Məhkəmə qərarları › İş №1(101)-523/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-523/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-523/2025 27.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 və X7, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X9, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, zərərçəkmiş şəxsin nümayəndələri, Bakı şəhəri 25 saylı Vəkil bürosunun vəkili Nümayəndə1 və Bakı şəhəri 5 saylı Vəkil bürosunun Nümayəndə2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, “Qanunçuluq” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1958-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayının sonlarından başlayaraq sonuncu dəfə 2024-cü ilin yanvar ayında olmaqla yaşadığı özünə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində və həmin ünvanda yerləşən yeni tikilmiş, təmirsiz və yaşayış olmayan fərdi yaşayış evində mütəmadi olaraq onun üçün aşkar surətdə 14 yaşına çatmayan qohumu xx xxxxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs azyaşlı olmasına görə köməksiz vəziyyətindən istifadə edərək cinsiyyət orqanını sonuncunun arxa keçəcək nahiyəsinə daxil edib qeyri-təbii yolla cinsi əlaqədə olmaqla və cinsiyyət orqanını ereksiya vəziyyətinə gətirib Zərərçəkmiş şəxs ağız nahiyəsinə daxil etməklə cinsi ehtirasını təmin edərək Zərərçəkmiş şəxs qarşı təkrarən uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Cəbrayıl onun əmisi oğlunun nəvəsidir. Onlar hər dəfə görüşəndə öpüşüb görüşmüşlər. Necə ki, hər qohum səmimi şəkildə salamlaşıb görüşür, o da Cəbrayılla o şəkildə görüşmüşdür. O, heç vaxt Cəbrayıla qarşı seksual hərəkətlər etməmişdir. Bir gün evdə oturub televizora baxıb yeyibiçən zaman Cəbrayıl ona zəng etmiş, onun maşınının vurulduğunu demiş və gəlib baxmasını istəmişdir. O da Cəbrayılgilin evlərinə getmişdir. Evlərinə gedən zaman evin qapılarıın taybatay açıq olduğunu görmüş və oradaca onu ilişdirmək üçün çağırıldığını anlamışdır. Evə girmiş, Cəbrayılın tam evin ortasında dayandığını görmüş, əl uzadıb Cəbrayılla görüşmək istəyəndə pilləkəndən 2 nəfərin düşdüyünü görmüşdür. Həmin şəxslər onu tutub saxlamış, daha sonra 34-cü Polis bölməsinə gətirmişlər. Bölmədə ona əziyyət vermişlər, döymüşlər, söymüşlər ki, işi boynuna alsın, lakin nə qədər etsələr də, boynuna götürməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Ağayev X1 və onun yaşayış evlərinin çox yaxın olduğunu, heç 2-3 metrə məsafə olmadığını, Cəbrayılla hər dəfə qarşılaşanda görüşdüklərini, hətta Cəbrayılın bacıları ilə də hər dəfə qarşılaşanda salamlaşdıqlarını, onların ona “Əmi, nə təhərsən?” dediklərini, Cəbrayılın atası ilə də, öz əmisioğlu ilə də görüşdüyünü, onlarla da cinsi əlaqəyə girməsi anlamına gəlmədiyini, Cəbrayılla onun arasında əlavə məsələ olmadığını, heç bir telefon əlaqəsi, yazışmalar olmadığını, Cəbrayılla münasibətlərinin bir qohum kimi çox yaxşı olduğunu, onun valideynləri ilə də münasibətlərinin çox yaxşı olduğunu, Cəbrayılın onu hadisə günü səsli mesaj yollayaraq çağırdığını, pilləkəndən düşən şəxslərin polis formasında olmadıqlarını, Cəbrayılgilə gedən zaman onun üzərində beli rezinli şalvar olduğunu, kəmər olmadığını bildirdi. Bununla yanaşı, ibtidai istintaqın ilkin mərhələsində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi oğlu Siyasət Kərimovun nəvəsidir, sonuncunu uşaqlıq yaşlarından tanıyır, demək olar ki yanında və digər nəvələrinin yanında böyümüşdür. Cəbrayılın ailə üzvləri ilə birlikdə əvvəllər eyni həyətdə, yəni ünvan 3 ünvanda yerləşən ayrı-ayrı fərdi yaşayış evlərində yaşamışlar. Təxminən 8-10 il müddət olar ki, həyətin bölünməsi nəticəsində evləri ayrılmışdır. Cəbrayil Kərimli ilə təxminən 3 il müddət olar ki, daha da yaxın və teztez münasibət və ünsiyyət saxlamış, belə ki, evdə heç kim olmadığı vaxt Cəbrayılı yaşadığı evə və Cəbrayılgilin həyətdə tikdirdiyi 3 mərtəbəli fərdi yaşayış evinə çağırmış, Cəbrayılla həyətdə olan 3 mərtəbəli fərdi yaşayış evinə daxil olduqdan sonra 1-ci mərtəbədə olan otaqların birinə keçmişlər və orada Cəbrayılla dodaq-dodağa öpüşmüşlər və əlləri ilə Cəbrayılın bədəninin müxtəlif nahiyələrinə toxunmaqla həmin nahiyədə özünə tərəf sıxmışdır. Cəbrayıl da özü buna könüllü razılaşmış, bu hərəkətlərə görə əvvəlcədən Cəbrayıla hər hansı bir formada məcburiyyət tətbiq etməmişdir. O görüşməmişdən əvvəl Cəbrayıla “Whatsapp” mobil tətbiqi vasitəsilə səsli mesaj göndərib görüşmək istədiyini demişdir. Son 6 ay ərzində isə Cəbrayılla bu formada görüşləri olmamışdır. 24 aprel 2024cü il tarixdə təxminən saat 18 radələrində yaşadığı evdə qonaqlar olduğundan spirtli içki qəbul etmiş, saat 20 radələrində qonaqlar mənzili tərk etmiş, spirtli içki qəbul etdiyindən Cəbrayılla görüşmək qərarına gəlmiş, bu məqsədlə sonuncunun mobil telefonuna “Whatsapp” mobil tətbiqi vasitəsilə Cəbrayılı görmək istəməsi məzmunda mesaj yazmış, Cəbrayıl ona həyətdə olan evə gəlməyini bildirmiş, o, evdən çıxıb Cəbrayılgilin həyətində olan üçmərtəbəli təmirsiz tikiliyə daxil olmuş, həmın vaxt Cəbrayıl da evın 1-ci mərtəbəsində olmuş, evin 1-ci mərtəbəsindəki koridorda olarkən Cəbrayılı ozunə sıxıb dodağından, üzündən öpmüş, daha sonra əynində olan qara rəngli idman şalvarını aşağı çəkmiş, Cəbrayılın bədəninin müxtəlif nahiyələrinə toxunduğu vaxt evin 2-ci mərtəbəsindən içində mülki geyimli şəxs ona yaxınlaşıb saxlamışlar. Həin şəxslər polis əməkdaşları olmalarını bildirib onu polis bölməsinə dəvət emişlər, o da polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunmuş onunla arasında “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə bir-birilərinə göndərilmiş səsli mesajları dinləmiş, səsli mesajlarda əks olunan “gözlüyürəm, gəl, gəl, gör haçandı sən məni aldadırsan”, “nə işin vare gözlüyürəm, qutar, səni gözləməkdən yorulmuşam, gəl axı xanımlar gediblər, gəl bura, evdə təkəm, mən olacam, tez gözlüyürəm, tez gəl, nə işin olacaq”, “bir az tez gəl, o gül dodağını öpüm e, tez gəl, tez gəl, 8, 9a işləyib, gözlüyürəm e, tez gəl”, “gül dodağını öpüm, gəl, lazım olan yerinə sürtüm”, “sroçnu lazımdı”, “gələndə xəbər elə”, “səs göndər də, mən də evdə oturmuşam, səs göndər, yazırsan, oxuya bilmirəm, səs göndər”, “ə çıx çölə işim var sənnən, çölə çıx, oturmusan evdə səsin gəlir küçəyə, mən ə küçədəyəm” ifadələri ona məxsusdur. Həmin səsli mesajlar onun tərəfindən Zərərçəkmiş şəxs sonuncu ilə görüşmək üçün göndərilmişdir. Həmin vaxt içkili olduğundan spirtli içki təsirindən Cəbrayıla “ağlına gələn” məzmunda səsli mesajlar göndərmişdir (cild 1, iş vərəqi 79-82). İfadəsi elan olunduqdan sonra şahid Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə dodaqdodağa öpüşmədiyini, onun üzündən öpdüyünü, elan edilmiş ifadəsində qeyd edilən məzmunda Cəbrayıla mesajlar yazdığını, məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini, ibtidai istintaqa ifadə verdiyi zaman təzyiq altında olduğunu bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun 6 yaşı olarkən Təqsirləndirilən şəxs ev telefonu vasitəsilə nənəsinə zəng edərək, ona vintaçan lazım olduğunu, həmin vintaçanı onun gətirməyini demişdir. O, həmin vintaçanı Vahubağaya aparıb vermiş, Vahubağa gözləməyini, vintaçanla işini görüb qurtardıqdan sonra aparmağını demişdir. Bundan sonra ona birlikdə yemək yeməyi demiş, birlikdə yemək yemiş, həmin vaxt Vahubağa spirtli içki içmiş, yemək yeyəndən sonra Vahubağa yenə onu evə getməyə qoymamışdır. Bundan sonra Vahubağa ona yaxınlaşaraq şalvarını və trusikini çıxartmış, özü də soyunmuş, əlini bədəninə, yanına sürtmüş, onun əlini öz cinsi orqanına toxundurmuş, sonra cinsi orqanını arxadan ona salmaq istəsə də sala bilməmiş və cinsi orqanını yanına sürtərək rahatlaşmışdır. Bundan sonra onunla hərdən bu qaydada olmağa başlamış, bu hallar 5-ci və 6-cı sinifdə sinifdə oxuduğu vaxt daha da çoxalmış və o artıq Vahubağaya onunla bu cür hərəkətlər etməməyini demişdir. Vahubağa onu ya öz evinə çağırırmış, ya da ki, həyətlərindəki 3 mərtəbəli yarımtikili evə gələrək cinsi orqanını ona yalatdırmaqla və ya yanına sürtməklə rahatlaşırmış. O, Vahubağanın etdiklərini heç kimə deyə bilməmişdir, çünki Vahubağa ona əgər kiməsə desə, ona heç kimin inanmayacağını, hərləyib onu yalançı çıxırdacağını, nə olsa ona olacağını demişdir. Sonuncu dəfə Vahubağa kürəkəninin ad günündə ondan cinsi orqanını yalamağı tələb etmiş, lakin o, bundan imtina etmiş və güclə oradan çıxaraq evinə getmişdir. Bundan sonra artıq anlamışdır ki, əgər danışsa ona hamı inanacaq və evə gedərək başına gələnləri, Vahubağanın ona qarşı etdiklərini anasına danışmışdır. Anası da ona əvvəlcə inanmamış, lakin Vahubağanın “WhatsApp”da ona yazdıqlarını göstərəndən sonra görmüşdür ki, yalan danışmır. Həmin günün səhərisi anasına Vahubağanın ona yenə yazdığını göstərmiş, anası Vahubağaya onun dediyi sözləri yazmağını demiş, o da anasının dediyi sözləri yazmış və həmin vaxt anası Vahubağanın da cavabında ona “Bal dodaqların üçün darıxmışam” kimi sözlər yazdığını görmüşdür. Bundan sonra 34-cü Polis bölməsinə gedib ərizə yazmışlar, əməliyyat qurulmuş, polis əməkdaşları onların evinin ikinci mərtəbəsinə qalxmışar, o da evə daxil olmuş, Vahubağa oraya gəlmiş, ona yaxınlaşmış, əlini bədəninə sürtmüş, onunla dodaq-dodağa öpüşmüş, şalvarını aşağı salmış və yenə cinsi orqanını ona yalatdırmaq istəmiş, həmin vaxt polis əməkdaşları aşağı düşmüşlər və Vahubağanı saxlamışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq zərərçəkmiş şəxs Kərimli X3 ona qarşı bu hərəkətləri ya öz evində, ya da onların 3 mərtəbəli yarımtikili evində törətdiyini, Vahubağanın bu hərəkətləri ya onun atası Almaniyada olanda, ya da onun öz evində heç kim olmayanda etdyini, bu hərəkətlərin davamlı olduğunu, Vahubağanın ona qarşı etdiyi hərəkətləri daha tez-tez tələb etməyə başladığından ailəsinə deməyə məcbur olduğunu demişdir. Vahubağa bir dəfə onun 3 yaşı olanda həyətlərindəki hamamda çimərkən onu çimizdirib, həmin vaxt ona qarşı hissləri oyanmış, bədəninin müxtəlif yerlərinə toxunub, sonra cinsiyyət orqanını onun yanına sürtüb arxa dəliyinə daxil edərkən, həmin vaxt o, ağrıdan qışqırmış və səsə anası hamama daxil olmuş, Vahubağa da anasının görməməsi üçün tez tumanını yuxarı çəkmiş, saxlanılan gün Vahubağanın ona yazdığını, onun da Vahubağaya cavab verərək anası nə deyibsə onu yazdığını, Vahubağanın özünün ona “Mən sənin üçün darıxmışam, gəl görüşək” yazdığını, polis əməkdaşlarının evin 2-ci mərtəbəsinə qalxdıqlarını, özünün evin ortasında dayandığını, Vahubağanın evə daxil olan kimi yanına gəldiyini, əlini onun belinə atıb qucaqladığını, onun paltarını soyundurmaq və özünün də soyunmaq istədiyini, lakin həyəcanlı olduğundan və Vahubağanın dediklərini eləmək istəmədiyindən soyunmadığını, Vahubağanın özü şalvarını aşağı çəkdiyini, cinsi orqanını çıxarıb yalamağını dediyini, həmin vaxt polis əməkdaşlarının aşağı düşdüyünü və Vahubağanı saxladıqlarını bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və yetkinlik yaşına çatmayan zərəçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Qanuni nümayəndə xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, onun 2008-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs 3 ildən artıq müddətdir ki, qohumları Təqsirləndirilən şəxs tərəfindən zorlanaraq cinsi istismara məruz qalmışdır (cild 1, iş vərəqi 4). - AZ-İİ N254789 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuş, onun atası X13, anası Qanuni nümayəndədır (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi, onun cinayət başında yaxalanması və ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 11-12). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə Qanuni nümayəndə övladı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı qohumu Təqsirləndirilən şəxs tərəfindən mütəmadi seksual xarakterli hərəkətlər etməsi barədə daxil olmuş müraciəti əsasında 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxxx 1958ci ildə Sabirabad rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs həmin ünvanda yerləşən yeni tikilmiş və təmirsiz fərdi yaşayış evində saxlanılaraq 34-cü Polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 15). - xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müayinədən keçirilmiş və onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 18). - qanuni nümayəndə qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə onun qanuni nümayəndəsi qismində tanınmışdır (cild 1, iş vərəqi 29-30). - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 38). - əşyanın götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə 23 aprel 2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” mesaj mübadilə sistemi vasitəsilə oğlu Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş səsli mesajların qeydə alındığı 1 ədəd DVD diski istintaq orqanına təqdim etmiş və həmin DVD disk iş üçün xüsusi əhəmiyyət kəsb edən halların müəyyən olunmasına kömək etdiyindən götürülərək cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəq 50). - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol və fotocədvəldən görünür ki, hadisənin baş verdiyi yer fərdi yaşayış evi və yaşayış olmayan, təmirsiz fərdi yaşayış evi ünvan 2 ünvanında yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Hüsesynağa oğlu tərəfindən ona qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edildiyi fərdi yaşayış evini və yaşayış olmayan, təmirsiz fərdi yaşayış evini əyani şəkildə göstərməklə təsvir edilmişdir (cild 1, iş vərəq 53-57). - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən istintaqa təqdim edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” mesaj mübadilə sistemi vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə göndərilmiş səsli mesajların qeydə alındığı 1 ədəd CD diskdə olan səsli mesajlara Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı səsli mesajlar iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X8 iştirakları ilə dinlənilməyə başlanılmışdır. Səsli mesajların bəziləri dinlənilərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə cinsi ehtirasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs seksual xarakterli hərəkətlər etmək istəyi ilə bağlı ifadələrin işlənildiyi müəyyən edildi. Eyni zamanda Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş “olmaq istəyirsən?” məzmunlu səsli mesaja sonuncunun “həə, sən dediyini həə”, “sroçnu lazımdı”, “sey, mən çalmaq istəmirəm” məzmunlu səsli mesaja “o olmasın, o birisinnən gözlüyürəm” məzmunlu səsli mesajlarla cavablar göndərməsi aşkar edildi. Bundan başqa səsli mesajların bəzilərində “gül dodağını öpüm e, gül dodağını, gəl, lazım olan yerinə sürtüm”, “bir az tez gəl, o gül dodağını öpüm e, tez gəl, tez gəl, 8, 9-a işləyib, gözlüyürəm e, tez gəl”, “nə işin vare gözlüyürəm, qutar, səni gözləməkdən yorulmuşam, gəl axı xanımlar gediblər, gəl bura, evdə təkəm, mən olacam, tez gözlüyürəm, tez gəl, nə işin olacaq”, “gözlüyürəm, gəl, gəl, gör haçandı sən məni aldadırsan”, “gələndə açarı götür gəl, hə, evdə xanımgil olsa heç, olmasa keçərik o tərəfə”, “səs göndər, mən çıxıram küçəyə, tez gəl 2-3 dəqiqəyə çıxıram küçəyə, xanımgil indi getdilər, mağazaya gediblər, hə, tez gəl, şey eliyəy, olmasa mən də səs göndər çıxım küçəyə” ifadələrinin işlənildiyi müəyyən edildi. Səsli mesajların bəziləri dinlənilərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öz cinsi ehtirasını təmin etmək məqsədilə seksual xarakterli hərəkətlər etmək istəyi ilə bağlı ifadələrin işlənildiyi səsli mesajlar göndərməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, həmin səsli mesajların onun tərəfindən “Whatsapp” mesaj mübadilə sistemi vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə göndərildiyini və həmin səsli mesajlardakı səsin özünə məxsus olduğunu bildirdi (cild 1, iş vərəq 77). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs əvvəllər verdiyi ifadəsini təsdiq edərək və bir daha bildirmişdir ki, təxminən 4-5 yaşı olanda Vahubağa onu ümumi həyətdə olan hamamda bəzən çimizdirərkən sonuncunun ona qarşı olan cinsi meyli 4 yaşından etibarən yaranmağa başlamış, tez-tez onu həyat yoldaşı və uşaqların evdə olmadığı müddətdə yaşadığı evə çağırmış, bəzi vaxtlarda isə ümumi həyətdə olan, atası tərəfindən tikilmiş yarı təmirli və yaşayış olmayan fərdi yaşayış evində görüşmüş, evə getdikdən sonra onu öpüşməyə və cinsiyyət orqanını yalamağa məcbur etmiş, daha sonra isə əlləri ilə bədəninin müxtəlif nahiyələrinə toxunmuş və bəzi nahiyələrdən tutmaqla özünə tərəf sıxışdırıb qucaqlamışdır. Həmin vaxtlarda bu hərəkətlər bəzən könüllü razılığı, bəzən isə məcburiyyətlə olmuşdur. Vahubağa bəzi hallarda cinsiyyət orqanını onun arxa keçəcək nahiyəsinə sürtməklə, bəzi hallarda isə arxa keçəcək nahiyəsinə daxil etməklə cinsi həzz almış, hətta arxa keçəcək nahiyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olarkən orqazm anında cinsiyyət orqanından gələn maye tumanına düşmüş və mayenin qalıqları tumanında qalmışdır. Cinsiyyət orqanını yaladığı hallarda isə cinsiyyət orqanından gələn mayeni yerə tökmüşdür. Vahubağaya bəzi hərəkətləri, məsələn cinsiyyət orqanını yalamağı istəmədiyini bildirsə də, sonuncu bəzi hallarda onu belə hərəkətlərə məcbur etmişdir. Sonuncu dəfə yanvar ayında ümumi həyətdə olan yarı təmirli və yaşayış olmayan fərdi yaşayış evində ayaqüstə olduğu vaxtda onun cinsiyyət orqanını yalamaqla ereksiya vəziyyətinə gətirmiş, daha sonra cinsiyyət orqanını arxa keçəcək nahiyəsinə sürtməklə cinsi ehtirasını təmin etmişdir. 23 aprel 2024-cü il tarixdə saat 20 radələrində Vahubağa ona "Whatsapp" mobil tətbiqi vasitəsilə onun üçün darıxdığı və onu görmək istəməsi barədə səs mesajı göndərmiş, o da bu barədə anasına məlumat vermişdir. Hətta polis bölməsinə gedib hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona qarşı seksual xarakterli hərəkətlər başladığı anda ona qarşı olan hərəkətlərini dərk etmədiyindən, sonradan həmin hərəkətlərin mahiyyətini dərk etdikdə onlar barəsində ailə üzvlərinə və yaxın qohumlarına məlumat verəcəyi təqdirdə onların ona inanmayacaqlarını düşündüyündən bu barədə ailə üzvlərinə məlumat verməmişdir. Təqsirləndirilən şəxs hər dəfə ona mesaj yazaraq təkidlə onunla görüşməyini tələb etmişdir. Son 3 ay müddətində Təqsirləndirilən şəxs onun orta məktəbdən çıxıb yaşadığı evə gəldiyi saatlarda yaşadığı evin qarşısında onu görüb onunla görüşmək üçün təxminən 10-15 dəfə təklif etmişdir. Lakin o, Təqsirləndirilən şəxs təkliflərini qəbul etməmişdir. Təqsirləndirilən şəxs Ağayev X4 Cəbrayıl Emin oğlunun üzünə qarşı dediklərini təsdiq etməmişdir (cild 1, iş vərəq 98-102). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 103-104). - Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Yaşadığı müddətdə onun haqqında heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 154). - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 9749 nömrəli cavab məktubundan görünür ki, ***-***-**-** sayh mobil nömrə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 170). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X19 xx.xx.2024-cü il tarixli, 5971 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 171). - diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması üçün keçirilmiş əməliyyat-axtarış tədbirinin videoçəkiliş aparılmaqla qeydə alındığı 1 ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilmiş və baxış zamanı videoçəkilişi aparan şəxsin pilləkanlardan enərkən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ayaqüstə və üzbəüz dayanmış vəziyyətdə aşkar etməsi, həmin anda Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının aşağı çəkilmiş vəziyyətdə olması və çəkiliş aparıldığını müəyyən etdikdən sonra dərhal yuxarı qaldırması müəyyən edilmişdir (cild 1, iş vərəqi 171-172). - "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş izahlı qaimə hesabatından görünür ki, cinayət işi üzrə "xxxx" MMC-dən CD diskdə götürülmüş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə 01 yanvar 2021 - 01 aprel 2024-cü il tarixlərdə daxil olan və həmin abonentdən çıxan zənglərdən çıxarışların, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatlarının, daxil olan və göndərilən SMS mesaj mətnlərinin, həmçinin ötürücü antenalar cədvəli barədə məlumatların əks olunduğu siyahılara baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə siyahılarda qeyd edilmiş müxtəlif mobil nömrələr arasında danışıqlar və müxtəlif məzmunlu mesaj mətnləri ilə yazışmalar aparılmışdır. Eyni zamanda baxış zamanı iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında 29 iyun 2022-ci il tarixdə saat 15:01-də 18 saniyə, 29 iyun 2022-ci il tarixdə saat 15:06-da 16 saniyə, 29 iyun 2022-ci il tarixdə saat 17:00-da 69 saniyə, 05 may 2023-cü il tarixdə saat 17:37-də 52 saniyə, 27 sentyabr 2023-cü il tarixdə saat 18:20-də 37 saniyə və 29 fevral 2024-cü il tarixdə saat 17:23-də 17 saniyə ərzində danışıqlar aparılması müəyyən edilmişdir. Siyahılara baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edə biləcək digər hər hansı bir mesaj mətni, yazışma və ya məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 176-177). - sənədin götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X14 Ağayevin ailə vəziyyəti ilə bağlı 01 vərəqədən ibarət övladı X2 şəxsiyyət vəsiqəsinin, 01 vərəqədən ibarət X2 adına verilmiş arayışın kserosurətlərini və 01 vərəqədən ibarət 23 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrədən “Whatsapp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng etməsini və mesaj yazmasını əks etdirən mobil telefonun “Whatsapp” mobil tətbiqi bölümündən olan çıxarışı istintaq orqanına təqdim etmişdir. X10 təqdim etdiyi sənədlər iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülərək cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 178-181). - maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən istintaqa təqdim edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” mesaj mübadilə sistemi vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə göndərilmiş səsli mesajların qeydə alındığı 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 182). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 164 saylı rəyindən görünür ki, vizual olaraq Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir (cild 1, iş vərəqi 183-185). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 160 saylı rəyindən görünür ki: 1-3. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi.

4. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində aşkar edilmiş dəyişikliklər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasına dəlalət edən əlamətlərdəndir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək dəliyi nahiyəsində xəsarət və ya xəsarət izi olmadıqda müddət haqqında fikir söyləmək mümkün deyil. 5.6. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində aşkar edilmiş dəyişikliklərin xüsusatları nəzərə alındıqda, Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə sərtləşmiş kişi cinsiyyət üzvünün yeridilməsi nəticəsində bu əlamətlərin əmələ gəlməsi inkar olunmur. Qeyd olunan əlamətlərin mədə-bağırsaq xəstəliyi nəticəsində (qəbiz olarkən nəcis ifrazatı zamanı və s.) əmələ gəlməsi inandırıcı deyildir (cild 1, iş vərəqi 187-189). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 449 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xəsarət aşkar edilmədi (cild 1, iş vərəqi 190-191). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs, Xətai RPİ-nin əməkdaşlarının izahatları alınmış, məhkəmə-tibb ekspertizası keçirilmişdir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki güc tətbiqinə, işgəncə və digər qanunsuz hərəkətlərə məruz qalması müəyyən edilməmiş və toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir (cild 1, iş vərəqi 192-194). - məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1155 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Zərərçəkmiş şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri ilə əlaqədar ilk vaxtlarda ona qarşı törədilən hərəkətlərin xarakterini və mahiyyətini adekvat olaraq dərk edib qavramaq və anlamaq qabiliyyətinə malik olmasa da, təxminən 13 yaşı olarkən həmin hərəkətlərin xarakterini və mahiyyətini adekvat olaraq dərk edib qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur (cild 1, iş vərəqi 196-197). - kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1170 saylı rəyindən görünür ki;

1. Təqsirləndirilən şəxs inadkarlıq, emosionallıq, laqeydlik, məsuliyyətsizlik kimi fərdipsixi xüsusiyyətlərə malikdir.

2. Təqsirləndirilən şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilmədi. Müəyyən edildi ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə yalan danışa bilər.

3. Təqsirləndirilən şəxs öz hərəkətlərinin xarakterini və mahiyyətini adekvat olaraq dərk edib qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur.

4. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir.

5. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 199-201). - maddi sübut kimi tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması üçün keçirilmiş əməliyyataxtarış tədbirinin videoçəkiliş aparılmaqla qeydə alındığı 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 219). - təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 277 saylı rəyindən görünür ki:

1. Təqsirləndirilən şəxs adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 164 saylı məhkəmə-tibbi ekspertizası rəyinin nəticə hissəsi təsviri hissəyə uyğun, elmi əsaslı və məhkəmə-tibbi meyarlar çərçivəsində düzgün tərtib edilmişdir. 2.3.4. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya və anomaliya aşkar edilmədi (cild 2, iş vərəqi 10-14). - təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 278 saylı rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 160 saylı məhkəmətibbi ekspertizası rəyinin nəticə hissəsi təsviri hissəyə uyğun, elmi əsaslı və məhkəmə-tibbi meyarlar çərçivəsində düzgün tərtib edilmişdir. 2.4. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində aşkar edilmiş dəyişikliklər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasına dəlalət edən əlamətlərdəndir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək dəliyi nahiyəsində xəsarət və ya xəsarət izi olmadıqda müddət haqqında fikir söyləmək mümkün deyil. 5.6. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində aşkar edilmiş dəyişikliklərin xüsusatları nəzərə alındıqda, Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə sərtləşmiş kişi cinsiyyət üzvünün yeridilməsi nəticəsində bu əlamətlərin əmələ gəlməsi inkar olunmur. Qeyd olunan əlamətlərin mədə-bağırsaq xəstəliyi nəticəsində (qəbiz olarkən nəcis ifrazatı zamanı və s.) əmələ gəlməsi inandırıcı deyildir (cild 2, iş vərəqi 15-19). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 166). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və məhkəmə zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə və döyülməyə məruz qalması səbəbindən ibtidai istintaq zamanı şübhəli şəxs qismində ilk dəfə dindirilərkən Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi barədə ifadə verməsini inandırıcı və ağlabatan hesab etmir. Belə ki, 24 aprel 2024-cü il tarixdə Xətai RPİ-də tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ müstəntiq tərəfindən təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o, tutulmuş və ilkin ifadəsi alınmış, Təqsirləndirilən şəxs müdafiəçisinə polis əməkdaşları tərəfindən işgəncə və təzyiqlərə məruz qalmasını bildirməsini təsdiq edən hər hansı sənəd isə məhkəmədə müəyyən edilməmişdir. Müqavilə əsasında dəvət edilmiş müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində təkrar dindirilərkən Təqsirləndirilən şəxs artıq Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlərə yol verməməsini, ilkin ifadəsini Xətai RPİ-nin 34-cü Polis bölməsinin əməkdaşlarının onu döyməsi və işgəncə verməsi nəticəsində verdiyini bildirsə də, Zərərçəkmiş şəxs “Whatsapp” ani mesaj sistemi vasitəsilə seksual məna kəsb edən “bir az tez gəl, o gül dodağından öpüm, lazım olan yerinə sürtüm” və sair oxşar məzmunlu seksual xarakterli səsli mesajlar göndərdiyini etiraf etmişdir. Bundan başqa 26 aprel 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata müqavilə əsasında dəvət olunmuş yeni müdafiəçisinin iştirakı ilə baxılarkən Təqsirləndirilən şəxs işə baxan hakimə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlərə yol verməməsini bildirsə də, polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə heç nə göstərməmiş, müdafiəçisi də bu barədə məhkəmənin nəzərinə heç nə çatdırmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində 994-C-24 nömrəli material üzrə araşdırma aparılmış, araşdırma zamanı məhkəmə-tibb ekspertzasının rəyi və dindirilmiş Xətai RPİ-nin 34-cü Polis bölməsinin əməkdaşlarının izahatları ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışa məruz qalması müəyyən edilməmiş və 08 iyun 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 994-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Bundan əlavə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə zamanı “Whatsapp” ani mesaj sistemi vasitəsilə seksual məna kəsb edən səsli mesajları və yazılı mətnləri spirtli içkinin təsiri altında olduğu vaxt tanış qadına göndərmək əvəzinə Zərərçəkmiş şəxs göndərməsi barədə verdyi ifadəsinə də, işin faktiki hallarına uyğun olmadığından ifadəsinin həmin hissəsinə də tənqidi yanaşır. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi “Whatsapp” ani mesaj sistemi vasitəsilə 23 aprel 2024-cü il tarixdə qeydə alınmış səsli mesajlarla müəyyən edilmişdir ki, səs yazıları təqsirləndilən şəxs Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında dialoq formasında qeydə alınmış, dialoq sual və cavab formasında olmaqla, məsələn Cəbaryıl Kərimlinin “olmaq istəyirsən?” sualına Təqsirləndirilən şəxs: “Hə, sən dediyini hə, sroçnu lazımdı” səsli cavab mesajı, o cümlədən sual və cavab baxımından birbirini tamamlayan, məntiqi ardıcıllıqla davam edən başqa səs yazıları olmuş, Zərərçəkmiş şəxs tərəfindən verilən suallara Təqsirləndirilən şəxs tərəfindən adekvat, sualları tamamlayan və əhatə edən, ümumi mövzudan kənara çıxmayan cavablar verilməsi müəyyən edilmişdir. Eyni zamanda müdafiə tərəfi Təqsirləndirilən şəxs səsli mesajları Zərərçəkmiş şəxs deyil, tanışı olan qadına göndərməsini təsdiq edən heç bir əsaslı sübut tədim etməmiş, qeyd edilən qadının nə mobil telefon nömrəsini, nə adını, nə də ki, digər hər hansı anket məlumatlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Kənd Əhmədli qəsəbəsi, 1-ci Əhmədli küçəsi, 21B ünvanındakı evinin həyətindəki bir neçə evdə qohum və qonşular yaşadığından, kənar şəxsin həyətə gəldiyi təqdirdə sonuncunun qonşular və qohumlar tərəfindən görülməsi ehtimalının yüksək olmasına baxmayaraq Təqsirləndirilən şəxs səsli mesaj göndərərək evinə tanış qadını çağırması məntiqli görünmür. Məhkəmə təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs hadisə baş verən gün evlərinə gedən zaman saxlanıldığı evin qapılarının taybatay açıq olduğunu görməsi, Cəbaryılın onu “ilişdirmək” üçün çağırmasını başa düşməsi, evə daxil olduğu vaxt Cəbrayılın tam evin ortasında dayanması, sonuncu ilə görüşməsi, əl uzadıb Cəbrayılla görüşmək istəyərkən pilləkəndən 2 nəfərin düşdüyünü görməsi barədə məhkəmədə verdiyi ifadəsini də özünü müdafiə etmək məqsədi ilə verilmiş ifadə kimi qəbul edir. Belə ki, məhkəmə zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması üçün keçirilmş əməliyyat-axtarış tədbirinin videoçəkiliş aparılmaqla qeydə alındığı 1 ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmiş və videogörüntü tədqiq edilmişdir, baxış zamanı müəyyən edilmişdir ki, videoçəkiliş başlanıldığı anda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ayaq üstə və üzbəüz dayanmış vəziyyətdədirlər, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarı aşağı çəkilmiş vəziyyətdədir və sonuncu çəkilişin olmasını müəyyən etdiyindən dərhal şalvarını yuxarı qaldırmışdır. Bundan əlavə məhkəmə zamanı müdafiə tərəfinin Təqsirləndirilən şəxs evində yataq xəstəsi olan oğlunun olmasını, sonuncunun xəstəliyi ilə bağlı heç vaxt evdən çölə çıxa bilmədiyini və bu səbəbdən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə dəvət edib, sonuncu ilə evində seksual xarakteri hərəkətlərə yol verməsinin mümkün olmaması ilə bağlı gətirdiyi dəlillər zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmədə nümayiş etdirilərək tədqiq edilmiş fotoşəkillərlə təkzib edilmişdir. Belə ki, zərərçəkmiş şəxsin nümaynədəsinin məhkəməyə təqdim etdiyi, Qanuni nümayəndə mobil telefonu vasitəsilə çəkilmiş fotoşəkillər məhkəmədə proses iştirakçılarına nümayiş etdirilərək tədqiq edilmiş, zərərçəkmiş şəxsin nümayəndəsi fotoşəkillərdəki şəxsin müdafiə tərəfinin yataq xəstəsi kimi təqdim etdiyi və evdən kənara çıxmadığını bildirdikləri Təqsirləndirilən şəxs oğlu Hüseynağa Ağayev olmasını göstərmiş, məhkəmə zamanı fotoşəkillərə əsasən həmin şəxsin evdən kənarda, küçədə sərbəst şəkildə hərəkət etməsi, fiziki cəhətdən sağlam olması müəyyən edilmişdir; təqsirəndirilən şəxs və müdafiçi isə fotoşəkillərdəki şəxsin yataq xəstəsi kimi təqdim edilən Təqsirləndirilən şəxs oğlu olmaması barədə heç bir fikir bildirməmişlər. Bundan başqa məhkəmə müdafiə tərəfinin Zərərçəkmiş şəxs 4 yaşında olarkən həyətlərindəki hamamda Təqsirləndirilən şəxs ona qarşı seksual hərəkətlər etməsi barədə ifadəsinin, qeyd edilən hamamın 2015-ci ildə sökülməsi səbəbindən həqiqətə uyğun olmaması barədə göstərdiklər ilə razılaşmır. Belə ki, Zərərçəkmiş şəxs 2008-ci ildə anadan olduğundan, adi riyazi hesablama yolu ilə müəyyən etmək mümkündür ki, sonuncunun 4 yaşı 2012-ci ildə olmuş, müdafiə tərəfinin özü hamamın sökülmə vaxtını 2015-ci il olmasını iddia etdiyindən 2012-ci ildə cinayətin baş vermə yeri kimi göstərilən hamam hələ sökülməmişdir və hamam təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin yaşadıqları ümumi həyətdə mövcud olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxs X5 Ağayevin ona qarşı seksual xarakterli hərəkətlər etməsi barədə izahat və ifadələrini təkzib edən sübutlar məhkəmə zamanı müəyyən edilməmiş, Təqsirləndirilən şəxs Cinayət Məcələlsinin 150.3.3-cü maddəsində nəzərdə tutumuş cinayəti törətməsi yuxarıda sadalanaraq tədqiq edilmiş sübut növləri ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq onun üçün aşkar surətdə 14 yaşına çatmayan zərərçəkmiş şəxsin azyaşlı olmasına görə köməksiz vəziyyətindən istifadə edərək zərərçəkmiş şəxsə qarşı təkrarən uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri etməsi kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 aprel 2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 aprel 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 67-68, 127- 131, 160-164). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 24 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən istintaqa təqdim edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” mesaj mübadilə sistemi vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş səsli mesajların qeydə alındığı 1 ədəd DVD disk və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması üçün keçirilmiş əməliyyat-axtarış tədbirinin videoçəkiliş aparılmaqla qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən istintaqa təqdim edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” mesaj mübadilə sistemi vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş səsli mesajların qeydə alındığı 1 ədəd DVD disk və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması üçün keçirilmiş əməliyyat-axtarış tədbirinin videoçəkiliş aparılmaqla qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (Sədrlik edən) Telman Hüseynov

Əhməd Quliyev

Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar