Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-521/2025 05.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dəmiryol stansiyası 1 ünvanında yaşayan, 28 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 aprel 2024-cü il tarixdə saat 01 radələrində qohumu Şahid1 Zərərçəkmiş şəxs tərəfindən təhqir olunub hədələnməsi barədə şikayəti ilə əlaqədar Qaradağ rayon Polis idarəsinin 11-ci Polis bölməsində olduğunu eşidib Şahid1 yanına gedərkən, orada Zərərçəkmiş şəxs yenidən Şahid1 səsli mesaj göndərərək və zəng vuraraq özünün və qohumlarının ünvanına nalayiq ifadələr işlətməsindən hiddətlənərək, Zərərçəkmiş şəxs görüşüb qanunsuz və əxlaqsız davranışına görə qisas almaq qərarına gəlib həmin niyyətini həyata keçirmək məqsədilə Şahid1 Zərərçəkmiş şəxs görüşə çağırmasını tapşırıb, idarə etdiyi “Toyota Prius” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə vədələşdikləri kimi Bakı şəhəri, Qobustan qəsəbəsi, “Beşmərtəbə” adlanan əraziyə gedib, bir qədər sonra binaların arasından çıxan şəxsin Zərərçəkmiş şəxs olduğunu avtomobildə olan Şahid1 soruşub dəqiqləşdirməklə avtomobili yüksək sürətlə Zərərçəkmiş şəxs üzərinə doğru hərəkət etdirərək, sonuncunu avtomobilin ön tərəfi ilə vurub divara sıxaraq sol qamış sümüyünün orta və aşağı 1/3-nin qəlpəli sınıqları (osteosintez əməliyyatı), sağ qamış və incik sümüklərinin orta 1/3-nin qəlpəli, yerinidəyişmiş, açıq sınığı (İlizarov aparatı) ilə müşaiyət edilən həm ümumlikdə, həm də ayrı-ayrılıqda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, daha sonra isə avtomobildən zavod üsulu ilə hazırlanmış xüsusi texniki təyinatlı, mexaniki ağırlıq qaldırıcı qurğu sisteminin (damkratın) hissəsini götürüb həmin hissə ilə baş nahiyəsinə bir zərbə vuraraq sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvuymaya aid edilən başın təpə nahiyəsinin əzilmiş yarasından ibarət xəsarətlər yetirərək, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən gün o, evdə yatmışdır. Bu zaman həyat yoldaşının qohumu Ruslan onlara gəlmiş, ona Zamin adlı şəxsin onun ünvanına nalayiq söyüşlər söydüyünü bildirmişdir. Bundan sonra onlar şikayət etmək üçün Qaradağ rayon polis idarəsinin 11-ci Polis bölməsinə getmişlər. Həmin vaxt Zamin zəng edib onları görüşə çağırmışdır. Onlar da özünün idarə etdiyi avtomobillə Zaminin dediyi yerə getmişlər. Maşını saxladıqda həmin vaxt onun idarə etdiyi maşın gediş vəziyyətində olmuş, o, maşından düşərkən Zaminin onlara tərəf gəldiyini görmüşdür. Həmin vaxt maşınla məhəllənin arası təxminən 50 metr olmuşdur. O, maşından düşəndə maşının sükanı bardura tərəf burulmuş və həmin vaxt maşın Zamini divara sıxmışdır. O, həmin vaxt Zaminin ayağının zədələndiyini bilməmiş, çünki Zamin həmin vaxt ayaqüstə dayanmışdır. Maşından özü yerə düşmüş və Zamini vurmuşdur. Daha sonra maşına oturub arxaya vermək istəyərkən Zaminin yerə yıxıldığını görmüşdür. Sonra onun ayağından qan gəldiyini görmüş və maşınla oradan çıxıb getmişdir. Bir müddət gözləmiş, polis əməkdaşları gəlib onu bölməyə aparmışlar. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, Zamin onları təhqir edib söhbət etməyə çağırmışdır. Hadisə zamanı o, maşınla Zamini divara sıxmışdır. Daha sonra o, maşını geri çəkmiş, bu vaxt Zamin yerə yıxılmışdır. Divara sıxılı qalanda isə o, domkratla Zamini vurmuşdur. O, Zamindən qan axdığını görüb oradan çıxıb getmişdir. Həmin vaxt o, çox əsəbi olmuşdur. O, istintaq zamanı ifadə vermişdir, həmin ifadəsi müstəntiq tərəfindən düzgün yazılmışdır. Zərərçəkmiş şəxs onlara qarşı nalayiq söyüşlər söymüşdür. Hadisə gecə təxminən 3-4 radələrində baş vermişdir. Həmin vaxt ətrafda heç kim olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yaşayır, “Bolt” şirkətində sürücü kimi fəaliyyət göstərir. 28 aprel 2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə etməklə yanaşı “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Bakı şəhəri, Qobustan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Əlimöhsün oğlunu əvvəllər tanımamış, onunla heç bir münasibəti, eləcə də ədavət və düşmənçiliyi olmamışdır. Qobustan qəsəbəsində yaşayan Şahid1 isə arvadı Günelin dayısıdır. xx.xx.2024-cü il tarixdə gecə saatlarında evdə olan zaman qohumu Şahid1 Qobustan qəsəbəsi ərazisində Zamin adlı şəxslə mübahisə etdiyini, Zamin adlı həmin şəxsin Ruslanın ünvanına ağır söyüşlər işlətdiyini, eləcə də bununla bağlı Qaradağ RPİ-nin 11-ci polis bölməsində araşdırma aparıldığını, Günelin xalası Sərvanə və Ruslanın da polis bölməsində olduqlarını eşitmişdir. Buna görə də bir qohum kimi Güneli və həmin vaxt onlarda olan Günelin xalası oğlu, kiçik yaşlı Hüseyni də götürüb idarə etdiyi “Toyota Prius” markalı həmin avtomaşınla polis bölməsinə getmişdir. Bölməyə çatandan sonra Ruslanı bölmənin həyətində görmüşlər. Sərvanə işin gedişatı ilə maraqlanmaq məqsədilə bölmənin binasına daxil olduqdan sonra Ruslanla brlikdə Günel və Hüseynin bölmədə olmalarının lazımsız olduğunu fikirləşdikləri üçün idarə etdiyi həmin avtomaşınla onları Ruslanın yaşadığı evə aparmışlar. Günel və Hüseyni evə qoyduqdan sonra Ruslan telefonunda ona ünvanlanmış təhqiramiz ifadələrə qulaq asdığını eşidərək həmin səslərin ona Zamin tərəfindən göndərildiyini başa düşmüşdür. Daha sonra Zamin Ruslanın mobil telefonuna zəng edərək onun özünün, eləcə də yaxın qohumları olan qadınların ünvanına təhqiramiz sözlər deyərkən həmin səsləri eşitmiş və Zaminin bu söyüşləri Ruslana deməsinə baxmayaraq, Ruslanın bacısı qızı da onun həyat yoldaşı olduğu üçün həmin söyüşlərdən əsəbləşmişdir. Buna görə də həmin şəxslə görüşüb söhbət emək məqsədilə Ruslana “ona de, gəlsin 5 mərtəbə deyilən binanın yanına” sözlərini demişdir. Ruslan da Zaminə 5 mərtəbə deyilən binanın yanına gəlməsini dedikdən sonra Ruslandan ona həmin yerə aparan yolu göstərməsini istəmişdir. Daha sonra Ruslanın yolu göstərməsi əsasında həmin yerə getmişlər və ora çatanda Zamini orada görmədikləri üçün avtomaşını saxlayıb söndürmüş və avtomaşında gözləməyə başlamışlar. Təxminən 5 dəqiqə sonra binaların arasından bir nəfərin çıxıb gəldiyini görərək, Ruslandan gələn şəxsin Zamin olubolmadığını soruşmuş, Ruslan gələn şəxsin Zamin olduğunu demişdir. Bu zaman gələn şəxsin Ruslanın ailə üzvlərinin, eyni zamanda onun yaxın qohumlarının ünvanına ağır təhqiramiz ifadələr işlətdiyinə əsəbiləşmiş və əsəblərini cilovlaya bilməyərək avtomaşını işə salaraq sonradan adının Zamin olduğunu bildiyi həmin şəxsin birbaşa üzərinə sürmüşdür. Avtomaşın ön hissəsi ilə Zaminə dəyəndən sonra onu yaxınlıqda olan divara çırparaq dayanmış, bundan sonra ikisi də avtomaşından düşmüş və Zaminin bədəninin qurşaqdan yuxarı hissəsi avtomaşının kapotunun üzərində qalmış vəziyyətdə divarla avtomaşının arasında qaldığını görmüşdür. Daha sonra acıqlı olduğu üçün avtomaşına qayıdıb oturacağın üstündə olan qaldırıcı dəstəyi götürüb həmin dəstəklə onun baş nahiyəsinə bir zərbə vurmuşdur. Bundan sonra isə avtomaşına qayıdıb onu idarə edərək həmin yerdən qaynanası Gülnarın evinə getmiş, Ruslan isə həmin yerdə qalmışdır. Bir qədər sonra həmin ünvana polis əməkdaşları gəldikləri üçün onlarla birlikdə 11-ci polis bölməsinə getmişdir (cild 2, iş vərəqi 128-130). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, təqsirləndirilən şəxsi dostu Ruslanın vasitəsi ilə tanımışdır. Hadisə baş verən gün o, içkili vəziyyətdə olmuş, buna görə də bilmədən Ruslanın ünvanına söyüşlər söymüşdür. Bunları eşidən İsmayıl ona zəng edib görüşə çağırmış, aralarında dava düşmüşdür. Bu vaxt İsmayıl bilmədən onu vurmuşdur. Hazırda İsmayıla qarşı şikayəti və tələbi yoxdur. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs bildirdi ki, o, təqsirləndirilən şəxsi Ruslanın vasitəsi ilə hadisədən bir ay qabaqdan tanımışdır. Ruslan təqsirləndirilən şəxslə yeznə-qayın olmuşlar. O, hadisədən qabaq Ruslana telefonla zəng edib söymüşdür. Onlarla bir evli kimi olmuşdur. Ruslangilin şikayəti ilə bağlı o, 11-ci Polis bölməsinə getməmişdir. Telefonla danışandan sonra Ruslan ona görüş təyin etmişdir. Hadisə vaxtı o, piyada, Ruslan isə maşında olmuşdur. İsmayıl maşınla onu vuranda hiss etməmişdir. Həmin vaxt içkili olmuş, lakin nə qədər içdiyini xatırlamır. Onun huşu başında olmadığından, vurulduğunu bilməmişdir. Yalnız xəstəxanaya gətiriləndən sonra orada ayılmışdır. İttihamda yazılanlar doğrudur, müstəntiqə verdiyi ifadəni təsdiq edir. Xəstəxanada müayinə və müalicə xərclərini təqsirləndirilən şəxsin qohumları etmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 2024-cü il aprel ayının 28-də gecə saat 3-ə işləmiş evdə olarkən, bacısı qızı ona zəng edərək dayısı Ruslan barəsində polisə şikayət edildiyini bildirmişdir. Bu zaman onlar qardaşını tək qoymamaq üçün Qaradağ rayon Polis idarəsinin 11-ci Polis bölməsinə getmişlər. Həmin vaxt o, qardaşı Ruslan, bacısının yeznəsi İsmayıl və özünün azyaşlı övladı orada olmuşlar. Bölmədə olarkən o, əvvəldən təhqiqatçını tanıdığı üçün ona yaxınlaşıb nə məsələ olduğu ilə maraqlanmış və Ruslan barədə kimin şikayət etməsini soruşmuşdur. O, içəridə söhbət edəndən sonra həyətə çıxaraq qardaşına zəng etmiş, həmin vaxt qardaşı belə bir hadisə baş verdiyini, İsmayılın Zamini maşınla vurduğunu söyləmişdir. Bir qədər sonra o, qardaşı üz-üzə gəlmiş, polis əməkdaşlarına müraciət edərək kömək istəmişlər. Hadisə yerinə də onlar polis işçiləri ilə birlikdə getmişlər. Oraya təcili yardım çağıraraq köməksiz vəziyyətdə qalan Zaminə köməklik etmişlər. Şəxsən onun özü baş vermiş hadisəni bilavasitə görməmişdir. Sualları cavablandıran Şahid2 polis bölməsinə qardaşının şikayət etdiyini, buna səbəb Zaminin dəfələrlə zəng edib qardaşının ünvanına nalayiq söyüşlər söyməsi olmasını, qardaşı da buna görə DİN-in «102» xidmətinə zəng edərək şikayət etdiyini, öz anasının da Zamin barədə 11-ci polis bölməsinə şikayət etdiyini, ona görə də Zaminin zəng edərək qardaşını təhqir edib anasından şikayətini geri götürməyi tələb etdiyini, Zamin içki içdiyi üçün qardaşından uzaq durmadığı üçün şikayət edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, hadisə günü o, küçə ilə hərəkət edəndə Zamin ona yaxınlaşıb qolundan tutmuş, onunla dartışmış, bu zaman kənarda olan şəxslər onları ayırmışlar. Həmin vaxt Zamin ona anasının polisə şikayət etdiyini irad bildirərək, şikayətini geri götürməyi anasına deməsini tələb etmişdir. O isə, anası ilə münasibətinin olmadığını, buna görə ona heç bir şey deyə bilməyəcəyini söyləmişdir. Daha sonra o, DİN-in «102» xidmətinə zəng edərək Zaminin içkili vəziyyətdə ona ilişdiyini bildirib şikayət etmişdir. Bundan sonra 11-ci Polis bölməsindən gəlib onu aparmışlar. O, bölməyə çatandan sonra özünün gətirilməsini, lakin şikayət olunmuş şəxsin bölməyə gətirilməməsini irad kimi bildirmişdir. Polis işçiləri isə həmin şəxsin içkili olması səbəbindən bölməyə gətirmək mümkün olmadığını demişlər. Həmin vaxt o, bacısıgilə zəng edib özünün polis bölməsində olması barədə məlumat vermişdir. Təxminən 40 dəqiqə sonra bacısıgil bölməyə gəlmişlər. Sonra onlar bacısının azyaşlı uşağını evə qoyub təkrar bölməyə qayıdanda yolda Zamin ona zəng edib yenə də ünvanına nalayiq söyüşlər söyərək onları görüşə çağırmışdır. Bundan sonra onlar Zaminin dediyi yerə getmişlər. Təxminən 10 dəqiqə gözləyəndən sonra Zamin gəlmiş, bu zaman İsmayıl idarə etdiyi maşını Zaminin üstünə sürmüşdür. Verilən sualları cavablandıran Şahid1 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Zaminin onunla yaxınlıq etməməsi üçün anasının polisə şikayət etdiyini, Zamin ona zəng edib söyüşlər söyəndə İsmayılın onun yanında olduğunu və onun dediklərini eşitdiyini, Zamin hadisə yerinə gələndə İsmayılın onu gördüyünü, əvvəllər isə İsmayılın Zamini bir dəfə gördüyünü, görüşmək üçün çağıranda ilk söyüşü Zaminin söydüyünü, özünün Zaminlə olan problemləri barədə İsmayıla əvvəlcədən heç bir şey danışmadığını bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 28 aprel 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən, cinayət hadisəsi Bakı şəhərti, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu ünvanında yerləşən “Təbriz” marketə yaxın hissədə “Beşmərtəbə” adlanan ərazidə baş vermiş, istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 12-16). Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadələri yerində yoxlanılmış, bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı avtomobillə, habelə əlində olan alətlə onu vurduğu yerləri ifadələrinə uyğun şəkildə əyani surətdə göstərmişdir (cild 2, iş vərəqi 37-38). Cinayət işində olan xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, “Toyota Prius” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, bu zaman avtomobilin bamperinin sağ hissəsində, sağ qanadın üzərində, eləcə də kapotun sağ hissəsində, həmçinin sağ ön işığının, habelə nömrə nişanının üzərində qanabənzər maddələr, avtomobilin salonunda isə bir ədəd qara rəngli boya ilə boyanmış, ucu əyri avtomobil qaldırıcısının dəstəyi aşkar edilmişdir (cild 1, iş vərəqi 82-86). İstintaq zamanı 10 iyul 2024-cü il tarixli qərar əsasında götürülmüş diskə baxış protokolundan görünür ki, Şahid1 istfadəsində olan mobil telefon nömrəsinə quraşdırlımış “Whatsapp” mobil tətbiqinə Zərərçəkmiş şəxs tərəfindən 28 aprel 2024-cü il tarixdə özlərində ağır təhqiramiz və nalayiq ifadələr əks etdirən səslər göndərilmişdir (cild 1, iş vərəqi 239-242). İbtidai istintaq orqanının 10 iyul 2024-cü il tarixli qərarı ilə “Toyota Prius” markalı **- XY-*** dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd nömrə nişanı və 2 ədəd qutuda qan nümunələri, eləcə də mexaniki ağırlıq qaldırıcı qurğu sisteminin (damkratın) bir ədəd hissəsi, 07 avqust 2024-cü il tarixli qərarla isə bir ədəd disk iş üzrə maddi sübut hesab edilmiş, “Toyota Prius” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil Qaradağ RPİnin saxlancına (duracağına), mexaniki ağırlıq qaldırıcı qurğu sisteminin (damkratın) bir ədəd hissəsi, nömrə nişanı və 2 ədəd qutuda qan nümunələri Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasına verilmiş, bir ədəd disk isə cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 234-236, cild 2, iş vərəqi 100-114). Kompleks məhkəmə-bioloji və kriminalistik ekspertizasının 30 aprel 2024-cü il tarixli 299/2024-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu – B alfa (İİİ). Tədqiqata təqdim olunmuş qaşıntı maddəsi, 1 ədəd avtomobil qaldırıcı dəstək və **-XY-*** №-li dövlət qeydiyyat nişanı üzərində olan ləkələrdə insan qam aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda B antigeni və bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri B alfa/İİİ/qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 202-207). Məhkəmə-tibbi ekspertizasının 23 may 2024-cü il tarixli 341 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - başın təpə nahiyəsinin əzilmiş arası, 1/3-nin açıq, qəlpəli sınıqları (osteosintez əməliyyatı), sağ qamış və incik sümüklərinin orta 1/3-nin qəlpəli, yerini dəyişmiş açıq sınığı (İlizarov aparatı) bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X5 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni piyada qismində olarkən minik avtomaşının onu vurması nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədən səthində kənar şəxs tərəfindən və ya əlbəyaxa dava nəticəsində əmələ gələn xəsarətlər haqqında xx.xx.2024-cü il tarixdə onun adına tərtib olunmuş xəstəlik tarixində hər hansı bir qeydiyyat aparılmamış, eləcə də zərərçəkmişin xəsarət aldığı müddətdə məhkəmə-tibbi müayinəsinə gec təqdim olunduğundan onun xəsarətlərinin xarakteri, müddəti, rəng göstəriciləri, ağırlıq dərəcəsi haqqında fikir söyləmək mümkün olmadı (cild 1, iş vərəqi 213-216). Ambulator-məhkəmə psixiatrik ekspertizasının 20 may 2024-cü il tarixli 1433 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Tibbi sənədlərə əsasən, anamnezində keçirilmiş “Yüngül ifadə olunmuş dissosiativ konversion pozuntusu anamnezində” diaqnozu qeyd edilmişdir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamələri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs qeyd edilən cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs hal-hazırda öz əməlinin öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir (cild 1, iş vərəqi 195-198). Kompleks məhkəmə-bioloji və kriminalistik ekspertizasının 27 may 2024-cü il tarixli 198/2024-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş predmet zavod üsulu ilə hazırlanmış xüsusi texniki təyinatlı, mexaniki ağırlıq qaldırıcı qurğu sisteminin (damkratın) hissəsidir və soyuq silah hesab olunmur (cild 1, iş vərəqi 208-212). Əlavə məhkəmə-tibbi ekspertizasının 23 iyul 2024-cü il tarixli 17/341 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - başın təpə nahiyəsinin əzilmiş yarası, sol qamış və incik sümüklərinin orta və aşağı 1/3nin açıq, qəlpəli, yerini dəyişmiş, açıq, qəlpəli sınıqları (osteosintez əməliyyatı), sağ qamış və incik sümüklərinin orta 1/3-nin qəlpəli, yerini dəyişmiş açıq sınığı (İlizarov aparatı).Göstərilən xəsarətlərdən sol qamış və incik sümüklərinin orta və aşağı 1/3-nin açıq, qəlpəli, yerini dəyişmiş, açıq, qəlpəli sınıqları (osteosintez əməliyyatı), sağ qamış və incik sümüklərinin orta 1/3-nin qəlpəli, yerini dəyişmiş açıq sınığı (İlizarov aparatı) həm ümumulikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, başın təpə nahiyəsinin əzilmiş yarası, isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (cild 2, iş vərəqi 68- 72). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Baş idarənin əməliyyat- sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 173). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək müdafiəsi üçün hər hansı dəlil gətirmədi. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 28 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıra qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Qaradağ RPİ-nin duracağında saxlanılan “Toyota Prius” markalı **-XY- *** dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd nömrə nişanı və mexaniki ağırlıq qaldırıcı qurğu sisteminin (damkratın) bir hissəsi avtomaşının sahibi X1 qaytarılmalı; - Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 2 ədəd qutuda qan nümunələri məhv edilməli; - hadisə yerində quraşdırılmış müşahidə kameralarından götürülmüş videogörüntülərin yükləndiyi bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Qaradağ RPİ-nin duracağında saxlanılan “Toyota Prius” markalı **-XY- *** dövlət qeydiyyat nişanlı avtomobil, bir ədəd nömrə nişanı və mexaniki ağırlıq qaldırıcı qurğu sisteminin (damkratın) bir hissəsi avtomaşının sahibi X1 qaytarılsın; - Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan 2 ədəd qutuda qan nümunələri məhv edilsin; - hadisə yerində quraşdırılmış müşahidə kameralarından götürülmüş videogörüntülərin yükləndiyi bir ədəd DVD disk cinayət işində saxlanılsın. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-521/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-521/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver