Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-522/2020 18.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, mülki cavabdeh x11 iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayəti törətmişdir. Belə ki, o, 24 sentyabr 2019-cu il tarixdə saat 20:30 radələrində dayısı x9 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, döngə 4-də yerləşən 2 nömrəli evdən çıxıb özünün yaşadığı evə gedərkən Əmircan qəsəbəsi, T.Bayram küçəsi, 87 nömrəli evin qarşısından bir nəfər qadının uşaqla birlikdə keçməsini görüb, həmin vaxt orada topla oynayan uşaqlara topun onlara dəyməməsi məqsədilə ehtiyatlı oynamaları barədə xəbərdarlıq etdiyi üçün dayısı x9 qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs öz bacısı oğlanları Rəsul və Şahid2larla birlikdə özünə aid olmayan məsələyə müdaxilə edərək Təqsirləndirilən şəxs tərəf yeriyib onun xəbərdarlığına etirazlarını bildirdiyinə görə aralarında mübahisə yaranmış, səs-küyə dayısı Namiq Məmmədov məhəlləyə çıxaraq onlara iradını bildirməsi səbəbindən Zərərçəkmiş şəxs öz bacısı oğlanları Rəsul və Şahid2larla birlikdə Namiq Məmmədovun üzərinə hücum edərək onunla dalaşarkən Təqsirləndirilən şəxs yerdən götürüb silah qismində istifadə etdiyi dəmir armatur parçası ilə Əmircan qəsəbəsi, T.Bayram küçəsi, 87 nömrəli evin qarşısında Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə qəsdən vuraraq ona baş beyinin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, hər iki alın paylarının kontuzion hemoragik əzilməsi, alın nahiyəsinin subdural hematoması, travmatik subaraxnoidal qansızma, sağda alın, təpə, gicgah sümüklərinin xətti sınığı xarakterli hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır, sağ alın-təpə nahiyəsinin əzilmiş yarası, sağ gözətrafı yumşaq toxumaların hematoması xarakterli dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən və vurduğu zərbənin təsirindən yerə yıxılaraq sol baldırın sıyrıqları, hər iki bazunun qançırları ilə müşayiət olunan hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, bununla da Zərərçəkmiş şəxs qəsdən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, x15 onun doğma dayısıdır. Təxminən 10 ildir ki dayısının qonşuluğunda yaşayan Cavad adlı şəxslə torpaq üstündə mübahisələri vardır. Bu 10 ildə onların arasında dəfələrlə narazılıqlar olmuş, bir dəfə isə kəskin dava-dalaşa çevrilmişdir. Ancaq qonşu olduqlarından rəsmi şikayət edilməmişdir. 24 sentyabr 2019-cu il tarixdə saat 19 radələrində o, dayısı Namiq və qardaşı Pərviz eyni yerdə işlədikləri üçün dayısı Namiqin qızı və həyat yoldaşının ardınca gedib onları «Gənclik Mall»dan götürmüşlər. Dayısının həyat yoldaşı Namiqə maşında yer olmadığı üçün metro ilə gedəcəyini bildirmiş, buna görə o da onunla gedəcəyini demişdir. Beləliklə, Pərviz, Namiq, Namiqin oğlu, qızı və nəvəsi avtomobilə əyləşib evə getmişlər, o isə dayısını həyat yoldaşı ilə birlikdə metroya minərək onlardan ayrılmışdır. Onlar evə çatanda Namiqgil artıq evdə olmuşlar. Bir qədər dayısıgildə qaldıqdan sonra öz evinə getmək üçün çölə çıxmış və məhəllədə uşaqların futbol oynadığını görmüşdür. Həmin vaxt məhəllə ilə bir nəfər başıbağlı qadının körpə uşaqla gəldiyini görüb topla oynayan uşaqlara qadın və uşaq yaxınlaşdığı üçün bir qədər ehtiyatlı olmalarını bildirmişdir. Bu zaman məhəllədə bacısı oğlanları ilə birlikdə oturan Cavad onun uşaqlara söz deməsinə irad tuturaq üstünə gəlməyə başlamış və dava-dalaş salmışdır. Həmin vaxt Cavad iki nəfər bacısı oğlu ilə birlikdə onun üstünə hücum etmiş və onlar əlbəyaxa olmuşlar. Həmin şəxslər onu vurmağa başlayan zaman dayısı Namiq səs-küyə çölə çıxıb onların üstünə qışqıraraq nə üçün belə etdiklərini soruşmuşdur. Bu zaman həmin şəxslər dayısının üstünə də hücum çəkərək onu vurmağa başlamışlar. Dayısı yaşlı insan olduğu üçün onlara güc gələ bilməyərək yerə yıxılmışdır. Qaranlıqda kimin kimi vurmasını dəqiq bilməmişdir. Davadalaş zamanı yer yaş olduğu üçün Cavadın ayağı sürüşmüş və arxası üstə yerə yıxılmış, sonra isə ayağa qalxmışdır. O da dayısı Namiq ilə birlikdə sonuncunun evinə girmiş, bir qədər sonra isə çıxıb öz evinə getmişdir. Həmin vaxt Cavad hələ də yerdə uzanmış halda olmuş, səs-küyə bütün qonşular yığışmışlar. Qonşulardan kimsə təcili tibbi yardım çağırdığı üçün bir qədər sonra təcili tibbi yardım maşını gələrək Cavadı xəstəxanaya aparmışdır. Hadisə vaxtı o, tək olmuş, Cavad isə iki bacısı oğlu ilə olmuşdur. Dava-dalaş edən zaman onlar qarşılıqlı olaraq bir-birlərini vurmuşlar, ancaq onun elə bir ciddi xəsarəti olmamışdır. Yaşlı dayısının üstünə hücum edən Cavadgilin dayısından əl çəkmələri üçün o da mübahisəyə qarışmışdır. Zərərçəkmiş şəxsin mülki iddiasını da ümumiyyətlə qəbul etmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrində də hadisənin baş verməsi halları ilə bağlı oxşar məzmunda ifadələr vermiş, bununla bərabər, məhkəmə istintaqından fərqli olaraq zərərçəkmiş şəxsə məhz özünün dəmir parçası ilə xəsarət yetirməsini birbaşa etiraf edərək göstərmişdir ki, yerdən götürdüyü dəmir armaturu əsəbindən özündə olmadığı üçün Cavada, sonuncunun məhz baş nahiyəsinə o özü atmışdır, dayısından əl çəkməsi üçün Cavadı vurmuşdur (cild 1, iş vərəqə 157-158, 159-162; cild 2, iş vərəqə 54-55). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, təxminən 8 il bundan əvvəl onunla qonşuluqda yaşayan və həmişə aralarında yaxşı münasibət olan x1 qəsəbəsində özünə məxsus olan 40 sot bağ sahəsinin olduğunu deyərək ona şərikli olaraq həmin torpaq sahəsini sənədləşdirib hasara almağı, sonra da satıb qazanc əldə etməyi təklif etmişdir. Bu işə pul xərcləməyə imkanı olmadığı üçün Namiqin təklifi ilə razılaşmamışdır. Namiq ondan heç olmasa gedib torpağa baxmasını və ona kömək etməsini xahiş etmiş, o da razılaşmışdır. Bu məqsədlə o, həmin torpaq sahəsinin hasara alınması məsələsinə görə hissə-hissə olmaqla ümumilikdə 1500 ABŞ dolları məbləğində pulu borc olaraq Namiqə vermişdir. O, həmin torpaq sahəsinin Namiqə məxsus olduğuna inanıb torpaq sahəsinin hasarının tikintisində köməklik göstərərək ustaların aparılıb-gətirilməsində və bəzi məqamlarda işlərin görülməsində Namiqə az da olsa köməklik göstərmişdir. Namiq onun verdiyi pulla həmin torpaq sahəsinin hasarını çəkdirməyə başlayarkən icra və bələdiyyə qurumlarından nümayəndələr gələrək işi dayandırmışlar. Bundan sonra Namiq ona zəng vuraraq bu barədə məlumat vermiş və axşam görüşmüşlər. Həmin vaxt Namiq ondan səhərisi gün onunla birlikdə bağlar idarəsinə getməsini xahiş etmiş, o da razılaşmışdır. Onlar bağlar idarəsinə getmiş və Namiq sənədləri orada çalışan əməkdaşlara təqdim edərək sənədin onun adına vərəsəlik yolu ilə keçdiyini bildirmişdir. Bağlar idarəsinin müdiri arxivdən işçisini yanına çağıraraq sənədi işçiyə təqdim etmiş və arxivdən köhnə baza sənədlərini qaldırmasını istəmişdir. Bir neçə dəqiqədən sonra arxivdən gələn xanım bu sənədin idarədə olan baza sənədlərinə uyğun olmadığını və ləğv olunmuş torpaq sahəsi olduğunu bildirmişdir. Belə ki, həmin xanımın dediklərinə görə əvvəllər həmin ərazini su basdığı üçün dövlət oradan bir neçə şəxsi çıxardaraq başqa əraziyə köçürmüş və əvvəlki torpağın müqabilində onlara başqa torpaq sahəsi vermişdir. Bağlar idarəsinin müdiri xanımın bu dediklərindən sonra onlara oranı tərk etmələrini bildirmişdir. O, qanuna zidd hərəkət etdiklərini başa düşmüş və buna görə də Namiqdən aralandıqdan sonra torpaq söhbətini bağlayaraq torpaqla bağlı heç bir iş görməmişdir. Lakin Namiq öz qohumu ilə kimlərləsə sövdələşərək torpaqda tikinti işlərini davam etdirməyə başlamışdır. Təxminən yayda ona məlum olmuşdur ki, Namiq sözü gedən torpaq sahəsini 315000 manata satmış və heç bir vergi ödəmədən özünə yeni üç mərtəbəli ev almışdır. Namiq onun borc olaraq verdiyi 1500 ABŞ dollarının 1000 manatını sonradan ona qaytarmışdır. 2016-cı ilin yay aylarında öz evindən avtomobilini çıxardarkən Namiqin evin qarşısında onu gözlədiyini görmüşdür. Namiq ona yaxınlaşaraq evinin sənədinin itdiyini və həmin sənədin onda qaldığını bildirmişdir. O, Namiqə sənədin onda olmadığını deyərək Bağlar idarəsinə gedərkən sənədlə girib sənədsiz çıxdıqlarını yadına salmağa çalışmışdır. Namiq ona inanmayaraq avtomobilində oturarkən əl ataraq üzündən şillə vurmuşdur. O, avtomobilini saxlayaraq yerə düşmüş və həmin vaxt aralarında beş dəqiqəlik sözlə mübahisə yaranmışdır. Sonra isə o, Namiqdən aralanaraq işinə getmişdir. Onun qapısında özünə məxsus olan kiçik ərzaq dükanı var. Oranın işçisi, yəni bacısı oğlu İbrahim ona zəng edərək Namiq, Arif və Pərvizin dükanda onun üstünə gəldiklərini, onun da dükanı boş qoyaraq qaçıb getdiyini bildirmişdir. Həmin vaxt o, işlə məşğul olduğundan evə gedə bilməmişdir. Bir az keçdikdən sonra Pərviz onun iş yerinə gəlmiş və dayısının onunla danışmalı olduğunu deyərək məhəlləyə getməsini istəmiş, o da bir azdan gedəcəyini bildirmişdir. O, evinə çatan zaman Arif əlində böyük bıçaq ilə, Namiq balaca dəmir parçası ilə, Pərviz isə əliyalın onun üstünə hücum çəkmişlər. Bir az dava-dalaşdan sonra ayrılmışlar. Həmin vaxt ağır xəsarət almadığı üçün polisə müraciət etməmişdir. Ancaq sonradan təkrar olaraq hadisə baş vermişdir. Belə ki, 24 sentyabr 2019-cu il tarixdə axşam təxminən saat 21 radələrində o, yaşadığı evin həyətini sulamış, sonra isə məhəlləyə çıxmışdır. Özünə məxsus olan “Playstation” klubunun önündəki gülləri sulamağa başlayan zaman Pərviz dayısının maşını ilə gəlib ona salam vermiş, o da Pərvizin salamını almışdır. Pərviz ondan nə üçün məhəlləni suladığını soruşmuş, o isə gülləri suladığını deyərək gedib işi ilə məşğul olmasını bildirmişdir. Pərviz də cavabında «bir azdan görərik nə olacaq» deyə bildirmişdir. Həmin zaman bacısı oğlu İbrahim onun evində olmuş, digər bacısı oğlu Rəsul isə onun evində olmamışdır. O, gülləri sulamağa davam etmiş və bir az sonra kimsə arxadan ona «sənə sulama deyilmədimi?» deyə səslənmişdir. Həmin an o, arxaya çevrilməyə macal tapmamış arxadan kimsə əli ilə onun boynunun ardından yüngülcə şillə vurmuşdu. O, çevrildikdə Arif ona «belə qudurmusunuz?» demişdir. O, Arifi yüngülcə itələyərək özündən uzaqlaşdırıb qapısının önünü yuduğunu və gülləri suladığını bildirmişdir. Bu zaman Arifin dayısı Namiq yaşadığı evin giriş darvazası açıq olduğu üçün darvazanın önündə olmuş və əlindəki dəmir armatur parçasını arxa tərəfdən darvazaya söykəmişdir. Namiq ona tərəf gəlməyə başlamış, Arif də Namiqə tərəf getmişdir. Bir-iki dəqiqə öz aralarında söhbət etdikdən sonra Namiq Arifə onunla bacara biləcəyini söyləmiş və «sənə nə demişdim?» deyərək başı ilə darvazanı işarə etmişdir. Namiq ona yaxınlaşaraq uşaqlardan nə istədiyini soruşmuş, o da Namiqə uşaqları onun üstünə göndərdiyi üçün irad tutmuşdur. Bu an mübahisə yaranmış və onlar bir-birlərinə əl-qol atmağa başlamışlar. Bu zaman Arif darvazadan çıxıb əlində dəmir armatur parçası ilə birinci dəfə onun başından vurmaq istəmiş, lakin o geriyə çəkildiyi üçün zərbə ona dəyməmiş və həmin zərbədən Namiqin ayağı əzilmişdir. Belə ki, Arifin atdığı armatur ona dəyməyərək yerə düşən zaman Namiqin ayağını zədələmişdir. Arif yenidən ikinci dəfə armaturu yerdən götürüb onun baş nahiyəsinə atmış, bu zaman armatur onun başına dəymiş və o, başından xəsarət alaraq yerə yıxılmışdır. Həmin vaxt Pərviz də oraya gəlmiş və onu yerdə görüb onlara “vurdunuz?” deyərək “yaxşı etdiklərini” vurğulamışdır. O, aldığı xəsarətdən huşunu itirərək özündən getmiş və ayıldıqda ona məlum olmuşdur ki, 18 gün xəstəxanada komada olmuşdur. Hadisə vaxtı onun evində olan bacısı oğlu İbrahim səs-küyə çölə çıxmış, lakin heç bir davaya müdaxilə etməmişdir. Digər bacısı oğlu Rəsul isə velosipedlə yoldan keçərkən səs-küyə gəlmiş, o da heç nəyə qoşulmamışdır. Hadisə təxminən üç dəqiqə davam etmişdir. O və bacısı oğlanları Namiqi vurmamış və ona xəsarət yetirməmişlər. Hadisə nəticəsində ilkin olaraq onun əməliyyatına, dərman və xəstəxana xərclərinə 4700 manat pul xərclənmiş, bundan başqa həkim ikinci əməliyyatın vacib olduğunu deyərək həmin əməliyyat üçün 6500 manat pul lazım olduğunu bildirmişdir. Yəni, ümumilikdə ona 11200 manat maddi ziyan vurulmuşdur. Bundan başqa, ona qarşı törədilən bu cinayətə görə uzun müddət iztirab və sarsıntı keçirmiş, almış olduğu xəsarətə görə işləyib pul qazana bilməmişdir. Buna görə də ona vurulmuş mənəvi zərəri və əldən çıxmış faydanı 10000 manat həddində qiymətləndirir. Bu səbəbdən mülki iddiasının təmin olunmasını, x4 və x5 maddi zərərə görə 11200 manat, mənəvi zərər və əldən çıxmış faydaya görə 10000 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş edir. Cavabdehlər ona vurduqları ziyanı ödəmək niyyətində deyillər. Nəinki maddi ziyan ödənilməmiş, hətta xəsarətlə bağlı barışıq əldə edilməsi üçün qarşı tərəfdən heç bir addım atılmamışdır. Əksinə, bütün bu araşdırmaların gedişində qarşı tərəf onun özünü borclu çıxartmağa cəhd etmiş, sonuncu məhkəmə proseslərindən sonra yaşadıqları məhəllədə üstünə hücum çəkib bütün şikayətlərinin geri götürülməsini tələb etmişlər. Ona görə də mülki iddiasının təmin edilməsini, təqsirləndirilən şəxs x6 isə qanunla nəzərdə tutulmuş qaydada ədalətli şəkildə cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş x16 göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma dayısı, Şahid2 isə qardaşıdır. Təxminən 10 ilə yaxındır ki dayısının qonşuluğunda yaşayan Namiq adlı şəxslə torpaq üstündə mübahisəsi vardır. Həmin müddətdə ərzində onlar arasında narazılıqlar olmuş və bir dəfə də dava baş vermişdir. Ancaq qonşu olduqları üçün şikayət etməmişlər. Həmin torpaq mübahisəsinin nə olması barədə onun geniş məlumatı yoxdur. 24 sentyabr 2019-cu il tarixdə saat 20 radələrində hər axşam olduğu kimi velosipedlə yaşadığı evdən çıxıb dayısıgilə gəlmişdir. Həmin vaxt qardaşı İbrahim də dayısıgildə olmuşdur. Məhəlləyə girəndə dayısı ilə Arifin mübahisə edərək dalaşdıqlarını və bir-birlərinə əl-qol atdıqlarını görmüşdür. Qardaşı İbrahim də orada olmuşdur. Onlar dayısıgili ayırmağa başlamışlar. Səs-küyə qonşuluqda yaşayan Namiq adlı şəxs məhəlləyə çıxıb onların üstünə qışqıraraq nə üçün Ariflə mübahisə etdiklərini soruşmuşdur. Həmin vaxt dayısı Cavad Namiqə cavab vermiş və onun üstünə yeriyib dalaşmağa başlamışdır. O, İbrahimlə birlikdə dayısıgili ayırmağa çalışmışdır. Həmin vaxt Arif qarajlarına keçib əlində uzun dəmir armaturla gəlmişdir. Arif armaturu dayısına tərəf atmış, lakin armutur dayısına dəyməyərək yerə düşmüşdür. Lakin Arif armaturu ikinci dəfə dayısına tərəf atdıqda dayısının baş nahiyəsindən dəymiş və həmin an dayısı yerə yıxılmışdır. Onların başı Arifə qarışdığı üçün Namiqin vurulub-vurulmadığını görməmişdir. Lakin həmin vaxt Namiq yerdə olmuşdur. Səs-küyə bütün qonşular gəlmişlər. İbrahim təcili tibbi yardıma zəng vurmuş və onlar dayısı Cavadı təcili tibbi yardım maşını ilə aparıb birlikdə xəstəxanaya getmişlər. Hadisə zamanı orada o, qardaşı İbrahim, dayısı Cavad, Arif və Namiq olmuşdur. Pərviz orada olmamış, hadisə bitdikdən sonra gəlmişdir. O, heç bir xəsarət almamış, özü də heç kimə xəsarət yetirməmiş, sadəcə araya girərək dayısını Namiq və Arifdən aralamağa çalışmışdır. Hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Dayısı və Pərvizin sözlə mübahisə etmələri barədə heç bir məlumatı yoxdur. Məhkəmədə şahid (mülki cavabdeh) qismində dindirilmiş x15 göstərdi ki, təxminən 10 ilə yaxındır ki qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs ilə yaxın münasibətləri olmuşdur. Atası x3 adına 1967-ci ildən indiki Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızılqum bağ massivində 24 sot torpaq sahəsi olmuşdur. Atası 1998-ci ildə vəfat etdikdən sonra həmin torpaq sahəsi anası x10 qalmışdır. 2011-ci ildə bələdiyyədən ona zəng olunaraq gedib torpağın zibilini təmizləməsi və torpağa sahib çıxması bildirilmişdir. Zərərçəkmiş şəxs ona kömək məqsədilə bir həftə ərzində avtomobili ilə fəhlələri Bakıxanov qəsəbəsindən həmin torpaq sahəsinin ətrafını hasarlamaq üçün aparıb gətirmişdir. O, bunun müqabilində Cavada taksi pulu vermişdir. Həmin vaxtlar Cavad makler kimi fəaliyyət göstərmişdir. Cavad evi atasının adından onun adına keçirtməkdə köməklik göstərəcəyini deyərək evin sənədlərini istəmiş, o da həmin sənədləri Cavada vermişdir. Təxminən bir ay keçdikdən sonra bələdiyyədən ona evi öz adına keçirməsi təklif edilərək sənədləri gətirməsi bildirilmişdir. Buna görə o, Cavadın yanına gedərək sənədləri geri istəmiş, lakin sonuncu and-aman edərək sənədlərin onda olmadığını, onu şərlədiyini deyərək özünün avtomobilini satanda sənədlərin avtomobilin içində getdiyini bildirmişdir. Bütün danışıqlarına baxmayaraq qeyd etdiyi danışıqlarından təxminən bir ay əvvəl sənədləri Cavada verdiyini sonuncuya heç cür etiraf etdirə bilməmişdir. Buna görə artıq Cavadla mübahisə etməyərək sənədin olmadığını qəbul etmiş və atasının adına olduğu üçün gedib yeni sənəd çıxartmağı planlaşdırmışdır. O vaxtdan Zərərçəkmiş şəxsla aralarında bu zəmində mübahisələr yaranmağa başlamışdır. 2018-ci ilin noyabr ayında həmin torpaq sahəsinin sənədləşməsini yekunlaşdıraraq vərəsəlik qaydasında atasının adından öz adına keçirtmiş və elə həmin ildə də torpaq sahəsini tanışının torpaq sahəsi ilə başa-baş sənədləşmə ilə dəyişmişdir. 2019-cu il iyun ayında Zərərçəkmiş şəxs həmin torpaq sahəsinə gedərək orada olan işçi ilə rastlaşmış və işçiyə, həmçinin ev sahibinə bu torpağın özünə aid olduğunu, sənədlərin əslinin özündə olduğunu, Namiq Məmmədovda olan sənədlərin isə əsl sənədlər olmadığını bildirmişdir. Cavad həmçinin ona pul vermələrini, vermədikləri təqdirdə sənədlərin əslini Namiqin qohumlarına verəcəyini söyləmişdir. Cavadın bu anlaşılmaz hərəkətindən sonra onların arasında narazılıq yaranmış və bir dəfə davaları olmuşdur. Ancaq qonşuluq olduğu üçün şikayət edilməmişdir. 24 sentyabr 2019-cu il tarixdə saat 17:00 radələrində həyat yoldaşı Şahid4 balaca qızını 87 nömrəli məktəbdən götürmək üçün getmişdir. Həmin vaxt öz övladını götürmək üçün məktəbə gedən Zərərçəkmiş şəxs da orada olmuş və ağacın arxasından durub Gülnarəyə baxmışdır. Həmin gün qızının ad günü olduğu üçün Gülnarə hədiyyə almaq üçün qızını məktəbdən götürüb «Gənclik Mall»a aparmağı planlaşdırmışdır. Gülnarəni orada oğlu və nəvələri gözləmişdir. Gülnarə ona zəng edərək işdən çıxanda onları «Gənclik Mall»dan götürməsini istəmişdir. O, Arif və Pərviz eyni yerdə işlədikləri üçün saat 19 radələrində birlikdə işdən çıxaraq Gülnarəgili götürməyə getmişlər. Lakin avtomobildə yer olmadığı üçün Gülnarə metro ilə gedəcəyini söyləmiş, həmin vaxt Arif də Gülnarə ilə gedəcəyini demişdir. Gülnarə və Arif metroya minib onlardan ayrılmış, o isə oğlu, qızı, nəvəsi və Pərvizlə avtomobillə evə getmişlər. Onlar evə çatanda Cavad və bacısı oğlanlarının stulu evlərinin qabağına qoyub əyləşdiklərini görmüşlər. Pərviz onları avtomobildən düşürərək özü çıxıb evlərinə getmişdir. Sonradan həyat yoldaşı Gülnarə və Arif də gəlib çıxmışlar. O, evdə namazını qılmış və yemək yeyib çay içmişdir. Arif də 5-10 dəqiqə oturub çay içdikdən sonra evlərinə getmək üçün çıxmışdır. O da siqaret çəkmək üçün həyətə çıxmışdır. Bu zaman çöldə səs-küy eşitdiyi üçün qapını açıb çölə çıxmış və Cavadla bacısı oğlanlarının Arifi döydüklərini görmüşdür. Bu şəxslərə yaxınlaşıb üstlərinə qışqırdıqda onlar onu söyüb üstünə hücüm çəkmişlər. Bu zaman Cavadın bacısı oğlanları Rəsul və İbrahim onu yerə yıxmışlar. Cavad isə bacısı oğlanlarına çəkilmələrini deyərək onu özünün vurmaq istədiyini bildirmişdir. Onlar onu yerdə təpikləməyə başlamışlar. O, yerdə uzanıqlı vəziyyətdə olduğu üçün kimin kimi vurduğunu görməmişdir. Qonşular çölə çıxıb hay-küy salmışlar. Sonra təcili tibbi yardım gələrək Cavadı xəstəxanaya aparmışdır. Hadisə vaxtı o, Arif, Cavad və Cavadın iki bacısı oğlu orada olmuşdur. Arif və bacısı oğlanları onu təpiklədikləri üçün omba sümüyü və ayaq barmağı əzilmişdir. Cavadın qəfildən yerə yıxıldığını görmüş, amma yerdə uzanıqlı vəziyyətdə olduğu üçün Arifin və ya hər hansı digər şəxsin Cavadı vurub-vurmadığını görməmişdir. Pərviz hadisə baş verən zaman orada olmamış, hadisə baş verdikdən sonra xəbər tutub gəlmişdir. Həmin vaxtı yer yaş olduğu üçün ola bilər ki, Cavadın ayağı sürüşmüş və o yerə yıxılmışdır. Ancaq Arifin və hər hansı bir şəxsin Cavadı vurmasını yerdə uzanıqlı vəziyyətdə olduğu üçün görməmişdir. Evdəki qadınlar hadisə olan zaman orada olmamışlar, hadisə bitdikdən sonra səs-küyə çölə çıxmışlar. Zərərçəkmiş şəxs mülki iddiasını da qəbul etmir və hesab edir ki, bu iddianın ona ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, x15 onun dayısıdır. Təxminən 10 ildir ki dayısının qonşuluğunda yaşayan Cavad adlı şəxslə torpaq üstündə mübahisəsi yaranmışdır. Həmin müddətdən onlar arasında narazılıqlar olmuş və hətta bir dəfə möhkəm dava da baş vermişdir. Lakin həmin dava zamanı heç kim rəsmi şikayət etməmişdir. O, 24 sentyabr 2019-cu il tarixdə saat 20 radələrində işdən çıxıb dayısı və uşaqlarını evlərinə gətirmişdir. Dayısıgili düşürdüb evə gedən zaman Cavadgilin qapısının önündən keçəndə onlar onu saxlamışlar və dayısı ilə danışıb-danışmadığını, əvvəlki torpaq məsələsinin nə yerdə olduğunu soruşmuşlar. O isə Cavada dayısıgildən əl çəkməsini və öz işi ilə məşğul olmasını demiş, Cavad da öz işi ilə məşğul olacağını bildirmişdir. Bundan sonra o, avtomobili sürüb oradan uzaqlaşmışdır. Yarım saat keçdikdən sonra dayısı oğlu ona zəng etmiş və atası Namiqin Cavadla dava etdiyini deyərək onlara gəlməsini istəmişdir. O da avtomobilə əyləşib dayısıgilə getmişdir. Gəlib çatanda Cavadın yerdə uzandığını, bütün qonşuların da onun başına yığışdıqlarını görmüşdür. Həmin vaxt dayısı Namiq də orada olmuş, lakin Arif orada olmamışdır. Qonşulardan kimsə təcili tibbi yardım çağırmışdır. Bir qədər sonra təcili tibbi yardım maşını gələrək Cavadı xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Rəsul qardaşı, Zərərçəkmiş şəxs isə dayısıdır. Təxminən 10 ilə yaxındır ki dayısı ilə qonşuluğunda yaşayan Namiq arasında torpaq üstündə mübahisə vardır. Həmin mübahisə ilə bağlı onun məlumatı yoxdur. Həmin müddətdə onlar arasında narazılıq olmuş və bir dəfə də bərk dava etmişlər. Ancaq qonşu olduqları üçün heç kim rəsmi şikayət etməmişdir. 24 sentyabr 2019-cu il tarixdə saat 20 radələrində hər axşam olduğu kimi dayısıgilə gəlmişdir. Dayısı “Playstation” klubunun qarşısında oturmuşdur. O, bir az dayısının yanında dayanmış, sonra isə klubun içərisinə girmişdir. Klubda əyləşib telefonla oynayan zaman səs-küy eşidərək çölə çıxmışdır. Həmin vaxt dayısı ilə Arifin mübahisə edərək dalaşıb bir-birlərinə əl-qol atdıqlarını görmüşdür. Qardaşı Rəsul da velosipedlə ora gəlmişdir. Onlar dayısıgili ayırmağa başlamışlar. Səs-küyə qonşuluqda yaşayan Namiq məhəlləyə çıxaraq dayısı ilə mübahisə etməyə başlamışdır. Onlar Ariflə dayısını aralamağa çalışarkən dayısı Cavad Namiqin üzərinə gedib mübahisə etməyə başlamışdır. Bu zaman onlar da dayısının arxasınca gedib Namiqlə onu aralamağa başlamışlar. Həmin vaxt Arif qaraja gedərək əlində uzun dəmir armaturla gəlmişdir. Arif armaturu birinci dəfə dayısına tərəf atanda armatur dayısına dəyməyərək yerə düşmüş, lakin ikinci dəfə atanda dayısının baş nahiyəsindən dəymiş və dayısı həmin an yerə yıxılmışdır. Onların başı dayılarına qarışdığı üçün Namiqi kimin vurduğunu, ümumiyyətlə Namiqin vurulub-vurulmadığını görməmişlər. Səs-küyə bütün qonşular gəlmiş və o təcili tibbi yardıma zəng vurmuşdur. Təcili tibbi yardım gələrək dayısını xəstəxanaya aparmışdır. O özü heç bir xəsarət almamış və heç kimə də xəsarət yetirməmişdir. Onlar sadəcə dayısıgili ayırmağa çalışmışlar. Həmin vaxt Pərviz orada olmamış, hadisə bitdikdən sonra gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, təxminən 10 ildir ki qardaşı Cavadla qonşuluqda yaşayan Namiq arasında torpaq üstündə mübahisə yaranmışdır. Həmin müddət ərzində onlar arasında bir neçə dəfə narazılıq olmuş, bir dəfə isə bərk dalaşmışlar. 24 sentyabr 2019-cu il tarixdə təxminən saat 00:30 radələrində ona Cavadın döyüldüyünü və xəstəxanada olduğunu bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, Cavad qonşuluqda olan Namiqlə və onun bacısı oğlanları ilə dalaşmış, onlar da Cavadı vurmuşlar. Hadisə vaxtı özü orada olmadığı üçün hadisənin necə baş verməsi barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, təxminən 10 ildir ki, həyat yoldaşı Namiqlə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs arasında torpaq üstündə mübahisə yaranmışdır. O, 24 sentyabr 2019-cu il tarixdə saat 17:00 radələrində balaca qızını 87 nömrəli məktəbdən götürmək üçün getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs da öz övladını götürmək üçün məktəbə gəlmiş və övladını götürdükdən sonra ağacın arxasından durub ona baxmışdır. Həmin gün balaca qızının ad günü olduğu üçün Namiqin işdən çıxmağını gözləmiş, qızını məktəbdən götürdükdən sonra «Gənclik Mall»a gedib qızına hədiyə almağı planlaşdırmışdır. Oğlu və nəvəsi orada onları gözləmişdir. O, Namiqlə işdən çıxanda onları oradan götürməsi barədə razılaşmışlar. Namiq, Arif və Pərviz eyni yerdə işlədikləri üçün təxminən saat 19 radələrində birlikdə onları götürmək üçün gəlmişlər. O, maşında yer olmadığı üçün Namiqə metro ilə gedəcəyini demiş, bu zaman Arif də onunla gedəcəyini bildirmişdir. O, Ariflə metroya minib onlardan ayrılmışdır. Namiq də oğlu, qızı, nəvəsi və Pərviz ilə avtomobilə əyləşib evə getmişdir. Onlar evə çatanda Namiqgil artıq evdə olmuşlar. Həmin vaxt uşaqlar məhəllədə topla oynamışlar. Arif onlara topdan ehtiyatlı olmalarını söyləmiş, o isə eybi olmadığını, heç nə olmayacağını deyərək evə girmişdir. Evə çatanda Arif avtomobilin olmadığını, Pərvizin getdiyini bildirmişdir. Arif bir qədər onlarda oturduqdan sonra öz evinə getmək üçün çölə çıxmışdır. Həmin vaxt Arif məhəllədə başıbağlı qadınla uşağın gəldiyini görüb yenə də topla oynayan uşaqlara ehtiyatlı olmalarını demişdir. Bu zaman öz evinin qabağında oturan Cavad və iki bacısı oğlu Arifin üstünə hücüm çəkərək nəyə görə onların məhəlləsində kiməsə söz dediyinə irad tutmuşlar. Bu zəmində aralarında mübahisə yaranmış və dalaşmağa başlamışlar. Həmin vaxt qarajda siqaret çəkən Namiq çölə çıxmış və Cavadgilin Ariflə dalaşdığını görüb onların üstünə qışqıraraq dalaşmamaları üçün müdaxilə etmək istəmişdir. O, özü də səs-küyə məhəlləyə çıxmış və Cavadgilin Arifdən aralanaraq Namiqin üstünə hücüm çəkdiklərini, onu yerə yıxdıqlarını görmüşdür. Oğlu da atasının yerə yıxıldığını gördükdə çölə çıxmaq istəmiş, lakin o oğlunu çölə qoymayaraq evə salmışdır. O, oğlunun məhəlləyə çıxmasının qarşısını almaqla məşğul olduğu vaxtda qışqırıq səsinə çevrilib çölə baxmış və Cavadın yerdə uzandığını görmüşdür. Qonşular çölə çıxıb hay-küy salmışlar və təcili tibbi yardım çağırmışlar. Bir qədər sonra təcili tibbi yardım maşını gələrək Cavadı xəstəxanaya aparmışdır. Hadisə vaxtı onun başı oğluna qarışdığı üçün kimin kimi vurduğunu görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 oğlu göstərdi ki, həyat yoldaşı Cavadla qonşuluqda yaşayan Namiq arasında təxminən 10 ildir ki, torpaq üstündə mübahisə var. 24 sentyabr 2019-cu il tarixdə Cavad və uşaqlar evdə olan vaxt pəncərədən məhəlləyə baxdıqda Namiqin öz bacısı oğlanları və ailəsi ilə evə gəldiklərini görmüşdür. Saat təxminən 20:30 radələrində Cavad yemək yemiş, sonra isə evlərinin alt hissəsində olan onlara məxsus “Playstation” klubunu bağlamaq üçün çölə çıxmışdır. Bir az keçdikdən sonra onun ardınca baxanda Cavadın qapının önündəki gülləri suladığını görmüşdür. Həmin vaxt özü həyətdə olmuş, sonradan evə qalxmışdır. Lakin çöldə səs-küy olduğunu eşidərək yenidən həyətə düşmək istədikdə qapının bağlı olduğunu görmüşdür. Belə ki, Cavad həyətin darvazasının qapısını bağladığı üçün o, çölə çıxa bilməmişdir. Buna görə də evə qalxıb pəncərədən baxdıqda Namiq və Arifin Cavadla mübahisə etdiyini görmüşdür. Sonra Arifin öz evlərinin həyətinə keçdiyini və əlində dəmir armaturla qayıtdığını gördükdə lap qorxmağa başlamışdır. Sonradan evlərinin həyətində “Playstation” klubunun qapısından çölə çıxış olduğu yadına düşmüş və o, həmin qapıdan çölə çıxmışdır. Həmin vax Cavadın yerdə qan içində uzandığını, Arifin əlində isə dəmir armatur olduğunu görmüşdür. Səs-küyə bütün qonşular yığışmışlar. Namiqin o biri bacısı oğlu Pərviz də sonradan avtomobillə gəlmişdir. Kimsə təcili tibbi yardım çağırmış və təcili tibbi yardım avtomobili gələrək Cavadı 3 saylı x12 aparmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Hadisə yerinə - ünvan 1 ünvanda yerləşən yaşayış evinin qarşısına baxış keçirilməsi haqqında protokolda hadisənin baş verdiyi yer ətraflı təsvir edilmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 12-19). İbtidai istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 159-162). İbtidai istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində bir daha əyani olaraq göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 136-138). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Arif Abbasovun üzünə qarşı deyərək təsdiq etmişdir (cild 2, iş vərəqə 143-146). Məhkəmə tibbi ekspertizasının 26 sentyabr 2019-cu il tarixli 816 saylı rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyinin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, hər iki alın paylarının kontuzion hemoragik əzilməsi, alın nahiyyəsinin subdural hematoması, travmatik subaraxnoidal qansızma, sağda alın, təpə, gicgah sümüklərinin xətti sınığı, ağ alın-təpə nahiyəsinin əzilmiş yarası, sağ gözətrafı yumşaq toxumaların hematoması, sol baldırın sıyrıqları, hər iki bazunun qançırları. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 24.09.2019-cu il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə baş beyinin ağır dərəcəli əzilməsi, hər iki alın paylarının kontuzion hemoragik əzilməsi, alın nahiyəsinin subdral hematoması, travmatik subaraxnoidal qansızma, sağda alın, təpə və gicgah sümüklərinin xətti sınığı hər biri ayı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aidirlər; sağ alın-təpə nahiyəsinin əzilmiş yarası və sağ gözün yumşaq toxumalarının hematoması dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər; sıyrıqlar və qançırlar hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 2, iş vərəqə 37-40). Ambulator məhkəmə psixiatrik ekspertizasının 10 yanvar 2020-ci il tarixli 28 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahiə edilmir. Təqsirləndirilən şəxs təsvir edilən cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxsn törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür (cild 2, iş vərəqə 151-153). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (cild 2, iş vərəqə 119). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x2 məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 187-188). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsinin özünü təqsirli bilməyərək faktiki olaraq zərərçəkmiş şəxsi vurmaması ilə bağlı hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 sentyabr 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 27 sentyabr 2019-cu il tarixdən hesablanması müəyyən edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 1, iş vərəqə 58-60, 146-147, 170-171; cild 2, iş vərəqə 43-44, 46-47, 67-69, 113-117 ). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək x4 və x5 maddi zərərə görə 11200 manat, mənəvi zərər və əldən çıxmış faydaya görə 10000 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Cəfər Cavadov mülki iddiasını onunla əsaslandırmışdır ki, o, müalicə və müayinələrinə 4700 manat pul xərcləmiş, hazırda yenidən cərrahi əməliyyata ehtiyacı var, həmin əməliyyatın keçirilməsi üçün 6500 manat pul tələb olunur. Ümumilikdə ona 11200 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan başqa, ona qarşı törədilən bu cinayətə görə uzun müddət iztirab və sarsıntı keçirmiş, almış olduğu xəsarətə görə işləyib pul qazana bilməmişdir. Buna görə də ona vurulmuş mənəvi zərəri və əldən çıxmış faydanı 10000 manat həddində qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.3cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilən yazılı mülki iddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiası ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, mülki iddia ərizəsində ümumi şəkildə x4 və x5 maddi zərərə görə 11200 manat, mənəvi zərər və əldən çıxmış faydaya görə 10000 manat pulun tutulması xahiş olunmuş, lakin konkret olaraq kimə qarşı hansı məbləğdə mülki iddia verildiyi göstərilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, zərərçəkmiş şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Belə ki, müayinə və müalicəsinə çəkilmiş xərcləri, yeni əməliyyat üçün zəruri olan məbləği, həmçinin əldən çıxmış faydanı təsdiq edə biləcək heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia ərizəsi baxılmamış saxlanılmalı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili x13 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat məbləğində, ibtidai istintaq mərhələsində göstərilmiş 85 iş saatı həcmində iş hüquqi yardımla bağlı x7 vəkil işlədiyi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına 510 (beş yüz on) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbsdə və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 27 sentyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına x13 üçün 510 (beş yüz on) manat məbləğində pul köçürülsün. Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlansın, ona mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə vurulmuş ziyanı tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-522/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-522/2020
18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver