Məhkəmə qərarları › İş №1(101)-522/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-522/2022

04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-522/2022 04.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında) X4 Ağalarovun sədrliyi ilə, hakimlər Siyavuş Həbib oğlu Hacıyev və Rahib Vaqif oğlu Salmanovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, müdafiəçi: Bakı şəhəri «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 2 yanvar 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsində nömrəsiz evdə yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İttiham aktına görə, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkməsinin 8 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ rayon məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarı ilə 1 (bir) ay 17 (on yeddi) gün vaxtından əvvəl şərti azad edilmiş və 14 iyun 2021-ci il tarixdə cəza müddəti başa çatmış, buna görə də, məhkumluğu öədnilmədiyi və götürülmədiyi halda, 17 avqust 2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,431 qram, 1,027 qram, 1,068 qram ümumi təmiz çəkisi 3,526 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsində məscidin yaxınlığında saxlanılıb Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,431 qram, 1,027 qram, 1,068 qram ümumi təmiz çəkisi 3,526 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyü yoxlanılarkən müdafiəçi «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində cinayət təqibinə xitam verilməsini, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək məhkəmə zalından dərhal azadlığa buraxılmasını və onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin qanunsuz dövriyyəsi faktına hüquqi qiymət verilməsi üçün müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş prokuroruna göndərilməsi barədə qərar qəbul edilməsini və məhkəməyədək icraat zamanı Cinayəl-Prosessual qanunvericiliyinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Müdafiəçi vəsatətini belə əsaslandırmışdır ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə 17 avqust 2021-ci il tarixdə aparılsa da, həmin prosessual hərəkətin keçirilməsi haqqında qərar bir gün sonra, yəni 18 avqust 2021-ci il tarixdə qəbul olunmuşdur. Cinayət işində müxtəlif məzmunlu raportlar eyni qeydiyyat nömrəsi ilə qeydə alınmış və raportların tarixi qaralanaraq düzəliş edilmişdir. Şahid2 iki səhifədən ibarət dindirmə protokolu üç fərqli rəngli mürəkkəbli qələmlərlə tərtib edilmişdir. Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-nin rəisi Tural Cəfərova ünvanlanmış ərizəsində bölmənin dəftərxanasında müvafiq kitabda qeydə alınması barədə ştamplı məlumat yoxdur. Təqsirləndirilən şəxs azərbaycan dilinin latın əlifbası oxumağı və yazmağı bacarmadığı halda, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə aparılmış və o, hüquqi yardımdan məhrum olmuşdur. Bundan başqa, iş üzrə məhkəmə-kimyəvi ekspertizasının rəyi Suraxanı RPİ-nə 18 avqust 2021-ci il tarixdə daxil olsa da, bir gün əvvəl, yəni 17 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs artıq məhkəmə-kimyəvi ekspertizasının 001455 saylı 17 avqust 2021-ci il tarixli rəyi təqdim edilmiş və ondan həmin rəyə münasibət soruşulmuşdur. Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı Azər Osmanov tərəfindən alınmış izahatının tarixi məlum deyildir. Həmin izahat zamanı, eləcə də, X7 tərəfindən 19 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində və 10 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilərkən, ona bilə-bilə xəbərçilik etməsinə, görə Azərbaycan Respublikası CM-nin 296-cı maddəsi ilə xəbərdarlıq elan edilmişdir. Müstəntiq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirərkən məsuliyyət elan edildiyi hissədə onun əvəzinə cinayət işinə heç bir aidiyyətı olmayan X2, təqsirləndirilən şəxs qismində dindirərkən isə onun əvəzinə işə heç bir aidiyyəti olmayan X5 adını yazmışdır. Həmin protokol fərqli ölçülü və şriftlərlə tərtib olunmuşdur. X7 19 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində dindirməzdən əvvəl onu hansı maddə ilə ittiham olunduğunu bilməsindən və ittihama münasibət bildirməsindən məhrum etmişdir. İşdəki sübutların qiymətləndirilməsi haqqında qərarın 5-ci səhifəsində cinayət işinə heç bir aidiyyətı olmayan X3 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin saxlanması üçün Suraxanı RPİ-nə təhvil verilməsi qeyd edilmişdir. İttiham aktı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair tərtib olunsa da, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə ifadəsi alınmışdır. 19 avqust 2021-ci il tarixdə qısa zaman kəsiyi ərzində saat 09.30-dan saat 11.30-a kimi X7 diskə baxış keçirmiş, şübhəli şəxsə Azərbaycan Respublikası CPM-nin 19, 20, 26, 90-cı maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, ona CM-nin 296-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətini elan etmiş və saat 10:40 dəqiqəyədək onun şübhəli şəxs qismində ifadəsini almışdır. İşdəki 19 avqust 2021-ci il tarixli vəsatətə baxılması və rədd edilməsi haqqında qərarda təqsirləndirilən şəxsin ifadəsinə istinadən «polis əməkdaşları onu evdən götürərək gətirmiş, narkotik vasitənin ona məxsus olduğunu deməsə, onu narkotik vasitələrin satışı ilə sənədləşdirəcəklərini deyərək narkotik vasitənin ona məxsus olmasını deməyə məcbur etmişlər» cümləsi qeyd edilmişdir. Halbuki, Təqsirləndirilən şəxs ifadəsində qeyd edilən xüsusat yoxdur. Məhkəmə-narkoloji ekspertizanın təyin edilməsi haqqında qərar 19 avqust 2021-ci il tarixdə qəbul edilsə də, müstəntiq Təqsirləndirilən şəxs 1 avqust 2021-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi haqqında qərarla tanış etmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə bir dəfə, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ifadəsi alındığı halda, ittiham aktında onun CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilərək verdiyi ifadəsi göstərilmişdir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı olsa da, bu, ittiham aktında onun cəzasının yüngülləşdirən hal kimi göstərilməmişdir. Bundan başqa X7 cinayət işinin materiallarında rütbəsini gah kapitan, gah da baş leytenant kimi qeyd etmişdir. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı Orxan Rüstəmov da vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə, məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilməklə onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini və cinayət işi üzrə ibtidai istintaqı aparmış Suraxanı RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X8 tərəfindən yol verilən kobud qanun pozuntularına görə barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini belə əsaslandırmışdır ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-nin 284-286-cı maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə saat 13:40-da müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Şübhəli şəxs qismində tutulduqdan dərhal sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərində şəxsi axtarış aparılması zamanı müdafiəçinin iştirakından imtina etmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında qərar 18 avqust 2021-ci il tarixdə qəbul edilmiş, həmin qərar şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinə elan olunmuş, şəxsi axtarış və götürmə isə 17 avqust 2021-ci il tarixdə saat 14:30-dan saat 14:40-dək müdafiəçinin iştirakı olmadan aparılmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 18 avqust 2021-ci il tarixli rəyi Suraxanı RPİ-nə həmin tarixdə daxil olsa da, qeyd edilən rəy bir gün əvvəl, yəni 17 avqust 2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs elan olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə saat 13:40-da şübhəli şəxs qismində tutulmasına baxmayaraq, yalnız 19 avqust 2021-ci il tarixdə saat 10:00-dan etibarən şübhəli şəxs qismində dindirilmişdir. CPM-nin 233.10-cu maddəsinə zidd olaraq 19 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirmə haqqında protokolda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib-bilmədiyi aydınlaşdırılmamışdır. Təqsirləndirilən şəxsin və müdafiəçisinin cinayət işinin materialları ilə tanış olması haqqında 6 dekabr 2021-ci il tarixli protokolda tanış olmaq üçün təqdim edilmiş maddi sübutlar göstərilməmiş, təqsirləndirilən şəxs və müdafiəçisinin maddi sübutlarla tanış olub-olmaması barədə hər hansı qeyd aparılmamış, bununla da, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair Azərbaycan Respublikası CPM-nin 286.3-cü maddəsinin tələbləri pozulmuşdur. Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə baxmayaraq, iş üzrə tərtib olunmuş ittiham aktının təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməsi göstərilmişdir. Bundan əlavə, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan dilinin latın əlifbası ilə sərbəst yazıboxumağı bacarmadığını bildirmişdir. İş materiallarından görünür ki, həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirmə protokollarında Təqsirləndirilən şəxs Azərbaycan dilinin latın əlifbası ilə sərbəst yazıb-oxuya bilməsi göstərilsə də, protokolların sonunda «ifadəm mənə ucadan oxundu, mənim sözlərimlə düz yazılıb, əlavəm yoxdur» kimi kompüterdə müstəntiq tərəfindən qeyd aparılmışdır. Cinayət işinin materiallarında təqsirləndirilən şəxsin iştirakı ilə aparılmış prosessual hərəkətlərə dair tərtib olunmuş protokollarda onun əlyazması yoxdur. Eyni zamanda iş üzrə tərtib olunmuş ittiham aktında da Təqsirləndirilən şəxs Azərbaycan dilinin lalın əlifbası ilə sərbəst yazıb-oxumağı bacarmadığı göstərilmişdir. Qeyd olunanlar Təqsirləndirilən şəxs latın qrafikalı Azərbaycan əlifbası ilə oxuyub-yazmağı bacarmadığına kifayət qədər əsas verir və belə olan halda şəxsi axtarış və götürmənin müdafiəçinin iştirakı olmadan aparılması təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə vəsatətlərə dair tərəflərin fikirlərini dinləyib nəticəyə gəlir ki, müdafiəçinin vəsatəti cinayət təqibinə xitam verilməsi (sübutlara qiymət verilməsi məsələləri ilə bağlı olduğundan) və təqsirlədirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edilərək məhkəmə iclas zalından dərhal azadlığa buraxılması hissələri istisna olmaqla qismən, dövlət ittihamçısının vəsatəti isə tam təmin edilməli, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Çərkəz Pənahovun barəsində barəsində xüsusi qərar çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəllənin 303-cü maddəsinin tələbinə görə, həmin Məcəllənin 303.3.1-ci maddəsi (təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və 303.3.8-ci maddəsi (məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-cı maddələrinin tələblərinin pozulması) kobud qanun pozuntusu hesab olunur. Belə qanun pozuntusuna yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı CPM-nin tələblərinin pozulub-pozulmaması (299.3.2-ci maddəsi), cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması (299.3.4-cü maddəsi) barədə məsələlərə baxılır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-nin 284-286-cı maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş və təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə saat 13:40-da müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulduqdan dərhal sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərində şəxsi axtarış aparılması zamanı müdafiəçinin iştirakından imtina etmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında qərar 18 avqust 2021-ci il tarixdə qəbul edilmişdir. Həmin qərar şübhəli şəxs İsmayıl Əlivev və müdafiəçisinə elan olunmuş, şəxsi axtarış və götürmə isə 17 avqust 2021-ci il saat 14:30-dan saat 14:40-dək müdafiəçinin iştirakı olmadan aparılmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 18 avqust 2021-ci il tarixli rəyi Suraxanı RPİ-nə həmin tarixdə daxil olsa da, qeyd edilən rəy bir gün əvvəl, yəni 17 avqust 2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs elan olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə saat 13:40-da şübhəli şəxs qismində tutulmasına baxmayaraq o, 19 avqust 2021-ci il tarixdə saat 10:00-dan etibarən şübhəli şəxs qismində dindirilmişdir. Azərbaycan Respublikası CPM-nin 233.10-cu maddəsinə zidd olaraq 19 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirmə haqqında protokolda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib-bilmədiyi aydınlaşdırılmamışdır. Təqsirləndirilən şəxsin və müdafiəçisinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında 6 dekabr 2021-ci il tarixli protokolda tanış olmaq üçün təqdim edilmiş maddi sübutlar göstərilməmiş, təqsirləndirilən şəxs və müdafiəçisinin maddi sübutlarla tanış olub-olmadığı barədə hər hansı qeyd aparılmamışdır. Bununla da istintaqçı məhkəməyədək icraat materialları ilə tanış elmə vəzifəsinə dair Azərbaycan Respublikası CPM-nin 286-cı maddəsinin tələblərini pozmuşdur. Təqsirləndirilən şəxs CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə baxmayaraq, ittiham aktının təsviriəsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bildiyi göstərilmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan dilinin latın qrafikası ilə sərbəst yazıb-oxumağı bacarmadığını bildirmişdir. İş üzrə tərtib olunmuş ittiham aktında da Təqsirləndirilən şəxs Azərbaycan dilinin latın qrafikası ilə ilə sərbəst yazıb-oxumağı bacarmadığı göstərilmişdir. İş materiallarından isə görünür ki, həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirmə protokollarında Təqsirləndirilən şəxs Azərbaycan dilinin lalın qrafikası ilə sərbəst yazıb-oxuya bildiyi göstərilmiş, həmin protokolların sonunda müstəntiq kompüterdə «ifadəm mənə ucadan oxundu, mənim sözlərimlə düz yazılıb, əlavəm yoxdur» kimi qeyd aparmışdır. Cinayət işi materiallarında təqsirləndirilən şəxsin iştirakı ilə aparılmış prosessual hərəkətlərə dair tərtib olunmuş protokollarda onun hər hansı bir əlyazması mövcud deyildir. Bütün bunlar məhkəməyə Təqsirləndirilən şəxs latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb-oxumağı bacarmadığına dair nəticəyə gəlməyə kifayət qədər əsas verir. Odur ki, məhkəmə şəxsi axtarış və götürmənin müdafiəçinin iştirakı olmadan aparılmasını təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrinin tələbinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), həmçinin məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair Azərbaycan Respublikası CPM-nin 284-286-cı maddələrinin tələblərinin pozulması məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xilam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsas olunduğundan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyindən, məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyala keçirən prokurora qaytarılmalı, cinayət işinin ibtidai istintaqını aparmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X8 tərəfindən yol verilən kobud qanun pozuntularına görə barəsində xüsusi qərar çıxarılmalıdır. Göründüyü kimi ibtidai araşdırma zamanı cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan yuxarıda sadalanan kobud pozuntuya yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə CPM-nin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri düzgün seçilmişdir, hazırki mərhələdə onun dəyişdirilməsi və ya ləğv edilməsinə üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 299-300, 303.1- 303.3, 306.1 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Müdafiəçi «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatəti qismən, dövlət ittihamçısı X1 vəsatəti isə tam təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-522/2022 saylı cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 17 aprel 2022-ci il tarixədək uzadılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X8 tərəfindən yol verilən kobud qanun pozuntularına görə barəsində xüsusi qərar çıxarılsın. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Əsli ilə düzdür Sədrlik edən M.M.Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar