Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-524/2022 28.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1991-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 13 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 avqust 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, üzərində və yaşadığı evində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 13 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində şəxsiyyəti naməlum şəxsdən 60 manat pul müqabilində külli miqdarda, yəni 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1,866 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,600 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin (bundan sonra: RPİ-nin) X1 (bundan sonra: NMB-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 avqust 2021-ci il tarixdə, saat 14:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, 2-ci Mədən küçəsində saxlanılıb ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına aparılaraq üzərində şəxsi axtarış keçirilən zaman, əynindəki açıq mavi rəngli cins şalvarının, sağ yan cibindən 03 ədəd siqaret kağızı bükümündə - 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1,866 qram təşkil edən qəhvəyi rəngli, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi və 01 ədəd bükümdə təmiz çəkisi 1,600 qram təşkil edən ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür. Bundan sonra elə həmin tarixdə, yəni 13 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına evə baxış keçirilən zaman evdə olan dolaba qoyulmuş, üzərində “Silver” yazısı olan qutudan 03 ədəd ümumi təmiz çəkisi 1,523 qram təşkil edən qəhvəyi rəngli, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi və 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,576 qram təşkil edən ağ rəngli kristallardan ibarət olan, kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 951,531 qram təşkil edən qəhvəyi rəngli və 02 ədəd bükümdə ümumi təmiz çəkisi 4,791 qram təşkil edən tünd qəhvəyi rəngli, bərkimiş formada, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi və 05 ədəd bükümdək ümumi təmiz çəkisi 62,07 qram təşkil edən ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi və arxasında «500 q x 0,1 qa» yazısı olan qara nəgli 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni Təqsirləndirilən şəxs qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verib göstərdi ki, o, tutulmazdan təxminən iki il əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Yararsız metal tullantılar yığıb onun satışı ilə məşğul olmuş, gündəlik qazancı isə təqribən 100-150 manat olmuşdur. Gündəlik 2-3 qram narkotik vasitə qəbul etmişdir ki, həmin narkotik vasitənin bir qramını 30-35 manata alıb əldə etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, protokolda yazıldığı kimi yolda tutulmamışdır. 13 avqust 2021-ci il tarixdə səhər tezdən Suraxanıda ailəsi ilə birlikdə yaşadığı evdə yatdığı zaman polislər gəlib onu evdən götürmüşlər. Həmin vaxt həyət qapısı bağlı olmuş, qapı döyüldükdə həyat yoldaşı onu yuxudan oyadıb qapının döyüldüyünü bildirmişdir. O, qalxıb qapını açana kimi, polislər qapını sındırıb içəri daxil olmuşlar. Onun şəxsiyyətini müəyyənləşdirib ayaqqabısız onu götürüb Suraxanı RPİ-yə aparmışlar. Orada onu 3 (üç) ilə qədər həbs cəzası gözlədiyi, yüngül maddə ilə veriləcəyi ona bildirildikdə o, təzyiqlər ola biləcəyindən qorxaraq razılaşmışdır. Həmin vaxt onun üzərində heç nə olmamışdır. Lakin ona 02 ədəd bükümdə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin sənədləşdirilmiş, videoçəkilişlə götürülmüşdür. Razılaşdığı üçün onları qəbul etmiş, Suraxanı rayonunun Əmircan qəsəbəsində tanımadığı şəxsdən özünün istifadəsi üçün 60 manata alaraq əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, Suraxanı RPİ-də üzərində şəxsi axtarış aparıldıqdan sonra onun və polis tərəfindən verilmiş vəkilinin iştirakı ilə yaşadığı evdə də videoçəkilişlə axtarış aparılmışdır. Evdən təqribən 4 qram kakos, yəni heroin və yarım qram patı, yəni metamfetamin psixotrop maddəsi onun özünə məxsus sumkanın içərisindən aşkar edilərək götürülmüşdür. Həmin maddələr onun özünə məxsus olmuşdur. Onun evində həmçinin kiçik ölçülü tərəzi də aşkar edilmişdir ki, həmin tərəzi də ona məxsus olmuş, həmin tərəzi ilə narkotik vasitə alan zaman aldadılmaması üçün çəkisini dəqiqləşdirmək məqsədilə istifadə etmişdir. Evindən şkafın içərisindən götürülmüş kiloqrama yaxın heroin və əlavə metamfetamin psixotrop maddəsi ona aid olmamışdır. Bu polisin özünün təşkili olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, onu tanıyan qeyriləri, həmçinin polis onun narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Lakin o, heç vaxt narkotik vasitə satmamışdır. Evində axtarış aparılarkən evdən yoldaşına məxsus16000 (on altı min) manat pul, qızıl və gümüş əşyalar polislər tərəfindən qanunsuz olaraq polislər tərəfindən götürülmüş və sonradan özlərinə qaytarılmamışdır. Həyat yoldaşı bu barədə müstəntiqə desə də, başqa yerə şikayət etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə aludəçisidir. 13 avqust 2021-ci il tarixdə, saat 13 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində olduğu zaman mülki geyimdə olan üç nəfər ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişdirlər. Ona narkotik vasitə əldə edib saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduğu və onlarla birlikdə Suraxanı RPİ-yə getməli olduğu bildirilmişdir. O, polis əməkdaşlarının dəvəti ilə Bakı şəhəri Suraxanı RPİ-yə getmiş, orada xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına müdafiəçi dəvət olunmuşdur. Ona videoçəkliş aparılmaqla onun üzərində axtarış aparılacağı barədə xəbərdarlıq edilmişdir. Axtarış aparılmazdan əvvəl ona üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşya və alət olduğu təqdirdə təqdim etməs təklif olunmuşdur. O, da Ağa adlı şəxsdən alıb üzərimdə saxladığı üç bükümdə olan narkotik vasitəni əynində olan cins şalvarının sağ yan cibindən çıxarıb polisə təqdim etmişdir. Üzərində axtarış davam etdirilmiş, amma təqdim etdiyi üç büküm narkotik vasitədən başqa heç nə aşkar edilməmiş və götürülməmişdir. Təqdim etdiyi bükümlərin ikisinin arasında olan kakos kimi tanıdığı narkotik vasitə, bir bükümünün arasındakı isə patı kimi tanıdığı narkotik vasitə olmuşdur. Polis əməkdəşları onun təqdim etdiyi üç büküm narkotik vasitəni bir ədəd zərfə qablaşdırmış və zərfi möhürləmişlər. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, onun polisə təqdim etdiyi həmin narkotik maddələr ona məxsus deyildir, həmin narkotik maddələr ona polis əməkdaşları tərəfindən təqdim olunmuş və həmin narkotik maddələri qəbul etməyəcəyi və onun özünə məxsus olduğunu bildirməyəcəyi təqdirdə 234.4.3-cü maddə ilə sənədləşdiriləcəyi barədə xəbərdar edilmişdir. O, da həmin narkotik maddələri qəbul etməyə və çəkiliş zamanı ona məxsus olduğunu bildirməyə məcbur olmuşdur. Bu barədə protokol tərtib edilmişdir. Protokol oxunmuş və o protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Bundan sonra o, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi 42 nömrəli evdə də onun özünə məxsus olan narkotik vasitə olduğunu etiraf etmiş, həmin narkotik vasitələri təqdim edə biləcəyini polisə bildirmişdir. Yaşadığı evə gedilmiş və onun razılığı ilə yaşadığı evə baxış keçirilmişdir. Yaşadığı evə baxış keçirilən zaman evdə onun anasının yaşadığı otaqda olan ağ rəgli dolabın içərisinə qoyulmuş üzərində «Silver» yazısı olan qutudan siqaret kağızına büklü halda və sellofan tobasında olan bükümlərdə narkotik vasitə və bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Yaşadı evdə sellofan torbada olan kakos, patı və bir ədəd tərəzi ona məxsus olmuş, siqaret kağızına bükülmüş halda olan narkotik vasitələrin çoxu ona məxsus olmamışdır. Baxış zamanı yaşadığı evdən pul və qızıl ziynət əşyaları itmişdir. Ona məxsus olmayan narkotik vasitənin kim tərəfindən evinə qoyulduğunu, pul və qızıl-ziynət əşyalarının necə və hansı şəraitdə itiyini bildməmişir (iş vərəqə: 80-82). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin Cinayət Axtarş Şöbəsinin (bundan sonra: CAŞ) rəis müavini, Şahid4 ifadəsində göstərdi ki, 13 avqust 2021-ci il tarixdə xidmət etdiyi Suraxanı RPİ-yə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, o daxil olmuş məlumat barədə İdarə rəhbərliyinə rapoptla müraciət etmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün müvafiq qərar qəbul etmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun rəhbərliyi ilə ondan, əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2 Abidin oğlundan ibarət əməliyyat qrupu yaradılmış və dərhal əməliyyat tədbirlərinin icrasına başlamışlar. 13 vaqust 2021-ci il tarixdə, saat 14:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon, Suraxanı qəsəbsi, 2-ci Mədən küçəsində piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşmış, özülərini Təqsirləndirilən şəxs təqdim edib polis əməkdaşı olduqlarını, onun narkotik vasitə və psixotrop maddələrin qansuz dövriyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Bakı şəhəri Suraxanı RPİ-yə dəvət etmişlər. Polis İdarəsinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquq və vəzifəlri izah edikdən sonra onun hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunmuşdur. Üzərinə şəxst axtarış aparılacağı barədə qərar Təqsirləndirilən şəxs elan olunaraq üzərində üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin təklifdən sonra əynində olan açıq mavi rəngli cins salvarının sağ yan cibindən 3 (üç) ədəd siqaretin gümüşü rəngli kağızına bükül kütlələri çıxarıb təqdim etmişdir. Təqdim ounan büklülər açıldıqda iki ədəd bükümdə olan qəhvəyi rəngli kütlə narkotik vasitə olan heroinə bənzər, bir ədəd bükümdə olan kütlə isə ağ rəngli kristallardan ibarət olub, psixotrop maddə olan metamfetaminə oxşar kütələ olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrdən ikisinin arasındakının «kakos» kimi tanıdı narkotik vasitə, bir bükümün arasındakı isə «patı» kimi tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin onun üzərindən özünün təqdim etdiyi üç bükümdən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən üç ayrı-ayrı bükümdə olan kütlə bir ədəd zərfə qoyulub zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbğəsi, 2-ci mədən küçəsi 42 nömrəli evdə də narkotik vasitəsi və psixotrop maddəsi olduğunu etiraf etmiş, onun özünün razılığı və iştirakı ilə onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi 42 nömrəli evə gedib baxış keçirmişlər. Baxış keçirilən zaman Ramin Musayevin anasının yaşadığı otaqda olan, ağ rəngli dolaba, üzərində «Silver» yazısı olan qutunun içərisindən beş ədəd bükümdə, onlardan üç ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar kütlə, iki ədəd bükümdə ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetaminə oxşar kütlə, həmin dolabda sellofanın içərisndə doqquz ədəd bükümdə, onlardan dörd ədəd kağız bükümdə, onlardan iki ədəd bükümdə qəhvəyi rəngli və iki ədəd bükümdə tünd qəhvəyi rəngli bərkimiş formada narkotik vasitə heroinə oxşar kütlə, sellofana bükülü halda beş ədəd bükümdə ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetaminə oxşar kütlə və bir ədəd arxasında «500 q x 0,1 qa» yazısı olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilib götürülən kütlələrin «kakos» kimi tanıdığtı narkotik vasitə və «patı» kimi tanıdığı psixotrop maddə olduğunu, evindən aşkar edlib götürülən kütlələrin ona məxsus olduğunu etiraf etmişdir. Məhkəmə baxışı zamanı cinayət işi üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin əməliyyat müvəkkili Şahid2 Abidin oğlu məhkəmədə şahid kimi dindirilən Suraxanı RPİ-nin CAŞ-nin rəis müavini Şahid4 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, məhkəməyədək icraat mərhəlsində iş üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin digər əməliyyat müvəkkilləri - Şahid3 və Şahid1 ifadələri məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, adı çəkilən şahidlər məhkəmə baxışı zamanı iş üzrə şahid kimi dindirilən Şahid4 və Şahid2 Abidin oğlu ilə oxşar məzmunlu ifadə verib onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər (iş vərəqə: səh. 105-107, 111-113). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 13 avqust 2021-ci il tarixli protokoldan görünür ki, protokol tarixində Suraxanı RPİ-nin inzibati binasında baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərində onun müdafiəçisinin və əməliyyat işçilərinin iştirakı ilə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və götürmə aparılmışdır. Şəxst axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs həmin təklifdən sonra əynində olan açıq mavi rəngli cins salvarının sağ yan cibindən 3 (üç) ədəd siqaretin gümüşü rəngli kağız bükülləri çıxarıb təqdim etmişdir. Təqdim ounan büklülər açıldıqda iki ədəd bükümdə qəhvəyi rəngli heroin narkotik vasitəsinə şübhəli kütlə, bir ədəd bükümdə isə ağ rəngli kristallardan ibarət metamfetamin psixotrop maddəsinə şübhəli kütələ olduğu müəyyən edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi iki bükümdə «kakos» kimi tanıdı narkotik vasitə, digər bir bükümdə isə «patı» kimi tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin onun üzərindən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən üç ayrı-ayrı bükümdə olan kütlə bir ədəd zərfə qoyulmuş, zərf möhürlənmiş və bundan sonra tədqiq olunan həmin protokol tərtib edilmişdir (iş vərəqə: səh. 30-31). Məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini özündə əks etdirən DVD diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD diskdə olan videogörüntülər Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış aparılması və və götürmə” haqqında 13 avqust 2021-ci il tarixli protokolda göstərilənlərlə üst-üstə düşməklə bir-birini tamamlayır və axtarış və götürmə prosesində prosessual pozuntulara yol verilmədiyini təsdiq edir (cinayət işinə əlavə edilmiş DVD formatlı disk). Daha sonra, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «baxaş keçirilməsi haqqında» 13 avqust 2021-ci il tarixli protokoldan görünür ki, protokol tarixində Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və əməliyyatçıların iştirakı ilə sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi 42 nömrəli evə video çəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı evin otağında olan ağ rəngli dolabın isində olan, üzərində «Silver» yazısı olan qutunun içərisindən 05 (beş) ədəd bükümdə, onlardan 03 (üç) ədəd bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə, 02 (iki) ədəd bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə, dolabda olan sellofan torbanın içərisində 09 (doqquz) ədəd bükümdə, onlardan 04 (dörd) ədəd kağız bükümdə, onlardan 02 (iki) ədəd bükümdə qəhvəyi rəngli və 2 (iki) ədəd bükümdə tünd qəhvəyi rəngli bərkimiş formada narkotik vasitə heroinə, 05 (beş) ədəd bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə şübhəli kütlələr, 01 (bir) ədəd arxasında «500 q x 0,1 qa» yazısı olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, qablaşdırılmış, qablaşdırmalar iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş və hazırda tədqiq olunan həmin protokol tərtib edilmişdir (iş vərəqə: səh. 35). Məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsi prosesini özündə əks etdirən DVD diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD diskdə olan videogörüntülər Təqsirləndirilən şəxs yaşadığı üevanda «baxış keçirilməsi və götürmə haqqında» 13 avqust 2021-ci il tarixli protokolda göstərilənlərlə üst-üstə düşür və baxış və götürmə prosesində prosessual pozuntulara yol verilmədiyini təsdiq edir (cinayət işinə əlavə edilmiş DVD formatlı disk). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 14 avqust 2021-ci il tarixli, 6/3499 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs aşkar edilmiş…» yazısı olan zərfdəki 3 ədəd bükümdə, onlardan 2 (iki) ədəd bükümdə təmiz çəkisi 1,866 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,600 qram ağ rəngli kristallardan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət.Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş…» yazısı olan zərfdəki üzərində «Silver» yazısı olan qutuda 5 (beş) ədəd bükümdə, onlardan 3 (üç) ədəd bükümdə təmiz çəkisi 1,523 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 2 (iki) ədəd bükümdə təmiz çəkisi 0,576 qram ağ rəngli kristallardan hazırlanmış psixotrop maddə metamfetamindir, 9 (doqquz) ədəd bükümdə, onlardan 4 (dörd) ədəd kağız bükümdə, onlardan 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 951,531 qram qəhvəyi rəngli və 2 (iki) ədəd böükümdə ümumi təmiz çəkisi 4,791 qram tünd qəhvəyi rəngli bərkimiş formada maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 5 (beş) ədəd bükümdəki ümumi təmiz çəkisi 62,07 qram ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, bir ədəd arxasında «500 q x 0,1q» yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır, iz şəkilində olduğu üçün heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün olmamışdır. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 64,246 qramdır və həmin metamfetamin xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidir. Bundan başqa, tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş heroinin ümumi təmiz çəkisi 959,711 qramdır, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 3 (üç) ədəd bükümdə, onun yaşadığı evindən götürülmüş 5 (beş) ədəd bükümdə qəhvəyi rəngli toz şəkilli heroinlər xarici əlamətlərinə və tərkibirdəki komponentlərinə görə eynidəirlər, evindən götürülmüş 2 (iki) ədəd bükümdə olan tünd qəhvəyi rəngli bərkimiş formada olan heroinlər onlardan xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidir. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıya əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» İ siyahısına daxildirlər (iş vərəqə: 43-46). İşdə olan ibtidai istintaq orqanının müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 959,711 qram təşkil edən heroin narkotik vasitəsinin ekspertiza tədqiqatından sonra qalıq qalan 959,411 qramı və ümumt təmiz çəkisi 62,246 qram qram təşkil edən metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatından sonra qalıq qalan 62,006 qramı və arxasında «500 q x 0,1q» yazısı olan qara rəngli bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir(iş vərəqə: 140). Bundan başqa, təqsirləndiriləq şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin yaşadığı evində baxış keçirilməsi istintaq hərəkətlərinin videogörüntülərinin yükləndiyi iki ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşudr (iş vərəqə: 58-61). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 11 noyabr 2021-ci il tarixli, 4410 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 118-119). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə etdiyi «metamfetamin» psixotrop maddəsinin ümumilikdə təmiz çəkisi 62,246 qram, «heroin» narkotik vasitəsinin ümumilikdə təmiz çəkisi 959,711 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş «metamfetamin» psixotrop maddəsinin və «heroin» narkotik vasitəsinin külli miqdar həddini dəfələrlə aşmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin külli miqdar təşkil etməsi, aşkar edilib götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin növ müxtəlifliyi, üzərində və evində aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin bir hissəsinin çəkilib xırda bağlamalarda qablaşdırılması, həmçinin Təqsirləndirilən şəxs bir ədəd elektron tərəzinin aşkar edilib götürülməsi, həmin elektron tərəzinin üzərində narkotik vasitəsinin və psixotrop maddənin izlərinin müəyyən olunması və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını və daşımasını bir daha təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı törətdiyi cinayət əməli ilə bağlı aşkar olunan narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20.02.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü və 69.4-cü maddəlləri təqsirli bilinərək 3000 manat cərimə cəzasına, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.01.2014-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 67.1-ci maddəlri ilə təqsirli bilinərək 04 il 03 ay müddətə azalıqdan məhrum etmə və 1500 manat cərimə cəzasına məhkum olunmuş, 26.12.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, 01.04.2019-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya haqqında Qərarının 1.8-ci bəndi tətbiq edilməklə cərimə cəzasından azad edilmişdir (iş vərəqə: səh. 101-102). Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin təsnifatına görə az ağır cinayətlərə aid olması, cəzadan azad olunduğu vaxtdan baxılan iş üzrə yeni cinayətin törədildiyi günədək iki ildən artıq bir vax keçməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, özü isə məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası CM-nin 15.1 və 15.3-cü maddələrinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan qeyd olunan əməl təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv etmişdir. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və ya yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 11 noyabr 2021-ci il tarixli, 4410 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 13 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 13 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş, məhkəmənin 15 avqust 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 avqust 2021ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin ekspertiza tədqiqatından sonra qalıq qalan 959,411 qram hissəsi və metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatından sonra qalıq qalan 62,006 qram hissəsi, həmçinin arxasında «500 q x 0,1q» yazısı olan qara rəngli bir ədəd elektron tərəzi məhv edilməli; - cinayət işinə əlavə olunan təqsirləndiriləq şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin yaşadığı evində baxış keçirilməsi istintaq hərəkətlərinin videogörüntülərinin yükləndiyi iki ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 114,00 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 13 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 959,711 qram təşkil edən heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 959,411 qram hissəsi və ümumi təmiz çəkisi 62,246 qram təşkil edən metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan 62,006 qram hissəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda axtarış aparılması və götürmə prosesini özündə əks etdirən videogörüntülərin yükləndiyi 02 ədəd DVD formatlı formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114,00 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-524/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-524/2022
28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver