailəsi ilə münasibətləri normal idi, yəni hər ailə kimi bəzən söz-söhbətləri də olurdu. Ancaq ciddi bir şey olmamışdı. Təxminən 2 il əvvəl İlqar arvadı Səyyarənin ona xəyanət etməsindən şübhələndiyini deyəndə, o İlqara ortada şübhələnməyinə səbəb olacaq bir şey olmadığını bildirdi. İlqar ona bir neçə gün əvvəl evə gələndə içəridə siqaret iyi hiss etdiyini, ona görə də şübhələndiyini dedi. İlqarı hadisədən əvvəl axırıncı dəfə xx xxxx 2020-ci il tarixdə görmüşdü, həmin vaxt İlqardan evdə vəziyyət necə olduğunu soruşduqda, İlqar hər şey normal olduğunu və ona narahat olmamasını desə də, o hiss etdi ki, onun narahat olmamağı üçün belə deyir. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində qardaşı Sədrxanın oğlu Elvin ona zəng etdi, İlqarın Səyyarəni öldürdüyünü bildirdi. Elvinin dediklərindən sonra bir-bir digər qardaşlara zəng edib hadisə barədə məlumat verdi. Sonra isə İlqargil yaşayan mənzilə yola düşdü və ora çatdıqda artıq prokurorluq və polis əməkdaşları hadisə yerində idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə atasıdır. 2017-ci ildən ünvan 2 mənzil 26 ünvanında yaşayırdılar. Hazırda həmin ünvanda qardaşı ilə birlikdə yaşayır. Anası və atasının münasibətləri həmişə pis olub. X5 həmişə əsassız yerə anası ilə dava edir, evdə söz-söhbət yaradırdı. Təxminən 2013-cü ilədək Kürdəmir rayonunun Karrar kəndində yaşayırdılar. Rayonda olan zaman da münasibətləri yaxşı deyildi. Anası çox sakit təbiətli qadın idi, atası isə tez-tez spirtli içki qəbul edib anasıyla dava edirdi. Davalara səbəb həmişə çox xırda məsələlər olurdu. 2019-cu ildə atası ilə anası mübahisə edən zaman qardaşı İsmət anasının tərəfini tutduğu üçün atası onu vurmuşdu. O da həmişə anasının tərəfini tuturdu. Atası daha sonralar, təxminən 2019-cu ilin axırlarından anasını başqa kişilərlə ona xəyanət etməkdə günahlandırmağa başladı. O atasınınn nə səbəbə görə anasından şübhələndiyini bilmir. Hadisə günü xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində, işlədiyi mağazanın müdiri ona anasının vəziyyətinin pis olduğunu və evə getməli olduğumu bildirəndə, o dərhal evə getdi. Yaşadıqları mənzilə çatanda polis və prokurorluq əməkdaşlarını gördü. Daha sonra öyrəndi ki, atası anasına çoxsaylı bıçaq xəsarətləri ilə öldürüb. Atası həmin vaxt evdə deyildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs onun valideynləridir, uzun illər Kürdəmir rayonu Karrar kəndində yaşayırdılar, daha sonra isə ailəvi olaraq Bakı şəhərinə köçdülər. 2017-ci ildən isə ünvan 2 mənzil 26 ünvanında yaşayırdılar. Hal-hazırda bacısı Şahid2 ilə həmin ünvanda birgə yaşayırlar. Valideyinləri arasında münasibətləri təxminən 2010-cu ildən pozulmağa başladı. Atası hətta onlar Kürdəmir rayonunda yaşayan vaxtlarda da tez-tez anasıyla səbəbsiz, çox xırda məsələlərə görə dava edirdi. Anası çox sakit qadın idi. Bacısı və o həmişə anasının tərəfini tuturdular, atası çox vaxt spirtli içki qəbul edib sərxoş halda anasıyla dava edirdi. Dəqiq tarix yadımda deyil, onlar mübahisə edən zaman o anasının tərəfini tutduqda atası onu çənə nahiyəsindən vurmuşdu. Təxminən 2019-cu ilin axırlarından atası anasını ona xəyanət etməsi ilə günahlandırmağa başladı. O atasının hansı səbəblə anasını xəyanətdə günahlandırdığını bilmirdi, amma xəyanət məsələlərinə görə onların arasında mübahisə yarandığına şahid olurdu. Hadisədən təxminən 10-15 gün əvvəl, atası onun yanına gəldi və əlindəki alışqanı göstərib həmin alışqanın ona məxsus olub-olmadığını soruşduqda, o atasına siqaret çəkmədiyindən həmin alışqanın ona məxsus olmadığını bildirdi, həmin alışqan atasına məxsus alışqan idi, çünki, ondan başqa evdə siqaret çəkən yoxdur. Hadisə günü xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələri idi, işdə olan zaman telefonuna tanımadığı nömrədən zəng gəldi, telefonu açanda zəng edən şəxs polis əməkdaşı olduğunu bildirdi və ona yaşadıqları ünvanda qadın meyiti olduğunu dedi. Tez işdən çıxıb taksiyə mindi və evə yola düşdü. Təxminən 25-30 dəqiqə sonra yaşadığı mənzilə çatanda orada polis və prokurorluq əməkdaşları var idi. O içəri daxil oldu və anasının meyitini gördü, atası isə həmin vaxt evdə yox idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun doğma əmisidir. Əmisi yaşadığı binada qonşu mənzildə ailəsi ilə birlikdə yaşayırdı. Əmisinin öz ailəsi ilə hər hansı ciddi münaqişəsinin şahidi olmamışdır, əmisi gilə həm qonşu, həm də qohum kimi münasibətləri normal olub. X4 rayonu, Rəsulzadə qəsəbəsində ərzaq mağazası işlədərək ailəsini dolandırırdı, Əmisinin yoldaşı Səyyarə isə evdar qadın idi. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələri idi, işdən evə gələrkən, əmisi İlqar ona zəng vuraraq, Səyyarəni bıçaqla vurub öldürdüyünü və buna görə də qızı Bağdagülün evə girib yoldaşı Səyyarənin meyitini görməsinə mane olmağını istədi və bu barədə polisə də məlumat verdiyini bildirdi. Daha sonra isə ondan evə getməyini istədi. Təxminən 25-30 dəqiqə sonra hadisənin baş verdiyi yerə, əmisi gilin yaşayan mənzilə çatdı. Artıq prokurorluq və polis əməkdaşları da orada idi, ona mənzilə daxil olmağa icazə vermədilər. Cinayət işində olan məhkəmə-tibb ekspertinin xx.xx.2020-ci il tarixli 81 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir - kəskin qanitirmə ilə müşayiət olunan ürək kisəsinin, ürəyin sol qulaqcığının, ağciyərlərin, diafraqmanm və dalağın yaralanmaları; döş qəfəsinin sol yarısının Ön səthinin 2 (iki) ədəd, döş qəfəsinin sağ yarısının ön səthinin 2 (iki) ədəd, döş qəfəsinin soç yan səthinin 1 (bir) ədəd, sol kürək nahiyəsinin 3 (üç) ədəd və sağ kürək nahiyəsinin 2 (iki) ədəd daxilə nüfuz edən deşilmiş kəsilmiş yaraları; sol gicgah nahiyəsinin 1 (bir) ədəd, qarın nahiyəsinin 2 (iki) ədəd və sol saidin aşağı 1/3-nin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları; sol əlin ovuc səthinin kəsilmiş yaraları. Bu xəsarətlər birlikdə həyatidirlər, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər; yaraların formasına və xarakterinə əsasən demək olar ki, ekspertizaya təqdim olunmuş bıçaq və ona oxşar bıçaqlar təsirindən törənə bilərdi. Dərəcələrinə görə döş qəfəsinin sol yarısının ön səthinin 2 (iki) ədəd, döş qəfəsinin sağ yarsınm ön səthinin 2 (iki) ədəd, döş qəfəsinin sol yan səthinin 1 (bir) ədəd, sol kürək nahiyəsinin 3 (üç) ədəd və sağ kürək nahiyəsinin 2 (iki) ədəd daxilə nüfuz edən ürək kisəsini, ürəyin sol qulaqcığını, ağciyərləri, diafraqmanı və dalağı yaralayaraq kəskin qanitirmə törədən deşilmiş- kəsilmiş yaraları - həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan AĞİR zərərvurmanm əlamətlərinə malikdirlər, ölümü ilə səbəbli əlaqədardır. Sol gicgah nahiyəsinin 1 (bir) ədəd, qarın nahiyəsinin 2 (iki) ədəd və sol saidin aşağı 1/3- nin daxilə nüfiız etməyən deşilmiş-kəsilmiş yaralan; sol əlin ovuc səthinin kəsilmiş yaraları - dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs qzının ölümünə səbəb - döş qəfəsinin sol yarısının, döş qəfəsinin sağ yarısının, döş qəfəsinin sol yan səthinin, sol kürək nahiyəsinin və sağ kürək nahiyəsinin daxilə nüfuz edən ürək kisəsini, ürəyin sol qulaqcığını, ağciyərləri, diagraqmanı və dalağı yaralayaraq kəskin qanitirmə törədən deşilmiş-kəsilmiş yaraları olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2020-ci il tarixdə saat 15:30) təxminən 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəməkimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işində olan məhkəmə-tibbi-kriminalistik ekspertizasının 415-MTKŞ saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus donun səthində bir ədəd, ön səthinin sol yuxarı nahiyəsində bir ədəd, arxa səthində sağda üç ədəd və arxa səthində solda iki ədəd zədələr deşilmiş-kəsilmiş zədələr aşkar olunduş Bu zədələr kafi itilikdə olan ülgücü, ucu və qabırğaları özlərini büruzə verən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə maLalik digər bıçaq ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus donun ön səthinin sağ yuxarı nahiyəsində bir ədəd cırılmış xarakterli zədə aşkar olunmuşdur. Bu cırılma küt yaranma mexanizminə malikdir, donun müvafiq nahiyəsinin kəskin gərilib-dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus trusikdə əhəmiyyət kəsb edən hər-hansı bir zədə aşkar olunmamışdır. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan əlavə dəyişiklik edilməmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 628/2020-MTBŞ saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu:A-beta/H/İİ. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus sarafan, trusik, Təqsirləndirilən şəxs məxsus mayka, dəsmal üzərindəki ləklərdə və hadisə yerindən götürülmüş 1,2,3 nömrəli çubuqların uzundakı pambıq üzərinə hopdurulmuş maddə ləklərində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri, həmçinin əksər ləkələrdə beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H/İİ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs qızma məxsus ola bilər. Təqdim edilən 5 nömrəli çubuq üzərindəki pambıq üzərindəki ləkədə və bıçaq üzərində qan, Təqsirləndirilən şəxs məxsus şort, 1 cüt corab üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Cinayət işində olan kompleks stasionar məhkəmə-məhkəmə psixiatrik və psixoloji ekspertizasının 116 saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədənə qədər və həmin əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi patologiyadan əziyyət çəkmir. Onda hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığm və sair psixi xəstəliyin əlamətləri müşahidə olunmur, yalnız xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Hazırda İ.S. Vəliyevin psixi vəziyyəti qənaətbəxş səviyyədə olduğuna görə həmin şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək iqtidarındadır. Hal-hazırkı psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs tez özündən çıxmaq, qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq və s. kimi fərdi psixi xüsusiyyətlər malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən onun psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan “şəxsin könüllü gəlib təslim olunması haqqında” xx xxxxxx 2020-ci tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq gəlib polisə təslim olmuşdur. Cinayət işində olan “şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin içtimai təhlükəliliyini nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələblərinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, könüllü gəlib polisə təslim olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CMnin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Abşeron rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi 01 ədəd bıçaq, hadisə vaxtı əyninə olan 01 ədəd şort, 01 ədəd mayka, 01 cüt corab, mərhum Zərərçəkmiş şəxs hadisə vaxtə əynində olmuş 01 ədəd don (sarafan), 01 ədəd alt paltarı (trusik), hadisə yerindən götürülmüş 01 ədəd çəhrayı rəngli dəsmal, qanabənzər ləkələrdən pambıq tamponlar vasitəsi ilə götürülmüş 04 ədəd nümunə hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq, dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Abşeron rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi 01 ədəd bıçaq, hadisə vaxtı əyninə olan 01 ədəd şort, 01 ədəd mayka, 01 cüt corab, mərhum Zərərçəkmiş şəxs hadisə vaxtə əynində olmuş 01 ədəd don (sarafan), 01 ədəd alt paltarı (trusik), hadisə yerindən götürülmüş 01 ədəd çəhrayı rəngli dəsmal, qanabənzər ləkələrdən pambıq tamponlar vasitəsi ilə götürülmüş 04 ədəd nümunə hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasi protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-519/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-519/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver