Məhkəmə qərarları › İş №1(101)-524/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-524/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-524/2023 19.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və "Prospekt" Vəkil Bürosunun vəkili Müdafiəçi2 Aslan oğlunun, tərcüməçilər X14 və X1, Təqsirləndirilən şəxs iştirakı ilə 28 avqust 1988-ci il tarixdə Maldiv Respublikasının GA.Vılıngılı şəhərində doğulmuş, Maldiv Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi qaydada ticarətlə məşğul olmuş, Maldiv Respublikası, GA.Vılıngılı şəhəri, İbrahimee Magu küçəsi, Nalahiyaage yaşayış kompleksində qeydiyyatda olmaqla Maldiv Respublikası, Kaafu Hulhumale şəhəri, ev 6, mərtəbə 16, mənzil 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, 2022-ci ilin iyul ayının əvvəllərində X5 Dubay şəhərinin Deira rayonunda şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə razılığa gələrək cinayət əlaqəsinə girmiş, ümumi niyyətə və cinayətkar razılaşmaya uyğun olaraq 7 iyul 2022-ci il tarixdə, saat 11:45 radələrində təyyarə vasitəsi ilə X5 Dubay şəhərindən Azərbaycan Respublikasına Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə çatdıqdan sonra bu barədə “Snapchat” mobil tətbiqi vasitəsi ilə cinayətkar qrupun Maldiv Respublikasında olan şəxsiyyəti istintaqa məlum olmayan üzvünə məlumat vermiş, bundan sonra cinayətkar qrupun həmin üzvünün tapşırığına əsasən 15 iyul 2022-ci il tarixdə, saat 08-11 aralığında müvəqqəti qaldığı, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "xxxx" otelinin yaxınlığında cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvündən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə üzərində müxtəlif nəqliyyat vasitələri və əsgər rəsmləri təsvirləri, ağyaşıl-qırmızı rəng çalarları olan çamadanın yan hissəsinə bərkidilmiş karton altlığın alt hissəsinə yapışqanla yapışdırılıb yerləşdirilməklə saxlanılmış sarı rəngli, yastı formalı 1 ədəd sellofan bükümdə külli miqdarda, 3660 qram heroin narkotik vasitəsini cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvündən alacağı 3500 ABŞ dolları müqabilində Maldiv Respublikasında cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvünə təhvil vermək üçün tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, daşıyaraq əvvəlcə 15-16 iyul 2022-ci il tarixlərdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "xxxx" otelinin otağında, daha sonra isə 16-17 iyul 2022-ci il tarixlərdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Mensen” otelinin otağında saxlamış, 18 iyul 2022-ci il tarixdə, saat 00:50 radələrində şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsünün idarə etdiyi minik nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adına X9 daşıyaraq həmin hava limanının 1-ci Terminalında fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X15” gömrük postunda gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə, saat 01:20 radələrində gömrük nəzarəti zamanı qeyd edilən külli miqdarda, 3660 qram heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində ona verilmiş çamadanda narkotik vasitənin gizlədilməsindən xəbəri olmamış, bu barədə yalnız Heydər Əliyev adına hava limanında gömrük yoxlamasından keçərkən, gömrük əməkdaşları tərəfindən saxlanılıb çamadana baxış keçiriməsi zamanı bilmişdir, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir, həmin ifadələrini oxumadan imza etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Maldiv Respublikası, GA.Vılıngılı şəhəri, İbrahimee Magu küçəsi, Nalahiyaage yaşayış kompleksində qeydiyyatda olmaqla Maldiv Respublikası, Kaafu Hulhumale şəhəri, ev 6, mərtəbə 16, mənzil 1 ünvanında yaşamışdır. X10 şəhərində sahibkarlıqla - ərzaq məhsullarının satışı ilə məşğul olmuşdur. Əvvəllər məhkum olunmamışdır. Övladı olmadığına görə müalicə almaq məqsədi ilə 03 iyul 2022-ci il tarixdə təyyarə vasitəsi ilə Maldiv Respublikasından Birləşmiş Ərəb Əmirliyinə getmişdir. 05 iyul 2022-ci il tarixdə X5 Deira şəhərində yerləşən “Saffron” otelində olduğu vaxt həmşəhərlisi, Maldiv Respublikasının Kaafu Hulhumale şəhərində yaşayan, heç yerdə işləməyən, 6 ildir dostluq etdiyi Maldiv Respublikasının vətəndaşı, təxminən 26-28 yaşlı, təxminən 165-170 sm hündürlükdə, qarabəniz, orta bədən quruluşlu, mobil telefonunda olan “Snapchat” mobil tətbiqində adını “Anaamoou” kimi qeyd etdiyi Anaamoo İbrahım “Snapchat” mobil tətbiqi vasitəsilə ona zəng edərək Aəzrbaycan Respublikasının Bakı şəhərində yaşayan pakistanlı dostunun olduğunu və Bakı şəhərinə gedib orada həmin pakistanlı şəxslə görüşüb çamadanın içərisində olan narkotik vasitəni təhvil alıb Maldiv Respublikasının Maldiv Respublikasının Kaafu Hulhumale şəhərində ona çatdıracağı təqdirdə 3500 ABŞ dolları məbləğində pul verə biləcəyini, həmçinin biletlərə görə ödənişlərini də qarşılayacağını, eyni zamanda Bakı şəhərində xərclik üçün 1000 ABŞ dolları məbləğində pul verəcəyini bildirmişdir. Maddi cəhətdən çətinlik çəkdiyi üçün Anaamoo İbrahımın qeyd edilən təklifinə öz razılığını vermiş və bunun problem olmadığını demişdir. Bundan sonra özünü Anaamoo İbrahımın dostu kimi təqdim edən, üzünü gərmədiyi və əvvəllər tanımadığı Maldiv Respublikasının vətəndaşı X11 İbrahımın mobil telefonu ilə “Snapchat” mobil tətbiqi vasitəsilə zəng edərək Bakı şəhəri haqqında ona məlumat vermiş və ehtiyyatlı olmağı tapşırmışdır. Ahumaid Abdullah da onun Bakı şəhərində pakistanlı şəxslə görüşüb içərisində narkotik vasitə olan çamadanı təhvil alıb Maldiv Respublikasına aparacağını bilmişdir. Bundan sonra Anaamoo İbrahım yenidən “Snapchat” mobil tətbiqi vasitəsilə ona zəng edərək 06 iyul 2022-ci il tarixdə Bakı şəhərinə getməli olacağını demiş və bununla bağlı aviabiletin surətini “Snapchat” mobil tətbiqi vasitəsilə ona göndərmişdir. Daha sonra Dubay-Male marşurutu üzrə aldığı aviabileti ləğv etmiş və Anaamoo İbrahımın aldığı aviabiletlə Dubay-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəlməmişdən qabaq “booking” proqramı vasitəsi il Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Mensen” otelində otaq rezervasiya etmişdir. Bakı şəhərinə gəldikdən sonra 07-14 iyul 2022-ci il tarixlərdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Mensen” otelində qalmış və 7 gün müddətə görə ümumilikdə 265 manat məbləğində ödəniş etmişdir. Həmin hoteldə qiymətlər ucuz olsa da, otelin şəraiti yaxşı olmamış, oteldəki otaqda, tualetdə və sairə yerlərdə su damcıları olmuşdur. Buna görə 14 iyul 2022-ci il “Mensen” oteldən çıxış etmiş və həmin gün qeyd edilən otelin yaxınlığında - Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "xxxx" otelində otaq rezervasiya etmiş və 16 iyul 2022-ci il tarixədək həmin oteldə qalmışdır. "xxxx" otelində qaldığı 2 günə görə ümumilikdə 150 manat məbləğində ödəniş etmişdir. Təxminən 14-15 iyul 2022-ci il tarixdə Anaamoo İbrahım yenidən “Snapchat” mobil tətbiqi vasitəsilə mənə zəng edərək “Western Union” beynəlxalq pul köçürmə vasitəsi ilə mənə Bakı şəhərində xərclik üçün mənim adıma 1000 ABŞ dolları məbləğində pul göndərdiyini dedi. Həmin gün Bakı şəhərində, “Xalça muzeyi”nin yaxınlığında yerləşən adını xatırlamadığı banka gedərək qeyd edilən 1000 ABŞ dollarını götürmüşdür. Sözügedən 1000 ABŞ dolları məbləğində pulu Bakı şəhərində qidalanmağa, alış-verilişə və oteldə qalmağa xərcləmiş və həmin puldan cəmi 6 manat pul qalmışdır. "xxxx" otelində qaldığı vaxtda 15 iyul 2022-ci il tarixdə, səhər saatlarında mobil telefonunda adını “Anaamoou” adı ilə qeyd etdiyi Anaamou İbrahım adlı dostu ona “Snapchat” mobil tətbiqi vasitəsilə zəng edərək harada olduğunu ondan soruşmuş, o, da öz növbəsində həmin vaxt "xxxx" oteldə olduğunu Anaamou İbrahıma demişdir. İAnaamou İbrahım ona “Snapchat” proqramı vasitəsilə şəkilini çəkib göndərməsini demişdir. O, da öz şəklini çəkib Anaamou İbrahıma göndərmişdir. “Snapchat” mobil tətbiqdə şəkil və ya hər hansı fayl göndərildikdə, həmin faylı alan şəxs tərəfindən bir dəfə görüldükdən sonra ekrandan silinir və həmin fayla yenidən baxmaq mümkün olmur, bu daha təhlükəsiz üsul hesab edilir. Öz şəklini göndərdikdən sonra Anaamou İbrahım "xxxx" otelin qarşısına çıxmasını, orada ona çamadan verəcəklərini və bir daha həmin çamadanı özü ilə birgə Maldiv Respublikasına aparmalı olacağını ona demişdir. O, da Anaamou İbrahıma hər şeyi onun dediyi kimi edəcəyini bildirmişdir. Bundan bir qədər sonra həmin gün, saat təxminən 08-11 aralığında qaldığı "xxxx" qarşısında, binanın künc tərəfində həmin çamadanı götürmüşdür. Çamadanı ona iki nəfər gətirmişdir. Həmin şəxslərdən biri təxminən tünd rəngli, qara və ya göy kimi xatırladığı geyimdə, digəri isə açıq rəngli geyimdə olmuşdur. Həmin vaxt "xxxx" hotelin qarşısında, bayraq olan yerin tam yaxınlığında gözləmiş, qeyd etdiyi şəxslərdən yalnız biri ona yaxınlaşmış, digər şəxs bir qədər kənarda gözləmişdir. Qara rəngli geyimdə olan şəxs ona “As salam aleykum” demiş, daha sonra hind dilində onu tanıdığını və yaxına gəlməsini bildirmişdir. Danışığından qeyd edilən şəxsi pakistanlıya bənzətmişdir. Daha sonra həmin şəxs ona içərisində geyim əşyası və narkotik vasitə olan çamadanı vermişdir. Bundan sonra qeyd edilən şəxslərlə heç bir danışığı olmamış və qeyd edilən şəxslər həmin yeri gəldikləri taksi vasitəsi ilə tərk etmişlər. O, isə oteldə qaldığı 511 nömrəli otağa getmiş və çamadanı həmin otaqda saxlamışdır. Daha sonra bu barədə Anaamoo İbrahıma “Snapchat” mobil tətbiqi vasitəsilə məlumat vermişdir. Anaamoo İbrahım da 1 gün ərzində aviabileti dəyişəcəyini və 17 iyul 2022-ci il tarixi üçün aviabilet alacağını ona demişdir. Daha sonra 17 iyul 2022-ci il tarixdə, saat 00:15 radələrində “Bolt” mobil tətbiqi vasitəsilə taksi sifariş edərək, Heydər Əliyev adına X7 ərazisinə gəlmiş və qeydiyyat məntəqəsinə yaxınlaşmışdır. Orada qeydiyyat vaxtı ona uçuş biletinin 17 iyul 2022-ci tarixinə deyil, 17 avqust 2022-ci il tarixinə olduğu bildirilmişlər. Həmin vaxt biletin avqust ayında geri dönüş üçün qeydiyyata alındığını görmüşdür. Həmin vaxtadək bundan xəbərsiz olmuşdur. Bundan sonra Maldiv Respublikasındakı dostu Anaamoo İbrahım ilə əlaqə saxlayıb vəziyyəti ona başa salmışdır. Anaamoo İbrahım da öz növbəsində bunun mexaniki səhvlik nəticəsində olduğunu bildirmişdir. Bundan sonra qalma xərci nisbətən ucuz olduğu üçün yeidən “Mensen” otelə qayıtmış, orada 70 manat məbləğində pul ödəyib biletin vaxtının dəyişdirilməsini oteldə qalmaqla gözləmişdir. Daha sonra dostu Anaamoo İbrahım ona biletin vaxtı barədə məlumat vermişdir. O, da biletinin vaxtının 18 iyul 2022-ci il tarixə, gecə saat 02:45-ə dəyişdirildiyini öyrənmişdir. Daha sonra 17 iyuldan 18 iyula keçən gecə yenə “Bolt” proqram təminatı vasitəsilə taksi sifariş vermişdir. Bundan sonra “Hyundai” markalı nəqliyyat vasitəsi ilə hava limanına getmiş, hava limanına gedərkən ona verilən çamadanı da özü ilə birgə Maldiv Respublikasındakı dostu Anaamoo İbrahım adlı şəxsə vermək üçün götürmüşdür. Hava limanında olarkən biletini qeydiyyat bölməsindən keçirmiş, baqaj çantasını qeydiyyat bölməsinə təhvil vermişdir. Daha sonra ona baqaja təhvil verdiyi çamadanına baxış keçiriləcəyi bildirilmiş və videoçəkilişdən istifadə edilməklə həyata keçirilən baxış zamanı qeyd edilən çamadanın içərisində olan zəncirbənd açılmış, yan divarlara bərkidilmiş karton altlıq söküləndən sonra çamadanın alt hissəsinə yapışqanla yapışdırılmış sarı rəngli sellofan paketin içərisindən qablaşdırılması ilə birgə ümumi təqribi çəkisi 3790 qram olan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Gömrük yoxlaması zamanı ona məxsus çamadandan aşkar edilən maddə heroin narkotik vasitəsidir. Qeyd edilən çamadanın içərisində narkotik vasitə olduğunu qabaqcadan bilsə də, həmin narkotik vasitənin növünü və miqdarını gömrük yoxlamasından sonra bilmişdir. Bakı şəhərində onu heç kim müşayiət etməmiş və elektron xəritələrdən istifadə etməklə gəzmişdir. Təhlükəsizlik məqsədi ilə çamadanl ona verən şəxslərini adını bilməmiş, həmin şəxslərlə birbaşa əlaqəsi olmamış və dostu Anaamoo İbrahımın vasitəsi ilə görüşmüşdür. Narkotik vasitənin kim tərəfindən çamadana qoyulmasını bilməmiş, həmin çamadanı Anaamoo İbrahımın dediyi şəxslər gətirib ona vermiş, həmin narkotik vasitənin haradan alındığını bilməmişdir. Sadəcə həmin çamadan hava limanı ərazisinə onun tərəfindən gətirilmiş və gömrük nəzarətinə baqaj yükü təqdim edilmişdir. Narkotik vasitələrdən, güclü təsir edən və ya psixotrop maddələrdən istifadə etməmişdir. İstifadəsində olmuş “İphone 11 Pro Max” markalı mobil telefonunda olan “Snapchat” profilindən istifadəçi adı “Anaamoou” kimi qeyd edilmiş şəxsin istifadəsində olan “Snapchat” profilinə 16 iyul 2022ci il tarixdə, saat 09:09-da zəng xaric daxil olmuş və həmin vaxt aralarında 8 saniyə müddətində danışıq olmuşdur. Qeyd edilən danışıqları içərisində heroin narkotik vasitəsi olan çamadanı təhvil almağı barədə “Anaamoou” adlı şəxsə məlumat verməsi və “Anamoou” adlı şəxsə Maldiv Respublikasına geri qayıtması üçün ona aviabilet almasını deməsi ilə bağlı olmuşdur. İstifadəsində olmuş “İphone 11 Pro Max” markalı mobil telefonunda olan “Snapchat” sosial proqramındakı istifadəsində olmuş “Snapchat” profili ilə istifadəçi “Anaamoou” kimi qeyd edilmiş şəxsin istifadəsində olan “Snapchat” profili arasında içərsində heroin narkotik vasitə olan çamadanı təhvil alması və Maldiv Respublikasına aparıb “Anaammou” adlı şəxsə təhvil verməsi ilə bağlı yazışmalar aparılmışdır. “Snapchat” sosial proqramında olan yazışmalar avtomatik silindiyinə və bərpa olunması mümkün olmadığı üçün “Anaamoou” adlı şəxslə məhz “Snapchat” sosial proqramı ilə əlaqə saxlamışlar. Bunu təhlükəszilik baxımından belə etmişlər. ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi olan “İsmayıl” adlı şəxs “Mensen” otelindəki restoranın işçisidir. “İsmayıl” adlı şəxslə “Mensen” oteldə qaldığı müddətdə tanışlığı yaranmışdır. Bir neçə dəfə “İsmayıl” adlı şəxsdən Bakı şəhəri haqqında məlumat almış, eləcə də zəruri içki və ərzaq məhsulları alıb gətirməsini xahiş etmişdir. Qeyd edilən şəxsin və həmin şəxslə apardığı danışıqların da ittiham edildiyi cinayət əməlləri ilə hər hansı bağlılığı olmamışdır. ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi olan “Yakoobu” adlı şəxs “Mensen” otelinin işçisidir və həmin oteldə işləyən “İsmayıl” adlı şəxsin qardaşıdır. “Yakoobu” adlı şəxslə “Mensen” oteldə qaldığı müddətdə tanışlığı yaranmışdır. Bir neçə dəfə “Yakoobu” adlı şəxsdən Bakı şəhəri haqqında məlumat almış, eləcə də zəruri içki və ərzaq məhsulları alıb gətirməsini xahiş etmişdir. Qeyd edilən şəxsin və həmin şəxslə apardığı danışıqların da ittiham edildiyi cinayət əməlləri ilə hər hansı bağlılığı olmamışdır. “Yakoobu” adlı şəxsdən borc pul almış və həmin pulu beynəlxalq pul köçürməsi ilə geri qaytarması üçün pasportunun fotoşəklini ona göndərməsini xahiş etmişdir. “Yakoobu” adlı şəxs də bununla əlaqədar pasportunun fotoşəklini çəkərək ona göndərmişdir. “İsmayıl” və “Yakoobu” adlı şəxslərin ittiham edildiyi cinayət əməlləri ilə hər hansı bağlılığı olmamışdır. “İsmayıl” və “Yakoobu” adlı şəxslərin ittiham edildiyi cinayət əməlləri barədə qabaqcadan hər hansı məlumatları da olmamışdır. İsmail Jameelin aviaşirkətlərdə tanışları olduğu üçün ondan aviabilet almasını xahiş etmişdir. İsmail Jameel adlı şəxs dostum olduğu üçün ona aviabilet almışdır. ***-***-**-**, ***-***-**-**, ***- ***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin istifadəçiləri taksi sürücüləri və kuryerlərin nömrələridir. Həmin şəxslərlə apardığı danışıqların və qeyd edilən şəxslərin ittiham edildiyi cinayət əməlləri ilə hər hansı bağlılıqları olmamışdır. 18 iyul 2022-ci il tarixdə, saat 00:10 radələrində “Hyundai-Elantra” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı, boz metallik rəngli minik nəqliyyat vasitəsi ilə Heydər Əliyev X7 inzibati binasının ön hissəsinə gedərək qeyd edilən minik nəqliyyat vasitəsindən düşmüş və həmin nəqliyyat vasitəsinin sürücüsünün köməkliyi ilə nəqliyyat vasitəsinin yük yerindən 01 ədəd qəhvəyi və 01 ədəd üzərində müxtəlif nəqliyyat vasitələri və əsgər rəsmləri təsvirləri, ağ-yaşılqırmızı rəng çalarları olan çamadanı götürüb tək halda Hava Limanının inzibati binasına doğru hərəkət etmişdir. “Hyundai-Elantra” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı, boz metallik rəngli minik nəqliyyat vasitəsinin idarə edən şəxs sadəcə taksi sürücüsü olmuşdur və həmin şəxsin onun törətdiyi cinayət əməlləri barəsində hər hansı məlumatı olmamışdır. 15 iyul 2022-ci il tarixdə, 16:30 radələrində "xxxx" otelində qaldığı müddətdə otel otağını əlində hər hansı predmet olmadan tərk edərək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Araz Kosmos-2” marketinə getmiş və xatırlamadığı ərzaq məhsulları alaraq otelə geri qayıtmışdır (1-ci cild iş vərəqi 150-155 və 3-cü cild iş vərəqi 104-115). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma və X2 Tətbiqi şöbəsinin baş inspektoru Şahid1 ifadə verərək göstərmişdir ki, xidmətdə olduğu müddətdə növbənin əməkdaşı Şahid2 onunla əlaqə saxlayaraq çamadanların birində şübhəli təsvir olduğunu müşahidə etdiyini bildirmiş və onu baqaja təkrar baxış keçirilməsi üçün dəvət etmişdir, terminalın bunkerinə getmiş və Şahid2 ilə birlikdə yenidən həmin çamadanın təsvirinə baxış keçirmiş, daha sonra «Heimann» markalı rengen qurğusuna yerləşdirərək yenidən baxış keçirmiş və narkotik vasitələrə oxşar təsvirlər olması şübhəsi onda daha da artmışdır. Bundan sonra xidməti itin vasitəsilə çamadan yoxlanılmış və yoxlama zamanı it çamadanda olan narkotik vasitəyə bənzər predmetə reaksiya verdiyindən qeyd edilən çamadana baxış keçirilməsi üçün çamadanın sahibini bunkerə dəvət etmişlər; Baqaj bölməsinin əməkdaşları Maldiv Respublikası vətəndaşı Təqsirləndirilən şəxs adlı şəxsi bunkerə gətirmişlər, daha sonra Təqsirləndirilən şəxs ingilis dilində tərtib edilmiş hüquq və vəzifələri barədə bildirişi təqdim edərək ona məxsus olan çamadanda gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan ediləsi hər hansı predmetin olubolmamasını həmin şəxsdən soruşmuş, Təqsirləndirilən şəxs da ona məxsus olan çamadanda gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan ediləsi hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra bunkerdə yerləşən yoxlama otağında Təqsirləndirilən şəxs və Kinoloji mərkəzin kinoloq-instruktoru Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs məxsus olan, üzərində müxtəlif nəqliyyat vasitələri və əsgər təsvirləri, ağ-yaşıl-qırmızı rəng çalarları olan çamadana videoçəkilişdən istifadə edilməklə baxış keçirməyə başlamışdır. Baxış zamanı çamadanı açmış və çamadanın içərisində olan şəxsi geyim əşyalarını boşaltmış, daha sonra boş çamadanın içərisindəki astarın zəncirbəndini açaraq çamadanın yan divarlarına bərkidilmiş karton altlığı sökmüşdür. Bundan sonra çamadanın yan divarlarına bərkidilmiş karton altlığın alt hissəsinə yapışqanla yapışdırılmış sarı rəngli, yastı formalı 1 ədəd sellofan paketin içərisində heroin narkotik vasitəsinə oxşar maddə olduğu aşkar olunmuş və götürülülmüşdür. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2018-ci ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma və X2 Tətbiqi şöbəsinin baş inspektoru işləyir. Xidməti ərazisi Bakı şəhəri, Xəzər rayonunda yerləşən Heydər Əliyev adına X6 faəliyyət göstərən “Terminal 1 X15” gömrük postudur. 18 iyul 2022-ci il tarixdə, saat 01 radələrində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X15” gömrük postunda növbə başçısı qismində xidməti fəaliyyətini həyata keçirdiyi vaxt Bakı-Doha aviareysi ilə gedən sərnişinlərə məxsus baqajların rentgen qurğusu vasitəsilə gömrük baxışını həyata keçirən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma və X2 Tətbiqi şöbəsinin böyük inspektoru Şahid2 mənimlə əlaqə saxlayaraq çamadanların birində şübhəli təsvir olduğunun müşahidə etdiyini ona bildirmişdir. Bundan sonra Heydər Əliyev adına X13 1-ci Terminalının bunkerinə getmiş və Şahid2 ilə birlikdə yenidən həmin çamadanın təsvirlərinə baxış keçirmişdir. Daha sonra “157249612” birka nömrəli çamadanı götürüb X13 1-ci Terminalının bunkerində quraşdırılmış “Heimann” markalı rentgen qurğusuna yerləşdirərək yenidən baxış keçirmiş və bundan sonra həmin təsvirlərin narkotik vasitələrə oxşar təsvirlər olması şübhəsi onda daha da artmışdır. Bundan sonra onun dəvəti ilə Dövlət Gömrük Komitəsi Kinoloji mərkəzinin kinoloq-instruktoru Şahid3 tərəfindən kinoloji xidmətin “leydi” ləqəbli xidməti iti vasitəsilə çamadan yoxlanılmış və yoxlama zamanı it çamadanda olan narkotik vasitəyə bənzər predmetə reaksiya verdiyindən qeyd edilən çamadana baxış keçirilməsi üçün çamadanın sahibinin bunkerə dəvət edilməsini Heydər Əliyev adına X7 baqaj bölməsinin əməkdaşlarından xahiş etmişdir. Baqaj bölməsinin əməkdaşları əvvəllər tanımadığı Maldiv Respublikası vətəndaşı Təqsirləndirilən şəxs adlı şəxsi bunkerə gətirmişlər. Daha sonra Təqsirləndirilən şəxs ingilis dilində tərtib edilmiş hüquq və vəzifələri barədə bildirişi təqdim edərək ona məxsus olan çamadanda gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan ediləsi hər hansı predmetin olubolmamasını həmin şəxsdən soruşmuşdur. Təqsirləndirilən şəxs da ona məxsus olan çamadanda gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan ediləsi hər hansı predmetin olmadığını ona bildirmişdir. Bundan sonra bunkerdə yerləşən yoxlama otağında Təqsirləndirilən şəxs və Kinoloji mərkəzin kinoloq-instruktoru Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs məxsus olan, üzərində müxtəlif nəqliyyat vasitələri və əsgər təsvirləri, ağ-yaşıl-qırmızı rəng çalarları olan çamadana videoçəkilişdən istifadə edilməklə baxış keçirməyə başlamışdır. Baxış zamanı çamadanı açmış və çamadanın içərisində olan şəxsi geyim əşyalarını boşaltmışdır. Daha sonra boş çamadanın içərisindəki astarın zəncirbəndini açaraq çamadanın yan divarlarına bərkidilmiş karton altlığı sökmüşdür. Bundan sonra çamadanın yan divarlarına bərkidilmiş karton altlığın alt hissəsinə yapışqanla yapışdırılmış sarı rəngli, yastı formalı 01 ədəd sellofan paketin içərisində gömrük nəzarətindən gizlədilmiş açıq-qəhvəyi rəngli toz şəklində olan, kəskin iyə malik, heroin narkotik vasitəsinə oxşar maddə olduğunu aşkar etmiş və aşkar edilmiş maddəni qablaşdırmışdır. Daha sonra aşkar edilmiş açıq-qəhvəyi rəngli toz şəklində olan, kəskin iyə malik, heroin narkotik vasitəsinə oxşar maddəni elektron tərəzidə çəkmiş və elektron tərəzidə çəkildikdən həmin maddənin həmin qablaşdırılması ilə birlikdə təqribi çəkisinin 3790 qram təşkil etdiyini müəyyən etmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Maldiv Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində soyundurulması ilə müşahidə edilməyən şəxsi yoxlama keçirmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərinə geyindiyi şalvarın ön sağ cibindəki pul qabının içərisindən 1 ədəd 5 manatlıq və 1 ədəd 1 manatlıq pul əskinası olmaqla, ümumilikdə 6 manat məbləğində pul, 1 ədəd “Azercell” mobil operatoruna məxsus sim kart, 1 ədəd Maldiv Respublikası mobil operatoruna məxsus sim kart, 1 ədəd üzərində “**********599741” rəqəmləri həkk edilmiş, “Bank of Maldıves” sözləri yazılmış bankomat kartı, 1 ədəd üzərində “**********2161000” rəqəmləri həkk edilmiş, “X16” sözləri yazılmış bankomat kartı, Təqsirləndirilən şəxs məxsus “A117010” nömrəli şəxsi identifaskiya kartı, “COVİD-19” vaksin kartı, ön sol cibindən isə 1 ədəd “İphone 11 Pro max” markalı mobil telefon aşkar etmişdir. Aşkar edilmiş predmetləri araşdırma aparılması üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinə təhvil vermişdir. Bütün bunlarla bağlı tərəfindən protokollar tərtib edilmişdir. Baxışda və şəxsi yoxlamada iştirak edən şəxslər də həmin protokollarla tanış olub düzgün tərtib olunmalarını öz imzaları ilə təsdiq etmişlər (2ci cild iş vərəqə 39-42). Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma və X2 Tətbiqi şöbəsinin böyük inspektoru Şahid2 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin kinoloq-instruktoru Şahid3 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər (2-ci cild iş vərəqi 46-49). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Mensen” oteldə qəlyançı və ofisiant işləmişdir. Təqsirləndirilən şəxsı “Mensen” oteldə qalan müştəri kimi tanımış və həmin şəxslə mehriban münasibəti olmuşdur, Təqsirləndirilən şəxs müxtəlif xahişlərini yerinə yetrmiş, ona dönər və başqa ərzaq məhsulları alaraq vermişdir. 17 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs axşam saatlarında “Mensen” oteldən çıxaraq getmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxsı görməmiş və həmin şəxslə hər hansı ünsiyyəti də olmamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan ediləək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayından Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Mensen” oteldə qəlyançı və ofisiant işləmişdir. Qardaşı Şahid5 da qeyd edilən oteldə 2021-ci ilin əvvəllərindən aşbaz və ofisiant işləmişdir. Qardaşı Şahid5 da onun kimi işdə olduğu müddətlərdə “Mensen” oteldə qalmış və orada yaşamışdır. Maldiv Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsı “Mensen” oteldə qalan müştəri kimi tanımış və həmin şəxslə mehriban münasibəti olmuşdur. Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdən 14 iyul 2022-ci il tarixədək, eləcə də 17 iyul 2022-ci il tarixdə ofisiant və qəlyançı işlədiyi “Mensen” oteldə müştəri qismində qalmışdır. 14 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qaldığı otel otağına su damdığı üçün “Mensen” oteldən çıxaraq 2 gün ərzində yaxınlıqda yerləşən "xxxx" oteldə qalmışdır. 17 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs aviabiletində problem olduğu üçün yenidən “Mensen” otelə gəlmiş və həmin gün, axşam saatlarında “Mensen” oteldən çıxaraq getmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxsı görməmiş və həmin şəxslə hər hansı ünsiyyəti də olmamışdır. “Mensen” oteldə və "xxxx" oteldə qaldığı müddətdə Təqsirləndirilən şəxs zəruri ərzaq məhsulları, yəni siqaret, pivə, viski almağı ondan xahiş etmiş, qonaq olduğu üçün Mohamed Naaasırın xahişini yerinə yetirərək həmin şəxsə siqaret, pivə, viski alıb vermişdir. Siqaret, pivə, viskini alıb təhvil verdikdən Təqsirləndirilən şəxs hər dəfə ona aldığı məhsulun pulunu və zəhmət haqqı olaraq əlavə olaraq 5-20 manat məbləğində ödəniş etmişdir. Hətta "xxxx" oteldə qalanda da Təqsirləndirilən şəxs işlədiyi “Mensen” otelə gələrək pivə içkisi qəbul etmiş, qidalanmışdır. Mohamed Naaasırın qardaşı Şahid5 ilə də münasibəti olmuşdur. Oteldə olmayanda və ya istirahət edəndə qardaşı Şahid5 da Təqsirləndirilən şəxs siqaret, pivə, viski alıb vermişdir. Eləcə də qardaşı Şahid5 da Təqsirləndirilən şəxsla başqa hər hansı münasibəti olmamışdır. İstifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur. ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş “Whatsapp” profili də onun istifadəsində olmuşdur. +********** saylı mobil telefon nömrəsində olan “Whatsapp” profili isə Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Təqsirləndirilən şəxsla onun arasında olan “Whatsapp” danışıqları ümumi hal-əhval tutmaq, Təqsirləndirilən şəxs siqaret, viski, pivə və yemək istəməsi, eləcə də Bakı şəhəri haqqında hər hansı məlumat almaq istəməsi ilə bağlı olmuşdur. İngilis dilini yaxşı bilmədiyi üçün Təqsirləndirilən şəxsla ünsiyyət zamanı “google-translate” tərcümə proqramından istifadə etmiş və ona görə də yazdığı bəzi cümlələrin məzmununda və məntiqi baxımından bağlığında yalnışlıq vardır. Pasportunun fotoşəklini Təqsirləndirilən şəxs göndərməkdə məqsədi isə Təqsirləndirilən şəxs ona olan 40 manat məbləğində borcunu öz ölkəsində qayıtdıqdan sonra beynəlxalq pul köçürmə yolu ilə göndərməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə ona pulunun qurtardığını demiş və ondan 40 manat məbləğində borc verməsini xahiş etmiş və 40 manat məbləğində borc pul verəcəyi təqdirdə 100 manat məbləğində pul göndərəcəyini demişdir. Münasibətləri olduğuna və Təqsirləndirilən şəxs səmimiyyətinə inandığına görə 16 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs borc qismində 40 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs pulu köçürməsi üçün pasportunun fotoşəklini çəkib göndərməsini ona demişdir. O, da məqsədlə öz pasportunun fotoşəklini çəkərək 16 iyul 2022-ci il tarixdə “Whatsapp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. 07 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs hər hansı hansı şəxslə görüşməsinin və ya hər hansı şəxslə görüşüb həmin şəxsdən bağlama və ya çamadan təhvil almasının şahidi olmamış və bu barədə hər hansı məlumatı da yoxdur. Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə otelə gələrkən hansı və ya neçə ədəd çamadanla gəlməsini xatırlamır. Lakin 14 iyul 2022-ci il tarixdən “Mensen” oteldən çıxıb "xxxx" otelinə gedərkən Təqsirləndirilən şəxs yalnız 01 ədəd qəhvəyi rəngli çamadanının olduğunu görmüşdür. 17 iyul 2022-ci il tarixdə “Mensen” otelinə yenidən gəldikdə və həmin tarixdə qeyd edilən oteldən çıxdıqda isə Təqsirləndirilən şəxs 01 ədəd qəhvəyi rəngli çamadanından başqa əlavə olaraq üzərində müxtəlif təsvirlər olan 01 ədəd ağ-yaşıl-qırmızı rəngli çamadanının da olduğunu görmüşdür. Lakin qeyd edilən 01 ədəd ağ-yaşıl-qırmızı rəngli çamadanı Təqsirləndirilən şəxs nə vaxt və hansı şəraitdə əldə etməsi haqqında hər hansı məlumatı yoxdur. Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağyaşıl-qırmızı rəngli çamadanın içərisində külli miqdarda heroin narkotik vasitəsinin olması barədə qabaqcadan hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə məşğul olmaması barədə qabaqcadan hər hansı məlumatı olmamışdır (2-ci cild iş vərəqi 1-9). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiqi edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayından Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Mensen” oteldə aşbaz və ofisiant işləmişdir. Qardaşı Şahid4 da qeyd edilən oteldə 2021-ci ilin təxminən mart ayından qəlyançı və ofisiant işləmişdir Qardaşı Şahid4 da onun kimi işdə olduğu müddətlərdə “Mensen” oteldə qalmış və orada yaşamışdır. Maldiv Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsı “Mensen” oteldə qalan müştəri kimi tanımış və həmin şəxslə mehriban münasibəti olmuşdur. Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdən 14 iyul 2022-ci il tarixədək, eləcə də 17 iyul 2022-ci il tarixdə ofisiant və qəlyançı işlədiyi “Mensen” oteldə müştəri qismində qalmışdır. 14 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qaldığı otel otağına su damdığı üçün “Mensen” oteldən çıxaraq 2 gün ərzində yaxınlıqda yerləşən "xxxx" oteldə qalmışdır. 17 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs aviabiletində problem olduğu üçün yenidən “Mensen” otelə gəlmiş və həmin gün, axşam saatlarında “Mensen” oteldən çıxaraq getmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxsı görməmiş və həmin şəxslə hər hansı ünsiyyəti də olmamışdır. “Mensen” oteldə və "xxxx" oteldə qaldığı müddətdə Təqsirləndirilən şəxs qidalanmaq və pivə içmək üçün “Mensen” otelinin restoranına gəlmiş, o da həmin vaxtlarda aşbaz və ofisiant kimi Təqsirləndirilən şəxs qulluq etmiş, bir neçə dəfə xahiş etdikdə Təqsirləndirilən şəxs siqaret, viski, pivə alıb vermişdir. Mohamed Naaasırın qardaşı Qardaşım Şahid4 ilə də münasibəti olmuşdur. Oteldə olmayanda və ya istirahət edəndə qardaşı Şahid4 da Təqsirləndirilən şəxs siqaret, pivə, viski alıb vermişdir. Təqsirləndirilən şəxsla başqa hər hansı münasibəti olmamışdır. Eləcə də qardaşı Şahid4 da Təqsirləndirilən şəxsla başqa hər hansı münasibəti olmamışdır. ***-***-**-** saylı mobil telefon nömrəsi və həmin mobil telefon nömrəsində qeydiyyatdan keçmiş “Whatsapp” profili də yalnız onun istifadəsində olmuşdur. +********** saylı mobil telefon nömrəsində olan “Whatsapp” profili isə Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Təqsirləndirilən şəxsla onun arasında olan “Whatsapp” danışıqları ümumi hal-əhval tutmaq, Təqsirləndirilən şəxs siqaret, viski, pivə və yemək istəməsi, eləcə də Bakı şəhəri haqqında hər hansı məlumat almaq istəməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə “Mensen” otelə gələrkən və 14 iyul 2022-ci il tarixdən “Mensen” oteldən çıxıb "xxxx" otelinə gedərkən hansı və ya neçə ədəd çamadanla gəlməsini xatırlamır. 07 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs hər hansı hansı şəxslə görüşməsinin və ya hər hansı şəxslə görüşüb həmin şəxsdən bağlama və ya çamadan təhvil almasının şahidi olmamış və bu barədə hər hansı məlumatı da yoxdur.Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə “Mensen” otelinə yenidən gəldikdə və həmin tarixdə qeyd edilən oteldən çıxdıqda isə Təqsirləndirilən şəxs 01 ədəd qəhvəyi rəngli və üzərində müxtəlif təsvirlər olan 01 ədəd ağ-yaşıl-qırmızı rəngli çamadanının da olduğunu görmüşdür. Lakin qeyd edilən 01 ədəd ağ-yaşıl-qırmızı rəngli çamadanı Təqsirləndirilən şəxs nə vaxt və hansı şəraitdə əldə etməsi haqqında hər hansı məlumatı yoxdur. Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağyaşıl-qırmızı rəngli çamadanın içərisində külli miqdarda heroin narkotik vasitəsinin olması barədə qabaqcadan hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə məşğul olmaması barədə qabaqcadan hər hansı məlumatı olmamışdır (2-ci cild iş vərəqi 10-14). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 01 iyun 2019-cu il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "xxxx" otelinin direktor müavini işləyir. Maldiv Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsı "xxxx" oteldə qalan müştəri kimi tanımışdır. Lakin Maldiv Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsı ilə hər hansı şəxsi münasibəti olmamışdır. Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixdən 16 iyul 2022-ci il tarixədək direktor müavini işlədiyi "xxxx" oteldə 511 nömrəli otaqda müştəri qismində qalmışdır. "xxxx" otelindəki otağın tipini Təqsirləndirilən şəxs otellərdə gecələmək üçün internet üzərindən sifariş verilməsi üçün nəzərdə tutulan “booking.com” internet saytı vasitəsi ilə otelə gəlməmişdən qabaq sifariş vermişdir. Bundan sonra 14 iyul 2022-ci il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs "xxxx" otelinə şəxsən gəlmiş və otaq sifariş verdiyini ona bildirmişdir. Təqsirləndirilən şəxs sifarişinə uyğun olan otaqlardan boş olanı, yəni 511 otağı Təqsirləndirilən şəxs üçün ayırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 2 gecə oteldə qalmaq üçün nəğd qaydada 250 manat məbləğində ödəniş etmişdir. Ödəniş etdikdən sonra Təqsirləndirilən şəxs həmin tarixdə "xxxx" otelinin 511 nömrəli otağında yerləşmiş və 16 iyul 2022-ci il tarixədək, saat təqribən 11:30-dək qeyd edilən otaqda qalmışdır. 16 iyul 2022-ci il tarixdə, saat təqribən 11:30 radələrində Təqsirləndirilən şəxs "xxxx" otelinin 511 nömrəli otağından çıxış etmiş və şəxsi çamadanlarını oteldəki qeydiyyat masasının yanına qoyaraq bir neçə saat sonra həmin çamadanları gəlib götürcəyini ona bildirmişdir. O, da bunun problem olmadığını Təqsirləndirilən şəxs demişdir. Bundan sonra Təqsirləndirilən şəxs çamadanlarını oteldəki qeydiyyat masasının yanına qoyaraq harasa çıxıb getmişdir. 16 iyul 2022-ci il tarixdə, saat təqribən 23:30-23:40 raələrində Təqsirləndirilən şəxs "xxxx" otelinə gələrək qeydiyyat masasının yanına qoyduğu çamadanlarını götürmüş və otelin binasını tərk etmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxsı görməmiş və həmin şəxslə hər hansı ünsiyyəti olmamışdır. 14 iyul 2022-ci il tarixdən 16 iyul 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs hər hansı şəxslə görüşməsinin və ya hər hansı şəxslə görüşüb həmin şəxsdən bağlama və ya çamadan təhvil almasının şahidi olmamış və bu barədə hər hansı məlumatı da yoxdur. Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixdə "xxxx" otelə 01 ədəd qəhvəyi rəngli çamadanla gəlmişdir. Lakin 16 iyul 2022-ci il tarixdən "xxxx" oteldən çıxıb gedərkən Təqsirləndirilən şəxs 01 ədəd qəhvəyi rəngli çamadanından başqa əlavə olaraq üzərində müxtəlif təsvirlər olan 01 ədəd ağ-yaşıl-qırmızı rəngli çamadanının da olduğunu görmüşdür. Lakin qeyd edilən 01 ədəd ağ-yaşıl-qırmızı rəngli çamadanı Təqsirləndirilən şəxs nə vaxt və hansı şəraitdə əldə etməsinin şahidi olmamış və bu barədə hər hansı məlumatım yoxdur. Təqsirləndirilən şəxs məxsus çamadanın içərisində külli miqdarda heroin narkotik vasitəsinin olması barədə qabaqcadan hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə məşğul olmaması barədə qabaqcadan hər hansı məlumatı olmamışdır (2-ci cild iş vərəqi 19-22). Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X15” gömrük postunda tərtib edilmiş “Yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, QR 354 saylı Bakı-Doha aviareysi ilə Azərbaycan Respublikasının Bakı şəhərindən Qətərin Doha şəhərinə gedən Maldiv Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs məxsus olan, müşayiət edilən baqaj kimi daşıyıcıya təhvil verdiyi “157249612” birka nömrəli, üzərində müxtəlif nəqliyyat vasitələri və əsgər rəsmləri təsvirləri, ağ-yaşıl-qırmızı rəng çalarları olan çamadan qeydiyyatdan sonra Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adına X7 1-ci Terminalının bunkerində yerləşdirilmiş rentgen aparatından keçirilərkən çamadanın alt hissəsində şübhəli təsvirlər olduğu müşahidə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs həmin terminalda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X15” gömrük postunda steril zonadan bunkerə dəvət edilmiş və orada yerləşən yoxlama otağında özünün iştirakı ilə aparılmış yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə çamadanın yan divarlarına bərkidilmiş karton altlığın alt hissəsinə yapışqanla yapışdırılmaqla gömrük nəzarətindən gizlədilmiş sarı rəngli, yastı formalı 1 ədəd sellofan bükümdə qablaşdırılması ilə birlikdə təqribi çəkisi 3790 qram təşkil edən açıq-qəhvəyi rəngli, toz şəklində, kəskin iyə malik narkotik vasitəyə oxşar maddə aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 17-18). İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə18 iyul 2022-ci il tarixli, 6/3870 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus 002115 №-li bir ədəd polietilen paketdə təmiz çəkisi 3.660 qram olan açıq-qəhvəyi maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının əraizisndə dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatdan sonra heroin narkotik vasitəsinin təmiz qalıq çəkisi 3659,9 qram olmuşdur (1-ci cild iş vərəqi 100). İşdə olan məhkəmə-kimyəvi epertiza üzrə 06 oktyabr 2022-ci il tarixli 6/5101 №li ekspert rəyindən görünür ki, aparılmış tədqiqatdan sonra Mohamed Naaasırdan aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz qalıq çəkisi 3659,8 qram olmuşdur (3-cü cild ş vərəqi 88-90) İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 12 sentyabr 2022-ci il tarixli 5145 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (3-cü cild iş vərəqə 93-94). İşdə olan Təqsirləndirilən şəxs məxsus “İphone 11 Pro Max” markalı mobil telefona baxış keçirilməsi haqqında 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Mohamed Naaasırın istifadəsində olan “Snapchat” profili ilə istifadəçi “Anaamoou” kimi qeyd edilmiş və şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan “Snapchat” profili arasında silinmiş olunduğundan oxunması mümkün olmayan yazışmanın aparıldığı müəyyən edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan “Snapchat” profilindən istifadəçi adı “Anaamoou” kimi qeyd edilmiş şəxsin istifadəsində olan “Snapchat” profilinə 16 iyul 2022-ci il tarixdə, saat 09:09-da zəng xaric olmuş və həmin vaxt qeyd edilən profillər arasında 8 saniyə müddətində danışıq olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş Maldiv mobil operatoruna məxsus +********** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Mohamed Naasir” kimi qeyd edilmiş “Viber” profilindən Maldiv mobil operatoruna məxsus +********** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “İsmail” kimi qeyd edilmiş şəxsin istifadəsində olmuş “Viber” profilinə 23 iyun 2022-ci il tarixdə, saat 15:02-də və 24 iyun 2022-ci il tarixdə, saat 07:29-da iş üzrə Təqsirləndirilən şəxs özünə məxsus olan LA27E2088 nömrəli pasportun fotoşəklini mesaj kimi göndərmişdir. Maldiv mobil operatoruna məxsus +********** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “İsmail” kimi qeyd edilmiş şəxsin istifadəsində olmuş “Viber” profilindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş Maldiv mobil operatoruna məxsus +********** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Mohamed Naasir” kimi qeyd edilmiş “Viber” profilinə 24 iyun 2022-ci il tarixdə, saat 10:03 və 16:38də, 16 iyul 2022-ci il tarixdə, saat 12:47-də və 17 iyul 2022-ci il tarixdə, saat 13:06-da iş üzrə Təqsirləndirilən şəxs məxsus vaksin pasportunun fotoşəkli, 17 avqust 2022-ci il tarixli Bakı-Doha, Doha-Male aviareysləri üzrə iş üzrə Təqsirləndirilən şəxs adına alınmış aviabiletlərin elektron variantı, 18 iyul 2022-ci il tarixli Bakı-Doha, Doha-Male aviareysləri üzrə iş üzrə Təqsirləndirilən şəxs adına alınmış aviabiletlərin elektron variantı mesaj kimi göndərilmişdir (1-ci cild iş vərəqi 185-202). İşdə olan “Narkotik vasitənin və əşyanın maddi sübut kimi tanınmaları haqqında” 25 noyabr 2022-ci il tarixli qərardan görünü ki, 18 iyul 2022-ci il tarixdə Mohamed Naaasıra məxsus çamadandan aşkar edilərək götürülmüş, təmiz çəkisi 3660 qram, aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 3659,8 qram olan heroin narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmışdır (3-cü cild, iş vərəqə 130-132). İşdə olan “Narkotik vasitənin və əşyanın maddi sübut kimi tanınmaları haqqında” 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus və təmiz çəkisi 3660 qram olan heroin narkotik vasitəsinin gizlədildiyi, üzərində müxtəlif nəqliyyat vasitələri və əsgər rəsmləri təsvirləri, ağ-yaşıl-qırmızı rəng çalarları olan 1 ədəd çamadan iş üzrə maddi sübut kimi tanınmışdır (3-cü cild, iş vərəqə 130-132). İşdə olan “Mobil telefonun maddi sübut kimi tanınması haqqında” 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone 11 Pro Max” markalı mobil telefon üzərində olan 2 ədəd sim kartı ilə birlikdə iş üzrə maddi sübut kimi tanınmışdır (3-cü cild iş vərəqi 128-129). İşdə olan Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 03 avqust 2022-ci il tarixli, xx/xx/031013 nömrəli raportundan və həmin raporta əlavə edilmiş fotoşəkildən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məxsus, üzərində müxtəlif nəqliyyat vasitələri və əsgər rəsmləri təsvirləri, ağ-yaşıl-qırmızı rəng çalarları olan 01 ədəd çamadan 18 iyul 2022-ci il tarixdə Heydər Əliyev adına X7 1-ci Terminalının bunkerində yerləşdirilmiş rentgen aparatından keçirilərkən çamadandın alt hissəsində şübhəli təsvirlər olduğu müşahidə edilmişdir (1-ci cild, iş vərəqi 255-260). İşdə olan Azərbaycan Respublikası Monitorinq Xidmətinin 6 oktyabr 2022-ci il tarixli, MMX-X/0-3/4/302/2022 nömrəli məktubdan və həmin məktuba əlavə edilmiş köçürmə sənədindən görünür ki, Maldiv Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Maldiv Respublikasının vətəndaşı X18 adlı şəxs tərəfindən təcili pul köçürmə sistemi vasitəsi ilə 1000 ABŞ dolları göndərilmiş və həmin 1000 ABŞ dolları məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən 12 iyul 2022-ci il tarixdə "xxxx" ASC-dən məxaric edilmişdir (3-cü cild iş vərəqi 79-80). İşdə olan “X20” MMC-nin 08 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Maldiv Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs “Mensen” otelə 07 iyul 2022-ci il tarixdə, saat 13:12-də “Booking.com” saytından sifariş edərək gəlmiş və ödənişi ödəyərək 205-ci otağı kirayələmişdir. 14 iyul 2022-ci il tarixdə, saat 11:56-da oteldən çıxış etmiş, 17 iyul 2022-ci il tarixdə, saat 03:31-də otelə geri qayıtmış, 17 iyul 2022-ci il tairxdə, saat 23:35də oteli tərk etmişdir (2-ci cild iş vərəqi 18). İşdə olan "xxxx" MMC-nin 10 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Maldiv Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs "xxxx" oteldə 14-16 iyul 2022-ci il tarixlərdə qalmış, "xxxx" otelə 14 iyul 2022-ci il tarixdə “Booking.com” saytı vasitəsi ilə otaq sifariş edərək gəlmiş, həmin tarixdə Təqsirləndirilən şəxs qeydiyyatda yerləşdirilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt qeyd edilən otaqda qalmaqla 16 iyul 2022-ci il tarixdə oteldən çıxış etmişdir. Təqsirləndirilən şəxs otel otağında qalmasına görə ödənişi nağd qaydada özü şəxsən ödəmişdir. 14 iyul 2022-ci il tarixi, saat 00:01-dən 17 iyul 2022-ci il tarixi, saat 00:01-dək olan müddət ərzində "xxxx" otelinin inzibati binasının girişindəki, salonundakı və Təqsirləndirilən şəxs qalmış olduğu otel otağının dəhlizindəki təhlükəszilik kameraları vasitəsi ilə qeydiyyata alınmış videogörüntülərə tərəflərindən yaradılmış şərait nəticəsində gömrük xidməti əməkdaşları tərəfindən baxış keçirilmiş və həmin vaxt yaddaş bazasında qalan zəruri videogörüntülər qeyd edilən əməkdaşlar tərəfindən qeydə alınmaqla götürülmüşdür. Hazırda 14 iyul 2022-ci il tarixi, saat 00:01-dən 17 iyul 2022-ci il 2022-ci il tarixi, saat 00:01-dək olan müddət ərzində "xxxx" otelinin inzibati binasının girişindəki, salonundakı və Təqsirləndirilən şəxs qalmış olduğu otel otağının dəhlizindəki təhlükəszilik kameraları vasitəsi ilə qeydə alınmış videogörüntülər yaddaş bazasından silindiyindən həmin görüntülərin təqdim edilməsi mümkün deyildir (3-cü cild iş vərəqi 53). İşdə olan sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Maldiv Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə, saat 11:45-də X12 Aeroportu sərhəd məntəqəsi vasitəsi ilə Dubay aviareysi ilə X3 Dubay şəhərindən Azərbaycan Respublikasına gəlmiş, 18 iyul 2022-ci il tarixdə, saat 00:56-da X12 Aeroportu sərhəd məntəqəsi vasitəsi ilə Doha aviareysi ilə Qətərin Doha şəhərinə gedərkən gömrük əməkdaşları tərəfindən reysdən çıxarılmış və dövlət sərhədindən buraxılmamışdır (3-cü cild iş vərəqi 127). İşdə olan Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə 17 iyul 2022-ci il tarixədək olan müddət ərzində iş üzrə əhəmiyyət kəsb edən hərəkət trayektoriyasını əks etdirən və əməliyyat yolu ilə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Əhmədli Rəcəbli küçəsində yerləşən "xxxx", “Mensen”, “Diamond” otellərinin, "xxxx" ASC-nin Baş ofisinin 2-ci binasının və “Geka qaynaq məhsulları” mağazasının təhlükəsizlik kameraları ilə vasitəsi ilə qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd “DVD-R” diskə baxış keçirilməsi haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Maldiv Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs tək halda 01 ədəd qəhvəyi rəngli çamadan və 01 ədəd komputer çantası ilə 07 iyul 2022-ci il tarixdə, saat 12:50 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əhmədli Rəcəbli küçəsində yerləşən “Mensen” otelinə giriş və 14 iyul 2022-ci il tarixdə, saat 11:34 radələrində isə 01 ədəd qəhvəyi rəngli çamadan, 01 ədəd komputer çantası və 01 ədəd sellofan torbası ilə “Mensen” otelindən çıxış etmişdir. Bundan sonra Maldiv Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs tək halda 01 ədəd qəhvəyi rəngli çamadan, 01 ədəd komputer çantası və 01 ədəd sellofan torbası ilə 14 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhmədli Rəcəbli küçəsində yerləşən "xxxx" otelinə giriş etmişdir. Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə, 16:30 radələrində "xxxx" otelində qaldığı müddətdə otel otağını əlində hər hansı predmet olmadan tərk edərək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Araz Kosmos-2” marketinə getmiş və “Araz Kosmos-2” marketinin inzibati binasının içərisinə daxil olduqdan 1-2 dəqiqə sonra əlində içərisində naməlum predmet olan sellofan paketlə qeyd edilən marketdən çıxmış və əlində tutduğu həmin sellofan paketlə qaldığı "xxxx" otelinə geri qayıtmışdır. Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə, saat 11:40 radələrində "xxxx" otelində qaldığı otaqdan 01 ədəd qəhvəyi çamadan və "xxxx" otelinə yerləşdikdən sonra və həmin oteldə qaldığı müddətdə - 14 iyuldan 2022-ci il tarixdən 16 iyul 2022-ci il tarixədək olan müddət ərzində videogörüntülərə əsasən müəyyən edilməyən şəraitdə əldə etdiyi 01 ədəd üzərində müxtəlif nəqliyyat vasitələri və əsgər rəsmləri təsvirləri, ağ-yaşıl-qırmızı rəng çalarları olan çamadan ilə çıxaraq otelin qeydiyyat bölməsinə yaxınlaşdığı və qeyd edilən çamadanları otelin qeydiyyat bölməsində qoyaraq otelin inzibati binasını tərk etdiyi, bundan sonra 17 iyul 2022-ci il tarixdə, saat 00:05 radələrində "xxxx" otelinə geri qayıdaraq qeydiyyat bölməsinə qoyduğu 01 ədəd qəhvəyi çamadanı və 01 ədəd üzərində müxtəlif nəqliyyat vasitələri və əsgər rəsmləri təsvirləri, ağyaşıl-qırmızı rəng çalarları olan çamadanı götürərək otelin inzibati binasından çıxaraq otelin önündə gözləmiş və bir qədər sonra qeyd edilən 02 ədəd çamadanı markası və dövlət qeydiyyat nişanı müəyyən edilməyən taksi nəqliyyat vasitəsinə qoyaraq həmin taksi nəqliyyat vasitəsi ilə çıxıb getmişdir. 17 iyul 2022-ci il tarixdə, saat 03:16 radələrində Təqsirləndirilən şəxs 01 ədəd qəhvəyi çamadanı və 01 ədəd üzərində müxtəlif nəqliyyat vasitələri və əsgər rəsmləri təsvirləri, ağ-yaşıl-qırmızı rəng çalarları olan çamadanı ilə “Mensen” otelinə geri qayıtmış, həmin gün, saat 23:32 radələrində 01 ədəd qəhvəyi çamadanı və 01 ədəd üzərində müxtəlif nəqliyyat vasitələri və əsgər rəsmləri təsvirləri, ağyaşıl-qırmızı rəng çalarları olan çamadanı ilə “Mensen” otelindən çıxaraq otelin önündə gözləmiş və bir qədər sonra qeyd edilən 02 ədəd çamadanı “Hyundai-Elantra” markalı, dövlət qeydiyyat nişanı müəyyən edilməyən taksi nəqliyyat vasitəsinə qoyaraq və həmin taksi nəqliyyat vasitəsi ilə çıxıb getmişdir (2-ci cild iş vərəqi 228-229). İşdə olan Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X15” gömrük postunun ixrac və idxal gömrük nəzarəti zonasına daxil olmuş Maldiv Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs hərəkət trayektoriyasını əks etdirən videogörüntünün əks olunduğu 01 ədəd “DVD-R” diskə baxış keçirilməsi haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Maldiv Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə, saat 11:26 radələrində tək halda müşayiət etdiyi 01 ədəd qəhvəyi rəngli çamadan və 01 ədəd komputer çantası ilə X12 Hava Limanı vasitəsilə Azərbaycan Respublikasına gəlmiş, həmin gün saat 11:58 radələrində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X15” gömrük postunda “Qırmızı kanal” xəttində gömrük nəzarətindən keçdikdən sonra qeyd edilən çamadanı və çantanı götürərək Heydər Əliyev X7 inzibati binasını tərk etmiş və bundan sonra Hava Limanının önündə dayanmış taksilərdən birinə əyləşərək həmin ərazini tərk etmişdir. Maldiv Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə, saat 00:10 radələrində “Hyundai-Elantra” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı, boz metallik rəngli minik nəqliyyat vasitəsi ilə Heydər Əliyev X7 inzibati binasının ön hissəsinə gələrək qeyd edilən minik nəqliyyat vasitəsindən düşmüş və həmin nəqliyyat vasitəsinin şəxsiyyəti istintaqa məlum olmayan sürücüsünün köməkliyi ilə nəqliyyat vasitəsinin yük yerindən 01 ədəd qəhvəyi və 01 ədəd üzərində müxtəlif nəqliyyat vasitələri və əsgər rəsmləri təsvirləri, ağ-yaşıl-qırmızı rəng çalarları olan çamadanı götürüb tək halda Hava Limanının inzibati binasına doğru hərəkət etmiş və həmin gün saat 00:11 radələrində 01 ədəd qəhvəyi və 01 ədəd üzərində müxtəlif nəqliyyat vasitələri və əsgər rəsmləri təsvirləri, ağ-yaşıl-qırmızı rəng çalarları olan çamadanla Hava Limanının inzibati binasına daxil olmuş və bundan sonra qeyd edilən çamadanları həmin gün saat 00:17 radələrində Hava Limanında fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X15” gömrük postunun qeydiyyat bölməsinə təhvil vermişdir (2-ci cild iş vərəqi 220-221). İşdə olan Azərbaycan Respublikaı DİN-in BƏSİİ-dən alınmış 10 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (2-ci cild iş vərəqi 30). İşdə olan şübhəli şəxsin tutulması haqqında 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 57-58). İşdə olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 18 iyul 2022-ci il tarixdən saat 01:21-dən hesablanmışdır (1-ci cild iş vərəqi 169-173). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 298.6-cı maddəsinin tələblərinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi və qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 06 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməllərinə görə məsuliyyətini yüngülləşdirmək və ya məsuliyyətdən tam yayınmaq məqsədi daşıyır, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadələri iş üzrə bütün sübutların məcmusu ilə, o cümlədən iş üzrə dindirilmiş şahidlərin ifadələri, əməliyyat tədbiri zamanı müəyyən edilmiş hallar, ekspert rəyləri və işin digər materialları ilə tam təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən, təqsrləndirilən şəxsin həmin ifadələrini də sübut kimi qəbul edir, Təqsirləndirilən şəxs Cİnayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam təsdiqini tapmışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X15” gömrük postunda tərtib edilmiş “Yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, QR 354 saylı Bakı-Doha aviareysi ilə Azərbaycan Respublikasının Bakı şəhərindən Qətərin Doha şəhərinə gedən Maldiv Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs məxsus olan, müşayiət edilən baqaj kimi daşıyıcıya təhvil verdiyi “157249612” birka nömrəli, üzərində müxtəlif nəqliyyat vasitələri və əsgər rəsmləri təsvirləri, ağ-yaşıl-qırmızı rəng çalarları olan çamadan qeydiyyatdan sonra Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adına X7 1-ci Terminalının bunkerində yerləşdirilmiş rentgen aparatından keçirilərkən çamadanın alt hissəsində şübhəli təsvirlər olduğu müşahidə edilmiş, bundan sonra Təqsirləndirilən şəxs həmin terminalda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X15” gömrük postunda steril zonadan bunkerə dəvət edilmiş və orada yerləşən yoxlama otağında özünün iştirakı ilə aparılmış yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə çamadanın yan divarlarına bərkidilmiş karton altlığın alt hissəsinə yapışqanla yapışdırılmaqla gömrük nəzarətindən gizlədilmiş sarı rəngli, yastı formalı 1 ədəd sellofan bükümdə qablaşdırılması ilə birlikdə təqribi çəkisi 3790 qram təşkil edən açıq-qəhvəyi rəngli, toz şəklində, kəskin iyə malik narkotik vasitəyə oxşar maddə aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 17- 18). Bundan başqa, Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən müstəntiqə verdiyi ifadələrində ona məxsus çamadanda gizlədilmiş narkotik vasitənin ona məxsus olmaması, çamadanda narkotik vasitə gizlədilməsindən ümumiyyətlə xəbərinin olmaması barədə bildirməmiş, 19 iyul 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinə aparılarkən işə baxan hakimə özünün müdafiəsi üçün dəlillər gətirməmiş, ona elan edilmiş ittihamda özünü təqsiri bilmiş, yalnız barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs məxsus çamadanda aşkar edilmiş 3660 qram çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli Qərarının 13-cü maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-in 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-in 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-in 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-in 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 19-cu maddəsinə əsasən Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş mötəbər sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onun təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildirlər. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, həmçinin, onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, Cinayət Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növü və həddi müəyyən edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmalarına və ailəlsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Maldiv Respublikasının vətəndaşı olduğundan ona cəza təyin edilərkən, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın da təyin edilməsi qanunun tələblərinə və cəza siyasətinin məqsədlərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplaqmaq yolu ilə qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəlinin 25 aprel 2022-ci il tarixdən hesablanmasını, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini, Cinayət Məcələsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını cəzanın məqsədlərinə uyğun hesab edir, barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 12 sentyabr 2022-ci il tarixli 5145 nömrəli ekspert rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə zamanı xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan fiziki-kimyəvi ekspertizası üzrə18 iyul 2022-ci il tarixli 6/3870 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus 002115 №-li bir ədəd polietilen paketdə təmiz çəkisi 3.660 qram olan açıq-qəhvəyi maddə narkotik vasitə heroin kustar üsulla hazırlanmışdır. Göstərilənlərə əsasən iş üzrə maddi sübutar - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 3.659,8 qram narkotik vasitə heroin məhv edilməli, Dövlət Gömrük Komitəsi «Azərterminalkompleks» Birliyinin anbarında saxlanılan 1 ədəd çamadan və «İphone 11 Pro Max» markalı mobil telefon 2 ədəd sim kartı ilə birlikdə Təqsirləndirilən şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs çamadanıda axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntünün olduğu 1 ədəd CD disk və cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 3.659,8 qram narkotik vasitə heroin məhv edilsin, Dövlət Gömrük Komitəsi «Azərterminalkompleks» Birliyinin anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd çamadan və «İphone 11 Pro Max» markalı mobil telefon 2 ədəd sim kartı ilə birlikdə Təqsirləndirilən şəxs qaytarılsın, Təqsirləndirilən şəxs çamadanında axtarış və gütürmə keçirilən zamanı çəkilmiş video görüntünün olduğu 1 ədəd CD disk və cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxsa isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar