Məhkəmə qərarları › İş №1(101)-523/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-523/2022

01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-523/2022 01.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4 yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun anası olan qanuni nümayəndəsi Qanuni nümayəndə1 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə 1998-ci il iyulun 24-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4.-cü və 126.2.4.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanmayan soyuq silah hesab edilən ov bıçağını əldə edib saxlamaqla gəzdirmiş və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci il avqustun 16da saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən X9 adına parkda əvvəllər tanımadığı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs onunla eyni məhəllədə yaşayan tanışları ilə mübahisə etməsini bəhanə edib əsaslı səbəb olmadan münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı qanunsuz olaraq istintaqa məlum olmadan mənbədən əldə edib saxlamaqla üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab olunan ov bıçağı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə iki dəfə vuraraq döş qəfəsinin arxa səthinin sağ və sol yarısında onurğayanı xətlə kürək xətti arasında X-Xİ qabırğalararası sahədən sağ və sol döş boşluqlarına nüfuz edən, plevranı zədələyən, sağ və sol tərəfli hemopnevmotoraksla kəskin daxili qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən, yetirildiyi anda yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 228.4.-cü və 126.2.4.-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, 2021-ci il avqustun 16-da saat 23 radələrində dostu Şahid5 ilə X9 adına parkda istirahət edərkən həmin ərazinin giriş hissəsində bir neçə nəfərin toplaşdığını müşahidə edərək yaxınlaşmış və məsələni aydınlaşdırmağa çalışarkən adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs onun dostlarının parkdakı qızlara söydüyünü bildirdikdə o, gedib üzr istəmələrini təklif etsə də Kamran onu vurmuş və o, zərbənin təsirindən yıxılmışdır. O, yerdə gördüyü, kimin olduğunu bilmədiyi bıçağı götürüb kənara atmağa çalışanda Kamranla boğuşmuşlar. Daha sonra baş verənləri xatırlamır. O, heç bir cinayət törətməmiş və üzərində bıçaq gəzdirməmişdir. Hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən 2004-cü il 09 noyabr təvüllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci il avqustun 16-da saat 23 radələrində dostları Şahid2 və Şahid3 ilə X9 adına parkda olarkən Şahid1 adlı tanışının polis əməkdaşları ilə söhbət etdiyini görərək nə baş verməsini soruşduqda Fərid ona parkdakı 30-35 yaşlı kişilərin 15-16 yaşlı qızlara sataşdıqlarını söyləmiş, o da göstərilən şəxslərə yaxınlaşıb etdikləri hərəkətin səbəbi ilə maraqlanmışdır. O, adlarını sonradan bildiyi Şahid4 və Şahid8 adlı şəxslərlə qısa danışıb ayrıldıqdan sonra parkın girişindəki heykəl tərəfdə olan uşaqlar kimlərinsə onu axtardıqlarını deyəndə o, skamyadan qalxaraq pilləkənlərin yanına gəlməklə bayaq ünsiyyətdə olduğu şəxslərlə yanaşı adlarını sonradan öyrəndiyi Şahid5 və Təqsirləndirilən şəxs müşahidə etmişdir. Sonuncu onun qolundan tutub yaxınlıqdakı «Hunday Elantra» markalı avtomobilə əyləşərək söhbət etməyi təklif etdikdə razılaşmamışdır. Həmin vaxt onun yanında Nihat, Hüseyn və Fərid də olmuşlar. Binnət ona onun dostları ilə tanımadığı qızlara görə mübahisə etməsini irad tutmaqla sonuncular barəsində xoşagəlməz ifadələr işlətdikdə o, yumruqla Binnəti vurmuş, sonuncu yıxıldığı yerdən qalxıb ona iki bıçaq zərbəsi yetirmişdir. Binnət söhbətə gələndə əlində göstərilən əşya olmamışdır. Özü də üzərində bıçaq gəzdirmir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, 2021-ci il avqustun 16-da saat 23 radələrində X9 adına parkda gəzərkən 30-35 yaşlarında iki nəfər kişinin parkdakı hansısa iki qıza sataşdıqlarını görmüş, sonuncuların xahişi ilə onları parkın çıxışına qədər aparmaqla ötürmüşdür. Qayıtdıqda həmin kişilərin iradlarına cavab olaraq «qızlar sizdən yaşca kiçikdirlər, nəyə görə sataşırsız» dedikdə şəxslərdən biri içkili olduqlarını bildirib üzrxahlıq etməklə məsələnin böyüməməsini istədiyindən o, aralanaraq getmişdir. Bu zaman Zərərçəkmiş şəxs adlı tanışı yanındakı tanımadığı iki nəfər oğlanla yaxınlaşaraq nə baş verməsi ilə maraqlandıqda hər şeyi olduğu kimi danışmışdır. Kamran göstərilən iki nəfəri yanına çağırmaq istəyəndə o, söhbətin bağlandığını demiş, oğlan ondan uzaqlaşmaqla başqa uşaqların yanına getdiyindən o, parkda gördüyü köhnə iş yoldaşları ilə görüşmüşdür. Aradan 15-20 dəqiqə keçəndən sonra bir qədər əvvəl mübahisə etdiyi iki nəfər şəxs yanlarında başqa iki nəfərlə gələrək Kamranı soruşmuş, o da sonuncunun yeniyetmə olduğunu və Kamranla söhbət etməyin mənası olmadığını bildirmişdir, onlar söhbət edə-edə parkın mərkəzindəki heykəlin yanına addımlayarkən Kamranın orada bir qədər əvvəl onunla mübahisə edən şəxslərdən biri ilə danışdığını, sonunculardan birinin şalvarının belindən bıçaq çıxartdığını gördükdə qaçmışlar. Hadisə yerini tərk edərkən o, Kamranın yıxıldığını müşahidə etmiş, sonuncunun anası gecə vaxtı zəng edib oğlunun bıçaqlanması barədə məlumat vermişdir. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, 2021-ci il avqustun 16-da saat 22 radələrində dostu Şahid3 ilə X9 adına parkda gəzərkən onun kimi hadisə dövründə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs adlı tanışı da orada olmuşdur. Bu zaman ümumi tanışları Şahid1 bir neçə nəfər onlardan yaşca böyük şəxslərlə söhbət etdiyini görüb Kamran nə baş verdiyini öyrənmək üçün yaxınlaşanda həmin şəxslərin parkda olan qızlara sataşdıqlarını bilmiş, Kamran göstərilən kişilərə «spirtli içki qəbul etmisiniz, çıxın gedin» dedikdə sonuncular sakitcə uzaqlaşmışlar, lakin biraz keçmiş başqaları ilə qayıtmaqla Kamranla aralarında mübahisə düşmüşdür, kişilərdən birinin bıçaq çıxardığını görərək onlar qaçmış, parkın arxa hissəsindəki «Qala Qapısı» restoranının yanına çatanda Kamranın yerdə uzandığını görmüş, onunla Nihat restoran işçilərinin çağırdığı taksi ilə Kamranı 1 saylı X10 aparmışlar. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, 2021-ci il avqustun 16-da saat 23 radələrində onunla bir məhəllədə yaşayan Şahid8 ilə X9 adına parkda gəzərkən sonuncu oradan keçən yetkinlik yaşına çatmayan qızlara salam vermiş, bu vaxt iki nəfər 17-18 yaşlarında oğlan yaxınlaşmaqla Arazdan nə üçün parkdakı qızlara söz atmasının səbəbi barədə sual verdikdə o, «biz içkiliyik, dava düşməsin, məsələni böyütməyək» söylədiklərindən həmin oğlanlar çıxıb getmişlər. 15-20 dəqiqədən sonra sonuncular yanlarında başqa bir oğlanla onlara tərəf gələrək adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs Arazı kənara çəkmiş, o, məsələnin bağlandığını təkrar bildirsə də mübahisə davam etmiş, bu ərəfədə parka gələn məhlə uşaqları Şahid5 və Təqsirləndirilən şəxs nə baş verməsi ilə maraqlanmışlar. Bir qədər ötmüş polis əməkdaşları onlara yanaşanda göstərilən uşaqlar qaçmağa başlamış, o və Araz isə yerlərində qalmaqla baş verənləri izah etmişlər. Polis işçiləri mübahisə etdikləri şəxsləri tanıyıb-tanımadıqlarını soruşaraq onlarla birlikdə parkın yuxarı hissəsinə tərəf addımlamışlar. Parkın yuxarı hissəsində olan «Qala Qapısı» restoranının yanındakı adamlardan biri parkın içərisində bıçaqla vurulan bir nəfərin taksi ilə xəstəxanaya aparıldığını demişdir. İş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, o, 2021-ci il avqustun 16-da saat 23 radələrində məhlə uşağı Binnət Hafiz oğlu X6 Əliyeva adına parkda gəzərkən orada eyni məhlədən olan Şahid8 və Şahid4 parkın giriş tərəfindəki pilləkənlərin yanında 17-18 yaşlı oğlanlarla söhbət etdiklərini gördükdə həmin uşaqlara yaxınlaşmışlar, sonunculardan biri Arazla Ramilin 13-14 yaşlı qıza söz atmaları səbəbindən aralarında mübahisə yarandığını deyəndə o, «içkili olub səhv ediblər» söyləyib məsələnin bağlanmasına nail olmuşdur, o, adını bilmədiyi oğlanla danışarkən Araz və Ramil qabaqda getmişlər, parkın ortasına çatdıqda Arazla adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsin mübahisə etdiklərini görəndə orada Təqsirləndirilən şəxs da olmuşdur. Sonuncu «bu məsələni uzatmağın mənası yoxdur» bildirsə də Kamran «siz bizim əraziyə gəlməklə qızlara sataşırsız» deyə cavab verdiyindən aralarındakı mübahisə böyümüşdür, göstərilən zaman onlar parka polis əməkdaşlarının gəldiyini müşahidə edib qaçmışlar. Bir neçə saatdan sonra telefonu yerə düşdüyü üçün parka qayıtdıqda onunla eyni məhlədə yaşayan uşaqların polis bölməsinə aparıldıqlarını eşidərək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə getmiş və orada Kamranın Binnət tərəfindən bıçaq xəsarəti aldığını eşitmişdir. İş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, o, hadisə ərəfəsində polis serjantı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 2-ci Patrul Bölüyündə polis nəfəri işləmişdir. 2021-ci il avqustun 16-da saat 23 radələrində iş yoldaşı Şahid6 ilə bərabər Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki X9 adına parkda 13 saylı stasionar postda xidmətdə olarkən parkın giriş tərəfindən pilləkənlərin yanında kiminsə qışqırdığını eşidib həmin əraziyə gedəndə girişdə gördüyü Şahid4 və Şahid5 17-18 yaşlarında olan şəxslərlə aralarında mübahisə olduğunu və sonuncuların onların yaxınlaşdıqlarını görən kimi qaçdıqlarını öyrənmiş, onlar mübahisə edən şəxslər ilə birgə parkın yuxarı hissəsinə tərəf getmişlər və orada yerləşən «Qala Qapısı» restoranının yanındakı adamlardan biri parkın içərisində bir nəfərin bıçaqla vurulmasını və kənar şəxslərin köməkliyi ilə taksi ilə xəstəxanaya aparıldığını demişdir. Onlar parkdakı yaşıllıq sahədən tapdıqları bir ədəd bıçağı protokol tərtib etməklə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə təqdim etmişlər. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 2-ci Patrul Bölüyündə polis nəfəri işləmiş polis serjantı Şahid6 Şahid7 ilə analoji ifadə verdi. Məhkəmə iclasında ifadələri elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma müddətində şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən 2021-ci il avqustun 16-da saat 23 radələrində məhlə uşağı Şahid5la X9 adına parkda gəzərkən parkın giriş hissəsində bir neçə nəfərin toplaşdığını görməklə yaxınlaşdıqda məhlə uşaqlarından Şahid8 və Şahid4 orada olduğunu gördüyünü, nə baş verdiyini öyrənmək istədiyi vaxt parkda olan 17-18 yaşlarındakı oğlanların onunla acı danışıb «sən kimsən, bu işlərə qarışma» deyərək onunla və məhlə uşaqları ilə mübahisə etməklə niyə qızlara sataşmaqları barədə sorğu-sual etdiklərini, o, Zərərçəkmiş şəxs adlı şəxslə parkın giriş tərəfində söhbətləşməyə başlayanda sonuncunun yanında bir-iki nəfərin də olduğunu, Kamranla təkbətək danışmağa davam etdikdə bir qədər sonra mübahisənin qızışdığını, oğlanın ona söyüş söyməklə yanaşı bıçaq çıxarıb əl-qol ataraq hücum etdiyini, özünü qorumaq üçün bir əli ilə sonuncunun bıçağı tutduğu əlindən tutmaqla qolunu burduqda bıçağın yerə düşdüyünü, Kamranın bıçağı yerdən götürmək istədiyini müşahidə edəndə daha tez tərpənərək bıçağı ələ keçirməklə qarışıqlıq düşdüyündən uşaqlara qaçmalarını tapşırdığını, bu anda özündən uzaqlaşdırmağa çalışdığı bıçağın Kamrana dəydiyini, hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini, qaçarkən bıçağı parkda yerə atdığını göstərmişdir (1-ci cild, iş vərəqi 44, 105-106 və 239-240). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı zərər çəkmiş şəxs qismində dindirilərkən hadisə vaxtı Təqsirləndirilən şəxs belindən çıxartdığı bıçağı ona tərəf hərlədikdə müdafiə məqsədi ilə arxaya çəkilsə də sonuncunun əməlini davam etdirdiyini, Şahid2 və Şahid3 adlı tanışlarına tərəf baxanda kürəyindən iki bıçaq zərbəsi aldığını, parkın yuxarı hissəsindəki «Qala qapısı» restoranının yanına qaçmaqla orada olan bir nəfər şəxsin onu Hüseyn və Nihat ilə birlikdə taksi ilə 1 saylı X10 yola saldığını göstərmişdir (1-ci cild, iş vərəqi 146-148). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş yetkinlik yaşına çatmayan Şahid3 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən dostu olan Şahid2 ilə oxşar ifadə vermişdir (1-ci cild, iş vərəqi 159-160). Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş Şahid8 araşdırma vaxtı şahid qismində dindirilərkən tanışı olan Şahid5 ilə uyğun ifadə vermişdir (1-ci cild, iş vərəqi 141). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 17 avqust tarixli protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən X9 adına parkdakı hadisə yerinə baxış keçirilərkən parkın qarşısında olan piyada keçidinin üzərində rezin başmaq aşkar edilmiş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 3-5). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 18 avqust tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, habelə üzərində iki ədəd deşilmiş-kəsilmiş zədə və qana bənzər ləkələr olan bir ədəd köynək götürülmüşdür (1-ci cild, iş vərəqi 7). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 16 avqust tarixli protokoldan görünür ki, Şahid7 təqdim etdiyi bir ədəd gümüşü rəngli materialdan hazırlanmış bıçaq götürülmüş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 13-14). İş materiallarında olan AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs 2004-cü il noyabrın 09-da anadan olmuşdur, yəni hadisə dövründə yetkinlik yaşına çatmamışdır (1-ci cild, iş vərəqi 16). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 17 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 23:05-də Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 38). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 19 avqust tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsindən həmin Məcəllənin 126.1.-ci və 221.2.1.-ci maddələrinə tövsif edilmişdir (1-ci cild, iş vərəqi 94). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 19 avqust tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 97-98). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 19 avqust tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il avqustun 17-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 112-116). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 20 avqust tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən X9 adına parkı göstərib ifadəsini təsdiq etmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 124-127). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 19 avqust tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə şübhəli şəxs qismində tutulan Şahid4, Şahid8 və Şahid5 barəsində cinayət təqibinə xitam verilmiş və sonuncuların idarənin müvəqqəti saxlama yerindən azad edilmələri qərara alınmışdır (1-ci cild, iş vərəqi 128-133). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 23 avqust tarixli tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tanımış, fotoşəkil protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 136-137). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il sentyabrın 08-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 145). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 10 sentyabr tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisənin törədilməsində istifadə olunan bıçağı tanımış, fotoşəkil protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 149-151). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2021-ci il 02 oktyabr tarixli 1395 nömrəli və 2021-ci il 18 oktyabr tarixli 31/1395 nömrəli rəylərindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin arxa səthinin sağ və sol yarısında onurğayanı xətlə kürək xətti arasında X-Xİ qabırğalararası sahədən sağ və sol döş boşluqlarına nüfuz edən, plevranı zədələyən, sağ və sol tərəfli hemopnevmotoraksa (döş boşluqlarında qanın və havanın toplanması), kəskin daxili qanaxmaya (sağ plevra boşluğunda 150-200 ml, solda 150-200 ml qan) səbəb olmuş deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (əşyaların) iki zərbəsinin təsirindən törənməklə qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti 2021-ci il avqustun 16-na uyğundur, dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (1-ci cild, iş vərəqi 162-163 və 182-184). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 2021-ci il 27 oktyabr tarixli 1/1919 nömrəli məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin göndəşinə əsasən 2016-cı il iyunun 01-dən 2016-cı il iyunun 03-dək, 2016-cı il dekabrın 07-dən 2016-cı il dekabrın 09-dək, 2017-ci il dekabrın 20-dən 2017-ci il dekabrın 22-dək və 2021-ci il fevralın 12-də stasionar müayinədə olmaqla ona yüngül və mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntusu, anamnezidə özünükəsmələr diaqnozları qoyulmuşdur (1-ci cild, iş vərəqi 175-176). İş materiallarındakı Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının Rəsulzadə Qəsəbə üzrə nümayəndəsinin tərtib etdiyi 2021-ci il 27 oktyabr tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 178-179). İş materiallarındakı Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərtib etdiyi 2021-ci il 10 noyabr tarixli 122 №-li arayışdan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, F.İsgəndərov adına 157 №-li tam orta məktəbin 9 «ç» sinfində oxuyur (1-ci cild, iş vərəqi 180). İş materiallarında olan 2021-ci il 03 noyabr tarixli ərizədən görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur (1-ci cild, iş vərəqi 185). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2021ci il 03 noyabr tarixli 647-2021/MTKŞ nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol yarısının aşağı hissəsində aşkarlanan iki ədəd deşilmiş-kəsilmiş zədə kafi itilikdə ülgücü və ucu, özünü kafi dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlməklə tədqiqata təqdim olunan və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur, tədqiqata təqdim edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanmayan ov bıçağı kəsici-deşici xassəyə malik soyuq silah olub üzərində sonradan onun təyinatını dəyişəcək heç bir əlavə və dəyişiklik edilməmişdir (1-ci cild, iş vərəqi 187-194). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəməpsixiatrik ekspertizasına dair 2021-ci il 22 oktyabr tarixli 2461 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərin törədildiyi dövrdə hər hansı psixi xəstəliyin, eləcə də psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməməklə onda üzvi emosional-ləbil pozuntusu aşkarlanmış, Təqsirləndirilən şəxs aşkar edilən üzvi emosional-ləbil pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmiş, sonuncu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 196-197). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 12 noyabr tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dedikləri ilə razılaşmayıb Zərərçəkmiş şəxs yerə düşən bıçağı almaq üçün əyildiyini görüb bıçağı uzaqlaşdırmaq məqsədi ilə özünün götürdüyünü, bu zaman bıçağın sonuncuya dəydiyini bildirmişdir (1-ci cild, iş vərəqi 214). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2021ci il 11 noyabr tarixli 788/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu 0 (l) olub sonuncuya məxsus qısaqol köynəyin və cins şalvarın üzərində aşkarlanan qan ləkələrinin qrup mənsubiyyəti AB0 sistemi üzrə tədqiq olunduqda «H» antigeni və alfa, beta aqqlyutininləri alınmaqla bu ləkələr 0/l/ qruplu şəxsə, o cümlədən Kamran Zülqədər oğlu aid ola bilər, tədqiqata təqdim olunan bir ədəd bıçağın üzərində qan aşkar olunmamışdır (1-ci cild, iş vərəqi 216-219). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 19 noyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında 2021-ci il 20 noyabr tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsindən həmin Məcəllənin 228.4.-cü və 126.2.4.-cü maddələrinə tövsif edilməklə ona qeyd olunan maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci, 126.2.1.-ci və 221.3.-cü maddələri, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid5, Şahid8 və Şahid4 barəsində Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə cinayət təqibina xitam verilməsi haqqında 2021-ci il 19 avqust tarixli qərar nəzərə alınmış, barələrində Azərbaycan Respublikasının CM-nin 126.2.1.-ci və 221.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynək, bir ədəd cins şalvar, bir ədəd kəmər və bir cüt rezin başmaq idarənin saxlanc anbarına təhvil verilmişdir (1-ci cild, iş vərəqi 222-228 və 232-233). Məhkəməyə təqdim olunan notariat qaydasında təsdiq olunmuş 2022-ci il 27 may tarixli ərizələrdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və sonuncunun qanuni nümayəndəsi Qanuni nümayəndə1 Təqsirləndirilən şəxsla barışmışlar, sonuncuya qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəməyə təqdim olunan Bakı şəhəri Binəqədi Rayon Hərbi Komissarlığının 1994cü il 06 may tarixli 510 №-li arayışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs əmisi X5 İ Qarabağ müharibəsində 1994-cü il mayın 03-də Ağdam rayonunda şəhid olmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4.-cü və 126.2.4.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 228.4.-cü və 126.2.4.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Məhkəmə iş üzrə zərər çəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məhkəmə iclasındakı ifadəsinə qiymət verməklə hesab edir ki, bu, həmin şəxsin Təqsirləndirilən şəxsla barışdığından öz maraqlarına əsaslanaraq sonuncu barəsində bəraət hökmünün çıxarılmasına nail olmağa çalışmasından irəli gələn dəlillərindən ibarətdir. Məhkəmə onun bu ifadələrini müdafiə xarakteri daşımaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə yalan ifadə verməsi qənaətindədir. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırma zamanı özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, qeydiyyatda olduğu yer üzrə barəsində şikayət daxil olmamasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynək, bir ədəd cins şalvar, bir ədəd kəmər və bir cüt rezin başmaq məhv edilməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 36 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 216 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il avqustun 17-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4.-cü maddəsi ilə təqsirli bilinərək bilinib 08 (səkkiz) ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2021-ci il avqustun 17-dən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutları saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynək, bir ədəd cins şalvar, bir ədəd kəmər və bir cüt rezin başmaq məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 216 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar