Məhkəmə qərarları › İş №1(101)-520/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-520/2020

22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-520/2020 22.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Dəvəçi (Şabran) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; xx xxxxxx 2009-cu ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə təyin edilmiş 03 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası saxlanılmaqla, əsas cəzası 8 il müddətə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilmiş; xx xxx 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, külli miqdarda 348,509 qram çəkidə narkotik vasitə heroini, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 37,655 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz əldə edib yaşadığı Şabran şəhəri, Ə.Vahid küçəsi, 25 saylı ünvanda yerləşən şəxsi yaşayış evinə qanunsuz daşıyıb, həmin narkotik vasitə heroin və psixotrop maddənin bir hissəsini, yəni, külli miqdarda 334,327 qram heroini 17 bükümdə, 32,994 qram psixotrop maddə metamfetamini 3 ədəd bükümdə bir ədəd plasmas qabda gizlədərək satış məqsədilə saxlamış, həmin narkotik vasitə və psixotrop maddələrdən 2 ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 9,338 qram, 4, 656 qram və 1 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,188 qram olan narkotik vasitə heroini, 1 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 4,661 qram psixotrop maddə metamfetamini üzərində gəzdirməklə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, məhəllə 3007 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısına üzərində həmin narkotik vasitə və psixotrop maddələri qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 13:50-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, məhəllə 3007 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş və idarədə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan gödəkçənin sol yan cibindən satış məqsədilə əldə edib üzərində gəzdirməklə saxladığı 2 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,338 qram, 4,656 qram və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,188 qram olan külli miqdarda cəmi – 14,182 qram narkotik vasitə heroin və 1 ədəd şəffaf polietilen bükümdə külli miqdarda 4,661 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirin davamı olaraq həmin tarixdə Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı ünvan 4 saylı ünvanda həyatyanı sahəsinə baxış keçirilərkən onun satış məqsədilə əldə edib həyatyanı sahəsində çınqıl torpağın altında gizlədilərək saxlanılmış, bir ədəd plasmas qabda xarici görünüşünə və kimyəvi tərkibinə görə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən külli miqdarda 334,327 qram çəkidə 17 ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroin və külli miqdarda 32,994 qram çəkidə 03 ədəd şəffaf polietilen bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik istifadəçisidir. Narkotik vasitəni «Odnaklasnik» saytından tanımadığı şəxsdən özu istifadə etmək məqsədi ilə 5000 manat verib almış və yaşadığı ünvan 5 saylı ünvanda yerləşən evinə aparıb evində ayrı-ayrı bükümlərə büküb plasmas su qabına yerləşdirib, sonra həyatyanı sahədə torpağın altında gizlətmişdir. Bundan sonra qardaşı X8 məxsus “Çanqan” markalı, “Az **-AK-***” dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək üçün xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərinə gəlmiş və həmin gün saat 13 radələrində Bakı şəhəri Nəsimi rayonunda yerləşən “20 yanvar” Metrostansiyasının yaxınlığında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısında mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları kimi təqdim edərək ona qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. O, həqiqətən də üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını etiraf etmiş və bundan sonra onu İdarəyə dəvət etdikdə, o, idarə etdiyi avtomobillə birlikdə İdarəyə gətirilmişdir. İdarədə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş və baxış zamanı ona üzərində qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. O, üzərində olan özünün istifadə etmək məqsədi ilə saxladığı 2 ədəd şəffaf polietilen bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroini, 1 ədəd şəffaf polietilen bükümdə psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmiş və həmin bükümlər açılaraq içərisinə baxılıb, zərfə qoyularaq möhürlənib, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra ondan əlavə narkotik vasitə və ya psixotrop maddə olub olmamasını soruşduqda o, yaşadığı ünvan 6 saylı ünvanda həyatyanı sahəsində torpağın altında gizlətdiyini etiraf etmişdir. Bundan sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunsuz heç bir predmet və əşya aşkar edilməmişdir. Növbəti gün, yəni, xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində yaşadığı ünvan 6 saylı ünvana getmişlər. Həmin vaxt atası da evdə olmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla həyatyanı sahəyə baxış keçirilmiş və həyətyanı sahədə giriş qapısının həyətə doğru sağ tərəfində yerdə olan çınqıl qum tərəfə gedərək çınqılın içərisində basdırılmış iki ədəd ağ rəngli plastik qaba narkotik maddə olduğunu bildirmiş, çınqılı təmizləyib basdırılmış halda olan iki ədəd ağ rəngli plastik qabı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin qablardan birinin içərisi boş digərinin içərisində isə 17 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin, üç ədəd şəffaf sellofan bükümdə isə psixotrop maddə metamfetamin olmuşdur. Həmin bükümləri polis əməkdaşlarına təqdim etmiş və bundan sonra həmin bükümlərə baxış keçirilərək, qablaşdırılıb, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitəni satmamış və satmaq məqsədi ilə əldə etməmişdir. Həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə almışdır. Narkotik vasitəni o, damara vurmamış, onu çəkmişdir. Gün ərzində təxminən 5 qramdan istifadə etmişdir. O, İİR vətəndaşı Davud adlı şəxsi tanımır. İstintaq zamanı yalandan Davud adlı İİR vətəndaşından narkotik vasitə aldığını demişdir. O, maşın sataraq, narkotik vasitəni həmin pula almışdır. O, hər dəfə az-az alanda tutula biləcəyindən qorxduğu üçün bir dəfəlik çox miqdarda almışdır ki, uzun müddət istifadə etsin. Hərəkətindən peşmandır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 84-87-ci və 234-237-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...Təxminən 20 gün bundan qabaq mən yenədə həmin nömrəyə zəng etdim və gördüm ki, həmin nömrədən mənə cavab verən şəxs kişi cinsindən olan İİR vətəndaşıdır və mən onunla bir qədər danışıb, özümü ona təqdim etdikdən sonra həmin şəxs mənə adının Davud olduğunu bildirdi. Mən ona bildirdim ki, mənə heroin lazımdır. O mənə nə qədər pulum olduğunu soruşdu. Mən isə 5000 manat pulum olduğunu dedim. O, mənə bildirdi ki, mənə 400 qram göndərəcək, onun qiyməti 10.000 manatdır, 5000 manatını indi, qalanını isə 15 gün ərzində verərəm ... ». Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ifadənin sonunda olan imza və əlyazma ona məxsusdur. Lakin, ifadəsində o, narkotik vasitəni İİR vətəndaşından almağını düz yazmamışdır. İstintaq zamanı yalandan Davud adlı İİR vətəndaşından narkotik vasitə aldığını demişdir. Əməliyyat videoçəkilişlə keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Əlibala oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Baş X2 İdarəsinə Şabran şəhəri, Ə.Vahid küçəsi ev 25-də faktiki yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz narkotik vasitələri və psixotrop maddələri əldə edib satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə etmişdir. Bundan sonra Baş İdarənin əməkdaşlarından Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və yaradılmış əməliyyat qrupunun rəhbərlik edilməsi ona tapşırılmışdır. xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı saat 13:50-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, məhəllə 3007 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin “Changan” markalı, “**-AK-***” dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayandığını görüb ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərərək özlərini təqdim edərək həmin şəxsin şəxsiyyəti barədə sorğu edərkən həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə Baş X2 İdarəsinə gətirilmişdir. Onun hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması, varsa könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş və əynində olan göy rəngli qısaqol gödəkçəsinin sol yan cibindən üç ədəd şəffaf sellofan bükümü və bir ədəd gümüşü rəngli kağız bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümlərdə və bir ədəd gümüşü rəngli kağız bükümün içində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqda, iki ədəd şəffaf sellofan bükümün və bir ədəd gümüşü rəngli kağız bükümün içərisində toz şəkilli, qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə, digər bir ədəd şəffaf sellofan bükümün içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni təxminən 20 gün əvvəl Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində İran İslam Respublikasının vətəndaşı “Davud” adlı şəxsdən 5.000 manatını nağd şəkildə ödəyib, 5.000 manatını isə sonradan ödəyəcəyi şərti ilə, razılaşıb aldığını, həmin narkotik vasitə və psixotrop maddəni yaşadığı ünvan 7 saylı ünvana aparıb orada gizlədib saxladığını, xx xxxxxx 2019-cu il tarixdə həmin narkotik vasitə və psixotrop maddənin bir hissəsini üzərində daşıyaraq satış məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirmişdir. Yaşadığı ünvana aparıldığı təqdirdə gizlədib saxladığı narkotik vasitə və psixotrop maddəni də təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə və bir ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə qablaşdırılıb möhürlənərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobildən narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyalar aşkar edilməmişdir. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 saylı ünvana baxış keçirilməsindən ötrü ünvan 7 saylı ünvana getmişlər və xx xxxxxx 2019-cu il tarixdə saat 13:55-də təqsirləndirildən şəxsin yaşadığı ünvan 7 saylı ünvana yollanmışlar. Həmin ünvanda özünü təqsirləndirilən şəxsin atası kimi təqdim edən X12 evdə olmuşdur. Həmin şəxsə evə baxış keçirlməsi barədə bildirmişlər. Nazim Bayramov baxış keçirilməsinə etiraz etməyib, bu barədə ərizə vermişdir. Təqsirləndirilən şəxs yaşadığı ev 2 mərtəbəli yaşayış sahəsindən və həyətyanı sahədən ibarət olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və hər hansı qanunsuz saxladığı əşya və maddələr varsa, həmin maddə və əşyaları özü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs baxış keçirilən ünvanın həyətyanı sahənin girişi qapısının həyətə doğru sağ tərəfində yerdə olan çınqılın içinə basdırılmış halda iki ədəd ağ rəngli plastik qab olduğunu bildirib, çınqılı təmizləyib, çınqılın altına basdırılmış halda olan iki ədəd ağ rəngli plastik qabı çıxarıb təqdim etmişdir. Baxış zamanı plastik qabların birinin içi boş olmuş, digərinin içində isə şəffaf sellofan bükümlərdə maddələrin olduğu məlum olmuş və həmin plastik qaba baxış zamanı qabın içindən 17 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə oxşar maddə və 3 ədəd şəffaf sellofan bükümdə isə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni təxminən 20 gün əvvəl Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində İran İslam Respublikasının vətəndaşı “Davud” adlı şəxsdən 5.000 manatını nağd şəkildə ödəyib, 5.000 manatını isə sonradan ödəyəcəyi şərti ilə aldığını bildirmişdir. Aşkar edilmiş cəmi 20 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar olunduğu plastik qabın içinə qoyularaq, hər iki plastik qab birlikdə sellofan torbaya qoyularaq iştirakçıların iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq keçirilməsi, həmçinin Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Davud” adlı şəxslə qabaqcadan əlbir olması barədə İdarəyə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Ümumiyyətlə “Davud” adlı şəxsin faktiki mövcud olub-olmaması onlar tərəfindən müəyyən edilməmiş, İdarəyə yalnız Şabran şəhəri, Ə.Vahid küçəsi ev 25-də faktiki yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz narkotik vasitələri və psixotrop maddələri əldə edib satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. “Davud” adlı şəxsin adını təqsirləndirilən şəxs özü işlətmişdir. İran İslam Respublikasında yaşayan xarici vətəndaşlarla Təqsirləndirilən şəxs hansısa bir əlaqəsi olması müəyyən edilməmişdir. Səhv etmirsə narkotik vasitələrin əldə etmə mənbəyini müəyyən etmək üçün ibtidai istintaq orqanı cinayət işi ayırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 eyni məzmunlu ifadələr verərək Şahid3 Əlibala oğlunun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini, digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan DİN-in Baş X2 İdarəsininin Adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 xx xxxxxx 2019-cu il tarixli raportundan görünür ki, xx.xx.1984-cü ildə Dəvəçi rayonu, Pirəmsən kəndində anadan olmuş, Şabran rayonu, Pirəmsən kəndində qeydiyyatda olmaqla, ünvan 7-də faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 26-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş X2 İdarəsininin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə saat 13:50-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, məhəllə 3007 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq idarəyə dəvət edilmiş və idarədə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli qısaqol gödəkcəsinin sol yan cibindən çıxardığı üç ədəd şəffaf sellofan bükümü və bir ədəd gümüşü rəngli kağız bükümü masanın üzərinə qoymaqla təqdim etmiş və həmin sellofon bükümlərin və 1 ədəd gümüşü rəngli kağız bükümün içərisində narkotik vasitə heroin və psixotrop maddə metmfetamin olduğunu bildirmişdir. Həmin şəffaf sellofan bükümlərə və gümüşü rəngli kağız bükümə baxış keçirilərkən, onların içərisində toz şəkilli, qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə, digər 1 ədəd şəffaf sellofan bükümün içərisində isə kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni təxminən 20 gün əvvəl Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində İİR vətəndaşı “Davud” adlı şəxsdən 5,000 manatını nağd şəkildə ödəyib, 5,000 manatını isə sonradan ödəyəcəyi şərti ilə, qiymətini ümumilikdə 10,000 manata razılaşıb aldığını, həmin narkotik vasitə və psixotrop maddənin bir hissəsini üzərində daşıyaraq satış məqsədi ilə Bakı şəhərinə gətirdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddədən başqa yaşadığı ünvan 7 saylı ünvanın həyətyanı sahəsində külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin gizlədib saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 ədəd şəffaf sellofan bükümdə və 1 ədəd gümüşü kağız büküm zərfə qoyularaq, möhürlənmiş və həmin zərf iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır. Cinayət işinin 28-ci vərəqəsində olan Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Baş X2 İdarəsinin əməkdaşları tərəfindən idarə etdiyi “Changan” markalı, “**-AK-***” nömrəli avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 29-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Changan” markalı, “**-AK-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin avtomobilin qardaşı Vaqif Bayramova məxsus olduğunu və qardaşının icazəsi ilə avtomobili idarə etdiyini bildirmişdir.Baxış zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır. Cinayət işinin 40-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 31065 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan zərfdəki 2 (iki) ədəd şəffaf polietilen bükümdə, ümumi təmiz çəkisi 13.994qr (ayrı-ayrılıqda təmiz çəkiləri 9,338 qr və 4,656qr) və 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi 0,188 qr qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 4,661 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Vət. Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 14,182qr-dır və həmin heroinlər tərkibindəki komponentlərinə görə eynidirlər. Cinayət işinin 58-ci vərəqəsində olan Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Baş X2 İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 7 saylı ünvana baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 59-cu vərəqəsində olan X6 xx xxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Baş X2 İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 7 saylı ünvana baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 60-62-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə, psixotrop maddə və ya hər hansı qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif edilmiş və bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahənin giriş qapısının həyətə doğru sağ tərəfində yerdə olan çınqıl qumun içərisinə basdırılmış halda olan iki ədəd ağ rəngli plastik qabı çıxarıb təqdim etmişdir. Baxış zamanı həmin plastik qablardan birinin boş olduğu, digər plastik qabın içərisində isə 17 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə oxşar maddə və 3 ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni təxminən 20 gün əvvəl Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində İİR vətəndaşı “Davud” adlı şəxsdən 5,000 manatını nağd şəkildə ödəyib, 5,000 manatını isə sonradan ödəyəcəyi şərti ilə aldığını, həmin narkotik vasitə və psixotrop maddənin üzərində daşıyaraq yaşadığı ünvan 7 saylı ünvana aparıb orada gizlədib saxladığını bildirmişdir. Aşkar edilmiş bükümlər və 2 ədəd plastik qab qablaşdıralaraq, möhürlənmişdir. Baxış zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparılmışdır. Cinayət işinin 70-73-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 31209 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 25 saylı ünvanın həyətyanı sahəsindən aşkar edilmiş...” yazılar olan bağlamada 02 ədəd plastik qablardan birindəki 17 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 334,327 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (maddələrin ayrıayrılıqda təmiz çəkisi 1 saylı cədvəldə qeyd olunmuşdur); 03 ədəd bükümdə ümumi təmiz çəkisi 32,994 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (maddələrin ayrı-ayrılıqda təmiz çəkiləri 2 saylı cədvəldə qeyd olunmuşdur); üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazılar olan zərfdəki obyektlər barədə xx.xx.20xx xxxxxxx 31065 saylı ekspert rəyində məlumat verilmişdir; Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 saylı ünvanın həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 17 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə aralarında və həmçinin 03 bükümdəki metamfetamin kütlələri də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminlə onun yaşadığı ünvan 10 saylı ünvanın həyətyanı sahəsindən aşkar edilərək götürülmüş müvafiq maddələr kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 saylı ünvanın həyətyanı sahəsindən aşkar edilərək götürülmüş boş vəziyyətdə olan plastik qabın içərisində narkotik vasitə - heroin izləri müəyyən edildi. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 164-165-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 5(005)-672/2019 №-li əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid3 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis polkovniki Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 202-215-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş külli miqdarda ümumi təmiz çəkisi – ekspertiza tədqiqatından sonra qalıq qalmış 348,129 qram heroin və 37,495 qram metamfetamin maddi sübut qismində tanınıb və Baş X2 İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həqiqətən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıqla, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli Azərbaycan Respublikasına keçirməsi epizodu təqsirliliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməlidir. Belə ki, ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla Azərbaycan Respublikasına keçirmə barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Davud” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Davud” adlı şəxsdən sonuncunun qaçaqmalçılıqla naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda 348,509 qram çəkidə narkotik vasitə heroini, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 37,655 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz əldə edib yaşadığı Şabran şəhəri, Ə.Vahid küçəsi, 25 saylı ünvanda yerləşən şəxsi yaşayış evinə qanunsuz daşıyıb, həmin narkotik vasitə heroin və psixotrop maddənin bir hissəsini, yəni, külli miqdarda 334,327 qram heroini 17 bükümdə, 32,994 qram psixotrop maddə metamfetamin 3 ədəd bükümdə bir ədəd plastmas qabda gizlədərək satış məqsədilə saxlamış, həmin narkotik vasitə və psixotrop maddələrdən 2 ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 9,338 qram, 4, 656 qram və 1 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,188 qram olan narkotik vasitə heroini, 1 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 4,661 qram psixotrop madda metamfetamini üzərində gəzdirməklə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, məhəllə 3007 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısına üzərində narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 13:50-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, məhəllə 3007 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş və İdarədə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan gödəkçənin sol yan cibindən satış məqsədilə əldə edib üzərində gəzdirməklə saxladığı 2 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,338 qram, 4,656 qram və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,188 qram olan külli miqdarda cəmi – 14,182 qram narkotik vasitə heroin və 1 ədəd şəffaf polietilen bükümdə külli miqdarda 4,661 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirin davamı olaraq həmin tarixdə Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı ünvan 4 saylı ünvanda həyat yanı sahəsinə baxış keçirilərkən onun satış məqsədilə əldə edib həyat yanı sahəsində çınqıl torpağın altında gizlədilərək saxlanılmış, bir ədəd plastmas qabda xarici görünüşünə və kimyəvi tərkibinə görə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən külli miqdarda 334,327 qram çəkidə 17 ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroin və külli miqdarda 32,994 qram çəkidə 03 ədəd şəffaf polietilen bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası iş üzrə istintaq orqanının yuxarıda qeyd olunan həmin epizodla əlaqədar qəbul etmiş olduğu qərara istinadən belə nəticəyə gəlir ki, istintaqçı cinayət işi və həmin epizod üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, təhlil olunmaqla bir-biri ilə müqayisə etməmiş və qanuna müvafiq qaydada qiymətləndirilməmişdir. Sübutların tədqiqi və onların qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, elan edilmiş ittiham ziddiyyətli sübutlara əsaslanmış və bu ziddiyyətlərin aradan qaldırılması istiqamətində qanuna müvafiq tədbirlər görülməmişdir. Belə nəticə həmçinin cinayət mühakimə icraatının aparılması zamanı qanunvericilik prinsipinə əməl edilməsi tələbi təsbit edilmiş Azərbaycan Respublikası CPM-nin 10.1-ci maddəsinin müddəalarından da irəli gəlir. Həmin maddəyə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilməsinə yol verir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair xx xxxx 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Qeyd olunan Azərbaycan Respublikası CPM-nin müddəalarına əsasən məhkəmə kollegiyası aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş qaçaqmalçılıq epizodu üzrə ittiham sübuta yetirilmədiyi üçün bəraət verilməsi qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxsna qaçaqmalçılıq epizodu üzrə ibtidai istintaq orqanı yalnız sonuncunun ifadələrini əsas kimi qəbul edərək kifayətlənmişdir. Məhkəmə, verilən ittihamın iş üzrə digər sübutlarla təmin edilməməsi səbəbindən onların həqiqiliyinə dair əsaslı şübhələrin yaranması qənaətinə gəlir. İbtidai istintaq orqanı sübutların qiymətləndirməsi qərarında Təqsirləndirilən şəxs sözügedən əməllərinin tövsifi üzrə mövqeyini izah edə bilməmişdir. Sübutların qiymətləndirilməsi qabaqcadan yaranmış yalnış qənaət əsasında aparılıb, təqsirsizliyini sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyulub, sübut edilməli hallar üzrə ehtimalların tarazlığına riayət olunmayıb. İstintaq orqanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələrini ittihamı təsdiq edən sübut növü kimi qəbul etsə də,onun təqsirliliyini sübut edən hər hansı bir başqa mötəbər dəlil və ya sübut müəyyən etməmişdir. Cinayət işinin 84-87, 234-237-ci vərəqələrində olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış Təqsirləndirilən şəxs ifadələrindən görünür ki, sonuncu ibtidai istintaq vaxtı aşağıdakıları göstərmişdir: «… 2017-ci il tarixdə adını bildiyi Elvin adlı şəxsin mobil telefonundan özünün də bilmədiyi vaxt İran İslam Respublikasına məxsus mobil nömrə götürmüş və həmin vaxt mobil nömrəyə zəng etsədə, lakin nömrəyə zəng çatmamış, o dəfələrlə nömrəyə zəng etsədə, lakin nömrə bağlı olduğunun şahidi olmuş, təxminən 20 gün bundan qabaq o yenədə həmin nömrəyə zəng etdikdə görmüşdür ki, həmin nömrədən ona cavab verən şəxs kişi cinsindən olan İran İslam Respublikasının vətəndaşıdır və o, həmin şəxslə bir qədər danışıb, özünü ona təqdim etdikdən sonra həmin şəxs onun adının “Davud” olduğunu demiş, o, Davuda bildirmişdir ki, ona heroin lazımdır. Davud ona nə qədər pulu olduğunu demiş, o, da Davuda 5.000 manat pulu olduğunu demişdir. Davud ona 400 qram göndərəcəyini, onun qiymətinin 10.000 manat olduğunu bildirmiş və onu almaq istəyirsə 5.000 manat verib, qalanını isə 15 gün ərzində verməsini demişdir. O, Davudla razılaşmış və bildirmişdir ki, göndər gəlsin. Ondan sonra o, Davuda bildirmişdir ki, pulun 5.000 manatı hazırdır. Bir gün sonra o, ona zəng edərək, hazır olmasını və zəng edən kimi çıxıb Bakı şəhərinə gedəcəyini bildirmişdir. Həmin gün saat 14 radələrində Davud ona zəng edərək, Bakı şəhərinə gedib, oradan ona zəng etməsini demiş, ona görə də Bakı şəhərinə gəlməsini və ona zəng etdiyini, Davudun ona Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən, 20 sahənin dairəsinə gəlməsini və o da Davudun sözünə görə həmin yerə gəldiyini və ona zəng etdiyini və burada olduğunu ona bildirmiş və oradan «20 sahənin» yuxarısına tərəf qalxıb orada zibil qutularını görəcəyini və ondan sonra pulu götürüb sellofan paketə qoymasını və zibil qutularının arxasında sellofan paket olmasını, onu götürərək, puluda oraya qoymasını bildirmişdir. O da Davudun dediyi kimi pulu sellofan paketə qoyub, zibil qutularının arxasında olan sellofan paketi götürüb, pulu oraya qoyduğunu və sellofan paketi götürüb yaşadığı ünvan 6 saylı ünvanda yerləşən evinə gəldiyini və evində olan zaman sellofan paketi açıb, orada olan maddələr böyük olduğundan onları bölüb, plasmas su qabına yerləşdirdiyini, sonra həyatyanı sahədə torpağın altında gizlətdiyini bildirmişdir…» Göründüyü kimi, şəxsiyyəti istintaqla müəyyən olunmayan “Davud” adlı İran İslam Respublikası vətəndaşının adını Təqsirləndirilən şəxs özü işlətmiş, lakin həmin şəxsin narkotik vasitə və psixotrop maddələri həqiqətən İran İslam Respublikasından gətirilməsi dindirmə zamanı aydınlaşdırılmamışdır. Azərbaycan Respublikası CPM-nin 126.6-ci maddəsində qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, narkotik vasitəni «Odnaklasnik» saytından tanımadığı şəxsdən özu istifadə etmək məqsədi ilə 5000 manat verib almış, İran İslam Respublikasının vətəndaşı «Davud» adlı şəxsi tanımır. İstintaq zamanı yalandan «Davud» adlı İİR vətəndaşından narkotik vasitə aldığını demişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı “Davud” adlı şəxsdən sonuncunun qaçaqmalçılıqla naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda narkotik vasitə heroini, psixotrop maddə metamfetaminin keçirilməsi epizodu üzrə istinad edilən sübutlar siyahısına şahidlər: Şahid3 Əlibala oğlu, X7 və Şahid1 ifadələrini daxil etmişdir. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Əlibala oğlu, X7 və Şahid1 ifadələrində göstərmişlər ki, xx xxxxxx 2019-cu il tarixdə Baş X2 İdarəsinə Şabran şəhəri, Ə.Vahid küçəsi ev 25-də faktiki yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz narkotik vasitələri və psixotrop maddələri əldə edib satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq keçirilməsi, həmçinin Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Davud” adlı şəxslə qabaqcadan əlbir olması barədə İdarəyə heç bir əməliyyat məlumatı daxil olmamışdır. “Davud” adlı şəxsin adını təqsirləndirilən şəxs özü işlətmiş, İran İslam Respublikasında yaşayan xarici vətəndaşlarla Təqsirləndirilən şəxs hansısa bir əlaqəsi olması müəyyən edilməmişdir. Cinayət işinin 5-ci vərəqəsində olan DİN-in Baş X2 İdarəsininin Adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 xx xxxxxx 2019-cu il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2019-cu il tarixli əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə İdarəyə qərəzsiz mənbədən məlumat daxil olunmuş, həmin məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaranması barədə qərar qəbul edilmişdir. Cinayət işinin 176-cı vərəqəsində olan Baş X2 İdarəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 007-463-1220 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin hansı şəraitdə, nə vaxt, kimdən əldə etməsi, satışı və ya istifdə etməsi ilə məşğul olmasını biləcək şahidlərin dairəsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin 182-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxxxxx” MMC-dən daxil olmuş ***-***-**-** mobil nömrəsinə aid məlumatlar olan 01 ədəd diskə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 193-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxxxxx” MMC-dən daxil olmuş ***-***-**-** mobil nömrəsinə aid məlumatlar olan 01 ədəd diskə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 194-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş «Xiaomi» markalı, «Mi pley» modelli mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı telefonun istifadəyə yararlı olduğu və üzərində “***-***-**-**” və “***-***-**-**” mobil nömrəsinin olduğu müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının “K.H.Əliyevin işi üzrə” qərarında qeyd edilmişdir ki, şəxsin CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsi üçün onun məhz bu cinayətin törədilməsində qabaqcadan əlbir olan qrupun tərkibində qaçaqmalçılıq cinayətinin obyektiv tərəfi təşkil edən hərəkətəlri qrupun digər üzvləri ilə birgə icra etməsi, yəni qaçaq malını Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməsi tələb olunur. İstintaq orqanıTəqsirləndirilən şəxs «Elvin» və «Davud» adlı şəxslərlə qəsdən törədilən cinayətdə iştirakçılığın növünü, cinayətin törədilməsində rolların bölüşdürülməsi, cinayətin törədilmə planının işlənib hazırlanması, cinayətin törədilməsi üçün hazırlıq görülməsi, cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi, hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması barədə davranış istiqamətləri müəyyənləşdirilməmişdir. Məhkəməyədək icraat zamanı ümumiyyətlə “Elvin” adlı və “Davud” adlı şəxslərin mövcüd olub-olmaması, onların anket məlumatları, telefon nömrələri,onların həqiqətən qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələri gömrük sərhədindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi, hansı sərhəd məntəqəsindən keçirilməsi nə əməliyyat nə də istintaq yolu ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. İştirakçılığın sadə formasına aid edilən qabaqcadan əlbir olan bir qrup şəxs CM-nin 34.1-ci maddəsində təsbit olunmuş bir qrup şəxs də olduğu kimi cinayətin qrupa daxil olan şəxslər tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edir. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. İstintaqçı nə sübutları qiymətləndirmə qərarında, nə də ittiham aktında bu ziddiyyətin səbəblərini göstərməmiş, qabaqcadan əlbir olan bir qrup şəxs hallında fəaliyyət göstərmə ittihamı verdiyi şəxslərin vahid qəsdlə hərəkət etmələri kimi nəticəyə gəlməsini əsaslandırmamışdır. Təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıqla, Azərbaycan Respublikasının gömrük sərhədindən kənar və ya ondan gizli Azərbaycan Respublikasına keçirməsini sübut edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarında təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2-ci maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibdtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. X1rşı işində X18 Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X18 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işi üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərar, X21rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, -“... həqiqəti müəyyənləşdirmək imkanın inkar edilməsi ədalət mühakiməsinin mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədələtli həlli məhz və yalnız təqsirlilik dərəcəsinə uyğun məhküm olunması, cinayət qanunun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizsə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur...” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 8-ci bədində göstərilmişdir ki, məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamda qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıqla, Azərbaycan Respublikasının gömrük sərhədindən kənar və ya ondan gizli Azərbaycan Respublikasına keçirməsini epizodu üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən ona bəraət verilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, külli miqdarda 348,509 qram çəkidə narkotik vasitə heroini, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 37,655 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz əldə edib yaşadığı Şabran şəhəri, Ə.Vahid küçəsi, 25 saylı ünvanda yerləşən şəxsi yaşayış evinə qanunsuz daşıyıb, həmin narkotik vasitə heroin və psixotrop maddənin bir hissəsini, yəni, külli miqdarda 334,327 qram heroini 17 bükümdə, 32,994 qram psixotrop maddə metamfetamini 3 ədəd bükümdə bir ədəd plasmas qabda gizlədərək satış məqsədilə saxlamış, həmin narkotik vasitə və psixotrop maddələrdən 2 ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 9,338 qram, 4, 656 qram və 1 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,188 qram olan narkotik vasitə heroini, 1 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 4,661 qram psixotrop maddə metamfetamini üzərində gəzdirməklə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, məhəllə 3007 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısına üzərində həmin narkotik vasitə və psixotrop maddələri qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 13:50-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, məhəllə 3007 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş və idarədə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan gödəkçənin sol yan cibindən satış məqsədilə əldə edib üzərində gəzdirməklə saxladığı 2 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,338 qram, 4,656 qram və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,188 qram olan külli miqdarda cəmi – 14,182 qram narkotik vasitə heroin və 1 ədəd şəffaf polietilen bükümdə külli miqdarda 4,661 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirin davamı olaraq həmin tarixdə Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı ünvan 4 saylı ünvanda həyatyanı sahəsinə baxış keçirilərkən onun satış məqsədilə əldə edib həyatyanı sahəsində çınqıl torpağın altında gizlədilərək saxlanılmış, bir ədəd plasmas qabda xarici görünüşünə və kimyəvi tərkibinə görə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən külli miqdarda 334,327 qram çəkidə 17 ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroin və külli miqdarda 32,994 qram çəkidə 03 ədəd şəffaf polietilen bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq dövründə və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız narkotik istifadəçisi olduğunu bildirmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin verdiyi ifadələrini məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs həmin ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi ilə əlaqədar istintaq orqanının fikri ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunaraq, o, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «heroin» olan maddələr narkotik vasitənin 0,15 qramı və metamfetaminin də 0,15 qramı və ondan artıq olan hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Təmiz halda 2 (iki) qram və ondan artıq miqdarda «heroin» və «metafetamin» isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 151-152-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X4 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən, 167-175-ci vərəqələrində olan Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmünün təsdiq edilmiş kserosurətindən, 156- 160-cı vərəqələrində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2009-cu il tarixli, 1(102)-455/2009 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; xx xxxxxx 2009-cu ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə təyin edilmiş 03 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası saxlanılmaqla, əsas cəzası 8 il müddətə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilmiş; xx xxx 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 179-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 311 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 195-196-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 X10 xx xxxxxx 2020-ci il tarixli, 196 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 241-ci vərəqəsində olan Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər X19 üzrə nümayəndəliyindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 997 №li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 242-ci vərəqəsində olan Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər X19 üzrə nümayəndəliyindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 996 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə - həyat yoldaşı xx.xx.1985-ci il təvəllüdlü X9, qızı – xx.xx.2012-ci il təvəllüdlü X13 və oğlu – xx.xx.2015-ci il təvəllüdlü X16 daxildir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 19-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokol xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmişdir. Həmçinin, cinayət işinin 103-105-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(005)-1188/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il taridən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda ümumi təmiz çəkisi – 348,359 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatdan sonrakı qalıq 348,129 qramı və ümumi təmiz çəkisi - 37,605 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 37,495 qramı məhv edilməli, şəxsi axtarış və götürülmə aparılması haqqında protokollara aid videogörüntülər olan iki ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaldır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin aləti, həmçinin, dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 223,90 (iki yüz iyirmi üç manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixlivə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda ümumi təmiz çəkisi – 348,359 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatdan sonrakı qalıq 348,129 qramı və ümumi təmiz çəkisi - 37,605 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 37,495 qramı məhv edilsin, şəxsi axtarış və götürülmə aparılması haqqında protokollara aid videogörüntülər olan iki ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 223,90 (iki yüz iyirmi üç manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar