Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-520/2023 07.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X14 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1988-ci ildə Rusiya Federasiyasının Kalininqrad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi ev 26 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 10 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,795 qram, 0,813 qram, 0,794 qram, 0,811 qram, 0,807 qram, 0,875 qram, 0,870 qram, 0,390 qram, 0,391 qram, 0,805 qram, ümumi təmiz çəkisi 7,351 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vastə heroini və 9 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,823 qram, 0,375 qram, 0,375 qram, 0,432 qram, 0,380 qram, 0,295 qram, 0,375 qram, 0,362 qram, 0,245 qram, ümumi təmiz çəkisi 3,662 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamini satmaq məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımış, 27 avqust 2022-ci il tarixdə saat 19:30-da Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən keçrilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nə gətrilmiş, RPİ-nin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 10 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,795 qram, 0,813 qram, 0,794 qram, 0,811 qram, 0,807 qram, 0,875 qram, 0,870 qram, 0,390 qram, 0,391 qram, 0,805 qram, ümumi təmiz çəkisi 7,351 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vastə heroin və 9 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,823 qram, 0,375 qram, 0,375 qram, 0,432 qram, 0,380 qram, 0,295 qram, 0,375 qram, 0,362 qram, 0,245 qram, ümumi təmiz çəkisi 3,662 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamin aşgar edilərək götrülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanın qarşısı ilə piyada hərəkət edərkən saat 19:30 radələrində 3 nəfər polis əməkdaşı qara rəngli “Range Rover” avtomobili ilə gələrək onu saxlamış və Yasamal RPİ-nə gətimişlər. Ona polis idarəsində fiziki təzyiq göstərərək irəli sürülən ittihamda qeyd edilmiş qanunsuz əşyaları öz boynuna götürməli olduğunu bildirmişlər. O da həmin vaxt təzyiq altında olduğu üçün narkotik vasitələrin onun olduğunu bildirmişdir. Həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəməyə gətiriləndə də məhkəmənin hakiminə döyülməyi barəsində məlumat vermişdir. O, saxlanılan zaman üzərində üzərində 3 büküm olmuş, lakin tutulduqdan sonra üzərində olan bükümlərin sayını artırmışlar. O, narkotik vasitədən istifadə etsə də, narkotik vasitələrin satışını həyata keçirməmişdir. O, saxlanılan zaman üzərində 1 büküm metafetamin, 2 büküm heroin olmuş, 1 bükümdə olan metafetamin yarım qram, 2 bükümdə olan heroin isə 1 qram çəkidə olmuşdur. Polis əməkdaşları onun üzərində olan 3 bükümün elektron tərəzidə çəkisini müəyyən edərkən 1 bükümdə olan metafetaminin yarım qram təşkil etdiyini, 2 büküm heroinin isə 1 qram təşkil etdiyini bilmişdir. O, narkotik vasitələri tanımadığı şəxsdən almış, üzərində 3 büküm olmuş, bükümlərin sayı videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən artırılmışdır. Üzərində olan 3 bükümə görə onu cəza gözlədiyini bilmişdir. Tutulmazdan əvvəl narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitələrdən istifadə edən zaman 10 manata birdəfəlik istifadə üçün narkotik vasitə almışdır. Polis bölməsinə aparıldıqdan sonra 2 saat müddətində ona təzyiq göstərilmişdir. Polis əməkdaşları bölmədə ona xəsarət yetirən zaman gözünün altı qaralmış və bədəninin müxtəlif nahiyələrində xəsarətlər olması barədə Bakı İstintaq Təcridxanasında qeydiyyat aparılmışdır. O, tutulmazdan qabaq həm metafetamindən, həm də heroindən istifadə etmişdir. Polis əməkdaşları onu kirayə ev axtaran zaman axşam saatlarında saxlamış, üzərində olan 3 büküm narkotik vasitəni günorta saatlarında almışdır. ünvan 3 ünvanda ailəsi birlikdə yaşamışdır. O, narkotik vasitələrdən 8-9 ay istifadə etmişdir. O, saxlanılan zaman polis əməkdaşı Şahid1 orada olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 26 avqust 2022-ci il tarixdə saat 20 radələrində narkotik vastəni əldə etmək məqsədi ilə əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı Bakı şəhəri, Yasamal rayonu, “Yasamal bazarı” adlanan əraziyə gedərək orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi narkotik vasitə satan şəxsi görmüş və həmin şəxsin narkotik vastə və psixotrop maddələri satanı olduğunu bildiyi üçün ona yaxınlaşaraq ondan narkotik vastə heroin və psixotrop maddə metafetamin almaq istədiyini bildirmişdir. Həmin şəxs ona heroini və metafetamini satmağa razılaşmışdır. Həmin şəxs ona 190 manat müqabilində 10 ədəd şəffaf sellofan bükümdə narkotik vastə heroini və 9 ədəd şəffaf rəngli sellofan bükümdə pisixotrop maddə metafetamini satmışdır. O, aldığı heroini və metafetamini əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, sonra istifadə etsin. Sabahısı gün, yəni 27 avqust 2022-ci il tarixdə saat 19.30 radələrində yaşadığı ünvan 4 ünvanın qarşısı ilə piyada hərəkət edərkən həmin ünvanda mülki geyimdə olan 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq polis vəsiqələrini göstərib üzərində narkotik vastə və psixotrop maddələri gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nə dəvət edərək gətirmişlər. Polis idarəsində xidməti otaqların birində ona təqdim edilmiş vəkil X3 iştirakı ilə razılığı əsasında videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 10 ədəd şəffaf rəngli sellofana bükülmüş olan heroini və 9 ədəd şəffaf sellofana bükülmüş olan metafetamİni çıxarıb masanın üzərinə qoymuş, sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunmuş narkotik vastə heroin və psixotrop maddə metafetamin zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi o və baxışda iştirak edən digər şəxslər öz imzaları ilə təsdiq etmiş, sonra isə üzərindən aşkar edilmiş maddələrin növünün və çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya göndərilmişdir. O, psixonevroloji və narkoloji dispanserdə qeydiyyatda olmamışdır. O, əldə etdiyi heroini və metafetamini kiməsə satmaq niyyətində olmamış, şəxsi istifadəsi üçün əldə etmişdir. Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı güc tətbiq edən və ona qarşı qanunsuz hərəkət edən olmamışdır (cild 1, iş vərəqə 49-51 və 61-63). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal rayonu, R.Tağıyev küçəsi ev 26-da yaşayan Təqsirləndirilən şəxs narkotik vastələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin CAŞ-nin əməkdaşı ilə əməliyyat qrupu yaradılaraq Yasamal rayonu, N.Hikmət küçəsinə yollanmış, Təqsirləndirilən şəxs R.Tağıyev küçəsi 26 saylı ünvanda yaşadığı evin qarşısında saxlanılmış və ona özlərini təqdim edib Yasamal RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra da Təqsirləndirilən şəxs onlarla birlikdə Yasamal RPİ-nə getməyə dəvət etmiş, Təqsirləndirilən şəxs da heç bir etiraz etməyib onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla Polis İdarəsinin rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Yasamal RPİ-nin Təhqiqat Şöbəsinə həvalə olunmuş, təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutduqdan sonra hüquqlarını müdafiə etmək üçün təyin edilmiş müdafiəçinin və onların iştirakları ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 19 ədəd sellofana bükülmüş bükülüləri təqdim etmişdir. Həmin sellofanların hər biri ayrı-ayrılıqda açılaraq içərisinə baxış keçirilmiş, bükülülərdən 10 ədəd selofanda olan bükülüdə qəhvəyi rəngli tozşəkilli heroinə və digər 9 ədəd sellofana bükülmüş bükülüdə olan ağ rəngli kristalşəkilli metafetaminə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxsə 2 nəfər yaxınlaşmış və Təqsirləndirilən şəxs üzərindən 19 büküm narkotik vasitə aşkar edilmişdir. 19 büküm narkotik vasitənin 10 bükümü heroin, 9 bükümü isə metafetamin olmuş və Təqsirləndirilən şəxs narkotik vasitələri Yasamal rayonu, 11-ci Xrebtovu küçəsində üzdən tanıdığı şəxsdən 190 manat ödəməklə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmiş və Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra Yasamal RPİ-nə aparmış və səhv etmirsə, onun üzərində elektron tərəzi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin əldə edilməsi və dövriyyəsi ilə bağlı daxil olduğunu və Təqsirləndirilən şəxs və digər şəxslərin cinayət əlaqələrinin ifşa olunması üçün əməliyyat tədbirlərinin davam etdirildiyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 27 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçrilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 19 ədəd olmaqla 10 ədəd sellofan bükülüyə bükülmüş tozşəkilli qəhvəyi rəngli narkotik vastə heroin və 9 ədəd sellofan bükülüyə bükülmüş kristalşəkilli ağ rəngli psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 30-31). Cinayət işinin materiallarında olan “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 29 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülərdə 27 avqust 2022-ci il tarixdə süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin təhqiqatçısı Ariz Qədiməliyevin əyləşdiyi xidməti otaqdır, videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Ariz Qədiməliyevin yanında dayanmış şəxs 22 saylı Vəkil Bürosunun vəkili X4r. Xidməti otağın yan tərəfində əynində qara rəngli cins şalvarda ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs yanında dayanmış şəxslər - adları videoçəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və Yasamal RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2dur. Videoçəkilişin davamında təhqiqatçı Ariz Qədiməliyev Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Videogörüntünün sonunda Təqsirləndirilən şəxs könüllü olaraq sağ əlini əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə salaraq 19 ədəd şəffaf sellofan torbalara bükülmüş bükümləri təqdim etməsi müşahidə olunur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 19 ədəd şəffaf sellofan torbalara bükülmüş bükülülər videogörüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs, 22 saylı Vəkil Bürosunun X7 və polis əməkdaşları tərəfindən imzalanır (cild 1, iş vərəqə 64). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 avqust 2022-ci il tarixli 6/4589 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in arayışlar üçün № 42” dairəvi möhür əksləri olan, “(imza) Təqsirləndirilən şəxs...” sözləri, soyadlar və imzalar qeyd edilmiş 1 ədəd zərfin içərisində 10 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,795 qram, 0,813 qram, 0,794 qram, 0,811 qram, 0,807 qram, 0,875 qram, 0,870 qram, 0,390 qram, 0,391 qram, 0,805 qram, ümumi təmiz çəkisi 7,351 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vastə heroindir, 9 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,823 qram, 0,375 qram, 0,432 qram, 0,380 qram, 0,295 qram, 0,375 qram, 0,362 qram, 0,245 qram, ümumi təmiz çəkisi 3,662 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Təqdim edilmiş 9 ədəd bükümdə olan metafetaminlər və 10 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında bir-biri ilə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vastələr”-in siyahsına (Siyahı İ) daxildir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: metafetaminin ümümi təmiz çəkisi 3,662 qram, tədqiqata sərf edildi 0,27 qram, qalıq 3,392 qram, heroinin ümümi təmiz çəkisi 7,351 qram, tədqiqata sərf edildi 0,5 qram, qalıq 6,851 qram, cild 1, iş vərəqə 39-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 19 noyabr 2022-ci il tarixli 6999 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin hal-hazırda abstinensiya, intoksikasya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 129-130). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində proflaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 19 noyabr 2022-ci il tarixli 3068 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi faliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 132-133). Bakı İstintaq Təcridxanasından daxil olmuş 18 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərkən xəsarət almadığını bildirmiş, bədəninə baxış keçirilərkən xəsarət müşahidə edilməmişdir (cild 1, iş vərəqə 207-208). Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ-nin X2 əməliyyat müvəkkili Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 27 avqust 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 81). Cinayət işinin materiallarında olan 24 noyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş və tədqiqatdan sonra qalıq çəkiləri 6,851 qram olan narkotik vasitə heroin və 3,392 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD-R disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 135- 142). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 26 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 22 oktyabr 2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 89-90). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəzasını çəkib qutardıqdan bir il keçmədən yenidən cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinin tələblərinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilən zamanı nəzərə alınmır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 108 və 110). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 27). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 avqust 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 76-80). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 27 avqust 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş və tədqiqatdan sonra qalıq çəkiləri 6,851 qram olan narkotik vasitə heroin və 3,392 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 27 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş və tədqiqatdan sonra qalıq çəkiləri 6,851 qram olan narkotik vasitə heroin və 3,392 qram olan psixotrop maddə metefetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində proflaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-520/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-520/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver