Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-520/2022 17.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə 12 dekabr 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5 avqust 2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensİar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyanın ötürülməsinə cəhd etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və şəxsi istehlak miqdarından artıq psixotrop maddəni əldə edib, daşıyıb, saxlamışdır. belə ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu halda məhkumluğu ödənilmədən və ya götürülmədən Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında 16.09.2020-ci il tarixdən həbsdə saxlanılan qardaşı məhkum Şahid8 sovqat bağlaması adı ilə «X1 İntizam Qaydaları» ilə həbsdə saxlanılanlar üçün qadağan olan mobil telefonun ötürülməsi məqsədilə 01.07.2021-ci il tarixdə həmin şəxsə daxilində (050) 571 12 68 №-li danışıq kartı olan "X-inova” markalı 360 modelli "**********442829, "**********442829, " imei kodlu mobil telefonu sellofan torbanın içərisindəki bükülü vəziyyətdə olan idman çantası arasına gizlətmiş və həmin tarixdə saat 15:30-da təcridxanaya daxil olarkən qadağan olunmuş əşyaların keçirilməməsi barədə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq həmin mobil telefonu məhkum qardaşı İman Cərullayevə ötürməyə cəhd etmiş, lakin İstintaq Təcridxanasının nəzarət-buraxılış məntəqəsində əməkdaşların keçirdiyi baxış nəticəsində həmin qadağan edilmiş telefon aşkar edilərək götürüldüyündən onun iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ayrı-ayrılıqda təmiz çəkisi 1,330 qram, 1,088 qram, 1,652 qram olmaqla ümumilikdə 3 ədəd bükümdə ümumi təmiz çəkisi 4,07 qram olan qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,219 qram olan ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində gizlədərək saxlamış və 17 avqust 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Çaparidze küçəsi döngə 1-in qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən 31-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək, orada üzərinə keçirilmiş baxış zamanı, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən ayrı-ayrılıqda təmiz çəkisi 1,330 qram, 1,088 qram, 1,652 qram olmaqla ümumilikdə 3 ədəd bükümdə ümumi təmiz çəkisi 4,07 qram olan qəhvəyi rəngli toz maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,219 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 29,317-1.1-ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 29,317-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 17 avqust 2021ci il tarixdə tutulumamışdan təxminən 1 saat əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün cəmi 2 bükümdə, ikisi bir yerdə çəkisi 1 qramdan artıq olmayan çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almış, həmin heroin və metamfetamin olan bükümləri əynində olan qara rəngli cins şalvarın sol yan cibinə qoymuş, həmin vaxtdan həmin bükümləri üzərində daşımış və heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamış, o yalnız həmin narkotik vasitə və psixotrop maddələri bədənində ağrılar olmasına görə qəbul etmişdir. 17 avqust 2021-ci il tarixdə saat 22 radələrində o Suraxanı rayonu, Əmircan qəsəbəsi, Çaparidze küçəsi, döngə 1-in qarşısında olan zaman tanımadığı mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirmişlər, orada polis əməkdaşlarının təzyiqi və təklifi ilə üzərində guya 4 bükümdə - 3 büküm narkotik vasitə heroin və 1 büküm psixotrop maddə metamfetamin olmasını etiraf etmiş, videoçəkiliş aparıldığı zaman polis əməkdaşlarının onun cibinə qoyduğu həmin 4 bükümü çıxararaq onlara təqdim etmişdir, onda cəmi 2 büküm - 1 büküm heroin və 1 büküm metamfektamin olmuş, hər birini çəkisi 0,250 qramdan artıq olmamışdır və bir dəfəlik istifadə üçün əldə etmişdir; 01 iyul 2019-cu il tarixdə saat 14-15 radələrində Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan qardaşı Şahid8 yanına sovqat aparmış, qardaşı İmran Azərbaycan Respublikası CM-in 120-ci maddəsilə 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur; qardaşı İmran həmin gün, yəni 01 iyul 2021-ci il tarixdə sonuncu gün idi ki, istintaq təcridxanasında saxlanılırdı; evdən 4 qutu «Prima» markalı siqaret, təxminən 0,5 kq qənd, 1 paçka çay, şampun, paltar yumaq üçün təxminən 0,5 kq poroşok və 2 ədəçd əl sabunu götürərək avtobusla təcridxanaya getmiş, sovqatı sellofan paketə qoymuş, həmçinin boş idman çantasını da bükülmüş vəziyyətdə həmin sellofan paketə qoymuşdur; avtobusda olan hava çox isti olduğundan nənəsinə məxsus mobil telefonu daxilində nənəsinin adına olan danışıq kartı ilə birlikdə həmin sellofan paketə qoymuş, çünki hava isti olduğu üçün cibində saxlaya bilməmişdir; həmin telefonun batareyası xarab olduğu üçün ustaya aparmalı idi, fikri belə olmuşdur ki, əvvəl istintaq təcridxanasına gedib qardaşına sovqatı versin, sonra isə telefonu ustaya aparsın. O, istintaq təcridxanasına gəlmiş və orada ərizə yazmış, sonra isə sovqatı qapıda duran Emin adlı əməkdaşa vermişdir, orada sovqat vermək üçün adam çox olmuş, o, növbədə axırıncı olmuş, sovqatı verdikdən sonra təxminən 2-3 dəqiqədən sonra cibindən siqaret götürmək istəmiş, bu zaman görmüşdür ki, telefon cibində yoxdur, telefonun sellofan paketdə qalması yadına düşmüş, bu barədə Eminə bildirmiş, Emin ona demişdir ki, narahat olmasın, onun sovqatı axırıncıdır, telefonu götürər, bundan sonra o, istintaq təcridxanasının nəzarət-buraxılış məntəqəsinə çağırılmış, ona bildirmişlər ki, o təcridxanaya mobil telefon keçirmək istəyir, əməkdaşlara hadisənin necə baş verdiyini danışmış və bu barədə izahat yazmış, müəsissənin əməkdaşları onun iştirakı ilə mobil telefonu bir necə sellofan paketdən çıxarmışlar; həmin telefonu istintaq təcridxanasına keçirmək niyyəti olmamış, əgər belə niyyət olsaydı o telefonu gizlədərdi və telefon barədə heç vaxt deməzdi; qardaşı İmran təxminən 9 aydır Şüvələnda yerləşən İstintaq Təcridxanasında həbsdə idi, o, mütəmadi qardaşı İmranın yanına gedərək sovqat, siqaret aparmışdır. İstintaq təcridxanasına mobil telefon aparılmasının qadağan olunmasını təcridxana əməkdaşları ona dəfələrlə bildirmişlər, sadəcə olaraq, o, telefonu içində sovqat olan sellofan paketdə unutmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, xeyli müddət olar narkotik vasitə olan “kola” deyilən heroin və el arasında şüşə deyilən metamfetamin qəbul edir, heroin almaq üçün fəhləlik etməklə pul qazanmış, 17 avqust 2021-ci il tarixdə tutulumamışdan təxminən 1 saat öncə Bakı şəhəri, Suraxanı rayon, Əmircan qəsəbəsində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 3 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır ki, ağırıları olan zaman qəbul etsin. Həmin heroin və metamfetamin olan bükümləri əynində olan qara rəngli cins şalvarın sol yan cibinə qoymuş, həmin narkotik vasitə və psixotrop maddələri yalnız bədənində ağrılar olmasına görə qəbul etmiş, həmin vaxtdan o həmin bükümləri üzərində daşımış və o heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır; 17 avqust 2021-ci il tarixdə saat 22 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, Çaparidze küçəsi döngə 1-in qarşısında olan zaman tanımadığı mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqlərini göstərmişlər və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etmişlər, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, üzərində hər hansı bir şəxsiyyətini təsdiq edən sənədim olmadığından və üzərində narkotik vasitə olduğu üçün qorxub özünü şübhəli aparmışdır; buna görə polis əməkdaşları onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirmiş, bölmədə hüquqları ona izah edilmiş - müdafiəçi dəvət olunaraq ona təqdim edilmiş, üzərində olan qeyri-qanuni əşyanı təqdim etməsini təklif olunmuş, tutulmamışdan bir neçə dəqiqə qabaq aldığı və əynində olan qara rəngli cins şalvarın sol yan cibindən saxladığı bükümləri cibindən çıxarıb təqdim etmiş, bükümün içərisində olan kütlənin psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroin olmasını bildirmişdir; həmin narkotik vasitə və psixotrop maddə onun gözü qarşısında qablaşdırılmış, möhürlənmiş, tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır; ona qarşı hər hansı bir təziq və təsir olmamış, törətdiyi əmələ görə səmimi peşmandır; qardaşı Şahid8 Azərbaycan Respublikası CM-in 120-ci maddəsilə 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir; 01.07.2019-cu il tarixdə saat 14-15 radələrində Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan zaman qardaşı İmranın yanına sovqat aparmış, həmin gün, yəni 01.07.2021-ci il tarixdə qardaşı İmran sonuncu gün idi ki, istintaq təcridxanasında saxlanılırdı, evdən 4 paçka «Prima» markalı siqaret, təxminən 0,5 kq qənd, 1 paçka çay, şampun, paltar yumaq üçün təxminən 0,5 kq poroşok və 2 ədəd əl sabunu götürərək avtobus ilə təcridxanaya getmiş, həmin sovqatı sellofan paketə qoymuş, sellofan paketə həmçinin boş idman çantasını da bükülmüş vəziyyətdə qoymuşdur; hava çox isti olduğundan üzərində olan, lakin nənəsi Gülcənnət Amirquliyevaya məxsus olan mobil telefonu həmin sellofan paketə qoymuş, telefonda istifadə olunan danışıq kartının kimə məxsus olmasını bilməmiş, hava isti olduğundan telefonu cibində saxlaya bilməmiş, telefonun batareyası xarab olduğu üçün ustaya aparmalı olmuş, stintaq təcridxanasına gedib sovqatı qardaşına verəndən sonra telefonu ustaya aparmaq fikri olmuş, istintaq təcridxanasına gəldikdə ərizə yazmış, sonra isə sovqatı qapıda duran Emin adlı təcridxana əməkdaşına vermiş, adam çox olmuş, növbədə isə axırıncı olmuş, sovqatı verdikdən 2-3 dəqiqə sonra cibindən siqaret götürmək istəmiş, telefonun cibində olmamasını müəyyən etmiş, telefonun sellofan paketdə qalması yadına düşmüş, bu barədə təcridxananın əməkdaşı Eminə bildirmiş, Emin ona narahat olmasını məsləhət edərək, onun sovqatının axırıncı olduğunü nəzərə alaraq telefonu götürməyə vaxt və imkan olmasını ona bildirmişdir, lakin bir müddət sonra onu istintaq təcridxanasının nəzarət-buraxılış məntəqəsinə çağırıb, təcridxanaya mobil telefon keçirməyə cəhd etməkdə günahlandırmışlar; onun iştirakı ilə mobil telefonu sellofan paketdən çıxarmışlar, hadisənin necə baş verdiyini təcridxananın əməkdaşlarına danışmış, bu barədə izahat yazmışdır, həmin telefonu istintaq təcridxanasına keçirmək niyyəti olmamış, qardaşı təxminən 9 ay Şüvələndə yerləşən İstintaq Təcridxanasında həbsdə saxlanılmış, mütəmadi olaraq təcridxanaya gedərək qardaşına sovqat və siqaret aparmış, İstintaq təcridxanasına mobil telefon aparmağın qadağan olduğu təcridxana əməkdaşlarının sözlərindən ona məlum olmuş, içərisində sovqat olan sellofan paketi təcridxanaya təqdim edəndə telefonun paketdə olmasını unutmuşdur. Ağdaş rayon sakini, 1945-ci il təvəllüdlü X5 adlı adamı tanımamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 17 avqust 2021-ci ildə 31-ci Polis Bölməsinə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 8, mənzil 8-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxlaması, istifadə etməsi və satışı barədə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanması məqsədi ilə əməliyyat qrupu yaradılaraq əməliyyat axtarış tədbirləri keçirilmişdir, əməliyyat qrupuna ondan başqa 31-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 daxil olmuşdur, əməliyyat məlumatına əsasən Şahid2 ilə birlikdə 17 avqust 2021-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu Əmircan qəsəbəsi, Çaparidze küçəsi, döngə 1-in qarşısına gələrək əməliyyat mövqeyi tutub qeyd edilən ünvanı müşahidəyə götürmüşlər; həmin gün təxminən 12 radələrində əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs yaşadığı döngənin qarşısında yaxınlaşıb polis vəsiqələrini göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini və üzərində olan qeyri-qanuni əşyalar barəsində məlumat verməsini tələb etmişlər, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasını bildirmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət olunmuş, bölmə inzibati binasında olan otaqlardan birində Təqsirləndirilən şəxs hüquqları izah oluqmuş, sonuncunun hüquqlarının müdafiəsi üçün təhqiqatçı tərəfindən 09 saylı vəkil bürosunudan növbətçi vəkil X6 dəvət olunmuş və Təqsirləndirilən şəxs təqdim edilmişdir; «Samsung» markalı telefon vasitəsi ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində olan qeyri qanuni əşyanı təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 4 ədəd bükümdə olan bağlamanı təqdim etmiş, 3 ədəd bükümdə olan bağlamanın içərisinə baxış keçirilən zaman orda olan toz şəkilli qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin olmasını, 1 ədəd bükmüdə olan bağlamanın içərisinə baxış keçirən zaman orda olan kütlənin kristal şəkilli şəffaf maddənin psixotrop maddə sayılan metamfetamin olmasını və həmin heroini və metamfetamini özü qəbul etmək məqsədi ilə bir müddət öncə Suraxanı rayonu Əmircan qəsəbəsində üzdən tanıdığı şəxsdən 4 ədəd bükümü 20 manata aldığını bildirmişdir; Təqsirləndirilən şəxs xeyli müddət olar ki, narkotik vasitə və psixotrop maddə qəbul etməsini də bildirmişdir; Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilmiş bükümlərdə olan kütlələr qablaşdırılmış və möhürlənmiş, bağlama baxışda iştirak etmiş şəxslər və üzərinə baxış keçirilmiş Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, ştirakçılar tərəfindən protokolun məzmununa dair heç bir irad və təklif yaxud vəsatət daxil olmamış, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensira Xidmətin 3 saylı İstintaq təcridxanasının böyük inspektoru Şahid5 ifadə verərək göstərmişdir ki, 01.07.2019-cu il tarixdə saat 15-16 radələrində Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında xidməti yerində olmuşdur. Bu zaman təcridxanada sovqatların qəbul edilmə yerində olan nəzarətçilər təcridxanada həbsdə saxlanılan Azərbaycan Respublikası CM-in 120-ci maddəsi ilə məhkum edilmiş Şahid8 yanına onun qardaşı Təqsirləndirilən şəxs gətridiyi sovqatda yoxlamadan gizlədilmiş mobil telefonun aşkar edildiyini bildirmişlər. Bununla əlaqədar həmin yerə getdikdən sonra fakt tərəfindən sənədləşdirilmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs gətirdiyi sovqat 1 sellofan paketdən ibarət olmuş və sellofandakı əşyalar paketdən çıxarılarkən paketlə bükülmüş vəziyyətdə olan idman çantası arasında gizlədilmiş mobil telefon aşkar edilmişdir, telefonda mobil telefon danışıq kartı da olmuşdur. Həmin mobil telefon tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə müvafiq qaydada qablaşdırılmış, fakt barədə protokol tərtib edilmiş və onun doğruluğu baxışda iştirak etmiş şəxlər tərəfindən imzalanmışdır. Məhkum Şahid8 01.07.2021-ci il tarixdə istintaq təcridxanasında saxlanıldığı sonuncu gün olmuş və cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 2017-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensir Xidmətin 3 saylı İstintaq təcridxanasının korpus üzrə böyük nəzarətçisi vəzifəsində xidmət edir, vəzifəsi həbsdə saxlanılan şəxslərə gətirilən sovqatlarda qadağan olunmuş əşyaların olub-olmamasını müəyyən etməkdir; 1 iyul 2019-cu il tarixdə saat 15-16 radələrində Təcridxanada xidməti yerində olmuş, həmin zaman təcridxanada həbsdə saxlanılan Azərbaycan Respublikası CM-in 120-ci maddəsi ilə məhkum edilmiş Şahid8 yanına qardaşı Təqsirləndirilən şəxs sovqat gətirmişdir. Təqsirləndirilən şəxs həmin vaxta kimi bir neçə dəfə istintaq təcridxanasına sovqat gətirmiş və hər dəfə onun gətirdiyi sovqata baxış keçirilmiş, heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. 01.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs gətirdiyi sovqat 1 sellofan paketdən ibarət olmuşdur. Təcridxananın girişində təcridxananın əməkdaşı Nəcəf Şirinov sovqatı və Təqsirləndirilən şəxs nəzarət-buraxılış məntəqəsinə buraxmış, burada Təqsirləndirilən şəxs iştirakı ilə həmin sovqata hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməmişdən qabaq onlar Təqsirləndirilən şəxs soruşmuşlar ki, üzərində və yaxud sovqatda hər hansı bir qadağan olunmuş əşya varmı və Təqsirləndirilən şəxs belə əşyaların olmadığını bildirmişdir. Həmin sovqatda siqaret, paltar və bükülü vəziyyətdə idman çantası olmuşdur. O əvvəl sellofan paketin içində olan əşyaları paketdən çıxartmış, sonra isə həmin sellofan paketi əlində tutub boşaltmaq üçün silkələyəndə orada bükülü vəziyyətdə olan idman çantasının arasından bir ədəd «Samsung» markalı mobil telefon masanın üstünə düşmüşdür. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, yadından çıxmışdır ki, paketdə nənəsinin mobil telefonu qalıb, bunu deyəcəyini, lakin unutduğunu bildirmişdir. Həmin telefonu yoxlamışlar, telefon işlək vəziyyəidə olmaqla daxilində danışıq kartı olmuşdur. Yoxlamanı o və nəzarətçi Şahid4 keçirmişdir. aşkar edilmiş fakt barədə təcridxananın rəhbərliyinə məlumat vermiş, bundan sonra yanlarına əməliyyat işçisi gəlmiş, daha sonra həmin fakt sənədləşdirilmişdir. Qeyd edilən telefon məhz sovqatda gizlədilmiş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs onlara əvvəlcədən telefon barədə məlumat verməsi, həmçinin sovqatı nəzarət-buraxılmış məntəqəsinin girişində onlara verməsi barədə sonuncunun ifadəsində göstərdikləri həqiqətə uyğun deyil və özünü müdafiə etmək üçün verilmişdir, telefon barədə əvvəlcədən ona heç bir söz deyilməyib, sovqat da şəxsən ona verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 göstərmişdir ki, Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasının nəzarətçisi vəzifəsində xidmət edir. Vəzifəsi istintaq təcridxanasında həbsdə saxlanılan şəxslərlə görüşə gəlmiş vətəndaşların ərizələrini yoxlamaq və həbsdə saxlanılan həmin şəxslərin görüşə icazəsi olduğu halda bu görüşləri təmin etmək olmuşdur. İstintaq təcridxanalarda həbsdə saxslanılan şəxslərə gətiririlən sovqatların qəbul edilməsi və yoxlanılması ona aid olmamışdır. 01.07.2019-cu il tarixdə saat 15-16 radələrində Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında xidməti yerində olmuşdur. Bir neçə dəqiqə sonra ona məlum olmuşdur ki, təcridxanada sovqatlarının qəbul edilmə yerində olan nəzarətçilər təcridxanada həbsdə saxlanılan Azərbaycan Respublikası CM-in 120-ci maddəsi ilə məhkum edilmiş Şahid8 yanına gəlmiş qardaşı Təqsirləndirilən şəxs gətirdiyi sovqatda mobil telefonun aşkar edilmişdir. həmin gün ona heç kim, o cümlədən Təqsirləndirilən şəxs, sovqatda mobil telefonun unudulması barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs bu cür bildirməsi məsuliyyətdən boyun qaçırmaq məqsədi daşımışdır (1-ci cild iş vərəqi 195-197). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2 və 221.3-cü maddələri ilə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını Penitensiar xidmətin 12 saylı CÇM-də çəkir, 16.09.2020-ci il tarixdən 03.07.2021-ci il tarixədək Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılmış, 01.07.2021-ci il tarixdə ona məlum olmuşdur ki, böyük qardaşı Təqsirləndirilən şəxs ona gətirdiyi sovqatın içərisində mobil telefon aşkar edilmiş, həmin telefondan xəbəri olmamış, sonradan qardaşı ilə telefonla danışan zaman qardaşı ona bildirmişdir ki, həmin telefonu sovqatın arasında yadından çıxmışdır; Əlimurad bildirmişdir ki, həmin telefon nənəsinindir və həmin telefon özü işlətmişdir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 25.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5, 171.1 və 243.1-ci maddələri ilə təqsirli bilinərək 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01.07.2021-ci il tarixdə saat 15:30 radələrində müəssisə əməkdaşları müəssisənin yaşayış sahəsində ona yaxınlaşaraq hal şahidi qismində iştirak etməyə təklif etmişlər, o buna razılıq verdikdən sonra hal şahidinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra hal şahidləri və müəssisə əməkdaşları müəssisədə yerləşən ibadət otağının yaxınlığında olan yarım tikilinin ərazisinə getmiş və orada müəssisə əməkdaşları axtarış-baxış tədbirləri keçirmişlər. Bu zaman tozsoranın içərisində gizlədilmiş 1 ədəd mobil telefon aşkar olunaraq götürülmüş, baxış keçirmiş və həmin mobil telefon aparatının daxilində danışıq kartının olması, mobil telefonun işlək vəziyyətdə olması müəyyən olunmuşdur. Təcridxana əməkdaşları tərəfindən götürülmüş qadağan olunmuş mobil telefon müvafiq qaydada qablaşdırılaraq zərfə qoyulmuş, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən doğruluğu təsdiq edilərək imzalanmışdır (1-ci cild iş vərəqi 215-217). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 8 avqust 2021-ci il tarixli 6/3570 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün N 195” dairəvi möhür əksi olan üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən ....” yazısı və imzaları olan zərfdə 3 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,330 qr, 1,088 qr, 1,652 qr olmaqla ümumi təmiz çəkisi 4,07 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,219 qram ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 avqust tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 avqust tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir (1-ci cild iş vərəqi 39-45). İşdə olan 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd zərfdəki ümumi təmiz çəkisi 4,070 qram heroin və bir ədəd zərfdəki təmiz çəkisi 0,219 qram metamfetamin maddi sübut hesab olunmuş, tədqiqatdan sonra qalıq 4,010 qram heroin və tədqiqatdan sonra qalıq qalan 0,169 qram metamfetamin məhkəmə hökmünə qədər zərflərdə möhürlənmiş halda Suraxanı Rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir (2-ci cild iş vərəqi 61-75). İşdə olan 25 noyabr 2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 17 avqust 2021-ci il tarixdə saat 13:20-dən 13:40-dək olan müddət ərizində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin təhqiqatçısı polis kapitanı X7 tərəfindən Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 avqust 2021-ci il tarixli qərara əsasən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 4 ədəd büküm çıxarıb təqdim etmiş, həmin bükümlərə baxış keçirilən zaman 3 ədəd bükümdə qəhvəyi rəngli toz maddə, 1 ədəd bükümdə isə ağ rəngli kristallik formada maddə aşkar edilərək götürülmüş, təhqiqatçı tərəfindən şəxsin üzərinə baxış keçirilən zaman videoçəkiliş aparılmış, həmin görüntü diskdə qeydə almaqla materialla əlavə olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinə təqdim olunmuşdur (2-ci cild iş vərəqi 28). İşdə olan 10 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 17 avqust 2021-ci il tarixdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərara əsasən videoçəkilişlə aparılan istintaq hərəkətinin qeydə alındığı CD disk sübut hesab olunmuş və cinayət işinin materiallarına əlavə olunmuşdur (2-ci cild iş vərəqi 61-75). İşdə olan 21 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, istintaq zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında olan evdə “axtarış» aparılmış, axtarışa dair fotoşəkillər bu barədə tərtib olunmuş protokola əlavə olunmuşdur (2-ci cild iş vərəqi 20-27). İşdə olan 10 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına gətirdiyi sovqata baxış keçirilərkən aşkar olunmuş bir ədəd mobil telefon və “Azercell” danışıq kartına dair protokol tərtib edilmiş və cinayət işinə əlavə edilmişdir (2ci cild iş vərəqi 61-75). İşdə olan 01 iyul 2021-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına gətirmiş olduğu sovqatla bağlı İstintaq təcridxanasına keçməzdən öncə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilməsi ilə bağlı 01.07.2021-ci il tarixli iltizamla tanış olmuş və imza etmişdir (c-1-ci cild iş vərəqi 153). İşdə olan 10 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 iyul 2021-ci il tarixli iltizam sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 61-75) İşdə olan məhkəmə-kompüter texniki ekspertizasının 02 avqust 2021-ci il tarixli 5/765 nömrəli rəyindən görünür: - tədqiqata təqdim edilmiş bir ədəd “X-inova” markalı arxa məlumat lövhəsinə görə “360” modelli proqram təminatında olan “**********42829, **********42829” imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır; - tədqiqata təqdim edilmiş bir ədəd “X-inova” markalı arxa məlumat lövhəsinə görə “360” modelli proqram təminatında olan “imei” kodlu arxa tərəfindəki məlumat lövhəsinə olan “imei” kod fərqlidir. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə “X-inova” markalı arxa məlumat lövhəsinə görə “360” modelli mobil telefonun “UFED TOUCH 2” markalı qurğunun proqram təminatın metodlar bazasında modelinin olmaması səbəbindən həmin telefonun yaddaşından hər hansı bir məlumatların olub-olmaması və pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Tədqiqata təqdim edilmiş “X-inova” markalı arxa məlumat lövhəsinə görə “360” modelli mobil telefonun texniki göstəriciləri “WhatsApp” proqram təminatı vasitəsi ilə məlumat mübadiləsinin aparılmasına imkan vermədiyindən qeyd olunan proqram təminatına dair məlumatlar mobil cihazın yaddaşında müəyyən olunmadı ( 1-ci cild iş vərəqi 181-184) İşdə olan 10 dekabr 20221-ci il tarixli sübutların qiymətləndirilməsi haqqnda qərardan görünür ki, istintaq zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasına gətirmiş olduğu sovqatdan aşkar olunmuş “X-inova” markalı mobil telefon və üzərində olan “Azercell” danışıq kartı maddi sübut hesab olunmuş və məhkəmə hökmünə qədər zərflərdə möhürlənmiş halda Suraxanı Rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir 2-ci cild iş vərəqi 61-75). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 11 noyabr 2021-ci il tarixli 4411 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Norkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 29- 31) İşdə olan kompleks-ambulator psixiatrik məhkəmə-psixoloji ekspertiza üzrə 04 sentyabr 2021-ci il tarixli 2017 nömrəli ekspert rəyindən görünür: - Təqsirləndirilən şəxs ittiham olunan dövr ərzində, cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl hər hansı bir psixi xəstəliyin əlaməti müəyyən edilməyib: - yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatrik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxanılan şəxs Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçü-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilməsi mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür; - məhkəmə psixoloji ekspertizası üzrə cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır. Belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (2ci cild iş vərəqi 32-35). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmünün surətindən görünür: - Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən 3 (üç) il müddətə azadalığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (1-ci cild iş vərəqi 102-103 və 123-133). Bakı şəhəri Probasiya İdarəsindən məhkəməyə daxil olmuş 24 aprel 2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azadılmışdır. Təqsirləndirilən şəxs qeydiyyata düşmədiyi üçün cəzasını çəkməmiş və onun qəti olaraq 1 il 11 ay 28 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri - az ağır cinayətlər cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdulaşdırılması cəzasını çəkmədiyindən Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş 1 il müddət keçməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Bununla belə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlarhttps://e-qanun.az/framework/46947 residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırıması cəzasına məhkum edildiyindən və məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin residivini yaratmır. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 09 sentyabr 2021-ci il tarixli 3332 №-li həkim rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsinndə yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 155-156). İşdə olan şübhəli şəxsin tutulması haqqında tutma haqqında 17 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 86-88). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablanmışdır (1ci cild iş vərəqi 79-80). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, metamfetamin psixotrop maddəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, daşıdığı və saxladığı narkotik vasitə heroin 4,07 qram olduğundan külli miqdar, psixotrop maddə metamfetaminin çəkisi 0,219 qram olduğundan şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyanın ötürülməsinə cəhd etməsi və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq psixotrop maddə metamfetamin əldə edib, daşıyıb, saxlaması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır, ibtidai istintaq zamanı verdiyi ifadəsi işin faktiki hallarına daha uyğun gəlir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3 və 29,317-1.1-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-ci maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 29,317-1.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 29,317-1.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 29,317-1.1-ci maddəsi ilə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cazasının yuxarı həddinin, yəni 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən, yəni 1 (bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasından artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbacyn Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3 və 29,317-1.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə (Azərbaycan Respublikası CM-in 29 və 317-1.1-ci maddələrinə münasibətdə həmin Məcəllənin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu halda hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. Cəzaların toplanması zamanı müddətlərin müəyyən edilməsi qaydasını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 17 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən sdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3 və 29,317-1.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə (Azərbaycan Respublikası CM-in 29,317-1.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cəza təyin etməyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi - 1 il 11 ay 28 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirmək yolu ilə qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının əvvəlinin 17 avqust 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məcburi-narkoloji tibbi yoxlama üzrə 11 noyabr 2021-ci il tarixli 4411 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu üçün narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasında saxlanılan şəxsə qadağan olunmuş əşyanı - mülkiyyətində olan «Xinova» markalı mobil telefonu və üzərində olan «Azercell» danışıq kartını ötürülməsinə cəhd etmişdir. Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən saxlanılması üçün Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş «Xinova» markalı 360 modelli "**********442829, "**********442829, " imei kodlu mobil telefon və üzərində olan «Azercell» danışıq kartı xüsusi müsadirə edilməli, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübutlar - saxlanılması üçün Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 4,010 qram narkotik vasitə heroin və 0,169 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, telefon danışıqlarına dair məlumatların saxlanıldığı 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 88,70 manat (səksən səkkiz manat yetmiş qəpik) və məhkəmə kompüter-texniki ekspertiza üzrə tədqiqatın dəyəri 53,65 manat (əlli üç manat almış beş qəpik) , cəmi 142,35 manat (yüz qırx iki manat otuz beş qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 29,317-1.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il 11 ay 28 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 4,010 qram narkotik vasitə heroin və 0,169 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən saxlanılması üçün Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş «X-inova» markalı 360 modelli "**********442829, "**********442829, " imei kodlu mobil telefon və üzərində olan «Azercell» danışıq kartı xüsusi müsadirə edilsin, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 88,70 manat (səksən səkkiz manat yetmiş qəpik) və məhkəmə kompuüter-texniki ekspertiza üzrə tədqiqatın dəyəri 53,65 manat (əlli üç manat almış beş qəpik), cəmi 142,35 manat (yüz qırx iki manat otuz beş qəpik) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddanın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-520/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-520/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver