Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-522/2023 27.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ "Dövlət ittihamçısının vəsatəti əsasında cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə" Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçiləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi3 Xudaşirin oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs1 AR Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 AR CM-in 170.1, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-522/2023 nömrəli cinayət işi üzrə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 AR Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 isə AR CM-in 170.1, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmış olduğu halda, yetkinlik yaşına çatmayanı vədlər vermək vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşyalar tətbiq edib, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, zərərçəkmiş şəxsə ziyan vurmaqla quldurluq etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs2 özgə əmlakını ələ keçirmə məqsədi ilə yetkinlik yaşına çatmayan tanışı xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 qazanc əldə edəcəkləri vədlər vermə vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməklə, qabaqcadan əlbir olan bir qrup təşkil edərək, aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 Rəsulzadə qəsəbəsindən tanıdığı Zərərçəkmiş şəxs guya sonuncuya məxsus «Samsung A9» markalı mobil telefonunu qaytarmaq məqsədi ilə əvvəlcədən müəyyən etdikləri marşurut üzrə əvvəlcə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən dayanacağın yanına çağırmış, oradan isə Təqsirləndirilən şəxs2 məxsus mobil telefonu qaytarmaq istəyən şəxsin yaxınlıqda yerləşən parkda olduğunu bildirərək, birlikdə Rəsulzadə qəsəbəsindəki parkda yerləşən təmirdə olan kafenin yaxınlığına gedərkən, Ağayev X2 Ağayevin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib üzərində olan tiyəsinin uzunluğu 125 mm, orta hissədən eni 20 mm, maksimal qalınlığı 1.1 mm, dəstəyin uzunluğu 10 mm. orta hissədən eni 18 mm. orta hissədən qalınlığı 12 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı açıq formada Təqsirləndirilən şəxs2 nümayiş etdirməklə tətbiq edib xəsarət yetirəcəyi ilə hədələyib, ona həmin kafenin pəncərəsindən içəri girməsini tələb etmiş, onlar kafenin içərisinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əllərini tutaraq Təqsirləndirilən şəxs2 onu döyməsinə şərait yaratmış, Təqsirləndirilən şəxs2 isə yumruq və təpik zərbələri ilə Təqsirləndirilən şəxs2 bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sağ dirsək oynağı nahiyəsinin səthi əzilmiş yarası, sağ bel nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirərək, sonuncunun əlindəki dəri materialdan olan pul qabından içərisində olan 34 manat nağd pulu, içərisində ümumilikdə 552 manat 47 qəpik olan Azərpoçta məxsus məvacib kartını və əlində saxladığı 60 manat dəyərində olan qızılı rəngli, 16 GB yaddaş tutumlu, «Huawei Y5» markalı, «MYA- U29» model mobil telefonu, içərisində olan 4 manat dəyərində 070 *** ** ** «Azerfon» GSM nömrəsi və 4 manat dəyərində ***-***-**-** «Bakcell» GSM nömrəsi ilə birlikdə ələ keçirərək, zərərçəkmiş şəxsə ümumilikdə 654.47 (altı yüz əlli dörd manat qırx yeddi qəpik) məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşyalar tətbiq edib, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, zərərçəkmiş şəxsə ziyan vurmaqla quldurluq etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 özgə əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 Rəsulzadə qəsəbəsindən tanıdığı Zərərçəkmiş şəxs sonuncuya məxsus «Samsung A9» markalı mobil telefonunu qaytarmaq məqsədi ilə əvvəlcədən müəyyən etdikləri marşurut üzrə əvvəlcə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən dayanacağın yanına çağırmış və oradan isə Təqsirləndirilən şəxs2 məxsus mobil telefonu qaytarmaq istəyən şəxsin yaxınlıqda yerləşən parkda olduğunu bildirərək, birlikdə Rəsulzadə qəsəbəsindəki parkda yerləşən təmirdə olan kafenin yaxınlığına gedərkən, Ağayev X2 Ağayevin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib üzərində olan tiyəsinin uzunluğu 125 mm, orta hissədən eni 20 mm, maksimal qalınlığı 1,1 mm, dəstəyin uzunluğu 10 mm, orta hissədən eni 18 mm, orta hissədən qalınlığı 12 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı açıq formada Təqsirləndirilən şəxs2 nümayiş etdirməklə tətbiq edib xəsarət yetirəcəyi ilə hədələyib, ona həmin kafenin pəncərəsindən içəri girməsini tələb etmiş, onlar kafenin içərisində olarkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əllərini tutaraq Təqsirləndirilən şəxs2 onu döyməsinə şərait yaratmış, Təqsirləndirilən şəxs2 isə yumruq və təpik zərbələri ilə Təqsirləndirilən şəxs2 bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sağ dirsək oynağı nahiyəsinin səthi əzilmiş yarası, sağ bel nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirərək, sonuncunun əlindəki dəri materialdan olan pul qabından içərisində olan 34 manat nağd pulu, içərisində ümumilikdə 552 manat 47 qəpik olan Azərpoçta məxsus məvacib kartını və əlində saxladığı 60 manat dəyərində olan qızılı rəngli, 16 GB yaddaş tutumlu, «Huawei Y5» markalı, «MYA- U29» model mobil telefonu, içərisində olan 4 manat dəyərində 070 *** ** ** «Azerfon» GSM nömrəsi və 4 manat dəyərində ***-***-**- ** «Bakcell» GSM nömrəsi ilə birlikdə ələ keçirərək, zərərçəkmiş şəxsə ümumilikdə 654,47 (altı yüz əlli dörd manat qırx yeddi qəpik) məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Qeyd edilən cinayət işi üzrə 27 iyul 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3 vəsatət verərək, vəsatətində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 10-11 radələrində o, işlədiyi Rəsulzadə qəsəbəsi ATS 412-dən növbədən çıxaraq 165 saylı marşurut avtobusuna minərək yaşadığı evə gələrkən, həmin vaxt avtobusda onun yanında təxminən 16-18 yaşlarında cavan bir oğlan əyləşmişdir. O, həmin oğlanı işlədiyi Rəsulzadə qəsəbəsində tez-tez görmüş və oradan tanımışdır. Lakin münasibətləri olmamışdır. Yaşadığı evə yaxın o, avtobusdan düşmüş və zəng vurmaq üçün əynində olan şalvarının sağ cibinə qoyduğu «Samsung A9» mobil telefonunu çıxarmaq istərkən telefonunun cibində olmadığını aşkar etmişdir. Bununla, əlaqədar o, Binəqədi RPİ-nin 43 saylı PB-nə gedərək telefonunun itməsi barədə ərizə yazmışdır. Lakin o, özlüyündə adı ona sonradan məlum olan avtobusda onun yanında əyləşmiş Tərlan adlı oğlandan şübhələnmişdir. Təxminən 2022ci ilin iyul ayının əvvəllərində o, işdən çıxarkən Rəsulzadə qəsəbəsində həmin Tərlan adlı oğlanla qarşılaşmış və ona öz iradını bildirərək həmin vaxtı avtobusda onun yanında onun əyləşməsini və ona məxsus «Samsung A9» mobil telefonunun onun tərəfindən oğurlandığını bildirmişdir. Həmin vaxt Tərlan ona məxsus mobil telefonun onun tərəfindən götürülmədiyini bildirəndə, o, ona bildirmişdir ki, o, bu barədə PB-nə ərizə yazmış və PBnə gedərək ondan şübhələndiyini bildirəcəkdir. Bu zaman Tərlan bildirmişdir ki, onun barəsində polisə heç bir şikayət etməsin, mobil telefonu avtobusda oturacağın üzərinə düşdüyü üçün o, telefonu götürmüş və hal-hazırda başqa bir adama vermişdir. O, Tərlana bildirmişdir ki, o, ona məxsus mobil telefonu alıb qaytarsın, o, da onun barəsində PB-nə şikayət etməyəcək. Eyni zamanda Tərlan azyaşlı olduğu üçün o, ondan şikayət etmək istəməmişdir. Tərlanda onunla razılaşmış və onlar biri-birinə mobil telefon nömrələrini vermişlər ki, əlaqə saxlayacaqlar. Bundan sonra arabir o, Tərlana zəng vuraraq telefon barədə soruşmuş və o, tezliklə alıb qaytaracağım bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində o, işlədiyi Rəsulzadə qəsəbəsi 412 saylı ATS-də olmuş və bu zaman ona Tərlan zəng vuraraq bildirmişdir ki, onun mobil telefonunu qaytarmaq istəyir görüşmək lazımdır. O, da Tərlana bildirmişdir ki, saat 23 radələrində işdən çıxır, gəlib görüşərlər. Saat 23 radələrində o, işdən çıxmış və Tərlanın dediyi yerə,yəni Rəsulzadə qəsəbəsində yerləşən dayanacağa gəlmişdir. Həmin vaxt orada Tərlan və yanında iki nəfər tanımadığı oğlanlar olmuşdur. Həmin oğlanlardan biri üzü saqqallı, təxminən 20¬25 yaşlarında, digəri isə təxminən 14 yaşında olmuşdur. Tərlan bildirmişdir ki, gedək birlikdə Rəsulzadə qəsəbəsində yerləşən parkın içərisində telefonu verdiyi oğlan gələcək və ona məxsus mobil telefonu qaytaracaq. O, da onlara inanıb birlikdə Rəsulzadə qəsəbəsində yerləşən parka getmişlər. Həmin vaxt parkın içərisində onlar hal-hazırda fəaliyyət göstərməyən təmirdə olan kafenin yanına çatanda arxadan həmin üzü saqqallı, təxminən 20-25 yaşlarında oğlan onun sağ böyür nahiyəsindən bıçaq dirəmiş və ona bildirmişdir ki, tez ol kafenin açıq pəncərəsindən içəri gir. O, da onun əlində bıçaq olduğu üçün qorxmuş və kafenin açıq pəncərəsindən içəri daxil olmuşdur. Onun arxasınca həmin yerə Tərlan və həmin üzü saqqallı adı sonradan ona məlum olan Simran daxil olmuşlar. Lakin azyaşlı oğlan isə kafenin qarşısında qalmışdır. Kafenin içərisi təmirə bağlandığından qaranlıq olmuşdur. Həmin vaxt Tərlan onun əllərini tutmuş, Simran isə təpik və yumruqla onu vurmağa başlamışdır. O, onun zərbələrindən yerə yıxılıb yenidən qalxmışdır. Bu vaxt kafenin pəncərəsindən içəriyə bir nəfər tanımadığı təxminən 16-18 yaşlarında əynində ağ rəngli köynəyi olan oğlanda daxil olmuşdur. Lakin o, kənarda dayanıb onlara baxmışdır. Bu zaman Simran əlindəki bıçağı onun böyür nahiyəsinə diriyərək «tez elə üzərində nə var mənə ver» demişdir. O, da qorxduğu üçün cibində olan qara rəngli pul qabını və əlində olan «Huavey» markalı mobil telefonunu Simrana vermişdir. Simran pul qabını açıb içərisindən ona məxsus 34 manat nağd pulunu çıxarıb cibinə qoymuş, eyni zamanda Azərpoçta məxsus məvacib kartını götürüb kodunu ondan soruşmuşdur. O, əvvəl kodu demək istəməmiş, çünki kartın içərisində 600 manat məvacibi olmuşdur. Lakin Simran onu yenidən vurduğu üçün o, kartın kodunu ona yalandan «1975» olmasını bildirmişdir. Həmin vaxt Simran bildirmişdir ki, ikisi gedib bankomatda kartın kodunu yoxlayacaqlar, ikisi isə onunla qalacaq, əgər kod səhv olsa onda o, onu bıçaqla öldürəcək. Lakin o, onları razılığa gətirmişdir ki, birlikdə bankomatın yanına getsinlər və o, pulu çıxarıb onlara versin. Simran da onunla razılaşmış və onlar birlikdə Rəsulzadə qəsəbəsində yerləşən Kapital bankın bankomatın yanına gəlmişlər, Simran orada kartı bankomata daxil edib onun ona dediyi «1975» kodunu təxminən 2 dəfə yığmış, lakin kodun səhv olmasını gördükdə ona bildirmişdir ki, «əgər kartın kodunu düzgün deməsən,səni burda vurub öldürəcəyəm.» O isə ona kartın kodunu səhv demədiyini, karta nəsə olduğunu inandırmağa çalışmışdır. Həmin vaxt onlar belə fikirləşmişlər ki, yolun digər tərəfində Star marketə gedib kartla nəsə alsınlar və həmin vaxt kartın kodu görünəcək. Belə də etmişlər və onlar birlikdə «Star» marketə daxil olmuşlar, onlar siqaret və enerji içkisi almışlar və kassada kartdan pul ödəmişlər, lakin kod görsənməmişdir. Onlar birlikdə marketdən çıxmışlar və yolun digər tərəfinə keçmişlər. Həmin vaxt onlar yoldan keçən bir taksi avtomobili saxlamışlar və Novxanı qəsəbəsinə gedəcəklərini bildirmişlər. Onun pulu, məvacib kartı və mobil telefonu Simranda olduğu üçün o, onlara bildirmişdir ki, o da həmin istiqamətdə yaşayır və onlarla gedib yolda düşəcək. Onlar birlikdə avtomobilə əyləşmişlər və yolda o, Simrandan ona məxsus pulu, kartı və mobil telefonunu istəmişdir. Simran isə bildirmişdir ki, qaytaracaq. Onlar Binəqədi gənclər şəhərciyinə çatanda o, sürücüyə avtomobili yolun kənarında saxlamasını bildirmişdir. Sürücü avtomobili saxladıqdan sonra o, Simrana bildirmişdir ki, «söz vermişdin ki, əmanətimi qaytaracaqsan və qaytar». Həmin vaxt Simran sürücünün başa düşməməsi üçün avtomobilin qarşı sol qapısını açaraq düşmüş və arxa qapını açıb ona yerə düşməsini, ona sözü olduğunu bildirmişdir. O, əvvəl qorxduğu üçün yerə düşmək istəməmiş, lakin Simran əlini belinə apardığı üçün o, avtomobildən düşmüş və Simran ona bildirmişdir ki, o, həmin oğlanları aparıb düşürüb 15 dəqiqəyə qayıdıb ona məxsus pulunu, mobil telefonunu və məvacib kartını qaytaracaq və yenidən avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. O isə oradan yaşadığı evə gəlmiş və DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bundan sonra onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər və o, PB-nə gələrək ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində yerləşən parkın içərisində yerləşən hal-hazırda fəaliyyət göstərməyən kafenin içərisində baş vermişdir. Hava qaranlıq və saat gec olduğu üçün hadisənin şahidləri olmamışdır. Onu vuran Simran adlı şəxsi o, əvvəllər tanımamış və onunla hadisədən əvvəl heç bir mübahisəsi olmamışdır. Hadisə zamanı onu konkret olaraq Simran adlı şəxs yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmuşdur, Tərlan isə onu tutaraq Simranın onu vurmasına şərait yaratmışdır. Digər şəxslərdən isə onların yanlarında olan adı ona İlkin kimi məlum olan oğlan onu vurmamış və hədələməmiş, o, hadisənin şahidi olmuşdur. Adı ona istintaq zamanı məlum olan Şahid1 isə kafenin qarşısında duraraq onlara baxmışdır. Simran adlı oğlan bıçağı onun sağ böyür nahiyəsinə dirəyib ondan pulunu, mobil telefonunu tələb edərkən xəsarət yetirəcəyi ilə hədələsə də,lakin ona həmin bıçaqla xəsarət yetirməmişdir. Həmin bıçaq təxminən 20- 25 sm uzunluğunda olmuş, dəstəyinə və rənginə fikir verməmişdir. Simran adlı şəxsin onu yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurması nəticəsində o, xəsarət almışdır. Həmin şəxslərdən Simran adlı şəxs üzərinə bıçaq çıxararaq ona məxsus içərisində 34 manat pul, içərisində 600 manat olan : Azərpoçta məxsus məvacib kartını və 100 manat dəyərində olan «Huavey» markalı mobil telefonunu içərisində olan 10 manat dəyərində 070 *** ** ** və 5 manat dəyərində ***-***-**-** nömrələr ilə birlikdə almışdır. Lakin pul qabını Simran onun özünə qaytarmışdır. Zərərçəkmiş şəxs qeyd edilən xüsusatları məhkəmə istintaqı zamanı da təsdiq etmişdir. İş materiallarına əsasən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində əşyadan istifadə etməklə quldurluq cinayəti törətmələrinə dair, yəni CM-nin 181.2.1 və 181.2.5-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət törədilərkən Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxs (xx.xx.2006-cı il təvəllüdlü) olduğundan Təqsirləndirilən şəxs2 əlavə olaraq on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayan şəxsi vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etməsinə dair - CM-nin 170.1-ci maddəsilə də ittiham elan edilmişdir. Azərbaycan Respublikası CM-nin 181.2-ci maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab edilir. Həmin Məcəllənin 170.3-cü maddəsi özündə bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədilməsini və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etməni ehtiva edir. Beləliklə, dövlət ittihamçısı Orxan Səmədov Təqsirləndirilən şəxs2 əməlində ona qarşı irəli sürülmüş ittihamlarla yanaşı daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsinin tərkib əlamətlərinin olmasının müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə də ittiham irəli sürülməsi üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinlədikdən sonra, dövlət ittihamçısının vəsatətində qeyd olunan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, AR CPM-in 318.2-ci maddəsinə əsasən, dövlət ittihamçısı X1 vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs1 AR Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 AR CM-in 170.1, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli, təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 04 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına 24 manat miqdarında pul ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Dövlət ittihamçısı X3 tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs1 AR Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 AR CM-in 170.1, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin, təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi3 təqsirləndirilən şəxsə göstərilmiş 04 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına 24 manat miqdarında pul ödənilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Rasim Sadıxov İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-522/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-522/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver