Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-520/2025 14.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Çərkəz oğlunun iştirakı ilə, xx xxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Qaçqın şəhərciyi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə səhər saatlarında Qaradağ rayonu ərazisindən məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma məqsədi ilə təmiz çəkisi 6,764 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla ünvan 3 ünvanına daşımış, xx.xx.2024-cü il tarixdə saat 14:30-da BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış təbdbirləri nəticəsində Nərimanov rayonu, Ziya Bünyadov prospekti 11 saylı ünvanın yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB- nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd selllofan bükümdə içərisində təmiz çəkisi 6,764 qram qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 aprel 2024-cü il tarixdə saat 13:00 radələrində “tam kart” sifariş vermişdir, həmin kartın hazır olması ilə bağlı özünü bankın əməkdaşı kimi təqdim etmiş şəxs ona zəng etmişdir. Bundan sonra xalası oğlu və bacısı oğlu ilə birlikdə həmin kartı götürmək üçün getmişlər. Bu zaman özünü bankın əməkdaşı kimi təqdim etmiş şəxs maşının içində kartın təhvil verilməsi ilə bağlı ona nəsə imzalatmaq üçün sənəd təqdim etmiş, bu zaman bankın əməkdaşı əsirdi. Həmin vaxt 2 maşın yaxınlaşmış və maşınlardan 5-6 nəfər aşağı düşmüşdür. Həmin şəxslər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək onları saxlamışlar. Birinci olaraq onu 7-ci polis bölməsinə aparmış, orada ərazi aidiyyətinin Nərimanov RPİ-nin 18-ci polis bölməsinə aid olması bildirilmişdir. Bundan sonra onu Nərimanov RPİ-nin 18-ci polis bölməsinə aparmışlar. Polis bölməsində maşınına narkotik vasitə qoymuşlar. Bundan sonra onu ailəsiylə hədələmiş,o da buna görə polis əməkdaşlarının dedikləri kimi edib sənədlərə qol çəkmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etməmişdir. Mobil telefon istifadə edir, öz adına telefon nömrəsi vardır. Həmin gün tam kart götürmək üçün getmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman xalasıoğlu və bacısıoğlu da yanında olmuşdur. Tutulan müddətə kimi 1 ay olar ki, istifadəsində olan mobil telefonun şəbəkəsi işləməmişdir. Bank kartını ABBdən sifariş vermiş, kartın hazır olması ilə bağlı dostuna zəng edib bildirmişlər. Üzərindən narkotik vasitə aşkar olunmamışdır. Nəyə görə tutulduğunu bilməmişdir. Narkotik vasitəni polislər üzərinə qoymuşlar. Müdafiəçisi Müdafiəçi iştirakı ilə verdiyi ifadəsini təsdiq edir.Narkotik vasitənin satışı ilə məşğul olmamışdır. ***-***-**-** mobil nömrəsini özü işlətmişdir. Mahir adlı dostu Rusiyada yaşayır. 22 apreldə həmin nömrəni məhz Mahir işlətmişdir. Tutulduğu gün WhatsApp mobil tətbiqi vasitəsilə mesaj göndərmişdir. Ona polis əməkdaşları tərəfindən psixioloji təsir göstərilmişdir. Ailəsiylə təhdid olunduğu üçün polislərə etiraz etmək imkanı olmamışdır. SeaBreeze-də işləmiş, iş yerində də heç bir problem yaşamamışdır. Nərimanov rayonu ərazisində saxlanılmış, saxlanıldıqdan yalnız 6 gün sonra ailəsi ilə əlaqə saxlaya bilmişdir. Birinci dəfə ifadə verən zaman müdafiəçisi Müdafiəçi olmamışdır. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərdikdən sonra şəxsi axtarış zamanı onların tələb etdiklərini demişdir. İbtidai istintaq zamanı verdiyi ilkin ifadəyə oxumadan imza çəkmişdir. Ədaləti məhkəmədə tapacağı üçün heç bir yerə şikayət etməmişdir. Polis əməkdaşlarına tanıdığı vəkilin olduğunu demiş, onun istədiyi vəkil isə ibtidai istintaqda təmin olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilrək götürülmüş narkotik vasitə ona məxsus olsa da həmin narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə üzərində saxlamışdır. 22 aprel 2024-cü il tarixdə səhər saatlarında Qaradağ rayonu ərazisində yerdən “kakos" kimi tanıdığı narkotik vasitə heroin tapmış və istifadəçisi olmasa da azyaşlı uşaqların əlinə keçməməsi üçün üzərində saxlamış və daha sonra atacaqmış. Həmin tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində olan zaman əvvəllər tanımadığı, sonradan ona məlum olan BNMİ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra isə onun özünü təqdim etməsini xahiş etmişlər. O özünü təqdim etdikdən sonra onu narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət etmişlər. O da buna etiraz etməyərək onlarla birlikdə 16-cı PB-nə getmişdir.Daha sonra PB-də müdafiəçi ilə təmin edilmiş və hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan narkotik vasitə, psixotrop maddələr, qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə içərisində narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 10 qəpik pul, həmin şalvarın sol yan cibindən isə 1 ədəd “Samsung” və 1 ədəd “Redmi” markalı mobil telefon, 1 ədəd alışqan, içərisində siqaret dənəsi olan siqaret qutusu və ona məxsus şəxsiyyətini təsdiq edən sənəd aşkar olunaraq və qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlələr içərisi boş zərfə qoyularaq qablaşdırılaraq götürümüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən 2 ədəd mobil telefon və ona məxsus şəxsiyyəti vəsiqəsi götürülmüş, siqaret və pul isə ona geri qaytarılmışdır (cild 1, iş vərəqi 58-59). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan və obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 22 aprel 2024-cü il tarixdə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ərazisində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, sonra Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə, həmçinin videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm heoinə bənzər narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni hardan əldə etdiyi sualına cavab olaraq narkotik vasitəni Qaradağ rayonu ərazisindən tapdığını və üzərində daşıdığını bildirmişdir. Şahid2 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, əməliyyat Baş İdarəyə daxil olmuş, əməliyyat qrupunun rəhbəri olmuş, əməliyyat məlumatı külli miqdarda narkotik vasitənin saxlanılması və daşınması ilə bağlı daxil olmuş, saxlanılan zaman Təqsirləndirilən şəxs tək olmuş və xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs saxlanılan zaman yolun qırağında hərəkətdə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı hər hansı bir müqavimət göstərməmişdir. Şəxsin üzərinə baxış keçirilən zaman onun sağ yan cibindən bir büküm narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təxminən saat 14:00-15:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılandan sonra polis bölməsinə gətirilmiş, vəkil dəvət olunmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Vəkilin təmin edilməsini o təşkil etmir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 22 aprel 2024-cü il tarixli və “videogörüntülərə baxış keçirilməsi haqqında” 9 iyul 2024cü il tarixli protokollardan görünür ki, 22 aprel 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin inzibati ərazisində xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilmiş, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur.Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunaraq götürülmüş narkotik vasitəni 22 aprel 2024-cü il tarixdə səhər saatlarında Qaradağ rayonu ərazisində piyada hərəkətdə olan zaman yerdən tapdığını, orada hərəkətdə olan uşaqların əlinə keçməsin deyə üzərində saxladığını, narkotik vasitələrdən istifadə etmədiyini qeyd etmişdir. Bundan sonra təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirələn baxış zamanı əynində olan şalvarın sol ayn cibindən 1 ədəd “Samsung” və 1 ədəd “Redmi” markalı mobil telefon, 1 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 31-33 və 98). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2024-ci il tarixli 3-16-16/2- 6/2193 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri yazılmış zərfi açdıqda içərisində 1 ədəd bükümdə təmiz çəkisi 6,764 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: heroin təmiz çəkisi 6,764 qram qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 6,714 qram, cild 1, iş vərəqi 39-43). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 11 iyul 2024-cü il tarixli, 4753 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 130-131). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin 11 iyul 2024-cü il tarixli, 2018 nömrəli nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir (cild 1, iş vərəqi 133-135). Cinayət işinin materiallarında olan 9 avqust 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 6,714 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılan danışıqları özündə əks etdirən 1 ədəd disk və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı qeydə alınmış videoçəkilişi özündə əks etdirən 1 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 137-144). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 124- 125). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 23). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 aprel 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 65-68). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 22 aprel 2024cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 6,714 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılan danışıqları özündə əks etdirən 1 ədəd disk və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı qeydə alınmış videoçəkilişi özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 22 aprel 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 6,714 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılan danışıqları özündə əks etdirən 1 ədəd disk və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı qeydə alınmış videoçəkilişi özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-520/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-520/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver