Məhkəmə qərarları › İş №1(101)-525/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-525/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-525/2021 05.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Mehrəliyev Cövdət Sərvər oğlu, Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, işləməyən, Salyan şəhəri, H.Əliyev küçəsi 117-də qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ilə istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda dörd ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 0,870 qram, 0,935 qram, 0,055 qram, 8,352 qram, ümumi çəkisi 10,212 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd bükümdə təmiz çəkisi 0,644 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı və iki ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 0,303 qram və 0,912 qram, ümumi çəkisi 1,215 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki əldə edib daşımaqla yaşadığı ünvan 1 saylı ünvanında yerləşən mənzilinə gətirmiş, həmin mənzilin qonaq otağının dolabında saxlamış, qeyd edilən narkotik vasitələri Şahid1 və Şahid2 qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı mənzildən talayaraq öz aralarında bölmüş, Nəsimi rayon polis idarəsinin 21-ci PB-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid2 xx.xx.2020-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında şübhəli şəxs kimi saxlanılaraq polis bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən üç ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 0,870 qr, 0,935 qr və 0,055 qr, ümumi təmiz çəkisi 1,860 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd bükümdə təmiz çəkisi 0,644 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı və iki ədəd şəffaf sellofan bükümdə ümumi çəkisi 1,215 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək əynindəki göy rəngli üzərində “Nike” yazısı olan idman köynəyinin sol qolun iç hissəsində bir ədəd şəffaf rəngli sellofan torbacığın içərisində ayrıayrı bükümlərdə aşkar edilib götürülmüş, habelə həmin tarixdə Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilmiş qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroini yaşadığı ünvanda gizlətməklə saxladığını etiraf edərək könüllü olaraq təqdim etmək istədiyini bildirmiş, həmin tarixdə saat 21:10 radələrində onun yaşadığı ünvan 3 ünvanında yerləşən binanın ikinci mərtəbəsinin dəhlizinə baxış keçirilərkən su sayğacının plastik qabının içərisindən külli miqdarda təmiz çəkisi 8,352 qram narkotik vasitə heroin bir ədəd bükümdə aşkar edilərək götürülmüş, Şahid2 və Şahid1 onlardan aşkar edilmiş narkotik vasitələri Təqsirləndirilən şəxs yaşadığı mənzildən taladıqlarını və narkotik vasitlərin sonuncuya məxsus olmasını bildirdikləri üçün o, xx.xx.2020-ci il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində həyat yoldaşını işlədiyi gözəllik salonundan götürüb birlikdə atasının yaşadığı ünvana getmişlər. Həmin gün təxminən saat 23 radələrində yaşadığı ünvana həyat yoldaşı Bilqeyslə birlikdə qayıdan zaman pəncərənin açıq olduğunu, evə daxil olanda isə bütün əşyaların dağınıq vəziyyətdə olmasını görüb evdən əşyaların oğurlandığını bilmiş və bu barədə Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə məlumat vermiş, sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirdib fotoşəkil çəkib və onun ərizəsini almışlar. Hadisədən bir gün sonra 21-ci PB-nin rəisi onu qəbul edib bildirmişdir ki, hər şey yaxşı olacaq narahat olmsın. xx xxxx 2020-ci il tarixdə səhər saat 10-11 radələrində yaşadığı evə bir neçə nəfər polis əməkdaşları gəlib ona demişlər ki, bölməyə getməlidir, orada sənədlərə imza edib qayıdacaq. O, polis bölməsinə gedəndə orada ona demişlər ki, onun evindən narkotik oğurlanıb. O, polislərin dediyini inkar edəndə onu 21-ci PB-də döydükləri üçün bildirmişdir ki, evində narkotik olmuş, həmin narkotiki o, Salyan rayonundan almışdır. Həmin günü axşam vaxtı onu Nəsimi RPİ-nə gətirmişlər və onu Elxan Tağızadə tumuşdur. O, narkotik vasitə qəbul edir, lakin, heç vaxt narkotik vasitənin satışı ilə məşqul olmamış, onun nə evindən, nədə üzərindən narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23:57 də Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı evdən 1150-1200 manat pul və 1000-1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat vermişdir. 21-ci PBnin baş əməliyyat müvəkkili Şahid4 Kənan adlı şəxsin Təqsirləndirilən şəxs evindən oğurluq etməsi və həmin şəxsin narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Kənan adlı şəxsin şəxsiyyəti müəyyən edildiyi zaman məlum olmuşdur ki, o, Şahid2dur. Nəsimi rayonu Seyidzadə küçəsi ev 2, mənzil 27 də yaşayır. Təqsirləndirilən şəxs evindən narkotik vasitələrin talaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid2 xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində saxlanılıb 21-ci PB-nə dəvət edilmişdir. Toplanmış material PB-nin təhqiqatçısı Məhəmməd Hüseynova həvalə edilmişdir. Şahid2 üzərinə şəxsi axtarış keçirilən zaman, onun əynində olan şalvarın sol yan cibindən 450 manatlıq əskinazı çıxardaraq masanın üzərinə qoymuş, sonra isə göy rəngli “Nike” yazısı olan idman köynəyinin sol qolun iç tərəfindən bir ədəd şəffaf rəngli sellofana çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellefon açılıb baxılanda içərisində ümumilikdə 8 ədəd büküm olması aşkar edilmişdir. Sonra isə Şahid2 təqdim etdiyi əşyalardan, marixuanadan başqa, qalan əşyaların narkotik vasitə olduğunu və onları tanışı Rəşadla əvvəllər narkotik vasitə aldığı Əlinin yaşadığı evdən oğurladıqlarını bildirmişdir. Daha sonra Şahid2 təqdim etdiyi bükümlər zərflərə qoyulub qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Şahid2 bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində tanışı Rəşadla Əli adlı şəxslə söhbət etmək məqsədi ilə onun yaşadığı Nəsimi rayonu, Mirəli Qaşqay küçəsinə getmiş Əlinin evdə olmadığı və onlardan gizləndiyini görüb, əsəbləşərək onun evinə daxil olub qonaq otağında yerləşən dolabdan həmin maddəlləri götürüb oradan çıxıb getmişlər. Şahid2 şəxsi axtarış zamanı evdə pul gördüklərini bildirsələrdə, lakin həmin pulu götürmədiyini bildirmişdir. Həmçinin evdən qızıl qolbağı talamadığını bildirmişdir. Bundan sonra Kənanla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evdən narkotik talamaqda şübhəli bilinən Rəşadın şəxsiyyətini PB-nin əməliyyat müvəkkili X2 müəyyən edərkən məlum olmuşdur ki, həmin şəxs Şahid1dur, onu PB-nə dəvət etmişlər. Şahid1 üzərinə şəxsi axtarış zamanı Şahid1 sağ yan cibindən ümumilikdə 35 manat pul, sol yan cibindən iki ədəd açar və bir ədəd “Bakı kart” əynində olan gödəkçənin iç qoltuq cibindən qara rəngli “Xiomi” markalı mobil telefon təqdim etdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Şahid1 üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Şahid1 Təqsirləndirilən şəxs yaşadığı evdən pul və qızıl qolbağı oğurlanması barədə sual verildikdə o, bildirmişdir ki, Təqsirləndirilən şəxs evindən pul və qızıl deyil, Kənanla birlikdə narkotik vasitə götürmüş və həmin narkotiki Kənanla birlikdə öz aralarında bölmüş, Kənanda müxtəlif növ narkotik vasitələr olmuş, o yalnız narkotik maddə olan “kakos” götürmüşdür. Həmin bükümləri böləndə o bir bükümdə kakos, yəni heroinin böyük bir hissəsini götürmüşdür. Əlinin evindən götürdüyü digər narkotik maddələr Kənanda qalmışdır. Həmin şəxslərin ifadəsi nəticəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dəvət olunub polis idarəsində saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Əli oğlu ifadəsində göstərdi ki, Rəşadla tanışı Əliyə dəyməyə getmişlər, iki nəfər olmuşlar. Sonra o polis əməkdaşları tərəfindən tutulmuş, onun üzərindən narkotik vasitə nəşə və tiryək aşkar olunmuşdur. Rəşad demişdir ki, Əlinin evindən götürmüşdür, lakin, Rəşadın narkotikanı haradan götürüb, hardan tapıb çıxarmasından onun məlumatı yoxdur. O, Əlinin evindən narkotik vasitə götürməmiş və orada narkotik vasitə görməmişdir. Sonradan məlum olmuşdur ki, evdən pul ilə qızıl oğurlanmışdır. Ziyanı da Rəşadın qardaşı ödəmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixli ifadəsində ona Azərbaycan Respublikası CM-nin 235.3.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 3-4 ildir ki, qurudulmuş marixuananı siqaret kimi çəkmək yolu ilə istifadə edir. xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon polis idarəsinin arxasından keçən Mirəli Qaşqay küçəsində yerləşən mənzilə tanışı Kənanla birlikdə daxil olmuşdur. Kənanı yaşadığı məhəllədən, xeyli vaxtdır ki, tanıyır. Həmin gün Kənanla adı çəkilən mənzilə getməyinə səbəb mənzildə yaşayan Əli adlı şəxslə görüşmək olmuşdur. Belə ki, Əlini təxminən 5-6 ay olar ki, tanıyır. Əlidən 1-2 dəfə “nəşə” adlanan narkotik vasitə alıb çəkmişdir. Ümumiyyətlə Əli digər narkotik vasitələrin satışı ilə də məşğul olmuşdur. Əliyə bir neçə dəfə xəbərdarlıq etmişdir ki, digər növ, daha ağır tipli narkotik vasitələrin satışı ilə məşğul olmasın. Bir neçə gün əvvəl isə Əlinin mikrorayon deyilən ərazidə narkotik vasitə satması barədə məlumat əldə etdiyinə görə onunla görüşmək istəmişdir, lakin Kənanla onu evdə tapa bilməmişlər. Əlini evinin yaxınlığında təxminən 20 dəqiqə gözləmişlər, lakin gəlmədiyini görüb evin içinə eyvandan baxmışlar. Evin içərisində qaz plitəsinin yandığını görüb şübhələnmişlər ki, Əli evdədir sadəcə olaraq onlardan gizlənir. Ona görə də qərara gəlmişlər ki, evə daxil olsunlar. Həmin vaxt yerdən armatur dəmir parçası taparaq mətbəxin kiçik hava pəncərəsindən içəri daxil olmuşlar. Evə daxil olanda evdə heç kimin olmadığını görüb evin içərisini axtarmağa başlamışlar və qonaq otağında yerləşən şkafa baxanda orada yerləşən parça torbada 4-5 siqaret qutusunun olduğunu görüb, qutulara baxanda, müxtəlif növ narkotik vasitələrin olduğunu müəyyən etmişlər və həmin maddələri götürmək qərarına gəlmişlər. Bundan sonra evi tərk edib oradan uzaqlaşmışlar. Həmin narkotiki aralarında böləndən sonra onda qalan narkotiki su sayğacının içərisində gizlətmiş ki, sonradan atsın. PB-də hər şeyi olduğu kimi bildirəndən sonra gizlətdiyi narkotik vasitənin yerini göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin yalan olduğunu bildiriərk, onun evində qızıl əşyalarınıümumiyyətlə görməmiş, nağd pulu görsələr də həmin pulu götürməmişlər. Təqsirləndirilən şəxs evinə Kənanla daxil olduğunu və hazırda ***-***-**-** saylı GSM nömrədən istifadə etdiyini bildirmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Əli narkotikin satışı ilə məşqul olur. Fikirləşmişlər ki, gedib Əli ilə görüşsünlər. Əlinin yaşadığı evə daxil olub evi axtararkən paltar dolabının içərisində ayrı-ayrı siqaret qutularının içərsində narkotik bükümlər görüb, həmin bükümləri götürüb Kənanla aralarında bölmüşlər. O, bir ədəd böyük büküm götürmüş, digər bir neçə bükümləri isə Kənan götürmüşdür, sonra isə həmin bükümü gələcəkdə istifadə etmək üçün su şotçikinin içərisində gizlətmişdir. Hadisədən bir gün sonra onu 21-ci PB-nə dəvət etdikləri üçün o, PB-nə gedərək Əlinin evindən pul və qızıl deyil Kənanla birlikdə narkotik vasitə oğurladığını bildirmişdir, həmin narkotik vasitə olan büklünü gizlətdiyi yerdən götürüb polis əməkdaşlarına təqdim etmişdir. Kənanda isə konkret olaraq hansı narkotik vasitələr qalmasını bilmir. O, Əlinin evindən götürdüyü narkotik vasitələri harada Kənanla böldüyü yadında qalmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə fıziki-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/206 Ns-li nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Şahid2 » yazısı olan -3 ədəd bükümdəki ayrı-ayrılıqda təmiz çəkiləri 0,870 qr., 0,935qr., 0,055qr, ümumi təmiz çəkisi 1,860 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 ədəd bükümdəki ayrı-ayrılıqda təmiz çəkiləri 0,303 qram və 0,912 qram, ümumi təmiz çəkisi 1,215 qram olan maddələr, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. 1 ədəd kapsula xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Güclü təsir edən maddələrin siyahısına daxil olan preqabalin dərman vasitəsidir. Təqdim edilmiş 1 ədəd kapsuladakı preqabalinin təsir maddəsinin miqdarı 0,03 qramdır. Tiryəkin ümumi təmiz çəkisi l,215qr, tədqiqata sərf edildi 0,1 qr, qalıq 1,115 qram. Preqabalin -1 kapsul tədqiqata sərf edildi-1/2 İ hissəsi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/69 N°-li nömrəli rəyindən görünür ki, Şahid2 aşkar edilib götürülmüş təmiz çəkisi 0,286 qram xırdalanmış bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. Şahid2 aşkar edilib götürülmüş təmiz çəkisi 0,644 qram olan qətranabənzər kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranıdır. Marixuananın təmiz çəkisi 0,286 qram, tədqiqata sərf edildi-0,02qram, qalıq 0,266 qramdır. Həşiş qatranının təmiz çəkisi 0,644 qramdır, tədqiqata sərf edildi 0,02 qram, qalıq-0,624 qramdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə fıziki-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/208 Na-li nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Saxlanılan şəxs Fətəliyev» yazısı olan 1 ədəd bükümdəki təmiz çəkisi 8,352 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə fıziki-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 6/298 N°-li nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Tədqiqat obyekti 66» və «Tədqiqat obyekti 60» nömrəli ştamp əksləri olan paketlərdə, vət. Şahid2 götürülmüş 3 ədəd bükümlərdəki heroinlər, vət. Şahid1 götürülmüş 3 ədəd bükümlərdəki heroinlər, vət. Şahid1 götürülmüş 1 ədəd bükümdəki heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı vət Şahid2 götürülmüş heroinin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi xx.xx.2020-ci tarixli 6/206 saylı və vət. Şahid1 götürülmüş heroinin təmiz çəkisi xx.xx.2020-ci il tarixli 6/208 saylı ekspert rəylərində göstərilib. Şahid2 aşkar olunmuş heroinin ümumi təmiz çəkisi 1,760 qr, tədqiqata sərf edilmiş ümumi 0,06 qr (hər maddədən 0,02 qr) qalıq: l,700 qr 1 ədəd bükümdəki təmiz çəkisi 8,352 qram maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx.xx.2020-ci il tarixdə maddi sübut kimi tanınaraq ekspertizadan sonra qalıq qalmış, təmiz çəkisi 0,266 qram marixuana, 1,115 qram çəkidə tiryək, 0,624 qram çəkidə həşiş qətranı, 1,700 qram, 8,282 qram narkotik vasitə heroin və bir ədəd preqabalin kapsulası maddi sübut kimi tanınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1416 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1194 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, məhkəmə iclasında ibtidai istintaqdan fərqli ifadə verərək onun evində narkotik vasitə olmadığını bildirməklə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüş, məhkəmə onun ifadəsinin bu hissəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Nəsimi RPİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,266 qram marixuana, 1,115 qram çəkidə tiryək, 0,624 qram çəkidə həşiş qətranı, 1,700 qram, 8,282 qram narkotik vasitə heroin və bir ədəd preqabalin kapsulası məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi möalicə təyin edilsin və ərazi özrə narkoloji dispanserində qeydiyyata alınsın.. İş üzrə maddi sübut olan və Nəsimi RPİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,266 qram marixuana, 1,115 qram çəkidə tiryək, 0,624 qram çəkidə həşiş qətranı, 1,700 qram, 8,282 qram narkotik vasitə heroin və bir ədəd preqabalin kapsulası məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar