Məhkəmə qərarları › İş №1(101)-525/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-525/2022

24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-525/2022 24.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X17, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «ARBİTRİUM» Vəkil Bürosunun vəkili Nümayəndə Şəmsəddin oğlunun, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «ARBİTRİUM» Vəkil Bürosunun vəkili Müdafiəçi3, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 8 aprel 1981 -ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, “At yalı” yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Ramiz qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, xx xxxx 1975-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Ramiz qızı qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin noyabr ayından etibarən Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 10 ünvanında yerləşən 194 saylı mənzilində aylıq 400 manat əmək haqqı müqabilində xidmətçi kimi işə başladığı ilk gündən İslam dininin qaydalarına uyğun şəkildə hicab geyinməklə ibadətlə məşğul olduğunu bildirdiyindən sakit davranışı ilə qısa müddət ərzində ev sahiblərində imanlı, dürüst şəxs kimi özünə qarşı etibar qazanaraq mənzildə sərbəst hərəkət etmək və istənilən yerdə təmizlik işləri aparmaq imkanı əldə etdiyindən yataq otağındakı paltar dolabında olan sellofan paketdə külli miqdarda pul vəsaitinin olduğunu aşkar etdikdən sonra tamah niyyəti ilə qəsdən özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq barədə rəsmi şəkildə başqa şəxslə evli olduğu halda onunla nikahdankənar münasibətdə olan Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs1 vaxtiylə işə götürülərkən mənzildən hər hansı bir dəyərli əmlak oğurlanacağı təqdirdə üstü və çantasının yoxlanılacağı barədə ev sahibi Zərərçəkmiş şəxs tərəfindən əvvəlcədən xəbərdar olunduğu üçün birgə həyata keçirməyi planlaşdırdıqları oğurluğun aşkarlanması və ifşa olunması təhlükəsi yaranacağı halda ona telefonla və sair şəkildə məlumat verilməsi, bu təhlükənin qarşısının alınması ilə bağlı aktiv və qabaqlayıcı hərəkətlər edilməsi məqsədi ilə hər dəfə idarə etdiyi avtomobillə oğurluq hadisəsinin baş verdiyi mənzilin yerləşdiyi binanın yaxınlığına gələrək bir qədər kənarda gözləmək və pulları hissə-hissə gizli şəkildə ələ keçirdikdən sonra evin sakinləri tərəfindən üstündə aşkar edilməməsi üçün ondan qəbul edib özündə saxlayaraq sonradan aralarında bölüşdürmək üçün həmin əmlakı qəbul etmək məqsədi ilə onunla birlikdə cinayətdə birgə icraçı qismində iştirak edən Təqsirləndirilən şəxs2 talanmış əmlakı qəbul etmək barədə tapşırıq verərək qabaqcadan razılaşmaqla bir qrup şəxs halında külli miqdarda pul vəsaitini gizli olaraq talamaq niyyətini qətiləşdirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 14 fevral 2021ci il tarixdən 18 aprel 2021-ci il tarixədək olan müddətdə xidmətçi kimi çalışdığı qeyd edilən mənzilin yataq otağındakı paltar dolabında olan sellofan paketdən 20.100 manat və həmin dövrün məzənnəsi ilə 21.930 manat təşkil edən 12.900 ABŞ dolları pul vəsaitini, daha sonra vahid niyyətlə əhatə olunan qəsdlə 19 aprel 2021-ci il tarixdə ev sahibi Nizamədddin Əhmədov tərəfindən mənzildə saxlanılan pul vəsaitindən çatışmazlıq aşkar edilib bu məsələdə ondan şübhələnildiyi üçün pulların saxlanıldığı həmin otaqda video görüntüləri qeydə almaq məqsədi ilə quraşdırılan adapterə bənzəyən gizli kamera qurğusunu əvvəlcədən elektrikdən çıxarılmaması barədə xəbərdar olunmasına baxmayaraq kamera qurğusu olmasından şübhələndiyindən oğurluq niyyətini heç bir iz buraxmadan maneəsiz sərbəst həyata keçirmək üçün guya tozsoranı otağın bütün sahəsində istifadə etmək bəhanəsi ilə kameranın istifadə edildiyi, əslində əlverişsiz olan elektirik yuvasına daxil etmək adı ilə həmin qurğunu elektrik cərəyanından məqsədli şəkildə ayırıb görüntülərin qeydə alınmasının qarşısını aldıqdan sonra dolabda saxlanılan 2.900 manat və həmin dövrün məzənnəsi ilə 3.570 manat təşkil edən 2.100 ABŞ dolları nağd pulları gizli olaraq talamış, həmin müddətdə hər dəfə cinayətin törədilməsində birgə icraçı şəklində bilavasitə iştirak edən cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 əvvəlcədən razılaşdıqları kimi idarə etdiyi “Peugeot” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə və sonrakı müddətdə həmin cinayətin gedişində mənzildən oğurladıqları pul vəsaiti hesabına alınmış “Nissan Murano” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan ünvanın yaxınlığına gəlib cinayətin aşkarlanması ilə bağlı hər hansı bir təhlükənin yaranacağı halda Təqsirləndirilən şəxs1 xəbərdar etməsi və sonuncudan oğurlanmış pulları təhvil almaq üçün gözləmiş, Təqsirləndirilən şəxs1 isə öz növbəsində hər dəfə pul vəsaitlərini gizli yolla talayıb ələ keçirdikdən dərhal sonra üstündə aşkarlanmaması və cinayətin izlərini gizlətmək məqsədi ilə həmin vaxt evdə olan Zərərçəkmiş şəxs ailə üzvlərinə müxtəlif bəhanələr gətirməklə mənzildən çıxaraq binanın yaxınlığına gedib oğurladığı pulları özündə saxlamaq və sonradan aralarında bölmək üçün onu gözləyən Təqsirləndirilən şəxs2 təhvil verməklə özünə qarşı şübhə yaratmamaqdan ötrü yenidən mənzilə qayıtmış, bu müddətdə Təqsirləndirilən şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə Xalid Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamaqla ələ keçirdikləri pul vəsaitindən məzənnəyə görə 1.700 manat təşkil edən 1.000 ABŞ dollarını bacısı Şahid4, 1.700 manat təşkil edən 1.000 ABŞ dollarını digər bacısı Şahid2 və 2.700 manatını sonuncunun övladı Şahid5 borc verib, 900 manatı övladı Şahid3 üçün cehizlik əşyaların alınmasına xərcləmiş, 11.000 manat hissəsini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2la birlikdə 12 aprel 2021-ci il tarixdə tarixdə “Nissan Murano” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz adına etibarnamə əsasında alınmasına və təmirinə sərf edib qalan 30.500 manat pulu aralarında razılaşdıqları qaydada bölüşdürmüş, vahid cinayətkar niyyətin davamı olaraq, növbəti dəfə 20 aprel 2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs1 mənzildə olarkən ev sahibinin həyat yoldaşı Şahid1 qapısı örtülü olan digər otaqda “online” formatda dərs keçməsindən istifadə edib heç kimin onu görmədiyini və hərəkətlərinin gizli qalacağını güman etdiyi halda faktiki olaraq Zərərçəkmiş şəxs tərəfindən əvvəlcədən gizli şəkildə yataq otağında quraşdırılmış kameranın baş verənlərin video görüntülərini qeydə aldığı bir şəraitdə yataq otağında kənarda təmizlik işləri apardığı vaxt birbaşa qeyd edilən paltar dolabına yaxınlaşaraq qapısını asta şəkildə açıb həmin yerdən 3.400 manat və məzənnəyə görə 2.210 manat təşkil edən 1.300 ABŞ dolları nağd pul vəsaitini gizli olaraq talayıb əvvəlcədən razılaşdıqları qaydada cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 təhvil vermək üçün istifadəsində olan +**********34 nömrəsindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********94 nömrəsinə zəng vurub oğurluğun baş tutması barədə xəbər vermiş və beləliklə, o Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 54.110 manat məbləğində pulu gizli yolla talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 rəsmi şəkildə ailəli olduğu halda onunla nikahdan kənar münasibətdə olan Təqsirləndirilən şəxs1 2020-ci ilin noyabr ayından etibarən Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 4 ünvanında yerləşən 194 saylı mənzilində aylıq 400 manat əmək haqqı müqabilində xidmətçi kimi işə başladığı ilk gündən İslam dininin qaydalarına uyğun şəkildə hicab geyinməklə ibadətlə məşğul olduğunu bildirdiyindən sakit davranışı ilə qısa müddət ərzində ev sahiblərində imanlı, dürüst şəxs kimi özünə qarşı etibar qazanaraq mənzildə sərbəst hərəkət etmək və istənilən yerdə təmizlik işləri aparmaq imkanı əldə etdiyindən yataq otağındakı paltar dolabında olan sellofan paketdə külli miqdarda pul vəsaitinin olduğunu aşkar etdikdən sonra tamah niyyəti ilə qəsdən özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq barədə Təqsirləndirilən şəxs2la razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs1 vaxtiylə işə götürülərkən mənzildən hər hansı bir dəyərli əmlak oğurlanacağı təqdirdə üstü və çantasının yoxlanılacağı barədə ev sahibi Zərərçəkmiş şəxs tərəfindən əvvəlcədən xəbərdar olunduğu üçün birgə həyata keçirməyi planlaşdırdıqları oğurluğun aşkarlanması və ifşa olunması təhlükəsi yaranacağı halda Təqsirləndirilən şəxs1 telefonla və sair şəkildə məlumat verilməsi, bu təhlükənin qarşısının alınması ilə bağlı aktiv və qabaqlayıcı hərəkətlər edilməsi məqsədi ilə hər dəfə idarə etdiyi avtomobillə oğurluq hadisəsinin baş verdiyi mənzilin yerləşdiyi binanın yaxınlığına gələrək bir qədər kənarda gözləmək və pulları hissə-hissə gizli şəkildə ələ keçirdikdən sonra evin sakinləri tərəfindən üstündə aşkar edilməməsi üçün Təqsirləndirilən şəxs1 qəbul edib özündə saxlayaraq sonradan aralarında bölüşdürmək üçün həmin əmlakı qəbul etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayətdə birgə icraçı qismində iştirak edən Təqsirləndirilən şəxs2 talanmış əmlakı qəbul etmək barədə tapşırıq verərək qabaqcadan razılaşmaqla bir qrup şəxs halında külli miqdarda pul vəsaitini gizli olaraq talamaq niyyətini qətiləşdirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 14 fevral 2021-ci il tarixdən 18 aprel 2021-ci il tarixədək olan müddətdə xidmətçi kimi çalışdığı qeyd edilən mənzilin yataq otağındakı paltar dolabında olan sellofan paketdən 20.100 manat və həmin dövrün məzənnəsi ilə 21.930 manat təşkil edən 12.900 ABŞ dolları pul vəsaitini, daha sonra vahid niyyətlə əhatə olunan qəsdlə 19 aprel 2021-ci il tarixdə ev sahibi Nizamədddin Əhmədov tərəfindən mənzildə saxlanılan pul vəsaitindən çatışmazlıq aşkar edilib bu məsələdə Təqsirləndirilən şəxs1 şübhələnildiyi üçün pulların saxlanıldığı həmin otaqda video görüntüləri qeydə almaq məqsədi ilə quraşdırılan adapterə bənzəyən gizli kamera qurğusunu əvvəlcədən elektrikdən çıxarılmaması barədə xəbərdar olunmasına baxmayaraq kamera qurğusu olmasından şübhələndiyindən oğurluq niyyətini heç bir iz buraxmadan maneəsiz sərbəst həyata keçirmək üçün guya tozsoranı otağın bütün sahəsində istifadə etmək bəhanəsi ilə kameranın istifadə edildiyi, əslində əlverişsiz olan elektirik yuvasına daxil etmək adı ilə həmin qurğunu elektrik cərəyanından məqsədli şəkildə ayırıb görüntülərin qeydə alınmasının qarşısını aldıqdan sonra dolabda saxlanılan 2.900 manat və həmin dövrün məzənnəsi ilə 3.570 manat təşkil edən 2.100 ABŞ dolları nağd pulları gizli olaraq talamış, həmin müddətdə hər dəfə cinayətin törədilməsində birgə icraçı şəklində bilavasitə iştirak edən cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 əvvəlcədən razılaşdıqları kimi idarə etdiyi “Peugeot” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə və sonrakı müddətdə həmin cinayətin gedişində mənzildən oğurladıqları pul vəsaiti hesabına alınmış “Nissan Murano” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan ünvanın yaxınlığına gəlib cinayətin aşkarlanması ilə bağlı hər hansı bir təhlükənin yaranacağı halda Təqsirləndirilən şəxs1 xəbərdar etməsi və sonuncudan oğurlanmış pulları təhvil almaq üçün gözləmiş, Təqsirləndirilən şəxs1 isə öz növbəsində hər dəfə pul vəsaitlərini gizli yolla talayıb ələ keçirdikdən dərhal sonra üstündə aşkarlanmaması və cinayətin izlərini gizlətmək məqsədi ilə həmin vaxt evdə olan Zərərçəkmiş şəxs ailə üzvlərinə müxtəlif bəhanələr gətirməklə mənzildən çıxaraq binanın yaxınlığına gedib oğurladığı pulları özündə saxlamaq və sonradan aralarında bölmək üçün Təqsirləndirilən şəxs1 gözləyən Təqsirləndirilən şəxs2 təhvil verməklə özünə qarşı şübhə yaratmamaqdan ötrü yenidən mənzilə qayıtmış, bu müddətdə Təqsirləndirilən şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə Xalid Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamaqla ələ keçirdikləri pul vəsaitindən məzənnəyə görə 1.700 manat təşkil edən 1.000 ABŞ dollarını bacısı Şahid4, 1.700 manat təşkil edən 1.000 ABŞ dollarını digər bacısı Şahid2 və 2.700 manatını sonuncunun övladı Şahid5 borc verib, 900 manatı övladı Şahid3 üçün cehizlik əşyaların alınmasına xərcləmiş, 11.000 manat hissəsini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2la birlikdə 12 aprel 2021-ci il tarixdə “Nissan Murano” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs1 adına etibarnamə əsasında alınmasına və təmirinə sərf edib qalan 30.500 manat pulu aralarında razılaşdıqları qaydada bölüşdürmüş, vahid cinayətkar niyyətin davamı olaraq, növbəti dəfə 20 aprel 2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs1 mənzildə olarkən ev sahibinin həyat yoldaşı Şahid1 qapısı örtülü olan digər otaqda “online” formatda dərs keçməsindən istifadə edib heç kimin onu görmədiyini və hərəkətlərinin gizli qalacağını güman etdiyi halda faktiki olaraq Zərərçəkmiş şəxs tərəfindən əvvəlcədən gizli şəkildə yataq otağında quraşdırılmış kameranın baş verənlərin video görüntülərini qeydə aldığı bir şəraitdə yataq otağında kənarda təmizlik işləri apardığı vaxt birbaşa qeyd edilən paltar dolabına yaxınlaşaraq qapısını asta şəkildə açıb həmin yerdən 3.400 manat və məzənnəyə görə 2.210 manat təşkil edən 1.300 ABŞ dolları nağd pul vəsaitini gizli olaraq talayıb əvvəlcədən razılaşdıqları qaydada cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 təhvil vermək üçün istifadəsində olan +**********34 nömrəsindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********94 nömrəsinə zəng vurub oğurluğun baş tutması barədə xəbər vermiş və beləliklə, o Təqsirləndirilən şəxs1yla qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 54.110 manat məbləğində pulu gizli yolla talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o 1981-ci ildə Bakı şəhərində doğulmuş, 1987ci ildə Ələt qəsəbəsində yerləşən 127 saylı tam orta məktəbə daxil olmuş, 1996-cı ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 1995-ci ilə qədər atası X29, mərhum anası X12, bacıları xx.xx.1972-ci il təvəllüdlü Şahid4, xx.xx.1977-ci il təvəllüdlü X7, xx.xx.1979-cu il təvəllüdlü Şahid2, qardaşları xx.xx.1974-cü il təvəlüldlü X35 və xx.xx.1984-cü il təvəllüdlü X36 ilə birlikdə yaşamışdır. Bundan sonra Bakı şəhərinin müxtəlif ünvalarında 1999-cu ilə qədər kirayədə yaşamışlar. 1999-cu ildə X4 ilə ailə həyatı qurmuş, bir müddət Sabirabad rayonunda, daha sonra Binəqədi rayonunda və Dərnəgül qəsəbəsində yataqxanada yaşamışlar. Birgə nigahlarından xx.xx.2000-ci il tarixdə qızları Şahid3 dünyaya gəlmişdir. 2003-cü ildə Seyranla boşandıqdan sonra Xalqlar Dostluğu metrosu yaxınlınlığında anası və qızıyla birlikdə kirayədə yaşamağa başlamışdır. Həmin ərəfədə “Amay” TM-də satıcı kimi işləmiş, daha sonra işdən çıxmışdır. 2005-ci ildə Təqsirləndirilən şəxs2 ilə vətəndaş nikahına girərək Xırdalan qəsəbəsində kirayədə yaşamağa başlamışlar, 2008-ci ildə Sumqayıt şəhəri, “stansiya Sumqayıt” adlanan ərazidə 4 sot torpaq alaraq həmin torpaqda bir otaqlı ev tikmiş, 2017-ci ilə qədər müddətdə orada yaşamışdır. 2018-ci ilin oktyabr ayında həmin evlərini 17.000 manat müqabilində satsalar da alıcı Validə Əliyeva 6.000 manat onlara borclu qalmış, həmin məsələ ilə bağlı məhkəmə mübahisələri olmuş, Ağcabədi rayon məhkəməsinin qərarı ilə onlara 6.000 manat ödənilməsi nəzərdə tutulmuş, hazırda da həmin məbləğ onlara ödənilməmişdir. Onu da demişdir ki, həmin mənzilin satışından əldə etdikləri 11.000 manat puldan 5.000 özündə saxlamış, qalan pulu isə evin tikintisinə və digər xərclərə sərf etmişdir. 2018-ci ildən sonra At yalı adalanan ərazidə 1,5 sot torpaq alaraq özlərinə bir otaqlı fərdi yaşayış evi tiksələr də hazır olmadığı qızı, həyat yoldaşı Xaliqlə birlikdə həmin qəsəbədə Vüsal şadlıq sarayının arxasında kirayədə yaşayırlar. Onu da demişdir ki, evdə ondan başqa qızı Aynaxanım əvvəlcə “Macdonalds”da daha sonra bacısı Firəngizin yanında Sulutəpə qəsəbəsində yerləşən ərzaq mağazasında satıcı kimi işləyərək ayda təxminən 300 manat gəlir əldə etmiş, həmin pulu da yığmaq üçün ona vermişdir. Həyat yoldaşı Xaliq torpaq alqı-satqısı ilə məşğul olur, həm də At yalında yerləşən üç ədəd qeyri-yaşayış obyektinin aylıq olaraq bilmədiyi miqdarda gəlir əldə edir, həyat yoldaşı da aylıq olaraq ayda orta hesabla 600 manat olmaqla ona pul yığmaq üçün pul verirmiş. Həmin ünvana köçdükdən sonra 1-1,5 il müddətində xəstə X37 aylıq 600 manat müqabilində öz evində baxmışdır. Beləliklə onun və ailə üzvlərinin müxtəlif gəlirləri olmuş və həmin pulun bir hissəsini dolanmaqlarına sərf etsələrdə bir hissəsini də özləri üçün yığıb saxlamışlar. Beləliklə, sözü gedən hadisəyə qədər yaşadıqları evdə onların ehtiyata yığdıqları təxminən 12.000 manat civarında pulları var imiş. 2020-ci ilin oktyabr ayında ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs evinə “tap.az” saytında oxumuşdur ki, xadimə işçisi tələb olunur. “Tap.az” saytında olan nömrə ilə əlaqə saxlayan zaman Nizaməddin müəllimin bacısı Validə ilə danışmışdır. Validə onu Ayna Sultanovada olan bir yerə çağırdığı üçün həmin yerə getmiş, həmin şəxslə görüşən zaman ona demişdir ki, qardaşının evinə xadimə lazımdır. Danışandan sonra telefonunu götürmüş və demişdir ki, Arzu xanımım yəni, qardaşı Nizaməddinin həyat yoldaşının telefonun ona vermiş və səhəri gün işə başlamasını demişdir. Sonradan bilmişdir ki, Arzu qardaşı Nizaməddinin arvadıdır. Bu minvanla xx.xx.2020-ci il tarixdən Nizaməddin müəllimin evində ayı 400 manata işləməyə başlamışdır. Həmin şəxslərin üç oğlu vardır: 14 yaşlı Muhəmməd, 11 yaşlı Yəhya, 3 yaşlı Mikayıl. Hər gün həmin şəxslərin evini yığışdırıb, yeməklərini bişirir, uşaqlarına baxır, hətta həmin binada yaşayan Nizaməddin müəllimin atası və anasının evini də həftədə bir neçə dəfə gedib yığışdırırmış. Arzu xanım “Türk” litseyində ərəb dili müəlliməsi imiş, əri Nizaməddinlə münasibəti soyuq olmuşdur. Nizaməddin müəllim hər gün səhər tezdən saat 10 radələrində işə gedir, bəzən o işdən çıxanda yəni, saat 18 radələrində, bəzi vaxtlarda daha gec evə gəlirmiş, o Nizaməddini gec gələn zaman görmürmüş. O Arzu xanıma dəfələrlə irad tuturmuş ki, arada bir Nizaməddinlə maraqlansın, Arzu isə bu sözə ağzını əyirmiş. Onun öz işi saat 08-dən 18-ə qədər davam edirmiş. 2021-ci ilin təxminən yanvar ayının ortalarında Arzu xanım karidora çıxaraq “Sonaxanım” deyə səslənmişdir, Arzu xanım çox vaxt evdə elə səslənir, o da Arzuya səslə “bəli” deyirmiş. Bəli deyəndə isə Sonaxanım göstərişini verir, nə isə iş buyururmuş. Həmin vaxt nədənsə o “bəli” demədən Arzunun yataq otağına tərəf dəhlizlə hərəkət etmişdir. Birdən qarşısında Arzunun yataq otağından çıxan əvvəllər görmədəyi və tanımadığı 170-175 sm boyu olan, orta bədən quruluşlu, qara saçlı, 40-45 yaşlarında olan şəxsi görmüşdür. Bu zaman Arzu xanım və həmin şəxs ona baxmış, Arzu demişdir ki, “sən get mətbəxə”. O mətbəxə getmiş, Arzu xanım həmin şəxsi yola salmış və onun yanına gəlib demişdir ki, “Sona bu qalsın ikimizin arasında Nizaməddinə demə”. O Arzuya demişdir ki, “sənin hərəkətindən heçnə başa düşmədim.” Lakin o özlüyündə düşünmüşdür ki, əgər Arzu xanım həmin şəxsin yanında hicablı deyilsə deməli bu şəxs Arzu xanımla münasibətdə olan bir şəxsdir. Həmin hadisə baş verən zaman Arzu xanımın hər üçün övladı qonaq otağında televizora baxırmış, həmin otağın qapısı örtülü olduğu üçün uşaqlar həmin şəxsi görməmişlər. Həmin hadisə ilə bağlı yəni, onun kənar şəxsi evdə görməyiylə bağlı Arzu xanımla aralarında sonradan heç bir söhbətləri olmamışdır. Bu məsələdən bir gün sonra Arzu ona ilk dəfə əmək haqqısından əlavə 200 manat verib demişdir ki, bunu xərcləyərsən, səbəbini isə ümumiyyətlə izah etməmişdir. O isə Arzudan bu və ya digər səbəbə görə əlavə heç bir məbləğdə pul tələb etməmişdir. O Arzudan həmin pulu götürdükdən sonra elə bilmişdir ki, onun bu məsələni kiməsə deməyindən Arzu çəkinən kimi olub həmin vaxtdan sonra ona hissə-hissə müxtəlif vaxtlarda xx.xx.2021-ci il tarixədək hardasa 20.000 manat pul vermişdir. xx.xx.2021-ci il tarixdə ona Arzu xanım birdən demişdir ki, Sonaxanım get yataq otağına dolabın siyirməsində hicabların yanında sellofan torba var ordan özünə pul götür. O da gedib həmin yerə baxmış və orda olan pulu gətirib Arzu xanıma vermiş, Arzu ona dörd ədəd 200 manatlıq əskinaslardan ibarət cəmi 800 manat pul vermiş, aparıb qalan pulları yerinə qoymuşdur. Onu da demişdir ki, ilk dəfə imiş ki, Arzu xanım ona bu formada yəni, özünün yataq otağında gedib gətirərək Arzuya verməyindən sonra ona pulu vermişdi, əvvəlki hallarda isə Arzu ona pulu özü bir başa verirmiş, həmin vaxtlar Arzunun həmin pulları haradan götürməsini dəqiq bilmirmiş. Həmin günü pulu çantasında saxlayıb evə getmişdir. Səhəri gün həmin pul çantasında olaraq qalmış və o həmişəki kimi işə gəlmişdir. xx.xx.2021-ci il tarixdə Nizaməddin müəllim işə getdikdən sonra Arzu xanım ona yenidən demişdir ki, get pulu gətir. Onda həmin yerə gedib pulların hamısını bütövlükdə sellofan paketə gətirib vermişdir, Arzu da 1.300 ABŞ dolları götürüb Sonaxanıma vermiş, qalan pulu aparıb yerinə qoymuşdur. Onu da demişdir ki, 19 aprel 2021-ci il tarixdə o evi yığışdıran zaman yataq otağına girişdən pulun yerləşdiyi paltar dolabının yan tərəfindən elektirik yuvasına taxılmış formada qara rəngdə kamera olmasını başa düşdüyü cihaz var imiş. O həmin cihazı görəndə Arzu xanıma əlavə elektrik enerjisi işlətməsin deyə onu tokdan çıxarmağını təklif etsə də Arzu ona bunun Nizaməddin müəllimə məxsus olmasını deyib ona dəyməməyini tapşırmışdı. Beləliklə, o 20 aprel 2021-ci il tarixdə pulu götürdükdən 15 dəqiqə sonra qapı döyülmüş, qapını açanda görmüşdür ki, Nizaməddin müəllimdir. Arzu içəri daxil olub yataq otağına keçmiş və sonradan onun yanına mətbəxə gəlmiş və demişdir ki, balığın iyi evə yayılmışdır. O demişdir ki, balıq iylənib Arzu da demişdir ki, at getsin. Həmin vaxtdan 2-3 dəqiqə sonra polislər gəlmiş, onu bölməyə aparmışdır. Baş vermiş hadisə ilə bağlı o həqiqəti yəni, Arzunun özü tərəfindən ona pulları verməyini Nizaməddin müəllimə demək istəyəndə polislər ona imkan verməmişdir. Belə düşünmüşdür ki, Arzu ərinə xəyanət etdiyini bildiyi üçün və ona artıq pul verməkdən canını qurtarmaq üçün evə kamera quraşdırılmasını ərinə deyib hansısa səbəbdən son iki gün öz məqsədini həyata keçirmək üçün onu dolaba tərəf yönləndirmişdir ki, gedib pulu o götürsün, kameraya düşsün sonra üzərinə şər atsın ki, guya evlərindən oğurluq etmişdir. O Arzudan pul alsa da amma evindən oğurluq etməmişdir, Arzudan pul tələb etməmiş, aldığı pulu da başqa bir şəxslə eşq məcarası yaşamağını bildiyi üçün vermişdir. Onu da demişdir ki, Arzu ona pul verməyə başladıqdan bir müddət sonra ona pullar verdikcə qızına cehiz almağını bildirirmiş. Arzu hər dəfə ona deyirmiş ki, yaxşı imkanı var ona kömək edəcəkdir, Arzu ona bacı kimi olmağını hər zaman bildirirmiş. Arzunun ona verdiyi pullardan 1.000 ABŞ dollar pulu borc kimi bacısı Ruhiyyəyə vermiş, 1.000 ABŞ dollar pulu borc kimi bacısı Firəngizə vermiş, 2.700 manat pulu borc kimi bacısı Firəngizin oğlu xx.xx.1991-ci il təvəllüdlü Şahid5 Firudin oğluna vermiş, 11.000 manat pul müqabilində isə baş etibarnamə vasitəsilə “Nissan Murano” markalı 90BU959 qeydiyyat nişanlı avtomobili almışdır. Onu da demişdir ki, qızı Aynaxanım 1995-ci il təvəllüdlü Şahid6 ilə nişanlıdır, qızı üçün cehizlik olaraq 900 manatlıq cehiz əşyalarda almışdır. O hər gün marşurut avtobusu ilə saat 08 radələrində iş yerinə gəlir, saat 18 radələrində marşurut avtomobusu ilə yaşadığı At yalı qəsəbəsinə qayıdırmış. Bəzi vaxtlarda yoldaşı Xaliq öz idarə etdiyi “Pejo” markalı avtomobil ilə gəlib aparırmış. Heç bir vaxt o iş vaxtı qohumları və ya başqa şəxslə görüşməmiş, səhər işə gedib axşam işdən çıxırmış, onun işi yalnız evin içində olurmuş. Onu da demişdir ki, Arzu xanım hər gün saat 11 radələrində bir-iki saatlıq Mikayılı parka gəzməyə aparırmış, həmin vaxtı da pul olan otağın qapısını kilidləyirmiş. Bağlamayanda isə o özü həmin otağın qapısını bağlayıb açarı Arzu xanıma verirmiş. Onun istifadəsində olan telefon nömrəsi **********, Xaliqin istifadəsində **********, **********, qızı Aynaxanımın istifadəsində **********, Firəngizin istifadəsində ********** olmuşdur. Onu da demişdir ki, 2021-ci ilin aprel ayının 11- 14 ərəfəsində Arzu xanımın qardaşı Əfqan adlı şəxs onun qızı üçün 560 manat dəyərində qızıl üzük hazırlasa da Arzu xanım ondan heç bir pul almamış, bu barədə onların arasında votçap yazışması və danışıqları olmuşdur, sonradan isə onda həmin yazışma silinmişdir. Odur ki, istifadəsində olan “Samsung A30” markalı mobil telefonu istintaqa könüllü təqdim etmək istəyir ki, bu faktı da araşdırılsın. Verilmiş sullara cavab olaraq bildirmişdir ki, o istintaqa verdiyi əvvəlki izahat və bütün ifadələrini təsdiq edir. İşin mahiyyəti üzrə bildirmişdir ki, o Zərərçəkmiş şəxs məxsus mənzildən oğurluq etməmişdir. Sadəcə Nizaməddinin həyat yoldaşı Arzu xanım ona 20 aprel 2021-ci il tarixdə də daxil olmaqla ümumilikdə 20.000 manat yaxın pulu kömək məqsədilə həmçinin o, Arzunu yad bir kişi ilə gördüyü üçün vermişdir. Nizaməddin və ya başqa bir şəxs onunla işi yalnız evin içərisində olması ilə bağlı hər hansı bir razılaşma olmamışdır. Sadəcə Arzu ilk işə başladığı gün həm Arzugilin həm də qayıntasıgilin sonuncunu həftədə bir dəfə olmaqla təmizlik işləri aparmağını ona demişlər. Lakin sonradan qaynatasıgilin evini həftədə üç-dörd dəfə əlavə olaraq zirzəmidə yerləşən saxlanc yeri kimi nəzərdə tutulmuş əlavə dörd otaqlı evi də təmizləməyi ondan tələb etmişlər. O həqiqətəndə razılaşma olmasa belə bəzi vaxtlarda evə lazım olan hər hansı bir ərzaqlar üçün həyətə düşən zaman təbii ki, evdə olan Arzuya bu barədə bildirmişdir. Bundan başqa o pul olan dolabın yerini ümumiyyətlə əvvəldən bilməmişdir. Ona bu hal yəni, pul olan yer yalnız 19 aprel 2021-ci il tarixdə Arzu onu həmin yerdən pul götürmək üçün göndərdiyi vaxt məlum olmuşdur. Bundan başqa 500 manatın itməsi ilə bağlı ona heç bir şey məlum deyilmiş. Bu barədə ona heç kim heçnə deməmişdir. Sadəcə o orada işlədiyi müddətdə bircə dəfə 20 manat pulun itməsini Arzu ona bildirmiş, o da həmin vaxt Nizaməddin atası Vahid kişi ilə birlikdə evi axtarsalar da tapa bilməmişlər. Onu da demişdir ki, o həmin evdə işlədiyi ilkin vaxtlarda evə gələn zaman ortalıqda təxmini qədərini bilmədiyi qədər pullar olurmuş, o bu barədə bacısı Firəngizə də bildirən zaman sonuncu ona çox gümanki sınandığını bildirib həmin pullara toxunmamağı ona tapşırmışdı. O da ümumiyyətlə həmin pullara toxunmurmuş. Evdə olan dolabdakı pulun yerini Nizaməddinin atası Vahid Əhmədov da bilirmiş. Belə ki, təxminən 2021-ci ilin fevral mart ayında Vahid kişi dişlərini düzəltdirmək üçün ödəniş etmək məqsədilə oğlu Nizaməddinə pul verməsi ilə bağlı müraciət edən zaman atası ilə həmin şəxslərin yataq otağına keçib qapını bağlamışlar. Bu zaman o bilmişdir ki, Nizaməddin atasına onun yanında həmin yataq otağındakı puldan çıxarıb vermişdir. Onu da demişdir ki, o həmin evdə işlədiyi müddətdə ümumilikdə heç 6 saat Nizaməddin müəllimlə ünsiyyətdə olamışdır. Nizaməddin özü o tutulan zaman qızına bildiribmiş ki, ümumiyyətlə pullarını saymır, hazırda necə ola bilər ki, pulun miqdarı ilə bağlı konkret məlumat verə bilir. Həmçinin onu da demişdir ki, o Arzu ilə üzləşdirilən zaman sonuncu müstəntiqin sualına əsasən pulun əksik olmasını imsaka oyanan zaman yeməkdən sonra Nizaməddinin tələbi ilə pulu yanına gətirmiş, sonuncu da sayaraq əksik olmasını müəyyən etmişdir. Onu da qeyd etmişdir ki, Arzu xanım hər zaman ona bildirirmiş ki, həmin şəxslərin evində elektrik enerjisinin pulu çox yazdığından o evə gələn zaman boş boşuna elektirikdə taxılı vəziyyədə nə varsa hamısı elektirikdən ayırsın. 19 aprel 20212-ci il tarixdə işə gələn zaman Arzu xanımın qeyd etdiyi tələbinə əsasən Arzu xanımın yataq otağında həmin adapter formalı kameranın olmasını görüb bunun kamera olmasını başa düşərək Arzu xanıma bildirmişdir ki, yenə də elektirikdə cihaz var, bu zaman Arzu ona bildirmişdir ki, həmin cihaz Nizaməddin müəllimə məxsusdur, buna görə də cihaza toxunmasın yəni, adapteri elektirk yuvasından çıxarmasın. Lakin o həmin otağı elektirik süpürgəsi yəni, tozsoranla təmizləyən zaman həmin otaqda bir elektirik yuvasından istifadə etməklə tozsoranın elektirik naqili qısa olduğu üçün bütün otağı tozsoranlamaq mümkün deyil. Ona görə də o otağın hər tərəfini təmizləmək üçün otaqdan girişdə həm sol həm də sağ yəni, həmin kameranın taxıldığı elektirik yuvasından istifadə etmək məcburiyyətində qaldığından, bu cihazı elektirik yuvasından çıxarmış və otağı tozsoranlamış, sonradan zəruri bilmədiyi üçün həmin kameranı yenidən yerinə taxmamışdır. Vüsalla görüşməklə bağlı bildirmişdir ki, o həmin günü günorta saat 13 radələrində Arzu xanıma deyərək həqiqətəndə həyətə düşüb buradan nahara yemək hazırlamaq üçün ərzaqlar almışdır. Lakin Arzu xanıma Vüsalla və ya digər bir şəxslə görüşəcəyini deməmiş, həmçinin Vüsal və ya başqa bir şəxslə həmin günü görüşməmişdir. Arzu 19 aprel 2021-ci il tarixdə ona 3 və ya 4 ədəd 200 mantlıq əskinas vermişdir. O həmin pulu çantasına qoyub evinə aparsa da 20 aprel 2021-ci il tarixdə yenidən özüylə işə gətirmişdir. 20 aprel 2021-ci il tarixdə isə Arzu ona 1300 ABŞ dolları pulu 100 dollarlıq əskinas formasında vermişdir. Nizaməddinin pulun üstündən 1300 ABŞ dolları və 3.400 manat pulun 20 aprel 2021-ci il tarixdə götürülməsini deməsi yalnışdır. Həmçinin o 19 aprel 2021-ci il tarixdə 2.100 ABŞ doları və 2.900 manat pulun əksik olması ilə bağlı ifadəni də yalan deyir. Xaliqin Nizamədinlə söhbət zamanı nə deməsi ona məlum deyil. Lakin Xaliqin ondan hər hansı bir səbəbə görə şübhələnib güdməsi tamamilə yalandır, o buna inanmır. O Nissan markalı avtomobili həqiqətəndə özünə almışdır, lakin buna xərclədiyi pul Sumqayıtda satdığı evin pulu və Arzunun verdiyi pulun bir qismi olmuşdur, yəni sırf Arzunun verdiyi pulla bu avtomobili almamış, evin satılmasını məlumatını da özündə əks etdirən Ağcabədi Rayon Məhkəməsinin qətnaməsini də istintaqa təqdim etmişdir. O Vüsala 2.700 manat, bacıları Firəngiz və Ruhiyyənin hər birinə 1.000 ABŞ oları pulu borca vermişdir. Atasına pul verməyi və qızının nişanlısına avtomobil almağı ümumiyyətlə yalandır. Qızına aldığı 800 manatlıq cehizi isə kreditlə alımış, hazırda da həmin krediti ödəmədikləri üçün bu pulu onlardan tələb edirlər. Cehizə görə cəmi birinci ay 40 manat ödəniş edib sonradan pulunu da ödəyə bilməmişdir. Xaliq atasıyla birlikdə o həbsdə olan günü Nizaməddinlə görüşə gedən zaman burada həqiqətəndə Azu xanıma söz deməmişdir, bunun səbəbini o bilmir, həmin günü ya da növbəti gün qızı Aynaxanım, nişanlısı Sərxan və Xaliq Nizaməddinlə görüşə gedən zaman burada Arzu ilə bağlı həqiqətləri Sərxan deyən zaman Nizaməddin onun üstünə qışqırmışdır. Nizaməddinin onun kiminləsə görüşməyi və ya əlbir olmağıyla bağlı dedikləri tamamilə yalandır. O sadəcə həmin evin ehtiyacları üçün bəzi hallarda aşağı düşüb ərzaqlar alıb geri qayıtmışdır. 20 aprel 2021-ci il tarixdə polis tərəfindən saxlanılmazdan öncə o səhv etmirsə ********** saylı telefon nömrəsiylə Xaliqin ********** saylı telefon nömrəsi və qızı Aynaxanımın ********** saylı telefon nömrəsi ilə danışmışdır. Ona dinləndirilmiş səs yazısında olan telefon danışığı zamanı o Xaliqlə qeyd etdiyi nömrə vasitəsilə danışmış, “demək olar ki, səninki də hazırdı” deyən zaman nəzərdə tutmuşdur ki, o bir müddət əvvəl Xaliq öz maşınını dəyişmək istəyirmiş, bu zaman o Xaliqə Arzu xanımın ona verdiyi pullardan köməklik edəcəyini yəni, əvəzsiz qayadada verəcəyini bildirmiş, Xaliq öz maşını satıb pulun üstünü düzəldib özünə bilmədiyi markada yeni maşın alacaqmış, o Xaliqə ümumi verəcəyi pulu əvvəlcədən sonuncu ilə danışmamışdır, həmçinin Xaliq onun Nissan markalı avtomobilini də düzəldəcəkmiş. Arzu xanım ona 20 aprel 2021-ci il tarixdə 1.300 ABŞ dolları verdikdən sonra öncəki gün verilmiş 800 manat və həmin günü verilmiş 1.300 ABŞ dolları ilə birlikdə pulu Xaliqə verəcəyini nəzərdə tutduğundan sonuncuya bu cür demişdir, Xaliq də cavabında ona yaxşı deyib təşəkkür etmişdir. Ona bu pulu Xaliqə vermək qismət olmamış, o Arzudan aldığı pullardan Xaliqə heç bir pul verməmişdir. Xaliq onların evlərində pul olmasını bilsə də miqdarını bilmirmiş. O Arzu xanımla dərdləşdidiyi üçün Vüsal barəsində narkotiklə məşğul olduğunu, anası ilə münasibətinin olmamasını bildirmişdir. Vüsalın polisə düşdüyünü ümumi olaraq demiş, Vüsalın narkotiklə bağlı hansı polis orqanı tərəfindən saxlanmasını bilməmişdir. O ümumiyyətlə işlədiyi müddətdə həmin mənzildə seyf olmasını bilməmişdir. Aynaxanım isə ümumiyyətlə həmin mənzildə olmamışdır. Əslində o bir dəfə həmin gün üçün sonuncu iş olaraq Nizaməddinin atasının mənzilini təmizləyib qızıyla başqa yerə gedəcəklərindən qızının məhz həmin evdə gözləməyini Nizaməddinin anası Nərgiz xanımdan xahiş etsə də onun qızıyla birlikdə getməkləri sonradan alınmadığı üçün qızı ümumiyyətlə həmin ünvana gəlməmişdir. 20 aprel 2021-ci il tarixdə Arzu ona 1.300 ABŞ dolları pul vermiş, onun çantasında ona verdiyi 800 manat pul da olmuşdur. Lakin polis bölməsində onun çantasına baxış keçrilərkən onun çantasında dediyi pullardan əlavə 2.000 manat yəni, 200 manatlıq 10 ədəd əskinas aşkar edilmişdir. Həmin 2.000 manat ona aid deyil. Onu da demişdir ki, onun çantası Arzugilin evində girişdə olan paltar şkafında nəzarətsiz olurmuş, çox güman ki, həmin 2.000 manatı Arzugil onun çantasına özləri qoymuşlar ki, onun ələ keçirdikləri pulun məbləği çox olsun və onu oğurluqda ittiham etsinlər. “Siz Yasamal RPİdə istintaqa verdiyiniz ilkin izahatınızda və ifadənizdə verilmiş suala cavab olaraq sözü gedən hadisə nəticəsində əldə etdiyiniz pulun 1.000 ABŞ dollarını bacınız Firəngizə, 1.000 ABŞ dollarını bacınız Ruhiyəyə, 2700 manat pulu bacınız oğlu Vüsala verdiyinizi, 11.000 manat pul müabilində isə Nissan Murano markalı 90BU959 qediyyat nişanlı avtomobil almağınızı bildirmiş, həmçinin ilkin izahat və ifadənizdə heç bir məlumat vermədiyiniz halda sonrakı ifadənizdə polis əməkdaşları tərəfindən sizdən götürülən pulların bir hissəsinin Sumqayıt şəhərində olmuş evinizin 2018-ci ildə satmağınızı nəticəsində əldə etdiyiniz 11.000 manat pul olmasını bildirib, sualda qeyd edilən şəxslərə verdiyiniz pulları borc kimi verməyinizi bildirmisiniz. Bakı Şəhər BPİ-də verdiyiniz əlavə ifadənizdə isə evin satışından əldə etdiyiniz 11.000 manat pulun 6.000 manatını At yalı qəsəbsində olan evinizin tikintisinə sərf edib 5.000 manat hissəsini özünüzdə saxlamağınızı bildirmisizniz.” Bu barədə nə deyə bilərsiniz sualına cavab olaraq bildirmişdir ki, onun verdiyi borclar tamamilə doğrudur, o həqiqətəndə evin satışından 5.000 manat pulu özündə saxlamışdır. Siz istintaqa verdiyiniz ilkin ifadələrinizdə 19 aprel 2021-ci il tarixdə Arzunun sizə 2.800 manat pul verməyinizi bildirdiyiniz halda sonrakı ifadələrinizdə həmin məbləğin 4 ədəd 200 manatlıq əskinaslardan ibarət 800 manat olmasını bildirmisiniz. Bu zididyyəti necə izah edə bilərsiniz sulına cavab olaraq bildirmişdir ki, o lap əvvəldən bu məbləğin 800 manat olmasını bildirsə də bu texniki səhv olaraq 2.800 manat qeyd edilmişdir. “Siz istintaqa verdiyiniz ifadənizdə sözü gedən hadisəyə görə polis tərəfindən saxlanılan zaman yəni, 20 aprel 2021-ci il tarixdə Arzu Nağdəliyevə sizə cəmi 1300 ABŞ dolları pul vermiş, sizin üzərinizdə ümumilikdə həmin pul məbləği olmuşdur. Lakin cinayət işi materiallarına əlavə edilmiş “WhatsApp Video 2021-05-16 at 14.57.57” adlı 12 saniyəlik video və “WhatsApp Video 2021-05-16 at 14.58.00” saylı 45 saniyəlik video görüntülərə baxış keçirən zaman müəyyən edilmişdir ki, 20 aprel 2021-ci il tarixdə sizin çantanızdan 1300 ABŞ dolları və 200 manatlıq əskinaslardan ibarət 3400 manat təşkil edən pul məbləği aşkar edilərək götürülmüşdür. Həmin video görüntülər sizə nümayiş etdirilir.” Bu barədə nə deyə bilərsiniz sualına cavab olaraq bildirmişdir ki, o həmin məbləğin yəni, çantasından aşkar edilən məbəğin 2800 manat və 1300 ABŞ dolları olmasını bilmişdir. Faktiki olaraq 1300 ABŞ dolları və 800 manat olmalı imiş, onun yalnız bu puldan xəbəri olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş “WhatsApp Video 2021-05-16 at 14.58.04” saylı video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, siz sözü gedən hadisə zamanı 20 aprel 2021-ci il tarixdə saxlanılan zaman sizin iştirakınızla yaşadığınıza evdən 1.250 ABŞ dolları və 2.800 manat aşkar edilərək götürülmüşdür. Siz isə ifadənizdə 12.000 manata qədər məbləği evinizdən özünüz üçün yığdığınızı, əlavə olaraq 17.000 manata qədər pulun Arzu tərəfindən sizə verilməsini, həmin pullardan hadisə gününə qədər olan müddətdə 17.100 manat pulu özünüzə avtomobil almağa və qohumlarınıza borc verməyə sərf etdiyinizi bildirmisiniz. Belə olan halda arada qalan fərq yəni, 12.975 manat pulun harada olması barədə nə göstərə bilərsiniz sualına cavab olaraq bildirmişdir ki, həmin fərqlə bağlı bildirmişdir ki, Xaliq tərəfindən hadisə olan günü onun evinə baxış keçirdikdən sonra Nizaməddinə təqdim edilmiş təxminən 8.300 manat pul onun “Nissan” markalı avtomobilində saxlanılmışdı. Həmin pul polislər tərəfindən aşkar edilməmişdi. Qalan təxmini 4.000 manat fərqlə bağlı bildirmişdir ki, o ifadəsində artıq pul barədə bilmədiyi üçün düzgün məlumat verməmişdir. Siz Zərərçəkmiş şəxs məxsus mənzildə xadiməçi kimi işləyən zaman Arzu xanım sizə hər hansı bir işi göstəriş verərkən siz həmin işi dərhal icra edir, yoxsa həmin işi görməyə o qədərdə tələsmirdiz sualına cavab olaraq bildirmişdir ki, əgər əlində vacib iş yoxdursa dərhal icra edir, əgər varsa bir qədər sonra istəyini yerinə yetirirmiş. Verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Xaliq həmin yerə cəmi bir dəfə pul lazım olduğu üçün gəlmiş və ondan pul götürüb getmişdir. O həmin günü Arzudan əmək haqqını alıb Xaliqə vermişdir. Xaliq həmin gəlişində idarə etdiyi Pejo markalı maşınla hadisədən iki-üç ay əvvəl gəlmişdir. Xaliqin sonradan iş günün sonu istisna olmaqla digər vaxtlarda onunla görüşmək üçün həmin yerə gəlməsi olmamışdır. Nissan markalı avtomobili Xaliq tərəfindən Gəncədən Bakı şəhərinə gətirməsindən sonra ümumiyyətlə idarə etməmiş, həmçinin bu maşını başqa heç kim idarə etməmişdir. Həmin hadisə zamanı o dolabın həmin qapısını ona görə astaca açıb bağlamışdır ki, Arzu xanımgil özləri ona tapşırmışlar ki, həmin qapını yavaş bağlasın ki, qapının yayı nasaz olduğundan xarab olmasın. Arzu xanım həmin vaxt uşaqların yataq otağında online formada dərs keçirmiş, Sonaxanım həmin öz otağının qapısını açaraq onu çağırmış o Sonaxanımın yanına gedərkən həmin sellofan paketi gətirməyini istəmiş, o paketi Sonaxanıma aparan zaman şkafın qapısını örtməyinə səbəb belə vərdiş etməyi olmuşdur. O paketi verdikdən sonra Arzu həmin puldan 1.300 ABŞ dolları çıxarıb Sonaxanıma vermiş və qalan pulu yerinə qoymağı tapşırmışdır. Onun oğurluq etmək niyyəti olsa idi o otaqda kamera olmasını bir gün öncədən bildiyi halda oradan özbaşına heçnə götürməzmiş. Arzu xanım ona sellofan paketi gətirməyi dedikdə o otaqda tələskənlik olmadığı üçün yarımçıq işlərini görüb sonra həmin paketi aparıb Arzuya vermişdir. Ona verilmiş 1.300 ABŞ dolları pulu öz çantasına qoyduqdan sonra qalan sellofan paketdə olan pulu dolaba qoymuşdur. Arzunun çağırmasının kameraya səs düşməməsinə səbəb özü kameranın orada olduğunu bildiyi üçün yavaş formada çağırması olmuşdur. Cinayət hadisəsi üzrə götürülmüş Təhlükəsizlik Şəhər kameralarının video görüntülərinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 sizə məxsus “Nissan” markalı və özünün idarə etdiyi “Pejo” markalı avtomobillərlə sonuncu dəfə 19 aprel 2021-ci il tarixdə olmaqla günorta saatlarında dəfələrlə sizin işlədiklərini binanın yaxınlığına gələrək orada bəzi vaxtlarda bir saata yaxın bəzi vaxtlarda daha qısa müddət gözləyib yenidən hərəkətinə davam etmişdir. Bu barədə nə deyə bilərsiniz sualına cavab olaraq bildirmişdir ki, bu doğru deyil. Xaliq heç bir zaman günorta saatlarında onun yanına gəlməmiş və görüşməmişdir. Bəzi vaxtlarda saat 08 radələrində işə gələn zaman və işdən çıxarkən yəni, saat 18 radələrində onu işdən götürmək üçün bəzi vaxtlarda bir neçə dəfə gəlmişdir. Həftə sonu yəni, şənbə günləri ictimai nəqliyyat işləmədiyi üçün Xaliq onu çox hallarda işə gətirib işdən aparmışdır. Hazırda xatırlamışdır ki, Xaliq onun arxasınca ona məxsus “Nissan” markalı avtomobillə də gəlmişdir, lakin Xaliq ona məxsus avtomobili davamlı idarə etmək istəyərkən Xaliqlə mübahisə edib ona icazə verməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Şahid1 şər atdağını bildirmiş, sonrakı ifadəsində isə Zərərçəkmiş şəxs barışmaq üçün ondan belə bir ifadə verməsini tələb etdiyini, əslində Şahid1 şər atmadığını, ibtidai istintaq zamanı verdiyi verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ibtidai istintaqda verdiyi verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, xx.xx.1975-ci ildə Gəncə şəhərində doğulmuş,1981-ci ildə Gəncə şəhər 19 saylı tam orta məktəbə daxil olub həmin məktəbin 11-ci sinfini 1992-ci ildə bitirmişdir. Bundan sonra 4 il müddətinə həqiqi hərbi xidmətdə olmuşdur. 1996-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə şəhərində 2001-ci ilə qədər yaşayıb burada müxtəlif evlərin təmirində malyarlıq etmişdir. 1998-ci ildə X13 ilə ailə həyatı qurmuş, birgə nikahlarından 1999-cu il təvəllüdlü X22 və 2001-ci il təvəlüldlü X23 dünyaya gəlmişdir. 2001-ci ildə ailəsiylə birlikdə Bakı şəhərinə köçüb hazırda qeydiyyatda olduğu ünvanda yaşamağa başlamışdır. Bakı şəhərinə köçdükdən sonra da o fərdi şəkildə evlərin təmiri zamanı malyar işi ilə məşğul olurmuş. Hazırda da malyar işi ilə məşğuldur, həmçinin Abşeron rayonu “At yalı” qəsəbəsinin içərisində özünə məxsus kiçik kafe varmış ki, həmin kafeni 150 manat icarəyə verməklə ailəsini dolandırmış, həmin kafeni o heç bir zaman işlətməmiş, hər zaman bu obyekt icarədə olmuşdur. O Təqsirləndirilən şəxs1 2005ci ildən Bakı şəhərində təsadüfən tanımışam, onunla həmin vaxtdan yaxın kişi qadın kimi münasibətləri yaranmış, demək olar ki, elə həmin vaxtdan da Sonaxanımla qeyri-rəsmidə olsa ər-arvad kimi yaşamışdır. Onu da demişdir ki, o həmin vaxtdan Sonaxanımla ailə kimi olsa da daimi olaraq özünün birinci ailəsinin yanında yaşayır, həmçinin Sonaxanımın yanında mütəmadi olaraq gedib gəlirmiş. O Sonaxanımla tanış olduğu vaxtlarda o birinci nikahdan olan qızı 2000-ci il təvəlüldlü X3 ilə birgə Neftçilər metrosu yaxınlığında kirayədə yaşayırmış. Sonradan təxminən 13-14 il bundan əvvəl Sumqayıt şəhərində stansiya Sumqayıt adlanan ərazidə birlikdə 0,04 hektar torpaq sahəsi alaraq burada bir otaqlı fərdi yaşayış evi tikmişlər, Sonaxanımda qızı ilə orada 2018-ci ilə qədər yaşamışdır. 2018-ci ildə həmin torpaq sahəsi və fərdi yaşayış evini Nahid və Validə adlı şəxslərə satsalarda bu əmlakın 11.000 manat pulunu ödəsələr də 6.000 manat pulu hələ də ödənilməmişdir, hazırda bununla bağlı aralarında məhkəmə mübahisəsi gedirmiş. O Sonaxanımla tanış olduğu vaxtdan uşaqlara, xəstlərə baxmaqla fərdi şəkildə pullar qazanmışdır. 2018-ci ildə Sumqayıtda olan evlərini satdıqdan sonra Sonaxanım qızı ilə birlikdə Abşeron rayonu At yalı qəsəbəsində yerləşən fərdi yaşayış evində aylıq 100 manat olmaqla kirayədə yaşamağa başlamışdır. O da demək olar ki, həftədə hər gün bəzi vaxtlarda isə iki-üç gündən bir gedib gəlir, onların aralarında kəbində kəsildiyi üçün Sonaxanım qeyri-rəsmi də olsa onun həyat yoldaşıdır, o da Sonaxanımın ailəsinin də başçısıdır, bütün ailə problemlərini də birlikdə həll edirlər. 2020-ci ilin oktyabr ayında Sonaxanım internet vasitəsilə ünvan 8 ünvanında yerləşən mənzilin sahibi olan tanımadığı Nizaməddin adlı şəxslə aylıq 400 manat əmək haqqına razılaşaraq həmin evdə Nizaməddinin üç övladına baxıcılıq edib evi təmizliyi ilə məşğul olmağa razılaşıb burada işə başlamışdır. Onu da demişdir ki, gördüyü işdən əlavə həmin binanın birinci mrətəbəsində yerləşən Nizaməddin müəllimin atası ilə anasının yaşadığı mənzil də vardır ki, həftənin müəyyən günləri həmin mənzilin yığışdırılması ilə də Sonaxanım məşğul olurmuş. Buna görə də bəzi vaxtlarda Sonaxanım əlavə iş gördüyü üçün əmək haqqısı aylıq 500 manat kimi gəlib çıxırmış. Onu da demişdir ki, o Sonaxanımın gəlirlərinə qarışmır, heç bir vaxt hər hansı bir məbləğdə pul alıb xərcləmirmiş. Sonaxanım özü də nə qədər pulunun ehtiyata yığmasını ona demirmiş. Sonaxanım dediyi ünvanda həftənin bütün günləri bazar günləri istisna olmaqda səhər saat 08-dən saat 18-ə kimi işləyirmiş. Bazar günündən başqa Sonaxanıma bir qayda olaraq heç bir gün istirahət verilmirmiş. Yalnız hadisə olan gündən əvvəlki həftə sonu altıncı və bazar günü işdə olmamış, həmin vaxtlarda səbəbini mənə izah etmədən həmin yerdən işdən çıxmasını bildirmişdi. Sonaxanım hər gün işə adətən marşurut avtobusu ilə gedir, marşurtlar işləmədiyi vaxtlar və ya hava soyuq olanda o özü Sonaxanımı səhər saat 08-də işə aparır, bəzi vaxtlarda isə saat 18 radələrində həmin ünvanda işdən götürüb evə aparırmış. Həmin vaxtlar o yalnız özünün istifadəsində olan “Pejo 301” markalı 99GJ661 qeydiyyat nişanlı avtomobilimdən istifadə edirmiş. O yalnız özünə məxsus bu avtomobilini idarə edirmiş. Sonaxanımın sahibi olduğu təxminən bir ay müddətdir ki, aldığı “Nissan Murano” markalı **-BU-*** qeydiyyat nişanlı avtomobili isə o cəmi bir və ya iki dəfə idarə etmişdir, buna səbəb isə Sonaxanımın buna etiraz etməsi olub, sonuncu özü bildirmişdir ki, həmin avtomobil sahibi olmaq arzusu olub o da guya arzusuna göz dikmiş, o da Sonaxanımın bu sözündən sonra həmin avtomobili idarə etməməyə özünə söz vermişdir. O sözü gedən hadisəyə qədər Nizaməddini və ya ailə üzvlərini heç vaxt tanımamışdır. Belə ki, o dediyi kimi yalnız səhər saatlarında yəni, 8-də Sonaxanımı idarə etdiyi özünə məxsus “Pejo” markalı avtomobiliylə həmin ünvana aparmış, axşam saatlarında yəni saat 18 radələrində işdən götürmüşdür. Heç bir halda həmin ünvana Sonaxanımın yanına bu saatlardan kənar gedib Sonaxanımla görüşməmişdir. Sözü gedən hadisə baş verməzdən əvvəl 2021-ci ilin aprel ayının əvvəlində ona çoxdanki arzusu olan avtomobil almağı reallaşdırmaq istədiyini, həmin “Nissan” markalı avtomobili internetdən tapmasını, özünün evdə Sumqayıtdakı evlərinin satışından saxladığı, həmçinin qazancından pul yığdığını, ümumilikdə həmin avtomobili almaq üçün 11.000 manat pulunun olmasını bildirmişdir. Bundan sonra o həmin avtomobilin sahibi ilə zəngləşib görüşmüş, avtomobilə baxıb bəzi təmir və sənədləşmə xərclərini ödədikdən sonra həmin avtomobili Sonaxanımın adına baş etibarnamə, onun adına isə adi etibarnamə verməklə sənədləşdirmişlər. O özü Sonaxanımda bu qədər pul olmasından şübhələnib bu barədə soruşduqda, sonuncu ona işlədiyi evin sahibəsi Arzu xanımın onlar kasıb olduqları üçün kömək etməsini bildirmişdir. O sonradan yəni, Sonaxanım tutulduqdan sonra ona məlum olmuşdu ki, bacıları Ruhiyyəyə 1.000 ABŞ dolları, Firəngizə 1.000 ABŞ dolları, bacısı oğlu Şahid5 Firudin oğluna Vaz 2106 markalı avtomobil almaq üçün 2700 manat pul vermiş, həmçinin ümumi evdə olan puldan 1000 manat qədər məbləğdə qızı Aynaxanım və onun nişanlısı Şahid6 cehiz almaq üçün vermişdir. Onun bunlardan hadisədən sonra xəbəri olmuşdur. Sözü gedən hadisə olana qədər müddətdə sadəcə olaraq Arzu xanımın dəqiq məbləğini bilmədiyi pulların Sonaxanıma verilməsini ona məlum imiş, Sonaxanımın hər hansı bir oğurluq etməsi ona heç bir halda məlum olmamışdır. 20 aprel 2021-ci il tarixdə o idarə etdiyi Pejo markalı avtomobildə Şamaxinka adlanan ərazidə olan zaman Aynaxanım ********** saylı mobil telefon nömrəsindən onun ********** və ya ********** saylı mobil telefon nömrələrimin birinə zəng vurub ağlayaraq Sonaxanımın səbəbini bildirmədən tutulmasını bildirmiş, o da heçnə demədən birbaşa avtomobilini saat 13 radələrində Nizaməddingilin binasının yaxınlığına gedib həmin şəxslərin mənzilinə qalxmışdır. Bu zaman ona məlum olmuşdur ki, Nizaməddin 50.000 manatdan çox pulu Sonaxanım tərəfindən oğurlandığı üçün tutulmasını ona bildirmişdir. O həmin ünvanda olduğu vaxt Sonaxanımın qızı Aynaxanım və sonuncunun nişanlısı Sərxan Nizməddingilə gəlmişdir. Burada onların aralarında olan söhbət zamanı Nizaməddin 52, 54 və 56 min manat pulun oğurlanmasını bildirmiş, əgər 50.000 manatdan aşağı pulunun oğurlanmasını dediyi halda Sonaxanımın işinin yüngül olacağını, buna görə də Nizaməddinin məbləği 50.000 manatdan çox məbləğin olmasını bildirmişdir. Bununla bağlı Aynaxanımın iştirakı ilə Nizaməddinlə söhbət zamanı bu qeyd etdiyi məzmunda danışan zaman Aynaxanım Nizamədinin səsini yazmışdır. Həmin səs yazısını da istintaqa təqdim edəcəkdir. İş materiallarında olan iş üzrə zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən istintaqa təqdim edilmiş sizin səsinizin qeyd edildiyi 13 dəqiqə 36 saniyədən ibarət səs yazısı sizə səsləndirilir. Həmin səs yazısı barədə nə deyə bilərsiniz sualına cavab olaraq bildirmişdir ki, bu səs yazısı Sonaxanım tutulan günü yəni, 20 aprel 2021-ci il tarixdə günorta saatlarında o hələ Sonaxanımın görməzdən əvvəl onun, Sonaxanımın atası Ramil kişi və onun arasında olan danışıq zamanı səsləri yazılmışdı. Onu da demişdir ki, o həmin səs yazısında da Nizaməddinə bildirmişdir ki, əgər bu oğurluq hadisəsini əvvəlcədən bilirdisə bunun qarşısını əvvəldən alar və ona bu barədə bildirərdi. Nizaməddin özünə sərf edən hissələri qeyd etmiş, digər səsləri isə yazmamışdı. O 20 aprel 2021-ci il tarixdə Sonaxanımla müstəntiq Cavid Əhmədovun yanında görüşüb nə məsələ olmasını soruşmuş, sonuncu isə ona Arzu xanımın yanına gedib gələn bir nəfər yad kişinin olmasını, həmin şəxsi görməsini, buna görə də Sonaxanımın həmin faktı heç kəsə deməmədyi üçün öz təşəbbüsü ilə sonuncuya pullar verməyini bildirmişdir. Növbəti günü Nizaməddin özü ona bildirmişdir ki, Nizaməddinin həyat yoldaşı Arzu xanımın adını ümumiyətlə çəkməsin. Sonaxanım hadisədən təxminən 20-25 gün əvvəl Arzu xanımın evində yad bir kişinin görməsini, həmin şəxsin yanında Arzu xanımın başının açıq olmasını ona demişdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Həmçinin o, məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs1 qohumları tərəfindən ona 10000 manat pul ödənildiyini, ona vurulmuş maddi ziyanın qalan hissəsini tələb etdiyini, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə bağlı dövlət ittihamçısının çıxışı ilə razı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd etdiyi ünvan 9 ünvanında 2018-ci ildən etibarən olmaqla hazırda da həyat yoldaşı Şahid1, övladları 2008-ci il təvəllüdlü Muhəmməd Əhməd, 2010-cu il təvəllüdlü Yahya Əhməd və 2018-ci il təvəllüdlü Mikayıl Əhmədlə birlikdə yaşayırlar. Yaşadıqları binanın birinci mərtəbəsində yəni, onun yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan 10 ünvanında valideynləri X14 və X18 yaşayır. 2009-cu ilən X44 Bakı Türk liseyində insan və cəmiyyət fənnini tədris edir, 2016-cı ildən Bakı Dövlət Universiteti Mədəniyyətşünaslıq və Fəlsəfə tarixi kafedrasının müəllimi işləyir, bundan başqa 2011-ci ildən müxtəlif biznes fəaliyyətləri ilə məşğul olmaqla əlavə qazanc əldə edir. Həyat yoldaşı Arzu xanım 2007-ci ildən X44 Bakı Türk liseyində ərəb dili müəlliməsi kimi işləyir. Övladları Muhəmməd 7-ci, Yəhya isə 5-ci sinifdə təhsil alır. Lakin ölkəmizdə koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq edildiyindən təxminən 2020-ci ilin mart ayından etibarən onlayn təhsil prosesinə qoşulmaqla o və həyat yoldaşı evi tərk etmədən dərs deyir və övladları da evlərini tərk etmədən təhsil alırlar. Onların yaşadıqları ev üç otaqdan ibarətdir, mənzilə girişdən sol tərəfdə yataq və uşaq otağı, girişlə üzbəüz qonaq otağı və girişdən sağ tərəfdə isə vanna otağı və mətbəx yerləşir. Yataq otağına girişdə sol tərəfdə paltar dolabı yerləşir. O əldə etdiyi gəlir və digər nağd pulları həmin dolabda paltarların arasında sellofan paketdə saxlayır. Qeyd etdiyi kimi xüsusi karantin rejimi ilə əlaqədar ailə üzvləri hamısı evdə olsalar da o şəxsi işləriylə əlaqədar əksər vaxtlarda səhər evdən çıxıb axşam saatlarında evə qayıdır. Buna görə də evlərində həyat yoldaşı da pedaqoji fəaliyyətlə məşğul olduğundan sonuncuya kömək etmək məqsədiylə övladlarına baxmaq və evin təmizliyini həyata keçirmək üçün evə köməkçi qismində işçi axtarmaq qərarına gəlmişlər. 2020-ci ilin noyabr ayında internet vasitəsilə verilmiş elan nəticəsində onların evində işləmək üçün Təqsirləndirilən şəxs1 onlara müraciət etmişdir. Sonaxanımla tanış olduqdan sonra hicablı olması və deməsinə görə ibadətlə məşğul olması ona məlum olmuşdur. Beləliklə, Sonaxanım həmin vaxtdan etibarən aralarında onların evdə həftədə yalnız bazar günləri istisna olmaqla həftənin digər günləri saat 08-dən saat 18-dək ev işləri ilə məşğul olmaq və övladlarına baxması üçün aylıq 400 manat əmək haqqı müqabilində işləməyə başlamışdır. Sonaxanım onların evində işləməyə başlayan zaman həyat yoldaşı Arzu xanımın yanında o Sonaxanıma əvvəllər onların evində işləyən digər xidmətçilər də olduğu kimi qəti surətdə xəbərdarlıq etmişdir ki, əgər Sonaxanım onların evində işlədiyi müddətdə əgər hər hansı bir qiymətli əşya və ya pul oğurlanarsa bu zaman Sonaxanımın üstü və çantası yoxlanılacaq və bu barədə polisə məlumat veriləcəkdir. Sonaxanım da buna razı olmasını bildirmişdi. Sonaxanım özünü ilk vaxtlar elə aparırmış ki, bir müddət sonra onlar Sonaxanlma tam etibar edirmişlər, onun özü belə xəbərdarlıq etməyinə baxmayarq artıq belə bir əməl tutacağından qəti şübhələnmimişlər. Deməsinə görə Sonaxanım Atyalı qəsəbəsində ailəsi ilə birgə yaşayır, hər gün ictimai nəqliyyat və ya taksi ilə saat 08 radələrində işə gəlir və saat 18 radələrində işdən gedirmiş. Sonaxanımın bildirməsi ilə sonuncunun qızı Aynaxanım adlı qızının və Xaliq adlı şəxslə rəsmi nikaha daxil olmadan yaşadıqlarını bilirmiş. Həmçinin, Sonaxanımı işə qəbul edən zaman aralarında razılaşmışlar ki, Sonaxanımın işi onlara məxsus hər iki mənzilində olacaq və Sonaxanım hər hansı bir səbəbdən bir müddətə belə olsa evi tərk etməli olsa bu barədə onlara məlumat verməli imiş. Sonaxanım işə başladıqdan bir müddət ailəsini, övladlarını, evini əmanət etdiyi üçün o və həyat yoldaşı tərəfindən Sonaxanımın hərəkətləri və özünü necə aparmasına nəzarət edirmişlər. Sonaxanım hər zaman ona və ailə üzvlərinə hörmətlə yanaşdığı, özünü guya ibadət edən, əxlaqlı, düzgün bir insan kimi görstərdiyi üçün qısa müddətə onların etibarlarını qazanmışdır. Buna baxmayaraq pulları saxladığı dolaba toxunmamağı Sonaxanıma tapşırmışlar. O ümumiyyətlə ailə üzvləri evdə ola-ola Sonaxanımın cəsarət edib ona məxsus hər hansı bir dəyərli əmlakı və ya pulunu oğurlamasını ehtimal etmirmiş. Əvvəlki ifadəsində də bildirdiyi kimi rəhbəri olduğu “Harmony Group” şirkətinin fəaliyyəti ilə bağlı pul vəsaitlərinin bir hissəsi bank hesabında saxlanılsa da digər hissəsini yataq otağında olan dolabda saxlayırmış. O həmin yerdə yığılan pulun ümumi məbləğini təxmini olaraq bilsə də hər dəfə həmin yerə qoyduğu və götürdüyü pulla bağlı xüsusi qeydlər aparır, həmin pulu həm evdə olan şəxslərə nümayiş etdirməmək həm də zəruri hesab etmədiyindən hər dəfə saymırmış. Sonaxanım evlərində işləməyə başladıqdan təxminən bir ay sonra evdə dəhlizdə yerləşən açıq dolaba qoyduğu 500 manat pul itsə də evdə qan qaraçılıq salmamaq və həmin vaxtlar özünün onların ailəsinə çox yaxın bir insan kimi təqdim edən Sonaxanımın da xətrinə dəyməmək üçün həmin məsələni çoxda araşdırmadan guya özü belə qələmə vermişdir ki, ola bilər ki, nə iləsə bağlı bu xərclənmiş və unudulmuşdu. 18 aprel 2021-ci il tarixdə həftənin bazar günü evində olan zaman tək halda yataq otağına daxil olub dolabda saxladığı pulun üzərinə 2500 ABŞ dolları qoyarkən ümumi pulu sayaraq görmüşdür ki, pulun üzərindən 42030 manat əskikdir. Həmin məbləğ 12900 ABŞ dolları və 20100 manat şəklində çatışmır. Qalan məbləğ 35250 manat, yəni 13500 ABŞ dolları və 12300 manat imiş. O 14 fevral 2021-ci il tarixdə Türkiyə Respublikasından qayıtdıqda qalan pulu sayarkən 67030 manat, yəni 23900 ABŞ dolları və 26400 manat olmuş, 07 mart 2021-ci il tarixdə isə o həmin pulun üzərinə 6000 manat əlavə etmişdir, ümumilikdə 23900 ABŞ dolları və 32400 manat, yəni 73030 manat pul olmuşdur. O Arzu xanımı çağırıb bu barədə sonuncudan soruşduqda Arzu da təəcüblənib bundan xəbəri olmadığını demişdir. Ümumiyyətlə həmin pula ondan başqa heç kəsə əl vurmağa icazə vermirmiş, Arzu xanımdan başqa pulun yerini bilən də yox imiş. Belə olan halda o həmin pulların oğurlanmasından yalnız Sonaxanımdan şübhələnmiş, buna görə də həm özü üçün dəqiqləşdirmək və hüquq mühafizə orqanlarına sübut olaraq təqdim etmək məqsədilə 19 aprel 2021-ci il tarixdə təxminən saat 10-12 arası Sonaxanım da evdə ola-ola o yataq otağına giriş qapısı ilə üzbəüz tərəfdə yerləşən divarda olan elektrik yuvasına daxil etməklə adapter formasında olan kameranı quraşdırmış, həmin kamera onun pullarını qoyduğu paltar şkafının görüntüsünü qeydə alırmış. O həmçinin həmin gün Arzu xanıma tapşırmışdır ki, Sonaxanımın evdə sərbəst olmasına imkan yaratsın. O evdən çıxdıqdan bir müddət sonra Arzu xanım ona vatsapla zəng edərək Sonaxanımın kameranı elektrik yuvasından çıxartdığını bildirmişdir. Sonaxanım həmin otaqda hər tərəfi diqqətlə izlədiyi üçün bu otaqda yeni olan kamera qurğusunu görüb bunun nə olmasını Arzu xanımdan maraqlanan zaman həyat yoldaşı bu cihazın ona məxsus olmasını deyərək elektrikdən ayırmamağı tapşırsa da Sonaxanım həmin kameranı tozsoranı elektirikə qoşmaq bəhanəsi ilə eletirkdən ayırdığı üçün görüntü qeydə almaq mümkün olmamışdır. Həmin kamera hər 15 dəqiqənin tamamında görüntünü yaddaşda saxladığı üçün həmin an yaddaşda saxlanılmamışdır. Onu da qeyd etmişdir ki, Sonaxanım həmin günü kameranın fəaliyyətini dayandırdıqdan bir müddət sonra, günorta radələrində Arzu xanım yaxınlıqda olan mağazadan meyvə-tərəvəz almağa çıxacağını bildirdikdə Sonaxanım Arzuya çıxmamasını, özünün bacısı oğlu Vüsalla görüşəcəyi üçün çıxmaq istədiyini, Vüsalın həyətlərinə gəldiyini və Vüsalla görüşdükdən sonra lazım olanları alıb gətirəcəyini bildirmişdir. Sonaxanım evdən çıxıb qısa müddətə evə qayıtmışdır. O axşam evə gəldikdən öncəki gün dolabda olan saydığı pulu sayıb həmin yerdən 6470 manat, yəni 2100 ABŞ dolları və 2900 manat götürüldüyünü aşkar etmişdir. 20 aprel 2021-ci il tarixdə Sonaxanım işə gəldikdən sonra saat 11-12 radələrində yataq otağında kameranı otağa girişdən sağ tərəfdə, pul olan dolabla üzbəüz, gözlə aydın görünməyən yerdə, həmçinin mətbəxdə şkafın üzərinə səsləri qeydə almaq üçün diktafon quraşdırmışdır. Həmin vaxt Muhamməd kursda imiş, atası Yəhyanı hazırlığa apararkən demişdir ki, oğlu Mikayılı da özü ilə aparıb qayıtdıqda evə qalxmasınlar ki, Sonaxanım evdə sərbəst olsun. Bundan sonra o işə getmək üçün evdən çıxıb həyətdə avtomobilinə əyləşdikdən sonra mobil telefonu vasitəsilə onlayn kamera görüntülərinə canlı baxmağa başlamış və izlədikdən qısa müddət keçməmiş Sonaxanımın gizlin formada yataq otağından pulu qoyduğu dolabdan ona məxsus pullar olan paketi ümumilikdə götürüb otaqdan çıxdığını, qısa müddət sonra yenidən otağa daxil olub pul bağlamasını yenidən götürdüyü yerə qoymasını müşahidə etmişdir. Dərhal evə qayıtmış, pulu saydıqdan sonra bu zaman həmin puldan 1.300 ABŞ dolları və 3.400 manat pulun olmamasını aşkar etmişdir. Baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları mənzillərinə gələrək Sonaxanımı polis bölməsinə aparmışlar, Sonaxanımın üstünə və evinə baxış keçirilərkən ona məxsus pulların bir hissəsi aşkar edilərək götürülmüşdür. Sonaxanım tutulan gün sonuncunun qeyri-rəsmi yaşadığı məlum olan əvvəllər tanımadığı Xaliq adlı şəxs Sonaxanımın atası ilə onlara gəlmişlər və söhbət əsnasında Sonaxanım aylıq maaşdan əlavə xeyli miqdarda evə pul gətirməsini bildirmişlər. Xaliq qeyd etmişdir ki, bu barədə Sonaxanımdan soruşanda sonuncu işlədiyi evin sahibinin, yəni onun çox yaxşı insan olduğunu, Sonaxanımın kasıb və dindar olduğunu nəzərə alaraq sonuncuya kömək məqsədilə tez-tez xeyli miqdarda yardım etdiyini bildirmişdir. Xaliq daha sonra qeyd etmişdir ki, Sonaxanımın dediklərini inanmamış, sonuncunun fahişəliklə məşğul olaraq bu pulları əldə etdiyindən şübhəyə düşərək dəfələrlə onların binasının yanına gəlmiş və Sonaxanımın onlara gəlib-getdiyindən əmin olmaq üçün sonuncunu güdmüşdür. Xaliqin həmin vaxt deməsinə əsasən məlum olmuşdur ki, guya onların Sonaxanıma kömək məqsədilə verdikləri əslində isə oğurladığı pullar hesabına özünə “Nissan Murano” markalı, bacısı oğlu Vüsal adlı şəxsə VAZ-2106 markalı avtomobillər almış, bacıları və atasına pullar vermiş, qızı Aynaxanım üçün cehizlik əşyalar almış və sonuncunun nişanlısına da markasını bilmədiyi avtomobil almışdır. Ümumiyyətlə Sonaxanımın qohumları sonuncu tutulduqdan sonra onların evə üç dəfə gəlmişlər. İlk dəfə Xaliq və Sonaxanımın atası, həmin gün yenidən Xaliq, Sonaxanımın atası və Aynaxanım, növbəti gün isə Xaliq, Aynaxanım və nişanlısı gəlmişlər. İlk gün Xaliq və atası Sonaxanıma kömək edilməsini, Aynaxanım isə ağlayaraq anasını bağışlamaqlarını xahiş edirmişlər. Həmin gün həmin şəxslərin heç biri Arzu xanımla bağlı heç bir kəlmə demirmişlər və pulların onun tərəfindən xeyriyyə məqsədilə verildiyini bildirirmişlər, lakin növbəti gün həmin şəxslər pulun Arzu xanım tərəfindən köməklik edilərək verildiyini bildirmişlər. Onun yaşadığı sözü gedən hadisənin baş verdiyi mənzil dövlət ipoteka fondu vasitəsilə alınmış mənzildir. Belə olan halda necə ola bilər ki, o və yaxud həyat yoldaşı kömək məqsədilə Sonaxanıma bu qədər küllli miqdarda pullar versinlər. Onu da qeyd etmişdir ki, Sonaxanım gizli olaraq taladığı pulları qohumları arasında bölüşdürməsini desə də, həmin şəxslərin törətdiyi cinayət əməlində rolları və iştirakı barədə səmimi heç nə demir. Belə ki, Sonaxanım səhər saat 08 radələrindən axşam saat 18 radələrinə kimi onların evində olurmuş, Sonaxanım ona məxsus pulu günün hansısa saatında gizli olaraq oğurladıqdan sonra həmin pulu üzərində saxlaması çox təhlükəli olduğundan düşünürmüş ki, həmin pulları aradan çıxarmaq üçün başqa kimlərsə, bəlkə də elə adlarını qeyd etdiyi onun pullarını bölüşdürdüyü şəxslər köməklik edirmiş. Hadisədən sonra o Arzu xanımla maraqlanan zaman sonuncu ona bildirmişdir ki, Sonaxanım bəzi günlərdə heç bir zərurət olmadan müxtəlif bəhanələrlə bəzən isə hazırda adını xatırlamadıqları qohumları ilə görüşmək bəhanəsi ilə evdən çıxır 15-20 dəqiqə sonra isə yenidən evə qayıdırmış. Bildirmişdir ki, hadisə olan günü əldə etdikləri səs yazılarından məlum olurmuş ki, Sonaxanım ona məxsus pulu oğurladıqdan dərhal sonra kiminləsə telefonla danışaraq deyirmiş ki, sənə yaxşı xəbəri var, səninki də hazırdır. Yəqin ki, həmin vaxt Sonaxanım bu danışığı zamanı cinayətin digər işitrakçısına artıq pulu götürməsini xəbər verirmiş ki, həmin şəxs də gəlib ondan pulu götürərək birdən tutularsa üzərindən çıxmasın və cinayətdə ona köməklik etsin. Sonaxanım özü elə şərait yaratmışdı ki, onlar heç bir zaman sonuncunun belə bir əməl törədəcəyindən qətiyyən şübhələnməmişlər. Sonaxanım barəsində iş aparılan zaman sonucnu daha çirkin bir əmələ əl atıb iftira etməklə guya onun evində yad bir kişi olduğunu gördüyü üçün əslində oğurladığı pulların Arzu xanım tərəfindən sonuncuya könüllü verildiyini bildirmişdir. Onun bütün ailə üzvləri, o cümlədən atası gün ərzində adətən evdə olur və onun artıq 11 və 13 yaşları olan iki oğlu var, üç otaqdan ibarət evlərində yad bir insanın olmasını həmin şəxslərin görməməsi mümkün deyil, bu xüsusat Sonaxanımın məsuliyyətdən yaxa qurtarması üçün çirkin iftiradan başqa bir şey deyil. Onu da qeyd etmişdir ki, Sonaxanım hər zaman bacısıoğlu Vüsal adlı şəxsin avara həyat tərzi sürməsi, narkotik vasitə aludəçisi olması ilə bağlı söhbətlər edir, həyat tərzindən gileylənir, anası ilə münasibətləri olmadığını, anasının Vüsaldan üz döndərdiyini, buna görə də Vüsalı daima himayə etdiyini, maddi cəhətdən köməklik etməsini və narkotiklə bağlı dəfələrlə polisə düşdüyünü, sonuncu dəfə bu ilin mart ayında Vüsalın polislər tərəfindən marketə gedərkən tutulduğunu, Vüsalla narkotiklə bağlı əlaqəsi olan bacanağının qaçdığını, qaynatasının onu polisdən qurtardığını bildirmişdi. Bu hadisədən sonra Sonaxanımın və yaxınlarının hərəkətlərini analiz edərkən həmin vaxtlar əhəmiyyət vermədikləıri bir hadisəni də xatırlamışdır. Belə ki, təxminən bir neçə ay əvvəl Sonaxanımın qızı Aynaxanım anasının işdən çıxdıqdan sonra birlikdə getmələri üçün nədənsə onların evlərində deyil valideynlərinin yaşadıqları ünvan 10 ünvanında gözləmək üçün anasından icazə almışdır. Sonaxanım hər zaman qızı Aynaxanımın müasir texnologiyalardan, telefon və digər elektronika vasitələrindən yaxşı istifadə etmək bacarığını, proqram təminatı ilə bağlı xüsusi biliklərə sahib olmasını bildirirmiş. Onun valideynlərinin yaşadığı evin yataq otağında içində heç bir əşya olmayan bir ədəd elektron seyf vardır. Ola bilər ki, Aynaxanım həmin evdə gözləyərkən bu seyfə müdaxilə etməyə çalışsın, lakin həmin seyf ümumiyyətlə açılmamış, uzun müddətdir ki, buna heç kim toxunmur. Sonaxanım onların evlə yanaşı bəzən həmin evi də yığışdırdığı üçün bu evdə qeyd etdiyi seyfin olması sonuncuya məlum imiş və bu seyfin içindəkilərin oğurlanması üçün Sonaxanımın diqqətini çəkə bilərdi. Ola bilər ki, Sonaxanım qızına bu barədə məlumat versin və qızı Aynaxanım bu seyfi açmağa cəhd göstərsin. Həmçinin bildirmişdir ki, üzləşdirmə zamanı Sonaxanım 20 aprel 2021-ci ildə evdə olarkən guya Arzu xanım Sonaxanıma yataq otağındaki dolabdan pulu gətir demiş, o da dolabdan pulu götürüb Arzu xanıma vermiş, Arzu xanımın da həmin puldan 1300 ABŞ dolları sayıb Sonaxanıma verdiyini bildirmişdir. Lakin polis əməkdaşları tərəfindən bölmədə Sonaxanım çantasında nə qədər pul olduğu soruşulduqda Sonaxanım məbləğin nə qədər olduğunu bilmədiyini demiş, ancaq həmin vaxt üzərindən eyni ilə həmin gün evdən oğurladığı 1300 ABŞ doları və 3400 manat aşkar edilmişdir. Bundan başqa mətbəxdə diktafonla yazılmış səs yazısında və yataq otağında quraşdırılmış kamera görüntüsündə Arzu xanımın onlayn dərsdə olduğu, ümumiyyətlə Sonaxanıma nə isə tapşırmadığı, Sonaxanımın yataq otağını səliqəyə salarkən pulu götürüb mətbəxə keçməsi, orada pulu götürüb sayması, qalan məbləği qaytarıb yerinə qoyması və mətbəxə qayıdaraq kiməsə zəng edib yuxarıda qeyd etdiyi formada müjdələməsi qeydə alınmışdır. Sonaxanım onlarda işlədiyi müddətdə nə namaz qılmış, nə də oruc tutmuşdur. Ola bilsin ki, Sonaxanım insanlarda özünə qarşı inam yaratmaq məqsədilə hicab bağlamışdır. Verilmiş sualara cavab olaraq bildirmişdir ki, ********** onun telefon nömrəsidir, Arzu xanımın telefon nömrəsi **********-dir, oğlu Muhəmmədin nömrəsi **********, Yahyanın nömrəsi **********-dır. Sonaxanımın ona məlum olan istifadəsində olan telefon nömrəsi **********-dir. Sonaxanım tərəfindən onun evindən ümumilikdə 54110 manat, yəni 16300 ABŞ dolları və 26400 manat pul oğurlanmışdır və həmin pullar 14 fevral 2021-ci ildən 20 aprel 2021-ci ilədək oğurlanmışdır. Oğurlanmış pullar biznes fəaliyyəti ilə məşğul olduqları “Harmony Qrup”a aid şirkətlərin kassa qalığının bir hissəsidir və şirkətin ofisində giriş-çıxış çox olduğuna görə həmin pulları o evində saxlayırmış. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqda verdiyi verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, o ünvan 9 ünvanında 2018-ci ildən etibarən olmaqla hazırda da həyat yoldaşı Zərərçəkmiş şəxs, övladları 2008-ci il təvəllüdlü Muhəmməd Əhməd, 2010-cu il təvəllüdlü Yahya Əhməd və 2018-ci il təvəllüdlü Mikayıl Əhmədlə birlikdə yaşayırlar. Yaşadıqları binanın birinci mərtəbəsində həm də qayınatası X14 və qayınanası X18 yaşayır. O 2007-ci ildən X44 Bakı Türk liseyində ərəb dili müəlliməsi kimi işləyir. Həyat yoldaşı Zərərçəkmiş şəxs 2009-cu ilən X44 Bakı Türk liseyində insan və cəmiyyət fənnini tədris edir, 2016-cı ildən Bakı Dövlət Universiteti Mədəniyyətşünaslıq və Fəlsəfə tarixi kafedrasının müəllimi kimi də işləyir, bundan başqa 2011-ci ildən müxtəlif biznes fəaliyyətləri ilə məşğul olmaqla qazanc əldə edir. Övladları Muhəmməd 7-ci sinifində, Yəhya isə 5-ci sinifdə təhsil alır. Koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq edildiyindən təxminən 2020-ci ilin mart ayından etibarən onlayn təhsil prosesinə qoşulmaqla o və həyat yoldaşı evlərində tədrisi həyata keçirirmişlər və övladları da evlərini tərk etmədən təhsillərini distant formada davam etdirirmişlər. Onların yaşadıqları ev üç otaqdan ibarətdir, girişdən sol tərəfdə yataq və uşaq otağı, girişlə üzbəüz qonaq otağı və girşdən sağ tərəfdə vanna otağı və mətbəx yerləşir. Yataq otağına girişdə sol tərəfdə paltar dolabı yerləşir. Həyat yoldaşı nağd pullarını həmin dolabda paltarların arasında sellofan paketdə saxlayırmış. Xüsusi karantin rejimi ilə əlaqədar ailə üzvləri hamısı evdə olsalar da həyat yoldaşı şəxsi işləriylə əlaqədar əksər vaxtlarda səhər evdən çıxıb axşam saatlarında evə qayıdırmış. O da pedaqoji fəaliyyətlə məşğul olduğundan kömək məqsədiylə övladlarına baxmaq, evin təmizliyini həyata keçirmək üçün evə köməkçi qismində işçi axtarırmışlar. 2020-ci ilin noyabr ayında internet vasitəsilə verdikləri elan əsasında evlərində işləmək üçün əvvəllər tanımadıqları Təqsirləndirilən şəxs1 onlara müraciət etmişdi. Həmin şəxslə tanış olduqdan sonra Sonaxanımın hicablı olması və deməsinə görə ibadətlə məşğul olmasını bilmişlər. Sonaxanım həmin vaxtdan onların evində həftədə yalnız bazar günləri istisna olmaqla həftənin digər günləri saat 08-dən saat 18-dək ev işləri ilə məşğul olmaq və övladlarına baxması üçün aylıq 400 manat əmək haqqı müqabilində işləməyə başlamışlar. Sonaxanım Atyalı qəsəbəsində ailəsi ilə birgə yaşadığını bildirmiş, hər gün ictimai nəqliyyat və ya taksi ilə saat 08 radələrində işə gəlir və saat 18 radələrində işdən gedirmiş. Sonaxanım özü bildirmişdi ki, sonuncunun Aynaxanım adlı qızı var və Xaliq adlı şəxslə rəsmi nikaha daxil olmadan yaşayır. Həmçinin Sonaxanımı işə qəbul edən zaman aralarında razılaşmışlar ki, Sonaxanımın işi ancaq hər iki mənzillərində olacaq, buna görə də Sonaxanım hər hansı bir səbəbdən evi tərk etməli olsa bu barədə onlara məlumat verməli imiş. Sonaxanım işə başladıqdan bir müddət sonra o və həyat yoldaşı Sonaxanımın hərəkətləri və özünü necə aparmasına nəzarət edirmişlər. Sonaxanım hər zaman onlara hörmətlə yanaşdığı, özünü guya ibadət edən, əxlaqlı, düzgün bir insan kimi görstərdiyi üçün etibarlarını qazanmışları. Buna baxmayaraq həyat yoldaşının pulları saxladığı dolaba toxunmamağı tapşırmışlar. Həyat yoldaşının dolabda saxladığı pulun dəqiq miqdarı ona məlum deyilmiş, o Sonaxanımın işlərinə qarışmadığı üçün bu barədə məlumatı yox imiş. Sonaxanım evlərində işləməyə başladıqdan təxminən bir ay sonra evlərində 500 manat pul itsə də problem yaratmamaq və həmin vaxtlar onlara özünü yaxın insan kimi təqdim edən Sonaxanımın da xətrinə dəyməmək üçün həyat yoldaşı demişdir ki, ola bilər ki, nə iləsə bağlı bu pul xərclənmiş və unudulmuşdu. 18 aprel 2021-ci il tarixdə həftənin bazar günü Nizaməddin müəllim onu yataq otağına çağırıb özünə məxsus həmin dolabda olan puldan 12900 ABŞ dolları və 20100 manat şəklində 42030 manat əskik olmasını bildirmişdir. Ümumiyyətlə həyat yoldaşı heç kəsə həmin pula əl vurmağa icazə vermirmiş, o və həyat yoldaşından başqa pulun yerini bilən bir kəs də olmamışdır. Belə olan halda onlar həmin pulların oğurlanmasından yalnız Sonaxanımdan şühələnmişlər, buna görə də həyat yoldaşı 19 aprel 2021-ci il tarixdə təxminən saat 10-12 arası Sonaxanım da evdə olarkən yataq otağına giriş qapısı ilə üzbəüz tərəfdə yerləşən divarda olan elektrik yuvasına daxil etməklə adapter formasında olan kameranı quraşdırmışdır, həmin kamera pulların qoyulduğu şkafının görüntüsünü qeydə alırmış. Həyat yoldaşı ona tapşırmışdı ki, Sonaxanımın evdə sərbəst olmasına imkan yaratsın. Həyat yoldaşı evdən çıxdıqdan bir müddət sonra Sonaxanım həmin kameranı elektrik yuvasından çıxardığı üçün o həyat yoldaşına zəng edərək bu barədə bildirmişdir. Sonaxanım həmin otaqda hər tərəfi diqqətlə izlədiyi üçün bu otaqda yeni olan kamera qurğusunu görüb bunun nə olmasını ondan maraqlanan zaman o bu cihazın Nizaməddin müəllimə məxsus olmasını bildirib eletrikdən ayırmamağı tapşırsa da Sonaxanım həmin kameranı tozsoranı elektirikə qoşmaq bəhanəsi ilə elektrikdən ayırmış və buna görə də görüntü əldə etmək mümkün olmamışdı. Lakin onların evlərində istifadə edilən tozsoran standart tozsoranlarda olduğu kimi elə otağa girişdən sağda yerləşən elektirik yuvasına taxmaqla yataq otağının istənilən yerində istifadə edilə bilirmiş. Yəni tozsoranın naqilinin uzunluğu məhz həmin elektrik yuvasından istifadə etdikdə tozsoran otağın hər bir tərəfinə çatdığına görə onlar adətən həmin elektirik yuvasından istifadə edirmişlər. Nəticə etibarilə həmin cihazı çıxarıb tozsoranı onun hərəkətini məhdudlaşdıracaq elektirik yuvasına taxmağa əslində ehtiyac yox imiş. Onu da qeyd etmişdir ki, Sonaxanım həmin günü kameranın fəaliyyətini dayandırdıqdan bir müddət sonra günorta radələrində o yaxınlıqda olan mağazadan meyvə-tərəvəz almağa çıxacağını bildirdikdə, Sonaxanım ona çıxmamağını, bacısı oğlu Vüsalla görüşəcəyi üçün qısa müddətə çıxmaq istədiyini, Vüsalla görüşdükdən sonra lazım olanları alıb gətirəcəyini bildirmişdir. O da Nizaməddin müəllimin Sonaxanımı şübhələndirməmək üçün verdiyi tapşırığa əməl edib Sonaxanıma icazə vermiş, sonuncu da evdən çıxıb qısa müddətə evə qayıtmışdır. Həyat yoldaşı axşam evə gəldikdən sonra həmin yerdən yenə də 6470 manat, yəni 2100 ABŞ dolları və 2900 manat götürüldüyünü aşkar edib bu barədə ona bildirmişdi. 20 aprel 2021-ci il tarixdə Sonaxanım işə gəldikdən sonra saat 11-12 radələrində həyat yoldaşı yataq otaqlarında kameranı otağa girişdən sağ tərəfdə, pul olan dolabla üzbəüz, lakin gözlə aydın görünməyən yerdə, həmçinin mətbəxtdə şkafın üzərinə səsləri qeydə almaq üçün diktafon quraşdırmışdır. Həmin vaxt oğulları Muhamməd kursda imiş, həyat yoldaşı Nizaməddin müəllim qayınatası oğulları Yəhyanı hazırlığa apararkən demişdir ki, Mikayılı da özü ilə aparıb qayıtdıqda evə qalxmasın, Sonaxanım özünü evdə sərbəst apara bilsin. Həyat yoldaşı Nizaməddin evdən çıxmış, o da əvvəlcə vanna otağına keçmiş, sonra da uşaq otağına girərək onlayn dərs keçməyə başlamışdır. Həyat yoldaşı bir müddət sonra geri qayıdıb yataq otağına keçmiş, həmin vaxt ərzində onun otağının qapısı bağlı imiş, bu zaman ancaq tədrislə məşğul olmuş, Sonaxanımla ümumiyyətlə danışmamış, otağın qapısı bağlı olduğu üçün Sonaxanımın nə etməsi də ona məlum deyilmiş. Sonaxanım arxayın imiş ki, o otaqdadır, evdə ikisindən başqa heç kim yoxdur, o da otağın qapısı örtülü vəziyyətdə distant formada tədrislə məşğul olurmuş. Həmin vaxtı nə Sonaxanımı çağırmış, nə də sonuncuya hər hansı bir söz demişdir. Bir müddət sonra Nizaməddin evə daxil olmuş, o da sonradan dərs yekunlaşdığı üçün otaqdan çıxmış, bu vaxt Nizaməddin onu yataq otağına çağırıb dolabda olan pulun Sonaxanım tərəfindən götürülməsinin görüntülərinin qeydə alındığını, həmin görüntüləri özünün şəxsən mobil telefonu vasitəsilə canlı izlədiyini, buna görə də dərhal evə qayıtdığını bildirmişdir. Sonaxanım həmin vaxt o da tədris etdiyi otaqda olduğu üçün yataq otaqlarına gəlib guya burada bir neçə dəqiqə təmizlik işləri görməsi görüntüsü yaratmış, onun Sonaxanımı görməməyi və otaqda əlavə sonuncunun hərəkətlərini qeydə alacaq cihazın olmadığına əmin olub yenidən həmin pulun bir hissəsini oğurlamışdır. Nizaməddin ona demişdir ki, evə qayıtdıqdan sonra birbaşa yataq otağına keçib pulu saydıqda həmin puldan 1.300 ABŞ dolları və 3.400 manat pulun olmamasını aşkar etmişdir. Bundan sonra Nizaməddin baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermək üçün yataq otağında qalmış, o isə mətbəxə keçmişdir. Polis əməkdaşları mənzillərinə gələrək Sonaxanımı polis bölməsinə aparmışlar, Sonaxanımın üstünə və evinə baxış keçirilərkən həyat yoldaşına məxsus pulların bir hissəsi aşkar edilərək götürülmüşdür. Sonaxanım tutulan gün qeyrirəsmi yaşadığı əvəllər tanımadıqları Xaliq adlı şəxs Sonaxanımın atası ilə onlara gəlmiş və söhbət əsnasında Sonaxanım aylıq maaşdan əlavə xeyli miqdarda evə pul gətirməsini bildirib Sonaxanımın bunu işlədiyi evin sahibinin, yəni Nizaməddinin çox yaxşı insan olması, Sonaxanımın kasıb və dindar olduğunu nəzərə alaraq kömək məqsədilə tez-tez xeyli miqdarda yardım etməsi ilə izah etdiyini demişdi. Xaliq həm də bildirmişdi ki, Sonaxanımın dediklərini inanmayıb, sonuncunun əxlaqsızlıqla məşğul olaraq bu pulları əldə etdiyindən şübhəyə düşərək dəfələrlə onların binasının yanına gəlmiş və Sonaxanımın onlara gəlib-getdiyindən əmin olmaq üçün Sonaxanımı güdmüşdür. Xaliq söhbət zamanı demişdir ki, guya onların Sonaxanıma kömək məqsədilə verdikləri əslində isə oğurladığı pullar hesabına özünə “Nissan Murano” markalı, bacısı oğlu Vüsal adlı şəxsə VAZ-2106 markalı avtomobillər almış, bacıları və atasına pullar vermiş, qızı Aynaxanım üçün cehizlik əşyalar almış və sonuncunun nişanlısına da markasını bilmədikləri avtomobil almışdır. Ümumiyyətlə Sonaxanımın qohumları sonuncu tutulduqdan sonra onların evlərinə üç dəfə gəlmişlər. İlk dəfə Xaliq və Sonaxanımın atası, həmin gün yenidən Xaliq, Sonaxanımın atası və Aynaxanım, növbəti gün isə Xaliq, Aynaxanım və nişanlısı gəlmişlər. İlk vaxtlar Xaliq və atası Sonaxanıma kömək edilməsini, Aynaxanım isə ağlayaraq anasını bağışlamaqlarını xahiş etsələr də həmin vaxt həmin şəxslərin heç biri onunla bağlı heçnə deməmiş və pulların Nizaməddin müəllim tərəfindən xeyriyyə məqsədilə verildiyini bildirirmişlər, lakin sonrakı vaxtlar həmin şəxslər pulun guya onun tərəfindən köməklik edilərək verildiyini bildirmişlər. Daha sonra həmin Sonaxanım və həyat yoldaşı Xaliq öz əməllərini gizlətmək məqsədilə onun üstünə çirkin iftira atıb guya Sonaxanımın onların evində yad bir kişi olmasını gördüyü üçün onun tərəfindən pulların könüllü olaraq Sonaxanıma verilməsini bildirirmişlər. Sonaxanım hicab adı altında pərdələnməsinə baxmayaraq onların evində işlədiyi aylar ərzində nə bir dəfə namaz qılmış, nə də ki, Ramazan ayında oruc tutmuşdur. Bundan əlavə onun evində artıq özünü dərk edib kifayət qədər böyümüş 11 və 13 yaşlı iki oğlan övladı daimi yaşayır, qaynatası və qaynanası onların binanın birinci mərtəbəsində yaşayır və mütəmadi olaraq onlara gəlib gedir. Belə olan halda onun dəvəti ilə evlərinə hər hansı bir yad insanın gəlməsi mümkün deyil. Yaşadıqları hadisənin baş verdiyi mənzilləri dövlət ipoteka fondu vasitəsilə alınmış mənzildir. Belə olan olduğu halda o və yaxud həyat yoldaşı kömək məqsədilə Sonaxanıma bu qədər küllli miqdarda pulları vermələri mümkün deyil. Sonaxanım səhər saat 08 radələrindən axşam saat 18 radələrinə kimi onların evində olur, ərinə məxsus pulu günün hansısa saatında gizli olaraq oğurladıqdan sonra həmin pulu üzərində saxlaması çox təhlükəli olduğundan yəqin ki, həmin pullar üzərində tutulmasın deyə aradan çıxarmaq üçün Sonaxanıma yaxın olan başqa bir şəxsə ötürür, sonradan da həmin pulları aralarında bölüşdürürmüşlər. Sonaxanım bəzi günlərdə heç bir zərurət olmadan müxtəlif bəhanələrlə bəzən isə hazırda dəqiq xatırlamadığı qohumları və yaxınları ilə görüşüb həmin şəxslərə nə isə çatdırmaq bəhanəsi ilə evdən çıxır 15-20 dəqiqə sonra isə yenidən evə qayıdırmış. Sonuncu hadisə olan günü əldə etdikləri səs yazılarından məlum olmuşdur ki, Sonaxanım ərinə məxsus pulu oğurladıqdan dərhal sonra kiminləsə telefonla danışaraq deyirmiş ki, “sənə yaxşı xəbərim var, səninki də hazırdır.” Sonaxanım bu danışığı zamanı yəqin ki, cinayətin digər işitrakçısına artıq pulu götürməsini xəbər vermişdir ki, həmin şəxs də gəlib pulu alsın ki, birdən tutularsa pullar üzərindən çıxmasın və həmin şəxs cinayətdə Sonaxanıma köməklik etsin. Sonaxanım maskalanıb elə şərait yaratmışdır ki, onlar heç bir zaman belə bir əməl törədəcəyindən qətiyyən şübhələnməsinlər , onlar yalnız son vaxtlar aşkar etmişlər ki, pullar oğurlanır. Bildirmişdir ki, Sonaxanım hər zaman bacısıoğlu Vüsal adlı şəxsin avara həyat tərzi sürməsi, narkotik vasitə aludəçisi olması ilə bağlı söhbətlər edir, sonuncunun həyat tərzindən gileylənir, anası ilə münasibətlərinin olmadığını, anasının Vüsaldan üz döndərdiyini, buna görə də sonuncunu daima himayə etdiyini, maddi cəhətdən köməklik etməsini və narkotiklə bağlı dəfələrlə polisə düşdüyünü, sonuncu dəfə bu ilin mart ayında polislər tərəfindən marketə gedərkən tutulduğunu, Vüsalla narkotiklə bağlı əlaqəsi olan bacanağının qaçdığını, qaynatasının sonuncunu polisdən qurtardığını bildirmişdi. Bu hadisədən sonra Sonaxanımın hərəkətlərini təhlil edərkən belə həmin vaxtlar əhəmiyyət vermədikləri daha bir hadisəni də xatırlamışlar. Belə ki, hadisədən təxminən bir neçə ay əvvəl Sonaxanımın qızı Aynaxanım anasının işdən çıxdıqdan sonra birlikdə getmələri üçün nədənsə onların evimizdə deyil qayınatasıgilin yaşadığı ünvan 10 ünvanında gözləmək üçün anasından icazə almışdır. Sonaxanım hər zaman qızı Aynaxanımın müasir texnologiyalardan, telefon və digər elektronika vasitələrindən yaxşı istifadə etmək bacarığını, proqram təminatı ilə bağlı xüsusi biliklərə sahib olmasını deyirmiş. Qayınatasıgilin yaşadığı evin yataq otağında içərisində heç bir əşya olmayan bir ədəd elektron seyf var imiş. Aynaxanım həmin evdə gözləyərkən ola bilər ki, bu seyfə müdaxilə etməyə çalışsın, lakin həmin seyf ümumiyyətlə açılmamışdır. Sonaxanım onların evlə yanaşı bəzən həmin evi də yığışdırdığı üçün bu evdə qeyd etdiyi seyfin olmasını bilirmiş. Sonaxanımla arasında olan üzləşdirmə zamanı Sonaxanım 20 aprel 2021-ci ildə evdə olarkən guya o Sonaxanıma yataq otağındakı dolabdan pulu gətirməsini demiş, sonuncu da dolabdan pulu götürüb ona vermiş, o da həmin puldan 1300 ABŞ dolları sayıb Sonaxanıma vermişdir. Lakin sonradan ərinin deməsindən ona məlum olmuşdur ki, polis əməkdaşları tərəfindən bölmədə Sonaxanımın çantasında nə qədər pul olduğu soruşulduqda sonuncu məbləğin nə qədər olduğunu bilmədiyini demiş, ancaq həmin vaxt üzərindən eyni ilə həmin gün evdən oğurladığı 1300 ABŞ doları və 3400 manat götürülmüşdü. Bundan başqa mətbəxdə yerləşdirilən diktafonla yazılmış səs yazısında və yataq otağında quraşdırılmış kamera görüntüsündə onun onlayn dərsdə olduğu və ümumiyyətlə Sonaxanıma nə isə tapşırmadığı, Sonaxanımın yataq otağını səliqəyə salarkən pul olan torbanı götürüb otaqdan çıxaraq mətbəxə keçib pulun bir hissəsini götürməsi, qalan məbləği qaytarıb yerinə qoyması və yenidən mətbəxə qayıdaraq kiməsə zəng edib yuxarıda qeyd etdiyi formada müjdələməsi qeydə alınmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həyat yoldaşı Nizaməddin müəllim özü Sonaxanım işə qəbul edilərkən onların evində əvvəllər işləmiş digər köməkçilərə də deyildiyi kimi evdən hər hansı bir dəyərli əşya və yaxud pul itəcəyi və ya oğurlanacağı təqdirdə bu zaman Sonaxanımın üzərinin yoxlanılacağı, həmçinin bu barədə hüquqmühafizə orqanlarına məlumat veriləcəyi ilə bağlı ciddi xəbərdarlıq edilmişdi. Ona elə gəlmişdir ki, elə buna görə də Sonaxanım işini tədbirli görür, pulu oğurladıqdan sonra bu işdə ona kömək edən digər şəxsə ötürürmüş ki, pullar Sonaxanımın üzərində aşkar edilməsin. Lakin sonuncu hadisə zamanı Nizaməddin müəllim Sonaxanım pulu götürdükdən sonra evə daxil olduğu üçün o bunu edə bilməyib ifşa olunmuşdur. Onun telefon nömrəsi **********, həyat yoldaşı Nizaməddin müəllimin telefon nömrəsi **********, oğlu Muhəmmədin nömrəsi **********, Yahyanın nömrəsi **********-dır. Sonaxanımın onlara məlum olan istifadəsində olan telefon nömrəsi **********-dür. Nizaməddinin deməsinə görə Sonaxanım tərəfindən onların evlərindən ümumilikdə 54110 manat, yəni 16300 ABŞ dolları və 26400 manat pul 14 fevral 2021-ci ildən 20 aprel 2021-ci ilədək olan müddətdə oğurlanmışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaqda verdiyi verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş, 2008-ci ildə Sumqayıt şəhəri 43 saylı orta məktəbə daxil olmuş, 2018-ci ildə Yasamal rayonu 158 saylı tam orta məktəbə daxil olub təhsilini davam etdirmişdir. 2019-cu ildə həmin orta məktəbi bitirmişdir. O hazırda anket məlumatlarında qeyd etdiyi ünvanda 2018ci ildən anası Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşayır. O uşaq olan vaxtlarda anasıyla atam boşanmışlar, o bildiyinə görə 2018-ci ilə qədər Sumqayıtda, daha sonra isə Bakı şəhərində anasıyla yaşamışlar. X45 Məmmədovla 2005-ci ildə faktiki olaraq ailə həyatı qurmuş, lakin Xaliq daimi olaraq onlarla birlikdə yaşamır. O 2019-2020-ci ildə “Macdonalds” restoranlar şəbəkəsinin “20 yanvar” metrosu yaxınlığında olan filialında satıcı kimi, 2020-ci ildən bu ilin mart ayına qədər xalası Şahid4 Sulutəpə qəsəbəsində yerləşən məhəllə market adlanan ərzaq mağasında satıcı kimi işləmişdir. O həmin mağazada sadəcə həftədə bir gün bazar günü istisna olmaqla digər günlər saat 08 radələrində təxminən 16-17 radələrinə kimi satıcı kimi işləyirmiş, həmin mağazada aylıq əmək haqqısı 300 manat olmuşdur. Bundan başqa digər əmək fəaliyyəti ilə məşğul olmamış və başqa gəlir yeri olmamışdır. Anası Sonaxanım 2017-2018-ci illərdə təxminən 5-6 ay müddətində evlərinin yaxınlınğında kiçik ərzaq mağasının işlətmişdir, 2018-2019-cu illərdə təxminən 7-8 ay müddətində Elza adlı xəstə xanıma öz evlərində baxmış, bundan sonra 2019-2020-ci illərdə onun işlədiyi restoranda xadiməçi olaraq işləmiş, 2020-ci ilin noyabr ayında sözü gedən hadisənin baş verdiyi ünvanda xadiməçi kimi işləmişdir. Beləliklə, onların ortalama aylıq gəlirləri ümumilikdə 700 manat təşkil etmişdir, kirayədə qaldıqları evin aylıq icarə haqqı 100 manat təşkil edir. O 2019-cu ilin avqust ayından Şahid6la nişanlıdır və onlar ailə qurmağa hazırlaşırlar. 2020-ci ilin noyabr anası rəfiqəsi Lamiyə xanım internetdə xadiməçilik işi elanının olmasını, lakin həmin evin Yasamal rayonunda yerləşdiyini və özünün Zabrat qəsəbəsində yaşadığı üçün çox uzaq düşdüyünün bildirmişdi. Buna görə də əgər Sonaxanım istəyirsə həmin işlə bağlı danışıb burada işləyə biləcəyini demişdi. Bundan sonra anası həmin iş elanı ilə danışan zaman telefona hadisə baş vermiş evin sahibi Nizaməddin müəllimin bacısı Validə xanım cavab vermişdir. Anası həmin şəxslə danışdıqdan sonra onunla birlikdə Ayna Sultanovanın heykəli yaxınlığına gedib burada həmin xanımla tək halda görüşmüş, o da anasını bayırda gözləmişdir. Daha sonra Nizaməddin müəllimin həyat yoldaşı Arzu xanım anasıyla danışmış, anası da gəlib işə başlamasını demişdir. Bundan sonra anası həmin ünvan 8 ünvanında işləməyə başlamışdır. Anası hər gün həftədə bir dəfə bazar günləri istisna olmaqla səhər saat 08 radələrindən axşam saat 18 radələrinə kimi bu evin bütün təmizlik işini görür və Nizaməddin müəllimin üç azyaşlı övladına da baxırmış. Bundan əlavə həftədə bir neçə dəfə anası həmin şəxslərin istəyi ilə həmin binanın birinci mərtəbəsində olan Nizaməddin müəllimin atasının evini də yığışdırırmış. Bu işinə görə anasına razılaşdıqları kimi 400 manat əmək haqqı verilirmiş. Anası marşurut avtobusu ilə səhər işə gedir və axşam işdən geri qayıdırmış. Çox nadir hallarda anası Sonaxanımı atası Xaliq işə aparıb geri gətirirmiş. Sözü gedən hadisəyə qədər o ümumiyətlə həmin ünvanda yəni, həmin mənzildə və yaxud da həmin binanın birinci mərtəbəsində yerləşən Nizaməddinin atasının yaşdığı mənzildə olmamışdır. Ümumiyyətlə o bu mənzilin hansı binada yerləşməsini bilmirmiş. Sadəcə anası tutulan günü və növbəti günü həmin mənzilə anasına görə gedib Nizaməddin müəllimlə danışmışdır ki, anasını bağışlasın və tutulmasın. O bir neçə dəfə taksi ilə anası yolüstü həmin ünvanın yaxınlığında olan “Bravo” marketin qarşısına düşürüb getmişdir. Ümumiyətlə anası həyatında baş verən hər bir şeyi onunla bölüşür, onların dərdi səri birdir. O da aylıq qazancını həmişə ümumi ailə büdcələrinə yığmaq üçün anasına verirmiş, anası da ona həmişə işindən danışır, nə qədər qazanc əldə etməsini deyirmiş. 2021-ci ilin yanvar ayında anası evə gəldikdən sonra ona evdə baş verən bir hadisə haqqında danışmışdır. Sonaxanım ona demişdir ki, həmişəki kimi evdə təmizlik işi aparan zaman qonaq otağında olarkən Arzu xanım anasını adı ilə səslənib, anası hər zaman ona bildirirmiş ki, bu Arzu xanım Sonaxanımı səsləyərkən əgər əlində işi varsa Sonaxanım Arzu xanıma “bəli” deyib cavab verir, ya da əlində iş yoxdusa heç bir söz demədən Arzunun səsi gəldiyi tərəfə gedirmiş. Həmin günü günorta saatlarında evdə hər zamanki kimi Arzu xanım, sonuncunun üç övladı və anası var imiş. Uşaqlar öz otaqlarında imişlər, anası həm də ona demişdir ki, bu evdə bir qayda var imiş ki, əgər otağın qapısı örtülüdürsə qapı döyülən zaman otaqdakı şəxs işim var deyirsə, bu zaman qapı açılmazmış. Bildirdiyi kimi Arzu xanım bu dəfə anasını səsləyən zaman anası cavab vermədən yataq otağına tərəf yönəlmiş bu zaman əvəllər Arzu xanım hicablı olduğu halda başı açıq formada anasının əvvəllər görmədiyi bir orta yaşlı yəni, 40 yaşlarında hündür boylu, üzü saqqalsız bir nəfər birlikdə yataq otağından çıxdığını görüb təəcüblənmişdir. Bu zaman Arzu xanım anasına mətbəxtə keçməsini bildirib həmin kişini qapını açaraq yola salmış, anası mətbəxtə getdikdən sonra Arzu xanım Sonaxanıma bu barədə heç kimə deməməyi tapşırıbmış, anası isə Sonaxanıma heçnə başa düşmədiyini demişdi. Anası bu haqda ona danışıb Arzu xanımın həmin kişi ilə gördüyü üçün Arzunun ərinə xəyanət etdiyini düşünürmüş. Bu gündən sonra Arzu xanım anası işə gedən zaman demək olar ki, hər gün anasına 100 manat pul vermiş, anasının ayağının həmin şəxslərin ailəsinə düşərli olmasını, yaxşı qazanc əldə etmələrini, onların da imkanlarının olmadığı üçün onlara kömək etdiyini deyib verdiyi pulları şəxsi ehtiyaclarına sərf etməklərini, ona cehiz almaq istədiyini deyirmiş. Anası da Arzunun verdiyi pulları qəbul edirmiş və bundan onun da məlumatı var imiş. 19 aprel 2021-ci il tarixdə Arzu xanım anasına bu dəfə daha çox miqdarda təxminən 1.500 manat civarında pul vermişdi. Beləliklə, onların evlərində həmin vaxta qədər verdiyi pullarla konkret olaraq nə qədər pul yığılmasını bilmirmiş. Lakin onu demişdir ki, Arzunun anasına verdiyi pullardan əlavə onların Sumqayıtda olan evlərinin satışından və gündəlik aylıq gəlirlərindən yığılmış pulları var imiş. Həmin pulların miqdarı təxminən 8.000 manat civarında təşkil edirmiş. Anası uzun müddətdir ki, avtomobil sahibi olmaq istəyirmiş. Bu arzusunu reallaşdırmaq istəyirmiş, buna görə də evdəki pulun üstünü Arzunun verdiyi pullarla tamamlamış, 2021-ci ilin aprel ayının 10 ərəfəsində “Nissan Murano” markalı avtomobili səhv etmirsə 11.000 manata almış, həmin avtomobil alınan vaxtdan anasının sürücülük vəsiqəsi olmadığı üçün ümumiyyətlə sürülməmiş, hazırda da onların yaşadıqları evin həyətində saxlanılırmış. Bundan başqa anası Arzunun verdiyi pullardan onun da məlumatı olmaqla xalaları Firəngiz, Ruhiyyə və Firəngiz xalasının oğlu Vüsala miqdarını bilmədiyi pulları borc kimi vermişdi, həmçinin ona da təxminən 1.000 manat civarında cehizlik əşya kimi almışdı. Bildirdiyi kimi Arzu anasına qeyd etdiyi pulları verən zaman köməklik məqsədilə verdiyi üçün o anasının işinə qarışmırmış, lakin anası özü ona bildirmişdir ki, Arzudan heç vaxt pulu tələb etmir, sadəcə bu pulları özü anasına köməklik üçün verirmiş. 20 aprel 2021-ci il tarixdə günorta saatlarında o evlərində anasının rəfiqəsi Zeynəb xanımla birlikdə olan zaman qapının döyüldüyünü eşitmiş, qapını açan zaman 5-6 nəfər mülki geyimli polis əməkdaşları anasıyla birlikdə gəldiyini görmüşdür. Həmin vaxt həmin şəxslər anasının iştirakı evlərində anasının göstərməsi ilə miqdarını dəqiq bilədiyi pulları aşkar edib sənədləşdirərək özləri ilə aparmışlar, anası da həmin şəxslərin müşayiəti ilə getmişdir. O qapını açan kimi anasının polis əməkdaşları ilə gəldiyini görəndə başa düşmüşdür ki, polislər Arzunun verdiyi pullara görə onlara gəlmişlər. Anası polislər apardıqdan sonra bu barədə atası Xaliqə bildirmiş, Xaliq və babası Ramillə birlikdə Nizaməddingilə getmişlər, bir müddət sonra isə o da evdə qala bilmədiyi üçün nişanlı Sərxanla birlikdə həmin ünvana getmişlər. Burada o, atası, babası və Nizaməddinin iştirakı ilə olan söhbət zamanı onlar sonuncuya yalvarsalar da Nizaməddin Sonaxanımın evdən oğurluq etməsini, bunun görüntülərini olmasını, evindən 50.000 manat oğurluq edilməsini bildirmişdir. Növbəti günü o, nişanlısı və Xaliqlə birlikdə yenə də həmin şəxslərin mənzilinə gedib Nizaməddin müəllimlə söhbət etmişlər, bu zaman Nizaməddin oturub hesabladığını, oğurlanmış məbləğin 56.000 manat təşkil etdiyini, əgər onlar dəymiş maddi ziyanı ödəsələr o zaman polisə 50.000 manatdan az miqdarda pul oğurlanmasını deyə biləcəyini, belə olan halda anasının işinin yüngül olacağını bildirmişdir. Həmin vaxt o olan söhbəti əvvəldən sonadək öz “Samsung A71” markalı mobil telefonuyla yazmışdır, istintaqa həmin səs yazılarından kəsilmiş hissəni yəni 48 saniyəlik müddətlik səs yazısını təqdim etmişdir. Vacib olmayan hissələri silmişdir, həmin səs yazısının orginalı onda yoxdur. Çalışıb həmin səs yazısını bərpa edib onu da istintaqa təqdim edəcəkdir. İş üzrə Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində sizin onun atasının sözü gedən hadisədən bir müddət əvvəl yaşadığı binanın birinci mərtəbəsində yaşayan valideynlərinin boş evində təkidlə bir saat yaxın müddət ananızı gözləməyinizi, ananızın deməsi ilə sizin müasir texnologiyadan məlumatlı olduğunuz üçün həmin evdə gözləyərkən burada olan elektron seyfə müdaxilə etmək imkanınızın olmasını, ola bilər ki, həmçin seyfi açmaq istəməyinizi bildirmişdi. Bu barədə nə deyə bilərsiniz sualına cavab olaraq bildirmişdir ki, bu qətiyyən layandır. Belə ki, o heç bir vaxt həmin evdə olmamışdır. Ümumiyyətlə bu mənzilin harada olması barədə heç bir məlumatı yoxdur. İfadəsində bildirdiyi kimi hadisə olan qədər o ümumiyətlə həmin binada olmamışdır. Sualda qeyd edilən elektron seyfdən də heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaqda verdiyi verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərdiyi ünvanda oğlu X15 10 ildir ki, birlikdə yaşayır. xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, onun dörd bacısı və iki qardaşı var: xx.xx.1972-ci il təvəllüdlü Şahid4, xx.xx.1974-cü il təvəllüdlü X35, 1503.1977-ci ilə təvəvəlüdlü X8, xx.xx.1981-ci il təvəülldü Təqsirləndirilən şəxs1, xx.xx.1984-cü ilı təvəllüdlü X36. O 1985-ci ildə Ələt qəsəbəsində yerləşən 127 saylı tam orta məktəbə daxil olmuş, daha sonra Səbail rayonu Bayıl qəsəbəsində 163 saylı orta məktəbə daxil olub 1996-cı ildə orta məktəbi bitirmişdir. 1999-cu ildə X16 ilə ailə həyatı qurmuş, birgə nigahdan xx.xx.2005-ci il təvəllüdlü X19 dünyaya gəlmişdir, 2017-ci ilsə həyat yoldaşı vəfat etmişdir. 2017-ci ildən müxtəlif işlərdə yəni parnik, quşçuluq sexində fərdi əməklə məşğul olmuşdur. 2 ildir ki, yəni 2019-cu ilin iyun ayından Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrarayon, Mir Cəlal küçəsində yerləşən “Restoran 003” aşpaz kimi işləyir. Həmin restoranda o gündəlik olaraq 25 manat əmək haqqı alır, onun başqa gəlir yeri yoxdur. O hər gün günorta saat 12-dən gecə saat 12-yə qədər işləyir. Onun digər ailə üzvləriylə yanaşı bacısı Sonaxanımla da münbasibətləri hər zaman yaxşı olmuşdur. O hər gün fasiləsiz işlədiyi üçün Sonaxanımla tez-tez görüşə bilməsə də tez-tez telefonla danışıb hal-əhval tuturmuşlar. Sonaxanımla söhbət əsnasında ona məlum olmuşdur ki, bacısı Sonaxanım 2020-ci ilin noyabr ayından hardasa Yasamal rayonu ərazisində yerləşən bir evdə xadiməçilik və baxıcılıq etmişdir. Bundan qabaq Sonaxanım şirniyyat mağazasında, onunla birlikdə Sumqayıt şəhərində yerləşən parnikdə fəhlə kimi işləmişdir. Sonaxanımın aylıq gəlirinin nə qədər olmasını dəqiq bilməsə də dolanışığının normal olmasını bilirmiş. Sonaxanım ona gəliri barədə məlumat vermirmiş. Onları vaxtlarda həm Sonaxanım ona həm də o Sonaxanıma borca pullar vermişdir. Sonaxanım qeyd etdiyi işə başladıqdan bir ay keçmişdi ki, ona işlədiyi ailədən ev yiyəsinin Sonaxanıma gündəlik 100 manat əlavə hörmət etdiyini bildirmişdir. O Sonaxanımdan bunu soruşanda bildirmişdir ki, Sonaxanım bunu kömək məqsədilə edir. Bu hal ondan şübhə yaratmışı, buna görə də təxminən Sonaxanım tutulmazdan bir ay öncə məcbur etmişdir ki, ona həmin şəxslərin niyə bu qədər pul verməsini desin. Sonmaxanım da ona bildirmişdir ki, ev sahibəsi Arzu xanımı evdə başqa bir kişi ilə görmüş, sonradan Arzu xanım Sonaxanıma mətbəxtə keçməsini demiş, daha sonra Sonaxanıma bildirmişdir ki, bu barədə heç kimə heçnə deməsin, Sonaxanımda Arzuyla razılaşmışdır. Elə bu hadisədən sonra Arzu xanım Sonaxanıma bu pulları verməyə başlamışdır. Sonaxanım tutulmazdan bir həftə öncə o “Madera” mebel salonunda kreditə götürdüyü mebelə görə ora 1400 manat borcu olduğu üçün Sonaxanımdan 1.000 ABŞ dolları pulu borc olaraq almışdır. Həmin pulun bir hissəsi ilə mebelin kredit borcunu ödəmiş, qalan pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin pulun 300 manatını Sonaxanım tutulan vaxtı, daha sonra isə 400 manat pulu geri qaytarmışdır. Qalan pulu da tezliklə geri qaytaracaqdır. O Sonaxanımdan aldığı pulun Arzunun Sonaxanıma verdiyi pullardan olub-olmamasını bilmir. Sadəcə ona məlum imiş ki, Arzu xanım Sonaxanıma pullar verdikdən sonra özünə Nissan Murano markalı avtomobil almışdır. O da düşünürmüş ki, yəqinki Sonaxanımın pulu olar. O Sonxanımın işlədiyi mənzildən oğurluq etməsini bilməmiş, Sonaxanım ona özü bildirmişdi ki, Arzu xanım özü sonuncunu evdə başqa kişi ilə gördüyü üçün kömək adı ilə vermişdir. Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş, onun dörd bacısı və iki qardaşı var: 1979cu il təvəllüdlü Şahid2, xx.xx.1974-cü il təvəllüdlü X35, xx.xx.1977-ci ilə təvəvəlüdlü X8, xx.xx.1981-ci il təvəülldü Təqsirləndirilən şəxs1, xx.xx.1984-cü ilı təvəllüdlü X36. O 1978-ci ildə Ələt qəsəbəsində yerləşən 127 saylı tam orta məktəbə daxil olmuş, həmin məktəbi 1989-cu ildə orta məktəbi bitirmişdir. 1990-cı ildə X9 ilə ailə həyatı qurmuş, birgə nigahdan 1991-ci il təvəllüdlü Şahid5 Firudin oğlu dünyaya gəlmişdir, 1990-cı ildə həyat yoldaşı vəfat etmişdir. 4 ildir ki, oğlu Vüsal ailə həyatı qurmuş və ondan ayrı yaşayır, Vüsalla hazırda münasibətləri soyuqdur. 11 il müdətinə 2020-ci ilin oktyabr ayına qədər olan müddətdə Maştağa qəsəbəsində Kanal marketdə administrator kimi işləmiş, 2020-ci ilin oktyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində, Daş bazarının yaxınlığında məhəllə marketi icarə əsasında işlədir. Həmin mağazası da 2020-ci ilin oktyabr-fevral aylarında bacısı Sonaxanımın qızı Aynaxanım satıcı kimi işləmişdir. Hazırda isə anası İlahə adlı xanım satıcısı vardır. Onun digər ailə üzvləriylə yanaşı bacısı Sonaxanımla da münabsibətləri yaxşı olmuşdur. O tez-tez görüşə bilməsələr də tez-tez telefonla danışıb hal-əhval tuturmuşlar. O ailədə böyük övlad olduğu üçün bacıları ondan ehtiyat edir ona çox şeyi demirlər. Sonaxanımla söhbət əsnasında ona məlum olmuşdu ki, bacısı Sonaxanım 2020-ci ilin noyabr ayından hardasa Yasamal rayonu ərazisində yerləşən bir evdə xadiməçilik və baxıcılıq edirmiş. Bundan qabaq Sonaxanım Macdolads restoranında və xəstə baxıcısı kimi işləmişdir. Sonaxanımın aylıq gəlirinin nə qədər olmasını dəqiq bilməsə də dolanışığının normal olmasını bilirmiş. Sonaxanım ona demədiyi üçün gəliri barədə məlumat vermirmiş. Sonaxanım ona əvvəllər heç vaxt borc pul verməmiş, bəzi vaxtlarda o Sonaxanıma 100 manat civarında borca pullar vermişdir. Sonaxanım tutulmazdan 20 gün öncə ona işlədiyi ailədən ev yiyəsinin Sonaxanıma gündəlik 100 manat əlavə hörmət etdiyini, ev sahibəsi Arzu xanımı evdə başqa bir kişi ilə gördüyünü, Arzunun barədə heç kimə heçnə deməməsini bildirmiş, Sonaxanımda həmin şəxslə razılaşmışdır. Elə bu hadisədən sonra Arzu xanım Sonaxanıma bu pulları verməyə başlamışdır. O bunu eşidən kimi Sonaxanıma məsləhət görmüşdür ki, təcili həmin işdən çıxsın və Arzunun verdiyi pulları qəbul etməsin, əvvəlcədən verilmiş pulları isə xərcləməsin, əgər işdə həmin məsələ ilə bağlı nəsə problem yaransa həmin pulu geri qaytarar. Onların bu söhbətlərindən bir neçə gün sonra onunla məsləhətləşmədən Sonaxanım özünə Nissan Murano markalı avtomobildə almışdır. Sonaxanım tutulmazdan bir gün əvvəl o pula ehtiyacı olduğu üçün Sonaxanımdan 1.000 ABŞ dolları pul almış, Sonaxanım tutulduqdan sonra o həmin pulu onun evinə gəlmiş polis əməkdaşlarına təqdim etmişdir. Arzu xanım Sonaxanıma pullar verdikdən sonra özünə Nissan Murano markalı avtomobil almışdır. Avtomobil aldığı üçün yəqinki Sonaxanımın pulu olmasını düşünmüşdür. O Sonxanımın işlədiyi mənzildən oğurluq etməsini bilməmiş, Sonaxanım ona özü bildirmişdi ki, Arzu xanım özü Sonaxanıma Arzunu evdə başqa kişi ilə gördüyü üçün kömək adı ilə vermişdir. Sonaxanım tutulanda ona o da məlum olmuşdur ki, Sonaxanım ondan gizli formada oğlu Vüsala 1700 manat borca pul vermişdir. Sonradan Sonaxanım onun vasitəsiylə Vüsaldan pulu istəyəndə verən zaman ondan fikir öyrənmədiyi üçün özünü həmin pulu tələb etməsini istəmişdir. Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, 1997-ci ildə Xətai rayonu 95 saylı tam orta məktəbə daxil olmuş, həmin məktəbi 2007-ci ildə 9-cu sinifi bitirib Xətai rayonu 2 saylı peşə məktəbinə daxil olub həmin məktəbi 2009-cu ildə bitirmişdir. 2010-2012-ci ildə həqiqi hərbi xidmətdə olmuş, 2012-ci ildə hərbi xidmətdə qayıtdıqdan sonra Bakı şəhərində müxtəlif yerlərdə fəhlə kimi işləmişdir. 2017-ci ildə X10 ilə ailə həyatı qurmuş, birgə nigahdan 2019-cu il təvəllüdlü X20 dünyaya gəlmişdir. Hazırda isə təxminən on gündür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "xxxx" MMC-də fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs1 onun xalasıdır, onların hər zaman yaxşı münasibətləri olmuşdur. O ailəsi ilə birlikdə Abşeron rayonu, Nübar qəsəbəsində qızı Aynaxanımla birlikdə yaşayır. Sonaxanım hər zaman parnikdə fəhlə işləməklə və uşaq baxıcısı işləməklə ailəsini dolandırmışdır. Onun ailəsinin dolanışığı o qədərdə yaxşı olmamışdır. Onun Sonaxanım xalası ilə hər zaman münasibətləri yaxşı olmuşdur. Hətta o ailə həyatı qurduqdan sonra anasıyla münasibətləri soyuq olduğu üçün onların aralarında mehribançılıq yaranması üçün yalnız Sonaxanım çalışmışdır. O da hər zaman fəhləçilik etməklə ailəsini dolandırdığından maddi vəziyəti o qədər də yaxşı deyilmiş. Bəzi vaxtlarda maddi vəziyyətim çətin olduğundan Sonaxanım xalasına müraciət edib təxminən 100 manat civarında borc pullar alıb sonradan qaytarmışdır. Lakin Sonaxanım heç bir vaxt ona 100 manatdan çox pul verməmişdir. Ona elə Sonaxanımın deməsindən məlum imiş ki, 2020-ci ilin noyabr ayında dəqiq ünvanını bilmədiyi Yasamal rayonu ərazisində yerləşən tanımadığı şəxsin evində xadiməçi və uşaq baxıcısı kimi işləyirmiş, onun bildiyinə görə xalası həmin iş yerindən 400 manat əmək haqqı alırmış. 2021-ci ilin yanvar ayında xalası Sonaxanımla söhbət zamanı ona bildirmişdi ki, yeni iş yerində işləri yaxşı gedir, yaxşı qazanc əldə edir. O da həmin vaxt Sonaxanımdan necə yaxşı pul əldə etməsini maraqlanmamışdır. Həmin ərəfədə o da Sonaxanıma bildirmişdir ki, pandemiya dövrü olduğundan işləyib qazanc əldə edə bilmir, maddi vəziyyətim pisdi. Əgər imkanı varsa ona maddi köməklik etsin, o da özünə bir maşın alıb taksi sürsün. Bundan bir müddət sonra 2021-ci ilin fevral ayının ortasında o növbəti dəfə Sonaxanım xalasıyla anası Firəngiz xanımın yaşadığı evdə olan zaman Sonaxanım ona borc olaraq 1.700 manat pul vermiş, həmin pulu saxlamağını tapşırmış və bildirmişdir ki, sonra ona yenə köməklik edəcəkdir. Həmin pulu Sonaxanım ona anasının evində ikisinin iştirakı ilə versə də bir gün sonra Sonaxanımın deməsi ilə anasının da bu məsələdən məlumatı olmuşdur, Sonaxanım bu barədə ona heçnə deməmişdir. Bundan sonrakı müddətdə də o Sonaxanım xalasıgilə gedib gəlirmiş. Təxminən 2021-ci ilin aprel ayının əvvəlində Sonxanımgildə olan zaman ona ikisinin iştirakı ilə növbəti 1.000 manat pulu borc olaraq vermişdir ki, özünə maşın ala bilsin. Bundan təxminən bir neçə gün sonra o, xalası Sonaxanım, anasıgildə olan zaman anası Sonaxanımın ona 2.700 manat pul verməsini təəcüblə qarşılamış, bu pulu həqiqətən harada əldə etməyini, işlədiyi evin yiyəsinin sahibəsi bu pulu nə səbəbə görə Sonaxanıma verməsini soruşdu. Bu zaman Sonaxanım hər şeyi danışıb demişdir ki, həmin evin sahibəsi Arzu xanımın evində tarixini bilmədiyi vaxt yad bir kişinin gəlməsini görmüş, bu hadisədən sonra Arzu xanım öz təşəbbüsü ilə Sonaxanıma gündəlik olaraq ***-**** manat arası pulu verirmiş. Sonaxanım da bu pulları heçnə demədən qəbul edirmiş. O da 15-20 müddətində özünə almaq üçün avtombil axtarmış, sonra isə internet vasitəsilə axtarıb taparaq VAZ 2106 **-KE-*** qeydiyyat nişanlı avtomobili 2.200 manat ilkin ödəniş edib aylıq 350 manat ödəməklə 14 ay müddətinə ödənişi edib onun adına keçmək şərti ilə 20 aprel 2020-ci il tarixdə Ayxan Camalov (**********) adlı şəxsdən almışdır. Qalan 500 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Elə həmin günü günorta saatlarında Sonaxanım işlədiyi həmin ünvandan oğurluq etdiyi üçün tutulmuş, iki gün sonra isə azadlığa çıxmışdır. Sonaxanım türmədən çıxdıqdan üç-dörd gün sonra Sonaxanımgilə getmiş, sonuncu həmin oğruladığı puldan ona da verdiyi üçün onu problemə saldığından sonların münasibətləri pisləşmiş, ona görə də o Sonaxanımla ümumiyyətlə həmin vaxtdan sonra görüşməmişdir. O həmin görüşləri zamanı Sonaxanımdan borca aldığı 2700 manat puldan 700 manat pulu Sonaxanımın özünə geri qaytarmışdır. Hazırda qeyd etdiyi avtomobilini o avtomobili idarə etmək üçün olan etibarnamə ilə idarə edirmiş. O Sonaxanımın işlədiyi sözü gedən hadisənin olduğu evə heç vaxt getməmiş, o Sonaxanımı heç vaxt işə aparmamış və ya sonuncunu işdən götürməmiş, həmin ünvanda və ya yaxınlığında görüşməmişdir. Sonaxanımın etdiyi oğruluq hadisədində onun heç bir rolu olmamış, sadəcə Sonaxanım həmin puldan ona bildirdiyi kimi borc olaraq vermişdi. Suallara cavab olaraq bildirmişdir ki, o heç bir vaxt həmçinin, 19 aprel 2021-ci il tarixdə həmin ünvanın yaxınlığına getməmişəm və Sonaxanımla görüşməmişəm. Bu tamamilə yalandır. Ümumiyətlə o Sonaxanımla sonuncunun işlədiyi yerin yaxınlığında görüşməmişdir. O Sonaxanımla ya öz ya da sonuncunun yaşadığı ya da ki, anasının yaşadığı evdə görüşmüşdür. O həmin tarixdə yəni, 19 aprel 2021-ci il tarixdə Sonaxanımın işlətdiyi yetirən yaxınlığında getməmiş, o hazırda həmin ünvanın harada yerləşməsini bilir. Belə ki, o Sonaxanım tutulan günü həmin binanın yaxınlığına yəni, Yeni Yasamal qəsəbəsində yerləşən “ət bazarı” adlanan yerin yaxınlığında “Bravo” maketin yaxınlığında qohumlarla birlikdə zərərçəkmişlə barışmaq üçün getmiş, lakin o mənzilə qalxmamışdır. Onun istifadəsində olan mobil telefon nömrəsi yeganə telefon nömrəsi **********-dur, həmin mobil telefon nömrəsini təxminən bir ildir ki, yəni 2020-ci ilin iyun ayından istifadə edir, səhv etmirsə bu telefon nömrəsi onun adına qeydiyyatdadır. İstifadəsində olan mobil telefon isə “Samsung A3 markalı 2017” markalı **********97028 və **********97026 İMEİ kodu mobil telelfondur. Firəngizin **********, Xaliqin nömrəsi **********, Ruhəngizin nömrəsi **********-dir. Aynaxanımın nömrəsini ümumiyyətlə onda yoxdur. Digər adları qeyd edilmiş digər şəxslərin nömrəsini əzbər bilmir. Həmin nömrələr onun telefonunda qeyd edilmiş, əgər telefona baxış keçirilərsə bu nömrələri müəyyən edilə bilər. Məhkəmə istintaqı zamanı Şahid6 ibtidai istintaqda verdiyi verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, xx.xx.1995-ci ildə Şəki rayonunda doğulmuş, 2001-ci ildə Şəki rayonu Çeşməli kənd orta məktəbə daxil olmuş, 2012-ci ildə həmin məktəbi bitirmişdir. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 2015-ci ildə həqiqi hərbi ximdəti bitirdikdən sonra fərdi qaydada müxtəlif evlərin təmir və tikintisində fərdi qaydada işləmiş, 2016-cı ildə “Socar”ın Xətai rayonu Babək prospektində olan yanaqcaq doldurma məntəqəsində 2 ay müddətində satıcı kimi işləmişdir. O Şahid3 2019-cu ildə tanış olmuş, bir müddət sonra Aynaxanımla nişanlanmışdır. Həmin vaxtdanda Aynaxanımın anası Təqsirləndirilən şəxs1, ögey atası Xaliqi tanımış, həmin şəxslərlə da hər zaman münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət olmamışdır. O Aynaxanım xanımla yaxın vaxtlarda ailə qurmağa hazırlaşır. Hazırda daimi olaraq Şəki rayonu Çeşməli qəsəbəsində atası X5, anası X24 və bacısı X25 yaşasa da bəzi vazlarda müvəqqəti Bakı şəhəri Nərimanov rayponu Montin qəsəbəsində kirayədə yaşayan qardaşı X6 ilə, bəzi vaxtlarda nişanlısı Aynaxanımgildə və sonuncuların qonşuluğunda fərdi yaşayış evində yaşayır. Onun hər zaman nişanlısıyla və ailəsi ilə maraqlandığı və gəlib getdiyi üçün həmin şəxslərin həyatında baş verən hər bir hadisədən məlumatlı olur. Nişanlısı və anasının deməsindən ona məlum imiş ki, 2020-ci ilin təxminən noyabr ayından etibarən Aynaxanımın anası Sonaxanımın Yasamal rayonu ərazisində tanımadığı ailədə baxıcılıq yəni, azyaşlı uşaqlarına baxmağı və evi yığışdırmaqla məşğul olur və aylıq olaraq 400 manat əmək haqqı alırmış. O hadisə olan gününə qədər həmin ünvana tək halda və ya başqası ilə getməmişdir. Sonaxanım tutulmazdan 3 ay öncə sonuncunun və nişanlısının deməsindən ona məlum olmuşdu ki, Sonaxanım işlədiyi ailədə evin sahibəsi Arzu xanım hicablı olduğu halda tarixini dəqiq bilmədiyi vaxtda evdə əlamətlərini bilmədiyi yad bir kişini görmüş, həmin vaxt Arzu xanım özü də hicablı olmamışdır. Bu zaman Arzu xanım Sonaxanıma mətbəxtə getməsini demiş, Soinaxanım da mətbəxtə gedib həmin məsələnin aralarında qalmasını tapşırmışdır. Bu hal ona Aynaxanımgilin sözlərindən məlum imiş. Hadisədən 2 ay öncə isə həm Sonaxanımın həm də Aynaxanımın deməsindən ona məlum olmuşdu ki, Arzu xanım Sonaxanıma mütəmadi olaraq yəni gündəlik və ya günaşırı 50 manat və ya 100 manat pullar verirmiş. Arzu həmin pulları verən zaman guya kasıb olduğu üçün yardım etmək istədiyini, ailə vəziyyətini yaxşı bildiyi üçün Aynaxanımla onun da ailə həyatı qurmaqları üçün köməklik etdiyini bildirirmiş. O bu halı bildikdən sonra Aynaxanım hər zaman anası Sonaxanıma bildirirmiş ki, həmin işdən çıxsın, verilən bu pullar gələcəkdə problem yaradar. Onu da demişdir ki, Aynaxanım anasına bu xəbərdarlıqları pulları aldıqdan bir müddət təxminən bir ay sonra edirmiş. Sözü gedən hadisə olan ərəfədə artıq Sonaxanım özü də həmin işdən çıxmaq istəyirmiş, lakin Arzu xanım işdən çıxamamasını bildirirmiş. Belə ki, 17 aprel 2020-ci il tarixdə yəni, həftənin beşinci günü Sonaxanım icazə alaraq işə getməmiş və bazar günü yəni, 18 aprel 2020-ci il tarixdə-bazar günü Arzu xanıma artıq işə gəlməyəcəyini və işdən çıxmaq istədiyini bildirmişdir. Lakin Arzu xanım ona demişdir ki, həftənin birinci gündən bir neçə gün də işə gəlsin həmin vaxta həmin şəxslər başqa işçi tapsınlar, daha sonra Sonaxanım işdən ayrılsın. Bu söhbətlər Aynaxanımla anası danışan zaman eşitmiş, həmin söhbətlər zamanı da Aynaxanım bildirirmiş ki, işə getməsin, bu məsələ ona problem olacaqdır. 20 aprel 2020-ci il tarixdə saat 11 radələrində o qardaşı X1 yaşadığı Bakı şəhəri, Nərimnaov rayonu, Montin qəsəbəsində olan fərdi yaşayış evində olarkən Aynaxanım onun istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə zəng vurub anası Sonaxanımı polislərin aparmasını bildirmişdir. O da əvvəlcə Ayxanımgilin yaşadığı evə, daha sonra isə Aynaxanımla birlikdə anasının işlədiyi ünvana artıq həmin yerdə olan Xaliqin yönləndirməsi ilə getmişlər. Həmin günü evin sahibi Arzu xanımın yoldaşı Nizaməddinlə Xaliq, Aynaxanım, sonuncunun babası söhbət edib razılığa gəlmək istəsələrdə Nizaməddin həmi şəxslərdən həmin günü 45.000 manat pul tələb etmişdi. Daha sonra növbəti günü onlar yəni, o, Aynaxanım və Xaliq Nizaməddinlə söhbət edən zaman onlara bildirmişdir ki, oğurlanmış pulun 50.000 manatdan aşağı yazsa bu zaman Sonaxanımı həbs gözləmir. Nişanlısı Aynaxanımın öz istifadəsində olan “Samsung A71” markalı mobil telefonla həmin günü olan bütün söhbətlər yazılmış, lakin bu söhbət yazılsa da həmin səs yazısının əhəmiyyətli 40 saniyəlik hissəsini saxlayıb qalan səs yazsının qalan hissəsini silmişlər. Onu da demişdir ki, hadisədən təxminən 2-3 ay qabaq Arzu xanım Sonaxanımın xahişi əsasında zərgər işləyən qardaşı vasitəsilə 600 manat dəyərində üzüyü ödənişini almadan vermişdi. Həmçinin bildirmişdir ki, Sonaxanım Arzu xanımın verdiyi pullarla öz pullarını bir birinə qatmış, əldə etdiyi ümumi puldan qızı Aynaxanıma cehizdə almışdır. Sonaxanım bu işdə işlməzdən öncə də onlar nişanlı olduqları vaxtlardan az-az cehizlik malları alıb yığırmış. Sonaxanım ona ümumiyyətlə həmin puldan və yaxud başqa puldan heç bir məbləğdə pul vəsaiti verməmişdir. Şahid7 oğlu ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, özü Dövlət Neft Şirkətinin “H.Əliyev” adına neft emalı zavodunda böyük mühəndis kimi növbəli şəkildə çalışmağıyla yanaşı Moskva Univermağında qızıl alış-satışı və zərgərlik fəaliyyəti ilə məşğul olur. Arzu Nağdəliyev onun doğma bacısıdır, Nizməddin Əhmədovla 2007-ci ildən ailə həyatı qurmuş, həmin şəxslərin birgə nikahlarından üç övladları vardır, bacısı ailəsi ilə birlikdə ünvan 12 ünvanında yaşayır. Onun bacısı və ailəsi ilə çox yaxşı münasibətləri vardır, buna görə də tez-tez bacısıgilin ailəsində qonaq olur. Buna görə də ona məlum imiş ki, 2020-ci ilin noyabr ayından etibarən Təqsirləndirilən şəxs1 bacısıgilin ailəsində xadiməçi kimi aylıq 400 manat əmək haqqı müqabilində işləyir, Sonaxanım ilk vaxtlar əsl üzünü pərdələyərək özünü çox yaxşı insan kimi təqdim etdiyindən həmin şəxslərdə çox yaxşı təəsurat yaratmış, hər biri Sonaxanıma çox yaxşı münbasibət bəsləyirmişlər, bacısıgilə tez-tez gedib gəldiyi üçün Sonaxanımla da normal münasibətləri yaranmışdı. Sonaxanımın danışmasından ona məlum olmuşdu ki, sonuncunun qızı Aynaxanım nişanlıdır. 2021-ci ilin mart ayında tarixini dəqiq bilmədiyi vaxt o Arzu xanımgildə olan zaman Nizaməddin müəllim, övladları və Sonaxanım da evdə imiş. Bu zaman bacısı Sonaxanımın yanında ona müraciət edib bildirmişdir ki, Sonaxanımın qızının nişanlısı üçün nişan üzüyü istəyir, o da istədiyi üzüyü sata biləcəyimi bildirmiş, Sonaxanım özü ona demişdir ki, qızı nişanlısına üzük almaq üçün 500 manat pul yığıb, üzük məsələsin tez həll etmək lazımdır ki, həmin pul xərclənib getməsin, əgər üzüyün dəyəri 500 manatdan çox olsa əlavəsini Sonaxanım özü düzəldəcəkdir. O da Sonaxanıma Moskva univermağında qızılların satışını həyata keçirdiyi polkasına gedib baxmasını istəmiş, bu zaman Sonaxanım qaşlı bir üzük olmasını istəmədiyini demişdir. O Sonaxanıma bildirmişdir ki, əgər qaşlı bir model istəmirlərsə onda internetdən istədikləri formada bir üzük tapıb şəklini ona göndərsin, bundan sonra o da həmin üzüyü hazırlatdırsın. Həmin söhbətlərin Nizaməddin müəllim özü də şahidi olmuşdu. Bu söhbətdən təxminən 5-7 gün sonra ona tanımadığı nömrədən sonradan Sonaxanımın olduğunu bildiyi ********** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə üzük şəkli və səs yazısı göndərilmişdir. Bundan sonra bir müddət həmin nömrələrlə votçap ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlamışlar, 13 aprel 2021-ci il tarixdə üzük Sonaxanımın dediyi formada hazır olduqdan sonra həmin üzüyün şəklini onun votçap nömrəsinə göndərmiş, həmin üzüyün dəyəri təxminən 560-600 manat arası məbləğ təşkil etmişdir. O şəkili Sonaxanıma göndərdikdən iki-üç gün sonra hazır olmuş üzüyü də götürüb bacısıgilə getmiş, bu zaman Nizaməddin müəllim də evdə imiş. Həmin vaxt o üzüyü Sonaxanıma vermiş, bu zaman Sonaxanım üzüyü götürüb pulu həmin günü gətirmədiyini, sabah verəcəyini demişdir. O da Sonaxanımla razılaşmış, səhəri günü bacısı onunla telefon əlaqəsi saxlayıb Sonaxanımın pulu gətirməsini bildirmiş, o da pulun Sonaxanımda qalmasını, sonra götürəcəyini bildirmiş, növbəti günlərdə Sonaxanım olmayan vaxt o bacısıgilə getmiş və Arzu xanımdan üzüyün pulunu götürmüşdür. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, əgər bacısı Sonaxanıma üzüyü hədiyyə etmək istəsə bu barədə ona mütləq deyərmiş, o da maya qiymətinə həmin üzüyü bacısına görə verərmiş. Bundan başqa Sonaxanım özü ona üzüyü təvil alan günü pulu üstündə götürmədiyini sonra gətirib verməyini xahiş etmiş, əgər pulu bacısı verəcəkdisə pulu dərhal ona verər ya da ki, bu barədə ona nəsə bildirərmiş. Həmçinin onun Sonaxanımla olan yazışmağında həmin üzüklə bağlı bütün məslələr öz əksini tapmış, bu yazışmalarda Sonaxanım özü qiyməti onunla danışırmış. Şahid10 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 20 aprel 2021-ci il tarixdə işlədiyi polis şöbəsində xidmətdə olarkən şöbəyə DİN-in 102 zəng xidməti mərkəzindən xidməti ərazilərində yəni, ünvan 13 ünvanından 50.000 manatdan çox məbləğdə pulun həmin evdə xadiməçi işləyən Sonaxanım adlı şəxs tərəfindən oğurlanması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında o iş yoldaşları 29-cu PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid9 və 29-cu PŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid8 ilə birlikdə müvafiq qaydada rəhbərliyə məruzə etdikdən sonra həmin ünvana təxirəsalınmadan getmişlər. Bu zaman DİN-in 102 zəng xidməti mərkəzinə məlumat vermiş mənzilin sahibi Zərərçəkmiş şəxs və evdən oğurluq etməkdə şübhəli olan şəxs Təqsirləndirilən şəxs1 tərəflərindən polis şöbəsinə dəvət edilmişdir. Bundan sonra baş vermiş cinayət hadisəsinin açılması istiqamətində əməliyyataxtarış qanunverciliyinə uyğun olaraq aşkar və qeyri-aşkar üsullarla əməliyyat-axtarış tədbirləri keçirilməyə başlanılmışdır. Həmin tədbirlər zamanı əvvəlcə Təqsirləndirilən şəxs1 baş vermiş hadisə ilə bağlı şifahi formada hadisə ilə bağlı xüssusatlar soruşularkən Təqsirləndirilən şəxs1 həmin mənzildən həqiqətəndə ümumi olaraq dəqiq bilmədiyi pul məbləğini təxminən 50.000 manatdan çox pulu gizli formada müxtəlif tarixlərdə hissə-hissə götürərək oğurladığını, Sonaxanım hansısa ailə uzvünü səhv etmirsə Xaliq adlı həyat yoldaşının hadisə yerinə gəlməsini Sonaxanımın hissə-hissə oğurladığı pulları həmin şəxsə verməsini, sonuncu dəfə 20 aprel 2021-ci il tarixdə oğurladığı pulun Sonaxanımın çantasında olmasını bildirmişdi. Bundan sonra maddi sübutların qanunsuz olaraq yoxa çıxmasının qarşısını almaq üçün təxirəsalınmadan tərəflərindən video çəkiliş aparılmaqla Sonaxanım çantasından ümumilikdə 1.300 ABŞ dolları və 3.400 manat pulu könüllü olaraq təqdim etmiş və bildirmişdir ki, həmin pullar xadiməçi kimi işlədiyi mənzilin yataq otağından gizli olaraq taladığı pulun bir hissəsidir. Daha sonra Təqsirləndirilən şəxs1 qızı Şahid3 ilə birlikdə yaşadığı Abşeron rayonu, At Yalı qəsəbəsi, Vüsal şadlıq evinin arxasında yerləşən nömrəsiz fərdi yaşayış evində oğurladığı pulların bir hissəsi saxlamasını bildirdiyindən təxirəsalınmadan həmin ünvana Sonaxanımın özünün razılığı əsasında sonuncu ilə həmkarları Şahid9 və Şahid8 birlikdə getmişlər. Bu vaxt tərəflərindən yenə də video-çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 könüllü olaraq qeyd edilən ünvanda yerləşən yaşadığı mənzilin yataq otağındakı yatağın alt hissəsindən qara rəngli parça pul qabını çıxararaq özü həmin pul qabının içərisindən 1.250 ABŞ dolları və 2.800 manat pulu çıxararaq könüllü olaraq təqdim edib bildirmişdir ki, bu pul məbləğidə əvvəlcədən bildirdiyi kimi xidmətçi işlədiyi mənzildən hissə-hissə gizli olaraq taladığı pulun bir hissəsidir. Təqdim edilmiş pullarla birlikdə Təqsirləndirilən şəxs1 tərəflərindən dəvət edilərək yenidən polis şöbəsinə gətirilmişdir. Göstərdiyi kimi tərəflərindən keçirilən tədbirlərin gedişatında Sonaxanım hadisə ilə bağlı video-çəkiliş aparılmaqla yenidən şifahi formada dindirilən zaman əvvəlcə pulları oğurladığını etiraf etsə də sonradan bu hadisə ilə bağlı bildirmişdir ki, guya ev sahibəsi Arzu adlı qadını hansısa kişi ilə birlikdə evdə gördüyü üçün bu pulları həmin şəxs özü Sonaxanıma vermişdir. Lakin buna baxmayaraq Sonaxanım yenə də bu pulları gizli formada talamsını tam olaraq etiraf etmiş, bu sorğu zamanı da Sonaxanımın dedikləri video çəkiliş aparılmaqla qeydə alınmışdır. Bundan sonra tərəflərindən keçirilmiş tədbirlərin nəticəsi olaraq əldə edildiyi üçün hər üç video görüntü özlərində saxlanılmışdı. Bundan sonra baş vermiş oğurluq hadisəsi ilə bağlı toplanmış metarial Yasamal RPİ-nin İstintaq Şöbəsi tərəfindən araşdırılmağa başlanılmışdır. Cinayət işinin istintaqı zamanı onlar dəvət edilərək dindirilmədikləri üçün tədbirlərin nəticəsi kimi qeydə alınmış bildirdiyi görüntülər istintaqa təqdim edilməmişdir. Hazırda həmin video görüntüləri istintaqa könüllü olaraq təqdim edirlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaqa təqdim etdikləri video-görüntülərdən də göründüyü kimi ümumilikdə 6.200 manat və 2.550 ABŞ dolları pul həqiqətəndə Təqsirləndirilən şəxs1 çantasından və yaşadığı evdən aşkar edilmiş və Sonaxanım tərəfindən könüllü olaraq təqdim edilmişdir. Həmçinin Sonaxanım özü səmimi olaraq bildirirmiş ki, gizli olaraq taladığı puldan 1.000 manat pul Sonaxanım tərəfindən onun bacısına verilmişdir. Ola bilər ki, həmin 1.000 manat pul da Sonaxanıma Yasamal RPİ-də bacısı tərəfindən maddi ziyanı ödəmək üçün verilmişdir. Beləliklə, Sonaxanımın istintaqa ümumi olaraq oğurladığı pulun bir hissəsi kimi 6.200 manat və 2.550 ABŞ dolları şəklində təqdim etmişdir. Bildirmişdir ki, həqiqətəndə Sonaxanım tərəfindən təqdim edilmiş pulun bir hissəsi yəni, 5.200 manat və 2.550 ABŞ dolları pul onların iştirakıyla Sonaxanım tərəfindən çantasından və yaşadığı evdən götürülərək könüllü olaraq təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 və X30 istintaqa verdikləri ifadələrində Şahid10 bildirdiklərini təsdiq etmişlər. Şahid qismində dindirilmiş Şahid11 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən üç il bundan əvvəl Bakı şəhərindən “Nissan Murano” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında almış, etibarnamənin müddətinə az qalmış avtomobili formal olaraq dostu Vüsal Orucovun adına sənədləşdirmiş, avtomobili idarə etmək üçün sonuncudan etibarnamə almışdır. Təxminən 2021-ci ilin mart ayının əvvəlində avtomobli satıb yeni avtomobil almaq qərarına gəldiyi üçün həmin avtomobili “Turbo.az” saytında 11.500 manata satışa çıxarması ilə bağlı elan vermişdir. xx.xx.2021-ci il tarixdə əvvəldən tanımadığı Xaliq Orucov adlı şəxs ona zəng vuraraq həmin avtomobili almaq istədiyini bildirib 9.000 manat pulunun olmasını demiş, bir qədər danışıqlardan sonra o sonuncuya 9.500 manata həmin avtomobili satmağa razılaşmışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 17 radələrində Xaliq və yanında bir nəfər tanımadığı oğlan yaşadığı ünvan 14 ünvanına gəlmiş və avtomobilə baxmışlar. O həmin şəxslərə avtomobili yoxlatmaq məqsədilə ustaya aprmağı təklif etsə də Xaliq buna ehtiyac olmadığını, tələsdikləri üçün Bakı şəhərinə qayıtmalı olduqlarını bildirmişdir. Bundan sonra o avtomobilə dair Xaliqə etibarnamə verməsi üçün dostu Vüsal Orucova müraciət etmiş, Vüsal da birbaşa notariat kontoruna getmişdir. O avtomobili alan Xaliqi və yanındakı bir nəfər şəxsi qonşusu Xəyalla birlikdə notariat kontoruna göndərmiş, təxminən 30-40 dəqiqə sonra Xaliq həmin avtomobilə dair etibarnamə aldığını bildirib 9.500 manat pul verərək avtomobili götürüb getmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o bu hadisədən qabaq Xaliq adlı şəxsi tanımamışdır, həmçinin Təqsirləndirilən şəxs1 tanımır. Təqsirləndirilən şəxs2 avtomobilin alınması üçün verdiyi 9.500 manat pulun bir hissəsini ABŞ dolları, bir hissəsini isə Azərbaycan manatı şəklində nağd formada yaşadığı ünvanda ona vermişdir. Təqsirləndirilən şəxs2 həmin avtomobili hansı məqsədlə alması və hansı yolla əldə etdiyi pul vəsaiti hesabına alması barədə hər hansı bir məlumatı yoxdur. Cinayət işinin 1-ci cildinin 218-219-cu vərəqlərində olan mobil telefona baxış keçirilməsi haqqında 20 may 2021-ci il tarixli protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan “İphone 8 Plus” markalı **********76710 İMEİ kodu mobil telefona baxış keçirilən zaman həmin mobil telefonda “watshapp” ani mesajlaşma proqramı vasitəsilə Şahid1 istifadə etdiyi ********** saylı mobil telefon nömrəsi ilə “Sona xanım!!!!!” kimi qeyd edilən Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı mobil telelfon nömrəsi arasında 23 mart 2021-ci il tarixdən 18 aprel 2021-ci il tarixədək olan müddət ərzində olan yazışmalar və səs yazılarının olması müəyyən edilmişdir. Həmin səs yazılarında Təqsirləndirilən şəxs1 ittiham edildiyi cinayət hadisəsi üzrə mənzilin sahibəsi Şahid1 ilə mehriban formada yazışmaları və səs yazılarının olması müəyyən edilmişdir. Bundan başqa cinayət təqibi üçün əhəmiyyət kəsb edən hallardan cinayət işi materiallarında olan təqsirləndirilən şəxs və onun qohumlarının verdiyi ifadələrdən məlum olduğu kimi hadisə baş verən gündən yəni, 20 aprel 2021-ci il tarixdən bir neçə gün öncə Təqsirləndirilən şəxs1 işdən çıxmaq istəməsini bildirməsi, lakin guya Şahid1 və həyat yoldaşı Zərərçəkmiş şəxs məhz onu oğurluqla günahlandırmaq istədikləri üçün yenidən təkidlə bir neçə gün işə gəlməsini xahiş etmələrini bildirilsə də Təqsirləndirilən şəxs1 18 aprel 2021-ci il tarixdə saat 23:37 radələrində Şahid1yla salamlaşıb özünün doğum günü ilə bağlı yadına düşmədiyini, onun təbrik edilmək üçün gözlədiyini bildirmiş, buna cavab olaraq Şahid1 Sonaxanı Quliyevaya 1 dəqiqə 17 saniyəlik aşağıdakı məzmunlu səs yazısı göndərmişdir: “Aleykum salam, hələ saat 12 deyil, vaxtımız var, inanın günah özüvüzdədi, məni 2 gündü tək qoyub getmisiz, hə bir dəyqə olsun vaxtım olmuyub bu gündə qonağımız olub iftara, inanırsız day öldürüb Mikayıl məni soskanıda atmışıq, altıncı gün itirmişdik ondan sonra heç vermədim, helə günorta itirdi ya da axşama tapdığ, ama vemədim həə ona görə də elə oda məni bir tərəfdən incidir, narahat eliyir, inanırsız bir saata yatır saat 15 dəyqəyə yatır day nə hoqqalar çıxardır, bax buna görə mən sizə indi yazacaydım elə bu saatlarda yığdım-yığışdırdım, dedim qoy yazım Sonaxanıma, həə xeyirli illərə çıxasız gözəl gələn il öz yaşıvızı öz evüzdə qeyd eliyəsüz, sağlam gözəl övladınızna nəvənizlə, Allah sizə xeyirli ömür versin, sağ-salamat sağlam bir ömür versin sizə çoxlu-çoxlu öpürəm Allaha əmanət olun yadımda olmusuz bütün gün narahat olmuyun sadəcə vaxt tapa bilməmişəm üzrlü sayın yenə deyirəm,12 deyil hələ indi bu dəyqələrdə yazacıydım sizə ,oldu, Allaha əmanət olun” Bu səs yazısına cavab olaraq Təqsirləndirilən şəxs1 Şahid1 48 saniyəlik aşağıdakı məzmunda səs yazısı göndərmişdir: “Çox sağ olun, sizədə çox-çox təşəkkür eliyirəm yəni, elə bilki sizin sayəvüzdə mən bu günləri yaşadım da, 40 yaşım oldu, mən hələ bu vaxta kimi belə bir ad günü keçirtməmişdim, belə bir istirahət bəlkə də eləməmişdim, süz mənə altıncı günə icazə verdüz diyə mən belə bir yaxşı günlərimi keçirtdim, Allah sizdən razı olsun, inanınki o 2 günün hayfını mən (gülmək) sabahları çıxacam. Bilirəm həmin o ev necədə insanı yorur, bilirəm başa düşürəm sizi sizdə halal eliyün hər şeyi inşallah ki yaxşı olacey, sabah Allah qismət eliyər sabah səhərsəri ordayam, oldu sağolun hər şeyə görə.” Bundan başqa Şahid1 istifadə etdiyi ********** saylı mobil telefon nömrəsi ilə “Nizaməddin” kimi qeyd edilən Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında olan yazışmalardan 01 noyabr 2020-ci il tarixdən 20 may 2021-ci il tarixədək olan müddət ərzində yazışmalar və səs yazılarına baxış keçirilmişdir. Cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlardan 19 aprel 2021-ci il tarixdə saat 13:45 radələrində Şahid1 elektirk yuvasına salınmış formada adapter formalı cihazın fotoşəkilini göndərməsi, buna cavab olaraq Nizamədin Əhmədovun isə düzdür yazması müəyyən edilmişdir. Həmin yazışma iş materiallarından da məlum olduğu kimi 19 aprel 2021-ci il tarixdə ev sahibi Nizamədddin Əhmədov tərəfindən mənzildə saxlanılan pul vəsaitindən çatışmazlıq aşkar edilib bu məsələdə Təqsirləndirilən şəxs1 şübhələnildiyi üçün pulların saxlanıldığı həmin otaqda video görüntüləri qeydə almaq məqsədi ilə adapterə bənzəyən gizli kamera qurğusunu quraşdırılmasını özündə ifadə edir. Həmçinin Şahid1 istifadə etdiyi ********** saylı mobil telefon nömrəsi ilə “Qaqaş” kimi qeyd edilən qardaşı Şahid7 oğlunun istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında olan yazışmalardan 08 noyabr 2020-ci il tarixdən 20 may 2021-ci il tarixədək olan müddət ərzində yazışmalar və səs yazılarına baxış keçirilmişdir. Həmin yazışmalarda cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa məlumatlar aşkar edilməmişdir. Baxış zamanı Şahid1 Təqsirləndirilən şəxs1 arasında olan 22 mart 2021-ci il tarixdən 18 aprel 2021-ci il tarixədək olan yazışmaların 16 ədəd fotoşəkili və 42 ədəd səs yazısı, Zərərçəkmiş şəxsla arasında olan 01 noyabr 2020-ci il tarixdən 25 may 2021-ci il tarixədək olan yazışmaalrın 15 ədəd fotoşəkili 88 ədəd səs yazısı, Şahid7lə arasında olan 08 noyabr 2020-ci il tarixdən 25 may 2021-ci il tarixədək olan yazışmaların 11 ədəd fotoşəkili 30 ədəd səs yazısı götürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 249-254-cü vərəqlərində olan iş materiallarında olan disklərə baxış keçirilməsi haqqında 20 may 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 02 ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə 1) “812_0203 (1)” adlı 52 dəqiqə 19 saniyəlik və “WhatsApp Audio 2021-05-16 at 14.57.36” 13 dəqiqə 36 saniyəlik səs yazıları vardır. Cinayət işi materiallarından müəyyən edilmişdir ki, həmin səs yazılarından birincisi 20 aprel 2021-ci il tarixdə Nizaməddin Əgmədov tərəfindən yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 10 ünvanında yerləşən 194 saylı mənzilin mətbəxtində gizli şəkildə quraşdırılmış səs yazan qurğu vasitəsilə qyedə alınmışdır. Həmin səs yazısında cinayət təqibi üçün əhəmiyyət kəsb edən hallardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 telefonla digər təqsi8rləndirilən şəxs Xaliq Quliyevlə danışaraq bildirmişdir ki, “neynirsən? Səsin gəlmir. Hə..., bax sonra sənə yaxşı xəbər deyim, demək olar ki, səninki hazırdı. Hə..., yaxşı oldu. Sənidə, yaxşı. (Qapı döyülür) Bir dəqiqə başımı bağlayım. Hicabım ordadır. Hə, Aygün, heçnə iş görürəm. Sən neynirsən? Hə, nasosnuya getdik. Eldar gələcək, onlar dəyib ora qayıdırlar. Onu sən neynirsənki? Ahaa.” Daha sonra polis əməkdaşları həmin mənzilə gəldikdən sonra onlarla Təqsirləndirilən şəxs1 arasında aşağıdakı dialoq baş verir: Polis əməkdaşı: keçin. Gəlin xanım. Gedəcəyik onsuz. Bizə yaraşmaz sizə güc tətbiq edək. Zərərçəkmiş şəxs: Eşidirsiz xanım, zəhmət olmasa çıxın. Səssiz çıxın, qonşular var. Polis əməkdaşı: məlumatınız var nəyə görə gəlmişik ? Gəlin. Xanımın kurtqası hansıdı? buyurun. Təqsirləndirilən şəxs1: çantam Polis əməkdaşı: hanısıdı? Təqsirləndirilən şəxs1: burdadı. Cinayət işinin 2-ci cildinin 1-2-ci vərəqlərində olan iş materiallarında olan diskə baxış keçirilməsi haqqında 21 may 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa könüllü olaraq təqdim etdiyi 01 ədəd diskdə olan təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs1 ittiham edildiyi cinayət hadisəsi üzrə 20 aprel 2021-ci il tarixdə gizli olaraq talama cinayət əməlini törədərkən qeydə alınmış “SNX” adlı 06 dəqiqə 09 saniyə müddətində olan video görüntüyə tərəfimdən baxış keçirilən zaman iş materiallarına əsasən müəyyən edildiyi kimi həmin video görüntünün ünvan 4 ünvanında yerləşən 194 saylı mənzilin yataq otağında girişdən sağda yerləşən divarda gizli şəkildə qurşadırılmış kamera vasitəsilə 20 aprel 2021-ci il tarixdə qeydə alınması müəyyən edilmişdir. Video görüntünün əvvəlində çəhrayı rəngli köynək, qara rəngli şalvar geyinmiş Təqsirləndirilən şəxs1 otağa əllərində qatlanmış paltarlar ilə birlikdə daxil olaraq paltarları qapının girişində olan dolabın üstünə qoyması müşahidə olunur, daha sonra 08-ci saniyədən etibarən 03-cü dəqiqə 09-cu saniyəyə qədər olan müddətdə həmin otaqda müxtəlif təmizlik işləri aparır. Həmin müddətdə Təqsirləndirilən şəxs1 tərəfindən otaqda olan əşyaların yeri dəyişdirilərkən xırda səslər belə qeydə alınsa da hər hansı bir şəxsin danışıq və yaxud çağırış səsinin gəlməsi müəyyən edilmir. Video görüntünün 3-cü dəqiqə 9-ci saniyəsindən sonra 3-cü dəqiq 44-cü saniyəsinə qədər olan müddətdə Təqsirləndirilən şəxs1 otağı tərk edərək məlum olmayan tərəfə gedir, bu zaman hətta küçədə hərəkət edən avtomobillərin və ayaq səsləri gəlsə də hər hansı bir şəxsin danışıq səsi eşidilmir. 3-cü dəqiqə 45-ci saniyədən etibarən Təqsirləndirilən şəxs1 yenidən otağa daxil olur, adi qaydada otaqda olan təmizlik işlərini davam etdirir, təxminən 30 saniyə müddətində həmin işləri gördükdən sonra 4-cü dəqiqə 15 saniyədən etibarən birdən-birə otaqda olan otağa girişdən sol divarın qarşısında yerləşən ağ paltar dolabına yaxınlaşıb, asanlıqla açılan siyirtməli qapısını asta fomada, ehmalca yarımçıq açaraq sağ əlini uzadıb paltarların arasından paketə bənzər əşyanı götürüb həmin dolabın qapısını yenidən asta şəkildə bağlayıb surətli formada 04-cü dəqiqə 35-ci saniyədən etibarən otağı tərk edib naməlum istiqamətdə gedir, həmin vaxt küçədə olan avtomobilin səs siqnalının, asta səsli ayaq və yaxud əşyaların səsi eşidilsə də hər hansı bir şəxsin danışıq səsinin gəlməsi müyyən edilmir. Video görüntünün 5-ci dəqiqə 20 saniyəsində Təqsirləndirilən şəxs1 əlində üzərində ağ və qırmızı rənglər olan həmin sellofan paketi olmaqla surətli formada otağa daxil olur, ehmallı formada həmin dolabın qapısını açır, hər iki əli ilə həmin selloffan paketi dolabın içərisində olan paltarların arasında yerləşdirir. Bundan sonra dolabın qapısını asta formada bir əli ilə bağlamaqla digər əli ilə döşəmədə olan təmizlik ləvazimatlarını götürür, daha sonra əli ilə ehmal şəkildə qapını tam bağlayaraq görüntünün 5-ci dəqiqə 36-cı saniyəsində otağı surətli şəkildə tərk edir. Bundan sonrakı müddətdə video görüntünün sonunadək yəni, 6-cı dəqiqə 9-cu saniyəsinədək olan müddətdə otaqda hər hansı bir şəxsin olması müəyyən edilmir. Bütün video görüntüdə Təqsirləndirilən şəxs1 bir dəfə də olsun gizli kamera olan istiqamətə baxıb kameranın olmasını bilməsi halı müəyyən edilmir. Cinayət işinin 2-ci cildinin 34-35-ci vərəqlərində olan iş materiallarında olan diskə baxış keçirilməsi haqqında 31 may 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin 28 may 2021-ci il tarixli 003-6882-1221 saylı müşayiət məktubu ilə göndərilməklə cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd diskə baxış keçirərkən müəyən edilmişdir ki, 1.“xx.xx.2021 Peugeot ** GJ ***” adlı qovluqda cinayət işi materiallarına əsasən müəyyən edilmiş Təqsirləndirilən şəxs2 idarə etdiyi “Peugeot” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 08 aprel 2021-ci il tarixdə saat 15:14:25-də Bakı-Şamaxı yolunun 15,4 kilometrliyində Bakı şəhəri istiqamətində, həmin tarixdə saat 15:18:02-də Bakı-Şamaxı yolu “Gəlin Qaya” restoranının qarşısında Bakı şəhəri istiqamətində, saat 15:35:53-də Bakı-Quba yolunun 8-ci kilometrində Bakı şəhəri istiqamətində, daha sonrakı vaxtlarda Təqsirləndirilən şəxs1 ilə birlikdə saat 16:43:39-da Bakı-Qazax-Gürcüstan yolunun 0,4-cü kilometrində köməkçi yolda, saat 16:47:26-da Bakı-Quba yolunun 8-ci kilometrliyində “Ekologiya” postu istiqamətində, saat 16:54:59-da Bakı-Şamaxı yolunun 14,8-ci kilometrliyində “Ocaq” supermarketin qarşısında, saat 16:58:19-da Bakı-Şamaxı yolunun 18,2 kilometliyində Şamaxı şəhəri istiqamətində hərəkət etmişdir.

2. “xx.xx.2021 Peugeot ** GJ ***” adlı qovluqda cinayət işi materiallarına əsasən müəyyən edilmiş Təqsirləndirilən şəxs2 idarə etdiyi “Peugeot” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 aprel 2021-ci il tarixdə saat 17:12:18-də Bakı-Şamaxı yolu “Gəlin Qaya” restoranının qarşısında Bakı şəhəri istiqamətində, saat 17:14:48-də Bakı- Quba yolunun 8-ci kilometrində Bakı şəhəri istiqamətində, saat 17:28:48-da Bakı-Qazax- Gürcüstan yolunun 0,4-cü kilometrliyində köməkçi yolda, daha sonrakı vaxtda Təqsirləndirilən şəxs1 ilə birlikdə saat 17:37:39-da Bakı-Şamaxı yolu “Gəlin Qaya” restoranının qarşısında hərəkət etmişdir.

3. “xx.xx.2021 Peugeot ** GJ ***” qovluqda cinayət işi materialların əsasən müəyyən edilmiş Təqsirləndirilən şəxs2 idarə etdiyi “Peugeot” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 aprel 2021-ci il tarixdə saat 17:13:53-də Bakı-Şamaxı yolu 14,8 kilometrliyi Bakı istiqamətində, 17:17:09-da Bakı-Şamaxı yolu “Gəlin Qaya” restoranının qarşısında, saat 17:19:52-də Bakı-Quba yolunun 8-ci kilometriliyində Bakı şəhəri istiqamətində, saat 17:29:38-də Xiyabai küçəsi ilə Bünyatzadə küçələrinin kəsişməsində, saat 18:01:55-də Bakı-Qazax-Gürcüstan yolunun 0,4-cü kilometrliyinndə köməkçi yolda, daha sonrakı vaxtda Təqsirləndirilən şəxs1 ilə birlikdə saat 18:48:45-də Bakı-Şamaxı yolunun 14,8 kilometrliyində “Ocaq supermarket”in qarşısında hərəkət etmişdir.

4. “xx.xx.2021 Nissan Murano ** BU ***” adlı qovluqda cinayət işi materiallarına əsasən müəyyən edilmiş Təqsirləndirilən şəxs2 idarə etdiyi Nissan Murano” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə 15 aprel 2021-ci il tarixdə saat 15:13:36-da Bakı- Şamaxı yolunun 15,4 kilometrliyində Bakı istiqamətində, 15:17:41-də Bakı-Şamaxı yolu “Gəlin Qaya” restoranının qarşısında, saat 15:20:41-də Bakı-Quba yolunun 8-ci kilometrliyində Bakı şəhəri istiqamətində, daha sonrakı vaxtda Təqsirləndirilən şəxs1 idarə etməsi ilə saat 15:20:41-də Bakı-Qazax-Gürcüstan yolunun 4,7-ci kilometrliyində Lökbatan qəsəbəsi istiqamətində hərəkət etmişdir.

5. “xx.xx.2021 Nissan Murano ** BU ***” adlı qovluqda cinayət işi materiallarına əsasən müəyyən edilmiş Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nissan Murano” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə 16 aprel 2021-ci il tarixdə saat 17:04:37-da Bakı- Şamaxı yolu “Gəlin Qaya” restoranının qarşısında, daha sonrakı vaxtlarda Təqsirləndirilən şəxs1 ilə birlikdə saat 17:53:43-də Bakı-Qazax-Gürcüstan yolunun 0,4-cü kilometrliyində, saat 18:04:54-də Bakı-Şamaxı yolu “Gəlin Qaya” restoranının qarşısında, Təqsirləndirilən şəxs1 idarə etməsi ilə saat 18:55:47-də Bakı-Şamaxı yolu 18,2 kilometrliyində Şamaxı istiqamətində hərəkət etmişdir. Həmin qovluqda olan “Nissan murano gəlir” adlı video görüntü 10 saniyədən ibarət olub “Nissan Murano” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə yerinin yerləşdiyi ünvan 4 ünvanının yaxınlığında olan küçədə, “Nissan murano gəlir 2” adlı video görüntü isə 38 saniyədən ibarət olub həmin avtomobilin qeyd edilmiş ünvanın yaxınlığındakı küçədə hərəkətini əks etdirir.

6. “xx.xx.2021 Peugeot ** GJ ***” qovluqda cinayət işi materialların əsasən müəyyən edilmiş Təqsirləndirilən şəxs2 idarə etdiyi “Peugeot” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 aprel 2021-ci il tarixdə saat 11:03:31-də Bakı-Şamaxı yolu “Gəlin Qaya” restoranının qarşısında, 11:06:25-də Bakı-Quba yolunun 8-ci kilometrliyində Bakı şəhəri istiqamətində, 11:28:57-də Bakı-Quba yolunun 8-ci kilometrliyində Ekologiya postu yaxınlığında, 11:32:41 Bakı-Şamaxı yolu “Gəlin Qaya” restoranının qarşısısında hərəkət etmişdir.

7. “xx.xx.2021 Nissan Murano ** BU ***” adlı qovluqda cinayət işi materiallarına əsasən müəyyən edilmiş Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nissan Murano” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə 19 aprel 2021-ci il tarixdə saat 14:58:33-də Bakı- Şamaxı yolunun 14,8-ci kilometrliyində Bakı istiqamətində, saat 15:19:02-də Bakı-Quba yolunun 8,7-ci kilometrliyində Bakı və Sumqayıt istiqamətində, 15:20:21-də Bakı-Quba yolunun 8-ci kilometrliyində Bakı istiqamətində, 16:41:07-də Bakı-Qazax-Gürcüstan yolunun 4,7-ci kilometrliyində Lökbatan qəsəbəsi istiqamətində, 17:17:04 Bakı-Qazax- Gürcüstan yolu 4,7-ci kilometrliyində 20 Yanvar istiqamətində, saat 18:33:45-də Bakı- Qazax-Gürcüstan yolunun 0,4 kilometrliyində kənar yolda, saat 18:52:49-da Bakı-Şamaxı yolu 14,8-ci kilometrliyində “Ocaq supermarket”in qarşısında, saat 18:56:36-da Bakı- Şamaxı yolunun 18,2-ci kilometrliyində Şamaxı istiqamətində hərəkət etmişdir. Həmin qovluqda olan “Nissan murano gedir 1” adlı video görüntü həmin tarixdə saat 16:31 radələrində 35 saniyəlik video görüntüdə “Nissan Murano” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeyd edilmiş hadisə yerinin yaxınlığında hərəkəti qeydə alınmışdır, “Nissan murano gedir 2” adlı video görüntü 1 dəqiqə 56 saniyədən ibarətdir, həmin görüntüdə Xaliq Quliyev “Nissan Murano” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisə yerinin yaxınlığındakı küçədə yerləşən “Qarabağ” kafesinin qarşısından və “Taekvondo” plakatının yanında sürərək bir qədər qarşıda yolun kənarında saxlayıb avtomobilinin baqaj hissəsini açır, daha sonra bağlayıb sükan arxasında əyləşir, bir qədər sonra yenidən avtomobildən düşüb avtomobilin arxa hissəsinə keçərək baqajı yenidən açıb bağlayır, daha sonra avtomobilin sükan arxasında əyləşib avtomobili hərəkətə gətirib gedir. “Nissan murano gəlir 1” adlı video görüntüdə həmin tarixdə saat 15:29 radələrində 14 saniyəlik video görüntüdə qeyd edilmiş hadisə yerinin yaxınlığında avtomobilin hərəkəti qeydə alınır. “Nissan murano gəlir 2” adlı video görüntüdə saat 15:30 radələrində 01 dəqiqə 09 saniyədən ibarət video görüntüdə “Nissan Murano” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerinin yaxınlığında olan küçədə hərəkət etdikdən sonra yolun kənarında dayanıb bir qədər gözlədikdən sonra yenidən hərəkət edir.

8. “xx.xx.2021 Peugeot ** GJ ***” qovluqda iş materiallarına əsasən müəyyən edilmiş Təqsirləndirilən şəxs2 idarə etdiyi “Peugeot” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 aprel 2021-ci il tarixdə aşağıdakı istiqamətlərdə hərəkət etmişdir: 11:15:42 (Bakı-Şamaxı yolu “Gəlin Qaya” restoranının qarşısı)-11:31:13 (Bakı-Quba yolu 12-ci kilometlriyi Sumqayıt istiqamətində)-12:02:21 (Bakı-Quba yolu 17-ci kilometrliyində Bakı istiqamətində)-12:04:34 (Bakı-Quba yolunun 20,7-ci kilometrliyi Quba istiqaməti)-12:21:17 (Bakı-Quba yolu H.Z.Tağıyev qəsəbəsi)-14:05:27 (Sumqayıt şəhəri, Slüh küçəsi, Azərboru zavodunun yanı)-14:07:26 (Sülh küçəsi, Sumqayıt şəhərinin girişi və çıxışı)-14:18:45 (H.Z.Tağıyev qəsəbəsi yeni yol 7,5-ci kilometrliyi Qaradağ istiqaməti)-14:28:33 (Bakı- Şamaxı yolu21,7-ci kilometrliyi Bakı istiqaməti)-14:31:22 (Bakı-Şamaxı yolu 18,7-ci kilometrliyi Bakı istiqətində)- 14:36:40 (Bakı-Şamaxı yolunun 14,8-ci kilometrliyi Bakı istiqamətində)-14:47:44 (Bakı-Quba yolu 8-ci kilometrliyi Bakı istiqaməti)-14:56:05 (Bakı- Qazax-Gürcüstan yolu 0,4 kilometrliyi Lökbatan qəsəbəsi istiqamətində)-15:05:13 (Bakı- Qazax-Gürcüstan yolu 4,7 kilometrliyi 20 Yanvar istiqamətində)-17:14:27 (Zərdabi küçəsi 20 Yanvar istiqaməti)-17:25:07 (C.Məmmədquluzadə küçəsi Kəpəz mebel salonu)- 18:00:26 (Ağa Neymətulla və Təbriz küçələrinin kəsişməsi)-18:35:28 (Zərdabi küçəsi 20 Ynavar istiqamətində)-18:42:46 (A.Salamzadə küçəsi Yasamal RPİ-nin yanı)-20:38:39 (Bakı-Quba yolunun 8-ci kilometrliyi Ekologiya postu)-20:55:07 (Bakı-Şamaxı yolu 18,2-ci kilometrliyi Şmaxı istiqaməti)-21:21:14 (Salamzadə körpüsü Yasamal RPİ-nin yanı)- - 21:11:45 (Bakı-Şamaxı yolu Gəlin Qaya restoranın qarşısı)- 22:38:02 (Zərdabi küçəsi 20 Yanvar küçəsi istiqamətində)-22:47:30 (Bakı-Şmaaxı yolu Gəlin Qaya restoranı). Həmin qovluqda yerləşən “Peugeot gəlir” adlı video görüntü 26 saniyədən ibarət olmaqla “Peugeot” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil avtomobilin qeyd edilən hadisə yerinin yaxınlığında hərəkət etməsi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 69-cu vərəqində olan iş materiallarında olan diskə baxış keçirilməsi haqqında 03 iyun 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən 03 iyun 2021-ci il tarixli 04/426 saylı müşayiət məktubu ilə göndərilməklə cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd diskə tərəfimdən baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə 1) “WhatsApp Audio 2021-05-27 at 10.00.02” və 2) “WhatsApp Audio 2021-05-27 at 10.00.03” adlı iki səs yazısı mövcuddur. Birinci səs yazısı 27 saniyədən ibarətdir, həmin səs yazısında cinayət işi materialları ilə müəyyən edildiyi kimi Zərərçəkmiş şəxs istintaqa məlum olmayan şəxslə danışaraq bu sözləri ifadə edir: “onu bilirsən də yəni, Arzu xanımla görüşdən qabaq olmalıdır onların görüşü yoldaşıynan, yəni sən onu dəqiqləşdirə bilərsən ki, belə bir şeyə imkan olacaq yoxsa yox, dəqiq olsun, çünki bu adam...” İkinci səs yazısı 48 saniyədən ibarət olmaqla cinayət işi materialları ilə müəyyən edildiyi kimi Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs2 arasında olan danışıq səsləri aşağıdakı kmidir: Təqsirləndirilən şəxs2: Bax mən Zərərçəkmiş şəxs: Ona görə də mən sizə, rahat ola biləsiz deyə dedim ki Təqsirləndirilən şəxs2: Allah köməyin olsun Zərərçəkmiş şəxs: Araşdırdım, soruşdurdum, idarədən filandan, müstəntiq bu formada danışır, amma işin reallığı nədən ibarətdir, burda külli miqdar var. Təqsirləndirilən şəxs2: Bəli Zərərçəkmiş şəxs: Əgər mən orada ifadə versəm ki, məsələ 56.000 deyil 49.999 manat 99 qəpikdir Təqsirləndirilən şəxs2: Əstəfurullah, göydə Allah yerdə siz Zərərçəkmiş şəxs: Əllinin altındadısa, o ifadəni versəm, yəni həbs qətimkan tədbiri və orada gedib məhkəmədə çxış eliyib desəm, seçilməyəcək Sonaxanımçun. Yəni bunu yüz faiz dedilər. Bu gün artıq vəkilimi də cəlb elədim, yəni, bü gün o bizimlə gedəcək, prosesi o özü aparacaq, vəkil aparacaq, yəni o ifadəynən Sonaxanım içəri getmir. Cinayət işinin 3-cü cildinin 61-62-ci vərəqlərində olan iş materiallarında olan 18 sentyabr 2021-ci il tarixli "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 17052 saylı, "xxxx" MMCnin xx.xx.2021-ci il tarixli BKC/LGL-14960/21 saylı və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli AZF/LGL-25393 saylı müşayiət məktubları ilə göndərilməklə cinayət işi materiallarına əlavə edilmiş 03 ədəd diskə baxış protokolundan məlum olduğu kimi Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət hadisələrini baş verdiyi tarixlərdə və vaxtlarda hadisə yeri olan ünvanının yaxınlığında olması və cinayət təqibi üçün əhəmiyyət kəsb edən digər məlumatlar müəyyən edilmişdir. Cinayət işinin 3-cü cildinin 87-88-ci vərəqlərində olan iş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 22 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsindəki üzərində ********** saylı mobil telefon nömrəsi olan “Redmi 9C NFC” markalı mobil telefona baxış keçrilən zaman Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsində mobil telefonunda cinayət təqibi üçün əhəmiyyət kəsb məlumatların olmasını bildirməsinə baxmayaraq onun və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaq o könüllü olaraq həmin mobil telefonu istintaqa təqdim edərkən onun iştirakı ilə ilkin baxış zamanı verdiyi ifadəsində düzgün bildirmədiyini, əslində Təqsirləndirilən şəxs1 ilə yanaşı digər heç bir şəxsin “watshapp” ani mesajlaşma proqramı vasitəsilə etdiyi yazışmaları saxlamayıb sildiyini, hazırda da Təqsirləndirilən şəxs1 ilə arasında hər hansı bir yazışmanın olmamasını bildirsə də həmin mobil telefonuna baxış zamanı “Kərbala” adı altında qeyd etdiyi ********** saylı mobil telefon nömrəsinin istifadəçisinin Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Həmin mobil telefonun “watshapp” ani mesajlaşma proqramı vasitəsilə edilmiş yazışmalardan məlum olmuşdur ki, 22 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 saat 16:33-də “mənə xəbər edərsən” yazıdıqdan sonra saat 17:15-dən 18:18 qədər olan müddət ərzində 06 dəfə cavabsız zəng vurmuş, saat 18:22-də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 04 saniyəlik səs yazısında “hə narahat olmuyunda bu 48 saat saxlayırlar məni burda narahat olmuyun”, buna cavab olaraq Təqsirləndirilən şəxs1 05 saniyəlik səs göndərib “nə olub axı nə məsələdi ki, bu vaxta kimi heçnə yox idi, nə oldu yenədə”, bundan sonra Təqsirləndirilən şəxs2 ona cavab olaraq 14 saniyəlik səs göndərərək bildirmişdir ki, “mən da yəni mən telefonu verirəm polislərə zada mən getdim day yəni, məni 48 saat apardılar Xətai rayonunda Baş Polis İdarəsindəyəm vəssalam, heçnə day yazmıyın, nə eləmiyin, nə demiyin. İdarənin özündədi, heçnə yazmıyın da”. Həmin mobil telefona baxış zamanı cinayət təqibi üçün əhmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir. Cinayət işinin 3-cü cildinin 87-88-ci vərəqlərində olan iş materiallarına əlavə edilmiş portal sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində xx.xx.2019-cu il tarixdə verilmiş etibarnamə əsasında “Peugeut” markalı **-GJ-***dövlət qeydiyyat nişanlı, xx.xx.2021-ci il tarixli etibarnamə əsasında “Nissan Murano” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı, Təqsirləndirilən şəxs1 istifadəsində xx.xx.2021-ci il tarixli etibarnamə əsasında “Nissan Murano” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Cinayət işinin 1-ci cildinin 217-ci vərəqində olan iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi X44 Bakı Türk Liseyi Müdürlüyünün 18 may 2021-ci il tarixli 200/199 saylı məktubundan görünür ki, liseyin ərəb dili müəlliməsi iş üzrə şahid qismində dindirilmiş Şahid1 20 aprel 2021-ci il tarixdə saat 09:15-dən 12:45 radələrinədək liseyin “online” (distant) dərslərində iştirak etmişdir. Cinayət işinin 3-cü cildinin 223-225-ci vərəqlərində olan qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərarı ilə X11 mülkiyyətində olan, lakin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən etibarnamə əsasında alınmış “Nissan Murano” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəməyə təqdim olunmuş mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddia verərək cəmi 54000 manat maddi ziyandan qalan 35415 manat maddi ziyan, 266 manat dövlət rüsumu, 20000 manat mənəvi ziyan və 3000 manat əldən çıxmış faydanın tutularaq ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin 3-cü cildinin 183-cü vərəqində olan qəbzdən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi 6200 manat və 2550 ABŞ dolları pulu Zərərçəkmiş şəxs tərəfindən qəbul edilmişdir. Məhkəmə istintaqı zamanı dəymiş ziyan qismində 10000 manat zərərçəkmiş şəxs Nizami Əhmədova cavabdehlər və Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əmlakını gizli olaraq talamaması, pul vəsaitinin zərərçəkmiş şəxsin həyat yoldaşı Şahid1 tərəfindən sonuncunu evdə başqa bir kişi ilə gördüyü üçün könüllü olaraq verilməsi, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən oğurluq cinayətinin törədilməsindən heç bir iştirakının olmaması kimi öz müdafiələri üçün gətirdikləri dəlillər məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlar məcmusu ilə təkzib edildiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək onlara həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutularaq 20 aprel 2021-ci il tarixdən 22 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutularaq 20 aprel 2021-ci il tarixdən 22 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddia verərək cəmi 54000 manat maddi ziyandan qalan 35415 manat maddi ziyan, 266 manat dövlət rüsumu, 20000 manat mənəvi ziyan və 3000 manat əldən çıxmış faydanın tutularaq ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurulmuş maddi ziyandan qalan 25415 manat və dövlət rüsumu olan 266 manat məbləğində pul Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Təqsirləndirilən şəxs1 12840.50 AZN (on iki min səkkiz yüz qırx manat əlli qəpik) , Təqsirləndirilən şəxs2 12840.50 AZN (on iki min səkkiz yüz qırx manat əlli qəpik) tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Məhkəmə hesab edir ki, mənəvi zərərin təmin olunması üçün məhkəmə iclasında əsaslar müəyyən olunmamışdlır. Bundan başqa, mülki iddiaçı 20000 manat mənəvi ziyan və 3000 manat əldən çıxmış faydanı tələb etsə də bu barədə hər hansı sübut təqdim etmədiyindən həmin hissədə təmin edilə bilməz. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş X11 mülkiyyətində olan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən etibarnamə əsasında alınmış “Nissan Murano” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil vurulmuş ziyanın ödənilməsinə yönəldilməlidir. Məhkəmə məsrəfi olaraq ekspertiza xərci Təqsirləndirilən şəxs1 61 AZN (altmış bir manat), Təqsirləndirilən şəxs2 60,99 AZN (altmış manat doxsan doqquz qəpik) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut- 06 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 20 aprel 2021-ci il tarixdən 22 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 06 il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 sentyabr 2021-ci il tarixdən 24 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 06 il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablansın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 12840.50 AZN (on iki min səkkiz yüz qırx manat əlli qəpik) , Təqsirləndirilən şəxs2 12840.50 AZN (on iki min səkkiz yüz qırx manat əlli qəpik) tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş X11 mülkiyyətində olan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən etibarnamə əsasında alınmış “Nissan Murano” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil vurulmuş ziyanın ödənilməsinə yönəldilsin. İddia tələbi mənəvi ziyanın vurulması və qalan hissələrdə rədd edilsin. Məhkəmə məsrəfi olaraq ekspertiza xərci Təqsirləndirilən şəxs1 61 AZN (altmış bir manat), Təqsirləndirilən şəxs2 60,99 AZN (altmış manat doxsan doqquz qəpik) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut- 06 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər:

1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar