Məhkəmə qərarları › İş №1(101)-521/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-521/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-521/2021 26.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Səbuhi Sabir oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X9 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 26, mənzil 31-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxxxxx 2020ci il tarixdə, saat 00:30 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 26, mənzil 31-də arvadı Zərərçəkmiş şəxs ona xəyanət etməsi səbəbindən qısqanclıq zəminində otaqda olan masanın üzərindən götürdüyü məişət təyinatlı mətbəx bıçağı ilə ümumilikdə 5 (beş) dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq, ona ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qaraciyərin, mədənin, 12 barmaq bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının sol yarısının periton boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası 1 (bir) ədəd, sağ tərəfli Vİİİ qabırğanın sınığı (kəsilməsi) ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası 1 (bir) ədəd, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol tərəfli Vİİİ qabırğanın kəsilməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası 1 (bir) ədəd, döş qəfəsinin arxa səthinin sağ yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralarından ibarət 2 (iki) ədəd xəsarət yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2009cu ildə dayısı qızı Zərərçəkmiş şəxs ilə evlənmişdir. Onların birgə nikahdan Yusif və Aysu adlı övladları doğulmuşdur. O, ailəsi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 26, mənzil 31-də kirayədə yaşamışdır. O, fərdi qaydada ustalıq etmişdir. Onun arvadı Zərərçəkmiş şəxs isə evdar qadın olmuşdur. Əvvəllər onunla Aygün arasında narazılıq olmamışdır. Azərbaycan Respublikası ərazisində karantin rejimi tətbiq edildiyindən o, təxminən dörd ay işsiz qalmışdır. O, mütəmadi olaraq evdə olduğundan arvadı Aygündə dəyişikliklərin yarandığını hiss etmişdir. Belə ki, Aygün mütəmadi olaraq mobil telefonunda “Votsap” sosial şəbəkəsində olmuş və onu görən kimi telefonunu bloka salaraq bağlamışdır. O, bu barədə Aygündən soruşduqda sonuncu guya qadınlarla yazışdığını ona bildirmişdir. O da Aygünə sonuncunun əri olduğunu və onun qadınlarla olan yazışmasını bilməsində heç bir problemin olmadığını bildirmişdir. Ancaq Aygün yenə də öz yazışmalarını ondan gizlətməyə çalışmışdır. Bundan başqa, Aygün gecələr ondan uzaq durmağa çalışmışdır. Aygünün bu hərəkətləri onda artıq şübhələr yaratmışdır. Ancaq o, Aygünün ona xəyanət etməsini düşünməmişdir. Hadisədən təxminən 1 (bir) ay əvvəl Aygün həyətə düşdükdən sonra həyətdə olan qadınlarla oturduğu vaxt o, kənardan qara rəngli “Mersedes” markalı, dövlət qeydiyyat nişanının sonu 547 olan avtomobilin yüksək səsli musiqi ilə qadınların yanından keçdiyini görmüş və həmin avtomobili idarə edən şəxsin Aygünə görə gəldiyini düşünmüşdür. O, bunu gördükdən sonra Aygünü kənara çağırıb sonuncunun yanında olan qadınların hamısının yaşda böyük olduğunu və həmin avtomobilin Aygünə görə gəlib keçdiyini demişdir. Aygün isə ona etiraz edərək belə halın olmadığını bildirmişdir. Bundan sonra o, mütəmadi olaraq həyətə düşdükdə Aygünün də həyətdə olduğu vaxtlarda həmin avtomobilin həyətin qarşısına gəldiyini görmüşdür. Bu səbəbdən də onunla Aygün arasında artıq mübahisələr yaranmışdır. O, dəfələrlə Aygünə müraciət edərək onunla yaşamaq istəmirsə çıxıb getməsini bildirmişdir. Aygün isə onun yalandan qısqandığını bildirmişdir. O, Aygünlə birlikdə “Xalqlar Dostluğu” parkına gedən zaman həmin avtomobilin yenidən onların yanından keçdiyini görmüşdür. Lakin o, bunun təsadüf olduğunu düşünmüş və ona görə də həmin avtomobili idarə edən şəxsə heç nə deməmişdir. O, həmçinin başa düşmüşdür ki, onlar evdən çıxdıqdan sonra Aygün həmin şəxsə zəng edərək hara getdiklərini bildirmişdir. Onlar parkda olduqları vaxt o, qəflətən yenidən həmin avtomobilin parkın yanından keçdiyini və sonradan digər yolla yenə də parkın yanından geri qayıtdığını görmüşdür. Bundan sonra o, dərhal yola çıxaraq həmin avtomobili saxlatdırmaq istəmişdir. Lakin avtomobili idarə edən sürücü həmin vaxt avtomobili sürüb oradan uzaqlaşmışdır. Həmin vaxt Aygün yenə ona həmin şəxsin özünün arxasınca gəlmədiyini ona demişdir. Onlar evə qayıtdıqdan sonra o, axşam həyətə düşüb həmin avtomobilin həyətə gəlməsini gözləmişdir. Lakin həmin gün həmin avtomobil onların yaşadığı həyətə gəlməmişdir. Növbəti gün o, həyətdə olduğu zaman üç-dörd nəfər şəxs ona yaxınlaşmış və həmin şəxslərdən biri özünü sürücü Vüsalın dayısı olduğunu, adının da Totu olduğunu, bacısı oğlu Vüsalın onun arvadı Aygünə görə onların həyətinə gəlmədiyini ona bildirmişdir. Sonra həmin şəxs Vüsal adlı şəxsi onların yanına çağırmışdır. Vüsal ora gəldikdən sonra onun arvadı Aygünün arxasınca həyətə gəlməməsi barədə and içmişdir. Bütün bunlara baxmayaraq, Aygün yenə də öz hərəkətlərini davam etmişdir. Aygünün internetə girə bilməməsi və məcbur olaraq telefonla danışması üçün o, evdə olan internetin kodunu dəyişmişdir. Bundan sonra o, evdə olan “Samsung” markalı planşetə səsyazma proqramı yazmışdır. O, Aygünün telefon danışıqlarını dinləmək üçün evdəki planşetə səsyazma proqramı yazmışdır. xx xxxxxx 2020-ci il tarixdə axşam vaxtı o, Aygünlə birlikdə həyətə düşən zaman qəflətən Aygünün telefonuna zəng gəlmişdir. Aygünün şalvarının arxa cibində olan telefon sürtünərək açıldığından oradan külək və topa kişi səsləri gəlmişdir. O, Aygündən bunların kim olduğunu soruşduqda, sonuncu ona guya “İnstagram” sosial şəbəkəsinin açıldığını bildirmişdir. Sonra Aygün ona məhəl qoymayaraq həyətə düşmüşdür. O, həyətə düşdükdən sonra Aygün yoxa çıxmış və o, Aygünü axtarmağa başlamışdır. O, Aygünü təxminən 1-2 saat axtarsa da, sonuncunu tapa bilməmişdir. 1-2 saatdan sonra o, Aygünün binanın arxa tərəfindən gəldiyini görmüşdür. O, Aygündən haradan gəldiyini soruşsa da, sonuncu ona “qızgilə getmişdim ki, borc alım telimə kontor vurum, vayfayın kodunu dəyişmisən” demişdir. O, Aygündən hansı qızgilə getdiyini soruşsa da, Aygün əli ilə onu kənara itələyərək “rədd ol” demişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 08:00 radələrində o, evdən çıxıb işə getmişdir. O, evdən çıxmazdan əvvəl planşetdə olan proqramı işə salmışdır. O, axşam evə qayıtdıqda planşetə baxmış və hələ də səsin yazıldığını görmüşdür. Sonra o, səs-yazmanı qulaqcıq vasitəsi ilə dinləməyə başlamışdır. O, səs-yazmaya qulaq asdıqda evdən getdikdən sonra Aygünün kiməsə zəng etməsini, kişi ilə danışmasını, həmin kişi ilə danışarkən onun ünvanına nalayiq ifadələr işlətməklə onun vayfayın kodunu dəyişməsini, həmin şəxsin nəsə deməsindən sonra sonuncunu öpməməsini bildirməsini, daha sonra isə vayfayın kodu dəyişməsinə görə uşaqları evdə tək qoyub çıxa bilməyəcəyini deməsini, lakin sonradan həmin şəxslə görüşməyə razılaşmasını, uşaqlara acıqlanaraq evdə qalmalarını tapşıraraq evdən getməsini, uşaqlarının evə başqa uşaqlar çağıraraq evdə olan quşla oynamalarını, bir qədər sonra Aygünün evə rəfiqələri ilə birlikdə qayıtmasını, sonradan yenidən evdən getməsini, sonra yenidən qayıdaraq həmin şəxslə telefonla danışmasını, “sən rahatlaşdın, vayfayın kodu dəyişib indi mən nə edim?” deməsini dinləmişdir. Həmin vaxt o, artıq pis vəziyyətə düşmüşdür. O, hər dəfə Aygünün həmin şəxsə zəng etdiyini başa düşmüşdür. Növbəti gün axşam vaxtı o, uşaqlarla birlikdə yenə də həyətə düşdükdə Aygünün yenidən harasa getdiyini, 1-2 saatdan sonra evə qayıtdığını görmüşdür. xx xxxxxx 2020-ci il tarixdə gecə vaxtı o, yerinə uzanan zaman Aygün də gəlib onun yanında uzanmışdır. Həmin vaxt o, Aygünün əynində yeni qadın alt paltarının olduğunu görmüşdür. O, Aygünə pul vermədiyi halda sonuncunun əynində yeni qadın alt paltarının olduğunu gördükdə Aygünün həmin şəxslə görüşdən gəldiyini başa düşmüşdür. O, əsəbiləşdiyi üçün uzandığı yerdən durub divanda oturmuşdur. O, televizoru açıb baxmağa başladığı vaxt qəflətən masanın üzərində sapı qara rəngdə olan mətbəx bıçağını görmüş və həmin bıçağı sağ əlinə götürmüşdür. Həmin vaxt Aygün çarpayıda sol yanı üstə uzanmışdır. Aygün onu görən kimi qəflətən başını qaldırmış və o, Aygünün səksəndiyini hiss etmişdir. Sonra o, Aygünə yaxınlaşaraq sonuncudan niyə ona xəyanət etdiyini soruşmuşdur. Aygün isə ona xəyanət etmədiyini demişdir. Bu vaxt o, bıçaqla Aygünün qarnından vurmuşdur. Aygün zərbənin təsirindən sol tərəfə çevrilmiş və o, həmin vaxt Aygünün qolundan tutaraq birdə sonuncunu vurmuşdur. Bundan sonra Aygün ağrıdan qışqırmağa başlamışdır. O isə uşaqları yuxudan oyadaraq uşaqların analarını qanlı vəziyyətdə görməməsi üçün sonuncuları evdən çölə çıxarmışdır. Həmin vaxt o, Aygünün mətbəxə tərəf getdiyini görmüş və sonuncunun özünü pəncərədən ata biləcəyini düşünərək yataq otağına geri qayıtmışdır. Bundan sonra o, uşaqları ilə birlikdə 24-cü Polis şöbəsinə gedərək törətdiyi cinayət barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cavan və himayəsində 2 (iki) azyaşlı uşağının olduğunu, zərərçəkmiş şəxsə (arvadına) qarşı törətdiyi cinayəti sonuncunun ona xəyanət etməsi səbəbindən törətdiyini, eləcə də törətdiyi əməldən peşman olduğunu bildirərək ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, bibisi oğlu Təqsirləndirilən şəxsla 2009-cu ildə ailə qurmuşdur. Lakin onlar nikahlarını 2010-cu ildə rəsmiləşdirmişlər. Onların birgə nikahdan Yusif və Aysu adlı övladları doğulmuşdur. 2019-cu ilin sentyabr ayında o, uşaqları ilə birlikdə bazarlıq etmək üçün 8-ci km bazarına getmişdir. Həmin vaxt o, “Lotos” ticarət mərkəzinin yaxınlığında polka üzərində qadın alt paltarlarının satışı ilə məşğul olan Musa adlı şəxslə tanış olmuşdur. Bundan sonra onlar mobil telefonla danışmağa başlamışlar. Həmin ərəfədə onunla Rasim arasında olan münasibətlər soyumuşdur. Rasim evdə söz-söhbət yaradaraq onunla kobud danışdığından aralarında tez-tez mübahisələr olmuşdur. O, Musa ilə dost olmuş və onların arasında ancaq dostluq münasibətləri mövcud olmuşdur. O, Musa ilə hər gün telefonla danışsa da sonuncu ilə cinsi əlaqədə olmamışdır. Rasim yalan ifadə vermişdir. O, Rasimə xəyanət etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər vaxtı onunla Rasim arasında yenidən mübahisə yaranmışdır. Mübahisəyə səbəb isə Rasimin evin internetini bağlaması olmuşdur. Həmin gün təxminən saat 17:00 radələrində Rasim evə gəlmiş və evə gələn kimi övladının planşetini götürərək nəyəsə qulaqcıqla qulaq asmağa başlamışdır. O, Rasimin özünü qəribə aparmasından başa düşmüşdür ki, Rasim onun Musa ilə danışığını planşetə yazmışdır. Təxminən saat 23:00 radələrində o, çarpayıda uzanaraq yuxuya getmişdir. Həmin vaxt uşaqlar da öz yerlərində yatmışlar. Rasim özünü şübhəli apardığından o, Rasimin ona nəsə edəcəyini hiss etmişdir. Birdən Rasim qəflətən onu yuxudan oyadaraq “sənə demədim mənə xəyanət etmə” demiş və əlindəki bıçaqla onu qarnından vurmuşdur. O, ağrıdan qışqırmağa başlamış və yatdığı yerdən ayağa qalxmışdır. Lakin Rasim onu itələyərək çarpayıya yıxmışdır. O, qışqırsa da uşaqlar möhkəm yatmışdırlar. Sonra Rasim yenidən 2-3 dəfə onun kürək nahiyəsindən vurmuşdur. Rasim onu bıçaqladıqdan sonra uşaqları yuxudan oyadaraq mətbəxə doğru aparmış və sonra uşaqları da götürərək mənzildən çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Rasim uşaqlarla birlikdə polisə gedərək təslim olmuşdur. Sonra o, həyətə düşmüş və orada olan tanımadığı şəxslərdən təcili tibbi yardım çağırmalarını xahiş etmişdir. Bundan sonra təcili tibbi yardım maşını həyətə gələrək onu xəstəxanaya aparmışlar. Rasim xəyanətə görə onu bıçaqladığını bildirsə də, bu yalandır. O, Rasimə xəyanət etməmiş və ona görə də Rasimi bağışlamır. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, anası Bahar Abbasova ilə birlikdə 8-ci km bazarında kişi alt paltarlarının satışı ilə məşğul olmuşdur. 2019-cu ilin təxminən sentyabr ayında o, 8-ci km bazarında Aygünlə tanış olmuş və sonuncudan mobil nömrəsini almışdır. Bundan sonra onlar telefonla danışmağa başlamışlar. O, Aygünlə telefonla danışan ərəfədə sonuncu ona atasının rayondan pul göndərdiyini və bu səbəbdən də bank kartının lazım olduğunu ona demişdir. O da Aygünə anasının pensiya kartının olduğunu bildirmişdir. Bu səbəbdən də onun anası dayısıgildə olduğu vaxt o, Aygünü dayısının evinə apararaq Aygünü dostunun “qızı” kimi təqdim etmiş və anasına məsələni başa saldıqdan sonra anası öz kartını vermişdir. O, bir neçə dəfə Aygünün adına göndərilən pulu almışdır. Bundan sonra o, bir neçə dəfə Aygünlə dayısının yaşadığı evdə görüşmüşdür. Lakin onlar cinsi əlaqədə olmamışlar. Onun anası da onun Aygünlə danışdığını bilmişdir. O, idarə etdiyi “Mersedes C 230” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Aygünün yaşadığı evin həyətinə getmişdir. O, orada həm Aygünü görürmüş, həm də tanışı Orxanla görüşürmüş. Hadisədən təxminən 15 gün əvvəl o, Aygünün yaşadığı evin həyətinə getmiş və orada dostu Kərimlə görüşmüşdür. O, Kərimlə birlikdə “Xalqlar Dostluğu” parkına maşınla gəzməyə getmişdir. Onlar parka tərəf gedərkən Aygünün bir nəfər şəxslə gəldiyini görmüşdür. Həmin vaxt o, Aygünün yanında olan şəxsin Aygünün qardaşı və ya qohumu olmasını düşünmüşdür. Aygün ona evli olduğunu deməmişdir. Onun idarə etdiyi maşının təkərlərinin protektoru yeyildiyindən o, maşını yerindən tərpədən zaman “prokrutka” alınmış və bundan sonra onlar parka gedərək maşınla parkın başına dolanmağa başlamışlar. Onlar təxminən 2-3 dairə edəndən sonra Aygünün yanında ona şəxs özünü maşının qarşısına ataraq ona əl etmişdir. Lakin o, maşını saxlamayaraq oradan çıxıb getmişdir. Həmin gün axşam o, maşınla Aygünün yaşadığı evin həyətinə gedən zaman Aygünün yanında olan şəxsin həyətdə olan “besedkada” oturduğunu görmüşdür. O, orada olan Totu adlı tanışına “besedkada” oturan şəxsin biraz əvvəl özünü onun idarə etdiyi maşının altına atdığını bildirmiş və həyətdə insanların çox olması səbəbindən Totudan həmin şəxsi kənara çağırmasını xahiş etmişdir. Bundan sonra o, Totu, onun dayısı Xəyyam və onun dostu Kərim Rasimlə kənarda görüşmüşlər. Həmin vaxt Rasim ailəsinin arxasınca gəlib-getməkdə ondan şübhələndiyini bildirmişdir. Bu vaxt o, Rasimin Aygünün əri olduğunu başa düşmüş və ona görə də yalandan Rasimə ailəsini tanımadığını, təsadüfən həmin həyətə gəldiyini bildirmişdir. Bundan sonra onların arasında heç bir söhbət olmamışdır. Sonradan o, Aygünə bir neçə dəfə ayrılmağı təklif etsə də, sonuncu ona ərindən iyrəndiyini, eləcə də ərindən ayrılmaq istədiyini bildirərək ondan əl çəkməmişdir. Hətta onun anası Bahar da Aygünə zəng edərək sonuncuya ondan ayrılmasını demişdir. Lakin Aygün onun anasına onu istədiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə Aygün ona yenə də həmişə olduğu kimi zəng etmişdir. O, Aygünlə danışdıqda sonuncu ərinin evdə interneti bağlamasını bildirmişdir. Həmin gün təxminən saat 17:00 radələrində Aygün ona zəng edərək təcili bazarın yanında olan qırmızı binanın yanına gəlməsini demiş və o, həmin yerə gəldikdə Aygün ərinin telefon vasitəsi ilə onların səsini yazdığını və onların arasında olan münasibəti bildiyini demişdir. O da Aygünə onların səsi yazılıbsa belə Rasimin Aygünün kiminlə danışdığını bilmədiyini demişdir. Bundan sonra Aygün çıxıb getmişdir. Həmin gün dəfələrlə Aygün ona zəng etmişdir. Axşam təxminən saat 22:00 radələrində Aygün yenə də ona zəng edərək ərinin evdə “havalı” gəzməsini, ərinin artıq hər şeyi bildiyini bildirmişdir. O da Aygünə “mən nə edim, gəlim ərinlə danışım?” demişdir. Gecə saatlarında Aygün ona tanımadığı nömrədən zəng edərək əri tərəfindən bıçaqlandığını bildirmiş və ondan yaşadığı evin həyətinə gələrək xəstəxanaya aparmasını xahiş etmişdir. Bundan sonra o, dayısı Xəyyamı da götürərək Aygünün yaşadığı evin həyətinə getmiş və həmin vaxt artıq təcili tibbi yardım maşınının orada olduğunu, həkimlərin Aygünü maşına qoyduqlarını görmüşdür. Sonra o da təcili tibbi yardım maşınının axrasınsa 3 saylı Şəhər Klinik Xəstəxanasına getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid6 ifadəsində göstərdi ki, o, 146 saylı orta məktəbdə oxuyur. Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə onun anasıdır. O, anası ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə o, qardaşı ilə birlikdə evdə olmuşdur. Atası Rasim səhər evdən çıxaraq işə getmiş, anası isə evdə olmuşdur. Anası həmin gün bir müddət evdən çıxıb getsə də sonradan evə qayıtmışdır. Axşam atası işdən qayıtdıqdan sonra yenə də həmişəki kimi günlərimi davam etmişdir. Sonra atası ona və qardaşına yatmaqlarını bildirmişdir. Ona görə də o, qardaşı ilə birlikdə öz çarpayılarında uzanmışlar. Həmin vaxt anası Aygün öz yerində uzanmışdır. Atası Rasim isə divanda oturaraq qulaqcıqla telefona qulaq asmışdır. Sonra onlar yatdıqları vaxt atası onu və qardaşını yuxudan oyadaraq mətbəx tərəfə apararaq onlara ayaqqabılarını geyinmələrini tapşırmışdır. Bu vaxt anası eyvana doğru getmiş, atası isə anasının qolundan tutaraq çarpayının yanına qaytarmışdır. Bundan sonra atası onun və qardaşının əlindən tutaraq evdən çıxmış və onlar birlikdə Polis bölməsinə getmişlər. Daha sonra onun xalası Polis bölməsinə gələrək onunla qardaşını öz evlərinə aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid5 oxşar məzmunlu ifadə verməklə Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Rasim və Aygünü qonşu kimi təxminən 2 ay olar ki, tanımışdır. Lakin onun Rasim və Aygünlə heç bir münasibəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 01:00- 02:00 radələrində o, evdə yatdığı zaman qəflətən qapının döyülməsi səsini eşitmişdir. Qapını döyən şəxs qadın olmuş və həmin qadın qışqıraraq “qonşu kömək edin” demişdir. O, dərhal yaşadığı mənzilin qapısını açmış və qapını döyən şəxsin Zərərçəkmiş şəxs olduğunu, sonuncunun əynində şortik və ağ mayka olduğunu, maykasının isə qan içində olduğunu görmüşdür. O, bunu gördükdə Aygünün onun yaşadığı mənzilə keçməsini və təcili tibbi yardıma zəng edəcəyini demişdir. Lakin bu vaxt Zərərçəkmiş şəxs pilləkanlarla aşağıya doğru düşməyə başlamış və o, tez istifadəsində olan mobil telefon nömrəsindən 103 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra o, həyətə düşmüş və həmin vaxt artıq təcili tibbi yardımın həyətə gəldiklərini və Aygünü xəstəxanaya apardıqlarını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Aygünün əri Rasim qısqanclıq zəminində Aygünü bıçaqlamışdır. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Təqsirləndirilən şəxs isə həm onun bibisi oğlu, həm də bacısı Aygünün əridir. Rasim ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşamışdır. Hadisə baş verənədək Rasimlə Aygünün arasında narazılığın olub-olmaması barədə onun məlumatı olmamışdır. Bacısı Aygün özünə qapalı adam olduğundan həmişə hər şeyin yaxşı olduğunu ona bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 05:00-06:00 radələrində xəstəxanadan onlara zəng etmişlər və bacısı Aygünün yaralanması barədə məlumat vermişlər. Bundan sonra onlar xəstəxanaya getmişlər və orada Aygünlə Rasim arasında narazılığın yaranması, narazılıq vaxtı Rasimin Aygünü bıçaqlaması barədə onlara məlumat verilmişdir. Sonra o, Aygünün uşaqlarını öz evinə aparmışdır. Hadisə vaxtı uşaqlar yatdığından Aygünlə Rasim arasında baş vermiş münaqişəni görməmişlər. Sonradan ona məlum olmuşdur ki, Rasim qısqanclıq zəminində Aygünü bıçaqlamışdır. Şahid X6 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun baldızı, Təqsirləndirilən şəxs isə onun bacanağıdır. Rasim ailəsi ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Rasim Bakı şəhərində santexnik ustası kimi işləmişdir. Onun Rasimgili ilə yaxşı münasibəti olmuşdur. Hadisə baş verənədək Rasimlə Aygün arasında narazılığın olması barədə onun xəbəri olmamışdır. O, dəfələrlə Rasimgilə qonaq getmiş və həmin vaxt Rasimlə Aygün arasında narazılığın olmasını hiss etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 05:00-06:00 radələrində xəstəxanadan onlara zəng gəlmiş və Aygünün yaralanması onlara bildirilmişdir. Onlar xəstəxanaya gətdikdə Aygünlə Rasim arasında narazılığın yaranması və nəticədə Rasimin Aygünü bıçaqlaması onlara məlum olmuşdur. Bundan sonra onlar Aygünün uşaqlarını, yəni Aysunu və Yusifi yaşadıqları evə aparmışlar. O, hadisə barədə uşaqlardan soruşduqda sonuncular hadisə vaxtı yatdıqlarını və baş vermiş hadisəni görmədiklərini ona bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, Rasim qısqanclıq zəminində Aygünü bıçaqlamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli könüllü gəlmə və təslim olma haqqında protokoldan (cild İ, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 02:00 radələrində 24-cü Polis şöbəsinə gedərək arvadı Zərərçəkmiş şəxs ona xəyanət etməsi səbəbindən sonuncuya bıçaqla xəsarət yetirdiyini könüllü şəkildə etiraf edərək təslim olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 5/5091 nömrəli protokoldan (cild İ, iş vərəqə 7) görünür ki, həmin gün Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmiş və o, ayıq olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli götürmə haqqında protokoldan (cild İ, iş vərəqə 36) görünür ki, 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd yastıq üzü, 1 (bir) ədəd döşək üzü, 1 (bir) ədəd “Samsung” modelli planşet, 2 (iki) ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild İ, iş vərəqə 14) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild İ, iş vərəqə 25-35) görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri, törətdiyi cinayətin mexanizmini və üsulunu, habelə cinayətin aləti qismində istifadə etdiyi bıçağı hadisə yerində, yəni Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 26, mənzil 31-də əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild İ, iş vərəqə 47-48) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-149/2020 saylı qərarından (cild İ, iş vərəqə 73-76) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X14 599 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild İ, iş vərəqə 104-105) görünür ki, Zərərçəkmiş şəxs qaraciyərin, mədənin, 12 barmaq bağırsağın zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının sol yarısının periton boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası (1 ədəd), sağ tərəfli Vİİİ qabırğaların (kəsilməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası (1 ədəd), sol tərəfli Vİİİ qabırğanın kəsilməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası (1 ədəd), döş qəfəsinin arxa səthinin sağ yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları (2 ədəd) olmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx xxxxxx 2020-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsin 1669 saylı rəyindən (cild İ, iş vərəqə 153-155) görünür ki, məhkəmə- psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sairlər sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozundu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental - psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrikekspertizası aşağıdakı qərara gəlir: 1.Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. 2.Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. 3.Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs istər ictimai təhlükəli cinayət əməlini törədərkən, istərsə də törətdikdən sonra, yəni hal-hazırda anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməmişdir. 4.Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri, düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: 5.Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədən zaman qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. 6.Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək, ifadə vermək qabiliyyətinə malikdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X14 427/2020-MTBŞ nömrəli maddi sübutların ekspertizası haqqında rəydən və ona əlavə edilmiş fotoşəkildən (cild İ, iş vərəqə 157-159) görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertiza tədqiqatına təqdim edilmiş bıçağın üzərində sonradan onun təyinatını dəyişən heç bir düzəliş edilməmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş Zərərçəkmiş şəxs geyim əşyaları qurdlu, kəskin iyli olduğu üçün müayinəyə yararsız hesab edilir. Ona görə də ekspertiza qarşısında qoyulmuş geyim əşyalarına aid olan suallara cavab vermək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X14 653/2020-MTBŞ nömrəli maddi sübutların ekspertizası haqqında rəydən (cild İ, iş vərəqə 148-151) görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) şəxsiyyətini təsdiqləyən fərdi uçot kartının kserosurətinə əsasən) Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) şəxsiyyətini təsdiqləyən fərdi uçot kartının kserosurətinə əsasən) ekspertizaya təqdim edilmiş bir ədəd mələfə və yastıq üzü üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız A antigeni alındı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Abeta (İİ) qruplu Zərərçəkmiş şəxs qızma və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs paltarları müayinəyə yararsız vəziyyətdə olduğundan onların tədqiqatı aparılmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X14 618 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild İ, iş vərəqə 138-139) görünür ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs sol saidin kəsilmiş yarası olmuşdur. Həmin xəsarət iti kənarlı kəsici əşya (ola bilsin bıçaq) təsirindən törənmişdir və xx xxxxxx 2020-ci il tarixdə alması mümkündür. Onun aldığı xəsarət dərəcəsinə görə yüngül zərər vurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild İ, iş vərəqə 31) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild İ, iş vərəqə 163-176) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunlu ittihamın elan edilməsi, hadisə zamanı onun xəsarət alması faktı üzrə cinayət işinin başlanmasının rədd edilməsi, 1 (bir) ədəd bıçağın, 1 (bir) ədəd yastıq üzünün, 1 (bir) ədəd döşək üzünün, cinayət hadisəsi baş verən vaxt zərərçəkmiş şəxsin əynində olmuş geyim əşyalarının maddi sübut qismində tanınması və saxlanılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yeni məzmunlu ittihamın elan edilməsi haqqında qərardan (cild İ, iş vərəqə 181-182) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə yeni məzmunlu ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qəbzdən (cild İ, iş vərəqə 201) görünür ki, həmin gün Zərərçəkmiş şəxs “X17 4” markalı planşet, “SM-T231” modelli və “Samsung Galaxy A30” markalı mobil telefonlar qaytarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2010-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild İ, iş vərəqə 45) görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında həmin gün rəsmi nikah bağlanmış və nikahdan sonra Aygün Nəsirova əri Təqsirləndirilən şəxs soyadını götürmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən (cild İ, iş vərəqə 44) görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birgə nikahdan xx xxxxx 2010-cu il tarixdə Yusif adlı, xx xxxxxx 2012-ci il tarixdə isə Aysu adlı övladları doğulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X13 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, o cümlədən ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, mötəbər sübutlar əsasında məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə faktiki olaraq 2009-cu il tarixdə ər-arvad münasibətlərinə daxil olmuşlar və 2010-cu il tarixdə onların arasında nikah bağlanmışdır. Onların nikahdan iki övladı doğulmuşdur (Yusif və Aysu). Onlar ər-arvad olmaqla yanaşı, həmçinin qohumdurlar (Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dayısı qızıdır). Onlar ailə qurduqdan sonra bir müddət müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Cinayət hadisəsi baş verən vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və iki uşağı ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 26, mənzil 31-də kirayədə yaşamışdır. Cinayət hadisəsi də xx xxxxxx 2020-ci il tarixdə qeyd edilən ünvanda baş vermişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Onlar bir müddət normal ər-arvad münasibətlərində olsalar da, daha sonra onların münasibətləri pisləşmişdir. Onların münasibətlərinin pisləşməsinə səbəblərdən biri kimi Zərərçəkmiş şəxs cinayət işi şahid qismində çıxış edən Şahid1 ilə tanış olması və sonuncuların arasında sevgi münasibətinin yaranması olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs Şahid1la tanış olduqdan sonra onlar bir neçə dəfə cinsi əlaqədə olmuşlar. Bununla da Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs xəyanət etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadədən fərqli məzmunda ifadə verməklə Şahid1la cinsi əlaqədə olmadığını bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin məhkəmə istintaqında bu hissədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir və belə nəticəyə gəlir ki, sonuncu məhkəmə istintaqında belə məzmunlu ifadə verməklə öz əxlaqsız hərəkətlərinə haqq qazandırmaq istəmişdir. Bu səbəbdən də məhkəmə zərərçəkmiş şəxsin qeyd edilən hissədə ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər və işin həqiqi hallarına uyğun olan ifadə kimi qəbul edir və qiymətləndirir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəyanət etməsi təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı, eləcə də zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduqları ifadələr əsasında öz təsdiqini tapmışdır. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs ona xəyanət etməsindən şübhələnərək arvadının istifadə etdiyi mobil aparat vasitəsinə səs yazan proqram yükləmiş və evdə olmadığı vaxt baş verən halların həmin proqram vasitəsi ilə yazılmasına nail olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs mobil vasitə ilə yazılmış səs yazısına qulaq asmış və nəticədə Zərərçəkmiş şəxs ona xəyanət etməsində əmin olmuşdur. Təqsirləndirilən şəxs arvadı Aygünün ona xəyanət etməsində tam əmin olduqdan sonra özünü cilovlaya bilməmiş və xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 00:30 radələrində kirayədə yaşadığı mənzildə Zərərçəkmiş şəxs mətbəx bıçağı ilə ümumilikdə 5 (beş) dəfə zərbə endirmişdir. Nəticədə Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs cinayət törətməsinə səbəb arvadı Zərərçəkmiş şəxs ona xəyanət etməsi olmuşdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı törətmiş olduğu cinayət əməlini məhz sonuncunun ona qarşı sərgilədiyi əxlaqsız hərəkətlərin təsiri altında, başqa sözlə, Zərərçəkmiş şəxs Şahid1la cinsi əlaqədə olaraq ona xəyanət etməsi nəticəsində törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra uşaqlarının analarını yaralı vəziyyətdə görməmələri üçün onları özü ilə evdən götürərək birbaşa 24-cü Polis şöbəsinə getmiş və orada törətdiyi cinayət barədə məlumat verərək könüllü şəkildə polis orqanına təslim olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayətin törədilməsinə səbəb Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəyanət etməsi olmuş, təqsirləndirilən şəxsin törətdiyi əmələ ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edir və hesab edir ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməlini məhz zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, cinayət törətdikdən sonra polis orqanına gedərək könüllü təslim olmasını, cavan olmasını, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlinə görə peşman olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə), təqsirkarın könüllü gəlib təqsirini boynuna alması (Cinayət Məcəlləsinin 59.1.10-cu maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin məhz zorakı cinayət növünə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan və cinayətin aləti qismində istifadə edilmiş 1 (bir) ədəd mətbəx bıçağı, həmçinin 1 (bir) ədəd yastıq üzü, 1 (bir) ədəd döşək üzü, cinayət hadisəsi baş verən vaxt zərərçəkmiş şəxsin əynində olmuş geyim əşyaları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, maddi sübut qismində çıxış edən “X17 4” markalı planşetin, “SM-T231” modelli və “Samsung Galaxy A30” markalı mobil telefonların ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş cəmi 53.65 (əlli üç) manat (altmış beş) qəpik məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfini təşkil edən 53.65 (əlli üç) manat (altmış beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan və cinayətin aləti qismində istifadə edilmiş 1 (bir) ədəd mətbəx bıçağı, hadisə vaxtı zərərçəkmiş şəxsin əynində olmuş geyim əşyaları, 1 (bir) ədəd yastıq üzü və 1 (bir) ədəd döşək üzü hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs “X17 4” markalı planşetin, “SM-T231” modelli və “Samsung Galaxy A30” markalı mobil telefonların qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 53.65 (əlli üç) manat (altmış beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar