Məhkəmə qərarları › İş №1(101)-523/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-523/2020

17.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-523/2020 17.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə « 17 » iyun 2020-ci il Bakı şəhərində xx.xx.1988-ci il tarixdə Ağdam rayonu, Papravənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilsiz, evli,himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Papravənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi,Şəhər Şossesi 46 ünvanında yaşamış,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 18 radələrində əvvəllər tanıdığı və qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi 48 saylı evin yanındakı özbaşına tikilmiş fərdi yaşayış evinə gələrək istintaqa məlum olan şəxslərlə birgə yeyib-içmiş, daha sonra həmin şəxslər mənzili tərk edərək getdikdən sonra istintaqa məlum olmayan mənbədən əldə etdiyi güclü təsiredici maddə olan tramadolun təsiri altında xx.xx.2019-cu il tarixdə saat 06 radələrində aralarında yaranmış mübahisə zamanı sonuncunun ona ailəsini atıb birlikdə yaşamalarını, evdə olan zaman niyə mobil telefonunu söndürdüyünü, arvadını ondan üstün tutmasını, sonuncunun onu və ailə üzvlərini təhqir etməsini cüzi səbəb kimi bəhanə edib özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməklə ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq və bunlara etinasızlıq göstərərək sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək bu niyyətini həyata keçirmək üçün həmin mənzildən götürdüyü elektrik naqili ilə Zərərçəkmiş şəxs boğaraq öldürməyə cəhd etmiş, lakin əlində olan xəsarətlə bağlı naqil əlindən sürüşmüş, bu zaman sonuncunun aman diləyən yalvarışlarına baxmayaraq niyyətini başa çatdırmaq məqsədi ilə hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs boynundan tutub müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, sonuncuya işgəncə və xüsusi ağrılar verdiyini arzu və dərk etməklə xüsusi amansızlıqla əzab verib öldürmək məqsədilə yataq otağından götürdüyü bıçaqla Zərərçəkmiş şəxs boğazını kəsərək, çoxsaylı bədən xəsarətləri yetirib Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti və xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi küçəsi, 48 saylı evin yanında özbaşına tikilidə atası Şahid6, anası X4, arvadı Şahid5, övladları ilə birlikdə yaşamışdır. 2014-cü ildə Azərbaycan Respublikasının 178.2.2, 234.1-ci maddələri ilə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkməkdən vaxtından əvvəl 2018-ci ilin fevral ayında azadlığa çıxmışdır. Hadisə baş verən vaxta kimi fəhləlik edib fərdi əməklə məşğul olmuşdur. Baş vermiş hadisədən təxminən 2-3 gün öncə evdə təmir edən zaman nərdivandan yıxıldığından sağ əlinə gips qoyulmuşdur. Zərərçəkmiş şəxs 15 ilə yaxındır ki tanıyır. Zərərçəkmiş şəxs anası Gülzar Bağırova və qardaşı Kamran Bağırovla birlikdə onların yaşadıqları məhəlləyə köçmüşlər. Zərərçəkmiş şəxs ailəli olan Asiflə birlikdə yaşamağa başlamışdır. Asif bir neçə dəfə azadlıqdan məhkum edilmiş, lakin hər dəfə azadlığa çıxdıqdan sonra Günellə yaşamağa davam etmiş, Asif hadisədən bir neçə ay öncə yenidən həbs olunmuşdur. Günel narkotik vasitələrin qəbulu və alqı-satqısı ilə məşğul olmuşdur. Bir neçə dəfə Günelin evində onunla bir yerdə yeyib-içdikdən sonra narkotik vasitə qəbul etmişlər və onlar intim münasibətlərdə olmuşlar. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində evdən Qazax rayonuna işləməyə getmək adı ilə çıxaraq qonşuluqdakı kafelərin birində kabab bişitdirib Günelgilə getmiş, sonra Günelin anası Gülzarda oraya gəlmişdir. Günellə Gülzar evin qonaq otağında süfrə açmış, Günellə araq və viski içmişlər. Saat 20 radələrində televizor ustasıTariyel gəlmişdir. O, həmin zaman narkotik vasitə olan heroin qəbul etmiş, sonra Gülzar gedib bir neçə ədəd pivə almış, onlar gecə saat 03 radələrinədək birgə söhbət edib yeyib-içmişlər. Saat 04 radələrində Gülzarla Günel yataq otağına keçərək “şüşə” adlı narkotik vasitə qəbul etmişlər. Bu zaman Günel qısqanclıq mövzusunda söhbət açmış, onunla Günelin arasında mübahisə yaranmış, Günel ona niyə arvadını ondan üstün tutduğunu, niyə təkcə onunla yaşamadığını, evə gedən zaman niyə mobil telefonunu söndürdüyünü söyləmişdir. Sonra Günel hamam otağına keçmiş, o yataq otağına daxil olmuş, Tariyel isə qonaq otağında televizora baxmış, Günelin qızı Fidan qonaq otağında çarpayıda yatmışdır. Bir neçə dəqiqədən sonra Günel hamamdan çıxıb yataq otağına gəlmiş, ona əynindəki köynəyi çıxartmağa köməklik etmiş, qonşular eşitməsin deyə sakitcə mübahisələrini davam etmişlər. Bu zaman çöl qapısının açıldığını eşitmiş, Tariyelin evdən çıxıb getdiyini bilmişdir. Mübahisə zamanı Günel ondan arvadını atıb onunla birgə yaşamağını təklif etmiş, o isə ailəsini atmayacağını söylədiyindən Günel əsəbləşmiş, onu sevdiyini bildirmiş, onun və ailəsini söymüşdür. O, hirslənib Günelə xəsarət yetirmək üçün əşya axtarmış, mətbəxdə soyuducunun üstündəki elektrik sobanın naqilini kəsmək məqsədilə mətbəx bıçağını götürərək sobanın elektrik naqilini kəsmiş, Güneli çarpayıya itələmiş, naqili Günelin boğazına keçirərək boğmaq istəmiş, lakin əli gipsdə olduğu üçün naqilin arxa hissəsi əlindən sürüşmüş və Güneli boğmağa imkan verməmişdir. O, bıçağı götürüb Günelin baş nahiyəsinə bir neçə dəfə zərbə endirib sonra başını kəsmişdir. Bıçağı cibinə qoyaraq otağın qapısını bağlayıb çıxmış, Günelin qızı Fidanın anasını həmin vəziyyətdə görməməsi üçün, Fidanı öz evlərinə aparmışdır. Evə daxil olaraq anasına Güneli öldürdüyünü, Fidanın müvəqqəti onlarda qalacağını, polisə gedib təslim olacağını bildirmişdir. Sonra isə arvadı Günaya Güneli vurduğunu həkim dalınca gedəcəyini deyib evdən çıxmışdır. DİN-nin 102 qaynar xəttinə yığaraq hadisə barədə məlumat vermiş və Sabunçu RPİ-nin 12-ci PŞ-nə gedərək təslim olmuşdur. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs 2008-ci ildə Asif Əhmədovla qeyri-rəsmi yaşamış, 2009-cu ildə Fidan adlı qızları dünyaya gəlmişdir. Asif narkotik vasitələri istifadə etdiyi üçün bir neçə dəfə azadlıqdan məhrum edilmiş, sonuncu dəfə 2018-ci ilin iyul ayında 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Günel onunla qonşuluqda, eyni məhəllədə özünə ev tikdirmiş və 2018-ci ilin yay aylarında qızı Fidanla oraya köçmüşdür. Xaləddin uzun illərdir qonşuluqda ailəsi və iki övladı ilə birlikdə yaşamış, qonşu kimi münasibətləri yaxşı olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində o, Günelin evinə gəlmiş və Xaləddini orada görmüş, Xaləddinin ev və bazar işlərində kömək etmək üçün gəldiyini bilmiş və sonra evə qayıtmışdır. O, hadisədən təxminən bir həftə əvvəl tanışı Tariyeldən Günelin evində olan televizorun anten kanalların təmir etməsini xahiş etmiş və saat 20-21 radələrində Tariyel onun evinə gəlmişdir. O, Tariyeli Günelin evinə yollayaraq özü də Günelin evinə getmiş, Tariyelin qonaq otağında televizor arxasında əyləşərək pultla kanalları yığdığını görmüş, Günellə Xaləddin isə qonaq otağında əyləşib yemək yeyib spirtli içki qəbul edərək söhbət etmişlər. Saat 23 radələrində Günel dükana gedərək pivə almaq istəmiş, Günel içkili olduğundan özü gedib bir neçə ədəd pivə alıb geri qayıtmışdır. Saat 01 radələrində Fidan evə gəlmiş və qonaq otağında divanda yatmışdır. Saat 03 radələrində o evə getmiş, Tariyeldə ondan 5-10 dəqiqə sonra çıxacağını demişdir. Saat 07 radələrində nəvəsi Fidan onun evinə gəlib polis əməkdaşlarının Günelin evinin qarşısında olduğunu söyləmişdir. Günelin evinə daxil olduqda yataq otağında Günelin meyitini çarpayıda uzanmış vəziyyətdə qanın içində görmüşdür.Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, fərdi qaydada elektrik cihazların təmiri ilə məşğul olur. Gülzar Bağırovanı 7-8 ildir ki, qonşu kimi tanıyır. Bir neçə dəfə Gülzarın evinə gedərək televizoru və antenanı təmir etmişdir. Zərərçəkmiş şəxs Gülzarın qızı kimi tanımışdır. Təqsirləndirilən şəxs onlarla qonşuluqda ailəsi və iki övladı ilə birlikdə yaşaığından uzun müddətdir tanıyır. Hadisədən bir neçə gün öncə Gülzar ona Günelin evində televizor antenasının təmir etməsini xahiş etmiş, o, Gülzara boş vaxtı olan zaman gəlib təmir edəcəyini demişdir. xx.xx.2019-cu il tarixdə saat 20-21 radələrində Gülzarın yaşadığı evə gəlmiş, Gülzar onu Günelin evinə yollayıb bir neçə dəqiqədən sonra özünündə oraya gələcəyini söyləmişdir. Bundan sonra o, Günelin evinə getmiş, evə daxil olduqda qonaq otağında Xaləddin və Günelin əyləşib yeyib spirtli içkilər qəbul etdiklərini görmüşdür. Günel ona televizorun yerini göstərərək kanalları bərpa etməsini xahiş etmişdir. Təxminən 10 dəqiqədən sonra Gülzar oraya gəlmiş, qonaq otağında Günel və Xaləddinin yanında əyləşərək onlarla söhbət etmişdir. Spirtli içki bitdiyindən Günel dükana gedib pivə almaq istəmiş, lakin anası Gülzar özü gedib pivə alıb gəlmişdir. O, televizorun kanallarını bərpa edib onlarla birlikdə süfrə arxasına əyləşmişdir. Saat 01 radələrində Fidan evə gəlmiş, qonaq otağında divanda yatmışdır. Saat 03 radələrində Gülzar artıq gec olduğunu və öz evinə getmək istədiyini söyləmişdir. Gülzar getdikdən sonra Günel hamam otağına, Xaləddin isə yataq otağına keçmişlər. Günelin hamamdan çıxaraq yataq otağına keçməsinin ayaq səslərini eşitmiş və təxminən 5-10 dəqiqə sonra evdən çıxıb öz evlərinə yollanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynı Asif Əhmədov ilə qeyri-rəsmi ər arvad kimi yaşamış, 2009-cu ildə Fidan adlı qızları dünyaya gəlmişdir. Asif narkotik vasitələri istifadə etdiyi üçün bir neçə dəfə azadlıqdan məhrum edilmişdir. Günel xasiyyətcə mehriban, sakit və sadə insan olmuş, heç kəslə ədavəti və düşmənçiliyi olmamış, onun hər hansı pis vərdişinin, pis davranışının şahidi olmamışdır. Təqsirləndirilən şəxs onlarla eyni məhəllədə uzun illər qonşuluqda yaşamış, Xaləddin narkotik vasitələrin aludəçisi olmuş, bir neçə dəfə azadlıqdan məhrum edilmişdir. Xaləddinin Günellə olan münasibətləri barədə xəbəri olmamışdır. xx.xx.2019-cu il tarixdə işdən qayıtdıqdan sonra saat 16-17 radələrində məhəllədə Günellə çay içərək söhbət etmiş, saat 17-18 radələrində Günel öz evinə keçmişdir. Axşam məhəllədə Günelin qızı Fidan onun nəvələri və məhəllədə olan digər uşaqlarla oynayıb əylənmişdir. Saat 21-22 radələrində qaranlıq düşdüyü üçün Fidan nəvələri ilə birlikdə onun evinə gəlmişdir. Saat 01 radələrində Fidanın nənəsi Gülzar pəncərədən səsləyərək Fidanı öz evlərinə yollanmışdır. xx.xx.2019-cu il tarixdə səhər saat 07 radələrində o evdən çıxaraq məhəllədə Xaləddinin atası Dilqəmlə rastlaşmış, Dilqəmlə söhbət edən zaman Günelin evinin qapısı açılmış və Xaləddin Fidanla birlikdə oradan çıxaraq öz evlərinə tərəf gəlmişdir. O Dilqəmdən Xaləddinin orada nə işi olduğunu soruşduqda Dilqəm bilmədiyini, Xaləddinin rayona işləməyə getməli olduğunu söyləmişdir. O, Dilqəmdən ayrılaraq yolun kənarına çıxıb süpürməyə başlamışdır. Təxminən 15-20 dəqiqə sonra məhəlləyə polis əməkdaşları gələrək Günelin evinin qarşısında dayanmışlar. Bir neçə dəqiqədən sonra isə Gülzar öz evi tərəfdən gələrək polislərə yaxınlaşmış və evin qapısını açmışdır. O, nə baş verdiyini öyrənmək üçün oraya yaxınlaşmış, lakin polis əməkdaşları evdə Günelin meyiti olduğunu bildirərək onu içəriyə buraxmamışlar. Hadisə baş verən gecə hər hansı bir qışqırıq və mübahisə səsləri eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Xaləddin fəhləliklə məşğul olub ailəsini dolandırmış, narkotik vasitələrin aludəçisi olmuşdur. Xaləddin bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Zərərçəkmiş şəxs onlarla 2018-ci ilin yay aylarından onlarla eyni məhəlləyə qonşuluğa köçmüşdür. Günel xasiyyətcə mehriban, gülərüz insan olmuş, onun hər hansı bir pis hərəkətinin şahidi olmamışdır. Xaləddinin Günellə hər hansı bir sevgi münasibətinin olmasından, eləcə də Güneli öldürmək niyyəti olmasından xəbəri olmamış, sadəcə olaraq bir-birlərinin evlərinə gediş-gəlişləri olduğundan onların arasında dostluq münasibətinin yaranmasının xəbəri olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində Xaləddin Qazax rayonuna gedib işləyəcəyi adı ilə evdən çıxmış, nə zaman qayıdacağına dair heç bir söz deməmişdir. Hadisə günü 07 radələrində o evdən çıxaraq işə yollanarkən Günelin evinin qapısı açılmış və Xaləddin Fidanla birlikdə oradan çıxaraq evə tərəf gətdiyini görmüşdür. Ona Güneli öldürdüyünü, Fidanı nənəsi Gülzara təhvil verdiyini, polisə gedib təslim olacağını söyləyib getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə axşam saat 18 radələrində Xaləddin Qazax rayonuna gedib fəhlə işləmək adı ilə evdən çıxmış, nə zaman qayıdacağına dair dəqiq heç bir söz deməmişdir. Səhəri gün, saat 07 radələrində Xaləddin onu yuxudan oyadaraq Güneli vurduğunu həkim dalınca gedəcəyini söyləmiş, o, Xaləddindən nə baş verdiyini, gecə harada olduğunu soruşduqda, Xaləddin ona heç bir söz demədən çıxıb getmişdir. O otaqdan çıxdıqda Günelin qızı Fidanı qonaq otağında görmüş, Fidandan nə baş verdiyini soruşduqda, Fidan heç nəyi bilmədiyini, Xaləddin onu yuxudan oyadıb guya qızı Rəqsanənin onunla oynamaq istədiyini söyləmişdir. Xaləddin çıxıb getdikdən bir neçə dəqiqə sonra o məhəlləyə çıxmış, Günelin evin qarşısına polis əməkdaşların gəldiyini görmüşdür. Polislər gəldikdən sonra qaynanası Turabə ona Xaləddinin Güneli öldürdüyünü söyləmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma anası olmuş, hazırda Sabunçu rayonunda yerləşən 96 saylı məktəbin 5-ci sinfində təhsil alır. X13 hazırda həbsdədir. Hazırda yaşadıqları evə köçdükdən sonra qonşuluqda yaşayan Xaləddin adlı şəxsi tanımış, sonuncunun Rəqsanə və Neymətlə uşaqları ilə məhəllədə oynayıb vaxt keçirtmişdir.xx xxxxxxxx 2019-cu il tarixində axşam saat 18 radələrində məhəllədə uşaqlarla birlikdə oynayarkən su içmək üçün evə gəldikdə Xaləddini qonaq otağında görmüş, anası isə mətbəxdə axşam yeməyi üçün süfrə açmağa hazırlaşmışdır. O, su içdikdən sonra anasından uşaqlarla oynamaq üçün icazə alıb həyətə düşmüş, təxminən saat 20-21 radələrində yenidən su içmək üçün evə gəlmiş həmin zaman evdə nənəsi Gülzar və qonşuluqda yaşayan Tariyeli görmüşdür. Anası, Xaləddin və nənəsi Gülzar qonaq otağında yemək yeyib söhbət etmişlər. Tariyel isə televizor kanallarını düzəltmişdir. O ac olmadığı üçün su içib yenidən məhəlləyə çıxıb uşaqlarla oynamağa davam etmişdir. Həyətdə oynayıb qurtardıqdan sonra qonşuluqda yaşayan Aliməgilə getmiş və gecə saatı xatırlamadığı vaxtda evə geri dönmüşdür. Evə qayıtdıqda Xaləddin, Tariyel, anası və nənəsi Gülzar qonaq otağında oturub söhbət etmişlər. O, qonaq otağında əyləşib telefonla oynayıb istirahət etmiş, bir müddət sonra qonaq otağında uzanıb yatmağa hazırlaşmışdır. Bu zaman nənəsi Gülzar çıxıb evlərinə getmiş, Tariyel qonaq otağında onun yanında olmuş, anası ilə Xaləddin isə mətbəxdə olmuşlar. Nənəsi getdikdən bir neçə dəqiqə sonra Tariyel getmiş, o isə yatmışdır. Səhər saatlarında o anasının qışqırıq səslərinə oyanmış, qonaq otağının qapısını açmaq istəyərkən qapının bağlı olduğunu görmüşdür. O bir neçə dəfə qapını döyüb anasını səsləmiş, lakin səsinə cavab verən və qapını açan olmamış, qapının ağzında dayanaraq açılmağını gözləmişdir. Bir neçə dəqiqə sonra anasının qışqırıq səsləri kəsilmiş, ardınca qonaq otağının qapısını Xaləddin açmış, ona qızı Rəqsanənin çağırdığını və onu görmək istədiyini söyləmişdir. O, anasından Rəqsanənin yanına getmək üçün icazə almaq istəyərkən Xaləddin anasının otağına keçməsinə icazə verməmiş, onunla evdən çıxaraq öz evlərinə aparmış, orada Xaləddinin anası Turabə onu qarşılamış və Rəqsanənin yatdığını, birazdan oyanacağını demişdir. O, qonaq otağında oturub təxminən yarım saat Rəqsanəni gözləmiş, Rəqsanə oyanmadığından çölə həyətə çıxmışdır. Bu zaman evlərinin qapısında polislərin dayandığını görmüş, nənəsi Gülzarın evinə gedib evlərinə polislərin gəldiyini söyləmişdir. Məhkəmə tibbi-biologiya ekspertizasının xx.xx.2019-cu il tarixli 691/2019-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Oalfa, beta (İ). Təqsirləndirilən şəxs Dilgəm oğlunun ABO sistemi üzrə qrup göstəricisi: Oalfa, beta(İ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, 02 ədəd kağız parçaları, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa,beta (İ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd qolsuz mayka və qısaqol mavi rəngli köynək üzərində qan ləkələri aşkar olunmamışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 133 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Boyun nahiyəsinin natamam amputasiyası (başın bədəndən natamam ayrılması) ilə müşayiət olunan, sol və sağ ümumi yuxu arteriyalarının, xarici və daxili vidaci venalarının, onurğa arteriyalarının, İİ-İİİ boyun fəqərələrinin fəqərəarası diskinin və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinin, udlağın, boyunun əzələ və sinirlərinin yaralanmasına səbəb olan boyun nahiyəsinin 6 ədəd; sağ ümumi yuxu arteriyasının, sağ xarici və daxili vidaci venalarının yaralanmasına səbəb olan boyunun yuxarı və aşağı 1/3-nin sağ yan səthinin 2 ədəd (cəmi 8 ədəd) kəsilmiş yaraları. Boyunun yuxarı 1/3-nin ön-sağ yan səthinin qırtlaq boşluğuna keçən 2 ədəd, sol yan səthinin udlaq boşluğuna keçən 1 ədəd (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş yaraları. Boyun nahiyəsinin ikiqatlı qapanan stranqulyasiya şırımı və stranqulyasiya şirimi boyunca boyunun yumşaq toxumalarına qansızma. Sol baldırın sıyrığı. Xəsarətlər həyatidir, mərhumun ölümündən az əvvəl törənmişlər; -xəsarətlərdən: Boyun nahiyəsinin natamam amputasiyası (başın bədəndən natamam ayrılması) ilə müşayiət olunan, sol və sağ ümumi yuxu arteriyalarının, xarici və daxili vidaci venalarının, onurğa arteriyalarının, İİ-İİİ boyun fəqərələrinin fəqərəarası diskinin və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinin, udlağın, boyunun əzələ və sinirlərinin yaralanmasına səbəb olan boyun nahiyəsinin 6 ədəd; sağ ümumi yuxu arteriyasının, sağ xarici və daxili vidaci venalarının yaralanmasına səbəb olan boyunun yuxarı və aşağı 1/3-nin sağ yan səthinin 2 ədəd (cəmi 8 ədəd) kəsilmiş yaraları kəsici alət (alətlər) təsirindən; boyunun yuxarı 1/3-nin ön-sağ yan səthinin qırtlaq boşluğuna keçən 2 ədəd, sol yan səthinin udlaq boşluğuna keçən 1 ədəd (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş yaraları küpü və ülgücü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən törənmişlər, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər; - Boyun nahiyəsinin ikiqatlı qapanan stranqulyasiya şırımı və stranqulyasiya şirimi boyunca boyunun yumşaq toxumalarına qansızma isə ilgəyin təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş elektrik naqilindən hazırlanmış ilgəklə boyun üzvlərinin kənar şəxs tərəfindən sıxılması nəticəsində törənə bilər; sol baldırın sıyrığı isə bərk-küt əşya təsirindən törənmişdir. Dərəcəsinə görə: Boyun nahiyəsinin natamam amputasiyası (başın bədəndən natamam ayrılması) ilə müşayiət olunan, sol və sağ ümumi yuxu arteriyalarının, xarici və daxili vidaci venalarının, onurğa arteriyalarının, ll-lll boyun fəqərələrinin fəqərəarası diskinin və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinin, udlağın, boyunun əzələ və sinirlərinin yaralanmasına səbəb olan boyun nahiyəsinin 6 ədəd; sağ ümumi yuxu arteriyasının, sağ xarici və daxili vidaci venalarının yaralanmasına səbəb olan boyunun yuxarı və aşağı 1/3-nin sağ yansəthinin 2 ədəd (cəmi 8 ədəd) kəsilmiş yaraları; boyunun yuxarı 1/3-nin ön-sağ yan səthinin qırtlaq boşluğuna keçən 2 ədəd, sol yan səthinin udlaq boşluğuna keçən 1 ədəd (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir. - Mexaniki asfiksiyaya səbəb olmayan boyun nahiyəsinin ikiqatlı qapanan stranqulyasiya şırımı və stranqulyasiya şırımı boyunca boyunun yumşaq toxumalarına qansızma canlı şəxslərdə sağlamlığa YÜNGÜL zərərvurmanın əlamətlərinə malikdir; sol baldırın sıyrığı isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla dərəcəsi təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyunun kəsilmiş və deşilmiş-kəsilmiş yaraları ilə əlaqədar boyun nahiyəsinin natamam amputasiyası (başın bədəndən natamam ayrılması) və çoxlu qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir; -mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən əsasən uzanıqlı vəziyyətdə ola bilərdi. Mərhumun yuxarı ətraflarında, əsasən də əllərində xəsarət aşkar olunmadığına görə onun özünü müdafiə edibetməməsi barədə fikir söyləmək mümkün deyil. Mərhum Zərərçəkmiş şəxs ilkin xəsarət boyun nahiyəsinin ilgəklə sıxılması nəticəsində yetirilmişdir, lakin mexaniki asfiksiyaya (boğulmaya) nail olunmadıqda, bundan sonra boyun nahiyəsindən bıçaqla çoxsaylı kəsilmiş və deşilmiş-kəsilmiş xəsarətlər yetirilmişdir. Çoxsaylı kəsilmiş və deşilmiş-kəsilmiş xəsarətlər ona qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyil. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan iki ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır. Məhkəmə tibbi-kriminalistika ekspertizasının xx.xx.2019-cu il tarixli 460/2019-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək, mayka və şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqdır və soyuq silah hesab edilmir. Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli 2189 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 06 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Hövsələsizlik, çılğınlıq, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malik olduğu müəyyən edilmişdir.Təqsirləndirilən şəxs emosional halından asılı olaraq, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən psxiopatik xasiyyət cizgiləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 2690 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, X6 Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 177.1-ci maddələri ilə təqsirli bilinib qazancından 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014 il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 5 il 6 ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı xx.xx.2017-ci il tarixli 816 VQD saylı qanunun tətbiqi ilə əməli cəza çəkilmiş hesab edildiyindən cəza çəkməkdən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. X6 xx.xx.2018-ci il tarixli qərar ilə cəza çəkməkdən azad olunsa da, cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan 2 il müddət xx.xx.2020-ci il tarixində başa çatacağından onun barəsində məhkumluq götürülməmiş hesab edilməlidir. Məhkumluğu götürülmədiyi üçün X2 törətdiyi əməl cinayətin resdivi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi hesab edilir. Cinayət işinin materiallarından görünür ki, X6 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxs X2 qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisi,şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs X2 həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, X2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. X6 xx xxxxxxx 2019-cu il tarixdə könüllü olaraq Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gedərək təqsirini boynuna almaqla cinayətin aləti olan bıçağı təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X2 himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayət törətdikdən bilavasitə sonra könüllü polis idarəsinə gedərək təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X2 cinayətlərin təhlükəli residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə X3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsini rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X3 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Maddi sübutlar- Bakı şəhəri, Sabunçu rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus köynək, mayka, şalvar, cinayətin aləti olmuş mətbəx bıçağı müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, telefon danışıqlarının əks olunduğu 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərclərinin və mülki iddianın olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 18 (on səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Bakı şəhəri, Sabunçu rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus köynək, mayka, şalvar, cinayətin aləti olmuş mətbəx bıçağı müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, telefon danışıqlarının əks olunduğu 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərclərinin və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar