Məhkəmə qərarları › İş №1(101)-523/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-523/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-523/2021 27.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçilər: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçi X6 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1970-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu Şahlar Allahverdiyev küçəsi, ev 67-də qeydiyyatdva olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni digər şəxsi həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayının sonlarında qeyri rəsmi nikah münasibətlərində olduğu, lakin aralarındakı münasibətlərin pisləşməsi səbəbindən ondan ayrılmış və ayrı yaşayan Qanuni nümayəndə onların qeyri rəsmi nikah münasibətlərindən doğulmuş uşağı, xx xxxxxx 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə bir neçə günlük saxlamaq üçün götürüb özünün yaşadığı ünvan 1 ünvanına gətirmiş, Qanuni nümayəndə ilə barışıb onunla bir ailə kimi yaşamaq məqsədilə onun da evlərinə gəlməsi üçün 5 avqust 2020-ci ildə, saat 10 radələrində yaşadığı həmin evdə olarkən ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsilə Qanuni nümayəndə ilə əlaqə saxlayıb Zərərçəkmiş şəxs gəlib götürməsini, əks halda onu öldürəcəyini bildirmiş, lakin sonuncu ona “mən səndən qorxuram, evə gəlsəm polislə birlikdə gələcəm” bildirdikdə, o, bunu özünə qarşı təhqiramiz hal kimi qəbul edərək qisas almaq, əzab və iztirab vermək məqsədilə həmin gün, saat 14 radələrində evin dəhlizində, giriş qapısının qarşısında mətbəxdən götürdüyü mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə sonuncuya traxeyanın (nəfəs borusunun) ön-sağ yarısının mənfəzinin açılması, qalxanabənzər vəzin sağ payının, istmusun (əsnəyin nəfəs borusuna keçən dar hissəsinin), qayıdan sinirin zədələnmələri, kəskin xarici və daxili qanitirmə və İİ-İİİ dərəcəli hemotravmatik şokla müşayiət olunan boyunun kəsilmiş yarası, sağ gicgah nahiyəsinin və döş qəfəsinin ön səthinin sol yarısının səthi kəsilmiş yaraları kimi xəsarət yetirməklə, ardınca həmin mobil telefonla Zərərçəkmiş şəxs qan içində fotoşəklini çəkib, onun ölməsi barədə səs yazısı ilə birlikdə “WhatsApp” proqramı vasitəsilə Qanuni nümayəndə mobil telefonuna göndərməklə onun üçün azyaşlı olduğuna görə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla, yəni ona və anası Qanuni nümayəndə xüsusi əzab verdiyini dərk edərək qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərdən, yəni Qanuni nümayəndə bu barədə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə vaxtında etdiyi müraciəti üzrə hadisə yerinə gəlmiş polis əməkdaşlarının müdaxiləsi və ixtisaslı tibbi yardım nəticəsində Zərərçəkmiş şəxs həyatı xilas olunduğundan, öz cinayətkar məqsədinə nail ola bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2006-cı ildə Nataşa adlı qadınla ailə həyatı qurmuş, onunla birgə nikahdan Osman, Rəsul və Aslan adlı övladları olmuşdur. O, tikintilərdə usta işləməklə ailəsinə çörək pulu qazanmışdır. Təxminən 2015-ci ildə mağazada işləyən Aysellə tanış olmuş, tanışlıqları sevgi münasibətlərinə keçmiş, Aysellə evlənmək qərarına gəlmişdir. Bunu Nataşaya bildirdikdə sonuncu uşaqları da götürüb evdən getmişdir. Nataşanın evdən çıxıb getməsinə isə anası narazı olmuşdur. Bu səbəbdən anasının Aysellə münasibətləri yaxşı olmamışdır. Aysellə gah kirayə tutduqları evlərdə, bəzən isə öz evində yaşamışlar. Aysellə birgə yaşayışdan 2018-ci ilin fevral ayında Ömər adlı övladları olmuşdur. Aysel ilə münasibətləri yaxşı olmuş, lakin Ayselin bir iş yoldaşı olan şəxslə ona xəyanət etməsindən şübhələndiyi üçün aralarında sözsöhbət olmuş, Aysel ondan ayrılaraq köhnə tanışı Tamillanın evində qalmış, buna baxmayaraq Aysel Öməri onun yanına gətirir və uşaq onun yanında həftələrlə qalırdı. O, çalışırdı ki, Aysel də onun yanına qayıtsın. Aysel buna söz versə də sonda fikrindən yayınaraq gəlmirdi. O, Aysellə görüşəndə ya telefon ilə danışanda birlikdə ailə kimi qalmaq istədiyini və birlikdə Öməri böyütməklərini təklif edirdi. Aysel isə onu incitməyini bəhanə gətirərək onunla razılaşmırdı. 05 avqust 2020-ci il tarixdə, saat 10 radələrində Nataşadan olan oğlu Osmanın istifadəsində olan ***-***-**-** nömrəsindən “WatsApp” -la Aysellə əlaqə saxlamış və ona uşağı gəlib götürməsini bildirmiş, lakin Aysel bundan imtina etmişdir. Daha sonra onu qorxuzmaq üçün uşağı gəlib götürmədiyi təqdirdə öldürəcəyini bildirmişdir. Çünki həmin gün qəti qərar vermişdir ki, Ayseli evə gətizdirsin və onlar birlikdə ailə şəkilində qalsınlar, lakin Aysel onun niyyətinin ciddiliyinə inanmamış və onun sözlərinə laqeyd yanaşmışdır. Belə olan halda, saat 14 radələrində o, yaşadığı evdə anası Ayşatın öz otağında yatmasından, oğlu Osmanın isə digər otaqda kompyuterdə qulaqcıqları taxıb oynamağından istifadə edib giriş qapısının ağzında mətbəxdən götürdüyü bıçaq ilə əvvəlcə özünün boynundan, hər iki qollarından, daha sonra qarın nahiyəsindən xəsarət yetirmiş, bundan sonra huşunu itirmiş, yalnız xəstəxanada ayılmışdır. Oğluna xəsarət yetirməsini, polis əməkdaşlarının evinə gəlməsini xatırlamır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Emillə fəhlə işlədiyi mağazada 2015-ci ildə tanış olmuş, bundan sonra Emillə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamağa başlamışdır. Emil ondan əvvəl başqa bir xanımla ailə qurmuş, üç övladı var. Emilin birinci yoldaşı Natalya bu səbəbə görə ondan ayrılmışdır. Emillə birlikdə nikahdan xx xxxxxx 2018-ci ildə Ömər adlı oğlu olmuşdur. Emillə birlikdə Emilin evində yaşamış, həmin evdə Emilin anası Ayşad, qardaşı Valera və Emilin Nataşadan olan oğlu Osman yaşamışlar. 2019-cu ilin dekabr ayına kimi Emillə münasibətləri normal olmuş, lakin Emil dostları ilə narkotik istifadə etməyə başlamış, narkotikin təsirindən özünü qeyri-adekvat aparması nəticəsində münasibətləri pozulmuş və o, uşağını götürərək yaşadıqları evi tərk edərək oğlu Ömərlə birlikdə Bayılda Səbail RPİ-nin DYPİ-nin binasının arxasında yerləşən evdə kirayədə yaşamışdır. Lakin Emil barışmağa cəhd etdiyi üçün 2020-ci ilin fevral ayından sonra münasibətləri normallaşmış və o, Emilə təxminən 4 dəfə Öməri özü ilə aparıb saxlamağa icazə vermişdir. Sonuncu dəfə Emil Öməri hadisədən 2-3 gün əvvəl evinə aparmışdır ki, Ömər bir neçə gün onunla birlikdə qalsın, sonra Öməri ondan götürər. 04 avqust 2020-ci il tarixdə Emil ona zəng edib onu bağışlamağını xahış etmiş, sonra da şirin dillə onu evə çağırmış, o isə onun evinə getməyəcəyini bildirmişdir. Emil də ona demişdir ki, “sən Öməri gəlib evdən götürməsən sən peşman olacaqsan”. O da Emilə demişdir ki, “sizə gəlsəm polislə gələcəm”. Emil də ona demişdir ki, “mən polisdən qorxmuram itirəcəyim bir şey yoxdur”. Səhəri günü, yəni 05 avqust 2020-ci il tarixdə, saat 10 radələrində Emil ona zəng edib Öməri evdən götürməyini bildirmiş, o da Emilə demişdir ki, “mən səndən qorxuram, evə gəlsəm polislə birlikdə gələcəm”. Emil də ona demişdir ki, “əgər sən gəlməsən Öməri öldürəcəm və sən peşman olacaqsan”. 05 avqust 2020-ci il tarixdə, saat 14 radələrində Emil onun telefonuna vatçapla oğlu Ömərin boğazının kəsilmiş formada şəklini, sonra da oğlunun xırıltı səsin göndərmişdir. Göndərdiyi səsdə Emil demişdir ki, “şirin uşaq ölür, gül nə qədər gülürsən”. O, bu zaman Neftçilərdə olmuş, Emilin göndərdiyi şəkli görən kimi polisə gedib məlumat vermiş, telefondakı şəkli göstərmişdir. Polislərin maşını ilə bir neçə dəqiqəyə Emilin yaşadığı evə çatmışlar. Polislər onu evə yaxın buraxmamışlar, qapını döyməyə başlamışlar və polis əməkdaşlarının deməsinə görə Emil yalnız polisləri görəndən sonra özünə xəsarətlər yetirmiş, Ömərə isə özündən əvvəl xəsarət yetirmişdir. Polisin tələbinə əsasən Emilin anası qapının açarını polislərə təqdim edəndən sonra evə daxil olmuşlar. Hadisə yerinə gələn təcili tibbi yardım maşınları Öməri və Emili xəstəxanaya aparmışlar. Ömərin vəziyyəti hal-hazırda normaldır, sadəcə səsində xırıltıları var. Emilə qanunla müəyyən edilmiş cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Emil təxminən 15 il əvvəl Nataşa adlı qadınla ailə həyatı qurmuş, birgə nigahdan Osman, Rəsul və Aslan adlı övladları olmuşdur. Emil evlərin təmir işləri ilə məşğul olaraq ailəsinə çörək pulu qazanırdı. Təxminən 2015-ci ildə Emil hansısa mağazada fəhlə işləyən Aysellə tanış olmuş, onu sevmiş, onunla ailə qurmuşdur. Bundan sonra Nataşa Emildən ayrılaraq uşaqları da götürüb ayrı yaşamışdır. 2018-ci ilin fevral ayında isə onların Ömər adlı oğulları olmuşdur. Aysel Ömərlə birlikdə müxtəlif yerlərdə kirayədə qalırmış, lakin 2019-cu ilin noyabr ayında Emil Aysel ilə Öməri ona məxsus olan evə gətirmiş və o, buna narazı olduğunu bildirəndə onların qalacaq yerlərinin olmadığını və onlara kömək etməli olduğunu bildirmişdir. Aysellə münasibətləri alınmamış, bu səbəbdən Aysel onun evində təxminən 20 gün qalandan sonra uşaqla birlikdə evi tərk edərək çıxıb getmişdir. Təxminən 2020-ci ilin iyul ayının sonlarında Emil Öməri götürərək evə gətirmiş və o, bundan narazı olaraq Emilə uşağı anasına qaytarmasını tələb etmiş, lakin Emil Öməri evdə saxlamağa davam etmişdir. 05 avqust 2020-ci il tarixdə, saat 13 radələrində özünə məxsus otaqda yatmış, saat 14 radələrində qapının döyülməsi eləcə də küçədə olan səs-küyü eşidərək yuxudan ayılıb dəhlizə çıxanda Emili və Öməri qan içində olduğunu görmüş, qapının açarını polis əməkdaşlarının tələbi əsasında pəncərədən vermişdir. Daha sonra polislər qapını açıb içəri girmişlər və Emillə Öməri gələn təcili yardım maşınları ilə xəstəxanaya göndərmişlər. Hadisədən sonra bilmişdir ki, X20 gəlib götürməsini bildirmiş, lakin Aysel bundan imtina edərkən Emil əsəbləşərək evdə olan mətbəx bıçağı ilə Ömərin boğazından kəsib, daha sonra isə özünün müxtəlif bədən nahiyələrinə xəsarət yetirmişdir. Qeyd etmək istəyir ki, oğlu 2000-ci ildə yol qəzasına düşmüş, başından aldığı xəsarətə görə 6 aya yaxın xəstəxanada müalicə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşı, Aysel isə Emilin arvadı olmuşdur. Ömər isə Aysellə Emilin uşağıdır. Hadisə baş verən günü Emillə Ömər onlarda, Aysel isə kirayə tutduğu evdə olmuşdur. Həmin ərəfədə Aysellə Emilin münasibətlərində soyuqluq olduğundan ayrı yaşamışlar. 05 avqust 2020-ci il tarixdə, səhər işə getmiş, işdə olan zaman saat 14 radələrində anası ona zəng vuraraq təcili evə gəlməsini bildirmişdir. Evə gəldikdə bilmişdir ki, polis və təcili tibbi yardım maşınları özünə və oğluna xəsarət yetirən Emillə Öməri xəstəxanaya aparmışlar. Bu iş üzrə bildiyi budur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Belə ki, 05.08.2020-ci il tarixdə saat 14:00 radələrində Səbail RPİ-nin 8-ci PB-nə bir cavan qadın gələrək övladının əri Təqsirləndirilən şəxs tərəfindən başını kəsməsi barədə məlumat verilmiş, hətta öz mobil telefonunda uşağın şəkillərini və ərinin özünü və uşağı öldürəcəyi barədə səs yazısını onlara təqdim etmişdir. Dərhal növbətçi qrupla qadını da maşina mindirərək Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Həmin ünvan fərdi ev olmuş, giriş qapısı bağlı olduğu üçün pəncərədən içəridə otaqda olan Təqsirləndirilən şəxs xahiş etmişlər ki, qapını açsın. Lakin uşağı görməmişlər. Bu zaman Emil ülgüclə bədəninin müxtəlif yerlərini doğramağa başlamışdır. Səsə içəridən bir yaşlı qadın gələrək qapını onlara açmışdır. İçəriyə daxil olduqda otağın döşəməsində Təqsirləndirilən şəxs, həmçinin körpə bir böğazı kəsilmiş uşağı görmüşlər. Uşağın və Təqsirləndirilən şəxs ətrafı qan içində idi. Həmkarlarından biri yaxınlıqda yerləşən təcili tibbi yardım stansiyasına qaçaraq həkimlərlə birlikdə qayıtmışlar. Bundan sonra həkimlər uşağı və Təqsirləndirilən şəxs təcili tibbi yardım maşınlarına yerləşdirərək xəstəxanaya aparmışlar. Bu iş üzrə bildiyi budur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Belə ki, 05.08.2020-ci il tarixdə saat 14:00 radələrində Səbail RPİ-nin 8-ci PB-nə Qanuni nümayəndə müraciət edərək azyaşlı oğlu Ömərin qeyri-rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs tərəfindən sonuncunun yaşadığı Səbail rayonu, Şahlar Allahverdiyev küçəsi, ev 67-də zorla saxlanıldığını, ərinin ona oğlunun xəsarət yetirildiyi şəklinin göndərməsini bildirmişdir. Dərhal Qanuni nümayəndə hadisə ilə bağlı ərizəsi alınmış və həmkarları Şahid5 və Şahid7 ibarət əməliyyat qrupu yaradılmaqla Ayseli də xidməti maşina otuzdurub bölmədən o qədər də uzaq olmayan Emil Kazıyevin yaşadığı ünvana getmişlər. Həmin ünvan fərdi ev olmuş, giriş qapısı bağlı olduğu üçün pəncərədən içəridə otaqda olan Təqsirləndirilən şəxs boğazının hər iki tərəfdən kəsilmiş halda ayaq üstə duraraq su içdiyini görmüşdür. Ondan qapını açmasını tələb etsələr də , o bu tələbə əhəmiyyət verməmişdir. Yalnız evin içindən giriş qapısına çıxan bir nəfər yaşlı qadın, sonradan onun Emil Kazıyevin anası olduğunu bilmiş, pəncərədən açarı onlara uzatmışdır. Bundan sonra giriş qapısını açaraq otağa daxil olduqda qapının girişində bir azyaşlı uşağın kürəyi üstə boğazı kəsildiyi halda uzandığını və Emil Kaziyyyevin də artıq yerdə uzanmış vəziyyətdə oduğunu görmüşlər. Dərhal təcili tibbi yardıma məlumat vermiş və 10 dəqiqəyə hadisə yerinə gəlmiş təcili tibbi yardım maşınları öncə azyaşlı uşağı, digər təcili tibbi yardım maşını isə Təqsirləndirilən şəxs özünü xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 8-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Belə ki, 05.08.2020-ci il tarixdə saat 14:00 radələrində Səbail RPİ-nin 8-ci PB-nə Qanuni nümayəndə müraciət edərək azyaşlı oğlu Ömərin qeyri-rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs tərəfindən sonuncunun yaşadığı Səbail rayonu, Şahlar Allahverdiyev küçəsi, ev 67-də zorla saxlanıldığını, ərinin ona oğlunun xəsarət yetirildiyi şəklinin göndərməsini bildirmişdir. Dərhal Qanuni nümayəndə hadisə ilə bağlı ərizəsi alınmış və həmkarları Şahid5 və Şahid7 ibarət əməliyyat qrupu yaradılmaqla Ayseli də xidməti maşina otuzdurub bölmədən o qədər də uzaq olmayan Emil Kazıyevin yaşadığı ünvana getmişlər. Həmin ünvan fərdi ev olmuş, giriş qapısı bağlı olduğu üçün pəncərədən içəridə otaqda olan Təqsirləndirilən şəxs boğazının hər iki tərəfdən kəsilmiş halda ayaq üstə duraraq su içdiyini görmüşdür. Ondan qapını açmasını tələb etsələr də , o bu tələbə əhəmiyyət verməmişdir. Yalnız evin içindən giriş qapısına çıxan bir nəfər yaşlı qadın, sonradan onun Emil Kazıyevin anası olduğunu bilmiş, pəncərədən açarı onlara uzatmışdır. Bundan sonra giriş qapısını açaraq otağa daxil olduqda qapının girişində bir azyaşlı uşağın kürəyi üstə boğazı kəsildiyi halda uzandığını və Emil Kaziyyyevin də artıq yerdə uzanmış vəziyyətdə oduğunu görmüşlər. Dərhal təcili tibbi yardıma məlumat vermiş və 10 dəqiqəyə hadisə yerinə gəlmiş təcili tibbi yardım maşınları öncə azyaşlı uşağı, digər təcili tibbi yardım maşını isə Təqsirləndirilən şəxs özünü xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Emil Kazıyev keçmiş həyat yoldaşıdır. Onunla 2005-ci ildə ailə qurmuş, birgə nigahdan 3 övladı olmuşdur. Lakin 2015-ci ildən Emil Aysel adlı qadınla tanış olub onunla qeyri-rəsmi yaşadığı üçün ərindən ayrılmışdır. Övladlarından kiçik oğlu Osman Emilin anası ilə yaşadığı evdə qalmış, iki ovladı isə onunla birlikdə yaşayır. Aysel adlı qadın onu yoldan çıxarmış və onunla qeyri rəsmi olaraq ər-arvad kimi yaşamağa başlamışlar. Hadisənin şahidi olmamış, lakin onu eşitmişdir ki, Emil Aysellə yola getməyərək Ayseldən olan yaş yarımlıq oğlunun boğazını öz evində kəsmiş, həmçinin özünə də xəsarətlər yetirmişdir. Ərinin 2000-ci ildə yol qəzasında aldığı xəsarətlərdən məlumatı yoxdur, çünki həmin vaxt onlar evli olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs azyaşlı oğlu X16 ifadəsində göstərmişdir ki, anası Natalia atası Emildən 2015-ci ildə ayrılmalarına baxmayaraq o, atası və nənəsi ilə qalmış, həmçinin həmin vaxt atasının yeni arvadı Ayseldən dünyaya gəlmiş Ömər adlı oğlu da onların qaldığı evdə olmuşdur. 05 avqust 2020-ci il tarixdə günorta vaxtı o, nənəsigildə öz otağında qulağında qulaqcıqla komputerdə oynayırdı. Nənəsinin qışqırtısını eşidib otaqdan çıxdıqda giriş qapısının yanındakı otaqda döşəmədə atasını və Öməri yerdə qan içində olduqlarını görmüş və çox qorxmuşdur. Qısa müddətdə evlərinə polis əməkdaşları gəlmiş, onlar təcili tibbi yardım maşınları çağırmış, atası və Öməri həkimlər xəstəxanaya aparmışlar. Sonra nənəsi ona demişdir ki, atası evdə olan bıçaqla özünə və Ömərə xəsarət yetirmişdir. Atasının belə hərəkət etməsinin səbəbini isə bilmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Qanuni nümayəndə Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nə ünvanladığı 05.08.20202-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 05.08.2020-ci il tarixdə əri Kaziyev X8 Şabanovun boğaz və qol nahiyyələrini kəsərək xəsarət yetirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında» 05 avqust 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 3 ünvanındakı evin dəhlizidir. Evin giriş qapısı dəmirdəndir, çöl istiqamətə açılır, qapının içəri hissəsində qıfılın açar yerinin üzərində və döşəmənin üzərində yayılmış iri qanabənzər ləkələr vardır. Özünə xəsərat yetirmiş Təqsirləndirilən şəxs döşəmədə uzanmış, hamamın giriş qapısına yastlanmış vəziyyətdə aşkar edilmişdir. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs anası Şahid1 tərəfindən oğlu Təqsirləndirilən şəxs övladına xəsarət yetirməsi zamanı istifadə etdiyi tutacağı qırmızı rəngli plastik materialdan olan bıçaq təqdim olunmuş, Şahid1 həmin bıçağı təqdim etməzdən əvvəl onun üzərindəki qanı yuduğunu bildirmişdir. Bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilmə və götirmə haqqında” 05.08.20202-ci il tarixli protokoldan müəyyən olunur ki, Qanuni nümayəndə istifadəsində olmuş “Xiomi Redmi 7a” markalı mobil telefon götürülərək ona baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 05 avqust 2020-ci il tarixdə, saat 14:57-də həmin mobil telefonda olan ***-***-**-** mobil telefon nömrəsinə ***-***- **-** mobil telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsilə Zərərçəkmiş şəxs yerdə qan içində oturmuş vəziyyətdə fotoşəkili və bir neçə audiyazı göndərilmişdir. Həmin audioyazıda bir nəfərin kişi səsi ilə yarı-rus yarı azərbaycan dilində “fsyo, rebyonok umer, şirin” sözləri deməsi eşidilir. Məhkəmədə elan edilib araşdırılmış K.Fərəcov adına X1 157 saylı, 07.08.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 05.08.2020-ci il tarixdə saat 15-35-də boyunun ön hissəsinin kəsilmiş yarası diaqnozu ilə polis əməkdaşları tərəfindən inistutun qəbul şöbəsinə gətirilmişdir. Kəskin qanaxma əlamətlərinə görə uşaq təcili cərrahi əməliyyat otağına çatdırılmışdır. Gətirilərkən uşağın əyinində qanla höpmuş köynək olmuş, köynək kəsilərək uşağın bədənindən ayrılmış və atılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 13.08.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 4(009)-412/2020 saylı qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 29, 120.2.9-cu maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 avqust 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “əşyanın tanınmasının aparılması haqqında” 12.11.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, tanınmaya təqdim olunmuş bıçaqlar arasından Təqsirləndirilən şəxs hadisə zaman istifadə etdiyi qırmızı dəstəkli mətbəx bıçağını tanımışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 08 avqust 2020-ci il tarixli, 391 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs xəsarətləri - traxeyanın (nəfəs borusunun) ön-sağ yarısının mənfəzinin açılması, qalxanabənzər vəzin sağ payının, istmusun (əsnəyin nəfəs borusuna keçən dar hissəsinin), qayıdan sinirin zədələnmələri, kəskin xarici və daxili qanitirmə və İİ- İİİ dərəcəli hemotravmatik şokla müşayiət olunan boyunun kəsilmiş yarası, sağ gicgah nahiyəsinin və döş qəfəsinin ön səthinin sol yarısının səthi kəsilmiş yaraları iti kənarlı əşyanın (əşyaların) təsirindən törənmişlər, 05.08.2020-ci il tarixdə qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə və maddi sübutun – bıçağın müayinəsinə əsaslanıb qeyd olunan xəsarətlərin təqdim edilmiş mətbəx tipli bıçağın tiyəsinin kəsici təsirindən törənmələri barədə fikir söyləmək mümkündür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 14 avqust 2020-ci il tarixli, 392 saylırəyinə əsasən Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər – boyunun sağ və sol ön-yan, arxa sol-yan səthlərinin, qarının ön divarının sağ və sol yarısının, sağ bazunun orta 1/3-nin, sağ və sol saidin ön səthinin cərrahi tikişli çoxsaylı kəsilmiş yaraları iti kənarlı əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 05.08.2020-ci il tarixdə qeyd olunan nahiyələrə iti kənarlı əşya ilə özü tərəfindən özünə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Təqsirləndirilən şəxs xəsarətlər kəsici xarakterli müxtəlif əşyaların təsirindən yetirilə bilərdilər. Eləcə də, xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, miqdarına, müayinə olunanın verdiyi anamnestik məlumatlara və həmçinin maddi sübutun – bıçağın müayinəsinə əsaslanıb qeyd olunan xəsarətlərin təqdim edilmiş mətbəx tipli bıçağın tiyəsinin kəsici təsirindən törənə bilinmələri barədə də fikir söyləmək mümkündür. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-bioloji, trasoloji və kriminalistik ekspertizasının 01.09.2020-ci il tarixli, 580/2020 MTBŞ saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qan qrupu ekspertizaya təqdim edilmiş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən B (İİİ). Ekspertizaya təqdim edilmiş 1 ədəd bıçaq və 2 ədəd pambıqlı çubuq üzərində insan qanı aşkar olunmuş, həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda yalnız B antigeni alınmışdır. Bu abtigen B (İİİ) qrupunu xarakterizə etdiyindən,aşkar olunmuş qan ləkələrinin Təqsirləndirilən şəxs özünə məxsus olması inkar olunmur. Təqdim edilmiş 2 ədəd pambıqlı çubuq üzərində aşkar olunmuş qan kişi genetik cinsinə mənsubdur. Təqdim edilmiş bıçaq üzərində aşkar olunmuş qan zəif intensivliyi və cüzi miqdarda olduğu üçün onunla sitoloji tədqiqat aparmaq mümkün olmamışdır. Təqdim edilmiş Təqsirləndirilən şəxs alt paltarı (mayka) müayinə üçün yararsız olduğundan onunla tədqiqat aparmaq mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-trasoloji və kriminalistik ekspertizasının 07.09.2020-ci il tarixli, 380/2020-MTKŞ saylı rəyindən müəyən olunur ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus maykanın ön hissəsində bir ədəd kəsilmiş zədə aşkar edilmiş, həmin zədə hər-hansı bir kəsici kənarı olan alətin (əşyanın) təsirindən əmələ gəlmişdir. Təqsirləndirilən şəxs məxsus maykanın ön hissəsində olan kəsilmiş zədə onun bədəninin qarının ön divarının sağ və sol yarısında olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Emil Kazıyevin bədənində olan digər xəsarətlər-boyunun sağ və sol yan, arxa sol-yan səthlərinin, sağ bazu oynağının, sağ bazunun orta 1/3-nin, sağ və sol saidin ön səthinin çoxsaylı kəsilmiş yaraları ona məxsus olan maykada öz əksini tapmamışdır. Bunu da həmin xəsarətlərin bədənin açıq nahiyələrində yerləşməsi ilə izah etmək olar. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində işlənmə izləri qeyd olunur, üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmiş, təyinatı dəyişdirilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 15 sentyabr 2020-ci il tarixli, 1819 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “İsterik tipli şəxsiyyət pozuntusu” aşkar olunur. Təqsirləndirilən şəxs ruhi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs aşkar edilən “İsterik tipli şəxsiyyət pozuntusu” onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs inadkarlıq, nümayişkəranəlik, eqosentrizm, öz hiss və yaşantılarını dramatikləşdirməyə meyillilik, başqalarının fikir və hisslərinə önəm verməmək, öz istəklərini hər vasitə ilə reallaşdırmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. İdrak prosesləri (diqqət, yaddaş, qavrama, təfəkkür və s.) normaya uyğun olmaqla, intellektual imkanlarında, əqli və psixi fəaliyyətində gerilik əlamətləri aşkar olunmur. Buna görə də, Təqsirləndirilən şəxs yaranmış şəraiti adekvat olaraq qavramaq, hərəkət və davranışını idarə etmək, ola biləcək nəticələri proqnozlaşdırmaq qabiliyyətinə malik olmuşdur. Hadisəni törədərkən psixiemosional vəziyyətində hirslilik, emosional oyanıqlıq yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri (inadkarlıq, nümayişkəranəlik, eqosentrizm, öz hiss və yaşantılarını dramatikləşdirməyə meyillilik, başqalarının fikir və hisslərinə önəm verməmək, öz istəklərini hər vasitə ilə reallaşdırmaq) ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən qəflət baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 14 sentyabr 2020-ci il tarixli, 2528 saylı rəyindən müəyən olunur ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs “Narkomaniya” və ya “Xroniki alkoqolizm” xəstəliyindən əzab çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-fonoskopik ekspertizasının 10.11.2020-ci il tarixli, 4/933 saylı rəyindən müəyyən olulunur ki, ekspertizaya təqdim olunmuş CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarət olmuş, mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərdə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmiş, CD diskdə olan mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” 13.08.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Qanuni nümayəndə istifadəsində olmuş “Xiomi Redmi 7a” markalı mobil telefona Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman sonuncu həmin fotoşəkilin və audioyazının onun tərəfindən oğlu Osmanın mobil telefonu ilə “WhatsApp” proqramı vasitəsilə Ayselə göndərildiyini etiraf etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin ***-**-** saylı, 10.08.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qonşular arasında mənfi xarakterizə olunur, Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi keçirir və spirtli içki aludəçisidir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail RİH Qəyyumluq və Himayəçilik Komissiyasının 2/12k-99-135 saylı, 20.11.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, komissiya tərəfindən 09.11.2006-cı il təvəllüdlü X11, 14.08.2008-ci il təvəlldlü X12 və 20.02.2014-cü il təvəllüdlü X13 anaları X5 alınaraq ataları Təqsirləndirilən şəxs verilməsini məqsədəuyğun hesab etməmişdir. X7 10.08.2018-ci il tarixdən “Təmiz Dünya” X15 Birliyinin Uşaq və Qadın sığınacağında 3 övladı ilə yaşayır. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin 4960 saylı, 13.08.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xstəxanada müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış Respublika Narkoloji Mərkəzinin 19/51-7584 saylı, 20.08.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs göstəriln mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Mamedoviç Bakı şəhəri Xətai rayon xalq məhkəməsinin 21.05.1993-cü il tarixli hökmü ilə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Əzizbəyov rayon xalq məhkəməsinin 13.04.1995-ci il tarixli qərarı ilə şərti azad olunmuş, 17.01.1998ci il tarixli qərarla CM-nin 90-cı maddəsinə əsasən vaxtından əvvəl azad olunmuşdur. Ağır Cinayətlər Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 dekabr 2000-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs digər məhkumluqları yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu olmayan şəxs heasb edilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 vəsatət verərək iş üzrə Təqsirləndirilən şəxs barəsində təkran məhkəməpsixiatrik və psixoloji ekspertizasının keçirilməsini xahiş etmişdir. “07” may 2021ci il tarixli qərarla vəsatət təmin edilərək iş üzrə təkrar ekspertiza təyin edilmişdir. Kompleks komisyon stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 iyun 2021-ci il tarixli, 65 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “İsterik tipli şəxsiyyət pozuntusu” kimi psixi patologiyadan əziyyət çəkməsinə baxmayaraq törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğuna görə ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyəti, yəni fizioloji affekt halında olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə tövsif etmişdir. Məhkəmə tərkibi həm də hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-nin müvafiq Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədlərii açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş əməllər Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır və təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onu həbsdə saxlama müddətinə daxildir. Həmin məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəllənin 158.3 və 158.6-cı maddələrinin tələblərinə əsasən isə şəxsin həbsdə saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onun həmin cinayət işi üzrə tutulduğu vaxtdan, yəni 13.08.2020-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan bir ədəd qırmızı dəstəkli mətbəx bıçağı və hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş alt köynəyi (maykası) məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə götürülmüş audio və foto faylların saxlanıldığı disk, Təqsirləndirilən şəxs səs nümunəsini əks etdirən audio faylın saxlanıldığı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 300 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi2 üçün 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan bir ədəd qırmızı dəstəkli mətbəx bıçağı və hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş alt köynəyi (maykası) məhv edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə götürülmüş audio və foto faylların saxlanıldığı disk, Təqsirləndirilən şəxs səs nümunəsini əks etdirən audio faylın saxlanıldığı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 300 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 üçün 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Azər Paşayev Əsli ilə düzdür. Hakim: Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar