Məhkəmə qərarları › İş №1(101)-521/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-521/2020

21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-521/2020 21.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), X1 və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Cəbrayıl oğlunun, zərərəçəkmiş şəxs: Zərərçəkmiş şəxs X15 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi: Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi, mütəxəssis (müəllim-psixoloq) Qurbanova X6, tərcüməçi X5 iştirakları ilə qapalı məhkəmə iclasında xx xxxx 1955-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayon, Hövsan qəsəbəsi, yataqxana 19, məhəllə 14/15, ev 7-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tədbiq etmə hədəsi ilə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayının ortalarından oktyabr ayının 30-dək olan müddət ərzində 6 dəfə Sabunçu rayon, Sabunçu qəsəbəsi, Məmmədyarov küçəsində yerləşən 215 saylı orta məktəbin qarşısındakı 6 nömrəli evin qarşısından keçən yolda taksi kimi fəaliyyətdə olduğu zaman idarə etdiyi “Opel Vectra” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobiln salonunda cinsi ehtirasını təmin etmək mqsədi ilə xx.xx.2012-ci il təvəllüdlü az yaşlı Zərərçəkmiş şəxs X11 orta məktəbdən yaşadığı evinə apararkən onun köməksiz vəziyyətdindən istifadə edərək zor tədbiq etmiş və onu avtomobilin pəncərəsindən tullayacağı ilə hədələmiş, zorla başından tutub əyərək öz cinsi orqanına tərəf aparıb əlinə alaraq sığallamasını və ağız nahiyyəsinə almasını məcbur edib cinsi ehtirasını təmin etmiş, sonuncu dəfə xx xxxxxxx 2019-cu il tarixdə, saat 19 radələrində təkrarən həmin ünvanda, aşkar surətdə az yaşlı Zərərçəkmiş şəxs avtomobilin qabaq oturacağına əyləşdirib, başından tutub zor tədbiq etmək yolu ilə öz cinsi orqanını ona göstərib ağzına almasını, cinsi orqanından gələn spermanı udmağa məcbur edib seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ğlu elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs X11 tanıyır, belə ki, onun anası Qanuni nümayəndə xahişi ilə 2019-cu ilin oktyabr ayında Aminəxanımı oxuduğu məktəbə taksi kimi istifadə etdiyi maşını ilə aparıb gətirmişdir. Aminəxanıma qarşı heç vaxt əxlaqsız hərəktlər etməmiş, həmin uşağı günorta məktəbə aparıb axşam saatlarında gətirib anasına təhvil vermişdir. Bu vaxtlarda onların aralarında heç bir əxlaqsız hərəkətlər baş verməmişdir. Aminəxanım ona şər-böhtan deyir, onun və onun valideyinlərinin ifadələrini qəbul etmir. Onun 65 yaşı var, hər hansı, o cümlədən psixi xəstəliyi yoxdur, övladları və nəvələri vardır. Başına belə bir əhvalat gəldiyinə görə xəcalət çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs X15 ifadəsində göstərmişdir ki, onun 8 yaşı var, Bakı şəhəri, Sabunçu rayonu 310 saylı orta məktəbdə 2-ci sinifdə oxuyur, atası və anası ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onu məktəbə aparıbgətirən taksi sürücüsü kimi tanıyır. O, məktəbdə ikinci növbədə oxuduğu üçün həmin taksi ilə qonşuluqda yaşayan Xatun adlı qızla birlikdə gedirdi. Lakin məktəbdən həmin taksi ilə tək qayıdırdı. Maşında arxa oturacaqda otururdu. Akifi pis adam kimi tanıyır. Belə ki, məktəbdən qayıdarkən Akif maşını yolun kənarında saxlayıb onu qabaq oturacağa əyləşdirib qorxuzaraq və maşının pəncərəsindən atacağı ilə hədələyərək onun əlindən tutub və öz ayıb yerinə aparıb masaj etməyi məcbur edir, onu qorxudurdu ki, heç kimə deməsin. Akif onun başını tutub öz ayıb yerinə əyib şışkasını onun ağzına qoyurdu və deyirdi ki, bu xeyirlidir. Akif onunla bir neçə dəfə belə hərəkətlər etmişdir. Son dəfə Akif onu məktəbdən gətirəndə maşını saxlayıb onu qabaqda oturtdu, Akifdən soruşmuşdur ki, niyə onu qabağa əyləşdirir, Akif demişdir ki, özü görəcəkdir. Bundan sonra o, şalvarının qarşısını açıb öz şışkasını ona göstərərək oradan süd gəldiyini ona demişdir. Akif şışkasını məcbur onun ağzına salırdı. Şışkasından gələn südü içməyə məcbur edirdi. Akif öz əlini onun ayıb yerinə toxundurub sığallayırdı. Bundan sonra onun ürəyi bulanırdı, qusmaq istəmişdir. Evinin yanında onu maşından düşürəndə onu hədələyib demişdir ki, əgər evdə bu hadisələri desə onu, atasını və anasını öldürəcəkdir. Bu hərəkətləri Akif bir neçə dəfə onunla etmişdir. Lakin əvvəl-əvvəl başa düşmədiyi üçün anasına deməmişdir. Həmçinin hər dəfə Akif onu öldürməklə hədələdiyi üçün qorxub anasına heç nə deməmşdir. Sonuncu dəfə isə evə gəldikdə ürəyi bulandığı üçün anası ondan nə baş verdiyi ilə maraqlandıqda artıq hər şeyi anasına demişdir. Polislərin ona verdiyi kağız üzərində Təqsirləndirilən şəxs şişkasını o çəkmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs xx.xx.2012-ci il təvəllüdlü olmaqla onun doğma qızıdır. Ailələri, yəni o, əri və az yaşlı qızı Aminəxanım Sabunçu rayon Bakıxanov qəsəbəsində yaşayır, Aminəxanım həmin qəsəbədə yerləşən 310 saylı tam orta məktəbə gedirdi. Hadisə baş verən zaman və hal-hazırda Aminəxanım 2-ci sinifdə oxuyurdu. İlk vaxtlar Aminəxanımı məktəbə ya o, ya da ki, əri aparıb-gətirirdilər. Lakin o və əri işlədikləri üçün bəzən Aminəxanımı məktəbə aparıb-gətirmək müşkül olmuşdur. Qonşularında yaşayan İlham adlı bir şəxsin uşağını taksi sürücüsü məktəbə aparıb-gətirirdi.İlhamdan xahiş etmişlər ki, taksi sürücüsü ilə Aminəxanımı məktəbə aparıb gətirməyi desin. İlham onları hal-hazırda məhkəmə zalında müttəhimlər kürsüsündə olan Akiflə tanış etmiş və onunla belə razılaşmışdılar ki, Aminəxanımı məktəbə aparıb-gətirmək üçün hər ay ona 70 manat pul ödəyəcəklər. Bu razılaşmaları 2019-cu ilin sentyabr ayında baş vermişdir. Aminəxanım ikinci növbədə oxuyurdu, yəni günorta vaxtı qonşuluqda yaşayan başqa bir uşaqla Akifin maşını ilə məktəbə gedir, axşam isə dərsdən Akifin maşını ilə tək qayıdırdı. Bəzən uşaq həddindən artıq gec gəldikdə Akifdən yubanmasının səbəbini soruşduqda bildirirdi ki, guya yollarda tıxac olduğundan yubanmışdır. xx xxxxxxx 2019-cu il tarixdə, saat 19:40 radələrində qızı Aminəxanım məktəbdən gəlib evə daxil olduqda rəngi ağarmış, ürəyi bulanır, qusmaq istədiyini ona demiş, Aminəxanımdan ona nə olduğunu soruşduqda qızı ona şikayət edərək Akifin qabaq hissəsində böyük şişka olduğunu və oradan süd gəldiyini demişdir. Aminəxanımın ola bilsin səhv danışdığını düşünərək bir neçə dəfə ondan nə baş verdiyini soruşmuşdur. Qızı ona demişdir ki, artıq bir neçə dəfə Akif onu məktəbdən gətirən zaman maşını qaranlıq bir yerdə yolun kənarında saxlayıb arxadan qabaq oturacağa əyləşdirir, şalvarının qabağını açaraq cinsi orqanını qızına ovuşdurmağı məcbur etmiş, cinsi orqanını qızının ağzına salıb maye ifrazat etmişdir. Akif həmin mayenin moloko olduğunu qızına deyirmiş. Qızı ona bildirmişdir ki, hər dəfə belə hal olanda ürəyi bulanır, lakin Akif onu və valideynlərini öldürməklə hədələdiyi üçün hadisələrin baş verdiyi əvvəlki günlərdə ona heç nə deməmişdir. Lakin axırıncı dəfə qızının ürəyi bulanması və öyüməsi ilə əlaqədar onu sorğu-suala tutduğu zaman qızı baş vermiş hadisələri ona danışmışdır. Qızı bu hadisəni onun qulağına danışdıqda atası evdə olmuş və bəzi sözləri eşitmişdir. Əri telefonla Akifə ardıcıl olaraq çoxsaylı zənglər etmiş, lakin Akif zənglərə cavab verməmişdir. Bundan sonra Aminəxanımı götürüb qonşuları İlhamgilə gedərək hadisəni ona danışmış, hətta İlhamın özü də Aminəxanımdan nə baş verdiyini soruşmuş, qızı ona danışdıqlarını İlhama da danışmışdır. İlhama onu da demişdir ki, Akifin telefon zənglərinə cavab vermədiyini demişdir. Bundan sonra İlham özü Akifə zəng edərək onunla bu barədə söhbət etmiş, lakin Akif boynuna almamışdır. Bundan sonra elə İlhamgildən DİN-nin 102 polis xidmətinə zəng edib hadisəbarədə məlumat vermiş. Qısa müddət ərzində polis əməkdaşları evlərinə gəlib qızı Aminəxanımı dinlədikdən sonra o, qızı və əri 31-ci polis bölməsinə getmiş, orada izahat vermişlər. Əlavə olaraq bildirir ki, qızı son günlər məktəbdən gələndə ağlayıb deyirdi ki, sabah məktəbə getməyəcək, məktəbdən xoşu gəlmir, evdə qalmaq istədiyini deyirdi. Lakin o, qızının bu sözlərini adi tənbəllik kimi qəbul edərək əhəmiyyət verməmişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş ən ağır cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs nə qızı, nə o şər atır, o istəməzdi ki, qızı haqqında baş verəni qonşuları, məktəb müəllimləri, yaxınları bilsin, körpə qız uşağının adına yalandan belə deyiləni hansı ana uydurar, ailəsi Təqsirləndirilən şəxs heç tanımamışdır, onunla heç ədavəli olmamışdır, Təqsirləndirilən şəxs pulunu da öncədən tam ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Aminəxanım onun doğma qızıdır. O, əslən əfqanıstanlıdır, lakin Azərbaycan Respublikasında yaşayır və Qanuni nümayəndə ilə nigaha girərək ailə qurmuş, həmin nigahdan qızı Aminəxanım dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs Akifi isə qonşuları İlhamın vasitəsi ilə tanımışlar. Belə ki, uşağı məktəbə aparıb-gətirən taksi sürücüsü lazım olduğu üçün İlhama müraciət etmişlər. Bundan sonra İlham onları Akiflə tanış etmiş və Akif qızını məktəbə aparıbgətirmişdir. xx.xx.2019-cu il tarixdə qızı məktəbdən gəldikdə ürək bulanmasından anasına şikayət etmiş və anasının qulağına nə isə dedikdə o müəyyən sözləri eşidib başa düşmüşdür ki, qızı Akifdən anasına gileylənir. Məhz onda ona məlum olmuşdur ki, Akif qızını məktəbdən evə gətirdikdə qızına qarşı seksual xarakterli hərəkətlər etmişdir. Dərhal Akifin nömrəsini yığıb 10 dəfə ona zəng etməsinə baxmayaraq sonuncu telefonu açmamışdır. Bundan sonra yoldaşı uşağı götürüb İlhamgilə getmiş, bundan sonra isə polisə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Aminəxanım və onun valideynləri yaşadığı Bakıxanov qəsəbəsində qonşularıdır. Təqsirləndirilən şəxs isə onun uşağını qəsəbədə yerləşən 310 saylı tam orta məktəbə aparıb gətirən sürücü olmuşdur. Əslən Əfqan milliyətindən olan qonşusu Amiri Saidin xahişi ilə 2019-cu ilin oktyabr ayında Təqsirləndirilən şəxs mobil telefon nömrəsini ona vermişdir ki, Akif onun da qızını məktəbə aparıb- gətirsin. xx.xx.2019cu il tarixdə axşam saatlarında Amiri Sаidin arvadı Qanuni nümayəndə qızı Aminəxanımla onlara gəlmiş, Səbinə bildirmişdir ki, Təqsirləndirilən şəxs Aminəxanımı dərsdən gətirdiyi zaman ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Aminəxanımdan da bu məsələ ilə maraqlandıqda o da anasının dediklərini təsdiq etmişdir. Səbinə bildirmişdir ki, yoldaşı nə qədər Akifə zəng etsə də sonuncu cavab verməmişdir. Bu zaman o özü Akifə zəng edib ona Səbinənin ona dediklərini demiş, Akif əməllərini boynundan atmış və demişdir ki, sabahdan Aminəxanımı aparmayacaqdır. Bir də ki, Akif demişdir ki, qorxur ki, onu Səbinənin əri öldürəcəkdir, onu onlarla barışdırsın. Buna cavab olaraq Akifə demişdir ki, belədirsə gedib özünü assın. Hətta bu sözü ona ardıcıl olaraq 7 dəfə təkrar etmişdir. Çünki onun bu hərəkətləri onu çox əsəbləşdirmişdir. Elə bu zaman Səbinə DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, o, Sabunçu rayon, Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir və 2-ci sinif şagirdi Zərərçəkmiş şəxs sinif rəhbəridir. Zərərçəkmiş şəxs yaxşı oxuyur, qavrayışı yaxşıdır, sakit və nümunəvi bir şagirddir, həmçinin digər fərdi xüsusiyyətləri normaldır. Həmin məktəbdə 2-ci sinif şagirdlərinin dərsi saat 13:00-da başlayır və saat 17:00-da bitir. Dərslər qurtardıqdan sonra Zərərçəkmiş şəxs onun yanında iki saat müddətində hazırlığa qalır və saat 19:00-da Akif adlı şəxs Zərərçəkmiş şəxs məktəbin dəhlizindən götürüb evlərinə aparırdı. Sonradan ona məlum olmuşdur ki, həmin Akif adlı şəxs Aminəxanımı məktbdən götürdükdən sonra avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirliliyi zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə 31-ci PB-nin məsul növbətçinin xx.xx.2019-cu il tarixli raportundan müəyyən olunur ki, DİN-nin 102 xidmətinə Bakı şəhəri, Suraxanı rayon, Bül-bülə qəsəbəsi, Deputat küçəsi, ev 17, mənzil 15-də yaşayan Qanuni nümayəndə tərəfindən qızı Aminəxanıma qarşı taksi sürücüsü tərəfindən seksual xarakterli hərəkətlər etməsi barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə Qanuni nümayəndə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2012-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs X15 Bakı şəhəri, Sabunçu rayon, Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbin 2-ci sinifində təhsil alır. Onu aparıb gətirmək üçün qonşuluqda yaşayn Akif adlı sürücü ilə ayı 70 manata razılaşmışdır. Son günlər Akif qızını məktəbdən gec gətirdiyi üçün şübhələnmiş, qızı ilə söhbət edərkən məlum olmuşdur ki, Akif qızını məktəbdən gətirərkən avtomobili Sabunçu qəsəbəsində Rəşid Məcidov küçəsi 1 saylı ünvanda yerləşən 215 saylı orta məktəbin yaxınlığında saxlayaraq ona qarşı qeyri etik seksual xarakterili hərəkətlər etmiş, bu hal bir neçə dəfə təkrar olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs X15 anasının iştirakı ilə taksi sürücüsü Akifin ona qarşı qeyri etik seksual xarakterli hərəkətlər etdiyi Bakı şəhəri, Sabunçu rayon, Sabunçu qəsəbəsi, Məmmədyarov küçəsini göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış “avtomobilə baxış keçirilməsi barədə” xx.xx.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, azyaşlı Zərərçəkmiş şəxs X12 qarşı əxlaqsız hərəkətlərin olması ilə bağlı Təqsirləndirilən şəxs idarə etdiyi “OPEL VECTRA” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildə iş üçün əhəmiyyət kəsb edən əşya və ya dəlil aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı xx.xx.2019-cu il tarixdə verdiyi izahatından müəyyən olunur ki, zərərçəkmiş şəxsin anası ona qızını məktəbə aparması üçün verəcəyi 70 manat pulu vermədiyi üçün, həmin pulu verməmək məqsədilə ona guya qızına qarşı əxlaqsız hərəkətlər etdiyini demişdir. Lakin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ilə üzləşdirmə protokolundan (i/v 187-189) müəyyən olunur ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs etiraf etmişdir ki, Qanuni nümayəndə onun pulunu vaxtında ödəmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə PB-də izahat verdikdən sonra o, polisdən evinə buraxılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsindən müəyyən olunur ki, həmin ifadədə o, öz xətti ilə yazmışdır ki, zərərçəkmiş şəxs Əmiri Aminə maşında özü qabağa keçirdi və onun şalvarının qabağına əl atırdı, cinsi orqanından tutub soruşurdu, bu nədir? O da ona cavab vermişdir ki, ətdir. Aminə xahiş etmişdir ki, o bunu heç kimə deməsin belə bir hal bir dəfə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsindən müəyyən olunur ki, o, zərərçəkmiş şəxsi dərsdən evə gətirən zaman Aminəxanım özü arxa oturacaqdan qabağa keçir və onun şalvarının qabaq nahiyyəsinə əl atırdı. O isə Aminəxanıma deyirdi ki, valideyinlərinə bunu deyəcək. Aminəxanım isə deyirdi ki, “heç kimə demə” Aminəxanım özü onun cinsi orqanını oynadırdı və bunun nə olduğunu soruşurdu. O isə deyirdi ki, ətdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2019-cu il tarixli Bakı şəhəri Sabunçu rayon məhkəməsinin Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçisi qismində Müdafiəçi iştirak etmişdir. Qərardan görünür ki, Təqsirləndirilən şəxs orada da hakimə bildirmişdir ki, Zərərçəkmiş şəxsı məktəbə apararkən sonuncu mütəmadi olaraq ayaqlarını qaldıraraq ön oturacağa uzatmış, onu qucaqlamış və bədəninin müxtəlif nahiyyələrinə əli ilə toxunmuşdur. Aminəxanıma belə hərəkətlər etməsinə irad tutaraq bu barədə valideyinlərinə məlumat verəcəyini bildirmiş və daha sonra onu avtomobildən düşürmüşdür. Məhkəmədə elan edilib araşdırılmış müdafiəçinin məhkəmənin həbs qətimkan tədbirin seçilməsinə dair qərardan verdiyi apellyasiya şikayətində Təqsirləndirilən şəxs məhkəməyə verdiyi izahı mübahisələndirilməmiş, apellyasiya şikayəti isə təmin edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2019-cu il tarixli «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi ekspertizasının 708 saylı, xx.xx.2019-cu il tarixli rəyindən müəyyən olunur ki, 1955-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış Məhkəmə Psixiatrik ekspertiza mərkəzi məhkəmə Psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 2574 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs X8 əqli inkişafı yaş xüsusiyyətlərinə uyğundur, psixi xəstəliyi ilə əlaqədar olan və olmayan gerilik əlamətləri müəyyən edilmir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı ilə əlaqədar yadda saxlamaq, təsvir etmək, qavramaq prosseslərində hər hansı bir pozuntu aşkar olunmadı. O, baş vermiş hadisəni adekvat olaraq qavraya, yadda saxlaya və bu barədə düzgün məlumat verə bilər. Zərərçəkmiş şəxs X8 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyilllik əlamətləri müəyyən edilmədi. Zərərçəkmiş şəxs az yaşlı hesab olunduğundan ona qarşı qərarın təsviri hissəsində göstərilən seksual xarakterli hərəkətləri və həmin hərəkətlərin mahiyyətini dərk etmək anlamaq qabiliyyətinə malik deyil. Məhkəmədə elan edilib araşdırılmış Məhkəmə Psixiatrik ekspertiza mərkəzi ambulator məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 2673 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 43 saylı rəyindən müəyyən olunur ki, 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs X8 bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs X8 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs X9 onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğudan müəyyən olunur ki, o, əvvəllər məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsipnin surətindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs X15 xx.xx.2012-ci il təvəllüdlüdür. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ibtidai araşdırma və məhkəmə baxışı zamanı, etdiyi əməlləri inkar etməsi həqiqətə uyğun deyildir və cinayət işində olan bütün digər sübut növləri: zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması protokolu, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı keçirilmiş üzləşdirmə protokolları və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək azadlıqda olmuş, hadisə ilə bağlı biri digərindən fərqli ifadələr vermiş, məhkəmə baxışında isə əvvəllər verdiyi ifadələri ümumiyyətlə inkar etmişdir, hansı ki, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxsin və onun anasının ondan polisə şikayət etməsini onunla izah etmişdir ki, guya zərərçəkmiş şəxsin anası ona razılaşdıqları 70 manat pulu, yəni Zərərçəkmiş şəxs məktəbə aparıb-gətirməsinə görə haqqını ödəməkdən yayınmaq üçün ona bu cür, yəni azyaşlı uşağa seksual xarakterli hərəktlər etməsi barədə şər-böhtan atmış, lakin ibtidai araşdırma zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi , anası olan Qanuni nümayəndə ilə üzləşdirmə zamanı Təqsirləndirilən şəxs etiraf etmişdir ki, Qanuni nümayəndə qızının məktəbə aparıb-gətirilməsinə görə 70 manat pulu ona əvvəlcədən ödəmiş və onun Qanuni nümayəndə ona pul borcu olması barədə dedikləri həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, müdaifəçisinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi ifadə protokolunda öz xətti ilə yazmışdır ki, Zərərçəkmiş şəxs maşında özü qabağa keçib onun şalvarının qabağına əl atır, cinsi orqanından tutub soruşurdu ki, bu nədir, o da ona cavab vermişdir ki, ətdir. Aminə xahiş etmişdir ki, o bunu heç kimə deməsin, yəni Təqsirləndirilən şəxs iddia edir ki, azyaşlı, yəni 7 yaşı olan zərərçəkmiş şəxs öz təşəbbüsü ilə arxa oturacaqdan onun yanına keçib onun cinsi orqanından tutur və bunun nə olduğunu soruşur, hətta etdiyi hərəkətlərini heç kəsə bildirməməsini ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il il tarixdə müdafiəçisinin iştirakı ilə ifadə verərkən də göstərmişdir ki, Aminəxanımı dərsdən evə gətirən zaman sonuncu özü arxa oturacaqdan qabağa keçir və onun şalvarının qabaq nahiyyəsinə əl atırdı, o isə Aminəxanıma valideyinlərinə olanları deyəcəyini dedikdə Aminəxanım «heç kimə demə”demişdir, yəni bu ifadəsində də Təqsirləndirilən şəxs seksual xarakterli hərəkətlərin azyaşlı olan Aminəxanımın təşəbbüsü ilə baş verdiyini təkrar göstərərək özünün 65 yaşda olmaqla, özünündə nəvələri olduğu halda Aminəxanımı məktəbə aparıb-gətirməsini davam etməsini, sonucunun valideyinlərinə baş verən hadisələr barədə məlumat verməməsinin səbəbini izah etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində barəsində qətimkan tədbiri seçilən zaman müdafiəçisinin iştirakı ilə ittiham olunduğu, CM-nin 150.3.3-cü maddəsi ilə olan əməli barədə məhkəməyə bildirmişdir ki, Zərərçəkmiş şəxsı məktəbə apararkən sonunucu mütəmadi olaraq ayaqlarını qaldıraraq ön oturacağa uzadır, onu qucaqlayır və bədəninin müxtəlif nahiyyələrinə əli ilə toxunmuşdur. Məhkəmə baxışında isə ifadə vermiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı heç bir seksual xarakterli hərəkətlər etmədiyini, nə də ki, Aminəxanımın ibtidai istintaq zamanı göstərdiyi hərəktələrin baş vermədiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirir. Belə ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışında qanuni nümayəndəsi və pedaqoqun iştirakı ilə verdiyi ifadələrində Zərərçəkmiş şəxs göstərmişdir ki, təqsirləndirilən şəxsdən qorxur, o pis adamdır, o, onu məktəbdən axşam vaxtları götürəndə dəfələrlə maşını yolun kənarında saxlayıb onu qabaq oturacağa əyləşdirib, onu pəncərədən atacağı ilə hədələyib əlindən tutub öz ayıb yerindən masaj etməyi, başını tutub öz ayıb yerinə əyib şişkasını onun ağzına qoyur, şişkasından gələn südü içməyə məcbur etmişdir. Təqsirləndirilən şəxs valideyinlərini və onu öldürəcəyi ilə hədələdiyi üçün qorxub anasına və yaxud atasına onun hərəkətləri barəsində ilk vaxtlar deməmişdir. O polislərə Akifin gördüyü şişkasının rəsmini də çəkmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə istər ibtidai istintaq zamanı, istərsə də məhkəmədə verdiyi ifadələrində göstərmişdir ki, nə o, nə əri azyaşlı qızının adına belə biabırçı halların yapışmasını istəməzdilər, istəməzdilər ki, qonşular, qohumlar, qızının oxuduğu məktəbdə baş verənləri bilsinlər. O, qızının məktəbdən gec gəlməsindən şübhələnərək Təqsirləndirilən şəxs bunun səbəbini soruşduqda sonuncu yolda tıxacın olması ilə izah etmiş, lakin xx xxxxxxx 2019-cu il tarixdə, saat 19:40 radələrində qızı məktəbdən rəngi ağarmış halda gəlmiş, ürəyi bulandığını, qusmaq istədiyini ona demişdir, nə baş verdiyini qızından soruşduqda sonuncu demişdir ki, artıq bir neçə dəfə Təqsirləndirilən şəxs onu məktəbdən gətirərək yolun kənarında maşını saxlayıb onu qabaq oturacağa keçməyə məcbur edir, şalvarının qabağını açaraq cinsi orqanını ovuşdurmağı məcbur edir, cinsi orqanını qızının ağzına salıb maye ifracat etməsini demişdir. Hətta qızından bu halların həqiqiliyini müəyyən etmək üçün dəfələrlə sorğusual etmiş, qızı eyni sözləri təkrar etmişdir. Bundan sonra əri X19 dəfələrlə zəng etsə də sonuncu cavab verməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 da göstərmişdir ki, Qanuni nümayəndə xahişi ilə qızını məktəbə aparan Təqsirləndirilən şəxs telefon nömrəsini ona vermişdir ki, Akif Səbinənin qızını da məktəbə aparıb-gətirsin. xx xxxxxxx 2019-cu ildə Səbinə qızı Aminəxanımla onun evinə gələrək Akifin Aminəxanıma qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmiş, Aminəxanıma sorğu-sual etdikdə o da bunu təsdiq etmiş, Akif Səbinəgilin zənglərinə cavab vermədiyi üçün, Akifə özü zəng edib Səbinənin dediklərini ona demiş, Akif əməllərini boynundan atmış, sabahdan Aminəxanımı məktəbə aparmayacağını demiş, bununla yanaşı Səbinənin ərinin onu öldürəcəyindən qorxduğu üçün onu onlarla barışdırmasını demişdir, buna cavab olaraq Akifə demişdir ki, belədirsə gedib özünü assın. Hətta bu sözü ona ardıcıl olaraq7 dəfə təkrar etmişdir. Məhkəmə nəzərə alır ki, zərərçəkmiş şəxsin barəsində keçirilmiş məhkəmə-psixoloji ekspertizasına əsasən Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri yoxdur, əqli və psixiki inkişafında hər hansı bir pozuntu yoxdur, o, baş vermiş hadisəni adekvat olaraq qavraya, yadda saxlaya və bu barədə düzgün məlumat verə bilər, onda özündən uydurmağa meyillik əlamətləri də yoxdur. Məhkəmədə müəyyən edilmişdir ki, azyaşlı Zərərçəkmiş şəxs kişi cinsindən olan şəxslərin anatomiyası və seksual münasibətlərdən anlayışı yoxdur, o Təqsirləndirilən şəxs cinsi orqanını «şişka» kimi təsvir edir, hətta onun ibtidai araşdırma zamanı kağız üzərində gördüyü kimi təsvir etmiş, Təqsirləndirilən şəxs cinsi orqanından ixrac etdiyi mayeni isə Təqsirləndirilən şəxs ona süd kimi, “moloko” deyərək udmağı məcbur etmişdir. Zərərçəkmiş şəxs barəsində keçirilmiş, yuxarıda qeyd olunan məhkəmə-psixoloji ekspertizasının rəyində də qeyd olunmuşdur ki, ona qarşı qərarın təsviri hissəsində göstərilən seksual xarakterli hərəkətləri və həmin hərəkətlərin mahiyyətini, azyaşlı olduğu üçün dərk etmək və anlamaq qabiliyyətinə malik olmamışdır. Məhkəmə, qeyd olunanlara əsaslanaraq hesab edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı törətdiyi seksual xarakterli hərəkətlər barəsində ibtidai araşdırma və məhkəmə baxışı zamanı ardıcıl verdiyi ifadələr uydurma deyil, həqiqətə uyğun olmaqla sübut növü kimi qəbul edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertiza rəyinə əsasən onun xarici cinsiyyət üzvülərində cinsi əlaqəyə girə bilməsinə mane olan hər hansı bir anomaliya və patologiya yoxdur. Beləliklə, təqsitrləndirilən şəxs Təqsirləndirilən şəxs xx xxxxx 2012-ci il təvəllüdlü, azyaşlı Zərərçəkmiş şəxs X12 qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir . Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X4 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliyini, əməlin azyaşlı şəxsə qarşı törədildiyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən CMnin 150.3.3-cü maddəsi xüsusilə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs oluna azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini şübhəli şəxs qismində tutulduğu xx.xx.2019-cu il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakını müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs oğunun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli “02” dekabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar