Məhkəmə qərarları › İş №1(101)-521/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-521/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-521/2024 29.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 26-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, məhəllə 18, ev 26-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində– CM) 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 20 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X6” istirahət mərkəzinin ərazisinin giriş qapısında yerləşən 72 nömrəli postun yanında Zərərçəkmiş şəxs və digərlərinin qanunsuz hərəkətlərinin təsiri altında və aralarında baş vermiş şəxsi münasibətlər zəminində dalaşma zamanı, yəni Zərərçəkmiş şəxs və digər şəxslərlə mübahisə edib bir-birilərinə zərbələr vurub dalaşarkən özünü təhqir edilmiş hesab edərək üzərində olan istintaqa məlum olmayan kəsici-deşici əşya ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edərək sol ağciyərin zədələnməsinə və sol tərəfli pnevmohemotoraksa (sol döş boşluğuna sərbəst qan və hava yığılması) səbəb bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, iş zamanı işlədiyi postda iş yoldaşı Samir ilə aralarında istirahət saatlarının aydınlaşdırılması ilə bağlı mübahisə yaranmışdır. Mübahisədən sonra Samir iş yerini tərk edib evə getmişdir. Samir evdən işə qayıdanda dostları Tariyel və Həsən ilə qayıtmışdır. Həmin vaxtı Samirlə aralarında yenidən sözlü mübahisə yaranmış və mübahisə zamanı Tariyelə bıçaqla xəsarət yetirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Samirlə mübahisələri xidmət vaxtı yarım saatdan bir olan istirahət vaxtının təyin olmasına görə olmuşdur. Samir işə günorta vaxtı gələndə özünü narahat hiss edirdi. Samir işə gələndən sonra nahar etmək üçün yeməkxanaya enmiş, geri qayıtdıqdan sonra o, yeməkxanaya çay içməyə getmək istəyəndə aralarında mübahisə yaranmışdır. Aralarında heç bir nalayiq ifadələr olmamış, sadəcə sözlü mübahisə yaranmışdır. Belə bir hadisə Samirlə aralarında birincə dəfə baş vermişdir. Samir çantasını götürmək üçün dostları Tariyel və Həsən ilə gəlmişdir. Samirlə aralarında dava-dalaş olmamışdır. Samir ondan yaşda 1-2 yaş balaca olar. Hadisə zamanı yaxınlıqda heç kim olmamışdır. İşlədikləri yerin ərazisində uzaqda fəhlələr var idi. Tariyel Samir ilə mübahisələri olmasın deyə müdaxilə etmişdir. Hadisə 7 ay bundan qabaq baş verdiyinə görə suallara tam cavab verə bilmir. Samirlə aralarında anlaşılmamazlıq yarandığından sözlü mübahisə olmuşdur. Mübahisə zamanı əsəbi olduğundan Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Hadisədən sonra Samir, Həsən və Tariyel birlikdə çıxıb getmişlər. O da şəxsi avtomobili ilə evə getmişdir. Hadisənin səhərisi gün Sabunçu RPİ-nin 42-ci PB-yə getmişdir. İşlədiyi yerdən ona bildirmişlər ki, dünənki hadisə ilə bağlı Sabunçu RPİ-nin 42-ci PB-yə getmək lazımdır. Hadisə zamanı istifadə etdiyi bıçağı işlədikləri yerdə məişət işlərində istifadə etmişdir. Bıçağı həyacanlı olduğundan tullamışdır. Samir işə gec gəlmişdir. Aralarında olan mübahisədən sonra Samir iş yerini tərk etmiş və 5 saatdan sonra işə qayıtmışdır. Samir işə qayıdanda dostları Tariyel və Həsənlə qayıtmışdır. Samir çantasını götürməyə gəlmişdir. Samir çantasını götürən zaman o, çöldə dayanmışdır. Çantasını götürən zaman aralarında yenidən sözlü mübahisə yaranmışdır. Hadisə baş verən yerdə mühafizəçi kimi çalışırdı. İşlədikləri yerdə onları yeməklə təmin edirlər. Bəzi vaxtlar özləri də işə yemək gətirirlər. Hadisə qış vaxtlarında, iş saatında postun kənarında baş vermişdir. Mübahisə zamanı məişətdə istifadə etdikləri bıçaq otaqda idi. Əraziyə adam gəldiyinə görə otaqda olan bıçağı təsadüfən cibinə qoymuşdur. Hadisə baş verərkən ətrafda ustalar var idi. Samirlə aralarında mübahisə yaranan zaman Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs xəsarət alması təsadüfən baş vermişdir. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, ziddiyyətlərə aydınlıq verə bilmir. İstintaqda verdiyi ifadə düz ola bilər. Sadəcə Samirlə aralarında anlaşılmamazlıq olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş diskdəki görüntü baş vermiş hadisənin görüntüsüdür. Hadisəni izah edə bilmir. Anlaşılmamazlıq olduğu üçün şəxslər üzərinə hücum etmişlər. Onlar bir-birilərini başa düşməmişlər. O, həmin şəxslərin heç birini döyməmiş, təhqir etməmişdir. Tariyel və yanındakı şəxslər dost kimi, mehribançılıq yaratmaq üçün gəlmişlər. Orada anlaşılmazlıq olmuş, sözləri üst-üstə düşməmişdir. Samir və dostları onunla salamlaşmışlar, o, bura niyə gəlmisiz deyə soruşmamışdır. O, özünü, zərər çəkmiş şəxsi, Samiri də müdafiə edir, onların arasında hər hansı bir anlaşılmazlıq yoxdur, onlar dostdurlar. Özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. Odur ki, deyilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Saatlı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 26-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, məhəllə 18, ev 26-da yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil, subaydır. «X7» istirahət mərkəzində mühafizəçi işləmiş, hazırda isə işləmir. Zərərçəkmiş şəxs əvvəldən tanımamış və onunla heç bir münasibəti olmamışdır. Aralarında baş verən məlum mübahisədən sonra Zərərçəkmiş şəxs tanımışam. Şahid1 «X7» istirahət mərkəzində onunla birlikdə mühafizəçi işləmiş və onun xidmətə çıxdığı 72 saylı postda xidmət etmişdir. Adları qeyd olunan şəxslərlə əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamış, qohumçuluq münasibətləri də yoxdur. 20 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində postda Şahid1la birlikdə xidmətdə olan zaman istirahət etməklə bağlı aralarında sözlə mübahisə yaranmış və Samir postdan çıxaraq getmişdir. Həmin gün saat 20 radələrində o, sözügedən postda olan zaman Şahid1 posta yaxınlaşdığını görmüş, Samirin yanında qeyd etdiyi kimi, sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs və Həsən adlı şəxs olmuşdur. Samir otaqdan özünə məxsus çantasını götürüb çıxmışdır. Həmin vaxt Samirlə aralarında yenidən söz mübahisəsi yaranmış, Samirin yanında olan Tariyel və Həsən onların mübahisəsini görüb onlara tərəf gəlmiş və onlardan biri, Zərərçəkmiş şəxs yoldaşlıq arasında belə narazılıqların yersiz olmasını deyəndə, o Tariyelə gedib öz işləri ilə məşğul olmalarını bildirmişdir. Bu zaman onların üçü də ona tərəf gəlmişlər. O, döyüləcəyindən qorxub qaçmış və bu zaman Tariyel onun və ailə üzvlərinin ünvanına nalayiq təhqiredici sözlər demişdir. O, da Tariyelin söyüşü ilə özünü təhqir olunmuş hesab edib daha da əsəbiləşmiş və cibində olan özünə məxsus balaca cib bıçağını çıxardıb Tariyelin kürək nahiyəsindən bir dəfə vurub, oradan qaçaraq özünə məxsus olan avtomobilinə minib yaşadığı evə getmişdir. Yolda gedərkən bıçağı avtomobildən hazırda xatırlamadığı yerə tullamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən «X6» istirahət mərkəzinin ərazisinin giriş qapısında yerləşən 72 saylı postun yanında bıçaqla xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs vurduqdan sonra qorxmuş və həyəcanla qaçaraq avtomobilinə əyləşib oradan uzaqlaşıb evinə getmişdir. Yolda gedərkən bıçağı avtomobildən hazırda xatırlamadığı yerə tullamışdır. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı təxminən 4 ay əvvəl Xırdalan şəhərində yerləşən bazardan almış və özündə saxlamışdır. Mühafizəçi olduğu üçün lazım olacağını düşünüb üzərində saxlamışdır. Zərərçəkmiş şəxs öldürmək niyyəti qəti olmamış, yəni, Zərərçəkmiş şəxs öldürmək niyyəti olsaydı, oradan qaçmaz və onu dəfələrlə vurardı. O, mübahisə zamanı heç bir xəsarət almamışdır.Qeyd olunan mübahisə 1-2 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı yanında və ətrafda özlərindən başqa heç kim olmamışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində dostu Həsənlə bir yerdə olduqları zaman Samir onların yanlarına gəlmişdir. Samirin çantasının işlədiyi yerdə “X6” istirahət mərkəzində qaldığına görə həm çantanı götürməyə, həm də dəniz kanarında gəzməyə getmişlər. İş yerinə çatandan sonra Təqsirləndirilən şəxslə Samirin arasında mübahisə yaranmışdır. Mübahisə yarandığını görüb aralamaq istəyəndə Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, özü də gözləmədən ona bıçaqla xəsarət yetirilmişdir. Təqsirləndirilən şəxslə həmin zaman aralarında problem olmamışdır. Əvvəllər Eminlə bir yerdə işləmişlər. Hadisədə olanlar təsadüfən baş vermişdir. Təqsirləndirilən şəxslə ona yetirdiyi xəsarətlə bağlı heç bir söhbət aparmamışlar. Hadisədən sonra Təqsirləndirilən şəxslə görüşməmişlər. Hadisə iştirakçıları 4 nəfər olmuşlar. İfadəsini verdiyi zaman stresli, narkozun təsiri altında olmuşdur. İttiham aktında verdiyi ifadəsini oxuduqdan sonra verilən sualları cavablandıra bilər. Hadisə zamanı heç kim Təqsirləndirilən şəxs güc tətbiq etməmiş, sadəcə aralarında sözlü mübahisə olmuşdur. Hadisədə heç kim bir-birinə qarşı nə güc tətbiq etmiş, nə də ki, nalayiq ifadə söyləmişdir. O, Samirlə Eminin danışığına heç müdaxilə etməmiş, sadəcə hadisə gecə saatlarında olduğundan xəsarət almağı təsadüfən olmuşdur. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadədə «nalayiq ifadələr işlətməyi və yumruq vurmağı olan» hissədən başqa digər hissələrini təsdiq edir. İbtidai istintaq zamanı verdiyi ifadələri oxumadan qol çəkmişdir. O, hadisə yerinin görüntülərini əks etdirən diskə baxıldıqdan sonra verilən suallara cavab olaraq bildirmişdir ki, videogörüntüdə dəri gödəkcədə olan şəxs özüdür. Qırmızı papaqlı olan isə Həsən, onun yanında qara papaqlı şəxs Samirdir. Şahid2 sağ tərəfində olan şəxs Tapdıqdır. O və yanındakı şəxslərin Təqsirləndirilən şəxs üstünə niyə düşməsi sualına cavab verə bilmir. Bıçaq vurulduğu üçün əlini tutur. O, cibində heç nə axtarmır, bilmişdir ki, ona nəsə dəyib onu axtarmışdır. Təqdim edilmiş görüntü baş vermiş hadisənin görüntüsüdür. Hadisə baş verən zaman bir-birilərinə qarşı səbirsizlik olmuşdur. Emin əvvəl Samirlə sözlə mübahisə etmişlər. O, ona görə gəlmiş, salamlaşan kimi Emin vurmuşdur. Onlar gəlib Eminlə salamlaşmışlar, o da əsəbləşib vurmuşdur. X5 sözlə mübahisə etməyini aydınlaşdırmağı bildirmişlər. Onun fikri dalaşmaq olmamış, danışıb bir-birlərini başa düşmək olmuşdur. O, Eminin onun dostu ilə sözlə mübahisə etdiyi üçün gəlmişdir. Samir çantasını götürməyə gəlmişdir. Əvvəlki məhkəmə iclasında hadisə zamanı heç kim Təqsirləndirilən şəxs güc tətbiq etməyib formasında ifadə verməyi ilə bağlı deyə bilər ki, o, stresli olduğu üçün xatırlamamış, hadisənin video görüntüsünü görmüş və yadına düşmüşdür. Onun hadisənin görüntüsünü görəndən sonra verdiyi indiki ifadəsi daha düzgündür. O, təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Hadisə zamanı aldığı xəsarətlə bağlı təqsirləndirilən şəxs tərəfindən ona heç bir maddi ödəniş olmayıb, amma xəstəxana xərci ilə bağlı təqsirləndirilən şəxsdən heç bir tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, baş verən hadisə tam yadında deyil. Sadəcə işə getməyi və Tariyelin bıçaqlanması kimi halın baş verməsi və Tariyeli həkimə aparmaqları yadındadır. İdmançı olduğu üçün aldığı zərbələrdən yaddaşı zəifləyib. İbtidai istintaq zamanı hadisənin baş verdiyi gün ifadə verdiyindən hadisə yadında idi. Təqsirləndirilən şəxslə aralarında yaranan mübahisə zamanı Tariyel onları aralayanda aldığı bıçaq zərbəsi nəticəsində xəstəxanaya getməkləri yadındadır. Çantası işlədiyi yerdə qaldığından dostları Həsən və Tariyellə birlikdə onun avtomobili ilə iş yerinə getmişlər. Tariyel də əvvəllər orda işlədiyi üçün onunla ora getmişdir. Növbəli posta çıxmaq üstündə Təqsirləndirilən şəxslə aralarında mübahisə yaranmış və Tariyel də mübahisə olmasın deyə onları aralamağa çalışmışdır. Təqsirləndirilən şəxslə bir-birilərini vurmamış, sadəcə tutuşmuşlar. O, suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən günü heç kim bir-birini döyməmişdir. Hadisə baş verən yerə onun avtomobili ilə o, Həsən və Tariyel getmişlər. Hadisə zamanı bıçaq Tariyelə təsadüfən dəymişdir. Hadisənin görüntüsünü əks etdirən diskə baxdıqdan sonra o, verilən suallara cavab verə bilməmiş, hadisəni izah edə bilməmiş, Təqsirləndirilən şəxs üstünə niyə getməklərini cavablandırmamışdır. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, elan edilmiş ifadəni o yazmış, lakin nə yazdığını bilmir. O, heç kimə gücü çatmadığı üçün müraciət etməmişdir. O, hadisə yerinə elə-belə getmişdir. O, saat 8-də işdə olmalı idi, saat 13-14 radələrində getmişdir. İbtidai istintaq zamanı ifadələrinin sonundakı imza ona məxsusdur. İbtidai istintaq və məhkəmə istintaqında verdiyi ifadələr, həmçinin videogörüntü arasında olan ziddiyyətləri hadisənin baş verdiyi gün çox xəstə olmağı, səhv salmağı, çox şeyin yadında qalmaması, dəqiq bilmir, işə də gec getməyi olmuşdur. Emin də onun işə gec gəldiyini bilir. Xəstə ola-ola hadisənin baş verdiyi anda fəal iştirak etməyinin səbəbi idmançı olmağı ilə bağlıdır. O, dava-dalaş zamanı ona görə Təqsirləndirilən şəxs tərəf getmişdir ki, söz soruşub, onları aralamışdır. Hadisə onun yadında qalmamışdır. Diskdə təqdim edilmiş görüntü baş vermiş hadisənin görüntüsüdür. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı heç nə xatırlamır. Əsəbdən müalicə aldığı üçün heç nə yadında deyil. O, suallara cavab olaraq bildirmişdir ki, o, müalicəni təxminən noyabr, dekabr aylarında almışdır. Müalicəni Türkiyə Respublikasında almışdır. Həkim dərmanlar yazmış və o, evdə müalicə olunmuşdur. O, noyabr, dekabr aylarında Türkiyə Respublikasında olmuşdur. Ondan əvvəl isə Bakı şəhərində olmuşdur. Hadisənin təxminən 7-8 ay əvvəl olduğunu ona bildirmişlər. O, “X6”da işləməmişdir. Zərərçəkmiş şəxs onun uşaqlıq dostudur. O, “X6”a getməyini xatırlayır. Onlar hadisə yerinə avtomaşınla getmişlər. Hadisə yerinə kimlərin getdiyini xatırlamır. Hadisə yerinə axşam çatmışlar. Hadisə yerinə nəyə görə getdiyini xatırlamır. O, dava-dalaş başladığını bilir, lakin nəyə görə başladığını bilmir. Hadisə zamanı Zərərçəkmiş şəxs bıçaqlandığı üçün xəstəxanaya getmişlər. Hadisə vaxtı Zərərçəkmiş şəxs qan gəldiyini, kömək istəməsini xatırlamır. O, dostu Zərərçəkmiş şəxs üçün hadisə yerinə getmişdir. Dava-dalaş mərhələsində özünün nə etdiyi yadında deyil. O, hadisə zamanı kimsəni vurmağını xatırlamır. O, 2 ay əvvəl evdə müalicə almışdır. Onun xəstəliyi yaddaş zəifliyi, əsəb problemi, səbirsizlik idi. Ona bununla bağlı dərmanlar yazılmışdır. O, yaddaş zəifliyinin olması ilə bağlı sənəd təqdim edə bilər. Zərərçəkmiş şəxs onun dostudur, sonuncunu xatırlayır, təqsirləndirilən şəxsi 1 dəfə hadisə baş verən zaman görmüşdür. Hadisə zamanı dava-dalaş baş vermişdir. Hadisə yerinə necə getməyi yadında deyil. O, hadisədən uzun müddət keçdiyinə görə xatırlamır. Hadisə yerinə getməyi yadındadır, lakin başqa heç nə xatırlamır. Hadisənin görüntüsünü əks etdirən diskə baxdıqdan sonra o, verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə yerindəki qırmızı papaqlı şəxs odur. Onun yanındakı qara papaqlı oğlan Samirdir. O, sağ tərəfində olan şəxsin kim olduğunu xatırlamır. Onun əlindəki əl çantasıdır. Müayinə sənədləri, müalicə ilə bağlı reseptlər var, lakin diaqnoz qoymamışlar. Onda yaddaşında pozuntu olmağı ilə bağlı rəsmi sənəd yoxdur. O, hadisənin nəyə görə olduğunu xatırlamır. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi yəqin ki, düz olar. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil, işləmir. Şahid1 və Şahid2 ilə dostluq münasibətləri vardır. Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X7” istirahət mərkəzində mühafizəçi işləyir. Məlum hadisədən sonra şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs də “X7” istirahət mərkəzində mühafizəçi işləyir. 20 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində dostu Şahid2lə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində məhlələrdən birində söhbət edən zaman Samir zəng edərək onların yanına gəlmiş və onlarla söhbət edən zaman Samirin əsəbi olduğunu görmüşlər. Samirdən nə baş verdiyini soruşduqda Samir bildirmişdir ki, “X7” istirahət mərkəzində onunla birlikdə postda olan mühafizəçi Emin adlı şəxslə aralarında sözlə mübahisə olub və bu səbəbdən o, əsəbiləşərək postu tərk edib Bakıxanov qəsəbəsinə gəlmişdir. Onlar da Samirə belə söz-söhbətlərin hər zaman olduğunu və əsəbiləşməməsini bildirmişlər. Samir idarə etdiyi özünə məxsus “Mercedes E 320” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmişdir. Samir onlarla sağollaşıb gedən zaman ona məxsus yemək və paltar yığdığı çantanın postda qaldığını, gedib götürmək lazım olduğunu deyərək, onların da onunla yol yoldaşı kimi getmələrini xahiş etmişdir. O da Həsənlə birlikdə Samirlə getməyi qərara almışlar. Samir avtomobili “X7” istirahət mərkəzinin giriş qapısının yanında olan postun yaxınlığında yolun kənarında saxlamış və birlikdə avtomobildən düşmüşlər. Samirlə birlikdə posta yaxınlaşmışlar və Samir posta daxil olaraq oradan çantasını götürmüşdür. Saat artıq 20 radələri imiş, Samirin Emin adlı şəxslə sözlə mübahisə etdiyini gördükləri üçün o, Samir və Eminə yaxınlaşaraq yoldaşlıq arasında belə narazılıqların yersiz olmasını deyəndə Emin adlı şəxs, yəni sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs kobud şəkildə onların söhbətə qarışmamalarını bildirmişdir. O və Həsən Eminə kobud danışmamasını deyəndə Emin onlara söyüşlə çıxıb getmələrini bildirmişdir. O, əsəbiləşmiş, Həsən və Samirlə birlikdə Eminin üstünə getmişdir. Məqsədi də Emini söyüş söydüyü üçün yumruqla vurmaq olmuşdur. Emin onların yanından qaçmış və o, əsəbindən Eminə və onun ailə üzvlərinin ünvanına söyüş söymüşdür. Bu zaman Emin cibindən bıçaq çıxararaq onun kürəyindən bir dəfə vurub qaçmışdır. O, Samir və Həsən daha Eminin arxası ilə qaçmamışlar. Emin çıxıb getmiş, Samir və Həsən ona kürək nahiyəsinin qanadığını və xəstəxanaya getmək lazım olduğunu demişlər. O düşünmüşdür ki, xəstəxanaya getsə, polisə bu barədə məlumat veriləcəkdir. Ona görə də, Samirin qeyd olunan avtomobilinə əyləşdikdən sonra əynində olan köynək və gödəkçəsini çıxartmış, avtomobilin yük yerində olan bir isti gödəkçəni geyinmişdir. Samir avtomobili hərəkətə gətirmiş və yolda hərəkət edərkən əynindən çıxartdığı özünə məxsus köynək və gödəkçəni yolun kənarına tullamışdır. Özünü yaxşı hiss etmədiyi üçün xəstəxanaya getmək qərarına gəlmiş, ona görə də, Sabunçu tibb mərkəzinə getmiş və orada tibbi əməliyyat olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan mübahisə “X7” istirahət mərkəzinin giriş qapısında yerləşən postun yanında olmuş, 1-2 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı yanlarında və ətrafda özlərindən başqa heç kim olmamışdır. Mübahisə zamanı onlar Təqsirləndirilən şəxs üstünə getsələr də, onu vurmamış və heç bir xəsarət yetirməmişlər. Mübahisədən sonra yolda gedərkən hava qaranlıq olmuş, həmçinin, hərəkətdə olduqları üçün paltarlarını tulladığı yeri xatırlamır. Avtomobildən götürüb əyninə geyindiyi isti gödəkçəni isə xəstəxanaya daxil olarkən xəstəxana işçilərinə təqdim etmişdir. Təqsirləndirilən şəxs ona vuraraq xəsarət yetirdiyi bıçağı ani olaraq görmüş və bıçaq kiçik ölçülü cib bıçağı olmuşdur. Emin onu vurduqdan sonra qaçdığı üçün bıçağı harada olmasını bilmir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Qusar rayonu, Samur qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, bina 53, mənzil 23-də yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. 2022-ci ilin iyul ayından hazırkı dövrə qədər Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X7” istirahət mərkəzində mühafizəçi işləyir. Mühafizəçi otağı da istirahət mərkəzinin giriş qapısında olan 72-ci postda yerləşir. Zərərçəkmiş şəxs və Şahid2 onun dostlarıdır. Təqsirləndirilən şəxs da “Sea Breeze” Resortda mühafizəçi işləyir və onun xidmətə çıxdığı 72 saylı postda xidmət edir. 20 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində postda olan zaman Təqsirləndirilən şəxslə aralarında sözlə mübahisə olmuş, o, bu səbəbdən, həmçinin, səhhətində olan narahatçılığa görə postdan çıxıb evinə gəlmişdir. Həmin gün saat 18 radələrində dostu Zərərçəkmiş şəxs zəng edərək onun yanına getmiş, həmin vaxt digər dostu Həsən də Tariyelin yanında olmuşdur. Tariyel və Həsənlə söhbət edən zaman onun əsəbi olduğunu görmüşlər və ondan nə baş verdiyini soruşduqda “X7” istirahət mərkəzində onunla birlikdə postda olan mühafizəçi Eminlə aralarında sözlə mübahisə olduğunu və bu səbəbdən əsəbiləşərək postu tərk edib gəldiyini bildirmişdir. Tariyellə Həsən ona belə söz-söhbətlərin hər zaman olduğunu və əsəbiləşməməsini bildirmişlər. O, Tariyel və Həsənin yanına idarə etdiyi özünə məxsus “Mercedes E 320” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmiş, onlarla sağollaşıb gedən zaman ona məxsus yemək və paltar yığdığı çantanın postda qaldığını, gedib götürmək lazım olduğunu deyərək, Tariyel və Həsəndən onunla yol yoldaşı kimi getmələrini xahiş etmişdir. Həsən və Tariyel onunla razılaşmış və onlar birlikdə idarə etdiyi avtomobili ilə getmişlər. O, avtomobilini “X7” istirahət mərkəzinin giriş qapısının yanında olan postun yaxınlığında yolun kənarında saxlamış və birlikdə avtomobildən düşmüşlər. Birlikdə posta yaxınlaşmışlar və o, posta daxil olaraq oradan çantasını götürmüşdür. Saat artıq 20 radələri imiş, orada yenidən Eminlə aralarında sözlə mübahisə baş vermiş və Həsənlə Tariyel bunu görmüşlər. Həmin vaxt Tariyel onlara yaxınlaşaraq yoldaşlıq arasında belə narazılıqların yersiz olmasını deyəndə Emin kobud şəkildə Tariyelə onların söhbətlərinə qarışmamasını və gedib işləri ilə məşğul olmasını bildirmişdir. Həsənlə Tariyel ona kobud danışmamasını deyəndə Emin onlara söyüşlə çıxıb getmələrini demişdir. Həmin vaxt Tariyel əsəbiləşmiş və onlar birlikdə Eminin üstünə getmişlər. Həmin vaxt Emin onların yanından qaçmış, Tariyel də Eminə və ailə üzvlərinin ünvanına söyüş söydüyü üçün Emin geri qayıdaraq cibindən bıçaq çıxarıb Tariyelin kürəyindən bir dəfə vurub qaçmışdır. Onlar isə daha Eminin arxası ilə qaçmamış və Emin çıxıb getmişdir. Onlar Tariyelə kürək nahiyəsinin qanadığını və xəstəxanaya getmək lazım olduğunu demişlər. Tariyel xəstəxanaya getsə, polisə bu barədə məlumat veriləcəyini demiş, onlar da Tariyelə mütləq xəstəxanaya getməli olduğunu bildirmişlər. Ona görə də, Həsənlə Tariyel onun avtomobilinə əyləşmişlər. Avtomobilə əyləşdikdən sonra Tariyel əynində olan köynək və gödəkçəsini çıxartmış, avtomobilin yük yerində olan bir isti gödəkçəni geyinmişdir. O isə avtomobili hərəkətə gətirmiş və yolda hərəkət edərkən Tariyel əynindən çıxartdığı özünə məxsus köynək və gödəkçəni yolun kənarına tullamışdır. Tariyel özünü yaxşı hiss etmədiyi üçün xəstəxanaya getmək qərarına gəlmiş, ona görə də, Sabunçu tibb mərkəzinə getmişlər. Orada Tariyel dərhal tibbi əməliyyat olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan mübahisə “X7” istirahət mərkəzinin giriş qapısında yerləşən postun yanında olmuş, 1-2 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı yanlarında və ətrafda özlərindən başqa heç kim olmamışdır. Mübahisə zamanı o və ya qeyrisi Təqsirləndirilən şəxs xəsarət yetirməmişdir. Mübahisədən sonra ona məxsus avtomobildə hərəkətdə olarkən Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş köynək və gödəkçəni çıxarıb yolun kənarına tullasa da, hava qaranlıq olduğu, həmçinin, hərəkətdə olduqları üçün Tariyelin paltarlarını tulladığı yeri xatırlamır. Tariyel avtomobildən götürüb əyninə geyindiyi isti gödəkçəni isə xəstəxanaya daxil olarkən xəstəxana işçilərinə təqdim etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bıçağı ani olaraq görmüş, bıçaq kiçik ölçülü cib bıçağı olmuşdur. Emin Tariyeli vurduqdan sonra qaçmış, bıçaq onun əlində olmuş, ona görə də bıçağın harada olması barədə heç nə deyə bilmir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 126.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli “baxış keçirilmə və götürmə haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X8” istirahət mərkəzinin giriş qapısında yerləşən 72 nömrəli mühafizə postunda tikilmiş mühafizə otağının yanında baş vermiş, baxış keçirilən yerdə olan daş-piltə döşəmənin üzərində insan qanına bənzər ləkələr müəyyən edilərək həmin ləkələrdən 02 ədəd steril tanponla nümunə götürülmüşdür. (İ cild, i.v. 7-10) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:10-da CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 39) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 52-53) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. (İ cild, i.v. 67-70) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 90-91) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 347 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna nüfuz edərək sol ağciyərin zədələnməsinə və soltərəfli pnevmohemotoraksa (sol döş boşluğuna sərbəst qan və hava yığılması) səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Loklizasiyasına və xarakterinə görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (İ cild, i.v. 92-94) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək, ********* saylı cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək dayandırılmışdır. (İ cild, i.v. 103-104,107) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 ambulator məhkəmə psixiatrik ekspertizasının 510 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair pisixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktikti xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs ittihamın mahiyyətini dərk etmək iqtidarındadır. (İ cild, i.v. 109-111) xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Sabunçu RPİ-yə gəlmişdir. (İ cild, i.v. 112) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. (İ cild, i.v. 113) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. (İ cild, i.v. 113) Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. (İ cild, i.v. 121) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 239/2023-MTKŞ saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin üzərində hər hansı bir zədə aşkar edilmədi. Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının arxa səthində müəyyən edilmiş deşilmişkəsilmiş xəsarət ekspertizaya təqdim edilmiş gödəkçə üzərində öz əksinin tapmamışdır. (İ cild, i.v. 123-126) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 327/2023-MTBŞ saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) /şəxsiyyət vərəqəsinin kserosurətinə əsasən/.- Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol gödəkçə, 02 ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunə üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi ilə tədqiq edildikdə yalnız «B» antigeni alındı. Bu qan ləkələri Balfa(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (İ cild, i.v. 127-132) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs vurularaq xəsarət yetirildiyi yerdə olan qan ləkələrinə bənzər ləkələrdən nümunələr götürülmüş iki ədəd çubuqlu steril tampon, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd göy rəngli gödəkçə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (İ cild, i.v. 135-144) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 146-147) Məhkəmə iclasında müdafiə tərəfinin təqdim etdiyi və maddi sübut kimi tanınmış diskdən müəyyən olunur ki, 20 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “X6” istirahət mərkəzinin ərazisinin giriş qapısında yerləşən 72 nömrəli postun yanında baş vermiş hadisənin görüntüləridir. Belə ki, görüntülərdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və bir neçə şəxsin Təqsirləndirilən şəxslə mübahisə edib dalaşdıqları əksini tapır. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin (ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı) verdiyi ifadələrini, zərər çəkmiş şəxsin və şahidlərin verdiyi (ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs hadisənin görüntülərini əks etdirən diskə baxdıqdan sonra sonuncunun verdiyi ifadələri ilə görüntülər arasında yaranmış ziddiyyətlə bağlı qeyd edir ki, sonuncu Zərərçəkmiş şəxs, Şahid1, Şahid2 müdafiə etmək, onları hüquqi məsuliyyətdən yayındarmağa yönəlmiş bir mövqeyi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hadisənin baş vermə mexanizmi ilə bağlı hissədə verdiyi ifadələrə tənqidi yanaşır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, iş üzrə şahidlər Şahid1, Şahid2 ibtidai istintaq, məhkəmə istintaqı və hadisənin görüntülərini əks etdirən disk nümayiş edildikdən sonra verdikləri ifadələr arasında ziddiyətlər mövcuddur. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Şahid1, Şahid2 Təqsirləndirilən şəxs nə özlərinin, nə də qeyrilərinin Təqsirləndirilən şəxs xəsarət yetirmədiklərini, Eminin söyüş söydüyünə görə üstünə getdiklərini ibtidai istintaq zamanı verdikləri ifadələrində bildirmişlər. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxslə Samirin arasında mübahisə yaranmışdır. Mübahisə yarandığını görüb ayırmaq istəyəndə Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirmişdir. Hadisədə olanlar təsadüfən baş vermişdir. Hadisə zamanı heç kim Təqsirləndirilən şəxs güc tətbiq etməmiş, sadəcə aralarında sözlü mübahisə olmuşdur. Hadisədə heç kim bir-birinə qarşı nə güc tətbiq etmiş, nə də ki, nalayiq ifadə söyləmişdir. O, Samirlə Eminin danışığına heç müdaxilə etməmiş, sadəcə hadisə gecə saatlarında olduğundan xəsarət almağı təsadüfən olmuşdur. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadədə «nalayiq ifadələr işlətməyi və yumruq vurmağı olan» hissədən başqa digər hissələrini təsdiq edir. O, hadisə yerinin görüntülərini əks etdirən diskə baxıldıqdan sonra verilən suallara cavab olaraq bildirmişdir ki, videogörüntüdə dəri gödəkcədə olan şəxs özüdür. O və yanındakı şəxslərin Təqsirləndirilən şəxs üstünə niyə düşməsi sualına cavab verə bilmir. Təqdim edilmiş görüntü baş vermiş hadisənin görüntüsüdür. Hadisə baş verən zaman bir-birilərinə qarşı səbirsizlik olmuşdur. Şahid1 məhkəmə istintaqında verdiyi ifadələrdə göstərmişdir ki, Təqsirləndirilən şəxslə aralarında yaranan mübahisə zamanı Tariyel onları aralayanda aldığı bıçaq zərbəsi nəticəsində xəstəxanaya getməkləri yadındadır. Növbəli posta çıxmaq üstündə Təqsirləndirilən şəxslə aralarında mübahisə yaranmış və Tariyel də mübahisə olmasın deyə onları aralamağa çalışmışdır. Təqsirləndirilən şəxslə bir-birilərini vurmamış, sadəcə tutuşmuşlar. Hadisə baş verən günü heç kim bir-birini döyməmişdir. Hadisə zamanı bıçaq Tariyelə təsadüfən dəymişdir. Hadisənin görüntüsünü əks etdirən diskə baxdıqdan sonra o, verilən suallara cavab verə bilməmiş, hadisəni izah edə bilməmiş, Təqsirləndirilən şəxs üstünə niyə getməklərini cavablandırmamışdır. Şahid2 məhkəmə istintaqında verdiyi ifadələrdə göstərmişdir ki, hadisə ilə bağlı heç nə xatırlamır. O, “X6”a getməyini xatırlayır. Onlar hadisə yerinə avtomaşınla getmişlər. Hadisə yerinə kimlərin getdiyini, nəyə görə getdiyini xatırlamır. O, dava-dalaş başladığını bilir, lakin nəyə görə başladığını bilmir. Hadisə zamanı Zərərçəkmiş şəxs bıçaqlandığı üçün xəstəxanaya getmişlər. Dava-dalaş mərhələsində özünün nə etdiyi yadında deyil. O, hadisə zamanı kimsəni vurmağını xatırlamır. O, hadisədən uzun müddət keçdiyinə görə xatırlamır. Hadisə yerinə getməyi yadındadır, lakin başqa heç nə xatırlamır. Hadisənin görüntüsünü əks etdirən diskə baxdıqdan sonra o, verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə yerindəki qırmızı papaqlı şəxs odur. Onun yanındakı qara papaqlı oğlan Samirdir. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi yəqin ki, düz olar. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, iş üzrə şahidlər Şahid1, Şahid2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini, ibtidai istintaq zamanı verdikləri ifadələrini qismən qəbul edir və hadisənin görüntüsünü əks etdirən video görüntünü isə obyektiv sübut kimi qəbul edir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, iş üzrə şahidlər Şahid1, Şahid2 bilərəkdən və qəsdən hadisənin baş vermə mexanizmini düzgün göstərməməklə özlərinin məsuliyyətdən kənarda qalmasına yönəlmiş ifadələr vermişlər. Ona görə də hadisənin görüntülərini əks etdirən diskdəki görüntülərlə ziddiyyət təşkil edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, iş üzrə şahidlər Şahid1, Şahid2 ifadələrinə (hadisənin baş vermə mexanizmi ilə bağlı hissədə) məhkəmə tənqidi yanaşır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, istər məhkəməyədək icraat mərhələsində və istərsə də məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri ilə məhkəmə baxışı zamanı işin müəyyən olunan halları arasında kəskin ziddiyyətlər mövcuddur və zərər çəkmiş şəxsin, şahidlərin hər iki mərhələdə vermiş olduqları ifadələri heç də reallığı əks etdirmir. Belə vəziyyətdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, iş üzrə şahidlər Şahid1 və Şahid2 əməlində bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsinin tərkib əlamətlərinin olduğunu ehtimal etməyə kifayət qədər əsaslı şübhələr vardır. Bundan başqa, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs, həmçinin şahidlər Şahid1 və Şahid2 əməllərində digər hüquqazidd (qanunsuz) hərəkətlərin də olduğu müəyyən olunmuşdur. Belə ki, hadisənin görüntülərini əks etdirən diskdən göründüyü kimi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs, həmçinin şahidlər Şahid1, Şahid2 və digərlərinin mübahisə edərək dalaşmaları aydın görünür. Bundan baqşa məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin və digər şəxslərin qanunsuz hərəkətləri nəticəsində cinayət əməlini törətsə də, onun əməlini zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa zərər vurmaq kimi dəyərləndirilmir. Diskdəki görüntülərdən aydın görünür ki, müdafiə və hücumda istifadə edilən vasitələr aşkar uyğun deyil, müdafiə daha intensiv formada həyata keçirilmişdir. Belə ki, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs onunla aralarındakı mübahisəyə son qoymağa gələn şəxslərlə görüşərkən hər hansı dava-dalaş olmasını ehtimal edib üzərində bıçaq olmuşdur. Məhz dava-dalaş zamanı həmin bıçaqdan istifadə edib zərərçəkmişə xəsarət yetirmişdir. Bu hal isə zəruri müdafiə, zəruri müdafiə həddini aşma hallarını istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.8, 59.1.12, 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayətin zərər çəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törədilməsi, özünü təqsirli bilməsini, gənc olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:10-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs vurularaq xəsarət yetirildiyi yerdə olan qan ləkələrinə bənzər ləkələrdən nümunələr götürülmüş iki ədəd çubuqlu steril tampon məhv edilməli, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd göy rəngli gödəkçə Zərərçəkmiş şəxs qaytarılmalıdır. Maddi sübut kimi tanınmış hadisənin görüntülərini əks etdirən disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs vurularaq xəsarət yetirildiyi yerdə olan qan ləkələrinə bənzər ləkələrdən nümunələr götürülmüş iki ədəd çubuqlu steril tampon məhv edilsin, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd göy rəngli gödəkçə Zərərçəkmiş şəxs qaytarılsın. Maddi sübut kimi tanınmış hadisənin görüntülərini əks etdirən disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar