Məhkəmə qərarları › İş №1(101)-524/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-524/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-524/2025 05.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 və X1 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və “Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1985-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 az yaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-də aparıcı dizayner işləyən, məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə, xx.xx.1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Ərəbyengicə kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs1 özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində inşa edilmiş binanın tikintisi üçün sonuncunun verdiyi beton qarşılığında MMC tərəfindən faktiki olaraq sonuncuya verilmiş, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 23 ünvanında inşa edilmiş 13 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 117 kvadrat metr olan 50 №-li mənzilin Təqsirləndirilən şəxs2 tərəfindən qohumu Zərərçəkmiş şəxs 93.600 (doxsan üç min altı yüz) manata satılmasına nail olduqdan sonra o, sonuncunun həmin mənzildən imtina etməsinə dair hüquq verən rəsmi sənəd hesab olunan xx.xx.2022-ci il tarixli ərizəni Zərərçəkmiş şəxs adından imzalayıb saxtalaşdırılmaqla eyni tarixdə Təqsirləndirilən şəxs2 təqdim etmiş, sonuncu da öz növbəsində həmin saxta sənəddən istifadə edib qeyd olunan mənzili xx.xx.2022-ci ildə Şahid2 102.000 (bir yüz iki min) manata sataraq, əldə olunmuş gəliri aralarında bölüb Zərərçəkmiş şəxs 93.600 (doxsan üç min altı yüz) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törətmişdir.

2. Təqsirləndirilən şəxs2 özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində inşa edilmiş binanın tikintisi üçün onun verdiyi beton qarşılığında MMC tərəfindən faktiki olaraq ona verilmiş, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 23 ünvanında inşa edilmiş 13 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 117 kvadrat metr olan 50 №-li mənzilin Təqsirləndirilən şəxs1 tərəfindən sonuncunun qohumu Zərərçəkmiş şəxs 93.600 (doxsan üç min altı yüz) manata satılmasına nail olduqdan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs həmin mənzildən imtina etməsinə dair hüquq verən rəsmi sənəd hesab olunan xx.xx.2022-ci il tarixli ərizəni Zərərçəkmiş şəxs adından imzalayıb saxtalaşdırılmaqla eyni tarixdə ona təqdim etmiş, o da öz növbəsində həmin saxta sənəddən istifadə edib qeyd olunan mənzili xx.xx.2022-ci ildə Şahid2 102.000 (bir yüz iki min) manata sataraq, əldə olunmuş gəliri aralarında bölüb Zərərçəkmiş şəxs 93.600 (doxsan üç min altı yüz) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törətmişdir.

İşin faktiki halları:

3. Təqsirləndirilən şəxs1 özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində inşa edilmiş binanın tikintisi üçün sonuncunun verdiyi beton qarşılığında MMC tərəfindən faktiki olaraq sonuncuya verilmiş, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 23 ünvanında inşa edilmiş 13 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 117 kvadrat metr olan 50 №-li mənzilin Təqsirləndirilən şəxs2 tərəfindən qohumu Zərərçəkmiş şəxs 93.600 (doxsan üç min altı yüz) manata satılmasına nail olduqdan sonra o, sonuncunun həmin mənzildən imtina etməsinə dair hüquq verən rəsmi sənəd hesab olunan xx.xx.2022-ci il tarixli ərizəni Zərərçəkmiş şəxs adından imzalayıb saxtalaşdırılmaqla eyni tarixdə Təqsirləndirilən şəxs2 təqdim etmiş, sonuncu da öz növbəsində həmin saxta sənəddən istifadə edib qeyd olunan mənzili xx.xx.2022-ci ildə Şahid2 102.000 (bir yüz iki min) manata sataraq, əldə olunmuş gəliri aralarında bölüb Zərərçəkmiş şəxs 93.600 (doxsan üç min altı yüz) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törətmişdir.

4. Təqsirləndirilən şəxs2 özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində inşa edilmiş binanın tikintisi üçün onun verdiyi beton qarşılığında MMC tərəfindən faktiki olaraq ona verilmiş, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 23 ünvanında inşa edilmiş 13 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 117 kvadrat metr olan 50 №-li mənzilin Təqsirləndirilən şəxs1 tərəfindən sonuncunun qohumu Zərərçəkmiş şəxs 93.600 (doxsan üç min altı yüz) manata satılmasına nail olduqdan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs həmin mənzildən imtina etməsinə dair hüquq verən rəsmi sənəd hesab olunan xx.xx.2022-ci il tarixli ərizəni Zərərçəkmiş şəxs adından imzalayıb saxtalaşdırılmaqla eyni tarixdə ona təqdim etmiş, o da öz növbəsində həmin saxta sənəddən istifadə edib qeyd olunan mənzili xx.xx.2022-ci ildə Şahid2 102.000 (bir yüz iki min) manata sataraq, əldə olunmuş gəliri aralarında bölüb Zərərçəkmiş şəxs 93.600 (doxsan üç min altı yüz) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törətmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

5. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında qardaşı Şahid1 ev almaq istədiyini və satışda münasib qiymətə ev olacağı təqdirdə ona xəbər etməsini bildirmişdir. Bir müddət sonra qardaşı ona zəng edərək Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsində, 2 otaqlı, sahəsi 117 kv.m olan 50 nömrəli mənzilin 93.600 (doxsan üç min altı yüz) manata satıldığını bildirmişdir. Həmin mənzilin satışda olması barədə məlumatı qardaşına qohumu Təqsirləndirilən şəxs1 və sonuncunun tanışı Maqsud adlı şəxs bildirmişdir. O, qardaşına gedib həmin mənzilə baxmasını və əgər uyğun olsa mənzili almasını istəmişdir. Qardaşı Simnar həmin binanın 1-ci mərtəbəsində yerləşən "xxxx" MMC-nin ofisinə gedərək MMC-nin mülkiyyətçisi Şahid3 ilə danışmış və evin qiymətini 93.600 (doxsan üç min altı yüz) manat məbləğə razılaşdırmışdır. O, həmin vaxt Dərbənd şəhərində olduğu üçün qardaşı Simnara etibarnamə vermişdir. Qardaşı 50.000 (əlli min) manat pulu "xxxx" Bankda olan hesabından çıxararaq xx.xx.2022-ci ildə onun adından MMC-nin direktoru X4 ilə mənzilin alqı-satqısına dair müqavilə bağlayaraq 50.000 (əlli min) manat məbləğində pulu nağd şəkildə Şahid3 vermiş və ödənişin qəbzini götürmüşdür. Müqavilə bağlanılan və ödəniş edilərkən həmin vaxt ofisdə Həsən, Zaur, Mustafa və Maqsud olmuşlar. Növbəti bir həftə ərzində o, Dağıstan şəhərində tanışlarından borc alaraq 15.000 (on beş min) manatı qardaşı Simnara göndərmişdir. Simnar yenə də həmin "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən ofisində Şahid3la görüşürək 15.000 (on beş min) manatı nağd şəkildə sonuncuya vermiş və ödəniş qəbzini götürmüşdür. Qalan 28.600 (iyirmi səkkiz min altı yüz) manatı isə hər ay 3.000 (üç min) manat olmaqla ödəyib qurtarmalı idi. 2021-ci ilin noyabr ayından 2022-ci ilin avqust ayınadək qalan 28.600 (iyirmi səkkiz min altı yüz) manatı hissə-hissə olmaqla ödəyib qurtarmışdır. Həmin pulları o, Dərbənd şəhərindən qardaşı Simnara göndərmiş, Simnar isə MMC-nin ofisinə gedərək Şahid3 nağd şəkildə ödəyərək ödəniş qəbzlərini götürmüşdür. xx.xx.2022-ci ildə o, Bakı şəhərinə qayıtmış və xx.xx.2022-ci ildə qardaşı Simnarla həmin mənzilə getmişdir. MMC-nin ofisində oturan tanımadığı qadın onlara həmin mənzilin ona məxsus olmadığını və sənədləşmə zamanı səhvə yol verildiyini, ona hal-hazırda tikilməkdə olan binadan ev veriləcəyini bildirmişdir. O, bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs2 məlumat vermişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisi ona mütəmadi şəkildə ya ona mənzil verəcəyini ya da mənzilin pulunu artıqlaması ilə qaytaracağını, narahat olmamasını bildirmişdir. Lakin hal-hazırki vaxtadək ona pul qaytarılmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onu aldadaraq satdıqları Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 23 ünvanında inşa edilmiş 13 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 117 kvadrat metr olan 50 №-li mənzili başqa şəxsə satdıqdan sonra həmin mənzilin əvəzi olaraq ona həmin binanın yanında inşa edilməkdə olan binadan, yəni ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 117 kvadrat metr olan 15 №-li mənzili vermiş və bununla bağlı qardaşı Simnara maliyyə arayışı verilmişdir. Ona sonradan verilmiş mənzil müqaviləsinin əslinin üstünə xətt düşdüyündən dəyişilməsini istəmiş, həmin sənədlərdə dəyişməyə aparması üçün Mustafaya verilmiş, sonuncu isə sənədləri aparmış, lakin geri gətirməmişdir. Mənzildən imtinaya dair heç kimə ərizə verməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən binanın 4-cü mərtəbəsindəki 3 otaqlı 117 kv.m-lik evə dair müqavilə onda deyildir, həmin müqavilədə onun imzası yoxdur, həmin mənzilin gələcəkdə satılmasına etiraz etmir və o mənzilə qarşı heç bir tələbi olmayacaqdır. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, onlarla barışdığını, həmin şəxslərə qarşı heş bir şikayət və ya tələbinin olmadığını, cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mənzil axtarışında olarkən Təqsirləndirilən şəxs2 ilə tanış olnuşdur. Sonuncu ilə söhbət zamanı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, 23 ünvanında inşa edilmiş 13 mərtəbəli yaşayış binasını betonla təmin etdiyi üçün binanın direktoru tərəfindən həmin binada ona mənzil verildiyini və həmin mənzili orta bazar qiymətindən ucuz qiymətə satdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 bildirdiyi ünvanda yerləşən binaya baxarkən tikinti və qiymət onu qane etdiyi üçün həmin binadan Təqsirləndirilən şəxs2 təklif etdiyi mənzili almaq qərarına gəlmişdir. Belə ki, sonuncu Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 23 ünvanında inşa edilmiş 13 mərtəbəli yaşayış binasının 10cu mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 120 kvadrat metr olan 50 №-li mənzili ona 1 kvm-i 850 manat olmaqla ümumi qiyməti 102.000 (yüz iki min) manata təklif etmişdir. O da həmin mənzili almağa razılaşaraq, Təqsirləndirilən şəxs2 102.000 (yüz iki min) manat məbləğində pul ödəmiş və xx.xx.2022-ci ildə onunla "xxxx" MMC arasında müqavilə bağlanmış, həmçinin pulu ödəməyi ilə bağlı həmin tarixdə ona maliyyə arayışı verilmişdir. Hazırda həmin mənzil ona məxsusdur və orada təmir işləri aparılır. Həmçinin o, Təqsirləndirilən şəxs1 tanımadığını və ona mənzili satanın Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci ildə Mustafa ona Xətai rayonu, R.Quliyev küçəsində yerləşən, "xxxx" MMC tərəfindən tikilmiş hündürmərtəbəli binada dəyərindən ucuz satılan mənzil təklif etmişdir. Həmin MMC-nin rəhbəri Zaur Yaqubov olsa da, binanın tikintisi sonuncunun qardaşı Şahid3 tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs1 öz tanışı Təqsirləndirilən şəxs2la birgə onu həmin binanın ofisinə gətirərək Həsənlə tanış etmişdir. O, Şahid3la ev barədə danışmış və evi qardaşı üçün kreditlə alacağını bildirmişdir. Həsən ona ilkin ödəniş olaraq 50.000 (əlli min) manat, hər ay isə 3.000 (üç min) və ya 4.000 (dörd min) manat məbləğində vəsait ödəyəcəyini bildirmiş, o da təkliflə razılaşmışdır. Bu səbəbdən də 4-5 gün sonra ilkin olaraq 25.500 (iyirmi beş min beş yüz) manat məbləğində pul vəsaitini, bundan bir gün sonra isə 24.500 (iyirmi dörd min beş yüz) manat məbləğində pul vəsaitini MMC-nin ofisində Şahid3 ödəmiş və bununla bağlı qəbz almışdır. Həmçinin Xətai rayonu, R.Quliyev küçəsi 23 ünvanında yerləşən binanın 4-cü mərtəbəsindəki mənzilə dair müqavilə bağlamış, daha sonra Təqsirləndirilən şəxs2 ona zəng edib pul da istəmişdir. 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs2 və Şahid3 ona mənzildə problem olduğunu və əvəzinə həmin binanın 10-cu mərtəbəsində yerləşən 50-ci mənzili təklif etmişdir. O da qardaşı Seyranla danışdıqdan sonra mənzilin dəyişilməsinə razılıq vermişdir. Mənzilin sənədinə dair müqavilə çap edilərkən üzərinə printerin ləkələri düşdüyü üçün ona təzədən müqavilə verəcəklərini və yeni müqavilə verilənədək ləkə düşmüş müqaviləni özündə saxlamalı olduğunu bildirmişlər. O da Təqsirləndirilən şəxs1 vaxtı olanda müqaviləni götürməyi xahiş etmişdir. Mənzillə bağlı ödənişləri hər zaman Şahid3 etmişdir. Sonuncu dəfə isə 2022-ci ilin iyul ayında anası və bacısı ödəniş edərək mənzilə dair maliyyə arayışını almışlar. xx.xx.2022-ci ildə qardaşı Seyran Rusiya Federasiyasından Bakı şəhərinə qayıtmış, bundan sonra qohumu Təqsirləndirilən şəxs1 ona zəng edərək 10-cu mərtəbədə yerləşən mənzillərində problem olduğunu və başqa şəxsə satıldığını bildirmişdir. Binada yerləşən ofisə getdikdə həqiqətən də mənzilin başqa şəxsə satıldığını bildirmişlər. Bundan sonra Şahid3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la görüşmüş və hər dəfəsində ona pullarının qaytarılacağı deyilsə də, hələ də pulları qaytarmamışlar. Söhbət zamanı Təqsirləndirilən şəxs2 onlara verilməli müqaviləni soruşduqda, sonuncu həmin müqaviləni Təqsirləndirilən şəxs1 götürdüyünü və bundan sonra 10-cu mərtəbədə yerləşən mənzilin satıldığını bilmişdir. Həmin söhbət zamanı Seyranın adına Xətai rayonu, R.Quliyev 23a ünvanında tikilməkdə olan hündürmərtəbəli binadan başqa mənzil yazıldığını öyrənmiş, hazırda həmin binanın tikintisi də dayanmışdır. Onu da qeyd etmişdir ki, müqavilələrə o, imza çəkmiş, ilkin müqavilədə də imzası var. 10-cu mərtəbədəki 50-ci mənzilin müqaviləsinin əsli ondadır. O, mənzil üçün nə Təqsirləndirilən şəxs1, nə də ki Təqsirləndirilən şəxs2 pul ödəməmiş, bütün ödənişi birbaşa olaraq Şahid3 ödəmişdir. O, həmçinin bildirmişdir ki, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yanındakı ərazidə yerləşən 13 mərtəbəli evin 10-cu mərtəbəsində 117 kv.m olmaqla iki otaqlı 50 nömrəli mənzilə dair müqavilə bir müddət Təqsirləndirilən şəxs1 olduğundan həmin müqavilə ilə mənzili satmişlar. Onun həmin müqavilədə imzası olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 əlində müqavilə ilə şirkətə gəldiyini, həmin evi satmağı təklif etdiyini bildirmiş, ev satıldıqdan sonra Təqsirləndirilən şəxs1 26.500 (iyirmi altı min beş yüz) manat, daha sonra isə 2.000 (iki min) dollar pul verildiyini bildirmişdir. İmtina ərizəsindəki imza onun deyil və həmin imtina ərizəsini Təqsirləndirilən şəxs1 yazmışdır. Həmin mənzilə dair üstü cızıqlı müqaviləni etibarnamə əsasında o, imzalamış, lakin daha sonra Təqsirləndirilən şəxs1 gedib götürdüyü ləkəsiz olan müqaviləni o, imzalamamışdır. Bundan başqa ünvan 5 ünvanında yerləşən binanın 4-cü mərtəbəsindəki 3 otaqlı 117 kv.m-lik evə dair müqaviləni Sənan adlı müstəntiq ondan istəmiş və o da müqaviləni həmin müstəntiqə vermişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, rəhbərlik etdiyi "xxxx" MMC tərəfindən 2018-2020-ci illər ərzində Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 23 ünvanında 13 mərtəbədən ibarət yaşayış binası inşa olunaraq 2020-ci ilin dekabr ayında istismara verilmişdir. Bundan başqa, "xxxx" MMC tərəfindən 2022-ci ildə ünvan 5 ünvanında 8 mərtəbəli digər yaşayış binasının inşasına başlanılmış və hazırda həmin binanının inşası ilə əlaqədar zəruri işlər davam etdirilir. Aralarında olan şifahi razılaşmaya əsasən Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, 23 ünvanında yerləşən 13 mərtəbəli yaşayış binasının inşasında istifadə etmək üçün beton tədarükü Bakı şəhərində beton təchizatı ilə məşğul olan Təqsirləndirilən şəxs2 tərəfindən həyata keçirilmişdir. "xxxx" MMC tərəfindən həmin ünvanda inşa edilmiş 13 mərtəbəli yaşayış binasının inşasında istifadə etmək üçün tədarük etdiyi betonun müqabilində sonuncuya həmin binadan üç ədəd mənzil verilmişdir. Təqsirləndirilən şəxs2 aralarında olan şifahi razılaşmaya əsasən sonuncu tədarük etdiyi betonun müqabilində həmin mənzillərin satışından əldə olunacaq pul vəsaitini özünə götürəcəkmiş. 2022-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ona müraciət edərək "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, 23 ünvanında inşa edilmiş 13 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 117 kvadrat metr olan 50 nömrəli mənzili 93.600 (doxsan üç min altı yüz) manat müqabilində tanışı Zərərçəkmiş şəxs satmaq istədiyini bildirib mənzilin alqısatqısı üçün müvafiq rəsmiləşdirmə aparılmasına icazə verilməsini istəmiş və o, etiraz etməyib razılaşmışdır. Bundan sonra xx.xx.2023-cü ildə həmin binanın birinci mərtəbəsində yerləşən "xxxx" MMC-nin ofisində mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Sonradan Simran və Zərərçəkmiş şəxsların qohumu olan Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə "xxxx" MMC-nin ofisinə gələrək Seyranın həmin mənzildən imtina etməsi barədə sonuncunun adından ərizə təqdim etmişdir. Həmin mənzil şifahi razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 beton əvəzində verildiyi üçün sonuncunun xahişi ilə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında hazırda inşası davam etdirilən çoxmərtəbəli yaşayış binasından eyni yaşayış sahəsinə və parametrlərə malik başqa bir mənzilin verilməsi qərara alınmışdır. Həmin mənzil isə Təqsirləndirilən şəxs2 tərəfindən Şahid2 adlı şəxsə satılmış və sonuncuya həmin mənzilə dair müqavilə tərtib edilərək verilmişdir. Lakin Zərərçəkmiş şəxs qardaşı və etibarnamə üzrə nümayəndəsi Simran Əhədovla birlikdə 2022-ci ilin dekabr ayında "xxxx" MMC-nin ofisinə gəldikdə Zərərçəkmiş şəxs həmin mənzildən imtina etməsi barədə heç kəsə ərizə vermədiyi məlum olmuşdur. Məhz bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs adından təqdim etdiyi həmin imtina ərizəsinin saxta olduğu və ərizənin Zərərçəkmiş şəxs tərəfindən imzalanmadığı müəyyən edilmişdir. O, bununla əlaqədar həmin ərəfələrdə Təqsirləndirilən şəxs2la görüşüb Təqsirləndirilən şəxs1 barəsində maraqlandıqda Təqsirləndirilən şəxs2 həmin şəxsin Seyran və Simran Əhədov qardaşlarının qohumu olduğunu və imtina ərizəsinin Seyranın adından Təqsirləndirilən şəxs1 hazırlayaraq imzaladağını bildirmişdir. Həmin mənzil sonradan qanuna müvafiq qaydada başqa şəxsə satıldığı üçün sözügedən mənzilin Zərərçəkmiş şəxs təhvil verilməsi mümkün olmamışdır. Buna baxmayaraq, "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında hazırda inşası davam etdirilən çoxmərtəbəli yaşayış binasından şifahi razılaşmaya əsasən beton təchizatının qarşılığında Təqsirləndirilən şəxs2 verilən eyni yaşayış sahəsinə və parametrlərə malik başqa bir mənzil Zərərçəkmiş şəxs adına müqavilə ilə verilmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs adından həmin mənzilə dair saxta imtina ərizəsi təqdim etməsi sonradan 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs MMC-nin ofisinə yaxınlaşarkən məlum olmuşdur. Təqsirləndirilən şəxs1 öz qanunsuz hərəkətləri ilə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı, "xxxx" MMC-nin işgüzar nüfuzuna da xələl gətirmişdir. O, həmçinin bildirmişdir ki, mənzildən imtinaya dair Zərərçəkmiş şəxs ərizəsini Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 gətirmiş, sonuncu müqaviləni də daha sonra gətirəcəyini bildirmiş, lakin müqaviləni gətirməmişdir. Zərərçəkmiş şəxs satdıqları mənzilin müqaviləsində qaralama düşdüyü üçün Simnar yeni müqavilə istəmiş, əvəzində yeni müqavilə verilmiş, müqavilə verilərkən orda o deyil, qardaşı Zaur Yaqubov iştirak edib və müqaviləni Təqsirləndirilən şəxs1 götürmüşdür. Ödənişləri şirkətin katibəsinə edilsə belə, həmin pullar ona deyil, Maqsuda vermişdir.

9. Məhkəmə iclasında Müdafiəçi1 vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Maqsud və Mustafa onun kargüzar kimi işlədiyi "xxxx" MMCnin ofisinə mütəmadi gəlib-gedən şəxslər olmuşlar. Rəhbərlik ona Maqsud və Mustafanın köhnə evin sənədlərini gətirib ona verəcəklərini, onun da yeni müqaviləni həmin şəxslərə verməsini tapşırmışdır. Mənzilin köhnə müqaviləsini və imtina ərizəsini Mustafa gətirib vermişdir. Həmin vaxt hansısa sənədə imza çəkildiyini görməmişdir. Həmçinin sənədlərin hamısını ofisə Mustafa gətirmiş, o, sənədlərin içərisinə baxmış, həmin sənədlərin içərisində onların tərtib etdiyi müqavilə olmuş, Maqsud isə sonradan gəlmişdir.

10. Məhkəmə iclasında dindirilmiş ekspert N.N.Əfəndiyev bildirmişdir ki, birinci ekspertiza rəyində tədqiqata təqdim edilmiş imza birinci şəxsə məxsus olmadığından, birinci şəxsin imzasına oxşadılmaqla çəkilməsi səbəbindən imzanın bu və ya başqa şəxs tərəfindən çəkilməsini müəyyən etmək mümkün olmamışdır. Əgər imzanı çəkən şəxs özü deyilsə imza sadə quruluşludursa bu zaman həmin imzalar arasındakı fərqləndirici əlamətləri tapmaq mümkün olmur. Üçüncü ekspertiza rəyində rəqəmlər və qrafik materialın az olması səbəbindən imza nümunəsinin kim tərəfindən icra edilməsi müəyyən edilə bilməmişdir. Ümumi tərkibdə imzalar oxşayır, lakin detaylara baxdıqda, hərflər arasında dayanmalar və durmalara baxıldıqda imzanın qeyd olunan şəxslər tərəfindən çəkilmədiyi müəyyən edilir. Məsələn imzadakı “ə” hərfi qısa formada icra edilib, iti sürətlə keçilib, ə hərfinin bitmə hissəsində dayanma var, ölçüləri böyükdür. Həmçinin bildirmişdir ki, rəy tərtib edildikdən sonra heç bir şəxsə məlumat verilməmişdir.

11. Məhkəmə iclasında dindirilmiş ekspert Ə.M.Abdullayev bildirmişdir ki, tədqiqatlar ümumi və xüsusi əlamətlər üzrə aparılmışdır. Ümumi əlamətlərə xəttin və ya imzanın ümumi quruluşu, yəni meyli, istiqaməti, hərəkətinin forma və istiqaməti, xüsusi əlamətlərə isə quruluşu, icra olunma forması, hərəkətin başlanğıc və bitmə forması, hərəkətin şaquli və üfüqi forması daxildir. Tədqiqata təqdim edilmiş imtina ərizəsində seriya hissədəki rəqəmlər Maqsud tərəfindən icra olunmuş, imza hissə isə Maqsud və Mustafanın heç biri tərəfindən icra olunmamışdır. Həmin ərizədə 3 formada xətt mövcuddur, ad soyad tarix qrafası bir xətt, seriya, yaşayış yeri bir xətt və 120, 50 də bir xəttdir. Hər bir xəttdə fərqli insanlar tərəfindən icra olunmuşdur. Bundan başqa bildirmişdir ki, hər bir ekspert tədqiqatı eyni, yəni ümumi və xüsusi metodikalar əsasında aparır, lakin ekspertlərin apardığı tədqiqatın öz nəticəsi mövcuddur, bu nəticələr fərqli olabilər və başqa bir ekspertin bu rəyə müdaxilə etmək hüququ yoxdur. Bununla bağlı təlimatda da qeyd edilmişdir ki, ekspertizanın növündən asılı olmayaraq ekspertlər tədqiqat və onun nəticəsində müstəqildir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1578;5/1343 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixli imtina ərizəsinin aşağı hissəsindəki “İmza” qrafasındakı imza – Zərərçəkmiş şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixli imtina ərizəsinin aşağı hissəsindəki “İmza” qrafasındakı imzanın – Şahid3 tərəfindən, Təqsirləndirilən şəxs2 tərəfindən, Təqsirləndirilən şəxs1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş xx.xx.2022-ci il tarixli imtina ərizəsinin üzərində olan imzada hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilmədi. Rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən səbəbə görə qərarda göstərilən “b) tədqiqata təqdim edilmiş "xxxx" MMC-yə məxsus təqdim olunan imtina ərizəsində əlyazma ilə edilmiş düzəlişlər və imzalar nə qədər müddət əvvəl icra olunmuşdur?” sualı üzrə tədqiqat aparılmadı. Ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat təşkil etmişdir (İ cild i/v 108-112).

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1960 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs adından olan “imtina ərizəsi”nin aşağı hissəsində “İmza” qrafasında olan imza Təqsirləndirilən şəxs1 tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs adından olan “imtina ərizəsi”ndə olan rəqəmlərin – Təqsirləndirilən şəxs2 tərəfindən, Təqsirləndirilən şəxs1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat təşkil etmişdir (İ cild i/v 126-129).

14. Cinayət işinin İİİ cildinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1997 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(101)-2190/2024 nömrəli cinayət işinin 1-ci cildinin 130-cu vərəqində olan xx.xx.2022-ci il tarixli İmtina ərizəsində “vəsiqə AZE N” qrafasındakı “AA 1812232” rəqəmli yazıları və “1”, “10” rəqəmləri Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. 1(101)-2190/2024 nömrəli cinayət işinin 1-ci cildinin 130-cu vərəqində olan xx.xx.2022-ci il tarixli İmtina ərizəsində “Zərərçəkmiş şəxs” yzıları, “120” və “50” rəqəmləri, “05 noyabr” rəqəmli yazıları və həmçinin “imza” qrafasındakı imza – Təqsirləndirilən şəxs2 tərəfindən yox, Təqsirləndirilən şəxs1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manat təşkil etmişdir

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-12975/2023 nömrəli məktubundan görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 258 nömrəli sərəncamına, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2013cü il tarixli 2(82)-1951/2013 nömrəli qərarına və MA seriyalı ******* nömrəli çıxarışa əsasən xx.xx.2013-cü ildə Şahid3 adına qeydiyyata alınmış, lakin xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin bir hissəsi digər fiziki şəxslərin adına özgəninkiləşdirilmiş, evin qalan hissəsi Şahid3 adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir (İ cild i/v 106).

16. 29.07.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 tərəfindən S.İ.Əhmədovun adından imzalanmış xx.xx.2022ci il tarixli imtina ərizəsi maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (İİ cild i/v 151-166).

17. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, S.İ.Əhmədov tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi 23A, blok 1 ümumi sahəsi 117 kv.m olan 3 otaqdan ibarət 15 nömrəli mənzilin pay dəyəri olan 93.000 (doxsan üç min) manat məbləğində pul ödənilmişdir (İİ cild i/v 218).

18. 28.11.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs 30.000 (otuz min) manat məbləğində pul vermişdir (İ cild i/v 107).

19. Cinayət işinin İİİ cildinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurulmuş ziyandan 20.000 (iyirmi min) manat məbləğində pul ödəmişdir.

20. Cinayət işinin İİİ cildinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurulmuş ziyandan 20.000 (iyirmi min) manat məbləğində pul ödəmişdir.

21. Cinayət işinin İİİ cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyan ona tam həcmdə ödənilmişdir, onunla barışmış, ona qarşı hər hansı şikayət, tələbi yoxdur və Təqsirləndirilən şəxs2 cəza təyin edilməməsini məhkəmədən xahiş edir.

22. Cinayət işinin İİİ cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş ziyan ona tam həcmdə ödənilmişdir, onunla barışmış, ona qarşı hər hansı şikayət, tələbi yoxdur və Təqsirləndirilən şəxs1 cəza təyin edilməməsini məhkəmədən xahiş edir.

Təqsirləndirilən şəxslərin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

23. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 178.3.2 və 320.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 23 ünvanında yerləşən çoxmərtəbəli binanın tikintisi zamanı həmin binanın beton təmiri ilə məşğul olmuşdur. Həmin binanın tikinti-təmir işlərini direktoru X4 olan "xxxx" MMC həyata keçirmişdir. Həmçinin Zaurun qardaşı Şahid3 binaların tikintisində yaxından iştirak etmiş və maliyyə məsələlərini həll etmişdir. Onunla aralarında olan şifahi razılaşmaya əsasən binanın tikintisində verdiyi betonun qarşılığında həmin binadan ona bir neçə ev vermişdir. 2018-ci ildən tanıdığı Təqsirləndirilən şəxs1 ona 2021-ci ilin oktyabr ayında həmin binadan qohumu Zərərçəkmiş şəxs üçün ev almaq istədiyini bildirmiş və binanın 4-cü mərtəbəsində yerləşən mənzili Təqsirləndirilən şəxs1 qohumu Zərərçəkmiş şəxs üçün almışdır. Mənzil alınarkən Zərərçəkmiş şəxs Rusiya Federasiyasında olmuş, o, Zərərçəkmiş şəxs görməmişdir. Mənzilin alınması üçün lazım olan məbləği Təqsirləndirilən şəxs1 hissə-hissə gətirib ona vermiş və onun xahişiylə "xxxx" MMC-in direktoru tərəfindən qəbz yazılıb verilmişdir. Beləliklə Təqsirləndirilən şəxs1 mənzil üçün lazım olan məbləği hissə-hissə ödəmişdir. 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs üçün alınan mənzildə problem olduğu üçün sonuncuya həmin binanın 10-cu mərtəbəsində yerləşən mənzil təklif edilmiş, Seyran razılaşdıqdan sonra həmin mənzil müqavilə ilə sonuncunun adına rəsmiləşdirilmişdir. 2022-ci ilin yay aylarında məbləğin son hissəsi olan 16.000 (on altı min) manat ödənilərkən Şahid1 məbləğin üzərindən 1.000 (bir min) manat götürərək lazım olduğunu bildirmiş, 15.000 (on beş min) manat məbləği də məhz Zərərçəkmiş şəxs anası və bacısı ofisə gələrək ödəmişdir. 1.000 (bir min) manat az ödəniş olunsa da, maliyyə arayışında məbləğ tam göstərilmişdir. Lakin 2022-ci ilin oktyabr-noyabr aylarında Təqsirləndirilən şəxs1 26.000 (iyirmi altı min) manat pul vəsaitinə ehtiyacının olduğunu və Zərərçəkmiş şəxs üçün alınan evi satmağı təklif etmişdir. O, Zərərçəkmiş şəxs tərəfindən bu barədə imtina ərizəsi yazılmadan və mənzildən imtina etmədən mənzili satmağın qeyri-mümkün olduğunu bildirmişdir. Lakin Mustafa qohumu Seyrana hazırda tikilməkdə olan ünvan 9 ünvanında yerləşən binadan mənzil veriləcəyi təqdirdə sonuncunun şikayət etməsinə mane olacağını bildirərək Zərərçəkmiş şəxs adından imtina ərizəsinə imza çəkərək ona təqdim etmişdir. Buna görə də, o, həmin imtina ərizəsini "xxxx" MMC-in direktoruna təqdim edərək Zərərçəkmiş şəxs yeni tikilən binadan mənzil verilməsini xahiş etmişdir. Sonradan isə Təqsirləndirilən şəxs1 təklifi ilə həmin mənzili tanışı Rəşadın vasitəsilə Sərvin Axundov adlı şəxsə 85.000 (səksən beş min) manat məbləğinə sataraq Təqsirləndirilən şəxs1 lazım olan 26.000 (iyirmi altı min) manatı vermiş, qalan məbləği isə öz işlərinə xərcləmişdir. Zərərçəkmiş şəxs adına yazılan imtina ərizəsinin Təqsirləndirilən şəxs1 tərəfindən imzalandığını onla Mustafadan başqa heç kim bilməmişdir. Daha sonra sonuncuya satdıqları həmin mənzili Şahid2 satmışlar, alqı-satqı prosesində Simnar iştirak etməmiş, yalnız Təqsirləndirilən şəxs1 və o, iştirak etmişdir. Seyranın mənzildən imtinasına dair ərizəni Təqsirləndirilən şəxs1 yazmış, Seyranın özü imtina ərizəsi yazmamışdır. Bundan sonra Seyran bundan narazı olduğu üçün o, həmin 93.600 (doxsan üç min altı yüz) manat məbləğində pulun təminatı kimi ünvan 10 ünvanında 4cü mərtəbədə yerləşən 117 kvm-lik 3 otaqlı mənzili sonuncuya satmış və ödəniş Təqsirləndirilən şəxs1 tərəfindən hissə-hissə olunmuş, həmin mənzilin sənədlərini də Seyran özündə saxlamışdır. O, Seyrana verdiyi həmin mənzili satıb sonuncuya pulun geri qalanını qaytarmaq üçün mənzilin sənədlərini sonuncudan geri istəmiş, lakin sənədləri verməmişdir. Həmin binadan onun mənzilinin Seyranın adına rəsmiləşdirilməsinə dair müqavilə mövcuddur. Həmçinin Seyrana o, 30.000 (otuz min) manat məbləğində pul, Mustafa isə 26.000 (iyirmi altı min) manat məbləğində pul ödəmiş, əlavə olaraq da mənzilin sənədlərini özündə saxlamışdır və hazırda da ondadır. Həmçinin, ünvan 5 ünvanında yerləşən binanın 4-cü mərtəbəsindəki 3 otaqlı 117 kv.mlik evə dair müqaviləni o, Təqsirləndirilən şəxs1 vermişdir. Lakin buna baxmayaraq Seyran onun barəsində hüquq mühafizə oraqlarına şikayət etmiş və o, ibtidai istintaq dövründə Seyrana 30.000 (otuz min) manat məbləğində pul ödəmişdir. Daha sonra barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir.

24. Digər Təqsirləndirilən şəxs1 məhkəmə iclasında Azərbaycan Respublikasının CM-in 178.3.2 və 320.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Simnar və Zərərçəkmiş şəxs qardaşları onun arvadı Sevda Qurbanovanın xalası oğlanlarıdır və münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs2 isə 2019-cu ildən tanımışdır. Belə ki, tanışlıq zamanı Təqsirləndirilən şəxs2 ona tikilməkdə olan binaları betonla təmin etdiyini, binanın direktoru tərəfindən sonuncuya həmin binada mənzillər verildiyini, o da həmin mənzilləri orta bazar qiymətindən ucuz qiymətə satdığını bildirmişdir. O, həmin dövrdə işləriylə əlaqədar Amerikada yaşamış və Təqsirləndirilən şəxs2la bir nəfər tanışı vasitəsi ilə tanış olmuş, həmçinin sonuncudan «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında yerləşən "xxxx" MTK-dan mənzil almışdır. Daha sonra Təqsirləndirilən şəxs2 ona həmin mənzili satıb əvəzində «Həzi Aslanov» metrostansiyasının yaxınlığında yerləşən "xxxx" MTK-dan ona mənzil verməyi təklif etmişdir. O da Təqsirləndirilən şəxs2la razılaşmış, lakin sonuncu mənzili satmasına baxmayaraq "xxxx" MTK-dan ona mənzil verməmiş və ona məxsus 40.000 (qırx min) manat məbləğində pulu götürərək bir müddət gizlənmişdir. Bu barədə qohumu Simnarla danışmış, Təqsirləndirilən şəxs2 tapıb pulu geri almaqda köməklik etməsini xahiş etmiş, beləliklə də Simnarla Təqsirləndirilən şəxs2 tanış olmuşdurlar. Bir müddət Təqsirləndirilən şəxs2la bu barədə danışdıqdan sonra sonuncuya əlavə olaraq Simnar və arvadı Sevda Qurbanova 57.000 (əlli yeddi min) manat məbləğində pul verdikdən sonra Təqsirləndirilən şəxs2 hazırda yaşadıqları ünvan 2anında olan mənzili onlara satmışdır. 2021-ci ilin yanvar ayında o, Bakı şəhərinə qayıtmış və Təqsirləndirilən şəxs2la görüşərkən sonuncudan 40.000 (qırx min) pulu tələb etdikdə Təqsirləndirilən şəxs2 «Həzi Aslanov» metrostansiyasının yaxınlığında özünə məxsus çıxarışlı qeyri-yaşayış obyekti göstərmiş və əlavə olaraq 16.000 (on altı min) manat məbləğində pul verdikdən sonra həmin qeyri-yaşayış obyektini onun adına rəsmiləşdirəcəyini bildirmiş, beləliklə də aralarında olan pul məsələsi bağlanmış olacaqdı. Təqsirləndirilən şəxs2la bu barədə razılaşmış və 2021-ci ilin yaz aylarında sonuncuya 16.000 (on altı min) manat məbləğində pul vermiş, həmçinin həmin vaxt onun şəxsiyyət vəsiqəsinin müddəti bitdiyi üçün bununla bağlı dostu Sadiq Mahmudovla Təqsirləndirilən şəxs2 arasında notarial qaydada borc müqaviləsi bağlanmışdır. Lakin buna baxmayaraq sonuncu həmin qeyri-yaşayış obyektini ona verməkdən imtina etmiş və beləliklə ona məxsus 56.000 (əlli altı min) manat məbləğində pulu ələ keçirmişdir. Təqsirləndirilən şəxs2la bu barədə danışdıqda sonuncu ona narahat olmamağı və yaxın zamanlarda aldığı pul müqabilində mənzil verəcəyini bildirmişdir. 2021-ci ilin yay aylarında Simnar Xırdalan şəhərində yerləşən «AAAF Park» yaşayış kompleksində mənzili olduğunu və Təqsirləndirilən şəxs2la həmin mənzilin barterində köməklik etməsini ondan xahiş etmişdir. O da bu barədə sonuncuyla danışmış, sonuncu ona razılıq verdikdən bir müddət sonra Simnarın həmin mənzili müqabilində sonuncuya Xətai rayonu, Zeytunluq deyilən ərazidə yerləşən binadan mənzil vermişdir. Həmin vaxt Simnarın Təqsirləndirilən şəxs2 təxminən 35.000 manat məbləğində pul borcu qalmışdır. Lakin həmin mənzil başqa şəxsə məxsus olduğu üçün Simnara Şahid3 məxsus Azadlıq prospektində yerləşən binadan digər mənzil verilmişdir. Həmin dövrdə Simnarın Rusiya Federasiyasında yaşayan qardaşı Seyran da, Bakı şəhərindən almaq üçün mənzil axtarmış və bu zaman Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində inşa edilmiş "xxxx" MMC-də mənzillər satıldığını, həmin MMC-dən ucuz mənzil təşkil edə biləcəyini bildirmişdir. Simnar da bu barədə Seyranla danışmış, sonuncu razılıq verdikdən sonra Simnara pul göndərmişdir. Daha sonra Simnar və Təqsirləndirilən şəxs2 "xxxx" MMC-nin satış ofisinə getmiş, Simnar ilkin olaraq Seyranın göndərdiyi 25.500 (iyirmi beş min beş yüz) manat məbləğində pulu "xxxx" MMC-nin direktoru Şahid3 ödəmiş, sonuncu da bununla bağlı sənədləşmə edərək Simnara vermiş və həmin binanın ikinci mərtəbəsində yerləşən 117 kvm-lik mənzil Seyranın adına yazılmışdır. Bundan sonra Simnar Seyranın hissə-hissə göndərdiyi pulları, yəni razılaşdıqları 93.600 (doxsan üç min altı yüz) manat məbləğində pulu tam olaraq Şahid3 ödəmiş, bundan sonra sonuncu tərəfindən Seyranın adına maliyə arayışı verilmişdir. Pul ödənilib qurtardıqdan bir neçə ay sonra, yəni 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs2 ona və Simnara həmin mənzildə problem olduğunu, Həsənin həmin mənzili başqa şəxsə də satdığını bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs2 həmin mənzilin əvəzinə 10-cu mərtəbədə yerləşən eyni ölçülü digər mənzili verməyi təklif etmişdir. O və Simnar həmin mənzilə baxdıqdan sonra mənzili bəyənərək razılıq vermiş və Simnar sənədləşməyə imza etdikdən sonra həmin 10-cu mərtəbədəki mənzil Seyranın adına rəsmiləşdirilmişdir. 2022-ci ilin qış aylarında Təqsirləndirilən şəxs2 zəng edərək 10-cu mərtəbədə də eyni problem olduğunu və həmin mənzilin başqa şəxsə məxsus olmasını bildirmişdir. O danışıq zamanı Təqsirləndirilən şəxs2 bu məsələnin necə həll olunacağını soruşduqda, sonuncu ya həmin mənzilin əvəzində mənzilin olduğu binaya bitişik, Şahid3 məxsus tikilməkdə olan binadan eyni ölçülü başqa mənzil verəcəyini, ya da sonuncuya məxsus Azadlıq prospektində yerləşən Simnara verdiyi mənzil olan binadan digər mənzil veriləcəyini, bunlar da olmadıqda ödənilmiş 93.600 (doxsan üç min altı yüz) manat məbləğində pulu geri qaytaracağını bildirmişdir. O, bu barədə Simnara zəng edərək məlumat vermiş, sonuncu da həmin binaya bitişik tikilməkdə olan binadan mənzil götürməyə razılıq vermişdir. O, bu barədə Təqsirləndirilən şəxs2 bildirmiş, həmin vaxt sonuncu ondan 10-cu mərtəbədə yerləşən Seyrana məxsus mənzilin sənədlərini istəmişdir. O, da Simnara Təqsirləndirilən şəxs2 həmin mənzilin sənədlərini istədiyini bildirdikdə Simnar əsl nüsxələrin özündə olduğunu və onda olan surətləri Təqsirləndirilən şəxs2 verməyi bildirmişdir. O, həmin sənədlərin surətlərini Təqsirləndirilən şəxs2 verdikdən sonra sonuncu tikilməkdə olan binadakı mənzilin Seyrana verilməsi barədə sənədləri ona təqdim etmiş, o da sənədləri götürərək Simnara vermişdir. Bundan sonra Seyran Bakı şəhərinə gəlmiş, həmin tikiliməkdə olan binadan veriləcək mənzili istəmədiyini və hazır binadan mənzil istədiyini bildirmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs2 və Simnar görüşmüş, Seyranın həmin mənzili istəmədiyini bildirdikdə bu zaman Təqsirləndirilən şəxs2 Seyrana da Simnara verilmiş Azadlıq prospektində yerləşən binadan mənzil verə biləcəyini bildirmişdir. Onlar bu barədə Seyranla danışdıqda sonuncu ilk əvvəl bununla razılaşmasa da, sonradan həmin mənzili almağa razılıq vermişdir. Daha sonra o, Təqsirləndirilən şəxs2, Simnar və Şahid3 yenidən görüşərkən sonuncu mənzili notarial qaydada Seyrana verə biləcəyini bildirdikdə Təqsirləndirilən şəxs2 bunun artıq mümkün olmadığını bildirmişdir. Bundan sonra Seyrana mənzil verilməsi mümkün olmamış, Təqsirləndirilən şəxs2 93.600 (doxsan üç min altı yüz) manat məbləğində pulu müəyyən müddət ərzində qaytaracağına söz versə də, lakin pulu qaytarmamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 hissə-hissə olmaqla Seyrana 30.000 (otuz min) manat məbləğində pul qaytardığı ona məlum olmuşdur. O da maşınını girov qoymuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs adından tərtib edilmiş xx.xx.2022-ci il tarixli imtina ərizəsinin kim tərəfindən imzalanması barədə məlumatı olmamış, həmin ərizəyə imza etməmişdir. Bundan başqa xatırlamadığı vaxtda Xətai rayon prokurorluğunun müstəntiqi Aqil Əşrəfov tərəfindən ibtida araşdırma aparılan zaman sonuncu ondan bir neçə dəfə eksperimental imza nümunələri götürmüş, lakin sonuncu dəfə Aqil Əşrəfov həmin ərizədəki imzanı ona təqdim edərək həmin imzaya oxşar imza çəkməyini istəmiş və o, həmin imzaya oxşar imza nümunəsi vermişdir. Onun ixtisası rəssam-dizayner olduğu üçün ola bilsin ki, həmin imzanı dəqiqliyi ilə oxşatmışdır. O, həmçinin qeyd etmişdir ki, Seyranın evinin rəsmiləşdirilməsində o iştirak etməmiş, sadəcə 15.000 (on beş min) dollar məbləğində pul ödənilərkən iştirak etmişdir. 10-cu mərtəbədən olan evin müqaviləsini görmüş, müqavilənin 2 nüsxəsi olmuş həmçinin müqavilənin şəkli onda da olmuşdur. Seyran evin rəsmiləşdirilməsində sonuncunu etibarnamə əsasında Simnar təmsil etmişdir. O, Seyranın Simnara etibarnamə verdiyini bilsə də, həmin etibarnaməni görməmişdir. Evin pulları hissə-hissə Həsən müəllimə verilmiş, pulun ilk dəfə verilməsində iştirak etmiş, lakin sonradan iştirak etməmiş və ona pul verilməmişdir. Ümumiyyətlə bu işdə onun heç bir marağı olmamışdır. Bundan başqa bildirmişdir ki, Seyran onuncu mərtəbədə tikilən evdən imtina etməmişdir. Daha sonra özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmidir.

HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

25. Maddə 178.3.2. Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

26. Maddə 320.1 Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 27.Maddə 320.2. Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

28. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

29. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

30. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 31.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

32. Maddə 70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.

33. Maddə 70.3. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər.

34. Maddə 75.1.1. Böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.

35. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi:

36. Maddə 181.1. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

37. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

38. Maddə 44.2.1. Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır.

39. Maddə 39.1.3. Cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).

40. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 41.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 42.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

43. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 44.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

45. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarı:

46.Qərarın 25-ci bənd. Şərti məhkum etmə, haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə CM-in 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

47. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Avropa Məhkəməsı̇ nı̇ n Presedent Hüququ:

48. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

49. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdiyi ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər toplanmış sübutlarla tam təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur

50. Həmçinin məhkəmə tədqiq edilmiş məhkəmə xətşünaslıq ekspertiza rəyləri arasında olan ziddiyətlərini işin bütün halları ilə bağlı surətdə qiymətləndirərək, məhkəmə iclasında təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspertlərin verdikləri izahları və tədqiq edilmiş digər sübutların məcmusunu nəzərə alaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1960 saylı ekspert rəyini əsas götürməklə xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs adından olan “imtina ərizəsi”nin aşağı hissəsində “İmza” qrafasında olan imzanın Təqsirləndirilən şəxs1 tərəfindən icra edildiyinin təsdiq olunduğunu nəzərə alır.

51. Bundan başqa məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməməsi, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixli imtina ərizəsini Zərərçəkmiş şəxs adından imzalamaması, təqsirləndirilən şəxslərin həmin sənəddən istifadə edərək dələduzluq etməməsinə dair ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.

52. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır.

53. Beləliklə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla, yəni imza etməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 178.3.2 və 320.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır.

54. Həmçinin, digər Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun bilə-bilə saxta sənəddən istifadə etməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 178.3.2 və 320.2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır.

55. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-in 320.1-ci və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-in 320.2-ci maddəsi üzrə təqsirləndirilən şəxslərin cinayət təqibini istisna edən hallar mövcuddur.

56. Belə ki, Azərbaycan Respublikasının CM-in 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarına əsasən, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətininayrı-ayrılıqda hesablanmasını istisna etmir.

57. Qərardakı hüquqi mövqedən aydın olur ki, hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz.

58. Cinayət işinin hallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikasının CM-in 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri xx.xx.2022-ci ildə törədilmiş və həmin maddələr üzrə 02 (iki) illik cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. 59.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

60. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncuya vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ona cəza verilməməsini məhkəmədən xahiş etməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır.

61. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.

62. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (İ cild i/v 208).

63. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

64. Məmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 320.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar təqsirli bilinərək ona cəza təyinolunmamalıdır.

65. Lakin, məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini tədqiq edərək və işin mühüm və diqqətəlayiq hallarını, onun törətdiyi cinayətin ağırlığını, mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə yüngülləşdirici halları, yəni evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncuya vurulmuş ziyanı tam həcmdə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin onun barəsində cəza təyin edilməməsini xahiş etməsini və əməlində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də, məhkəmə sonuncunun barəsində Azərbaycan Respublikasının CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir (hökmün 32, 33 və 38-ci bəndləri).

66. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır (hökmün 36-ci bəndi).

67. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir.

68. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilməlidir.

69. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (İİ cild i/v 88, 132-135).

70. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən digər Təqsirləndirilən şəxs2 evli olmaqla ailənin yeganə gəlir gətirən şəxsi olmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncuya vurulmuş ziyanı tam həcmdə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin onun barəsində cəza təyin edilməməsini xahiş etməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır.

71. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

72. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs M.Q.X6 Respublikasının Şərur Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 220-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının CM-in 23-1-ci maddəsinə əsasən cəzası əməyə mütləq cəlb edilməklə şərti hesab edilmişdir (İ cild i/v 206-207).

73. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

74. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 320.2-ci maddəsində nəzərdə tutulan ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar təqsirli bilinərək ona cəza təyinolunmamalıdır.

75. Lakin, məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini tədqiq edərək və işin mühüm və diqqətəlayiq hallarını, onun törətdiyi cinayətin ağırlığını, mülkiyyət əlehinə olan cinayətlər kateqoriyasına aid olmasını,ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə yüngülləşdirici halları, yəni evli olmaqla ailənin yeganə gəlir gətirən şəxsi olmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncuya vurulmuş ziyanı tam həcmdə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin onun barəsində cəza təyin edilməməsini xahiş etməsini və əməlində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də, məhkəmə sonuncunun barəsində Azərbaycan Respublikasının CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir (hökmün 32, 33 və 38-ci bəndləri).

76. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır (hökmün 36-cı bəndi).

77. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir.

78. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilməlidir.

79. İşdə olan axtarışda olan şəxsin tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (İİ cild i/v 3, 51-54).

80. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2022-ci il tarixli imtina ərizəsi cinayət işinin materiallarında saxlanılmalıdır (hökmün 16-cı bəndi).

81. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 35 və 44-cü bəndləri).

82. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

83. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar təqsirli bilinərək ona cəza təyinolunmasın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar təqsirli bilinərək ona cəza təyinolunmasın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 05 noyabr 2022-ci il tarixli imtina ərizəsi cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcinin cəmi – 346 (üç yüz qırx altı) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar