Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-525/2024 02.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 16 gün hissəsində şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 10, mənzil 3-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Açıq Pəri küçəsi, döngə 1, ev 28-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,735 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 29 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində şübhəli olduğuna görə ünvan 1 ünvanın yaxınlığında Sabunçu RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİnin 13-cü PB-yə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əlində olan çantadan bir ədəd bükümdə təmiz çəkisi 0,735 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “Məhəmməd” adlı şəxs ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddənin əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarındakı razılaşmaya görə istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “Məhəmməd” adlı şəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib istintaqa məlum olmayan üsulla göndərmiş olduğu istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 353,175 qram narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 215 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq ünvan 3 ünvanına daşımaqla narkotik vasitə heroinin 340 qramını və 215 qram psixotrop maddə metamfetamini evin yataq otağının çarpayı üzərindəki döşəyin altında yaşıl rəngli sellofan torbanın içərisində, heroinin 13,175 qramını isə üzərində saxlamış, 03 mart 2023-cü il tarixdə, saat 17:30 radələrində BNMİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı yaşadığı evin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-yə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 13,175 qram külli miqdarda narkotik vasitə heroin, əməliyyat axtarış tədbirlərinin davamı olaraq yaşayış evinə baxış zamanı isə evin yataq otağındakı çarpayı üzərindəki döşəyin altından bir ədəd yaşıl rəngli sellofan torbaya yerləşdirilmiş bir ədəd sellofan bükümdə təmiz çəkisi 340 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 215 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin izləri olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Sabunçu RPİnin 13-cü PB-in əməkdaşları tərəfindən saxlanılan zaman barəsində elan edilmiş ittiham üzrə özünü CM-in 234.1-ci maddə ilə təqsirli bilir. xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində həyat yoldaşı və uşaqlarla evdə olduğu zaman adlarını bilmədiyi ən azı 10 nəfər polis əməkdaşı yaşadığı evə daxil olmuşdur. Yaxınlıqda yaşayan qonşular polis əməkdaşlarının evinə daxil olmağını təsdiq edə bilərlər. Polis əməkdaşları ailəsinin gözü önündə onu döymüş, sonra onu BNMİ-nə aparmışlar və orada ona işgəncə vermişlər. BNMİ-də döyüldükdən sonra polis əməkdaşları ilə yaşadığı evə gəlmişlər və evdən çəkisi 500 qr olan narkotik vasitəni götürmüşlər və Sabunçu RPİ-nin 13-cü PB-yə aparılmışdır. Bölməyə gəldikdən sonra ona olunan işgəncələrdən sonra barəsində elan olunmuş CM-in 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə özünü təqsirli bilmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları evdə olduğu zaman evə daxil olmuş, onu döymüşlər. Sonra onu BNMİ-yə aparmışlar və ona işgəncə vermişlər. BNMİ-də işləyən polis əməkdaşlarından bəziləri onunla birlikdə cudo idman növü ilə məşğul olmuşlar. Onun həmin şəxslərlə şəkilləri və döyüş videoları da var. O, düşünür ki, onun əldə etdiyi təltiflərə görə onlar ondan kinli qalmışlar. O, ehtimal edir ki, onların ona verdiyi işgəncələrin səbəbi uşaqlıqda aralarında olan münaqişələrdir. BNMİ-nin əməkdaşlarından Qalib, Orxan, Anar onunla ədavət apardığını düşünür. 2004-cü ildə BNMİ-nin əməkdaşları Orxan, Anar, Qalib onu tutmuşlar. Bu hadisəyə qədər həmin şəxslərlə ara-sıra görüşləri olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində onu yoldaşı və uşaqları ilə evdə olarkən içəri daxil olub onu aparmışlar. Yaşadığı ev iki mərtəbədən ibarət həyət evidir və qapı açıq olduğu üçün evinə rahat şəkildə daxil olub ikinci mərtəbəyə qalxmışlar. Polis əməkdaşları ən az 10 nəfərdən ibarət olmuş və içəri daxil olan kimi evə baxış keçirtməyə başlamış və sonra onu da özləri ilə aparmışlar. Onu polis əməkdaşlarına aid olan “Hyundai Sonata” markalı avtomobildə 4 polis əməkdaşı ilə birgə aparmışlar. Onu BNMİ-nin binasına daxil olan kimi sağ tərəfdə yerləşən birinci otağa aparmış və dərhal döyməyə başlamışlar. BNMİ-də ona işgəncə verilən zaman yanında müdafiəçisi olmamışdır. Narkotik vasitəni üzərinə götürmək məqsədi ilə onu təxminən 1 saat boyunca döymüşlər. O, isə tabe olmadığı üçün onu öz ailə üzvləri ilə təhdid etmişlər. Bundan sonra onu cərəyan ilə işgəncə otağına aparmış, bu işgəncədən sonra o, polis əməkdaşları ilə razılaşmış və həmin polis əməkdaşları tərəfindən evə gətirilmişdir. PB-də onun üzərinə baxış keçirilməmiş və onun vəkili olmamışdır. Onun üzərinə evdə baxış keçirilməmişdir. Sabunçu RPİ-nin 13-cü PB-də video çəkiliş ilə üzərinə baxış keçirilmişdir. BNMİ-də ona verilən işgəncələrdən sonra onu evə gətirmişlər, sonra isə Sabunçu RPİ-nin 13-cü PB-yə aparmışlar. Sabunçu RPİ-nin 13-cü PB-də onu artıq vəkili olmuş, vəkilin gözü önündə də onu döymüşlər. O, vəkilə mövcud vəziyyəti ilə bağlı nə isə demək istədikdə, vəkil onu dinləmişdir. xx.xx.2023-cü il tarixdə, saat 20:30 radələrində Sabunçu RPİ-nin 13cü PB-dən evə baxış keçirilmək üçün polis əməkdaşları gəlmişlər. Evə gəldikləri zaman evinin qapısı açıq idi, arvadı və uşaqları evdə idi. 7-8 nəfər polis əməkdaşları ilə birgə o da evinin ikici mərtəbəsinə qalxmışdır. Çəkiliş gedən zaman polis əməkdaşları evində olan döşəyin altından narkotik vasitə tapmışlar. Ehtimal edir ki, həmin narkotik vasitə oraya polis əməkdaşları tərəfindən qoyulmuş, amma kimin və necə qoyduğu barədə məlumatı yoxdur. Narkotik vasitə aşkar olunan zaman o, vəkil və polis əməkdaşlarından başqa heç kim olmamışdır. Ona əvvəlcədən öyrətdikləri kimi narkotik vasitəni döşəyin altına qoyduğunu bildirmişdir. Evindən metamfetamin və kakos adlı narkotik vasitələr aşkar edilmişdir. O, özü “kakos” adlı narkotik vasitə istifadə edir. Narkotik vasitə sellofanin içərisində olmuş, sellofanı tərəziyə qoyub çəkmişlər. Sonra o, ibtidai istintaq dövründə müstəntiq tərəfindən dindirilmişdir. Təqsirləndirilən şəxs qismində dindirildiyi zaman hadisəni indiki ifadəsi kimi qeyd etmişdir. Latın əlifbasında yazıb-oxuya bilmədiyi üçün ifadəsini özü yazmamışdır. Onun adından yazılan ifadəyə qol çəkmişdir. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilən zaman ona verilən işgəncələr və evindən çıxan narkotik vasitənin ona aid olmaması barədə hakimə bildirmişdir. Ona şikayət etməməyi ilə bağlı göstəriş vermişlər. BİT-ə daxil olarkən bədənində gözlə görünən xəsarətlər olsa da şikayət etməmişdir. BİT-in əməkdaşları bədənində olan xəsarətləri görsələr də heç bir reaksiya verməmişlər. İstintaq dövründə verdiyi ifadələr əvvəlki ifadələri ilə eyni olmuşdur. Yalnız ifadələrindən birində, əvvəlki ifadələrində onunla bağlı olan ittihamlara etirazını bildirmişdir. Etirazında evindən tapılan narkotik vasitələrin ona aid olmadığını bildirmişdir. Polis əməkdaşları evində ancaq narkotik vasitə aşkar etmişlər. İbtidai istindaqda verdiyi ifadələri işgəncələrə məruz qaldığına görə hamısı yanlışdır. 2023-cü ilin iyul ayında müdafiəçinin iştirakı ilə ifadə verdiyinə görə etiraz edib sənədlərə qol çəkməmişdir. xx.xx.2023-cü ildə verdiyi ifadəyə ona verilən işgəncələrə görə qol çəkmişdir. Latın qrafikasında oxumağı və yazmağı bacarmır. Müdafiəçinin iştirakı olmadan qol çəkdiyi ifadələriylə tanış olmamışdır. İstintaqda ifadəsində qeyd etdiyi sosial şəbəkədə tanış olduğu «Məhəmməd» adlı şəxsi tanımır. İbtidai istintaq zamanı mobil telefonlarına baxış keçirilmişdir. Sosial şəbəkələrdən ancaq «Whatsapp” proqramından istifadə edir. Polis əməkdaşları evində axtarış aparan zaman evindən elektron tərəzi aşkar olunmamışdır. Polis əməkdaşları onu yaşadığı evinin yanında saxlamamış, birbaşa evinə daxil olmuşlar. O, saxlanıldığı zaman ilk öncə onu BNMİ-nə, sonra Sabunçu RPİ-nin 13-cü PB-yə aparmışlar. Yaşadığı evə daxil olmuş 10 nəfər polis əməkdaşları arasında Şahid3 də olmuşdur. Şahid1 məhkəmə prosesində verdiyi ifadəsi doğrudur, hadisə danışdığı kimi baş vermişdir. Ona qarşı fiziki təsir və təzyiq göstərənlərdən biri də Şahid4dir. Saxlanıldığı gündən 2 gün qabaq Nizami rayonun ərazisində olmamışdır. Saxlanıldığı gündən 2 gün qabaq ***-***-**-** nömrəli mobil telefon üzərində idi. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən bir ildən artıqdır ki, narkotik vasitə və psixotrop maddələri qəbul edir. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında tanımadığı şəxsdən özü üçün qəbul etmək məqsədi ilə bir bükümdə psixotrop maddə metamfetamin almış və maddəni sonradan münasib yer tapıb qəbul etmək üçün əlində gəzdirdiyi çantanın içərisinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanın yaxınlığında olarkən ona mülki geyimdə olan polis əməkdaşları saxlayıb Sabunçu RPİ-nin 13-cü PB-yə gətirmiş və orada üzərinə axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 4 manat pul, əlində olan çantadan isə bir ədəd bükümdə psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, bir ədəd alışqan, şəxsiyyət vəsiqəsi, yaddaş kartı və bank kartı aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı polis əməkdaşlarına psixotrop maddə metafetaminin özünə məxsus olmasını və qəbul etmək üçün tanımadığı şəxsdən almasını, aşkar olunmuş tərəzini isə qəbul etmək üçün narkotik vasitə və yaxud psixotrop maddə alarkən aldatmasınlar deyə üzərində gəzirdiyini bildirmişdir. Onun üzərindən aşkar olunmuş əşyalarla bağlı polis əməkdaşları tərəfindən protokol tərtib olunmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində yaşadığı ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Sabunçu RPİ-nin 13-cü PB-yə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməsi bildirilmişdir. Bundan sonra o əynində olan qara rəngli cins şalvarın sol yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü, şalvarın sağ yan cibindən isə iki ədəd mobil telefonunu, bir ədəd bank kartını, yaşadığı evin açarını təqdim etmiş və təqdim etdiklərindən başqa üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir.Təqdim etdiyi sellofan bükümə baxış keçirildikdən sonra elektron tərəzi ilə çəkilərək zərfə qoyulmaqla qablaşdırılmışdır. Sorğu zamanı həmin maddəni təxminən 2 ay bundan öncə sosial şəbəkədə tanış olduğu, adını “Məhəmməd” kimi bildiyi İran İslam Respublikasının vətəndaşının vasitəsilə təxminən 2 gün bundan öncə axşam satlarında Bakı şəhəri, Nizami rayonu, metronun Q.Qarayev stansiyasının yaxınlığında götürdüyünü, həmin maddəni götürməkdə məqsədinin, “Məhəmməd” adlı şəxsin ona deyəcəyi yerlərə qoymaqla pul əldə etmək olduğunu bildirmişdir. Razılaşmaya əsasən ona göndərilmiş narkotik vasitələri deyilən yerə qoymağı müqabilində 100 manat pul əldə etməli olmuşdur. Bundan başqa polis əməkdaşlarına yaşadığı evdə “Məhəmməd” kimi bildiyi İran İslam Respublikasının vətəndaşının vasitəsilə əldə etdiyi narkotik vasitə və psixotrop maddə olmasını bildirmiş və polis əməkdaşları həmin günü onun evinə iştirakı ilə baxış keçirmişlər. ünvan 5 ünvanında yerləşən yaşayış evinə baxış zamanı isə polis əməkdaşları evin yataq otağının çarpayı üzərindəki döşəyin altından bir ədəd yaşıl rəngli sellofan torbaya yerləşdirilmiş bir ədəd sellofan bükümdə narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və iki ədəd elektron tərəzini aşkar edərək götürmüşlər. Həmin maddələri də təxminən 2 ay bundan öncə sosial şəbəkədə tanış olduğu, adını “Məhəmməd” kimi bildiyi İran İslam Respublikasının vətəndaşının vasitəsilə təxminən 2 gün bundan öncə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu metronun Q.Qarayev stansiyasının yaxınlığında götürdüyünü, həmin maddəni götürməkdə məqsədinin “Məhəmməd” adlı şəxsin ona deyəcəyi yerlərə qoymaqla pul əldə etmək olduğunu bildirmişdir. Məhəmmədin narkotik vasitə və psixotrop maddəni haradan əldə etməsi barədə məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə 1 ilə yaxın baş verdiyindən baş verənlər ətraflı yadında qalmamışdır. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü PB-in inzibati ərazisində yaşayır. Ərazidə xidmət olduğu zaman Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra Sabunçu RPİ-nin 13-cü PByə dəvət etmişlər. 13-cü PB-də təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncu üzərindən balaca kağız bükümdə narkotik vasitə səhv etmirsə, heroin aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hansı ayda saxladıqları yadında deyil. Xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs şübhəli şəxs kimi yaxınlaşıb 13-cü PB-yə dəvət etmişlər. 18 il DİO-da xidmət etdiyi üçün bir polis əməkdaşı olaraq insanın özünü şübhəli aparmasını hərəkətlərindən başa düşürlər. Təqsirləndirilən şəxs əvvəllərdə eyni qəsəbədə yaşadıqları üçün idmançı kimi tanımışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir psixoloji, fiziki təsir və ya təzyiq göstərilməmişdir. Məlumat Şahid4 daxil olmuşdu. Təqsirləndirilən şəxs qarşı heç bir psixoloji, fiziki təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində tərəflərindən saxlanılmışdır. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü PB-yə gətirmişlər. 13-cü PB-də müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs cibindən 1 büküm öz dediyinə görə heroin adlı narkotik vasitəni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitələrin saxladığını bildirmişdir. Evə baxış keçirtdikləri zaman Təqsirləndirilən şəxs evində saxladığı 1 büküm heroin, 1 büküm metanfetamin və elektron tərəziləri təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri sosial şəbəkələrdə İran İslam Respublikasının vətəndaşı tərəfindən əldə etdiyini bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00-18:00 radələrində yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra BNMİ-nə aparılmamış və heç bir işgəncəyə məruz qalmamışdır. Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman arvadı da iştirak etmişdir. Səhv etmirsə, Təqsirləndirilən şəxs narkotik vasitəni evdə yataq otağında saxlamışdır. Təqsirləndirilən şəxs arvadı evdə saxlanılan narkotik vasitələrdən xəbərdar olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxladıqdan 15-20 dəqiqə sonra Sabunçu RPİ-nin 13-cü PB-yə çatmışlar. L.Babayevlə əvvəllər tanışlıqları olmamışdır. Məlumat Şahid4 daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitədən əlavə üzərində mobil telefon, yaşadığı evin açarı və bank kartı olmuşdur. Qrup rəhbəri Şahid4 olduğuna görə Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyyat-axtarış işinin açılması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00-18:00 radələrində saxladıqdan sonra Sabunçu RPİ-nin 13-cü PB-nə aparmışlar. Təqsirləndirilən şəxs saxlanılması zamanı tədbirdə onunla birlikdə Şahid4 iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək Sabunçu rayonu ərazisində tərəflərindən saxlanılmış, sonra Sabunçu RPİ-nin 13-cü PB-yə gətirmişlər. 13-cü PB-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunmuş, sonra sonuncu yaşadığı evdə də narkotik vasitələrin saxladığını söyləmişdir. Evə baxış keçirtdikləri zaman Təqsirləndirilən şəxs evində də narkotik vasitələr və psixotrop maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri sosial şəbəkələrdə İran İslam Respublikasının vətəndaşı tərəfindən əldə etdiyini bildirmişdir. Aşkar olunan narkotik vasitələr qablaşdırılaraq tərkibinin müəyyən olunması üçün məhkəmə-kimyəvi ekspertizaya, cinayət işi üzrə toplanmış material Sabunçu RPİ-nin İŞ-yə göndərilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs nə vaxt saxlamaqları yadında deyil. Təqsirləndirilən şəxs barəsində məlumat ona daxil olmuş, məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olması göstərilmişdir. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən küçələrin birində saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra Sabunçu RPİ-nin 13-cü PB-yə getməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə sonuncun üzərinə baxış keçirdəndən 1-2 saat sonra baxış keçirtmişlər. L.Babayevin yaşadığı evə baxış keçirdən zaman evdə kiminsə olub-olmamağı yadında deyil. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri İran İslam Respublikasının vətəndaşının yerləşdirdiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən məscidin yanından götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələri həm öz istifadəsi üçün, həm də yaxın tanışlarına satdığını demişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə saxlamamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs barəsində məlumatın nə vaxt daxil olmasını, məlumatın şifahi və ya yazılı daxil olması yadında deyil. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs təxminən axşam tərəfi saxlamışlar. Təqsirləndirilən şəxs barəsində məlumat daxil olandan sonra portalını çıxardıb əməliyyat-axtarış tədbirlərinə başlamışlar. Məlumatı verən şəxs saxlanılacaq şəxsin nə vaxt harda olacağı barədə məlumat verir. Təqsirləndirilən şəxs saxladıqları vaxt üzərində narkotik vasitənin olub-olmamasını soruşmamışlar. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, ifadəsində qeyd olunanlar doğrudur və ifadəni təsdiq edir. Tədbir olan günü saat 14:00-15:00 radələrində harda olduğu yadında deyil. Təqsirləndirilən şəxs narkotik vasitəni Məhəmməd adlı iran vətandaşından aldığını bildirmişdir.. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra mobil telefonuna baxış keçirtməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri götürdüyü yerə baxış keçirtməmişlər. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində həmkarı Əli Adullayev ilə ünvan 6 ünvanın yaxınlığında xidmətdə olduqları zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Həmin tanımadıqları şəxsə yaxınlaşan zaman həmin şəxs onları görərək olduqları yerdən aralanmaq istəməsi onlarda şübhə yaratdığından həmin şəxsi saxlayıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsdən anket məlumatlarını soruşduqda həmin şəxs suallardan yayınaraq suallara qeyri-dəqiq cavab verməklə onun narkotik təsir altında olmasına dair şübhələri yarandığından həmin şəxsi Sabunçu RPİ-nin 13-cü PB-yə dəvət etmişlər. Tərəflərindən saxlanılan şəxs sonradan anket məlumatları onlara məlum olan Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis bölməsində tərəflərindən narkotik vasitələrin qəbulunda və saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə onun və iş yoldaşının iştirakı ilə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 4 manat pul, çiynindən asdığı qara rəngli, dəri materiallarından olan əl çantasından isə bir ədəd ağ rəngli kağız parçasına bükülmüş bükülünü, bir ədəd qara rəngli elektron tərəzini, bir ədəd alışqanı, şəxsiyyət vəsiqəsini və bank kartını təqdim edərək bükümün içərisində psixotrop maddə metamfetamin olmasını və həmin maddəni saxlanılmamışdan əvvəl Bakı şəhəri Yasamal rayonu ərazisində yaşayış yerini və əlaqə telefonunu bilmədiyi tanımadığı şəxsdən əldə etməsini bildirmişdir. Aşkar olunmuş tərəzini isə narkotik vasitə və psixotrop maddə alarkən çəkidə aldatmasınlar deyə çantada gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əl çantasından bir ədəd yaddaş kartı aşkar edilmiş, üzərindən başqa qanunsuz olaraq gəzdirdiyi əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamin onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, tədbir iştirakçıları və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs etiraz etmədən imza etmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında saat 15:00 radələrində yaşadığı evin həyətinə daxil olmuşdur. Həyətdə tanımadığı 7-8 nəfər şəxs görmüşdür. O, yuxarı qalxmaq istəyəndə onu saxlayıb əlini qandallayıb aşağı düşürtmüşlər. Onu aşağı düşürtsələr də dayısı Təqsirləndirilən şəxs olan otağa onu salmamışlar və yuxarı qalxmağa icazə verməmişlər. Onu saxlayan şəxslər polis əməkdaşları olduqlarını bildirmişlər. Ona zor tətbiq etməyə başlamışlar, baseball taxtası ilə onu vurmuşlar. Sonradan bir nəfər şəxs yaxınlaşıb onun günahsız olduğunu bildirmiş və qandalı əlindən açmağı tapşırmışdır. Həmin günü axşama kimi evdən çölə çıxmağa qoymamışlar. Sonradan dayısı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aparıldığını bilmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, o, evə gələndə dayısı Təqsirləndirilən şəxs yaşadığı evdə olmuşdur. Dayısı Təqsirləndirilən şəxs üzünü görməsə də səsini eşitdiyindən evdə olduğunu bilmişdir. Yaşadığı evə hadisə baş verən günü, saat 15:00 radələrində gəlmişdir. İş yerindən saat 15:00 radələrində çıxıb evə gəldiyi üçün hadisənin də həmin ərəfədə baş verdiyini bilir. Bakı Lift İdarəsində işləyir. İş yeri ilə yaşadığı ev arasında 1 km məsafə olar. İşdən çıxanda onu yaşadığı evə iş yoldaşı avtomobillə düşürtmüşdür. Həmin günü nahar vaxtı işlədiyi üçün saat 15:00-16:00-da nahar etmək üçün evə getmişdir. Polis əməkdaşları tərəfindən ona olunan zorakılıqla bağlı heç yerə müraciət etməmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə qonşu olmuşlar. Hadisə baş verən günü həyətdə səs-küy eşitdiyindən nə baş verdiyini öyrənmək üçün çölə çıxmışdır. O, çölə çıxanda polis əməkdaşlarının Təqsirləndirilən şəxslə bağlı gəldiyini öyrənmişdir. Daha sonra polis əməkdaşlarının Təqsirləndirilən şəxs necə avtomobilə əyləşdirib aparmaqlarını görmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən necə aparılmasının şahidi olmuşdur. Hadisənin 15.00-16.00 radələrində baş verdiyini xatırlayır. Yaşadığı evdən Təqsirləndirilən şəxs yaşadığı həyət görsənir. O, həyət evində yaşayır. Təqsirləndirilən şəxs yaşadığı evlə onun yaşadığı ev arasında 10-15 metr məsafə olar. Yaşadığı evdən Təqsirləndirilən şəxs necə aparmaqlarının şahidi olmuşdur. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Aşıq Alı küçəsi ev 10 mənzil 3-də qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsi döngə 1 ev 26-da yaşayan Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün idarə rəisinin adına 03 mart 2023-cü il tarixdə raport yazmışdır. İdarə rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən xx.xx.2023-cü il tarixdə qərar verilməklə idarə əməkdaşından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında idarənin əməkdaşı Şahid3 Telman oğlu ilə birlikdə 03 mart 2023-cü il tarixdə, saat 17:30 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən ünvan 7 ünvanın yaxınlığında narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-yə gətirilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis bölməsində tərəflərindən narkotik və psixotrop maddələrin qanunsuz dövriyəsində şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılması barədə qərarla tanış edildikdən üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynində olan qara rəngli cins şalvarının sol yan cibindən içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd bükümü, şalvarın sağ yan cibindən isə bir ədəd “Samsunq” markalı mobil telefon, bir ədəd “Redmi” markalı mobil telefon, 2 manat pul, bir ədəd bank kartı və açarları təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman bükümün içərisində açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin 15 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin kağız zərfin üzəri möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəflərindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu həmin maddəni sosial şəbəkədən 2 aydır ki, tanıdığı adını «Məhəmməd» kimi bildiyi İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə sonuncunun deyəcəyi ünvana çatdırmaq üçün əldə etdiyini, bunun üçün ona 100 manat pul verildiyini və əlavə olaraq yaşadığı ünvan 8 ünvanında yerləşən mənzilində narkotik maddə saxladığını, mənzildə saxladığı narkotik maddəni təqdim edə biləcəyini, yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra əməliyyat qrupu Təqsirləndirilən şəxslə bərabər yaşadığı ünvana baxış keçirilməyə getmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə olan zaman ona yaşadığı ünvanda saxladığı narkotik maddəni təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evin yataq otağındakı çarpayının üzərindəki döşəyin altında saxladığı bir ədəd yaşıl rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Həmin yaşıl rəngli sellofan torbaya baxış keçirilərkən torbanın içərisində iki ədəd elektron tərəzi, içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə və kristalşəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olan sellofan aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə, sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmişdir. İçərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd bükümün çəkisinin 359 qram, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bükümün çəkisinin isə 231 qram olması müəyyən edilmişdir. Həmin bükümlər və iki ədəd elektron tərəzi içi boş zərfə qoyularaq qablaşdırılmaqla üzəri möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına baxış keçirilmiş və əlavə olaraq iş üçün əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik və psixotrop maddəni adı ona «Məhəmməd» kimi məlum olan İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və «Məhəmməd» adlı şəxsin ona deyicəyi ünvana çatdıracığını bildirmişdir. Təqsirləndirilən şəxslə şifahi sorğu zamanı əlavə olaraq bildirmişdir ki, ondan və yaşadığı evdən aşkar edilmiş narkotik və psixotrop maddələri ona verilmiş 1000 manat pulun müqabilində iki gün öncə Bakı şəhəri, Nizami rayonu ərazisindən «Məhəmməd» adlı şəxsin ona vhatsapla bildirdiyi ünvandan götürmüşdür və deyiləcək yerlərə qoyacaqdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəni «Məhəmməd» adlı şəxsin deyəcəyi ünvana qoyucağı üçün üzərində gəzdirmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o, digər iştirakçılar və eyni zamanda şəxsi axtarış və baxışda iştirak etmiş Təqsirləndirilən şəxs də etiraz etmədən imza etmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. (İ cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Sabunçu rayonu ərizisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (İ cild i.v. 6) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Sabunçu rayonu ərizisində dövriyyəsi ilə məşğul olması barədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 7-8) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19.00-da CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 17.30-dan tutulmuş hesab edilmişdir. (İ cild i.v. 13) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni, həmin şalvarın sağ yan cibindən 1 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefonu, 1 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefonu, 2 manat pulu, 1 ədəd “**********698416” nömrəli plastik bank kartı və yaşadığı evin 1 ədəd açarını təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 15 qram olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən 2 aydır ki, tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Məhəmməd” adlı şəxsin vasitəsi ilə 2 gün bundan əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun onun bank kartına 100 manat pul köçürdüyünü, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. (İ cild i.v. 31-32, 60) xx.xx.2023-cü il tarixli “ evə baxış keçirilməsi və götürmə barədə” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, döngə 1, 26 saylı evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təkilf edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı çarpayının üzərindəki döşəyin altından 1 ədəd yaşıl rəngli sellofandan, 2 ədəd elektron tərəzini, 1 ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər, 1 ədəd sellofanda ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 359 qram, metamfetaminə bənzər kütlənin çəkisi 231 qram olmuşdur. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən 2 aydır ki tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Məhəmməd” adlı şəxsin vasitəsi ilə 2 gün bundan əvvəl Bakı şəhəri Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun onun bank kartına 1000 manat pul köçürdüyünü, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. (İ cild i.v. 37-38, 61) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1323 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№li dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...”yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 13,175 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№li dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...”yazısı və imzalar olan bağlamadakı, 1 (bir) ədəd bağlamada təmiz çəkisi 340 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 215 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir və 2 (iki) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün herioin və metamfetaminin çəkisini və bükümdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 353,175 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər. (İ cild i.v. 47-49) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 63-64) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(008)-184/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 84) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilib birgə istintaqının aparılması barədə qərar qəbul edilmişdir. (İ cild i.v. 86) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ cild i.v. 89) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19.30-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 18.00-dan tutulmuş hesab edilmişdir. (İ cild i.v. 100) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 4 manat pul, çiynindən asdığı və içərisində 01 ədəd qara rəngli elektron tərəzi, 01 ədəd qırmızı rəngli alışqan, 01 ədəd ağ rəngli kağız parçasına bükülmüş maddə, Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi və “leobank”a məxsus **********054557 nömrəli VİSA kartı olan qara rəngli, dəri materialdan olan “X18 Collezioni” yazılı əl çatnasını təqdim etmiş, Təqsirləndirilən şəxs üzərində və əl çantasında şəxsi axtarış aparılarkən qeyd olunan əl çantasından 01 ədəd gümüşü rəngli, dəmir materialda olan, üzərində “CORSAİR.D.K” yazısı olan yaddaş kartı da aşkar olunmuşdur. Təqdim etdiyi 01 ədəd qara rəngli elektron tərəzini nə məqsədlə üzərində daşıdığı sual edildikdə, o, narkotik vasitə alan zaman həmin tərəzi ilə çəkisini müəyyən etdiyini bildirmiş, onun təqdim etdiyi əl çantasından aşkar olunmuş bir ədəd ağ rəngli kağız bükülü açılan zaman içərisində ağ rəngli kristalşəkilli maddənin olduğu aşkar olunmuş, həmin maddənin “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu, öz istifadəsi üçün 29 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən aldığını bildirmişdir. (İ cild i.v. 112-113,151-152) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/557 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №160” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş vasitə...”sözləri və imzalar qeyd edilmiş zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,735 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; üzərində “ Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd elektron tərəzi...” sözləri və imzalar qeyd edilmiş zərfin içərsində olan 01 ədəd qara rəngli qapaqlı elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cuzi miqdarda olduğundan çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. (İ cild i.v.120-123) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 136-137) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 yanvar 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Sabunçu rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. (İ cild i.v. 155-160) xx.xx.2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələrinə tövsif olunmaqla yeniden ittiham elan olunur. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın görüntülərini əks etdirən 02 ədəd DVD formatlı disklər, yaşadığı evdə axtarışın görüntülərini əks etdirən 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs əldə etmiş olduğu ekspertiza tədqiqatından sonra qalıq qalmış 352,875 qram narkotik vasitə heroin, 215,485 qram psixotrop maddə metamfetamin, üç ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. (İ cild i.v. 164, 214-225, 227) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 5(008)-193/2023 saylı qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovniki Ülfan Babayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (İ cild i.v.177-178) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə cəzası 02 il müddətinə endirilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonra isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 16 gün hissəsində şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. (İ cild i.v. 183-184, 191-197) Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X5 olmaqla iki nəfər azyaşlı uşaqları var. (İ cild i.v. 205-206) Diplomların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında idman sahəsində çoxsaylı uğurlar qazanmışdır. (İ cild i.v. 207-209) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X16 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1852 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 210-211) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 239-240) Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və 2683/2023 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinəsi zamanı bədənində xəsarət aşkar olunmamış, sol said nahiyəsində köhnə çapıq toxuma, sağ qasıq nahiyəsində postinyeksion döyənək müşahidə olunmuşdur. Məhkəmənin sorğusu əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-yə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş, onun üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti, həmçinin, verdiyi izahat zamanı ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi zor tətbiq edilmədiyini və xəsarət yetirilmədiyini bildirmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubundan, xx.xx.2023-cü il tarixli aktdan, tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:08-də Sabunçu RPİ-nin MSY-nə gətirilən zaman onun bədənində və üzərində MSY-də tam baxış keçirilmiş, sol əlində kəsik aşkar olunmuş, özünün dediyinə görə bu xəsarəti tutulmazdan əvvəl bıçaqla kəsmişdir. Bu xəsarətdən başqa bədənində heç bir xəsarət aşkar olunmamışdır. Məhkəmənin sorğusu əsasında Səbail Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs izahatında Baş Narkotiklərlə Mübarizə İdarəsinin aidiyyəti əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması faktı öz təsdiqini tapmadığından, Baş Narkotiklərlə Mübarizə İdarəsinin aidiyyəti əməkdaşlarının əməllərində cinayət tərkibinin olmaması əsası ilə CPM-in 39.1.2ci maddəsinə əsasən 183-C-23 nömrəli toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1, 234.4.2 və 234.4.3-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1, 234.4.2 və 234.4.3-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, fiziki təzyiqlərə məruz qaldığından ibtidai istintaq zamanı etirafedici ifadələr verməsi, xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində həyat yoldaşı və uşaqlarla evdə olduğu zaman polis əməkdaşları yaşadığı evə daxil olmaları, onu döymələri və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası, Baş Narkotiklərlə Mübarizə İdarəsi, Sabunçu Rayon Polis İdarəsi, Səbail rayon Prokurorluğundan daxil olmuş cavab məktubları, onlara əlavə olunmuş sənədlər, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, videoçəkilişlə aparılan şəxsi axtarış və evə baxış zamanı Təqsirləndirilən şəxs tam sərbəst şəkildə üzərindən və evindən kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən 2 aydır ki, tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Məhəmməd” adlı şəxsin vasitəsi ilə 2 gün bundan əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun onun bank kartına 100 manat (evə baxış keçirilməsi və götürmə haqqında protokolda və diskdə 1000 manat) pul köçürdüyünü, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Bundan sonra ibtidai istintaq orqanına da qeyd etdiyi həmin hallarla bağlı ardıcıl etiraf ifadələri verir. Müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahidlər X3 və X4 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə C.R.Kamalovun təqsirləndirilən şəxslə qohum münasibətində, E.Ə.Həsrətovun qonşu münasibətdə olması sonuncuların Təqsirləndirilən şəxs mənafeyinə uyğun, həqiqətə uyğun olmayan ifadələr verməsini daha inandırıcı edir. Məhkəmə C.R.Kamalovun, E.Ə.Həsrətovun məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq ifadələrində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin vəsatətinin təmin edilərək qəbul edilmiş qərar əsasında "xxxx" MMC-dən məhkəməyə daxil olmuş məktuba əlavə olunmuş diskdəki məlumatlardan görünür ki, müdafiə tərəfinin qeyd etdiyi hallar öz təsdiqini tapmamış, eyni zamanda iş üzrə hər hansı əhəmiyyətli yeni bir hal da aşkar edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X12 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4, 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olması, idman sahəsinə çoxsaylı uğurlar əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 2 (iki) gün müddətində tutulmuşdur. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17.30-da azadlığı faktiki məhdudlaşdırılmış, həmin tarixdə, saat 19.00-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 194 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 352,875 qram narkotik vasitə heroin, 215,485 qram psixotrop maddə metamfetamin, üç ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından (xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək) tutulduğu 02 gün müddət çıxılaraq üzərində qəti olaraq 7 (yeddi) il 5 (beş) ay 28 (iyirmi səkkiz) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 352,875 qram narkotik vasitə heroin, 215,485 qram psixotrop maddə metamfetamin, 03 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 194 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-525/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-525/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver