Məhkəmə qərarları › İş №1(101)-52/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-52/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-52/2025 18.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Ələkbərli Roman Nəriman oğlu və Məcidov X97 ibarət tərkibdə, X12 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs11 Zöhrab oğlu, Zərərçəkmiş şəxs20, X18, Zərərçəkmiş şəxs1, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs22, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 25 saylı Vəkil bürosunun vəkili Müdafiəçi5, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi7, Müdafiəçi6, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri “Verdiktium” Vəkil Bürosunun vəkili X47 iştirakı ilə, xx xxxx 1982-ci ildə Neftçala rayonu, Dördlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Azərbaycan məktəbi" jurnalı redaksiyasının baş redaktoru işləmiş, Neftçala rayonu, Dördlər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, 5-ci döngə ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına saxlanılan. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29,178.3.2, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 32.5,311.3.2, 32.5,311.3.3, 311.3.3, 32.4,312.2, 312.2, 312-1.1, 313, 320.1, 320.2-ci maddələri ilə, 4 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azərbaycan Aqrar Elmi” jurnalının redaksiyasında baş redaktor vəzifəsində işləmiş, "xxxx" MMCnin baş direktoru vəzifəsində işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 311.3.2, 311.3.3, 32.4,312.2, 313, 320.1 və 320.2-ci maddələri ilə, xx xxxxxx 1982-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də logistik menecer işləyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Verilmiş ittihama görə, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla külli miqdarda maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti rüşvət qismində təkrarən istəməklə təkrarən almasında təkrarən köməkçi qismində iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə onun özü üçün birbaşa yolla şəxsən maddi neməti təkrarən rüşvət qismində vermiş, öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına təkrarən qanunsuz təsir göstərmiş (nüfuz alveri etmiş), vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxta olduğunu bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən təkrarən istifadə etmişdir. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə elmi məqalələrinin “Web of scienses”, “Thompson Reutors” və ya “Scopus” adlı elektron bazalarda qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu xarici jurnallardan birində dərc edilməsində köməklik göstərilməsi ilə bağlı 2016-cı ilin mart ayından 2020-ci ilin may ayının sonlarınadək olan müddətdə cinayətdən xəbərsiz Şahid1, Şahid2 Xürrəm qızı və Şahid3 vasitəsi ilə və ya şəxsən özünə müraciət etmiş ayrı-ayrı şəxslərə mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu xarici jurnalların baş redaktorları ilə guya əlaqələrinin olduğunu və həmin şəxslər vasitəsi ilə məqalələrin qeyd olunan jurnallarda çap edilməsi imkanına malik olduğunu cinayətdən xəbərsiz Şahid1, Şahid2 Xürrəm qızı və Şahid3 vasitəsi ilə və ya şəxsən Bakı şəhərində müxtəlif ünvanlarda görüşləri zamanı yalandan bildirib, qeyd edilən niyyətlə həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 2016-cı ilin mart ayında Zərərçəkmiş şəxs1 məxsus 750 (yeddi yüz əlli) manat məbləğində, 2016-cı ilin may ayında Zərərçəkmiş şəxs2 məxsus 700 (yeddi yüz) manat məbləğində, 2016-cı ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs3 məxsus 1.400 (bir min dörd yüz) manat məbləğində, 2017-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs4 məxsus 850 (səkkiz yüz əlli) manat məbləğində, 2017ci ilin may ayında Zərərçəkmiş şəxs5 məxsus 850 (səkkiz yüz əlli) manat məbləğində, 2017ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs6 məxsus 900 (doqquz yüz) manat məbləğində, 2017-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs7 məxsus 1.200 (bir min iki yüz) manat məbləğində, 2017-ci ilin iyun ayının axırlarında Zərərçəkmiş şəxs8 məxsus 900 (doqquz yüz) manat məbləğində, 2017-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs9 məxsus 1.020 (bir min iyirmi) manat məbləğində, 2017-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs10 məxsus 900 (doqquz yüz) manat məbləğində, 2018-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs11 məxsus 850 (səkkiz yüz əlli) manat məbləğində, 2018-ci ilin may ayında Zərərçəkmiş şəxs12 məxsus 2.500 (iki min beş yüz) manat məbləğində, 2018-ci ilin iyun ayının əvvəllərində X34 məxsus 850 (səkkiz yüz əlli) manat məbləğində, 2018-ci ilin oktyabr ayının axırlarında Zərərçəkmiş şəxs9 məxsus 400 (dörd yüz) manat məbləğində, 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs14 məxsus 1.000 (bir min) manat məbləğində, 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs15 məxsus 2.000 (iki min) manat məbləğində, 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs16 məxsus 750 (yeddi yüz əlli) manat məbləğində, 2019-cu ilin sentyabr ayının axırlarında Zərərçəkmiş şəxs17 məxsus 400 (dörd yüz) manat məbləğində, 2019-cu ilin sentyabr ayının axırlarında Zərərçəkmiş şəxs18 məxsus 400 (dörd yüz) manat məbləğində, 2019-cu ilin sentyabr ayının axırlarında Zərərçəkmiş şəxs19 məxsus 400 (dörd yüz) manat məbləğində, 2019-cu ilin oktyabr ayında Zərərçəkmiş şəxs20 məxsus 510 (beş yüz on) manat məbləğində, 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayınının axırlarınadək olan müddətdə Zərərçəkmiş şəxs21 məxsus həmin dövrün rəsmi məzənnəsi ilə 11.900 (on bir min doqquz yüz) manat təşkil edən 7.000 ABŞ dolları məbləğində olmaqla, göstərilən qaydada 21 şəxsə məxsus ümumilikdə 31.430 manat məbləğində pul vəsaitini ünvan 5 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının qarşısında və digər müxtəlif ünvanlarda müvafiq olaraq cinayətdən xəbərsiz Şahid1, Şahid3, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs2 alıb şəxsi ehtiyaclarına sərf edərək, qeyd edilən məqalələri adları göstərilən jurnallarda dərc etdirməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 21 nəfərə məxsus cəmi 31.430 (otuz bir min dörd yüz otuz) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Təhsil Nazirliyi üzrə xx.xx.2018-ci il tarixli, K-298 nömrəli əmrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalı redaksiyasına baş redaktor vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən, redaksiyaya rəhbərlik etmək, redaksiyanı təsisçi, vətəndaşlar, idarə, müəssisə və təşkilatlar, dövlət orqanları ilə münasibətdə təmsil etmək, ştatda olan vəzifələrə işçilərin işə qəbul və azad edilməsi, redaksiya əməkdaşlarının həvəsləndirilməsi, mükafatlandırılması, cəzalandırılması, onlara məzuniyyət verilməsi, ezamiyyətə göndərilməsi və səlahiyyətinə daxil olan digər məsələlər barədə əmr və sərəncamlar vermək, baş mühasib tərəfindən təqdim edilən redaksiyanın illik smetasını təsdiq etmək, nəzərdə tutulmuş vəsaiti qonorar da daxil olmaqla nizama salmaq, müəlliflərə, tərcüməçilərə, rəyçilərə, ştatdankənar müxbirlərə işə görə smetada bu məqsədlə nəzərdə tutulan vəsaitdən qonorar və ya əmək haqqı vermək üçün müvafiq sənədləri imzalamaq, jurnalın nömrəsini yığım, çap və buraxılış üçün imzalamaq, redaksiya heyətinə başçılıq etmək, redaksiyanın jurnalist kollektivinin, ştatda olan əməkdaşlarının funksiya, hüquq və vəzifə borclarını müəyyənləşdirmək və təsdiq etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının redaksiyasına işə qəbul edilməsində köməklik göstərilməsinə dair 2019-cu ilin mart ayında cinayətdən xəbərsiz Şahid4 və Şahid5 vasitəsi ilə özünə müraciət etmiş Şahid55 xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni sonuncunun qeyd edilən vəzifəyə işə götürülməsi müqabilində birbaşa yolla cinayətdən xəbərsiz Şahid4 və Şahid5 vasitəsilə 2019-cu ilin mart ayında telefonda danışdıqları zaman özü üçün külli miqdarda maddi nemət olan 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək razılığını alıb, həmin niyyətlə 2019-cu ilin mart ayında ünvan 6 ünvanında yerləşən “Şəki” restoranının qarşısında Şahid55 məxsus külli miqdarda maddi nemət olan 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla cinayətdən xəbərsiz Şahid4 və Şahid5 vasitəsi ilə rüşvət qismində alaraq şəxsi ehtiyaclarına sərf etmiş, aldığı rüşvət müqabilində verdiyi vədi yerinə yetirmək üçün Şahid55 xx.xx.2019-cu il tarixdə “Azərbaycan məktəbi” jurnalının redaksiyasına “kuryer”, xx.xx.2019-cu il tarixdə həmin jurnalın redaksiyasına “Redaktor, dövri mətbuat” vəzifəsinə işə götürülməsi barədə məlumatları cinayətdən xəbərsiz baş mühasib vəzifəsində işləyən Şahid6 vasitəsi ilə Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib, qeyd edilən hərəkətləri ilə işə qəbul prosesinin obyektiv, şəffaf və bununla əlaqədar qanunvericiliyin tələblərinin gözlənilməklə həyata keçirilməsi ilə əlaqədar dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə övladı Şahid7 işlədiyi Beyləqan rayonu, Yeni Tatalılar kənd ümumi orta məktəbindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən orta məktəblərdən birinə “Azərbaycan dili və ədəbiyyatı” müəllimi vəzifəsinə keçirilməsində köməklik göstərilməsi ilə əlaqədar 2019-cu ilin may ayının əvvəllərində özünə müraciət etmiş X58 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə Şahid7 Beyləqan rayonu, Yeni Tatalılar kənd tam orta məktəbindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən orta məktəblərdən birinə yerdəyişmə etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Nadir Qəribova yalandan bildirərək, sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2019-cu ilin may ayının əvvəllərində Nadir Qəribovdan ünvan 8 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasındakı xidməti otağında 4.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Nadir Qəribova məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Nadir Qəribovu təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyində “tərcüməçi” vəzifəsinə təyin edilməsində köməklik göstərilməsinə dair 2019-cu ilin iyun ayında cinayətdən xəbərsiz Şahid86, X7 və Şahid1 vasitəsi ilə özünə müraciət etmiş Təqsirləndirilən şəxs3, özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə onu Azərbaycan Respublikası Təhsil Nazirliyinə tərcüməçi işinə düzəltmək imkanına malik olduğunu cinayətdən xəbərsiz Şahid86, Vidadi Vəliyev və Şahid1 vasitəsi ilə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Təqsirləndirilən şəxs3 xeyrinə edəcəyi hərəkətə, yəni onun Azərbaycan Respublikasının Təhsil Nazirliyində tərcüməçi vəzifəsinə işə qəbulunu təmin etməyə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini cinayətdən xəbərsiz Şahid86, Vidadi Vəliyev və Şahid1 vasitəsi ilə Təqsirləndirilən şəxs3 yalandan bildirərək razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2019-cu ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Elmlər Akademiyası” metrostansiyasının qarşısında cinayətdən xəbərsiz Şahid1 Təqsirləndirilən şəxs3 məxsus 6.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmiş, daha sonra törətdiyi cinayət əməlini gizlətməklə məsuliyyətdən yayınmaq və özünə olan inamı möhkəmləndirmək niyyətilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan məktəbi” jurnalının redaksiyasına işə düzəlmədiyi, bununla bağlı rəsmi sənədləşmə aparılmadığı halda guya sonuncunun həmin redaksiyada işə götürülməsi görüntüsü yaratmaq məqsədi ilə ünvan 9 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasındakı xidməti otağında üzərində “Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan məktəbi jurnalı” yazıları, habelə həmin jurnalın möhürü əks olunmuş və baş redaktorun imzası ilə təsdiqlənmiş uydurma “26” nömrəsi ilə qeydə alınmış vəsiqəni tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə xidməti otağında istifadəsində olan kompüterdə qrafik proqram təminatından istifadə etməklə tərtib edib rəngli surət çıxaran qurğu vasitəsi ilə çap edərək 2019-cu ilin iyun ayında vəzifə saxtakarlığı yolu ilə hazırlayıb həmin ünvanda Təqsirləndirilən şəxs3 təqdim etmiş, daha sonra törətdiyi cinayət əməlini pərdələmək və özünə olan inamı möhkəmləndirmək məqsədi ilə 2019-cu ilin iyul ayından 19 yanvar 2021-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalının redaksiyasına faktiki rəhbərlik etməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalının redaksiyasının həmin dövrdə baş redaktoru olmuş cinayətdən xəbərsiz Şahid10 Təqsirləndirilən şəxs3 həmin redaksiyada işə götürülməsinə dair müraciət edib razılığını alaraq, cinayətdən xəbərsiz baş mühasib Şahid9 vasitəsi ilə Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdə həmin jurnalın redaksiyasına “kuryer” qismində işə götürülməsi barədə məlumatları Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olmaqla, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Təqsirləndirilən şəxs3 məxsus 6.000 (altı min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Təqsirləndirilən şəxs3n xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Təqsirləndirilən şəxs3 təkrarən təhrik etmiş, rəsmi sənədə bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, sonradan Təqsirləndirilən şəxs3 əmək haqqı almaması və həmin vəzifəni istəməməsi ilə əlaqədar narazılığını bildirdikdə, Təqsirləndirilən şəxs3 onun barəsində şikayət etməsinin qarşısını almaq məqsədilə, sonuncuya onu “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasına işə qəbul etdirmək imkanına malik olduğunu bildirib, onun həmin redaksiyada işə düzəlməsinə dair razılığını almaqla, həmin dövrdə “Azərbaycan Aqrar Elmi” jurnalı redaksiyasının baş redaktoru vəzifəsində işləməklə təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən tanışı Təqsirləndirilən şəxs2 müraciət edib ona xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasında işə götürülməsi müqabilində onun özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 500 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyi təklif etməsi və Təqsirləndirilən şəxs2 tərəfindən həmin təklifin qəbul edilməsi ilə əlaqədar, həmin niyyətlə 2020-ci ilin iyun ayında Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsində yerləşən Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati binasında şəxsən birbaşa yolla təkrarən maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 rüşvət qismində vermiş, bundan sonra verdikləri vədin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasına “kargüzar” vəzifəsinə işə götürülməsi barədə məlumatlar xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə arvadı Şahid12 Abşeron rayonu, Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2019-cu ilin iyul ayında özünə müraciət etmiş Şahid11 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə Şahid12 Abşeron rayonu, Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə düzəltmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 7.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid11 yalandan bildirərək, 2020-ci ilin iyun ayının ortalarında sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2020-ci ilin iyun ayının ortalarında ünvan 8 ünvanında yerləşmiş “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasındakı xidməti otağında Şahid11 sonuncuya məxsus 7.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid11 məxsus 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid11 təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında “Azərbaycan məktəbi” jurnalının redaksiyasına işə qəbul edilməsində köməklik göstərilməsinə dair 2019-cu ilin iyul ayında özünə müraciət etmiş Şahid16 2019-cu ilin iyul ayından 19 yanvar 2021-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyasına faktiki rəhbərlik etməsi ilə əlaqədar mövcud olan həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyasının həmin dövrdə baş redaktoru olan vəzifəli şəxs X48 Şahid16 həmin redaksiyada işə götürülməsi və bu barədə məlumatların Azərbaycan Respublikası ƏƏSMNnin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını bildirib bunun müqabilində özü üçün birbaşa yolla cinayətdən xəbərsiz Şahid17, Şahid18 və Şahid19 vasitəsi ilə Şahid16 5.000 manat məbləğində maddi nemət olan pul vəsaitini 2019-cu ilin iyul ayında, mobil telefon danışıqları zamanı istəyib razılığını aldıqdan sonra, 2019-cu ilin iyul ayının ortalarında ünvan 8 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasındakı xidməti otağında cinayətdən xəbərsiz Şahid17 Şahid16 məxsus 5.000 (beş min) manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmiş, daha sonra 2020-ci ilin yanvar ayında Yəhya Kərimova müraciət edib Şahid16 işə qəbul edilməsini, buna görə pul vəsaiti almasını ondan gizlətməklə, bildirməsinə əsasən, həqiqi təsir imkanlarından istifadə edərək cinayətdən xəbərsiz baş mühasib Şahid74 vasitəsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyasına Şahid16 xx.xx.2020-ci il tarixdə “redaktor, dövri mətbuat” olaraq işə götürülməsi barədə məlumatların Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, vəzifəli şəxs Yəhya Kərimovun qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, “X66 imtahanı”nda müsahibə mərhələsindən keçməsi və Şəmkir rayonunda yerləşən orta məktəblərdən birinə direktor vəzifəsinə təyin edilməsi ilə əlaqədar 2019-cu ilin avqust ayında cinayətdən xəbərsiz Şahid22 vasitəsi ilə Təqsirləndirilən şəxs3 müraciət etmiş Şahid21, Xızı rayonu, Fındığan kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində çalışan övladı Şahid24 Sumqayıt şəhərindəki orta məktəblərdən birinə yerdəyişmə edilməsi ilə əlaqədar 2019-cu ilin sentyabr ayında cinayətdən xəbərsiz Şahid27 vasitəsi ilə Təqsirləndirilən şəxs3 müraciət etmiş Şahid23 və övladı Şahid26 Sumqayıt şəhərindəki orta məktəblərdən birinə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2019-cu ilin oktyabr ayında cinayətdən xəbərsiz Şahid27 vasitəsi ilə Təqsirləndirilən şəxs3 müraciət etmiş Şahid25 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə qeyd edilən şəxsləri müvafiq işlərə düzəltmək imkanına malik olduğunu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 vasitəsi ilə yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə, yəni onların işə qəbulunu və iş yerini dəyişməyini təmin etməyə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə aralarında əldə etdiyi cinayətkar razılaşmaya əsasən Şahid21 2019-cu ilin dekabr ayında cinayətdən xəbərsiz Şahid22 vasitəsi ilə, Şahid23 2019cu ilin sentyabr ayında və Şahid25 2019-cu ilin oktyabr ayında cinayətdən xəbərsiz Şahid27 vasitəsi ilə yalandan bildirərək, həmin şəxslər vasitəsilə Şahid21 həmin işin müsbət həllinə görə 5.000 manat məbləğində, Şahid23 6.500 manat məbləğində, Şahid25 5.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla əlbir olduğu şəxslərlə birlikdə onlarla sövdələşib, eyni niyyətlə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 2019-cu ilin sentyabr ayının əvvəllərində Şahid27 məxsus ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evin qarşısında sonuncu vasitəsi ilə Şahid23 6.500 manat məbləğində pul vəsaitini, 2019-cu ilin oktyabr ayında cinayətdən xəbərsiz Şahid27 Şahid25 yaşadığı ünvan 11 ünvanında sonuncuya məxsus 5.000 manat məbləğində pul vəsaitini, 2020-ci ilin yanvar ayının əvvəlində Şahid22 ünvan 12 ünvanında yerləşən “Mado” restoranının qarşısında Şahid21 məxsus 5.000 manat pul vəsaiti, daha sonra həmin işin müsbət həlli üçün əlavə 1.000 manat tələb olunduğunu Şahid22 bildirib, həmin niyyətlə 2020-ci ilin yanvar ayının axırlarında qeyd edilən ünvanda təkrarən görüşməklə Şahid22 məxsus 1.000 manat pul vəsaiti olmaqla, ümumilikdə bu məqsədlə 6.000 manat məbləğində pul vəsaitini, göstərilən qaydada qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 4 nəfər şəxsə məxsus ümumilikdə 17.500 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini sonuncu və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 4 nəfərə məxsus cəmi 17.500 (on yeddi min beş yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, törətdikləri cinayət əməllərini gizlətməklə məsuliyyətdən yayınmaq və özünə olan inamı möhkəmləndirmək niyyətilə hüquq verən rəsmi sənəd hesab edilən, müvafiq qrafalara “Tərəfinizdən Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin X21 İnsan resursları mərkəzinə göndərilən məktuba cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası, Sumqayıt şəhəri sakini, xx.xx.1997-ci il təvəllüdlü Şahid26 Sumqayıt şəhər 3 №-li tam orta məktəbə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etməyə tövsiyə edir. Şahid26 ilə rəsmi əmək müqaviləsi müddətsiz bağlanacaqdır” yazılarını qeyd etməklə, guya Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İşçilərinin X21 X31 Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sumqayıt Ərazi Regional Mərkəzinə xx.xx.2019-cu il tarixli, 119 nömrəli məktuba cavab olaraq Şahid26 Sumqayıt şəhər 3 №-li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etməsinin tövsiyə edilməsi və sonuncu ilə müddətsiz əmək müqaviləsi bağlanacağının bildirilməsi görüntüsü yaradan uydurma “xx.xx.2020” tarixli, “33/45B3” nömrəli məktubu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə 2020-ci ilin fevral ayında ünvan 9 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasındakı xidməti otağında istifadəsində olan kompüterlə tərtib edib, internet şəbəkəsində axtarış etməklə əldə etdiyi və kompüterinin yaddaşına köçürdüyü Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktubundan qrafik proqram təminatından istifadə etməklə Azərbaycan Respublikasının dövlət gerbi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvanı, əlaqə və faks nömrələrinin əks olunduğu rekvizitlərini skayner vasitəsilə sənədin üzərinə köçürərək çap qurğusu (printer) vasitəsilə çıxarıb səlahiyyətli şəxsin yerinə uydurma imza çəkməklə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxtalaşdırmaqla qanunsuz olaraq hazırlayıb, bundan sonra həmin saxta rəsmi sənədin fotoşəklini çəkərək istifadəsində olan mobil telefonda quraşdırılmış “WhatsApp” ani mesajlaşma proqramından istifadə etməklə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vasitəsilə Şahid26 göndərməklə, habelə 2020-ci ilin avqust ayında ünvan 9 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasındakı xidməti otağında internet şəbəkəsində axtarış etməklə əldə etdiyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin işə götürmə əmrinin surətini kompüterin yaddaşına köçürüb qrafik proqram təminatından istifadə etməklə, müvafiq qrafalara “Şahid21 Səməd Vurğun adına Şəmkir rayonu, Təzəkənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilməsi haqqında” yazılarını, uydurma istintaqla müəyyən edilməyən əmr nömrəsini kompüterdə daxil edib, üzərində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kadrlar Şöbəsi” yazıları olan dairəvi formalı möhürü və səlahiyyətli şəxsin imzasını skayner vasitəsilə sənədin üzərinə köçürüb çap qurğusu (printer) vasitəsilə əksini kağız daşıyıcı üzərində çıxarmaqla Təqsirləndirilən şəxs2 ilə birlikdə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, bundan sonra həmin saxta rəsmi sənədin fotoşəklini çəkərək istifadəsində olan mobil telefonda quraşdırılmış “WhatsApp” ani mesajlaşma proqramından istifadə etməklə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə cinayətdən xəbərsiz Şahid22 vasitəsilə Şahid21 göndərməklə, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxta olduğunu bilə-bilə hüquq verən həmin saxta rəsmi sənədlərdən istifadə etmiş, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə 4 nəfər şəxsə, yəni Şahid21, Şahid22, Şahid25 və Şahid23 məxsus cəmi 17.500 (on yeddi min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar müvafiq olaraq Şahid21, Şahid26 və Şahid24 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə cinayətdən xəbərsiz Şahid86, Şahid27 vasitəsi ilə Şahid21, Şahid22, Şahid25 və Şahid23 təkrarən təhrik etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış və sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxta olduğunu bilə-bilə hüquq verən saxta rəsmi sənəddən təkrarən istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, övladı Şahid28 Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında “Azərbaycan məktəbi” jurnalının redaksiyasında işə qəbul edilməsində köməklik göstərilməsinə dair 2019-cu ilin sentyabr ayında cinayətdən xəbərsiz Şahid17 və cinayətdən xəbərsiz Şahid29 vasitəsi ilə özünə müraciət etmiş Şahid44hüseyn Əhməd oğluna 2019-cu ilin iyul ayından 19 yanvar 2021-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalının redaksiyasına faktiki rəhbərlik etməsi ilə əlaqədar mövcud olan həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalının redaksiyasının həmin dövrdə baş redaktoru olmuş Şahid10 Şahid28 həmin redaksiyada işə götürülməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını və bunun müqabilində cinayətdən xəbərsiz Şahid17 və Şahid29 vasitəsilə Məmmədhüseyn Məmmədovdan birbaşa yolla özü üçün maddi nemət olan 2.000 manat məbləğində pul vəsaitini 2019-cu ilin sentyabr ayında Bakı şəhərində istəyib razılığını aldıqdan sonra, ünvan 13 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının qarşısında 2019-cu ilin sentyabr ayında cinayətdən xəbərsiz Şahid17 Şahid29 məxsus 2.000 manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etmiş, daha sonra 2019-cu ilin dekabr ayında Şahid10 müraciət edib Şahid28 işə qəbul edilməsini, buna görə pul vəsaiti almasını ondan gizlətməklə, bildirməsinə əsasən, həqiqi təsir imkanlarından istifadə edərək cinayətdən xəbərsiz baş mühasib Şahid9 vasitəsi ilə Şahid28 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalı redaksiyasına “reklam üzrə mütəxəssis” olaraq işə götürülməsi barədə məlumatların Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, vəzifəli şəxs olan Şahid10 qərarına təkrarən qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, övladı Şahid31 Azərbaycan Respublikası Təhsil Nazirliyində “mühasibat uçotu və audit” ixtisasına uyğun vəzifəyə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2020-ci ilin yanvar ayında cinayətdən xəbərsiz Şahid32 vasitəsilə Təqsirləndirilən şəxs3 müraciət etmiş Şahid30 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə övladı Səmayə Nifəliyevanı Təhsil Nazirliyində “mühasibat uçotu və audit” ixtisasına uyğun yüksək vəzifəyə işə düzəltmək imkanına malik olduğunu cinayətdən xəbərsiz Şahid32 vasitəsi ilə Təqsirləndirilən şəxs3 ilə birlikdə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid31 xeyrinə edəcəyi hərəkətə, yəni onun Azərbaycan Respublikası Təhsil Nazirliyində “mühasibat uçotu və audit” ixtisasına uyğun vəzifəyə işə qəbulunu təmin etməyə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 ilə birlikdə cinayətdən xəbərsiz Şahid32 vasitəsi ilə Şahid30 2020-ci ilin fevral ayında yalandan əlbir olduğu Təqsirləndirilən şəxs3 ilə birlikdə bildirərək, Şahid30 həmin işin müsbət həllinə görə 8.500 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 may” metrostansiyasının inzibati binasının qarşısında Şahid30 8.500 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini Təqsirləndirilən şəxs3 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid30 məxsus 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid31 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid30 təkrarən təhrik etmiş,daha sonra Şahid31 işə düzəlməməsi ilə bağlı etirazlarını görüb şikayətinin qarşısını almaqdan ötrü, sonuncuya onu “Azərbaycan Aqrar Elm” jurnalı redaksiyasına işə qəbul etdirmək imkanına malik olduğunu bildirib, onun həmin redaksiyada işə düzəlməsinə dair razılığını almaqla, həmin dövrdə “Azərbaycan Aqrar Elmi” jurnalı redaksiyasının baş redaktoru vəzifəsində işləyən təşkilati-sərəncamverici funksiyanı yerinə yetirən tanışı Təqsirləndirilən şəxs2 müraciət edib ona xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Şahid31 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Azərbaycan X114 redaksiyasına işə götürülməsi müqabilində onun özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 500 manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində verməyi təklif edərək onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin iyun ayında Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsində yerləşən Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati binasında birbaşa yolla maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini şəxsən Təqsirləndirilən şəxs2 təqdim etməklə təkrarən rüşvət qismində vermiş, bundan sonra verdikləri vədin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs2 tərəfindən Şahid31 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Azərbaycan X114 redaksiyasına “elmi redaktor” vəzifəsinə işə götürülməsi barədə məlumatlar xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında “Azərbaycan məktəbi” jurnalının redaksiyasına işə qəbul edilməsində köməklik göstərilməsinə dair 2020-ci ilin yanvar ayında özünə müraciət etmiş Şahid33 2019cu ilin iyul ayından 19 yanvar 2021-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyasına faktiki rəhbərlik etməsi ilə əlaqədar mövcud olan həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyasının həmin dövrdə baş redaktoru olmuş X48 Şahid33 həmin redaksiyada işə götürülməsi və bu barədə məlumatın Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə dair qərarına qanunsuz təsir etmək imkanına malik olmasını və bunun müqabilində özü üçün birbaşa yolla cinayətdən xəbərsiz Şahid34 və Şahid35 vasitəsi ilə Şahid33 4.000 manat məbləğində maddi nemət olan pul vəsaitini 2020-ci ilin yanvar ayında Bakı şəhərində istəyib sonuncunun razılığını aldıqdan sonra, 2020-ci ilin yanvar ayında ünvan 8 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasındakı xidməti otağında cinayətdən xəbərsiz Şahid35 Şahid33 məxsus 4.000 (dörd min) manat pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf edib, daha sonra 2020-ci ilin yanvar ayında Yəhya Kərimova müraciət edib Şahid33 işə qəbul edilməsini, buna görə pul vəsaiti almasını ondan gizlətməklə, bildirməsinə əsasən, həqiqi təsir imkanlarından istifadə edərək cinayətdən xəbərsiz baş mühasib Şahid74 vasitəsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyasına Şahid33 xx.xx.2020-ci il tarixdə “kompüter operatoru” olaraq işə götürülməsi barədə məlumatların Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, vəzifəli şəxs olan Yəhya Kərimovun qərarına təkrarən qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan əlavə, o, “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının redaksiyasına faktiki rəhbərliyi həyata keçirən, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul rəhbər vəzifəli şəxs kimi təkrarən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə 05 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X86 üzrə Baş İdarəsində ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 14 olmaqla faktiki olaraq əsas fəaliyyəti nəşriyyat və təhsil sahəsində sair fəaliyyət sahəsində gəlir əldə etməkdən ibarət olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı təkrarən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək mənimsəmə yolu ilə talamaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının baş redaktoru Şahid10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə, həmin müqavilə əsasında formal olaraq tərtib edilmiş EBAG seriyalı, 092924 nömrəli, xx.xx.2020-ci il tarixli qaimədə redaksiyaya guya ümumilikdə 4.803,50 manat dəyərində 739 ədəd jurnalın dərc edilərək verilməsi barədə bilə-bilə yalan məlumatları tamah niyyəti ilə qeyd edilən tarixlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının redaksiyasının həmin dövrlərdə ünvan 8 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində daxil etməklə Şahid10 və Təqsirləndirilən şəxs2 imzaları, habelə özünə və Təqsirləndirilən şəxs2 təhkim olunmuş Azərbaycan Respublikasının gerbi həkk olunmuş, üzərində “Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı redaksiyası” sözləri yazılmış “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı redaksiyasının, eləcə də müvafiq olaraq üzərlərində “X112 Məsuliyyətli Cəmiyyəti, Limited Liability Company, Azerbaijan Republic, Azərbaycan Respublikası” sözləri yazılmış "xxxx" MMC-nin dairəvi möhürləri ilə təsdiqləyib vəzifə saxtakarlığı etməklə tapşırığı əsasında cinayətdən xəbərsiz baş mühasib Şahid9 vasitəsi ilə "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ27AİİB******************** nömrəli bank hesabına xx.xx.2020-ci il tarixdə 4.803,50 manat pul vəsaitinin köçürülməsini təmin edərək Təqsirləndirilən şəxs2 tərəfindən Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda həmin pul vəsaitinin hesabdan çıxarılmasından sonra ondan həmin pul vəsaitini alıb, cinayət əməlinin aşkar olunmasının qarşısını almaq məqsədilə qeyd edilən pul vəsaitinin 975 manatından istifadə edərək faktiki olaraq ayrı-ayrı nəşriyyatlarda dərc etdirərək “Azərbaycan məktəbi” jurnalının redaksiyasına 150 ədəd jurnalı təqdim edib, Təqsirləndirilən şəxs2 tərəfindən Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda əldə edilmiş həmin pul vəsaitindən qalan dərc edilməmiş 589 jurnalın dəyəri olan cəmi 3.828,5 manat pul vəsaitini isə sonuncu ilə ünvan 8 ünvanında yerləşən ofisində və Bakı şəhərində müxtəlif ünvanlarda görüşüb aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş cəmi 3.828,5 manat (üç min səkkiz yüz iyirmi səkkiz manat əlli qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə təkrarən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin pul vəsaitinin aidiyyatı üzrə düzgün yönləndirilməsi, təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan əlavə, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan “Azərbaycan məktəbi” jurnalı redaksiyasına 2020-ci il ərzində hər hansı dəftərxana ləvazimatları verilməməsinə, habelə tərcümə, proqram təminatı və digər xidmətlər göstərilməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, sonuncu ilə özü arasında bağlanmış xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli eyni xarakterli müqavilələr, həmin müqavilələr əsasında formal olaraq tərtib edilmiş EBAL seriyalı, 461589 nömrəli, xx.xx.2020ci il tarixli, EBAİ seriyalı, 254519 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 441646 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələr, eyni tarixli hesab-faktura vərəqələri və malların təhvilqəbul aktlarında redaksiyaya guya xx.xx.2020-ci il tarixdə 1.702,40 manat, xx.xx.2020-ci il tarixdə 3.000,15 manat, xx.xx.2020-ci il tarixdə 1.996,80 manat dəyərində dəftərxana ləvazimatlarının verilməsi, EBAF seriyalı, 682785 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 268648 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələr və eyni tarixli hesab-faktura, xidmətlərin görülməsi barədə aktlarda isə guya redaksiyaya xx.xx.2020-ci il tarixdə 4.814 manat dəyərində tərcümə və digər xidmətlərin göstərilməsi, xx.xx.2020-ci il tarixdə isə 2.800 manat dəyərində proqram təminatının aparılması barədə bilə-bilə yalan məlumatları tamah niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyd edilən tarixlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan “Azərbaycan məktəbi” jurnalının redaksiyasının həmin dövrlərdə ünvan 8 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında daxil etməklə özü və Təqsirləndirilən şəxs2 imzaları, habelə özünə və Təqsirləndirilən şəxs2 təhkim olunmuş Azərbaycan Respublikasının gerbi həkk olunmuş, üzərində “Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Azərbaycan məktəbi” jurnalı redaksiyası” sözləri yazılmış “Azərbaycan məktəbi” jurnalı redaksiyasının, eləcə də müvafiq olaraq üzərlərində “X112 Məsuliyyətli Cəmiyyəti, Limited Liability Company, Azerbaijan Republic, Azərbaycan Respublikası” sözləri yazılmış "xxxx" MMC-nin dairəvi möhürləri ilə təsdiqləyib təkrarən vəzifə saxtakarlığı etməklə tapşırığı əsasında cinayətdən xəbərsiz baş mühasib Şahid6 vasitəsi ilə "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ27AİİB******************** nömrəli bank hesabına xx.xx.2020-ci il tarixdə 4.814 manat, xx.xx.2020-ci il tarixdə 1.702,40 manat, xx.xx.2020-ci il tarixdə 2.800 manat, xx.xx.2020-ci il tarixdə 3.000,15 manat, xx.xx.2020-ci il tarixdə 1.996,80 manat olmaqla, cəmi 14.313,35 manat pul vəsaitinin köçürülməsini təmin edib, bundan sonra Təqsirləndirilən şəxs2 tərəfindən Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda həmin pul vəsaitinin hesabdan çıxarılmasından sonra həmin pul vəsaitini sonuncu ilə hər dəfəsində ünvan 8 ünvanında yerləşən ofisində aralarında bölməklə, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş cəmi 14.313,35 manat (on dörd min üç yüz on üç manat otuz beş qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin pul vəsaitinin aidiyyatı üzrə düzgün yönləndirilməsi, təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin baş direktoru və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elmi” jurnalının sabiq baş redaktoru Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2020-ci ilin mart ayında cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə özünə müraciət etmiş Şahid36 Təqsirləndirilən şəxs2 ilə birlikdə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə onu Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifəyə işə düzəltmək imkanına malik olduğunu Təqsirləndirilən şəxs2 ilə birlikdə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid36 xeyrinə edəcəyi hərəkətə, yəni onun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə işə qəbulunu təmin etməyə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini cinayətdən xəbərsiz Şahid55 vasitəsilə Şahid36 Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya əsasən yalandan bildirərək, Şahid36 həmin işin müsbət həllinə görə 8.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını cinayətdən xəbərsiz Şahid55 vasitəsilə almaqla Təqsirləndirilən şəxs2 ilə birlikdə onunla sövdələşib, həmin niyyətlə cinayətdən xəbərsiz Şahid55 2020-ci ilin mart ayında ünvan 8 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasındakı xidməti otağında 4.000 manat, 2020-ci ilin may ayında həmin ünvanda 3.000 manat, 2020-ci ilin iyun ayında eyni ünvanda cinayətdən xəbərsiz Şahid55 700 manat və həmin ünvanda Aysel Allehverdiyevadan 300 manat olmaqla, ümumilikdə Şahid36 məxsus 8.000 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, törətdiyi cinayət əməllərini gizlətməklə məsuliyyətdən yayınmaq və özünə olan inamı möhkəmləndirmək niyyətilə 2020-ci ilin iyun ayında internet şəbəkəsindən istifadə etməklə əldə etdiyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin işə götürmə əmrlərinin surətlərini kompüterin yaddaşına köçürüb qrafik proqram təminatından istifadə etməklə, müvafiq qrafalara “Şahid36 2020-ci ilin 18 iyun tarixindən Aqrar Elm və İnnovasiya Mərkəzinə böyük mütəxəssisi vəzifəsinə təyin edilməsi haqqında” yazılarını, uydurma 106K əmr nömrəsini kompüterdə daxil edib, üzərində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ümumi Şöbə” yazıları olan dairəvi, “Əsli ilə düzdür” yazıları olan düzbucaqlı formalı möhürləri və səlahiyyətli şəxsin imzasını skayner vasitəsilə sənədin üzərinə köçürüb çap qurğusu (printer) vasitəsilə əksini kağız daşıyıcı üzərində çıxarmaqla hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, bundan sonra həmin saxta rəsmi sənədi “Whatsapp” ani mesajlaşma proqramından istifadə edib cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə Şahid36 göndərərək saxta olduğunu bilə-bilə hüquq verən həmin saxta rəsmi sənəddən təkrarən qanunsuz olaraq istifadə etməklə, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid36 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış və sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxta olduğunu bilə-bilə hüquq verən həmin saxta rəsmi sənəddən təkrarən qanunsuz olaraq istifadə etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid36 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə cinayətdən xəbərsiz Şahid55 vasitəsilə Şahid36 təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, 2020-ci ilin mart ayından faktiki olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azərbaycan Aqrar Elmi” jurnalı redaksiyasına baş redaktor vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərək redaksiyaya rəhbərlik etmək, redaksiyanı təsisçi, vətəndaşlar, idarə, müəssisə və təşkilatlar, dövlət orqanları ilə münasibətdə təmsil etmək, ştatda olan vəzifələrə işçilərin işə qəbul və azad edilməsi, redaksiya əməkdaşlarının həvəsləndirilməsi, mükafatlandırılması, cəzalandırılması, onlara məzuniyyət verilməsi, ezamiyyətə göndərilməsi və səlahiyyətinə daxil olan digər məsələlər barədə əmr və sərəncamlar vermək, baş mühasib tərəfindən təqdim edilən redaksiyanın illik smetasını təsdiq etmək, nəzərdə tutulmuş vəsaiti qonorar da daxil olmaqla nizama salmaq, müəlliflərə, tərcüməçilərə, rəyçilərə, ştatdankənar müxbirlərə işə görə smetada bu məqsədlə nəzərdə tutulan vəsaitdən qonorar və ya əmək haqqı vermək üçün müvafiq sənədləri imzalamaq, jurnalın nömrəsini yığım, çap və buraxılış üçün imzalamaq, redaksiya heyətinə başçılıq etmək, redaksiyanın jurnalist kollektivinin, ştatda olan əməkdaşlarının funksiya, hüquq və vəzifə borclarını müəyyənləşdirmək və təsdiq etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs olan Təqsirləndirilən şəxs2 məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə sonuncunun xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 2020-ci ilin mart ayında cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə özünə müraciət edən Şahid77 Ruslan qızının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasında işə götürülməsinə görə sonuncudan cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə Təqsirləndirilən şəxs2 və özü üçün birbaşa yolla maddi nemət olan 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ünvan 8 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasındakı xidməti otağında rüşvət qismində istəyib, cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə Şahid77 razılığını alaraq, həmin niyyətlə cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə maddi nemət olan 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 və özü üçün birbaşa yolla alaraq Təqsirləndirilən şəxs2 təqdim etməklə aralarında bölüb, bundan sonra verdikləri vədin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs2 tərəfindən Şahid77 Ruslan qızının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalı redaksiyasına “redaktor” vəzifəsinə işə götürülməsi barədə məlumatların xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMNnin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, Təqsirləndirilən şəxs2 Şahid77 maddi nemət olan 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini özü və onun üçün birbaşa yolla özü vasitəsilə rüşvət qismində istəməklə almasında köməkçi qismində təkrarən iştirak etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olan Təqsirləndirilən şəxs2 təkrarən məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə sonuncunun xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 2020-ci ilin mart ayında cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə özünə müraciət edən Şahid39 övladı Şahid38 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Azərbaycan X114 redaksiyasına işə götürülməsinə görə cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə Təqsirləndirilən şəxs2 və özü üçün birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini ünvan 8 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasındakı xidməti otağında rüşvət qismində istəyib, cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə Şahid39 razılığını alaraq, həmin niyyətlə cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 və özü üçün birbaşa yolla Şahid39 alaraq Təqsirləndirilən şəxs2 təqdim etməklə aralarında bölüb, bundan sonra verdikləri vədin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs2 tərəfindən Şahid38 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasına “redaktor” vəzifəsinə işə götürülməsi barədə məlumatların xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, Təqsirləndirilən şəxs2 Şahid38 maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini özü və onun üçün birbaşa yolla özü vasitəsilə rüşvət qismində təkrarən istəməklə təkrarən almasında köməkçi qismində təkrarən iştirak etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin baş direktoru və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elmi” jurnalının sabiq baş redaktoru Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, arvadı X8 Rusiya Federasiyasının Federal X116 Təhsil müəssisəsinin Çelyabinsk Dövlət Universiteti tərəfindən verilmiş 107***- ******* saylı mütəxəssis diplomunun Azərbaycan Respublikasında tanınması və Azərbaycan Respublikasında “Dil və ədəbiyyat müəllimliyi” ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentliyinin müəyyən edilməsində köməklik göstərilməsi məqsədilə 2020-ci ilin aprel ayında cinayətdən xəbərsiz Şahid40 vasitəsi ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 müraciət etmiş Şahid41 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Sevinç Ağamalıyevanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün Sevinç Ağamalıyevanın sərhədkeçməsində müvafiq tarixlərdə ölkə ərazisini tərk etməməsi ilə əlaqədar problemlər olmasına baxmayaraq, həmin məsələnin qanuna zidd yollarla müsbət həllinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə cinayətdən xəbərsiz Şahid40 vasitəsi ilə Şahid41 yalandan bildirərək, sonuncunun həmin işin müsbət həllinə görə 4.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və cinayətdən xəbərsiz Şahid40 vasitəsi ilə almaqla onunla sövdələşib, həmin niyyətlə Təqsirləndirilən şəxs2 2020-ci ilin aprel - may ayları ərzində Şahid41 məxsus ümumilikdə 4.000 manat pul vəsaitini, yəni Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Nəsimi” metrostansiyasının qarşısında 2020-ci ilin aprel ayında cinayətdən xəbərsiz Şahid40 vasitəsilə 2.000 manat, 2020-ci ilin may ayının ortalarında Şahid41 1.000 manat, 2020-ci ilin may ayının ortalarında cinayətdən xəbərsiz Şahid40 vasitəsilə 1.000 manat pul vəsaitini görüşləri zamanı şəxsən almasından sonra həmin pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdiyi cinayət əməllərini gizlətməklə məsuliyyətdən yayınmaq və özünə olan inamı möhkəmləndirmək niyyətilə 2020-ci ilin may ayında ünvan 8 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasındakı xidməti otağında internet şəbəkəsindən istifadə etməklə əldə etdiyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş xarici ali təhsil ixtisasının tanınması və diplomun ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərini kompüterin yaddaşına köçürüb qrafik proqram təminatından istifadə etməklə, müvafiq qrafalara “X24 adına xx.xx.2015-ci il Rusiya Federasiyası Federal X116 təhsil müəssisəsi Çelyabinsk Dövlət Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom № 107424 ******* Azərbaycan Respublikasında tanınmışdır və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir” yazılarını, uydurma 136009 qeydiyyat nömrəsini, eyni niyyətlə “X24 adına xx.xx.2015-ci il Rusiya Federasiyası Federal X116 təhsil müəssisəsi Çelyabinsk Dövlət Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom № 107424 ******* Azərbaycan Respublikasında 050102 – Dil və Ədəbiyyat müəllimliyi” ixtisası istiqamətinin dil və ədəbiyyat müəllimi (dillər üzrə) ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir (bərabərdir)” yazılarını, uydurma 024406 qeydiyyat nömrəsini kompüterdə daxil edib, üzərində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” yazıları olan dairəvi möhürü və səlahiyyətli şəxsin imzasını skayner vasitəsilə şəhadətnamələrin üzərinə köçürüb çap qurğusu (printer) vasitəsilə əksini kağız daşıyıcı üzərində çıxarmaqla hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, bundan sonra həmin saxta rəsmi sənədləri 2020-ci ilin may ayının axırlarında ünvan 17 ünvanında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və cinayətdən xəbərsiz Şahid40 vasitəsi iləŞahid41 təqdim edərək saxta olduğunu bilə-bilə hüquq verən həmin saxta rəsmi sənəddən təkrarən qanunsuz olaraq istifadə etməklə, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid41 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Sevinç Ağamalıyevanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə cinayətdən xəbərsiz Şahid40 vasitəsilə Şahid41 təhrik etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış və sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxta olduğunu bilə-bilə hüquq verən saxta rəsmi sənəddən təkrarən istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən orta məktəblərdən birinə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2020-ci ilin may ayında Təqsirləndirilən şəxs3 müraciət etmiş Şahid43 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə Şahid43 Abşeron rayonundakı orta məktəblərdən birinə ibtidai sinif müəllimi vəzifəsinə işə düzəltmək imkanına malik olduğunu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 vasitəsi ilə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid43 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid43 Təqsirləndirilən şəxs3 ilə aralarındakı cinayətkar razılaşmaya əsasən sonuncu vasitəsi ilə yalandan bildirərək, Şahid43 həmin işin müsbət həllinə görə 8.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla əlbir olduğu şəxslə birlikdə onunla sövdələşib, həmin niyyətlə 2020-ci ilin may ayında Təqsirləndirilən şəxs3 Şahid43 ünvan 12 ünvanında yerləşən “Mado” restoranının qarşısında Şahid43 məxsus 8.000 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid43 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid43 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, övladı Məmmədli (Hüseynova) Günel Məmməd qızının Kəlbəcər, Göygöl və Daşkəsən şəhərindəki orta məktəblərdən birinə tarix müəllimi vəzifəsinə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2020-ci ilin may ayında Təqsirləndirilən şəxs3 vasitəsilə özünə müraciət etmiş Şahid44 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə övladı Məmmədli (Hüseynova) Günel Məmməd qızını Kəlbəcər, Göygöl və Daşkəsən şəhərindəki orta məktəblərdən birinə tarix müəllimi işinə düzəltmək imkanına malik olduğunu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 vasitəsi ilə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Günel Məmmədlinin (Hüseynovanın) xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid44 Təqsirləndirilən şəxs3 ilə aralarındakı cinayətkar razılaşmaya əsasən sonuncu vasitəsi ilə yalandan bildirərək, Şahid44 həmin işin müsbət həllinə görə 10.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla əlbir olduğu şəxslə birlikdə onunla sövdələşib, həmin niyyətlə 2020-ci ilin may ayında Təqsirləndirilən şəxs3 Şahid44 ünvan 18 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin qarşısında sonuncuya məxsus 10.000 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid44 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Günel Məmmədlinin(Hüseynovanın) xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid44 təkrarən təhrik etmişdir. Bundan əlavə, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək təkrarən sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə özü arasında bağlanmış xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli eyni xarakterli müqavilələr, həmin müqavilələr əsasında formal olaraq tərtib edilmiş EBAJ seriyalı, 745244 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 935716 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 726756 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 949305 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 879676 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 770387 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 855233 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələrdə redaksiyaya guya ümumilikdə 46.837,75 manat dəyərində 21.785 ədəd jurnalın dərc edilərək verilməsi barədə bilə-bilə yalan məlumatları tamah niyyəti ilə qeyd edilən tarixlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan “Azərbaycan məktəbi” jurnalının redaksiyasının həmin dövrlərdə ünvan 8 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində daxil etməklə özü və Təqsirləndirilən şəxs2 imzaları, habelə özünə və Təqsirləndirilən şəxs2 təhkim olunmuş Azərbaycan Respublikasının gerbi həkk olunmuş, üzərində “Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Azərbaycan məktəbi” jurnalı redaksiyası” sözləri yazılmış “Azərbaycan məktəbi” jurnalı redaksiyasının, eləcə də müvafiq olaraq üzərlərində “X112 Məsuliyyətli Cəmiyyəti, Limited Liability Company, Azerbaijan Republic, Azərbaycan Respublikası” sözləri yazılmış "xxxx" MMC-nin dairəvi möhürləri ilə təsdiqləyib təkrarən vəzifə saxtakarlığı etməklə tapşırığı əsasında cinayətdən xəbərsiz baş mühasib Şahid6 vasitəsi ilə "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ27AİİB******************** nömrəli bank hesabına xx.xx.2020-ci il tarixdə 5.999,75 manat, xx.xx.2020-ci il tarixdə 6.008,00 manat, xx.xx.2020-ci il tarixdə 8.000,15 manat, xx.xx.2020-ci il tarixdə 9.629,85 manat, xx.xx.2020-ci il tarixdə 4.001,15 manat, xx.xx.2020-ci il tarixdə 2.300,50 manat, xx.xx.2020-ci il tarixdə 5.000,90 manat, xx.xx.2020-ci il tarixdə 5.897,45 manat olmaqla, cəmi 46.837,75 manat pul vəsaitinin köçürülməsini təmin edərək Təqsirləndirilən şəxs2 tərəfindən Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda həmin pul vəsaitinin hesabdan çıxarılmasından sonra ondan həmin pul vəsaitini alıb, cinayət məsuliyyətindən yayınmaq məqsədilə qeyd edilən pul vəsaitinin 25.302,45 manatından istifadə edərək şəxsən ayrı-ayrı nəşriyyatlarda 11.768 ədəd jurnal dərc etdirərək “Azərbaycan məktəbi” jurnalının redaksiyasına təqdim edib, Təqsirləndirilən şəxs2 tərəfindən Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda əldə edilmiş həmin pul vəsaitindən qalan dərc edilməmiş 10.017 jurnalın dəyəri olan cəmi 21.535,30 manat pul vəsaitini sonuncu ilə hər dəfəsində ünvan 8 ünvanında yerləşən ofisində və Bakı şəhərində müxtəlif ünvanlarda görüşüb aralarında bölməklə, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş cəmi 21.535,3 manat (iyirmi bir min beş yüz otuz beş manat otuz qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin pul vəsaitinin aidiyyatı üzrə düzgün yönləndirilməsi, təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan əlavə, o, “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının redaksiyasına faktiki rəhbərliyi həyata keçirən təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul rəhbər vəzifəli şəxs kimi təkrarən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qulluq mövqeyindən istifadə edib Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı redaksiyasına 2020-ci il ərzində hər hansı dəftərxana ləvazimatlarının verilməməsinə baxmayaraq, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə cinayətdən xəbərsiz Şahid10 arasında bağlanmış xx.xx.2020 və xx.xx.2020-ci il tarixli eyni xarakterli müqavilələr, həmin müqavilələr əsasında formal olaraq tərtib edilmiş EBAL seriyalı, 159862 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 840328 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələr və eyni tarixli hesab-faktura vərəqələrində redaksiyaya guya xx.xx.2020-ci il tarixdə 2.304,00 manat, xx.xx.2020-ci il tarixdə 2.594,60 manat dəyərində dəstərxana ləvazimatlarının verilməsi barədə bilə-bilə yalan məlumatları tamah niyyəti ilə qeyd edilən tarixlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının redaksiyasının həmin dövrlərdə ünvan 8 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində daxil etməklə cinayətdən xəbərsiz Şahid10 və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 imzaları, habelə Şahid10 və Təqsirləndirilən şəxs2 təhkim olunmuş Azərbaycan Respublikasının gerbi həkk olunmuş, üzərində “Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı redaksiyası” sözləri yazılmış “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı redaksiyasının, eləcə də müvafiq olaraq üzərlərində “X112 Məsuliyyətli Cəmiyyəti, Limited Liability Company, Azerbaijan Republic, Azərbaycan Respublikası” sözləri yazılmış "xxxx" MMC-nin dairəvi möhürləri ilə təsdiqləyib təkrarən vəzifə saxtakarlığı etməklə tapşırığı əsasında cinayətdən xəbərsiz baş mühasib Şahid73 vasitəsi ilə "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ27AİİB******************** nömrəli bank hesabına xx.xx.2020-ci il tarixdə 2.304 manat, xx.xx.2020-ci il tarixdə 2.594,60 manat olmaqla, cəmi 4.898,6 manat pul vəsaitinin köçürülməsini təmin edərək Təqsirləndirilən şəxs2 tərəfindən Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda həmin pul vəsaitinin hesabdan çıxarılmasından sonra həmin pul vəsaitini sonuncu ilə hər dəfəsində ünvan 8 ünvanında yerləşən ofisində və Bakı şəhərində müxtəlif ünvanlarda görüşüb aralarında bölməklə, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş cəmi 4.898,6 manat (dörd min səkkiz yüz doxsan səkkiz manat altmış qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vahid niyyətlə mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin pul vəsaitinin aidiyyatı üzrə düzgün yönləndirilməsi, təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsinə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2020-ci ilin iyul ayında cinayətdən xəbərsiz Şahid17 vasitəsi ilə özünə müraciət etmiş Şahid45 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasında yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə onu Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsinə düzəltmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid45 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid45 yalandan bildirərək, sonuncunun həmin işin müsbət həllinə görə 4.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2020-ci ilin iyul ayının ortalarında ünvan 8 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasındakı xidməti otağında Şahid45 sonuncuya məxsus 4.000 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid45 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid45 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə cinayətdən xəbərsiz Şahid17 vasitəsilə Şahid45 təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, Ukrayna Respublikasının Odessa Texniki Universiteti tərəfindən verilmiş 152315 49000958 saylı mütəxəssis diplomunun Azərbaycan Respublikasında tanınması və Azərbaycan Respublikasında idarəetmə ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentliyinin müəyyən edilməsində köməklik göstərilməsi məqsədilə 2020-ci ilin iyul ayında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 müraciət etmiş X13 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və diplom üzrə ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) imkanına malik olduğunu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nərgiz Qəhrəmanovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar həmin tanınma hərəkətinin aparılması vəzifəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulmasının işə müvafiq müraciət üzrə baxmalı olan məhkəmənin səlahiyyətində olmasına baxmayaraq, həmin məsələnin məhkəmə icraatı olmadan qanuna zidd yollarla müsbət həllinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə Nərgiz Qəhrəmanovaya yalandan bildirərək, sonuncunun qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə həmin işin müsbət həllinə görə 3.500 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə Nərgiz Qəhrəmanovadan 2020-ci ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının qarşısında sonuncuya məxsus “Kia Sportage” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin içərisində 2.500 manat pul vəsaitini şəxsən, 2021-ci ilin iyun ayında Nərgiz Qəhrəmanovanın cinayətdən xəbərsiz Aysel Nəcəfovanın adına olan "xxxx" ASC-yə məxsus bank kartına köçürməklə göndərdiyi 1.000 manat məbləğində pul vəsaitini nağdlaşdırmaqla, ümumilikdə Nərgiz Qəhrəmanovaya məxsus 3.500 manat pul vəsaitini aldıqdan sonra həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Nərgiz Qəhrəmanovaya məxsus 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nərgiz Qəhrəmanovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə övladı Şahid15 X75 imtahanında topladığı balın 14-dən 36-ya qaldırılmaqla İmişli şəhəri 3 nömrəli tam orta məktəbə fizika müəllimi vəzifəsinə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2020-ci ilin avqust ayında cinayətdən xəbərsiz Şahid11 vasitəsi ilə özünə müraciət etmiş Şahid14 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə övladı Şahid15 X75 imtahanında topladığı balın 14-dən 36-ya qaldırılmaqla İmişli şəhəri 3 nömrəli tam orta məktəbə fizika müəllimi vəzifəsinə işinə düzəltmək imkanına malik olduğunu cinayətdən xəbərsiz Şahid11 vasitəsi ilə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətə, yəni onun X75 imtahanında topladığı balın 14-dən 36-ya qaldırılmaqla İmişli şəhəri 3 nömrəli tam orta məktəbə fizika müəllimi vəzifəsinə işə qəbulunu təmin etməyə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 12.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini cinayətdən xəbərsiz Şahid11 vasitəsi ilə Şahid14 yalandan bildirərək, sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 19 avqust 2020-ci il tarixində ünvan 8 ünvanında yerləşmiş “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasındakı xidməti otağında Şahid11 Şahid14 məxsus 12.000 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid14 məxsus 12.000 (on iki min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid15 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla cinayətdən xəbərsiz Şahid11 vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid14 təkrarən təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə bacısı Əhmədova (Məmmədova) Sahilə Siyasət qızının Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 113 saylı tam orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2020-ci ilin avqust ayında özünə müraciət etmiş Şahid46 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə onun bacısı Şahid47(Məmmədovanı) qeyd edilən məktəbə ibtidai sinif müəllimi vəzifəsinə təyin etdirmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid47 (Məmmədovanın) xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 17.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid46 yalandan bildirərək, sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə ünvan 21 ünvanında yerləşən “Elit” ticarət mərkəzinin qarşısında Şahid46 24 avqust 2020-ci il tarixdə 7.000 manat, 2020-ci ilin oktyabr ayının axırlarında həmin ünvanda 10.000 manat olmaqla, ümumilikdə Şahid46 məxsus 17.000 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid46 məxsus 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid47 (Məmmədovanın) xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid46 təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 71 saylı tam orta məktəbə direktor vəzifəsinə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2020-ci ilin avqust ayında cinayətdən xəbərsiz Şahid22 və Şahid86 vasitəsilə özünə müraciət etmiş Şahid48 Şahid86 vasitəsilə özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə Şahid48 qeyd edilən məktəbə direktor vəzifəsinə işə düzəltmək imkanına malik olduğunu cinayətdən xəbərsiz Şahid86 vasitəsilə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid48 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 70.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid48 cinayətdən xəbərsiz Şahid86 vasitəsi ilə yalandan bildirərək, Şahid48 cinayətdən xəbərsiz Şahid86 vasitəsi ilə həmin işin müsbət həllinə görə 70.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2020-ci ilin avqust ayında Şahid48 ünvan 8 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasındakı xidməti otağında razılaşdırılmış 70.000 manat pul vəsaitindən əvvəlcə 10.000 manat, daha sonra 15.000 manat olmaqla, ümumilikdə 25.000 manat məbləğində olan hissəsini almasından sonra həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid48 məxsus 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid48 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla cinayətdən xəbərsiz Şahid86 vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid48 təkrarən təhrik etmiş, istəyi üzrə əmrin əslinin ona göstərilməməsi səbəbindən Şahid48 qalan pul vəsaitini verməkdən imtina etdiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, ondan həmin pul vəsaitini almağa nail olmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid48 məxsus 70.000 (yetmiş min) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Rusiya Federasiyasının Perm Milli Tədqiqat Texniki Universiteti tərəfindən verilmiş 103***- ******* saylı mütəxəssis diplomunun Azərbaycan Respublikasında tanınması və Azərbaycan Respublikasında inşaat mühəndisliyi ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentliyinin müəyyən edilməsində köməklik göstərilməsi məqsədilə 2020-ci ilin oktyabr ayında özünə müraciət etmiş Şahid49 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid49 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilən rus dili imtahanı verməli olmasına baxmayaraq, həmin məsələnin imtahan vermədən qanuna zidd yollarla müsbət həllinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 11.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid49 yalandan bildirərək, sonuncunun həmin işin müsbət həllinə görə 11.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2020-ci ilin oktyabr - 2021-ci ilin yanvar ayları ərzində Şahid49ya məxsus ümumilikdə 11.000 manat pul vəsaitini, yəni 03 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Ukrayna dairəsi” adlandırılan ərazidəki “Yaşıl ada” restoranının qarşısında 5.000 manat, 2020-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Əhmədli” metrostansiyasının yaxınlığında 1.000 manat, 2020-ci ilin noyabr ayının axırlarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında 2.000 manat, 2020-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında 1.000 manat, 2020-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığında 1.000 manat və 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Mida” yaşayış kompleksinin yaxınlığında 1.000 manat olmaqla, ümumilikdə 11.000 manat məbləğində pul vəsaitini sonuncu ilə görüşləri zamanı şəxsən aldıqdan sonra həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etmiş, törətdiyi cinayət əməllərini gizlətməklə cinayət məsuliyyətindən yayınmaq və özünə olan inamı möhkəmləndirmək niyyətilə 2021-ci ilin iyul ayında həmin dövrdə yaşadığı ünvan 22 ünvanında internet şəbəkəsindən istifadə etməklə əldə etdiyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş xarici ali təhsil ixtisasının tanınması və diplomun ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərini kompüterin yaddaşına köçürüb qrafik proqram təminatından istifadə etməklə, müvafiq qrafalara “Şahid49 adına xx.xx.2013-cü ildə Perm Milli Tədqiqat Texniki Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom № 103***-******* Azərbaycan Respublikasında Azərbaycan Respublikasında İnşaat Mühəndisliyi -118187 ixtisası istiqamətinin İnşaat Mühəndisi ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir” yazılarını, uydurma 124402 qeydiyyat nömrəsini, eyni niyyətlə “Şahid49 adına xx.xx.2013-cü ildə Perm Milli Tədqiqat Texniki Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom № 103***-*******–İnşaat Mühəndisliyi Azərbaycan Respublikasında tanınmışdır və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilməsi” yazılarını, uydurma istintaqa məlum olmayan qeydiyyat nömrəsini kompüterdə daxil edib, üzərində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” yazıları olan dairəvi möhürü və səlahiyyətli şəxsin imzasını skayner vasitəsilə şəhadətnamələrin üzərinə köçürüb çap qurğusu (printer) vasitəsilə əksini kağız daşıyıcı üzərində çıxarmaqla hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, bundan sonra həmin saxta rəsmi sənədləri 2021-ci ilin iyul ayında Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı Asan Xidmət Mərkəzinin inzibati binasının qarşısında Şahid49 təqdim edərək saxta olduğunu bilə-bilə hüquq verən həmin saxta rəsmi sənəddən təkrarən qanunsuz olaraq istifadə etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid49ya məxsus 11.000 (on bir min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış və saxta olduğunu bilə-bilə hüquq verən həmin saxta rəsmi sənəddən təkrarən qanunsuz olaraq istifadə etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid49 xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə bacısı qızı Şahid51 tələbə qismində 2 saylı baza tibb kollecinə qəbul edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2020-ci ilin dekabr ayında cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə özünə müraciət etmiş Şahid50 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə onu 2 saylı baza tibb kollecinə tələbə qismində qəbul etdirmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid51 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid50 yalandan bildirərək, sonuncunun həmin işin müsbət həllinə görə 3.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2020-ci ilin dekabr ayının ortalarında Şahid50 ünvan 24 ünvanının qarşısında Şahid50 məxsus 3.000 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid50 məxsus 3.000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid51 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid50 təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs olan Təqsirləndirilən şəxs2 məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə Təqsirləndirilən şəxs2 xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 2021-ci ilin fevral ayında cinayətdən xəbərsiz Şahid54 və Şahid53 vasitəsi ilə özünə müraciət edən Şahid52 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasına işə götürülməsinə görə cinayətdən xəbərsiz Şahid54 və Şahid53 vasitəsi ilə Təqsirləndirilən şəxs2 və özü üçün birbaşa yolla maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsində yerləşən Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati binasında təkrarən rüşvət qismində istəyib, cinayətdən xəbərsiz Şahid54 və Şahid53 vasitəsi ilə Şahid52 razılığını alaraq, həmin niyyətlə cinayətdən xəbərsiz Şahid54 və Şahid53 vasitəsi ilə 23 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsində yerləşən Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati binasının qarşısında külli miqdarda maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini alaraq Təqsirləndirilən şəxs2 təqdim etməklə aralarında bölüb, bundan sonra verdikləri vədin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs2 tərəfindən Şahid52 “Azərbaycan Aqrar Elm” jurnalı redaksiyasına xx.xx.2021-ci il tarixdə “elmi redaktor”, xx.xx.2021-ci il tarixdə “katib”, xx.xx.2021-ci il tarixdə “baş katib” və xx.xx.2021-ci il tarixdə “katib” olaraq işə götürülməsi barədə məlumatları Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, Təqsirləndirilən şəxs2 Anar Nağızadədən külli miqdarda maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini özü vasitəsilə birbaşa yolla rüşvət qismində təkrarən istəməklə təkrarən almasında təkrarən köməkçi qismində iştirak etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin baş direktoru və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elmi” jurnalının sabiq baş redaktoru Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin fevral ayında cinayətdən xəbərsiz Şahid56 vasitəsi ilə özünə müraciət etmiş Şahid57 və Şahid58 Saxavat oğluna özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onları Kənd Təsərrüfatı Nazirliyində ixtisasına uyğun yüksək vəzifəyə işə düzəltmək imkanına malik olduğunu cinayətdən xəbərsiz Şahid56 vasitəsi ilə yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid57 və Şahid58 xeyrinə edəcəyi hərəkətə, yəni onların Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində ixtisaslarına uyğun vəzifəyə işə qəbulunu təmin etməyə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini həmin şəxslərə Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətdən xəbərsiz Şahid56 vasitəsi ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə yalandan bildirərək, Şahid57 və Şahid58 həmin işin müsbət həllinə görə ümumilikdə 6.750 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla əlbir olduğu şəxslə birlikdə onlarla sövdələşib, həmin niyyətlə 2021-ci ilin fevral ayında Şahid56 Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsində yerləşən Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun içərisindəki xidməti otaqda əvvəlcə 3.000 manat, daha sonra ünvan 25 ünvanının yaxınlığındakı adsız tikinti materialları dükanının qarşısında 2.250 manat, daha sonra Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsində yerləşən Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati binasının qarşısında 1.500 manat olmaqla, ümumilikdə Şahid57 və Şahid56 məxsus 6.750 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, törətdiyi cinayət əməllərini gizlətməklə məsuliyyətdən yayınmaq və özlərinə olan inamı möhkəmləndirmək niyyətilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid57 və Şahid58 guya işə götürülmələri barədə müvafiq qrafalara “xx.xx.1995-ci il təvəllüdlü Şahid58 Səxavət oğlunun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyasına 01 mart 2021-cil il tarixdən məsul katib vəzifəsinə təyin edilməsi haqqında” yazılarını, uydurma 17 əmr nömrəsini, “Şahid57 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyasına 15 fevral 2021-cil il tarixdən müxbir redaktor vəzifəsinə təyin edilməsi haqqında” yazılarını, uydurma 018/K əmr nömrəsini istintaqla dəqiq müəyyən edilməyən vaxtda və şəraitdə kompüterdə daxil edib, Təqsirləndirilən şəxs2 tərəfindən üzərində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyası” yazıları olan dairəvi möhür və sonuncunun imzası ilə təsdiq etməklə, habelə skayner aparatından istifadə etməklə Şahid57 və Şahid58 müvafiq olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Azərbaycan Aqrar Elm” jurnalı redaksiyasında çalışmalarına dair “şöbə redaktoru” və “məsul katib” vəsiqələrini tərtib edib şəxsi niyyətlə biləbilə yalan məlumatlar daxil etməklə rəsmi sənədləri təkrarən vəzifə saxtakarlığı yolu ilə hazırlayıb, bundan sonra həmin saxta rəsmi sənədləri 2021-ci ilin mart ayında Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsində yerləşən Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati binasında Şahid56, Şahid57 və Şahid58 təqdim etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid57 və Şahid56 məxsus 6.750 (altı min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə biləbilə yalan məlumatları tamah niyyətilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə Şahid57 və Şahid58 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə həmin şəxsləri təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, Rusiya Federasiyasının Cənubi X44 tərəfindən verilmiş 136124 49000961 saylı mütəxəssis diplomunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmaması barədə 22 avqust 2011-ci il tarixdə qərar qəbul edilməsinə baxmayaraq, həmin diplomun Azərbaycan Respublikasında tanınması və Azərbaycan Respublikasında psixoloq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentliyinin müəyyən edilməsində köməklik göstərilməsi məqsədilə 2021-ci ilin mart ayında cinayətdən xəbərsiz olan Şahid60 vasitəsi ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 müraciət etmiş Şahid59 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) imkanına malik olduğunu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 ilə birlikdə cinayətdən xəbərsiz Şahid60 vasitəsi ilə yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid59 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar həmin tanınma hərəkətinin aparılması vəzifəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulmasının işə müvafiq müraciət üzrə baxmalı olan məhkəmənin səlahiyyətində olmasına baxmayaraq, həmin məsələnin məhkəmə icraatı olmadan qanuna zidd yollarla müsbət həllinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.800 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 ilə birlikdə cinayətdən xəbərsiz olan Şahid60 vasitəsi ilə Şahid59 yalandan bildirərək, sonuncunun Şahid60 vasitəsi ilə həmin işin müsbət həllinə görə 4.800 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2021-ci ilin mart ayında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 cinayətdən xəbərsiz Şahid60 vasitəsilə Şahid59 məxsus 4.000 manat, həmin ilin may ayında isə sonuncuya məxsus 800 manat məbləğində olmaqla, ümumilikdə 4.800 manat pul vəsaitini Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən “Araz Market” adlı dükanın qarşısındakı görüşləri zamanı şəxsən almasından sonra həmin pul vəsaitini Təqsirləndirilən şəxs3 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, törətdikləri cinayət əməllərini gizlətməklə məsuliyyətdən yayınmaq və özlərinə olan inamı möhkəmləndirmək niyyətilə 2021-ci ilin may ayında ünvan 22 ünvanında internet şəbəkəsindən istifadə etməklə əldə etdiyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş xarici ali təhsil ixtisasının tanınması və diplomun ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərini kompüterin yaddaşına köçürüb qrafik proqram təminatından istifadə etməklə, müvafiq qrafalara “Şahid59 adına xx.xx.2019-cu ildə Rusiya Federasiyası Cənubi X22 Özəl Ali təhsil müəssisəsi tərəfindən verilmiş ali təhsil haqqında diplom № 136124 49000961 Azərbaycan Respublikasında 050209- Psixologiya ixtisası istiqamətinin psixoloq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir” yazılarını, uydurma 022911 qeydiyyat nömrəsini, eyni niyyətlə “Şahid59 adına xx.xx.2019-cu ildə Rusiya Federasiyası Cənubi X22 Özəl Ali təhsil müəssisəsi tərəfindən verilmiş ali təhsil haqqında diplom № 136124 49000961 – Psixologiya Azərbaycan Respublikasında tanınmışdır və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilməsi” yazılarını, uydurma 136007 qeydiyyat nömrəsini kompüterdə daxil edib, üzərində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” yazıları olan dairəvi möhürü və səlahiyyətli şəxsin imzasını skayner vasitəsilə şəhadətnamələrin üzərinə köçürüb çap qurğusu (printer) vasitəsilə əksini kağız daşıyıcı üzərində çıxarmaqla hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, bundan sonra həmin saxta rəsmi sənədləri qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 ilə birlikdə cinayətdən xəbərsiz Şahid60 vasitəsilə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 26 ünvanında yerləşən Milli Onkologiya Mərkəzinin qarşısında Şahid59 təqdim edərək saxta olduğunu bilə-bilə hüquq verən həmin saxta rəsmi sənəddən qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qanunsuz olaraq istifadə etməklə, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid59 məxsus 4.800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 ilə birlikdə saxta olduğunu bilə-bilə hüquq verən həmin saxta rəsmi sənəddən təkrarən qanunsuz olaraq istifadə etmiş, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid59 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə cinayətdən xəbərsiz Şahid60 vasitəsilə Şahid59 təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Kitab və Nəşr Şöbəsinə müdir vəzifəsinə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin mart ayında özünə müraciət etmiş Şahid61 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasında yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə onu Azərbaycan Milli Elmlər Akademiyasının Kitab və Nəşr Şöbəsinə müdir vəzifəsi işinə düzəltmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid61 xeyrinə edəcəyi hərəkətə, yəni onun Azərbaycan Milli Elmlər Akademiyasının Kitab və Nəşr Şöbəsinə müdir vəzifəsinə işə qəbulunu təmin etməyə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 23.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid61 yalandan bildirərək, sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2021-ci ilin mart ayının ortalarında Rəsul Yusifovdan ünvan 27 ünvanında yerləşən “Milano Hospital” adlı sağlamlıq mərkəzinin qarşısında Rəsul Yusifova məxsus 23.000 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid61 məxsus 23.000 (iyirmi üç min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid61 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid61 təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olan Təqsirləndirilən şəxs2 təkrarən məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə sonuncunun xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 2021-ci ilin mart ayında özünə müraciət edən Şahid69 sonuncunun qohumu Şahid71 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasına işə götürülməsinə görə Təqsirləndirilən şəxs2 və özü üçün birbaşa yolla maddi nemət olan 5.0001 (beş min) manat məbləğində pul vəsaitini ünvan 28 ünvanında yerləşən Bakı Funiklyorunun qarşısında rüşvət qismində istəyib, Şahid69 razılığını alaraq, həmin niyyətlə ünvan 30 ünvanında yerləşən 3 saylı Asan Xidmət Mərkəzinin qarşısında Şahid69 maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 və özü üçün birbaşa yolla alaraq sonuncuya təqdim etməklə aralarında bölüb, bundan sonra verdikləri vədin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs2 tərəfindən Şahid71 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasına “mütəxəssis, kadrlar üzrə” vəzifəsinə işə götürülməsi barədə məlumatların xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMNnin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinə nail olub, Təqsirləndirilən şəxs2 Şahid69 maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini özü və onun üçün birbaşa yolla özü vasitəsilə rüşvət qismində təkrarən istəməklə təkrarən almasında köməkçi qismində təkrarən iştirak etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə arvadı X14 “Bakı Dövlət Rabitə və Nəqliyyat” kollecində riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin may ayında cinayətdən xəbərsiz Şahid62 vasitəsi ilə özünə müraciət etmiş Şahid63 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə yaratdığı inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə arvadı X19 “Bakı Dövlət Rabitə və Nəqliyyat” kollecində riyaziyyat müəllimi işinə düzəltmək imkanına malik olduğunu cinayətdən xəbərsiz Şahid62 vasitəsi ilə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Gülbahar Kazımovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini cinayətdən xəbərsiz Şahid62 vasitəsi ilə Şahid63 yalandan bildirərək, sonuncunun həmin işin müsbət həllinə görə 4.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını cinayətdən xəbərsiz Şahid62 vasitəsi ilə almaqla onunla sövdələşib, həmin niyyətlə 2021-ci ilin iyun ayında ünvan 13 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında Şahid63 məxsus “Hyundai Sonata” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonunda cinayətdən xəbərsiz Şahid62 Şahid63 məxsus 4.000 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid63 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Gülbahar Kazımovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla Şahid62 vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid63 təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə arvadı Şahid66 çalışdığı Naxçıvan MR, Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən bağçadan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 126 nömrəli uşaq bağçasına yerdəyişmə edilməsi ilə əlaqədar 2021-ci ilin oktyabr ayında cinayətdən xəbərsiz Şahid68 və Şahid67 vasitəsilə özünə müraciət etmiş Şahid65 özünün Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətli vəzifəli şəxsi olmasını bildirərək özü barədə geniş əlaqələrindən istifadə edərək həmin müəssisədə işləyən yüksək vəzifəli tanışları vasitəsilə istənilən məsələni həll etmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən sui-istifadə edib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid66 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini ona yalandan bildirərək sonuncunun cinayətdən xəbərsiz Şahid68 və Şahid67 vasitəsi ilə həmin işin müsbət həllinə görə 2.500 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2021-ci ilin oktyabr ayında Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət prospekti 18 ünvanında yerləşən Bakı şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında cinayətdən xəbərsiz Şahid68 500 manat, həmin gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən 126 nömrəli bağçanın qarşısında Şahid65 2.000 manat almaqla, ümumilikdə Şahid65 məxsus 2.500 manat pul vəsaitini almasından sonra həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid65 məxsus 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid66 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə cinayətdən xəbərsiz Şahid68 və cinayətdən xəbərsiz Şahid67 vasitəsi ilə Şahid65 təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü və qeyrisi üçün şəxsən və qeyrisi vasitəsilə birbaşa yolla külli miqdarda maddi neməti rüşvət qismində təkrarən istəməklə təkrarən almış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxta olduğunu bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən təkrarən istifadə etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, “X66 imtahanı”nda müsahibə mərhələsindən keçməsi və Şəmkir rayonunda yerləşən orta məktəblərdən birinə direktor vəzifəsinə təyin edilməsi ilə əlaqədar 2019-cu ilin avqust ayında cinayətdən xəbərsiz Şahid22 vasitəsi ilə Təqsirləndirilən şəxs3 müraciət etmiş Şahid21, Xızı rayonu, Fındığan kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində çalışan övladı Şahid24 Sumqayıt şəhərindəki orta məktəblərdən birinə yerdəyişmə edilməsi ilə əlaqədar 2019-cu ilin sentyabr ayında cinayətdən xəbərsiz Şahid27 vasitəsi ilə Təqsirləndirilən şəxs3 müraciət etmiş Şahid23 və övladı Şahid26 Sumqayıt şəhərindəki orta məktəblərdən birinə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2019-cu ilin oktyabr ayında cinayətdən xəbərsiz Şahid27 vasitəsi ilə Təqsirləndirilən şəxs3 müraciət etmiş Şahid25 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə qeyd edilən şəxsləri müvafiq işlərə düzəltmək imkanına malik olduğunu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 vasitəsi ilə yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə, yəni onların işə qəbulunu və iş yerini dəyişməyini təmin etməyə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə aralarında əldə etdiyi cinayətkar razılaşmaya əsasən Şahid21 2019-cu ilin dekabr ayında cinayətdən xəbərsiz Şahid22 vasitəsi ilə, Şahid23 2019-cu ilin sentyabr ayında və Şahid25 2019-cu ilin oktyabr ayında cinayətdən xəbərsiz Şahid27 vasitəsi ilə yalandan bildirərək, həmin şəxslər vasitəsilə Şahid21 həmin işin müsbət həllinə görə 5.000 manat məbləğində, Şahid23 6.500 manat məbləğində, Şahid25 5.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla əlbir olduğu şəxslərlə birlikdə onlarla sövdələşib, eyni niyyətlə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 2019-cu ilin sentyabr ayının əvvəllərində Şahid27 məxsus ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evin qarşısında sonuncu vasitəsi ilə Şahid23 6.500 manat məbləğində pul vəsaitini, 2019-cu ilin oktyabr ayında cinayətdən xəbərsiz Şahid27 Şahid25 yaşadığı ünvan 11 ünvanında sonuncuya məxsus 5.000 manat məbləğində pul vəsaitini, 2020-ci ilin yanvar ayının əvvəlində Şahid22 ünvan 12 ünvanında yerləşən “Mado” restoranının qarşısında Şahid21 məxsus 5.000 manat pul vəsaiti, daha sonra həmin işin müsbət həlli üçün əlavə 1.000 manat tələb olunduğunu Şahid22 bildirib, həmin niyyətlə 2020ci ilin yanvar ayının axırlarında qeyd edilən ünvanda təkrarən görüşməklə Şahid22 məxsus 1.000 manat pul vəsaiti olmaqla, ümumilikdə bu məqsədlə 6.000 manat məbləğində pul vəsaitini, göstərilən qaydada qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 4 nəfər şəxsə məxsus ümumilikdə 17.500 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini sonuncu və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 4 nəfərə məxsus cəmi 17.500 (on yeddi min beş yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, törətdikləri cinayət əməllərini gizlətməklə məsuliyyətdən yayınmaq və özünə olan inamı möhkəmləndirmək niyyətilə hüquq verən rəsmi sənəd hesab edilən, müvafiq qrafalara “Tərəfinizdən Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin X21 İnsan resursları mərkəzinə göndərilən məktuba cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası, Sumqayıt şəhəri sakini, xx.xx.1997-ci il təvəllüdlü Şahid26 Sumqayıt şəhər 3 №-li tam orta məktəbə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etməyə tövsiyə edir. Şahid26 ilə rəsmi əmək müqaviləsi müddətsiz bağlanacaqdır” yazılarını qeyd etməklə, guya Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İşçilərinin X21 X31 Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sumqayıt Ərazi Regional Mərkəzinə xx.xx.2019cu il tarixli, 119 nömrəli məktuba cavab olaraq Şahid26 Sumqayıt şəhər 3 №-li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etməsinin tövsiyə edilməsi və sonuncu ilə müddətsiz əmək müqaviləsi bağlanacağının bildirilməsi görüntüsü yaradan uydurma “xx.xx.2020” tarixli, “33/45B3” nömrəli məktubu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə 2020-ci ilin fevral ayında ünvan 9 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasında Təqsirləndirilən şəxs1 xidməti otağında istifadəsində olan kompüterlə tərtib edib, internet şəbəkəsində axtarış etməklə əldə etdiyi və kompüterinin yaddaşına köçürdüyü Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məktubundan qrafik proqram təminatından istifadə etməklə Azərbaycan Respublikasının dövlət gerbi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvanı, əlaqə və faks nömrələrinin əks olunduğu rekvizitlərini skayner vasitəsilə sənədin üzərinə köçürərək çap qurğusu (printer) vasitəsilə çıxarıb səlahiyyətli şəxsin yerinə uydurma imza çəkməklə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxtalaşdırmaqla qanunsuz olaraq hazırlayıb, bundan sonra Təqsirləndirilən şəxs1 həmin saxta rəsmi sənədin fotoşəklini çəkərək istifadəsində olan mobil telefonda quraşdırılmış “WhatsApp” ani mesajlaşma proqramından istifadə etməklə özünə göndərdiyi fotoşəkili eyni üsulla qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 vasitəsilə Şahid26 göndərməklə, habelə 2020-ci ilin avqust ayında ünvan 9 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasında Təqsirləndirilən şəxs1 xidməti otağında internet şəbəkəsində axtarış etməklə əldə etdiyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin işə götürmə əmrinin surətini kompüterin yaddaşına köçürüb qrafik proqram təminatından istifadə etməklə, müvafiq qrafalara “Şahid21 Səməd Vurğun adına Şəmkir rayonu, Təzəkənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilməsi haqqında” yazılarını, uydurma istintaqla müəyyən edilməyən əmr nömrəsini kompüterdə daxil edib, üzərində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kadrlar Şöbəsi” yazıları olan dairəvi formalı möhürü və səlahiyyətli şəxsin imzasını skayner vasitəsilə sənədin üzərinə köçürüb çap qurğusu (printer) vasitəsilə əksini kağız daşıyıcı üzərində çıxarmaqla Təqsirləndirilən şəxs1 ilə birlikdə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə vahid niyyətlə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, bundan sonra Təqsirləndirilən şəxs1 həmin saxta rəsmi sənədin fotoşəklini çəkərək istifadəsində olan mobil telefonda quraşdırılmış “WhatsApp” ani mesajlaşma proqramından istifadə etməklə özünə göndərdiyi fotoşəkili eyni üsulla qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 ilə birlikdə cinayətdən xəbərsiz Şahid22 vasitəsilə Şahid21 göndərməklə, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxta olduğunu bilə-bilə hüquq verən həmin saxta rəsmi sənədlərdən istifadə etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə 4 nəfər şəxsə, yəni Şahid21, Şahid22, Şahid25 və Şahid23 məxsus cəmi 17.500 (on yeddi min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar müvafiq olaraq Şahid21, Şahid26 və Şahid24 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə cinayətdən xəbərsiz Şahid86, Şahid27 vasitəsi ilə Şahid21, Şahid22, Şahid25 və Şahid23 təhrik etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış və sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxta olduğunu bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən istifadə etmişdir. Bundan əlavə, o, 05 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X86 üzrə Baş İdarəsində ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 14 olmaqla faktiki olaraq əsas fəaliyyəti nəşriyyat və təhsilə dair sair fəaliyyət sahəsində gəlir əldə etməkdən ibarət olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsində işləyərkən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünü idarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiavə cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində cəmiyyətin adından mülki-hüquqi müqavilələr bağlamaq, vəkalətnamələr vermək, müvəkkil banklarda cəmiyyətin istənilən növ bank hesabıbı açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, cəmiyyətin əməkdaşları barədə həvəsləndirmə və intizam tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə 2019-cu ilin iyul ayından xx.xx.2021-ci il tarixədək olan dövrdə “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının redaksiyasına faktiki rəhbərliyi həyata keçirən, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı təkrarən Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək mənimsəmə yolu ilə talamaq məqsədilə özü ilə “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının baş redaktoru Şahid10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə, həmin müqavilə əsasında formal olaraq tərtib edilmiş EBAG seriyalı, 092924 nömrəli, xx.xx.2020-ci il tarixli qaimədə redaksiyaya guya ümumilikdə 4.803,50 manat dəyərində 739 ədəd jurnalın dərc edilərək verilməsi barədə bilə-bilə yalan məlumatları tamah niyyəti ilə qeyd edilən tarixlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının redaksiyasının həmin dövrlərdə ünvan 8 ünvanında yerləşən inzibati binasında Təqsirləndirilən şəxs1 xidməti otağında sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində daxil etməklə Şahid10 və özünün imzaları, habelə özünə və Şahid10 təhkim olunmuş Azərbaycan Respublikasının gerbi həkk olunmuş, üzərində “Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı redaksiyası” sözləri yazılmış “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı redaksiyasının, eləcə də müvafiq olaraq üzərlərində “X112 Məsuliyyətli Cəmiyyəti, Limited Liability Company, Azerbaijan Republic, Azərbaycan Respublikası” sözləri yazılmış "xxxx" MMC-nin dairəvi möhürləri ilə təsdiqləyib vəzifə saxtakarlığı etməklə Təqsirləndirilən şəxs1 tapşırığı əsasında cinayətdən xəbərsiz baş mühasib Şahid9 vasitəsi ilə "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ27AİİB******************** nömrəli bank hesabına xx.xx.2020-ci il tarixdə 4.803,50 manat pul vəsaitinin köçürülməsini təmin edərək özü tərəfindən Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda həmin pul vəsaitinin hesabdan çıxarılmasından sonra həmin pul vəsaitini Təqsirləndirilən şəxs1 verib, cinayət əməlinin aşkar olunmasının qarşısını almaq məqsədilə sonuncu qeyd edilən pul vəsaitinin 975 manatından istifadə edərək faktiki olaraq ayrı-ayrı nəşriyyatlarda dərc etdirərək “Azərbaycan məktəbi” jurnalının redaksiyasına 150 ədəd jurnalı təqdim edib, həmin pul vəsaitindən qalan dərc edilməmiş 589 ədəd jurnalın dəyəri olan cəmi 3.828,5 manat pul vəsaitini isə Təqsirləndirilən şəxs1 ilə ünvan 8 ünvanında yerləşən ofisində və Bakı şəhərində müxtəlif ünvanlarda görüşüb aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş cəmi 3.828,5 manat (üç min səkkiz yüz iyirmi səkkiz manat əlli qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə təkrarən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin pul vəsaitinin aidiyyatı üzrə düzgün yönləndirilməsi, təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan əlavə, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalı redaksiyasının baş redaktoru Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan “Azərbaycan məktəbi” jurnalı redaksiyasına 2020-ci il ərzində hər hansı dəftərxana ləvazimatlarının verilməməsinə, habelə tərcümə, proqram təminatı və digər xidmətlər göstərilməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, sonuncu ilə özü arasında bağlanmış xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli eyni xarakterli müqavilələr, həmin müqavilələr əsasında formal olaraq tərtib edilmiş EBAL seriyalı, 461589 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 254519 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 441646 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələr, eyni tarixli hesab-faktura vərəqələri və malların təhvil-qəbul aktlarında redaksiyaya guya xx.xx.2020-ci il tarixdə 1.702,40 manat, xx.xx.2020-ci il tarixdə 3.000,15 manat, xx.xx.2020ci il tarixdə 1.996,80 manat dəyərində dəftərxana ləvazimatlarının verilməsi, EBAF seriyalı, 682785 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 268648 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələr və eyni tarixli hesab-faktura, xidmətlərin görülməsi barədə aktlarda isə guya redaksiyaya xx.xx.2020-ci il tarixdə 4.814 manat dəyərində tərcümə və digər xidmətlərin göstərilməsi, xx.xx.2020-ci il tarixdə isə 2.800 manat dəyərində proqram təminatının aparılması barədə bilə-bilə yalan məlumatları tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qeyd edilən tarixlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan “Azərbaycan məktəbi” jurnalının redaksiyasının həmin dövrlərdə ünvan 8 ünvanında yerləşən inzibati binasında Təqsirləndirilən şəxs1 xidməti otağında daxil etməklə özü və Təqsirləndirilən şəxs1 imzaları, habelə özünə və Təqsirləndirilən şəxs1 təhkim olunmuş Azərbaycan Respublikasının gerbi həkk olunmuş, üzərində “Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Azərbaycan məktəbi” jurnalı redaksiyası” sözləri yazılmış “Azərbaycan məktəbi” jurnalı redaksiyasının, eləcə də müvafiq olaraq üzərlərində “X112 Məsuliyyətli Cəmiyyəti, Limited Liability Company, Azerbaijan Republic, Azərbaycan Respublikası” sözləri yazılmış "xxxx" MMC-nin dairəvi möhürləri ilə təsdiqləyib təkrarən vəzifə saxtakarlığı etməklə Təqsirləndirilən şəxs1 tapşırığı əsasında cinayətdən xəbərsiz baş mühasib Şahid6 vasitəsi ilə "xxxx" MMC-nin "xxxx" ASCdə olan AZ27AİİB******************** nömrəli bank hesabına xx.xx.2020-ci il tarixdə 4.814 manat, xx.xx.2020-ci il tarixdə 1.702,40 manat, xx.xx.2020-ci il tarixdə 2.800 manat, xx.xx.2020-ci il tarixdə 3.000,15 manat, xx.xx.2020-ci il tarixdə 1.996,80 manat olmaqla, cəmi 14.313,35 manat pul vəsaitinin köçürülməsini təmin edib, bundan sonra özü tərəfindən Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda həmin pul vəsaitinin hesabdan çıxarılmasından sonra həmin pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə hər dəfəsində ünvan 8 ünvanında yerləşən ofisində aralarında bölməklə, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş cəmi 14.313,35 manat (on dörd min üç yüz on üç manat otuz beş qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin pul vəsaitinin aidiyyatı üzrə düzgün yönləndirilməsi, təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2020-ci ilin mart ayında cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə Təqsirləndirilən şəxs1 müraciət etmiş Şahid36 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə onu Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifəyə işə düzəltmək imkanına malik olduğunu Təqsirləndirilən şəxs1 ilə birlikdə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid36 xeyrinə edəcəyi hərəkətə, yəni onun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə işə qəbulunu təmin etməyə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini cinayətdən xəbərsiz Şahid55 vasitəsilə Şahid36 Təqsirləndirilən şəxs1 ilə aralarındakı cinayətkar razılaşmaya əsasən yalandan bildirərək, Şahid36 həmin işin müsbət həllinə görə 8.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını cinayətdən xəbərsiz Şahid55 vasitəsilə almaqla Təqsirləndirilən şəxs1 ilə birlikdə onunla sövdələşib, həmin niyyətlə Təqsirləndirilən şəxs1 cinayətdən xəbərsiz Şahid55 2020-ci ilin mart ayında ünvan 8 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasındakı xidməti otağında 4.000 manat, 2020-ci ilin may ayında həmin ünvanda 3.000 manat, 2020-ci ilin iyun ayında eyni ünvanda cinayətdən xəbərsiz Şahid55 700 manat və həmin ünvanda Şahid36 300 manat olmaqla, ümumilikdə Şahid36 məxsus 8.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 almasından sonra həmin pul vəsaitini sonuncu ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, törətdiyi cinayət əməllərini gizlətməklə məsuliyyətdən yayınmaq və özünə olan inamı möhkəmləndirmək niyyətilə 2020-ci ilin iyun ayında internet şəbəkəsindən istifadə etməklə əldə etdiyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin işə götürmə əmrlərinin surətlərini kompüterin yaddaşına köçürüb qrafik proqram təminatından istifadə etməklə, müvafiq qrafalara “Şahid36 2020-ci ilin 18 iyun tarixindən Aqrar Elm və İnnovasiya Mərkəzinə böyük mütəxəssisi vəzifəsinə təyin edilməsi haqqında” yazılarını, uydurma 106K əmr nömrəsini kompüterdə daxil edib, üzərində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ümumi Şöbə” yazıları olan dairəvi, “Əsli ilə düzdür” yazıları olan düzbucaqlı formalı möhürləri və səlahiyyətli şəxsin imzasını skayner vasitəsilə sənədin üzərinə köçürüb çap qurğusu (printer) vasitəsilə əksini kağız daşıyıcı üzərində çıxarmaqla hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, bundan sonra Təqsirləndirilən şəxs1 həmin saxta rəsmi sənədi “Whatsapp” ani mesajlaşma proqramından istifadə edib cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə Şahid36 göndərərək saxta olduğunu bilə-bilə hüquq verən həmin saxta rəsmi sənəddən təkrarən qanunsuz olaraq istifadə etməsi ilə, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid36 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış və sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxta olduğunu bilə-bilə hüquq verən həmin saxta rəsmi sənəddən təkrarən qanunsuz olaraq istifadə etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid36 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə cinayətdən xəbərsiz Şahid55 vasitəsilə Şahid36 təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, habelə 2020-ci ilin mart ayından faktiki olaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi üzrə 18 may 2020-ci il tarixli, 97K nömrəli əmrlə isə rəsmi qaydada Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azərbaycan Aqrar Elmi” jurnalı redaksiyasının baş redaktoru vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən redaksiyaya rəhbərlik etmək, redaksiyanı təsisçi, vətəndaşlar, idarə, müəssisə və təşkilatlar, dövlət orqanları ilə münasibətdə təmsil etmək, ştatda olan vəzifələrə işçilərin işə qəbul və azad edilməsi, redaksiya əməkdaşlarının həvəsləndirilməsi, mükafatlandırılması, cəzalandırılması, onlara məzuniyyət verilməsi, ezamiyyətə göndərilməsi və səlahiyyətinə daxil olan digər məsələlər barədə əmr və sərəncamlar vermək, baş mühasib tərəfindən təqdim edilən redaksiyanın illik smetasını təsdiq etmək, nəzərdə tutulmuş vəsaiti qonorar da daxil olmaqla nizama salmaq, müəlliflərə, tərcüməçilərə, rəyçilərə, ştatdankənar müxbirlərə işə görə smetada bu məqsədlə nəzərdə tutulan vəsaitdən qonorar və ya əmək haqqı vermək üçün müvafiq sənədləri imzalamaq, jurnalın nömrəsini yığım, çap və buraxılış üçün imzalamaq, redaksiya heyətinə başçılıq etmək, redaksiyanın jurnalist kollektivinin, ştatda olan əməkdaşlarının funksiya, hüquq və vəzifə borclarını müəyyənləşdirmək və təsdiq etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi tanışı Təqsirləndirilən şəxs1 məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitini əldə edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 2020-ci ilin mart ayında cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə Təqsirləndirilən şəxs1 müraciət edən Şahid77 Ruslan qızının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasında işə götürülməsinə görə sonuncudan Təqsirləndirilən şəxs1 və özü üçün Təqsirləndirilən şəxs1 və cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə birbaşa yolla maddi nemət olan 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ünvan 8 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasında xidməti otaqda rüşvət qismində istəyib, Təqsirləndirilən şəxs1 və cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə Şahid77 razılığını alaraq, həmin niyyətlə cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə maddi nemət olan 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 və özü üçün birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə, yəni sonuncunun köməkçiliyi ilə rüşvət qismində alaraq sonuncu ilə aralarında bölüb, verdikləri vədin icrası ilə əlaqədar Şahid77 Ruslan qızının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalı redaksiyasına “redaktor” vəzifəsinə işə götürülməsi barədə məlumatları şəxsən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1 məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitini əldə edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 2020-ci ilin mart ayında cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə Təqsirləndirilən şəxs1 müraciət edən Şahid39 övladı Şahid38 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasında işə götürülməsinə görə Şahid39 özü və Təqsirləndirilən şəxs1 üçün sonuncu və cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini ünvan 8 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasında xidməti otaqda rüşvət qismində istəyib, Təqsirləndirilən şəxs1 və cinayətdən xəbərsiz Şahid55 vasitəsi ilə Şahid39 razılığını alaraq, həmin niyyətlə Şahid39 maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 və özü üçün birbaşa yolla Təqsirləndirilən şəxs1 vasitəsilə, yəni sonuncunun köməkçiliyi ilə təkrarən rüşvət qismində alaraq sonuncu ilə aralarında bölüb, verdikləri vədin icrası ilə əlaqədar Şahid38 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalı redaksiyasına “elmi redaktor” vəzifəsinə işə götürülməsi barədə məlumatları şəxsən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, arvadı X8 Rusiya Federasiyasının Federal X116 Təhsil müəssisəsinin Çelyabinsk Dövlət Universiteti tərəfindən verilmiş 107***-******* saylı mütəxəssis diplomunun Azərbaycan Respublikasında tanınması və Azərbaycan Respublikasında “Dil və ədəbiyyat müəllimliyi” ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentliyinin müəyyən edilməsində köməklik göstərilməsi məqsədilə 2020-ci ilin aprel ayında cinayətdən xəbərsiz Şahid40 vasitəsi ilə özünə müraciət etmiş Şahid41 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Sevinç Ağamalıyevanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün Sevinç Ağamalıyevanın sərhədkeçməsində müvafiq tarixlərdə ölkə ərazisini tərk etməməsi ilə əlaqədar problemlər olmasına baxmayaraq, həmin məsələnin qanuna zidd yollarla müsbət həllinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini cinayətdən xəbərsiz Şahid40 vasitəsi ilə Şahid41 yalandan bildirərək, sonuncunun həmin işin müsbət həllinə görə 4.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını cinayətdən xəbərsiz Şahid40 vasitəsi ilə almaqla onunla sövdələşib, həmin niyyətlə 2020-ci ilin aprel - may ayları ərzində Şahid41 məxsus ümumilikdə 4.000 manat pul vəsaitini, yəni Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Nəsimi” metrostansiyasının qarşısında 2020-ci ilin aprel ayında cinayətdən xəbərsiz Şahid40 vasitəsilə 2.000 manat, 2020-ci ilin may ayının ortalarında Şahid41 1.000 manat, 2020-ci ilin may ayının ortalarında cinayətdən xəbərsiz Şahid40 vasitəsilə 1.000 manat pul vəsaitini görüşləri zamanı şəxsən almasından sonra həmin pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə törətdiyi cinayət əməllərini gizlətməklə məsuliyyətdən yayınmaq və özünə olan inamı möhkəmləndirmək niyyətilə 2020-ci ilin may ayında ünvan 8 ünvanında yerləşən “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasında Təqsirləndirilən şəxs1 xidməti otağında internet şəbəkəsindən istifadə etməklə əldə etdiyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş xarici ali təhsil ixtisasının tanınması və diplomun ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərini kompüterin yaddaşına köçürüb qrafik proqram təminatından istifadə etməklə, müvafiq qrafalara “X24 adına xx.xx.2015-ci il Rusiya Federasiyası Federal X116 təhsil müəssisəsi Çelyabinsk Dövlət Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom № 107424 ******* Azərbaycan Respublikasında tanınmışdır və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir” yazılarını, uydurma 136009 qeydiyyat nömrəsini, eyni niyyətlə “X24 adına xx.xx.2015-ci il Rusiya Federasiyası Federal X116 təhsil müəssisəsi Çelyabinsk Dövlət Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom № 107424 ******* Azərbaycan Respublikasında 050102 – Dil və Ədəbiyyat müəllimliyi” ixtisası istiqamətinin dil və ədəbiyyat müəllimi (dillər üzrə) ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir (bərabərdir)” yazılarını, uydurma 024406 qeydiyyat nömrəsini kompüterdə daxil edib, üzərində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” yazıları olan dairəvi möhürü və səlahiyyətli şəxsin imzasını skayner vasitəsilə şəhadətnamələrin üzərinə köçürüb çap qurğusu (printer) vasitəsilə əksini kağız daşıyıcı üzərində çıxarmaqla hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, bundan sonra həmin saxta rəsmi sənədləri 2020-ci ilin may ayının axırlarında ünvan 17 ünvanında cinayətdən xəbərsiz Şahid40 vasitəsi ilə Şahid41 təqdim edərək saxta olduğunu bilə-bilə hüquq verən həmin saxta rəsmi sənəddən təkrarən qanunsuz olaraq istifadə etməklə, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid41 məxsus 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Sevinç Ağamalıyevanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə cinayətdən xəbərsiz Şahid40 vasitəsilə Şahid41 təkrarən təhrik etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış və sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxta olduğunu bilə-bilə hüquq verən saxta rəsmi sənəddən təkrarən istifadə etmişdir. Bundan əlavə, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək təkrarən sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq məqsədilə Təqsirləndirilən şəxs1 ilə özü arasında bağlanmış xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli eyni xarakterli müqavilələr, həmin müqavilələr əsasında formal olaraq tərtib edilmiş EBAJ seriyalı, 745244 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 935716 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 726756 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 949305 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 879676 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 770387 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 855233 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələrdə redaksiyaya guya ümumilikdə 46.837,75 manat dəyərində 21.785 ədəd jurnalın dərc edilərək verilməsi barədə bilə-bilə yalan məlumatları tamah niyyəti ilə qeyd edilən tarixlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan “Azərbaycan məktəbi” jurnalının redaksiyasının həmin dövrlərdə ünvan 8 ünvanında yerləşən inzibati binasında xidməti otağında Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində daxil etməklə özü və Təqsirləndirilən şəxs1 imzaları, habelə özünə və Təqsirləndirilən şəxs1 təhkim olunmuş Azərbaycan Respublikasının gerbi həkk olunmuş, üzərində “Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Azərbaycan məktəbi” jurnalı redaksiyası” sözləri yazılmış “Azərbaycan məktəbi” jurnalı redaksiyasının, eləcə də müvafiq olaraq üzərlərində “X112 Məsuliyyətli Cəmiyyəti, Limited Liability Company, Azerbaijan Republic, Azərbaycan Respublikası” sözləri yazılmış "xxxx" MMC-nin dairəvi möhürləri ilə təsdiqləyib təkrarən vəzifə saxtakarlığı etməklə Təqsirləndirilən şəxs1 tapşırığı əsasında cinayətdən xəbərsiz baş mühasib Şahid6 vasitəsi ilə "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ27AİİB******************** nömrəli bank hesabına xx.xx.2020-ci il tarixdə 5.999,75 manat, xx.xx.2020-ci il tarixdə 6.008,00 manat, xx.xx.2020-ci il tarixdə 8.000,15 manat, xx.xx.2020-ci il tarixdə 9.629,85 manat, xx.xx.2020-ci il tarixdə 4.001,15 manat, xx.xx.2020-ci il tarixdə 2.300,50 manat, xx.xx.2020-ci il tarixdə 5.000,90 manat, xx.xx.2020-ci il tarixdə 5.897,45 manat olmaqla, cəmi 46.837,75 manat pul vəsaitinin köçürülməsini təmin edərək özü tərəfindən Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda həmin pul vəsaitinin hesabdan çıxarılmasından sonra Təqsirləndirilən şəxs1 həmin pul vəsaitini təqdim edib, cinayət məsuliyyətindən yayınmaq məqsədilə sonuncu qeyd edilən pul vəsaitinin 25.302,45 manatından istifadə edərək ayrı-ayrı nəşriyyatlarda 11.768 ədəd jurnal dərc etdirərək “Azərbaycan məktəbi” jurnalının redaksiyasına təqdim edib, həmin pul vəsaitindən qalan, dərc edilməmiş 10.017 ədəd jurnalın dəyəri olan cəmi 21.535,30 manat pul vəsaitini isə Təqsirləndirilən şəxs1 ilə hər dəfəsində ünvan 8 ünvanında yerləşən ofisində və Bakı şəhərində müxtəlif ünvanlarda görüşüb aralarında bölməklə, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş cəmi 21.535,3 manat (iyirmi bir min beş yüz otuz beş manat otuz qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin pul vəsaitinin aidiyyatı üzrə düzgün yönləndirilməsi, təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasında işə götürülməsinə dair tanışı Təqsirləndirilən şəxs1 2020-ci ilin iyun ayında özünə müraciət edərək bunun müqabilində maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində təklif etməsi ilə əlaqədar onun təklifini qəbul edib, həmin niyyətlə 2020-ci ilin iyun ayında Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsində yerləşən Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati binasında özü üçün şəxsən birbaşa yolla təkrarən maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 rüşvət qismində almış, verdiyi vədin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasına “kargüzar” vəzifəsinə işə götürülməsi barədə məlumatları şəxsən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni Şahid31 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasında işə götürülməsinə dair tanışı Təqsirləndirilən şəxs1 2020-ci ilin iyun ayında özünə müraciət edərək bunun müqabilində maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində təklif etməsi ilə əlaqədar onun təklifini qəbul edib, həmin niyyətlə 2020-ci ilin iyun ayında Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsində yerləşən Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati binasında özü üçün şəxsən birbaşa yolla təkrarən maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 rüşvət qismində almış, verdiyi vədin icrası ilə əlaqədar Şahid31 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasına “elmi redaktor” vəzifəsinə işə götürülməsi barədə məlumatları şəxsən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etmişdir. Bundan əlavə, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə 2019-cu ilin iyul ayından xx.xx.2021-ci il tarixədək olan dövrdə “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının redaksiyasına faktiki rəhbərliyi həyata keçirən, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qulluq mövqeyindən istifadə edib Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı mənimsəmə yolu ilə talamaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı redaksiyasına 2020-ci il ərzində hər hansı dəftərxana ləvazimatlarının verilməməsinə baxmayaraq, özü ilə cinayətdən xəbərsiz Şahid10 arasında bağlanmış xx.xx.2020 və xx.xx.2020-ci il tarixli eyni xarakterli müqavilələr, həmin müqavilələr əsasında formal olaraq tərtib edilmiş EBAL seriyalı, 159862 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 840328 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələr və eyni tarixli hesab-faktura vərəqələrində redaksiyaya guya xx.xx.2020-ci il tarixdə 2.304,00 manat, xx.xx.2020-ci il tarixdə 2.594,60 manat dəyərində dəftərxana ləvazimatlarının verilməsi barədə bilə-bilə yalan məlumatları tamah niyyəti ilə qeyd edilən tarixlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının redaksiyasının həmin dövrlərdə ünvan 8 ünvanında yerləşən inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində daxil etməklə cinayətdən xəbərsiz Şahid10 və özünün imzaları, habelə Şahid10 və özünə təhkim olunmuş Azərbaycan Respublikasının gerbi həkk olunmuş, üzərində “Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı redaksiyası” sözləri yazılmış “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı redaksiyasının, eləcə də müvafiq olaraq üzərlərində “X112 Məsuliyyətli Cəmiyyəti, Limited Liability Company, Azerbaijan Republic, Azərbaycan Respublikası” sözləri yazılmış "xxxx" MMC-nin dairəvi möhürləri ilə təsdiqləyib təkrarən vəzifə saxtakarlığı etməklə Təqsirləndirilən şəxs1 tapşırığı əsasında cinayətdən xəbərsiz baş mühasib Şahid73 vasitəsi ilə "xxxx" MMC-nin "xxxx" ASCdə olan AZ27AİİB******************** nömrəli bank hesabına xx.xx.2020-ci il tarixdə 2.304 manat, xx.xx.2020-ci il tarixdə 2.594,60 manat olmaqla, cəmi 4.898,6 manat pul vəsaitinin köçürülməsinə nail olub, özü tərəfindən şəxsən Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda həmin pul vəsaitinin hesabdan çıxarılmasından sonra həmin pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə hər dəfəsində ünvan 8 ünvanında yerləşən ofisində və Bakı şəhərində müxtəlif ünvanlarda görüşüb aralarında bölməklə, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus olmaqla onlara etibar edilmiş cəmi 4.898,6 manat (dörd min səkkiz yüz doxsan səkkiz manat altmış qəpik) məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vahid niyyətlə mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin pul vəsaitinin aidiyyatı üzrə düzgün yönləndirilməsi, təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və bu sahədə dövlət təminatlarının həyata keçirilməsində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, Ukrayna Respublikasının Odessa Texniki Universiteti tərəfindən verilmiş M16 004476 saylı mütəxəssis diplomunun Azərbaycan Respublikasında tanınması və Azərbaycan Respublikasında idarəetmə ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentliyinin müəyyən edilməsində köməklik göstərilməsi məqsədilə 2020-ci ilin iyul ayında özünə müraciət etmiş X13 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdığı inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və diplom üzrə ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nərgiz Qəhrəmanovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar həmin tanınma hərəkətinin aparılması vəzifəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulmasının işə müvafiq müraciət üzrə baxmalı olan məhkəmənin səlahiyyətində olmasına baxmayaraq, həmin məsələnin məhkəmə icraatı olmadan qanuna zidd yollarla müsbət həllinə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Nərgiz Qəhrəmanovaya yalandan bildirərək, sonuncunun həmin işin müsbət həllinə görə 3.500 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə Təqsirləndirilən şəxs1 Nərgiz Qəhrəmanovadan 2020-ci ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının qarşısında sonuncuya məxsus “Kia Sportage” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin içərisində 2.500 manat pul vəsaitini şəxsən, 2021-ci ilin iyun ayında Nərgiz Qəhrəmanovanın cinayətdən xəbərsiz Aysel Nəcəfovanın adına olan "xxxx" ASC-yə məxsus bank kartına köçürməklə göndərdiyi 1.000 manat məbləğində pul vəsaitini nağdlaşdırmaqla, ümumilikdə Nərgiz Qəhrəmanovaya məxsus 3.500 manat pul vəsaitini almasından sonra həmin pul vəsaitini onunla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Nərgiz Qəhrəmanovaya məxsus 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nərgiz Qəhrəmanovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1 məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitini əldə edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 2021-ci ilin fevral ayında cinayətdən xəbərsiz Şahid54 və Şahid53 vasitəsi ilə Təqsirləndirilən şəxs1 müraciət edən Şahid52 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasına işə götürülməsinə görə Təqsirləndirilən şəxs1, cinayətdən xəbərsiz Şahid54 və Şahid53 vasitəsi ilə Təqsirləndirilən şəxs1 və özü üçün birbaşa yolla maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsində yerləşən Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati binasında təkrarən rüşvət qismində istəyib, Təqsirləndirilən şəxs1 cinayətdən xəbərsiz Şahid54 və Şahid53 vasitəsi ilə Şahid52 razılığını alaraq, həmin niyyətlə cinayətdən xəbərsiz Şahid54 və Şahid53 vasitəsi ilə Təqsirləndirilən şəxs1 23 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsində yerləşən Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati binasının qarşısında külli miqdarda maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini alaraq özünə təqdim etməsinə nail olmaqla, külli miqdarda həmin maddi neməti özü və Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla sonuncu vasitəsilə, yəni Təqsirləndirilən şəxs1 köməkçiliyi ilə təkrarən rüşvət qismində almaqla sonuncu ilə aralarında bölüb, verdiyi vədin icrası ilə əlaqədar Şahid52 “Azərbaycan Aqrar Elm” jurnalı redaksiyasına xx.xx.2021-ci il tarixdə “elmi redaktor”, xx.xx.2021-ci il tarixdə “katib”, xx.xx.2021-ci il tarixdə “baş katib” və xx.xx.2021-ci il tarixdə “katib” olaraq işə götürülməsi barədə məlumatları şəxsən Azərbaycan Respublikası ƏƏSMNnin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin fevral ayında cinayətdən xəbərsiz Şahid56 vasitəsi ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 müraciət etmiş Şahid57 və Şahid58 Saxavat oğluna özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə onları Kənd Təsərrüfatı Nazirliyində ixtisasına uyğun yüksək vəzifəyə işə düzəltmək imkanına malik olduğunu cinayətdən xəbərsiz Şahid56 və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid57 və Şahid58 xeyrinə edəcəyi hərəkətə, yəni onların Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində ixtisaslarına uyğun vəzifəyə işə qəbulunu təmin etməyə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini həmin şəxslərə Təqsirləndirilən şəxs1 ilə aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətdən xəbərsiz Şahid56 vasitəsi ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə yalandan bildirərək, Şahid57 və Şahid58 həmin işin müsbət həllinə görə ümumilikdə 6.750 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla əlbir olduğu şəxslə birlikdə onlarla sövdələşib, həmin niyyətlə 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs1 Şahid56 Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsində yerləşən Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun içərisindəki xidməti otaqda əvvəlcə 3.000 manat, daha sonra ünvan 25 ünvanının yaxınlığındakı adsız tikinti materialları dükanının qarşısında 2.250 manat, daha sonra Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsində yerləşən Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati binasının qarşısında 1.500 manat olmaqla, ümumilikdə Şahid57 və Şahid56 məxsus 6.750 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini Təqsirləndirilən şəxs1la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, törətdiyi cinayət əməllərini gizlətməklə məsuliyyətdən yayınmaq və özlərinə olan inamı möhkəmləndirmək niyyətilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid57 və Şahid58 guya işə götürülmələri barədə müvafiq qrafalara “xx.xx.1995-ci il təvəllüdlü Şahid58 Səxavət oğlunun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyasına 01 mart 2021-cil il tarixdən məsul katib vəzifəsinə təyin edilməsi haqqında” yazılarını, uydurma 17 əmr nömrəsini, “Şahid57 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyasına 15 fevral 2021-cil il tarixdən müxbir redaktor vəzifəsinə təyin edilməsi haqqında” yazılarını, uydurma 018/K əmr nömrəsini istintaqla dəqiq müəyyən edilməyən vaxtda və şəraitdə kompüterdə daxil edib, özü tərəfindən üzərində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyası” yazıları olan dairəvi möhür və sonuncunun imzası ilə təsdiq etməklə, habelə skayner aparatından istifadə etməklə Şahid57 və Şahid58 müvafiq olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Azərbaycan Aqrar Elm” jurnalı redaksiyasında çalışmalarına dair “şöbə redaktoru” və “məsul katib” vəsiqələrini tərtib edib tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etməklə rəsmi sənədləri təkrarən vəzifə saxtakarlığı yolu ilə hazırlayıb, bundan sonra Təqsirləndirilən şəxs1 həmin saxta rəsmi sənədləri 2021-ci ilin mart ayında Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsində yerləşən Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati binasında Şahid56, Şahid57 və Şahid58 təqdim etməsi ilə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid57 və Şahid56 məxsus 6.750 (altı min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə biləbilə yalan məlumatları tamah niyyətilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə Şahid57 və Şahid58 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə həmin şəxsləri təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1 təkrarən məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitini əldə edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 2021-ci ilin mart ayında cinayətdən xəbərsiz Şahid69 vasitəsi ilə Təqsirləndirilən şəxs1 müraciət edən Şahid71 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasında işə götürülməsinə görə Şahid69 özü və Təqsirləndirilən şəxs1 üçün sonuncu vasitəsi ilə birbaşa yolla maddi nemət olan ünvan 28 ünvanında yerləşən Bakı Funiklyorunun qarşısında rüşvət qismində istəyib, Şahid69 razılığını alaraq, həmin niyyətlə ünvan 30 ünvanında yerləşən 3 saylı Asan Xidmət Mərkəzinin qarşısında Şahid69 maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini özü və Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla sonuncu vasitəsilə, yəni Təqsirləndirilən şəxs1 köməkçiliyi ilə təkrarən rüşvət qismində alaraq sonuncu ilə aralarında bölüb, verdiyi vədin icrası ilə əlaqədar Şahid71 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalı redaksiyasına “mütəxəssis, kadrlar üzrə” vəzifəsinə işə götürülməsi barədə məlumatları şəxsən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə və bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxta olduğunu bilə-bilə hüquq verən saxta rəsmi sənəddən istifadə etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, “X66 imtahanı”nda müsahibə mərhələsindən keçməsi və Şəmkir rayonunda yerləşən orta məktəblərdən birinə direktor vəzifəsinə təyin edilməsi ilə əlaqədar 2019-cu ilin avqust ayında cinayətdən xəbərsiz Şahid22 vasitəsi ilə özünə müraciət etmiş Şahid21, Xızı rayonu, Fındığan kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində çalışan övladı Şahid24 Sumqayıt şəhərindəki orta məktəblərdən birinə yerdəyişmə edilməsi ilə əlaqədar 2019-cu ilin sentyabr ayında cinayətdən xəbərsiz Şahid27 vasitəsi ilə özünə müraciət etmiş Şahid23 və övladı Şahid26 Sumqayıt şəhərindəki orta məktəblərdən birinə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2019-cu ilin oktyabr ayında cinayətdən xəbərsiz Şahid27 vasitəsi ilə özünə müraciət etmiş Şahid25 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə qeyd edilən şəxsləri müvafiq işlərə düzəltmək imkanına malik olduğunu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarındakı cinayətkar razılaşmaya əsasən yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə, yəni onların işə qəbulunu və iş yerini dəyişməyini təmin etməyə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən Şahid21 2019-cu ilin dekabr ayında cinayətdən xəbərsiz Şahid22 vasitəsi ilə, Şahid23 2019-cu ilin sentyabr ayında və Şahid25 2019-cu ilin oktyabr ayında cinayətdən xəbərsiz Şahid27 vasitəsi ilə şəxsən yalandan bildirərək, həmin şəxslər vasitəsilə Şahid21 həmin işin müsbət həllinə görə 5.000 manat məbləğində, Şahid23 6.500 manat məbləğində, Şahid25 5.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla əlbir olduğu şəxslərlə birlikdə onlarla sövdələşib, eyni niyyətlə özünün həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 2019-cu ilin sentyabr ayının əvvəllərində Şahid27 məxsus ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evin qarşısında sonuncu vasitəsi ilə Şahid23 6.500 manat məbləğində pul vəsaitini, 2019-cu ilin oktyabr ayında cinayətdən xəbərsiz Şahid27 Şahid25 yaşadığı ünvan 11 ünvanında sonuncuya məxsus 5.000 manat məbləğində pul vəsaitini, 2020-ci ilin yanvar ayının əvvəlində Şahid22 ünvan 12 ünvanında yerləşən “Mado” restoranının qarşısında Şahid21 məxsus 5.000 manat pul vəsaiti, daha sonra həmin işin müsbət həlli üçün əlavə 1.000 manat tələb olunduğunu Şahid22 şəxsən yalandan bildirib, həmin niyyətlə 2020-ci ilin yanvar ayının axırlarında qeyd edilən ünvanda təkrarən görüşməklə Şahid22 məxsus 1.000 manat pul vəsaiti olmaqla, ümumilikdə bu məqsədlə 6.000 manat məbləğində pul vəsaitini, göstərilən qaydada 4 nəfər şəxsə məxsus ümumilikdə 17.500 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə 4 nəfər şəxsə, yəni Şahid21, Şahid22, Şahid25 və Şahid23 məxsus cəmi 17.500 (on yeddi min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar müvafiq olaraq Şahid21, Şahid26 və Şahid24 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə cinayətdən xəbərsiz Şahid86, Şahid27 vasitəsi ilə Şahid21, Şahid22, Şahid25 və Şahid23 təhrik etmişdir. Bundan başqa, o, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzdində “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalının redaksiyasında “reklam üzrə mütəxəssis” vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, övladı Şahid31 Azərbaycan Respublikası Təhsil Nazirliyində “mühasibat uçotu və audit” ixtisasına uyğun vəzifəyə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2020-ci ilin yanvar ayında cinayətdən xəbərsiz Şahid32 vasitəsilə özünə müraciət etmiş Şahid30 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə övladı Şahid31 Təhsil Nazirliyində “mühasibat uçotu və audit” ixtisasına uyğun yüksək vəzifəyə işə düzəltmək imkanına malik olduğunu cinayətdən xəbərsiz Şahid32 vasitəsi ilə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid31 xeyrinə edəcəyi hərəkətə, yəni onun Azərbaycan Respublikası Təhsil Nazirliyində “mühasibat uçotu və audit” ixtisasına uyğun vəzifəyə işə qəbulunu təmin etməyə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayətdən xəbərsiz Şahid32 vasitəsi ilə Şahid30 2020-ci ilin fevral ayında bildirərək, Şahid30 həmin işin müsbət həllinə görə 8.500 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2020-ci ilin fevral ayında özünün Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 may” metrostansiyasının inzibati binasının qarşısında Şahid30 8.500 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid30 məxsus 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Səmayə Niftalıyevanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid30 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən orta məktəblərdən birinə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2020-ci ilin may ayında özünə müraciət etmiş Şahid43 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə Şahid43 Abşeron rayonundakı orta məktəblərdən birinə ibtidai sinif müəllimi vəzifəsinə işə düzəltmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid43 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid43 Təqsirləndirilən şəxs1 ilə aralarındakı cinayətkar razılaşmaya əsasən yalandan bildirərək, Şahid43 həmin işin müsbət həllinə görə 8.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla əlbir olduğu şəxslə birlikdə onunla sövdələşib, həmin niyyətlə 2020-ci ilin may ayında Şahid43 ünvan 12 ünvanında yerləşən “Mado” restoranının qarşısında Şahid43 məxsus 8.000 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid43 məxsus 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid43 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, övladı Məmmədli (Hüseynova) Günel Məmməd qızının Kəlbəcər, Göygöl və Daşkəsən şəhərindəki orta məktəblərdən birinə tarix müəllimi vəzifəsinə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2020-ci ilin may ayında özünə müraciət etmiş Şahid44 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə övladı Məmmədli (Hüseynova) Günel Məmməd qızını Kəlbəcər, Göygöl və Daşkəsən şəhərindəki orta məktəblərdən birinə tarix müəllimi işinə düzəltmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Günel Məmmədlinin (Hüseynovanın) xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid44 Təqsirləndirilən şəxs1 ilə aralarındakı cinayətkar razılaşmaya əsasən yalandan bildirərək, Şahid44 həmin işin müsbət həllinə görə 10.000 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla əlbir olduğu şəxslə birlikdə onunla sövdələşib, həmin niyyətlə 2020-ci ilin may ayında Şahid44 ünvan 18 ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzinin qarşısında sonuncuya məxsus 10.000 manat məbləğində pul vəsaitini almasından sonra həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid44 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Günel Məmmədlinin (Hüseynovanın) xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid44 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, Rusiya Federasiyasının Cənubi X44 tərəfindən verilmiş 136124 49000961 saylı mütəxəssis diplomunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmaması barədə 22 avqust 2011ci il tarixdə qərar qəbul edilməsinə baxmayaraq, həmin diplomun Azərbaycan Respublikasında tanınması və Azərbaycan Respublikasında psixoloq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentliyinin müəyyən edilməsində köməklik göstərilməsi məqsədilə 2021-ci ilin mart ayında cinayətdən xəbərsiz olan Şahid60 vasitəsi ilə özünə müraciət etmiş Şahid59 özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdığı inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) imkanına malik olduğunu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayətdən xəbərsiz Şahid60 vasitəsi ilə yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid59 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar həmin tanınma hərəkətinin aparılması vəzifəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulmasının işə müvafiq müraciət üzrə baxmalı olan məhkəmənin səlahiyyətində olmasına baxmayaraq, həmin məsələnin məhkəmə icraatı olmadan qanuna zidd yollarla müsbət həllinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4.800 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayətdən xəbərsiz olan Şahid60 vasitəsi ilə Şahid59 yalandan bildirərək, sonuncunun Şahid60 vasitəsi ilə həmin işin müsbət həllinə görə 4.800 manat məbləğində pul vəsaiti verə biləcəyinə dair razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə 2021-ci ilin mart ayında cinayətdən xəbərsiz Şahid60 vasitəsilə Şahid59 məxsus 4.000 manat, həmin ilin may ayında isə sonuncuya məxsus 800 manat məbləğində olmaqla, ümumilikdə 4.800 manat pul vəsaitini Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən “Araz Market” adlı dükanın qarşısındakı görüşləri zamanı şəxsən almasından sonra həmin pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, törətdikləri cinayət əməllərini gizlətməklə məsuliyyətdən yayınmaq və özlərinə olan inamı möhkəmləndirmək niyyətilə Təqsirləndirilən şəxs1 2021-ci ilin may ayında ünvan 22 ünvanında internet şəbəkəsindən istifadə etməklə əldə etdiyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş xarici ali təhsil ixtisasının tanınması və diplomun ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərini kompüterin yaddaşına köçürüb qrafik proqram təminatından istifadə etməklə, müvafiq qrafalara “Şahid59 adına xx.xx.2019-cu ildə Rusiya Federasiyası Cənubi X22 Özəl Ali təhsil müəssisəsi tərəfindən verilmiş ali təhsil haqqında diplom № 136124 49000961 Azərbaycan Respublikasında 050209- Psixologiya ixtisası istiqamətinin psixoloq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir” yazılarını, uydurma 022911 qeydiyyat nömrəsini, eyni niyyətlə “Şahid59 adına xx.xx.2019-cu ildə Rusiya Federasiyası Cənubi X22 Özəl Ali təhsil müəssisəsi tərəfindən verilmiş ali təhsil haqqında diplom № 136124 49000961 – Psixologiya Azərbaycan Respublikasında tanınmışdır və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilməsi” yazılarını, uydurma 136007 qeydiyyat nömrəsini kompüterdə daxil edib, üzərində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” yazıları olan dairəvi möhürü və səlahiyyətli şəxsin imzasını skayner vasitəsilə şəhadətnamələrin üzərinə köçürüb çap qurğusu (printer) vasitəsilə əksini kağız daşıyıcı üzərində çıxarmaqla hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə özü ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, bundan sonra həmin saxta rəsmi sənədləri qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayətdən xəbərsiz Şahid60 vasitəsilə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 26 ünvanında yerləşən Milli Onkologiya Mərkəzinin qarşısında Şahid59 təqdim edərək saxta olduğunu bilə-bilə hüquq verən həmin saxta rəsmi sənəddən qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq istifadə etməklə, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid59 məxsus 4.800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə saxta olduğunu bilə-bilə hüquq verən həmin saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid59 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə cinayətdən xəbərsiz Şahid60 vasitəsilə Şahid59 təkrarən təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İttiham aktında redaksiyanın ştatdan kənar tərcüməçilərə, rəyçilərə və müxbirlərə əmək haqqı verməyə səlahiyyəti olması qeyd olunsa da, redaksiyalarda sovet dövründən qalma bir nizamnamədir və bu nizamnamədə bu maddə ştatdan kənar nəzərdə tutulmuşdur. İndi müasir dövrdür, birbaşa əldən ödəniş etmək qaydası yoxdur. O, Cəsarət Valehovdan tərcüməçilərə, rəyçilərə, ştatdan kənar işçilərə hansı qaydada pul verəcəklərini soruşmuşdur. Belə ki, bu, redaksiya üçün olduqca vacib olmuş, o, məqaləni mütləq rəyçiyə verməli olmuş, rəyçi ya professor, ya da elm xadimi olmalı olduğundan heç kəs pulsuz bu işi görməmişdir. Həmçinin onlar tərcümə işləri də gördürməli olmuş və tərcüməçiyə də pul vermək lazım olmuşdur. C.Valehov o vaxt ona həmin şəxsləri Təhsil TV-yə işə götürməyi təkliof etmişdir. Bu, həmin şəxslərə əldə maaş verməmək, rəsmi əmək vermək məqsədi güdmüşdür. Bildiyinə görə C.Valehov həmin zaman Təhsil TV-nin rəhbəri olmuşdur. Təhsil TV Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) tərkibində özünəməxsus televiziya kanalı olmuşdur. Özünün “youtube” kanalı olmuşdur. Ancaq İctimai televiziyada ayrı-ayrı verilişləri nümayiş etdirmişdir. C.Valehov bu təklifi etsə də, sonradan bu işi görə bilməmişlər, C.Valehovun işləri çıxmış, başı qarışıq olmuş, o da Cəsarət Valehovun qəbuluna vaxtı-vaxtında düşə bilməmişdir. Daha sonra o, Cəsarət Valehovla məsləhətləşmiş və həmin şəxsləri jurnalın pulunu köçürdükləri MMC-yə işə götürməyə qərarına gəlmişlər. Belə ki, həmin MMC-lərə onsuz da pul ödənmişdir. O, bununla əlaqədar iki MMC ilə işləmiş, onlardan biri "xxxx", digəri isə "xxxx" olmuşdur. Hər iki MMC-yə müxtəlif işçiləri işə qəbul etmişlər. Həmin MMC-lər də bu işçiləri işə götürmüş və o, həmin şəxslərə əmək haqqı ödəmişdir. Onun həmin işçilərə əmək haqqı ödəməsi ittiham aktında qeyd olunmamışdır. O, "xxxx" MMC-də işə qəbul edilmiş işçilərə 20.000 manatdan çox pul ödəmişdir. Həmin əmək haqqı ödənilmiş şəxslər faktiki olaraq jurnal üçün rəyçi və ya tərcüməçi kimi işləmiş şəxslər olmuşdur. Lakin bununla belə, Təqsirləndirilən şəxs2 ondan icazəsiz və onun xəbəri olmadan özü də həmin mətbəəyə formal işçilər götürmüş və bununla da faktiki olaraq öz adına maaş yazmışdır. Onlar bu məbləğləri tərcüməçilərə, rəyçilərə, professorlara ödəməli olmuşlar. Tərcüməçiləri "xxxx" MMC-də işə götürmüşdür. İttiham aktına görə o, təxminən 10 min manat tərcüməçilərə verilən pulu Amalla birlikdə mənimsəmişdir. Lakin həmin jurnalda tərcümə xidmətlərinə görə ödənilməli olan məbləğ 10 min manatdan da artıq məbləğ edir. Jurnallarda kifayət qədər tərcümələr var, hər bir məqalənin ingilis dilində geniş xülasəsi var. Lakin ittiham verilərkən bütün bunlar nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, tərcüməçilərlə mətbəə olaraq müqavilə bağlamamışlar. Onlar Təhsil Nazirliyinə ştatların dəyişilməsi məsələsi ilə bağlı müraciətlər etmiş, lakin Təhsil Nazirliyinin vədləri konkret və dəqiq olmamışdır. Ona vəd edilənin əksinə kənar ödəmələrlə bağlı ona heç bir məbləğ ödənilməmişdir. Ştatın dəyişdirilib tərcüməçilərin işə götürülməsi mümkün olmamış, çünki Təhsil Nazirliyi buna imkan verməmiş, ştat məsələsinin Nazirlər Kabineti tərəfindən müəyyən edildiyini bildirmişlər. Ona dəftərxana xərcləri, telefon pulu, internet pulu və s. üçün ödəniş edilməmiş, həmin bu işlərə nəzarət Təhsil Nazirliyi tərəfindən Cəsarət Valehova həvalə edilmiş, həmin şəxs də işdən boyun qaçırmışdır. Cəsarət Valehov ictimai əlaqələr şöbəsinin müdiri olmuşdur. İttihama əsasən dəymiş ziyanın ümumi məbləği 44.575 manat göstərilmişdir. “Azərbaycan məktəbi” jurnalının baş redaktoru o olmuşdur. “Məktəbəqədər ibtidai təhsil” jurnalının baş redaktoru isə Yəhya Kərimov olmuşdur. “Azərbaycan məktəbi” redaksiyasından onlar 2 maddə üzrə- nəşr etmə, tərcümə və digər xidmətləri üzrə "xxxx" MMC-yə köçürmələr etmişlər. Nəşr etmə üçün "xxxx" MMC-yə 46.837 manat köçürülmüş, həmin məbləğin 25.302 manatı büdcə vəsaiti, 21.535 manatı isə qeyri-büdcə vəsaiti, yəni jurnalın öz qazancı olmuşdur. Onun qeyri-büdcə vəsaitindən xərcləməyə, istədiyi kimi istifadə etməyə səlahiyyəti olmuşdur. Büdcə vəsaiti isə birbaşa dövlət büdcəsindən onlara köçürülmüşdür. Qeyri-büdcə vəsaiti isə 5 jurnalın tirajından əldə olunan vəsait hesabına olmuşdur. Tərcümə və digər xidmətlər üçün isə 14.313 manat "xxxx" MMC-yə pul köçürmüşlər. Bundan başqa, “Azərbaycan dili və ədəbiyatının tədrisi” jurnalından nəşr və tərcümə üçün "xxxx" MMC-yə 4.898 manat pul köçürülmüşdür. İbtidai istintaq zamanı həmin məbləğin yarısı çıxılmış, çünki jurnal 4 nüsxə ilə nəşr olunmuşdur. Onlar həmin 4 nüsxənin 2 nüsxəsini nəşr edərək redaksiyaya vermişlər. 46 min manatdan ümumi 21.785 manat jurnalın nəşri üçün köçürülmüşdür. Həmin məbləğdən 11.768 jurnal nəşr olunaraq redaksiyaya verilmiş və bunun da pulu ibtidai istintaqda çıxılmışdır. Digər məbləğ 25.302 manatın üzərinə redaksiyada tərcümə və digər xidmətlərin pulunu gələrək 14.313 manat etmişdir. “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalı ilə bağlı köçürülmüş pulu gələrək ümumi ziyan 44.575 manat qeyd edilmişdir. Həmin 44.575 manatdan 6500 manat ibtidai istintaq zamanı dövlət büdcəsinə ödəmişdir. O, həmin pulu "xxxx" MMC-yə köçürmüşdür. O, pulu "xxxx" MMC-yə köçürəndə Amalın biznes kartı vasitəsi ilə pul götürdüyündən xəbərsiz olmuşdur. Ona bu barədə məlumat verən Ətlas olmuşdur. Ətlas ona sənədləri e-mail vasitəsilə göndərmiş, o da həmin materialların arasında belə bir şey görmüşdür. "xxxx" MMCyə köçürülən pullar işçilərin əmək haqqı və vergi üçün köçürülən məbləğlər olmuşdur. 46 min manatı aybaay köçürmüşlər. Ətlas ona məlumat verərək hər ay köçürülən məbləğdən nə qədər hissəsinin əmək haqqı, nə qədər hissəsinin isə vergiyə ödəmə kimi yazıldığını bildirmişdir. Ona istintaq zamanı məlum olmuşdur ki, Amal 29.000 manat pulu onlayn formada nəğdləşdirmişdir. Onun hesablamalarına görə, nağdlaşdırılmış məbləğ 29 min manatdan aşağı olmalıdır, çünki onun verdiyi maaşın məbləği 20 min manatdan çox olmuşdur. Bu məbləğ 2020-ci ilin yanvar-noyabr aylarını əhatə etmişdir. O, Elmlər Akademiyasında “Qafqazşünaslıq” insitutunun müdiri, deputat Musa Qasımovun müavini olmuş, onu ordan Təhsil Nazirliyinə jurnal redaksiyasına dəvət edən şəxs Cəsarət Valehov olmuşdur. O, həmin vaxt Akademiyada işləmişdir. Onun jurnalla əlaqəsi olmamışdır. O, redaksiyaya gələndə orta məktəbin bir sinfində 6-7 nəfərlik bir redaksiya olduğunu görmüş, həmin şəxslər də redaktorun qohum-əqrabaları olmuşlar. Həmin şəxslər heç bir iş görməmiş, jurnalın tirajı 250-yə qədər olmuşdur. Onun dövründə isə jurnal 5000 nüsxəyə çatmış, Cəsarət Valehov ona sistemi qurmasını, ona hər cür dəstək verəcəklərini bildirmişdir. Lakin C.Valehov pulun ona birdən-birə verilməyəcəyini hissə-hissə ödənişlər ediləcəyini bildirmişdir. O, Cəsarət Valehovun bu sözlərinə aldanmış və bütün işlərini də bunun əsasında qurmuş, C.Valehovun görülmüş işlərin ödənişlərini nə vaxtsa edəcəyinə ümid etmişdir. Lakin nəinki bu ödənişlər həyata keçirilməmiş, o, redaksiyaya xərclədiyi əlavə pullara görə özü borc bataqlığına düşmüşdür. İttihamda qeyd olunan dələduzluq işlərini görməsinin səbəbi də həmin borcları ödəmək olmuşdur. Onun əvvəl C.Valehovla çox yaxşı əlaqələri olmuş, bir müddət sonra nazirlikdə rəhbərlik dəyişmiş, bundan sonra, yəqin ki, C.Valehovun səlahiyyətləri məhdudlaşdırılmışdır. C.Valehov hətta həyat yoldaşını da işə düzəltməsini ona tapşırmışdır. O, nazirlik səviyyəsində, öz hesabına jurnalın yubileyini keçirmişdir. Həmin tədbirin bütün xərclərini öz vəsaiti hesabına ödəmişdir. C.Valehov da bundan məlumatlı olmuş, tədbirin aparan şəxs da özü olmuşdur. Həmin tədbirdə Təhsil naziri özü də iştirak etmişdir. Orda redaksiyanın orta məktəb binasından müvafiq ofisə köçürülməsi qeyd olunmuşdur. Həmin tədbirin təşkil olunması ilə bağlı tapşırığı C.Valehov vermişdir. O, C.Valehovdan icazəsiz heç bir hərəkət etməmiş, həmin jurnallar üçün misilsiz bir əmək ortaya qoymuşdur. “Azərbaycan məktəbi” jurnalı 1924-cü ildən nəşr olunan bir jurnal olmuşdur. Bundan əvvəl Azərbaycanda elmi jurnalın nəşri ilə bağlı məlumat yoxdur. “Dəbiristan” adlı nəşr 1911-ci ildə nəşr olunsa da, çox qısa müddət davam etmişdir. “Azərbaycan məktəbi” jurnalı 1924-cü ildə əski ərəb əlifbası ilə nəşr olunmuşdur. O, həmin jurnalın 1924-cü ildən 2019-cu ilə qədər 95 il ərzində bütün nəşrlərini öz hesabına elektronlaşdırmışdır. “Azərbaycan məktəbi” jurnalının 6 əlavəsi olmuşdur. “Məktəbəqədər və ibtidai təhsil” və “Azərbaycan dili və ədəbiyatının tədrisi” həmin jurnalın əlavələri olmuşlar. C.Valehov ona faktiki rəhbər olduğunu demiş və işə başlamasını, bu jurnalların hamısını axırda ümumiləşdirməsini tapşırmışdır. Nazirliyin məqsədi “Azərbaycan pedaqoji jurnalı”nı elmi bazaya daxil etmək və dünya şöhrətli jurnal halına gətirmək olmuşdur. Çünki keçmiş SSR-də belə bir jurnal olmamışdır. O, 1924-cü ildən 2019-cu ilə kimi bu jurnalın və 6 əlavəsinin bütün elektron kitabxanasını çıxartmış, saytını yaratmışdır, həmçinin o, jurnalın yubileyini keçirtmiş, sərgisini təşkil etmiş və film çəkdirmişdir. 2019-2020-ci illərdə, hər iki il üzrə jurnalın ofisinin icarə haqqını ona öz vəsaiti hesabına ödətmişlər. Təhsil Nazirliyinin nümayəndəsi guya yeni ofisin Nazirlikdən məlumatsız götürüldüyünü bildirsə də, həmin redaksiya əvvəllər çox bərbad bir vəziyyətdə olmuş, orta məktəbin direktoru Elnarə xanım bütün idarələrə şikayət edərək redaksiyanın onun rəhbərlik etdiyi məktəbini işğal etdiyini bildirmiş, onlar da məcbur olub X39 Cəmil küçəsində bir ofis kirayə etmişlər. Hər ay ofis üçün 1500 manat icarə haqqı ödəmişdir. Bundan sonra onun Amalla dostluğu başlamış, həmin vaxta qədər o, Amalı tanımamışdır. Amal özü gəlib onu tapmış, o da Amala “MMC”-ni rəsmiləşdirməsini, köçürülən puldan işçilərə maaş verilməsini və redaksiyanın da pulunu vermələrini təklif etmişdir. Amal bu təkliflə razılaşmışdır. O, "xxxx" MMC-dən əvvəl eyni bu formada 2019-cu ildən "xxxx" ilə bu işi görmüşdür. Röyal MMC ilə yollarını ayırmaqlarına səbəb oranın direktoru Sahilə Məmmədlinin hər işçini işə götürmək üçün ondan pul tələb etməsi olmuşdur. İş materiallarında adı keçən Ülkər adlı şəxs istedadlı bir şəxs olmuş, İngiltərədə təhsil almış, magistr və elmi dərəcəsi olmuşdur. Onlar ondan maksimum dərəcədə tərcüməçi kimi istifadə etmişlər. O, həmin şəxsi işə götürmək üçün Sahiləyə pul vermişdir. Sahilə əvvəl ondan pul tələb etməsə də, sonradan hər işçi üçün ondan pul almışdır. Ülkər onun yanında işə düzəlməmişdən 10 ay əvvəl başqa bir MMC-də çalışmış və orada maaşını almışdır. O, Sahilə Məmmədlinin dələduzluqlarına görə onunla yollarını ayrılmış və Amala müraciət etmişdir. Amal isə işçi kimi çox sayda adam götürərək onlara maaş yazmışdır. Amal özü də maaş almışdır. Onun Amalın nəğdləşdirmələrindən xəbəri olmamış, həmin məbləğlərdən ona heç nə çatmamışdır. Amal ona heç bir məbləğdə pul verməsə də, o, işçiləri işə götürməsi üçün Amalın kartına pul atmışdır. O, redaksiyanın xərclərinə görə borc bataqlığına düşmüş, nüfuzlu elm adamı olduğu halda adı dələduzluq işlərində hallanmağa başlamışdır. O, buna görə sözün əsl mənasında nə edəcəyini bilməmiş, sadəcə onu təhdid, şantaj edən şəxsləri susdurmaq niyyəti ilə haradan olsa pul tapıb verməyə çalışmışdır. Təqsirləndirilən şəxs3 bütün qəzetlərdə, saytlarda imzasız olaraq onun Gözələ 30.000 manata kimi pul borclu olduğunu yazdırmış, halbuki həmin xəbər çıxan zaman öz əl yazısı ilə onun sonuncuya cəmi 7.000 manat borcu olduğunu yazmışdır. Onu həm Gözəl, həm də "xxxx"-nin sahibi Sahilə təhdid etmişlər. Ondan olan səs yazılarında söyüşlər, təhqirlər, təhdidlər də olmuşdur. Bundan başqa, redaksiyanın gündəlik xərcləri, telefon, elektrik, kommunal, təmizlik xərcləri olmuşdur. Hər aylıq optik internetdən 40-a yaxın adam istifadə etmişdir. O, ayda 120-150 manat optik internetə pul ödəmişdir. Amalın nəğdləşdirmə etməsi ilə bildirir ki, işçilərin pulunun kəsilməsi halı olmamış, belə bir hal olsa, müəyyən şikayətlər olardı, o, ehtimal edir ki, ödənilən verginin məbləği çox göstərilmiş qalan məbləği də Amal mənimsəmişdir. O, heç vaxt Amalın sisteminə girməmiş, onun buna səlahiyyəti olmamışdır. O, jurnalların dərc olunmasının pulunu öz cibindən ödəmişdir. O, hesab edir ki, Ətlas yalnız verginin məbləğini çox göstərməklə xərci çox göstərmiş, bununla da Amalın mənimsədiyi pullardan onun məlumatı olmamışdıfr. Məbləğ Vergiyə birbaşa köçürülsə də, o, nə qədər pul köçürüldüyünü görməmişdir. Çünki “Amal MMC”-nin sahibi o, olmamış, Amal özü olmuşdur. O, işçilərin siyahısı ilə hesablayanda məbləğ düzgün çıxmış, lakin tutulandan sonra ittiham aktında 29.000 manata qədər nəğdləşdirmə olduğunu oxumuş, onun həmin nəğdləşdirmədən xəbəri olmamışdır. O, Amalın nə qədər nəğdləşdirmə etdiyini və hansı işçiləri işə götürdüyünü, onlara nə qədər maaş verdiyini bilməmişdir. O, həmin şəxslərdən bəzilərinin adını sonradan öyrənmişdir. Amal özünə 570 manat aylıq əmək haqqı götürmüşdür. Dələduzluq epizodları üzrə özünü qismən təqsirli bilir, belə ki, həmin epizodlarda yazılan məbləğlərin hamısı ilə razı deyil, çünki qeyd olunan epizodlar üzrə arada vasitəçilər olmuş, onlar zərərçəkmiş şəxslərdən müəyyən məbləğdərdə pul alıb, pulun üzərindən özləri üçün götürüb, ona pulun bir hissəsini təqdim etmişlər, lakin ona qarşı irəli sürülmüş ittiham zərərçəkmiş şəxsin verdiyi bütöv məbləğ üzrə olmuşdur. Halbuki o, həmin məbləğin yalnız bir hissəsini götürmüş, geri qaytaranda da götürüdüyü məbləği geri qaytarmışdır. Şahid17 vasitəçi kimi ondan artıq epizodda iştirak etmiş, lakin hazırkı iş üzrə ona qarşı ittiham verilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, ofislərlə bağlı fiziki şəxslə bağlanmış rəsmi icarə müqaviləsi olmuş, birinci müqaviləni o, ikincini isə "xxxx" MMC-nin əməkdaşları bağlamış, Əhməd Rəcəbli ünvanındakı "xxxx" MMC ilə kirayəyə verən şirkət müqaviləni bağlamış, onlar həmin müddətdə köçürmələri “Amal “ MMC-yə etmiş, 2019-cu ilin aprel ayında səlahiyyət müddəti başa çatdığı üçün və nazirlik də rəsmi müqaviləni bağlamadığı üçün məcbur qalaraq müqaviləni "xxxx" MMC adından bağlamış, ofisdə çalışdıqları dövrdə bütün kommunal xərcləri o özü ödəmiş, tərcümələrlə bağlı onun əməyi olmuş, "xxxx" MMC-yə köçürülən pullardan Cəsarət Valehovun xəbəri olmamış, jurnalın əməkdaşları təxminən 150-200 manat maaş almış, Amal mətbəədə də çalışdıqlarına görə təxminən 250-300 manat əlavə maaş da ödənilmişdir. Onlara faktiki olaraq rəhbərliyi Cəsarət Valehov etmiş, o, jurnalın yubiley tədbirini öz maddi hesabına təşkil etmiş, təxminən 20 min manat saytın hazırlanması üçün xərcləmiş, 2019-cu ilə kimi on minlərlə jurnalın nüsxəsini elektron kitabxanaya köçürmüşdür. Jurnalların nüsxələrinin dərc olunması pandemiyaya görə gecikmiş, 1-ci və 2-ci nüsxələr hazır olmuş, 3cü və 4-cü nüsxələri isə hələ dərc etdirməmişlər, 3-cü nüsxəni hazırlayıb dərc olunması üçün nəşriyyata vermiş, ancaq çatdıra bilməmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Elmlər Akademiyasında işləyərkən təxminən 2017-ci ildən ümumi tanışları vasitəsi ilə tanımışdır. Sonralar yanlış xatırlamırsa 2018-ci ildə Təqsirləndirilən şəxs1 Təhsil Nazirliyində jurnal redaktoru kimi işləməyə getmişdir. Həmin jurnalın ofisi Akademiyanın yaxınlığında yerləşmişdir. 2019-cu ildə Rahillə (səhv eləmirsə iş yoldaşı olan Şahid1 atasının yasında) rastlaşanda ümumi söhbət əsnasında artıq üç jurnala rəhbərlik etdiyini demiş, sonradan onu Elmlər metrostansiyası tərəfdə yerləşən ofisinə dəvət etmiş və orada söhbət edən zaman işinin çox olmasını bildirmişdir. Həmçinin işi yaxşı aparmaq üçün nəşriyyat yaradılmalı olduğunu demişdir. Təqsirləndirilən şəxs1 ona öz adına kiçik müəssisə kimi bir mətbəə yaratmasını təklif etmiş, həmin mətbəədə öz jurnallarının nəşrini təmin edəcəyini demişdir. O, bu sahədə heç bir anlayışı və imkanlarının olmadığını bildirmiş, lakin Rahil ona sifarişləri öz jurnallarından verəcəklərini, işləri özünün aparacağını və bir müddət sonra mətbəə üçün avadanlıqlar da ala biləcəklərini demişdir. O, Rahilə inanmış və mətbəə yaratmaq üçün onun dediyi işləri görmüşdür. Hətta mətbəənin açılması üçün xərcləri də Rahil ödəmişdir (100-150 manat). Beləliklə 2019-cu ilin noyabr ayında "xxxx" adlı MMC yaradılmışdır. Təsis sənədlərinə görə direktor o olsa da, lakin ilk gündən danışdıqları kimi, bütün işləri Təqsirləndirilən şəxs1 və mətbəənin mühasibi Atlas Həsənova görmüşlər. Atlas Həsənova daha əvvəldən Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi hansısa jurnalın mühasibi olmuşdur. O, “Asan imza” və möhürü mətbəə qeydiyyatdan keçən kimi gətirib Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 onun yanında Asan imzanı Atlasa Həsənovaya vermiş və onda qalacağını demişdir. Razılıq üzrə ona isə aylıq əmək haqqı veriləcəkdi. Bu məsələni Atlas Həsənova istintaqda verdiyi ilk ifadələrində təsdiq etmişdir. Onun mətbəədəki işlər haqqında məlumatı olmamış, lakin Təqsirləndirilən şəxs1 onu tez-tez çağırmış və hansısa sənədləri imzalatmışdır. O, heç bir müqavilənin məzmunundan xəbərdar olmamış və hansı işlərin görüldüyünü də dəqiq bilməmişdir. Mətbəəyə verilən pullardan və onların istifadəsi haqqında o yalnız istintaq və məhkəmə prosesində öyrənmişdir. Bütün işləri Rahil özü görmüşdür. Jurnalların demək olar ki, bütün işçiləri öz ifadələrində mətbəə və dəftərxana materialları ilə bağlı bütün məsələlərin Rahil tərəfindən şəxsən həll edildiyini təsdiqləmişlər. Mətbəəyə işçilərin hamısını Rahil götürmüş, o, heç kimi işə götürməmiş və iş üçün heç kimə, o cümlədən mətbəənin mühasibi Atlas Həsənovaya hansısa tapşırıq verməmişdir. Atlas Həsənova ilk ifadəsində də təsdiq etmişdir ki, mətbəə ilə bağlı bütün tapşırıqları Rahildən almışdır. Bəzən Rahil ona zəng edərək mətbəənin biznes kartına pul köçürüldüyünü bildirərək bəzi hallarda (bəzi hallarda özü kartdan pulu çıxarmışdır) onu çıxarıb gətirməyi tapşırmışdır. Ona tapşırmışdır ki, diqqəti çəkməmək üçün pulları hissə-hissə və fərqli bankomatlardan çıxarmaq lazımdır (özü də bu formada bankomatlardan pulu çıxarmışdır). Bankomatdan çıxarıb Rahilə verdiyi pullar üçün heç vaxt Rahil ona pul verməmişdir. Ona həmişə mətbəə avadanlıqları alacağını və yaxşı nəşriyyat yaradacağını demişdir. 2020-ci ilin fevral ayında Rahil ona işlərin çoxaldığını, yeni ofis tapmalı olduqlarını demişdir. Ofis yerini “Amal mətbəənin” adına götürməli olmuşlar, çünki Rahilin dediyinə görə jurnallar dövlət təşkilatı olduğundan icarə üçün pul verilməmişdir. Rahil icarə pulunu özünün verəcəyini demiş, ofisi də Rahil özü taparaq şərtləri danışmışdır. O, yalnız bir dəfə icarə müqaviləsi bağlananda obyekt sahibini görmüşdür. Aylıq icarələri, kommunal xərcləri və s. digər işləri də Rahil özü görmüşdür. O, mətbəədə baş verənlərdən tam xəbərsiz olmuşdur. Təxminən 2020ci ilin dekabrında onun elektron poçtuna Vergi xidmətindən məktub daxil olmuş, həmin məktubda mətbəənin vergi borclarının olması və ödənməli olduğu qeyd edilmişdir. O, həmin məktubu Rahilə yönəltmiş və borcları ödəməsini tələb etmişdir. Rahil ona söz versə də, sonra o, "xxxx" borcların ödənilmədiyini öyrənmişdir. Ona görə də 2021-ci yanvar ayında möhür və “Asan imzanı” dəfələrlə Rahildən geri istəmiş, onlar bu barədə dəfələrlə bərk mübahisələr etmişlər. Çox çətinlikdən sonra Rahil möhürü və imzanı ona qaytarmışdır. Həmin vergi borcları hələ də qalır. 2021-ci ilin aprelində Rahil ona Təhsil Nazirliyinin şikayəti üzrə prokurorluğun onun jurnallarında yoxlama apardığını demiş, ona dəfələrlə yalvarmışdır ki, bəzi sənədlərə qol çəksin. O, növbəti dəfə Rahilə inanmış və sənədləri imzalamışdır. Bu arada Rahil dəfələrlə ona yalvarmışdır ki, borclarını ödəməsi üçün valideyinləri vasitəsi ilə ona borc pul tapsın. O, həmişə bu xahişləri rədd etmişdir. Jurnalların dərc edilməsi, dəftərxana ləvazimatı və s. məsələlərlə Rahil özü məşğul olmuşdur. Ona görə də bu məsələləri o, ancaq istintaq zamanı eşitmişdir. Həmin proseslərin iştirakçısı olmadığından, o məsələlərdən pul almadığından özünü təqsirli bilmir. İttihamda ona qarşı irəli sürülən işə düzəltmə məsələləri ilə bağlı qeyd edir ki, Rahil hətta ondan öncə Akademiyada çalışmış və yüksək vəzifə tutmuşdur. Səhv etmirsə Rahil direktor müavini olmuşdur. İşdə adları keçən insanların əksəriyyəti ilə ondan əvvəl də münasibətləri olmuşdur. Həmişə də məqalələrin dərc edilməsi və işə düzəltmə üçün Rahilə müraciətlər etmişlər. Lakin Rahil jurnala işə getdikdən sonra akademiyadakı tanışlarının bəziləri onun Rahillə tez-tez görüşdüyünü bildikləri üçün tanışlarını işə düzəltmə məqsədi ilə bunun mümkün olmasını Rahildən soruşmağını xahiş etmişlər. O, heç bir təmənna olmadan bəzən bunu etmişdir. Tərəflər özləri razılaşdıqdan sonra bir-iki halda ondan sənədləri və pulu Rahilə verməyini xahiş etmişlər. O, heç vaxt bunun müqabilində heç kimdən özü üçün pul almamış və Rahil bu xidmətlərinə görə ona pul verməmişdir. O, sadəcə dostluq xatirinə bunları etmişdir. Heç vaxt məsələlərin həll olunmayacağını əvvəlcədən bilməmiş və Rahil bu haqda ona heç nə deməmişdir. Bəzi hallarda Rahilin saxtakarlıq etməsini isə məsələ açılandan sonra bilmişdir. Heç vaxt hansısa sənədlərin saxtalaşdırılmasında iştirak etməmiş və əvvəlcədən məlumatlı olmamışdır. Ona görə də işləri düzəlməyən şəxslərə pulların qaytarılmasında iştirak etməmiş, yəni o bir haldan başqa heç kimə iş düzəlmədiyinə görə pul verməmişdir. Həmin yeganə hal iş yoldaşı Şahid40 qohumunun diplomunun təsdiq olunması üçün onun vasitəsilə Rahilə verilmiş 4000 manatla bağlıdır. X77 pulunu geri ala bilmədiyindən təkidlə pulunu ondan istəmiş və hətta onun valideyinlərinə müraciət edərək əl çəkməmişdir. Buna görə də o, məcbur qalaraq pulun yarısını onun, digər yarısını isə Rahilin verməsini təklif etmiş, lakin Aynur və işin sahibi olan qohumu ondan əl çəkməmiş, Rahilin onları aldatdığını, get-gələ saldığını bildirmiş, buna görə də o, atasından xahiş edərək 4000 manatı alıb Aynura qaytarmışdır. Rahilin bundan xəbəri olmadığı üçün o, Aynurun qohumuna 2000 manat qaytarmışdır. Bunu Aynur ona demiş və həmin 2000 manatı ona qaytarmışdır. Beləliklə bu məsələdə əslində Rahil hələ də ona 2000 manat borclu qalmışdır. İttihamda başqa bir məsələ, onun rəsmən 12, əslində isə 7-8 ay baş redaktor olduğu “Azərbaycan aqrar elmi” jurnalında işə götürmələrlə bağlıdır. Münasibətlərinin yaxşı vaxtında 2020-ci ilin əvvəlində Rahil ona onu “Azərbaycan aqrar elmi” juranalına baş redaktor təyin etdirə biləcəyini demiş, əvəzində onun qarşısında şərt qoyaraq işçiləri özünün işə götürəcəyini, jurnalın ayaqda qalması üçün sifarişlər tapacağını, maliyyələşməsini təmin edəcəyini bildirmişdir. Həmin vaxtlar o, Rahilə çox inandığından onun təklifi ilə razılaşmış, 2020-ci ilin may ayında onun təyinatı olmuşdur. Lakin cəmi 2-3 ayda Rahil həmin jurnala 10-15 yeni işçi götürmüş, həmin jurnala işçiləri götürərkən o, heç kimdən pul almamış və Rahil buna görə ona pul verməmişdir. Rahilin həmin işə düzələn şəxslərə görə ona 500 manat verməsi ilə bağlı ifadəsi yalandır. O, sadəcə əvvəl vaxtlarda ondan aldığı borcu hissə-hissə qaytarmışdır. O, pulların qaytarılmasının heç birində iştirak etməmişdir. İlk vaxtlar işçilərə maaş vermək üçün Rahil ona məlum olmayan mənbədən onların hesaına müəyyən miqdarda pul da keçirtmiş, lakin əvvəlkilərlə birgə işçilərin sayının çox olması və Kənd Təsərrüfatı Nazirliyindən onlara pul ayrılmaması səbəbindən işçilərə əmək haqqı verilməsində problemlər yarananda onun Rahillə mübahisələri, konflikti yaranmışdır. Problemin həlli üçün o, ilk növbədə Rahilin yeni götürdüyü işçiləri işdən azad etmişdir. Onlar Rahilə şikayət edəndə, Rahil onların bəzilərini Nazirliyə şikayət etməyə təşviq etmişdir. Belə olduqda Nazirlik jurnalın fəaliyyətini yoxlayaraq ştatın şişirdildiyini qeyd etmiş və ona ciddi iradlar tutulmuş, töhmət verilmişdir. O, ilk ifadələrdə Rahilin xahişləri ilə əlaqədar və bəzi hallarda həyacanlı olduğundan məsələlər barəsində özünün iştirakı haqqında səhv məlumatlar vermişdir. Ona görədə 2022-ci ilin iyun ayında prokurorluğa müraciət edərək yenidən ifadə vermişdir. İstintaqda verdiyi ilkin ifadələrini təsdiq etmir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ortaq tanışı Şahid1 atasının yasında Zaurun vasitəsilə tanımışdır. Tanış olarkən Rahil özünü Təhsil Naziliyinin vəzifəli şəxsi kimi tanıtmışdır. Rahil onun istedadlı gənc olmağını görüb birlikdə əməkdaşlıq etmələrini təklif etmiş, Təhsil Nazirliyində irəli getmək üçün yaxşı şanslar olduğunu, onun vəzifədə yüksəlməyinə köməklik edəcəyini bildirmişdir. Rahil ona mətbəə açıb işlətməyi təklif etmiş, o da bu təklifi qəbul etmişdir. Mətbəə formal olaraq onun adına açılmış, lakin bütün işləri Rahil özü görmüşdür. Rahil özünün əlində üç redaksiya olduğunu, həmin redaksiyaların çap işlərini həmin mətbəədə görəcəklərini bildirmişdir. Onun Rahilin təklifi ilə razılaşmasının səbəbi, ona rəsmi şəkildə maaş verilməsi olmuşdur. Onun bu sahədə heç vaxt təcrübəsi olmamışdır. Rahil mətbəəni 2019-cu ilin noyabr ayının sonlarında təsis etmiş, mətbəənin adı "xxxx" MMC olmuşdur. Mətbəənin rəhbəri o olmuş, lakin bütün işləri Rahil özü görmüşdür. Mətbəənin açılmasında, təsisində və saxlanılmasında xərclənən pulları Rahil öz hesabına ödəmişdir. Mətbəənin mühasibi Atlas Həsənova da Rahilin öz işçisi olmuşdur. Onun qazancı aylıq sabit əmək haqqı olmuş, maaş 400-450 manatdan başlamışdır. Rahil ona Təhsil Nazirliyi ilə onun münasibətlərini yaxınlaşdıracağına, vəzifədə yüksəlməyinə köməklik göstərəcəyinə vəd vermişdir. O, ona təqdim edilən sənədləri, müqavilələri oxumadan imzalamışdır. Rahillə arasındakı münasibətə güvənib sənədləri imzalamışdır. Mətbəəyə aid bütün işləri Rahil özü görmüş, işçini işə özü götürüb, özü də işdən azad etmişdir. Möhür və asan imza Rahil və Atlasda olmuş, onun mətbəədə heç bir rolu olmamışdır. Möhürü 2021-ci ilin yanvar ayında Rahildən zorla almışdır. Müqavilələrin icrası ilə bağlı köçən pul vəsaitlərinin aqibəti ilə bağllı məlumatı olmamışdır. Onun mühasibi də Rahilin işçisi olmuşdur. O, məlumatları elektron sistemə daxil etməyi bacarmamışdır. O, elmi tədqiqat sahəsindən gəlmiş, bu işlərdən anlayışı olmamışdır. Ona görə də heç nədən xəbəri olmamışdır. O, formal olaraq rəhbər olmuşdur. 2020-ci ilin sonlarında Rahili işdən çıxaran zaman ibtidai istintaqda məlum olmuşdur ki, onun rəhbəri olduğu qurum belə xidmətlər göstərmişdir. Asan imzası da onda olmamış, o, bilərək bu yola girməmişdir. Rahil ondan vasitəçi kimi istifadə etmişdir. Hesaba köçən pulları bəzi hallarda Rahil özü çıxarmış, bəzən də ona hesabına pul keçdiyini, həmin pulu çıxarıb gətirməsini demişdir. O da pulu çıxarıb Rahilə vermişdir. Rahil həmin puldan ona heç bir məbləğ verməmişdir. Rahil ona bu pullarla işi böyüdəcəyini demişdir. Jurnalın baş redaktoru Rahil olmuş, göstərişi də özü vermişdir. O, Şahid21, Şahid23, Şahid25 adlı şəxslərin heç birini tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Sadəcə onları Bahar vasitəsilə Rahil ilə əlaqəndirmişdir. Bahar Rahili ondan əvvəl tanımışdır. Bahar ondan Rahildən Şahid21, Şahid22, Şahid23, Şahid25 işlərini həll edib-edə bilməyəcəyini soruşmasını xahiş etmiş, o da bu barədə Rahildən soruşmuşdur. Rahil həll edə biləcəyini demişdir. O, bu barədə Bahara məlumat vermiş, Baharın verdiyi sənədləri və pulu aparıb Rahilə vermişdir. Bu işlərdən ona pul çatmamışdır. Onun orda heç bir marağı olmamışdır. Şahid21, Şahid23, Şahid25 işi ilə bağlı Bahar Rahil ilə görüşmüş, Rahil öz təcrübəsinə uyğun şəkildə bu işləri uzatmışdır. Ondan sonra bu problemlər ortaya çıxanda o heç nə ilə əlaqəsinin olmadığını, sənədləri və pulları Rahilə verdiyini demiş və ondan tələb etmələrini tövsiyə etmişdir. Onun saxta sənədlərin hazırlanmasından məlumatı olmamışdır. Whatsap vasitəsilə onunla danışılmamış, Baharın özü ilə danışılmışdır. Şahid21, Şahid22, Şahid23, Şahid25 işlərinin düzəldilməsi müqabilində ümumilikdə 17.500 manat alınmasında onun rolu olmamışdır. Sadəcə Bahar sənədləri və pulu gətirib ona vermiş, o da aparıb Rahilə vermişdir. Həmin şəxslərlə onun heç vaxt birbaşa dialoqu olmamışdır. 2019-cu ilin iyul ayından xx.xx.2021-ci il tarixədək olan dövrdə “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı üçün bağlanan müqavilələrdən onun məlumatı olmamışdır. Rahil vaxtı olmadığı üçün pulu bankomatdan onun çıxarıb gətirməyini tapşırmış, o da pulu çıxarıb Rahilə vermişdir. Rahil müqavilələri "xxxx"nin adına bağlamışdır. “Azərbaycan Məktəbi jurnalı” redaksiyasının dəftərxana ləvazimatlarının alınmasına köçürülən pulların aqibətindən xəbəri olmamışdır. Həmin müqavilələrə istintaq başlayandan sonra Rahilin ona yalvarması ilə bağlı imza çəkmişdir. O, sənədləri imzalayanda Rahil ona narahat olmamasını, hər şeyi yoluna qoyacağını, hər şeyin onluq olduğunu demişdir. O da Rahilə inanıb müqavilələrə imza etmişdir. Şahid36 ilə şəxsi tanışlığı, münasibəti olmamış, həmin şəxsi Rahil vasitəsilə tanımışdır. X78 Nazirliyinə işə düzəltmişdir. Rahil ona təklif etmişdir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Elmi jurnalda baş redaktor təyin etdirsin, onun dedikləri ilə otur-dursun.O da Rahillə razılaşmış, onun dediklərini etmişdir. Şahid36 işə götürülməsindən onun xəbəri olmamışdır. Bir dəfə ona məlum olmuşdur ki, Rahil Ayseli ondan xəbərsiz işə götürmüş və elektron sistemə daxil etmişdir. Onun bu barədə xəbəri olan kimi həmin şəxsi sistemdən çıxartmışdır. Onun bu sahədə təcrübəsi olmadığı üçün bütün işlərini Rahil həll etmişdir. Şahid55 işə götürülməsindən xəbəri olmamış, 8000 manatdan məlumatı olmamışdır. Şahid77 Ruslan qızını portala o daxil etmiş, bunun üçün pul almamış, bunu, Rahilin göstərişi əsasında etmişdir. Şahid38 işə götürülməsini də Rahilin göstərişi əsasında portala daxil etmişdir. Şahid39 3000 manatı Rahil almışdır. Şahid42 Yaşar qızının işində sadəcə vasitəçilik etmişdir. İş yoldaşı Aynur Kərimova xahiş etmişdir ki, bir nəfərin diplomunu nastrifikasiya etmək lazımdır. O da həmin işi Rahildən xahiş etmişdir. Sevinc xanımdan bu işin müqabilində pul almamışdır. Rahil bu işdən ona pul verməmişdir. Onun heç bir maddi marağı olmamışdır. Pulu Aynur vermişdir. Təqsirləndirilən şəxs3 işə götürülməsi müqabilində 500 manat almamışdır. Rahil ona təzyiq etmiş, onun dediklərini etməsə onu cəzalandıracağını, işdən çıxartdıracağını, töhmət verdirəcəyini və s. demişdir. O, Səmayə Niftəyevanı da Rahilin təzyiqi altında portala daxil etmiş, bunun qarşılığında pul almamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, ona 200 səhifəlik müqavilə gətirib imzalatmışlar, onun heç bir müavilədən xəbəri olmamış, X15 tanımamış, Aysel Nəcəfovanın diplomunun təsdiq edilməsi ilə bağlı heç prosesdə iştirak etməmişdir. Rahilin Nərgiz xanımdan pul götürüb ona 500 manat verməsi yalandır, Nərgiz xanımı o da, Rahil də tanımışdır. Nərgiz ona Rahillə münasibətinin olduğunu demiş və onunla görüşməsinə köməklik etməsini xahiş etmişdir. O da həmin şəxsləri görüşdürmü və digər baş verənlərdən xəbəri olmamışdır. Rahil Nərgizi çox yaxşı tanımış, həmin işlə bağlı ona 500 manat pul verməmişdir. Onun pul müqabilində sənədləşmə işlərindən xəbəri olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi fondunun məkəzləşdirilmiş elektron informasiya sisteminə Şahid52 işə götürülməsi ilə bağlı informasiya daxil etmişdir, həmin işi də Rahilin təzyiqi altında etmişdir. Rahil ona əks halda onu maddə ilə işdən çıxaracaqlarını demişdir. Rahil onun etibarından sui-istifadə etmişdir. Onun “Aqrar” elm jurnalında işə qəbul barədə məlumatı olmamışdır. Şahid71 da tanımamışdır. Rəhbərlik etdiyi redaksiyada işə götürmə ilə bağlı məsələlərdən xəbəri olmamışdır. İşə götürmə ilə bağlı heç kimdən vəsait götürməmişdir. 5000 manat vəsaitin götürülməsi və Şahid71 elektron sistemə daxil edilməsi ilə bağlı məlumatı olmamışdır. Bütün təşkilatçılıq işlərin Rahil görmüş, o, formal bir şəxs olmuşdur. Rahil pulu alanda nazirliyə kifayət qədər işlər gördüyünü, buna görə də onun xahişlərini yerinə yetirməyə borclu olduqlarını, xahişlə bütün işləri görə biləcəyini və hər şeyi özünün həll edəcəyini demişdir. Onun bu işlərin heç birində marağı olmamışdır. Diplom təsdiqi ilə bağlı 4000 manatı Rahil özünə istəmiş və kifayət qədər əlaqələri olduğunu demişdir. O, sadəcə iş yoldaşı üçün Rahilə müraciət etmişdir. "xxxx" MMC-nin rəhbəri Rahilin keçmiş sevgilisi olmuş, sonradan məlum olmuşdur ki, "xxxx" MMC-nin başına gətirdiyi oyunları "xxxx" MMC-nin də başına gətirmişdir. O, Rahillə yaxın münasibətdə olan şəxs olmuşdur. İşçilərin işə cəlb edilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 məşğul olmuş, o, mətbəə işindən anlayışı olmayan bir şəxs olmuşdur. "xxxx" mətbəədə işləyən işçilərdən Atlas Həsənova, Ülkər Ramazanova və digərləri eyni vaxtda Təqsirləndirilən şəxs1la birlikdə işləmişdir. "xxxx" mətbəənin aylıq xərclərini Təqsirləndirilən şəxs1 ödəmişdir. Gözəli Rahilin yanında onun işçisi kimi tanımış, Gözəl ilə hər hansı bir iş birliyi olmamışdır. İstintaqa verdiyi ifadəni təsdiq etmir. Belə ki, həmin vaxt təzyiq altda olduğuna, özündə olmadığına görə istintaqda etirafedici ifadə vermişdir. O, "xxxx" mətbəənin bu işlərin içində olduğunu bilməmişdir. "xxxx" MMC-dən aylıq 350-400 manat maaş almış, maaşa heç bir əlavəsi olmamışdır. 1 il "xxxx" MMC-dən maaş almışdır. Elmlər Akademiyasından 2021-ci ilin may ayında işdən çıxmışdır. 2021-ci ilin dekabr ayında 733 manat pul nağdlaşdırmasını təsdiq etmir. Şirkətlərə pandemiya dövründə yardım olunmuş, nə qədər yardım olunduğunu bilməmiş, pulu çıxardıb Rahilə vermiş və miqdarını da bilməmişdir. AR Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı ərizəni yazanda özündə olmamışdır. "xxxx" mətbəə MMC-nin adına biznes kartı olmuşdur. Kartdan nağdlaşdırmanı Rahil də, o da etmişdir. 29000 manat məbləğində pul nağdlaşdırmağı yadında deyil 2018-2020-ci il ərzində onda 6 ədəd bank kartı olmuşdur. “Aqrar” elm jurnalına görə əmək haqqı kartı verilmişdir. Redaksiyanın işçilərinə görə Rahil ona rüşvət verməmişdir. İlqar adlı şəxsi tanımamış, həmin şəxsi kimin işə götürdüyünü də xatırlamır. Heç kimi işə götürməmiş və heç kimdən də buna görə pul almamışdır. X2 xatırlamır. O, mətbəəyə gedib, oturub çay içib, söhbət etmişdir. Heç bir işçiyə göstəriş vermək səlahiyyətində olmamışdır. Mətbəəni Rahilin təkidiylə o açmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 15 il Ukrayna Respublikasında yaşamış, orada 15 il müəllimə işləmiş, müharibə ilə əlaqədar olaraq öz vətəninə qayıtmışdır. O, burada bir qadınla tanış olmuş, həmin qadın ona Təhsil Nazirliyində dövlət işi olduğunu demiş, o da bu vasitə ilə işə girmiş, lakin bir neçə ay onu heç kim işə çağırmamışdır. O, rəhbərliklə əlaqə saxlamış, ona yer olmadığını, böyük ofisə köçəcəklərini, o zaman onu çağıracaqlarını demişlər. Onun əmək haqqını həmişə Əcəmi metrostansiyasının yaxınlığında əlbəəl vermişlər, hər dəfə əmək haqqını verməmişdən əvvəl müxtəlif tapşırıqlar vermişlər, o da həmin tapşırıqları online şəkildə evdən etmişdir. Ona gördüyü işlərin qarşılığında 400 manat pul vermişlər. Daha sonra ofis Nərimanov rayonuna köçürülmüş, o zaman orada bir neçə ay işləmiş, daha sonra ona yer olmadığını, evdən işləməsini demişlər. Həmin vaxt o, bu işlərə Rahilin nəzarət etdiyini bilməmiş, iş yerində isə Təhsil Nazirliyi ilə bağlı abu-hava olmamışdır. Ona onları Təhsil Nazirliyinə köçürəcəklərini demişlər. Daha sonra o, kredit əldə etmək üçün banka yaxınlaşmış, iş yerindən ona verilən vizit kartını banka təqdim etmiş, orada ona onun vəzifəsinin kuryer olduğunu demişlər. O, bu barədə Rahildən soruşmuş, Rahil ona sistemdə texniki səhvlik olduğunu və düzələcəyini demişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Dinarə xanım rayonda məktəb direktoru kimi işə düzəlmək istəmiş, Dinarə xanım onların tanışı olmuşdur. Dinarə xanım ondan köməklik göstərməsini xahiş etmiş, bu işlə bağlı Baharla danışmışdır. Pul verilən zaman o, işə gedib-gəlmiş, pulu Təranə xanım ona vermişdir. O pulu Amala vermiş, Amal da Bahara vermişdir. O, Amalın nə işlədiyini bilməmişdir. Daha sonra pulu verən qadın ondan pulunu tələb edən zaman Rahil onun işinin təsdiqi ilə bağlı şəkillər göndərmişdir. Daha sonra həmin şəkillərin saxta olması müəyyən olmuşdur. O, öz qızıl boyunbağını lombarda qoyub, həmin qadının pulunu qaytarmışdır. Daha sonra o, pulu Rahildən almışdır. Daha sonra Nailə xanım qızı üçün iş axtarmış, bu məsələ ilə bağlı Ramilə ilə danışmış, Nailə xanımdan 8.000 manat pul götürülmüşdür. Nailə xanım ona iş düzələndən sonra ona “hörmət” edəcəyini demiş, Ramilə ona işi İsgəndər Xəlilovun vasitəçiliyi ilə düzəldəcəyini demişdir. O, Nailənin pulunu Ramiləyə vermiş, Nailə xanımın işi çox uzanmışdır. Sevinc xanım müəllimə işləmiş, işini dəyişmək istəmiş, Sevinc bu işlə bağlı kredit götürmüşdür. Sevinc, bacısı və o, Rahilin ofisinə getmişlər, Rahil pulun məbləğini özü demişdir. Rahil Sevincin pulunu qaytarmış, Rahil bu işlə bağlı ona pul verməmişdir. Məmməd adlı şəxs Gəncə şəhərində direktor işləmiş, qızını və oğlunu işə düzəltmək istəmişdir. Rahil iki nəfər üçün məbləğin 10.000 manat olacağını demiş, Məmməd 10.000 manatı ona göndərmiş, o da Rahilə vermişdir. Həmin 10.000 manatdan ona pul çatmamışdır. Eminin dayısı Ərəstun onların tanışı olmuş, Ərəstunun qardaşları onların qonşusu olmuşlar. Həmin şəxslər diplomun təsdiq edilməsini istəmiş, bu məqsədlə pul vermişlər. Aidənin atası Yusifəli ondan pulunu istəmiş, Rahil Yusifəlinin pulunu qaytarmamışdır. Rahil ona diplom işini yüz faiz həll edəcəyini, 4.700 manat pulu götürüb Yusifəliyə verməsini demişdir. Yusifəli onu intihar həddinə çatdırmışdır. Eminin qohumları ona pulu çatdırmış, o da həmin pulu Yusifəliyə vermişdir. Rahil sənədi ona vermiş, o da Ərəstuna vermiş, bir ay sonra Ərəstun diplomun saxta olduğunu demişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayınının axırlarında o, Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndislik və tətbiqi elmlər kafedrasının baş müəllimi Zərərçəkmiş şəxs19 və həmin kafedranın dosenti Zərərçəkmiş şəxs18 Şahid1 yaxınlaşıb üçünün birlikdə hazırladığı “Keyfiyyət İdarəetmənin kateqoriyası və xarici modellərin tarixi aspektlərinin müqayisəli təhlili” adlı elmi məqaləsinin “Web of scienses” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsində köməklik göstərməsini xahiş etmişlər. Zaur ona bir nəfər tanışının olduğunu, onun bu işdə köməklik edərək məqalələri beynəlxalq impakt faktorlu jurnallardan birində çap etdirə biləcəyini, bunun üçün məqaləyə görə ona 1200 manat pul vəsaiti veməli olduqlarını, özünün də həmin pulu tanışına verəcəyini bildirmişdi. Onlar da bununla razılaşmışlar. 2019cu ilin sentyabr ayının axırlarında dəqiq xatırlamadığı tarixdə Şahid1 zəng edərək o, Zərərçəkmiş şəxs18 və Zərərçəkmiş şəxs19 ilə birlikdə Zaurun Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında yerləşən xidməti otağına getmişlər. Orada görüş zamanı Zaura elmi məqalələrinin “Web of scienses” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsi üçün hər biri ayrı-ayrılıqda olmaqla o öz üzərinə düşən 400 manatı, Nigar öz üzərinə düşən 400 manatı, Ülkər isə öz üzərinə düşən 400 manatı, ümumilikdə 1200 manatı şəxsən vermişlər. Hər üçünün həmmüəllif olduğu elmi məqaləni isə xarici yaddaş qurğusunda Şahid1 vermişlər. Şahid1 onlara pulu aldıqdan sonra elmi məqalələrinin 6 ay ərzində beynəlxalq impakt faktorlu jurnallardan birində dərc etdirəcəyini bildirmişdir. Pulu verdikdən sonra 6 ay gözləmişlər. Lakin elmi məqalələri dərc olunmamışdır. Şahid1 ona bunun onluq olmadığını, tanışı tərəfindən məqalə dərcinin yubandığını bildirmişdir. Sonrakı dövrlərdə bir neçə dəfə də Zaurla əlaqə saxlasa da, yazışsa da heç bir nəticəsi olmamışdır. 30 iyun 2019-cu il tarixədək səbrlə gözləmiş, həmin tarixdən sonra isə artıq aldadıldıqlarını başa düşüb onlar pulu Zaurdan geri istəmişlər. Bir müddət pulun geri qaytarılması yubanmış, ən sonda 2020-ci ilin oktyabr ayının axırları – noyabr ayının əvvəllərində 1200 manat pul vəsaitini tam həcmdə Şahid1 geri almışdır. Ülkər və Nigarın hər birinin 400 manatını onlara geri qaytarmışdır. Pulu geri qaytararkən Zaur ona pul vəsaitini geri qaytararkən həmin pulu özündən qaytardığını, özünün də onların məqalə dərci üçün ona verdikləri pulu Rahil adlı tanışına verdiyini, sonuncunun onu da aldatdığını, bu günədək Rahilə verdiyi pulu geri ala bilmədiyini bildirmişdir. Sonrakı dövrlərdə Zaurla heç bir əlaqəsi olmamışdır. O, Rahil adlı şəxsi tanımır, sonuncu ilə görüşməmiş, ona pul verməmiş, yazışmamış, danışmamışdır. Ona dəymiş ziyan ödənilmiş, heç kəsdən şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 Zərərçəkmiş şəxs17 ilə oxşar məzmunlu ifadə vermiş, məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 Zərərçəkmiş şəxs17 ilə eyni məzmunda ifadə vermiş, əlavə olaraq 400 manat pulu Zaur müəllimə verdiyini, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərdən heç birinə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdən AMEA-da çalışan Şahid1 tanıyır. 2018-cı ilin may ayında Şahid1 yaxınlaşıb onun “Xüsusi iqtisadi zonalar” haqqında elmi məqaləsini “Web of scienses” adlı elektron bazada qeydiyyat keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsində köməklik göstərməsini xahiş etmişdir. Şahid1 ona bir nəfər tanışı vasitəsi ilə həmin məqaləni dərc etdirəcəyini, bunun üçün 2500 manat pul vəsaiti verilməli olduğunu bildirmişdir. O da razılaşmışdır. Bununla əlaqədar, 2018ci ilin may ayında Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında əvvəlcə 800 manat, ikinci dəfə 1700 manat dəyərində olan 1000 ABŞ dolları olmaqla Şahid1 pul vəsaiti vermişdir. Ümumilikdə, Şahid1 2500 manat pul vəsaiti təqdim etmişdir. Şahid1 məqalənin 6 ay ərzində dərc ediləcəyini bildirsə də, məqaləsi dərc olunmamışdır. O bir il gözləmişdir. Hər dəfə məqalə dərci yubandıqda o Zaura zəng etmiş, Zaur da məqalə dərcinin Rahil adlı tanışı tərəfindən yubadıldığını, qısa müddət ərzində bu məsələni həll edəcəyini demişdir. Hətta Zaur səhv etmirsə ona Rahilin mobil nömrəsini də vermişdir. O da Rahilə zəng etmiş, Rahil ona həmin pulu Zaura qaytaracağını bildirmişdir. Məqaləsi dərc olunmamış, 2500 manat pul vəsaiti isə yalnız 2022-ci ilin dəqiq xatırlamadığı tarixində Zaur tərəfindən ona qaytarılmışdır. Zaur pulu ona geri qaytararkən 2500 manatı özündən geri qaytardığını, lakin Rahil tərəfindən bu günədək ona hər hansı pul vəsaiti qaytarılmadığını bildirmişdir. Ona dəymiş ziyan ödənilmişdir, heç kimə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun təqsirləndirilən şəxslərin heç biri ilə əlaqəsi olmamış, aldanıldıqdan sonra Rahillə telefonla danışmış, Rahillə onu Zaur calaşdırmışdır. O, heç kimdən şikayətçi deyil, onları bağışlamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hal-hazırda İqdisadiyyat Universitetində işləyir, təqsirləndirilən şəxslərdən heç kimi tanımır. Onlardan xaricdə məqalə tələb olunmuş, bunun üçün onlar məqalənin çıxmasında maraqlı olmuşlar. Onlar Zaur müəllimlə görüşmüş, o da onlara Çində nüfuzlü bir jurnalın olduğunu və məqalələr dərc etdiyini demişdir. O, jurnalı yoxladıqdan sonra ona 850 manat pul vermiş və pulu verdikdən sonra onlar ona 6 aya məqalənin hazır olacağını demişlər. 6 ay keçdikdən sonra onlar ona saxta bir məqalə vermiş və o, bunun qəbulolunmaz olduğunu və pulunu qaytarmasını demişdir. Akif müəllim də ona məqalə vermək istəmişdir. Bir müddət vaxt keçdikdən sonra o, nəticə olmadığını görmüş və pulunu geri tələb etmişdir. O, 800 manat pulunu almış, lakin 50 manatı qalmışdır. O, təqsirləndirilən şəxslərin heç birindən şikayətçi deyil, o pulunu geri almış, ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zaur adlı şəxs elmi katib olmuş, o yanız Zauru tanımış, Zaur ona pulu kiməsə verdiyini demişdir. Zaur müəllim ona jurnal ilə birbaşa əlaqəsinin olduğunu demiş, o da inanmış, lakin pulu istəmək vaxtı gəldikdə o, pulu kiməsə verdiyini demiş, lakin kimə verdiyini deməmişdir. Onun yazdığı məqalə 20 səhifə olmuş, ancaq onu sıxan zaman 12 səhifəyə düşmüşdür, məqaləni ingilis dilində hazırlamışdır, sözügedən jurnal Çində dərc olunmalı olmuşdur. Lakin sonradan ona başqa bir jurnal verilmiş və o, bunu qəbul etməmişdir. O, ingilis dilini bilmədiyi üçün özü müraciət etməmiş, jurnalı tərcümə mərkəzlərində tərcümə etdirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. O, Kənd Təsərrüfat Nazirliyinin İnstitutunda işləmiş, 2018-ci ildə institut ləğv edilmiş və onun yerində mərkəz yaradılmış, o da hal-hazırda orada elmi katib vəzifəsində işləyir. Onlarda elmi işçilərdən həmişə məqalələr tələb olunmuş və o da təhsilini Elmlər Doktoru üzrə müdafiə etmək ərəfəsində olmuşdur. Bunun üçünm ona xaricdə dərc etməyə məqalə lazım olmuşdur. O dostunun vasitəsilə tanış tapmış və məqalənin xaricdə dərc edilməsi üçün pul vermişdir. Bir müddət sonra məqalə dərc edilməmiş, ona saxta məqalə verilmiş, lakin həmin məqalə qəbul olunmamışdır. Sözügedən şəxs məqalə çıxmadığı üçün pulunu geri qaytarmışdır. Ona dəymiş ziyan ödənilmiş, heç kimə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, bir məqalənin dərci üçün 850 manat pul vermiş, onun pulu qaytarılmışdır. O, pulu Qalib adlı şəxsə vermiş və Qalib müəllimin pulu kimə verməsini bilməmişdir. O, sözügedən şəxsi tanımamış, həmin şəxsin adı Zaur olmuşdur. Onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır və onu bağışlamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, iş üzrə fəlsəfə doktorudur, 2017-ci ildən Clarivate Analytics beynəlxalq elmi bazasının Azərbaycan nümayəndəliyi tərəfindən əsasən ali təhsil müəssisələrində təşkil etdiyi “Beynəlxalq elmi jurnallarda elmi məqalələrin yazılma qaydaları” və “Elmi jurnalların beynəlxalq standartlara uyğun hazırlanması, elmi bazalara təqdimetmə qaydaları” adlı təlimlərinin təlimçi-ekspertidir. 2019-cu ilin oktyabr-noyabr aylarında professor Dr.Abdullah İşıklar ona bir çox tədqiqatçılarının X99 X32 Universitetində elmlər doktoru dərəcəsi almaq üçün təhsil aldığını, universitet rəhbərliyinin ani qərarına əsasən hansı tələbələr sırf müdafiə etmək üçün beynəlxalq impakt faktorlu jurnallarda məqalə dərc etdirməyi gözləyirsə 2020-ci ilin may ayına qədər zaman veriləcəyini, əgər ki, dərc edə bilməsələr doktorluq üzrə aldıqları təhsillərin ləğv ediləcəyini bildirmişdir. Daha sonra Dr.Abdullah İşıklar ondan həmin məqalələrin beynəlxalq impakt faktorlu jurnallarda qısa müddət ərzində dərc edilməsində köməklik göstərməsini xahiş etmişdir. Ümumi maraqlandıqda bu prosesin ən azı 5-6 ay çəkəcəyi ilə bağlı məlumat almışdır. Bu mövzu ilə bağlı kömək etmək üçün araşdırma edərkən “Elm və İnnovativ Texnologiyalar” jurnalının iqtisadiyyat üzrə elmi məqalələrin rəyçisi AMEA-nın İqtisadiyyat institutunun elmi işçisi Şahid3 ona Azərbaycanda alimlərə kömək edən, qısa müddətdə impakt faktorlu jurnallarda məqalə dərc etdirən bir tanışının olduğunu bildirmişdir. Şahid3 həmçinin, həmin şəxsin Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Təqsirləndirilən şəxs1 adlı şəxs olduğunu, nazirliyin bütün elmi jurnallarına onun rəhbərlik etdiyini bildirmişdir. Şahid3 əlaqə saxlayıb maraqlanmış və 2 aya kimi məqalələri dərc etdirəcəyini bildirmişdir. Bu işlər Şahid3 vasitəsilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 Şahid3 vasitəsi ilə ona bir sıra jurnal siyahısı göndərmişdir. 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayının sonunadək Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs1 18 ədəd məqalə və hər məqalə üçün 335 ABŞ dolları olmaqla 6000 ABŞ dollar verməyə razılaşmışdır. 30 ABŞ dollarını isə Təqsirləndirilən şəxs1 güzəştə getmişdir. Rahil söz verdiyi vaxtdan dərc olunma tarixi uzanmağa başlamışdır. Şahid3 mütəmadi olaraq Təqsirləndirilən şəxs1 məlumat aldıqda isə Rahil müxtəlif vədlər verərək dərcin yubandığına onları inandırmağa çalışmışdır. Artıq onda şübhələr yaranmağa başlamış, Şahid3 vasitəsilə Təqsirləndirilən şəxs1 ödənişləri geri qaytarması barədə xəbər göndərmiş, Rahil isə 2020-ci ilin sentyabr ayının 30-na qədər pulu qaytaracağına söz versə də, puldan yalnız 300 manat qaytarmış, qalan hər hansı vəsait qaytarmamışdır. Təqsirləndirilən şəxs1 Şahid3 vasitəsi ilə verilən 7000 ABŞ dollar pul vəsaiti ona məxsus olmuş, pul vəsaitinin tam həcmdə geri qaytarılmaması səbəbdən Təqsirləndirilən şəxs1 şikayət etmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Abdullah İşıklar ilə aralarındakı şifahi razılaşmaya görə pulu Rahilə o, özündən verməli olmuş, məqalələr dərc olunduqdan sonra isə Abdullah həmin pulu ona göndərməli olmuş, 6000 ABŞ dolları pulun hazırda dəqiq xatırlamadığı bir hisəsini Emin Məmmədzadəyə öz adına olan “Bank of Baku”ya aid olan bank kartından, “Milliön” ödəniş terminalı vasitəsi ilə Şahid3 adına olan "xxxx" ASC-yə məxsus bank kartına köçürmə yolu ilə, qalan vaxtlarda isə sürücüsü Cavid vasitəsi ilə iki dəfəyə göndərmişdir. May ayının son həftəsində, axşam saatlarında Şahid3 ona jurnal linki göndərərək məqalələrin dərc edildiyini bildirmiş, məqalələr guya “Mester” adlı jurnalda dərc olunmuşdur. Linki Türk tədqiqatçılarına göndərməzdən öncə dərhal araşdırmağa başlamış, bu sahədə təcrübəsi olduğundan, beynəlxalq kodlarından tutmuş bütün arxivinə qədər araşdırmış, həmin vaxt jurnalın “fake” jurnal olduğu, məqalələr dərc olunan jurnalın “Mester” jurnalı deyil, sadəcə həmin jurnalın təqlidini aparan “fake” jurnal olduğu üzə çıxmışdır. Şahid3 özü də araşdırdıqda məqalələrin çap olunan jurnalın “Mester” jurnalı deyil, sadəcə həmin jurnalın təqlidini aparan “fake” jurnal olduğunu, Təqsirləndirilən şəxs1 onları aldatdığını başa düşmüşdür. Pandemiya ilə bağlı universitet rəhbərliyi müdafiə proseslərini dayandırdığına görə tələbələr bir az zaman qazanmış, bu baxımdan gözləmişlər, bu proses 2020-ci ilin avqust ayının sonuna qədər çəkmişdir. Ona dəymiş ziyan hazırda ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, 1999-cu il tarixdən etibarən Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsində işləmişdir. Təxminən 16 ildən çoxdur ki, Azərbaycan Milli Elmlər Akademiyasında çalışan Şahid1 tanımış, Zaur ilə münasibəti yaxşı olmuşdur. 2018-ci ilin noyabr-dekabr ayında Şahid1 yaxınlaşıb ondan “Şumer və türk hal sistemlərinin struktur tipoloji müqayisəsi” adlı elmi məqaləsini “Web of scienses” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsində köməklik göstərməsini xahiş etmişdir. Şahid1 ona Təqsirləndirilən şəxs1 adlı bir tanışının olduğunu, Rahilin bu işdə köməklik edərək məqaləni beynəlxalq impakt faktorlu jurnallardan birində çap edə biləcəyini bildirmişdir. Beynəlxalq impakt faktorlu jurnallarda məqalələr yalnız ingilis dilində olmalı olduğundan, məqalə Azərbaycan dilində olduğundan Şahid1 həmçinin məqaləni tərcümə etməsini də xahiş etmişdir. Şahid1 də iki gün sonra zəng edərək tərcüməni özünün, məqalə çapını isə Təqsirləndirilən şəxs1 edəcəyini, buna görə ümumilikdə 1000 manat verməli olduğunu, 250 manatının tərcümə xidmətlərinə görə ona, qalan 750 manatın isə məqalə dərcinə görə Təqsirləndirilən şəxs1 çatacağını bildirmişdir. Bundan başqa 2018-ci ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının birinci mərtəbəsində dəhlizdə Şahid1lə görüşüb sonuncuya 1000 manat pul vəsaitini vermişdir. Şahid1 15 gün ərzində elektron poçtla göndərdiyi elmi məqaləsini tərcümə etsə də, təqribən 1 il yarım müddətində dərc olunmamışdır. Şahid1 hər dəfə bu barədə soruşduqda Şahid1 tərcümənin onluq olduğunu, həmin hissəni də etdiyini, çap işinə Rahilin baxdığını, Rahilin də qısa müddətdə həmin məqalənin dərc etdiriləcəyini bildirmişdir. Həmin müddətlərdə məqalənin beynəlxalq impakt faktorlu jurnallardan birində dərci ilə bağlı Rahilə bir neçə dəfə zənglər də etmişdir. Rahil isə hər dəfə danışıqları zamanı müxtəlif bəhanələr gətirib, elmi məqaləni beynəlxalq impakt faktorlu jurnalda dərc etməmiş, habelə son zamanlar telefon zənglərinə cavab verməmişdir. Həmin ərəfələrdə Zaurla danışarkən Zaur ona verdiyi 1000 manat pul vəsaitinin 250 manatını tərcümə xidmətlərinə görə özünə götürdüyünü, qalan 750 manat pul vəsaitini isə beynəlxalq impakt faktorlu jurnalda elmi məqaləsini dərc etmək üçün Təqsirləndirilən şəxs1 verdiyini, bu günədək həmin pul vəsaitini Rahildən ala bilmədiyini, Rahilin onu da aldatdığını bildirmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərin heç birinə qarşı şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, 2016-2021-ci illərdə 147 nömrəli liseyin direktoru vəzifəsində işləmişdir. 01 sentyabr 2021-ci il tarixdən etibarən Bakı şəhəri, 291 nömrəli Ekologiya liseyinin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 1984-1985-ci il tarixdən tanımış, Rahil onun həmkəndlisi, qonşusu və sinif yoldaşı olmuşdur. 2018-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs1 müraciət edib ondan “Ümumtəhsil məktəblərində dünya ədəbiyyatının tədrisinin əhəmiyyəti”, “Şagirdlərin planetar təfəkkürünün formalaşmasında dünya ədəbiyyatının rolu” və “Ədəbiyyatın müqayisəli tədrisi” adlı elmi məqalələrini ingilis dilinə tərcümə edib redaktə etməklə “Web of scienses” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsində köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 da bunu edə biləcəyini, lakin ona hər məqaləyə görə 1.000 manat verməli olduğunu, məqalələrin isə 6 ay ərzində beynəlxalq impakt faktorlu jurnalda dərc ediləcəyini bildirmişdir. O, Rahilə inanmış, 2018-ci ilin noyabr ayında dəqiq xatırlamadığı günlərdə X105 Metrostansiyasının yaxınlığında yerləşən adını xatırlamadığı çayxanada görüşmüş, görüşləri zaman hissə-hissə olmaqla Rahilə sözügedən üç ədəd azərbaycan dilində olan elmi məqaləsini ingilis dilinə tərcümə və redaktə edilib beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsindən ötrü 3000 manat pul vəsaitini təklikdə vermişdir. Həmin pul vəsaitlərini verərkən həmçinin Rahilə yaddaş kartında elmi məqalələrin azərbaycan dilində olan mətnlərini elektron variantda təqdim etmişdir. Rahil 3000 manat pul vəsaitini və elmi məqalələrini ondan aldıqdan sonra həmin məqalələri 6 ay ərzində dərc etdirəcəyini bildirsə də, vədini yerinə yetirməmişdir. Bu zəmində aralarında mübahisə yaranmış, Rahil isə hər dəfə müxtəlif bəhanələr edərək vaxt qazanmışdır. 2021-ci ilin sentyabr ayında “Şagirdlərin planetar təfəkkürünün formalaşmasında dünya ədəbiyyatının rolu” adlı elmi məqaləsi adını xatırlamadığı beynəlxalq impakt faktorlu jurnalda dərc edilsə də, digər iki məqalə isə Rahil tərəfindən dərc edilməmiş, nə də ki, verdiyi pulları ona qaytarmamışdır. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rahilə 3000 manat pul vermiş, pulları Rahilə şəxsən özü vermiş, hazırda ona dəymiş ziyan ödənilmiş, Rahilə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, 2005-ci il tarixdən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Arxeologiya və etnoqrafiya” kafedrasında çalışır, həmin tarixdən həm də tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsindədir. 2018-ci il tarixdən AMEA-da çalışan Şahid1 tanımışdır. 2018-cı ilin noyabr ayında Şahid1 yaxınlaşıb onun “Azərbaycanın maddi mədəniyyətində qadın kultu izləri” haqqında elmi məqaləsini “Web of scienses” adlı elektron bazada qeydiyyat keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsində köməklik göstərməsini xahiş etmişdir. Şahid1 ona bir nəfər tanışı vasitəsi ilə həmin məqaləni dərc etdirəcəyini, bunun üçün 1000 manat pul vəsaiti verilməli olduğunu bildirmişdir. O da razılaşmışdır. Bununla əlaqədar, 2018-ci ilin noyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında Şahid1 1000 manat pul vəsaiti və xarici yaddaş qurğusunda həmin elmi məqaləni vermişdir. Şahid1 məqalənin 6 ay ərzində dərc ediləcəyini bildirsə də, lakin məqaləsi dərc olunmamışdır. O, bir il gözləmiş, hər dəfə məqalə dərci yubandıqda o, Zaura zəng etmiş, Zaur da məqalə dərcinin tanışı tərəfindən yubandığını, qısa müddət ərzində bu məsələni həll edəcəyini demişdir. Lakin məqaləsi dərc olunmamış, 1000 manat pul vəsaiti isə Şahid1 tərəfindən ona yalnız 2019-cu ilin noyabr ayında dəqiq xatırlamadığı tarixində qaytarılmışdır. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun heç bir təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, ümumiyyətlə Təqsirləndirilən şəxs1 tanımamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 Zöhrab oğlu ifadəsində göstərmişdir ki, 2018-ci ilin yanvar ayında Şahid1 yaxınlaşıb onun “Azərbaycan nağıllarında yalançı pəhləvan” adlı elmi məqaləsinin “Web of scienses” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsində köməklik göstərməsini xahiş etmişdir. Şahid1 ona bir nəfər Rahil adlı tanışının olduğunu, onun bu işdə köməklik edərək məqalələri beynəlxalq impakt faktorlu jurnallardan birində çap etdirə biləcəyini, bunun üçün məqaləyə görə ona 850 manat pul vəsaiti verilməli olduğunu, özünün də həmin pulu tanışına verəcəyini bildirmişdir. O da bununla razılaşmış, 2018-ci ilin yanvar ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Şahid1 zəng edərək sonuncu ilə Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının qarşısında görüşmüş, görüş zamanı Zaura elmi məqaləsinin “Web of scienses” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsi üçün özünə məxsus olan 850 manat pul vəsatini vermiş, həmin məqaləni isə Şahid1 elektron poçt ünvanına göndərmişdir. Şahid1 ona pulu aldıqdan sonra elmi məqaləsinin 6 ay ərzində beynəlxalq impakt faktorlu jurnallardan birində dərc etdirəcəyini bildirmişdir. Pulu verdikdən sonra 6 ay gözləmiş, lakin elmi məqaləsi dərc olunmamışdır. Zaur ona bunun onluq olmadığını, Rahil tərəfindən məqalə dərcinin yubandığını bildirmişdir. Sonrakı dövrlərdə bir neçə dəfə də Zaurla əlaqə saxlasa da, yazışsa da heç bir nəticəsi olmamışdır. Hətta dəqiq xatırlamadığı tarixdə Zaur ona Rahilin məqaləni xatırlamadığı jurnalda dərc etdiyini bildirərək ona həmin jurnalı vermiş, lakin araşdırdıqda onun saxta olduğunu öyrənmiş, buna görə də onu cırıb atmışdır. Buna baxmayaraq 2020-ci ilin ortalarınadək səbrlə gözləmiş, hər dəfə ona müxtəlif bəhanələr deyilmişdir. 2020-ci ilin ortalarında Zaura öz etirazını bildirdikdə o birinci məqaləni tanışı Təqsirləndirilən şəxs1 dərc etməli olduğunu, lakin onu aldatdığını bildirmişdir. Buna görə də Zaurun təklifi ilə ona ikinci, yəni yeni “Nağılların say simvolikası: üç, yeddi, qırx” adlı məqaləsini Zaura vermiş, lakin buna görə Zaura pul verməmiş, Zaur da onu özü adını xatırlamadığı beynəlxalq impakt faktorlu jurnalda dərc etdirmişdir. Buna görə də Zaurdan sonuncuya verdiyi 850 manat pul vəsaitini geri istəməmişdir. Sonrakı dövrlərdə Zaurla heç bir əlaqəsi olmamışdır. Zaur məqalə dərc edilməyən vaxtlarda onu Rahillə danışdırıb məqaləni ondan tələb edib dərc etdirməyini xahiş etmiş, lakin o bunu etməmişdir. Baş verənlərlə əlaqədar heç bir şikayət, iddia və tələbi yoxdur. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərin heç birini tanımır, məqalə ilə bağlı 850 manat pulu Şahid1 vermiş, məqalə ilkin vaxt qəbul olunmasa da, sonrasında qəbul olunmuş, verdiyi pul ona qaytarılmamış, lakin məqaləsi başqa jurnalda dərc edilmişdir. Buna görə də heç kimdən şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, 2008-ci il tarixdən etibarən Azərbaycan Respublikası Prezidenti yanında X6 Hüquq kafedrasının dosenti vəzifəsində çalışır. Dosent və hüquq üzrə fəlsəfə doktorudur. 2019-cu ilin oktyabr ayında əvvəlcədən Təhsil Nazirliyində çalışan bir vəzifəli şəxs kimi tanıdığı Təqsirləndirilən şəxs1 hazırda xatırlamadığı mobil nömrəsi ilə əlaqə saxlayıb onun elmi məqaləsini “Web of scienses” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc etdirib-etdirə bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 bunu edə biləcəyini, bununla əlaqədar ona 300 ABŞ dolları pul verməyini təklif etmişdir. O da Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşmış, bu danışıqdan təqribən 2 gün sonra, 2019-cu ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının qarşısında 510 manat dəyərində olan 300 ABŞ dollarını və “Cinayət prosesində azadlıq hüququnun təmin edilməsinin konstitusion hüquqi əsasları” adlı azərbaycan dilində olan elmi məqaləsini şəxsən təklikdə vermişdir. 300 ABŞ dollarını Rahilə verərkən həmin dövrdə dolların məzənnəsi 1,70 manat olmuşdur. Rahil pulu və elmi məqaləni aldıqdan sonra ona məqaləni iki ay müddətində ingilis dilinə tərcümə edib “Web of scienses” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc etdirəcəyini demişdir. O da Təqsirləndirilən şəxs1 inanmış, iki ay gözləmişdir. Onun məqaləsi dərc olunmuşdur. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Ona heç bir maddi ziyan dəyməmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, 300 ABŞ dolları pulu Təqsirləndirilən şəxs1 vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona maddi ziyanın dəymədiyini, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, təqribən 10 il olar ki, Azərbaycan Milli Elmlər Akademiyasında çalışan Şahid1 tanıyır. 2017-cı ilin dekabr ayında tanışı Şahid1 yaxınlaşıb “Emosional deikslər və onun şifahi ifadəsi” adlı elmi məqaləsini “Web of scienses” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsində köməklik göstərməsini xahiş etmişdir. Şahid1 ona Təqsirləndirilən şəxs1 adlı bir tanışının olduğunu, ona bu işdə köməklik edərək məqaləsini beynəlxalq impakt faktorlu jurnallardan birində çap edə biləcəyini demişdir. Beynəlxalq impakt faktorlu jurnallarda məqalələr yalnız xüsusi qaydada beynəlxalq standartlara uyğun redaktə edilməli olduğundan, onun isə məqaləsi redaktə olunmadığından Şahid1 məqaləsini redaktə etməsini xahiş etmişdir. Şahid1 də iki gün sonra ona zəng edərək redaktəni özünün, məqalə çapını isə Təqsirləndirilən şəxs1 edəcəyini, buna görə ümumilikdə 900 manat verməli olduğunu, bir hissəsinin redaktə xidmətlərinə görə ona, qalan pul vəsaitinin isə məqalə dərcinə görə Təqsirləndirilən şəxs1 çatacağını bildirmişdir. 2017-ci ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə Şahid1lə Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının qarşısında görüşüb ona 900 manat pul vermişdir. Şahid1 pulu ondan alıb məbləğin doğru olduğunu demişdir. Həmin gün ona məxsus Elektron ünvan 1 adlı elektron poçt ünvanından adıçəkilən elmi məqalənin Azərbaycan dilində olan “word” faylını mailto:zaur.alıyev@gmail.comElektron ünvan 2 elektron poçt ünvanına göndərmişdir. Zaur ona elmi məqalənin iki ay ərzində dərc olunacağını bildirmişdir. Bundan sonra elmi məqaləsinin dərcini gözləmişdir. Şahid1 iki ay sonra elektron poçtla göndərdiyi elmi məqaləni redaktə etdiyini, Təqsirləndirilən şəxs1 tərəfindən isə məqalənin dərc olunduğunu bildirmişdir. Araşdırdıqda elmi məqaləsinin “Web of scienses” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində çap olunduğunu düşünmüş, lakin sonradan Ali Attestatiya Komissiyasına şifahi qaydada həmin məqaləni təqdim edərkən ona həmin məqalənin “Web of scienses” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnalda çap olunmadığını bildirmişdilər. Sonradan həmin elektron bazaya baxdıqda həqiqətən də məqaləsinin olmadığını görmüşdür. O, əsəbləşərək Şahid1 bu barədə demiş, Zaur ondan maraqlanmaq üçün vaxt istəmiş və bir neçə gün sonra zəng edərək həmin məqalənin həqiqətən də elektron bazada olmadığını, bütün bunların Təqsirləndirilən şəxs1la bağlı olduğunu bildirmiş və bir qədər səbrli olmağını xahiş etmişdir. Şahid1 hər dəfə bu barədə soruşduqda sonuncu redaktənin onluq olduğunu, həmin hissəni də etdiyini, çap işinə Rahilin baxdığını, Rahilin də qısa müddətdə həmin məqalənin dərc etdiriləcəyini bildirdiyini söyləmişdir. Lakin elmi məqaləsi yenə də dərc olunmamışdır. Aldadıldığını başa düşüb 2019-cu ilin yay ayında Zaurdan verdiyi 900 manat pulu geri tələb etmiş, bir neçə ay sonra Şahid1 həmin 900 manat pulu tam həcmdə geri qaytarmışdır. Zaur ona həmin pul vəsaitini verərkən Rahilin onu da aldatdığını, verdiyi pulun Rahildə olduğunu, pulunu özündən qaytardığını bildirmişdir. Baş verənlərlə əlaqədar olaraq Şahid1 və Təqsirləndirilən şəxs1 heç bir şikayət, iddia və tələbi yoxdur. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərin heç biri ilə əlaqəsi olmamış, pulu Şahid1 vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2016-cı ilin mart ayında Şahid1 yaxınlaşıb ondan “Qərb poeziya ənənəsi, Sərvəti-fünun və Hüseyn Cavid” adlı elmi məqaləsini “Web of sciences” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsində köməklik göstərməsini xahiş etmişdir. Şahid1 ona Təqsirləndirilən şəxs1 adlı bir nəfər tanışının olduğunu, onun bu işdə köməklik edərək məqaləsini beynəlxalq impakt faktorlu jurnallardan birində çap edə biləcəyini bildirmişdir. Beynəlxalq impakt faktorlu jurnallarda məqalələr yalnız ingilis dilində olmalı olduğundan, onun isə məqaləsi Azərbaycan dilində olduğundan Şahid1 həmçinin məqaləsini tərcümə etməsini də xahiş etmişdir. Şahid1 də iki gün sonra ona zəng edərək tərcüməni özünün, məqalə çapını isə Rahil adlı tanışının edəcəyini, buna görə ümumilikdə 1000 manat pul verməli olduğunu, 250 manatının tərcümə xidmətlərinə görə ona, qalan 750 manatının isə məqalə dərcinə görə Təqsirləndirilən şəxs1 çatacağını bildirmişdir. Şahid1 Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının ikinci mərtəbəsində yerləşən xidməti otağında 1000 manat pul vəsaitini vermişdir. Şahid1 pulu ondan alıb məbləğin doğru olduğunu demişdir. Bundan sonra elmi məqaləsinin dərcini gözləmişdir. Şahid1 15 gün ərzində ona elektron poçtla göndərdiyi elmi məqaləsini tərcümə etmiş, daha sonra ona Təqsirləndirilən şəxs1 tərəfindən məqaləsinin dərc olunduğunu bildirmişdir. O araşdırdıqda elmi məqaləsinin “Web of scienses” adlı elektron bazada qeydiyyat keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində çap olunduğunu düşünmüş, özü də həqiqətən də sistemdə bunu görmüşdür. Lakin sonradan Ali Attestatiya Komissiyasına şifahi qaydada həmin məqaləni təqdim edərkən ona məqalənin “Web of scienses” adlı elektron bazada qeydiyyat keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnalda çap olunmadığı bildirilmişdir. Sonradan o həmin elektron bazaya baxdıqda həqiqətən də məqaləsinin oradan çıxarıldığını görmüşdür. Şahid1 bu barədə demişdir. Zaur ondan maraqlanmaq üçün vaxt istəmiş və bir neçə gün sonra zəng edərək həmin məqaləsinin həqiqətən də elektron bazada olmadığını, bütün bunların Təqsirləndirilən şəxs1la bağlı olduğunu bildirmiş və bir qədər səbrli olmağını xahiş etmişdir. Şahid1 hər dəfə bu barədə soruşduqda o tərcümənin onluq olduğunu, həmin hissəni də etdiyini, çap işinə Rahilin baxdığını, Rahilin də ona qısa müddətdə həmin məqalənin dərc etdiriləcəyini bildirdiyini söyləmişdir. Həmin müddətlərdə məqaləsinin beynəlxalq impakt faktorlu jurnallardan birində dərci ilə bağlı Rahilə bir neçə dəfə zənglər də etmişdir, sms-lər yazmışdır. Rahil isə hər dəfə danışıqlar zamanı ona müxtəlif bəhanələr gətirmişdir, elmi məqaləsi beynəlxalq impakt faktorlu jurnalda dərc etməmiş, habelə son zamanlar telefon zənglərinə cavab verməmişdir. 2019-cu ilin yay aylarınadək səbrlə məqalənin çapını gözləmiş, lakin sonradan məqalənin çap olunmadığını görüb Şahid1 verdiyi pulu geri tələb etmişdir. 2019-cu ilin axırlarında dəqiq xatırlamadığı tarixdə Şahid1 ona verdiyi 1000 manat pulu tam həcmdə geri qaytarmışdır. Zaurla danışarkən ona verdiyi 1000 manat pul vəsaitinin 250 manatını tərcümə xidmətlərinə görə özünə götürdüyünü, qalan 750 manat pul vəsaitini isə beynəlxalq impakt faktorlu jurnalda elmi məqaləni dərc etmək üçün Təqsirləndirilən şəxs1 verdiyini, bugünədək həmin pul vəsaitini Rahildən ala bilmədiyini, Rahilin onu da aldatdığını bildirmişdir. Baş verənlərlə əlaqədar olaraq onun Şahid1 və Təqsirləndirilən şəxs1 heç bir şikayət, iddia və tələbi olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2000ci il tarixdən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının ak. Həsən Əliyev adına Coğrafiya İnstitununun “Azərbaycanın iqtisadi və siyasi coğrafiya şöbəsi”nin müdiri vəzifəsində çalışır. 2018-ci il tarixdən etibarən coğrafiya elmləri doktorudur. Təqsirləndirilən şəxs1 2016-cı il tarixdən tanıyır, sonuncunu X1 işçisi kimi tanımışdır. Həmin şəxslə münasibətləri yaxşı olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. Belə ki, 2016-cı ilin may ayında Təqsirləndirilən şəxs1 yaxınlaşıb “Təbii fəlakətlərin Azərbaycanın turizm təsərrüfatına təsiri” adlı elmi məqaləsini “Web of scienses” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsində köməklik göstərməsini xahiş etmişdir. Coğrafiya üzrə elmlər doktoru dərəcəsi almağından ötrü beynəlxalq impakt faktorlu jurnallardan birində minimum üç elmi məqaləsi çap olunmalı olmuşdur. Təqsirləndirilən şəxs1 da ona bunu edə biləcəyini, lakin hər məqaləyə görə 50 manat zəhmət haqqı daxil olmaqla 700 manat verməli olduğunu, məqalənin isə 1 ay ərzində beynəlxalq impakt faktorlu jurnalda dərc ediləcəyini bildirmişdir. O, Rahilə inanmış, 2016-cı ilin may ayında Təqsirləndirilən şəxs1 xidməti otağına gəlmiş və orada “Təbii fəlakətlərin Azərbaycanın turizm təsərrüfatına təsiri” adlı elmi məqaləsinin ingilis dilində olan mətnini Təqsirləndirilən şəxs1 adını xatırlamadığı elektron poçt ünvanına sonuncunun yanında göndərmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs1 700 manat pul vəsaiti vermişdir. Bundan sonra 1 ay gözləmişdir. 1 aydan sonra Rahildən elmi məqaləsinin dərc olunub-olunmadığını soruşduqda sonuncu ona adını bilmədiyi xarici jurnalda məqaləsinin dərc olunduğunu bildirərək jurnal təqdim etmişdir. Sonradan Təqsirləndirilən şəxs1 təqdim etdiyi jurnalı araşdırdıqda məqaləsinin həmin adı keçən beynəlxalq impakt faktorlu jurnalda dərc olunmadığını, saxta olduğunu müşahidə etmişdir. Rahilə bu barədə demiş və acıqlanmışdır. Rahilin verdiyi həmin jurnalı cırıb atmışdır. Rahil ondan möhlət istəmiş, sistemdə yubanma olduğunu, səbrli olmağını bildirmişdir. Bir müddət də gözləmiş, lakin heç bir nəticəsi olmamışdır. 2016-cı ilin sonlarında Təqsirləndirilən şəxs1 tərəfindən aldadıldığını başa düşüb sonuncudan verdiyi 700 manat pul vəsaitini geri istəmişdir. Həmin dövrlərdə Təqsirləndirilən şəxs1 hissə-hissə olmaqla 700 manat pul vəsaitini ona tam həcmdə geri qaytarmışdır. Bundan sonra Rahillə arasında hər hansı danışığı, görüşməsi olmamışdır. Təqsirləndirilən şəxs1 verdiyi 700 manat pul vəsaitini geri qaytardığı üçün sonuncudan hər hansı şikayət, iddia və tələbi yoxdur. (10-cu cild, i. v. 180- 219, 19-cu cild, i. v. 247-250) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqribən 5-6 il olar ki AMEA-da çalışan Şahid1 adlı şəxsi tanıyır. Sonuncu ilə münasibətləri yaxşı olmuş, aralarında hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. 2016-cı ilin iyun ayında Zaura yaxınlaşıb “Qarabağ poeziyası” adlı elmi məqaləsinin “Thompson Reutors” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsində köməklik göstərməsini xahiş etmişdir. Çünki filologiya elmləri doktoru elmi dərəcəsini almaqdan ötrü “Thompson Reutors” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində minimum bir elmi məqaləsi dərc olunmalı olmuşdur. Zaur ona bir nəfər Rahil adlı tanışının olduğunu, sonuncunun bu işdə köməklik edərək məqalələri beynəlxalq impakt faktorlu jurnallardan birində çap etdirə biləcəyini, bunun üçün məqaləyə görə ona 1.400 manat pul vəsaiti verilməli olduğunu, özünün də həmin pulu tanışına verəcəyini bildirmişdir. O, bununla razılaşmış, 2016-cı ilin iyun ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Şahid1 zəng edərək sonuncu ilə Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının birinci mərtəbəsinin dəhlizində görüşmüş, görüş zamanı Zaura elmi məqalənin “Thompson Reutors” adlı elektron bazada qeydiyyat keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsi üçün özünə məxsus olan 1400 manat pul vəsatini vermiş, həmin məqalənin ingilis dilində olan mətnini isə Şahid1 hazırda xatırlamadığı elektron poçt ünvanına göndərmişdir. Şahid1 pulu aldıqdan sonra ona elmi məqaləsinin 3 ay ərzində beynəlxalq impakt faktorlu jurnallardan birində dərc etdirəcəyini bildirmişdir. Pulu verdikdən sonra 3 ay gözləmiş, lakin elmi məqaləsi dərc olunmamışdır. Zaur ona bunun onluq olmadığını, məqalə verənin çox olması səbəbindən tanışı Rahil tərəfindən məqalə dərcinin yubandığını bildirmişdir. Sonrakı dövrlərdə bir neçə dəfə də Zaurla əlaqə saxlasa da, yazışsa da heç bir nəticəsi olmamışdır. Bir müddət səbrlə gözləmiş, hər dəfə ona müxtəlif bəhanələr deyilmişdir. Sonda aldadıldığını başa düşüb Şahid1 verdiyi pulu geri tələb etmişdir. Pulu bir müddət geri qaytarılmasa da dəqiq xatırlamadığı tarixdə Zaur ona 1400 manat pul vəsaitini tam həcmdə geri qaytarmışdır.Sonrakı dövrlərdə Zaurla heç bir əlaqəsi olmamışdır. Rahil adlı şəxsi tanımır, sonuncu ilə görüşməmiş, yazışmamış, danışmamışdır. Sadəcə olaraq sonuncunun adını Zaurdan eşitmiş, Zaur ona məqaləni Rahilin dərc etməli olduğunu, sonuncunun onu da aldatdığını bildirmişdir. Baş verənlərlə əlaqədar heç bir şikayət, iddia və tələbi yoxdur. (11-ci cild, i. v. 34-75, 19-cu cild, i. v. 122-125) Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək ona dəymiş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs1la barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2014cü il tarixdən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının “Əməliyyat taktiki” fakültəsinin rəisi vəzifəsində çalışır. 2021-ci ilin aprel ayından etibarən isə milli təhlükəsizlik və hərb elmləri doktoru elmi dərəcəsindədir. Mahiyyəti üzrə bildirir ki, Şahid1 2017-ci il tarixdən etibarən AMEA-nın elmi işçisi kimi tanıyır, sonuncu ilə münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2017-ci il tarixdə hələ fəlsəfə doktoru elmləri dərəcəsində olmuş, milli təhlükəsizlik və hərb elmləri doktoru elmi dərəcəsi almaq üçün isə minimum bir elmi məqaləsi “Web of scienses” və ya “Scopus” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməli olmuşdur. Maraqlandıqda AMEAda çalışan Zaur adlı şəxsin bu işlərlə məşğul olduğunu öyrənmişdir. 2017-ci ilin iyun ayında Şahid1 yaxınlaşıb sonuncudan “Postmodern mərhələnin müharibələri: nəzəri izahatlar, tətbiqlər və prespektivlər” adlı azərbaycan dilində olan elmi məqaləsini “Web of scienses” və ya və ya “Scopus” adlı adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsində köməklik göstərməsini xahiş etmişdir. Şahid1 ona Təqsirləndirilən şəxs1 adlı bir tanışının olduğunu, sonuncunun bu işdə köməklik edərək məqaləsini beynəlxalq impakt faktorlu jurnallardan birində 1.200 manata çap edə biləcəyini bildirmişdir. Bir qədər söhbət etdikdən sonra Zaur ona həmin məqaləni 900 manata çap etdirə biləcəyini söyləmişdir. Söhbət zamanı X100 adlı tanışının da elmi məqaləsini beynəlxalq impakt faktorlu jurnalda dərc etdirmək istədiyini söylədikdə Şahid1 onu 1200 manata Rahilə dərc etdirə biləcəyini bildirmişdir. Özü də razılaşmış, bu barədə dostu Zərərçəkmiş şəxs7 demiş, sonuncu da həmin dövrlərdə elmi məqaləsini beynəlxalq impakt faktorlu jurnallardan birində dərc etmək istədiyindən buna razı olduğunu söyləmişdir. Nəsirin söylədikləri barədə Zaura demişdir. 2017-ci ilin iyun ayının əvvəllərində dəqiq xatırlamadığı tarixində Şahid1 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının “Əməliyyat taktiki” fakültəsinin “Milli təhlükəsizlik” kafedrasında 900 manatı və yuxarıda adını çəkdiyi elmi məqaləsini təklikdə vermişdir. Həmin ayın ortalarında isə Nəsir Əliyevin ona verdiyi 1200 manat pul vəsaitini, habelə elmi məqaləsini alıb Şahid1lə görüşüb Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının qarşısında sonuncuya vermişdir. Şahid1 həm onun, həm də Zərərçəkmiş şəxs7 pulunu aldıqdan sonra hər ikisinin məqalələrinin 6 ay ərzində “Web of scienses” və ya “Scopus” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc ediləcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs7 bu barədə məlumat vermiş və hər ikisi 6 ay gözləmişdirlər. 6 ay gözləsə də, lakin heç bir nəticə olmamış, elmi məqalələri dərc olunmamışdır. Zaura bu barədə söylədikdə sonuncu ona Rahilin hər dəfə məqalə dərcinin qısa müddət ərzində olacağını bildirdiyini demişdir. Dəqiq xatırlamadığı tarixdə çoxsaylı israrlarından sonra Şahid1 ona Təqsirləndirilən şəxs1 tərəfindən onun və Zərərçəkmiş şəxs7 məqalələrinin dərc olunduğunu bildirmiş və ona adını xatırlamadığı jurnalları təqdim etmişdir. Elmi məqalələrin “Web of scienses” və ya “Scopus” adlı elektron adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində çap olunduğunu düşünmüşdür. Lakin sonradan həmin məqalələri Ali Attestatiya Komissiyasına şifahi qaydada təqdim edərkən ona həmin məqalələrin “Web of scienses” və ya “Scopus” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnalda çap olunmadığını bildirmişdirlər. Oxşar tipli hal bundan başqa üç dəfə də olmuş, lakin həmin saxta jurnalları özündə saxlamamış, cırıb atmışdır. Əsəbləşərək hər dəfə Şahid1 bu barədə demiş, Zaur da hər dəfə ondan maraqlanmaq üçün vaxt istəmiş və bir neçə gün sonra isə zəng edərək həmin məqalənin həqiqətən də elektron bazada olmadığını, bütün bunların Təqsirləndirilən şəxs1la bağlı olduğunu bildirmiş və bir qədər səbrli olmağını xahiş etmişdir. Şahid1 hər dəfə bu barədə soruşduqda sonuncu ona Rahilin qısa müddətdə həmin məqalələri dərc etdirəcəyini bildirdiyini söyləmişdir. Lakin yenə də elmi məqalələr dərc olunmamışdır. 2020-ci ilin dekabr ayında elmlər doktoru diplomunun təsdiqini almaq üçün vaxtı məhdud olduğundan əsəbləşib Şahid1 növbəti dəfə acıqlanıb məqalələrin dərc edilməyəcəyi halda şikayət edəcəyini bildirərkən sonuncu ona Rahilin məqalələrin dərci üçün lazım olan şəxsi özünün tapmağını, həmin məqaləni dərc edən şəxs nə qədər pul istəyəcəksə verəcəyini bildirdiyini demiş və əvəzində şikayət etməməyini xahiş etmişdir. Özü də razılaşmışdır. Bundan sonra Rusiya Federasiyasında adını xatırlamadığı şəxslər vasitəsi ilə orada elmi məqalələrin neçəyə dərc olunmasını maraqlandıqda ona bir elmi məqalənin “Web of scienses” və ya “Scopus” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnalda 1.200 ABŞ dollarına, yəni 2.040 Azərbaycan manatına dərc edilə biləcəyi bildirilmişdir. Bu barədə Zaura demiş, həm onun, həm də Nəsirin orada elmi məqalələri dərc edilə biləcəyini söyləmiş, sonuncu da Rahillə danışmış və Rahilin orada məqalə dərcinə razı olduğunu bildirmişdir. Hətta səhv etmirsə həmin ərəfələrdə Zaurdan Rahilin mobil nömrəsini alıb sonuncu ilə də danışmış, Rahil də ona məqalə dərc edən adam tapmağını, nə qədər vəsait lazımdırsa onu verəcəyini söyləmişdir. 2021-ci ilin yanvar-fevral aylarında hissə-hissə olmaqla Rahillə “20 yanvar” metrostansiyasının yaxınlığında və xatırlamadığı digər yerlərdə görüşmüş və orada Rahil ona 3600 manat pul vəsaiti vermişdir. Həmin pul vəsaiti ilə özünün və Zərərçəkmiş şəxs7 elmi məqalələrini adını hazırda xatırlamadığı Rusiya Federasiyasında yaşayan şəxs vasitəsi ilə 2021-ci ilin yanvar-aprel aylarında “Web of scienses” və ya “Scopus” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş Rusiya Federasiyasının xatırlamadığı beynəlxalq impakt faktorlu jurnalında dərc etmişdir. Elmi məqalə dərci üçün verdiyi pul vəsaitini geri aldığından baş verənlərlə əlaqədar olaraq Şahid1 və Təqsirləndirilən şəxs1 heç bir şikayət, iddia və tələbi yoxdur. Elmi məqaləsi Rusiya Federasiyasının adını xatırlamadığı jurnalında çıxdığından doktorluq diplomu almışdır. Həmin jurnalda məqaləsinin çap olunmasında isə Zaur və Rahilin heç bir rolu olmamışdır. Eşitdiyinə görə Rahil beynəlxalq impakt faktorlu jurnallarda məqalə dərc etmək adı ilə Şahid1 vasitəsi ilə adlarını xatırlamadığı şəxslərdən pul vəsaiti almış, lakin həmin məqalələri də dərc etməyərək həmin şəxsləri də onun kimi aldatmışdır. Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs1 və Şahid1lə heç vaxt danışmamış, görüşməmiş və yazışmamışdır. Nə də ki Zərərçəkmiş şəxs7 Zaura pul verməyini görməmişdir. Nəsirin bu proseslərdə birbaşa iştirakı olmamışdır. Sadəcə olaraq Zaura verdiyi 2100 manatdan 1200 manatı Nəsirə, qalan 900 manatı ona məxsus olmuşdur. Həmin pul vəsaitləri tam həcmdə alındığı üçün Zaur, Rahil və qeyrilərindən hər hansı şikayət, iddia və tələbi yoxdur. (11-ci cild, i. v. 76-100, 19-cu cild, i. v. 195-199) Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs6 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. (11-ci cild, i. v. 101-129, 19-cu cild, i. v. 216-220) Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2018ci ildən Lənkəran Dövlət Universitetində Sosial Məsələlər üzrə prorektor vəzifəsində işləyir. Şahid1 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına doktorluq müdafiəsi üçün sənədlərini təqdim edərkən tanımış, həmin ildə mobil telefon vasitəsi ilə Şahid1 yazdığı “X79 aid “İki axın” və “Altı Sütun” əsərlərində beynəlimləlçiliyin tərənnümü” adlı məqaləsinin “Web of sciences” adlı elektron bazada qeydiyyatdan keçmiş xarici jurnallardan birində dərc edilməsinə köməklik etməsini xahiş etmişdir. Şahid1 də ona məqaləni dərc etdirəcəyini bildirmiş, bu səbəbdən də özü yazdığı məqaləni Şahid1 göndərmişdir. Şahid1 ona məqaləni dərc etdirmək üçün 900 manat pul vəsaiti verməli olduğunu bildirmişdir. Özü də dərhal 900 manat pulu Şahid1 vermişdir. Bir müddət keçdikdən sonra məqaləsi dərc edilmədiyi üçün Zaurla əlaqə saxlamışdır. Zaur həmin vaxt ona məqaləni və pulu Rahil adlı şəxsə verdiyini bildirmişdir. Daha sonra Zaur ona məqalənin dərc olunması məsələsi ilə əlaqədar maraqlanmağı üçün Rahilin istifadəsində olan 055 ***-**-** mobil nömrəsini vermişdir. Özü də bir neçə dəfə 2018-2019-cu illərdə Rahil ilə məqalənin nə vaxt dərc edilməsi ilə bağlı əlaqə saxlamışdır. Hər dəfə Rahillə danışdıqda sonuncu ona məqalənin yaxın vaxtlarda dərc olunacağını bildirmiş, onu aldatmışdır. Nəticədə məqaləsi Rahil tərəfindən dərc edilməmişdir. Baş vermiş hadisə ilə bağlı heç kəsdən şikayət, iddia və tələbi yoxdur. (19-cu cild, i. v. 175- 178) Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, təqribən 15 il olar ki Azərbaycan Milli Elmlər X4 aparıcı elmi işçisi vəzifəsində çalışır. 1998-ci il tarixdən etibarən filologiya üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsindədir. Mahiyyəti üzrə bildirir ki, təqribən 5-6 il olar ki, AMEA-nın Elm-tarixi İnstitutunun elmi katibi vəzifəsində çalışan Şahid1 adlı şəxsi tanıyır. Sonuncu ilə münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. AMEA-da çalışdığı müddətdə Şahid1 adlı şəxsin bir nəfər tanışı vasitəsi ilə beynəlxalq impakt faktorlu jurnallarda məqalə dərcində köməklik göstərə biləcəyini eşitmişdir. 2017-ci ilin iyun ayında Zaura yaxınlaşıb onun “Cənubi Azərbaycan ədəbiyyatında peoma təşəkkülü və inkişafı mərhələləri” adlı elmi məqaləsinin “Thompson Reutors” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsində köməklik göstərməsini xahiş etmişdir. Çünki filologiya elmləri doktoru elmi dərəcəsini almaqdan ötrü onun “Thompson Reutors” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində minimum bir elmi məqaləsi dərc olunmalı olmuşdur. Şahid1 ona bir nəfər Rahil adlı tanışının olduğunu, sonuncunun bu işdə köməklik edərək məqalələri beynəlxalq impakt faktorlu jurnallardan birində çap etdirə biləcəyini, bunun üçün məqaləyə görə 600 ABŞ dolları pul vəsaiti verilməli olduğunu, özünün də həmin pulu Rahil adlı şəxsə verəcəyini bildirmişdir. Özü də bununla razılaşmışdır. 2017-ci ilin sentyabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Şahid1 zəng edərək sonuncu ilə AMEA-nın inzibati binasının ikinci mərtəbəsində yerləşən xidməti otağında görüşmüş, görüş zamanı Zaura elmi məqaləsinin “Thompson Reutors” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsi üçün özünə məxsus olan həmin dövrün məzənnəsi ilə 1020 manat dəyərində olan 600 ABŞ dolları pul vəsatini təklikdə vermiş, həmin məqaləni isə Şahid1 elektron poçt ünvanına göndərmişdir. Şahid1 pulu aldıqdan sonra ona elmi məqaləsinin 1 həftə ərzində Rahil vasitəsi ilə beynəlxalq impakt faktorlu jurnallardan birində dərc etdirəcəyini bildirmişdir. Pulu verdikdən sonra 1 həftə gözləmişdir. Lakin elmi məqaləsi dərc olunmamışdır. Marqalandıqda Zaur ona bunun onluq olmadığını, Rahil tərəfindən məqalə dərcinin yubandığını bildirmişdir. Sonrakı dövrlərdə bir neçə dəfə də Zaurla əlaqə saxlasa da, yazışsa da heç bir nəticəsi olmamışdır. Yalnız 2018-ci ilin sonunda Şahid1 ona Rahilin “Text” jurnalında elmi məqaləsinin dərc olunduğunu bildirdiyini söyləmiş və ona “Text” jurnalını təqdim etmişdir. Həmin jurnalı alsa da onun beynəlxalq impakt faktorlu jurnal olub-olmamasını araşdırmamışdır. İnandığı üçün 2018-ci ilin oktyabr ayında Şahid1 yaxınlaşıb “Şəhriyar yaradıcılığında qadın” adlı ikinci elmi məqaləsinin “Thompson Reutors” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu “Mester” jurnalında dərc edilməsində köməklik göstərməsini xahiş etmişdir. Zaur da ona Rahil tərəfindən həmin elmi məqaləsinin “Mester” jurnalında dərc ediləcəyinə söz verildiyini bildirmişdir. O, bundan sonra 2018-ci ilin oktyabr ayında Şahid1lə AMEA-nın inzibati binasının ikinci mərtəbəsində yerləşən xidməti otağında görüşmüş, görüş zamanı Zaura elmi məqaləsinin elektron bazada “Mester” jurnalında dərc edilməsi üçün özünə məxsus olan 400 Azərbaycan manat pul vəsatini vermiş, həmin məqaləni isə Şahid1 elektron poçt ünvanına göndərmişdir. Şahid1 ona ikinci məqalənin ucuz qiymətə dərc olunduğunu bildirdiyindən ikinci məqaləyə görə Zaura 600 ABŞ dolları deyil, 400 manat pul vəsaiti vermişdir. Şahid1 pulu aldıqdan sonra ona elmi məqaləsinin 1 həftə ərzində “Mester” jurnalında dərc etdirəcəyini bildirmişdir. Lakin elmi məqaləsi dərc olunmamışdır. Soruşduqda Zaur ona bunun onluq olmadığını, Rahil tərəfindən məqalə dərcinin yubandığını bildirmişdir. Sonrakı dövrlərdə bir neçə dəfə də Zaurla əlaqə saxlasa da, yazışsa da heç bir nəticəsi olmamışdır. Bir müddət sonra ona “Mester” jurnalı təqdim edilmişdir. Lakin həmin dövrlərdə ona təqdim edilən “Text” və “Mester” jurnallarını Ali Attestasiya Komissiyasına təqdim edib yoxlatdırdıqda ona təqdim edilən sənədlərin saxta, pirat olduğu, həmin jurnalların orijinallarında elmi məqaləsinin dərc olunmadığı müəyyən edilmişdir. Bundan sonra həmin jurnalları əsəbləşərək cırıb atmışdır. Daha sonra Zaurdan verdiyi pulu geri tələb etmişdir. Lakin pulu bir müddət geri qaytarılmamışdır. Həmin ərəfələrdə Zaurdan Rahilin mobil nömrələrini alıb sonuncu ilə də əlaqə saxlamış, Rahilə sms-lər yazmışdır. Danışıqları zamanı Rahil ona Zaurdan elmi məqalələrinin beynəlxalq impakt faktorlu jurnallarda dərci üçün verdiyi pulu aldığını təsdiqləmiş, pulu qaytaracağına söz vermişdir. Bir neçə dəfə danışıqları zamanı Rahil ona müxtəlif tarixlərə 1420 manat pul vəsaitini qaytaracağına söz versə də heç bir nəticəsi olmamışdır. Yalnız çoxsaylı israrından sonra Rahil ona 2019-cu ilin dəqiq xatırlamadığı tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının qarşısında 1000 manat və daha sonra 420 manat pul vəsaitini geri qaytarmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərdən heç kimə qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X49 ifadəsində göstərmişdir ki, 1998-ci il tarixdən Azərbaycan Milli Elmlər X5 çalışır. Hazırda orada aparıcı böyük elmi işçi vəzifəsində işləyir. 2000-ci il tarixdən filologiya üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsindədir. Mahiyyəti üzrə bildirir ki, təqribən 5 il olar ki, AMEA-da çalışan Şahid1 adlı şəxsi tanıyır. Sonuncu ilə münasibətləri yaxşı olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2018-ci ilin iyun ayında Zaura yaxınlaşıb “Cənubi Azərbaycan ədəbiyyatı” adlı elmi məqaləsinin “Web of scienses” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsində köməklik göstərməsini xahiş etmişdir. Çünki filologiya elmləri doktoru elmi dərəcəsini almaqdan ötrü onun “Web of scienses” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində minimum bir elmi məqaləsi dərc olunmalı olmuşdur. Zaur ona bir nəfər Rahil adlı tanışının olduğunu, sonuncunun bu işdə köməklik edərək məqalələri beynəlxalq impakt faktorlu jurnallardan birində çap etdirə biləcəyini, bunun üçün məqaləyə görə 850 manat pul vəsaiti verilməli olduğunu, özünün də həmin pulu Rahil adlı şəxsə verəcəyini bildirmişdir. Özü də Zaurun söylədikləri ilə razılaşmışdır. 2018-ci ilin iyun ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Şahid1 zəng edərək sonuncu ilə Nərimanov rayonu ərazisində “Metropark” ticarət mərkəzinin qarşısında görüşmüş, görüş zamanı Zaura elmi məqaləsinin “Web of scienses” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsi üçün özünə məxsus olan 850 manat pul vəsaitini vermiş, həmin məqaləni isə Şahid1 elektron poçt ünvanına göndərmişdir. Şahid1 ona pulu aldıqdan sonra elmi məqaləsinin 6 ay ərzində beynəlxalq impakt faktorlu jurnallardan birində dərc etdirəcəyini bildirmişdir. Pulu verdikdən sonra 6 ay gözləmişdir. Lakin elmi məqaləsi dərc olunmamışdır. Zaur ona bunun onluq olmadığını, məqalə verənin çox olması səbəbindən Rahil tərəfindən məqalə dərcinin yubandığını bildirmişdir. Sonrakı dövrlərdə bir neçə dəfə də Zaurla əlaqə saxlasa da, yazışsa da heç bir nəticəsi olmamışdır. 2018-ci ilin dekabr ayınadək səbrlə gözləmiş, hər dəfə ona müxtəlif bəhanələr deyilmişdir. 2018-ci ilin dekabr ayından isə aldadıldığını başa düşüb Şahid1 verdiyi pulu geri tələb etmişdir. Lakin pulu bir müddət geri qaytarılmamışdır. Yalnız 2019-cu ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə Zaur ona 850 manat pul vəsaitini tam həcmdə geri qaytarmışdır. Zaur ona pul vəsaitini geri qaytararkən həmin pulu özündən qaytardığını, özünün də onun məqalə dərci üçün verdiyi pulu Rahil adlı tanışına verdiyini, sonuncunun özünü də aldatdığını, bu günədək Rahilə verdiyi pulu geri ala bilmədiyini bildirmişdir. Sonrakı dövrlərdə Zaurla heç bir əlaqəsi olmamışdır. Rahil adlı şəxsi tanımır, sonuncu ilə görüşməmiş, yazışmamış, danışmamışdır. Dəqiq yadındadır ki, bir dəfə Zaur pulu geri ala bilmədiyi vaxtlarda onu Rahillə danışdırıb pulu ondan geri tələb etməyini xahiş etmiş, lakin o, bunu etməmişədir. Məqalə çapı üçün verdiyi pul vəsaitini tam həcmdə geri aldığı üçün heç bir şikayət, iddia və tələbi yoxdur. (10-cu cild, i. v. 229-253, 19-cu cild, i. v. 227-230) Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs22 izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Təhsil Nazirliyində 12 aprel 2018-ci idən 19 yanvar 2021-ci ilə qədər fəaliyyət göstərmişdir. İsintaq zamanı məlum olmuşdur ki, təqsirləndirilən şəxs "xxxx" MMC ilə müqavilə bağlamış, bir hissəsi dəftərxana ləvazimatlarının alınması ilə bağlı olmuşdur. Müqavilə redaksiya ilə "xxxx" MMC arasında bağlanmışdır. Orada da 14.313 manat məbləğində ləvazimatla bağlı ödəniş edilməsinə baxmayaraq, faktiki olaraq heç bir ləvazimat alınmamışdır. Sadəcə olaraq sonradan ödənilən vəsait bakdan çıxarılmışdır. Digər bir epizod junalların dərci ilə bağlı olmuşdur. Hər iki müəssisə arasında müqavilə bağlanmış, 46.837 manat pul köçürülmüşdür. 25.302 jurnal dərc olunmalı olduğu halda, 11.760 jurnal dərc edilmişdir. 10.017 ədəd jurnal dərc edilməmişdir. Dərc olunmayan jurnallar üçün ödənilən 21.535 manat şəxslər arasında bölünmüşdür. Digər epizod Təqsirləndirilən şəxs1 “Azərbaycan Dili və Ədəbiyyatı ” jurnalının fəaliyətinə rəhbərlik etməsi ilə bağlı olmuşdur. İstintaqla müəyyən etmişdir ki, faktiki rəhbərliyi Təqsirləndirilən şəxs1 həyata keçirmiş və orada da dəftərxana ləvazimatlarının alınması üçün "xxxx" MMC ilə müqavilə bağlanılmışdır. Təqsirləndirilən şəxslərin əməli nəticəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinə 44.575,75 manat maddi ziyan vurulmuşdur. Məhkəmə istintaqının irəliləyən mərhələlərində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinə vurulmuş zərərin tam həcmdə ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid74 ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı heç nə görməmiş, heç bir şeydən xəbəri olmamışdır. İstintaq vaxtı ifadə verərkən ondan Təqsirləndirilən şəxs1 haqqında soruşmuşlar. O, bu hadisənin içində olmamış, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyasına dəftərxana ləvazimatlarının alınması və "xxxx" MMC-yə pul köçürülməsilə bağlı məlumatı yoxdur. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rahil müəllimi “Azərbaycan məktəbi” jurnalının baş redaktoru vəzifəsində çalışması səbəbiylə tanımış, Təqsirləndirilən şəxs1 iş yeri Nərimanov rayonunda yerləşmişdir. “Azərbaycan məktəbi” jurnalı əvvəllər Tiflis təhsil institutunda yerləşmiş, sonradan oraya köçmüşlər. Nə səbəbdən köçdüklərini bilməmiş, çünki bir gün baş redaktor Yəhya müəllimə onlar işdə oturarkən zəng gəlmiş, zəngdən sonra baş redaktor əsəbləşmiş və ona bildirmişdir ki, jurnalla və onun sənədləri ilə əlaqədar Rahil müəllim nə istəsə, verərsiniz. Onların jurnal olan “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyası AR təhsil institutunun inzibati binasında yerləşmişdir. “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyasının ünvanı Zərifə Əliyeva küçəsi, 40-dır. “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyasıyasının rəhbəri Yəhya müəllim olmuşdur. “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyasının ünvanı köçürüldükdə, işləri əvvəlki kimi davam etdirmişlər. Oraya köçdüklərində, redaksiyaya yenə Yəhya müəllim rəhbərlik etsə də, redaksiya 3-cü mərtəbədə yerləşdiyindən Yəhya müəllim qoca olduğu üçün işə gəlmir, nəticədə redaksiyaya qeyri-rəsmi şəkildə Rahil müəllim rəhbərlik etmişdir. Redaksiyaya ləvazimatların alınmasına rəhbərliyi Yəhya müəllim həyata keçirmiş, möhür də Yəhya müəllimdə olmuş, ancaq Təqsirləndirilən şəxs1 faktiki olaraq rəhbərliyi həyata keçirmişdir. Şahid16 və Şahid33 tanımış, onların işə qəbulunu Rahil müəllim həyata keçirmişdir, Təqsirləndirilən şəxs1 onları təqdim etmiş, işə götürüləcəyini bildirmişdir. Yəhya müəllim Şahid16 və Şahid33 işə qəbul edilərkən evdə olmuş, bu səbəbdən oğlu işə qəbul üzrə sənədləri evə apararaq Yəhya müəllimə imzalatmış və onlar işə qəbul edilmişlər. Şahid33 kompüter operatoru vəzifəsində, Şahid16 isə şöbə redaktoru vəzifəsində çalışmışlar. Rahilin sənədlərə imza atmaq, hər hansı biri şəxsi işə götürmək səlahiyyətinin olub olmamasını deyə bilməz, çünki həmin dövrdə o icraçı olmuşdur. Jurnalı Yəhya müəllim idarə etmiş, ancaq səlahiyyətin kimə verildiyini deyə bilməz. Rahilin fəaliyyəti dövründə jurnalda ingilis dilindən tərcümə edilmiş məqalə yayımlanmışdır, cildi dəyişdirilmişdir. Lakin jurnalın elmi keyfiyyətinin artmağı ilə bağlı bir şey fikir bildirə bilməz, çünki o mühasibdir, jurnalın keyfiyyətliliyiylə bağlı fikri yoxdur. Redaksiyanın Nərimanov rayonuna köçürülməsi ilə bağlı Rahil heç bir pul almamış, redaksiya tərəfindən Rahilə köçürülmə ilə bağlı heç bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs Rahilin jurnalın redaksiyasını köçürmə səbəbini və onların jurnalla əlaqəsini deyə bilməz. Təqsirləndirilən şəxs Rahil tərəfindən redaksiyanın hansı məqsədlə və pulla köçürülməsi ilə bağlı məlumatı yoxdur. Onların baş redaktor Yəhya müəllimə gələn zəngdən sonra o əsəbləşmiş və jurnalların birləşdiriməsi ehtimalı olmasını bildirmişdir. Jurnallar birləşdirilməmişdir. Təqsirləndirilən şəxs1 işə götürmək səlahiyyəti olmuşdur. Şahid16 və Şahid33 faktiki olaraq işləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 Şahid74 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid63 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayında həyat yoldaşı Gülbahar Kazımovanı işə düzəltmək istəmişdir. Şahid62 uzun müddətdir ki, çox yaxın münasibətdə olduğu bir şəxs olmuş, Şahid62 Bakı Şəhəri, 7-ci mikrorayonda yerləşən qab-qacaq mağazasında işlədiyi müddətdən tanımışdır, O, Maksimlə söhbət edərkən riyaziyyat müəllimi olan həyat yoldaşına iş tapmaq istəyini demiş, Maksim ona iş tapa biləcək bir tanışının olduğunu bildirmişdir. O, Maksimdən əgər mümkündürsə, həyat yoldaşını işə düzəltməsini xahiş etmiş, Maksim də Təqsirləndirilən şəxs1la əlaqə saxlamışdır. O, Təqsirləndirilən şəxs1 həmin vaxta qədər tanımamış, sonra Maksim ona zəng edərək, Təqsirləndirilən şəxs1 onun həyat yoldaşını Rabitə kollecində riyaziyyat müəllimi vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. O, Şahid62 onun vasitəçiliyi ilə Təqsirləndirilən şəxs1 tanımamaq şərtiylə, əgər Təqsirləndirilən şəxs1 etibarlı adamdırsa və o da məsləhət görürsə, həyat yoldaşını işə düzəltməsini xahiş etmişdir. Danışdıqdan sonra ona həyat yoldaşı X40 riyaziyyat müəllimi vəzifəsinə 4000 (dörd min) manat pul müqabilində düzəldə biləcəyi bildirilmişdir. O, pulu Şahid62 vermiş, onun Təqsirləndirilən şəxs1la heç bir əlaqəsi olmamışdır. Şahid62 isə ona dediyinə əsasən, o həmin 4000 (dörd min) manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Şahid məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid75 ifadəsində göstərmişdir ki, atası Yəhya Kərimov jurnalda baş redaktor vəzifəsində çalışmış, 2020-ci ildən etibarən atası səhhəti səbəbiylə işləyə bilməmiş, müalicə almışdır. Həmin dövrdə atası işə çıxmasa belə redaksiyanın möhürü onda olmuşdur, bu işlərdə o da atasına köməklik etmişdir. O, Təqsirləndirilən şəxs1 bir dəfə görmüş və əlaqəsi sənədlərə imza atdırmaqla bağlı olmuşdur. Təqsirləndirilən şəxs1 atasını xəstə olduğu müddətdə əvəz etmiş, redaksiyada sənədlər üzrə faktiki rəhbərliyi o həyata keçirmişdir. Xəstə olduğu müddət ərzində atası ilə Şahid74 telefon vasitəsiylə əlaqə saxlamış, müvafiq imzalanmalı olan sənədlər isə onun vasitəçiliyi ilə evə göndərmək yoluyla təsdiqlənmişdir. Landanın göndərdiyi bütün sənədləri atası özü imzalamış və redaksiyanın möhürü ilə təsdiqləmişdir. Bu müddətdə Təqsirləndirilən şəxs1 ona möhürun lazım olduğunu demiş, o da hansı sənədlərə lazımdırsa göndərməsini və onun həmin sənədləri aparıb imza atdırıb, möhür vura biləcəyini demişdir. Lakin Təqsirləndirilən şəxs1 bunu qəbul etməmiş və ona möhürün lazım olduğunu demişdir. O, bunu qəbul etməmiş, möhürü ona verməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs1la heç bir əlaqəsi olmamışdır. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, sənədlərə heç kim möhür vurmamış, o redaksiyada işləməmiş, sonradan ola bilər ki, sənədlərə möhür vurulmuş olsun, lakin bununla bağlı onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid77 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə heç bir problemi olmamış, onunla birlikdə uzun müddət “Azərbaycan məktəbi” jurnalında işləmişlər. Onu yaxşı bir insan və gözəl bir rəhbər kimi tanımış, yaxşı bir işçi kimi qiymətləndirmişdir. İbtidai istintaq zamanı ona dəftərxana ləvazimatları ilə bağlı suallar verilmiş və bu ləvazimatların haradan və kim tərəfindən alınmasını göstərən sənədləri görüb-görmədiyi soruşulmuşdur. O, şöbə redaktoru olmuş, fəaliyyəti dövründə redaksiyaya gələn mənbələri qəbul etmiş, redaktə etməklə məşğul olmuşdur. İşlədiyi müddət ərzində onlara dəftərxana ləvazimatları lazım olduqda bütün ləvazimatlarla təmin olunmuşlar. Adi şöbə redaktoru olmağı səbəbiylə çap olunan jurnalların sayı və bu jurnalların harada çap olunmasıyla bağlı məlumatı olmamışdır. Dindirmə zamanı ifadəsində qeyd olunan məlumatlar onun ifadəsi olmamışdır. O yalnızca ona şablon olaraq verilmiş ifadəni qısa müddət verilməsi səbəbiylə tam oxumadan imzalamışdır. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid10 “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalının məsul katibi vəzifəsində çalışması ilə əlaqədar tanımış, bir müddət “Azərbaycan məktəbi” elmi-pedoqoji jurnalında müxbir redaktor vəzifəsində, sonra isə həmin elmi jurnalda şöbə redaktoru vəzifəsində çalışmışdır. Bu jurnalların redaksiyası əvvəllər ayrı-ayrı yerlərdə, sonradan isə yan-yana yerlərdə yerləşmişdir. “Azərbaycan məktəbi” elmi-pedoqoji jurnalının baş redaktoru Təqsirləndirilən şəxs1, Yəhya Kərimov, Şahid10 isə “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalının baş redaktoru olmuşdur. Dəftərxana ləvazimatlarını xanım əməkdaşa yaxınlaşıb, ondan istəyərək əldə etmişlər. Həmin şəxs məqalə korrektoru vəzifəsində çalışmışdır. İbtidai istintaq dövründə verdiyim ifadəni qəbul etmir, məhkəmədə verdiyi ifadəni təsdiqləyir. Orada yazılan məlumatları təsdiqləmir. Adi şöbə redaktoru vəzifəsində çalışmış, çap olunan jurnalların sayıyla bağlı məlumatımın olması mümkün deyildir. “Azərbaycan məktəbi” jurnalında məqalədən tərcümələr olmuşdur. Dəftərxana ləvazimatlarının kimin alması ilə bağlı heç bir məlumatı olmamışdır. Dindirmə zamanı ona dəftərxana ləvazimatlarının verilib-verilməməsi soruşulmuşdur ki, o da bu ləvazimatların lazım olduğu zaman təmin edildiyini bildirmişdir. Dəftərxana ləvazimatlarının haradan alınması haqda heç bir şey bilmir, işlədiyi zaman onlar şöbədə əyləşmişlər. İbtidai istintaq dövründə verdiyi ifadədəki dəftərxana ləvazimatlarının haradan alınması ilə bağlı dindirmə prosesində heç bir şey deməmiş, bütün bunlar onların ifadəsi olmamışdır. Ona şablon olaraq verilmiş və o bundan etiraz etmişdir. Dindirmə dövründə yazılmış ifadəni oxumağa çox az vaxt verilməsi səbəbiylə bütün ifadəni oxumağa çatdırmamışdır. Həmin vəziyyətdə hamıya şablon olaraq verildiyini düşünərək, ifadəni tam oxumadan imza atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid81 ifadəsində göstərmişdir ki, Gözəl Musafayeva və Təqsirləndirilən şəxs1 tanıyır, Təqsirləndirilən şəxs3 ilə bir müddət bir yerdə işləmişlər. İbtidai istintaq zamanı ona məqalələrlə bağlı suallar verilmişdir. 2020-ci il ərzində “Azərbaycan məktəbi” jurnalının redaksiyasına "xxxx" Məhdud Məsuliyyəli Cəmiyyətindən dəftərxana ləvazimatlarının alınmasından xəbəri olmamışdır. Bunun səbəbi isə işləyərkən ona dəftərxana ləvazimatlarının lazım olmaması olmuşdur. Jurnalda işlədiyi dövrdə ona məqalələr hazır gəlmiş və onlar həmin hazır gələn məqalələri redaktə etmişlər. Ramazan ərəfəsində ona fəaliyyəti ilə bağlı “Azərbaycan məktəbi” jurnalında işlədiyi zaman rəhbərlik tərəfindən 1 (bir) aylıq əlavə maaş ödənilmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, dindirilmə zamanı verdiyi ifadəni tam oxumamış, qeyd edilən məqalə və dəftərxana ləvazimatlarının alınması ilə bağlı ifadədə qeyd edilən məlumatların onun iş fəaliyyəti ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə qarşısında yalan ifadə verməmiş və istintaq zamanı yalan danışmamışdır. İstintaq zamanı dindirildiyində ona müəyyən tarixlərdə jurnalların verilib, alınması, ödənən pullarla bağlı qaimələr təqdim edilməmişdir. Ona dəftərxana ləvazimatları lazım olmamışdır, çünki onlar hazır məqalələri çap etmişlər. Təqsirləndirilən şəxs1 “Azərbaycan məktəbi” jurnalının redaksiyasına dəftərxana ləvazimatı almasından xəbəri olmamışdır. İstintaq zamanı verdiyi ifadədəki imza onundur, lakin ifadəni qismən təsdiqləyir. Məhkəmə iclasında dindirilmiş Şahid80 ifadəsində göstərmişdir ki, “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalının redaksiyasında çalışdığı müddətdə, Təqsirləndirilən şəxs1 “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olmuşdur. Onu “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olması səbəbiylə tanımışdır. O, işlədiyi “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalının redaksiyasında şöbə redaktoru vəzifəsində çalışmış, bu səbəbdən dəftərxana ləvazimatlarının alınması ilə əlaqədar heç bir məlumatı olmamışdır. Habelə öz işlədiyi jurnalın redaksiyası tərəfindən fəaliyyət göstərdiyi dövrdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dəftərxana ləvazimatlarının alınıb-alınmaması ilə bağlı heç bir məlumatı olmamışdır, bu ləvazimatların alınmasını görməmişdir. Təqsirləndirilən şəxs1la heç bir problemi olmamışdır. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalının redaksiyasında çalışmış, “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalının redaksiyası əvvəlcə məktəbdə yerləşmiş, sonradan isə redaksiyanı başqa yerə köçürmüşlər. Təqsirləndirilən şəxs1 onların redaksiyaya rəhbərlik həvalə edilməmiş, redaksiyanın baş redaktoru Alkərəmov Vidadi olmuşdur. Yeni yerə köçdüklərində həmin köçdükləri yerdə 3 redaksiya yerləşmiş və həmin müddətdə Təqsirləndirilən şəxs1 görmüşdür. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin hər hansı bir əməkdaşının jurnalın redaksiyasına gəlməsini görməmişdir. İşlədiyi redaksiya ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında hər hansı bir dəftərxana ləvazimatlarıyla əlaqədar alış-veriş olmamışdır. Faktiki olaraq Təqsirləndirilən şəxs1 “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalının redaksiyasında hər hansı bir əməliyyat aparmasını görməmişdir. Şöbə rəisi olduğu jurnalındaki həyata keçirilən əməliyyatlar, dəftərxana ləvazimatlarının alınması, kommunal xərclərin ödənilməsi və digər ödənişlərin həyata keçirilməsi ilə bağlı heç bir məlumatım yoxdur. Çünki mühasib deyil. Redaksiyaya ləvazimatların alınması, qaimələrin, sənədlərin hazırlanması və imzalanmasında iştirak etməmiş, heç bir sənədi imzalamamışdır. Redaksiyaya dəftərxana ləvazimatlarının alınması və gətirilməsini isə görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid83 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1la 2018-ci ildən 2020-ci ilədək birlikdə işləmiş, bu müddət ərzində aralarındakı bütün münasibətlər normal olmuşdur. İstintaq zamanı ona dəftərxana ləvazimantları və kağızlarla ilə əlaqədar suallar verilmişdir. Bununla əlaqədar qeyd etmişdir ki, bu müddət ərzində onlara kifayət qədər çox dəftərxana ləvazimatı gəmiş, lakin onların gəlmə mənbəyini bilməmişdir. O, işlədiyi zaman həmin dəftərxana ləvazimatlarından istifadə etmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Azərbaycan Məktəbi” jurnalında işləmiş, “Azərbaycan Məktəbi” jurnalında məsul katib vəzifəsində çalışmış, “Azərbaycan Məktəbi” jurnalının baş redaktoru Təqsirləndirilən şəxs1 olmuşdur. Dəftərxana ləvazimatlarının alınmasında iştirak etməmişdir. Maddi məsul şəxs təsərrüfat müdiri olmuşdur, dəftərxana ləvazimatlarının alınması onun səlahiyyətinə daxil olmamışdır. O isə məsul katib vəzifəsində çalışmaqla, jurnalın tərtibatı, çapa hazırlanması ilə məşğul olmuşdur. “Azərbaycan Məktəbi” jurnalı 153 nömrəli məktəbinin ərazisində yerləşmişdir. Sonradan jurnalın redaktəsi Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinə köçürülmüşdür. Ləvazimatların alınması prosesiylə bağlı heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiqləmişdir. Saxta əməliyyatların aparılması, dəftərxana ləvazimatlarının olmaması, qanunsuz pul köçürmələri, bu pulların mənimsənilməsi ilə əlaqədar məlumatı olmamışdır. Hər hansı bir malların alış-satışı və ya qəbulu ilə bağlı sənədləşdirmə prosesində iştirak etməmişdir. Jurnalların çap olunma miqdarı ilə bağlı müəyyən qədər məlumatı olmuşdur. Bu zaman isə tiraj sayının saxtalaşdırılması halıyla qarşılaşmamışdır. Jurnallar çap olunmadan hər hansı bir vəsaitin köçürülməsi halı ilə bağlı heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyim ifadəni oxuduqdan sonra imzalamışdır. Redaksiya daxilində xərclər təkcə dəftəxana ləvazimatları ilə bağlı olmamışdır. Həmin müddət ərzində jurnalın 95 illiyi ilə bağlı çəkilişlər edilmiş, rejissorlar gəlmiş, bununla bağlı çox böyük xərclər olmuşdur. Bütün bu xərclər dəftərxna ləvazimatları üçün ayrılan pullardan dəfələrlə çox olmuşdur. Bu zaman ayrıca pul ayırmaq mümkün olmamış, Təqsirləndirilən şəxs1 tərəfindən şəxsi vəsaitləri hesabına xərclər ödənilmişdir. X117 vasitəsiylə iş görməyi ilə əlaqədar əmək haqqından əlavə 2019-cu ildə pul ödənilmişdir. Ona istintaq zamanı pul ödəmələrinin nağd şəkildə ödənilməsiylə bağlı sual verildiyi üçün əmək haqqından əlavə köçürülmənin olmamasıyla bağlı cavab vermişdir. Çünki ona 1-2 ay nağd şəkildə ödəniş edilmişdir, digər müddətlər isə kartına pul köçürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid73 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 rəhbəri, digər Təqsirləndirilən şəxs3 isə işçi olmuşdur. O, bu müddətdə müsahib vəzifəsində işləmiş və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş tapşırıqları yerinə yetirmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının redaksiyasında 2013-cu ildən etibarən tam ştat vahidi ilə çalışmış, onu işə Təqsirləndirilən şəxs1 götürmüş, “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalından əvvəl "xxxx" MMC-də çalışmış, “Azərbaycan məktəbi” jurnalında işləməmiş, ancaq orada işləyirmiş kimi qeydiyyata alınmışdır. O, bunun necə olduğunu bilməmişdir. “Azərbaycan məktəbi” jurnalında işləyirmiş kimi qeydiyyata alındığını “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalında çalışmazdan əvvəl sayta daxil olduğu zaman öyrənmişdir. Ona "xxxx" MMC-də mühasib vəzifəsinə işə götürülməyi təklif etmişlər və o da bu təklifi qəbul etmiş, orada faktiki olaraq işləsə də, heç bir iş görməmiş, boş gedib-gəlmiş, 1 ay gedib-gəldikdən sonra Təqsirləndirilən şəxs1 onu "xxxx" MMC-də mühasib vəzifəsinə qeydiyyata almışdır. Lakin onun həmin ay ərzində Təqsirləndirilən şəxs1 tərəfindən “Azərbaycan məktəbi” jurnalında işləyirmiş kimi qeydiyyata alınmağından xəbəri olmamışdır. Bank hesablarındaki pul vəsaitlərinin nağd şəkildə çıxarılmasını görməmişdir. O, eyni zamanda 2 vəzifədə çalışmış, "xxxx" MMC və “Azərbaycan dili və ədəbiyyatı” jurnalında müsahib vəzifəsində işləmiş, onu bu vəzifələrə Təqsirləndirilən şəxs1 götürmüşdür. Təqsirləndirilən şəxs2 ilə yaxın münasibəti olmamış, onu Təqsirləndirilən şəxs1 vasitəçiliyi ilə tanımış, Təqsirləndirilən şəxs2 onu işə götürməmişdir. Onu "xxxx" MMC-də mühasib vəzifəsinə Təqsirləndirilən şəxs1 işə götürmüşdür. "xxxx" MMC-nin rəhbərinin Təqsirləndirilən şəxs2 olduğunu bilmiş, Təqsirləndirilən şəxs2 əmək haqqı almamış, Təqsirləndirilən şəxs1 tapşırıqlarına əsasən onun tərəfindən əmək haqqı ödənilmişdir. Ona göstərişləri Təqsirləndirilən şəxs1 vermiş, “Azərbaycan məktəbi” jurnalında işləməmiş, lakin xəbəri olmadan adı orada işləyirmiş kimi getmiş, orada təsərrüfat müdiri kimi qeyd edilmişdir. “Azərbaycan məktəbi” jurnalında təsərrüfat müdiri vəzifəsində çalışmamış, bununla bağlı heç xəbəri də olmamışdır. “Azərbaycan məktəbi” jurnalı ilə bağlı heç bir sənədi imzalamamışdır. "xxxx" MMC-nin “Asan İmzası” olmuş, bu imza həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 olmuşdur. Ondan başqa mühasib vəzifəsində "xxxx"də çalışan heç kim olmamış, hər hansı bir əməliyyatı həyata keçirmək üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəçiliyi ilə “Asan İmzadan” istifadə etmişdir. Ona bütün tapşırıqları Təqsirləndirilən şəxs1 vermiş, "xxxx"də yalnızca əmək haqqı ilə bağlı köçürmələr aparılmış, başqa bir köçürmə işi ilə məşğul olmamış, vergi hesabatlarının ödənilməsi ilə bağlı məlumatı olmamış, yalnızca işçilərlə bağlı hesabatlar vermişdir. "xxxx" MMC-də köçürmə işləri aparılmamış, "xxxx" MMC ilə hər hansı bir təşkilat arasında xidmət müqaviləsi bağlanmamış, “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalından "xxxx" MMC-yə köçürmə edilmiş, vergi hesabatlarını tərtib etməmiş, sistemə illik vergi hesabatlarını köçürməmiş, mal və dəftərxana ləvazimatın alınmaması ilə bağlı məlumatı olmamış, bu ləvazimatlar ona lazım olduqda istəmiş və ona vermişlər. "xxxx" MMC-də alqı-satqı prosesi ilə bağlı heç bir məlumatı olmamış, istintaq zamanı "xxxx" MMC-də alqı-satqı prosesi ilə bağlı heç bir məlumatı olmadığını demiş, "xxxx" MMC tərəfindən hər hansı bir şirkətə xidmətlərin göstərilməsi ilə bağlı məlumatı olmamışdır. Bank hərəkətlərini bilmiş, lakin əmək haqqından başqa heç bir ödəniş olmamışdır. Jurnallardan hər hansı bir avadanlığın alınması ilə əlaqədar başqa bir hesabdan "xxxx" MMC-də pul köçürülmüş, bunlar da əmək haqqına getmişdir. Vəsaitlərin nağd olaraq çıxarılması halı ilə qarşılaşmamışdır. Son vaxtlarda artıq “Azərbaycan dili və ədəbiyyatı” jurnalında fəaliyyət göstərdiyi üçün "xxxx" MMC ilə bağlı fəaliyyətdən çox məlumatı olmamış, sona qədər "xxxx" MMC-də işləmiş kimi qeydiyyatda qalmış, ancaq bu müddət ərzində demək olar ki, oraya baş çəkməmiş, “Azərbaycan dili və ədəbiyyatı” jurnalında fəaliyyət göstərdiyi müddət ərzində "xxxx" MMC-də işlərə kimin baxdığını bilməmiş, bu zaman “Asan İmza” onların özlərində olmuşdur. 2019-cu ildən sonra "xxxx" MMC-də həyata keçirilən bank əməliyyatlarından xəbəri olmamışdır. Jurnallarda redaktə olunan jurnalların sayları ilə bağlı istintaq zamanı verdiyi ifadədə qeyd etdiklərini xatırlamır, möhürlənməli olan bütün sənədləri Təqsirləndirilən şəxs1 otağına vermiş, daha sonra onu özünün, yoxsa Təqsirləndirilən şəxs2 möhürləməsindən məlumatı olmamışdır. Jurnalların redaksiyasından "xxxx" MMC-nin hesabına onun tərəfindən köçürülən pulların daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında bölüşdürülməsini görməsi ilə bağlı istintaq zamanı ifadə verməmiş, dəftərxana ləvazimatlarının alınması ilə bağlı məlumatı olmamış, ona lazım olduqda gedib kağız istəmiş, sonra aparıb istifadə etmişdir. Jurnalların sayı ilə maraqlanmamış, istintaq zamanı verdiyi ifadədəki jurnal sayları ilə bağlı məlumat verməmiş, Təqsirləndirilən şəxs2 tərəfindən öz kartına pul köçürməsini görmüş, Təhsil Nazirliyi və dövlətdən köçən pulu ancaq rəhbərin özü, öz hesabına köçürə bilmiş, başqa yerə köçürə bilməmişdir. Bu səbəbdən də rəhbər banka gedərək kart açdırmalı olmuş, onlar bu müddət ərzində "xxxx"la işlədikləri üçün Təqsirləndirilən şəxs2 həmin banka gedərək kart açdırmış və həmin karta ödənilən pulu köçürmüşdür. Həmin kart şirkətin olmamış, biznes kartı olmuş və Təqsirləndirilən şəxs2 adına olmuşdur. Şahid ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, "xxxx" MMC-dəki işçilərin əmək haqları 500 manatdan çox olmuş, MMC-nin hesabına yüklənən vəsaitlər də çox olmamış və əmək haqlarının ödənilməsinə sərf edilmişdir. Gələn bütün vəsaitlər vergi və əmək haqlarının ödənilməsinə getdiyi üçün nağd şəkildə vəsaitin çıxarılması üçün də hesabda çox vəsait olmamışdır. 2019-cu ildən etibarən "xxxx" MMC-də fəaliyyət göstərməmiş, "xxxx" MMC-də fəaliyyət göstərdiyi müddət ərzində yalnızca əmək haqqı ilə bağlı əməliyyatlar həyata keçirmiş, başqa bir köçürmə əməliyyatı həyata keçirməmiş, Təqsirləndirilən şəxs2 əmək haqqı köçürülməsi "xxxx" MMC açılandan mövcud olmuşdur. Təqsirləndirilən şəxs2 köçürülmüş əmək haqqının məbləğini xatırlamamış, "xxxx" MMC-nin “Asan İmza”sı Təqsirləndirilən şəxs1 olmuşdur. Bütün bu redaksiyaların icarə müqaviləsi ilə müvafiq yerlərdə yerləşdiyini bilmiş, bu icarə müqaviləsi ilə əlaqədar "xxxx" MMC və digər jurnallar tərəfindən ödəniş olması ilə bağlı heç nə xatırlamır. İcarə müqaviləsinin kimin adına bağlanması ilə bağlı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 ***-**** manat məbləğində elektron qaydada icarə haqqı üçün ödənişin olması ilə bağlı məlumat verməmiş, mühasib işlədiyi müddətdə Təhsil Nazirliyindən icarə haqqı, tərcümələr, jurnalların dizaynının və cildlərinin dəyişdirilməsi ilə bağlı ödəniş edilməmişdir. “Azərbaycan dili və ədəbiyyatı” jurnalında məqalələrin tərcüməsinə yer verilmiş, həmin tərcüməçilər “Azərbaycan dili və ədəbiyyatı” jurnalında işlədiyi müddətdə eyni zamanda "xxxx" MMC-də işləmiş və onlara "xxxx" MMC tərəfindən əmək haqqı verilmişdir. “Azərbaycan dili və ədəbiyyatı” jurnalında 2019-cu ildən bəri işləmiş, işlədiyi müddət ərzində “Azərbaycan dili və ədəbiyyatı” jurnalında Təhsil Nazirliyi tərəfindən heç bir kommunal xərclər ödənilməmiş, dəftərxana ləvazimatlarının alınmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayının əvvəllərində özünə iş axtarmış, bu məqsədlə Kifayət adlı ailəvi tanışına müraciət etmişdir. Bir müddət sonra 2019-cu ilin iyul ayında Kifayət ona Təhsil Nazirliyinin nəzdindəki redaksiyalardan olan “Azərbaycan məktəbi” jurnalı redaksiyasına “müxbir redaktor” vəzifəsinə 5.000 manat pul vəsaiti müqabilində işə düzəldə biləcəyini, 500 manat əmək haqqı alacağını bildirmişdir. O da Kifayətə razı olduğunu bildirmişdir. Bundan sonra 2019-cu ilin iyul ayında Kifayət onu həyətə çağıraraq maşında gözlədiyini söyləmişdir. O, maşına mindikdə orada yalnız Kifayət və oğlu Vüsal olmuşdur. Həmin maşının içərisində 5000 manat pul vəsaitini, şəxsiyyət vəsiqəsi, diplomunun təsdiq edilmiş surətlərini Kifayət ondan istəmişdir. O 5.000 manat pul vəsaitini, habelə şəxsiyyət vəsiqəsi və diplomunun kserosurətlərini həmin maşının içərisində şəxsən Kifayətə vermişdir. Bir neçə gün sonra Kifayət ona həmin pulun Rahil adlı şəxsə çatdığını bildirmişdir. Bu hadisədən bir müddət sonra Kifayətin oğlu Vüsal ona işə düzəldiyini bildirmişdir. Bundan sonra Vüsalla birlikdə Təqsirləndirilən şəxs1 Elmlər Akademiyası metrostansiyasının yaxınlığına yerləşən ofisinə getmişdir. Orada Rahil adlı şəxslə tanış olmuş, Rahil orada ona özünü “Azərbaycan məktəbi” jurnalının redaksiyasının baş redaktoru kimi təqdim etmişdir. Bir neçə gün Rahilin yanına gedib gəlmişdir. Rahil orada “Azərbaycan məktəbi” jurnalı redaksiyasında boş yer olmadığını bildirmiş, daha sonra “Məktəbəqədər və ibtidai təhsil” jurnalı redaksiyasına faktiki rəhbərlik etdiyini, oraya şöbə redaktoru vəzifəsinə işə girmək istəyib-istəmədiyini soruşmuşdur. O da buna razı olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 göstərişi ilə 24 yanvar 2020-ci il tarixdə “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyasının baş redaktoru Yəhya Kərimovun adına ərizə ilə “şöbə redaktoru” vəzifəsinə işə qəbul barədə müraciət etmişdir. 2020-ci ilin yanvar ayının 27-də həmin “Məktəbəqədər və ibtidai təhsil” jurnalı redaksiyasına Yəhya Kərimovun əmri ilə şöbə redaktoru vəzifəsinə təyin olunmuşdur. Yəhya Kərimov həmin jurnalın redaksiyasının sənəd üzrə baş redaktoru olsa da, faktiki olaraq bütün işləri Rahil görmüş, redaksiyaya faktiki olaraq Rahil rəhbərlik etmişdir. Məhz Rahilin tapşırığı ilə Yəhya Kərimov onu həmin jurnalın redaksiyasına işə götürmüşdür. 2020-ci ilin may ayında Rahilin tapşırığı ilə ikinci ərizəsi əsasında həmin jurnalın redaksiyasında vəzifəsi “Şöbə redaktoru” vəzifəsindən “mühəndis-proqramlaşdırıcısı” vəzifəsinə dəyişdirilmişdir. Həmin tarixdən etibarən “Məktəbəqədər və ibtidai təhsil” jurnalı redaksiyasının “mühəndis proqramlaşdırıcısı” vəzifəsində çalışır. Qanuni formada aylıq əmək haqqını alır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid41 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayında Amal tərəfindən Aynurəyə iki dəfəyə, hər dəfəsində 2000 manat olmaqla, ümumilikdə 4000 manat pul vəsaiti tam həcmdə verilmiş və Aynurə də həmin günlər həmin pul vəsaitlərini tam həcmdə şəxsən ona geri qaytarmışdır. Saxta şəhadətnamələri isə özü Aynurəyə, Aynurə də Rahilə geri vermişdir. Həmin ərəfələrdə Rahillə danışarkən şikayət edəcəyini bildirdikdə Rahil onun adına olan "xxxx" ASC-yə məxsus bank kartına 2.000 manat pul vəsaiti köçürmüşdür. Həmin vaxtlar Aynurəyə 4000 manatı Amal qaytarmış, Rahil isə Amaldan xəbərsiz kartına əlavə olaraq 2000 manat pul vəsaiti göndərmişdir. Həmin ərəfələrdə telefon danışıqlarından birində hətta Amalla danışarkən sonuncu ona 4000 manat qaytarılarkən verdiyi 4000 manatdan 2000 manatının özünə, qalan 2000 manatının isə Rahilə çatdığını, bu səbəbdən də 2000 manatı özünün, qalan 2000 manatı isə Rahilin qaytarmalı olduğunu bildirmiş və ondan telefon danışığı zamanı 4000 manatı özündən geri qaytardığını Rahilə bildirməməyini, özünün Rahildən 2000 manatını ala bilmədiyini, Rahildən pulu aldıqdan sonra özünə verməyini bildirmiş və bu barədə xahiş etmişdir. Özü də bu səbəbdən Rahildən pulu istəməyə davam etmişdir. Rahilin kartına həmin pul vəsaitini nə vaxt atdığını xatırlamamamışdır. Sadəcə Rahil kartına 2000 manat atdıqdan sonra bu barədə Aynurəyə demiş, sonuncuya 2000 manat pul vəsaitini Aynurənin valideyni Fazil Umudovun yaşadığı ünvan 17 ünvanında Amala verməsi üçün geri qaytarmışdır. Aynurə də həmin pulu Amala geri qaytarmışdır. Ondan sonra Amal və Rahillə heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2019-cu il tarixdən tanıyır. Tanışlıq zamanı Təqsirləndirilən şəxs1 ona özünün Təhsil Nazirliyində yüksək vəzifədə çalışdığını, özünün X75 Komissiyasının üzvü olduğunu, X75 imtahanında aşağı nəticə göstərən istənilən şəxsin nəticəsini yüksəldə bildiyini, habelə istənilən müəllimi istənilən məktəbə işə düzəldə biləcəyini bildirmişdir. Rahilə arvadı Şahid12 Azərbaycan Respublikasının Müəllimlər İnstitutunun Gəncə filialını bitirdiyini, sonuncunun Abşeron rayonu, Xırdalan şəhərindəki məktəblərdən birinə işə düzəlmək istədiyini bildirmiş və bu işdə köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 10.000 manat pul vəsaiti verəcəyi təqdirdə Şahid12 Xırdalan şəhərində yerləşən 5 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə düzəldə biləcəyini, özünün də həmin pul vəsaitini Təhsil Nazirliyində yüksək vəzifədə çalışan şəxsə çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs1la İnarəni 7000 manat pul vəsaiti müqabilində Xırdalan şəhərində yerləşən 5 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə düzəltməsi barədə razılığa gəlmişlər. Bundan sonra 7000 manat pul vəsaitini toplayıb Şahid12 diplomunun, şəxsiyyət vəsiqəsinin surətləri ilə birlikdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Şəki” restoranının yaxınlığındakı ofisində ona vermişdir. Həmin ərəfələrdə İmişli şəhərində olarkən qardaşının qayını Şahid14 ilə danışarkən ona arvadı Şahid12 Təhsil Nazirliyində çalışan Rahil adlı tanışı vasitəsi ilə 7000 manat pul vəsaiti verməklə Xırdalan şəhərində yerləşən 5 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə düzəltdiyini, qısa zamanda bu barədə ona məlumat veriləcəyini bildirmişdir. Şahid14 bunu eşidib onun qızı Əzizəni İmişli şəhərindəki orta məktəblərdən birinə işə düzəltmək istədiyini bildirmiş və tanışı Rahillə danışmağını, həm Əzizənin balını qaldırmağını, həm də Əzizənin İmişli şəhərindəki orta məktəblərdən birinə işə düzəldilməsini xahiş etmişdir. O, Rahilə zəng vurub bu barədə demiş, o da bu işi həll edə biləcəyini bildirmişdir. Rahillə aralarında telefon danışığı zamanı hər hansı pul söhbəti etməmişdirlər. Bundan sonra Rahilin ofisinə getmişdir. Orada Rahil ona X56 Qəbulu İmtahanında topladığı balı 14 balı 36-ya qaldıra və sonuncunu İmişli şəhərindəki 3 nömrəli tam orta məktəbinə fizika müəllimi vəzifəsinə işə düzəldə biləcəyini, bunun üçün ona 12.000 manat pul vəsaiti verilməli olduğunu demişdir. Bundan sonra Rahilin yanında Qaraya zəng etmiş, ona Rahilin 12.000 manat pul vəsaiti müqabilində X64 Qəbulu İmtahanında topladığı balı 36-ya qaldıra və sonuncunu İmişli şəhərindəki 3 nömrəli tam orta məktəbinə fizika müəllimi vəzifəsinə işə düzəldə biləcəyini bildirdiyini söyləmişdir. Şahid14 ona həmin məbləği verməyə razı olduğunu bildirmiş, təqribən 2 gün sonra, 19 avqust 2020-ci il tarixdə Şahid14 qohumu Adışirinlə İmişli şəhərindən Bakı şəhərinə gəlmiş, görüşüb Rahilin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Şəki” restoranının yaxınlığındakı ofisinə getmişlər, orada o, Şahid14 və Adışirini Rahillə tanış etmişdir. Şahid14 Rahilə 12.000 manat pul vəsaitini sayıb vermişdir. Rahil pulu aldıqdan sonra məbləğin doğru olduğunu bildirib 2020-ci ilin sentyabr ayının ilk həftəsinədək Əzizənin həm balını 36-ya qaldıracağını, həm də sonuncunu İmişli şəhəri 3 nömrəli tam orta məktəbinə fizika müəllimi vəzifəsinə işə düzəldəcəyini, Əzizənin əmrinin veriləcəyini bildirmişdir. Bundan sonra onlar Rahillə sağollaşıb oradan getmişdirlər. 2020-ci ilin sentyabr ayının axırlarınadək Təqsirləndirilən şəxs1 gözləmiş, lakin 2020-ci ilin sentyabr ayının axırlarından etibarən yeni dərs ilinin başladığını, Şahid12 və Əzizə Əhmədovanın işə düzəlmə əmrlərinin verilmədiyini görüb Təqsirləndirilən şəxs1la danışıb bu barədə maraqlanmağa başlamışdır. Təqsirləndirilən şəxs1 işin alınmadığını, pulu alıb ona geri qaytaracağını bildirmiş, hər dəfə müxtəlif tarixlərdə pulu qaytaracağına dair vədlər verərək ondan möhlət istəmişdir. Lakin heç bir ödəniş etməmişdir. Hazırda ümumilikdə 12900 manat pul vəsaiti geri qaytarılmışdır. Qaytarılan həmin pul vəsaitlərindən 9100 manatını Şahid14 geri vermiş, 3800 manatını isə özünün İnarənin işə düzəlməsi üçün Rahilə verdiyi pulun yerinə götürmüşdür. Təqsirləndirilən şəxs1 sonrakı tarixlərdə ona yenə müxtəlif vədlər verərək pul vəsaitinin qalanını qısa müddət ərzində qaytaracağını söz versə də ona sonrakı dövrlərdə heç bir vəsait qaytarmamışdır. Hazırki dövrdə Təqsirləndirilən şəxs1 ona 3200 manat, Şahid14 isə 2900 manat pul vəsaiti geri qaytarmalıdır. Baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs1 şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 Şahid11 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahid7 2007-2011-ci illərdə Azərbaycan Pedaqoji Universitetinin “Filologiya” fakültəsinin “filologiya” ixtisası üzrə ali təhsil almış, 2012-ci il tarixdə X75 imtahanında 30 bal toplayaraq seçim mərhələsində Beyləqan rayonu, Yeni Tatalılar kənd ümumi orta məktəbinə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə təyin olunmuşdur. 2019-cu ilin may ayında mərhum qaynatası Nadir Qəribov onun yaşadığı evə gələrək Təhsil nazirliyində yüksək vəzifədə çalışan Təqsirləndirilən şəxs1 adlı tanışının həyat yoldaşı Vüsaləni çalışdığı Beyləqan rayonu, Yeni Tatalılar kənd ümumi orta məktəbindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən orta məktəblərdən birinə əvvəllər topladığı 52 balı qaldırmaqla onu yerdəyişmə etdirə biləcəyini, bunun üçün ondan 4000 (dörd min) manat istədiyini demişdir. Onlar maddi imkanlarının olmadığını bildirmişlər. Qaynatası onların razılığına görə özündən 4000 manat pul vəsaitini Vüsalənin yerdəyişməsi üçün Rahil adlı şəxsə verməli, iş alındıqdan sonra Vüsalə aylıq əmək haqqı ilə həmin pul vəsaitini geri qaytarmalı olmuşdur. 2019-cu ilin may ayının əvvəllərində qaynatası Nadirlə birlikdə Rahil adlı şəxsin yanına gedib ona Vüsalənin Beyləqan rayonu, Yeni Tatalılar kənd ümumi orta məktəbindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən orta məktəblərdən birinə yerdəyişməsi üçün 4000 manat pul vəsaitini, habelə Vüsalənin şəxsiyyət vəsiqəsi və diplomunun kserosurətlərini vermişlər. Rahil onlara 2019-cu ilin may ayının axırlarına kimi yerdəyişmənin baş tutacağı barədə əmr veriləcəyini bildirmişdir. 2019-cu ilin may ayınının axırlarına kimi gözləsələr də lakin heç bir əmr verilməmişdir. Rahilə mesajlar yazmış, telefon vasitəsi ilə danışmış, Rahil isə hər dəfə müxtəlif bəhanələr gətirib onları aldatmışdır. 2019-cu ilin sentyabr ayında Rahil onları Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən ofisinə çağırmış, oraya Vüsalə ilə birlikdə getmiş, Rahil pulun ona çatdığını, səbrli olmağı, qısa müddət ərzində Vüsaləni Beyləqan rayonu, Yeni Tatalılar kənd ümumi orta məktəbindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən orta məktəblərdən birinə yerdəyişmə etdirə biləcəyini bildirmiş və onları sakitləşdirmişdir. Lakin sonradan Rahilin onları aldadaraq 4000 manat pul vəsaitini ələ keçirdiyini başa düşüb Rahildən pulu geri istəmişlər. 2019-cu ilin oktyabr ayında Rahil 4000 manat pul vəsaitini ona geri vermiş, o da həmin pul vəsaitini mərhum qaynatası Nadirə geri qaytarmışdır. Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid45 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayında Bakı şəhəri, Xətai rayonu Polis İdarəsinin yaxınlığında yerləşən “Xəzər dairəsi” adlanan ərazidə uzun müddətdir tanıdığı Şahid17la görüşmüş, ona iş tapmaqda köməklik etməyini xahiş etmişdir. Söhbət zamanı Əliyar ona Rahil adlı tanışının olduğunu, Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalı redaksiyasının baş redaktoru olduğunu, geniş əlaqələri olduğunu bildirmişdir. Bundan sonra Şahid17la birlikdə Təqsirləndirilən şəxs1 Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində “Milano Hospital”ın yaxınlığında yerləşən ofisinə getmiş, orada Əliyar onu Rahillə tanış etmiş və Rahilə onun iş axtardığını bildirmişdir. Rahil birinci ona öz yanında redaktor olmağı ilə bağlı iş yeri verməsini təklif etmiş, lakin o, bununla razılaşmamışdır. Bundan sonra Rahil Əliyarın yanında onu Azərbaycan Milli Elmlər Akademiyasına elmi işçi vəzifəsinə işə düzəldə biləcəyini, bunun üçün 4.000 manat verməli olduğunu bildirmişdir. O da buna razı olmuşdur. Bundan sonra Rahil Zaur adlı tanışı ilə danışaraq onu Milli Elmlər Akademiyasına göndərmiş, Zaurun Akademiyanın inzibati binasının ikinci mərtəbəsində əyləşdiyini, onu qarşılayacağını söyləmiş, habelə sonuncunun əlaqə nömrəsini ona vermişdir. O, Zaurla Rahilin nə danışdığını bilməmişdir. Rahil Zaurun əlaqə nömrəsini verdikdən sonra ona gedərkən 2-3 gün ərzində işə düzəlməyi üçün 4.000 manatı aparıb ona verməyini bildirmişdir. O da razılaşmışdır. Bundan sonra AMEA-nın inzibati binasına getmiş, orada ikinci mərtəbədə xidməti otağı olan Zaur adlı şəxslə görüşmüşdür. Görüş zamanı o, Zaura onu Rahil adlı tanışının göndərdiyini və orada işə düzəlmək istədiyini bildirmişdir. Zaur da onu dinləmiş, daha sonra sorğu-sual etmiş, onun xarici dil biliklərini soruşmuşdur. O, Şahid1 ingilis dilini orta səviyyədə, rus dilini isə kafi səviyyədə bildiyini söyləmişdir. Şahid1 ondan diplomunu və digər sənədlərinin surətini növbəti gün ona gətirib göstərməyini xahiş etmişdir. O da razılaşmışdır. Zaurla danışıqları zamanı aralarında heç bir pul söhbəti olmamış, habelə ona Rahilin onun AMEA-ya işə düzəlməyindən ötrü 4.000 manat pul vəsaiti istədiyini söyləməmişdir. Növbəti gün diplom və digər sənədlərinin surətlərini apararaq Şahid1 özünə təqdim etmişdir. Şahid1 onun sənədlərini qəbul etdikdən sonra 1 həftə - 10 gün ərzində onun işə qəbul olunub-olunmayacağına baxacağını bildirmişdir. 2020-ci ilin iyul ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng edərək ofisində olub-olmadığını soruşmuş, sonuncu ofisində olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs1 Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində “Milano Hospital”ın yaxınlığında yerləşən ofisinə getmişdir. Orada Təqsirləndirilən şəxs1 otağında 4.000 (dörd min) manat pul vəsaiti vermişdir. Həmin pul vəsaitini verərkən Rahilə Zaurun yanına getdiyini, sənədlərinin surətini verdiyini, onun 1 həftə - 10 gün ərzində xəbər edəcəyini bildirdiyini demişdir. Rahil ona heçnə, o cümlədən ona verdiyi puldan Zaura da verəcəyini bildirməmiş, sadəcə səbrli olmağını söyləmişdir. 2020-ci ilin iyul ayının axırları – avqust ayının əvvəllərində Zaur ona zəng edərək işinin alınmadığını, ixtisasına və digər parametrlərə görə onun heç cürə işə düzələ bilməyəcəyini söyləmişdir. Zaura Rahilə 4000 manat pul vəsaiti verməyi barədə yenə heçnə deməmişdir. Birbaşa olaraq Rahilin yanına gedib Zaurun söylədiklərini bildirmiş, daha sonra Rahildən verdiyi pulu geri qaytarmasını tələb etmişdir. 2020-ci ilin dəqiq xatırlamadığı tarixlərində Rahildən ona verdiyi 4.000 manat pul vəsaitini hissə-hissə olmaqla geri almışdır. Rahildən pulu geri alarkən Rahil ona istəyirsə onu təmənnasız rəhbərlik etdiyi “Azərbaycan məktəbi” jurnalının redaksiyasına işə götürə biləcəyini bildirmişdir. O da bununla razılaşmış, Rahil onu təmənnasız oraya redaktor vəzifəsinə işə götürmüş, "xxxx" ASC-yə məxsus əmək haqqı kartı vermişdir. Orada cəmi bir ay işləmiş, bir ay 180 manat əmək haqqı almışdır. Sonradan iş xoşuna gəlmədiyindən, ağır iş olduğundan işdən könüllü qaydada ərizə yazıb ayrılmışdır. Ayrıldıqdan sonra Təqsirləndirilən şəxs1 görməmiş, danışmamış, əmək haqqı da almamışdır. Təqsirləndirilən şəxs1 qarşı hər hansı şikayət, iddia və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid61 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin fevral ayından etibarən AMEA-da işləyən bir şəxs kimi tanımış, münasibətləri yaxşı olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2021-ci ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, “Milano Hospital”ın yaxınlığında yerləşən ofisində görüşərkən Rahil ona AMEA-da şöbə müdiri kimi çalışdığını, AMEA-da yüksək vəzifədə çalışan şəxslərlə yaxın əlaqələri olduğunu bildirmiş və istəyirsə onu AMEA-nın “Kitab və Nəşr” şöbəsinə müdir vəzifəsinə təyin etdirə biləcəyini, bunun üçün AMEA-da yüksək vəzifəli şəxslərinə çatdırmasından ötrü 24.500 manat pul vəsaiti verilməli olduğunu söyləmişdir. Bir qədər söhbət etdikdən sonra Təqsirləndirilən şəxs1 məbləği endirərək ona 23.000 manat pul verəcəyi təqdirdə onu AMEA-nın “Kitab və Nəşr” şöbəsinə müdir vəzifəsinə təyin etdirə biləcəyini, 15-20 gün müddətində əmrinin çıxa biləcəyini söyləmişdir. Heç yerdə işləmədiyindən Təqsirləndirilən şəxs1 inanmış və Təqsirləndirilən şəxs1 həmin Şöbəyə müdir təyin olunmağı üçün 23.000 manat pul vəsaiti verə biləcəyini bildirmişdir. Bu danışıqdan 2-3 gün sonra, yəni 2021-ci ilin mart ayının ortalarında 23.000 manat pul vəsaitini toplayaraq Təqsirləndirilən şəxs1la Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, “Milano” Hospitalın qarşısında görüşmüş və görüş zamanı Rahilə şəxsən təklikdə 23.000 manat pul vəsaitini vermişdir. Təqsirləndirilən şəxs1 ondan həmin pulu aldıqdan sonra qısa müddət ərzində AMEA-nın “Kitab və Nəşr” Şöbəsinə müdir vəzifəsinə təyin ediləcəyini bildirmişdir. O Rahilə inanmış, təqribən 1 ay Rahili gözləmiş, lakin heç bir əmr çıxmamışdır. Bundan sonra Rahillə maraqlandıqda sonuncu ona hər dəfə müxtəlif bəhanələr gətirərək işin uzandığını bildirməyə başlamışdır. 2021-ci ilin avqust ayınadək Təqsirləndirilən şəxs1 gözləmiş, lakin işin uzanması səbəbindən Təqsirləndirilən şəxs1 şübhələnib AMEA-dan bu barədə maraqlanmışdır. Həmin vaxt orada onunla bağlı heç bir iş getmədiyini, Rahilin Şöbə müdiri olmadığını, habelə Rahilin ona söz verdiyi “Kitab və Nəşr Şöbəsi”ndə müdir vəzifəsində başqa adını xatırlamadığı şəxsin çalışdığını bilmişdir. Təqsirləndirilən şəxs1 zəng vurub verdiyi 23.000 manat pul vəsaitini geri tələb etmişdir. Rahil də həmin pulu qaytaracağına söz vermişdir. 2021-ci ilin avqust ayına kimi hissə-hissə olmaqla Təqsirləndirilən şəxs1 5.000 manat pul vəsaitini geri ala bilmiş, qalan 18.000 manat pulu geri ala bilmədiyindən xx.xx.2021-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 şikayət etmişdir. Şikayət etdikdən sonra 2021-ci ilin sentyabr-oktyabr aylarında Təqsirləndirilən şəxs1 hissə-hissə olmaqla qalan 18.000 manat pul vəsaitini də tam həcmdə geri almışdır. Təqsirləndirilən şəxs1 qarşı hər hansı şikayət, iddia və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019cu ilin axırlarında Zərərçəkmiş şəxs21 ona zəng edərək 18 nəfər Türkiyə Respublikası vətəndaşının məqalələrinin 2 ay ərzində beynəlxalq yüksək impakt faktorlu jurnallarda çap olunması işi ilə məşğul olan tanışının olub-olmamasını soruşmuşdur. “Azərbaycan məktəbi” jurnalı redaksiyasının müdiri vəzifəsində çalışan Təqsirləndirilən şəxs1 zəng edib 18 nəfər Türkiyə Respublikası vətəndaşının məqalələrinin 2 ay ərzində beynəlxalq yüksək impakt faktorlu jurnallarda çap olunmalı olduğunu bildirmiş və bu işi bacarıb-bacarmayacağını soruşmuşdur. Təqsirləndirilən şəxs1 ona bu işlə özü məşğul olacağını bildirmiş və ondan məqalələri elektron poçt ünvanına göndərməyini xahiş etmiş, özünün həmin məqalələrə baxacağını bildirmişdir. Bundan sonra Xəyaləyə zəng vurub məlumat vermiş, Təqsirləndirilən şəxs1 adlı tanışının kömək etməyə razılıq verdiyini bildirmişdir. Xəyalə ona Rahildən məqalələrin çap olunacağı beynəlxalq impakt faktorlu jurnalların siyahısını almağını tapşırmış və həmin siyahıya baxmaq istədiyini söyləmişdir. Rahilə bu barədə demiş, Rahil həmin jurnalların siyahısını ona, özü də həmin siyahını Xəyalənin elektron poçt ünvanına göndərmişdir. Həmin jurnalların içərisində “MESTER” adlı jurnal da olmuşdur. Xəyalə həmin siyahıdakı jurnalları araşdırmış və onların həqiqətən də beynəlxalq impakt faktorlu jurnallar olduğunu təsdiqləmiş, məqalələrin Təqsirləndirilən şəxs1 tərəfindən “MESTER” jurnalında çap edilməsinə razılıq vermişdir. Təqsirləndirilən şəxs1 hər məqaləyə görə beynəlxalq impakt faktorlu jurnalda çap edilməsindən ötrü 335 ABŞ dolları pul vəsaiti istəmişdir. Rahildən hansı səbəbə görə hər məqaləyə görə 335 ABŞ dolları istədiyini soruşduqda sonuncu ona həmin məqalələrin beynəlxalq impakt faktorlu jurnallarda nəşri üçün müvafiq redaksiyaya köçürülməli olduğunu bildirmişdir. Rahillə aralarındaki ilkin şifahi razilaşmaya görə 18 məqalə üçün hər məqaləyə görə 335 ABŞ dolları hesablamaqla ümumilikdə 6000 ABŞ dolları pul verilməli olmuşdur. 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs21 ona 1.000 ABŞ dolları pul göndərmişdir. Həmin pul vəsaitini tam həcmdə növbəti günlərdə Təqsirləndirilən şəxs1 ödəmişdir. 2020-ci ilin fevral ayında Zərərçəkmiş şəxs21 ona daha 1000 ABŞ dolları pul vəsaiti göndərmişdir. Həmin pul vəsaitini tam həcmdə növbəti günlərdə Təqsirləndirilən şəxs1 ödəmişdir. 2020-ci ilin mart ayının axırları – aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs21 ona daha 2.000 ABŞ dolları pul vəsaiti göndərmiş, o da həmin məbləği Təqsirləndirilən şəxs1 ödəmişdir. 2020-ci ilin may ayının axırlarında Zərərçəkmiş şəxs21 ona daha 1.900 ABŞ dolları pul vəsaiti göndərmişdir. O da öz adına olan "xxxx" ASC-yə aid kart hesabından xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 arvadı Aysel Nəcəfovanın adına olan karta 1900 ABŞ dolları, yəni 3233 manat pul vəsaiti göndərmişdir. Həmin ayda Təqsirləndirilən şəxs1 Xəyalənin göndərişi əsasinda daha 100 ABŞ dolları pul vermişdir. Beləliklə, Zərərçəkmiş şəxs21 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayının axırlarına kimi t “Milliön” ödəniş terminalı vasitəsi ilə ona məxsus "xxxx"a aid bank kartına köçürmə etməklə və adını xatırlamadığı sürücüsü vasitəsi ilə ümumilikdə 6000 ABŞ dolları pul vəsaiti göndərmişdir. O da həmin pul vəsaitlərinin hamısını almış, bir hissəsini müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs1 adına olan bank kartına köçürmə yolu ilə göndərmiş, qalan hissəsini isə Təqsirləndirilən şəxs1la nağd qaydada görüşərək vermişdir. Təqsirləndirilən şəxs1 verilən pul 6.000 ABŞ dolları olmuşdur. Lakin Təqsirləndirilən şəxs1 dediyi məbləğ ona verilməsinə baxmayaraq məqalələr fake jurnallarda çap olunmuşdur. Bundan sonra Xəyalə pulu geri istəmiş, özü də Rahilə bu barədə demişdir. Rahil pulu qaytarmamaq üçün bəhanələr uydurmuş, pulu geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid25 Mətili qızı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs3 xalası ilə bir yerdə işləmiş, Gözəlin xalası ona Gözəlin onun qızına iş düzəldə biləcəyini demişdir. O da qızının işə düzəlməsi üçün Gözələ 5000 manat pul vermişdir. Lakin iş düzəlmədiyi üçün Gözəl verdiyi pulu özünə qaytarmışdır. Şahid suallara cavab olaraq bildirmişdir ki, Gözəl pulun müqabilində qızı Yetəri Təhsil Nazirliyinə işə düzəltməli olmuş, o, Gözələ 5000 manat pul vermiş, lakin qızının işi düzəlməmişdir. Gözəl onları Rahil adlı şəxsin yanına göndərmiş, və iş haqqında məlumatın həmin şəxsin verəcəyini demişdir. Rahil Gözəlin pulu ona verdiyini, narahat olmamalarını, işin 5-10 günə düzəlcəyini demişdir. Gözəl ona verdiyi pulun hamısını qaytarmışdır. İşi düzəlmədikdə Rahilə heç nə deməmişdir. Şahid məhkəməyə ərizə ünvanlayaraq iş üzrə zərərçəkmiş şəxs qismində tanınmaq istəmədiyini, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid26 ifadəsində göstərmişdir ki, onun işə düzəlməsi üçün anası Təqsirləndirilən şəxs3 5000 manat pul vermiş, Gözəl onu Təhsil Nazirliyinə işə düzəltməli olmuşdur. İş düzəlmədiyi üçün pul geri qaytarılmışdır. Pul qaytarılanadək onlar Rahilin qəbulunda olmuşlar, Rahil onlara işi düzələcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Xürrəm qızı ifadəsində göstərmişdir ki, 2016-cı ilin dekabr ayında Azərbaycan İqtisad Universitetində çalışan Qalib adlı tanışı ona yaxınlaşıb özünün və Zərərçəkmiş şəxs5 adlı tanışının hazırda adlarını xatırlamadığı elmi məqalələrini “Web of scienses” adlı elektron bazada qeydiyyatdan keçmiş və mötəbərliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu jurnallardan birində dərc edilməsində köməklik göstərməsini xahiş etmişdir. Qalibə bir nəfər tanışının olduğunu, onun bu işdə köməklik edərək məqalələri beynəlxalq impakt faktorlu jurnallardan birində çap etdirə biləcəyini, bunun üçün hər məqaləyə görə 850 manat pul vəsaiti verməli olduğunu bildirmişdir. Qalib də bununla razılaşıb tanışı Zərərçəkmiş şəxs5 bu barədə demiş, sonuncu da məqalə çapı üçün 850 manat pul vəsaiti verməyə razılaşmışdır. Qalib ona öz məqaləsi üçün 850 manat və Akifin məqaləsi üçün 850 manat, cəmi 1700 manat pul vermiş, o həmin pulu məqalələrin çap olunması üçün Şahid1 vermişdir. Həmin məqalələr çağ olunsa da sonradan həmin saytların fake sayt olduğunu bilmişlər. Zaur ona məqalələri Rahil adlı tanışının çap etməli olduğunu, onu da aldatdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid29 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Şahid28 2000 manat müqabilində özünün rəhbərlik etdiyi “Azərbaycan məktəbi” redaksiyasına redaktor vəzifəsinə təyin edə biləcəyini demişdir. 2000 manat pulu Əliyar vasitəsilə Rahilə çatdırdıqdan sonra Fəridəni işə götürmüşdür. Fəridə iki-üç ay işləmiş, maaş verilmədiyi üçün işdən çıxmışdır. Rahil pulu özü qaytarmışdır. Şahid məhkəməyə ərizə ünvanlayaraq iş üzrə zərərçəkmiş şəxs qismində tanınmaq istəmədiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid32 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun müdiri olmuş, Təqsirləndirilən şəxs3 ilə birlikdə işləmişdir. Adı sürücü ştatında keçsə də, o, sürücü işləməmişdir. 2010-cu ildə işə düzəlmiş, Rahil işdən çıxana kimi orda işləmiş, 372 manat maaş almışdır. Gözəlin ona verdiyi 6000 manat pulu “Azərbaycan məktəbi” jurnalı redaksiyasının inzibati binasında Rahilə vermiş, Rahil verdiyi pulu ona qaytarmışdır. Gözəl qohumunun iş axtardığını demiş, o da Rahildən soruşduqda iş düzəldə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs1la sinif yoldaşı olduğu üçün onu özünün işlədiyi yerə işə düzəltmiş, işə düzəlməyə görə Rahilə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, Laçın Fəridə adlı qohumunu işə düzəltmək istəmiş, Laçına Rahil adlı tanışının Fəridəyə iş düzəldə biləcəyini demiş və görüşüb ətraflı danışmaları üçün Laçın ilə Rahilin nömrələrini bir-birlərinə vermişdir. Onlar görüşüb danışmış, Laçın bağlı zərfdə pulu vermiş, o da aparıb Rahilə vermişdir. İçində nə qədər pul olduğunu bilməmişdir. Fəridə işə düzəlmiş, lakin maaş almamışdır. Buna görə də Laçın Rahilə verdiyi pulu özü ondan almışdır. Nərgizlə bağlı epizod üzrə - qardaşının oğlu Aqşin iş yoldaşı Turalın qohumu Nərgizə iş axtarmış, Rahilin onu işə düzəldə biləcəyini soruşmuş, o da bu barədə Rahil ilə danışıb xəbər edəcəyini demiş, Rahil ilə danışanda o, həmin adamları yanına göndərməyini bildirmişdir. Rahil bunun qarşılığında 5000 manat pul istəmiş, qardaşı oğlu pulu alıb onunla birlikdə Rahilin Musabəyov heykəlinin yanındakı ofisində ona vermişdir. İş düzəlmişdir, Rahil işdən çıxsa da Nərgiz hələ də orda işləyir. Şahid suallara cavab olaraq bildirmişdir ki, Laçın əvvəlcə iş yerində onun yanında Rahil ilə telefonla danışmış, Milli Elmlər Akademiyasına doktoranturada oxuduğuna görə pulu paketin arasına qoymuş, özü aparıb Elmlər Akademiyası metrostansiyası tərəfdə Rahilə vermişdir. 5000 manat pulu Rahilə ofisində vermiş, üç gün sonra qızı işə çağırmışlar. O, Ülkəri və Təranəni tanımır. “Şəki” restoranının yanında Dilavər Rahilə 9000 manat pul vermiş, o, həmin görüşdə iştirak etsə də pulu Dilavər özü vermişdir, o Dilavərin maşınında getmiş, Dilavər pulu onun iştirakı ilə Rahilə vermişdir. Ülkər Nemətovanın işi ilə bağlı Ülkərdən 9000 manat almamışdır, 5500 manat məsələsi ilə bağlı bildirmişdir ki, Rahil onu çağırıb komissiya gəldiyini və onları “yola salmaq” üçün ona pul lazım olduğunu demiş və ona köməklik göstərməsini xahiş etmişdir. O da qaynından 5500 manat pul götürüb Rahilə vermiş, 10.000 manat da “Beynəlxalq bank”dan kredit götürüb Rahilə vermişdir. Hazırda həmin pulu özü ödəyir. Ülkərdən pulu Dilavər almış, o Dilavərlə birlikdə getmişdir ki, qaynının pulunu alıb qaytarsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Ülkər Ramazanovanı tanımamış, Təranə xanımı tanımış, ailəvi dost olmuşlar. Dörd il əvvəl Təranə xanım ona müraciət edib yaxın qohumu Ülkər xanımın iş axtardığını bildirmişdir. İş müqabilində o, Təranə xanımdan 9000 manat alıb Əliyar müəllimin iştirakı ilə “Şəki” restoranının qabağında Rahilə vermişdir. Rahil də həmin 9000 manatı sayıb qəbul etmişdir. Bundan iki-üç gün sonra Ülkər xanım çağrılıb işə götürülmüş və 3 ilə yaxın Rahilin yanında işləmişdir. Şahid suallara cavab olaraq bildirmişdir ki, Təranə Ülkərin yaxın qohumudur, onun bu işdə başqa marağı olmamış, Təranə xanımla yaxın ailəvi dost olduğu üçün kömək etmişdir. O, Könülü və Ülkəri tanımamış, Təranə xanım 9000 manatı ona vermiş, Əliyarın iştirakı ilə “Şəki” restoranının yanında 9000 manatı Rahilə vermişlər. Təranə ilə Əliyarın başqa iş gördüyündən məlumatı olmamış, Könülün Təranənin bacısı olduğunu bilməmiş, pulu təxminən 2019-cu ildə Rahilə vermiş, “Şəki” restoranının yanı Rahilin iş yerinə yaxın olduğu üçün orada görüşüb pulu ona vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid28 ifadəsində göstərmişdir ki, Laçın müəllim onu işə düzəltmiş, bir-iki ay işləmiş, maaş verilmədiyi üçün işdən çıxmışdır. Daha sonra bilişdir ki, onun işə düzəlməyi üçün Laçın müəllim kiməsə müəyyən məbləğdə pul vermiş, o işdən çıxdıqdan sonra həmin pulu qaytarmışlar. Onu “Azərbaycan Məktəbi” jurnalına işə düzəltmişlər, ona deyilən vəzifədə işləməmiş, çünki işə ştatdan kənar götürülmüşdür. Ona maaş verilməmişdir. Təqsirləndirilən şəxs1 sonra “Dil-ədəbiyyat” jurnalına rəsmi olaraq işə düzəlmiş, hazırda orda işləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Elmlər Akademiyasinda və universitetdə işləyir. Rahil ilə münasibəti məqalə məsələsinə görə yaranmışdır. Elmlər doktoru olmaq üçün mütləq şəkildə indeksli jurnalda məqalənin çıxması lazım olmuşdur. Rahil Təhsil Nazirliyində “Azərbaycan” jurnalının baş redaktoru olmuşdur. Rahil əvvəllər məqalələrin dərc olunmasında kömək etmiş, məqalələr qəbul olunmuş, daha sonra yeni baza sistemi ortaya çıxmış, Rahilin artıq məqalələri dərc etdirməyə gücü çatmamışdır. O, məcbur olub məqalələri özü dərc etdirmiş və vətəndaşların ziyanlarını öz vəsaiti hesabına ödəmişdir. Rahil ziyanın cüzi hisəsini ödəmiş, hətta Rahildən şikayətçi olmamaları üçün Rahilin pul alıb işini görə bilmədiyi bəzi şəxslərin də məqalələrini dərc etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin yanında Ali Atestasiya Komissiyası olmuş, həmin qurumun təzə qaydaları çıxmış, artıq baza jurnalları olması göstəriş olmuşdur. Baza jurnallarına düşmək çox çətin olmuş, çünki lobistik lazım olmuşdur. Rahilin əməkdaşlıq etdiyi jurnalları artıq qəbul etmək istəməmişlər. Bu problemlər 2020-ci illərdə yaranmış, sistem dəyişmiş, vətəndaşlar haqlı olaraq narazılıqlar etmişlər. Lütviyyə Əsgərovanın pulu alınmış, 2017-ci ildə onun məqaləsi dərc olunmuş, sonra yenidən istəsə də, bu dəfə alınmamışdır. Rahil müəllimin maddi imkanı olmadığı üçün Lütviyyə xanımın pulunu qaytara bilməmiş, o özü həmin məbləği qaytarmışdır. Bir məqalənin dərc olunması üçün azı 6 ay müddət lazım olmuş, indeksli beynəlxalq jurnalların 90 faiz ödənişli olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid62 ifadəsində göstərmişdir ki, 2018-2019-cu illərdə taksi işləyən vaxtı Ramilə xanımı müştəri kimi götürmüş, Ramilə xanım Təhsil Nazirliyində işləyən bir tanışı olduğunu demişdir. Onun İlqar adlı tanışı həyat yoldaşını məktəbə işə düzəltmək istəmiş, o da Təqsirləndirilən şəxs1 müraciət etmişdir. Təqsirləndirilən şəxs1 həmin şəxsi işə düzəltməyin mümkün olduğunu bildirmiş və bunun qarşılığında müəyyən məbləğdə pul istəmişdir. O, Təqsirləndirilən şəxs1 4.000 manat pul vermiş, lakin sonradan iş düzəlməmişdir. Təqsirləndirilən şəxs1 hissə-hissə həmin məbləği geri qaytarmışdır. Şahid suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 hansı vəzifədə işlədiyini bilməmişdir. O, 2018-2019-cu illərdə taksi sürücüsü işləyən vaxtı Ramilə xanım müdirinin Təhsil Nazirliyində işlədiyini demişdir. Ramilə xanımın köməkliyi ilə Rahil müəllimlə görüşmüş, Rahilin əvvəl kimisə işə düzəltdiyini bilməmiş, ona müraciət etməyinə səbəb Təhsil Nazirliyində işləməsi olmuşdur. İlqar müəllimin yoldaşını müəllimə vəzifəsinə düzəltmək istəmiş, 4.000 manat pulun müqabilində Təqsirləndirilən şəxs1 onu işə düzəldəcəyini demiş, 4.000 manat pulu İlqar müəllim ona maşında vermiş, o da 4.000 manatı Təqsirləndirilən şəxs1 üçü bir yerdə maşında vermişdir. Daha sonra iş düzəlməmişdir. Təqsirləndirilən şəxs1 pulun hamısını ona qaytarmış, o da pulu sahibinə qaytarmışdır. Onun bu işdə rolu o olmuşdur ki, o, Ramilə xanımı tanımış, Rahil müəllimlə İlqar müəllimi tanış etmişdir. O, İlqar müəllimlə yanbayan mağazada işləmiş, yaxşılıq edib onun yoldaşını işə düzəltmək istəmiş, lakin alınmamışdır. İlqar müəllim ona əvvəldən demişdir ki, yoldaşı ali təhsillidir, işə düzəltmək istəyir. O da belə bir adam tanıdığını demişdir. Rahil müəllimdən soruşduqda, o, 4.000 manata işin düzələcəyini demişdir. Sonra da 4.000 manatı vermişlər, lakin iş düzəlməmişdir. Pulu İlqar müəllimlə ikisi bir yerdə görüşüb Rahil müəllimə vermişlər. Şahid məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X36 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, ibtidai istintaqda Şahid62 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid79 ifadəsində göstərmişdir ki, onu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırıb, izahatını alaraq ona dəftərxana ilə bağlı malların verilib- verilmədiyini soruşmuşlar, o da malların verildiyini demişdir. Belə ki, o, dəftərxana ləvazimatı istədiyi vaxt ona verilmişdir. Hətta orada müəyyən təsərrüfat malları da lazım olmuşdur. O özü Təqsirləndirilən şəxs1 pulu istəmişdir. Onlar özləri gedib elektrik əşyaları almış, özləri gedib təsərrüfat müdiri ilə bunları etmişlər. Daha sonra A4 kağızları istəmiş və kağızlar onu verilmişdir. “Azərbaycan dili və Ədəbiyyatı” jurnalında yarım ştat redaktor işləmiş, əvvəldən ortaq danışıqları olmuş, işləyən vaxtı Rahil müəllimi əvvəldən tanımış, Amalı bu işlə bağlı tanımış, Amalla bir yerdə işləməmiş, redaksiyaya görə Amalı tanımışdır. Onu Rahil müəllim işə götürmüş, onu işə götürməyin müqabilində pul istəməmiş, dəftərxana ləvazimatlarında əskikliklə bağlı şahid olmamış və görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid57 ifadəsində göstərmişdir ki, 2021-ci il yanvar ayının 5-dən “Aqrar elmi jurnal”da iş fəaliyyətinə başlamış, orda Təqsirləndirilən şəxs1 tanımışdır. Rəsmi olaraq “Aqrar elmi jurnal”da köhnə redaktor vəzifəsində çalışmışdır. 2 ay sonra onlara rəsmi olaraq “Aqrar elmi jurnal”ın vəsiqəsi verilmişdir. Əmək müfəttişliyinin rəsmi sənədi var ki, o, həqiqətən də, 2021-ci il yanvar ayının 1-dən avqust ayının 30-a qədər həmin müəssisədə çalışmışdır. 8 ay işlədiyi müddətdə o, heç bir əməkhaqqı, heç bir müavinətlə təmin olunmamışdır. Hər dəfə əməkhaqqı tələb etdikdə ona ya "xxxx"da problem olduğunu, əmək haqqının gələn ay və ya sonrakı ay veriləcəyini demişlər. Beləliklə avqust ayının 30-na kimi çalışmış, avqust ayının 30-da artıq müdiriyyətin müavini Təqsirləndirilən şəxs1 onlara “Aqrar elmi jurnal”da problem olmadığını, əslində Təqsirləndirilən şəxs2 onları işə götürdüyünü və əməkhaqqının onun verəcəyini bildirmişdir. Hələ də 2021-ci ildən 2024-cü ilə qədər heç bir əməkhaqqı və müavinətlə təmin edilməmişdir. Orada sadəcə olaraq 8 ay işləmiş və əməkhaqqını tələb edir. Şahid suallara cavab olaraq bildirmişdir ki, onu işə Təqsirləndirilən şəxs1 götürmüş, ancaq özünü müdiriyyət kimi təqdim edən Təqsirləndirilən şəxs2 olmuşdur. Bununla bağlı əmək müqaviləsi bağlanılmamış, sadəcə olaraq onlara “Aqrar elmi jurnal”ın vəsiqəsi verilmiş və işə daxil olanda əmr verilmiş, həmin vəsiqəni Təqsirləndirilən şəxs1 ona vermiş, əmri də Təqsirləndirilən şəxs1 vermiş, lakin əmrdə Təqsirləndirilən şəxs2 adı və imzası olmuşdur. Ona 500 manat əməkhaqqı veriləcəyini, daha sonra isə artacağını bildirmişlər. O Rahildən əməkhaqqını soruşanda "xxxx"da və kartlarda problem olduğunu demiş, Amalı cəmi 3 dəfə görmüş, bir dəfə Koroğlu metrosu tərəfdə, digər ikisində isə Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsində görmüşdür. Amal cəmi 2 dəfə görüşdə kollektivə əməkhaqlarının veriləcəyini, bir çox problemlər olduğunu demişdir. Təqsirləndirilən şəxs2 həmin vaxt “Aqrar elmi jurnal”ın müdiriyyəti kimi gəlmiş, o bu işə tanışlıq vasitəsilə düzəlmiş, onlara başçılıq edən Təqsirləndirilən şəxs1, faktiki rəhbər Təqsirləndirilən şəxs2 olmuşdur. Bu jurnalda işlədiyi vaxt ərzində rəhbər kimi bilib göstərişlərini icra etdiyi şəxs Təqsirləndirilən şəxs1 olmuş, Amalla görüşləri işə götürüləndən sonra olmuşdur. İşə götürülsə də, əmək müqaviləsi bağlanılmamış, Rahildən əmək müqaviləsinin bağlanılmamasının səbəbini soruşanda Kənd Təsərrüfatı Nazirliyində problemlər olduğunu bildirmişdir. Namiq adlı şəxsi tanımış, Namiq Amalın müavini olmuş, hətta Amal Namiqlə bir yerdə gəlmişdir. İşə düzəlmək üçün 4.000 manat Oruc adlı şəxsə pul vermiş, həmin pulu da geri almışdır. Oruc Zığda qonşusu olmuş, ordan tanımışdır. İşdə ona tapşırığı Təqsirləndirilən şəxs1 vermiş, işə gəlib-getməklə də bağlı göstərişi Rahil vermişdir. Əməkhaqqı tələb edən zaman Amal ona “siz işləməlisiniz, pul 2-ci plandadır” demişdir. Amal ona iş verib təhvil almaqla bağlı heç nə etməmiş, işi verib təhvil alan Rahil olmuş, onlar Rahilin göstərişlərini yerinə yetirmişlər, müdiriyyət olaraq Amal ona işlərin yerinə yetirilməsi ilə bağlı göstəriş verməmişdir. 8 ay ərzində gördüyü iş onlara gələn məqalələrdə səhvləri düzəldib geri qaytarmaq olmuş, məqalələrdə səhvlərin düzəliş edilib qaytarılması ilə bağlı göstərişi Rahil vermişdir. O, Əhməd Rəcəbli küçəsində yerləşən “Aqrar elmi jurnal”ın ofisində işləmiş, bu iş üzrə işə düzəlmək üçün 4.000 manat pul vermiş, həmin məbləği M.Oruca vermiş, yekunda verdiyi məbləğ Oruc tərəfindən qaytarılmış, verdiyi 4.000 manat məbləğlə bağlı şikayət və tələbi yoxdur. Əmək müqaviləsinin bağlanmamasına baxmayaraq əmək müfəttişliyindən sənədi olmuş, vəsiqəni Əhməd Rəcəbli küçəsində yerləşən ofisdə Namiq gətirib vermiş, Namiq özünü onlara Amalın müavini kimi təqdim etmiş, o da həmin yerdə rəsmi işçi olmuşdur. Şahid məhkəməyə ərizə təqdim edərək verdiyi 4.000 manata görə zərərçəkmiş şəxs qismində tanınmaq istəmədiyini, təqsirləndirilən şəxslərdən şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid59 ifadəsində göstərmişdir ki, diplomunu təsdiq etmək üçün Ərəstun adlı şəxsə pul vermiş, belə ki, o, Moskva şəhərində psixologiya ixtisasında təhsil almış, sonra diplomunu təsdiq etdirmək üçün Ərəstuna müraciət etmişdir. Ona diplomun təsdiq olunduğunu bildirmişlər. O da diplomunu aparıb Təhsil Şöbəsinə vermiş, orda ona diplomun sistemdə olmadığını, yəni saxta olduğunu demişlər. Bununla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmiş, Təqsirləndirilən şəxs3 şikayətçi olmamış, Ərəstun onun tanıdığı şəxs olmuş, ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Ərəstuna 4.800 manat pul vermiş, o pulu Ərəstuna verməsinin səbəbi həmin şəxsin yaxşı əlaqələrinin olmasını eşitməsi olmuşdur. O, 4.800 manatı Ərəstuna, Ərəstun da Təqsirləndirilən şəxs3 vermişdir. Daha sonra onun işi düzəlməmiş, o pulunu Ərəstundan geri istəyəndə Təqsirləndirilən şəxs1 diplomu təsdiqləyən şöbənin pandemiyaya görə karantinə alındığını, müvəqqəti olaraq işləmədiklərini, karantindən sonra həmin şöbənin diplomu sistemə daxil edəcəyini demişdir. Onun Təqsirləndirilən şəxs3 ilə ünsiyyəti telefonda olmuş, telefonda pulla bağlı danışmış, Təqsirləndirilən şəxs3 4.800 manat puldan 4.000 manatını qaytarmış, həmin məbləği kart vasitəsi ilə göndərmiş, 800 manat pul qalıq qalmışdır. Şahid59 məhkəməyə ərizə təqdim edərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmaq istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 57 illlik jurnalist fəaliyyətinin 20 ilini bu jurnalda işləmişdir. Yaşına görə işdən azad olunmuş, redaktor dünyasını dəyişmiş, onun səlahiyyətlərini yerinə yetirmək üçün onu rəsmi ştata keçirmişlər. O, jurnalda məsul katib işləmiş, redaktorun yerinə baxmışdır. Təqsirləndirilən şəxs1 orada ümumi rəhbər olmuş, redaksiyaların hazırlanmasında iştirak etmişdir. Onun gəlirlərlə işi olmamış, rəsmi vəzifəsi “Azərbaycan dili və ədəbiyyatı” jurnalının baş redaktoru və məsul şəxs olmuş, daxil olmuş gəlirlər və gəlirlərin istiqamətə yönəldilməsi onlarda olmamış, ancaq işçilərin maaşı verilmişdir. Jurnala abunə olmamış, işçilərin işə götürülməsi və çıxarılmasını Təqsirləndirilən şəxs1 həll etmiş, lakin məsələsini o həll etmişdir. Təqsirləndirilən şəxs1 tapşırığı ilə kimsə işə götürüləndə o, yalnız əmrə qol çəkmişdir. Gülnar, Gözəl məsul katib, Ə.Vüqar təsərrüfat müdiri, Anar və Ətlas, Fəridə mühasib kimi işə götürülmüş, o, əmrləri imzalamışdır. İşə götürmə ilə bağlı məsələni Təqsirləndirilən şəxs1 etmiş, həmin şəxslərin işə götürülməsi ilə bağlı hər hansı bir pul vəsaiti götürməmiş, "xxxx" nin yalnız adını eşitmişdir, lakin Amalı tanımamışdır. Ölkənin mətbəələrini tanımış, amma yerinin harda olduğunu tanımamışdır. Qeyd olunan işlərə Təqsirləndirilən şəxs1 nəzarət etmiş, ona görə də o, işin bu hissələri ilə maraqlanmamış, mətbəənin nə işlə məşğul olduğunu bilməmişdir. "xxxx"nin harada yerləşdiyindən məlumatı yoxdur. 1-2 dəfə Amalın yoldaş kimi Rahilin yanına gəldiyini görmüş, Amalla Rahilin arasında olan münasibətin yaxşı olduğunu düşünmüşdür. O, jurnalların həmin mətbəədə çap olunub-olunmaması ilə bağlı qətiyyən məlumatı olmamış, mətbəənin olduğunu bilmiş, ancaq jurnalların harada çap olunduğunu bilməmişdir. Nəzərdə tutulmuş jurnalların tam həcmdə çap olunmaması ilə bağlı jurnallar alınmış, ordan da Təqsirləndirilən şəxs1 onları abunəçiyə göndərmişdir. Bu, əsasən “Azərbaycan məktəbi” jurnalı ilə bağlı olmuşdur. Jurnalların sayı yalnız müəlliflərə, kitabxanalara və universitetlərə verilmək üçün uyğun olmuş, jurnallardan 10 ədədi redaksiyada saxlanmışdır. Jurnalda heyət 12-13 nəfər olmuş, əməkhaqqıları “Beynəlxalq Bank” vasitəsilə karta köçürülmüş və Təhsil Nazirliyi tərəfindən maliyyələşmişdir. İşlədiyi redaksiyada jurnal ilə bağlı ləvazimatları təsərrüfat müdiri qol çəkib götürmüş, nə qədər və hansı məbləğdə alındığını bilməmişdir. 50-60 jurnal gəlmiş, ondan da müəlliflərə, kitabxanalara, universitetlərə verilmiş, jurnalın neçə tirajla çap olunması barədə məlumatı olmamışdır. Redaksiyaya nə qədər dəftərxana malları alınmalı olduğunu bilməmiş, imza etməzdən əvvəl siyahını görməmiş, pulun köçürülməsinə və məbləğə qol çəkmiş, nə alındığın bilməmiş, mal təhvil alınarkən təhvil-təslim sənədlərinə qol çəkməmiş və möhür vurmamışdır. Çap olunan jurnalların neçə sayda çap olunmalı olduğunu, əvəzinə neçə sayda çap olunduğunu bilməmiş, redaksiyaya gələnləri bilmiş, ibtidai istintaqda ifadə verərəkən konkret nə qədər jurnal çap olunmağı barədə rəqəm bildirməmişdir. Dəftərxana ləvazimatı ilə bağlı ödəniş üçün redaksiyaya Təhsil Nazirliyindən pul ayrılmış, həmin pul 1-ci kvartalda verilmiş, redaksiya 2019-cu ilin oktyabr-noyabr ayında birləşmiş, “Azərbaycan dili və ədəbiyyatı” jurnalının redaksiyasına pul köçənə qədər 2019-cu ilin oktyabr ayından 2020-ci ilin iyun ayına qədər redaksiyanın dəftərxana ləvazimatı barədə elə bir şey alınmamışdır. 2019-cu ilin sonundan 2020-ci ilə qədər “Azərbaycan dili və ədəbiyyatı” jurnalının 2 və ya 3 nüsxəsi çıxmış, 1 jurnal 12-14 məqalədən ibarət olmuşdur. İnternet, kommunal xərclər, icarə haqqı və s. bütün ödənişləri Təqsirləndirilən şəxs1 etmiş, bütün maliyyə ödənişlərini Rahil həyata keçirmişdir. Redaksiyalar birləşənə qədər mühasib bir otaq tutub onları orda əyləşdirmiş, həmin yer Təhsil Nazirliyinin tabeliyində olmamış, o kirayə pulu ödəməmiş, mühasibin otağına yığışmışlar. Təqsirləndirilən şəxs1 redaksiyası kirayədə olan dövrdə redaksiyanın pulunu o yox, Rahil ödəmiş, Ə.Rəcəblidəki yerin də ödənişini Təqsirləndirilən şəxs1 etmişdir. Redaksiyalar birləşəndən sonra çox dəyişiklik olmuş, onların jurnalı 80-96 səhifə 10 çap “list” olmuş, jurnal birləşəndən sonra isə 160-170 səhifəyə gəlib çıxmış, ingilis dilindən saytlar, maillər və s. hətta onların jurnalları xaricdə oxunmağa başlanmışdır. Jurnallarda məqalələrin ingilis dilində geniş xülasələləri, giriş hissələri olmuş, jurnal birləşənə qədər belə bir şey olmamışdır. İşçilərin yeri boşalanda Təqsirləndirilən şəxs1 xəbər vermiş, ora təyin olunandan 1 ay sonra 2-3 nəfər işdən azad etmiş, işə götürmənin hamısı C.Valehov vasitəsilə olmuş, o bu vəzifəyə Təhsil Nazirinin əmri ilə müvəqqəti olaraq təyin olunmuşdur. Rahil öz jurnalında ondan əvvəl işləmiş, o Rahildən 1 ay əvvəl əmri almış, 21 gün və ya 1 ay sonra görüşmüşlər. Rahil sadalanan xərcləri, öz jurnalından gələn gəlirini bura xərcləmiş, öz vəsaiti hesabına və ya başqa jurnalın vəsaiti hesabına pul xərcləməyi Rahil boynuna götürmüş, boynuna götürməyinə səbəb X25 ümumi rəhbər olacağı ilə bağlı söz verməsi olmuşdur. Pulların Rahil tərəfindən nəyə xərcləndiyini bilməmişdir. O, Cəsarət Valehovun yanına gedəndə ondan yerinin necə olmasını, vəziyyətini soruşmuş, daha sonra da ümumi rəhbərlə, yəni Rahillə əl-ələ verib işləməsini demişdir. O, formal olaraq rəhbər olmuş, yalnız əmək haqqılara qol çəkmişdir. O, nəyə görə faktiki olaraq özünün rəhbərlik etməməsinin və ya əksinə nəyə görə formal rəhbər qaldığını soruşmamışdır. Onun səhvi işlərin belə getdiyini görüb ərizə yazıb işdən çıxmalı olduğu halda bunu etməmiş, çünki onun ailəsinin aldığı əmək haqqıya ehtiyacı olmuşdur. O, Cəsarət Valehovun şifahi göstərişi ilə formal rəhbər olmuş, faktiki rəhbər isə Təqsirləndirilən şəxs1 olmuşdur. Xərclənən pulların Nazirlik tərəfindən ayrılması barədə smeta onlara gəlmiş, sadalanan kommunal və s. xərclərin pulları az da olsa onlara ayrılmış, lakin ayrılmış pul kifayət etməmişdir. İcarə xərcləri üçün pul ayrılmamış, onlara xərcləri azaltmaq və dəftərxana ləvazimatı üçün pul ayrılmış, ordan ayrılan pul əməkhaqqına getmiş, ümumilikdə, ayda 4.500 manat pul ayrılmışdır. Redaksiyada 12 nəfər işçi olmuş, bir neçə nəfər tam ştat, 3-4 nəfər isə yarım ştat olmuşdur. O, ay ərzində işçilərə nə qədər əmək haqqı verildiyini xatırlamır, lakin təxminən, 4000 manat təşkil etmişdir. İşçilərin işə qəbulu ilə bağlı ona sadəcə məlumat verilmiş, həmin şəxslərin nə əsaslarla gəlmələri barədə xəbəri olmamış, kimdənsə pul alması, ona pul verilməsi faktı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid78 Şahid10 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ülkər adlı şəxs onun qonşusu olmuş, uşaqlıqdan onların evdə böyümüş, çox yaxın qonşu olmuşlar. Ülkər işə düzəlmək istəmiş, o da Dilavər müəllim vasitəsi ilə Ülkərə iş olduğunu demiş, onlar da bu təkliflə razılaşmışlar. Ülkər Təqsirləndirilən şəxs1 yanında işə düzəlmişdir. Dilavər onların tanışı olmuş, redaksiyada vakansiya olduğunu, mətbəə işi olduğunu demiş, işi kimin vasitəsi ilə düzəltdiyini deməmiş, həmin şəxs barəsində “müəllim” adı ilə bəhs etmişdir. Həmin iş üçün 9000 manat tələb olunmuş, Ülkərin ailəsi 9000 manat pulu ona vermiş, o da aparıb Dilavər müəllimə vermişdir. O, Təqsirləndirilən şəxs1 görməmiş, sonradan onun barəsində eşitmişdir. Ülkər öz işindən razı olmuş, sonradan Ülkər və ailəsi onların qonşuluğundan köçüb getmişlər. Dilavər müəllimin başqa adamları işə düzəltməsi ilə bağlı məlumatı olmamışdır. Şahid suallara cavab olaraq bildirmişdir ki, Dilavər onun tanışı olmuş, o, Ülkərin işini düzəltməsi üçün pulu Dilavərə vermişdir. O, Rahili, Əliyarı, Gözəli ümumiyyətlə tanımamış, yalnız Dilavəri tanımışdır. Könül Mustafayevanın eyni müəssisədə işə düzəlməyindən xəbəri olmuş, Dilavər adlı şəxs onun bacısı üçün də maraqlanmış, bacısı Könül riyaziyyatçı olmuş və mətbəə sistemində işləmişdir. Rahil bacısının müəyyən proqramları bilməli olduğunu bildirmiş və bir müddət sonra iş məsələsi alınmamışdır. Ülkər xarici dilləri bilmiş, komputerdən anlayışı olmuş, ona görə də onun işi alınmışdır. O, öz bacısına görə pul verməmiş, bacısı təcrübəçi kimi MMC-də işləmiş, onlara bacısının “Azərbaycan məktəbi” jurnalına işə düzələcəyini demişlər. Ülkərin işini də anası xahiş etmişdir. O, Rahillə ümumiyyətlə danışmamışdır. Onlara redaksiyada vakansiyalar olduğunu demişlər, onun bacısının işi alınmamış, lakin Ülkərdə alınmışdır. O, Dilavər müəllimlə əlaqə saxlamış, o da yeni iş yerləri açıldığını, vakansiyalar olduğunu demiş, onların da iş axtardığını bilmişdir. O, Dilavərin müəllimin dediyi şəxsi tanımamış və bilməmişdir. X80 metrostansiyasının yaxınlığında Dilavər müəllimə vermiş, Dilavər həmin vaxt tək olmuş, o, puldan başqa heç bir sənəd verməmişdir. Həmin puldan özünə heç nə götürməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid55 ifadəsində göstərmişdir ki, qonşusu Şahid4 ona iş tapması üçün müraciət etmiş, “Azərbaycan Məktəbi” jurnalında şöbə müdiri vəzifəsi ona təklif edilmişdir. Sonra o, bu təklifi qəbul etmiş, öz aralarında danışıb məsələni həll eləmişlər və o, işə qəbul olmuşdur. O, yaxşı fəaliyyət göstərdiyi üçün müdirlə yaxşı münasibəti yaranmışdır. Təranə onun qonşusu olmuş, o da Təranəyə iş yeri olarsa ona məlumat verməsini demişdir. O, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirmişdir. Şahid4 işə düzəltmək üçün 9000 manat pul lazım olduğunu demiş, o da razılaşmışdır. O, pulun bir hissəsini əvvəl vermiş, qalanını da işə qəbul edilməsi ilə bağlı əmri veriləndən sonra təqdim etmişdir. O, tərcümə işləri ilə məşğul olmuş, əmək haqqısı maaş kartına köçürülmüşdür. Redaksiyaya Təqsirləndirilən şəxs1 rəhbərlik etmiş, o, 2020-ci ilin sentyabr ayına kimi işləmişdir. Aysel onların evində dayə işləyən qadının qızı olmuş, həmin şəxs də israrla işləmək istəmişdir. Aysel 8000 manat müqabilində işə düzəlməli olmuş, həmin şəxslər özləri ofisə gəlib pulu ona vermiş, o da həmin 8000 manat pulu onlara təqdim etmişdir. O, Ayselin hansı işə düzələcəyini, hansı sənədləri verdiklərini bilməmiş, xəstə olduğu üçün bəzi şeyləri xatırlamamışdır. Şahid38 onun qohumu olmuş, ondan işə düzəlməsi üçün köməklik etməsini xahiş etmiş, o, özü işə necə düzəlmişdirsə, Nərmin də elə düzəlmək istəmişdir. Nərminin anası 3000 manat pul vermiş, lakin Nərminin işi alınmamışdır. Şahid77 onun rəfiqəsi olmuş, o, rayonda işləmiş, lakin Bakıya gəlmək istəmişdir. Gülnar bu məqsədlə ona 3500 manat pul vermiş, o da o pulu Rahilə çatdırmışdır. Gülnarın da işi düzəlməmişdir. Gülnar işindən çıxıb gəldiyi üçün o, öz iş yerini Gülnara vermək üçün işdən çıxmışdır. Qeyd olunan məbləğlərdən ona heç nə çatmamış, o, sadəcə ona yaxın olan şəxslərə kömək etmək istəmişdir. O işə düzələndə hansı ştatda olduğunu bilməmiş, bankdan pul götürmək istəyəndə kuryer kimi qeydiyyatda olduğunu bilmişdir. Halbuki əmrdə şöbə müdiri kimi vəzifəyə təyin olunduğu qeyd olunmuşdur. O, əmək haqqını “Azərbaycan Məktəbi” jurnalından almış, faktiki olaraq iş yeri Elmlər Akademiyası tərəfdə yerləşən ofisdə olmuşdur. O, 500 manat əmək haqqı almış, 1 il sonra əmək haqqı artmış, həmin müddət ərzində əmək haqqıdan əlavə bayramlarda müəyyən ödənişlər də olmuşdur. O, özünün işə düzəlməsi üçün pulu Şahid4 vermiş, Təranə həmin pulu kimə verəcəyini bilməmişdir. Şahid55 məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxs qismində tanınmaq istəmədiyini, heç bir təqsirləndirilən şəxsə qarşı hər hansı bir tələbi olmadığını, onlara dəymiş ziyanı Təqsirləndirilən şəxs1 ödədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, “Azərbaycan Məktəbi” jurnalında baş mühasib vəzifəsində işləmiş, sənədlərlə məşğul olmuş, sosial, vergi və s hesabatlar vermişdir. Hazırda işdən ayrılmışdır. "xxxx" MMC-yə jurnalın dərc edilməsi ilə bağlı, həmçinin dəftərxana ləvazimatları ilə bağlı pul köçürmələri olmuşdur. Dəftərxana ləvazimatları bölünüb paylanmış, paylanma cədvəllərinə əsasən otaqlar arasında bölüşdürülmüşdür. Pul köçürmələrini qaimə-faktura vasitəsilə etmişlər. Dəftərxana ləvazimatlarından əsasən kağız alınmışdır. Köçürməni rəhbərliyin tapşırığına əsasən mühasiblər etmişlər. Təqsirləndirilən şəxs1 rəhbər, baş redaktor olmuşdur. "xxxx" MMC jurnalların dərc olunması ilə məşğul olmuşdur. O, köçürdüyü məbləğin jurnalın dərc edilməsi ilə bağlı olduğunu bilmişdir. Proqram təminatı xidmətlərinin köçürülməsi olmuş, işçilərə maddi yardım köçürülmüş, maddi yardım abunələrdən gələn vəsait hesabına köçürülmüş, yəni büdcədən kənar olmuşdur. Eyni zamanda tərcüməçilərə də pul köçürülmüşdür. Təqsirləndirilən şəxs1 2018-ci ilin aprel ayında rəhbər təyin edilmiş, o isə 2005-ci ildən həmin jurnalda işləmişdir. Jurnalın ildə 6 dəfə tirajı çıxmış, 1 jurnalda 112 səhifə olmuş, Rahil rəhbər təyin olunandan sonra tiraj artmışdır. 1 ədəd jurnala görə 5 manat ödəniş olmuş, 2 redaksiyanı Təhsil Nazirliyi Təqsirləndirilən şəxs1 vermişdir. Yoxlama ilin sonuna qədər keçirildiyi üçün debitor borclarını ilin sonunda vergi ödənilən zaman müəyyənləşdirmişlər. Debitor borcunu o göstərmişdir. Printer, onun rəngləndiricisi və s. xərcini Təqsirləndirilən şəxs1 ödəmiş, o öz cibindən pul verməmiş, ona nə göstəriş verilmişdirsə o da icra etmişdir. Nazirlikdən tirajları artırmağı tapşırmışlar, yoxlama 2020-ci ilin noyabr ayında keçirilmiş, aprel ayında işdən azad olunmuşdur. Ödəniş elektron qaydada olmuş, o da portal vasitəsi ilə sənədin göndərilməsindən məlumat almışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid87, Şahid88, Şahid84, Şahid85, Şahid71 Şahid6 ilə oxşar məzmunlu ifadə vermişlər. (5-ci cild, i. v. 156-162, 5-ci cild, i. v. 119-126, 16-ci cild, i. v. 8-12, 16-ci cild, i. v. 1-7, 16-cı cild, i. v. 104-108) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, Nərgiz onun anasının rəfiqəsinin qızı olmuş və işə düzəlmək istəmişdir. Onun işə düzəlməsi məqsədi ilə qardaşı Vüsal Şahid18 5.000 manat məbləğində pul vermişdir. Nərgizin işini Əliyar adlı şəxs düzəltmişdir. O, Rahilin adını eşitmiş, bildiyinə görə Rahil Təhsil Nazirliyində şöbə müdiri olmuşdur. O, Rahillə danışmamış, qardaşı pulu anasından almış, aldığı miqdar 8.000 manat təşkil etmişdir. Nərgiz onun anası Kifayət xanıma 8.000 manat pul vermiş, anası qardaşına, qardaşı Vüsal isə Aqşinə 5.000 manat pul vermişdir. O, daha sonra nə baş verməsindən məlumatsız olmuşdur. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, anası Kifayət vəfat etmiş, Nərgizdən 8000 manat pulu mərhum anası almış, lakin qardaşına 5000 manat pul vermişdir. Əksik qalan 3000 manatı mərhum anasının götürdüyünü güman edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, Tural onun iş yoldaşı olmuş, ona yaxın qohumunun iş axtardığını demiş, o da həmin məsələ ilə bağlı əmisinə zəng etmişdir. Əmisi Əliyar ona Rahil adlı tanışının olduğunu, onu universitetdən tanıdığını, Təhsil Nazirliyində redaksiya işlədiyini demişdir. O da Turalla danışmış və redaksiyada işə düzəlmək üçün 5.000 manat pul istədiklərini demiş, daha sonra tərəflər razılığa gəlmişlər. Tural ona pulun qardaşında olduğunu, gedib evlərindən götürməyini demiş, o da gedib pulu götürmüşdür. O, Vüsalla danışmış, ona zərfin içində pul vermiş, daha sonra əmisi ilə birgə Təqsirləndirilən şəxs1 ofisinə getmişlər. Əmisi pulu Rahilə vermək üçün ofisə qalxmış və ona 5.000 manat pul verdiyini demişdir. Onun 8.000 manat puldan xəbəri olmamış, Kifayət adlı qadını tanımamışdır. Zərfin ağzı açıq şəkildə olmuş, pulu əmisinə vermiş, əmisi də Rahilə vermişdir. Həmin müddətdə o, maşında olmuş, əmisi Əliyar gedib pulu Rahilə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid69 ifadəsində göstərmişdir ki, o, Şahid70 bir nəfəri işlə təmin etmək üçün xahiş etmiş, Çingiz Təqsirləndirilən şəxs1la tanış olmuş, Çingiz Rahildən köməklik etməsini xahiş etmələrini təklif etmişdir.O, qohumu Mahir üçün Çingizlə birlikdə Rahilə pul vermişdir. Mahir onun dostunun oğlu olmuşdur. O, Rahillə görüşmüş, Rahil Mahiri redaksiyada işə düzəldəcəyini demiş, sonradan da bunun üçün müəyyən məbləğdə pul tələb olunduğunu demişdir. Pulu Amal istəmişdir. Rahil sənədləri vermələrini demiş, ona nə desələr o da xəbər edəcəyini bildirmişdir. Daha sonra ikinci görüşdə 5.000 manat pul istədiklərini demiş, o da 5.000 manat pulu Rahilə vermişdir. O, Amalı tanımamışdır. Həmin məbləğ onun pulu olmuş, pul qaytarılmamışdır. Şahid69 məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxs qismində tanınmaq istəmədiyini, heç bir təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, X83 onun atası, Şahid8 onun əridir. O, 2007-2011-ci illərdə Azərbaycan Pedaqoji Universitetinin “Filologiya” fakültəsinin “filologiya” ixtisası üzrə ali təhsil almışdır. 2012-ci il tarixdə X75 imtahanında 30 bal toplayaraq seçim mərhələsində Beyləqan rayonu, Yeni Tatalılar kənd ümumi orta məktəbinə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə təyin olunmuşdur. Həmin vaxtdan orada çalışır. İndiyə kimi başqa heç bir yerdə çalışmamışdır. Çalışdığı müddətdə Beyləqan rayonu, Yeni Tatalılar kənd ümumi orta məktəbindən heç yerə yerdəyişmə etməmiş, ezam olunmamışdır. Hazırda orada çalışsa da analıq məzuniyyətindədir. Mahiyyəti üzrə bildirir ki, 2019-cu ilin may ayında mərhum atası Nadir Qəribov onun yaşadığı evə gələrək Təhsil nazirliyində yüksək vəzifədə çalışan Təqsirləndirilən şəxs1 adlı tanışının onu çalışdığı Beyləqan rayonu, Yeni Tatalılar kənd ümumi orta məktəbindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən orta məktəblərdən birinə əvvəllər topladığı 52 balı qaldırmaqla onu yerdəyişmə etdirə biləcəyini, bunun üçün ondan 4000 (dörd min) manat istədiyini demişdir. O da danışıq zamanı atasına maddi imkanlarının aşağı olduğunu, həmin pulu verə bilməyəcəklərini demişdir. Həmin gün axşam əri Şahid8 evə gəldikdən sonra mərhum atası Nadir Nişata da bu barədə demiş, Nişat da maddi imkanlarının olmadığını bildirmişdir. Atası Nadirlə onun və Nişatın razılığına görə atası özündən 4000 manat pul vəsaitini onun yerdəyişməsi üçün Rahil adlı şəxsə verməli, iş alındıqdan sonra o, aylıq əmək haqqı ilə həmin pul vəsaitini geri qaytarmalı olmuşdur. 2019-cu ilin may ayının əvvəllərində atası Nadir əri Nişatla birlikdə Rahil adlı şəxsin yanına gedib sonuncuya Beyləqan rayonu, Yeni Tatalılar kənd ümumi orta məktəbindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən orta məktəblərdən birinə yerdəyişməsi üçün 4000 manat pul vəsaitini, habelə onun şəxsiyyət vəsiqəsi və diplomunun kserosurətlərini vermişdirlər. Mərhum atası Nadir Qəribovla əri Şahid8 evə gəldikdən sonra ona yerdəyişməsi üçün 4000 manat pul vəsaitini verdiklərini, Rahilin onlara 2019-cu ilin may ayının axırlarına kimi yerdəyişməsinin baş tutacağını, bu barədə əmr veriləcəyini bildirdiyini söyləmişdirlər. 2019-cu ilin may ayınının axırlarına kimi gözləmiş, lakin heç bir əmr çıxmamışdır. Bundan sonra narahat olmağa başlamış, o və əri Şahid8 istifadə etdikləri mobil nömrələr vasitəsi ilə Rahilə mesajlar yazmış, sonuncu ilə telefon vasitəsi ilə danışmışdırlar. Rahil isə hər dəfə müxtəlif bəhanələr gətirib onları, o cümlədən atasını aldatmışdır. Səhv etmirsə hələ bu məsələlərdən qabaq 2018-ci ildə X75 imtahanında iştirak edib 52 bal, diaqnostik qiymətləndirmə zamanı isə 53 bal topladığından Rahil ona 2019-cu ildə X75 imtahanında iştirak etməməyini, 2018-ci ildə topladığı 52 balı yerdəyişmə edə bilməyi üçün bir neçə bal qaldıracağını da vəd etmiş, lakin neçə bal qaldıracağını bildirməmişdir. Lakin o, sonradan bunun da yalan olduğunu bilmişdir. 2019-cu ilin may-iyun aylarında bütün yerdəyişmələr olsa da onun yerdəyişməsi olmamışdır. Sonrakı dövrlərdə Rahil ona 2019-cu ilin sentyabr ayında yerdəyişmənin baş tutacağını bildirsə də bu da yalan çıxmışdır. Hətta həmin ərəfələrdə o, çox narazılıq etdiyindən 2019-cu ilin sentyabr ayında Rahil onu Bakı şəhəri, Nərianov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən ofisinə çağırmış, o oraya əri Nişatla birlikdə getmiş, orada Rahil adlı şəxslə tanış olmuşdur. Rahil onunla bir qədər sorğu-sual etmiş, daha sonra ona mərhum atasının yerdəyişmə üçün verdiyi pulun ona çatdığını, səbrli olmağını, qısa müddət ərzində onu Beyləqan rayonu, Yeni Tatalılar kənd ümumi orta məktəbindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən orta məktəblərdən birinə yerdəyişmə etdirə biləcəyini bildirmiş və onu sakitləşdirmişdir. O, Rahilin hərəkətlərindən və danışıq tərzindən şübhələnsə də bir qədər gözləmişdir. Lakin sonradan bir qədər araşdırdıqda Rahilin onları aldadaraq atasına məxsus 4000 manat pul vəsaitini ələ keçirdiyini başa düşüb Rahildən pulu geri istəmişdirlər. 2019-cu ilin oktyabr ayında Rahil 4000 manat pul vəsaitini əri Nişata geri vermiş, Nişat da həmin pul vəsaitini mərhum atası Nadirə geri qaytarmışdır. Mərhum atasına məxsus 4000 manat pul vəsaiti geri qaytarıldığından onun Təqsirləndirilən şəxs1 adlı şəxsdən heç bir şikayət, iddia və tələbi yoxdur. O, Bakı şəhəri, Qaradağ rayonunda yerləşən hər hansı orta məktəbdə və həmin şəhərdə yerləşən digər heç bir məktəbdə işləməmiş, bir dəfə də olsun oraya getməmiş, həmin məktəbdə çalışan hər hansı vəzifəli şəxslə danışmamış, görüşməmişdir. (cild 10, i/v 56-60) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yay ayından 2020ci ilin mart ayının ortalarınadək Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalı redaksiyasında baş mühasib olaraq çalışmışdır. 2020-ci ilin mart ayının ortalarında öz ərizəsi əsasında oradan işdən ayrılmışdır. Mahiyyəti üzrə bildirir ki, “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı elmi, metodik və beynəlxalq ekspertlərin nəzərdən keçirdiyi açıq girişli jurnaldır. Jurnal Azərbaycan dili və ədəbiyyatının tədrisi, təbliği və tədqiqatı problemlərini araşdıran elmi araşdırmaların və təcrübə materiallarının nəşrinə həsr edilmişdir. Jurnal ildə dörd dəfə azərbaycan dilində nəşr olunur. Qeyd edim ki, 2019-cu ilin yay ayında faktiki olaraq “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalına rəhbərliyi Təqsirləndirilən şəxs1 etmişdir. Həmin vaxtlar “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının redaksiya binası Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 119 ünvanında yerləşirdi. Bir müddət sonra Təqsirləndirilən şəxs1 həmin redaksiyanın binasına gələrək ayrıca binaya köçəcəklərini bildirmiş və bundan təqribən 10 gün sonra redaksiyanı Bakı şəhəri, Yasamal rayonunda olan 153 nömrəli məktəbə köçürmüşdür. Təqribən üç ay Bakı şəhəri, Yasamal rayonunda olan 153 nömrəli məktəbdə çalışmışdırlar. Üç aydan sonra ünvan 34 ünvanına köçmüşdürlər, həmin yer 8 otaqdan ibarət olmuşdur. Orada 5 otaq “Azərbaycan məktəbi” jurnalı redaksiyasına, 1 otaq “Məktəbəqədər və ibtidai təhsil” jurnalı redaksiyasına, 1 otaq “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı redaksiyasına, 1 otaq da "xxxx" MMC-yə ayrılmışdır. Təqsirləndirilən şəxs1 hər üç jurnal redaksiyasına faktiki rəhbərlik etmişdir. Sənədlər üzrə “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı redaksiyasının baş redaktoru Şahid10 olsa da redaksiyaya faktiki olaraq rəhbərliyi Təqsirləndirilən şəxs1 həyata keçirmişdir. Redaksiyanın özünə aid dairəvi formalı gerbli möhürü olmuşdur. Həmin möhür bütün hallarda baş redaktor olaraq Vaqifdə olmuşdur. Redaksiyada onunla birlikdə ümumilikdə 12 nəfər işçi olmuşdur. Həmin dövrlərdə şöbə redaktorları Şahid80, Şahid77, müxbir redaktor Nərmin, Əkbər texniki redaktor Şahid82, təsərrüfat müdiri Şahid78, makinaçı Səadət Alkərəmova, kuryer Təqsirləndirilən şəxs3, korrektor Şahid34 çalışmışdır. Bundan əlavə, müəyyən müddət Şahid28 orada reklam üzrə mütəxəssis kimi çalışmışdır. F. Əhmədova əslində bir neçə ay işə gəlsə də orada rəsmi olaraq işə yalnız xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 israrlı tələbi və göstərişi ilə Şahid10 tərəfindən işə götürülmüşdür. Sənəd üzrə “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalı redaksiyasının baş redaktoru Vaqif olduğundan Rahilin göstərişi ilə Şahid28 sonuncunun müvafiq ərizəsi əsasında aralarında əmək müqaviləsi bağlamaqla reklam üzrə mütəxəssis vəzifəsinə işə götürmüşdür. Daha sonra Vaqif tərəfindən Şahid28 həmin jurnalın redaksiyasına reklam üzrə mütəxəssis vəzifəsinə işə götürülməsi barədə əmr hazırlanmış, imzalanmışdır. “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı redaksiyasında birbaşa reklam üzrə mütəxəssis vəzifəsi olmadığından redaksiyanın xadimə ştat vahidi üzərində həmin vəzifə müəyyən edilmişdir. Buna görə də redaksiyanın əmək haqqı tabel cədvəllərində Şahid28 xadimə kimi əmək haqqı buraxılması görünsə də əslində sonuncu çalışdığı bütün müddətdə reklam üzrə mütəxəssis vəzifəsini icra etmiş, xadimə kimi çalışmamışdır. Sadəcə sənədləşmədə bunu texniki baxımdan qeyd etmək mümkün olmadığından xadimə kimi görünmüşdür. Təsadüfi deyil ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 və Şahid10 göstərişi ilə həmin dövrdə onun tərəfindən Şahid28 məhz reklam üzrə mütəxəssis vəzifəsinə işə götürülməsi barədə məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilmişdir. Çünki elektron informasiya sistemində konkret vəzifəni qeyd etmək mümkündür. Bundan əlavə Təqsirləndirilən şəxs3 adlı şəxs də Təqsirləndirilən şəxs1 tanışı olmuş, həmin şəxsin isə “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı redaksiyasına kuryer vəzifəsinə işə götürülməsi barədə məlumatlar da eyni qaydada Təqsirləndirilən şəxs1 və Şahid10 göstərişi ilə həmin dövrdə onun tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilmişdir. Təqsirləndirilən şəxs3 həmin redaksiyaya işə götürülməsi barədə ərizəni harada yazması, əmək müqaviləsini kimin yanında bağlaması xüsusatlarını dəqiq xatırlamır. Lakin onu dəqiq deyə bilər ki, həm Fəridə, həm də Gözələ redaksiyada qeyd edilən vəzifələrdə çalışdıqları müddətdə redaksiyadan əmək haqqı hesablanmış və verilmişdir. Həmçinin Gözəl və Fəridə həmin redaksiyada qeyd edilən vəzifələrə Təqsirləndirilən şəxs1 tələbi əsasında işə götürülmüş, sözügedən şəxslərin həmin vəzifələrə işə götürülməsi üçün nə Rahil, nə də ki qeyriləri ona hər hansı pul vəsaiti verməmişdir. Azərbaycan dili və ədəbiyyatının tədrisi jurnalının redaksiyasının möhürü ilə isə Təqsirləndirilən şəxs1 tələbi ilə əmrləri və bütün sənədləri Vaqif təsdiqləmişdir. Redaksiyanın bütün maliyyə məsələlərini 2020-ci ilin mart ayının ortalarınadək Təqsirləndirilən şəxs1 və özü, 2020-ci ilin mart ayının ortalarından sonra isə Rahil və baş mühasib Şahid73 həyata keçirmişdir. Vaqif sadəcə olaraq Təqsirləndirilən şəxs1 tələbi əsasında müvafiq maliyyə sənədlərini imzalamış, redaksiyanın möhürü ilə təsdiq etmişdir. Faktiki olaraq redaksiyanın gəlirlərinin bölüşdürülməsi işini Təqsirləndirilən şəxs1 həyata keçirmişdir. Lakin “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının demək olar ki 2020-ci il ərzində heç bir gəliri olmamışdır. Həmçinin redaksiyada Vaqifin qızı Səadət Alkərəmova da çalışmış, sonuncu bəzi vaxtlarda işləri redaksiyadan, bəzi vaxtlarda isə əlil olduğu üçün evdən onlayn qaydada görmüş, buna görə əmək haqqını özü almış, öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 2020-ci ilin mart ayına kimi redaksiyada müvafiq maliyyə əməliyyatlarının aparılması, müqavilələrin hazırlanması, elektron qaimələrin tərtib edilməsi, onların elektron informasiya sisteminə daxil edilməsi, işçilərin işə götürülməsi və işdən çıxarılması barədə məlumatların ƏƏSMN yanında elektron informasiya sisteminə daxil edilməsi və digər oxşar tipli işləri Şahid10 və Təqsirləndirilən şəxs1 göstərişi ilə görmüşdür. Çünki redaksiyanın Asan İmzası bütün hallarda baş mühasiblərdə olmuşdur. Əlavə olaraq qeyd edir ki, Fəridə və Gözəl adlı şəxslərin xx.xx.2019cu il tarixdə Azərbaycan dili və ədəbiyyatının tədrisi jurnalı redaksiyasına işə düzəlmələri barədə əmr, ərizə və əmək müqavilələri redaksiyanın inzibati binası dəyişərkən köçmə ərəfəsində itdiyindən təqdim edə bilmir. (cild 5, i/v 142-149) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, əri Şahid11 2019-cu ilin iyul ayında söhbət edərkən Bakı şəhərində Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış olduğunu, Təhsil Nazirliyində yüksək vəzifədə çalışdığını, ona X75 Komissiyasının üzvü olduğunu, X75 imtahanında aşağı nəticə göstərən istənilən şəxsin nəticəsini yüksəldə bildiyini, habelə istənilən müəllimi istənilən məktəbə işə düzəldə biləcəyini bildirdiyini, Rahilin ona X75 İmtahanında bal topladıqdan sonra yaxınlaşmağını, buna baxmayaraq hansı nəticəni göstərməyindən asılı olmayaraq onu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə düzəldəcəyini, bunun üçün ona X75 İmtahanından əvvəl pul vəsaiti verilməli olduğunu söylədiyini demişdir. Bundan sonra X75 imtahanına hazırlaşmış, 2020-ci ilin iyun ayının ortalarında Şahid11 7000 manat pul vəsaitini, habelə onun şəxsiyyət vəsiqəsi və diplomunun kserosurətlərini aparıb Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Şəki” restoranının yaxınlığındakı ofisində sonuncuya vermişdir. Habil ona danışıq zamanı 7000 manata razılaşdıqlarını, Rahilin həmin pulu Təhsil Nazirliyində çalışan yüksək vəzifəli şəxsə şəxsə çatdıracağını söylədiyini bildirmişdir. 2020-ci ilin avqust ayında X75 İmtahanında iştirak edib 44 bal toplamışdır. Habil Təqsirləndirilən şəxs1 zəng vurub bu barədə məlumat vermiş, Rahil Habilə narahat olmamağını, həmin nəticə ilə onu Xırdalan şəhərində yerləşən 5 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə işə düzəldə biləcəyini, onun 2020-ci ilin sentyabr ayının ilk həftəsindən həmin məktəbdə işə başlayacağını, həmin tarixlərə əmrimin çıxacağını söyləmişdir. Həmin ərəfələrdə Habilin Şahid14 adlı qohumu onun işə düzəlmək məsələsini eşidib qızı X17 X87 topladığı balı qaldırmaq, habelə sonuncunu İmişli şəhəri 3 nömrəli tam orta məktəbə düzəltmək üçün Habildən ona köməklik etməyini xahiş etmiş, Habil bu barədə Rahil adlı şəxsə demiş, Rahil 12000 manat pul istədiyindən 2020-ci ilin iyul ayının axırlarında Qara Habilə 12000 manat vermiş, Habil də həmin pulu Rahilə vermişdir, Qohumları Adışirin isə bütün bunların şahidi olmuşdur. Lakin sonradan nə onun, nə də Əzizə ƏHmədovanın əmrləri çıxmamış, heç bir yerə işə düzəlməmişlər. 2020-ci ilin sentyabr ayının axırlarınadək Təqsirləndirilən şəxs1 gözləmişlər. 2020-ci ilin sentyabr ayının axırlarından etibarən yeni dərs ilinin başladığını, onun və Əzizə Əhmədovanın işə düzəlmə əmrlərinin verilmədiyini görüb Habil Təqsirləndirilən şəxs1la danışıb bu barədə maraqlanmağa başladı. Təqsirləndirilən şəxs1 ilk əvvəllər danışıqları zamanı ümidverici tərzdə danışaraq işin getdiyini, sadəcə biraz yubanma olduğunu bildirsə də sonrakı aylarda Habildən Əzizə və onun işə düzəlmə məsələsinə görə aldığı ümumilikdə 19000 manat pul vəsaitini Təhsil Nazirliyində çalışan yüksək vəzifəli tanışına verdiyini, sonuncunun da onu aldatdığını, işin alınmadığını, pulu alıb Habilə geri qaytaracağını bildirmiş, hər dəfə müxtəlif tarixlərdə pulu qaytaracağına dair vədlər verərək möhlət istəmişdi. Lakin heç bir ödəniş etməmişdir. Bir müddət Rahillə Habilin arasında bu məzmunda danışıqlar getmişdir. Rahil Habilə 2020-2021-ci illərdə 4000 ABŞ dolları, 3000 ABŞ dolları, habelə 1000 manat olmaqla, ümumilikdə 12900 manat pul vəsaıtı geri qaytarmışdır. Qaytarılan həmin pul vəsaitlərindən 9100 manatını Habil Şahid14 geri vermiş, qalan 3800 manatını isə onun işə düzəlməyi üçün Rahilə verdiyi pulun yerinə götürmüşdür. Təqsirləndirilən şəxs1 sonrakı tarixlərdə Habilə yenə müxtəlif vədlər verərək pul vəsaitinin qalanını qısa müddət ərzində qaytaracağını söz versə də sonrakı dövrlərdə heç bir vəsait qaytarmamışdır. Habil Rahilə həm onun, nəm də Əzizənin iş məsələlərinə görə pul verərkən həqiqətən də Rahilin həmin işləri həll edəcəyinə inanmışdır, əgər Rahilin onu aldadacağını bilsəydi heç vaxt onun və Əzizənin iş məsələsinə görə Rahilə heç bir pul vəsaiti verməzdi. (9-cu cild, i. v. 23-30) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayında X75 İmtahanında iştirak etmiş və 14 bal toplamışdır. Bu barədə atası Şahid14 söyləyib ona iş tapmasını xahiş etmişdir. Atası Şahid14 da ona bu barədə maraqlanıb məlumat verəcəyini demişdir. 2020-ci ilin avqust ayında evdə söhbət edərkən atası Qara ona Habil adlı qohumlarının bir nəfər tanışının onun X75 İmtahanında topladığı balı 14-dən 36-ya qaldırmağa və onu İmişli şəhərində yerləşən 3 nömrəli tam orta məktəbə fizika müəllimi vəzifəsinə işə düzəltməyə söz verdiyini, bunun üçün 12.000 manat pul vəsaiti istədiyini, həmin pul vəsaitini onun işə düzəlməyi üçün özündən verəcəyini demiş və ondan diplom, şəxsiyyət vəsiqəsinin kserosurətlərini istəmişdir. O da onları hazırlayıb 2020-ci ilin avqust ayında atası Qaraya vermişdir. 19 avqust 2020-ci il tarixdə atası Şahid14 qayınatası Adışirin Fətullayevlə birlikdə Bakı şəhərinə getmişlər. Həmin gün telefonla danışarkən atası Şahid14 onun işə düzəlməyi məqsədi ilə müvafiq pul vəsaitinin Habil adlı qohumları vasitəsi ilə işi həll etməli olan Rahil adlı vəzifəli şəxsə verildiyini, həmin vəzifəli şəxsin sözünə əsasən 2020-ci ilin sentyabr ayından balının 14-dən 36-ya qaldırılaraq həmin tarixdən etibarən işə çıxacağını, İmişli şəhəri 3 nömrəli tam orta məktəbə fizika müəllimi vəzifəsinə əmrinin veriləcəyini bildirmişlər. 2020-ci ilin sentyabr ayınadək gözləmiş, lakin əmri çıxmamışdır. Maraqlandıqda atası ona adıçəkilən vəzifəli şəxsin səbrli olmağını bildirdiyini söyləmişdir. Bundan sonra bir müddət də gözləmiş, yenə də əmri çıxmamışdır. Əksinə hər dəfə işi həll etməli olan şəxs onun atasına və ya Habilə müxtəlif bəhanələr gətirmişdir. Bir müddət gözlədikdən sonra aldadıldıqlarını başa düşüb atası Qara pulu geri istəmişdir. Sonrakı dövrlərdə atasına pulun bir hissəsini geri qaytarsa da bildiyinə görə qalan hissəsi qaytarılmamışdır. Lakin hazırki dövrdə atasına nə qədər pul vəsaiti qaytarılmalı olduğunu bilmir. Verilən 12.000 manat pul vəsaiti ona deyil, atası Şahid14 məxsus olmuşdur. Rahil adlı şəxsə işə düzəlməyi ilə əlaqədar pul verilməsi, bu barədə danışıqlar aparılması proseslərində iştirak etməmişdir. Buna baxmayaraq baş verənlərlə əlaqədar Təqsirləndirilən şəxs1 şikayətçidir. Rahil adlı şəxsi tanımır, onunla arasında hər hansı yazışma, telefon danışığı olmamışdır. Bu işlə əlaqədar uzaq qohumu olan Habil onunla heç bir söz danışmamış, bütün məsələləri atası ilə danışmışdır. İmişli şəhəri 3 nömrəli tam orta məktəbə bir dəfə də olsun işə getməmiş, oranın direktoru və digər hər hansı vəzifəli şəxsini tanımır, onlarla hər hansı danışığı, yazışması olmamışdır. İşə düzəlməyi ilə əlaqədar ona hər hansı saxta əmr və ya sənəd atılmamışdır. (15-ci cild, i. v. 246-250) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, X71 mənim gəlinidir. X88 2016- 2017 illərdə İmişli rayon, Otuziki kənd tam orta məktəbində müqavilə əsasında Fizika müəllimi kimi çalışmış, daha sonra isə müqavilə müddəti bitdiyinə görə işdən çıxmışdır. 2020ci ilin avqust ayında gəlininin atası Şahid14 ona Əzizəni işə düzəltmək üçün Bakıya bir nəfər ilə görüşməyə gedəcəyini demiş, onun da onunla bir yerdə ora getməyini xahiş etmişdir. O Şahid14la onun avtomobili ilə birlikdə Bakı şəhərinə yola düşmüş, orada Şahid14 qohumu Şahid11 ilə görüşmüş və Habil ilə birlikdə Təqsirləndirilən şəxs1 adlı şəxs ilə görüşmək üçün Bakı şəhərində, zənnincə Nərimanov rayonundakı ofisinə getmişlər. Orada Təqsirləndirilən şəxs1 ilə görüşmüş və Şahid14 gətirdiyi 12000 (on iki min) manat pulu Şahid11 vermiş, Şahid11 da öz növbəsində həmin pulu yanlarında Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 onlara gəlinini müəllim kimi məktəblərin birinə işə düzəldəcəyini bildirmişdir. Bu məsələdən 2 il müddət keçsə də Əzizə hələ də işlə təmin olunmamışdır. (14cü cild, i. v. 187-191) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, 1990-1995-ci illərdə X91 İnstitutunun “ibtidai sinif təhsili pedaqogikası və metodikası” fakültəsini bitirmişdir. 1992-ci il tarixdən 2006-cı il tarixədək Şəmkir rayonu, Qaracənirli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi vəzifəsində çalışmışdır. 2006-cı il tarixdən hazırki dövrədək həmin məktəbin psixoloqu vəzifəsində çalışır. Mahiyyəti üzrə bildirir ki, 2019-cu ilin avqust ayının 2-də “X66 imtahanı”nda iştirak etmiş, Azərbaycan Dövlət İqtisad Universitetinin Gənclik metrostansiyasının yaxınlığındakı korpusunda test imtahanı vermiş və 60 baldan 25 bal toplamışdır. Həmin nəticəni əldə edib Şəmkir rayonuna geri qayıtmışdır. Bu barədə Təranə adlı rəfiqəsinə danışmışdır. Bir neçə gün sonra Təranə ona zəng edib bir nəfər tanışının olduğunu, X66 imtahanında müsahibənin nəticələrinə təsir etmək imkanına malik olduğunu, onu Şəmkir rayonunda vakantda olan direktor vəzifələrindən birinə təyin etdirə biləcəyini, lakin bunun üçün həmin şəxsə “şirinlik” adı ilə pul vəsaiti verilməli olduğunu bildirmişdir. Təranə ona danışıq zamanı həmin şəxsin adını, habelə nə qədər pul vəsaiti verilməli olduğunu bildirməmişdir. O da Təranədən bu barədə soruşmamışdır. Bundan bir neçə gün sonra Təranə ona işini düzəldən şəxsin 5000 manat pul istədiyini bildirmişdir. O, Təranəyə direktor əmrini gördükdən sonra həmin pul vəsaitini vermək istədiyini bildirdikdə Təranə ona işini düzəldən şəxsin həmin pulu əmrdən qabaq istədiyini bildirmişdir. O da razılaşmışdır. 2019-cu ilin dekabr ayının axırlarında Təranə ondan işini düzəldən şəxsin 5000 manat pul vəsaitini, şəxsiyyət vəsiqəsinin və diplomunun kserosurətini istədiyini bildirmişdir. O da bundan sonra 2019-cu ilin dekabr ayının axırlarında Bakı şəhərinə getmiş, Təranə ilə Bakı şəhərində “20 yanvar” metrostansiyasının yaxınlığında görüşüb 5000 manat pul vəsaitini, şəxsiyyət vəsiqəsinin və diplomunun kserosurətlərini vermişdir. Təranə həmin pul vəsaitlərini sayıb ondan almış və məbləğin doğru olduğunu bildirmişdir. Bundan sonra Təranə 5000 manat pul vəsaitini, şəxsiyyət vəsiqəsinin və diplomunun kserosurətlərini alıb ona narahat olmamağını, qısa müddət ərzində işini həll edəcəyini bildirmişdir. O, ondan işinin hansı şəxsin həll edəcəyini soruşduqda Təranə ona Rahil adlı yüksək vəzifəli şəxsin bu işi həll edəcəyini, özünün də Rahili tanımadığını, Rahili Gözəl adlı tanışı vasitəsi ilə tanıdığını, Rahili heç vaxt görmədiyini bildirmiş və ona Rahil və Gözəl adlı şəxslərin mobil nömrələrini vermişdir. Bundan sonra o, Rahil adlı şəxsin hazırda xatırlamadığı mobil nömrəsinə zəng vurmuş, ondan işi barədə maraqlanmışdır. Rahil ona onun işi barədə maraqlandığını, onu mühasibədən keçirtdirəcəyini, onu qısa müddət ərzində Şəmkir rayonunda məktəblərdən birinə direktor vəzifəsinə təyin etdirəcəyini bildirmiş, lakin konkret vaxt deməmişdir. O da Rahilə inanmış və ona əlavə suallar verməmişdir. Daha sonra Gözəl adlı şəxsə zəng etmiş, o da onunla eyni məzmunda danışmış, Rahilə inanmağını bildirmişdir. Hətta bir dəfə zəng edərkən Gözəl Rahilin yanında olmuş, Gözəl telefonda Rahilə müraciət edib işin hansı yerdə olduğunu demiş, Rahil də narahat olmamağını, işin getdiyini bildirmişdir. Bir müddət gözləmiş, lakin heç bir nəticə olmadığını görüb aldadıldığını başa düşüb 2020-ci ilin mart ayından başlayaraq verdiyi pulu geri istəmişdir. Təranə onun pulunu qısa müddətdə verdiyi şəxslərdən alıb ona qaytaracağını bildirmişdir. O da razılaşmışdır. Həqiqətən də 2020-ci ilin mart ayının axırlarında Təranə ona xatırlamadığı şəxsdən 5000 manat pulu geri göndərmişdir. O, Təranəyə zəng vurub pulu aldığını bildirmişdir. Bundan sonra Təranə ilə bu barədə söhbət etməmişdir. Buna baxmayaraq, 2020-ci ilin avqust ayında Təranə “whatsapp” messenger proqramı vasitəsi ilə ona Şəmkir rayonu, Səməd Vurğun adına Təzəkənd tam orta məktəbinə direktor təyin olunmağı ilə bağlı əmrin fotoşəklini atmışdır. O, həmin əmrə baxdıqda onun saxta olduğundan şübhələnmişdır. Çünki onun fikrincə əmr ona deyil, Şəmkir rayon Təhsil Şöbəsinə göndərilməli imiş. Əmrin tarixini və nömrəsini xatırlamır, lakin onu dəqiq xatırlayır ki, əmr keçmiş Təhsil naziri Ceyhun Bayramovun adından əmrləşmiş, orada onun imzası olduğu görünmüşdür. O, bundan sonra Təranəyə zəng vurub həmin əmrin saxta olduğunu bildirmiş, Təranə həmin əmrin ona da elə atıldığını, buna inandığını bildirmişdir. Lakin bir qədər araşdırdıqdan sonra hər ikisi həmin əmrin saxta olduğunu başa düşmüşdürlər. Əmrin fotoşəklini isə telefonundan silmişdir. O, X66 imtahanında müsahibədən keçmək və Şəmkir rayonundakı məktəblərdən birinə direktor vəzifəsinə təyin edilməsindən ötrü Təranə adlı rəfiqəsinə 5000 manat pul vəsaiti vermiş, Təranə də həmin pulun üzərinə 1000 manat özündən yaxın rəfiqəsi olduğu üçün pul vəsaiti qoyub onun işinin düzəlməsindən ötrü Gözəl adlı tanışına 6000 manat vermiş, Gözəl adlı şəxs isə həmin pulu Bahar adlı şəxsə, Bahar adlı şəxs də Rahil adlı şəxsə vermişdir. Onun verdiyi puldan Təranə özünə heçnə götürməmiş, bu işdə heç bir maddi və sair marağı olmamışdır. Təranə özünə heçnə götürməsə də Gözəl, Bahar adlı şəxslərin özlərinə nə qədər pul vəsaiti götürməsi, Rahilə nə qədər pul vəsaiti çatması barədə heç bir məlumatı yoxdur. Gözəl və Rahil adlı şəxslərlə ifadəsində qeyd etdiyi vaxtlarda danışsa da aralarında heç vaxt pul barədə danışıq olmamışdır. Bahar adlı şəxsin bu işdə vasitəçilik etdiyini eşitmiş, lakin onunla heç bir telefon əlaqəsi olmamış, habelə heç vaxt Bahar adlı şəxsi görməmişdir. O heç bir məktəbə, o cümlədən Şəmkir rayonu, Təzəkənd kənd tam orta məktəbinə direktor təyin olunmamış, orada və eləcə də Şəmkir rayonu, Qaracənirli kənd tam orta məktəbindən başqa heç bir təhsil müəssisəsində çalışmamışdır. O, 2019-cu il tarixdə X66 imtahanında yalnız birinci mərhələ, yəni test mərhələsində iştirak etmiş, həmin vaxt 25 bal toplamış, lakin ikinci mərhələ olan müsahibə mərhələsi və sonrakı mərhələlərdə iştirak etməmişdir. Nə də ki həmin ildə müsahibə mərhələsi və digər mərhələlərə çağırılmamışdır. X66 imtahanında müsahibədən keçmək və Şəmkir rayonundakı məktəblərdən birinə direktor vəzifəsinə təyin edilməsindən ötrü Təranə adlı rəfiqəsinə 5000 manat pul vəsaiti versə də həmin pul vəsaiti ona tam həcmdə geri qaytarıldığından onun heç kəsdən, o cümlədən, Təranə, Gözəl, Bahar, Rahil və qeyrilərindən heç bir şikayət, iddia və tələbi yoxdur. (cild 9, i/v. 56-63) Şahid məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş zərərin tam ödənildiyini, zərərçəkmiş şəxs qismində tanınmaq istəmədiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid22 Şahid21 ilə eyniməzmunlu ifadə vermişdir. (cild 9, i/v 81- 86) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, Şahid24 onun qızıdır. Qızı Şahid24 Azərbaycan Respublikası Beynəlxalq Universitetinin ibtidai sinif müəllimliyi ixtisasını bitirmişdir. xx.xx.2016-cı il tarixdən etibarən qızı Şahid24 (Əhmədova) Xızı rayonu, Fındığan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi vəzifəsinə işə düzəlmişdir. İş yoldaşı Venera Qədimova ilə danışarkən sonuncuya qızı Aidəni Xızı rayonu, Fındığan kənd tam orta məktəbindən Sumqayıt şəhərindəki orta məktəblərdən birinə yerdəyişmə etdirmək istədiyini bildirmişdir. Danışıq zamanı Venera bacısı qızı Təqsirləndirilən şəxs3 Təhsil Nazirliyində çalışdığını, orada yüksək vəzifəli şəxslərlə əlaqələri olduğunu, istəyirsə onun qızı Şahid24 Sumqayıt şəhərindəki orta məktəblərdən birinə yerdəyişmə etdirə biləcəyini, bunun üçün müəyyən məbləğdə pul vəsaiti verməli olduğunu demiş, lakin konkret məbləğ deməmişdir. O da Venera ilə razılaşmış, bacısı qızı Təqsirləndirilən şəxs3 ilə danışmasını xahiş etmişdir. Növbəti gün Venera ilə işdə danışarkən sonuncu ona bacısı qızı Təqsirləndirilən şəxs3 ilə danışdığını, sonuncunun Təhsil Nazirliyində yüksək vəzifəli tanışı vasitəsi ilə Şahid24 Sumqayıt şəhərindəki məktəblərdən birinə ibtidai sinif müəllimi vəzifəsinə işə düzəldə biləcəyini, bunun üçün 6500 manat pul vəsaiti verilməli olduğunu bildirmişdir. O da razılaşmışdır. 2019-cu ilin sentyabr ayının əvvəllərində Veneranın Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən yaşadığı həyət evinin darvazasının qarşısında sonuncu və bacısı qızı Gözəllə görüşmüşdür. Görüş zamanı Gözəlin yanında Veneraya 6500 manat pul vəsaitini vermişdir. Venera da həmin pulu Gözələ verib saymağını bildirmişdir. Gözəl pulu sayıb orada 6500 manat olduğunu bildirmiş və ona 21 gün müddətində Aidəni Təhsil Nazirliyində çalışan yüksək vəzifəli tanışı vasitəsi ilə yerdəyişmə etdirəcəyini bildirmişdir. Bir neçə gün sonra o, Veneraya Aidənin mobil nömrəsini vermiş, daha sonra X92 ilə danışmasını, nə sənəd lazımdırsa Gözəlin Aidə ilə danışaraq istəməsini bildirmişdir. Qızı Aidəyə isə onu Venera və bacısı qızı Gözəl vasitəsi ilə Sumqayıt şəhərindəki məktəblərdən birinə yerdəyişmə etdirmək istədiyini, həmin şəxslərin onu Müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında yığdığı 52 balla yerdəyişmə etdirə biləcəyini bildirdiklərini söyləmişdir. X50 işi ilə əlaqədar pul vəsaiti verməyi ilə bağlı heçnə deməmiş, yalandan heç bir pul vəsaiti vermədiyini demişdir. Aidə bundan sonra Gözəllə danışmış, “whatsapp” messenger proqramı vasitəsi ilə şəxsiyyət vəsiqəsi, diplomunun şəkillərini göndərmişdir. 21 gün gözləmiş, lakin heç bir nəticə olmamışdır. Veneradan bu barədə soruşduqda hər dəfə səbrli olmağını demişdir. Təqribən 4- 5 ay bu proses belə davam etmişdir. O, çox israr etdiyi üçün Venera işi Təhsil Nazirliyində çalışan Rahil adlı şəxsin düzəltməli olduğunu, Gözəlin də onun verdiyi pulu Rahil adlı şəxsə verdiyini, sonuncunun səbrli olmağını söylədiyini demişdir. Həmin ərəfələrdə Gözəllə telefonla danışarkən Şahid24 işini Rahilin həll etməli olduğundan Rahilə zəng vurub onunla görüşməyini xahiş etmiş, lakin o, Gözəlin bu xahişini rədd etmiş, ona Rahili deyil, onu tanıdığını, pulu da Venera vasitəsi ilə ona verdiyini bildirmişdir. Təqribən iki gün sonra dəqiq xatırlamadığı tarixdə Rahil ona zəng edib özünü Təhsil Nazirliyinin yüksək vəzifəli əməkdaşı kimi təqdim etmiş, Şahid24 yerdəyişmə işini onun həll etdiyini bildirmiş və onu Sumqayıt şəhəri Təhsil Şöbəsinin qarşısına görüşə dəvət etmişdir. Növbəti gün, yəni 2020-ci ilin dəqiq xatırlamadığı tarixində Rahillə Sumqayıt şəhəri Təhsil Şöbəsinin qarşısında görüşmüşdür. Görüş zamanı Rahil ona narahat olmamağını, hər bir halda Aidəni Sumqayıt şəhəri orta məktəblərdən birinə yerdəyişmə etdirəcəyini bildimiş, onu sakitləşdirmiş, özünə inandırmış və ondan bir-iki gün daha gözləməyini xahiş etmişdir. Təqribən üç gün sonra Rahil onu Sumqayıt şəhəri Təhsil Şöbəsinin qarşısına görüşə dəvət etmişdir. Onlar görüşdükdən sonra birlikdə Sumqayıt şəhər Təhsil Şöbəsinin adını xatırlamadığı müdirinin yanına qalxmış, orada Rahil müdirə onu təqdim edib qızını Sumqayıt şəhəri orta məktəblərdən birinə yerdəyişmə etdirmək istədiyini bildirmişdir. Sumqayıt şəhəri Təhsil Şöbəsinin müdiri Sumqayıt şəhərindəki orta məktəblərdə vakant yer olduğunu, Təhsil Nazirliyinin müvafiq məktubu olarsa onun qızının Xızı rayonundan Sumqayıt şəhərinə yerdəyişmə edilə biləcəyini bildirmişdir. Həmin görüş zamanı hər hansı pul söhbəti və başqa danışıq olmamışdır. Bundan sonra oradan getmişdirlər. İkinci görüş zamanı Rahil ondan Aidənin yerdəyişmə məsələsinə görə nə qədər Gözələ pul verdiyini soruşduqda o, sonuncuya heç nə deməmişdir. Sumqayıt şəhəri Təhsil Şöbəsində olduqdan sonra daha bir neçə ay gözləmiş, lakin heç bir nəticə olmadığını görüb artıq aldadıldığını başa düşmüş və verdiyi 6500 manat pulu Veneradan geri tələb etməyə başlamışdır. 2020-2021-ci illər ərzində dəqiq xatırlamadığı tarixlərdə hissə-hissə olmaqla Təqsirləndirilən şəxs3 ona 5200 manat pul vəsaiti geri qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs3 və Rahil adlı şəxs ona 1300 manat geri qaytarmalıdırlar. Onun verdiyi puldan fikrincə Venera özünə heçnə götürməmiş, bu işdə heç bir maddi və sair marağı olmamışdır. Venera özünə heçnə götürməsə də Gözəl özünə nə qədər pul vəsaiti götürməsi, Rahilə nə qədər pul vəsaiti çatması barədə heç bir məlumatı yoxdur. Şahid24 Sumqayıt şəhərində, Abşeron rayonunda yerləşən heç bir məktəbə yerdəyişmə etməmiş, Sumqayıt şəhəri və Abşeron rayonunda heç bir təhsil müəssisəsində çalışmamışdır. Baş vermiş hadisə ilə bağlı onun heç kəsdən, o cümlədən Rahil, Gözəl, Venera və qeyrilərindən şikayəti yoxdur. (cild 9, i/v 66-72) Şahid məhkəməyə teleqram göndərərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid24 Şahid23 ilə eyni məzmunlu ifadə vermişdir. (cild 10, i/v 123-130) Şahid məhkəməyə teleqram göndərərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid27 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun bacısı qızıdır, onunla hər zaman münasibətləri yaxşı olmuş, aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. O X10 SƏTƏM şöbəsində iş icraçısı vəzifəsində çalışır. Orada onun çalışdığı yerdə uzun müddətdir ki, Şahid23 adlı tanışı da çalışır. Şahid23 X10 Təmir-Tikinti idarəsində usta vəzifəsində işləyir. Yusifəli ilə danışarkən ona qızı Aidəni Xızı rayonu, Fındığan kənd tam orta məktəbindən Sumqayıt şəhərindəki orta məktəblərdən birinə yerdəyişmə etdirmək istədiyini bildirmişdir. Danışıq zamanı Yusifəliyə bacısı qızı Təqsirləndirilən şəxs3 Təhsil Nazirliyində çalışdığını, orada yüksək vəzifəli şəxslərlə əlaqələri olduğunu, əgər istəsə qızı Şahid24 Gözəl vasitəsi ilə Sumqayıt şəhərindəki orta məktəblərdən birinə yerdəyişmə etdirə biləcəyini, bunun üçün müəyyən məbləğdə pul vəsaiti verməli olduğunu demiş, lakin konkret məbləğ deməmişdir. Yusifəli onunla razılaşmış, bacısı qızı Təqsirləndirilən şəxs3 ilə danışmağını xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 mobil telefon vasitəsi ilə zəng edərək Şahid23 ona söylədikləri barədə məlumat vermişdir. 2019-cu ilin sentyabr ayında Gözəl ona Təhsil Nazirliyində çalışan bir nəfər tanışı vasitəsi ilə bu işdə köməklik edəcəyini, lakin bunun üçün 6500 manat pul vəsaiti verilməli olduğunu bildirmişdir. Lakin ilk əvvəllər ona həmin tanışının adını deməmişdir. Növbəti gün Yusifəli ilə işdə danışarkən o, sonuncuya bacısı qızı Təqsirləndirilən şəxs3 ilə danışdığını, bacısı qızı Təqsirləndirilən şəxs3 Təhsil Nazirliyində yüksək vəzifəli tanışı vasitəsi ilə Şahid24 çalışdığı Xızı rayonu, Fındığan kənd tam orta məktəbindən Sumqayıt şəhərindəki məktəblərdən birinə ibtidai sinif müəllimi vəzifəsinə yerdəyişmə edə biləcəyini, bunun üçün 6500 manat pul vəsaiti istənildiyini bildirmişdir. O da razılaşmışdır. 2019-cu ilin sentyabr ayının əvvəllərində Yusifəli ünvan 10 ünvanında yerləşən onun yaşadığı fərdi yaşayış evinin darvazasının qarşısına gəlmiş, orada onunla və bacısı qızı Gözəllə görüşmüşdür. Görüş zamanı Gözəlin yanında Yusifəli ona 6500 manat pul vəsaitini vermişdir. O da həmin pulu Gözələ verib saymağını bildirmişdir. Gözəl pulu sayıb orada 6500 manat olduğunu bildirmiş və Yusifəliyə 21 gün müddətində Aidəni Təhsil Nazirliyində çalışan yüksək vəzifəli tanışı vasitəsi ilə Sumqayıt şəhərindəki məktəblərdən birinə yerdəyişmə etdirəcəyini bildirmişdir. Bir neçə gün sonra Yusifəli ona Aidənin mobil nömrəsini vermiş, daha sonra Yusifəli ona Gözəlin Aidə ilə danışmasını, nə sənəd lazımdırsa Gözəlin Aidə ilə danışaraq istəməsini bildirmişdir. O da Aidənin mobil nömrəsini Gözələ vermişdir. Bundan sonra Yusifəlinin qızı Aidə Gözəllə danışmış, “whatsapp” messenger proqramı vasitəsi ilə şəxsiyyət vəsiqəsi, diplomunun şəkillərini göndərmiş, bir-birləri ilə işlə əlaqədar danışıqlar aparmışdırlar. 21 gün ərzində Aidənin yerdəyişmə əmri çıxmamış, yubandığından Yusifəli onunla əlaqə saxlamışdır. O, bununla əlaqədar Gözələ müraciət etmiş, sonuncu ona səbrli olmağını demişdir. O da bu barədə Yusifəliyə demişdir. Bir müddət də gözləmiş, lakin heç bir nəticə olmamış, Aidənin yerdəyişməsi baş tutmamışdır. Yusifəli həmin dövrlərdə hər dəfə ondan bu barədə soruşduqda, o, Gözəllə əlaqə yaradıb məsələnin nə yerdə qaldığını öyrənmiş, Gözəl də Yusifəlinin verdiyi pulu Rahil adlı şəxsə verdiyini, Rahilin isə bu məsələni tez bir zamanda həll edəcəyini bildirdiyini demişdir. Təqribən 4-5 ay bu məzmunda danışıqları, yazışmaları olmuşdur. Sonuncu danışıqlarında o, Yusifəliyə məsələni Gözəl və Rahillə həll etməsini bildirmiş və bu məsələyə onu qatmamasını xahiş etmişdir. Sonralar Yusifəli daha çox Gözəl və Rahillə əlaqədə olmuşdur. Bir müddət keçdikdən sonra dəqiq xatırlamadığı tarixdə Yusifəlinin verdiyi 6500 manat pul vəsaitindən bir hissəsi sonuncunun tələbi üzrə ona geri qaytarılmışdır. Lakin o, Yusifəliyə nə qədər pul vəsaiti qaytarıldığını bilmir. Bundan əlavə, 2019-cu ilin oktyabr ayında iş yoldaşı Şahid25 ilə söhbət edərkən qızı Şahid26 2019-cu ilin iyul ayında X75 imtahanında iştirak edərək 52 bal toplamasını, bundan sonra seçimlərdə iştirak etdiyini, lakin seçimlərlə heç bir yerə işə düzələ bilmədiyini və Yetərin iş məsələsinə görə narahat olduğunu demişdir. Şahid25 X10 Təmir-Tikinti idarəsində izolyasiya edici vəzifəsində çalışır. Belə ki, Qətibə ilə danışarkən ona qızı Yetəri Sumqayıt şəhərindəki orta məktəblərdən birinə düzəltmək istədiyini bildirmişdir. Danışıq zamanı o, Qətibəyə bacısı qızı Təqsirləndirilən şəxs3 Təhsil Nazirliyində çalışdığını, orada yüksək vəzifəli şəxslərlə əlaqələri olduğunu, istəyirsə onunla maraqlanıb Qətibəyə məlumat verə biləcəyini demişdir. Qətibə də ondan maraqlanmağını xahiş etmişdir. Bundan sonra o, Gözələ zəng vurub bu barədə demişdir. Gözəl ona Təhsil Nazirliyində çalışan bir nəfər tanışı vasitəsi ilə bu işdə köməklik edəcəyini, lakin bunun üçün 5000 manat pul vəsaiti verilməli olduğunu bildirmişdir. Bir neçə saat sonra o, Qətibəyə yaxınlaşıb Gözəllə danışdığını, istəyirsə qızı Yetəri Gözəl vasitəsi ilə Sumqayıt şəhərindəki məktəblərdən birinə “Azərbaycan dili və ədəbiyyatı müəllimi” vəzifəsinə işə düzəltdirə biləcəyini, bunun üçün 5000 manat məbləğində pul vəsaiti verməli olduğunu demişdir. Qətibə onunla razılaşmış, bacısı qızı Təqsirləndirilən şəxs3 razı olduğunu bildirməyini xahiş etmişdir. O da Gözələ bildirmişdir. 2019-cu ilin oktyabr ayında Qətibə ona 5000 manatı hazır etdiyini bildirib onu və bacısı qızı Gözəli yaşadığı ünvan 11 ünvanına dəvət etmişdir. Həmin gün axşam saat 16/17 radələrində o və bacısı qızı Gözəl Qətibənin yaşadığı evə getmiş, orada görüşmüşdürlər. Görüş zamanı o, Qətibəyə Gözəli təqdim edib bacısı qızı olduğunu, Təhsil Nazirliyində çalışdığını bildirmişdir. Gözəl də onun söylədiklərini təsdiq etmiş, qızı Şahid26 işə düzəlmə məsələsini Təhsil Nazirliyində işləyən tanışı vasitəsi ilə həll edəcəyini bildirmişdir. Görüş zamanı Qətibə onun yanında Gözələ 5000 manat pul vəsaitini, habelə Yetərin şəxsiyyət vəsiqəsi, diplomu, habelə X75 İmtahanında Yetərin topladığı nəticəni əks etdirən saytdan çıxarışı vermişdir. Gözəl pulu sayıb orada 5000 manat olduğunu bildirmiş və Qətibəyə iki həftə müddətində Yetəri Təhsil Nazirliyində çalışan yüksək vəzifəli tanışı vasitəsi ilə Sumqayıt şəhərindəki orta məktəblərdən birinə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə işə düzəldəcəyini bildirmişdir. Lakin iki həftə ərzində Yetərin işə düzəlmə əmri verilməmişdir. Bir müddət Aidənin işində olduğu kimi yubanmalar olmuş, sonda Şahid25 işin uzandığını görüb pulu geri tələb etmişdir. Gözəlin Qətibəyə pulu geri qaytarıbqaytarmaması barədə məlumatı yoxdur. Sadəcə onu deyə bilər ki, Şahid25 qızı Şahid26, habelə Şahid23 qızı Şahid24 işə düzəltmə və yerdəyişmə məsələlərində verilən pullardan ona heçnə çatmamış, bu işdə heç bir maddi və sair marağı olmamışdır. Həmin şəxslərə Gözəli təqdim edərək sonuncunun həqiqətən də Təhsil Nazirliyində işlədiyini düşünmüşdür. Ona görə də Yusifəli və Qətibəyə elə demişdir. Bildirmişdir ki, sonradan Gözəllə danışarkən sonuncu ona Rahilin onu da aldatdığını, onun vasitəsi ilə həm Yusifəli, həm də Qətibəyə qarşı dələduzluq etdiyini, bu günədək də bəzi pulların geri qaytarılmadığını bildirmişdir. O, Rahil adlı şəxslə heç vaxt danışmamış, yazışmamış, görüşməmiş, adını yalnız Gözəldən eşitmişdir. Gözəllə Rahilin arasındakı münasibətlərdən heç bir məlumatı yoxdur. Bu barədə Gözəl ona heçnə danışmamışdır. Baş vermiş hadisə ilə bağlı onun heç kəsdən, o cümlədən, Rahil, Yusifəli, Gözəl və qeyrilərindən şikayəti yoxdur. (cild 13, i/v 95-99) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid30 ifadəsində göstərmişdir ki, qızı Şahid31 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” fakültəsində ali təhsil almışdır. Təqribən 3-4 il bundan qabaq Təqsirləndirilən şəxs3 adlı qadınla tanış olmuşdur. Sonuncu onun qızı Şahid31 qonşusu olmuşdur. Həmin vaxtdan etibarən Gözəllə arabir bir-birləri ilə danışmışdırlar. Danışıqları zamanı Gözəl ona Təhsil Nazirliyinin Nostrifikasiya Şöbəsində çalışdığını, orada yüksək vəzifəli tanışlarının olduğunu bildirmişdir. 2020-ci ilin yanvar ayında qızı Şahid31 işə düzəlmək istədiyi üçün o, Gözələ müraciət edib ondan qızı Səmayənin işə düzəlməsində köməklik etməsini xahiş etmişdir. Gözəl də bu barədə maraqlanıb ona məlumat verəcəyini demişdir. 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs3 ona zəng edib Şahid31 işi barədə maraqlandığını, sonuncunu Təhsil Nazirliyində işləyən yüksək vəzifəli tanışı vasitəsi ilə həmin Nazirliyə işə düzəldə biləcəyini, bunun üçün 8500 manat pul vəsaiti verilməli olduğunu bildirmişdir. Gözəl ona danışıq zamanı həmin vəzifəli şəxsin adını söyləməmiş, o da Gözəldən bu barədə soruşmamışdır. Bundan bir neçə gün sonra 2020-ci ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs3 ilə “28 may” metrostansiyasının qarşısında görüşmüş, görüş zamanı Gözələ 8500 manat pul vəsaitini, Şahid31 şəxsiyyət vəsiqəsi, diplomunun kserosurətlərini vermişdir. Təqsirləndirilən şəxs3 həmin pulu yanında saymış, məbləğin doğru olduğunu bildirmişdir. Pulu və Səmayənin sənədlərini aldıqdan sonra Gözəl ona Səmayənin təqribən 2 ay müddətində Təhsil Nazirliyinə əmrinin çıxacağını söyləmiş, oradan getmişdir. Görüş zamanı yanlarında kənar şəxs olmamışdır. İki ay gözləmiş, lakin heç bir nəticə olmamışdır. Bundan sonra narahat olmağa başlamış, Təqsirləndirilən şəxs3 zəng vurub bu barədə maraqlanmışdır. Təqsirləndirilən şəxs3 ilk əvvəllər ona səbrli olmağını bildirsə də sonralar iş uzandıqca narahatlığı daha da artmağa başlamışdır. 2020-ci ilin yay ayından etibarən aldadıldığını başa düşüb Gözəldən verdiyi pulu geri istəməyə başlamışdır. Həmin vaxtlar Gözəl ona verdiyi 8500 manat pulu Təhsil Nazirliyində çalışdığını bildirdiryi Rahil adlı şəxsə verdiyini, özünün də ondan pulu ala bilmədiyini söyləmişdir. O, isə Gözələ Rahil adlı şəxsi tanımadığını, pulu ona verdiyini, ondan da istədiyini bildirmişdir. Gözəl isə ondan hər dəfə möhlət istəmişdir. Bir müddət bu məzmunda danışıqdan sonra Gözəl ona Rahilin mobil nömrəsini vermişdir. O, Rahil adlı şəxsə zəng etmiş, Gözəlin ona Səmayə Niftalıyevanı Təhsil Nazirliyində işə düzəltmək üçün pul vəsaiti verib-vermədiyini soruşmuşdur. Telefon danışığı zamanı Rahil adlı şəxs ona Təqsirləndirilən şəxs3 adlı şəxsi tanıdığını, həqiqətən də Səmayə Niftalıyevanı Təhsil Nazirliyində işə düzəltmək üçün ona pul vəsaiti verildiyini təsdiqləmiş, lakin nə qədər ona pul vəsaiti verildiyini deməmişdir. Nə də ki o, Rahilə bu barədə heçnə bildirməmişdir. Sonrakı dövrlərdə daha bir neçə dəfə dəqiq xatırlamadığı tarixlərdə eyni məzmunlu danışıqları olmuşdur. Danışıqlarında Rahildən şikayət edəcəyini bildirdiyi üçün ona verdiyi pulun bir hissəsi Rahil və Gözəl tərəfindən geri qaytarılmışdır. Belə ki, 2020-ci ilin sentyabr-oktyabr ayları ərzində hissə-hissə olmaqla Gözəl və Rahil adlı şəxslər tərəfindən ona 5500 manat pul vəsaiti geri qaytarılmışdır. Hazırda həmin şəxslər ona 3000 manat pul vəsaiti qaytarmalıdırlar. O, Şahid31 Təhsil Nazirliyində vəzifəyə təyin edilməyindən ötrü Təqsirləndirilən şəxs3 tələbi ilə 8500 manat pul vəsaiti vermiş, eşitdiyinə görə Gözəl adlı şəxs isə həmin pulu Ramilə adlı şəxsə, Ramilə adlı şəxsə də Rahil adlı şəxsə vermişdir. Lakin o, Gözəlin Ramiləyə, Ramilənin Rahilə pul vəsaiti verməsini görməmişdir. Onun verdiyi puldan Gözəl, Ramilə adlı şəxslərin özlərinə nə qədər pul vəsaiti götürməsi, Rahilə nə qədər pul vəsaiti çatması barədə heç bir məlumatı yoxdur. Gözəl və Rahil adlı şəxslərlə yuxarıda qeyd etdiyi vaxtlarda danışsa da, aralarında heç vaxt pul barədə danışıq olmamışdır. Ramilə adlı şəxsin bu işdə vasitəçilik etdiyini eşitmiş, lakin onunla heç bir telefon əlaqəsi olmamışdır, habelə heç vaxt Ramilə adlı şəxsi görməmişdir. Qızı Şahid31 Azərbaycan Respublikası Təhsil Nazirliyində heç bir vəzifəyə təyin olunmamış, heç bir təhsil müəssisəsində çalışmamışdır. Qızı Səmayə Niftəliyevanın Təhsil Nazirliyinə işə düzəlməsi barədə Rahil, Gözəl adlı şəxslər və qeyriləri tərəfindən ona heç bir saxta əmr, sənəd verilməmiş, göndərilməmişdir. Onun heç kəsdən, o cümlədən, Gözəl, Ramilə, Rahil və qeyrilərindən heç bir şikayət, iddia və tələbi yoxdur. Gözələ 8500 manat pul vəsaiti verilməsindən Səmayənin məlumatı olsa da, sonuncu həmin pul vəsaitinin Gözələ verilməsinin şahidi olmamışdır. (cild 9, i/v. 89-95, cild 10, i/v. 19-22) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid31 Şahid30 ilə eyniməzmunlu ifadə vermişdir. ( cild 10, i/v 23-28) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid33 ifadəsində göstərmişdir ki, 2013-2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində “Məktəbəqədər və ibtidai təhsil, ailə və ev təhsili” fakültəsində orta ixtisas təhsili almışdır. Şahid34 təqribən 2019-cu ilin dəqiq xatırlamadığı tarixindən tanıyır. Belə ki, sonuncu ilə “Elmlər Akademiyası” və “28 may” metrostansiyasının yaxınlığında yerləşən rus dili kurslarında təhsil alarkən tanış olmuşdur. Həmin vaxtdan sonra Xəyalə ilə yaxın rəfiqə olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. Xəyalə ilə dostluq etdikləri müddətdə sonuncu Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalı redaksiyasına işə düzəlmişdir. 2019-cu ilin dekabr ayında Xəyalə ilə danışarkən sonuncu ona çalışdığı iş yerinin rəhbəri Təqsirləndirilən şəxs1 “Məktəbəqədər və ibtidai təhsil” jurnalı redaksiyasına faktiki rəhbərlik etdiyini, həmin müəssisədə vakantda yerlər olduğunu bildirmişdir. Həmin ərəfələrdə Xəyalədən iş tapmağını xahiş etmiş, 2019-cu ilin dekabr ayının əvvəllərində Xəyalə ona “Azərbaycan məktəbi” jurnalı redaksiyasının baş redaktoru Təqsirləndirilən şəxs1 faktiki rəhbərlik etdiyi “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyasına “4000” manat pul vəsaiti müqabilində “kompüter operatoru” vəzifəsinə onu işə götürə biləcəyini, bu barədə Təqsirləndirilən şəxs1 rəfiqəsi Sahilə vasitəsi ilə Rahilə xəbər göndərdiyini bildirmişdir. Xəyaləyə bir qədər fikirləşib, evdə məsləhətləşib xəbər edəcəyini söyləmişdir. Xəyalə də razılaşmışdır. Bu danışıqdan təqribən 10 gün sonra Xəyaləyə Rahillə və iş yeri ilə tanış olmaq istədiyini bildirmişdir. Bir neçə gün sonra Xəyalə ona oraya tanış olmağa gələ biləcəyini söyləmişdir. 2019-cu ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsində yerləşən Rahilin iş yerinə getmişdir. Xəyalə onu xidməti otağına salıb Rahillə tanış etdirmiş və oradan uzaqlaşmışdır. Rahilin xidməti otağına daxil olub sonuncu ilə təqribən 10-15 dəqiqə iş barədə söhbət etmişdir Aralarında pul barədə danışıq olmamışdır. Otaqdan çıxdıqdan sonra Xəyaləyə təklikdə 4.000 manat pul vəsaitini verməyə razı olduğunu, həmin pulu hazır edən kimi Rahilə çatdırması üçün verəcəyini bildirmişdir. 2020-ci ilin yanvar ayının ortalarında Xəyalənin həmin dövrdə çalışdığı Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsində yerləşən iş yerinə getmiş və orada iş yerinin qapısının qarşısında xatırlamadığı sayda 50 və 100 manatlıq əskinaslardan ibarət olmaqla, ümumilikdə 4.000 manat pul vəsaitini Xəyaləyə şəxsən vermiş, həmin pul vəsaitini Xəyalə saymış və sonuncuya orada 4.000 manat olduğunu bildirmişdir. Bundan sonra oradan getmişdir. Həmin gün Xəyalə pulun Rahilə çatdığını, narahat olmamağını və tezliklə işə çağırılacağını söyləmişdir. Bir müddət gözləmiş, həqiqətən də 28 yanvar 2020-ci il tarixdə “Məktəbəqədər və İbtidai təhsil” elmi metodiki jurnalı redaksiyasına “kompüter operatoru” vəzifəsinə işə düzəlmişdir. Həmin vaxtdan sonra “Məktəbəqədər və ibtidai təhsil” jurnalı redaksiyasına işə gedib-gəlmişdir. Daha sonra baş verənlər barədə heç bir məlumatı yoxdur. Sadəcə olaraq Xəyaləyə verdiyi 4000 manat pul vəsaitindən Xəyalə özünə heç bir vəsait götürməmiş, bu işdə maddi və ya sair marağı olmamışdır, yalnız bu işləri yaxşılıq naminə etmişdir. Bildiyinə görə Sahilə də buradan özünə heçnə götürməmişdir. Təqsirləndirilən şəxs1 yanında çalışdığı müddətdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan məktəbi”, “Azərbaycan dili və ədəbiyyatının tədrisi” və “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyaları bir yerdə cəmləşmişdir. Rahil “Azərbaycan məktəbi” jurnalı redaksiyasına rəsmi, “Azərbaycan dili və ədəbiyyatının tədrisi” və “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyalarına isə qeyri-rəsmi olaraq faktiki rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs1 həmin jurnal redaksiyalarına rəhbərlik etdiyi müddətdə həmin jurnalların redaksiyalarına hər hansı dəftərxana ləvazimatları alınmamış, proqram və tərcümə xidmətləri göstərilməmişdir. (5-ci cild, i. v. 106-112, 9-cu cild, i. v. 35-38) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid34 və Şahid35 Şahid33 ilə oxşar məzmunlu ifadə vermişlər. (9-cu cild, i. v. 39-44, 10-cu cild, i. v. 78-81,9-cu cild, i. v. 168-172) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid36 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Şahid55 və Müşviq Ramazanlı adlı şəxsləri tanıyır. Belə ki, anası 2018-2019-cu illərdə Şahid55 və Müşviq Ramazanlının yanında dayə kimi çalışmış, orada çalışdıqları müddətdə həmin şəxslərlə münasibətləri yaranmışdır. 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov, rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən ofisinə getmişdir. Həmin vaxt tanışı Ülkərə yaxınlaşmışdır. Orada Ülkər onunla danışarkən çalışdığı “Azərbaycan məktəbi” jurnalı redaksiyasının baş redaktoru Təqsirləndirilən şəxs1 sonuncuya onu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinə böyük mütəxəssis vəzifəsinə təyin edə biləcəyini, orada çalışacağı təqdirdə 700 manat əmək haqqı olacağını bildirmiş və bunun üçün Təqsirləndirilən şəxs1 ona Kənd Təsərrüfatı Nazirliyində olan yüksək vəzifəli tanışları vasitəsi ilə onu 8.000 manat pul vəsaiti müqabilində işə götürə biləcəyini bildirmişdir. O bir qədər fikirləşib Ülkərə razı olduğunu bildirmiş və Rahilə söyləməsini xahiş etmişdir. Ülkərə pulun yarısını müvafiq vəzifəyə əmrinin verilməsindən qabaq, qalan yarısını isə əmrdən sonra verəcəyini bildirmişdir. Ülkər də bu barədə Rahilə demiş, sonuncu isə razılaşmışdır. 2020-ci ilin mart ayının əvvəllərində Ülkər ona zəng edərək Rahilin pulu istədiyini bildirmiş, o, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən ofisinə getmişdir. Orada ofisin içərisində 40 ədəd 100 manatlıq əskinas formasında olan 4000 manat pul vəsaitini təklikdə Şahid55 vermişdir. Ülkər pulu alarkən saymış və məbləğin doğru olduğunu demişdir. Bundan sonra Ülkər həmin pulu olduğu qaydada Rahilin əyləşdiyi xidməti otağa aparmışdır. O qeyd etmişdir ki, orada Ülkər və Rahil arasında olan söhbətlər barədə məlumatı yoxdur. Sadəcə onu deyə bilər ki, Ülkər təqribən 2-3 dəqiqə sonra gəlib pulu Rahilə verdiyini, narahat olmamamağını, aprel-may aylarına əmrinin veriləcəyini, o vaxta qədər qalan 4000 manat pul hazırlamağını xahiş etmişdir. Bundan sonra Ülkərlə sağollaşıb oradan getmişdir. Aralarındakı danışığa əsasən o qalan 4000 manatı əmri verildikdən sonra verməli olsa da 2020-ci ilin may ayında Ülkərin çağırışı ilə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən ofisində 3000 manat pul vəsaiti vermişdir. Ülkər aparıb onu eyni qaydada saymaqla Rahilə təqdim etmişdir. Bundan sonra o, israrla həmin ərəfələrdə əmri tələb etmişdir. Hətta həmin ərəfələrdə Ülkərdən Rahilin mobil nömrəsini alıb sonuncu ilə də mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Aralarındakı yazışmaları zamanı Rahil həqiqətən də onun Kənd Təsərrüfatı Nazirliyində Aqrar Elm və İnnovasiya Mərkəzinə böyük mütəxəssis vəzifəsinə təyin edilməyi üçün Şahid55 vasitəsi ilə ondan 7000 manat pul vəsaiti aldığını təsdiqləmişdir. Həmin ərəfələrdə yazışmaları zamanı Rahil ona əmrinin də tezliklə veriləcəyini, əmrin X81 tərəfindən verilməsi səbəbindən yubandığını bildirmiş və ona səbrli olmağını söyləmişdir. 2020-ci ilin iyun ayına kimi gözləmiş, lakin 2020-ci ilin iyun ayında çoxsaylı israrlarından sonra Şahid55 ona X81 tərəfindən imzaladığını və möhürlə təsdiqləndiyini bildirdiyi 18 iyun 2020-ci il tarixli, 106K nömrəli onun Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinə böyük mütəxəssis vəzifəsinə düzəlməyi barədə əmrin kserosurətinin fotoşəklini “whatsapp” Messenger proqramı vasitəsi ilə ona göndərmişdir. O, həmin əmrlə tanış olduqda ilk əvvəl onun həqiqiliyinə inanmış, buna görə Rahilin Şahid55 vasitəsi ilə mobil telefonla qalan 1000 manat pul vəsaitini tələb etməsindən sonra o, 700 manatı 2020-ci ilin avqust ayında Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən ofisində Rahilə vermiş, qalan 300 manatı isə daha sonra Təqsirləndirilən şəxs1 sonuncunun Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən xidməti otağında vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs1 Şahid55 və ya şəxsən Kənd Təsərrüfatı Nazirliyində Aqrar Elm və İnnovasiya Mərkəzinə böyük mütəxəssis vəzifəsinə təyin edilməyi üçün 8.000 manat pul vəsaiti vermişdir. 2020-ci ilin sentyabr ayınadək gözləmiş, lakin işə çağırılmamışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona “whatsapp” Messenger proqramı vasitəsi ilə onun Aqrar Elm və İnnovasiya Mərkəzinə böyük mütəxəssis vəzifəsinə təyin edilməyi ilə bağlı portaldan çıxarışı atmışdır. O, bundan sonra portaldan çıxarışı araşdırmağa başlamış, sistemdə araşdırdıqda onun oraya işə götürülməyi, bir neçə saat ərzində orada sistemdə işdən çıxarıldığını öyrənmişdir. Bundan sonra o, Ülkər və Rahilə bu barədə demişdir. Həmin vaxt onlar müxtəlif bəhanələr gətirmişlər. Ülkər ona hər şeyin Rahillə bağlı olduğunu, onunla dəqiqləşdirməyini söyləmişdir. Rahil isə hər dəfə ona müxtəlif bəhanələr gətirib Amal adlı tanışının onu aldatdığını bildirmişdir. 2020-ci ilin oktyabr ayınadək gözləmiş, həmin ayda artıq aldadıldığını başa düşüb Ülkərə zəng edib Rahildən pulunu alıb geri qaytarmağını tələb etmişdir. Habelə Rahilin özünə də bu barədə dəfələrlə zənglər etmiş, Rahil də hər dəfə ondan müxtəlif tarixlərə möhlət istəyib vaxt qazanmışdır. 2020-ci ilin oktyabr ayının 9-da 2000 manat, həmin ayın 12-də 6000 manat pul vəsaitini Rahildən geri almışdır. Oktyabr ayının 12-si Rahildən 6000 manat pul vəsaitini geri alan zaman yanlarında Müşviq və Amal da olmuşdur. Həmin görüş zamanı Şahid55 əri Müşviq Ramazanov onunla kobud rəftar etdiyi üçün ondan 102 xidmətinə şikayət etmişdir. Daha sonra Binəqədi rayon Polis Şöbəsində ifadə verərkən Rahillə yanaşı Ülkər və Müşviqdən şikayət etmişdir. Həmin vaxt bu anlıq əsəb nəticəsində olmuşdur. Onu aldadan sırf Təqsirləndirilən şəxs1 olmuş, buna görə də o, yalnız Təqsirləndirilən şəxs1 şikayətçidir. Ülkər və Müşviqdən isə şikayəçi deyil, anlıq əsəb nəticəsində onlardan şikayət etmişdir. Hazırda onlardan hər hansı şikayəti yoxdur. Onun fikrincə, Ülkər də onun kimi aldadılmışdır. Verdiyi 8000 manat puldan isə Ülkər özünə heçnə götürməmiş, çünki ona 8000 manat pulu Rahil geri qaytarmışdır. Ülkərin də saxta sənəddən məlumatı olmamış, o da onun kimi aldadılmışdır. Onunla Təqsirləndirilən şəxs2 arasında pul söhbəti olmamışdır. Sadəcə olaraq Rahillə danışıqları zamanı sonuncu ona işə düzəlmək üçün verdiyi 8000 manat puldan Amala da verdiyini bildirmiş, lakin aralarında bu məzmunda söhbət olmamışdır. Təqsirləndirilən şəxs1 göndərişi ilə Təqsirləndirilən şəxs2 yanına bir neçə dəfə təcrübəyə Baytarlıq İnstitutunun inzibati binasına getmişdir. Bir neçə dəfə getdikdən sonra Amal ona oraya tez-tez gəlməməyini bildirmişdir. O da oraya getməmişdir. X46 əmrini həmin ərəfələrdə Amaldan soruşduqda o, ona saxta olduğunu bildirmişdir. Orada çalışdığı müddətdə ona yalnız iki ay, hər birində 700 manat olmaqla əmək haqqı verilmişdir. (9-cu cild, i. v. 101-105) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid38 ifadəsində göstərmişdir ki, Şahid55 uzun müddətdir ki tanıyır. Sonuncu onun əmisi qızıdır. Ülkərin 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən “Azərbaycan məktəbi” jurnalı redaksiyasında işə düzəldiyini eşitmişdir. 2020-ci ilin mart ayında anası və o, Ülkərə mobil telefon vasitəsi ilə zəng edib əgər tanışları varsa ona iş tapmasını xahiş etmişdirlər. Həmin vaxtlar danışıqları zamanı Ülkər ona əgər istəyirsə “Azərbaycan məktəbi” jurnalı redaksiyasının baş redaktoru Təqsirləndirilən şəxs1 Amal adlı tanışı vasitəsi ilə onu “Azərbaycan Aqrar Elmi” jurnalı redaksiyasına “redaktor” vəzifəsinə işə götürə biləcəyini bildirmişdir. Ülkər bu barədə onun anasına da demişdir. 2020-ci ilin mart ayında mobil telefon vasitəsi ilə danışıqları zamanı Ülkər anası və ona Rahilin 3000 manat pul vəsaiti istədiyini söyləmişdir. Onlar 3000 manatı verməyə razı olduqlarını bildirmişdirlər. 2020-ci ilin may ayında Rahil Ülkərə onun işə götürülməyi üçün verməli olduğu 3000 manatı alıb gətirməyini bildirdiyindən Ülkər bu barədə zəng edib həmin ayda anasına pulu gətirib verməyini söyləmişdir. Anası telefonda Ülkərə pulu Rahilə özünün vermək istədiyini bildirmiş, Ülkər də bu barədə Rahilə demiş, sonuncu buna razılıq vermişdir. Bundan sonra 2020-ci ilin may ayında anası Kifayətlə birlikdə onun işə götürülməyi üçün Rahilin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən iş yerinə getmiş, orada anası təklikdə Rahilin xidməti otağına daxil olub sonuncuya Ülkərin qohumu olduğunu bildirib tanışlıq vermişdir. Həmin vaxt Ülkəri işdə görməmişdir. Anası otaqdan çıxdıqdan sonra Rahilin ondan onu Amal adlı tanışı vasitəsi ilə “Azərbaycan Aqrar Elmi” jurnalı redaksiyasına “redaktor” vəzifəsinə işə götürmək üçün 3000 manat pul vəsaiti istədiyini, üzərində 30 ədəd 100 manatlıq əskinas formasında olan ümumilikdə 3000 manat pul vəsaiti aparsa da Rahilə Nərminin sözügedən vəzifəyə təyin olunma əmrini görməmiş pul vəsaitini verməyəcəyini bildirdiyini demiş, Rahil də anasıyla razılaşmış, anasıdan onun əlaqə nömrəsini götürmüş, əmrin fotoşəklini ona atacağını bildirmişdir. Anası həmin gün Rahilə heç bir pul vəsaiti verməmişdir. Həqiqətən də bir neçə gün sonra 2020-ci ilin may ayında Rahil onun mobil telefonuna “whatsapp” messenger proqramı vasitəsi ilə 01 may 2020-ci il tarixli əmr fotoşəkli atmışdır. Həmin əmrdə onun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azərbaycan Aqrar Elmi” Jurnalında “şöbə redaktoru” vəzifəsinə təyin edilməyi qeyd edilmişdir. Həmin vaxt əmrin həqiqi olmasına inanmış, bunu anasına da göstərmişdir. Həmin ərəfələrdə əvvəlcə Ülkər, daha sonra Rahil anasına zəng edərək 3000 manat pul vəsaitini gətirib verməyini demişdirlər. Anası Şahid39 da bundan sonra onunla birlikdə Rahilin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən iş yerinə getmişdirlər. Orada o, çöldə dayanmış, anası isə sonuncunun xidməti otağına daxil olub, Rahilin xidməti otağında sonuncuya 30 ədəd 100 manatlıq əskinas formasında olan ümumilikdə 3000 manat pul vəsaitini şəxsən vermişdir. Rahil pulu alıb tez bir zamanda onun işə çağırılacağını bildirmişdir. Bu barədə iş yerində Ülkərlə də görüşüb bir qədər söhbət etdikdən sonra anasıyla birlikdə evə getmişdirlər. Bundan sonra həmin ayda Rahilin çağırışı üzrə o, işə gedib-gəlməyə başlamışdır. Buna görə Rahil ona bir ay nağd qaydada əmək haqqı vermişdir. Onlar 2020-ci ilin avqust ayında onun adının “Azərbaycan Aqrar Elmi” jurnalı redaksiyasından işdən çıxarıldığını görüb bərk əsəbləşmişdirlər. Bundan sonra anası əsəbləşib Ülkərə narazılığını bildirmiş, habelə Rahilə acıqlanmışdır. Rahil anasına ilk əvvəl bunun sistem səhvi olduğunu bildirmişdir. Anası da Rahildən Nərminin yenidən iş yerini bərpa etməsini xahiş etdikdə Rahil anasına vakant yer olmadığını bildirmişdir. Lakin anası və Ülkər israr etdikləri üçün Rahil onu 2020-ci ilin oktyabr ayında faktiki rəhbərlik etdiyi “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı redaksiyasına “icraçı mühasib, reklam işi” vəzifəsinə götürmüşdür. Həmin əmrlər əmək müqaviləsi bağlanmış işçilərin reyestri olan Azərbaycan Repsublikası ƏƏSMN-nin elektron informasiya sisteminə daxil edilmişdir. O, oraya mütəmadi işə gedib-gəlmiş, lakin cəmi üç ay müddətində əmək haqqı almış, öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs1 verdiyi göstərişləri icra etmişdir. Həmçinin bildirmişdir ki, o, “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalının redaksiyasında Rahilin rəhbərlik etdiyi müddətdə çalışdığı zamanlar oraya hər hansı dəftərxana ləvazimatları alınmamış, redaksiyada çalışan şəxslərdən başqa orada proqram təminatı, tərcümə və digər xidmətlər göstərilməmişdir. Rahil bəlkə də həmin dövrlərdə bilmədən ona hansısa sənədə imza atdırmış, lakin o, bunu bilməmiş, hazırda da bunun hansı hallarda olduğunu xatırlamır. Redaksiyada çalışdığı müddətdə Rahilin çoxsaylı qanuni göstərişlərini icra etsə də, Rahil tərəfindən ona əmək haqqından əlavə hər hansı pul vəsaiti verilməmişdir. Bundan sonra baş verənlər barədə məlumatı yoxdur. Dəqiq xatırlamadığı tarixdən Sehran “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı redaksiyasına faktiki rəhbərlik edir. Onun dövründə isə onun vəzifəsi “icraçı mühasib, reklam işi” vəzifəsindən “redaktor” vəzifəsinə dəyişdirilmişdir. Hazırda da o, həmin redaksiyada çalışır. Rahillə anasını Ülkər tanış etsə də, onun bu işlərdə heç bir maddi və sair marağı olmamışdır. Sonuncu yalnız xahişləri əsasında bu işlərdə köməklik göstərmişdir. Rahilə onun işə düzəlməyi üçün anasının verdiyi 3000 manat pul vəsaitini dəqiq xatırlamadığı tarixdə anası Rahildən geri almışdır. Ona 2020-ci ilin may ayında Rahilin “Whatsapp” Messenger proqramı vasitəsi ilə atdığı əmrin saxta olduğunu isə sonradan bilmişdir. İfadəsinə həmin əmrin surətini əlavə etmişdir. Onun işə düzəlməyi ilə əlaqədar Amalla arasında hər hansı danışıq olmamışdır. Lakin “Aqrar Elm” jurnalının redaksiyasında çalışarkən baş redaktorun Amal olduğunu bilmişdir. Həm Rahil, həm Amalla danışarkən onlar onun “Azərbaycan Aqrar Elm” jurnalından işdən çıxarılmasında bir-birlərini günahlandırmışdırlar. Lakin o, onlardan hansının doğru deməsini bilmir. Buna baxmayaraq işə düzəlməyi ilə bağlı pul verilməsi ilə əlaqədar onun Rahil, Amal və qeyrilərindən heç bir şikayəti yoxdur. Lakin Rahil onun işlədiyi 8 ay müddətində, yəni aylıq 500 manatdan hesablanmaqla 2020-ci ilin avqust ayından 2021-ci ilin fevral ayınadək olan müddətlərdə işləsə də, əmək haqqı vermədiyi üçün ümumilikdə 4000 manat pul vəsaitinin Rahil tərəfindən ona əmək haqqı qismində verilməsini xahiş edir. (9-cu cild, i. v. 9-14) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid39 Şahid38 ilə oxşar məzmunlu ifadə vermişdir. (9-cu cild, i. v. 15-20) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid40 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin yaz ayından etibarən AMEA-da çalışan Amal adlı şəxs vasitəsi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyində çalışan vəzifəli şəxs kimi tanıyır. Onların hər ikisi ilə münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 2020-ci ilin aprel ayında bibisi oğlu Şahid41 ona müraciət edib arvadı Şahid42 Qazaxıstan Respublikasının adını xatırlamadığı universitetdə təhsil aldığını, həmin diplomu Şahid42 sərhəd keçməsində problem olduğu üçün təsdiq etdirə bilmədiyini bildirmiş və həmin məsələdə köməklik edə biləcək tanışının olub-olmadığını soruşmuşdur. O da ona maraqlanıb məlumat verəcəyini söyləmişdir. Bir neçə gün sonra iş yoldaşı Amala müraciət etmişdir. Amal Təhsil Nazirliyində çalışan geniş əlaqələri vasitəsi ilə bu məsələdə ona köməklik göstərə biləcəyini, istəyirsə həmin tanışları vasitəsi ilə diplomu təsdiq edə biləcəyini söyləmişdir. O da Amaldan maraqlanıb məlumat verməsini xahiş etmişdir. 2020-ci ilin aprel ayında Amal ona zəng edərək tanışı ilə danışdığını, həmin tanışı vasitəsi ilə Sevinc Ağamaliyevanın xarici diplomunu sərhədkeçmə məsələsinə baxılmadan qanunsuz yollarla bir ay ərzində Təhsil Nazirliyində təsdiq etdirə biləcəyini, bunun üçün 4000 manat pul vəsaiti verilməli olduğunu bildirmişdir. Bundan sonra o, Turala zəng vurmuş və bu barədə məlumat vermişdir. Tural 4000 manatı verməyə razılıq vermişdir. Bundan sonra o, Amala zəng vurub bu barədə məlumat vermişdir. Amal ona telefon danışığı zamanı Şahid42 xarici diplomu və digər xatırlamadığı sənədlərini hazır etməyini, ilkin olaraq həmin sənədlərlə birlikdə ona 2000 manat verməyini, xarici diplom təsdiq edilib şəhadətnamələr verilərkən isə qalan 2000 manat pul vəsaitini verməyi təklif etmişdir. O da razılaşmışdır. Bundan sonra Turala məlumat vermiş və sonuncudan valideynlərinin yaşadığı ünvan 17 ünvanına Şahid42 xarici diplom və digər sənədlərini, habelə 2000 manat pul vəsaitini gətirməyini xahiş etmişdir. Tural da qeyd edilənləri gətirmiş və 2000 manat pul vəsaitini Sevincin sənədləri ilə birlikdə həmin ünvanda ona vermişdir. Amalın tələbi üzrə 2020-ci ilin aprel ayının axırlarında Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən “Nəsimi” metrostansiyasının qarşısında sonuncu ilə görüşmüşdür. Görüş zamanı təklikdə Amala orada Şahid42 sənədlərini, habelə 2000 manat pul vəsaitini vermişdir. Amal pulu alıb saymış, məbləğin doğru olduğunu demiş və cibinə qoymuşdur. Daha sonra Amal ona pulun qalan 2000 manatlıq hissəsini isə xarici diplom təsdiqləndikdən sonra şəhadətnamələri götürərkən verməyini bildirmişdir. O da razılaşmışdır. Bundan sonra Amal oradan getmişdir. Gedərkən Amal ona bir ay ərzində həmin xarici diplomu təsdiq etdirəcəyini və şəhadətnamələri təqdim edəcəyini bildirmişdir. 2020-ci ilin may ayının ortalarında Amal qalan 2000 manat pul vəsaitini də verməyini istəmişdir. O, bu barədə Turala demiş, Tural isə özünə məxsus olan daha 1000 manatı Şahid40 bacısının mərhum əri Vüqarla birlikdə aparıb Amalla görümüş, sonuncuya orada 1000 manat pul vəsaitini vermişdir. Sonradan o, Amalla telefon danışığı zamanı sonuncu Turaldan 1000 manat pul vəsaiti almağını təsdiqləmiş, qalan 1000 manatı isə şəhədatnamələri verərəkən ona gətirməyini bildirmişdir. O da razılamışdır. Bundan sonra 2020-ci ilin may ayının axırlarında Amalın növbəti dəfə ona zəng edib şəhadətanəmələrin hazır olmasını bildirməsindən sonra Turala məlumat vermiş və sonuncudan valideynlərinin yaşadığı ünvan 17 ünvanına qalan 1000 manat pul vəsaitini gətirməyini xahiş etmişdir. Tural da qeyd edilənləri gətirmiş və 1000 manat pul vəsaitini həmin ünvanda ona vermişdir. Həmçinin o, 2020-ci ilin may ayının axırlarında Amalın çağırışı ilə onunla Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən “Nəsimi” metrostansiyasının qarşısında yenidən görüşmüşdür. Görüş zamanı Amal ona Sevincin bütün sənədlərini, xarici diplomunu, habelə iki ədəd Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş şəhadətnamə vermişdir. Həmin şəhadətnamədə yazılan qeydiyyat nömrələrini xatırlamır, sadəcə səhv etmirsə Sevinc Qazaxıstan Respublikasında filologiya ixtisası üzrə təhsil aldığından onun ixtisasının Azərbaycan Respublikası ərazisində filologiya ixtisasına ekvivalent olması qeyd edilmişdir. O, şəhadətnamələri aldıqdan sonra Amala 1000 manatı vermiş, daha sonra Amal onunla sağollaşıb oradan getmişdir. O, isə Şahid42 sənədlərini, həqiqi olduğunu düşündüyü şəhadətnamələri aparıb Turala ünvan 17 ünvanında vermişdir. 2020-ci ilin dekabr ayına kimi həmin şəhadətnamələrin həqiqi olmasına inanmışdırlar. Lakin 2020-ci ilin dekabr ayında təsadüfən həmin şəhadətnamələri qeydiyyat nömrəsi əsasında internet portalında yoxlayarkən saxta olduğunu, qeydiyyat nömrələrinin isə uydurma nömrələr olmasını müşahidə etmişdir. Bundan sonra Amala zəng edib acıqlanmışdır. Amal ona texniki səhv olduğunu, sistemə gec yerləşdiyini bildirmişdir. Daha sonra Amal ona Rahilin mobil nömrəsini verərək Təhsil Nazirliyində Sevincin diplomunu təsdiq edib şəhadətnamələri verənin Rahil adlı tanışı olduğunu, diplom təsdiqi ilə əlaqədar 4000 manatı Rahilə verdiyini bildirmiş və sonuncunun əlaqə nömrəsini vermişdir. Bundan sonra Rahilin mobil nömrəsinə zəng vurmuşdur. Telefon danışığı zamanı Rahil şəhadətnamələri özünün Amala verdiyini təsdiqləmişdir. Lakin aralarında pul barədə danışıq olmamışdır. Rahil ona həmin məsələni qısa müddətdə həll edəcəyini bildirsə də aradan qaldırmamış, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra o, Rahil və Amaldan pul vəsaitini geri tələb etmişdir. 2021-ci ilin may ayında Rahil tərəfindən ona iki dəfəyə, hər dəfəsində 2000 manat olmaqla, ümumilikdə 4000 manat pul vəsaitini tam həcmdə almış və həmin günlər Turala şəxsən geri qaytarmışdır. Ondan sonra Rahil və Amalla heç bir əlaqəsi olmamışdır. Sevincin xarici diplomunun təsdiqi üçün verilən 4000 manat pul vəsaitinin hamısı Turala məxsus olmuş, onun 3000 manatını o, 1000 manatını Tural özü Amala vermişdir. Amala verdiyi Turala məxsus pul vəsaitindən özünə heç bir vəsait götürməmiş, bu işdə hər hansı maddi və ya sair marağı olmamışdır. Yalnız bir qohum kimi Turalın xahişi olduğu üçün bu işdə köməklik etmişdir. Turala saxta şəhadətnamələri verərkən onların saxta olduğunu bilməmişdir. Şahid42 isə bu işlərdə birbaşa iştirakı olmamışdır. Amal və Rahil onu aldatmışdır. Amal və Rahil arasında bu məsələdə pul bölgüsünün hansı formada həyata keçirilməsindən məlumatı yoxdur. Həmin şəxslər onu aldatmaqlarına baxmayaraq onlardan heç bir şikayəti yoxdur. Danışıqları zamanı nə Rahil, nə də Amal ona Təhsil Nazirliyinin Nostrifikasiya Şöbəsində çalışan hər hansı vəzifəli şəxsin adını çəkməmiş, nə də ki o, həmin vəzifəli şəxslərlə görüşməmiş, danışmamışdır. (8-ci cild, i. v. 216-221, 10-cu cild, i. v. 112-115) Şahid40 məhkəməyə ərizə ünvanlayaraq verdiyi pulun ona ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X26 Şahid40 ilə oxşar məzmunlu ifadə vermişdir. (8-ci cild, i. v. 232-245) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid43 ifadəsində göstərmişdir ki, 2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun “ibtidai sinif müəllimliyi” fakültəsində ali təhsil almışdır. Təqsirləndirilən şəxs3 təqribən 4-5 il olar ki, tanıyır, onunla münasibətləri yaxşı olmuş, hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. 2012-ci il tarixdən etibarən Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi və X33 və Tətbiqi İdman növləri kafedrasının mütəxəssisi vəzifəsində çalışır. Mahiyyəti üzrə bildirir ki, 2020-ci ilin may ayında Gözəllə danışarkən ona Abşeron rayonunda yerləşən orta məktəblərdən birinə ibtidai sinif müəllimi vəzifəsinə işə düzəlmək istədiyini bildirmişdir. Telefon danışığı zamanı Gözəl ona Təhsil Nazirliyində çalışdığını, həmin Nazirlikdə yüksək vəzifədə çalışan tanışı olduğunu, istəyirsə onu həmin Nazirlikdə işləyən tanışı vasitəsi ilə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən orta məktəblərdən birinə ibtidai sinif müəllimi vəzifəsinə işə düzəldə biləcəyini demişdir. O da Gözəldən maraqlanmağını xahiş etmişdir. Bundan bir neçə gün sonra Gözəl ona zəng edib Təhsil Nazirliyində yüksək vəzifədə çalışan tanışından maraqlandığını, həmin şəxsin onu Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən orta məktəblərdən birinə ibtidai sinif müəllimi vəzifəsinə işə düzəldə biləcəyinə söz verdiyini, bunun üçün ona çatdırmaq adı ilə ondan 8000 manat pul vəsaiti istədiyini bildirmişdir. O da razılaşmışdır. Bundan sonra o, Gözəllə Nərimanov rayonu metrostansiyasının yaxınlığında yerləşən “Mado” restoranının qarşısında görüşmüşdür. O "xxxx"dan 8000 manat kredit götürmüş, daha sonra Gözəllə görüşə getmişdir. Görüş zamanı o, Gözələ 8000 manat pul vəsaitini, özünün şəxsiyyət vəsiqəsi və diplomunun kserosurətlərini vermişdir. Gözəl pulu ondan alıb məbləğin doğru olduğunu demişdir. Gözələ pulu verərkən yanlarında kənar şəxs olmamışdır. Gözəl ondan pulu aldıqdan sonra narahat olmamağını, onu qısa müddət ərzində Təhsil Nazirliyində işləyən yüksək vəzifəli tanışı vasitəsi ilə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən orta məktəblərdən birinə ibtidai sinif müəllimi vəzifəsinə işə düzəltdirəcəyini, 2020-ci ilin sentyabr ayında işə çıxacağını, əmrinin veriləcəyini demişdir. Lakin həmin görüş zamanı Gözəl ona həmin işi həll etməli olan Təhsil Nazirliyində işləyən yüksək vəzifəli tanışının adını, vəzifəsini, habelə oradan özünə nə qədər pul vəsaiti götürəcəyini deməmişdir. O da bu barədə Gözələ sual verməmişdir. 2020-ci ilin sentyabr ayının axırlarınadək gözləmiş, lakin onun heç bir yerə əmri çıxmamış, hər hansı məktəbə işə düzəlməmişdir. Gözəl tərəfindən aldadıldığını başa düşüb 2020-ci ilin oktyabr ayından etibarən pulunu tələb etməyə başlamışdır. İlk əvvəllər Gözəl ona səbrli olmağını desə də, sonralar ona işini həll etmək üçün pulu Rahil adlı tanışına verdiyini, ondan pulu ala bilmədiyini demişdir. 2020-ci ilin oktyabr ayının axırlarında Gözəl onu Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən Rahil adlı şəxsin ofisinə aparmışdır. Orada Gözəl onu Rahil adlı şəxslə tanış etmiş, danışıq zamanı Rahil ona Təhsil Nazirliyində çalışdığını, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən orta məktəblərdən birinə onu ibtidai sinif müəllimi vəzifəsinə işə düzəltdirmək üçün Gözəldən pul aldığını təsdiqləsə də, lakin ona nə qədər pul vəsaiti aldığını deməmiş, o da bu barədə soruşmamışdır. Həmin görüş zamanı Rahil ona pulu qısa müddətdə qaytaracağına söz vermişdir. O da razılaşmışdır. 2020-ci ilin noyabr ayında dəqiq xatırlamadığı tarixlərdə hissəhissə, yəni 4000 manat, 2000 manat və 2000 manat şəklində olmaqla, ümumilikdə 8000 manat pul vəsaitini Rahildən Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən ofisində almışdır. Hər dəfə Rahildən pul vəsaitlərini alarkən Gözəl onun yanında olmuşdur. Hətta görüşlərin birində Gözəl ona evindən özündən də pul gətirib Rahil vasitəsi ilə ona verdiyini bildirmiş, lakin konkret məbləğ bildirməmişdir. Bundan sonrakı tarixlərdə Gözəl və Rahillə heç bir əlaqəsi olmamışdır. O, Abşeron rayonu, Masazır qəsəbəsindəki məktəblərdən birinə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilməyindən ötrü Gözələ 8000 manat pul vəsaiti vermiş, Gözəl də həmin pulun bilmədiyi bir hissəsini onun işinin düzəlməsindən ötrü Rahil adlı şəxsə vermişdir. Lakin o Gözəlin Rahilə pul vəsaiti verməsini görməmişdir. Gözəl adlı şəxsin özünə nə qədər pul vəsaiti götürməsi, Rahilə nə qədər pul vəsaiti çatması barədə heç bir məlumatı yoxdur. Sadəcə pullarını Rahildən geri alarkən Rahil və Gözəlin danışıqlarından işinə görə Rahilə 6000 manat pul vəsaiti çatdığını başa düşmüş, lakin bu barədə onlarla heç bir söhbət etməmişdir. O, heç bir məktəbə, o cümlədən Abşeron rayonu, Masazır qəsəbəsindəki orta məktəblərdən hər hansısa birinə ibtidai sinif müəllimi vəzifəsinə təyin olunmamışdır. Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından başqa heç bir təhsil müəssisəsində çalışmamışdır. 2020-ci ildə X75 İmtahanında iştirak etməmişdir. Gözəl və Rahil adlı şəxslər tərəfindən ona hər hansı saxta əmr və hər hansı digər sənəd verilməmişdir. O, Abşeron rayonu, Masazır qəsəbəsindəki məktəblərdən birinə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilməyindən ötrü Gözələ 8000 manat pul vəsaiti versə də həmin pul vəsaiti ona tam həcmdə geri qaytarıldığından onun heç kəsdən, o cümlədən, Gözəl, Rahil və qeyrilərindən heç bir şikayət, iddia və tələbi yoxdur. (9-cu cild, i. v. 108-113) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid44 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ilə 2020-ci ilin aprel ayında Bakı şəhərinə gedəndə sərnişin avtobusunda tanış olmuş, sonuncu ilə söhbət zamanı Təhsil Nazirliyində mətbəə işləri ilə məşğul olduğunu öyrənmiş, özü də təhsil sahəsində işlədiyi üçün sonuncu onun mobil telefon nömrəsini götürmüşdür. Lakin Təqsirləndirilən şəxs1 adlı şəxsin kim olduğunu bilmir. Övladı Məmmədli (Hüseynova) X73 Dövlət Universitetini tarix ixtisası üzrə bitirmiş, həmin ildə X75 imtahanında iştirak edərək 38 bal toplamış, keçid balını toplamasına baxmayaraq digər şəxslər ondan çox bal topladığı üçün qızı seçimdə heç bir məktəbə işə düzələ bilməmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs3 ilə danışığı zamanı qızının topladığı bal hesabına heç bir məktəbə düşə bilmədiyini bildirmiş, sonuncu da qızının imtahanda keçid balını toplamasına görə Kəlbəcər, Göygöl və Daşkəsən rayonlarında yerləşən məktəblərin birinə müəllimə kimi təyin olunmasına köməklik edə biləcəyini demiş və bu işi görmək üçün ondan 10.000 manat məbləğində pul vəsaiti istəmişdir. Özü də Gözəllə razılaşmışdır. Dəqiq yadında olmasa da 2020-ci ilin may ayında Bakı şəhərində yerləşən “Gənclik Mall” ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs3 ilə görüşərək sonuncuya 10.000 manat məbləğində pul vəsaiti vermişdir. Pulu verəndə yanlarında heç kəs olmamışdır. Təqsirləndirilən şəxs3 ondan pulu götürdükdən sonra qızına köməklik edəcəyini bildirsə də sonuncu pulu kimə verəcəyini, hansısa vəzifəli şəxs və ya şəxslərlə danışaraq sövdələşib-sövdələşmədiyini ona deməmiş, hansı qaydada ona köməklik edəcəyini bilməmişdir. X75 prosesi başa çatdıqdan sonra Gözəl ona zəng edərək işi alındıra bilmədiyini demişdir. Bundan sonra Gözəldən verdiyi pulu geri istəmiş, sonuncu da “Unibank” vasitəsi ilə Gəncəyə 10.000 manat pul vəsaitini göndərmiş, özü də həmin pul vəsaitini “Unibank”ın Gəncə filialından götürmüşdür. Təqsirləndirilən şəxs3 hər hansı şikayət, iddia və tələbi yoxdur. Əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs3 ona bu işləri bir nəfər tanışı vasitəsi ilə həll etdiyini bildirsə də özü Gözəlin həmin tanışı ilə heç vaxt görüşməmiş, yazışmamışdır. (13-cü cild, i. v. 225-230) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid46 ifadəsində göstərmişdir ki, sinif yoldaşı və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nəzdində “Azərbaycan məktəbi” jurnalı redaksiyasında baş redaktoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 2020-ci ilin avqust ayında öz vəzifəsindən istifadə edərək ona təhsil sahəsində geniş əlaqələri olduğunu bildirmiş, ona ixtisasca “ibtidai sinif müəllimi” olan, lakin heç bir yerdə işləməyən bacısı Sahiləni Bakı şəhəri ərazisində yerləşən 113 saylı orta məktəbə müsabiqədən kənar “ibtidai sinif müəllimi” vəzifəsinə təyin edəcəyini vəd etmişdir. Bu məqsədlə aldatmaqla Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Elit” ticarət mərkəzi yaxınlığında yerləşən ərazidə yol kənarında əvvəl 7.000 manat , daha sonra isə müxtəlif bəhanələr gətirərək, yəni bacısının işinə görə guya Təhsil Nazirliyində işləyən müxtəlif rəhbər vəzifəli şəxslərin, ən çox da Təhsil Nazirliyinin Mərkəzi aparatının müavini Yaqub Piriyevin adını çəkərək onlara pul çatdırılması bəhanəsi ilə 2020-ci ilin oktyabr ayının axırlarında eyni yerdə ümumi tanışları və həmkəndliləri olan sinif yoldaşı Ruslan Nağıyevin yanında əlavə olaraq 10.000 manat pul vəsaiti almışdır. Sonuncu pulu aldıqdan sonra bacısının işə təyin olunması barədə Təhsil Nazirliyinin müvafiq əmrinin yaxın günlərdə veriləcəyini və bacısının işə başlayacağını vəd versə də sonradan onu aldatmışdır. Gah Nazirlikdə problemlər olmasını, gah pandemiya krizisini bəhanə gətirməklə onu aldatmışdır. Rahilin yalan danışdığını hiss edib aldığı pulları geri qaytarmasını tələb etdikdə isə sonuncu ondan qaçmağa, zənglərinə cavab verməməyə başlamış, görüşmək üçün iş yerinə getdiyi zaman Rahilin onun kimi onlarla vətəndaşı işə düzəltmək vədi ilə müxtəlif məbləğlərdə pulları ələ keçirib aldatdığını öyrənmişdir. (9-cu cild, i. v. 45-49) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid48 ifadəsində göstərmişdir ki, 2003-2008-ci illərdə Azərbaycan Müəllimlər Universitetinin “ibtidai təhsilinin pedaqogikası və metodikası” fakültəsində “ibtidai sinif müəllimliyi” ixtisası üzrə ali təhsil almışdır. 2006-cı il tarixdə X75 imtahanında 21 bal toplayaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 71 saylı tam orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə işə düzəlmişdir. Mahiyyəti üzrə bildirir ki, uzun müddət Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 71 saylı tam orta məktəbə ibtidai sinif müəllimi vəzifəsində çalışdığı üçün həmin məktəbə direktor vəzifəsinə təyin olunmaq istəmişdir. Bu məqsədlə səhv etmirsə 2018-2019-cu illərdə X66 imtahanında iştirak etmiş, səhv etmirsə 44 bal toplamışdır. Lakin ikinci mərhələ olan müsahibə mərhələsi olduğunu bilmiş, müsahibə mərhələsindən çox qorxmuşdur. 2020-ci ilin yay ayında rəfiqəsi Şahid22 X66 imtahanında 44 bal topladığını, ikinci mərhələ olan müsahibə mərhələsindən çox qorxduğunu, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 71 saylı tam orta məktəbə direktor vəzifəsinə təyin olunmaq istədiyini bildirmişdir. Təranə ona maraqlanıb xəbər edəcəyini söyləmişdir. Bir müddət sonra Təranə ona zəng edib bir nəfər Bahar adlı tanışının olduğunu, X66 imtahanında müsahibənin nəticələrinə təsir etmək imkanına malik olduğunu, onu müsahibə mərhələsindən keçirtməklə 71 saylı tam orta məktəbə direktor vəzifələrindən birinə təyin etdirə biləcəyini, lakin bunun üçün pul vəsaiti verilməli olduğunu bildirmişdir. Danışıq zamanı Təranə ona hər hansı məbləğ deməmişdir. Bundan sonra Təranə ona Baharın mobil nömrəsini atmış və ona Baharla əlaqə saxlayaraq digər məsələləri danışmağını bildirmişdir. O, Bahara zəng edib Təranənin tanışı olduğunu bildirmişdir. Bahar ona telefonda Təranənin ona bundan bəhs etdiyini, Təhsil Nazirliyində çalışan tanışının X66 imtahanında müsahibənin nəticələrinə təsir etmək imkanına malik olduğunu, onu müsahibə mərhələsindən keçirtməklə 71 saylı tam orta məktəbə direktor vəzifələrindən birinə təyin etdirə biləcəyini, lakin bunun üçün həmin şəxsin təcili olaraq 70.000 manat pul vəsaiti istədiyini, əks təqdirdə həmin vakant direktor yerinin tutulacağını bildirmişdir. Lakin ilk əvvəl Bahar ona həmin tanışının adını və pulu kimə verməli olduğunu deməmişdir. O, Bahara 70.000 manatı dərhal verməyə imkanının olmadığını bildirib bir qədər möhlət istəmişdır. Daha sonra Bahara 10.000 manat pulu dərhal verə biləcəyini, qalan pul vəsaitini isə zaman keçdikcə toplayıb verə biləcəyini demişdır. Bundan sonra Bahar ondan həmin şəxslə danışıb ona xəbər edəcəyini bildirərək sağollaşmışdır. Bir qədər sonra Bahar ona zəng edib onun işini Rahil adlı şəxsin həll edəcəyini, həmin şəxslə danışdığını, direktor əmri çıxmamışdan qabaq yəni iki-üç gün içərisində Rahilə ən azı 25000 manat verməli olduğunu, 10.000 manatı dərhal, bir neçə gün sonra 15000 manat verməli olduğunu söyləmişdir. Daha sonra Bahar ona qalan 45000 manatı isə onun direktor əmri verildikdən sonra Rahilə verməli olduğunu, özünün Rahillə bu məsələləri razılaşdırdığını söyləmişdir. O da Bahara razı olduğunu bildirmişdir. Bundan sonra o, Baharın ona verdiyi Rahilə məxsus mobil nömrəyə zəng vurmuşdur. Rahil adlı şəxslə telefon danışığı zamanı sonuncu ona Təhsil Nazirliyində yüksək vəzifədə çalışan qadın tanışı olduğunu, həmin tanışının birbaşa nazirlə əlaqə yarada bildiyini, bu üsulla tanışının X66 imtahanında müsahibənin nəticələrinə təsir etmək imkanına malik olduğunu, onu müsahibə mərhələsindən keçirtməklə 71 saylı tam orta məktəbə direktor vəzifələrindən birinə təyin etdirə biləcəyini, lakin bunun üçün 70.000 manat pul vəsaiti verməli olduğunu, Baharın aralarındakı bütün danışıqlar barədə ona məlumat verdiyini söyləmişdir. O, Rahilə də razı olduğunu söyləyərək ilk əvvəl verməli olduğu 10000 manatı haraya gətirməli olduğunu soruşmuşdur. Rahil onu Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindəki Milano Hospitalın yaxınlığındakı ofisinə çağırmışdır. O da 2020-ci ilin avqust ayında evdən özünə məxsus 10000 manat pul vəsaitini, özünün şəxsiyyət vəsiqəsi, diplomunun kserosurətlərini aparıb Təqsirləndirilən şəxs1 yuxarıda qeyd etdiyi ünvanda yerləşən ofisində şəxsən vermişdir. Pulu verərkən yanlarında heç kəs olmamışdır. Rahil pulu alıb saymış, məbləğin doğru olduğunu demiş, daha sonra ona növbəti iki gün içərisində daha 15000 manat pul vəsaiti gətirib verməyini tapşırmışdır. O, Rahildən işi real olaraq həll edib-edə bilməyəcəyini soruşduqda sonuncu ona Təhsil Nazirliyində yüksək vəzifədə çalışan qadın tanışı olduğunu, həmin tanışının birbaşa nazirlə əlaqə yarada bildiyini, bu üsulla tanışının X66 imtahanında müsahibənin nəticələrinə təsir etmək imkanına malik olduğunu, onu müsahibə mərhələsindən keçirtməklə 71 saylı tam orta məktəbə direktor vəzifələrindən birinə təyin etdirə biləcəyini, narahat olmamağını bildirmişdir. Bundan iki gün sonra o, evdən özünə məxsus olan 15000 manat pulu götürüb Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindəki Milano Hospitalın yaxınlığındakı ofisində Təqsirləndirilən şəxs1 vermişdir. Rahil pulu alıb saymış, məbləğin doğru olduğunu demiş daha sonra ona 15 sentyabr 2020-ci il tarixə kimi onun direktor əmrinin çıxacağını, 71 saylı tam orta məktəbdə yeni tədris ilinin açılışını direktor kimi onun edəcəyini bildirmişdir. O da ona inanmış, gedib evdə 2020-ci ilin sentyabr ayının axırlarınadək gözləmişdır. Lakin heç bir əmr çıxmamışdır. Rahildən hansı səbəbdən direktor əmrinin çıxmadığını soruşduqda sonuncu ona hazırda xatırlamadığı müxtəlif bəhanələr gətirərək əmrin verilməsində yubanmalar olduğunu bildirmişdir. Bu zəmində 2020-ci ilin oktyabr ayının axırlarınadək gözləmişdır. Lakin yenə də 71 saylı tam orta məktəbinə direktor vəzifəsinə təyin edilməyi barədə əmri çıxmamışdır. Sonda heç bir nəticə olmadığını görüb aldadıldığını başa düşmüş, 2020-ci ilin noyabr ayından başlayaraq verdiyi 25.000 manat pulu geri istəmişdır. Rahil 2020-ci ilin dekabr ayından 2021-ci ilin noyabr ayına kimi hissə-hissə olmaqla verdiyi 25.000 manat pulu ona tam həcmdə geri qaytarmışdır. Baş verənlərlə əlaqədar onun heç kəsdən şikayət, iddia və tələbi yoxdur. X66 imtahanında mühasibədən keçmək və Bakı şəhəri, 71 saylı tam orta məktəbə direktor vəzifəsinə təyin edilməyindən ötrü Təqsirləndirilən şəxs1 ondan 2020-ci ilin avqust ayında 70000 manat istəmiş və bu məqsədlə 2020-ci ilin avqust ayında ondan şəxsən iki dəfəyə, 10000 və 15000 manat olmaqla ümumilikdə 25000 manat pul almışdır. Təqsirləndirilən şəxs1 ondan qalan 45000 manatı da istəsə də, o, verməmişdir. Təranə ona Baharın, Bahar isə Rahilin mobil nömrələrini versə də, Rahilə 25000 manat pulu verərkən, habelə geri alarkən onlar onun yanında olmamış, verdiyi 25000 manat pul vəsaitindən nə Təranə, nə də ki Bahar özlərinə heçnə götürməmişdirlər. Təranə rəfiqəsi olsa da Baharı yalnız Rahildən pulu geri tələb etmələri zamanı şəxsən görüb tanış olmuşdur. Həm Təranə, həm də Bahar Rahildən pulunu geri almağında ona köməklik etmiş, ona psixoloji təsir göstərərək pulunu geri tələb etmişdirlər. Bahar və Təranənin bu işdə heç bir maddi və ya sair marağı olmamış, həmin şəxslər ondan heçnə istəməmişdirlər. O, heç bir məktəbə, o cümlədən 71 saylı tam orta məktəbinə direktor təyin olunmamış, orada və eləcə də 71 saylı tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsindən başqa heç bir vəzifədə çalışmamışdır. 2018/2019-cu il tarixdə X66 imtahanında yalnız birinci mərhələ, yəni test mərhələsində iştirak etmiş, həmin vaxt 44 bal toplamış, lakin ikinci mərhələ olan müsahibə mərhələsi və sonrakı mərhələlərdə iştirak etməmişdir. Nə də ki, həmin ildə müsahibə mərhələsi və digər mərhələlərə çağırılmamışdır. Rahil, Bahar, Təranə ona hər hansı saxta əmr və ya sənəd verməmiş, göndərməmişdir. (10-cu cild, i. v. 69-75) Şahid məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid49 oğu ifadəsində göstərmişdir ki, 2008-2013-cü illərdə Rusiya Federasiyasının Perm vilayətində yerləşən Perm Texniki Universitetində “Mülki sənaye və inşaat” fakültəsində qiyabi ali təhsil almışdır. Ali təhsil aldıqdan sonra bir müddət orada yaşasa da, daha sonra Azərbaycan Respublikasına geri qayıtmışdır. Diplomu Azərbaycan Respublikasında təsdiqlətdirməyə vaxtı və ehtiyacı olmadığından ilk əvvəllər bu məsələnin üstünə düşməmişdir. Lakin 1-2 il olar ki, onu təsdiq etdirmək istəmişdir. Bir qədər araşdırdıqda Təhsil Nazirliyi yanında Azərbaycan məktəbi jurnalının sabiq baş redaktoru Təqsirləndirilən şəxs1 bu işlərlə məşğul olduğunu eşitmişdir. Təqsirləndirilən şəxs1 adlı şəxslə “Qara Qarayev” metrostansiyasının yaxınlığında və xatırlamadığı digər ünvanlarda görüşüb xarici diplomunun təsdiqi üçün Təhsil Nazirliyi tərəfindən keçirilməli olan imtahanlardan, o cümlədən rus dili müsahibəsindən keçirilməyini xahiş etmişdir. Danışıqları zamanı Rahil ona Təhsil Nazirliyinin Nostrifikasiya Şöbəsində çalışan tanışları vasitəsi ilə onu həmin imtahanlardan keçirdəcəyini, onun heç bir imtahan verməyəcəyini, diplomunu təsdiq edə biləcəyini, bunun üçün ona 11000 manat pul vəsaiti verməli olduğunu, özünün həmin pul vəsaitini Təhsil Nazirliyinin Nostrifikasiya Şöbəsində çalışan tanışlarına verəcəyini bildirmişdir. O da Rahilə inanmışdır. Buna görə də Təqsirləndirilən şəxs1la 03 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Ukrayna dairəsi” adlanan ərazidəki “Yaşıl ada” restoranının qarşısında görüşüb 5000 manat pul vəsaiti, bundan 1 həftə sonra Bakı şəhəri, Xətai rayonunda “Əhmədli” metrostansiyasının yaxınlığında görüşüb 1000 manat pul vəsaiti, 2020-ci ilin noyabr ayının axırlarında Bakı şəhəri, Xətai rayonunda “Neftçilər” metrostansiyasının yaxınlığında görüşüb 2000 manat pul vəsaiti, 2020-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonunda “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında görüşüb 1000 manat pul vəsaiti, 2020-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonunda “Koroğlu” metrostansiyasının yaxınlığında görüşüb 1000 manat pul vəsaiti, 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonunda “Mida” yaşayış kompleksinin yaxınlığında görüşüb 1000 manat pul vəsaiti olmaqla, ümumilikdə 2020-ci ilin oktyabr ayından 2021-ci ilin fevral ayınadək olan dövrdə 11000 (on bir min) manat pul vəsaiti vermişdir. Rahil həmin pul vəsaitlərini ondan alarkən yanlarında kənar şəxs olmamışdır. Rahil ondan həmin pul vəsaitlərini alarkən ona ilk əvvəllər diplomunun təsdiqini 2020-ci ilin dekabr ayının, sonralar isə 2021-ci ilin yanvar ayının sonuna kimi təsdiq edəcəyini bildirsə də, sonradan müxtəlif bəhanələr gətirərək diplom təsdiqinin yubandığını bildirmişdir. Buna baxmayaraq, o, yenə də Rahilin yalan vədlərinə inanıb 2021-ci ilin iyul ayının sonunadək gözləmişdir. 2021-ci ilin iyul ayında Rahil ona guya diplomunun təsdiqinə dair sarı və narıncı rəngli iki ədəd şəhadətnamə vermişdir. O, həmin şəhədatnamələri gedib Təhsil Nazirliyi və Asan Xidmət Mərkəzində yoxlatdırmış, lakin orada ona həmin şəhadətnamələrin sistemdə olmadığı, saxta olduğu bildirilmişdir. Bundan sonra o, şəhadətnamələri götürüb Rahilə geri qaytarmışdır. Rahildən hansı səbəbdən ona saxta şəhadətnamə verdiyini soruşmuş, Rahil isə cavabında onun saxta olduğunu bilmədiyini, dərhal problemi aradan qaldıracağını söyləmişdir. Lakin o, Rahilə inanmamış və ondan pulunu geri tələb etməyə başlamışdır. 2021-ci ilin iyul ayından 2022-ci ilin yanvar ayınadək olan dövrdə Rahilə verdiyi 11000 manat pul vəsaitini hissə-hissə olmaqla tam həcmdə geri almışdır. Pulunu tam həcmdə geri aldığı üçün onun Təqsirləndirilən şəxs1 heç bir şikayət, iddia və tələbi yoxdur. Rusiya Federasiyasının Perm vilayətində yerləşən Perm Texniki Universitetindən aldığı diplomun təsdiqi üçün hər hansı imtahanda iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 ondan 11000 manat pul vəsaitini alarkən ona xarici diplomunu Təhsil Nazirliyinin Nostrifikasiya Şöbəsinin vəzifəli şəxsləri vasitəsi ilə təsdiq edəcəyini, pul vəsaitinin də onlara çatacağını bildirsə də həmin vəzifəli şəxslərin adlarını və vəzifələrini ona bildirməmiş, nə də ki o, Təqsirləndirilən şəxs1 vasitəsi ilə Təhsil Nazirliyinin Nostrifikasiya Şöbəsinin hər hansı vəzifəli şəxsi ilə görüşməmiş, danışmamışdır. (10-cu cild, i. v. 47-53) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid50 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2020-ci ilin sonlarından tanıyır. Sonuncu ilə onu qohumu Şahid1 tanış etmişdir. Təqsirləndirilən şəxs1 ona özünü Təhsil Nazirliyinin məsul vəzifəli əməkdaşı və təhsil sistemində geniş əlaqələrə malik bir şəxs kimi qələmə vermişdir. Həmin şəxsin danışıqlarına inanaraq ondan qəbul imtahanlarından kəsilmiş bacısı qızı Şahid51 ali məktəbə qəbul olunmasında köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ali məktəbə qəbul olunmağın əvvəlcədən mümkün olmadığını, ilk olaraq Tibb Kollecinə qəbul olunmasına vasitəçilik edə biləcəyini, oranı bitirdikdən sonra isə ali məktəb məsələsində köməklik edəcəyini bildirmişdir. Bunun müqabilində isə ondan 10.000 (on min) manat məbləğində pul vəsaiti istəmişdir. O, həmin məbləğin həddindən artıq çox olduğunu və bu qədər pulunun olmadığını bildirərək razılaşmamışdır. Bir müddət sonra 2020-ci ilin dekabr ayının ortalarında isə Rahil ona zəng vuraraq bildirmişdir ki, guya onların bəxtləri gətirmiş, 2 saylı Tibb Kollecində 1 nəfər üçün yer boşalmışdır. Əgər təcili olaraq 3000 (üç min) manat pul çatdırarsa, bacısının qızının işini müsbət həll edəcəyini söyləmişdir. O da Rahilin sözünə inanaraq özünə məxsus 3000 (üç min) manat məbləğində pul vəsaitini Aycunun şəxsiyyət vəsiqəsi və attestatının kserosurətləri ilə birlikdə aparıb Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən ofisində sonuncuya vermişdir. Bundan sonra Rahil müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamış, sonradan isə ümumiyyətlə onunla əlaqədən yayınaraq nə vəd verdiyi işi həll etmiş, nə də ki, aldığı pulları geri qaytarmışdır. Şahid51 da tibb kollecinə qəbul edilməmişdir. Yekunda o, Rahildən ərazi aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə şikayət ərizəsi vermişdir. Orada Təqsirləndirilən şəxs1 barəsində bir çox anoloji şikayətlərinin olduğu məlum olmuş, bununla belə Binəqədi Rayon Polis İdarəsində barəsində cinayət işi açıldığından onun da ərizəsi Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. (10-cu cild, i. v. 131-134) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid51 Şahid50 ilə oxşar məzmunlu ifadə vermişdir. (14-cü cild, i. v. 7-11) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid52 ifadəsində göstərmişdir ki, bibisinin əri Şahid54 ona iş tapmasını xahiş etmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində Şahid54 ona Şahid53 adlı tanışının olduğunu, sonuncunun bir nəfər tanışının onu Kənd Təsərrüfatı Nazirliyinə məsul katib vəzifəsinə işə düzəldə biləcəyini, bunun üçün orada çalışan vəzifəli şəxsə 10.000 manat pul verilməli olduğunu bildirmişdir. Həmin vaxtlar işsiz olsa da, 3-4 gün fikirləşmişdir. Həmin ərəfələrdə, yəni 2021-ci ilin fevral ayının əvvəllərində Mərifət ona zəng edib işi həll edən adamın yerlərin məhdud olduğunu bildirdiyini, razıdırsa pulun tez bir zamanda verilməli olduğunu söyləmişdir. Özü də Mərifətə razı olduğunu söyləmişdir. 10.000 manat pulu 1-2 gün ərzində toplamışdır. Bakı şəhərində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığındakı “ASAN” Xidmət Mərkəzinin yanında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İnstitutunun qarşısında Şahid54lə birlikdə əvvəlcə Şahid53 adlı şəxslə görüşmüşdür. Görüş zamanı Şakir ona Rahil adı tanışının onu işə düzəltməyə söz verdiyini, onunla görüşəcəklərini demişdir. Lakin Şakir ona Rahilin harada işləməsi barədə heç bir söz bildirməmişdir. Bibisinin əri Mərifətin sözü ilə 10.000 manat pulu Şakirə vermişdir. Şakirə pulu verərkən saymış və məbləğin doğru olduğunu demişdir. Bundan sonra Şakir Rahil adlı tanışına zəng etmişdir. Telefon danışığı zamanı Rahil Şakirə pulun məbləğinin doğru olubolmadığını soruşmuş, sonuncu da “hə” cavabını vermişdir. Bir neçə dəqiqə sonra Rahil Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İnstitutunun qarşısına çıxmış, onlarla görüşmüşdür. Şahid53 orada onu və Mərifəti Rahilə təqdim etmişdir. Təqsirləndirilən şəxs1 ilk dəfə orada görmüşdür. Görüş zamanı Şakir onun və Mərifətin yanında işə düzəlmək məqsədi ilə verdiyi 10.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Sonuncu həmin pulu götürüb cibinə qoymuşdur. Daha sonra Şakir Rahildən hansı işə düzələcəyini, hansı tipli işlərlə məşğul olacağını soruşmuşdur. Rahil də ona Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X101 redaksiyasına məsul katib vəzifəsinə işə düzələcəyini, 700 manat əmək haqqı alacağını bildirmişdir. Bundan sonra Rahil işləyəcəyi yer barədə tanış etmək üçün onu Baytarlıq İnstitunun yaxınlığındakı adsız üç mərtəbə tikiliyə aparmışdır. Üçüncü mərtəbəyə qalxmış, ümumən otaqlar boş olmuşdur. Rahil onu oradakı otaqlardan birinə aparıb həmin otağın ona məxsus olduğunu, özünün Kənd Təsərrüfatı Nazirliyinin X101 redaksiyasının direktor müavini olduğunu bildirmişdir. Daha sonra şəxsiyyət vəsiqəsi, diplomunun kserosurətlərini, fotoşəkillərini, sağlamlıq arayışı, yaşayış yerindən arayış və digər sənədləri toplayaraq növbəti həftənin birinci günündən yanına gəlməyini bildirmişdir. Özü də razılaşmışdır. Növbəti həftənin birinci günü Rahilin söylədiyi yuxarıda qeyd edilən sənədləri aparıb sonuncuya vermişdir. Həmin gün Rahillə görüşərkən sonuncu ondan Təqsirləndirilən şəxs2 adlı şəxsin adına işə qəbul barədə ərizə yazdırmış, daha sonra ona redaksiyanın direktorunun Təqsirləndirilən şəxs2 olduğunu, özünün sonuncunun müavini olduğunu, işləri Təqsirləndirilən şəxs2 ona, özünün də işçilərə tapşırdığını bildirmişdir. Özü də Rahilə inanmışdır. 2021-ci ilin fevral, mart, aprel aylarında mütəmadi olaraq işə gəlib getmişdir. 2021-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona adına əmək haqqı kartı ayrılması üçün Kapital banka təqdim edilməli olan xüsusi blank forması vermiş, həmin blankı doldurmağını, 05 mart 2021-ci il tarixdə həmin kartla birlikdə əmək haqqı alacağını bildirmişdir. 05 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 əmək haqqı kartını soruşduqda sonunucu həmin kartı 10 mart 2021-ci il tarixdə alacağını söyləmişdir. Lakin 10 mart 2021-ci il tarixdə də Rahil ona heç bir əmək haqqı kartı verməmiş, müxtəlif bəhanələr gətirərək əmək haqqı kartını Novruz bayramınadək, sonralar Novruz bayramından sonra alacağını bildirmişdir. Lakin ona heç bir əmək haqqı kartı verməmişdir. Aralarında əmək müqaviləsi bağlanmadığından hər dəfə Rahildən hansı səbəbdən əmək müqaviləsini bağlamadıqlarını soruşduqda sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək əmək müqaviləsi bağlamaqdan yayınmışdır. Buna baxmayaraq portalda adını yoxladıqda orada bir neçə dəfə Kənd Təsərrüfatı Nazirliyinin X101 redaksiyasına işə götürülüb-çıxarıldığını, əvvəlcə portalda əmək haqqının 700 manat, daha sonra 500 manat, sonralar 550 manat olduğunu, habelə gah oraya məsul katib, gah müxbir redaktor vəzifələrinə təyin edildiyini görmüşdür. Bütün bu proseslər 2021-ci ilin mart, aprel aylarında olmuşdur. Təqsirləndirilən şəxs1 hər dəfə bu barədə soruşduqda sonuncu ona sistem xətası olduğunu, onluq bir şey olmadığını, həmin məsələni aradan qaldıracağını bildirmişdir. Özü də Rahilin bu hərəkətləri şübhə doğursa da 2021-ci ilin fevral ayının 16-dan 2021-ci ilin aprel ayının sonlarınadək mütəmadi işə gəlibgetmişdir. İşdə olduğu müddətdə Təqsirləndirilən şəxs1 ona X101 redaksiyasına aidiyyəti olmayan işləri tapşırmışdır. Hətta dəqiq yadındadır ki, Rahil ona ayrı-ayrı tanımadığı və adlarını xatırlamadığı şəxslərin, aralarında türk müəlliflərin də olduğu məqalələri elektron poçt vasitəsi ilə göndərmiş, özü də Təqsirləndirilən şəxs1 göstərişi ilə həmin məqalələri ingilis, azərbaycan dillərinə çevirmiş, daha sonra Rahilə geri göndərmişdir. Bundan əlavə, Rahilin göstərişi ilə təqribən 20-30 nəfər adlarını hazırda xatırlamadığı xarici müəlliflərin adlarını xatırlamadığı saytlarda axtarmağını, daha sonra həmin şəxslərin adlarına “mail.ru” ünvanında elektron poçt açmağını, “orcid” saytında onların adlarına qeydiyyat aparmağını, daha sonra məqalələrin altında elektron poçtla bağlı qeydiyyat aparmağını, daha sonra pdf variantını ona atmağını tapşırmış, özü də Rahilin tapşırığı ilə bunları etmişdir. 2021-ci ilin aprel ayın əvvəllərinə kimi Baytarlıq İnstitutu ilə eyni həyətdə olan üç mərtəbəli tikilidə, 2021ci ilin aprel ayının əvvəllərindən isə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində fərqli ünvanda, 1 həftə sonra isə onun yaxınlığında tamam başqa binada xidmət aparmışdır. Onunla birlikdə orada Azərbaycan məktəbi və digər adlarını xatırlamadığı redaksiyanın əməkdaşları da çalışmışdır. Həmin vaxtlar Təqsirləndirilən şəxs1 Təhsil Nazirliyində yüksək vəzifədə çalışdığını bilmişdir. Həmin ərəfələrdə onunla əmək müqaviləsi bağlanılmamağı, portalda tez-tez vəzifə və maaşının dəyişməsi, işdən çıxarılıb təzədən işə götürülməyi, habelə Rahilin ona işə düzəlmə əmrini atmamağı onu çox narahat etmişdir. Hər dəfə Rahilə bu barədə dedikdə sonuncu müxtəlif bəhanələr gətirmişdir. Həmin ərəfələrdə çoxsaylı israrlarından sonra Rahil ona “whatsapp” messenger proqramı vasitəsi ilə əmrin surətini atmışdır. 01 may 2021-ci il tarixdən etibarən işə getməmişdir. Rahildən işlədiyi müddətə görə almadığı əmək haqqını istəmiş, sonuncu ona iki aylıq əmək haqqını verəcəyinə söz versə də onu bu günədək verməmişdir. Özü də Rahilin onu aldatdığını görüb sonuncudan işə düzəlmək üçün verdiyi 10.000 manat pulu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs1 ona həmin pulu qaytaracağını söz versə də bu günədək qaytarmamışdır. Şahid53 və Mərfətdən şikayətçi deyildir. Çünki fikrincə həmin şəxslərin özləri də onun kimi Təqsirləndirilən şəxs1 tərəfindən aldadılmışdır. Bu səbəbdən baş verənlərlə əlaqədar Rahildən şikayətçidir, sonuncunun ən ağır formada cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 bir-iki dəfə “X114” redaksiyasının inzibati binasında, Nərimanovdakı inzibati binada isə tez-tez görmüşdür. Rahilə qarşı əmək müqaviləsi ilə bağlı çoxsaylı israrlarından sonra sonuncu əmək müqaviləsini də hazırlamış, lakin möhürü Təqsirləndirilən şəxs2 vurmalı olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 gəldikdən sonra əmək müqaviləsinin sonuncu vərəqinə möhür vurulmuş, lakin möhürü kimin vurduğunu bilməmişdir. Onun verdiyi 10.000 manat puldan Təqsirləndirilən şəxs2 nəsə çatdığını bilmir. Sadəcə onu deyə bilər ki, danışıqları zamanı Təqsirləndirilən şəxs2 də ona Rahilin müavini olduğunu bildirmişdir. Lakin sonra həm Amal, həm də Rahil tərəfindən aldadıldığını bilmişdir. Baş verənlərlə əlaqədar həm Amal, həm də Rahildən şikayətçidir. (8-ci cild, i. v. 51-60) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid53 və Şahid54 Şahid52 ilə oxşar məzmunlu ifadə vermişdir. (8-ci cild, i. v. 67-70, 8-ci cild, i. v. 81-84) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid56 ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayında Fövqəladə Hallar Nazirliyində çalışan Şahid17 adlı tanışı ilə Bakı şəhəri, Xətai rayonunda adını xatırlamadığı kafedə oturarkən Təqsirləndirilən şəxs1 adlı şəxs oraya gəlmişdir. Həmin şəxs Əliyarın tanışı olmuş, sonuncu Rahillə onu tanış etmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs1 ona özünü Kənd Təsərrüfatı Nazirliyinin X101 baş redaktor müavini olduğunu bildirmişdir. Söhbət əsnasında bir-birlərinin əlaqə nömrəsini götürmüşdürlər. Həmin ərəfələrdə qonşusu Şahid57la söhbət edərkən sonuncu ona iş axtardığını, lakin heç bir yerdə iş tapa bilmədiyini bildirmiş və ondan iş tapmağını xahiş etmişdir. Sahibə maraqlanıb məlumat verəcəyini demişdir. Həmin ərəfələrdə tanışı Şahid58 Səxavət oğlu ilə danışarkən sonuncu da ondan iş tapmaqda köməklik etməyini xahiş etmişdir. Seymura da maraqlanıb məlumat verəcəyini bildirmişdir. Bundan sonra Rahilə zəng etmiş və sonuncu ilə görüşmüşdür. Görüş zamanı Rahilə tanışları Şahid58 və Şahid57 Kənd Təsərrüfatı Nazirliyinin X114na işə götürüb-götürə bilməyəcəyini soruşmuşdur. Rahil ona hazırda vakant yerlər olduğunu bildirmiş və hər iki şəxsin sözügedən jurnalın redaksiyasına müxbir redaktor işinə götürülməsi üçün ümumilikdə 6750 (altı min yeddi yüz əlli) manat pul istəmişdir. Həmin vaxt Rahil Sahibin əmək haqqının 500 manat, Seymurun isə 711 manat əmək haqqı olacağını söyləmişdir. Özü də razılaşmışdır. Bundan sonra Şahid57 və Şahid58 bu barədə demişdir. İşə düzəlmələri üçün mobil telefon vasitəsi ilə Şahid57 3750 manat, Şahid58 3000 manat pul vəsaitini verməsini istəmişdir. Sahib ona həmin 3750 manat pul vəsaitini yaşadığı ünvan 25 ünvanında təklikdə vermişdir. Seymur isə ona pulu olmadığını bildirərək yerinə 3.000 manatı verməyini, sonradan işə girdikdən sonra əmək haqqını alıb borcunu qaytaracağını bildirmişdir. Seymura yerinə Rahilə 3.000 manat verməyə razılıq vermişdir. Bundan sonra Sahibə məxsus 3.750 manat, özünə məxsus isə 3.000 manat olmaqla ümumilikdə 6750 manat pul vəsaitini üç dəfəyə Rahillə görüşməklə sonuncuya vermişdir. Belə ki, birinci dəfə Rahillə Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsində yerləşən Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitunun içərisində üçüncü mərtəbədə sonuncunun əyləşdiyi otaqda 3000 manat, ikinci dəfə Rahillə yaşadığı ünvan 25 ünvanının yaxınlığındakı adsız tikinti materialları dükanının qarşısında görüşərək 2250 manat, qalan 1500 manatı isə Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn küçəsində yerləşən Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitunun qarşısında Rahilə şəxsən vermişdir. Həmin pul vəsaitlərini Rahilə verərkən yanlarında heç kəs olmamışdır. Hər üç dəfə Rahillə 2021-ci ilin fevral ayında görüşsə də dəqiq tarixləri xatırlamır. Rahilə pulu verərkən Şahid58 və Şahid57 şəxsiyyət vəsiqəsi və diplomunun kserosurətlərini də həmin şəxslərin özlərindən alıb Rahilə vermişdir. Sonuncu dəfə Rahilə 1500 manat pul vəsaitini verdikdən sonra Rahil 01 mart 2021-ci il tarixdə Şahid57 və Şahid58 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X114na xatırlamadığı vəzifəyə işə düzəlmələri barədə əmrlər vermişdir. Şahid58 işə düzəlmə əmri 01 mart 2021-ci il tarixə, Şahid57 işə düzəlmə əmri isə 15 fevral 2021-ci il tarixə verilmişdir. Şahid58 əmrə əsasən məsul katib, Şahid57 isə müxbir redaktoru vəzifəsinə təyin olunmuşdur. Həmin şəxslərin işə düzəlmələrinə inanıb bu barədə onlara demişdir. Əmrlərin surətlərini Rahil həm ona, həm də Seymur və Sahibə vermişdir. Şahid57 və Şahid58 2021-ci ilin aprel-may aylarında işə gedibgəlmiş, səhv etmirsə isə 2021-ci ilin may ayında Rahil onlara Kənd Təsərrüfatı Nazirliyinin X101 bağlandığını bildirmiş və həmin şəxslər işdən çıxarılmışdır. İşlədikləri müddət ərzində isə heç bir əmək haqqı almamışdırlar. Bundan sonra Rahil tərəfindən Şahid57 və Şahid58la bağlı verilən əmrləri araşdırmış, həmin şəxslərin işə düzəlmədiklərini, ona verilən əmrlərin saxta olduğunu, Rahil tərəfindən aldadıldığını başa düşmüşdür. Bundan sonra Rahildən verdiyi pulu geri tələb etməyə başlamışdır. Rahil bu günədək ona heç bir pul vəsaiti qaytarmamışdır. Buna baxmayaraq Rahildən heç bir şikayət, iddia və tələbi yoxdur. (9-cu cild, i. v. 120-127, 10-cu cild, i. v. 108-111) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid58 Saxavat oğlu Şahid56 ilə oxşar məzmunlu ifadə vermişdir. (9-cu cild, i. v. 206-210) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid60 ifadəsində göstərmişdir ki, Şahid59 təqribən 2 il olar ki tanıyır, sonuncu ilə münasibətləri yaxşı olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2021-ci ilin mart ayında əvvəlcədən tanıdığı Şahid59la danışarkən sonuncu ona 2017-ci il tarixdə Cənubi X22 “Psixologiya” fakültəsinin psixologiya ixtisasını bitirdiyini, həmin diplomunu Təhsil Nazirliyində təsdiq etdirmək istədiyini bildirmiş və bu məsələdə köməklik göstərməsini xahiş etmişdir. Emilə bu barədə maraqlanıb məlumat verəcəyini demiş, həmin ərəfələrdə özünü Kamilla kimi təqdim edən, sonradan isə adının Gözəl olduğunu öyrəndiyi şəxslə danışarkən sonuncu ona Təhsil Nazirliyində çalışdığını, onunla birlikdə həmin Nazirlikdə işləyən tanışı vasitəsi ilə 4800 manayt pul vəsaiti müqabilində xarici diplomu təsdiq etdirə biləcəyini, bunun üçün hər hansı rus dili müsahibəsinə ehtiyac olmayacağını bildirmişdir. Özü bu barədə Şahid59 demiş, sonuncu da razılaşmışdır. Emilə Kamilla kimi tanıdığı Gözəl barədə heç bir məlumat verməmişdir. 2021-ci ilin mart ayında Emillə Azərbaycan Milli Elmlər Akademiyasının qarşısındakı “Hüseyn Cavid” parkında görüşmüşdür. Emil orada Rusiya Federasiyasında ali təhsil aldığı diplomu təsdiq etdirmək, onu rus dili müsahibəsinən keçirtmək üçün ona 4800 manat pul vəsaiti, habelə X82 İnstitununun diplomunun əslini, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportunun və digər sənədlərinin surətlərini vermişdir. 4800 manat pul vəsaitini alıb sayaraq götürmüş, daha sonra həmin pulla birlikdə X82 İnstitununun diplomunun əslini, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və digər sənədlərinin surətlərini də Emildən alaraq tezliklə diplomunu təsdiq etdirəcəyini bildirib oradan getmişdir. Həmin gün Təqsirləndirilən şəxs3 Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən evinin olduğu binanın yanında “Araz market”in qarşısında sonuncuya 4000 manat pul vəsaiti, habelə Şahid59 diplomu və digər sənədlərini vermişdir. Gözəl həmin sənədləri və pulu alıb onları Azərbaycan Respublikası Təhsil Nazirliyində çalışan vəzifəli tanışına verəcəyini, 45 gün-2 ay müddətində diplomun təsdiq ediləcəyini, bu barədə şəhadətnamələrin ona veriləcəyini bildirmişdir. Gözələ 800 manatı özündə saxlayacağını, şəhadətnamələr hazır olanda xəbər etməyini, həmin vaxt 4000 manatdan əlavə 800 manat da pul verəcəyini bildirmişdir. Gözəl də razılaşmışdır. 2021-ci ilin may ayında Gözəl ona Şahid59 diplomunun təsdiq edildiyini bildirmiş, 800 manat pulu istəmişdir. Özü də həmin 800 manat pulu Təqsirləndirilən şəxs3 Həzi Aslanov metrostansiyasımn yaxınlığında yerləşən evinin olduğu binanın yanında “Araz market”in qarşısında sonuncuya vermişdir. Bununla Gözələ 4800 manat pul vermiş, Gözəl də ona diplom təsdiqinə dair şəhadətnamələrin əsllərini vermişdir. Özü də həmin şəhadətnamələri aparıb Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığındakı Onkoloji xəstəxananın qarşısında Şahid59 vermişdir. 2021-ci ilin sentyabr ayında Emil ona zəng edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Şöbəsinə iş üçün müraciət edərkən diplomunun təsdiq edilmədiyini, sistemə qeydiyyata düşmədiyini bildirmişdir. Gözələ zəng etmiş, sonuncu ona Təhsil Nazirliyində sistemin ayda bir dəfə açıldığını bildirib ondan bir ay vaxt istəsə də vədinə əməl etməmişdir. Bundan sonra Gözələ mesajlar yazaraq və ona zəng edərək sonuncudan pulu geri istəmişdir. Lakin Gözəl bu günədək pulu geri qaytarmamışdır. Gözəlin hansı səbəbdən ona özünü Kamilla kimi təqdim etməsini bilmir. Sadəcə onu dəqiq deyə bilər ki, Emilin diplom təsdiq etdirmək üçün Təhsil Nazirliyinin vəzifəli şəxslərinə vermək adı ilə ona verdiyi 4800 manat puldan özünə heçnə götürməmiş, hamısını Gözələ vermiş, Gözəl də hazırki dövrədək həmin pul vəsaitlərini geri qaytarmamışdır. Təqsirləndirilən şəxs3 Təhsil Nazirliyində kiməsə həqiqətən diplom təsdiqi üçün pul vəsaiti verib-verməməsini bilmir. Gözəl ona Təhsil Nazirliyinin heç bir vəzifəli şəxsinin adını çəkməmişdir. Gözəlin kiməsə pul vəsaiti verməsini görməmişdir. Baş vermiş hadisə ilə bağlı Gözəldən şikayətçidir. (8-ci cild, i. v. 93- 97) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid65 ifadəsində göstərmişdir ki, arvadı Şahid66 01 oktyabr 2021-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək olan müddətdə Naxçıvan MR, Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən uşaq bağçasında çalışmışdır. Hazırda heç bir yerdə işləmir. Mahiyyəti üzrə bir daha bildirir ki, Şahid67 2021-ci ilin avqust ayından tanıyır. Belə ki, həmin ərəfələrdə sonuncu videooperator işləri ilə əlaqədar ona müraciət etmiş, qeyd edilən vaxtdan aralarında tanışlıqları yaranmışdır. Aralarında hər hansı ədavət və ya düşmənçilikləri yoxdur. Fərmanla münasibəti yarandıqdan sonra sonuncu ona geniş əlaqələri olduğunu, əgər qohumunda kimi istəyirsə istənilən vəzifəyə işə düzəldə biləcəyini bildirmişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində, Şahid66 Sədərək rayonu, Heydərabad qəsəbəsində işlədiyi vaxtlarda Fərmana arvadı Şahid66 qeyd edilən uşaq bağçasında çalışdığını, sonuncunu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 126 nömrəli uşaq bağçasına yerdəyişmə etmək istədiyini bildirmiş, bu məsələdə köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. Fərman da ona bir nəfər Sevda adlı tanışının olduğunu, sonuncunun geniş əlaqələrə malik bir şəxs olduğunu, həmin şəxsin bu məsələdə köməkllik göstərə biləcəyini, istəyirsə Sevda ilə maraqlanıb ona məlumat verə biləcəyini bildirmişdir. Özü də Fərmandan Sevda ilə maraqlanmasını xahiş etmişdir. 2021-ci ilin oktyabr ayının ortalarında Fərman ona zəng edib Sevda ilə danışdığını, sonuncunu Rahil adlı tanışı vasitəsi ilə 2500 manat pul vəsaiti müqabilində arvadı Şahid66 Naxçıvan MR, Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən uşaq bağçasından Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 126 nömrəli uşaq bağçasına yerdəyişmə etdirə biləcəyini bildirdiyini demiş, ondan razı olub-olmadığını soruşmuşdur. Özü də razı olduğunu bildirmişdir.13 oktyabr 2021-ci il tarixdə Fərmanla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən yaşadığı binanın qarşısında görüşmüşdür. X107 Hacızadənin diplom və digər sənədlərinin surətini hazırladığını bildirmişdir. Fərman isə həmin sənədləri Sevdaya verməli olduqlarını söyləmişdir. Bundan sonra Fərmanla birlikdə sonuncunun göstərdiyi istiqamətlər əsasında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Bazarstore” marketinin qarşısına getmişdirlər. Orada Fərman onu Sevda adlı qadınla tanış etmiş və Sevdanın həmin ərazidə yaşadığını bildirmişdir. Sevda ona Bakı şəhəri İcra Hakimiyyətində çalışan Rahil adlı tanışının işi həll elədiyini, hər şeyin hazır olduğunu bildirmiş və ondan Şahid66 sənədlərini istəmişdir. Sevda həmin vaxt ondan 2500 manat pulu gətirib-gətirmədiyini soruşmuşdur. Özü də Sevdaya pul gətirmədiyini bildirmişdir. Sevda əsəbləşmiş, hər bir halda Nigarın sənədlərini verərkən ilkin olaraq 500 manat, Nigarın işə düzəlmə əmri verildikdən sonra 2.000 manat verməyini təklif etmişdir. Özü də ilk əvvəl razılaşmasa da Sevdanın çoxsaylı israrından sonra buna razılaşmışdır. Orada Nigarın sənədlərini Sevdaya vermiş, Sevdanın əlaqə nömrəsini götürmüşdür. Sevda ona “whatsapp” Messenger proqramı vasitəsi ilə bir "xxxx"a məxsus bank kartının şəklini atmış və 500 manatı həmin hesaba köçürməyini xahiş etmişdir. Həmin kartın kimə məxsus olması yadında deyil. Həmin gün axşam saatlarında Sevdanın ona atdığı bank kartına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Araz marketin içərisində yerləşən Milliön aparatı vasitəsi ilə 500 manat pul vəsaiti köçürmüşdür. Daha sonra Sevdaya zəng edib pulun çatıb-çatmadığını soruşmuş, Sevda pulun çatdığını bildirmişdir. Təqribən 2 gün sonra Fərman ona zəng edərək Sevda və Rahillə görüşüb Nigarın yerdəyişmə olunacağı bağçaya gedəcəklərini, orada Nigarın sənədlərini Rahilin bağça müdirəsinə təqdim edəcəyini bildirmişdir. Özü də razılaşmışdır. Bundan sonra həmin vaxtlar etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Fərmanı Hövsan qəsəbəsindəki ünvanından götürüb Sevdanın yaşadığı ünvana getmişdirlər. Sevdanı da oradan götürdükdən sonra birlikdə Bakı şəhər İcra Hakimiyyətinin qarşısına getmişdirlər. Həmin vaxt maşını Bakı şəhər İcra Hakimiyyətinin park yerində saxlamış və Rahilin çıxmağını gözləmişdirlər. Bir neçə dəqiqə sonra bir nəfər orta boylu, kök bədən quruluşlu şəxs İcra Hakimiyyətinin binasından çıxmışdır. Həmin vaxt Sevda həmin şəxsi göstərib Rahil olduğunu, sonuncunun Bakı şəhəri İcra Hakimiyyətində çalışdığını bildirmişdir. Lakin Sevda ona Rahilin İcra Hakimiyyətində konkret olaraq hansı vəzifədə çalışdığını bildirməmişdir. Bundan sonra Fərman və Sevda ilə birlikdə maşından düşüb Rahilə yaxınlaşmışdırlar. Rahil Sevdanı tanımış, orada Rahil özünü Bakı şəhər İcra Hakimiyyətinin işçisi kimi təqdim etmiş, konkret olaraq hansı vəzifədə çalışdığını deməmişdir. Rahil ona Şahid66 yerdəyişmə olunması ilə bağlı bütün işi hazır etdiyini, Nigarın həmin həftənin 5-ci günü işə çıxacağını bildirmiş və vaxt itirmədən sənədləri aparıb bağçaya verməyi təklif etmişdir. Bundan sonra dördü birlikdə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə Hövsan qəsəbəsində yerləşən 126 nömrəli bağçanın qarşısına getmişdirlər. X108 sənədləri ilə birlikdə maşından düşməyə hazırlaşmış və həmin vaxt ondan 2000 manat pulu verməyini istəmişdir. Özü də zərfin içərisində 2000 manatı Rahilə vermişdir. Zərfi Rahilə verərkən orada 2000 manat pul vəsaiti olduğunu bildirmişdir. Bütün bunları Fərman və Sevda da görmüşdür. Rahil Nigarın sənədlərini və içərisində 2000 manat olan zərfi götürüb bağçanın giriş darvazasına yaxınlaşmışdır. Orada şəxsiyyətini bilmədiyi bir nəfər xadiməyə yaxınlaşıb bir neçə dəqiqə sonra Rahil geri qayıtmışdır. Geri qayıdıb Rahil ona və maşındakılara bağça müdirəsinin işə çıxmadığını, covid 19 xəstəliyinə yoluxduğunu bildirmiş və hər bir halda həftənin 5-ci gününə, yəni 2021-ci ilin oktyabr ayının axırına kimi Nigarın əmrinin çıxacağını və sonuncun həmin bağçaya işə gəlib-gedəcəyini bildirmişdir. Bundan sonra əvvəlcə Rahili “Elmlər Akademiyası” metrostansiyasının qarşısında, daha sonra Sevdanı 9-cu mikrorayonda, Fərmanı isə Hövsan qəsəbəsində düşürtmüşdür. 2021-ci ilin oktyabr ayının axırlarınadək gözləmiş, lakin Nigarın yerdəyişmə əmri verilməmişdir. Hər dəfə Rahil, Sevda və Fərmanla danışarkən müxtəlif bəhanələr gətirib ona səbrli olmağını bildirmişdirlər. 2-3 ay bu məzmunda danışıq və yazışmaları olmuşdur. Heç bir nəticə olmadığını görüb aldadıldığını başa düşmüş və Rahil, Fərman və Sevdadan verdiyi 2500 manat pulu geri istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 verdiyi pul vəsaitini geri qaytaracağına söz vermişdir. Bank kartı olmadığı üçün Fərman ona öz bank kartını vermiş və Rahildən pulu oraya atmağını bildirmişdir. Həqiqətən də Təqsirləndirilən şəxs1 oraya 2021-ci ilin dekabr ayından sonra dəqiq xatırlamadığı tarixlərdə hissə-hissə olmaqla ümumilikdə 1750 manat pul vəsaitini köçürməklə geri qaytarmışdır. Hazırda ona 750 manat geri qaytarılmalıdır. Bu səbəbdən də şikayətçidir. Şahid66 çalışdığı Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən uşaq bağçasından heç bir yerə yerdəyişmə olunmamışdır. Sonuncu Fərman, Sevda və Rahillə görüşlərinin heç birində iştirak etməmişdir. Habelə, Şahid66 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki 126 nömrəli bağçaya yerdəyişmə olunmasından ötrü həmin bağçanın, Bakı şəhər İcra Hakimiyyətinin hər hansı vəzifəli şəxsi ilə danışmamış, oranın vəzifəli şəxslərindən hər hansı pul vəsaiti tələb etməmiş, almamışdırlar. Eləcə də Rahil, Sevda, Fərman ona bağçanın hər hansı vəzifəli şəxsi ilə danışdığını bildirməmiş, hər hansı şəxsin adını çəkməmişdirlər. (12-ci cild, i. v. 164-169) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid66 Şahid65 ilə oxşar məzmunlu ifadə vermişdir. (12-ci cild, i. v. 172-176) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid68 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Şahid67 bir neçə il olar ki tanıyır, həmin şəxslərin hər ikisi ilə münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2021-ci ilin oktyabr ayının əvvəllərində Fərman ona müraciət edərək Kamal adlı tanışının arvadı Şahid66 Naxçıvan MR, Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən uşaq bağçasında çalışdığını, Kamalın arvadı Nigarı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 126 nömrəli uşaq bağçasına yerdəyişmə etdirmək istədiyini bildirmiş, bu məsələdə ondan köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. Özü də Fərmana bir nəfər tanışının olduğunu, sonuncunun Bakı şəhər İcra Hakimiyyətində çalışdığını, geniş əlaqələrə malik bir şəxs olduğunu, bu məsələdə ona köməklik göstərə biləcəyini, istəyirsə maraqlanıb məlumat verə biləcəyini bildirmişdir. Fərman da ondan bu barədə maraqlanmağını xahiş etmişdir. Bundan sonra Rahil adlı tanışına müraciət etmişdir. Rahil ona uzun müddətdir ki, özünün Bakı şəhər İcra Hakimiyyətində çalışdığını bildirdiyindən, yerdəyişmə olunmalı olan bağça da Bakı şəhərində yerləşdiyindən Rahilin bu işlərdə köməklik edə biləcəyini düşünmüşdür. 2021-ci ilin oktyabr ayının ortalarında Rahilə öz şəxsi istifadəsində olan mobil nömrədən zəng edib Naxçıvan MR, Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən uşaq bağçasından Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 126 nömrəli uşaq bağçasına yerdəyişmə etdirib-etdirə bilməyəcəyini soruşmuş, Rahil də ona Bakı şəhər İcra Hakimiyyətində olan vəzifəli tanışlarının köməkliyi ilə bu işi edə biləcəyini, bunun üçün ona 2500 manat pul vəsaiti verilməli olduğunu, özünün həmin pul vəsaitini işi həll edən vəzifəli şəxslərə verəcəyini bildirmiş, lakin həmin vəzifəli şəxslərin adını deməmişdir. Rahilə inanmış və bu barədə Fərmana demişdir. Fərman da Kamal adlı tanışına demiş və sonuncu bu məqsədlə 2500 manat pul vəsaitini verməyə razılaşmışdır. Bu danışıqdan bir müddət sonra Rahilin tələbi üzrə Fərmana zəng edərək yerdəyişmə olunmalı olan şəxsin şəxsiyyət vəsiqəsi, diplomu və digər xatırlamadığı sənədlərin surətlərini hazır etməyini, onları və yerdəyişmə məqsədi ilə verilməli olan 2.500 manat pul vəsaitini yaşadığı binanın qarşısına gətirmələrini xahiş etmişdir. Bundan sonra dəqiq xatırlamadığı tarixdə Fərman və Kamal birlikdə onun yaşadığı 9-cu mikrorayon ərazisində yerləşən “Bolmart” marketinin qarşısına gəlmiş, orada Fərman onunla Kamalı tanış etdirmişdir. Həmin vaxt Kamala Fərmanın yanında Bakı şəhər İcra Hakimiyyətində çalışan Rahil adlı tanışı olduğunu, əgər istəyərsə həmin şəxsin köməkliyi ilə arvadı Şahid66 çalışdığı Naxçıvan MR, Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən uşaq bağçasından Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 126 nömrəli uşaq bağçasına yerdəyişmə edə biləcəyini demişdir. Kamal bir daha razılaşmış və arvadı Şahid66 diplomunu ona təqdim etmişdir. Həmin görüşdə Kamala müraciət edib 2500 manat pul vəsaitini gətirib-gətirmədiyini soruşduqda sonuncu gətirmədiyini bildirmişdir. Buna görə əsəbləşmiş və Kamala axşam şəklini göndərəcəyi bank kartına 500 manatı yükləməyini, əmr verildikdən sonra qalan 2.000 manat verməyini bildirmişdir. Kamal da razılaşmışdır. Gününü dəqiq xatırlamasa da, təxminən ya növbəti gün, ya da həmin gün, amma hər bir halda 2021ci ilin oktyabr ayında Kamala “whatsapp” Messenger proqramı vasitəsi ilə övladı Zaur Zərbəliyevin "xxxx" ASC-yə məxsus pensiya kartının şəklini atmış, şəklini göndərdiyi həmin karta Kamal “Milliön” aparatı vasitəsi ilə 500 manat məbləğində pul köçürmüşdür. Zaurun bundan xəbəri olmamış, sonuncunun həmin kartı onda olmuş, şifrəsini də bildiyindən istifadə edib 9-cu mikrorayon ərazisində Bolmart marketin qarşısındakı "xxxx"a məxsus bankomatdan həmin 500 manat pul vəsaitini çıxarıb özündə saxlamışdır. Fikirləşmişdir ki, qalan 2000 manat pul vəsaitini əldə etdikdən sonra ümumilikdə 2500 manatın hamısını birlikdə Rahilə verər. Təxminən 2-3 gün keçdikdən sonra Rahil ondan 2500 manat pul vəsaitini istəmişdir. Fərmana qalan 2000 manatı gətirmələrini, Rahilin pulunu istədiyini bildirmişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı tarixdə Kamal idarə etdiyi “Toyota Prius” markalı maşını ilə Fərmanla birlikdə onun yaşadığı ünvana gəlmiş və onu yaşadığı ünvandan götürmüşdürlər. Maşını Kamal sürmüşdür. Maşında olarkən Rahilə zəng etmiş, Rahil onunla danışarkən sonuncu onları iş yerinə, yəni Bakı Şəhər İcra hakimiyyətinin inzibati binasının qarşısına çağırmışdır. Bakı ŞİH-nin inzibati binasının qarşısına çatdıqdan sonra Rahilə zəng vurmuş, Rahil isə ona gözləmələrini bildirmişdir. Yarım saat gözlədikdən sonra Rahil Bakı şəhəri İcra Hakimiyyətinin inzibati binasından çölə çıxmışdır. Bundan sonra Fərman və Kamalla birlikdə Rahil adlı həmin şəxsə yaxınlaşmışdırlar. Rahil onlara özünü orada Bakı şəhər İcra Hakimiyyətinin işçisi kimi təqdim etmiş, lakin konkret hansı vəzifədə çalışdığını bildirməmişdir. Orada Rahil onlara Şahid66 yerdəyişmə işi ilə bağlı sənədləri hazır etdiyini, Nigarın 5-ci gününə kimi işə çıxacağını bildirmiş və vaxt itirmədən sənədləri aparıb bağçaya verməyi təklif etmişdir. Maşına minərkən Rahilə yaxınlaşıb sonuncuya 500 manat pul vəsaitini vermişdir. Fərman və Kamalın Rahilə pul vəsaiti verdiyini görməmiş, nə də ki, bu barədə heç kəsə heçnə deməmişdir. Dördü birlikdə Kamalın idarə etdiyi maşına minmiş və Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 126 nömrəli bağçaya getmişdirlər. Yol boyu ümumi söhbətlər olmuşdur. Rahil onları bu işi həll edəcəyinə daha da inandırmışdır. 126 nömrəli bağçanın qarşısına çatdıqdan sonra Rahil maşından düşərkən Kamaldan 2000 manat pulu verməyini tələb etmişdir. Kamal zərfin içində Rahilə 2000 manat pul vəsaitini vermiş və zərfin içərisində 2000 manat pul vəsaiti olduğunu bildirmişdir. Həmin vaxt Rahil ondan Nigarın sənədlərini almışdır. Bundan sonra Rahil içərisində 2000 manat pul olan zərfi, Nigarın sənədlərini götürüb bağçaya yaxınlaşmışdır. Bağçanın qapısında dayanan bir nəfər tanımadığı xanım Rahilə müdirin bağçada olmadığını, sonradan isə müdirin koronovirusa yoluxması ilə əlaqədar işə çıxmadığını bildirmişdir. Bundan sonra Rahil geri qayıtmış və maşına əyləşmişdir. Həmin vaxt Rahil onlara hər bir halda həmin həftənin 5-ci gününə, yəni 2021-ci ilin oktyabr ayının axırlarına kimi Nigarın yerdəyişməsinin baş tutacağını, sonuncunun əmrinin veriləcəyini, 2021-ci ilin oktyabr ayının axırlarından Nigarın həmin bağçaya işə çıxacağını bildirmişdir. Onlar da Rahilə inanmışdırlar. Maşında olarkən Rahil, Kamal və Fərman bir-birlərinin əlaqə nömrələrini götürmüşdürlər. Daha sonra müəyyən ardıcıllıqla özü və Rahil müxtəlif ünvanlarda maşından düşmüşdürlər. 2021-ci ilin oktyabr ayının axırlarınadək gözləmiş, lakin Nigarın əmri çıxmamışdır. Bundan sonra məsələnin yubandığını görüb Rahilə zəng vurub sonuncunu tələsdirməyə başlamışdır. Rahil isə onlara aldatmadığını, Nigarı Hövsandakı bağçaya yerdəyişmə edəcəyini demiş, lakin sonda heç bir nəticə əldə etmədiklərini görüb bir neçə ay sonra Kamal Fərman vasitəsi ilə ona, özü də Rahilə müraciət edərək verdiyi pulu qaytarmağını tələb etmişdir. Eşitdiyinə görə Fərman xx.xx.2022-ci il tarixdə Rahil adlı şəxsdən Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə şikayət etmişdir. Həm Kamal və Fərman adlı şəxslər, həm də özü Rahilin Bakı ŞİH-də çalışdığına inanmışdır. Çünki Rahil ona özünün Bakı şəhəri İcra Hakimiyyətinin işçisi olduğunu bildirmişdir. Rahil onların hamısını aldatmışdır. Onun Rahil ilə Fərman və Kamalı tanış etməyində heç bir maddi və sair marağı olmamışdır, bu işlərdə sadəcə olaraq Fərmanın xahişi əsasında vasitəçilik etmişdir. Onun bu işlərdə nə Rahillə, nə də ki Fərmanla əlbirliyi olmamışdır. Özü də Fərman və Kamal kimi aldadılmışdır. Baş vermiş hadisə ilə bağlı hər hansı şikayət, iddia və tələbi yoxdur. (12-ci cild, i. v. 183-188) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid67 Şahid68 ilə oxşar məzmunlu ifadə vermişdir. (12-ci cild, i. v. 177-182) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, Ukrayna Respublikasının Odessa Texniki Universiteti tərəfindən verilmiş mütəxəssis diplomununun Azərbaycan Respublikasında tanınması və Azərbaycan Respublikasında idarəetmə ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentliyinin müəyyən edilməsində köməklik göstərilməsi məqsədilə 2020-ci ilin iyul ayında Təqsirləndirilən şəxs2 müraciət etmişdir. Təqsirləndirilən şəxs2 ona Rahil adlı tanışının Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışı vasitəsilə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və diplom üzrə ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) imkanına malik olduğunu bildirmişdir. Belə ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar həmin tanınma hərəkətinin aparılması vəzifəsi məhkəmənin səlahiyyətində olmasına baxmayaraq, həmin məsələnin məhkəmədən kənar qanuna zidd yollarla həllinə görə 3500 manat pul vəsaitinin verilməsinin vacibliyini Təqsirləndirilən şəxs2 ona bildirmişdir. Özü sözügedən məbləği verməyə razılaşmışdır. 2020-ci ilin iyul ayının 15-də pulu hazır etdiyi üçün bu barədə Amala, Amal da Rahilə məlumat vermişdir. Həmin gün əvvəlcə Amal onun xidməti otağına gəlmiş, Rahilin çöldə gözlədiyini, pulu və sənədləri istədiyini bildirmişdir. Özü də Amala pulun və sənədlərin maşında olduğunu söyləmişdir. Amalla birlikdə AMEA-nın inzibati binasından çölə çıxmış, ona məxsus “Kia Sportage” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə getmişdir. Münasibəti mehriban olmağı səbəbindən zarafat məqsədi ilə Amalı maşınına mindirməmişdir. Bir qədər sonra Rahil gəlib maşınına minmişdir. Maşında Rahilə 2.500 manat pul vəsaiti və diplomuna dair sənədləri təqdim etmişdir. Rahil ona qısa müddət ərzində Təhsil Nazirliyində çalışan yüksək vəzifəli tanışları vasitəsi ilə xarici diplomunu təsdiq etdirəcəyini bildirmiş və bundan sonra maşından düşüb oradan getmişdir. 2021-ci ilin iyun ayında Rahil ondan qalan 1000 manatı da istədiyindən sonuncunun arvadı Ayselin adına olan əmək haqqı kartına 1.000 manat pul vəsaiti göndərmiş, Rahil də ona zəng edərək pulu əldə etdiyini bildirmişdir. 3500 manat pul vəsaitini verməsinə baxmayaraq heç bir iş görülməmiş, xarici diplomu təsdiq edilməmişdir. Sonradan aldadıldığını başa düşüb verdiyi pulu Rahil və Amaldan geri istəmişdir. Verdiyi 3500 manat puldan Rahil hissə-hissə olmaqla ona cəmi 900 manat qaytarmış, qalan 2600 manatı bu günədək qaytarmamışdır. (9-cu cild, i. v. 176-179) Şahid məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid86 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təqribən 1-2 il olar ki, tanıyır. Təqsirləndirilən şəxs3 isə 2019-cu il tarixdən tanıyır. Həmin şəxslərlə münasibətləri normal olmuş, hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. 2017-ci il tarixdən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və X3 Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. Mahiyyəti üzrə bildirir ki, 2019-cu ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə bacısı Aygün ona zəng edərək Gözəl adlı bir tanışının olduğunu, onu Azərbaycan Respublikası Təhsil Nazirliyinə tərcüməçi işinə düzəltmək imkanına malik olubolmadığını soruşmuşdur. Özü də bu barədə maraqlanıb məlumat verəcəyini bildirmiş, iş yoldaşı Vidadidən bu işdə köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. Vidadi Təhsil Nazirliyində çalışan tanışları vasitəsi ilə bu işdə köməklik edə biləcəyini bildirmiş, özü də bu barədə Aygünə demişdir. Aygün onun mobil nömrəsini Gözələ vermişdir. Həmin ərəfələrdə dəqiq xatırlamadığı tarixdə Gözəl ona zəng etmişdir. Gözələ özünü təqdim edib növbəti gün Milli Elmlər Akademiyasına gəlməyini, orada onunla görüşə biləcəyini söyləmişdir. Telefonda aralarında başqa danışıq olmamışdır. Gözəl də onunla razılaşmışdır. Həmin vaxt iş yoldaşı Vidadi Vəliyevə bu barədə demişdir. Vidadi ona Təhsil Nazirliyində çalışan yüksək vəzifəli tanışı olduğunu, həmin tanışı vasitəsilə Gözəl adlı tanışını 6000 manat pul vəsaiti müqabilində Təhsil Nazirliyində tərcüməçi vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. Növbəti gün Gözəllə Milli Elmlər Akademiyasının inzibati binasının qarşısında görüşmüşdür. Görüş zamanı Gözələ Təhsil Nazirliyinə tərcüməçi vəzifəsinə təyin edilməsindən ötrü 6000 manat pul vəsaiti verməli olduğunu, həmin pulu Təhsil Nazirliyində çalışan yüksək vəzifəli tanışına verəcəyini, bundan sonra tərcüməçi vəzifəsinə düzələcəyini demişdir. Gözəl də işə düzəlməyi üçün 6000 manat pul vəsaiti verməyə razılıq vermişdir. Danışıqları əsasında 2019cu ilin yay ayında Gözəl onun Milli Elmlər Akademiyasının inzibati binasında yerləşən xidməti otağına gəlmiş, orada ona işə düzəlməyi məqsədi ilə ilkin olaraq 4000 manat pul vəsaiti vermişdir. 4000 manat pul vəsaitini alıb saymış, məbləğin doğru olduğunu görüb, qalan 2000 manatı da qısa müddətdə verməyini Gözələ bildirmişdir. 2019-cu ilin yay ayında Gözəl ona 4000 manatı verdikdən təqribən 2 həftə sonra sonuncu və Aygünlə “28 may” metrostansiyasının dəmiryolu stansiyası tərəfində olan çıxışının qarşısında görüşmüşdür. Həmin görüş zamanı Gözəl ona 1000 manat vermiş, Aygün də bunu görmüşdür. Gözəldən pulu alarkən hansı səbəbdən 2000 manatı tam gətirmədiyini soruşmuş, sonuncu da ona qalan 1000 manatı qısa müddətdə gətirəcəyini bildirmişdir. Bu görüşdən təqribən 10 gün sonra Vidadi pulu istədiyi üçün Gözələ zəng etmiş, həmin vaxtlar bacısı Aygün yanına gəldiyi üçün Gözəldən pulu bacısı Aygünə verməsini xahiş etmişdir. Gözəl Aygünlə Bakı şəhəri, Xətai rayonu, Cavanşir Məmmədov küçəsində yerləşən “7 Gözəl” adlı gözəllik salonunun qarşısında görüşmüş, orada Aygün Gözəldən 1000 manat pulu alaraq yaşadığı ünvan 36 ünvanında ona vermişdir. Bundan sonra Gözəlin ona işə düzəltmək üçün verdiyi və Vidadinin ondan istədiyi 6000 manat tam hazır olmuşdur. Gözəlin ona hissə-hissə olmaqla verdiyi ümumilikdə 6000 manatdan heç bir vəsaiti xərcləməmiş, bunda heç bir maddi və ya sair marağı olmamışdır. 6000 manat hazır olduqdan sonra Gözəli Milli Elmlər Akademiyasının inzibati binasına çağırmış, orada Gözəlin yanında Azərbaycan Millli Elmlər Akademiyasının inzibati binasında ikinci mərtəbədəki dəhlizdə iş yoldaşı Vidadiyə 6000 manat pul vəsaitini vermişdir. Gözəl də bunu görmüşdür. Pulu aldıqdan sonra Vidadi harasa getmiş, lakin Vidadi ona hara getdiyini deməmişdir. Gözəl ondan pulu verdiyi şəxsin kim olduğunu soruşmuş, özü də həmin şəxsin Vidadi olduğunu bildirmişdir. Bundan sonra Gözəl də oradan getmişdir. Növbəti gün Vidadi ona Gözəlin işə düzəlmək məqsədi ilə verdiyi pulu Təhsil Nazirliyində çalışan tanışına verdiyini bildirmişdir. 2019-cu ilin iyun ayında Gözəl və tanışı Vidadi ilə birlikdə Təqsirləndirilən şəxs1 Azərbaycan Milli Elmlər Akademiyasının yaxınlığında yerləşən ofisinə getmişdirlər. Orada Rahil adlı şəxslə tanış olmuşdurlar. Həmin vaxt Rahili orada ilk dəfə idi ki, görmüşdürlər. Təqsirləndirilən şəxs1 onlara özünü “Azərbaycan məktəbi” jurnalının redaksiyasın baş redaktoru olduğunu bildirmiş və onlara Gözəlin orada işləyəcəyini, hələ ki, ofisdə yer olmadığını, bir müddət evdə oturub onlayn işləməyini, Təhsil Nazirliyinin inzibati binasına köçən kimi xəbər verəcəyini demişdir. Gözəl də bununla razılaşmışdır. Görüşdən iki həftə sonra Rahil Gözələ zəng edib iş yerinə çağırmışdır. Bundan sonra Gözəl işə gedib-gəlməyə başlamışdır. Səhv etmirsə Rahil 2019-cu ilin iyun ayından dekabr ayınadək olan müddətdə Gözələ iki ay nağd qaydada 450 manat, qalan aylarda isə 270 manat köçürməklə pul vəsaiti vermişdir. Rahil əmək haqqını gec verdiyi üçün arabir Gözəl ona yazıb öz narazılığını bildirmişdir. Özü də Rahilə zəng edib bu barədə söyləmiş, sonuncu da ona hər dəfə müxtəlif bəhanələr söyləyərək onu özünə inandırmışdır. 2019-ci ilin dekabr ayında Rahilgilin iş yerlərinin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinə keçirildiyini öyrənmişdir. Gözəl də həmin ünvana işə səhv etmirsə 2020-ci ilin yanvar ayının axırlarınadək gedib-gəlmişdir. 2020-ci ilin yanvar ayının axırlarında Rahillə Gözəlin arasında işdə narazılıq yarandığından sonuncunun xahişi əsasında iş yerinə getmiş, Rahildən Gözəli işdən çıxartmamasını xahiş etmişdir. 2020-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək olan müddətdə Gözəl onlayn qaydada işləmiş, əmək haqqı almışdır. 2020-ci ilin mart ayında pandemiya olmuş, bildiyinə görə Gözəl həmin dövrlərdə də əmək haqqı almışdır. Bundan sonra Gözəl Rahilin köməkliyi ilə Təqsirləndirilən şəxs2 baş redaktoru olduğu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elmi” jurnalı redaksiyasında işə götürülmüş və orada çalışmışdır. Lakin onun bu işlərdə heç bir rolu olmamışdır. Sadəcə onu deyə bilər ki, Gözəl bir müddət ora gedib-gəldikdən sonra aldadıldığını, heç bir əmək haqqı almadığını bildirmiş və işə düzəlmək məqsədi ilə verdiyi pulu geri tələb etmişdir. Bundan sonra Vidadiyə etirazını bildirib Gözəlin pulunu geri istədiyini söyləmişdir. Həmin vaxt Vidadi ona Gözəlin işə düzəlmək məqsədi ilə verdiyi 6000 manat pulun olduğu qaydada Şahid1 adlı tanışı vasitəsi ilə Rahilə verildiyini bildirmişdir. Bundan sonra Vidadi Zaurla danışmışdır. Sonrakı dövrlərdə Gözəlin başqa bir yerdə işə düzəldiyini öyrənmiş, lakin Gözəlin necə işə düzəldiyini, hara işə düzəldiyini bilməmişdir. Bundan əlavə 2019-cu ilin iyul ayında Gözəl ona müraciət edib Yetər adlı qohumu olduğunu, X75 İmtahanında aşağı bal topladığını, sonuncunun Sumqayıt şəhərindəki orta məktəblərdən birinə işə düzəltmək istədiyini bildirmişdir. Özü də AMEA-da çalışan tanışı Təqsirləndirilən şəxs2 bu barədə demiş, sonuncu ona 4500 manat pul vəsaiti müqabilində X67 Qəbulu imtahanında topladığı balı qaldırmaqla həmin şəxsi Sumqayıt şəhərindəki orta məktəblərdən birinə işə düzəldə biləcəyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ona bu işi Təhsil Nazirliyində çalışan adını demədiyi tanışı vasitəsi ilə edəcəyini söyləmişdir. Amala inanıb bu barədə Gözələ məlumat vermişdir. Belə ki, Gözələ Amal adlı tanışının bu işi 4500 manat pul vəsaiti müqabilində həll edəcəyini bildirmişdir. Gözəl də ona özünün bir qədər artıq məbləğ deyəcəyini, özünə zəhmət haqqı götürəcəyini bildirmişdir. Özü isə Gözələ bu barədə heçnə deməmişdir. Bu işdə özünün heç bir maddi və sair marağı olmamışdır. 2019-cu ilin oktyabr ayında Gözəl ona zəng edib pulu hazır etdiyini bildirmiş və pulu gətirib vermək istədiyini söyləmişdir. Özü də Gözələ işi Amal adlı şəxsin həll edəcəyini, pulu aparıb elə birbaşa Amala verməyini demişdir. Gözəl də buna razılaşmışdır. Sonradan Gözəllə danışarkən sonuncu ona Yetərin işi ilə əlaqədar həmin şəxsin anasından 5000 manat pul aldığını, həmin puldan 500 manat özünə zəhmət haqqı kimi götürdüyünü, qalan 4500 manatı və Yetərin sənədlərini Amala verdiyini bildirmişdir. Amalla danışarkən sonuncu da 4500 manat pulu aldığını təsdiqləmiş, ona narahat olmamağını, işini həll edəcəyini bildirmişdir. Lakin sonradan Yetərin işi alınmamışdır. Belə ki o, Amal tərəfindən aldadıldığını başa düşmüşdür. Çünki Şahid26 nə X75 İmtahanında topladığı bal qaldırılmış, nə də ki, sonuncu Sumqayıt şəhərindəki orta məktəblərdən birinə Azərbaycan dili və ədəbiyyatı müəlliməsi vəzifəsinə işə düzəlmişdir. Dəqiq xatırlamadığı tarixlərdə Gözəl ona “whatsapp” Messenger proqramı vasitəsi ilə Yetərin Sumqayıt şəhər 3 nömrəli orta məktəbə işə düzəlməsi barədə Təhsil Nazirliyinin vəzifəli şəxsinin tövsiyə məktubunu atsa da, sonradan bunun saxta olduğunu başa düşmüşdür. Bundan sonra Gözəl ona Yetərin pulu geri istədiyini bildirmişdir. Bu səbəbdən Amala müraciət edib Gözələ pulu geri qaytarmasını, Yetərin və ailə üzvlərinin pulu geri istədiyini bildirmişdir. Həmin ərəfələrdə Amal ona pulu “Azərbaycan məktəbi” jurnalı redaksiyasının baş redaktoru Rahilə verdiyini, sonuncunun ona pulu geri qaytarmadığını söyləmişdir. Bundan sonra Rahilə zəng etmişdir. Rahil ona Amaldan Yetərin Sumqayıt şəhərindəki orta məktəblərdən birinə işə düzəlməsi, X75 İmtahanında topladığı balın qaldırılması ilə əlaqədar pul vəsaiti aldığını, həmin pulu qısa müddətdə qaytaracağını bildirmiş, lakin Amaldan həmin işə görə nə qədər pul vəsaitinin ona çatdığını bildirməmişdir. Bu məzmunda bir müddət Amal və Rahil arasında arasında yazışmalar və danışıqları olmuşdur. Yetər və Qətibə adlı şəxslərin adlarını eşitsə də lakin həmin şəxslərlə heç bir danışığı, yazışması olmamışdır. Onun bu işlərdə heç bir iştirakı, eləcə də maddi və ya sair marağı olmamışdır. Gözəl Yetərin işə düzəlməsi və MİQ-də balının qaldırılması ilə bağlı pulu Amala vermiş, həmin vaxt orada olmamış, habelə Yetərin işə düzəlməsi işi ilə əlaqədar nə Gözəl, nə Amal, nə Rahil, nə də ki başqaları ona heç bir pul vəsaiti verməmiş, bu işlərdə onun heç bir maddi və sair marağı olmamışdır. Bundan əlavə, Şahid86 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin dəqiq xatırlamadığı tarixində Gözəl ona zəng edib Dinarə adlı bir qohumu olduğunu, sonuncunun Şəmkir rayonundakı orta məktəblərdən birində müəllimə çalışdığını, X66 imtahanında test mərhələsində iştirak etdiyini, həmin imtahandan müsahibə mərhələsindən keçirilməklə Şəmkir rayonundakı orta məktəblərdən birinə direktor vəzifəsinə təyin olunmaq istədiyini bildirmiş və bu işdə köməklik göstərib-göstərə bilməyəcəyini soruşmuşdur. Gözələ maraqlanıb məlumat verəcəyini demişdir. Bundan sonra Amala zəng edib bu barədə soruşmuş, Amal ona bu işi həll edəcəyini, bunun üçün 5.000 manat pul vəsaiti verilməli olduğunu bildirmişdir. Bundan sonra bu barədə Gözələ demişdir. Gözəl də Dinarə adlı qadınla adının sonradan Təranə olduğunu bildiyi şəxs vasitəsi ilə danışmış, 2019-cu ilin dekabr ayında Gözəl Təranədən 5000 manat pul vəsaitini, habelə Dinarənin sənədlərini alıb onunla “Xalqlar dostluğu” metrostansiyasının çıxışında görüşmüş və 5000 manat pul vəsaitini ona vermişdir. Özü də həmin pul vəsaitini alıb saymışdır. Pulu aldıqdan sonra Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayıb “Elmlər Akademiyası” metrostansiyasının qarşısında sonuncu ilə görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs2 ondan 5000 manat pul vəsaiti, Dinarənin şəxsiyyət vəsiqəsi və diplomunun kserosurətini almışdır. Amal ona ilk əvvəl həmin işi kiminlə həll edəcəyini deməsə də sonradan Rahillə həll edəcəyini bildirmişdir. Amal ona Dinarənin tezliklə direktor əmrinin çıxacağını bildirsə də, sonradan aldadıldığını başa düşmüşdür. Rahillə danışarkən Dinarənin direktor təyin edilməsi ilə əlaqədar sonuncu ona Amalın pul verdiyini təsdiqləsə də, ona nə qədər çatdığını bildirməmişdir. Dəfələrlə Amal və Rahillə bu barədə danışsa da, heç bir xeyri olmamış, hətta səhv etmirsə Dinarənin Şəmkir rayonundakı orta məktəblərdən birinə direktor təyin edilməsi ilə bağlı saxta əmr də hazırlamışdırlar. Lakin özü bu proseslərin heç birində hər hansı formada iştirak etməmiş, Dinarə kimi özü də aldadılmışdır. Dinarə də aldadıldığını bilib sonralar Təranə vasitəsi ilə Gözəldən pulunu geri istəmiş, Gözəl də pulu ondan istədiyindən özü də Amaldan Dinarənin pulunu qaytarmalarını tələb etmişdir. Amal da pulu Rahilə verdiyini bildirmişdir. Sonradan Gözəl ona Dinarənin pulunun qaytarıldığını, özünün də Dinarəyə çatdırdığını bildirdiyindən bu məsələyə əhəmiyyət verməmişdir. Bundan əlavə Şahid86 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin dəqiq xatırlamadığı tarixində Gözəl ona müraciət edib Aidə adlı uzaq qohumu olduğunu, X75 İmtahanında aşağı bal topladığını, sonuncunun Xızı rayonu, Fındığan kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində çalışdığını, həmin şəxsi Sumqayıt şəhərindəki orta məktəblərdən birinə yerdəyişmə etdirmək istədiyini bildirmişdir. Bundan sonra AMEA-da çalışan tanışı Təqsirləndirilən şəxs2 bu barədə demişdir. Təqsirləndirilən şəxs2 ona 5000 manat pul vəsaiti müqabilində X68 Qəbulu imtahanında topladığı balı qaldıra, sonuncunu Sumqayıt şəhərindəki orta məktəblərdən birinə yerdəyişmə etdirə biləcəyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ona bu işi Təhsil Nazirliyində çalışan adını demədiyi tanışı vasitəsi ilə edəcəyini söyləmişdir. Özü də Amala inanmış və bu barədə Gözələ demişdir. Belə ki, Gözələ Amal adlı tanışının bu işi 5000 manat pul vəsaiti müqabilində həll edəcəyini bildirmişdir. Gözəl də ona özünün bir qədər artıq məbləğ deyəcəyini, özünə zəhmət haqqı götürəcəyini söyləmişdir. Özü isə Gözələ bu barədə heçnə deməmişdir. Bu işdə heç bir maddi və sair marağı olmamışdır. Bundan sonra X23 inzibati binasının qarşısında görüşmüş, görüş zamanı Gözəl ona Aidənin işi ilə əlaqədar 5000 manat pul vəsaitini vermişdir. Özü də həmin pul vəsaitini olduğu qaydada özünə heçnə götürmədən Təqsirləndirilən şəxs2 Elmlər Akademiyası metrosunun çıxışında vermişdir. Sonuncu da həmin pul vəsaitini aparıb Rahilə vermişdir. Bir müddət keçdikdən sonra Aidənin yerdəyişmə məsələsinin yalan olduğunu başa düşmüşdür. Bundan sonra Aidə Gözəl vasitəsi ilə ondan pulu geri istəmişdir. Bundan sonra Amaldan pul vəsaitini geri qaytarmasını tələb etmişdir. Dəqiq xatırlamadığı tarixdə Rahil ona zəng edib Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən ofisinə çağırmışdır. Oraya getdikdə Gözəlin də orada olduğunu bilmiş və Rahil orada yanında 9000 manat pul vəsaitini Gözələ verərək Yetərin və Aidənin işi ilə əlaqədar olan həmin pulu aparıb sonunculara qaytarmasını tapşırmışdır. Gözəl də həmin pulu alıb saymış və götürmüşdür. Sonrakı tarixlərdə Gözəllə danışarkən sonuncu ona Yetərin və Aidənin işə düzəlməsi məqsədi ilə verdikləri pulu qaytardığını bildirmişdir. Lakin bunun doğru olub-olmadığını bilmir. Yusifəli və Aidə adlı şəxslərin adlarını eşitsə də, lakin həmin şəxslərlə heç bir danışığı, yazışması olmamışdır. Onun bu işlərdə heç bir iştirakı, eləcə də maddi və ya sair marağı olmamışdır. Yuxarıda qeyd edilən işlərlə əlaqədar nə Gözəl, nə Amal, nə Rahil, nə də ki başqaları ona heç bir pul vəsaiti verməmiş, bu işlərdə heç bir maddi və sair marağı olmamışdır. Bundan əlavə bildirir ki, Gözəllə arasında Şahid44 adlı şəxsin övladının işə düzəlməsi ilə bağlı söhbətlər etsə də bu işlərdə heç bir iştirakı olmamışdır. Şahid44la bağlı hər hansı pul alınıb-verilməsi, pul barədə danışıqlar aparılması proseslərində iştirak etməmişdir. (9-cu cild, i. v. 211-219) Şahid məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid89 oğlu ifadəsində göstərmişdir ki, Rahil onun yanında yalnız bir dəfə Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsində Azərbaycan Dövlət Baytarlıq İnstitutunun “Azərbaycan Aqrar Elmi” jurnalının redaksiyasının yerləşdiyi inzibati binasının içərisində 3-cü mərtəbədə Təqsirləndirilən şəxs2 xidməti otağında sonuncuya 500 manat pul vəsaiti vermişdir. Rahilin Amala 500 manatı hansı məqsədlə verməsini bilmir. Başqa belə halların şahidi olmamışdır. (16-ci cild, i. v. 109-111) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 21 iyun 2021-ci il tarixli protokoldan görünür ki, 2019-2021-ci illərdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bir-birləri ilə istifadələrində olan 050 971-77-10, 055 997-62-52, 050 988-64-96, 050 827-82-78, 050 356-33-95, 051 ***-**-** saylı mobil nömrələrlə pul vəsaitlərinin alınması, görüş təşkil edilməsi, görüş zamanı qarşı tərəfi öz cinayətkar əməllərinə inandırmaq üçün hansı formada hərəkət etmələrini qabaqcadan planlaşdırmaları, vətəndaşlar şikayət etdikləri dövrdə bir-birlərini günahlandırmaları məzmununda və digər bənzər formada mütəmadi danışmış və yazışmışdırlar. ( 2-ci cild, i/v 115-132) - "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 16 iyul 2021-ci il tarixli protokoldan görünür ki, 2019-2021-ci illərdə Təqsirləndirilən şəxs1 istifadəsində olan 055 ***- **-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istifadələrində olan 050 988-64-96, 050 827-82-78, 050 356-33-95, 051 ***-**-** saylı mobil telefon nömrələri ilə pul vəsaitlərinin alınması, görüş təşkil edilməsi, görüş zamanı qarşı tərəfi öz cinayətkar əməllərinə inandırmaq üçün hansı formada hərəkət etmələrini qabaqcadan planlaşdırmaları, vətəndaşlar şikayət etdikləri dövrdə bir-birlərini günahlandırmaları məzmununda və digər bənzər formada mütəmadi danışmış və yazışmışdırlar. (5-ci cild, i/v 186-232) - Təqsirləndirilən şəxs1 istintaqa verdiyi xx.xx.2022-ci il tarixli ifadəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında olan yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs1 “Messenger” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs2, elektron poçt vasitəsi ilə “Elektron ünvan 3 elektron poçtun sahibi Təqsirləndirilən şəxs3 ilə icarəyə yer götürülməsi, pul vəsaitlərinin alınması, görüş təşkil edilməsi, görüş zamanı qarşı tərəfi öz cinayətkar əməllərinə inandırmaq üçün hansı formada hərəkət etmələrini qabaqcadan planlaşdırmaları, vətəndaşlar şikayət etdikləri dövrdə bir-birlərini günahlandırmaları məzmununda və digər bənzər formada mütəmadi danışmış və yazışmışdırlar. (13-cü cild, i. v. 139-146) - Təqsirləndirilən şəxs1 barəsində əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə xx.xx.2018-ci il tarixli K-298 nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalı redaksiyasının baş redaktoru vəzifəsinə təyin edilmişdir. (17-ci cild, i. v. 165) - Təqsirləndirilən şəxs1 barədə əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə xx.xx.2021-ci il tarixli K-46 nömrəli əmrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalı redaksiyasının baş redaktoru vəzifəsindən azad edilmişdir. (17-ci cild, i. v. 166) - Təqsirləndirilən şəxs2 barəsində əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə xx.xx.2020-ci il tarixli 97/K nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azərbaycan Aqrar Elmi” jurnalı redaksiyasının baş redaktoru vəzifəsinə təyin edilmişdir. (7-ci cild, i. v. 238) - Təqsirləndirilən şəxs2 barəsində əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə xx.xx.2021-ci il tarixli 126/K nömrəli əmrlə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azərbaycan Aqrar Elmi” jurnalı redaksiyasının baş redaktoru vəzifəsindən azad edilmişdir. (7-ci cild, i. v. 240) - Şahid10 barəsində əmrlərin surətindən görünür ki, Şahid10 Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə xx.xx.2020-ci il tarixli, 07/K nömrəli əmrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalı redaksiyasının baş redaktoru vəzifəsinin icrası həvalə edilmiş, həmin Nazirlik üzrə xx.xx.2020-ci il tarixli 425/K nömrəli əmrlə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalı redaksiyasının baş redaktoru vəzifəsinə təyin edilmişdir. (2-ci cild, i. v. 230, 242, 17-ci cild, i. v. 164) - X84 barədə əmrlərin surətindən görünür ki, X84 Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalı redaksiyasının baş redaktoru vəzifəsinə təyin edilmiş, ölməsi ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə xx.xx.2021-ci il tarixli, K- 1103 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir.(13-cü cild, i. v. 203, 205) - Şahid16 barədə əmrin surətindən görünür ki, Şahid16 Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil jurnalı” redaksiyası üzrə xx.xx.2020-ci il tarixli 07 nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalı redaksiyasında yarım ştat vahidi ilə şöbə redaktoru vəzifəsinə təyin edilmişdir. (13-cü cild, i. v. 179) - Şahid33 barədə əmrin surətindən görünür ki, Şahid33 Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil jurnalı” redaksiyası üzrə xx.xx.2020-ci il tarixli 09 nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalı redaksiyasında kompüter operatoru vəzifəsinə təyin edilmişdir. (13-cü cild, i. v. 191) - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 05 may 2021-ci il tarixli, 110 nömrəli məktubunda qeyd edilmişdir ki, 2020-ci ildə “Azərbaycan dili və ədəbiyyatının tədrisi”, “Məktəbəqədər və ibtidai təhsil” və “Azərbaycan məktəbi” adlı jurnallar "xxxx" ASC tərəfindən çap olunmamışdır. (1-ci cild, i. v.106) - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 05 may 2021-ci il tarixli, 14 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalı №1/2020 100 sayda, “Azərbaycan məktəbi” jurnalı №1/2020 5.500 sayda çap olunmuş, sifarişçi tərəfindən borcdan 180 manat ödənilmiş, 8180 manat qalmışdır. (1-ci cild, i. v. 104) - Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalı redaksiyasının nizamnaməsinə əsasən, Təqsirləndirilən şəxs1 həmin jurnalın redaksiyasının baş redaktoru vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən, redaksiyaya rəhbərlik etmək, redaksiyanı təsisçi, vətəndaşlar, idarə, müəssisə və təşkilatlar, dövlət orqanları ilə münasibətdə təmsil etmək, ştatda olan vəzifələrə işçilərin işə qəbul və azad edilməsi, redaksiya əməkdaşlarının həvəsləndirilməsi, mükafatlandırılması, cəzalandırılması, onlara məzuniyyət verilməsi, ezamiyyətə göndərilməsi və səlahiyyətinə daxil olan digər məsələlər barədə əmr və sərəncamlar vermək, baş mühasib tərəfindən təqdim edilən redaksiyanın illik smetasını təsdiq etmək, nəzərdə tutulmuş vəsaiti qonorar da daxil olmaqla nizama salmaq, müəlliflərə, tərcüməçilərə, rəyçilərə, ştatdankənar müxbirlərə işə görə smetada bu məqsədlə nəzərdə tutulan vəsaitdən qonorar və ya əmək haqqı vermək üçün müvafiq sənədləri imzalamaq, jurnalın nömrəsini yığım, çap və buraxılış üçün imzalamaq, redaksiya heyətinə başçılıq etmək, redaksiyanın jurnalist kollektivinin, ştatda olan əməkdaşlarının funksiya, hüquq və vəzifə borclarını müəyyənləşdirmək və təsdiq etmək və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik olmuşdur. (1-ci cild, i. v. 159-162) - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azərbaycan Aqrar Elmi” jurnalı redaksiyasının nizamnaməsinə əsasən, Təqsirləndirilən şəxs2 həmin jurnalın redaksiyasının baş redaktoru vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən, redaksiyaya rəhbərlik etmək, redaksiyanı təsisçi, vətəndaşlar, idarə, müəssisə və təşkilatlar, dövlət orqanları ilə münasibətdə təmsil etmək, ştatda olan vəzifələrə işçilərin işə qəbul və azad edilməsi, redaksiya əməkdaşlarının həvəsləndirilməsi, mükafatlandırılması, cəzalandırılması, onlara məzuniyyət verilməsi, ezamiyyətə göndərilməsi və səlahiyyətinə daxil olan digər məsələlər barədə əmr və sərəncamlar vermək, baş mühasib tərəfindən təqdim edilən redaksiyanın illik smetasını təsdiq etmək, nəzərdə tutulmuş vəsaiti qonorar da daxil olmaqla nizama salmaq, müəlliflərə, tərcüməçilərə, rəyçilərə, ştatdankənar müxbirlərə işə görə smetada bu məqsədlə nəzərdə tutulan vəsaitdən qonorar və ya əmək haqqı vermək üçün müvafiq sənədləri imzalamaq, jurnalın nömrəsini yığım, çap və buraxılış üçün imzalamaq, redaksiya heyətinə başçılıq etmək, redaksiyanın jurnalist kollektivinin, ştatda olan əməkdaşlarının funksiya, hüquq və vəzifə borclarını müəyyənləşdirmək və təsdiq etmək və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik olmuşdur.(16-cı cild, i. v. 33-35) - "xxxx" MMC-nin nizamnaməsinə əsasən, Təqsirləndirilən şəxs2 sözügedən MMC-nin baş direktoru vəzifəsində olduğu müddətdə cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünü idarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində cəmiyyətin adından mülkihüquqi müqavilələr bağlamaq, vəkalətnamələr vermək, müvəkkil banklarda cəmiyyətin istənilən növ bank hesabı açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, cəmiyyətin əməkdaşları barədə həvəsləndirmə və intizam tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik olmuşdur. (16-cı cild, i. v. 25-27) - Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalı redaksiyasının nizamnaməsinə əsasən, Şahid10 həmin jurnalın redaksiyasının baş redaktoru vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən, Təqsirləndirilən şəxs1 isə həmin redaksiyaya faktiki rəhbərlik edərkən, redaksiyaya rəhbərlik etmək, redaksiyanı təsisçi, vətəndaşlar, idarə, müəssisə və təşkilatlar, dövlət orqanları ilə münasibətdə təmsil etmək, ştatda olan vəzifələrə işçilərin işə qəbul və azad edilməsi, redaksiya əməkdaşlarının həvəsləndirilməsi, mükafatlandırılması, cəzalandırılması, onlara məzuniyyət verilməsi, ezamiyyətə göndərilməsi və səlahiyyətinə daxil olan digər məsələlər barədə əmr və sərəncamlar vermək, baş mühasib tərəfindən təqdim edilən redaksiyanın illik smetasını təsdiq etmək, nəzərdə tutulmuş vəsaiti qonorar da daxil olmaqla nizama salmaq, müəlliflərə, tərcüməçilərə, rəyçilərə, ştatdankənar müxbirlərə işə görə smetada bu məqsədlə nəzərdə tutulan vəsaitdən qonorar və ya əmək haqqı vermək üçün müvafiq sənədləri imzalamaq, jurnalın nömrəsini yığım, çap və buraxılış üçün imzalamaq, redaksiya heyətinə başçılıq etmək, redaksiyanın jurnalist kollektivinin, ştatda olan əməkdaşlarının funksiya, hüquq və vəzifə borclarını müəyyənləşdirmək və təsdiq etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik olmuşdurlar. (1-ci cild, i. v. 148-153) - Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalı redaksiyasının nizamnaməsinə əsasən, X84 həmin jurnalın redaksiyasının baş redaktoru vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən, redaksiyaya rəhbərlik etmək, redaksiyanı təsisçi, vətəndaşlar, idarə, müəssisə və təşkilatlar, dövlət orqanları ilə münasibətdə təmsil etmək, ştatda olan vəzifələrə işçilərin işə qəbul və azad edilməsi, redaksiya əməkdaşlarının həvəsləndirilməsi, mükafatlandırılması, cəzalandırılması, onlara məzuniyyət verilməsi, ezamiyyətə göndərilməsi və səlahiyyətinə daxil olan digər məsələlər barədə əmr və sərəncamlar vermək, baş mühasib tərəfindən təqdim edilən redaksiyanın illik smetasını təsdiq etmək, nəzərdə tutulmuş vəsaiti qonorar da daxil olmaqla nizama salmaq, müəlliflərə, tərcüməçilərə, rəyçilərə, ştatdankənar müxbirlərə işə görə smetada bu məqsədlə nəzərdə tutulan vəsaitdən qonorar və ya əmək haqqı vermək üçün müvafiq sənədləri imzalamaq, jurnalın nömrəsini yığım, çap və buraxılış üçün imzalamaq, redaksiya heyətinə başçılıq etmək, redaksiyanın jurnalist kollektivinin, ştatda olan əməkdaşlarının funksiya, hüquq və vəzifə borclarını müəyyənləşdirmək və təsdiq etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik olmuşdur. (1-ci cild, i. v. 154-158) - “baxış keçirilməsi haqqında” 21 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Republikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsus https://www.e-taxes.gov.az/ebyn/payerOrVoenChecker.jsp elektron ünvana daxil olub "xxxx" MMC-nin VÖEN-ini sorğulama zamanı "xxxx" MMC-nin VÖEN-inin ********** olması, həmin MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X86 üzrə Baş İdarəsində uçota alındığı müəyyən edilmişdir. Daha sonra kommersiya qurumlarının dövlət reyestrinə dair məlumatların əks olunduğu https://www.etaxes.gov.az/ebyn/commersialChecker.jsp elektron ünvanda ********** nömrəli VÖEN əsasında sorğulama zamanı "xxxx" MMC-nin hüquqi ünvanının AZ1134, ünvan 38 ünvanı, nizamnamə kapitalının 10,00 AZN, qanuni təmsilçisinin Təqsirləndirilən şəxs2 olduğu, dövlət qeydiyyatına xx.xx.2019-cu il tarixdə qeydə alındığı, reyestrdən son dəfə xx.xx.2021-ci il tarixdə çıxarış verildiyi aşkar olunmuşdur. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalı redaksiyasına məxsus ********** nömrəli VÖEN əsasında sorğulama zamanı həmin redaksiyanın hüquqi ünvanının AZ1029, ünvan 39diyyatına xx.xx.1996-cı il tarixdə qeydə alındığı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçota alındığı reyestrdən son dəfə xx.xx.2021-cİ il tarixdə çıxarış verildiyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azərbaycan aqrar elmi” jurnalı redaksiyasına məxsus ********** nömrəli VÖEN əsasında sorğulama zamanı həmin redaksiyanın hüquqi ünvanının AZ1078, ünvan 40tına xx.xx.1996-cı il tarixdə qeydə alındığı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçota alındığı, qanuni təmsilçisinin Təqsirləndirilən şəxs2 olduğu, reyestrdən son dəfə xx.xx.2020-cİ il tarixdə çıxarış verildiyi aşkar olunmuşdur.(10-cu cild, i. v. 116-122) - "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, "xxxx" MMC-nin VÖEN-i ********** olmaqla hüquqi ünvanı AZ1134, ünvan 41 ünvanı, nizamnamə kapitalı 10,00 AZN, qanuni təmsilçisi Təqsirləndirilən şəxs2dur. Dövlət qeydiyyatına xx.xx.2019-cu il tarixdə alınmışdır.(16-cı cild, i. v. 25-27) - "xxxx" MMC üzrə yerli invenstisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyat ərizəsindən görünür ki, "xxxx" MMC-nin fəaliyyət sahəsi kodu:58190 olan sair nəşriyyat fəaliyyəti, kodu:96090 olan digər qruplara daxil edilməyən sair xidmətlərin göstərilməsi, kodu 85590 olan digər qruplara daxil edilməyən təhsil sahəsində sair xidmətlərin göstərilməsi, təsisçi və təkbaşına rəhbər şəxsi Təqsirləndirilən şəxs2, rəhbərin ASAN İmza mobil nömrəsi:+994 506933395, istifadəçi İD 040888, elektron poçt ünvanı mailto:amalhasanli888@gmail.comElektron ünvan 4 olmuşdur. (16-cı cild, i. v. 28-32) - "xxxx" MMC ilə “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının redaksiyası arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə, həmin müqavilə əsasında formal olaraq tərtib edilmiş EBAG seriyalı, 092924 nömrəli, xx.xx.2020-ci il tarixli qaimədən görünür ki, faktiki olaraq redaksiyaya 150 ədəd jurnal verilməsinə baxmayaraq müvafiq sənədlərə redaksiyaya guya ümumilikdə 4.803,50 manat dəyərində 739 ədəd jurnalın dərc edilərək verilməsi barədə məlumatlar daxil edilmişdir. (1-ci cild, i. v. 212-217) - "xxxx" MMC ilə “Azərbaycan məktəbi” jurnalının redaksiyası arasında bağlanmış xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli eyni xarakterli müqavilələr, həmin müqavilələr əsasında formal olaraq tərtib edilmiş EBAL seriyalı, 461589 nömrəli, xx.xx.2020ci il tarixli, EBAİ seriyalı, 254519 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 441646 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələr, eyni tarixli hesab-faktura vərəqələri və malların təhvilqəbul aktlarından görünür ki, faktiki olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan “Azərbaycan məktəbi” jurnalı redaksiyasına 2020-ci il ərzində hər hansı dəftərxana ləvazimatları verilməməsinə, habelə tərcümə, proqram təminatı və digər xidmətlər göstərilməməsinə baxmayaraq, EBAL seriyalı, 461589 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 254519 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 441646 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələr, eyni tarixli hesab-faktura vərəqələri və malların təhvil-qəbul aktlarında redaksiyaya guya xx.xx.2020-ci il tarixdə 1.702,40 manat, xx.xx.2020-ci il tarixdə 3.000,15 manat, xx.xx.2020-ci il tarixdə 1.996,80 manat dəyərində dəftərxana ləvazimatlarının verilməsi, EBAF seriyalı, 682785 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 268648 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələr və eyni tarixli hesab-faktura, xidmətlərin görülməsi barədə aktlarda isə guya redaksiyaya xx.xx.2020-ci il tarixdə 4.814 manat dəyərində tərcümə və digər xidmətlərin göstərilməsi, xx.xx.2020-ci il tarixdə isə 2.800 manat dəyərində proqram təminatının aparılması barədə məlumatlar daxil edilmişdir. (1-ci cild, i. v.31-44, 242- 244,247, 249,251, 4-cü cild, i. v. 5-26) - "xxxx" MMC ilə “Azərbaycan məktəbi” jurnalının redaksiyası arasında bağlanmış xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli eyni xarakterli müqavilələr, həmin müqavilələr əsasında formal olaraq tərtib edilmiş EBAJ seriyalı, 745244 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 935716 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 726756 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 949305 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 879676 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 770387 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 855233 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələrdən görünür ki, faktiki olaraq redaksiyaya 2020-cildə 11.768 ədəd jurnal verilməsinə baxmayaraq müvafiq sənədlərdə redaksiyaya guya ümumilikdə 46.837,75 manat dəyərində 21.785 ədəd jurnalın dərc edilərək verilməsi barədə məlumatlar daxil edilmişdir. (1-ci cild, i. v. 237-241,245-246,248, 4-cü cild, i. v. 27-115) - "xxxx" MMC ilə “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalının redaksiyası arasında bağlanmış xx.xx.2020 və xx.xx.2020-ci il tarixli eyni xarakterli müqavilələr, həmin müqavilələr əsasında formal olaraq tərtib edilmiş EBAL seriyalı, 159862 nömrəli, xx.xx.2020ci il tarixli, EBAQ seriyalı, 840328 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələr və eyni tarixli hesab-faktura vərəqələrindən görünür ki, faktiki olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalı redaksiyasına 2020-ci il ərzində hər hansı dəftərxana ləvazimatları verilməməsinə baxmayaraq, EBAL seriyalı, 159862 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 840328 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələr və eyni tarixli hesab-faktura vərəqələrində redaksiyaya guya xx.xx.2020-ci il tarixdə 2.304,00 manat, xx.xx.2020-ci il tarixdə 2.594,60 manat dəyərində dəftərxana ləvazimatlarının verilməsi barədə məlumatlar daxil edilmişdir. (1-ci cild, i. v. 218-225) - "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabları çıxarışlarından və Azərbaycan Respublikası Dövlət Xəzinədarlıq Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsinin ******* nömrəli büdcə təşkilatının şəxsi hesab vərəqələrindən görünür ki, “Azərbaycan məktəbi” jurnalının redaksiyasından "xxxx" MMC-yə məxsus AZ27AİİB******************** nömrəli bank hesabına 2020-ci il ərzində “Azərbaycan məktəbi” jurnalının redaksiyasından xx.xx.2020-ci il tarixdə 4.814 manat, xx.xx.2020-ci il tarixdə 1.702,40 manat, xx.xx.2020-ci il tarixdə 2.800 manat, xx.xx.2020-ci il tarixdə 3.000,15 manat, xx.xx.2020-ci il tarixdə 1.996,80 manat, xx.xx.2020-ci il tarixdə 5.999,75 manat, xx.xx.2020-ci il tarixdə 6.008,00 manat, xx.xx.2020-ci il tarixdə 8.000,15 manat, xx.xx.2020-ci il tarixdə 9.629, 85 manat, xx.xx.2020-ci il tarixdə 4.001, 15 manat, xx.xx.2020-ci il tarixdə 2.300,50 manat, xx.xx.2020-ci il tarixdə 5.000,90 manat, xx.xx.2020-ci il tarixdə 5.897,45 manat, “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalının redaksiyasından xx.xx.2020-ci il tarixdə 4.803,50 manat, xx.xx.2020-ci il tarixdə 2.304 manat, xx.xx.2020-ci il tarixdə 2.594,60 manat pul vəsaiti köçürülmüşdür. (1-ci cild, i. v. 260-282, 14cü cild, i. v. 208-210, 15-ci cild, i. v. 1-7) - Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-yə məxsus əmək haqqı kartları üzrə bank hesabı çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs2 adına olan 2017-2022-ci illərdə 4 əmək haqqı kartı hesabı açılmışdır. 510307******1021 nömrəli karta 27 dekabr 2019cu il tarixdən 13 yanvar 2021-ci il tarixə kimi 6.656.53 manat pul vəsaiti köçməklə həmin məbləğ, 510307******1044 nömrəli karta xx.xx.2020-ci il tarixdən 21 aprel 2021-ci il tarixə kimi 8.653.83 manat pul vəsaiti köçməklə 8654.12 manat, 416974******3668 nömrəli karta xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi 1.595.61 manat pul vəsaiti köçməklə 1.595 manat, 510307******1021 nömrəli karta xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi nömrəli 733.04 manat pul vəsaiti köçməklə 580.75 manat pul vəsaiti Təqsirləndirilən şəxs2 tərəfindən qeyd edilən müddətlər ərzində nağdlaşdırılmış və istifadə edilmişdir. (14-cü cild, i. v. 221-224, 232-237) - Təqsirləndirilən şəxs2 adına olan "xxxx" ASC-yə məxsus biznes kartları üzrə bank hesabı çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs2 adına olan 2017-2022-ci illərdə 2 biznes kartı hesabı açılmışdır. 417211******2174 nömrəli karta 08 iyul 2020-ci il tarixdən 26 iyul 2021-ci il tarixə kimi 4.065.00 manat pul vəsaiti köçməklə həmin məbləğ, 417211*****4211 nömrəli karta xx.xx.2020-ci il tarixdən 14 iyun 2021-ci il tarixə kimi 29.996.00 manat pul vəsaiti köçməklə həmin məbləğ tam həcmdə Təqsirləndirilən şəxs2 tərəfindən qeyd edilən müddətlər ərzində hissə-hissə olmaqla nağdlaşdırılmış və istifadə edilmişdir. Bu baxımdan Təqsirləndirilən şəxs2 adına olan 417211*****4211 nömrəli biznes karta xx.xx.2020-ci il tarixdə 12.000 manat, xx.xx.2020-ci il tarixdə 3.500 manat, xx.xx.2020ci il tarixdə 5.130 manat, xx.xx.2020-ci il tarixdə 2.000 manat, xx.xx.2020-ci il tarixdə 5.890 manat pul vəsaiti köçürülmüş, daha sonra həmin vəsaitlər hissə-hissə qeyd edilən müddətlər ərzində nağdlaşdırılmışdır. (14-cü cild, i. v. 225-231) - Şahid59 ifadəsinə əlavə etdiyi “şəhadətnamə” görüntüsü yaradan “sənəd”lərdən görünür ki, həmin “sənəd”lər üzərində müvafiq qrafalara “Şahid59 adına xx.xx.2019-cu ildə Rusiya Federasiyası Cənubi X22 Özəl Ali təhsil müəssisəsi tərəfindən verilmiş ali təhsil haqqında diplom № 136124 49000961 Azərbaycan Respublikasında 050209- Psixologiya ixtisası istiqamətinin psixoloq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir” yazıları, uydurma 022911 qeydiyyat nömrəsi, eyni niyyətlə “Şahid59 adına xx.xx.2019-cu ildə Rusiya Federasiyası Cənubi X22 Özəl Ali təhsil müəssisəsi tərəfindən verilmiş ali təhsil haqqında diplom № 136124 49000961 – Psixologiya Azərbaycan Respublikasında tanınmışdır və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilməsi” yazıları, uydurma 136007 qeydiyyat nömrəsi, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” yazıları olan dairəvi möhürü və səlahiyyətli şəxsin imzası əks olunmuşdur. (8-ci cild, i. v. 91-92) - Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə etdiyi şəhadətnamə görüntüsü yaradan “sənəd”dən görünür ki, həmin “sənəd” üzərində müvafiq qrafalara “Şahid49 adına xx.xx.2013-cü ildə Perm Milli Tədqiqat Texniki Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom № 103***-******* Azərbaycan Respublikasında İnşaat Mühəndisliyi -118187 ixtisası istiqamətinin İnşaat Mühəndisi ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir” yazıları, uydurma 124402 qeydiyyat nömrəsi və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” yazıları olan dairəvi möhürü və səlahiyyətli şəxsin imzası əks olunmuşdur. (13-cü cild, i. v. 156) - Şahid41 ifadəsinə əlavə etdiyi “şəhadətnamə” görüntüsü yaradan “sənəd”lərdən görünür ki, həmin “sənəd”lər üzərində müvafiq qrafalara “X24 adına xx.xx.2015-ci il Rusiya Federasiyası Federal X116 təhsil müəssisəsi Çelyabinsk Dövlət Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom № 107424 ******* Azərbaycan Respublikasında tanınmışdır və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir” yazıları, uydurma 136009 qeydiyyat nömrəsi, eyni niyyətlə “X24 adına xx.xx.2015-ci il Rusiya Federasiyası Federal X116 təhsil müəssisəsi Çelyabinsk Dövlət Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom № 107424 ******* Azərbaycan Respublikasında 050102 – Dil və Ədəbiyyat müəllimliyi” ixtisası istiqamətinin dil və ədəbiyyat müəllimi (dillər üzrə) ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir (bərabərdir)” yazıları, uydurma 024406 qeydiyyat nömrəsi, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” yazıları olan dairəvi möhürü və səlahiyyətli şəxsin imzası əks olunmuşdur. (8-ci cild, i. v. 228-229) - Şahid26 ifadəsinə əlavə etdiyi məktub görüntüsü yaradan “sənəd”dən görünür ki, həmin “sənəd” üzərində müvafiq qrafalara “Tərəfinizdən Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin X21 İnsan resursları mərkəzinə göndərilən məktuba cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası, Sumqayıt şəhəri sakini, xx.xx.1997-ci il təvəllüdlü Şahid26 Sumqayıt şəhər 3 №-li tam orta məktəbə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etməyə tövsiyə edir. Şahid26 ilə rəsmi əmək müqaviləsi müddətsiz bağlanacaqdır” yazıları, uydurma “xx.xx.2020” tarixli, “33/45B3” nömrələri qeyd edilmiş və səlahiyyətli şəxsin imzası əks olunmuşdur. (10-cu cild, i. v. 16) - xx.xx.2021-ci il tarixli “sənədlərin götürülməsi haqqında” protokola əlavə edilən “əmr” görüntüsü yaradan “sənəd”dən görünür ki, həmin “sənəd” üzərində müvafiq qrafalara “Şahid36 2020-ci ilin 18 iyun tarixindən Aqrar Elm və İnnovasiya Mərkəzinə böyük mütəxəssis vəzifəsinə təyin edilməsi haqqında” yazıları, uydurma 106K əmr nömrəsi, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ümumi Şöbə” yazıları olan dairəvi, “Əsli ilə düzdür” yazıları olan düzbucaqlı formalı möhürləri və səlahiyyətli şəxsin imzası əks olunmuşdur. (7-ci cild, i. v. 28) - Şahid56 xx.xx.2021-ci il tarixli müraciətinə əlavə etdiyi “əmr” görüntüsü yaradan “sənəd”lərdən görünür ki, həmin “sənəd”lər üzərində müvafiq qrafalara “xx.xx.1995-ci il təvəllüdlü Şahid58 Səxavət oğlunun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyasına 01 mart 2021-cil il tarixdən məsul katib vəzifəsinə təyin edilməsi haqqında” yazıları, uydurma 17 əmr nömrəsi, “Şahid57 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyasına 15 fevral 2021-cil il tarixdən müxbir redaktor vəzifəsinə təyin edilməsi haqqında” yazıları, uydurma 018/K əmr nömrəsi, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyası” yazıları olan dairəvi möhür və Təqsirləndirilən şəxs2 imzası əks olunmuşdur. (8-ci cild, i. v. 162-163) - Şahid52 ifadəsinə əlavə etdiyi xidməti vəsiqədən görünür ki, həmin xidməti vəsiqə üzərində müvafiq qrafalara Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Azərbaycan Aqrar Elmi” jurnalı elmi redaksiyası, Adı Araz, Soyadı Nağızadə, Atasının adı Hikmət, X102, verildiyi tarix xx.xx.2021, Etibarlılığı xx.xx.2021, baş redaktorun imzası, “PRESS” sözləri yazılmış, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyası” yazıları olan dairəvi möhür və Təqsirləndirilən şəxs2 imzası əks olunmuşdur. (8ci cild, i. v. 63-64) - Beyləqan rayonu, Yeni Tatalılar kənd ümumi orta məktəbinin xx.xx.2022-ci il tarixli, 01 nömrəli arayış və ona əlavə edilmiş xasiyyətnamədən, əmrdən çıxarışdan görünür ki, Şahid7 xx.xx.2013-cü il tarixdə X75 İmtahanında 35 baldan 30 bal toplayaraq Qoşqar Nəsirov adına Yeni Tatalılar kənd ümumi orta məktəbinə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə təyin edilmişdir. Hazırda orada işləyir. İşlədiyi müddətdə heç bir təhsil müəssisəsinə yerdəyişmə etməmişdir. İş yeri üzrə müsbət xarakterizə olunur. (12-ci cild, i. v. 160-163) - Xızı rayonu, Fındığan kənd tam orta məktəbindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 07 nömrəli arayış və ona əlavə edilmiş xasiyyətnamədən, əmrdən çıxarışlardan görünür ki, Şahid24 xx.xx.2016-cı il tarixdə müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edərək ixtisası üzrə 34 bal, metodikadan 18 bal, cəmi 52 bal toplamışdır. Müəllimlərin yerdəyişməsi imtahanından isə 43 bal toplayaraq Xızı rayon Təhsil Şöbəsinin xx.xx.2016-cı il tarixli, 99 nömrəli əmrinə əsasən Xızı rayonu, Fındığan kənd tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir. Çalışdığı müddət ərzində heç bir yerə yerdəyişmə və ezam olunmayıb. İş yeri üzrə müsbət xarakterizə olunur. (8-ci cild, i. v. 202-209) - Şəmkir rayonu, Zərərçəkmiş şəxs15 adına Qaracəmirli kənd tam orta məktəbindən daxil olmuş arayış və ona əlavə edilmiş xasiyyətnamədən, əmrdən çıxarışdan görünür ki, Şahid21 həqiqətən də Zərərçəkmiş şəxs15 adına Qaracəmirli kənt tam orta məktəbində 1992-ci ildən 2006-cı ilə kimi ibtidia sinif müəllimi kimi işləmişdir. 2006-cı il tarixdən isə psixoloq vəzifəsində işləyir. İş yeri üzrə müsbət xarakterizə olunur. (13-cü cild, i.v. 219-223) - Şəmkir rayon Təhsil Şöbəsindən Baş İdarəyə daxil olmuş 28 yanvar 2022-ci il tarixli, 2 nömrəli məktubda qeyd edilmişdir ki, Şahid21 Şəmkir rayonu, Qaracəmirli kənd Zərərçəkmiş şəxs15 adına tam orta məktəbdə psixoloq vəzifəsində çalışır. Şahid21 2019-cu il tarixdə keçirilmiş X66 müsabiqəsinin test mərhələsində iştirak etmiş, lakin müsahibə mərhələsinə çağırılmamışdır. Şahid21 rayonun hər hansı bir ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə Təhsil Nazirliyi tərəfindən təyinat almamışdır. (14-cü cild, i.v. 32-33) - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 00-03-388/TKTA nömrəli məktubda qeyd edilmişdir ki, vətəndaş Şahid59 onun adına Rusiya Federasiyasının Moskva Müasir Akademik Təhsil İnstitutu tərəfindən verilmiş diplom üzrə ixtisasın ölkə ərazisində tanınması məqsədi ilə xx.xx.2019-cu il tarixində keçmiş Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası çərçivəsində Şahid59 müvafiq ekspertlərin iştirakı ilə keçirilən müsahibədə (tədris dilində ünsiyyət) iştirak etmək zərurəti yaranmış və bu barədə sonuncuya xx.xx.2019-cu il tarixində şəxsi kabineti vasitəsi ilə məlumat verilmişdir. Lakin təyin olunan vaxtda müsahibədə iştirak etmədiyindən, vətəndaşın sənədlərinin icraatı xx.xx.2019-cu il tarixində dayandırılmışdır. Nəticə etibarı ilə, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən vətəndaşa 022911 və ******* qeydiyyat nömrəli şəhadətnamələr təqdim olunmamışdır. (16-cı cild, i.v. 57-59) - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 00-03-386/TKTA nömrəli məktubda qeyd edilmişdir ki, vətəndaş Şahid49 onun adına Rusiya Federasiyasının Perm Milli Tədqiqat Politexnik Universiteti tərəfindən verilmiş diplom üzrə ixtisasın ölkə ərazisində tanınması məqsədi ilə Agentliyə müraciət etməmişdir. (16-cı cild, i.v. 60-62) - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 00-03-415/TKTA nömrəli məktubda qeyd edilmişdir ki, vətəndaş Ağamalıyeva (Qaraşova) Sevinç Yaşar qızı xarici Rusiya Federasiyasının Çelyabinsk Dövlət Universiteti tərəfindən verilmiş diplom üzrə ixtisasın ölkə ərazisində tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməmişdir. Nəticə etibarı ilə, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən vətəndaşa 136009 və 024406 qeydiyyat nömrəli şəhadətnamələr təqdim olunmamışdır.(16-cı cild, i.v. 128-130) - Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli rayon Təhsil Şöbəsinin Şahin Məmmədov adına İmişli şəhər 3 saylı tam orta məktəbindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 9 nömrəli məktubda qeyd edilmişdir ki, İmişli şəhər 3 saylı tam orta məktəbində indiyə kimi Fətullayeva (Əhmədova) Əzizə Qara qızı adlı şəxs işləməmiş və hal-hazırda da işləmir. (16-cı cild, i.v. 118-119) - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri idarəsinin 126 nömrəli Körpələr evi-uşaq bağçasından daxil olmuş xx.xx.2022-ci il tarixli, 01/02 nömrəli məktubda qeyd edilmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 126 saylı körpələr evi – uşaq bağçasında Şahid66 adlı şəxs nə əvvəllər, nə də ki hazırda çalışmayıb və hər hansı uşaq bağçasından bu müəssisəyə yerdəyişmə olunmayıb. (16-cı cild, i.v. 120-121) - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 95 nömrəli məktubda qeyd edilmişdir ki, Kazımova (Nəcəfova) Gülbahar Rafiq qızı adlı şəxs Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində çalışmır və əvvəllər də çalışmamışdır. (16-cı cild, i.v. 122-123) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 05/9062 nömrəli məktubda qeyd edilmişdir ki, X51 adlı şəxs əvvəllər və hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində təhsil almamış və ona həmin müəssisə tərəfindən diplom verilməmişdir. (16cı cild, i.v. 125-126) - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 00-01-136/18 nömrəli məktubda qeyd edilmişdir ki, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə Şahid12, Şahid43, Şahid24, Şahid26 adlı şəxslər elektron hökümət portalının qüvvədə olan, ləğv edilmiş, eləcə də xitam verilmiş bildirişlərinin reyestrləri altsistemində axtarışa verilmiş, lakin qeyd olunan şəxslər aşkar edilməmişdir. Sumqayıt şəhər Təhsil Şöbəsindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İşçilərinin X21 İnsan Resursları Mərkəzinə xx.xx.2019-cu il tarixli, 119 nömrəli məktub göndərildməmiş, həmin məktuba sözügedən Mərkəzdən xx.xx.2020-ci il tarixli 53/45B3 nömrəli cavab məktubu da daxil olmamışdır. (16-cı cild, i.v. 133-135) - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 1976-04/08 nömrəli məktubda qeyd edilmişdir ki, təhsil müəssisəsinin müəyyənləşdirilməsi məqsədi ilə “Ümumi təhsil müəssisələrinin informasiya sistemi”ndə axtarış aparılmış, xx.xx.1989-cu il təvəllüdlü Şahid7, 1985-ci il təvəllüdlü X9 adının Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisəslərindən hər hansı birində aşkar edilməmiş, xx.xx.1973-cü il təvəllüdlü Şahid48 isə 71 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışdığı müəyyən olunmuşdur. (17-ci cild, i.v. 1-3) - Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının xx.xx.2022-ci il tarixli, 01-6/563 nömrəli məktubunda qeyd edilmişdir ki, Şahid61 əvvəllər və hazırda Azərbaycan Milli Elmlər Akademiyasında işləməmişdir. Vətəndaş Şahid45 isə xx.xx.2021-ci il tarixdən hazırki dövrədək Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsində kiçik elmi işçi vəzifəsində işləyir. (17-ci cild, i.v. 4-8) - Azərbaycan Repsublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X70 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli və xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktublar və onlara əlavə edilən siyahılardan görünür ki, Şahid55 xx.xx.2019-cu il tarixdə “Azərbaycan məktəbi” jurnalının redaksiyasına “kuryer”, xx.xx.2019-cu il tarixdə həmin jurnalın redaksiyasına “Redaktor, dövri mətbuat” vəzifəsinə, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasına “kargüzar” vəzifəsinə, Şahid28 xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalı redaksiyasına “reklam üzrə mütəxəssis” vəzifəsinə, Şahid16 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyasına “redaktor, dövri mətbuat” vəzifəsinə, Şahid33 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyasına “kompüter operatoru” vəzifəsinə, Şahid77 Ruslan qızı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalı redaksiyasına “redaktor” vəzifəsinə, Şahid38 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalının redaksiyasına “redaktor” vəzifəsinə, Şahid52 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalı redaksiyasına xx.xx.2021-ci il tarixdə “elmi redaktor”, xx.xx.2021-ci il tarixdə “katib”, xx.xx.2021-ci il tarixdə “baş katib” və xx.xx.2021-ci il tarixdə “katib”, Şahid71 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalı redaksiyasına “mütəxəssis, kadrlar üzrə” vəzifəsinə işə götürülüb həmin vəzifədə çalışmışdırlar. Bundan əlavə, həmin məktublar və onlara əlavə edilmiş siyahılardan X52 Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən hər hansı məktəbdə, Şahid12 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən hər hansı məktəbdə, Şahid24 Sumqayıt şəhərində yerləşən hər hansı məktəbdə, Şahid26 Sumqayıt şəhərində yerləşən hər hansı məktəbdə, Şahid31 Azərbaycan Respublikası Təhsil Nazirliyində, Şahid36 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində, Şahid43 Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən hər hansı məktəbdə, Şahid15 İmişli şəhəri 3 nömrəli tam orta məktəbdə, X28 Bakı şəhəri ərazisində yerləşən hər hansı məktəbdə, Şahid57 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalı redaksiyasında, Şahid58 Səxavət oğlu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Azərbaycan Aqrar Elm” jurnalı redaksiyasında, Şahid61 Azərbaycan Milli Elmlər Akademiyasında, X36 Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecində, Şahid66 Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri idarəsinin 126 nömrəli Körpələr evi-uşaq bağçasında hər hansı vəzifədə ümumiyyətlə çalışmadığı, Məmmədli (Hüseynova) Günel Məmməd qızının Kəlbəcər, Göygöl və Daşkəsən şəhərində yerləşən hər hansı məktəbdə müəllim olaraq, Şahid21 və Şahid48 hər hansı təhsil müəssisəsində direktor olaraq çalışmadıqları müəyyən edilmişdir. (14-cü cild, i.v. 34-50, 17-ci cild, i.v. 9-15) - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2022-ci il tarixli, 7-2849/17 nömrəli məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər İcra Hakimiyyətində işləməsinə dair hər hansı məlumatın aşkar edilməsi mümkün olmamışdır.(17-ci cild, i.v. 175-176) - 10 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına Zərərçəkmiş şəxs1 “Qərb poeziya ənənəsi, Sərvəti-Fünun və Hüseyn Cavid”, Zərərçəkmiş şəxs2 “Təbii fəlakətlərin Azərbaycanın turizm təsərrüfatına təsiri”, Zərərçəkmiş şəxs3 “Qarabağ poeziyası”, Zərərçəkmiş şəxs4 “Azərbaycan Respublikasının ərzaq təminatında taxılçılığın rolu və onun biznesinin səmərəli təşkili istiqamətləri”, Zərərçəkmiş şəxs5 “Azərbaycanda torpaqların məhsuldarlığının qiymətləndirilməsinin iqtisadi əsasları”, Zərərçəkmiş şəxs6 “Postmodern mərhələnin müharibələri: nəzəri izahatlar, tətbiqlər və prespektlər”, Zərərçəkmiş şəxs7 “Cinayətkar hərbi qulluqçunun şəxsiyyətinin kriminal xarakteristikası”, Zərərçəkmiş şəxs8 “X79 aid “İki Axın” və “Altı Sütun” əsərlərində beynəlimləlçiliyin tərənnümü”, Zərərçəkmiş şəxs9 “Cənubi Azərbaycan ədəbiyyatında poema təşəkkülü və inkişafı mərhələləri”, “Şəhriyar yaradıcılığında qadın”, Zərərçəkmiş şəxs10 “Emosional deikslər və onların şifahi ifadələri”, Zərərçəkmiş şəxs11 “Azərbaycan nağıllarında yalançı pəhləvan”, Zərərçəkmiş şəxs12 “Xüsusi iqtisadi zonalar”, X29 “Cənubi Azərbaycan ədəbiyyatı”, Zərərçəkmiş şəxs14 “Azərbaycanın maddi mədəniyyətində qadın kultu izləri”, Zərərçəkmiş şəxs15 “Ümumtəhsil məktəblərində dünya ədəbiyyatının tədrisinin əhəmiyyəti”, “Ədəbiyyatın müqayisəli tədrisi”, Zərərçəkmiş şəxs16 “Şümer və türk hal sistemlərinin struktur tipoloji müayinəsi”, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18 və Zərərçəkmiş şəxs19 birgə həmmüəllif olduqları “Keyfiyyət idarəetmənin kateqoriyası və xarici modellərin tarixi aspektlərinin müqayisəli təhlili”, Zərərçəkmiş şəxs20 “Cinayət prosesində azadlıq hüququnun təmin edilməsinin konstitusion hüquqi əsasları” adlı elmi məqalələrinin 2016-2019-cu illərdə beynəlxalq səviyyəli “Web of sciences”, “Scopus” və “Thompson Reutors” adlı elektron bazalarda qeydiyyatdan keçmiş və mötəbərliliyi təsdiqlənmiş beynəlxalq impakt faktorlu elmi nəşrlərdə dərc edilib-edilməməsi ilə bağlı sorğu verilmiş, həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasından Baş İdarəyə daxil olmuş xx.xx.2022-ci il tarixli, 02/06-3/32 nömrəli məktubda göstərilən elmi məqalələrin sözügedən beynəlxalq xülasəndirmə və indeksləmə bazalarına daxil olan elmi nəşrlərdə dərc edilmədiyinin müəyyən edildiyi qeyd edilmişdir.(17-ci cild, i.v. 177-178) - Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, 03-13-420/16 nömrəli məktubuna əlavə edilən “Azərbaycan məktəbi”, “Məktəbəqədər və ibtidai təhsil” və “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalları redaksiyalarının fəaliyyətinin araşdırılmasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib edilmiş arayışda qeyd edilmişdir ki, “Azərbaycan məktəbi” jurnalı redaksiyası üzrə təsdiq olunmuş xərc smetasına əsasən Azərbaycan Respublikası büdcəsindən (mərkəzi) 2020-ci il ərzində redaksiya üçün cəmi 123.462.0 manat xərc nəzərdə tutulmuş, 2020-ci ilin 10 ayı ərzində dövlət büdcəsindən 102.357.0 manat maliyyələşmə açılmış, kassa xərci 100.830.3 manat olmaqla 01 noyabr 2020-ci il tarixə 1526.7 manat qalıq qalmışdır. xx.xx.2020 tarixli qaimə fakturaya əsasən, "xxxx" MMC-yə tərcümə və digər xidmətlərə görə 4814.0 manat, xx.xx.2020 tarixində isə “proqram təminatına” görə 2800.0 manat ödənilmişdir. "xxxx" MMC tərəfindən qeyd olunan iş və xidmətləri yerinə yetirilməsini təsdiq edən hər hansı bir sənəd təqdim olunmamış, redaksiyanın müvafiq mühasibat hesabatında debitor borc kimi əks etdirilməmiş, hesabatdan yayındırılmışdır. xx.xx.2020 tarixli qaimə faktura ilə 1702,0 manat, xx.xx.2020 tarixli qaimə faktura ilə 3000,2 manat olmaqla cəmi 4702,2 manat vəsait dəftərxana ləvazimatı adı ilə "xxxx" MMC-yə ödənilmişdir. Qeyd edilən qaimələrdə göstərilən dəftərxana ləvazimatları redaksiyanın mühasibatlığı tərəfindən mədaxil olunmamış, nə məqsədlə istifadə edilməsi sənədləşdirilməmiş, təsərrüfat müdirinin sözlərinə görə isə bu barədə onun heç bir məlumatı olmamışdır. Göründüyü kimi redaksiyanın rəhbərliyi tərəfindən faktiki olaraq malmateriallarsız qaimələr tərtib olunaraq vəsait nağdlaşdırılmış, hesabatdan yayındırılmışdır. xx.xx.2020 tarixli ödəmə tapşırığı ilə "xxxx" MMC-yə dəftərxana ləvazimatı alınmasına görə 1996,8 manat ödənilmişdir.xx.xx.2020 tarixli ödəmə tapşırığı ilə 5999,8 manat, xx.xx.2020 tarixli ödəmə tapşırığı ilə 8000,2 manat xx.xx.2020 tarixli ödəmə tapşırığı ilə 4001,2 manat, xx.xx.2020 tarixli ödəmə tapşırığı ilə 2300,5 manat və xx.xx.2020 tarixli ödəmə tapşırığı ilə 5000,9 manat olmaqla cəmi 25302,5 manat vəsait mətbəə xərci (jurnalların hazırlanması) kimi "xxxx" MMC-yə ödənilmişdir. Qeyd olunan ödənişlər 2 tərəfli təsdiq edilmiş müqavilələrə əsasən, həyata keçirilmişdir. Lakin müqavilələrdə bir jurnalın çapına 2,15 manat ödənilməsinə baxmayaraq, qiymətin tərkibini (kalikulyasiyası) təsdiq edən xərclərin nədən ibarət olduğunu təsdiq edən hər hansı bir hesablama, qiymətin razılaşdırma protokolu tərtib olunmamışdır. Mətbəə məhsulları üzrə xərclərə 21535,3 manat, o cümlədən, xx.xx.2020 tarixli ödəmə tapşırığı ilə 6008.0 manat, xx.xx.2020 tarixli ödəmə tapşırığı ilə 9629,9 manat və xx.xx.2020 tarixli ödəmə tapşırığı ilə isə 5897,5 manat ödənmişdir. Qeyd edilən qaimələrdə göstərilən dəftərxana ləvazimatları redaksiyanın mühasibatlığı tərəfindən mədaxil olunmamış və nə məqsədlə istifadə edilməsi sənədləşdirilməmiş, təsərrüfat müdirinin sözlərinə görə isə bu barədə onun heç bir məlumatı olmamışdır. Göründüyü kimi redaksiyanın rəhbərliyi tərəfindən faktiki olaraq mal-materiallarsız qaimələr tərtib olunaraq vəsait nağdlaşdırılmış, hesabatdan yayındırılmışdır. Bundan əlavə, həmin arayışda “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı redaksiyasına aid hissədə qeyd edilmişdir ki, təsdiq olunmuş xərc smetasına əsasən 2020-ci il ərzində redaksiya üçün cəmi 82.128.0 manat xərc nəzərdə tutulmuş, 2020-ci ilin 10 ayı ərzində dövlət büdcəsindən 65.290.0 manat maliyyələşmə açılmış, kassa xərci 65.097.4 manat olmaqla 01 noyabr 2020-ci il tarixə 192.6 manat qalıq qalmışdır. xx.xx.2020 tarixli ödəmə tapşırığına əsasən 2304.0 manat (190 bağlama fayl, 150 ədəd qovluq, 150 ədəd dəftərxana kitabı, 170 bağlama a4 formatda kağız), xx.xx.2020 tarixli ödəmə tapşırığına əsasən 2594.0 manat (211 bağlama fayl, 160 ədəd qovluq, 200 ədəd dəftərxana kitabı, 195 bağlama a4 formatda kağız) məbləğində vəsait ödənilməklə dəftərxana ləvazimatlarının alındığı göstərilmiş, lakin qeyd olunan maddi qiymətlilər redaksiyanın mühasibat hesabına mədaxil olunmamış, onların paylanması və ya istifadəsinə dair heç bir sənəd tərtib olunmamışdır. Jurnalın təsərrüfat müdiri Şahid78 göstərilən dəftərxana ləvazimatlarının redaksiyaya gətirilməsi və istifadəsinə dair heç bir məlumatının olmadığını bildirmiş, yoxlama dövründə həmin ləvazimatlar redaksiyada aşkar edilməmişdir. Beləliklə, dövlət büdcəsi vəsaiti hesabına alınması rəsmiləşdirilmiş 4898.0 manat dəyərində dəftərxana ləvazimatı faktiki olaraq alınmamış, mal-materialsız qaimələr tərtib edilərək, məbləğ nağdlaşdırılmışdır. xx.xx.2020-ci il tarixli qaimə-fakturaya əsasən 739 ədəd jurnalın çap olunması üçün 4803.5 manat vəsait mətbəə xərci olaraq "xxxx" MMC-yə ödənilmişdir. Rəsmi təhvil-təslim aktı və ya qaimə ilə təsdiq olunmadan yoxlama başlandığı tarixədək cəmi 150 ədəd jurnalın çap olunaraq təhvil verildiyi barədə məlumat verilmişdir. Yoxlama başlanan tarixə jurnalın 2020-ci il üçün 3 buraxılışı çap edilərək oxuculara təqdim olunmalı olduğu halda, yalnız 1 buraxılışı çap edilmiş, 2-ci nömrəsinin materialları çap üçün hazırlanmış, lakin hələ də təsdiq edilərək çapa verilməmişdir. (1-ci cild, i. v. 14-21) - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin X11 daxil olmuş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı redaksiyasına xx.xx.2020-ci il tarixli EBAL 159862 nömrəli elektron qaimə fakturaya əsasən 2304,0 manat və xx.xx.2020-ci il tarixli EBAQ 840328 nömrəli elektron qaimə fakturaya əsasən 2594,60 manat olmaqla, cəmi 4898,60 manat dəyərində dəftərxana ləvazimatının verilməsi rəsmiləşdirilsə də, araşdırmaya qeyd olunan dəftərxana ləvazimatlarının redaksiyanın mühasibat hesabına mədaxil olunması, onların paylanması və ya istifadəsinə dair heç bir sənəd təqdim edilməmişdir (həmçinin "xxxx" MMC tərəfindən həmin dövr ərzində dəftərxana ləvazimatların alışını təsdiq edən sənəd təqdim edilməmişdir). İzahatlara əsasən, "xxxx" MMC “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı redaksiyası tərəfindən sifariş olunmuş 739 ədəd jurnaldan redaksiyaya 150 nüsxə təqdim etmiş, jurnalın çapının bir ədədinin dəyərini rəsmiləşdirilmiş sənədlərə əsasən 6,50 manat olduğunu nəzərə alsaq, "xxxx" MMC-yə 150 ədəd jurnalın çap edilməsi üçün 975,0 manat ödənilməli olduğu halda, 4803,05 manat ödənilməklə 3828,50 manat artıq büdcə vəsaiti sərf edilmişdir. "xxxx" MMCyə tərcümə və digər xidmətlərə görə 4814,0 manat, xx.xx.2020 tarixində isə “proqram təminatına” görə 2800,0 manat ödənilmişdir. Sənədlər tərtib edilsə də, qeyd edilən xidmətlərin həqiqətən həyata keçirilib-keçirilməməsi təhqiqatla araşdırılaraq hüquqi qiymət verilməlidir. "xxxx" MMC tərəfindən “Azərbaycan məktəbi” jurnalı redaksiyasına xx.xx.2020-ci il tarixli qaimə faktura ilə 1702,0 manat, xx.xx.2020 tarixli qaimə faktura ilə 3000,2 manat olmaqla, cəmi 4702,2 manat dəyərində dəftərxana ləvazimatının verilməsi rəsmiləşdirilsə də, (həmçinin "xxxx" MMC tərəfindən həmin dövr ərzində dəftərxana ləvazimatların alışını təsdiq edən sənəd təqdim edilməmişdir) həmin dəftərxana ləvazimatlarının həqiqətən alınıbalınmaması təhqiqatla araşdırılaraq hüquqi qiymət verilməlidir. “Azərbaycan məktəbi” juralı redaksiyası tərəfindən "xxxx" MMC-yə 21785 ədəd jurnalın çap edilməsi üçün ümumilikdə 46837,75 manat vəsait ödənilmişdir. Həmin vəsaitdən 25302,45 manatı büdcə vəsaiti hesabına, 21535,30 manatı isə büdcədənkənar vəsait hesabına ödənilmişdir. Faktiki olaraq "xxxx" MMC tərəfindən redaksiyaya 25302,45 manat dəyərində 11768 ədəd jurnal təhvil verilmiş, 21535,30 manat dəyərində 10017 ədəd jurnal təqdim edilməmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 14 nömrəli məktubuna əsasən “Azərbaycan məktəbi” jurnalının 1-ci nömrəsinin 5500 sayda "xxxx" MMC tərəfindən (bir ədədi 1.52 manat) çap edilərək jurnalın redaksiyasına təqdim edilməsinə baxmayaraq, göstərilən xidmətə görə yalnız 180,0 manat pul vəsaiti ödənilmiş, 8180,0 manat pul vəsaiti isə ödənilməmişdir. Bu xüsusat da jurnal çapı üçün ayrılmış pul vəsaitinin təyinatı üzrə xərclənməməsi qənaətinə gəlmək üçün əsas yaradır. "xxxx" MMC tərəfindən “Azərbaycan məktəbi” jurnalı redaksiyasına xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 441646 nömrəli qaimə faktura ilə 1996,80 manat dəyərində dəftərxana ləvazimatının verilməsi rəsmiləşdirilsə də, araşdırmaya qeyd olunan dəftərxana ləvazimatlarının redaksiyanın mühasibat hesabına mədaxil olunması, onların paylanması və ya istifadəsinə dair heç bir sənəd təqdim edilməmişdir (həmçinin "xxxx" MMC tərəfindən həmin dövr ərzində dəftərxana ləvazimatların alışını təsdiq edən sənəd təqdim edilməmişdir). (1-ci cild, i. v. 116-129) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, 012-9537-1121 nömrəli məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə Azərbaycan Respublikası DİN-in BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (2-ci cild, i. v. 63-64) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 012-1196-1122 nömrəli məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə Azərbaycan Respublikası DİN-in BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (13-cü cild, i.v. 162-163) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 012-1196-1122 nömrəli məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə Azərbaycan Respublikası DİN-in BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (13-cü cild, i.v. 162, 164) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli, 4958 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxanada müalicə olunmayıb. (2-ci cild, i. v. 147-148) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsinin Baş idarəyə daxil olmuş xx.xx.2022-ci il tarixli, 982 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicə olunmayıblar. (12-ci cild, i. v. 158-159, 14-cü cild, i.v. 1-2) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli, xx/xx-6350 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxanada müalicə olunmayıb və qeydiyyatda yoxdur. (2-ci cild, i. v. 77-78) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, xx/xx-1615 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin xəstəxanada müalicə olunmayıb və qeydiyyatda yoxdurlar. (14-cü cild, i. v. 103-104) - Neftçala rayon İcra Hakimiyyətinin Boyat kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən Baş idarəyə daxil olmuş 17 iyun 2021-ci il tarixli, 234 nömrəli arayış və ona əlavə edilən Təqsirləndirilən şəxs1 ilə bağlı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur. (2-ci cild, i. v. 162-165) - Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətinin 2 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən Baş idarəyə daxil olmuş 04 fevral 2022-ci il tarixli, 14-8/20 nömrəli məktuba əlavə edilən Təqsirləndirilən şəxs2 ilə bağlı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən də ünvan 42 ünvanında qeydiyyatda olmaqla yaşayır. Evlidir. Ailə üzvləri: arvadı- X53, övladı – 2018-ci il təvəllüdlü X59, 2021-ci il təvəllüdlü X42 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (14-cü cild, i. v. 3-4) - Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalatı Birliyindən daxil olmuş 04 fevral 2022-ci il tarixli, 24 nömrəli məktuba əlavə edilən Təqsirləndirilən şəxs3 ilə bağlı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 həqiqətən də ünvan 3 ünvanında qeydiyyatdadır. Qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur. (14-cü cild, i. v. 28-31) Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələrinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 müəyyən dələduzluq və rüşvət alma epizodları üzrə aldığı məbləğləri mübahisələndirsə də, həmçinin mənimsəmə cinayəti ilə bağlı həmin əməlləri redaksiyanın əlavə xərclərini öz hesabına ödəməsi və Təhsil Nazirliyinin həmin xərclərlə bağlı ödəmələr etməməsi ilə əsasladırsa da, ümumilikdə ittihamları qəbul etmiş, həm özünün, həm də digər təqsirləndirilən şəxslərin əməlləri barəsində səmimi ifadələr vermişdir. Digər Təqsirləndirilən şəxs2 ümumiyyətlə özünü təqsirli bilməyərək, cinayətdən xəbərsiz olduğunu, onun "xxxx" MMC-yə formal olaraq rəhbər təyin edildiyini, bütün cinayət əməllərini Təqsirləndirilən şəxs1 təkbaşına törətdiyini, onu da öz cinayətlərinə ortaq etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 müəssisəyə formal olaraq rəhbər təyin olunması, onun əsas iş yerinin Elmlər Akademiyasında olması və müəssisəyə boş vaxtlarında, nadir hallarda getməsi, müəssissənin möhürü və özünün asan imzasını Təqsirləndirilən şəxs1 verməsi, həmçinin ona təqdim olunan sənədləri araşdırmadan, məzmunu ilə tanış olmadan imzalaması ilə bağlı ifadələri həqiqəti əks etdirmir. Belə ki, Təqsirləndirilən şəxs2 elmi işçi olmaqla, müvafiq savad və intellektə sahib olmuş, ona təqdim edilən sənədlərlə tanış olmadan imzalayacaq sadəlövlükdə bir insan olmamış, həmçinin o, öz ifadəsində heç bir fəaliyyət göstərməyən müəssisədən hansı əsaslarla məvacib almasını, müəyyən məbləğlərdə pullar əldə etməsini heç nə ilə əsaslandıra bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini təkzib edərək, istinatq zamanı bir neçə saat ərzində ifadə verməsini özünə qarşı təzyiq kimi qəbul etdiyini, bu səbəbdən də həyəcanlı olduğu üçün müəyyən əməlləri törətməsi ilə bağlı etirafedici ifadələr verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin əməlləri dindirilmiş şəxslərin ifadələri, cinayət işinin materiallarında olan sənədlər, maddi sübutlar və s. sübutlarla tam təsdiqini tapmışdır. Məhkəmə kollegiyası, ittihamda nəzərdə tutulan əməlin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə ibtidai istintaq zamanı verdikləri ifadələrindən fərqli ifadə verməsini, onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştiraklarını inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib həmin ifadələri özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Belə ki, məhkəmə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, digər istintaq hərəkəti protokollarını, həmçinin, tədqiq edilmiş sənədlər, yoxlamanın nəticəsinə dair aktlar, habelə təqsirləndirilən şəxslərin istifadələrində olan mobil telefon nömrələri ilə aparılmış sms və telefon danışıqlarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirməklə, həmin ifadələrə tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət verərkən ən əvvəl qeyd edir ki, dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxslərin hər birinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə imtina etməsinə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməsi ilə bağlı ayrıca akt şəklində qərar qəbul edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29,178.3.2, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 32.5, 311.3.2, 32.5, 311.3.3, 311.3.3, 312.2, 312-1.1, 313, 320.1, 320.2-ci, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 311.3.2, 311.3.3, 313, 320.1 və 320.2-ci, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslərin hər birinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hər birinin himayəsində azyaşlı övladlarının olmasını, hər birinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, onların şəxsiyyətini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elmi fəaliyyətini, Təqsirləndirilən şəxs1 elm sahəsindəki yüksək rolunu onların barəsində cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir: Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-сi maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələrinin sanksiyasında iki ilədək müddətə, 320.2-ci maddəsinin sanksiyasında isə 1 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 320.1 və 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti, yəni 2 il müddət artıq keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər və onların müdafiəçiləri tərəfindən belə bir qərarın qəbul edilməsinə razılıqla əlaqədar müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddələrin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da həmin təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxslərin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayət əməlini öz qulluq mövqelərindən istifadə etməklə törətmələrini nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxslərin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərə cəza təyin edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə X72 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza həddi və növünü təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsiyyətlərini, hər biri ali təhsilli olmaqla elm sahəsindəki xidmətlərini, cinayət nəticəsində vurulmuş zərərlərin tam həcmdə ödənməsini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbin olmaması, onların hər birinin himayəsində azyaşlı övladlarının olmasını və digər yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkmələri cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, elmi fəaliyyətlə məşğul olan təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsləri və onların ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsləri cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxslərin hər birinin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslərin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və təqsirləndirilən şəxslərin hər birinin barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD disk, "xxxx" ASC-dən daxil olmuş bank çıxarışları, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi xx.xx.2022-ci il tarixli ifadəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında olan yazışmalar, Azərbaycan Respublikası Dövlət Xəzinədarlıq Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsinin ******* nömrəli büdcə təşkilatının şəxsi hesab vərəqələri, "xxxx" MMC ilə “Azərbaycan məktəbi” jurnalının redaksiyası arasında bağlanmış xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli eyni xarakterli müqavilələr, həmin müqavilələr əsasında tərtib edilmiş EBAL seriyalı, 461589 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 254519 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 441646 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələr, eyni tarixli hesab-faktura vərəqələri və malların təhvil-qəbul aktları, "xxxx" MMC ilə “Azərbaycan məktəbi” jurnalının redaksiyası arasında bağlanmış xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli eyni xarakterli müqavilələr, həmin müqavilələr əsasında tərtib edilmiş EBAJ seriyalı, 745244 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 935716 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 726756 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 949305 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 879676 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 770387 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 855233 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələr,"xxxx" MMC ilə “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının redaksiyası arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə, həmin müqavilə əsasında tərtib edilmiş EBAG seriyalı, 092924 nömrəli, xx.xx.2020-ci il tarixli qaimə, "xxxx" MMC ilə “Azərbaycan dili və ədəbiyyatının tədrisi ” jurnalının redaksiyası arasında bağlanmış xx.xx.2020 və xx.xx.2020-ci il tarixli eyni xarakterli müqavilələr, həmin müqavilələr əsasında tərtib edilmiş EBAL seriyalı, 159862 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 840328 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələr və eyni tarixli hesab-faktura vərəqələri, Şahid59 ifadəsinə əlavə etdiyi üzərində müvafiq qrafalara “Şahid59 adına xx.xx.2019-cu ildə Rusiya Federasiyası Cənubi X22 Özəl Ali təhsil müəssisəsi tərəfindən verilmiş ali təhsil haqqında diplom № 136124 49000961 Azərbaycan Respublikasında 050209- Psixologiya ixtisası istiqamətinin psixoloq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir” yazıları, uydurma 022911 qeydiyyat nömrəsi, eyni niyyətlə “Şahid59 adına xx.xx.2019-cu ildə Rusiya Federasiyası Cənubi X22 Özəl Ali təhsil müəssisəsi tərəfindən verilmiş ali təhsil haqqında diplom № 136124 49000961 – Psixologiya Azərbaycan Respublikasında tanınmışdır və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilməsi” yazıları, uydurma 136007 qeydiyyat nömrəsi, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” yazıları olan dairəvi möhürü və səlahiyyətli şəxsin imzası əks olunmuş “şəhadətnamə” görüntüsü yaradan “sənəd”lər, Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə etdiyi üzərində müvafiq qrafalara “Şahid49 adına xx.xx.2013-cü ildə Perm Milli Tədqiqat Texniki Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom № 103***-******* Azərbaycan Respublikasında İnşaat Mühəndisliyi -118187 ixtisası istiqamətinin İnşaat Mühəndisi ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir” yazıları, uydurma 124402 qeydiyyat nömrəsi və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” yazıları olan dairəvi möhürü və səlahiyyətli şəxsin imzası əks olunmuş “şəhadətnamə” görüntüsü yaradan “sənəd”, Şahid41 ifadəsinə əlavə etdiyi üzərində müvafiq qrafalara “X24 adına xx.xx.2015-ci il Rusiya Federasiyası Federal X116 təhsil müəssisəsi Çelyabinsk Dövlət Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom № 107424 ******* Azərbaycan Respublikasında tanınmışdır və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir” yazıları, uydurma 136009 qeydiyyat nömrəsi, eyni niyyətlə “X24 adına xx.xx.2015-ci il Rusiya Federasiyası Federal X116 təhsil müəssisəsi Çelyabinsk Dövlət Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom № 107424 ******* Azərbaycan Respublikasında 050102 – Dil və Ədəbiyyat müəllimliyi” ixtisası istiqamətinin dil və ədəbiyyat müəllimi (dillər üzrə) ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir (bərabərdir)” yazıları, uydurma 024406 qeydiyyat nömrəsi, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” yazıları olan dairəvi möhürü və səlahiyyətli şəxsin imzası əks olunmuş “şəhadətnamə” görüntüsü yaradan “sənəd”lər, Şahid26 ifadəsinə əlavə etdiyi müvafiq qrafalara “Tərəfinizdən Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin X21 İnsan resursları mərkəzinə göndərilən məktuba cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası, Sumqayıt şəhəri sakini, xx.xx.1997-ci il təvəllüdlü Şahid26 Sumqayıt şəhər 3 №-li tam orta məktəbə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etməyə tövsiyə edir. Şahid26 ilə rəsmi əmək müqaviləsi müddətsiz bağlanacaqdır” yazıları, uydurma “xx.xx.2020” tarixli, “33/45B3” nömrələri qeyd edilmiş və səlahiyyətli şəxsin imzası əks olunmuş “məktub” görüntüsü yaradan “sənəd”, xx.xx.2021-ci il tarixli “sənədlərin götürülməsi haqqında” protokola əlavə edilən müvafiq qrafalara “Şahid36 2020-ci ilin 18 iyun tarixindən Aqrar Elm və İnnovasiya Mərkəzinə böyük mütəxəssisi vəzifəsinə təyin edilməsi haqqında” yazıları, uydurma 106K əmr nömrəsi, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ümumi Şöbə” yazıları olan dairəvi, “Əsli ilə düzdür” yazıları olan düzbucaqlı formalı möhürləri və səlahiyyətli şəxsin imzası əks olunmuş “əmr” görüntüsü yaradan “sənəd”, Şahid56 xx.xx.2021-ci il tarixli müraciətinə əlavə etdiyi müvafiq qrafalara “xx.xx.1995-ci il təvəllüdlü Şahid58 Səxavət oğlunun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyasına 01 mart 2021-cil il tarixdən məsul katib vəzifəsinə təyin edilməsi haqqında” yazıları, uydurma 17 əmr nömrəsi, “Şahid57 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyasına 15 fevral 2021-cil il tarixdən müxbir redaktor vəzifəsinə təyin edilməsi haqqında” yazıları, uydurma 018/K əmr nömrəsi, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyası” yazıları olan dairəvi möhür və Təqsirləndirilən şəxs2 imzası əks olunmuş “əmr” görüntüsü yaradan “sənəd”lər, Şahid52 ifadəsinə əlavə etdiyi müvafiq qrafalara “ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Azərbaycan Aqrar Elmi” jurnalı elmi redaksiyası, Adı Araz, Soyadı Nağızadə, Atasının adı Hikmət, X102, verildiyi tarix xx.xx.2021, Etibarlılığı xx.xx.2021, baş redaktorun imzası, PRESS” sözləri yazılmış, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyası” yazıları olan dairəvi möhür və Təqsirləndirilən şəxs2 imzası əks olunmuş xidməti vəsiqə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan məktəbi” jurnalının redaksiyasına “şöbə redaktoru” vəzifəsinə işə götürülməsi görüntüsü yaradan üzərində “Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan məktəbi jurnalı” yazıları, habelə həmin jurnalın möhürü əks olunmuş və baş redaktorun imzası ilə təsdiqlənmiş uydurma “26” nömrəsi ilə qeydə alınmış vəsiqə, Şahid16 yarım ştat vahidi ilə şöbə redaktoru vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil jurnalı” redaksiyası üzrə verilmiş xx.xx.2020-ci il tarixli 07 nömrəli əmrin təsdiqlənmiş surəti, Şahid33 kompüter operatoru vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil jurnalı” redaksiyası üzrə verilmiş xx.xx.2020-ci il tarixli 09 nömrəli əmrin təsdiqlənmiş surəti , 01 ədəd Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalı redaksiyasının 2020-ci il üzrə birinci buraxılış jurnalı, 01 ədəd Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalı redaksiyasının 2020-ci il üzrə birinci buraxılış jurnalı, Zərərçəkmiş şəxs1 “Qərb poeziya ənənəsi, Sərvəti-Fünun və Hüseyn Cavid”, Zərərçəkmiş şəxs2 “Təbii fəlakətlərin Azərbaycanın turizm təsərrüfatına təsiri”, Zərərçəkmiş şəxs3 “Qarabağ poeziyası”, Zərərçəkmiş şəxs4 “Azərbaycan Respublikasının ərzaq təminatında taxılçılığın rolu və onun biznesinin səmərəli təşkili istiqamətləri”, Zərərçəkmiş şəxs5 “Azərbaycanda torpaqların məhsuldarlığının qiymətləndirilməsinin iqtisadi əsasları”, Zərərçəkmiş şəxs6 “Postmodern mərhələnin müharibələri: nəzəri izahatlar, tətbiqlər və prespektlər”, Zərərçəkmiş şəxs7 “Cinayətkar hərbi qulluqçunun şəxsiyyətinin kriminal xarakteristikası”, Zərərçəkmiş şəxs8 “X79 aid “İki Axın” və “Altı Sütun” əsərlərində beynəlimləlçiliyin tərənnümü”, Zərərçəkmiş şəxs9 “Cənubi Azərbaycan ədəbiyyatında poema təşəkkülü və inkişafı mərhələləri”, “Şəhriyar yaradıcılığında qadın”, Zərərçəkmiş şəxs10 “Emosional deikslər və onların şifahi ifadələri”, Zərərçəkmiş şəxs11 “Azərbaycan nağıllarında yalançı pəhləvan”, Zərərçəkmiş şəxs12 “Xüsusi iqtisadi zonalar”, X29 “Cənubi Azərbaycan ədəbiyyatı”, Zərərçəkmiş şəxs14 “ Azərbaycanın maddi mədəniyyətində qadın kultu izləri”, Zərərçəkmiş şəxs15 “ Ümumtəhsil məktəblərində dünya ədəbiyyatının tədrisinin əhəmiyyəti”, “Ədəbiyyatın müqayisəli tədrisi”, Zərərçəkmiş şəxs16 “Şümer və türk hal sistemlərinin struktur tipoloji müayinəsi”, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18 və Zərərçəkmiş şəxs19 birgə həmmüəllif olduqları “Keyfiyyət idarəetmənin kateqoriyası və xarici modellərin tarixi aspektlərinin müqayisəli təhlili”, Zərərçəkmiş şəxs20 “Cinayət prosesində azadlıq hüququnun təmin edilməsinin konstitusion hüquqi əsasları” adlı elmi məqalələri cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs21 məhkəməyə mülki iddia ərizəsi ilə müraciət etsə də, sonradan məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs21 vurulmuş ziyanın tam ödənilməsi və onun heç bir tələbinin olmaması ilə əlaqədar mülki iddia üzrə icraata xitam verilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs3 göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 850 (səkkiz yüz əlli) manat, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7 210 (iki yüz on) manat, Bakı şəhəri “Verdiktium” Vəkil Bürosunun vəkili X60 300 (üç yüz) manat, Müdafiəçi6 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29,178.3.2, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 32.5,311.3.2, 32.5,311.3.3, 311.3.3, 312.2, 312-1.1, 313, 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 32.5,311.3.2, 32.5,311.3.3, 311.3.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 313, 320.1, 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həmin maddə ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş əsas cəza- 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 3 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclasından azadlığa buraxılsın. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Neftçala rayonu üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 308.1, 311.3.2, 311.3.3, 313, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 320.1, 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həmin maddə ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş əsas cəza- 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 3 il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 həmin maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar- "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD disk, "xxxx" ASC-dən daxil olmuş bank çıxarışları, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi xx.xx.2022-ci il tarixli ifadəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında olan yazışmalar, Azərbaycan Respublikası Dövlət Xəzinədarlıq Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsinin ******* nömrəli büdcə təşkilatının şəxsi hesab vərəqələri, "xxxx" MMC ilə “Azərbaycan məktəbi” jurnalının redaksiyası arasında bağlanmış xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli eyni xarakterli müqavilələr, həmin müqavilələr əsasında tərtib edilmiş EBAL seriyalı, 461589 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 254519 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 441646 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələr, eyni tarixli hesab-faktura vərəqələri və malların təhvil-qəbul aktları, "xxxx" MMC ilə “Azərbaycan məktəbi” jurnalının redaksiyası arasında bağlanmış xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli eyni xarakterli müqavilələr, həmin müqavilələr əsasında tərtib edilmiş EBAJ seriyalı, 745244 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAM seriyalı, 935716 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 726756 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 949305 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 879676 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 770387 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, 855233 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələr,"xxxx" MMC ilə “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının redaksiyası arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə, həmin müqavilə əsasında tərtib edilmiş EBAG seriyalı, 092924 nömrəli, xx.xx.2020-ci il tarixli qaimə, "xxxx" MMC ilə “Azərbaycan dili və ədəbiyyatının tədrisi ” jurnalının redaksiyası arasında bağlanmış xx.xx.2020 və xx.xx.2020-ci il tarixli eyni xarakterli müqavilələr, həmin müqavilələr əsasında tərtib edilmiş EBAL seriyalı, 159862 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 840328 nömrəli, xx.xx.2020-ci il tarixli qaimələr və eyni tarixli hesab-faktura vərəqələri, Şahid59 ifadəsinə əlavə etdiyi üzərində müvafiq qrafalara “Şahid59 adına xx.xx.2019-cu ildə Rusiya Federasiyası Cənubi X22 Özəl Ali təhsil müəssisəsi tərəfindən verilmiş ali təhsil haqqında diplom № 136124 49000961 Azərbaycan Respublikasında 050209- Psixologiya ixtisası istiqamətinin psixoloq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir” yazıları, uydurma 022911 qeydiyyat nömrəsi, eyni niyyətlə “Şahid59 adına xx.xx.2019-cu ildə Rusiya Federasiyası Cənubi X22 Özəl Ali təhsil müəssisəsi tərəfindən verilmiş ali təhsil haqqında diplom № 136124 49000961 – Psixologiya Azərbaycan Respublikasında tanınmışdır və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilməsi” yazıları, uydurma 136007 qeydiyyat nömrəsi, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” yazıları olan dairəvi möhürü və səlahiyyətli şəxsin imzası əks olunmuş “şəhadətnamə” görüntüsü yaradan “sənəd”lər, Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə etdiyi üzərində müvafiq qrafalara “Şahid49 adına xx.xx.2013-cü ildə Perm Milli Tədqiqat Texniki Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom № 103***-******* Azərbaycan Respublikasında İnşaat Mühəndisliyi -118187 ixtisası istiqamətinin İnşaat Mühəndisi ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir” yazıları, uydurma 124402 qeydiyyat nömrəsi və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” yazıları olan dairəvi möhürü və səlahiyyətli şəxsin imzası əks olunmuş “şəhadətnamə” görüntüsü yaradan “sənəd”, Şahid41 ifadəsinə əlavə etdiyi üzərində müvafiq qrafalara “X24 adına xx.xx.2015-ci il Rusiya Federasiyası Federal X116 təhsil müəssisəsi Çelyabinsk Dövlət Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom № 107424 ******* Azərbaycan Respublikasında tanınmışdır və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir” yazıları, uydurma 136009 qeydiyyat nömrəsi, eyni niyyətlə “X24 adına xx.xx.2015-ci il Rusiya Federasiyası Federal X116 təhsil müəssisəsi Çelyabinsk Dövlət Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom № 107424 ******* Azərbaycan Respublikasında 050102 – Dil və Ədəbiyyat müəllimliyi” ixtisası istiqamətinin dil və ədəbiyyat müəllimi (dillər üzrə) ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir (bərabərdir)” yazıları, uydurma 024406 qeydiyyat nömrəsi, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi” yazıları olan dairəvi möhürü və səlahiyyətli şəxsin imzası əks olunmuş “şəhadətnamə” görüntüsü yaradan “sənəd”lər, Şahid26 ifadəsinə əlavə etdiyi müvafiq qrafalara “Tərəfinizdən Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin X21 İnsan resursları mərkəzinə göndərilən məktuba cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası, Sumqayıt şəhəri sakini, xx.xx.1997-ci il təvəllüdlü Şahid26 Sumqayıt şəhər 3 №-li tam orta məktəbə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etməyə tövsiyə edir. Şahid26 ilə rəsmi əmək müqaviləsi müddətsiz bağlanacaqdır” yazıları, uydurma “xx.xx.2020” tarixli, “33/45B3” nömrələri qeyd edilmiş və səlahiyyətli şəxsin imzası əks olunmuş “məktub” görüntüsü yaradan “sənəd”, xx.xx.2021-ci il tarixli “sənədlərin götürülməsi haqqında” protokola əlavə edilən müvafiq qrafalara “Şahid36 2020-ci ilin 18 iyun tarixindən Aqrar Elm və İnnovasiya Mərkəzinə böyük mütəxəssisi vəzifəsinə təyin edilməsi haqqında” yazıları, uydurma 106K əmr nömrəsi, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ümumi Şöbə” yazıları olan dairəvi, “Əsli ilə düzdür” yazıları olan düzbucaqlı formalı möhürləri və səlahiyyətli şəxsin imzası əks olunmuş “əmr” görüntüsü yaradan “sənəd”, Şahid56 xx.xx.2021-ci il tarixli müraciətinə əlavə etdiyi müvafiq qrafalara “xx.xx.1995-ci il təvəllüdlü Şahid58 Səxavət oğlunun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyasına 01 mart 2021-cil il tarixdən məsul katib vəzifəsinə təyin edilməsi haqqında” yazıları, uydurma 17 əmr nömrəsi, “Şahid57 Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyasına 15 fevral 2021-cil il tarixdən müxbir redaktor vəzifəsinə təyin edilməsi haqqında” yazıları, uydurma 018/K əmr nömrəsi, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyası” yazıları olan dairəvi möhür və Təqsirləndirilən şəxs2 imzası əks olunmuş “əmr” görüntüsü yaradan “sənəd”lər, Şahid52 ifadəsinə əlavə etdiyi müvafiq qrafalara “ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Azərbaycan Aqrar Elmi” jurnalı elmi redaksiyası, Adı Araz, Soyadı Nağızadə, Atasının adı Hikmət, X102, verildiyi tarix xx.xx.2021, Etibarlılığı xx.xx.2021, baş redaktorun imzası, PRESS” sözləri yazılmış, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan X114 redaksiyası” yazıları olan dairəvi möhür və Təqsirləndirilən şəxs2 imzası əks olunmuş xidməti vəsiqə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan məktəbi” jurnalının redaksiyasına “şöbə redaktoru” vəzifəsinə işə götürülməsi görüntüsü yaradan üzərində “Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan məktəbi jurnalı” yazıları, habelə həmin jurnalın möhürü əks olunmuş və baş redaktorun imzası ilə təsdiqlənmiş uydurma “26” nömrəsi ilə qeydə alınmış vəsiqə, Şahid16 yarım ştat vahidi ilə şöbə redaktoru vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil jurnalı” redaksiyası üzrə verilmiş xx.xx.2020-ci il tarixli 07 nömrəli əmrin təsdiqlənmiş surəti, Şahid33 kompüter operatoru vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil jurnalı” redaksiyası üzrə verilmiş xx.xx.2020-ci il tarixli 09 nömrəli əmrin təsdiqlənmiş surəti , 01 ədəd Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalı redaksiyasının 2020-ci il üzrə birinci buraxılış jurnalı, 01 ədəd Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalı redaksiyasının 2020-ci il üzrə birinci buraxılış jurnalı, Zərərçəkmiş şəxs1 “Qərb poeziya ənənəsi, Sərvəti-Fünun və Hüseyn Cavid”, Zərərçəkmiş şəxs2 “Təbii fəlakətlərin Azərbaycanın turizm təsərrüfatına təsiri”, Zərərçəkmiş şəxs3 “Qarabağ poeziyası”, Zərərçəkmiş şəxs4 “Azərbaycan Respublikasının ərzaq təminatında taxılçılığın rolu və onun biznesinin səmərəli təşkili istiqamətləri”, Zərərçəkmiş şəxs5 “Azərbaycanda torpaqların məhsuldarlığının qiymətləndirilməsinin iqtisadi əsasları”, Zərərçəkmiş şəxs6 “Postmodern mərhələnin müharibələri: nəzəri izahatlar, tətbiqlər və prespektlər”, Zərərçəkmiş şəxs7 “Cinayətkar hərbi qulluqçunun şəxsiyyətinin kriminal xarakteristikası”, Zərərçəkmiş şəxs8 “X79 aid “İki Axın” və “Altı Sütun” əsərlərində beynəlimləlçiliyin tərənnümü”, Zərərçəkmiş şəxs9“ Cənubi Azərbaycan ədəbiyyatında poema təşəkkülü və inkişafı mərhələləri”, “Şəhriyar yaradıcılığında qadın”, Zərərçəkmiş şəxs10 “Emosional deikslər və onların şifahi ifadələri”, Zərərçəkmiş şəxs11 “Azərbaycan nağıllarında yalançı pəhləvan”, Zərərçəkmiş şəxs12 “Xüsusi iqtisadi zonalar”, X29 “Cənubi Azərbaycan ədəbiyyatı”, Zərərçəkmiş şəxs14 “ Azərbaycanın maddi mədəniyyətində qadın kultu izləri”, Zərərçəkmiş şəxs15 “Ümumtəhsil məktəblərində dünya ədəbiyyatının tədrisinin əhəmiyyəti”, “Ədəbiyyatın müqayisəli tədrisi”, Zərərçəkmiş şəxs16 “Şümer və türk hal sistemlərinin struktur tipoloji müayinəsi”, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18 və Zərərçəkmiş şəxs19 birgə həmmüəllif olduqları “Keyfiyyət idarəetmənin kateqoriyası və xarici modellərin tarixi aspektlərinin müqayisəli təhlili”, Zərərçəkmiş şəxs20 “Cinayət prosesində azadlıq hüququnun təmin edilməsinin konstitusion hüquqi əsasları” adlı elmi məqalələri cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs21 vurulmuş ziyanın tam ödənilməsi və onun heç bir tələbinin olmaması ilə əlaqədar mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 tərəfindən Baş Prokurorluğun depozit hesabına köçürülmüş Azərbaycan Respublikası Təhsil Nazirliyinə vurulmuş ziyanın 6.500 manat məbləğində olan hissəsinin xx.xx.2022-ci il tarixli qərarla dövlət büdcəsinə köçürülməsi nəzərə alınsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 850 (səkkiz yüz əlli) manat, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7 210 (iki yüz on) manat, Bakı şəhəri “Verdiktium” Vəkil Bürosunun vəkili X60 300 (üç yüz) manat, Müdafiəçi6 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Roman Ələkbərli Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar