Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-519/2025 11.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X5 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda və psixotrop maddəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin əldə edilməsi, saxlanılması, daşınması barədə şəxsiyyəti istintaqa “Mehdi” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olub, bir qrup şəxs halında birləşərək, istintaqa məlum olmayan vaxtda xeyli miqdarda təmiz çəkisi 0,358 qram olan narkotik vasitə heroin, xeyli miqdarda təmiz çəkisi 0,400 qram olan psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarında təmiz çəkisi 1,25 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 15 mart 2024-cü il tarixdə saat 20:45 radələrində Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirilib xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 3 ədəd şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,358 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,400 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən satış məqsədilə qanunsuz olaraq psixotrop maddənin əldə edilməsi, saxlanılması, daşınması barədə şəxsiyyəti istintaqa “Mehdi” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olub, bir qrup şəxs halında birləşərək, istintaqa məlum olmayan vaxtda külli miqdarda təmiz çəkisi 2,875 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədilə təkrar qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 02 aprel 2024-cü il tarixdə saat 15:30-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ş.Ə.Tuti küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman X11 Alayının 8-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin inzibati binasına gətirilib xidməti otaqda üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,875 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o polisin öz adamından marixuana almağa getmişdir. Marixuananı alıb həyətdən çıxmış və maşınına əyləşən zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını görmüşdür. O, polis əməkdaşlarının onu tutacağını bilmişdir. Buna görə də üzərində olan marixuananı atmışdır. Polis əməkdaşları onu saxlayanda üzərində narkotik vasitə olmamışdır. Sonradan polis əməkdaşları narkotik vasitəni onun atdığı yerdən tapmışlar. Onun üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar edilməmişdir. Daha sonra idarəyə gətirildikdən sonra marixuananın yanına əlavə başqa narkotik vasitələr də qoymuşlar. İkinci dəfə tutulan zaman isə üzərində metamfetamin olmuşdur. Onun üzərində ağzı bağlanan paketdə metamfetamin olmuş, çəkisi isə 01 qram olmuşdur. Lakin videoçəkiliş zamanı metamfetaminin yanına əlavə narkotik vasitələr də qoymuşlar. O, müstəntiqdən niyə əlavə narkotik vasitələr qoyduqlarını soruşduqda, müstəntiq ona narahat olmamasını, işə AR CM-nin 234.1-ci maddəsi ilə baxılacağını bildirmişdir. Həmçinin təhqiqatçı da işinə AR CM-nin 234.1-ci maddəsi ilə baxılacağını bildirmiş, o da bu səbəbdən sənədlərə imza çəkməyə razı olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o 2015-ci ilin noyabrın 20-dən narkotik vasitə istifadə edir. O, 37 yaşına qədər narkotik vasitə istifadə etməmiş, Nardaran hadisələrindən sonra narkotik vasitə istifadə etməyə başlamışdır. O, marixuana, tiryək, metamfetamin və heroin istifadə edirmiş. Heroini çəkmək yolu ilə istifadə etmişdir. O, polis əməkdaşları ilə birlikdə işləmiş, məsələn, bir neçə ölüm işlərinin açılmasında dəstək olmuşdur. Bunun qarşılığında ona 231 manat maaş verilmişdir. O, BMCMİ-də qeydə alınmış agentdir. O, yalnız dövlət çevrilişi, böyük silah işləri ilə bağlı işlər zamanı çalışmış və dövlətə xidmət etmişdir. Ona narkotik vasitələri əməliyyatçılar da verirmişlər. O, özü də ayda bir neçə dəfə narkotik vasitə alırmış. O, aylıq narkotik vasitə almağa pul çatdırırmış. Birinci epizod üzrə üzərindən yalnız marixuana aşkar edilmişdir. O, həbsdə olan şəxslərin yanına göndərilirmiş və cinayət işlərinin açılmasına kömək edirmiş. Onun tutulmağına səbəb əməliyyatçılar arasında rəqabət olması olmuşdur. O, BMCMİ-də agent vəzifəsində işləyən zaman fəaliyyəti məxfi saxlanılmışdır. Nardaran hadisələri zamanı üsyanın yatırılması üçün onun köməyini istəmişlər, lakin o razı olmurmuş. Ona böyük məbləğlərdə pullar da təklif olunmuş, sonradan o heç bir şeyə görə yox, dövlətə xidmət etmək üçün polislərlə işləməyə razı olmuşdur. Sonradan bir polis əməkdaşı onun fəaliyyətini aşkara çıxarmışdır. Bu səbəbdən onun ailəsi dağılmış, yaşadığı ərazidəki adamlar ona üz döndərmiş, eyni zamanda evi polislər tərəfindən əlindən alınmışdır. Fəaliyyəti aşkar olduqdan sonra yaşadığı ərazidəki polis bölmələri artıq onu tanımışlar. O, 2021-ci ilədək polis üçün işləmişdir. 2021-ci ildən 2024-cü ilədək də ona müxtəlif səbəblərlə sutkalıq həbslər verilmişdir. Əməliyyatçı özü ona narkotik vasitə verirmiş. Bir az irəli gedən kimi onu saxlayaraq narkoloji yoxlanışa aparıb, daha sonra sutkalıq həbslər verilirmiş. Ona narkotik vasitəni münasibəti olan əməliyyatçılar da verirmiş. O, heç bir kəsə narkotik vasitə pay verməmiş və satmamışdır. Bir tanışı ilə birlikdə narkotik vasitə almağa getdiyi olmuşdur. Narkotik vasitə aldığı şəxs ona narkotiki ucuz qiymətə satırmış və ondan əlavə verdiyi narkotik vasitəni qardaşına aparıb çatdırmasını xahiş edirmiş. Narkotik vasitə satan şəxs Zabratda, qardaşı isə kənddə yaşayırmış. Həmin şəxs kənddə narkotik vasitə sata bilmədiyindən, ondan belə bir xahiş etmiş, o da narkotik vasitəni aparıb çatdırırmış. Nardaranda saxlanılan zaman o ilk dəfə idi ki, metamfetamin istifadə edirmiş və bu səbəbdən “peredoz” vəziyyətində olmuşdur. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir və təzyiq edən olmamışdır. O saxlanılan zaman qardaşı oğlunun evindən qayıdan zaman uzaqdan PPX-nın gəldiyini görmüşdür. Onu saxlamışlar və üzərini yoxlamağa başlamışlar. Onun üzərində metamfetamin olmuşdur. O özünə xəsarət yetirmək məqsədilə üzərində olan bıçağı çıxarmışdır. Polis əməkdaşları onu saxlayaraq xəsarət yetirməyə qoymamışlar. Bu zaman onun ayağı PPX maşınının qapısına dəymiş və qapı biraz içəri batmışdır. Daha sonra onu bölməyə aparmışlar. Bölmədə bütün əməliyyatçılar onu tanıyır. Onun üzərində nə olduğunu soruşmuşlar, o da 0.8 qram metamfetamin olduğunu demişdir. Şəxsi axtarış zamanı üzərində olan telefonu da ondan almışlar. Çəkiliş zamanı onun üzərindən bir büküm çıxmasına baxmayaraq, iki büküm olduğunu görmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsi olaraq tərtib edilmiş 07 avqust 2024-cü il tarixli protokoldan görünür ki, narkotik vasitə aludəçisidir. xx.xx.2024-cü il tarixdə Balaxanı qəsəbəsində olan zaman üzdən tanıdığı, lakin yaşadığı ünvanı və adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün ümumilikdə 30 manata heroin, metamfetamin və marixuana olmaqla 03 ədəd şəffaf sellofan bükümündə olan narkotik vasitələri almışdır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Maştağa qəsəbəsi B.Bağırov küçəsində olan zaman aldığı narkotik vasitələr üzərində olmuş və ona iki nəfər polis əməkdaşları yaxınlaşmış və onunla sorğu sual apardıqdan sonra şübhəli şəxs qismində onu 14-cü PŞ-nə dəvət etmişlər. Söhbət əsnasında üzərində narkotik maddənin olmasını etiraf etmişdir. Polis şöbəsində ona hüquqları və vəzifələri izah edildikdən sonra hüquqlarını müdafiə etmək məqsədilə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Lakin, üzərində olan narkotik vasitəni görməsin deyə vəkilin iştirakı olmadan şəxsi axtarış aparılması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 3 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən həmin bükümlər qablaşdırılmış, tərkibinin və çəkisinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Üzərinə şəxsi axtarış zamanı başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Həmin narkotik vasitəni, psixotrop maddəni və marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manata psixotrop maddə metamfetamin alaraq istifadə üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 15:30-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ş.Ə.Tuti küçəsində yaşadığı evin yaxınlığında piyada gedən zaman iki nəfər polis geyim formasında olan şəxsi görmüşdür. Həmin şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və xidməti vəsiqələrini göstərərək onun ad və soyadını və üzərində narkotik vasitə olubolmadığını soruşaraq onu saxlayaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində, polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlərin saxlanmasında, gəzdirməsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis bölməsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquq və vəzifələrini izah etmiş və dövlət hesabına təyin olunmuş müdafiəçini ona təqdim etmişdir. Videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirmiş, müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılması üçün özü ərizə ilə müraciət etmiş, çünki müdafiəçinin yanında istəməmişdir ki, sonuncu onun təqdim etmiş olduğu psixotrop maddə metamfetamini görsün. Müdafiəçinin gələcəkdə onu ürəkdən müdafiə etməsi üçün onun iştirakını istəməmişdir. Bundan sonra polis əməkdaşı üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini xahiş etmişdir. Artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamini çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı 02 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdən aşkar olunmuş kütlənin nə olduğunu soruşanda, səmimi olaraq metamfetamin olduğunu deyərək, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ondan götürülmüş psixotrop maddə metamfetamin qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Üzərindən aşkar edilmiş heroin, metamfetamin və marixuanadan başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə marixuananı öz üzərində şəxsi istifadəsi üçün gəzdirmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Cinayət işi üzrə "xxxx" və "xxxx" MMCdən daxil olmuş, istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində daxil olan və çıxan zənglərin, mesajların siyahısı və mətni barədə məlumatların olduğu 01 ədəd CD formatlı diskdə olan sms mətnləri ilə tanış olaraq bildirmişdir ki, qeyd edilən sms mətnlərindən bəziləri ona aiddir, bəzilərini isə xatırlamır, dəqiq məlumat verə bilməz. Sms mətnlərində olan **********00 saylı mobil nömrə Mehdi adlı tanışına məxsusdur, o, narkotik satışı ilə məşğuldur, Zabrat qəsəbəsində yerləşən Seyid marketin yaxınlığında yaşayır. Mehdiyə pul verib istifadəsi üçün narkotik vasitə almışdır. Mehdidən narkotik vasitə kakosun qramını 25-30 manata almışdır. Mehdi ona bildirmişdir ki, o, şəhəri tanıdığı üçün onun üçün şərait yaradacaq, narkotik vasitələr satan İran vətəndaşının dediyi ünvanlara narkotik vasitələri aparıb qoyacağı təqdirdə həmin narkotik vasitənin müəyyən bir qismi ona qalacaqdı. Bu məsələdə Mehdi ilə razılaşmamışdır. Lakin, Mehdinin ona başqa şəxslər üçün aparmaq üçün verdiyi narkotik vasitənin müəyyən bir hissəsinin özünə qalacağı barədə təklifi ilə razılaşmışdır. O da bu qaydada sonuncu ilə razılaşıb Mehdidən narkotik vasitəni alıb onun Zabratda qarajda yaşayan qardaşı Güləli üçün aparmışdır. Bunun müqabilində Mehdi narkotik vasitənin bir hissəsini ona vermişdir. Narkotik vasitəni verəndə heç kimdən pul almamışdır. Sms mətnlərində olan Novruz adlı şəxs qardaşının oğludur. Novruz barədə yazışmaların məzmununu xatırlamır. Xəyal kürəkənidir, qızının yoldaşıdır. Xəyal bəzən ona zəng edib ondan patı istəmişdir. Kürəkəni olduğu üçün ona narkotik vasitəni pay kimi vermişdir. Mehdi ona narkotik vasitəni lazım olan ünvanlara aparmaq üçün verəndə həmin şəxslər ona zəng etmişlər. O da ona görə Mehdiyə onu camaatla üz üzə qoyma deyə yazmışdır. Mehdi Bilgəh uşaqları ilə onlara narkotik vasitə verəcəyini, narkotik vasitəni gəlib ondan götürmələrini bildirmişdir. O da həmin vaxt Bilgəh qəsəbəsində qalmışdır. Həmin yazışmanın məzmunu bundan ibarətdir. Mehdi ona narkotik vasitəni ucuz qiymətə o şərtlə vermişdir ki, onun dediyi şəxslərə də narkotik vasitə aparıb çatdırsın. Mehdi ondan 100 manat borc istədiyinə görə 100 manat pulu onun kartına göndərmiş, qəbzi də onun Vatsapına göndərmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə əldə etmək üçün Mehdi ilə razılaşdıqları kimi onun verdiyi narkotik vasitəni dediyi şəxslərə vermiş, əvəzində Mehdi ona hər dəfəsində müəyyən miqdarda istifadəsi üçün narkotik vasitə vermişdir. (cild 2, iş vərəqə; 104-109) Qeyd olunan protokol müdafiəçi tərəfindən imzalansa da, təqsirləndirilən şəxs həmin protokolu imza etməkdən imtina etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ 14-cü PŞnin əməliyyat müvəkkili Şahid3 göstərmişdir ki, 2024-cü ilin mart ayının 15-də Rasim Əliyevlə birlikdə Maştağa qəsəbəsi ərazisində oğurluq hadisələri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı xidmətdə olan zaman bir nəfər şəxsin hərəkəti ilə diqqətlərini çəkdiyindən şübhələnmişlər və Təqsirləndirilən şəxs saxlamışlar. Söhbət zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsindən şübhələnmişlər və sonuncunu Sabunçu RPİ-nin 14-cü PŞ-nə dəvət etmişlər. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən 03 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərdə psixotrop maddə metamfetaminə, narkotik vasitə heroinə bənzər kütlələr və qurudulmuş marixuanaya bənzər ot kütləsi olması müəyyən edilmiş və narkotik vasitələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat qrupunda o və Rasim Əliyev olmuşdur. Şəxsə yaxınlaşan zaman Təqsirləndirilən şəxs tək olmuşdur. Səhv etmirsə onun üzərindən 3 büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri ya Balaxanı, ya da Suraxanıdan tanımadığı şəxsdən aldığını demişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs yayınmaq istəmiş, lakin elə də güclü müqavimət göstərməmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir olmamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 15 mart 2024-cü il tarixdə saat 20:45 radələrində xidməti iş yoldaşı Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru X8 ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin hərəkətləri və davranışı diqqətlərini çəkdiyindən şübhələnmişlər və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər və xidməti vəsiqələrini təqdim etmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istədikdə özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs onlardan yayınmağa cəhd etdiyi üçün sonuncunu Sabunçu RPİ-nin 14-cü PŞ-nə dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində həmin şəxsin şəxsiyyəti dəqiqləşdirildikdən sonra xidməti otaqların birində hüquq və vəzifələri izah edilməklə dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasını xahiş etmiş və bu barədə ərizə ilə müraciət etmişdir. İlk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlər açılaraq baxış keçirilən zaman həmin bükümlərdə psixotrop maddə metamfetaminə, narkotik vasitə heroinə bənzər kütlələr və qurudulmuş marixuanaya bənzər ot kütləsi olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin heroin, metamfetamin və qurudulmuş marixuananı Balaxanı qəsəbəsində yaşayan adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 30 manata əldə etdiyini və şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 03 ədəd bükümdə olan narkotik vasitə heroin, metamfetamin və qurudulmuş marixuanaya bənzər ot kütləsi götürülərək 02 ədəd kağız zərfə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Sabunçu RPİ-nin 14-cü PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. (cild 1, iş vərəqə 195-197) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN ƏÇPA 8-ci Patrul Bölüyünün polis nəfəri Şahid1 göstərmişdir ki, hadisəni tam olaraq xatırlamır. Gündüz vaxtı Təqsirləndirilən şəxs xidmətdə olan zaman özünü şübhəli apardığı üçün saxlamışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs Şahid2la birlikdə xidməti ərazidə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxs onları görən zaman özünü şübhəli apararaq qaçmağa çalışmış, bu səbəbdən Telmana yaxınlaşmışlar. Təqsirləndirilən şəxs üzərində axtarış keçirilən zaman videoçəkiliş aparılmış, o da həmin çəkilişdə iştirak etmişdir. Səhv etmirsə, Təqsirləndirilən şəxs üzərindən 1 büküm marixuanaya bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən və neçəyə almasını xatırlamır.Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsin üzərindən neçə büküm narkotik vasitə çıxdığını və telefon olub-olmadığını xatırlamır. Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Daxili İşlər Nazirliyi X11 Alayının 8-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir və polis baş serjantı rütbəsi daşıyır. 02 aprel 2024-cü il tarixdə - saat 15:30 radələrində xidməti iş yoldaşı X11 Alayının 8-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə “96-18” çağırışlı avtopatrul avtomobili ilə Nardaran qəsəbəsi, Dərya bulağı adlanan bulağın yaxınlığında xidmətdə olan zaman bir nəfər şəxsin hərəkətləri və davranışı ilə narkotik vasitə aludəçisi olmasından şübhələnmişlər və ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra ondan özünü təqdim etməsini istədikdə üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirmiş və özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxslə şəxsiyyəti barədə söhbət edən zaman o, yayınmağa cəhd etdiyi və verilən suallara rabitəsiz cavablar verdiyi üçün onu Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmişlər. Saxlanılan şəxs də razı olaraq onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Polis Bölməsində onun şəxsiyyəti dəqiqləşdirildikdən sonra xidməti otaqların birində hüquq və vəzifələri izah edilməklə dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. İlk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş metamfetaminə bənzər maddəni çıxarıb könüllü şəkildə təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxıldıqda içərisində iki büküm psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin içərisində olan maddə metamfetamindir, bir gün əvvəl Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata şəxsi istifadə məqsədilə almış və üzərində saxlamışdır. Bundan sonra aşkar edilmiş həmin iki ədəd büküm götürülərək qablaşdırılmış, sonra isə Təqsirləndirilən şəxs üzərində, şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı əlavə və ya düzəliş daxil olmamış və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Sabunçu RPİ-nin 42-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. (cild 1, iş vərəqə 102-104) Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN ƏÇPA 8-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 göstərmişdir ki, hadisənin üzərindən uzun müddət keçməsi səbəbilə tam olaraq xatırlamır. Raportda dediklərini tam təsdiq edir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs günorta saatlarında Şahid1la birlikdə saxlamışlar. Xidmət vaxtları 08:00-20:00 saatlarını əhatə edir. Təqsirləndirilən şəxs Nardaran qəsəbəsi ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs şübhəli hərəkətləri diqqətlərini çəkmiş və bu səbəbdən ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs onlara bıçaq çıxarmasını xatırlamır. Təqsirləndirilən şəxs saxladıqdan sonraq 42-ci PŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən neçə büküm narkotik vasitə aşkar edildiyini xatırlamır. Aşkar edilmiş narkotik vasitə səhv etmirsə marixuana olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən almasını xatırlamır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs bıçaq çıxarmasını xatırlamır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 02 aprel 2024-cü il tarixdə saat 15:30 radələrində xidməti iş yoldaşı X11 Alayının 8-ci Patrul Bölüyünün polis nəfəri, polis baş serjantı Şahid1 ilə birlikdə “96-18” çağırışlı avtopatrul avtomobili ilə Nardaran qəsəbəsi, Dərya bulağı adlanan bulağın yaxınlığında xidmətdə olan zaman bir nəfər şəxsin hərəkətləri və davranışı ilə narkotik vasitə aludəçisi olmasından şübhələnmişlər və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istədikdə üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirmiş və özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxslə şəxsiyyəti barədə söhbət edən zaman həmin şəxs yayınmağa cəhd etdiyi və verilən suallara rabitəsiz cavablar verdiyi üçün həmin şəxsi Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmişlər. Həmin şəxs də razı olaraq onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Polis Bölməsində həmin şəxsin şəxsiyyəti dəqiqləşdirildikdən sonra xidməti otaqların birində hüquq və vəzifələri izah edilməklə dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. İlk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş metamfetaminə bənzər maddəni könüllü şəkildə təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində olan maddə metamfetamindir, bir gün əvvəl Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata şəxsi istifadə məqsədilə almış və üzərində saxlamışdır. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı əlavə və ya düzəliş daxil olmamış və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Sabunçu RPİ-nin 42-ci PB-də olduğu zaman sonuncuya qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. (cild 1, iş vərəqə 99-101) Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əgər Telman onlara bıçaq çıxarsa idi, istintaq zamanı verdikləri ifadələrində onu qeyd edərdilər. Təqsirləndirilən şəxs dedikləri həqiqəti əks etdirmir. Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, hazırda Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayoru rütbəsi daşıyır. 15 mart 2024-cü il tarixdə saat 20:45 radələrində xidməti iş yoldaşı Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Mail oğlu ilə birlikdə Maştağa qəsəbəsi, B.Bağırov küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin hərəkətləri və davranışı diqqətlərini çəkdiyindən şübhələnmişlər və ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər və xidməti vəsiqələrini təqdim etmişlər. Bundan sonra ondan özünü təqdim etməsini istədikdə özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs onlardan yayınmağa cəhd etdiyi üçün onu Sabunçu RPİ-nin 14-cü PŞ-nə dəvət etmişlər. O etiraz etmədən birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində onun şəxsiyyəti dəqiqləşdirildikdən sonra xidməti otaqların birində hüquq və vəzifələri izah edilməklə dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasını xahiş etmiş və bu barədə ərizə ilə müraciət etmişdir. İlk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlər açılaraq baxış keçirilən zaman həmin bükümlərdə psixotrop maddə metamfetaminə, narkotik vasitə heroinə bənzər kütlələr və qurudulmuş marixuanaya bənzər ot kütləsi olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin heroin, metamfetamin və qurudulmuş marixuananı Balaxanı - qəsəbəsində yaşayan adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 30 manata əldə etdiyini və şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 03 ədəd bükümdə olan narkotik vasitə heroin, metamfetamin və qurudulmuş marixuanaya bənzər ot kütləsi götürülərək 02 ədəd kağız zərfə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Sabunçu RPİ-nin 14-cü PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. (cild 1, iş vərəqə 198-200) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ********* cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 15:30 radələrində 96-18 çağırı maşını ilə Nardaran qəsəbəsi, dərya bulağı adlanan bulağın yaxınlığında xidmətdə olarkən bir nəfər şəxsə narkotik vasitənin təsiri altında olduğu şübhəsi yaxınlaşmışlar, həmin şəxsə özlərini təqdim etmişlər, həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün həmin şəxsi Sabunçu RPİnin 42-ci polis bölməsinə gətirmişlər, polis bölməsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. (cild 1, iş vərəqə 4) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuş, o, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 02 aprel 2024-cü il tarixdən, saat 15:30-dan tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 5, 14) xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Səmədov X4 RPİ-nin 42-cu PB-ə ərizə ilə müraciət edərək üzərində keçiriləcək şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirakını tələb etmədiyini və müdafiəçinin olmadan şəxsi axtarış keçirilməsini xahiş etmişdir. (cild 1, iş vərəqə 23) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqə 22, 24-26) Məhkəmə-kimyəvi ekspertizasının 03 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1797 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar edilən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,875 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin üm.təmiz çəkisi-2,875 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq- 2,825 qram. (cild 1, iş vərəqə 32-36) xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunması, bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş metamfetaminə bənzər maddəni könüllü şəkildə təqdim edərək masanın üzərinə qoyması, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu 01 ədəd şəffaf sellofan büküm açılaraq içərisinə baxış zamanı içərisindən iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunması, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində - olan maddənin metamfetamin olduğunu, bir gün əvvəl Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata şəxsi istifadə məqsədilə aldığını və üzərində saxladığını bildirməsi, aşkar edilmiş həmin 02 ədəd bükümlərin götürülərək qablaşdırılması, sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. (cild 1, iş vərəqə 45) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 49-50) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 75-75) Maddi sübutun tanınması haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 2,875 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq çəkisi 2,825 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri, Sabuçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. (cild 1, iş vərəqə 81-82) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2271 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 88-89) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə CM-nin 143.2-ci maddəsinə əsasən 02 il əməyə mütləq cəlb edilməklə şərti cəza təyin edilmiş, Sabunçu rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə CM-nin 83.3, 215, 143.3, 143.4-cü maddələrinə əsasən 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə 29, 120.1, 237.1, 304.2.1, 66.3, 234.1-ci maddələrinə əsasən 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 67.1 -ci maddəsinə əsasən əməli xx.xx.1996-cı il tarixli hökmlə birləşdirilməklə üzərində qəti olaraq 10 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR Ali Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzası 08 ilə endirilmiş, Yasamal rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 304.1-ci maddəsinə əsasən 08 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə X9 Müəssisəsinə keçirilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsinə əsasən 03 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. (cild 1, iş vərəqə 105-108) Bundan başqa Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X7 Şəxsin 5592 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. (cild 1, iş vərəqə 109) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 1/1969 saylı, xx.xx.2024cü il tarixli məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməyib. (cild 1, iş vərəqə 110) Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 07 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri üzrə törədilməsi müəyyən edilən cinayət əməllərində Təqsirləndirilən şəxs iştirakı müəyyən edildiyindən həmin cinayət işləri bir icraatda birləşdirilmiş və ********* statistik nömrə ilə istintaqı davam etdirilmişdir. (cild 1, iş vərəqə 112-113) Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə116) 15 mart 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 20:45 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində bir nəfər şəxs özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirdikdə özünü daha da şübhəli apardığı və verilən suallara adekvat cavab vermədiyindən Sabunçu RPİ-nin 14-cü PŞ-nə dəvət olunmuş, polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs etiraf edərək üzərində şəxsi istifadəsi üçün narkotik vasitə olduğunu bildirmişdir. (cild 1, iş vərəqə 117) Şübhəli şəxsin tutulması haqqında 15 mart 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə, saat 22:15-də şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 15 mart 2024-cü il tarixdən, saat 20:45 dəqiqədən tutulmuş hesab edilmişdir. (cild 1, iş vərəqə 118, 127) xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Səmədov X4 RPİ-nin 14-cü PŞ-ə ərizə ilə müraciət edərək üzərində keçiriləcək şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirakını tələb etmədiyini və müdafiəçinin olmadan şəxsi axtarış keçirilməsini xahiş etmişdir. (cild 1, iş vərəqə 137) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən ümumilikdə 03 ədəd olmaqla 01 ədəd şəffaf sellofana bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd şəffaf sellofan bükümdə qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. (Cild 1, iş vərəqə 136, 138-140) Məhkəmə-kimyəvi ekspertizasının 16 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1562 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,358 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,400 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş - “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş heroin və metamfetamin kimyəvi tərkibinə görə müxtəlif olduğundan onlar arasında müqayisəli tədqiqat aparılması mümkün deyildir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,400 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,350 qram. Heroinin təmiz çəkisi - 0,358 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,308 qram. (cild 1, iş vərəqə 148-152) Məhkəmə-kimyəvi ekspertizasının 16 mart 2024-cü il tarixli, 3-16-16/2-7/449 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan....Təqsirləndirilən şəxs” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,25 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 1,25 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 1,23 qram. (cild 1, iş vərəqə 154-157) xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunması, bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümü könüllü şəkildə təqdim edərək masanın üzərinə qoyması, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu 03 ədəd şəffaf sellofan bükümlər açılaraq içərisinə baxış zamanı içərisində 01 ədəd bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd bükümün içərisində parkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümün içərisində qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar olunması, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroin, metamfetamin və qurudulmuş marixuananı Balaxanı qəsəbəsində yaşayan adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 30 manata əldə etdiyini və şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirməsi, aşkar edilmiş həmin 03 ədəd bükümün götürülərək 02 ədəd zərfə gablaşdırılması, sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və ganunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. (cild 1, iş vərəqə 164) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 167-168) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 186-189) Maddi sübutun tanınması haqqında 25 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,358 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,400 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarında bir ədəd bükümdə təmiz çəkisi 1,25 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq çəkisi 0,350 qram olan psixotrop maddə metamfetamin, 0,308 qram olan narkotik vasitə heroin və 1,23 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. (cild 1, iş vərəqə 192-193) Cinayət əməlinin tövsif edilməsi haqqında 07 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 210-211) Məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 962 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosionaliradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, fərdi-psixoloji xüsusiyətlərində inadkarlıq, məsuliyyətsizlik, özünü müdafiə etməyə meyillilik aşkar edilir. Təqsirləndirilən şəxs hal-hazırda xroniki psiki xəstəlik, psixi fəaliyyəlin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai - təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmir. Fərdi-psixi xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə uyğun tərzdə yönəldərək danışa bilər. (cild 1, iş vərəqə 224-227) Təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavələr edilməklə yenidən ittihamın ona elan edilməsi haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki, Səmədov X3 Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 232-234) Diskdə olan məlumatlara baxış keçirilməsi haqqında 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində daxil olan və çıxan zənglərin, mesajların siyahısı və mətni barədə məlumatların olduğu 01 ədəd CD formatlı diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşında «xx.xx.2024 14_20_32 Mushteri zenglerinin detallashmasi-MSİSDN_775530405», «xx.xx.2024 12_19_42 SMS detallashmasiMSİSDN_775530405»,«Zenglerin_Mexsusluq_Tarixceleri__**********1935__ _775530405_NAR» adlı 03 ədəd fayl mövcuddur. Həmin fayllar ardıcıllıqla açılaraq baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət aralığında ********* saylı mobil nömrə ilə aparılan mesajlaşmalara dair aşağıdakı sms mətnləri aşkar edilmişdir. xx.xx.2024 19:44:11 xx.xx.2024 19:44:11 1.1.**********14 1.1.**********05 Qızım xəyaldan şoruş 2 dənə kola yarım düzələr 60 manat var DELİVERED xx.xx.2024 01:01:16 xx.xx.2024 01:01:16 1.1.**********14 1.1.**********05 Sən agıla hərəkət elə metedonu azad və narkotikdən uzaqlaş həm ham DELİVERED xx.xx.2024 01:01:25 xx.xx.2024 01:01:25 1.1.**********14 1.1.**********05 ının etibarını qazanacaqsan həmdə xoşbəxliy əldə edəcəksən Daha bəs DELİVERED xx.xx.2024 01:01:33 xx.xx.2024 01:01:33 1.1.**********14 1.1.**********05 di də hə fatimə bu şeyin sonu fəlakətdi. Sözləri Düşün fikirləşmə ? DELİVERED xx.xx.2024 13: xx.xx.2024 09:24:18 xx.xx.2024 09:24:18 1.1.**********05 1.1.**********14 Ata deyirem ki dunəndə suya gedməmisəm səndə mal var mənim agrimi s DELİVERED xx.xx.2024 09:24:19 xx.xx.2024 09:24:28 1.1.**********05 1.1.**********14 akitləşdirməyə yoxdusa neynirem da görusuruy olurem dunəndə suya ge DELİVERED xx.xx.2024 09:24:19 xx.xx.2024 09:26:01 1.1.**********05 1.1.**********14 dməmisem hecnə yoxdusa gəlmə özum gederem surunə surunə DELİVERED xx.xx.2024 09:28:26 xx.xx.2024 09:28:26 1.1.**********14 1.1.**********05 Var tiryək maldı superindən prablem yoxdu balam DELİVERED xx.xx.2024 09:30:47 xx.xx.2024 09:30:47 1.1.**********05 1.1.**********14 Nolar mənim dozam varda biraz yaxsi duzəld hazir görusə nolar bidən DELİVERED xx.xx.2024 09:30:48 xx.xx.2024 09:30:48 1.1.**********05 1.1.**********14 ə bu agri məni buraxsa isimi bilim ata mən burdan cixiram səndə cix DELİVERED xx.xx.2024 11:31:29 xx.xx.2024 11:31:29 1.1.**********14 1.1.**********05 Qızım balam patı da kötürmüşəm bir az cox kötürdüm ki verim sənə. DELİVERED xx.xx.2024 23:22:05 xx.xx.2024 23:22:05 1.1.**********05 1.1.**********04 Esidirsen tural ged özuvə hörmət qoy camahat senin ayləvi ələ salır DELİVERED xx.xx.2024 23:23:02 xx.xx.2024 23:23:02 1.1.**********05 1.1.**********04 bidənə cetdən otru mənim qapimda yatan dumsuylər bilin o orxanida b DELİVERED xx.xx.2024 23:23:03 xx.xx.2024 23:23:12 1.1.**********05 1.1.**********04 u gun polise vermisem yazdigi mesaja göre dalini dagidacaqlar senin DELİVERED xx.xx.2024 23:23:03 xx.xx.2024 23:23:22 1.1.**********05 1.1.**********04 de vaxdun sabadi sizin kimilərin haqinan belə gəlməy lazim yiyəm tu DELİVERED xx.xx.2024 23:23:04 xx.xx.2024 23:23:40 1.1.**********05 1.1.**********04 rmədədi polis ki var darixmiyun DELİVERED xx.xx.2024 12:53:55 xx.xx.2024 12:53:55 1.1.**********05 1.1.**********14 Ata olurem nolar mən axrinci defe koməy elə danismada platini o qed DELİVERED xx.xx.2024 12:53:56 xx.xx.2024 12:53:56 1.1.**********05 1.1.**********14 er atmisan ki sehere kimi yatmamisam sehere yaxin yuxuya gedmisem g DELİVERED xx.xx.2024 12:53:56 xx.xx.2024 12:53:57 1.1.**********05 1.1.**********14 ec durdum getdim bu soyuqda cata bilmədim suya bayramdi deyə 12 yar DELİVERED xx.xx.2024 12:53:57 xx.xx.2024 12:54:15 1.1.**********05 1.1.**********14 sina kimiymis bu gun su DELİVERED xx.xx.2024 12:54:15 xx.xx.2024 12:56:26 1.1.**********05 1.1.**********14 nece adama dedim burda mali pulum yoxdu telefonun deyisiləre mali DELİVERED xx.xx.2024 12:54:16 xx.xx.2024 13:14:41 1.1.**********05 1.1.**********14 bir iki cete göre vermiyimde se ola ola ola əziyət cəkirem kakos c DELİVERED xx.xx.2024 12:54:16 xx.xx.2024 13:17:58 1.1.**********05 1.1.**********14 anima nece oturdu bu iki gunu pis agri tutub seher tezde gedecem su DELİVERED xx.xx.2024 12:54:17 xx.xx.2024 13:22:34 1.1.**********05 1.1.**********14 ya seni narahat etmiyecem daha DELİVERED xx.xx.2024 13:48:34 xx.xx.2024 13:48:34 1.1.**********14 1.1.**********05 Yaxşı məndə mal azdı zaklatka axşam kötürəcəm kəl sən DELİVERED xx.xx.2024 09:17:38 xx.xx.2024 11:03:39 1.1.**********05 1.1.**********14 Ay ata telfonu niye sondurursen mənə iki dəfə mal vermisen ona gore DELİVERED CD diskdə olan məlumatlara baxış zamanı yuxarıda qeyd edilən sms mətnlərindən başqa hər hansı istintaq marağı kəsb edən məlumatlar aşkar edilməmişdir. (cild 2, iş vərəqə 18-19) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)- 403/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay müddətinə, yəni 02 avqust 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 25-31) Diskdə olan məlumatlara baxış keçirilməsi haqqında 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində daxil olan və çıxan zənglərin, mesajların siyahısı və mətni barədə məlumatların olduğu 01 ədəd CD formatlı diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşında«SMS_Tarixcesi__**********5710__559302659»,«SMS_Tarixcesi__SMS_Tarix cesi__**********5721__559302659»,«Zenglerin_Detallasmasi__**********5337___5593026 59», «Zenglerin_Mexsusluq_Tarixceleri__**********5415___559302659_BKC» adlı 04 ədəd fayl mövcuddur. Həmin fayllar ardıcıllıqla açılaraq baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət aralığında ********* saylı mobil nömrə ilə aparılan mesajlaşmalara dair aşağıdakı sms mətnləri aşkar edilmişdir: xx-xx-2024 23:36:09 xx-xx-2024 23:36:09 1.1.**********00 1.1.**********59 Zeng ele novruza 15 manat pul 10 manatliq Das verecey sene day mene yazma zeng de eleme basqa yerdeyem Sen ol problem acirsan menim cun burdan cixanda DELİVERED xx-xx-2024 21:31:14 xx-xx-2024 21:31:15 1.1.**********59 1.1.**********00 Qardaşım yoxdan varsa imkan daxilində bir cüt kola qardaşa yarımın DELİVERED xx-xx-2024 21:31:15 xx-xx-2024 21:31:16 1.1.**********59 1.1.**********00 yanında atdır və ya qoydur səhər mən nə dirsə hamsını baglıyacam DELİVERED xx-xx-2024 19:36:49 xx-xx-2024 19:36:50 1.1.**********59 1.1.**********00 30 manat pul var düzələr bir şey hə yox de DELİVERED xx-xx-2024 23:05:26 xx-xx-2024 23:05:26 1.1.**********59 1.1.**********00 15 m kola 10 manat pati DELİVERED xx-xx-2024 19:12:12 xx-xx-2024 19:12:12 1.1.**********59 1.1.**********00 Mehdi qaqaş dünənki kimi olmasın məsələ bilgəh uşaqları mənim yanım DELİVERED xx-xx-2024 19:12:50 1.1.**********59 1.1.**********00 da bagdadrlar, hə yox elə mənə bi cavab de közləyirəm SUBMİTTED xx-xx-2024 05:16:17 1.1.**********59 1.1.**********90 Harda qaldın ay mehdi mən bərk agrıyıram. Qaqaş mən sənə arxayınam SUBMİTTED xx-xx-2024 05:28:11 xx-xx-2024 05:28:12 1.1.**********59 1.1.**********00 hdi mənə kakos patı lazımdı ki vəziyyətdən cıxım. Pis kündəyəm DELİVERED xx-xx-2024 05:35:15 1.1.**********59 1.1.**********00 k mən səni közləyirəm bir söz de bilim işimi. Sən agrıyanda mə SUBMİTTED xx-xx-2024 04:22:23 1.1.**********59 1.1.**********00 Mehdi kəl məni yola sal ay brat mən qarajda qalmşam SUBMİTTED xx-xx-2024 04:23:17 1.1.**********59 1.1.**********00 Mehdi bir azda mənə ot ver səni közləyirəm qarajda SUBMİTTED xx-xx-2024 04:34:00 xx-xx-2024 04:34:00 1.1.**********59 1.1.**********00 Mehdi məni kəl bu qarajdan cıxard və yola sal küləli yatıb DELİVERED xx-xx-2024 04:34:00 1.1.**********59 1.1.**********00 Mehdi məni kəl bu qarajdan cıxard və yola sal küləli yatıb SUBMİTTED xx-xx-2024 20:16:02 xx-xx-2024 20:16:02 1.1.**********59 1.1.**********00 Salam brat mən deməy olar ki 100 düzəltmişəm DELİVERED xx-xx-2024 20:16:08 xx-xx-2024 20:16:08 1.1.**********59 1.1.**********00 Bir şey düz qoş edə biləcəysən brat hə. Mən saray kəntindəyəm sara DELİVERED xx-xx-2024 20:16:09 xx-xx-2024 20:16:09 1.1.**********59 1.1.**********00 ydan digaha gedib gələcəyəm kəntə DELİVERED xx-xx-2024 00:01:39 xx-xx-2024 00:01:39 1.1.**********59 1.1.**********96 100 yüklədim cekdə məndədi DELİVERED xx-xx-2024 15:10:39 xx-xx-2024 15:10:39 1.1.**********59 1.1.**********00 Salam brat qalmisiq emanetsiz niyniyek nece edek duzeldi sende is DELİVERED xx-xx-2024 15:11:25 xx-xx-2024 15:11:25 1.1.**********59 1.1.**********00 Dunenden axriya axriya qalmisam bes men sene arxayin idim ?? DELİVERED CD diskdə olan məlumatlara baxış zamanı yuxarıda qeyd edilən sms mətnlərindən başqa hər hansı istintaq marağı kəsb edən məlumatlar aşkar edilməmişdir. İbtidai istintaq müddətinin uzadılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Sabunçu RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay, 06 ayadək, yəni 03 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 56-57) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-450/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay müddətinə, yəni 02 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 64-69) Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələrindən həmin Məcəllənin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda təmiz çəkisi 2,875 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınmış və ekspert təqdiqatından sonra qalıq çəkisi 2,825 qram olan psixotrop maddə metamfetaminin saxlanılması üçün Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,358 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,400 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və təmiz çəkisi 1,25 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınmış və ekspert təqdiqatından sonra qalıq çəkisi 0,350 qram olan psixotrop maddə metamfetamin, 0,308 qram olan narkotik vasitə heroin və 1,23 qram olan narkotik vasitə qurudulmuş marixuananın saxlanılması üçün Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə 15 mart 2024-cü il tarixdə və 02 aprel 2024-cü il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 02 ədəd DVD formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş, telefon danışıqlarına dair məlumatların qeydə alındığı 02 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs külli miqdarda metamfetamini və xeyli miqdarda narkotik vasitə olan heroini əldə etdiyi istintaqa Mehdi adı ilə məlum olan şəxsin müəyyən edilməsi məqsədilə, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmiş, Azərbaycan Respublikasının CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndi Təqsirləndirilən şəxs şamil edilməmiş və məhkəmə-kimyəvi ekspertizasının 03 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1797 saylı rəyində psixotrop maddə metamfetaminin bir ədəd bükümdə qeyd olunması və ümumi çəkisinin göstərilməsinin texniki səhv olması nəzərə alınmışdır. (cild 2, iş vərəqə 71-88) Təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavələr edilməklə yenidən ittihamın ona elan edilməsi haqqında 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 94-96) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-507/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün, yəni 17 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən polisin öz adamından marixuana almağa getdiyini, marixauananı alıb həyətdən çıxdığını, maşınına əyləşən zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını gördüyünü, üzərində olan marixuananı atdığını, polis əməkdaşları onu saxlayanda üzərində narkotik vasitə olmadığını, sonradan polis əməkdaşlarının narkotik vasitəni atdığı yerdən tapdığını, üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar edilmədiyini, daha sonra idarəyə gətirildikdən sonra marixuananın yanına əlavə başqa narkotik vasitələr də qoyulduğunu, ikinci dəfə tutulan zaman isə üzərində metamfetamin olduğunu, üzərində ağzı bağlanan paketdə metamfetamin olduğunu, çəkisinin 01 qram olduğunu, lakin videoçəkilişdə metamfetaminin yanına əlavə narkotik vasitələr qoyulduğunu, ona narkotik vasitələri əməliyyatçıların verdiyini, birinci epizod üzrə üzərindən yalnız marixuana aşkar edildiyini, ona narkotik vasitəni əməliyyatçıların verdiyini, heç bir kəsə narkotik vasitə pay vermədiyini, satmadığını, narkotik vasitə aldığı şəxsin ona narkotiki ucuz qiymətə satdığını, həmin şəxsin ona əlavə verdiyi narkotik vasitə verərək aparıb qardaşına çatdırmasını xahiş etdiyini, həmin şəxs kənddə narkotik vasitə sata bilmədiyindən, ondan belə bir xahiş etdiyini, o da narkotik vasitəni aparıb çatdırdığını, Nardaranda saxlanılan zaman o ilk dəfə metamfetamin istifadə etdiyini, bu səbəbdən “peredoz” vəziyyətində olduğunu, polislər tərəfindən saxlanılan zaman özünə xəsarət yetirmək məqsədilə üzərində olan bıçağı çıxardığını, polis əməkdaşlarının onu saxlayaraq xəsarət yetirməyə qoymadıqlarını, bu zaman onun ayağı PPX maşınının qapısına dəydiyini, qapı biraz içəri batdığını, çəkiliş zamanı onun üzərindən bir büküm çıxmasına baxmayaraq, iki büküm olduğunu gördüyünü bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə şəxsi axtarış aparılması görüntüsünə tərəflərin iştirakı ilə məhkəmə iclasında məhkəmə tərəfindən baxış keçirilmiş və baxış zaman müəyyən edilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümü könüllü şəkildə təqdim edərək masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu 03 ədəd şəffaf sellofan bükümlər açılaraq içərisinə baxış zamanı içərisində 01 ədəd bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümün içərisində qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar olunmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroin, metamfetamin və qurudulmuş marixuananı Balaxanı qəsəbəsində yaşayan adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 30 manata əldə etdiyini və şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirmiş, aşkar edilmiş həmin 03 ədəd bükümün götürülərək 02 ədəd zərfə qablaşdırılmış, sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Həmin şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə şəxsi axtarış aparılması görüntüsünə tərəflərin iştirakı ilə məhkəmə iclasında məhkəmə tərəfindən baxış keçirilmiş və baxış zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş metamfetaminə bənzər maddəni könüllü şəkildə təqdim edərək masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu 01 ədəd şəffaf sellofan büküm açılaraq içərisinə baxış zamanı içərisindən iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində - olan maddənin metamfetamin olduğunu, bir gün əvvəl Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata şəxsi istifadə məqsədilə aldığını və üzərində saxladığını bildirmiş, aşkar edilmiş həmin 02 ədəd bükümlərin götürülərək qablaşdırılması, sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Həmin şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi hallara dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması barədə məlumat verməmişdir. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 hər biri ayrıayrılıqda ifadələrində Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün sonuncuya yaxınlaşdıqlarını, polis bölməsinə apardıqlarını, polis bölməsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparıldığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr aşkar edildiyini bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ittihamı mübahisələndirdiyi hissədəki ifadələrə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu hal artıq ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin hallarına uyğun olmayan məlumatlar verərək həqiqəti təhrif etmiş və bununla da məsuliyyətdən yayınmaq istəmişdir. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, şəxsi axtarış və götürmələrin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin özünün şəxsi mobil telefonunda (nömrəsi) apardığı əməliyyatlar və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə ittiham irəli sürülmüşdür. Həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarına göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bundan başqa həmin qərarda göstərilmişdir ki, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Şəxsin satış məqsədi ilə əldə edib saxladığı narkotik vasitənin və ya psixotrop maddənin müəyyən hissələrini müxtəlif vaxtlarda müxtəlif şəxslərə və yaxud vahid qəsdlə əhatə olunmadığı halda, bir şəxsə müxtəlif vaxtlarda satması, eyni bir dispozisiyada alternativ cinayət tərkibləri kimi təsbit olunmasına baxmayaraq, narkotik vasitəni satış məqsədi ilə əldə etmə və saxlama ilə müqayisədə narkotik vasitəni (psixotrop maddəni) təkrar satma ictimai təhlükəliliyi daha yüksək olan əməl kimi çıxış etdiyindən və narkotik vasitənin (psixotrop maddənin) satışı obyektiv olaraq da yenidən törədilməklə həmin cinayətin çoxluğu kimi vəziyyət meydana gəldiyindən, narkotik vasitənin (psixotrop maddənin) satış məqsədi ilə əldə edilməsi və saxlanılması əlaməti narkotik vasitənin təkrar satışını əhatə edən əlamət kimi nəzərdən keçirilə bilməz və belə hallarda əməl CM-in 234.2-ci və ya 234.3-1-ci maddəsi ilə deyil, narkotik vasitəni (psixotrop maddəni) satma cinayətinin təkrar törədilməsi əlaməti üzrə - CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, yəni, polisin öz adamından marixuana almağa getdiyini, marixauananı alıb həyətdən çıxdığını, maşınına əyləşən zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını gördüyünü, üzərində olan marixuananı atdığını, polis əməkdaşları onu saxlayanda üzərində narkotik vasitə olmadığını, sonradan polis əməkdaşlarının narkotik vasitəni atdığı yerdən tapdığını, üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar edilmədiyini, daha sonra idarəyə gətirildikdən sonra marixuananın yanına əlavə başqa narkotik vasitələr də qoyulduğunu, ikinci dəfə tutulan zaman isə üzərində metamfetamin olduğunu, üzərində ağzı bağlanan paketdə metamfetamin olduğunu, çəkisinin 01 qram olduğunu, lakin videoçəkilişdə metamfetaminin yanına əlavə narkotik vasitələr qoyulduğunu, ona narkotik vasitələri əməliyyatçıların verdiyini, birinci epizod üzrə üzərindən yalnız marixuana aşkar edildiyini, ona narkotik vasitəni əməliyyatçıların verdiyini, heç bir kəsə narkotik vasitə pay vermədiyini, satmadığını, narkotik vasitə aldığı şəxsin ona narkotiki ucuz qiymətə satdığını, həmin şəxsin ona əlavə verdiyi narkotik vasitə verərək aparıb qardaşına çatdırmasını xahiş etdiyini, həmin şəxs kənddə narkotik vasitə sata bilmədiyindən, ondan belə bir xahiş etdiyini, o da narkotik vasitəni aparıb çatdırdığını, Nardaranda saxlanılan zaman o ilk dəfə metamfetamin istifadə etdiyini, bu səbəbdən “peredoz” vəziyyətində olduğunu, polislər tərəfindən saxlanılan zaman özünə xəsarət yetirmək məqsədilə üzərində olan bıçağı çıxardığını, polis əməkdaşlarının onu saxlayaraq xəsarət yetirməyə qoymadıqlarını, bu zaman onun ayağı PPX maşınının qapısına dəydiyini, qapı biraz içəri batdığını, çəkiliş zamanı onun üzərindən bir büküm çıxmasına baxmayaraq, iki büküm olduğunu gördüyü barədə məhkəmə iclaslarında verdikləri bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, ekspert rəyləri, mobil nömrəsi ilə narkotik vasitələrin alış-verişi ilə bağlı aparılan smslər və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin həm birinci epizod üzrə, həm də ikinci epizod üzə üzərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda şəxsi axtarış zamanı təqsirini qismən etiraf etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən bükümlər halında qeyd olunan narkotik vasitənin və psixotrop maddələrin aşkar edilməsi, həmçinin istifadəsində olmuş mobil nömrələr vasitəsi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı smslərin olması işin mübahisəsiz hallarıdır. Narkorik vasitənin miqdarının xeyli miqdar və psixotrop maddənin miqdarının isə külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsini, istifadəsində olmuş mobil nömrələrdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı smslərin olmasını və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən təkrarən satış məqsədi ilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində daxil olan və çıxan zənglərin, mesajların siyahısı və mətni barədə məlumatların olduğu 01 ədəd CD formatlı diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşında «xx.xx.2024 14_20_32 Mushteri zenglerinin detallashmasi-MSİSDN_775530405», «xx.xx.2024 12_19_42 SMS detallashmasiMSİSDN_775530405»,«Zenglerin_Mexsusluq_Tarixceleri__**********1935__ _775530405_NAR» adlı 03 ədəd fayl mövcuddur. Həmin fayllar ardıcıllıqla açılaraq baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət aralığında ********* saylı mobil nömrə ilə aparılan mesajlaşmalara dair aşağıdakı sms mətnləri aşkar edilmişdir. xx.xx.2024 19:44:11 xx.xx.2024 19:44:11 1.1.**********14 1.1.**********05 Qızım xəyaldan şoruş 2 dənə kola yarım düzələr 60 manat var DELİVERED xx.xx.2024 01:01:16 xx.xx.2024 01:01:16 1.1.**********14 1.1.**********05 Sən agıla hərəkət elə metedonu azad və narkotikdən uzaqlaş həm ham DELİVERED xx.xx.2024 01:01:25 xx.xx.2024 01:01:25 1.1.**********14 1.1.**********05 ının etibarını qazanacaqsan həmdə xoşbəxliy əldə edəcəksən Daha bəs DELİVERED xx.xx.2024 01:01:33 xx.xx.2024 01:01:33 1.1.**********14 1.1.**********05 di də hə fatimə bu şeyin sonu fəlakətdi. Sözləri Düşün fikirləşmə ? DELİVERED xx.xx.2024 13: xx.xx.2024 09:24:18 xx.xx.2024 09:24:18 1.1.**********05 1.1.**********14 Ata deyirem ki dunəndə suya gedməmisəm səndə mal var mənim agrimi s DELİVERED xx.xx.2024 09:24:19 xx.xx.2024 09:24:28 1.1.**********05 1.1.**********14 akitləşdirməyə yoxdusa neynirem da görusuruy olurem dunəndə suya ge DELİVERED xx.xx.2024 09:24:19 xx.xx.2024 09:26:01 1.1.**********05 1.1.**********14 dməmisem hecnə yoxdusa gəlmə özum gederem surunə surunə DELİVERED xx.xx.2024 09:28:26 xx.xx.2024 09:28:26 1.1.**********14 1.1.**********05 Var tiryək maldı superindən prablem yoxdu balam DELİVERED xx.xx.2024 09:30:47 xx.xx.2024 09:30:47 1.1.**********05 1.1.**********14 Nolar mənim dozam varda biraz yaxsi duzəld hazir görusə nolar bidən DELİVERED xx.xx.2024 09:30:48 xx.xx.2024 09:30:48 1.1.**********05 1.1.**********14 ə bu agri məni buraxsa isimi bilim ata mən burdan cixiram səndə cix DELİVERED xx.xx.2024 11:31:29 xx.xx.2024 11:31:29 1.1.**********14 1.1.**********05 Qızım balam patı da kötürmüşəm bir az cox kötürdüm ki verim sənə. DELİVERED xx.xx.2024 23:22:05 xx.xx.2024 23:22:05 1.1.**********05 1.1.**********04 Esidirsen tural ged özuvə hörmət qoy camahat senin ayləvi ələ salır DELİVERED xx.xx.2024 23:23:02 xx.xx.2024 23:23:02 1.1.**********05 1.1.**********04 bidənə cetdən otru mənim qapimda yatan dumsuylər bilin o orxanida b DELİVERED xx.xx.2024 23:23:03 xx.xx.2024 23:23:12 1.1.**********05 1.1.**********04 u gun polise vermisem yazdigi mesaja göre dalini dagidacaqlar senin DELİVERED xx.xx.2024 23:23:03 xx.xx.2024 23:23:22 1.1.**********05 1.1.**********04 de vaxdun sabadi sizin kimilərin haqinan belə gəlməy lazim yiyəm tu DELİVERED xx.xx.2024 23:23:04 xx.xx.2024 23:23:40 1.1.**********05 1.1.**********04 rmədədi polis ki var darixmiyun DELİVERED xx.xx.2024 12:53:55 xx.xx.2024 12:53:55 1.1.**********05 1.1.**********14 Ata olurem nolar mən axrinci defe koməy elə danismada platini o qed DELİVERED xx.xx.2024 12:53:56 xx.xx.2024 12:53:56 1.1.**********05 1.1.**********14 er atmisan ki sehere kimi yatmamisam sehere yaxin yuxuya gedmisem g DELİVERED xx.xx.2024 12:53:56 xx.xx.2024 12:53:57 1.1.**********05 1.1.**********14 ec durdum getdim bu soyuqda cata bilmədim suya bayramdi deyə 12 yar DELİVERED xx.xx.2024 12:53:57 xx.xx.2024 12:54:15 1.1.**********05 1.1.**********14 sina kimiymis bu gun su DELİVERED xx.xx.2024 12:54:15 xx.xx.2024 12:56:26 1.1.**********05 1.1.**********14 nece adama dedim burda mali pulum yoxdu telefonun deyisiləre mali DELİVERED xx.xx.2024 12:54:16 xx.xx.2024 13:14:41 1.1.**********05 1.1.**********14 bir iki cete göre vermiyimde se ola ola ola əziyət cəkirem kakos c DELİVERED xx.xx.2024 12:54:16 xx.xx.2024 13:17:58 1.1.**********05 1.1.**********14 anima nece oturdu bu iki gunu pis agri tutub seher tezde gedecem su DELİVERED xx.xx.2024 12:54:17 xx.xx.2024 13:22:34 1.1.**********05 1.1.**********14 ya seni narahat etmiyecem daha DELİVERED xx.xx.2024 13:48:34 xx.xx.2024 13:48:34 1.1.**********14 1.1.**********05 Yaxşı məndə mal azdı zaklatka axşam kötürəcəm kəl sən DELİVERED xx.xx.2024 09:17:38 xx.xx.2024 11:03:39 1.1.**********05 1.1.**********14 Ay ata telfonu niye sondurursen mənə iki dəfə mal vermisen ona gore DELİVERED Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********* saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində daxil olan və çıxan zənglərin, mesajların siyahısı və mətni barədə məlumatların olduğu 01 ədəd CD formatlı diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşında«SMS_Tarixcesi__**********5710__559302659»,«SMS_Tarixcesi__SMS_Tarix cesi__**********5721__559302659»,«Zenglerin_Detallasmasi__**********5337___5593026 59», «Zenglerin_Mexsusluq_Tarixceleri__**********5415___559302659_BKC» adlı 04 ədəd fayl mövcuddur. Həmin fayllar ardıcıllıqla açılaraq baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət aralığında ********* saylı mobil nömrə ilə aparılan mesajlaşmalara dair aşağıdakı sms mətnləri aşkar edilmişdir: xx-xx-2024 23:36:09 xx-xx-2024 23:36:09 1.1.**********00 1.1.**********59 Zeng ele novruza 15 manat pul 10 manatliq Das verecey sene day mene yazma zeng de eleme basqa yerdeyem Sen ol problem acirsan menim cun burdan cixanda DELİVERED xx-xx-2024 21:31:14 xx-xx-2024 21:31:15 1.1.**********59 1.1.**********00 Qardaşım yoxdan varsa imkan daxilində bir cüt kola qardaşa yarımın DELİVERED xx-xx-2024 21:31:15 xx-xx-2024 21:31:16 1.1.**********59 1.1.**********00 yanında atdır və ya qoydur səhər mən nə dirsə hamsını baglıyacam DELİVERED xx-xx-2024 19:36:49 xx-xx-2024 19:36:50 1.1.**********59 1.1.**********00 30 manat pul var düzələr bir şey hə yox de DELİVERED xx-xx-2024 23:05:26 xx-xx-2024 23:05:26 1.1.**********59 1.1.**********00 15 m kola 10 manat pati DELİVERED xx-xx-2024 19:12:12 xx-xx-2024 19:12:12 1.1.**********59 1.1.**********00 Mehdi qaqaş dünənki kimi olmasın məsələ bilgəh uşaqları mənim yanım DELİVERED xx-xx-2024 19:12:50 1.1.**********59 1.1.**********00 da bagdadrlar, hə yox elə mənə bi cavab de közləyirəm SUBMİTTED xx-xx-2024 05:16:17 1.1.**********59 1.1.**********90 Harda qaldın ay mehdi mən bərk agrıyıram. Qaqaş mən sənə arxayınam SUBMİTTED xx-xx-2024 05:28:11 xx-xx-2024 05:28:12 1.1.**********59 1.1.**********00 hdi mənə kakos patı lazımdı ki vəziyyətdən cıxım. Pis kündəyəm DELİVERED xx-xx-2024 05:35:15 1.1.**********59 1.1.**********00 k mən səni közləyirəm bir söz de bilim işimi. Sən agrıyanda mə SUBMİTTED xx-xx-2024 04:22:23 1.1.**********59 1.1.**********00 Mehdi kəl məni yola sal ay brat mən qarajda qalmşam SUBMİTTED xx-xx-2024 04:23:17 1.1.**********59 1.1.**********00 Mehdi bir azda mənə ot ver səni közləyirəm qarajda SUBMİTTED xx-xx-2024 04:34:00 xx-xx-2024 04:34:00 1.1.**********59 1.1.**********00 Mehdi məni kəl bu qarajdan cıxard və yola sal küləli yatıb DELİVERED xx-xx-2024 04:34:00 1.1.**********59 1.1.**********00 Mehdi məni kəl bu qarajdan cıxard və yola sal küləli yatıb SUBMİTTED xx-xx-2024 20:16:02 xx-xx-2024 20:16:02 1.1.**********59 1.1.**********00 Salam brat mən deməy olar ki 100 düzəltmişəm DELİVERED xx-xx-2024 20:16:08 xx-xx-2024 20:16:08 1.1.**********59 1.1.**********00 Bir şey düz qoş edə biləcəysən brat hə. Mən saray kəntindəyəm sara DELİVERED xx-xx-2024 20:16:09 xx-xx-2024 20:16:09 1.1.**********59 1.1.**********00 ydan digaha gedib gələcəyəm kəntə DELİVERED xx-xx-2024 00:01:39 xx-xx-2024 00:01:39 1.1.**********59 1.1.**********96 100 yüklədim cekdə məndədi DELİVERED xx-xx-2024 15:10:39 xx-xx-2024 15:10:39 1.1.**********59 1.1.**********00 Salam brat qalmisiq emanetsiz niyniyek nece edek duzeldi sende is DELİVERED xx-xx-2024 15:11:25 xx-xx-2024 15:11:25 1.1.**********59 1.1.**********00 Dunenden axriya axriya qalmisam bes men sene arxayin idim ?? DELİVERED Göründüyü kimi, Təqsirləndirilən şəxs mobil nömrələrinə daxil olan və həmin mobil nömrələrdən müxtəlif şəxslərin mobil nömrələrinə göndərilmiş sms-lərin (mesajların) məzmunundan açıq-aşkar görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə mesaj göndərərək sonuncudan jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələri almaq istədiklərini bildirmişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən ayrı-ayrı tarixlərdə, yəni 15 mart 2024-cü il tarixdə və 02 aprel 2024-cü il tarixdə narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri satış məqsədilə, həm də istintaqa Mehdi adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib üzərində saxlamaqla daşıması təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs üzərindən 15 mart 2024-cü il tarixdə aşkar edilən narkotik vasitə və psixotrop maddələr xeyli miqdarda olsa da 03 ədəd bükümdə xırda bağlamalar şəklində olmuşdur. 02 aprel 2024-cü il tarixdə isə onun üzərində aşkar edilmiş psixotrop maddələr külli miqdar təşkil etmişdir. Qeyd edilən hallar onu deməyə əsasə verir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümdə narkotik vasitə və psixotrop maddə xeyli miqdar təşkil etsə də xırda bağlamalara bükülməsi, həmçinin külli miqdar təşkil etməsi Təqsirləndirilən şəxs həmin maddələri mənfəət əldə etmək üçün satış məqsədilə əldə etməsinə dəlalət edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, Təqsirləndirilən şəxs üzərindən ayrı-ayrı vaxtlarda aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri sonuncu satış məqsədilə əldə etmiş və müxtəlif şəxslərə satmışdır. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı təqdim etdiyi narkotik vasitənin və psixotrop maddələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitəni və psixotrop maddələri satış məqsədi ilə əldə etməsinə, istifadəsində olmuş mobil nömrələr vasitəsilə narkotik vasitələrin və ya psixotrop maddələrin alışverişini əks etdirən yazışmaların olmasına, əldə etdiyi xeyli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməllərini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 03 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Belə olan halda, cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəasına görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. "Məhkəmə Hökmü Haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, həmçinin, çəkilərini, iş üzrə cəzasını yüngülləşdirən halın olmamasını, iş üzrə cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətlərin residivinin olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs birinci epizod üzrə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ikinci epizod üzrə xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun faktiki tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən Cinayət Məcəlləsinin 66.5-ci maddəsi üzrə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməli, həmçinin cəza təyin edərkən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri mütləq nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki işlə bağlı birinci epizod üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və əvvəlki iş üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, həbs etmənin əvvəli yəni 02 aprel 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 218 (iki yüz on səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Sabunçu RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,825 qram və 0,350 qram olan psixotrop maddə metamfetamin, 0,308 qram olan narkotik vasitə heroin və 1,23 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 15 mart 2024-cü il tarixdə və 02 aprel 2024-cü il tarixidə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişlərin əks edildiyi 02 ədəd DVD disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-160/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və əvvəlki iş üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Sabunçu RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,825 qram və 0,350 qram olan psixotrop maddə metamfetamin, 0,308 qram olan narkotik vasitə heroin və 1,23 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 15 mart 2024-cü il tarixdə və 02 aprel 2024-cü il tarixidə şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişlərin əks edildiyi 02 ədəd DVD disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 218 (iki yüz on səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-519/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-519/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver