Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-522/2021 01.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X7 və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X2 və zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 09 avqust 2003-cü ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olub, Bakı şəhəri, Qaradağ rayonu, Şubani qəsəbəsi, Hərbi şəhərcik ev 15-də yaşayan, barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 14 sentyabr 2020-ci il tarixdə saat 12:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək üçün hüququ və etibarnaməsi olmadan X4 adına olan atası Qanuni nümayəndə məxsus texniki cəhəddən saz vəziyyətdə olan, idarə etdiyi QAZ 31105 minik markalı Az ** MU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi tərəfdən Musəvi küçəsi istiqamətində bir tərəfli yol olan Nizami küçəsi ilə 20 k/m saat sürətlə hərəkətdə olarkən Nizami küçəsi 6-da yerləşən 139 nömrəli tam orta məktəbin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü Təqsirləndirilən şəxs hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tələbinə əməl etməmiş, nəticədə yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs həmin yolda avtomobilin sağ yan güzgü tərəfi, alın şüşəsinin aşağı sağ künc hissəsi ilə vuraraq ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs baş beyinə qan sızma, baş beyinin ağır dərəcəli əzilməsi, başın ənsə nahiyyəsinin dəri altı hematoması və əzilmiş yarası, başın ənsə sümüyünün xətti sınığı, sol bazunun və sağ baldırın qançırlarından ibarət dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs ölümünə səbəb olaraq yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, o,zərərçəkmiş şəxsi əvvəllər tanımayıb. Özü valideynləri ilə yaşayır. Nəqliyyat vasitəsi idarə etmək hüququ yoxdur. Atasının icazəsi ilə arada bir yaşadığı hərbi şəhərciyin ərazisində texniki cəhəddən saz olan atasına məxsus QAZ 31105 markalı Az ** MU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 14 sentyabr 2020-ci il tarixdə saat 12:30 radələrində həmin avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi tərəfdən Musəvi küçəsi istiqamətində bir tərəfli yol olan Nizami küçəsi ilə 30 km saat sürətlə onun qarşısında hərəkətdə olan avtobusun arxası ilə hərəkətdə hərəkət etmişdir. Hərəkət istiqamətində sağ tərəfdə 139 saylı orta məktəbin və piyada keçidinin qarşısında avtobus saxladı. O da avtomobili avtobusun arxasında saxlamışdır. O, avtobusdan sərnişin düşürməsini görüb avtobusu sol tərəfdən ötüb keçmək qərarına gəlmişdir. Bundan sonra güzgüdən arxaya baxıb arxadan nəqliyyat vasitəsinin gəlmədiyini görüb idarə etdiyi avtomobilin sükanını sola çevirib avtomobili hərəkətə gətirib avtobusu soldan ötmə əməliyyatı edərkən avtobusun qarşı tərəfindən hərəkət istiqamətinin sağdan sola düzünə tanımadığı piyada qadının iti addımlarla yolu keçməsini görmüşdür. Həmin qadın ona baxmadan yolu keçirdi. O, qadını avtomobillə vurmamaq üçün sükanı nə qədər sola yönəltsə də avtomobilin qarşı sağ yan hissəsi, güzgüsü piyadaya dəydi. Piyada yerə yıxıldı. O, idarə etdiyi avtomobili tam dayandırıb avtomobildən düşərək piyadaya yardım etməyə çalışmışdır. Piyada xırıldayırdı, lakin huşu özündə deyilmiş. O, dərhal piyadanı idarə etdiyi avtomobilə yerləşdirib onu xəstəxanaya çatdırmışdır. Xəstəxanada ona piyadanın vəfat etdiyini demişlər. O, hadisənin qarşısını almaq üçün mümkün olan bütün tədbirləri görməsinə baxmayaraq idarə etdiyi avtomobilin sağ yan güzgü tərəfi həmin yolu keçmək istəyən piyadaya dəymişdir. Törətdiyi əməl nəticəsində həmin piyadanın vəfat etməsindən, özünün sürücülük vəsiqəsi olmadan maşını idarə etməsinə görə çox peşimandır.O, zərərçəkmiş şəxsin hüquqi varisi və qohumları ilə barışmışdır. Atası zərəçəkmişin qohumlarına dəymiş zərəri ödəyib. Özü ürəyindən əməliyyat olunub və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsidir. O, məhkəmədən həmin halların nəzərə almasını xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirlən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla nə özünün, nə də ailə üzvülərəinin münasibətləri olmayıb. Anası Zərərçəkmiş şəxs xx xxxxxxx 1960-cı ildə Rusiya Federasiyasında anadan olub. O, Lökbatan qəsəbəsində onlardan ayrı yaşayırdı. 14 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Nizami küçəsində anasının ölümünə səbəb olmuş yol nəqliyyat hadisəsi baş vermişdir. O, özü hadisəni görməyib. Sürücü Riad onun anasını xəstəxanaya aparıb,ona kömək etməyə çalışıb, lakin anası vəfat edib. Həmin tarixdə anasının meyiti Bakı şəhəri Qaradağ rayon məhkəmə tibbi ekspertizasında müayinə olunduqdan sonra onu Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində qəbiristanlıqda dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, anasını ehtiyatsızlıqdan vuran QAZ 31105 minik markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsdur. Hazırda onunla barışmışlar.Ona qarşı tələb və şikayətləri yoxdur. Onlara dəymiş ziyan tam ödənilib. Şahid Qaradağ RPİ-nin DYPŞ-nin YPX-nin Şahid1 ifadəsində göstərdi ki, 14 sentyabr 2020-ci il tarixdə gündüz vaxtı Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol patrul xidməti üzrə xidmətdə olduğu zaman Qaradağ RPİ-nin növbətçi hissəsindən Lökbatan qəsəbəsi, Nizami küçəsində piyadanın vurulması ilə nəticələnən baş vermiş yol nəqliyyat hadisəsi və sürücü tərəfindən piyadanı idarə etdiyi avtomobilinə yerləşdirilərək Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılması barədə məlumatı alıb dərhal Nizami küçəsinə gəlmişdir. O, Nizami küçəsində heç kəsin olmadığını gördükdən sonra Respublika Klinik Xəstəxanasına gəlmişdir. Orada müəyyən olundu ki, sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi idarə etmək üçün hüququ və etibarnaməsi olmadan atasına məxsus texniki cəhəddən saz QAZ 31105 minik markalı Az ** MU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lökbatan qəsəbəsində, Nizami küçəsində hərəkətdə olarkən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuş və piyada ölmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs meyiti Qaradağ məhkəmə tibbi ekspertizasına təqdim olundu və sürücü ilə hadisə yerinə gələrək hadisə yerinə baxış keçirildi. Baxış zamanı ekspert kriminalist, hal şahidləri və Riadın atası da iştirak etdilər. Baxış zamanı sürücü Təqsirləndirilən şəxs oğlu bildirdi ki, o, idarə etdiyi QAZ 31105 minik markalı Az ** MU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lökbatan qəsəbəsində, 28 may küçəsi tərəfdən Musəvi küçəsi istiqamətində Nizami küçəsi ilə hərəkətdə olarkən Nizami küçəsi 6-da yerləşən 139 nömrəli tam orta məktəbin qarşısında markası, dövlət qeydiyyat nişanı və marşrut nömrəsi naməlum olan dayanmış avtobusun qarşı tərəfindən iti addımlarla çıxaraq yolu sağdan sola keçmək istəyən piyada qadını yolda avtomobilin sağ yan güzgü tərəfi ilə ehtiyatsızlıqdan vurmuşdur. Sürücünün göstərdiyi hallara əsasən hadisə yerində ölçülər götürülüb piyadanın vurulma yeri müəyyən olundu. Hadisə yerinə baxış keçirilməsinə dair protokol və sxem tərtib olundu və bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olundu. Şahid Qanuni nümayəndə ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Riadın avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Bu səbəbdən də idarə etdiyi avtomobilə görə ona etibarnamə verə bilməmişdir. QAZ 31105 markalı Az ** MU *** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı X4 adına olsa da etibarnamə ilə ona məxsusdur.O həmin avtomobili baş etibarnamə ilə idarə edir. Yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Şubani qəsəbəsi hərbi hissənin şəhərciyində ictimai nəqliyyat olmadığından o, bəzi hallarda hərbi şəhərciyin çıxışına qədər Riada avtomobili idarə etməyə icazə verirmişdir. 14 sentyabr 2020-ci il tarixdə günorta saatlarında oğlu Riadın ona məxsus idarə etdiyi QAZ 31105 markalı Az ** MU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lökbatan qəsəbəsində yolda piyada vurması ilə nəticələnən yol nəqliyyat qəzası törətməsini o, özü görməmişdir. Bunu ona xəbər vermişlər. Kimin xəbər verdiyini xatırlamır. Ona Riadın hadisədən dərhal sonra piyadanı idarə etdiyi avtomobilə yerləşdirərək xəstəxanaya çatdırdığını da demişlər. O da dərhal xəstəxanaya gəlmişdir. Orada həkimlər piyadının ölməsini ona bildirmişlər. Bundan sonra o, hadisə yerinə gələrək oğlu ilə bərabər hadisə yerinin müayinəsində iştirak etmişdir. O, Riaddan idarə etdiyi avtomobil ilə nə üçün hərbi şəhərciyi tərk edərək Lökbatan qəsəbəsinə getməsini soruşduqda, Riad kompyuterini təmir etmək üçün getdiyini dedi. Hadisə zamanı hadisə yerində olmadığı üçün hadisənin hansı şəraitdə baş verməsi haqqında məlumtı yoxdur. O, həmin avtomobilə baxış keçirərkən avtomobilin sağ yan güzgüsü kötüyündən sınaraq düşdüyünü, avtomobilin qabaq şüşəsinin aşağı sağ künc hissəsinin sındığını görmüşdür. Riadın bu işi görməsinə səbəb ona təcili kompüterin lazım olması olub. O, tərbiyəli sözə baxan ,dərslərini yaxşı oxuyandır. Hazırda da İqtisad Universitetində oxuyur. Ürəyindən əməliyyat olunub. O, zərərçəkmişin hüquqi varisi ilə barışıb. Özü də zərəçəkmiş şəxsə dəymiş zərəri ödəyibdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, baxış zamanı hadisə yerinin sxemi tərtib olunmuş, hadisə yerinin foto şəkilləri çəkilmiş, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi halları hadisə yerində də əyani göstərib yol nəqliyyat hadisəsi baş verdiyi yerin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi tərəfdən Musəvi küçəsi istiqamətində bir tərəfli yol olan Nizami küçəsi 6-da yerləşən 139 nömrəli tam orta məktəbin qarşısında olmasını təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış iş üzrə təyin olunmuş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 16 saylı 2020-ci il tarixli, 8/1539 saylı rəyindən görünür ki, QAZ 31105 minik markalı Az** MU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış iş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının 14 sentyabr 2020-ci il tarixli, 78 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər- baş beyinə qan sızma, baş beyinin ağır dərəcəli əzilməsi, başın ənsə nahiyyəsinin dəri altı hematoması və əzilmiş yarası, başın ənsə sümüyünün xətti sınığı, sol bazunun və sağ baldırın qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi 14 sentyabr 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyada qismində əmələ gələ bilərdilər və bu da canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və mərhum Zərərçəkmiş şəxs ölümü ilə bir-başa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən təxminən 4-8 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin nəqliyyat vasitələri idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 14 sentyabr 2020-ci il tarixli, 2/14634 nömrəli aktından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 21 oktyabr 2020-ci il tarixli, 016-96575-1220 saylı məktubundan müəyyən edilmişdir ki, Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən 09 avqust 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CPM-in 289.3.3-cü maddəsinin tələblərinə əsasən, öz müdafiəsi üçün sürücülük vəsiqəsi olmadığı üçün özünü təqsirli bilməsini, lakin yol qəzasında və ona elan olunmuş ittihamda özünü təqsirli bilməməsi halları özünün müdafiəsinə yönələn ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs 14 sentyabr 2020-ci il tarixdə saat 12:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yəni nəqliyyat vasitəsi idarə etmək üçün hüququ və etibarnaməsi olmadan X4 adına olan atası Qanuni nümayəndə məxsus texniki cəhəddən saz vəziyyətdə olan, idarə etdiyi QAZ 31105 minik markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi tərəfdən Musəvi küçəsi istiqamətində bir tərəfli yol olan Nizami küçəsi ilə 20 k/m saat sürətlə hərəkətdə olarkən Nizami küçəsi 6-da yerləşən 139 nömrəli tam orta məktəbin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü Təqsirləndirilən şəxs hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tələbinə əməl etməmiş, nəticədə yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs həmin yolda avtomobilin sağ yan güzgü tərəfi, alın şüşəsinin aşağı sağ künc hissəsi ilə vuraraq ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs baş beyinə qan sızma, baş beyinin ağır dərəcəli əzilməsi, başın ənsə nahiyyəsinin dəri altı hematoması və əzilmiş yarası, başın ənsə sümüyünün xətti sınığı, sol bazunun və sağ baldırın qançırlarından ibarət dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs ölümünə səbəb olaraq yol nəqliyyat hadisəsi törətməsi sübuta yetirildi. Məhkəmə, işin faktiki hallarının məcmusuna qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəlməsini nəzərə alıb onun əməlinin həmin maddə ilə tövsif edilməli olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun təqsirli bilindiyi cinayət əməlini ehtiyatsızlıqdan törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini ehtiyatsızlıqdan törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qızı ifadə verərək, Təqsirləndirilən şəxs ailə üzvlərinin onun qızı dəfn və yas mərasimlərində iştirak etdiklərini, onlara maddi yardım göstərdiklərini, hazırda onun Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncudan heç bir şikayətinin, tələbinin olmadığını göstərdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən məhkəməyə təqdim olunmuş 31 mart 2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər təqsirləndirilən şəxsin qohumları tərəfindən tam ödənilmişdir, o təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, göstərilənlərə əsasən, zərərçəkmiş şəxs qızına vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsinin onun Təqsirləndirilən şəxs şikayət və tələbinin olmamasının nəzərə alınmasını əsaslı sayır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə yol nəqliyyat ekspertizasının keçirilməsinə 100 (yüz) manat xərclənmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığını, müstəqil gəlir mənbəyinin olmaması səbəbindən həmin məbləği ödəməyə imkanının olmadığını nəzərə alıb Azərbaycan Respublikası CPM-nin 198.2-ci maddəsinin tələblərinə əsasən, onun həmin məbləğin ödənilməsindən azad edilməsini əsaslı sayır. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, ibtidai istintaq orqanının iş üzrə maddi sübut kimi tanıdığı QAZ-3105 markalı Az MU 329nömrəli maşının sahibi Qanuni nümayəndə qaytarılmasını nəzərə alır. Məhkəmədə istintaq orqanının Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ittiham olunduğu cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsi və cəzasını isə ağırlaşdıran halın olmadığını müəyyən etdiyi məlum oldu. Məhkəmə də həmin halları qəbul edir. Məhkəmədə araşıdırılmış cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən səxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, məhkəməyə təqdim olunmuş 0003/ AT 00065418 tələbə kartına əsasən onun 2020-ci il tarixdən Azərbaycan İqtisad Universitetinin tələbsidir, təqsirli bilindiyi əməli yetkinlik yaşına çatmamış dövrdə törətmişdir. Məhkəmə,bu halları da təqsirləndirilən səxs Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzrə alır. Məhkəmədə təqsirləndirilən səxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ehtiyatsızlıqdan törətməsi, əməli törətdikdən sonra zərərçəkmiş şəxsə tibbi yardım etmək üçün idarə etdiyi avtomobilə mindirib xəstəxanaya aparıb həkimlərə təqdim edib törətdiyi əməlin ictiami təhlükəli nəticələrini aradan qaldırmaq məqsədi ilə özünün malik olduğu bütün hərəkətləri etməsi, törətdiyi əməldən və əməl nəticəsində baş vermiş nəticələrə görə peşman olub, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin varisinə vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət, tələbinin olmaması, əvvəllər onun məhkum olunmaması, valideyninin hərbiçi olaması, dövlət təltifləri ilə təltif olunması, habelə 16 sentyabr 2020-ci il tarixdə onun barəsində qətimkan tədbiri qismində başqa yerə getməmək haqqında iltizam seçildiyi vaxtdan hazırkı vaxta qədər həmin qətimkan tədbirinin şərtlərini pozmaması, istintaq və məhkəmənin çağırşlarına vaxtında gəlməsi, həmin dövrdə ali təhsil almaq üçün üniversitetə daxil olması müəyyən olundu. Məhkəmə, bu hallar əsasında təqsirləndirilən səxs Təqsirləndirilən şəxs qanuna münasibətdə riskli olmaması kimi qiymtləndirib, onun davranışına kənar intensiv müdaxilə olmadan islah olunmasını mümkün sayır. Məhkəmənin bu qənaəti yuxarıda göstərilənlərlə bərabər təqsirləndirilən səxs Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayıb fiziki və əqli inkişafda olması baxımından da əsaslıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasının, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ondan şikayət, tələbinin olmamasını, baş verənlərə görə peşman olmasını, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini və yuxarıda sadalanan digər halları cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan hallar kimi qəbul edib həmin halların təqsirləndirilən şəxsi xarakterizə edən hallar kimi cəza təyini zamanı nəzərə alınmalı olmasını əsaslı sayır. Məhkəmə, göstərilənləri Təqsirləndirilən şəxs davranışına kənar müdaxilə olmadan onun islaha edilməyə yönümlü olması qənəatinə gəlməyə əsas verən hallar kimi qimytləndirir. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs əsas cəza qismində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi və bu cəzanın ona şərti tətbiq edilməsi üçün əsaslar olduğu qənaətinə gəlir. Məhkəmədə Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatlar araşdırılarkən onun ittiham olunduğu cinayət əməlini törədərkən və hazırda da Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olub, faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Şubani qəsəbəsi, Hərbi şəhərcik ev 15-də yaşaması müəyyən olundu. Məhkəmə ona cəza təyin edərkən həmin halı nəzrə alır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında əsas cəza ilə bərabər əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə də nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl onun sürücülük fəaliyyəti ilə əlaqədar olduğundan məhkəmə, onun nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş nəzarət altına vermə qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs 14 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub 16 sentyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində qətimkan tədbiri qismində nəzarət altına verilib buraxılması müəyyən oldundu. Məhkəmə, cəza təyin edərkən, Təqsirləndirilən şəxs oğlunun 14 sentyabr.2020-ci il tarixdən 16 sentyabr 2020-ci il tarixdək həbsdə olduğu müddətin təyin edilmiş cəzaya daxil edilməli olmasını nəzərə alır. Məhkəmə, cəza təyin edərkən, törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 86, 344-349, 351-353, 356, 435-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 4 (dörd ) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub 16 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddətini təyin edilmiş cəza müddətinə daxil olunmaqla onun tərəfindən çəkilməli azadlıqdan məhrumetmə cəzasının müddəti 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza ona şərti tətbiq olunmaqla üzərində 2(iki) il sınaq müddəti müəyyən olunsun. Həmidli Riad Hikmət oğluna sınaq müddəti ərzində onun üzərində nəzarəti həyata keçirən orqanın icazəsi olmadan yaşayış yerini dəyişməmək, yerindən asılı olmayaraq hər hansı yerdə motoavto nəqilliyyat vasitələrini idarə etməmə vəzifəsi qoyulsun. Onun üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş nəzarət altına vermə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsin varisi X8 qızına vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsi və onun Təqsirləndirilən şəxsdan şikayət və tələbinin olmaması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 100 ( yüz) manat vəsait dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmiş hesab olunsun və Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış QAZ-3105 markalı Az MU 329-nömrəli maşın Qanuni nümayəndə qaytarılsın və avtomobilin onda olması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-522/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-522/2021
01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver